Ağa Hacı Molla Tağızadə. Əsərləri Ağa Hacı Molla Tağızadə (1830–1892) == Qəzəllər == Ey dil, həzar şükr, xəbər gəldi yardən Ey dil, həzar şükr, xəbər gəldi yardən, Şükr et, qutardın axırı bu intizardən. Ey göz, kənarə qoy dəxi qan ağlamağını, Oldun xilas sən də dəxi ahü zardən. Dərdi-xəzan hicrini çəkmişdim, aqibət, Verdi səba xəbər o güli-novbahardən. Ey məqdəmin fədası, bəlalar çəkən başım, Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən. Eşqində qoydular mənə Məcnunluq adını, Düşdüm bu xəlqi-aləm ara etibardən. Səd şükr kim, yetişdi sənə vədeyi-vüsal, Bixud, şikayət etmə dəxi ruzigardən. * * * Ey dil, barı meyxanə sarı bir güzər eylə Ey dil, barı meyxanə sarı bir güzər eylə Gör məstlərin haləti-vəcdin, nəzər eylə. Gər istəyəsən dəhrdə sahibnəzər olmaq, Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə. Bir gül məni cövr ilə şəhid eylədi axir, Bülbüllərə, ey badi-səba, get xəbər eylə. Yan atəşi-hicranə, könül, çək bu bəlanı, Bu eşqdən axir demədimmi həzər eylə? Təsir eləməz ol büti-səngindilə naləm, Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə. Ahım küləyi yıxmadi bünyadını hicrin, Ey seyli-sirişkim, sən özün bir hünər eylə. Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin, Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə. * * * Ey qoyan könlümə qan, oldumu hüsnün fani Ey qoyan könlümə qan, oldumu hüsnün fani, Tapdımı xarü xəsi-xüşk o tər bostani? Aldımı badi-xəzan, eylədimi əfsürdə Baği-hüsnündə gülü sünbülü həm reyhani? Varmı yadında gədalər kimi boynu burulu Qabağında sənə əcz eylər idim pünhani? Həsrətində ləbinin əşk əvəzi didəmdən Qətrə-qətrə saçılırdı cigərimin qani. Arizu eylər idim hər çi təkəllüm edəsən, Ta edim canımı şirin ləbin[in] qurbani. İndi, səd şükr, o gül bərginə bənzər dodağın Olub əfsürdə, solub rəngi, qaçıbdır qani. Şükrililləh ki, mənim surətə düşdün axır, Yetdi tez başə o naz eylədiyin dövrani. O gözəllik ki, həmişə ona fəxr eylər idin, Al ələ ayinə, bax gör o gözəllik hani? Bəsdi, Bixud ki, camal əhlinə adətdir bu, Bivəfa olmasa, olmaz işinin samani. * * * Cövr ilə tökdü qanımı, fəryad, gözlərin Cövr ilə tökdü qanımı, fəryad, gözlərin, Öldürdü aqibət məni cəllad gözlərin. Hər yanda bir ümid evi tikdimsə səbrdən, Yıxdı, dağıtdı, eylədi bərbad gözlərin. Min can alır baxanda bir oğrun nigah ilə, Kimdən alıb bu dərsi o ustad gözlərin. Qalmaz Xitadə, Çində ahu, edər şikar, Bir guşə ilə baxsa o səyyad gözlərin. Etməz əsər səna dili-biçarə naləsi, Qan içməyə olub dəxi mötad gözlərin. Zülfün kəməndinə dili-miskin əsir olub, Rəhm eləyib nola edə azad gözlərin. Eylə şəhid Bixudi tiri-nigah ilən, Xunrizlikdə ta ki, qoya ad gözlərin. * * * Çəkmə, ey dust, məni məscidi-viranə sarı Çəkmə, ey dust, məni məscidi-viranə san, Genə çəksən də məni, çək barı meyxanə sarı, Ələ əbnayi-zəman səngi-məlamət götürüb, Gör nə şövq ilə baxırlar məni-divanə san! Vaizin pəndi ki, hərgiz mənə təsir etməz, Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı. Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun, Min kitab oxuna, baxmaz dəxi Quranə san. Səbhə göstərmə mənə, zahid, əmaməndən utan, Mürği-zirək ki, görə dami, dönər danə sarı? Mən ki divaneyi-eşqəm, mənə çox söylməyin, "Hu" deyib, baş qoyaram kuhü biyabanə sarı. Eşq ara bülbüli-pabəstə idi Bixudi-zar, Bağban açdı pərin, atdı gülüstanə sarı. * * * Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə, Təqafül etmə, baxar kəc bu ruzigar sənə. Könül, vüsalına xürsəndsən bu gün yarın, Fəğan o gündən ola ayrılıq düçar sənə. Gedə əlindən o məhparə, ayrıla səndən, Verə zəmanə yenə dərdi-bişümar sənə. Fələk, məramım ilə gərçi varsa dövranın, Nə sud, yoxdu səbatın, nə etibar sənə. Könül, o mahruxun zülfün eyləmə məskən, Məhaldır o pərişan ara qərar sənə. Edib o şux səni məst bir nigah ilə, Saqın, bu nəşə verir aqibət xumar sənə. Fəraq dərdi ilə vəslində xövfi-hicran var, Düş öl qurtar dəxi, Bixud, budur mədar sənə. * * * Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz, Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz. Cahanı dust tutduqca edər düşmənçilik peyda, Bu düşmən kamdən, ey nəfs, hasil hiç kam olmaz. Cahan məmurəsində künci-üzlət ixtiyar eylə, Qənaət əhlinə, ey dil, belə rahət məqam olmaz. Ayaqdan düşməmiş səy eylə əldən vermə mey camin, Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz. Nə təşviş eyləyirsən cam əlində ruzi-məhşərdən, Əgər piri-muğan vermişsə, qorxma, heç həram olmaz. Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm, Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz. Bürünmə xirqeyi-salusə, Bixud, tənədən qorxub, Bu, meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz. * * * Şəmaxi şəhri yeksər oldu viran Şəmaxi şəhri yeksər oldu viran, Edər hər guşədə bayquşlar əfqan. Buxurati-zəmin etdi tənəvvüc, Şikaf etdikdə yerlər tapdı nöqsan. Görən ol halı eylərdi təsəvvür, Qiyamət qopdu, dünya oldu payan. Düşüb ənvayi-məxluq iztirabə, Təmamən xəlq olub “van-nəfs”guyan. “Tərənnasə sukarən” ayəsinə Nəticə oldu ol saət nümayan. Münəccim ki, sölərdi ərzi-sakin, Xilafinə yetib ol gündə bürhan. Xəyal eylərdi ol halı görən kəs- Ki, bu tariki-mərkəz oldu pərran. Təzəlzül düşdü şəhrə, uçdu evlər, Nə məscid qaldı, nə bazarü dükkan. O eyvanlar ki, baş çəkmişdi çərxə, Dağıldı, oldu torpaq ilə yeksan. O əsnadə qəribi-yüz nəfər kəs, Qalıb daş içrə, cümlə oldu bican. Dağıldı Bixudin qəsri, otaği, Yetiş fəryadinə ya Həyyü Sübhan! * * * Təngə gəldim, saqiya, bu məscidi-viranədən Təngə gəldim, saqiya, bu məscidi-viranədən, Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən. Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq, Olmuşam indi xəcil bu tutduğum əfsanədən. Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan, İmdi oldu aşikara sən verən peymanədən. Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm, Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən. Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir, Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən. Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl Söhbəti-əğyari, qəti-ülfət et biganədən. Mən ki namü nəngdən keçdim yolunda saqinin, Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən? * * * Zahid ki, məscid içrə öziçün məkan tutub Zahid ki, məscid içrə öziçün məkan tutub, Bayquşdu kim, xərabə ara aşiyan tutub. Nadanlığın görün ki, könüldə o bişüur Yüz min qüsur ilə yenə qəsri-cinan tutub. Kövsərsə mətləbin, olasan kur, zahida, Görmürsən əldə saqi meyi-ərğəvan tutub?! Naməhrəm olduğiçün özün novərusi-mey Səndən çəkib kənara, cəmalın nihan tutub. Yox badədə nəsibinü kövsərdə qismətin, Bədbəxtlik basıb səni, zahid, ziyan tutub. Fitva verir ki, sağəri-səhbanı sındırın, Ey rindlər, görün, bu xətəkarı qan tutub. Bixud, yəqin kəlamını dərk eyləməz avam, Saxla nihan ki, aləmi zənnü güman tutub. * * * == Qəzəli-müstəzad == Kim verdi dünən bəzminizə bağdə zivər Kim verdi dünən bəzminizə bağdə zivər, Hansı qədi ərər? Kim eylədi ruxsarı ilə baği münəvvər, Hansı məhi-ənvər? Kim kakili-mişkinin onun eylədi əfşan, Hansı büti-dövran? Kim eylədi öz zülfi ilə baği müəttər, Tökdü yerə ənbər? Kim püsteyi-xəndanın açıb etdi təbəssüm, Kim qıldı təkəllüm? Kim tökdü o bəzm içrə ləbindən dürü gövhər, Hansı ləbi şəkkər? Kim etdi gülüstanı dünən qeyrəti-Xəlləx, Hansı büti-gülrux? Kim eylədi ol bağçəni sahəti-Kəşmər, Firdovsə bərabər? Ey dust, həmişə olasan seyrü səfadə, Daim bu vəfadə! Həmvarə sənə yar ola ol şuxi-sitəmgər, Ol sərvü sənubər. Ol şux təmaşasi səni eylədi məğrur, Ey zülməti-binur. İçdin o büti-sadə ilə badeyi-xüllər, Ey rindü qələndər! Olsun o dünən mənsiz içən badə həramın, Düşsün yerə camın! Dönsün cigərim tək yediyin qanə sərasər, Zəhr ilə müxəmmər! Gəzdin veribən əl-ələ ol şux ilə hər yan, Sərməstü qəzəlxan. Aldın bir ələ saidini, bir ələ sağər, İçdin meyi-əhmər. Mən badeyi-gülfam əvəzi xuni-dil içdim, Bir növ ilə keçdim. Sən eylədin ol mah ilə hər ləhzə səfalər, Yüz eyşi-mükərrər. Axir sənə mən həmdəmü həmraz deyildim, Dəmsaz deyildim? Həsrətlə dünən canıma saldın yanar əxkər, Ey zalimü kafər! Get, eşq səni mən yaxılan narına yaxsın, Əşkin yerə axsın. Ta kim, dilü canımda olan atəşi-müzmər, Olsun sənə zahir. Gəzdikdə o mah ilə məni yaduva saldın, Heç xatirə aldın? Heç bircə dedin kim, hanı ol Bixudi-müztər, Ol didələri tər? * * * Zahid, bu fəna mülkdə dövran sənin olsun Zahid, bu fəna mülkdə dövran sənin olsun! Verdim sənə yeksər. Zöhdü vərəü taətü iman sənin olsun, Məcmu sərasər. Duzəx mənə şayəstədi, niran mənə layiq, Mən yanmağa şayiq. Sən cənnətə get, huriyü qılman sənin olsun, Qalsın sənə kövsər. Firdovsi-bərin qəsrü təla, çeşmeyi-təsnim Olsun sənə təslim. Çəkdim əlimi, lölövü mərcan sənin olsun, Sən olma mükəddər. Səd şükr ki, mən natiqi-Quranə yetişdim, İmanə yetişdim. Get, get kütübü məshəfü Quran sənin olsun, Daim oxu əzbər! Əlminnətülilləh ki, könül yetdi muradə, Qalmışdı aradə. Sən get, dolan avarə, biyaban sənin olsun, Bihadiyü rəhbər. Bixud ki, məlamətlərə şəhr içrə boyandı, Yatmışdı oyandı. Get, dəhrdə, zahid, sərü saman sənin olsun, Əl çək dəxi, kafər! * * * == Müxəmməslər == Dözməzmi Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi? Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi? Vəfadan dəm vuran aşiq qəmi-düdarə dözməzmi? Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi? O qəm, kim, aşiqi mərhəm qıla əsrarə, dözməzmi? Nə qəm, hicran ilə bağrım dönə hər ləhzə gər qanə, Vüsalə göz tikən aşiq dözər, əlbəttə, hicranə, Xoşam gər şəm tək cismim tutub od eşq ara yanə, Həqiqət sirrin istərsə ədəm kuyindən pərvanə, Vücudun tərk edib, candan keçib, həm narə dözməzmi? Sütuni-səbrimə gərçi vurar Fərhadi-qəm tişə, İtirməz dil qəmi-tədbiri, düşməz xofü əndişə, Bizə ustadımız eşq içrə səbri göstərib pişə, Ənəlhəq söyləyən arif fənadan etməz əndişə, Rümuzi-eşqdən agah olan kəs darə dözməzmi? Nə qəm, gər əşki-xünin saçsa hərdəm çeşmi-nəmnakım. Yaxıb eşq atəşi badi-fənayə versə gər xakım, Olurmu eşqdən bir ləhzə xali sineyi-pakım, Məlamət kuyinin rüsvasıyam, yox tənədən bakım, Deyə Məcnuni-eşqə hər zaman min yarə, dözməzmi? Nə qədr eşqində çəksəm dərdü qəm, ey dust, minnətdir, Cəfa kim, Bixudə səndən gəlir, eyni-məhəbbətdir, Mərizi-eşqinəm, dərdin mənə daruyi-səhhətdir, Səninlə içdiyim qan olsa, guya şəhdü şərbətdir, Müalic təlx şərbət versə gər bimarə, dözməzmi? * * * Kitabxana.az · https://kitabxana.az/authors/aga-haci-molla-tagizade İctimai mülkiyyət (müəllifin vəfat ili: 1892). Public domain (author died 1892). Original text only.