Aşıq Camal. Əsərləri Aşıq Camal (1850–1907) == Gəraylılar == Ala gözlü nazlı dilbər Ala gözlü nazlı dilbər, Nur yağıbdı qabağından. Məni tamarzı eyləmə, Bir busə ver yanağından. * * * Gəlir Sallanaraq yüz nazinən, Dilbər-dilbər qızlar gəlir. Məhəbbəti var bizinən Qarşımızda yazdır gəlir. * * * Gülxanım Dünən bir gözəl görmüşəm, Adı Gülxanım, Gülxanım. Təzədən dərdə düşmüşəm, Dərdi bil, xanım, bil, xanım. Gedib ollam ona nökər, Nökər olan cəfa çəkər. Dişi inci, dili şəkər, Dodaq bal xanım, bal xanım. Aşıq Camal neylər nazı, Əlinə götürməz sazı. Allahım yazaydı yazı, Mənim ol, xanım, ol, xanım. * * * Qurban mən olum Gözəllər yola çıxanda Yoluna qurban mən olum. Mehrin bizə doğru danış, Dilinə qurban mən olum. Soyuq sular çıxar dağdan, Gül, bənəfşə çıxar bağdan. Yeriyib qucmalı çağdan Belinə qurban mən olum. Aşıq Camal neylər malı? Sənsiz keçər necə halı? Anası bir halım qarı, Gülünə qurban mən olum. * * * Saraliban solmuşam Mən Camalam qürbat əlda, Məlil muşkul qalmışam, Göran diyar bu xastadi, Saraliban solmuşam. * * * == Qoşmalar == Baxın Aşıq Camal gülə-gülə gələndən, At üstündə təkcə, yalqız qalanda. Sevibən göyçək arvad alanda, Əzəlinnən onun zatına baxın. * * * Dustağın Çərxi-fələk, sənə qıllam ziyarət, Dönübdür çilləyə, yayı dustağın. Ah çəkib, ah çəkib qan ağlamaqdan Quruyubdur, çeşmi çayı dustağın. Ətrafıma nizam qoşun düzülür, Leysan təki gözdən yaşlar süzülür. Hər saatda bir cür təbil vurulur, Deyəsən tutulur toyu dustağın. * * * Gedirəm Seyr elədim İstambulun elini, Qədəm basıb İsfahana gedirəm. Yeddi ildir yarın həsrətindəyəm, Alışıban yana-yana gedirəm. Mən yarın yolunda çox çəkdim cəfa, Getməsəm, olaram, şəksiz, bivəfa. Ollam qabağında Bağdad xəlifə, Mən dərdliyəm, yar, dərmana gedirəm. Aşıq Camal yola tikmiş gözünü, Bəndə poza bilməz xuda yazanı. İsfahanda Nadir şahın qızını Puta içib Zərnişana gedirəm. * * * Gəlsin Gedin deyin, mənim mələk yarıma, Bir zahmat çakiban buraya gəlsin. Bulut təllər götürsün qabağından, Hilal qaşlar çixub araya gəlsin. * * * Gəlmədi Gecə-gündüz yollarına baxaram, Hanı mənim barabarım, gəlmədi. Məni saldı beylə müşkül hallara Bietibar biilqarım gəlmədi. Genə dərdim ziyad oldu bu gündən Yaramın həsrəti heç çıxmaz candan Nə səbəbdir, yüzün döndərdi məndən? Bu insafsız biqərarım gəlmədi. Şahbazın qəmzəsi mənə yağıdır, Bundan ayrı bal da yesəm, ağudur. Aşıq Camal, ağlamağın çağıdır, Cümləsi gəldisə, yarım gəlmədi. * * * Qalmışam Fələk məni saldı qəm dəryasına, Qəmər atlı yüzə-yüzə qalmışam. Gecələr sübhə tək əfqan eylərəm, Göz yaşımı süzə-süzə qalmışam. Gəzirəm elləri dili salamlı, Mənə irast düşməz bir xoşkəlamlı. Sinəsi dəftərli, dəsti qələmli, Dərd tükənməz, yaza-yaza qalmışam. Aşıq Camal deyər xan diyə-diyə, Vücudum saraldı dərd yiyə-yiyə. Məcnun təki «a Leyli» diyə-diyə Bu dağları gəzə-gəzə qalmışam. * * * Qırmızı Yenə məni dərdə saldı bu gözəl, Yaşıl çarşab, corabları qırmızı. Onu gördüm, fikrim uçdu başımdan, Qaşı qələm, yanaqları qırmızı. Mən ki gördüm şahlar mehribanını, Tamam alır görənlərin canını. Dərdli idi, kəsdirmişdim yanını, Diş mirvari, dodaqları qırmızı. Ərz eyləyim, sən dərdimi biləsən, Mən fəqirlə danışasan, güləsən. Ağlayıram, göz yaşımı siləsən, Mənə çəkdin bu dağları qırmızı. Könlüm evi uçdu, dözə bilmərəm, Dərdimi Fatmaya yaza bilmərəm. İsayam, bu dərdə dözə bilmərəm, Könlüm istər barmaqları qırmızı. * * * Oldu Bəddua çıxaraq ərşə dayandı, Bəlalar üstünə enəcək oldu. Pıryad qıllam, dadım çatmaz bir yana, Allınan çıraqlar sönəcək oldu. * * * Yaxın gəl Hərdəm-hərdəm nə daldadan baxarsan, Gözəllər sultanı, xanı, yaxın gəl. Çıx daldadan, boyun görüm, yar, sənin Yandırma oduna məni, yaxın gəl. Hərdəm-hərdəm al qumaşı geyirsən, Eşq əlindən piyaləni içirsən. Eşitdim ki, təzə qəzəl deyirsən, Oxuduğun mahnı hanı, yaxın gəl. Aşıq Camal səni yadlara qıymır, Tutubdur yaxandan, heç əldən qoymur. Uzaqdan baxmaqdan gözlərim doymur, Elimin şöhrəti, şanı, yaxın gəl. * * * == 13 hecalı şeir == Əyla Konqul qalx ayağa, məclisi şingan əyla, Səfəni sııruban əşqindan fuğan əyla. Əşitannar məyila olsun guftarina, Bilbiltek səda sal, aləmi heyran əyla. * * * == Təcnislər == Düşa duş Şad gəzəndə aşıq Camal yüz alxış, Şahmarın belina dəgər yüz alxış. Şahmərdaya qıllam yaz alxış, Şərab içib geca gördüm düşa duş. * * * == Müxəmməslər == Həmişə kim qalacaq Ey yarım, sür dövranın, həmişə kim qalacaq, Kef elə, söhbət elə, həmişə kim qalacaq, Dəymə bir kimsənin konluna, həmişə kim qalacaq. * * * == Deyişmələr == Aşıq Camalın İbrahimlə deyişməsi Aşıq Camal Aşıq Camal içdi kövsər şərabı, Yer üzündə çəkdim min cür əzabı. Sevərsən ..................... Bu yol ilən şahi şahbaz ötdümü. İbrahim İbrahim də yanar sizing oduna, Qurban olum haqqın min bir adına. Ol Tanrı yetişsin sizing dadına Ağlaya-ağlaya dad çəkə getdi. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-camal İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.