Aşıq Qərib. Əsərləri Aşıq Qərib (XVI–XVII əsr) Təbriz Başına döndüyüm bəylər, ağalar, Oğrulu ocaqdır alı Təbrizin, Əziz günlər seyrə gəştə çıxarlar, Geyinib yaşılı alı Təbrizin Bilmirəm ki bu hesablar necədi, Adamları təmam lutu bəçədi, Səkkiz min məhəllə, dörd min küçədi, Olmaz boş yeri xalı Təbrizin Aşıq Qərib söylər üç xanə bəndi, Heç saya gəlməz məscidi kəndi, Hindustandan gələr şəkəri qəndi, Gürcüstandan gələr balı Təbrizin * * * Yar məni Bir söz ilə mən duzağa tutuldum, Bu qərib ellərdə yaxdı yar məni, Həsrətin narına yandım, kül oldum, Ahu gözlüm, nə haldayam, gör məni Nə səbrə taqətim var, nə dildə qərar, Könül məcnun olmuş Leylasın arar, Vaz keçirsəm səni yad eylər sarar, Gör necə abdal elədi ar məni Mən sadiq aşiqəm, hiylə bilmərəm, Hər cayı dəyiləm, üzə gəlmərəm, Yar yolunda heç sevdadan dönmərəm, Saf dərunum aləmə et car məni Aşıq Qərib, könüllərin oğrusu, Keçər demiş bu sevdanın ağrısı, Sənə mən söylədim sözün doğrusu, Al əfəndim, gəl əfəndim, sar məni * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-qerib İctimai mülkiyyət. Public domain. Original text only.