Aşıq Valeh. Əsərləri Aşıq Valeh (1722–1822) == Qoşmalar == Bil Molla Pənah, ərzim sizə söyləyim, Mahallıqca biz düşmüşük dara, bil. Şadlığı axtaran biçarə kəslər Həmdəm olub yenə ahu-zarə, bil. Valehəm, bu dərdə varmı, de çarə, İsgəndər bəy bizi salıb azarə. Var-dövləti çəkib tökdü bazarə, Biz rəiyyətik belə sitəmkarə, bil. * * * Bir gün Könül, gəl əl götür bu qəm-qüssədən, Sənin də yurdunda toy olar bir gün! Vaxt olar ki, dəyişilər bu dövran, Bahar fəsli gələr, yay olar bir gün! Düşübdü həyatın tubu borana, Laləzarlı yurdlar qalıb virana, Fəsil çönər, dağlar dönər arana, Bu buzlar əriyib çay olar bir gün! Alıbdı namərdlər vaxtı araya, Zülmkar şah olub çıxıb saraya, Haqq-ədalət gəlib çatar haraya, Zalımlar evində vay olar bir gün! Unutma, ey Valeh, gələr bir zaman, Şənliyə bürünər bu çöl, bu orman, Məzlumlar həyatı olar çıraqban, Qüdrətdən bəxtinə hay olar bir gün! * * * Məndədi Bir qız ilə bir gəlinin bəhsi var, Gəlin deyər, bu gün meydan məndədi. Qız da deyər, açılmamış qönçəyəm, Fəsli bahar, baği reyhan məndədi. Gəlin deyər, ördəyim var, qazım var, Şirin-şirin söhbətim var, sazım var, Sallananda yüz qız qədər nazım var, Həya, iman, ədəb, ərkan məndədi. Qız deyər, mən oxşamışam anama, Ləlü mərcan düzülübdü tanama, Əl vursalar tağdan qopar şamama, Əl dəyməmiş taği bostan məndədi. Gəlin deyər, gəl, qız, düşmə araya, Gər mən ölsəm, aləm batar qaraya, Bəzənərəm, sallam səni bəlaya, Şövq salan, camalü can məndədi. Valeh deyər ikinizə mən qurban, Yolunuzda mən qoymuşam başla can, Əyləməyin bu qəribi bağrı qan, Sizdən ötrü çeşmi giryan məndədi. * * * Bükülmüş Bu yer gözəlinə nabələd oldum, Söz dedim, qurumuş dilə bükülmüş. Xətayını görcək eylədim xəta, Dürrü-gövhər bir məndilə bükülmüş. Səhər ikən mehman olduq bunlara, Geyinib batıblar yaşıl, allara, Qızıl bazubəndlər şümşad qollara, Gümüş kəmər incə belə bükülmüş. Qurban olum ala gözün məstinə, Süzgün baxıb, girmə canım qəsdinə, Əlim qoyum tər sinənin üstünə, Darçına, mixəyə, hilə bükülmüş. Nabələdəm ulusuna, soyuna, Mina gərdəninə, uca boyuna, Divanə Valehi sən al qoynuna, Elə bil ki, bülbül gülə bükülmüş. * * * Bəyənməz Hərcayı bədəslə vermə əməgin, Səni sayar cüvəllağı, bəyənməz. Kasıblıqda tapmaz yavan çörəyi, Eşitsə baylığı yağı bəyənməz. Cüzi çeşmə nədən tə`n edər çaya, Dəli könlüm, möhtac olma kimsaya, Bir kəs ki alçaqdan çıxa ucaya, Özüdən qeyrini dahı bəyənməz. Ha belə gəlibdi dövrü zamana, Tülkü hücum edir kəbir aslana, Yabı cövlan edib girər meydana, Köhlən atı çapmaq çağı bəyənməz. Məsəldi atlıya çatmaz piyada, Xər-xiş gər gürg ilə girər inada, Özünə çe qürrə verər səhrada, Kiçik təpələr də dağı bəyənməz. Gərənayin olmaz fəryadi cərəs, Dəfi-lanə etməz xəzan xarü xəs, Bəzirganlar gətri mətai əbəs, Valeh Hinddən gələn ağı bəyənməz. * * * Gəlmisiz Toy-düyündən gələn qızlar, gəlinlər, Toyunuzdan əcəb hallı gəlmisiz. Aşıq öldürməkdə varmı qəsdiniz, Nə fikirli, nə xəyallı gəlmisiz? Biri birisini çağırır bacı, Biri başqasına baxır qıyğacı, Nə vaxtdı dahanım dadıyır acı, Üçünüz də ləbi ballı gəlmisiz. Eynini eynimdən eyləmə iraq, Axıban didəmdən tökülər fəraq, Bir sənəm, bir Valeh, bir xəlvət otaq, Hayıf ola qalmaqallı gəlmisiz. * * * Gəlsin Qarabağdan dov eləyib gəlirəm, Məndən dovtələbi varsa, de gəlsin, Cəhənnəmi bu dünyada göstərim, Hansı bəndə günahkarsa, de gəlsin. Çıxaram meydana divanə nisbət, Pəhləvanam, Əbdülmərcana nisbət. Firona, Firdövsi, Salsala nisbət, Onlardan da xəbərdarsa, de gəlsin. Mənəm şair Məhəmmədin növbatı, Aşıq Güllü, aşıq Cünun nabatı. Aşıqlıqda hər kəsdənin evladı Valeh ilə bərabərsə, de gəlsin. * * * Görəsən Sallanıb çıxanda gül xiyabandan, Od tutub alışan narı görəsən. Baxasan qamətə, hüsnü-camala, Məni dərdə salan yarı görəsən. Xudadan pər alıb oldum pərvanə, Yanıb qəm oduna oldum divana, Bir haqq aşiqi ki, dərdi pünhana, Kim göstərər mənə barı görəsən. Girəydim bağına, görəydim barın, Uzadıb əlimi dərəydim narın, Bu xəstə Valehin nazənin yarın, Nə yaxşı yaradıb tarı görəsən. * * * Çəkər Sallana-sallana bağa çıxanda, Sərv qamətindən xəcalət çəkər. Lalə yanağından, nərgiz üzündən, Qonça gülüşündən nədamət çəkər. Nəstərən, bənöfşə çalışa yüz il, Çətindi ömrünə yetəndə müşkül, Əgər zülflərinlə bəhs etsə sünbül, Düşər ayaqlara qərabət çəkər. Valehin bağrını eylədin büryan, Qurbanam yolunda ay əbrü-kaman, Mən deyiləm təkcə hüsnünə heyran, Həsrətini külli vilayət çəkər. * * * Dardadır Coşğun eşqim, gəl mənimlə həmdəm ol, Qeydə qalaq, bir sirdaşım dardadır. Qəvvaslıq et, sirri-xilqət bəhrinə, Candan əziz bir yoldaşım dardadır. Aşıq Mahmud bir ustaddı dağ kimi, Aşıq Soltan bir meyvəli bağ kimi, Aşıq Əhməd bil saralıb yağ kimi, Yol gözləyir, bir qardaşım dardadır. Aşıq Valeh sənətində yanılmaz, Zər olmasa, zərgər adı anılmaz, Odda qızarmasa, polad yonulmaz, Can ayrılıb candan, başım dardadır. * * * Deyilmi? De, necə şad olum bu aləmdə mən, Dünya fani, insan mehman deyilmi? On səkkiz min böyük sirli dəryalar, Başdan-başa dolu, al qan deyilmi? Tarihin cəryanı, bizə yan verir, Zalıma, cəllada qüvvət, qan verir, Fağır-füqəralar vaxtsız can verir, Zamana, yoxsula düşman deyilmi? Zalımı şah edir bimürvət fələk, Zülmünü görəndə, deyir mübarək, Qoymayır aləmdə, biz də gün görək, İnsana zülm edən insan deyilmi? Valeh necə dözsün belə möhnətə, Təriq əhli düçar olub möhnətə, Necə piranələr gəlib mihnətə, Qamçı altda cismi üryan deyilmi? * * * Düşmüşəm Bilin, dostlar, çarəsizdir dərdlərim, Qəm içində ahü zara düşmüşəm. Nə müddətdir pünhanlardı məkanım, Bahar fəsli çovğun, qara düşmüşəm. Baxtımın günəşi zülmətdə batıb, Yer salıb torpağın qoynunda yatıb, Məni nəzərindən irağa atıb, Kömək yoxdur, yaman dara düşmüşəm. Bir şeyda bülbüləm, yerim qəfəsdi, Qəlbimin həmdəmi dərdli nəfəsdi, Deməyin ki, bu ahü zar əbəsdi, Alovlu eşqimlə nara düşmüşəm. Valeh kimdir, dərd əhlinin loğmanı, Həsrətimi deyin ona pünhanı, Söyləyə bu dərdin nədi dərmanı, Fələk salıb başa qara, düşmüşəm. * * * Dünya Haqdan fərman gəlib, qərar tapanda, Başlamısan cəngə, savaşa dünya. Qəsdinə girmisən yaranmışların, Cümləsin vermisən talaşa dünya. Neçə nəbiləri keçirdin yandan, Nuh tufanı qopdu, doymadın qandan, Zaloğlu Rüstəmi eylədin candan, Bükdün Süleymanı farmaşa dünya. Neçələrin saldın, çovğun, borana, Neçələrin etdin dəli divana, Neçələri nakam getdi məkana, Qoymadın onları yanaşa dünya. Valeh ağlar, görüb belə divanı, Kimsələrə gəlmir daha gümanı, Kama çatıb, şənlik edən zamanı, Döndərdin şənliyi, qan, yaşa dünya. * * * Haldayam Qəhri-qəza məni yaman xar etdi, Yet haraya, Valeh, yaman haldayam. Ömrüm bağın boran etdi, qar etdi, Yet haraya, Valeh, yaman haldayam. Döyüş meydanında bir ər idim mən, Hər xilqət hesablı bir sər idim mən. Qatar qabağında bir nər idim mən, Köç qayıdıb geri, indi daldayam. Naxçıvanlı sərsəm aşıq Süleyman Gəlib bizim ilə açmağa meydan. Görməmişəm hələ mən belə fərman, Fikirim dağıldı, qeylü qaldayam. Səmədi xəstəlik salıbdır kardan, Bol edib payını bu ahüzardan. Xəyalı düşkünü gəl qurtar dardan, Yatıbdır taleyim bu əhvaldayam. * * * Hanı Dəhri-fənada belə insan hanı? Qılmaya fani onu dövran, hanı? Ey bivəfa dünya, sən nə zalımsan?! Bu qayətdə sana gələn can hanı? Əvvəl sana gəldi Adəmü Həvva, Beş gün qonaq oldu səndə binəva. Öldürdün Habili, saldın bir dəva, Düşdü arasına nahaq qan, hanı? Neçə padişahlar gəldi sahib-cəng, Cəmşidi-Cəm, Nuşirəvanü Huşəng, Daqyanus, Hülaku, Çingiz, Teymurləng, Onlardan bircəsi bu zaman hanı? Neçə həkim gəldi təbibi zaman, Ərəstu, Əflatun, Fərəzdəq, Xaqan. İstədi dirildə özünü Loğman, Qaldı kuzəsi də yarımcan, hanı? Dünya, səndə Aşıq Səməd var idi, Nəzmü şeri ləlü gövhərbar idi, Bir gözəl eşqinə giriftar idi, Onun kimi bəs bəhri-ümman hanı? Bu dünyada heç də gəzməmişdi kəm, Aşıq Əli oğlu Aşıq Məhərrəm, Həsrətin çəkərdi Rum, həm Əcəm, Əlində tütəyi-balaban hanı? Tamam yola gedər heyif gözəllər, Sərdə müşkü ənbər qoxuyan tellər, Murad üstə neçə xınalı əllər Torpağa döndülər vay, aman, hanı? O ala gözlərə, o gül yanağa, O nazik əndama, o tər buxağa, Necə qıyıb döndərirsən torpağa? Nazənin-nazənin incə can hanı? Hafizü, Nəvai, Füzuli, Cami, Şeyx Sədi, Hilali, Ürfi, Nizami, Dünya, səndə gəşt eyləyib tamami, Firdovsi tək nəzmi dürr-əfşan hanı? Hanı Molla Pənah, bivəfa cahan, Təxəllüsü Vaqif, nəzmi dür-əfşan. İndi eyləmisən xakilə yeksan, Tapmaq olmaz o kamalda can, hanı? Müşkül işdi bir də dolana dövran, Növbət mənə yetə, aman, əlaman!.. Bir gün ola, görən, bilən, tanıyan Deyələr Valehi-natəvan hanı? * * * Hardadı Molla Kərim, indi səndən soruşum, Söylə, sənin din-imanın hardadı? Cəhənnəm əhlisən, yoxsa ki Cənnət, Bilirsənmi, öz məqamın hardadı? Kədərin hansıdı, kinin hansıdı, Məzhəbin hansıdı, dinin hansıdı, Ahılsan, cahılsan, sinin hansıdı, Mətləbin hardadı, kamın hardadı? Etiqadın İsayadı, Musaya, Meylin məscidədi, yoxsa kilsaya, Qiblən müqərrərdi, hansı binaya, Vadiyi Berutda damın hardadı? Aşiq Valeh sənətindən dönərmi, Yel əsməklə yanan günəş sönərmi, Pəhləvan döyüşdə, qaçıb sinərmi, Meylin badə çəkir, camın hardadı? * * * İstərəm Abdulla xan, sarayına üz tutub, Ərzimi məktubda demək istərəm. Baxtım yatıb, işim düşüb müşkülə, Gözümün yaşını silmək istərəm. Dərd əlindən çəkilmişəm pünhana, Az qalıb kədərdən ürəyim yana. Salıbdılar məni şərə, böhtana, Nə yaşamaq, nə də ölmək istərəm. Binəva Valehəm, el harayında, Min matəm oxunur can sarayında, Ömürüm zülmətdir qəm diyarında, Əhvalım yamandır, kömək istərəm. * * * Keçibdir Sambur çayı, qəmli-qəmli axırsan, Üzərindən nə dövranlar keçibdir. Külli Dağıstanın seyrangahısan, Tufan qopub, nə boranlar keçibdir. Nuh tufanı yatıb, sən yaranmısan, Neçə qərinələr yola salmısan. Süleymanlar görüb, hələ qalmısan. Dəyişilib nə əyyamlar keçibdir. Həsrət qoyma, ay çay, bizi beş günə, Barı kəmənd atma ömrüm köşkünə! Adı bəlli, böyük haqqın eşqinə, Valeh kimi neçə canlar keçibdir. * * * Mən Nəzərdən salmayın, camaat, məni, Həqiqət mülkündə bir baharam mən. Nə alim dostuyam, nə də zəmanə, Mərhəmət soltanlı bir diyaram mən. Bilmək istəsəniz işin düzünü, Məndə taparsınız haqqın sözünü, Lə`nət yuyar mollaların izini, Xilqət hesabında bir çaharam mən. Hansı hökm gəlib - insan ağlasın, Çahar fəsil başa qara bağlasın. Fəryad etsin, sinəsini dağlasın, Hər yuxu mə`nasın düz yozanam mən. Aşıq Valeh sənətinin bazıdı, Həqiqət mülkünün bahar-yazıdı, Bilikdə molladı, həm də qazıdı, Anlayış süfrəli bir naharam mən. * * * Nə dedi Başına döndüyüm yarın nökəri, Dərdimi canana dedin, nə dedi? Sən də mənim kimi şirin dil ilə, Çəkdin bir pünhanə dedin, nə dedi? Hatəm bağçasında oynar gülünən, Gəlmədim yanında qalam ilinən, Dediyim söhbəti, sözü sirinən, Yalvardın, sən ona dedin, nə dedi? Mən sevmişəm ağ üzündə xalını, Yoxsa məndən gizlər mah camalını, Divanə Valehin ərzi-halını, Yusifi Kən`ana dedin, nə dedi? * * * Oldu Bu dəhri fanidə guşu kar olan, Həyat boyu dövran sürən kim oldu? On səkkiz min xilqət sirrin ayan et, Beytullah binasın hörən kim oldu? Necə cismi yaranıbdır atasız, Süd əmməyib, yaşa dolub anasız. Neçə səyyah yaşayıbdır binasız, Bu suala cavab verən kim oldu? Hansı əkizlərdir məşhur adı var, Biri xəbər verən, biri hökmdar. İkisinə nəsib oldu bir məzar, Bu sözləri sual verən kim, oldu? Hansı əza ibadətdə zay olub, İki kəlmə, iki min bir say olub. Aşıq Valeh gör kimlərə tay olub, Təhiyyə ümmanın görən kim, oldu? * * * Olsun Telli sazım, səni məndən eyləyən, Ömür boyu bu aləmdə xar olsun. Gəlməsin baharı, açmasın gülü, Fəryad etsin, qəlbi ahü-zar olsun. Kimsəsi olmasın qəlbin dindirə, Yeddi yerdən başı keçsin kəndirə, İstəkli balası düşsün təndirə, Könül mülkü boran olsun, qar olsun. Yüz il xəstə yatsın, cismi ölməsin, Ürəyi şad olub, üzü gülməsin, Həkimlər, loğmanlar dərdin bilməsin, Gözləri kor, qulaqları kar olsun. Aşıq Valeh nə bəlaya tuş oldu, Bahar fəsli çovğun, boran, qış oldu, Sərsəm etdi səri, çaşqın huş oldu, Namərdə nifrəti eldə car olsun. * * * Sambur Əsriyib-əsriyib, kükrəyib axan, Ağzı ağ köpüklü divanə Sambur! Atanın-ananın bircə oğluyam, Qıymagilən sən bu mehmana, Sambur! Qanlı-qanlı qayalardan çıxırsan, Şaqqıldayıb dərələrdən axırsan, Yerdən tərpənəndə evlər yıxırsan, Baxmazsan heç yaxşı-yamana, Sambur! Valeh deyir: - bulaqlardan gözün var, Güclüsən sən, qüvvətli də sözün var. Nə çox şaqqaların, nə çox izin var. Neçəsin vermisən ziyana, Sambur! * * * Sevdiyim İllərilən həsrətini çəkdiyim, Döndü əlif qəddim yaya, sevdiyim. Neçə hicrət, bəla, cövrü cəfadan, Heyf ömrüm getdi zaya, sevdiyim. Aşkar deyil, mənim dərdim pünhandı, Firqətindən eşqi çeşmim rəvandı, Malım, mülküm, cümlə canım qurbandı, Sənin təki mehliqaya, sevdiyim. Lütf elə aşiqə vəfa qıl vəfa, Ay qəmzəli yağı, gözləri şəhla, Səni məndən hər kim qılarsa cida, Görüm düşsün yüz bəlaya, sevdiyim. Ağlamaqdan çeşmim qaldı ziyadan, Bizə meyi et, kəs ülfətin riyadan, Tanrı səni hifs eləsin bəladan, Qail ol sən bu Mövlaya, sevdiyim. Valehəm, eşqindən ey şuxu leyla, Səni sevdim, oldum aləmə risva, Aşiqəm, yolunda çəkmişəm cəfa, Yarın qıyma bu cəfaya, sevdiyim. * * * Söhbət aç Aşıq Feyruz, kamalına badə ver, Üç altının diyarından söhbət aç. Çahar, şeşin mə`nasını yozgilən, Həfti pəncin bazarından söhbət aç. Otuz altı hansı bağman bağıdı? Yetmiş iki hansı bina tağıdı? Eşqin bağı hansı məhsul yağıdı? On dörd alim güzarından söhbət aç. Aşıq Valeh yol açmadı dərinə, Hansı hesab tapmamısan sərinə, Qol bağla gəl, kamil ustad dərinə, On beş aləm baharından söhbət aç. * * * Yaxşıdı Yol keçibən ziyarətə gedənlər, Bir yetimi sevindirmək yaxşıdı. Nə lazımdı zəhmət çəkib yol getmək, Ac, çılpağı geyindirmək yaxşıdı. Mən bilirəm şöhrət üçün gedirlər, Uzun yollarını gödək edirlər, Axır gəlib füqəranı didirlər, Düz insanın xeyrin desək yaxşıdı. Valehəm mən, düzdü vəfam, ilqarım, Bir kimsəyə yoxdu mənim azarım, Qismət olsa mənə öz Zərnigarım, Zər-zibaynan sevindirsəm yaxşıdı. * * * Yavaş-yavaş İsmimi söyləsən, sərsəm edərsən, Başına gələni bil yavaş-yavaş. Dinməyə taqətin qalmaz cəsəddə, Quruyar ağzında dil yavaş-yavaş. Düşmüsən cənginə bir natiq sərin, Məhəbbət bəhrili, kalamı dərin, Ərdəbilə çatdı qəmli xəbərin, Yasını saxlayar, el yavaş-yavaş. Dərdlərin müşgüldür, dərmanın baha, Şadlığına güman yoxdur bir daha. Qucaqla möhnəti, can denən aha, Çeşminin yaşını sil yavaş-yavaş. Qəbrini qazarlar bir qəribyana, Nə bacı ağlayar, nə də ki, ana. Bil, Aşıq Valehdir girən meydana, Qol bağla, minnətə gəl yavaş-yavaş. * * * Var Feyruz, söylə İstambul paşasına, Qarabağın çox dəyərli adı var. Dostlar üçün səfalıdır hər yanı, Düşmən üçün min tufanı, badı var. Bir yanı Gəncədir, bir yanı Şirvan, Bir yanı Arazdır, bir yanı Muğan. Dağları kəklikdir, düzləri ceyran, Gözəl ləzzəti var, şəkər dadı var. Bu torpağa kim əl atsa xar olar, Geniş dünya gözlərinə dar olar. Günü qara, işi ahüzar olar, Bu ellərin köməyi var, dadı var. Ərdəbilli aşıq Mahmud zay oldu, Məsum Əfəndinin yaşı çay oldu, Naxçıvanlı Süleymana tay oldu, Bu mahalda şairlər övladı var. Ustad Səməd sənətdə bir dağ idi, Kələntərli Alı fəndli bağ idi. On il qabaq molla Pənah sağ idi, Valeh kimi aşıqlar ustadı var. * * * Var olsun Sənət meydanında ismi xar olan, Bir əlif de, onda cahan var olsun, Yeddi kəlmə düzəlt səkkiz içində, Tufan olsun, bahar olsun, qar olsun. Bir hesab tap, çahar şeşdə yazılsın, Təzələnsin, köhnə tarix pozulsun, Hər birindən yeddi mə`na yozulsun Hökm olsun, divan olsun, dar olsun. Aşıq Valeh bu hesabı cəm bilir, Suda atəş, nar içində nəm bilir. Anlamazdı hər kim desə, kəm bilir. Matəm tutsun, günü ahü zar olsun. * * * == «El şairləri»ndən == Təcnis: Adəm ata üçün fərman enəndə Adəm ata üçün fərman enəndə, Yetmiş iki millət söylər aman hey, Bir padşah qaim olsa yerində, Saqisi sahbası söylər aman hey Ağ qar anda, qatır anda, at anda, Oxu titrər, ovçu ovun atanda, Hacı Mənsur pambığını atanda, Toxmaq dəyər, kiriş söylər aman hey Xəstə Valeh min səməndin sür, yeri, Qiyamətdə çalınanda sur yeri, Qovğa günü min o gözün sür, yeri, Kötən dəyər daşa söylər aman hey * * * Könül Gören deyər: nə ağlarsan, Hər dərdi baş olan könül, Axırda zinar bağlarsan, Qəmə yoldaş olan könül Doymadım mən göz qaşından, Yandım eşqin atəşindən, Getməz duman heç başından, Baharı qış olan könül Valeh deyir: güllü xarsan, Bivəfa, bi'etibarsan, Dedim, bəlkə düzən yarsan, Gəl, bağrı daş olan könül * * * Təcnis: Cənnət şəhrinə vard olmuşam Cənnət şəhrinə vard olmuşam, Bilmənəm yar üçün nə alım indi, Zülfün ləşkər çəkmiş gəncin üstünə, Nə baydaq görünür, nə alım indi Tükənməz zülflərin həsəy eylədim, Musa dəstində həsəy eylədim, Bir bədxuy tərlana həsəy eylədim, Nə mənə ram oldu, nə alım indi Valeh, inan, sək rəqibdir, bədənsən, Könül bərq almadın xaldan, bədənsən, Nə qədər ki can çıxmayıb, bədənsən, Kəsilməz dərikdən nə alım indi * * * == Gəraylılar == Bu gələn bir cüt gözəlin Bu gələn bir cüt gözəlin Yolunda qoymuşam səri. Biri əcəb səfalıdır, Birisinin adı Pəri. Biri dağların qarıdır, Biri bağçalar barıdır. Külli dünyanın varıdır, Lərzəyə salıb sərsəri. Valeh sevdi Zərnigarı, Olar onun xidmətkarı. Atsa üzündən qubarı, Mat eylər şəmsü qəməri. * * * Gəldim Qarabağdan səfər etdim, Mülkü Şirvana mən gəldim. Məcnun tək düşdüm səhraya, Dəli-divana mən gəldim. Şamaxı şəhrinə yetdim, Əcayib seyrilər etdim. Daşkəsən gədiyin ötdüm, Xaki rizvana mən gəldim. Xoşdu Cəvanı yaylağı. Soyuq sular, tər bulağı, Bahar fəsli gəlin çağı, Əcəb xəndana mən gəldim. Mən Valehəm, Zərnigara, Sığındım pərvərdigara, Canımı saldı odlara, Misli pərvanə mən gəldim. * * * Eylə Alçaqlı, ucalı dağlar, Halal eylə, hümmət eylə. Qarşı qarşı duran bağlar, Halal eylə, hümmət eylə. Köçüm gedir düzlərinən, Dövran sürdüm sizlərinən, Neçə gəlin, qızlarınan, Halal eylə, hümmət eylə. Valeh gedir bir murada, Sığınıbdı min bir ada, Ya gələ, ya gedə bada, Halal eylə, hümmət eylə. * * * Dilbər Durum, dolanım başına, Aşığından küsən dilbər. Üzüm sürtüm göz-qaşına, Nə mən dinim, nə sən dilbər. İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Gündüz səbrü qərarımı, Gecə yuxum kəsən dilbər. Bu nə adətdi insanda, İxtiyar qoymadı canda, Bu zülm olmaz, müsəlmanda, Kafərmisən, nəsən dilbər? Görmədim mən, sən tək yağı, Sinəmə çəkmisən dağı, Qara geyim mən, sən ağı, Görən desin usan, dilbər. Valeh, əzəldən bəy idi, Qaşların qəddini əydi, Mən nə dedim, sənə dəydi, Bu mən dilbər, bu sən dilbər. * * * Kağızı Gözləriniz aydın olsun, Gəlibdi yarın kağızı. Bülbül uçar yuvasından, Gəldi nigarın kağızı. İnciməsin gülü xəndan, Gələr günlər, keçər sandan, Can ayrılır cananından, Gəldi qubarın kağızı. Valeh ağlar yana-yana. Səfər edər Dağıstana. Çağırır cəngə-meydana, O Zərnigarın kağızı. * * * Olum Ay ana, bu cüt sonanın Hansına qurban mən olum? Süzgün baxıb can alanın Hansına qurban mən olum? Könül bağladım bir ada, Dərd tapdım həddən ziyada, Hər ikisi mələkzada, Hansına qurban mən olum? Cüt baxışlı, nazlı xanım, Xoş avazlı mehribanım, Valeh deyər: var bir canım, Hansına qurban mən olum? * * * == Müxəmməslər == İsitmə Fəryada gətirdin məni sən canə, isitmə! Döndərmə gözüm yaşın ümmana, isitmə! Bu il məni saldın belə nöqsanə isitmə! Qəsb etmək üçün qoymadın heç yanə, isitmə! Axır eylədin xanəmi viranə, isitmə! Hər dərddən artıq, bəli, qızdırmanı gördüm, Baş ağrısı dürməli qızdırmanı gördüm, Cəndan ilə çəkdi ili qızdırmanı gördüm, Əqilini eylər dəli, qızdırmanı gördüm, Yazıqdı, sən əl vurma heç insanə, isitmə! Ey vay, günüm zar ola, titrətmə gələndə, Min dərdə bəla car ola, titrətmə gələndə, Dünya başıma dar ola, titrətmə gələndə, Canım yenə pərgar ola, titrətmə gələndə, İncitmə, isitmə məni, amma nə isitmə! Titrəməvi qızdırma, isitmə-üçü həmrah, Bunlar uzun heç kafirə göstərməsin Allah. Bir körpə görən kimsənə sağ canə çəkər ah, Aciz qalı, candan olur axır ki, o ikrah, Hər kimsə içərsə də dolu peymanə, isitmə. Bir gün hər üçü gəldi bular Valehə mehman, Dedi sənə iş tovlarıq, aciz qalı loğman. İndi nə verirsən, de görüm, sən bizə ehsan, Bəxş etdi məni ol Şahı - mərdanə isitmə. * * * Mollalar Sizi sahib kim edibdir, Söylən, cahana mollalar? Özünüzdən şübhələnib, Düşmən gümana, mollalar. Sizi bu damaqda qoymaz Bilin, zamana, mollalar. Xeyir işi şərə çəkib, Yozman ziyana, mollalar, Cəhənnəm ki haram deyil, Eşqə uyana, mollalar. Günah, savab nə olduğun, Artıq biz də anlayırıq. Nə bircə qəlbə dəyirik, Nə kimsəni danlayırıq. Nə beçətək qaqqıldarıq, Nə xoruztək banlayırıq, Nə varlıya baş əyirik, Nə kimsəni yanlıyırıq. İnsaf edin, əl atmayın, Dinə, qur`ana, mollalar. Kərbəlayı olmaq üçün, Necə düşmən çıxım saza? Sevdalı şeyda bülbüləm, Könül müştaq olub yaza. Ehtiyacım yoxdur mənim, Nə oruca, nə namaza, İki mələk müqərrərdi, Hər əməli görə, yaza, Kənd içində sərsəm edib, Olan divana, mollalar. Neçə hacı, kərbəlayı, Saqqalına həna qoyur. Girvənkədə bir çətvəri, Oğurlayır, yana qoyur, Bir yetimdən mal alanda, İnək adın dana qoyur, Yalan satır müştəriyə, Kürək adın şana qoyur, Qəpik üçün and içərlər, Ayə qurana mollalar. Aşıq Valeh bu sənətlə, Məşhur olub ucalıbdı. Hər ümmana qəvvas olub, Təbiətdən tac alıbdı. Neçə deyiş meydanında, Ustadlardan bac alıbdı. Könül eşqə gəl-gəl deyir. Deməyin ki, qocalıbdı. Bir də mənə, kafər demə, Gəlin imana, mollalar. * * * Öyrənmiş Şəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş, Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş. Gəhi xoş xəndə eylər bəzm ara minadan ögrənmiş, Səvadi-kakilin təhrin şəbi-yəldadən ögrənmiş, Cəbbinin tərtöv əfkəin yədi-bizadan ögrənmiş. Qalub əyyami-sabiq qəmzeyi-xunrizdən qanun, Müdami məcruih edər eşq əhlini bağrın, qılar purxun Dili-sədparəni əşqilə çeşmidən edər Ceyhun. İçibdir cəmi-məxmuri, edər aşiqlər əfsun Bu dəvi çeşmi-məstan nərgisi-şəhladən ögrənmiş. Qaşın tağın görüb mehrabü minbərlər çəkər xəcalət. Buyindah nafeyi-cin müşkü-ənbərlər çəkər xəcalət. Siyəh zülfün qəmindən sünbüli-tərlər çəkər xəcalət, Görəndə qəddini sərvi-sənubərlər çəkər xəcalət. Bu rəftarı nihal qamətin tubadan ögrənmiş. Xiyali-cami-vəslin çoxları məst eyləyib bibak, Görəndə sinəni hər sübhi-sadiq sinə eylər çak, Ruxundan infial eylər məhi-taban nohəflak Ruxin rəxşəndəlik şəmsi-cahanaradən ögrənmiş. Gəl, ey zahid, sən etmə Valehi divanəni məlzəm, Dügül təğyirə qail kim, təriqi-eşqədir möhkəm. Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm, Sevəndə Leylini Məcnun, olanda dərdinə həmdəm, Cununluq rəsmini bu qafili-şeydadan ögrənmiş. * * * == Deyişmələr == Gərək Aşıq Feyruz: Aşıq Feyruz söz veribdir bu mahaldan bac almağa, Aşıqları ağlar qoyub, şairlərdən tac almağa. Sənətilə ad qazanıb, məşhur olub ucalmağa, Qarabağın mərkəzində qursun bu gün divan gərək. Aşıq Valeh: Bu mahal bac verməyib, yaranandan bac alıbdır, Sənətkarı pəhləvan tək zərbə çalıb, tac alıbdır. Güman etmə, kardan düşüb, Aşıq Valeh qocalıbdır, Buludlara ucalmağa qanad çalsın tərlan gərək. * * * Aşıq Valehlə aşıq Cəlalın deyişməsi Aşıq Valeh Ağlamağın məni etdi divanə, Söylə görüm, Cəlal, nə halətdi bu?! Göz yaşın qəlbimə ox kimi dəydi, Söylə görüm, Cəlal, nə halətdi bu?! Aşıq Cəlal Böyük ustad, yaman dərdə düşmüşük, Könüllər ağladan xəyalətdi bu. Qəfil qəza saldı bizi toruna, Şadlığı puç edən zəlalətdi bu. Aşıq Valeh Kim salıbdır səni olmazın dərdə, Hansı fikir qəmlə toqquşur sərdə. Gəl qurma arada söhbətə pərdə, Hansı görüş, hansı ziyarətdi bu?! Aşıq Cəlal Taleyim salıbdır məni bu dərdə, Əhmədin fikiri toqquşur sərdə. Aşıq Mahmud ilə durmuşuq vərdə, Cəhənnəm atəşli qiyamətdi bu. Aşıq Valeh Dolğun xəyalımı etdin dərbədər, Qəmli duruşunda var yeni xəbər, Aşıq Valeh olub hər elmə əzbər, Hansı sözlə deyim, kifayətdi bu. Aşıq Cəlal Aşıq Soltan aldı Əhmədin sazın, Zimistan eyləyə Cəlalın yazın. Əsirgəmə bizdən kömək avazın, Sənət mənbəyinə şikayətdi bu. * * * Aşıq Valehlə aşıq Mahmudun 1-ci deyişməsi Birinci deyişmə Aşıq Mahmud Aşıq, mənlə meydan açma, həyatını dar edərəm, Divanidən, təcnisdən neçə qatar var edərəm. Bir ustadam, hünərimdən hey danışır məni görən, Şənliyini qovlayaram, xoş gününü zar edərəm. Aşıq Valeh Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm, Bulud kimi qaynayaram, bahar fəsli qar edərəm. Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm, Başın şişər, ağlın itər, qulağını kar edərəm. Aşıq Mahmud Neçə deyiş meydanında məşhur ustad ağlatmışam, Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam. Sənətinə qələm çəkib, sinəsini dağlatmışam, Bil səni də o hesabla el içində car edərəm. Aşıq Valeh Dizlərin titrəyər əsil hünər meydanında, Dil, ürəyin qana dönər, şuru əza fərmanında, Natiqlər məclisində, əhli-ariflər yanında, Sənin kimi kəmsavadla deyişməyə ar edərəm. Aşıq Mahmud Çarxı dəvvar gərdənindən Mahmuda da badə çatıb, Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb. Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb, Cəhənnəmtək zəban açıb, cəsədini nar edərəm. Aşıq Valeh Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə, Naşı qəvvas üzə gülməz, batar gedər hey dərinə. Susuz gəzən gürzə kimi sancılaram peysərinə, Doqquz simli tavar sazı sinəm üstə mar edərəm. * * * Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsi İkinci deyişmə Aşıq Mahmud Naşı sarban öyünməsin bu yolda, Səhra mənzilində nər hünər eylər. Hansı dəyirmanın suyu çox olsa, Daşı fırlatmaqda pər hünər eylər. Aşıq Valeh Lovğa danışıqda nadan saz olar, Döyüş meydanında ər hünər eylər. Bir bədən ki, qəfil keçsə kəməndə, Salamat qurtarsa, sər hünər eylər. Aşıq Mahmud Gün ağır keçməklə həftə ay olmaz, Sızğa bulaq coşsa daşqın çay olmaz. Ala qarğa qızılquşa tay olmaz, Pələng davasında şir hünər eylər. Aşıq Valeh Qurd yanılmaz ovda necə qarısa, Kötül ipək verməz yüz də sarısa. Ziyarət et harda ocaq varısa, Kamalı azlara pir hünər evlər. Aşıq Mahmud Aşıq Mahmud coşar meydan açanda, Day titrəyər köhlən mənzil qaçanda. Üstü ağır olub, damlar uçanda, Zamın kara gələr, tir hünər eylər. Aşıq Valeh Nadan çaşar danəndələr yanında, Hər könül soltandı öz gümanında. Ağlı dərin ustadlar meydanında, Aşıq Valeh coşar hər hünər eylər. * * * Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi Üçüncü deyişmə Aşıq Mahmud Aşıq Valeh, mənlə girmə meydana, Bağını-bağçanı duman eylərəm! Bulud olub qarışaram havaya, Baharlı gününü boran eylərəm! Aşıq Valeh Mahmud, səni qəza tora salıbdı, Əhvalını bu gün yaman eylərəm! Pozular növrağın, qan ağlar gözün, Cəlallı yurdunu viran eylərəm! Aşıq Mahmud Hərdən bənzəyərəm eşqi-həvəsə, Hərdən bənzəyərəm tilsim qəfəsə, Hərdən bənzəyərəm isti nəfəsə, Hərdən küləklənib tufan eylərəm! Aşıq Valeh Qatarı üzülməz bir güzaram mən, Ariflər mülkündə bir diyaram mən. Gül-nərgiz bitirən bir baharam mən, Boranlı dağları aran eylərəm! Aşıq Mahmud Aşıq Mahmud səni salacaq tora, Vuracaq qəlbinə sağalmaz yara. Qul edib divanda çəkəcək dara, Tutulacaq nitqin, güman eylərəm! Aşıq Valeh Aşıq Valeh məşhur olub cahanda, Mərd dayanıb neçə belə divanda. Ağlın itər, sözün qalar dəhanda, Səni öz başına vuran eylərəm! * * * Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsi Dördüncü deyişmə Aşıq Valeh Aşıq Mahmud, qafiyəni dəyişdim, İndi sənə əhli-kəbirdən deyim. İnsidən-cinsidən, mahi-zəhrüdən, Dəhridən, xaneyi-qəbirdən deyim. Aşıq Mahmud Aşıq Valeh, kəlamın anladım, Mən də sənə ərzü-zəmindən deyim. Aləmi-fanidən, həşri -cəfadan, Həlati-eşqinin qəmindən deyim. Aşıq Valeh İstərəm ərsədə məclislər qurum, Sədayi-suridən bir az dəm vurum. Pəncin mənasından cavablar sorum, Sirri-qeyibatdan , səbirdən deyim. Aşıq Mahmud Gəl güzar izini salma dərinə, Toxmaq dəyər nabələdin sərinə. Bəndəlik et ərənlərin pirinə, Çaharı həştinin cəmindən deyim. Aşıq Valeh Valehəm, dərsimi vurmuşam başa, Qırxlar cərgəsində dolmuşam yaşa. Ərənlər piriylə durmuşam qoşa, Sahibi-Həmzədən, Bəbirdən deyim. Aşıq Mahmud Aşıq Mahmud, hesab düşdü bu dağa, Kök tərpəndi, zədə dəydi budağa. Bənna gərək daş düzəldə bu tağa, Bəndi-əza sərin dəmindən deyim. * * * Ustad Səməd ilə aşıq Valehin 1-ci deyişməsi Ustad Səməd Bəxt oyanıb, çarx irəli gedəndə, Hər gün bayram keçər, çalhaçal olar. Xoş saatda ziyan dönər xeyirə, Var gələr var üstə bolhabol olar. Haqq nəzərin bir insandan kəsməsə, Sayılar hər yerdə qolhaqol olar. Eşidilər sözü şəkər- bal olar. Aşıq Valeh Heç kimsələr tənəzzülü görməsin, Tərəqqidə dövlət varhavar olar. Tərəqqinin zimistanı yay keçər, Tənəzzülün yayı qarhaqar olar. Yoxsulun əhvalın kimsə soruşmaz. Varlının halını sorha sor olar, Xeyir -şərdə hamı ona yar olar. Ustad Səməd Qorx o gündən tale yata, çarx dönə, Sellər gələ, dəhnə uça, arx dönə, Su qayıda, yol kəsilə, tox dönə, Mövla dönə, pirlər dönə, qırx dönə, Gözdən sala, üz döndərə, vaxt dönə, Düşər nəzərlərdən dalhadal olar. Ağlar, sızlar qəlbi, düşkünhal olar. Aşıq Valeh Daşa dönüb, sinəm üstə döyünər, Tənə sözlər cigərimdə düyünlər, Aça bilməm, dolaşıbdır düyünlər, Haqq şəfasın kəssə xəstə sağalmaz, Loğman gələr açdığını düyünlər. Cərrah neştər alar yarha yar olar. Ölər gedər, nə kömək, nə kar olar. Ustad Səməd Çox görmüşəm, zəlaləti, qəmi mən, Hər möhnəti, hər atəşi, dəmi mən, Soruşmuşam, öyrənmişəm çəmi mən, Hər dəryada gəzdirmişəm gəmi mən. Cavab verib, dinmə, qalma qal olar, Bəxti yatan, günü -gündən dal olar. Aşıq Valeh Saz sərrafdır, teli bəmi qucaqlar, Könül coşar, dəhan cəmi qucaqlar, Layla çalar, möhnət -qəmi qucaqlar, Çay üzündə lötkə üzər su qaçar, Valeh bir dəryadır gəmi qucaqlar. Tufan qopar batar vurhavur olar. Həqdan şəfa tapan dərdi –yar olar. * * * Ustad Səməd ilə aşıq Valehin 2-ci deyişməsi Aşıq Valeh Gənc çağımda könül gəlib ilhama, Atəşdə qaynayan tiyanam indi. Dərk etmişəm kainatın sirrini, Dalğalı-tufanlı ümmanam indi. Ustad Səməd Eşqi canda gəzir, elmi sərimdə, Eşqini elmində duyanam indi. Həyat cavan, ömür keçdi, qocaldım, Həsrət kamlı cismi -uyanam indi. Aşıq Valeh Çox şirindir hər nemətim kan deyir, İlham verir, eşqi sərdə yan deyir, Dil dahanda düzdü, mehriban deyir, Nə dadıb, nə yeyib, doyanam indi. Ustad Səməd Möhnət qohum mənlik mənə yad deyir, Arzu şirin, xəyal sərdə dad deyir, Ay ağlayır, ömür ilə bad deyir, Əlim çatmır tutam, dayanam indi. Aşıq Valeh Könül meyl salmaz şana, şöhrətə, Fikir yaddır xəyalətə, möhnətə. Əlimdə saz, bir səyyaham xilqətə, Boş keçən günlərə peşmanam indi. Ustad Səməd Kan fanidir pakı -xaki -zəmdi bu, Eyni matəm cismi atəş dəmdi bu, Nemət marlı, mürvət qanlı, qəmdi bu. Dəsti – paysız, cismi -rüyanam indi. Aşıq Valeh Valeh, zikr eylə, kalam- dinə bax, Qoyma ömür hədər keçə, günə bax, Mehriban ol, nə kədər, nə kinə bax, Beş günlük faniyə mehmanam indi. Ustad Səməd Mən Səmədəm, dildə candı gövhərim, Elmin kalamından dolubdur sərim, Arifə dərindir dayaz sözlərim, Kəramət bəhrinə giryanam indi. * * * Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsi Aşıq Səməd Fikrin-zikrin gəzir uca göyləri, Söylə görüm, Valeh, hara gedirsən? Karvanların qatar-qatar dayanıb, Söylə görüm, Valeh, hara gedirsən? Aşıq Valeh Fikrim edir asimanı ziyarət, Eşit, ustad, deyim hara gedirəm. Yükümü tutmuşəm ərşi-əladan, Sevda üçün bir bazara gedirəm. Aşıq Səməd Yükünü tutmusan ərşi-əladan, Qatarların gəlsin dərdi-bəladan. Nəcəf çöllərindən, Məkkə binadan, Söylə görüm, oğlum, hara gedirsən? Aşıq Valeh Dərsimi vermisən torət, qurandan, İncildən, zaburdan, külli cahandan. Yerdən, göydən, ərşdən, kürşdən, gümandan, Onlar ilə zəncir dara gedirəm. Aşıq Səməd Səməd içib minbir eşqin camını, Əzbər deyər hər xilqətin sanını. Sənə bağışlayır öz karvanını, Sahib sənsən, o bazara gedirsən. Aşıq Valeh Zərnigar Dərbənddə dönüb aslana, Otuz doqquz aşıq salıb zindana. Valehi çağırır deyiş meydana, Canım ustad, o meydana gedirəm. * * * Aşıq Süleymanla aşıq Valehin deyişməsi Naxçıvanlı aşıq Süleyman iki nəfər şagirdi ilə, usta Səməd və Aşıq Valehlə deyişmək üçün Abdal-Gülablıya gəlirlər. Abdal kəndində zurna çalan Aşıq Bədələ qonaq olurlar, axşam el-camaət toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır, şagirdləri ilə, gecədən keçincə çalıb-çağırırlar. Bir nəfər Aşıq Süleymana dövran yığmaq istəyirkən, Aşıq Süleyman deyir: – Cəmaət mən bura dövran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə bu kəndə Ustad Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın. Aşıq Bədəl deyir: Aşıq Süleyman səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, Usta Səməd isə xəstədir. Süleyman deyir: – Eybi yoxdur, o qədər gözləyəcəm ki, Aşıq Valeh yaylaqdan gəlsin, Usta Səməd xəstəlikdən yaxşı olsun. Süleymanın bu təklifi adamlara pis təsir edir, elə gecəynən bu xəbər hər iki kəndə yayılır. Usta Səmədin oğlu Cəfər də həmin məclisdə olur. Əhvalatı olduğu kimi atasına çatdırır, Usta Səməd oğluna deyir: – Get Bədələ deynən, Aşıq Süleymanı da götürsün, bizə gəlsin, Cəfər atasının təklifini Aşıq Bədəl ilə Aşıq Süleymana çatdırır. Süleyman deyir: – Get atana de ki, mən bura xəstə yoxlamağa gəlməmişəm, gələ bilirsə, o dursun bura gəlsin. Süleymanın bu hərəkəti Aşıq Səmədə pis təsir edir. Gecəynən bu əhvalatı çatdırırlar Zərnigara, həmin saat Zərnigar Aşıq Səmədə bu məzmunda bir namə göndərir. Zərnigar Kəlamı mənalı, zəkalı ustad, Sən rüsxət ver, o nadana toxunum! Yeddi yerdən sərin salım kəməndə; Yolun azmış qəlbi- qana toxunum. Nə rəvadır xənnas gələ minaya. Fəryad edə Həcər düşə bəlaya. Bir yol açım ərşə görsə səmaya. Möcüzatta bir məkana toxunum. Dəyişməzdi Zərnigarın ilqarı, Alovlara çatıb neçə yonqarı, Əynimə geyinim zireh paltarı, Naxçıvanlı Süleymana toxunum. Ustad Səməd naməni oxuyanda ağlayır. Oğlu Cəfərə deyir: – Tez atımı yəhərlə, get Qarabağ yaylağına, Mırtılı Hacı Cəfərin obasını tap, Valeh orda olacaq, olmasa da harda olduğunu Hacı biləcək. Bu əhvalatı çatdır Valehə. Denən ki, tez gəlsin, əlavə edir ki, kağız-qələm al, dediyim sözləri yaz. Görək Səməd nə deyir: Səməd Qəhri -qəza məni yaman xar etdi, Yet haraya Valeh, yaman haldayam. Ömrüm bağın boran etdi, qar etdi, Yet haraya Valeh, yaman haldayam. Ustad tək dillərdə əzbər idim mən, Hər xilqər hesablı bir sər idim mən, Qatar qabağında bir nər idim mən, Köç qayıdıb geri, indi daldayam. Naxçıvanlı sərsəm aşıq Süleyman Gəlib, bizim ilə açmağa meydan. Görməmişəm hələ mən belə dövran. Fikrim dağılıbdı qeyri -qaldayam. Səmədi xəstəlik salıbdı haldan, Bol edib payını bu ahu-zardan. Xəyalı düşgünü gəl qurtar dardan, Yatıbdır talehim, bu əhvaldayam. Söz tamama yetdi. Əlavə, Səməd belə bir bayatı çağırıdı, oğlu Cəfəri damın üstünə çıxardır. Bir quşudum uçdum, gəl. Öz yuvamdan köçdüm gəl. De hardasan ay, Valeh? Yaman günə düşdüm, gəl. Söz tamama yetən kimi, Ustad Səmədin qulağına yaxından bir səs gəldi: Əziziyəm, bildim hey, Dərd əlindən güldüm hey. Qəm eyləmə, can ustad, Mən burdayam, gəldim hey. Bir anda Aşıq Valeh qapıdan girdi, Səmədi qucaqladı, dedi: – Ustad, mən erkən Şuşaya çatmışdım, Allahqulu xahiş etdi ki, gecəni onlarda qalım, onlar üçün çalıb-çağıram. Qaldım çağırdım, qurtaranda dedilər ki, bəs, Naxçıvanlı Aşıq Süleyman siznən deyişmək üçün sizin kəndə getdilər. O dəqiqə atı mindim, çıxdım yola, İndi gəldim, çatdım. Səməd dedi: – Valeh aşıq, Süleymanın başına bir çatı bağla çəkə-çəkə mənim hüzuruma gətir. Valeh dedi: – Arxayın ol, İnşallah dediyin kimi olacaq. Səmədnən Valehin bayatıları yatanları yuxudan oyatdı. Elə ki, açıldı səhər mərəkə düzəldi. Aşıq Süleyman və Aşıq Valeh sazları əlində gəldilər, girdilər deyiş meydanına. Görək nə deyirlər: Aşıq Süleyman Ulu Naxçıvandan düşmüşəm yola, Qarabağa qar üstünə gəlmişəm. Dedilər, Qarabağ Şahin yurdudur, İndi bildim, sar üstünə gəlmişəm. Aşıq Valeh Yaşlı quzğun, düz yolunu azmısan, Özün şir xor nər üstünə gəlmisən. Hərbə -zorba gəlmə, hünərdə kəmsən. Qorxu bilməz ər üstünə gəlmisən. Aşıq Süleyman Qorxudan ustadın olubdu xəstə, Cəsarəti yoxdu söz ala dəstə. Yorğan altda deyir qəmli şikəstə, Qəlbi ağlar zar üstünə gəlmişəm. Aşıq Valeh Ustadım kamildi, elmi dərindi, Kamalı dəryadı, elmi dərindi. Kəmənddə boğulan sənin sərindi, Hazır ovsan, şir üstünə gəlmisən! Aşıq Süleyman Süleymana gəl hədyan söyləmə, Fəryad edib, bağrın başın teyləmə. Qürrələnib, bığlarını piyləmə, Bir zülmətəm, kor ütsünə gəlmişəm. Aşıq Valeh Aşıq Valeh bir səyyahdır xilqətə, Bələdçidir hər keçid, hər xislətə. Tövbə eylə, qol bağla gəl minnətə, Kəramətli pir üstünə gəlmisən. Aşıq Süleyman Mən gəlmişəm Qarabağdan bac alam, Köpüklü çay kimi coşaram indi. Aslan meydanında quzu mələyir, Bu işə mat qalıb, çaşaram indi. Aşıq Valeh Çaylar udan dərya kimi dolmuşam, Təlatüm eyləyib, daşaram indi. Tumarlayıb, əl ataram guşinə, Tutub kəl yerinə qoşaram indi. Aşıq Süleyman Məşhuram hər yerdə əsli-zatım var, Hamı dostdur, nə düşmən, nə yadım var, Bir ustadam, bu sənətdə adım var, Söz duyan qəlblərdə yaşaram indi. Aşıq Valeh Geniş dünya bu gün sənə dar olar, Qulaq batar, görən gözün kor olar, Şənlik qaçar, qəlbin ahu -zar olar, Tatarı qatara qoşaram indi. Aşıq Süleyman Aşıq Süleymanam, tanı, bil məni, Tükənməz dərdlərə salaram səni. Tökərəm yurduna dumanı, çəni, Yel olub, dağlardan aşaram indi. Aşıq Valeh Aşıq Valeh zərbə vurar, belindən, Nitqin batar, kəlmə çıxmaz dilindən, Ağlın itər, sazın gedər əlindən, Səni bu sənətdən boşaram indi. Sözlər tamama yetdi, aldı Süleyman dübarə: Aşıq Süleyman Cavan oğlan, çox hədiyan danışma, Hər sözü sanballı bir ustadam mən. Sənət meydanında hay-haray salıb, Aşıqlar ovlayan bir səyyadam mən. Aşıq Valeh Mehriban dostuyam, kalam əhlinin, Çaşqın nadanlara tamam yadam mən. Xilqəti duyanlar can sirdaşımdı, Azğınlar qəlbində bir fəryadam mən. Aşıq Süleyman Adı mahallarda dolansan yek, sər, Çətindi tapıla mənə barabər. Fikiri -dəryayam, sözləri gövhər, Cahan tarixində məşhur adam, mən. Aşıq Valeh Aqil demək olmaz, hər ağlı səyə, Açıq başın tab eyləməz dəynəyə. Qanadın alışar, çıxma yüksəyə, Buludlar oynadan dolu badam, mən. Aşıq Süleyman Aşıq Süleymanam hesabi -həfdə, Əlsə aləmində olmuşam səfdə, Dərsimi almışam əsabi-kəfdə, Arzular duyğulu, qəlbi şadam mən. Aşıq Valeh Mən Aşıq Valehəm, hesabı pəncəm, Əl çatmaz zirvəyəm, görünməz küncəm, Zənn etmə savadsız, hünərsiz gəncəm, Dara düşənlərə bir imdadam mən. Aşıq Süleyman ha özünü bərkitdi, söz deyə bilmədi. Aldı aşıq Valeh görək nə dedi: Aşıq Valeh Coşqun aşıq bəxtin onda yatıb ki, Meyil edib, bu güzara gəlmisən. Bədnam olmaq sənə haqdan yazılıb, Saz götürüb, bu diyara gəlmisən. Aşıq Süleyman Əvvəldən hər işi ölçüb, biçmişəm, Çox yaxşı bilirəm, hara gəlmişəm. Adlı ustadları zay etmək üçün, Saz götürüb, bu diyara gəlmişəm. Aşıq Valeh Kamallı ustadlar elmin -məkandı, Ərşə cərəyan verən hansı təkandı? Mərifət satılan hansı dükandı? Hansı varla, bu bazara gəlmisən? Aşıq Süleyman Kim öyrənsə bütün elmi- fəndini, Aça bilər bu düymələr bəndini. Mahirsən, atmağa söz kəməndini, Olacağa yoxdur çara, gəlmişəm. Aşıq Valeh Valeh söz açmamış gizli qəfəsdən, Zavallı tufandan, odlu nəfəsdən, Zorlu aşıq nə tez düşdün həvəsdən, Sən düşmüsən pis azara, gəlmisən. Aşıq Süleyman Süleymanam, İraqdadır mahalım, Qəriblik əl verdi, dəyişdi halım, Pozuldu növrağım, çaşdı xiyalım, Şadlıq keçib, ahı- zara gəlmişəm. Sözlər tamama yetdi, aldı Valeh dübarə, görək nə deyir: Aşıq Valeh Sənət meydanında ismi -xar olan, Bir əlif de, onda cahan var olsun. Yeddi kəlmə düzəlt səkkiz içində, Tufan olsun, bahar olsun, qar olsun! Söz cavabsız qaldı, Aşıq Valeh, aldı dübarə: Bir hesab tap, çahar şeştə yazılsın, Təzələnsin, köhnə tarix pozulsun, Hər birində yeddi məna yozulsun, Hökm olunsun, divan olsun, dar olsun! Aşıq Valeh, bu hesaba cəm bilir, Suda atəş, nar içində nəm bilir, Anlamazdı, hər kim desə kəm bilir, Matəm tutsun, günü ahu -zar olsun. Sözlər tamama yetdi, Aşıq Valeh Aşıq Süleymanı şagirdləri ilə birlikdə apardı, Ustad Səmədin yanına. Süleymanın şagirdləri cavan idilər. Səməd gördü ki, şagirdlər bərk qorxu keçirirlər, xeyli dinmədi, aldı görək ustad Səməd nə deyir: Ustad Səməd Bu qoca dünyada yox ömrə vəfa, Görən olacaqdı nələr, dünyada?! İnsan olan şirin-şirin danışar, Heyvan olan gedər, mələr dünyada! Üstündən el keçmiş dağlar görmüşəm, Çapılmış, talanmış bağlar görmüşəm, Mənəm deyənləri, ağlar görmüşəm, Kimi ağlar, kimi gülər dünyada! Yeddi yeyər, səkkiz çəkər, beş mələr, Mənəm deyənlərin yurdu heç mələr. Qaynar bulaq axan çaylar, çeşmələr, Necə olacaqdı, sular dünyada? Səməd ki, var bir quruca cəsəddi, Ölümkü var, o hamıya qismətdi. Çarxı fələk, bəs bu necə mürvətdi? Cavan oğlanlar da ölər dünyada. Söz tamama yetdi, Səməd dedi: – Süleyman, səni bu şagirdlərinə bağışlayıram. Aşıq Süleymanın sazını əlindən aldılar, soyulmuş tacir kimi yola saldılar. * * * Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsi Türkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir: – Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir: – Məndən qorxmayın, nə qədər qoca olsam bir Feyruzluq biliyim qalar. Valeh sazını götürüb Şuşaya gedir. Xanın tapşırığı ilə şəhər sakinləri aşıq Valehi yaxşı qarşılayırlar. Aşıq Feyruz bekaflayır. Valeh xəbər alır, Feyruz nə üçün kefsizsən? Feyruz deyir, qəriblik mənə əl verdi. Valeh deyir: Qəriblik sənə əl verdisə mərəkəni İstanbula salaq, bu ünvanla belə şərtləşirlər. Aşıq Feyruz Aşıq Valehə üstün gəlsə, qələbə ilə vətəninə gedəcək, əgər Aşıq Valeh Aşıq Feyruza üstün gəlsə Feyruzun öz sazını və mahallardan aldığı sazları da Feyruzdan alıb, karvanı soyulmuş tacir kimi yola salacaq. Bu şərtləri Mehdixan təsdiq edəndən sonra açıq meydanda deyişmə başlayır. Aşıq Feyruz Hər mahalın bir bazarı, bəzirganı qanan gərək, Bərə güdüb, yol kəsməyə pəhləvanı - cahan gərək. Ərlər kimi zərbə çala, hər zərbəyə tab gətirə. Qorxmaya, çəkinməyə qopsa hər cür tufan gərək. Aşıq Valeh Hünərdən kəm olanlar, heç açmaya meydan gərək, Ağıldan sərsərilərə tez verəsən dərman gərək. Gələcəyi başa düşən əvvəlcədən əsib-coşmaz, İşarədən söz qanmağa insan oğlu insan gərək. Aşıq Feyruz Sizin yerlər səfalıdır, aranında yay olmasa, Boz səhralar çiçək açmaz, köpüklənmiş çay olmasa, Mərd igidlər ad qazanmış bərabəri tay olmasa, Uzaq səhra mənzilinə səhra görmüş sarvan gərək. Aşıq Valeh Hər mahalın bir adəti, hər inamın bir adı var. Hər bitkinin bir turşusu, hər nemətin bir dadı var, Hər nadanın bir oxşarı, hər igidin bir zatı var, Azmış pələng bərəsində acıqlanmış aslan gərək. Aşıq Feyruz Aşıq Feyruz söz veribdir, bu mahaldan bac almağa, Aşıqları ağlar qoyub, şairlərdən tac almağa, Sənətiylə ad qazanb, məşhur olub, ucalmağa, Qarabağın mərkəzində qursun bu gün divan gərək. Aşıq Valeh Bu mahal bac verməyib, yaranandan bac alıbdır, Sənətkarı pəhləvantək zərbə çalıb, tac alıbdır. Güman etmə karan düşüb, Aşıq Valeh qocalıbdır, Buludlara ucalmağa qanad çalsın tərlan gərək. Söz tamama yetdi. Aldı Feyruz dübarə: İkinci deyişmə Aşıq Feyruz Qarabağ elinin səfası xoşdur, Qəriblər güldürən yar bu yerdədir. Sahili sərxoşdur, bağbanı qoca, Yadlara satılan nar bu yerdədir. Aşıq Valeh Hünər diyarıdır Qarabağ eli, Sərsəri mehmana dar bu yerdədir. Sahibi sərkardır, bağbanı mahir, Qeyrət bu yerdədir, ar bu yerdədir. Aşıq Feyruz Sahilsiz ümmana susuz göl deyən, İşarə altında mətləb bir deyən, Yad bağbana göz eyləyib gəl deyən, Ətirli, şəkərli bar bu yerdədir. Aşıq Valeh Hoqqabaza cəzasını bildirən, Dərdin böhran edib, qəmdən güldürən, Yolun azanları nakam öldürən, Boran bu yedədir, qar bu yerdədir. Aşıq Feyruz Aşıq Feyruz bir ölkənin nəridir, Güman diyarıdır, pənah səridir, Mahal gəzir, sənətinin əridir, Qanadı qırılmış sar bu yerdədir. Aşıq Valeh Aşıq Valeh düşüncədə dar olmaz, Qocalmaqla tülək tərlan sar olmaz, Həyasızda ismət olmaz, ar olmaz, Hünər bu yerdədir, kar bu yerdədir. Söz tamama yetdi, Aldı Feyruz dübarə: (Üçüncü deyişmə) Aşıq Feyruz Könül nuş eylədi eşqin camını, Təzə bir aləmdə gəzərəm, kişi, Bağ salaram, budaqarı bar verər, Yarpağın güllərlə bəzərəm, kişi. Aşıq Valeh Mahir bir qəvvasam eşqin bəhrinə, Qol atıb, hər yana üzərəm, oğlan. Yüz min tufan qopub, təlatüm ola, Dalğalar qoynunda süzərəm, oğlan. Aşıq Feyruz Görünməz ləpirim, kor bilməz yolum, Dayanmaz ayağım, yorulmaz qolum, Dəyişməz əhvalım, pozulmaz halım, Pünhanlar qoynunda süzərəm, kişi. Aşıq Valeh Day çatarmı köhlən yoran səməndə, Boz sərçələr kəklik olmaz çəməndə, Bixəbərsən sərin keçib, kəməndə, Nə axtarıb, nə də gəzərəm, oğlan! Aşıq Feyruz Aşıq Feyruz hər meydanda baş qalar, Dərinə addasa sərin çaş qalar, Qəlbin ağlar, gözlərində yaş qalar, Əlini hər yandan üzərəm, kişi. Aşıq Valeh Nabələdsən, keçid yolun pünhandı, Şeirbazlar əhli- ruhdu, insandı, Aşıq Valeh gupbul görmüş zindandı, Bir çəkic zərbinə dözərəm, oğlan! Söz tamama yetdi. Aşıq Feyruz hər nə qədər fikirləşdi, yenə söz tapa bilmədi. Aldı Valeh görək nə dedi: (Dördüncü deyişmə) Aşıq Valeh Aşıq Feyruz, vətənindən kənarda, Neçə ustad meydanına düşmüsən? Neçə hesab vacehini anlayıb, Neçə xilqət fərmanına düşmüsən. Əziziyə keçə nə? Əvəz ola keçənə! Hansı loğman yan deyir, Ömür şamı keçənə. Aşıq Feyruz Aşıq Valeh, vətənimdən kənarda, On bir ustad meydanına düşmüşəm. Doqquz hesab vacehini anlayıb, On beş xilqət fərmanına düşmüşəm. Əziziyəm düşə nə, Atlana nə, düşə nə. Maldan qurban nə gərək, Eşq oduna düşənə. Aşıq Valeh Hansı mahal bərəsində dolaşdın, Hara keçid tapdım, hara yol aşdın. Neçə ümman dalğasında qol açdın, Neçə həyat dövranına düşmüsən. Əziziyəm qaradır, Süddən ağdır, qaradır. O nədir ki, oxdan düz? Kömürdən də qaradır? Aşıq Feyruz Göyçə mahalında bir az dolaşdım, Divanidən təcnisə də yol açdım, Altı ümman dalğasında qol açdım, İki həyat dövranına düşmüşəm. Əziziyəm daldadı, Hünər yeri daldadı, Dəli könül, mərd dayan, Ağır meydan daldadır. Aşıq Valeh Aşıq Valeh nələr desin halına, Nabələdsən gizli xilqət yoluna, Aldanmısan eşqin şərbət balına, İndi tilsim böhranına düşmüsən. Əziziyəm dərindi, Dayaz deyil, dərindi On səkkizi üçə böl, Bağbanısan, dər indi! Aşıq Feyruz Aşıq Feyruz qəribdir bu mahalda, Dost görmüyə, barı məni, bu halda, Arzularım nakam qaldı xəyalda, Qaf dağının boranına düşmüşəm. Əziziyəm el gərək, Dolanmağa el gərək. Qürbət eldə xar oldum, Oldu mənə el gərək. Söz tamama yetdi. Aldı aşıq Valeh görək nə deyir: Aşıq Feyruz kamalına badə ver, Üç altının diyarından söhbət aç. Cahar şeşdin mənasını yozginən, Həfti pəncin bazarından söhbət aç. Feyruz sözlərini mənalaya bilmədi. Aldı Valeh dübarə: Otuz altı hansı bağman barıdı? Yetmiş iki hansı bina tağıdı? Eşqin yağı hansı məhsul yağıdı? On dörd alim güzarından söhbət aç. Aşıq Valeh yol açmadı dərinə, Hansı hesab toplamısan sərinə? Qol bağla gəl, kamil ustad dərinə, On beş alim baharından söhbət aç. Söz tamama yetdi. Aşıq Valeh dedi: – Aşıq Feyruz sazına, sənətinə toxunmaram, bu şərtlə sənə bir neçə söz deyəcəm. Onu İstanbul paşasına çatdırarsan. Feyruz dedi: – And olsun ustadlar kalamına, hər nə desən birə - bir soltana çatdıraram. Aldı Valeh: Feyruz, söylə İstambul paşasına, Qarabağın çox dəyərli adı var. Dostlar üçün səfalıdır hər yanı, Düşmən üçün min tufanı, badı var. Bir yanı Gəncədir, bir yanı Şirvan, Bir yanı arazdır, bir yanı Muğan, Dağları kəklikdir, düzləri ceyran, Gözəl ləzzəti var, şəkər dadı var. Bu torpağa kim əl atsa xar olar, Geniş dünya gözlərinə dar olar, Günü qara, işi ahu-zar olar, Bu ellərin köməyi var, dadı var. Ərdəbilli aşıq Mahmud zay oldu, Məsum Əfəndinin yaşı çay oldu, Naxşıvanlı Süleymana tay oldu, Bu mahalda şairlər evladı var. Ustad Səməd sənətdə bir dağ idi, Kələntərli Alı fəndli bağ idi, On il qabaq Molla Pənah sağ idi, Valeh kimi aşiqlər ustadı var. Söz tamama yetdi. Feyruz mahallardan aldığı sazları aşıq Valehə təqdim etdi. * * * Aşıq Valehlə Məsum Əfəndinin deyişməsi Məsum Əfəndi Kəndinə laf edib, şairəm deyən, Sualımın qabağında döz indi. Diksinmə, çəkinmə, qısqanma, qorxma. A1 sualın, ver cavabın tez indi. Aşıq Valeh Bilsəydik mahalı bəndə salıbsan, Eh billah, gəlməzdik bura biz indi. Diksinmərəm, qısqanmaram, qorxmaram, Xəbər alsan o sualdan yüz indi. Məsum Əfəndi O kim idi, getdi həraya qurban, O kim idi, doğdu bir neçə oğlan. O kim idi, əzəl etdi nahaq qan, Nə səbəbdən?.. arasında gəz indi. Aşıq Valeh Cəbrayıl gətirdi ülfətə qurban, Həvva-ana doğdu yüz səksən oğlan. Habili Qabil öldürdü, etdi nahaq qan, Adəm verməmişdi ona qız indi. Məsum Əfəndi O kim idi, rükət-namazı qıldı, Neçə il orada xidmətdə qaldı, Neçə min mələyə xidmətkar oldu, Axırda da danışmadı düz indi. Aşıq Valeh Mələk tavıs min rükət namazın qıldı, Səksən min il orada qiyama durdu. Səksən min mələyə xidmətkar oldu, Oldu şeytan, danışmadı düz indi. Məsum Əfəndi O kimdir ki, əlləri var neçə min? Hər əlində barmaqları neçə min? Hər barmaqda qələm çalar neçə min? Bunu bilən aşığa yox söz indi. Aşıq Valeh Cəhənnəm maliki əli yeddi min, Hər əlində barmaqları yeddi min. Hər barmaqda qələm çalır yeddi min, Onu nə biz görürük, nə də siz indi. Məsum Əfəındi Məsum Əfəndiyəm sahibi-qüdrət, Harada danışdı min kəlmə xəlvət. O nə idi verdilər ona zər-zinət? Aşıqsansa bu sözlərə döz indi. Aşıq Valeh Valehəm, Məhəmməd sahibi-qüdrət, Meracda danışdı min kəlmə xəlvət. Mələklər Behiştdə verdilər zinət, Onun ərkanında quluq biz indi. * * * Aşıq Valehlə Zərnigarın deyişməsi Birinci deyişmə Aşıq Valeh Gəl ey səadəti puç edən fərman, Sənin hüzurunda baş əyən mənəm. Təbibsiz xəstəyəm, düşmüşəm haldan, Yaralı qəlbinə ox dəyən mənəm. Zərnigar Öyrəndim tarixi, bildim keçmişi, Bəd gündə anadan doğulan mənəm. Gəmisiz, lödkəsiz, ümüd, pənahsız, Sahilsiz ümmanda boğulan mənəm. Aşıq Valeh Əvvəldən dünyanın yoxdur vəfası, Əcəl şərbətinin budur səfası. Ağlatdı qəlbimi matəm cəfası, Sevdalı sərinə daş döyən mənəm. Zərnigar Qəhri-qəza hünərini bildirib, Qəm yerinə şadlığımı sildirib. Umudumu, pənahımı öldürüb, Kökündən tufağı dağılan mənəm. Aşıq Valeh Valehəm, baharım çovğun, qar oldu, Belim sındı, qulaqlarım kar oldu. Dilim batdı, görən gözüm kor oldu, Axirət libasın tərs geyən mənəm. Zərnigar Zərnigaram, canım odda, zavalda, Düşman ağlar, məni görsə bu halda, Qürbət vilayətdə, qərib mahalda, Şənlik sırasından qovulan mənəm. İkinci deyişmə Aşıq Valeh Gəştə çıxan, ay vəfalı nazənin, Gəşt eləyib nə havalı gəzirsən? Bir neçə aşığı bəndə salıbsan, Götürübsən muzd-babalı gəzirsən. Zərnigar Bahar əyyamıdı, hicrət çağıdı, Gəşt eləyib mən havalı gəzirəm. Otuz doqquz aşıq bəndə salmışam, Götürmüşəm muzd babalı gəzirəm. Aşıq Valeh Bu dünya dediyin bir bivəfadı, Ona əlac yenə zövqü-səfadı. Yarsız gəzmək sənə xeyli cəfadı, Eyləyibsən nə xəyalı, gəzirsən? Zərnigar Xaliqi-ləmyəzəl, vahidi-yek tay, Veribdi qüdrətdən mənə camal pay. Gəlməz bu əsrdə mənə aşıq tay, Tamam ol İran, Turanı gəzirəm. Aşıq Valeh Valeh kimi gəzmə ahüzarınan, Gövhəri sərf eylə xiridarınan. Sən də qovuş bir münasib yarınan, Bülbül kimi növbaharı gəzirsən? Zərnigar Saldırram boynuna zincirdən kəmənd, Tikdirrəm başından minarə bülənd. Adım Zərnigardır, məkanım Dərbənd, Valeh kimi novcavanı gəzirəm! Üçüncü deyişmə Zərnigar Qarabağdan do eləyib gəlmisən, Yer üzündə mən İsayam, sən nəsən? Öz əlinlə yaxşı yıxdın evini, Həqdən gələn bir bəlayam, sən nəsən? Aşıq Valeh Ay nazənin, şagirdlərin ustadı, Hamı bilir mər yektayam, sən nəsən? Dərsimi almışam kamil ustaddan, Eşq içində dolu payam, sən nəsən? Zərnigar Çoxların salmışam xaki-turaba, Sualımdan aciz qalıb cavabı. Səni də pay göndərəcəm torpağa, Bu əyyamda mən dəryayam, sən nəsən? Aşıq Valeh Çox sən tək gözələ əl eylərəm mən, Aparıb özümə mal eylərəm mən. Dəryanın üzündən yol eylərəm mən, Mərifətdə mən Musayam, sən nəsən? Zərnigar Zərnigaram, səni çəkərəm dara, Başından tikdirrəm qala, minara. Bir kəs varmı edə dərdinə çara, Həqdən gələn bir sevdayam, sən nəsən? Aşıq Valeh Ustadım Səməddi, sakini-Abdal, Əgər üzün görsən olar dilin lal. Valehəm, Hafizə vermərəm camal, Mən ona kərraham, söylə sən nəsən? Dördüncü deyişmə Zərnigar Bizdən salam olsun aşıq Valehə, Əgər aşıq isən, gəl, eyləyək cəng. Görək ki, kim-kimi verir zavala, Kim-kimin əlində mat oldu diltəng. Aşıq Valeh Al cavabın, deyim Zərnigar xanım, Mənəm aşıqlarda bir ağırça səng. Zərrəcə yerimdən tərpədə bilməz, Yığılsa Rum, Qeysər, ta Hindü-Firəng. Zərnigar Əcəl səni salıb əcəb bu girə, Sənin də gərdənin keçər zəncirə. Üç gündən bir çörək verərəm cirə, Yanar əhvalına dəryada nəhəng. Aşıq Valeh Aşıq olan özün sənə bab etməz, Sədamı eşidən gecə xab etməz. Dəmir zəncir eşq oduna tab etməz, Gəl mənə bağlama sən topu-tüfəng. Zərnigar Qoymaram yetəsən səni yarına, Bir təpiyim dəyər burcu-barın, Çökər bir qaranlıq ruzigarına, Aşıqlar başıyam mənəndi-pişəng . Aşıq Valeh Qurban olum sənin kimi məstana, Zərb ilə söyləmə, danış miyana. Kəllə gərək bu meydanda dayana, Aslan davasına tab etməz pələng. Zərnigar Meydana gətirib səni də əcəl, Çəkərsən əlimdən yüz cəngi-cədəl. Zərnigaram, sabah meydanıma gəl, Bu bir sözdü, sənə mən elədim rəng. Aşıq Valeh Mərd gözəlsən, doğub səni mərd ana, Sən Zənansan, mənəm iyid mərdana. Valehəm, sinəmi qoydum nişana, Atsın yüz kamandar min tiri-xədəng. Beşinci deyişnıə Zərnigar Bizdən salam olsun Aşıq Valehə, Əzəl nə şey xəlq eylədi sübhanı? Neçə şeylər ondan oldu aşikar, Yaratdı sifəti, namı, nişanı. Aşıq Valeh A1 cavabın deyim, Zərnigar xanım, Əzəl bir dürr xəlq eylədi sübhanı. Cəmi aləm ondan oldu aşikar, Yaratdı sifəti, namı, nişanı? Zərnigar Söylə görüm, nədir yerin əsası, Nə üstündə qərar tapıb durası, Neçə ildi yerlə göyün arası, Nədən xəlq etdilər, həft asimanı? Aşıq Valeh Eşit, bir balıqdı yerin əsası, Kav üstündə qərar tapıb durası. Səksən min il yerlə göyün arası, Nurdan xəlq etdilər həft asimanı. Zərnigar O kim idi, kimdən qorxuban qaçdı, Neçə il orada xaba uğraşdı. O kim idi onlar ilə qarışdı, Adları nə idi, ismi-bayanı? Aşıq Valeh Dəgyanus tanrıdan qorxuban qaçdı, Yüz səksən il orda xaba uğraşdı. Qəmər idi, onlar ilə qarışdı, Əsabi Kəhf etdi, ismi-bəyanı. Zərnigar Zərnigaram, bilmək olmaz sanını, O kim idi yumadılar qanını, O kimdi alar özü-öz canını, O kim idi öldü, dirildi canı? Aşıq Valeh Valehəm, ulduzun bilməzlər sanın, Ərənlərin heç vaxt yumazlar qanın. Əzrail alacaq özü öz canın, O Cərcisdi , öldü dirildi canı. Altıncı deyişmə Zərnigar Qarabağdan do eyləyib gəlmisən, Azad elə sözlərinlə günahı, Arif olub, hikmətləri bilmisən, Sənə gəlir aşıqların pənahı. Aşıq Valeh Qarabağdan do eyləyib gələndə Heç çəkmədim mən könüldən bu ahı, Aşıqların deyil xilası məndən, Azad eylər bəndəsini ilahi. Zərnigar O nə şeydir on iki qılçası var, Hansı bir bazarın üç küçəsi var, Altı min altı yüz nə xocası var, Kimin sözlərinin de binası var. Aşıq Valeh İlin aydan on iki küçəsi var, Bir ilimiz üç bayrama ayrılar. Üç yüz altımış gün deyir hesabdar, Altı min altı yüz vaxt namazı var. Zərnigar O kim idi yeddi göy qədər gücü var, On iki kor oğlu, on iki hacı, Əlli min əlli yüz qırx dörd kərpici Onu dastan tutanın ustası var. Aşıq Valeh On iki imam var, on iki hacı, O həzrət Əlidir, yeddi göy gücü, Kəbənin əlli min qırx dörd kərpici, İbrahim tək onun bir ustası var. Zərnigar O kim idi dilsizləri dindirir, Tarı günü az bir zaman güldürdü, Ölümün binasın neydi bildirdi. Əldə gəzən kimin qızıl tası var. Aşıq Valeh O həzrətdi dilsizləri dindirir, Tanrı Aşıq Qələmi az güldürdü, Habilin dəfnini qarğa bildirdi, Qəribin əllərdə gəzən tacı var. Yeddinci deyişmə Aşıq Valeh Səndən xəbər alım, Zərnigar xanım, Əvvəlki mətləbin, kamın neçədi? Nə ilə kamilsən, nə ilə naqis, Mürdə-zində sərəncamın neçədi? Zərnigar A1 cavabın, deyim, ay aşıq Valeh, Əvvəlki mətləbim, kamım ikidi. Ədəbli kamildi, ədəbsiz naqis, Mürdə-zində sərəncamım ikidi. Aşıq Valeh O nədi ki, batinində nazirdi, O nədir ki, vücudunda hazırdı. O nədi ki, şəbi-zildə2 zahirdi, Bundan artıq dolu camın neçədi? Zərnigar O tanrıdı, batinində nazirdi, O uşaqdı, vücudunda hazırdı. Dörd kitabı şəbi-zildə zahirdi, Bundan artıq dolu camım ikidi. Aşıq Valeh Mən Valehəm, neyləmişəm neyləyim, Bir əliflə bir qaf neylər, söyləyin. Tökün kitabları, hesab eyləyin, O nədi ki, demək olmaz ikidi? Aşıq Valeh Aşıq olan sözün açıq söyləyər, Yüz min naşı bir kamilə neyləyər? Bir əlifdə bir qaf min bir eyləyər, Ad yiyəsi demək olmaz ikidi. * * * Valehlə Zərniyarın deyişməsi Zərniyar: O necə şəhərdir, on iki bazar, Qırx səkkiz məhəllə, üç küçəsi var. Üç yüz altmış altı hücrəsindədir, Altı yüz iyirmi min həm xacəsi var. Valeh: Bir ilin içində on iki aydır, Qırx səkkiz həftəsi, üç bayramı var. Üç yüz altmış altı gün hesabıdır, Altı min yüz iyirmi vaxt namazı var. Zərniyar: O necə şəhərdir, on beş çırağı, Doqquz bağbanı var, on iki bağı. Müttəsil pərgardır onun otağı, Qapısın açanın nə ixlası var? Valeh: Suliddin, Firuddin on beşdir hamı, Doqquz yol oğludur on iki imamı, Müttəsil pərgardır cənnəti, damu, Möminin behiştdə çox ixlası var. Zərniyar: Altı min yüz iyirmi onun dükanı, On yeddi mənzildir yarın məkanı, Necə pəhləvandır, yaxlayan onu? Tap görüm, sözümün nə mənası var? Valeh: Altı min yüz iyirmi namazdır bir il, On yeddi rikətdir bir gün, yəqin bil, Yeddi əzan yerə dəyər mütəssil, Mən deyim sözümün bu mənası var. Zərniyar: Altı min, altı yüz, altmış altıdı hacı, On dörd ovçusu var, var onun gücü, Səkkiz min altı yüz qırx dörd kərpici, Onu yalqız yapanın nə bənnası var? Valeh: Altı min, altı yüz, altmış altıdı ayə, On dörd səcdə tapar, onda hidayə, Səkkiz min altı yüz qırx dörd sühayə, Onu yalqız yapanın bir Allahı var. Zərniyar: Yüz on dörddə yəqin eylərəm şükür, Yüz bir dərviş orda eyləyər zikir, Bu Zərniyar sənə çəkər bir fikir, Şəfiəl məzlum tək həm ağası var. Valeh: Yüz on dörddür yəqin sureyi-Quran, Yüz bir təsbeh edər zikri ya sübhan, Valehə kömək ol, ya Şahi-Mərdan, Bu əmrdə küllü müddəası var.” * * * Aşıq Qənbərlə aşıq Valehin deyişməsi Aşıq Qənbər Deyirlər sənəti tövbə etmisən, Barı ziyarətin qəbul oldumu? Deyirdin ölüncə eşqim azalmaz, Ömrünün gülşəni qəfil soldumu? Aşıq Valeh İnsan da şadlığa tövbə edərmi? Sazsız ziyarət də qəbul olarmı? Can nə qədər sağdır, eşq içindədir, Baharın qoynunda gül də solarmı? Aşıq Qənbər Söz yaraşmaz bundan belə adına, Çatan olmaz harayına, dadına. Etdiyin tövbəni gətir yadına, Qaynadı, peymanın axır doldumu? Aşıq Valeh Saz adımla tarixinən qalacaq, Əhvalımı ellər xəbər alacaq. Yalançıya tövbə qənim olacaq, Çaylar tökülməklə ümman dolarmı? Aşıq Qənbər Qənbər deyər, duman çıxır sərindən, Dəyirman tək oynamışam yerimdən. Bu sözü eşitdim Molla Kərimdən, Belə böhtan mollalarda boldumu? Aşıq Valeh Eşq əhliyəm, hər əməli salehəm, Küskün, kəsalətli, oyaq taleyəm. İsmim Səfi, özüm aşıq Valehəm, Tövbə edən telli sazı çalarmı? * * * Aşıq Valehin Qənbərə cavabı (birinci cavabı) Sən tək təbibin gözləri azarə düşərmi, Yazdan bir ay ötmüş. Bir göz ki, qırov olmaya kor qara düşərmi, Azardı bu batmış. Korluq sənə bu bəxtində, biçarı, düşərmi, Sinnin ola yetmiş. Qənbər kimi gözün aya, pürkarə düşərmi? Söz yerini tutmuş. Öz nüsxən olub indi sənin özgəyə isbat Tut səni məni məzur. * * * Aşıq Valehin Qənbərə ikinci cavabı (ikinci cavabı) Bu təbi-təbabətliyi bir kəs bilə haşa, Ey Qənbəri-məcnun, Dərmanlarını görsə qalır məhzi müğəvva Loğmani əflatun. Gözdən və nəzərdən səni hifz eyləyə mövla Danayi -pürəfsun. Bir sən kimi kəhhal dəxi xəlq etməyib əsla Ol qadiri - biçun? Qırx yeddi qələm göz davasın eyləyə peyda. Gözdən özü məğmun. Allaha şükür gözlərimin yoxdur azarı, Axmaz pıçalağı. Bir güzgü alıb, bax gözünə sənsən tarı, Kor- körcə bəlağı. Həcvinə görə gözləri kor olmaya barı, Kardır da qulağı. Adətdri ki, sağlar kora gülməkdir mudarı, Kardır da qulağı. Sağ gözlünü kor həcv edubən eylədi rüsva, Düşdü belə qanun. Bir gün gözümüz qarə düşəndə nə gülürsən, Könlün nə olur şad? İllər uzunu burnunu bəs niyə silirsən, Olmuş sənə mədat. Göz ağrısına pəhrizi, qeyzanı bilirsən, Çün öyrədib ustad. Bəs niyə qara mal kimi quyuya düşürsən! Gər olmasa irşad. Öz eybinə kor ol, dəxi çox söyləmə bican, Danışma bu məzmun. Valeh o zamandan ki, olubdur sənə yoldaş, Ol xoş qədəmindən. Yoxmadan olub gözləri manendeyi xəffaş, Gərək qaça gündən. Bizdə yenə sağ gözdü, görür, qədəri gedir yaş, Həqqin kərəmindən. Sənin başına ey biçarə, eylə, düşüb daş. Dövran sitəmindən. Görmək sənə olmaz dəxi ölüncə mühəyya, Sədd dövr edə gərdün. * * * Abdulla Canızadə Aşıq Valehə Ey Səfi, şahi-Nəcəf evi sənə məskən ikən, Niyə ol ruzəni tərk etdin əgər adəm idin. Olmadı gün kimi yarın sərikuyində yerin, Sən məgər ol vəfa bəzminə naməhrəm idin: Süst rayin səni məhrumi-visal etməz idi. Rəhi eşq içrə əgər sabiti müstəhkəm idin, Qürb övlad-Əlidir səbəbi rəhməti-həqq. Sən bu mənada məgər cahili la-iələm idin. Kəfin əshabını tərk etmədi, sək, bir saət Sən ki, insan idin, axmaq, məgər onda kəm idin? Müstəqit olsaydı eşqilə təbin daim, Həqətək dərgahi-mövlada bəsi möhkəm idin. Dəsti- ixlas ilə canan ətəyin tutsaydın, Şərəfi rütbədə sultan hamu-aləm idin. Qənbəra, Valehi, tən etmə ki, bəc biqəmdir. Sən dəxi cahil əgər olsaydın, biqəm idin. * * * Aşıq Valehin şair Abdulla Canızadəyə cavabı Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir, Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir. Səfinin ziddi əzazil əzəl Abdulla, Başımı əyməm ona, lənət ona müztərdir. Ərşinə əlli kərə and içənə bax ki, mənə, Eylə söylər ki, görən deyər özü peyğəmbərdir. Özü Dəccal durur, könlü vəli- kəbə dilər. Mömin indi Qalada, san burada Qənbərdir. * * * Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiri Aşıq Valehin Abdulla Canızadəyə İkinci şeiri Gəldi mehman ki, sən ey hacı Zəvvar Hüseyn, Necə saldın yola, ey mənsəbi hac əl-hərəmin? Lənət olsun belə hacıdan olan övladə, Cəbr edə mən kimi sərrafi-süxən ustadə. Sənin ağzına baxardı tamam el sövdadə, Mənim. . . . . . sarıdan getdi imanın badə. Görmədinmi məni həcv eyləyən Abdullanı, Elə zərb etdim ona çıxdı . . . . . . . . canı. Şəhrdən çölə əgər gəlsə əlimə o əlin, Sürürəm hər tərəfə, yerdə qalur cümlə dərin. * * * Aşıq Valehin cavabı Ey bic, sənin Canidən özgə pədərin var, Ondan sədəf sinədə, muncan gövhərin var. İncimədi heç acı sözündən dili-şirin, Çün nəxli həram, tuşəsən acə səmərin var. Atam deyibən Caniyə qəmxar olursan, Ondan axta didə, sənin nə xəbərin var. Bir mən kimi şair kişinin nütfəsi sənsən, Bu şeri fəsahətdə ki, munca hünərin var. Ağlına yaraşmaz Caninin sən kimi oğlan, Bir sən kimi ağlı kükü oğlu qəzərin var. * * * == Müxtəlif şeirlər == Cahannamə Dəhri fənada belə insan hanı? Qılmaya fani ona dövran hanı? Ey bivəfa dünya, sən nə zalımsan, Bu qayətdə sənə gələn can, hanı? Əvvəl sənə gəldi Adəmü - Havva, Beş gün səndə qonaq qaldı binəva. Öldürdün Habili, saldın bir dava, Düşdü aralığa nahaq qan, hanı? Neçə padişahlar gəldi, sahibi- cəng, Cəmşidü-cəm, Nuşiravanü Huşəng. Dağyanüs, Hülakü, Çingiz, Teymurləng, Onlardan bircəsi bu zaman, hanı? Ey bivəfa dünya , fanisən, fani, Necə dağıtdın sən, şövkəti- şani! Gecələr çaldılar gürzü -girani, Rüstəmi-Zal kimi pəhləvan hanı? Dünya, hanı Mühəmmədəl Mustafa, Cəni ondan ötrü yaratdı Xuda, Onu da özündən eylədin cida, İsa, Musa, təxti-Süleyman hanı? Neçə həkim gəldi, təbibi-zaman, Ərəstun, Əflatun, Fərəzdək, Xaqan, İstədi dirildə özünü Loğman, Qaldı kuzəsində yarımcan, hanı? Hanı Xosrov, Həsən, Yusif – Züleyxa, Hanı Əsli-Kərəm, Vamüqü – Əzra? Şeyx Sənan sevmiş idi bir tərsa, Ey bivəfa, səndə din, iman hanı? Hafiz, Nəvai, Füzuli, Cami, Şeyx Sədi, Hilali, Ürfü, Nizami. Dünya, səndə kəşf eləyib tamami Firdovsitək nəzmi dürr-əfşan hanı? Rumdan qalxan zaman o Fətəli xan Qılıncının ucundan damırdı qan. Harami mənimdi, deyən qəlbi qan, Harami burdadır, Həsən xan hanı? Dünya, səndə aşıq Səməd var idi. Nəzmi - şeri ləli -göhərdar idi, Bir gözəl eşqinə giriftar idi, Onun kimi bir bəhri -ümman hanı? Bu dünyada heç də gəzməmişdi kəm, Aşıq Əli oğlu, aşıq Məhərrəm. Həsrətin çəkirdi Rum, həm də Əcəm, Əlində tütəyi-balaban hanı? Hanı Molla Pənah, bivəfa cahan, Təxəlüsü Vaqif, nəzmi dürr-əfşan. İndi eyləmisən xak ilə yeksan, Tapmaq olmaz o kamalda can, hanı? Cümlə yola gedər hayıf gözəllər, Sırf müşki-ənbər qoxuyan tellər, Murad üstə neçə xınalı əllər Torpağa döndülər, ay aman, hanı? O ala gözlərə, o gül yanağa, O nazik əndama, o tər buxağa, Necə qıyıb, göndərirsən torpağa, Nazənin-nazənin neçə can, hanı? Müşgül işdi, bir də dolana dövran, Növbət mənə yetə, aman, ələman! Bir gün olar, görən, bilən, tanıyan! Deyərlər Valehi - dürr-dəhan hanı? * * * Olmasın Alı dərəsində Bekar olmasın, Tez dağıdın o zalımın yolpasın. İndi bilin bu necə insan imiş, Surəti insan, özü şeytan imiş. Desən əgər heyvana oxşar Bekar, Barxana altında Bekar olar xar. Deyər nə zülmüdür bizə eylədin, Oxşarımız Bekar deyə söylədin. Bir belə də barxana vur dalıma, Tək məni oxşatma elə zalıma. Bir Qalacan da sür, o yana apar, Tək demə ki, heyvana oxşar Bekar. Getsək burdan Məlikvanın yanına, Barxananı düşürtsək eyvanına, Orda da bir dürəng kəlbi var idi. Ağzı yekə, qolları həmsar idi. Söyləmiş olsam Bekar oxşar sənə, Yalını qızardıb soxular mənə. Deyər gözüm onun gözündən gözəl, Deyər özüm onun özündən gözəl. Bu şəbehi üstümüzdən atkınan, Yenə onu donquza oxşatkınan. Donuz deyər: əslində filzadayıq, Nuh-nəbidən bəri bu dünyadayıq. Yenə ləvənd oğlu ayı hallıdır, Özü ağır ayağı samballıdır. Ayı bilsə gələr donquz yanına. Cəmdəyin boyayar qızıl qanına, Deyər ölərəm mən, ayı olmaram. Hiyləgar Bekarın tayı olmaram. İstəyir o bizim adı batıra, Bədhuyları oxşadarlar qatıra. Valeh həcv dedi Bekar adına, Söz deyənin rəhmət ustadına. * * * Vücudnamə Əsli binadan vəsfimi söyləyim: Ata bətnindən gəlmişəm anaya. Ananın bətnində qan oldum durdum, Sanasan ki, qəvvas düşdü dəryaya. Qırxda iki mələk çəkdi cəfamı, Biri burc açdı, yazdı səfamı. Pərdiyə çəkdilər mənzil binamı, Sahib oldum o düşdüyüm binaya. Əvvəl başlanğıcda bünyad oldu dil, İki gözlər oldu ona müqabil. İki damaq, cigər, bir ürək hasil, Doqquz gündə tamamlandım əzaya. Yerim xilqət oldu, döndüm zindana, Əl-ayaq tərpətdim o yan-bu yana. Doqquz ay, doqquz gün oldum nişana, Allahınan gəldim bu gen dünyaya. Yığılıb gəldilər neçə mamalar, Əynimə verdilər zəri-zibalar. Yedirtdilər tamı şirin mayalar, Basıb qucağa tutdular laylaya. O zaman ki, ömür çatdı bir yaşa, Fərq olmadı tənə, ayağa, başa. Baxmadım ağaca, kəltənə, daşa — Səyridim odlara, axmağa çaya. İki yaşda oldum yəni qızılgül, Vüsalım şirindi, güftarım bülbül. Hər gedib gələnlə oldum dilbədil, Onda xoş gəldim mən ata-anaya. Üç yaşımda oldum vüsalı göyçək, Dedilər qoysa gər qızılca, çiçək, Nəzir, qurban oldu hasili gerçək — Ayaq tutdum çıxdım qapı-bacaya. Altıda-yeddidə diş təzələdim, İdrakım var idi, hüşkar söylədim. Özümdən böyüyə salam eylədim, Götürüb qoydular məktəbxanaya. Səkkizdə, doqquzda qaranı seçdim, On yaşımda yaxşı-yamanı seçdim. On birimdə quran, kitabı keçdim, On beşimdə sərim doldu sevdaya. On altıda könül istər bir dilbənd, Cismi şəhdi ola, ləhcəsi bir qənd. Özü şux, sözü şux ola dərdi bənd, Bənzəyə Yusifə, ya Züleyxaya. İyirmi yaşımda oldum bir oğlan, Oturub durmağım tamam oldu qan. Gəzişim, savaşım misli-pəhləvan, Bac aldım, bac vermədim kimsaya. Elə ki, yaşı iyirmi beşə yetirdim, Mətləb alıb, muradımı bitirdim. Cavanlıqdan bir nişanə itirdim, Axtardım, tapmadım çıxdım əsmaya . Otuz yaşda başda sevda qarışdı, Biri küsdü, canda cigər alışdı. Ahıl şüuru cavanlıqla barışdı, Meyil təzələndi seyrü səfaya. Otuz beşdə oğul-uşaq bitirdim, Qırx yaşımda bir mənzilə yetirdim. Qırx beşimdə cavanlığı itirdim, Gördüm ki, etibar yoxdur fənaya. Əllidə eylədim ömrümü yarı, Ömür bağçasının saraldı barı. Səslədim möhnəti, oyatdım zarı, Şənliyi adladım, keçdim cəfaya. Altmışımda Sanbur gədikdən aşdım, Yetmişimdə əhli-əyaldan qaçdım. Səksənimdə səbrü-taqətdən düşdüm, Qədd əyildi, pənah gətdim əsaya. Doxsanımda oldum susuz asiya, Gözlərimin suyu döndü lasiya. Yeməyim qoyuldu fincan, kasıya, Dedilər bax, o dəngəsar qocaya. Yüz yaşımda oldum piri natəvan, Gələnlə, gedənlə, qonşuyla yaman. Könlümdə ahüzar, çeşmimdə duman, İstədim fənadan köçəm üqbaya. Üç günə, beş günə ağrıdı başım, Toplandı yanıma qohum-qardaşım. Kəsildi taqətim, dağıldı huşum, Getdim yol ilə axirət dünyaya. Soldan gəldi hazır oldu bir cəllad, Dedim sən allah əl saxla bir saat. Çaldı çəngəlini, oldum bitaqət, Çaxnaşdı bədənim, düşdü lərzaya. Çaldı çəngəlini, saldı azaya, Aman vermədi vəsiyyətü tövbaya. Aldı ruhumi çəkdi səmaya, Cəfa çəkdim, ömür verdim fənaya. El yığılıb, ağladılar bir zaman, Mürdəşirlər gəlib vermədi aman. Kəsildi köməyim, qalmadı güman, Götürdülər cəsədimi havaya. Qüslümü verdilər, pak oldu bədən, Təni-üryanıma tutdular kəfən. Qaralar altında görünmədi tən, Qədəm qoydular mənzili-məvaya Molla, üləmalar namaza durdu, Səflər cərgələnib nizami qurdu. Beş təkbir tam oldu, kütahı vurdu, Qoydular cismimi mənzili-üqbaya. Məni qəbir içinə qoydular əffak, Qohumdan, evladdan qalmadı soraq. Qapandı gözlərim, tutuldu qulaq, Saldılar cismimi yeni cəzaya. Hər kəs öz məqamını eylədi yad, Dünya cifəsindən yanımda bir dad. Əməlimdən qeyri qalmadı heç zad, Qaldı bir nicat əməli şəfaya. İnkir-minkir gəldi əlində təbər, Rəbbini kist deyə aldılar xəbər. Nitqim batdı, dilim tutmadı əzbər, Şəfa üçün üz çevirdim mövlaya. Çağırdım: ya həqq, hallali-müşkül, Ürək qüvvə tapdı, güşad oldu dil. Cavabım suala oldu müqabil, Səs gəldi: dəyməyin həqqi-bəndaya. Neçə min il qəbirdə tutduq qərar, Qurtardı kanıda canlı hər nə var. Qiyamət olmağa çəkdik intizar, Uzaq, yaxın bəlli olmadı kimsəya. Bir gün əmr oldu, İsrəfil çaldı sur! Xəbərdar eylədi: ey əhlü qübur , Mətəm bəazi allah vərd əd mənsur — Titrədi əzalar, baxcaq bu haya. Məqribdən məşriqə toplandı bamə Düzəldi cərgələr, yollandı şamə. Hər kəsin əməli əlində namə, Ta fərq olmadı soltanla gədaya. Şuri -şuru ilə təbil vuruldu, Həqq buyurdu, axır mizan quruldu. Suallar verildi, cavab soruldu: Bəndəlik kim edib böyük xudaya. Gün təpədən yağdı, yer döndü oda, Nə qohum, nə qonşu düşmədi yada. Oğul atadan, qız anadan düşdü cida. Şuri-şurur səsi çıxdı əsmaya. Ülamələr oldu böyük günahkar, Mərhəmət söylədi Cəlili Cabbar, Rəhmini kəsmədi qadiri-Qəffar, Şəfa qaldı o vahidi-xudaya. Haqdı əməlimiz, deyildi saleh, Düzlük mərağına işlədi taleh. Bir neçə həmdəmlə şikəstə Valeh, Məskən saldı o cənnəti-məvaya. * * * == Əhvalatlar == Aşıq Valehin Şahsevən səfəri Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında, Şahsevən kəndində bir toy məclisinə çıxır. Zəmanəsinin ən hörmətli adamlarından biri olan Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür və deyir. A bala! Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazlarını gizlədirlər. Siz də saz götürüb Mahmudun üstə gəlmisiniz? Calal deyir: – Usta bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik. Mahmud deyir: – Demək siz şagirdsiniz. Mənim sizinlə deyişməyə haqqım yoxdur. Bu Soltan da mənim şagirdimdir. Soltan ilə deyişəcəksiniz. Əgər Soltanı kiridə bilsəniz, verəcəyəm onu özünüz ilə aparın. Soltan sizə üstün gəlsə sizi aparıb, Ərdəbildə yeddi il işlədəcəyəm. Calal deyir: –Sövdanı yarımçıq etməzlər. Şərtimiz belə olsun. Əgər biz aciz qalsaq birimiz zamın qalaq, birimiz ustadımıza xəbərə gedək. Ustadımız da gəlsin hara getsək bir gedək. Mahmud dedi: – Cavan oğlan ustadınız kimdi? Calal: – Qarabağın məşhur saz və söz ustadı aşıq Valehdir. Belə də razılaşırlar. Bir az keçmir ki, aşıq Calal ilə Əhməd aciz qalırlar. Əhməd zamın qalır. Calal isə Valehə xəbər gətirir. Heç nədən xəbəri olmayan Valeh görür ki, Calal gəlir, amma çox bekafdır. Calal ustada salam verir, həzin-həzin gözlərindən yaş axıdır. Valeh hər nə qədər edirsə, Calalın ağlamağının səbəbini öyrənə bilmir. Naəlac qalıb, sazını alır sinəsinə, deyir: Calal sənə nə desəm, mənə cavab ver. İndi görək Valeh nə deyir, Calal nə cavab verir: Valeh Ağlamağın məni etdi divanə, Söylə görüm Calal, nə halətdi bu? Göz yaşın qəlbimə ox kimi dəydi, Söylə görüm Calal, nə halətdi bu? Calal Kamil ustad, yaman dərdə düşmüşük, Könüllər ağladan xiyalətdir bu. Qəfil qəza bizi saldı toruna, Şadlığı puç edən zəlalətdir bu. Valeh Kim salıbdır söylə, sizi bu dərdə? Hansı fikir qəmlə, toqquşur sərdə? Gəl qurma arada söhbətə pərdə, Hansı görüş, hansı ziyarətdir bu? Calal Talehim salıbdır məni bu dərdə, Əhmədin fikri toqquşur sərdə. Aşıq Mahmud ilə durmuşuq vərdə, Cəhənnəm atəşli qiyamətdir bu . Valeh Dolğun xəyalımı etdin dərbədər, Qəmli duruşunda var yeni xəbər. Aşıq Valeh olub, hər elmə əzbər, Hansı sözlə deyim kifayətdir bu. Calal Aşıq Soltan aldı Əhmdin sazın, Zimistan eylədi Calalın yazın. Əsirgəmə bizdən kömək, avazın, Sənət mənbəyinə şikayətdi bu. Aşıq Valeh dedi: – Calal indi əməlli-başlı danış görüm əhvalat necə olub? Calal olduğu kimi aşıq Valehə nəql etdi. Ərdəbilli aşıq Mahmudun adı gələndə, Valeh Xəyala daldı. Aldı görək nə dedi: Coşqun eşqim, gəl mənimlə həmdəm ol, Qayda qalaq, bir sirdaşım dardadı. Qəvvaslıq et, sirri – xilqət bəhrinə. Candan əziz bir yoldaşım dardadır. Zərnigar dedi: – Ay Valeh, Mahmud necə Mahmuddur ki, sən öz eşqini haraya çağırırsan? Aldı, Valeh görək nə dedi: Aşıq Mahmud bir ustaddır dağ kimi, Aşıq Soltan hər meyvəli bağ kimi, Aşıq Əhməd bil saralıb yağ kimi, Yol gözləyir bir qardaşım dardadır. Aşıq Valeh sənətində yanılmaz, Zər olmasa, Zərgər adı anılmaz. Odda qızarmasa polad yonulmaz, Can ayrılıb candan, başım dardadır. Söz tamama yetdi. Gecəni yatdılar, səhəri yola düşdülər. Getha-get, axşam toran çalanda Şahsevən kəndinə çatdılar. Aşıq Valeh əlində saz toy damının qapısında dayandı. Aşıq Mahmud ilə aşıq Soltan sinələrində saz mərəkədə var-gəl edirdilər. Mahmudun gözü Valehə sataşdı. Söz arası belə bir bayatı dedi: Əziziyəm başa bax, Ayaqda dur, başa bax. Kəməndimə keçməyə, Gələn təzə başa bax. Aşıq Valeh dedi: Salam verib, cavab gözlərlər, dayan! Aşıq Valeh Əziziyəm qar alar, Dağ başını qar alar. Elə şiyyə çəkərəm. Görən gözün qaralar. Aşıq Soltan Əziziyəm çaylara, Sel qarışar çaylara. Sızqa bulaq neyləyər, Köpüklənmiş çayalara. Aşıq Calal Əziziyəm tay olmaz, Zimistanda yay olmaz. Yüz min məşəl yandırsan, Bir günəşə tay olmaz. Söz tamama yetir, Aşıq Mahmud dedi: – Aşıq, hərəkətin məni şübhəyə saldı. İsmini de, görüm kimsən? Aldı Valeh, görək nə dedi? İsmimi söyləsəm, sərsəm edərsən, Başına gələni bil yavaş-yavaş. Dinməyə taqətin qalmaz cəsətdə, Quruyar ağzında dil, yavaş-yavaş. Düşmüsən cənginə bir natiq sərin, Məhəbbət bəhrili, amalı dərin, Ərdəbilə çatar qəmli xəbərin, Yasını saxlayar el, yavaş-yavaş. Dərdlərin müşküldür, dərmanı baha, Şadlığına güman yoxdur bir daha, Qucaqla möhnəti, can denən aha, Çeşminin yaşını sil, yavaş-yavaş. Qəbrini qazarlar bir qərib yana, Nə bacı ağlayar, nədə ki, ana, Bil, aşıq Valehdir girən meydana, Qol bağla minnətə gəl, yavaş-yavaş. Söz tamama yetdi. Aldı Mahmud, görək nə deyir: Aşıq, mənlə meydan açma, həyatını dar edərəm, Divanidən, təcnisdən neçə qatar var edərəm. Bir ustadam, hünərimdən hey danışır məni görən, Şənliyini qovlayaram, xoş gününü zar edərəm. Aşıq Valeh Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm, Bulud kimi qaynayaram, bahar fəsli qar edər, Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm, Başın şişər, ağlın itər, qulağını kar edərəm. Aşıq Mahmud Neçə deyiş meydanında məşhur ustad ağlatmışam, Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam, Sənətinə qələm çəkib, sinəsini dağlatmışam, Bil, səni də o hesabla el içində car edərəm. Aşıq Valeh Dizlərin titrəyər, əsil hünər meydanında, Dil, ürəyin qana dönər, şuru -əza fərmanında, Natiqlər məclisində, əhli - ariflər yanında, Sənin kimi kəmsavadla deyişməyə ar edərəm. Aşıq Mahmud Çarxı dəvvar gərdənindən Mahmuda badə çatıb, Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb, Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb, Cəhənnəm tək zəban açıb, cəsətini nar edərəm. Aşıq Valeh Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə, Naşı qəvvas üzə bilməz, batar, gedər hey dərinə, Susuz gəzən gürzə kimi sancılaram peysərinə Doqquz simli tavar sazı, sinən üstə mar edərəm. Söz tamama yetir. Aldı Mahmud dübarə: Naşı Sarvan öyünməsin bu yolda, Səhra mənzilində hər hünər eylər. Hansı dəyirmanın suyu çox olsa, Daşı fırlatmaqda pər hünər eylər. Aşıq Valeh Lovğa danışıqda nadan saz olar, Döyüş meydanında ər hünər eylər. Bir bədən ki, qəfil keçsə kəməndə. Salamət qurtarsa sər hünər eylər. Aşıq Mahmud Gün ağır keçməklə, həftə ay olmaz, Sızqa bulaq coşsa, daşqın çay olmaz, Ala qarğa qızıl quşa tay olmaz, Pələng davasında şir hünər eylər. Aşıq Valeh Qurd yanılmaz ovda necə qarısa, Kötül ipək verməz yüz də sarısa, Ziyarət et harda ocaq varısa, Kamalı aclara pir hünər eylər. Aşıq Mahmud Aşıq Mahmud coşar, meydan açanda, Day titrəyər köhlən mənzil qaçanda, Üstü ağır olub, damlar uçanda, Zamun kara gələr, tir hünər eylər. Aşıq Valeh Nadan çaşar danəndələr yanında, Hər könül soltandı öz gümanında, Ağlı dərin ustadlar meydanında, Aşıq Valeh coşar, hər hünər eylər. Söz tamama yetir. Aşıq Mahmud son gücünü toplayıb, alır dübarə: Aşıq Valeh, mənlə girmə meydana, Bağını, bağçanı duman eylərəm. Bulud olub, qarışaram havaya, Baharlı gününü boran eylərəm. Aşıq Valeh Mahmud, səni qəza tora salıbdı, Əhvalını bu gün yaman eylərəm. Pozular novrağın, dəyişər halın, Calallı yurdunu viran eylərəm. Aşıq Mahmud Hərdən bənzəyərəm eşqi - həvəsə, Hərdən bənzəyərəm tilsim - qəfəsə, Hərdən bənzəyərəm isti nəfəsə, Hərdən küləklənib, tufan eylərəm. Aşıq Valeh Qatarı üzülməz bir güzaram mən, Ariflər mülkündə bir diyaram mən, Gül - nərgiz bitirən bir baharam mən, Boranlı dağları aran eylərəm. Aşıq Mahmud Aşıq Mahmud səni salacaq tora, Vuracaq qəlbinə sağalmaz yara, Qul edib divanda çəkəcək dara, Tutulacaq nitqin güman eylərəm. Aşıq Valeh Aşıq Valeh məşhur olub cahanda, Mərd dayanıb neçə belə divanda, Ağlın itər, sözün qalar dəhanda, Səni öz başına vuran eylərəm. Söz tamama yetir. Mahmud durur, çaş-baş qalır. Alır Valeh görək nə deyir: Aşıq Mahmud, qafiyəni dəyişdim, İndi sənə əhli – kəbirdən deyim. İnsidən, Cinsidən Mahi - zöhrüdən, Dəhridən, xaneyi - qəbirdən deyim. Aşıq Mahmud Aşıq Valeh, kəlamını anladım, Mən də sənə ərşı zəmindən deyim. Aləmi -fanidən, həşri – cafadan, Haləti eşqinin qəmindən deyim. Aşıq Valeh İstərəm Ərsədə məclislər quram, Sədayi – suridən bir az dəm vuram, Pəncin mənasından cavablar soram, Sirri - qeybətdən, səbrdən deyim. Aşıq Mahmud Gəl güzar izini salma dərinə, Toxmaq dəyər nabələdin sərinə, Bəndəlik et, ərənlərin pirinə, Caharı - həştinin cəmindən deyim. Aşıq Valeh Valehəm, dərsimi vurmuşam başa, Qırxlar məclisində dolmuşam yaşa, Ərənləriylə durmuşam qoşa, Sahibi Həmzədən, Bəbirdən deyim. Aşıq Mahmud Aşıq Mahmud, hesab düşdü bu dağa, Kök tərpəndi, zədə dəydi budağa, Bənna gərək, daş düzəldə bu tağa, Bəndi - əza sərin dəmindən deyim. Söz tamama yetdi, aldı Valeh dübarə: Aşıq Valeh Bu dəhri - fanidə guşi kar olan, Həyat boyu dövran sürən kim oldu? On səkkiz min xilqət sirrin bəyan et, Beytullah binasın hörən kim oldu? Aşıq Mahmud cavab verə bilmədi. Aldı Valeh dübarə: Necə cismi yaranıbdır atasız? Süd əmməyib, yaşa dolub anasız. Necə səyyah yaşayıbdır binasız? Bu suala cavab verən kim oldu? Hansı ekizlərdir məşhur adı var? Biri xəbər verən, biri hökmdar! İkisinə nəsib oldu bir məzar, Bu sözləri sual verən kim oldu? Hansı əza ibadətdə zay olub? İki kəlmə iki min bir say olub? Aşıq Valeh gör kimlərə, tay olub? Təhiyyə ümmanın görən kim oldu? Söz tamama yetdi, Aşıq Valeh mərəkəni aldı ələ, cəmaətin xahişi ilə Aşıq Mahmudun günahından keçdi, sazına və sənətinə toxunmadı. * * * Aşıq Valehin Kərbəla səfəri Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar. Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir. Molla Pənah, ərzim sənə söyləyim, Mahallıqca biz düşmüşük dara, bil. Şadlıq sorağında biçarə xalqım, Həmdəm olub, yeni ahu-zara, bil. Həyat bizi nəzərindən atıbdır, Talehimiz bilməm harda yatıbdır, Dərmansız dərdimiz yüzə çatıbdır, Olmuşuq biz bir taleyi qara, bil. Bahar –yazlı boran illər bizdədir, Viran yurdlar, kor mənzillər bizdədir, Tərəqqisiz tənəzüllər bizdədir, Çatılırıq gündə sönməz nara, bil. Qəm satıram nəfə ziyanım qalıb, Din pozulub, nə də imanım qalıb, Nə ümidim, nə də gümanım qalıb, Sızıldayır sinəmdə yüz yara, bil. Valehəm, bu dərdə varmıdır, çara? İsgəndər bəy salıb bizi azara! Var - dövləti çəkdi, tökdü bazara, Biz rəyətik belə sitəmkara, bil! Valehin məktubunu Molla Pənaha çatdırırlar. Molla Pənah vəziyyəti İbrahim xana çatdırır. İbrahim xan Abdal-Gülablı kəndini İsgəndər bəyin tabeliyindən alır, qardaşı Mehralı bəyin itaətinə verir. Mehralı bəy də bu kəndləri oğlu Məhəmməd Cavanşirə bağışlayır. Məhəmməd Cavanşir hər iki kəndin adamları ilə görüş keçirir və hər iki kəndin adamlarını yeddi il bütün töycüdən azad edir. Bu, camaat üçün bayram olur. Məşədi Mahmudun damında şənlik keçirirlər. Gülablıda Bikar adlı bir nəfər aşıq Valehin söhbətinin azarkeşi olur. Həmişə məclisdə oturarmış, söhbətin şirin yerində bir nəfər xəbər alır ki, aşıq Valeh danışdığın bu sözlər düzdürmü? O vaxt Valeh sağ əli ilə Bikarın başına vurub, deyərmiş, – bu Bikarın ölmüşünə düz deyirəm. Papaq Bikarın xirtdəyinə yenərmiş. Həmin günü Bikar günüz ikən papağın tüklərinin arasını sarı tikan ilə doldurub, yenə də qabaxda oturmuşumuş. Söhbətin şirin yerində bir nəfər yenə deyir. Aşıq Valeh dediyin sözlər doğrudurmu? Valeh yenə əlini Bikarın başına vurur, tikanlar Valehin əlinə dolur, papaq Valehin əlində qalır. Bikar bayıra çıxır. Valeh əlini ona sarı uzadıb deyir: Alı dərəsində Bekar olmasın, Tez dağıdın o zalımın yolpasın. İndi bilin bu necə insan imiş, Surəti insan, özü şeytan imiş. Desən əgər heyvana oxşar Bekar, Barxana altında heyvan olar xar. Deyər nə zülmdür bizə eylədin, Oxşarımız bekar deyə söylədin. Bir belə də barxana vur dalıma, Tək məni oxşatma elə zalıma. Bir qalacan da sur, o yana apar, Tək demə ki, heyvana oxşar Bekar. Getsən idin burdan Məlikvanın yanına, Barxananı düşürtdüm eyvanına, Ordada bir dürənk kəlbi var idi. Ağzı yekə, qolları həmsar idi. Söyləmiş olsam Bekar oxşar sənə, Yalını qızardıb soxular mənə. Deyər gözüm onun gözündən gözəl, Deyər özüm onun özündən gözəl. Bu şəbehi üstümüzdən atginan, Yenə onu donquza oxşatginan. Donuz deyər: əslinda filzadayıq, Nuh-Nəbidən bəri bu dünyadayıq. Yenə ləvənd oğlu ayı hallıdır, Ozü ağır, ayağı samballıdır. Ayı bilsə gələr donquz yanına. Cəmdəyin boyayar qızıl qanına, Deyər ölərəm mən, ayı olmaram. Avara Bikarın tayı olmaram. İstəyir o bizim adı batıra, Bədhuyları oxşadarlar qatıra. Valeh həcv dedi Bekar adına, Söz deyənin rəhmət ustadına. Aşıq Valeh həcvi qurtarıb söhbətinə davam etmək istəsə də, növbədən kənar minacat səsi eşidilir. Adamlar minacat səsi eşidən kimi məscid başına gedirlər. Valehin söhbəti yarımçıq qalır. Valeh əli sazlı məscid başına sarı getdi.Yolda Qəmbər ilə qabaqlaşır, minacatin nəyə görə verilməsini soruşur. Qənbər deyir: –Molla Kərim ilə Molla Nuru adamları, böyük günah etmsiniz deyə, cəzalandırıblar. Bəhanə edirlər ki, bu gün aşıq söhbətinə qulaq asan adamlar gərək yetmiş rükət namazı qılalar ki, günahları bağışlana. İş belə olanda aşıq Valeh əli sazlı məscid başına gedir, namaz pozulur. Molla Kərim Valehi günahı bağışlanılmaz günahkar elan edir və aşıq Valehi dinsiz adlandırır. Mollanın bu qərarını eşidən Valeh məscid başında üzünü cəmaətə tutub, bu sözləri deyir. Mən Nəzərdən salmayın cəmaət məni, Həqiqət mülkündə bir baharam mən. Nə alim dostuyam, nə də zəmanə, Mərhəmət soltanlı bir diyaram, mən. Bilmək istəsəniz işin düzünü, Məndə taparsınız haqqın sözünü. Lənət yuyar pis mollanın izini, Xilqət hesabında bir caharam mən. Hansı hökm gəlib-insan ağlasın, Bahar fəsli başa qara bağlasın. Fəryad etsin, sinəsini dağlasın, Hər yuxu mənasın düz yozanam, mən. Aşıq Valeh sənətinin bazıdı, Həqiqət mülkünün bahar, yazıdı, Bilikdə molladı, həm də qazıdı, Anlayış süfrəli bir naharam, mən. Söz tamama yetir, adamlar Valehə yaxınlaşırlar. Molla sınıqa düşür. Aşıq Valeh bu səfər üzünü Molla Kərimə çevirir və deyir: Hardadır Molla Kərim indi səndən soruşum, Söylə, sənin din-imanın hardadır? Cəhənnəm əhlisən, yoxsa ki, cənnət? Bilirsənmi, öz məqamın hardadır? Kədərgin hansıdı, kinin hansıdır? Məzhəbin hansıdır, dinin hansıdır? Ahılsan, cahılsan-sinin hansıdır? Mətləbin hardadır, kamın hardadır? Etiqadın İsayadır, Musaya? Meylin məscidədir, yoxsa kilsaya? Qiblən müqərrərdir hansı binaya? Vadiyi-Bərutda damın hardadır? Aşıq Valeh sənətindən, dönərmi? Yel əsməklə yanan günəş, sönərmi? Pəhləvan döyüşdən qaçıb, sinərmi? Meylin badə çəkir, camın, hardadır? Söz tamama yetir, molla Kərim deyir: –Aşıq Valeh bu boyda zərafət olmaz ki, sən edirsən. Aşıq Valeh deyir: – Molla Kərim, sən məndən İsgəndər bəyin qisasın almaq üçün məni hər yerdə kafər kimi qələmə verməyə çalışırsan, ancaq bu mümkün deyil, yaxşı olar ki, elə bir yer ola orada müsəlman ilə kafər tanına! Molla deyir: – Aşıq Valeh çavuş xəbər eləyib ki, Kərbala ziyarətinə zəvvar aparacaq, hazırlaş get ziyarətə. Əgər, ziyarətin qəbul olsa sən düzgün müsəlmansan. Valeh razılaşır, hazırlaşır ziyarətə getməyə. Səhəri gün zəvvar Abdal – Gülablı kəndinə gəlir. Molla Kərim çavuşu evinə qonaq aparır və ona deyir, mən aşıq Valehi yola gətirmişəm, o da sizinlə ziyarətə gedəcək. Özü də sazın da aparacaq. Ona mane olma. Qoy aparsın, ancaq mənzillərin birində elə etməlisən ki, yatanda Valehin sazı qırılsın. Səhər sazın qırıldığını eşidəndə, sən bütün zəvvarları inandırarsan ki, bu yol saz götürməz, ona görə də saz özü qırılıb. Sonra ziyarətdən qayıdıb gələndə, xəbərini bizim kəndə gətirəndə deməlisən ki, bəs Aşıq Valeh, ağanın hüzurunda diz çökdü, sənətə tövbə etdi. Sən bu dediklərimi edə bilsən böyük səvab etmiş olarsan. Beləliklə, Aşıq Valeh ziyarətə gedir. Salam təpəsində mənzil edirlər. Gecə Valehin sazını kimsə qırır. Səhər sazını sınmış görən Valeh bu sözləri deyir: Olsun Telli sazım, səni məndən eyləyən, Ömür boyu bu aləmdə xar olsun! Gəlməsin baharı, açmasın gülü, Fəryad etsin, qəlbi ahuzar olsun! Kimsəsi olmasın qəlbin dindirə, Yeddi yerdən başı keçsin kəndirə, İstəkli balası düşsün təndirə. Könül mülkü boran olsun, qar olsun! Yüz il xəstə yatsın, cismi ölməsin, Ürəyi şad olub, üzü gülməsin. Həkimlər, loğmanlar dərdin bilməsin, Gözləri kor, qulaqları kar olsun! Aşıq Valeh nə bəlaya tuş oldu, Bahar fəsli çovğun-boran, qış oldu. Sərsəm etdi səri, çaşqın huş oldu, Namərdin nifrəti eldə car olsun! Söz tamama yetir, gedirlər ziyarətə. Vaxt olur ki, zəvvar ziyarətdən qayıdır. Abdal-Gülablıya bir mənzil qalmış zəvvarlar dincəlir. Çavuş zəvvarların səlamət gəlməsi xəbərini kəndə çatdırır, xələt yığır və məscid başında elan edir ki, bəs Aşıq Valeh ağanın hüzurunda ömürlük sənətə tövbə etdi. İndi xəbəri eşidən Valehin xalası oğlu Qənbərdən aşıq Valehi susdurmaq üçün xeyli söz hazırlayıb, zəvvarın qabağına gedir ki, qəflətən söz atəşinə tuta. Həmin dincəlmək mənzilində Aşıq Valehi qarşılayır və deyir: Qənbər Tapdınmı səadət Valehi devramn? Gözəl yeri, xoş məqamı gördünmü? Ziyarət etdini, Nəcəf-Əşrəfi? Kərbəlayı müəllanı gördünmü? Valeh deyir: - Qənbər cavabını verəcəm, yenə sözün qurtaracaq, susacaqsan, Alır Valeh, görək nə deyir: Valeh Ey Qənbər qulamı, şahı vilayət. Təvavi şiri yəzdana yetişdim. Cayihəmə yaranu əzizəm xali. Könlümdəki arzumana yetişdim. Qənbər Museyi Kazımi, Məhəmməd Taqi Həsən Ələsgəri Əliyyən Naqi. Sahibbəzzamandır əsrin rövnaqı. Ol zinəti, asumanı gördünmü? Valeh Ol günkü yetişdik telli salamə. Xoş zövq ilə oxundu ziyarətnamə Tamam zəvvar yetdi mətləbi kamə. Xüsusən ki mən divana yetişdim. Qənbər Yenə varmı onda xeyməvu xərgah. Teşnə ləb əhlibeyt bi Pənah. Qan ağlayıb axıdırmı zülcənah. Dolanırmı o, meydanı gördünmü? Valeh İbtidanı varit olduq Bağdadə. Tamam əhli zinub oldu azadə. Museyi Kazıma qıldıq iradə. Dərgahda lütv ehsana yetişdik. Qənbər Təşnə cigər, hal pərişan, dil kabab. Zeynəb həm Səkinə çağırırmı ab? Edən toy xınasın qan ilə xizab. Yadigarı Mücdəbanı gördünmü? Valeh Üç gün məsgənimiz oldu Kazımeyn Sürtdük xaki payə ziyalandı eyn. Vacib oldu tövfi Həzrəti Hüseyn. Arzu əlindən cana yetişdim. Qənbər Varmı əhlibeytə yavəri Qəmxar. Yoxsa o çöllərdə su deyib ağlar. Yetimlər pənahı abidi bimar. Ol xəsteyi nətavanı gördünmü? Valeh Yetişdik Hüseynin dərgahına. Səhrayı Kərbala Patcahına. Həzrəti Rəsulun busəgahına. Xəncər vurulan məkana yetişdik. Qənbər Gördünmü Hüseynin məzlum əstərin? Abbas Ələmdarın cavan əkbərin? Həm göyün sütunu, yerin ləngərin? Ol zivəri Rizvanı gördünmü? Valeh Gördük bir yanında əsgəri nalan. Qızıl qan içində həlqində peykan. Əkbəri şahzadə doğranıb şan-şan. Zülm olunan o meydana yetişdim. Qənbər Alıbdır əlimdən gərdişi dövran, Yaş yerinə gözlərimdən axır qan, Şühəda səfində xakilə yeksan, O, İbrahimXəlil xanı gördünmü. Valeh Ondan sonra getdik ƏliAbbasa, Tamam səhni rövza batıbdır yasa, Yenə şivən düşdü zükür ünasa, Yenə şama mən Pərvanə yetişdim. Qənbər Bağlandınmı ali Əliyə ixlas. Olan günahını etdin iltimas. Tarixi vəfada Birun Əl Qiyas Bu Qənbəri binəvanı gördünmü? Qənbərin sözü qurtarır. Valeh sözünü davam edir. Valeh Ol səfi Kərbala yetdi payanə. Ondan üz çevirdik Şahimərdanə. İlişdik səhrayi Ərəbistanə. Təvafi ol İmranə yetişdik. Günbədi təladan açıldı bir nur. Şöləsi aləmə olundu məşhur Manəndə əhqəri mühəqqəri şur, Dərgahı Süleymana yetişdim. Haqqdan ziyarətim olundu sübut, Düşdüm xaki payə eylədim sicud, Günahım əfv etdi qadiri məbud, Sanasan ədlidən cana yetişdim. Onda Kəlbi Əli qoydum namumu, Şərbəti eşqidən içdim camımı, Nəcəf əşrəfdən aldım kamımı, Həzrəti sahibzəmana yetişdim. Onda nəqil eylədi bizə bir mürüd, Dini mehdixana kəsmə sən ümid, Yetmiş üçdür tarixində şəhid, Belə əsrari pünhana yetişdim. Məhəmməd taqidir dilim əzbəri. Əliyyən naqidir Həsən Əskəri. Kərbəlayi Valeh oldun Heydəri. Qətrə idim bir ümmana yetişdim. Qənbər yenə istəyinə nail ola bilmədi. Gəldi kəndə, eşitdi ki, Aşıq Valeh sənəti tövbə edib. Qənbər təzədən qeyzə gəldi, üz qoydu Valehin evinə. Bu tərəfdən Molla Kərim xeyli adam ilə üz qoydu Valehgilə sarı. İndi bunlar gəlməkdə olsunlar, Qənbər özünü yetirdi Valehə: Qənbər Deyirlər sənəti tövbə etmisən, Barı ziyarətin qəbul oldumu? Deyirdin ölüncə eşqim azalmaz, Ömrünün gülşəni qəfil soldumu? Valeh İnsan da şadlığı tövbə edərmi? Sazsız ziyarət də qəbul olarmı? Can nə qədər sağdır eşq içindədir! Baharın qoynunda gül də solarmı? Qənbər Söz yaraşmaz bundan belə adına, Çatan olmaz harayına, dadına, Etdiyin tövbəni gətir yadına, Qaynadı, peymanı axır doldumu? Valeh Saz adımla tarixinən qalacaq! Əhvalımı ellər xəbər alacaq! Yalançıya tövbə qənim olacaq! Çaylar tökülməklə ümman olarmı? Qənbər Qənbər deyər, duman çıxır sərimdən, Dəyirman tək oynamışam yerimdən. Bu sözü eşitdim molla Kərimdən, Belə böhtan mollalarda boldumu? Valeh Eşq əhliyəm, hər əməli salehəm, Küskün kəsalətli, oyaq taleyəm. İsmim Səfi, özüm Aşıq Valehəm, Tövbə edən telli sazı çalarmı? Molla Kərim başının dəstəsiynən gəldi ki, Aşıq Valeh ilə Aşıq Qənbər sinələrində saz qabaq-qabağa durub, deyişirlər. Molla fürsəti fota verməyib, öz dəstəsinin şahidliyi ilə Aşıq Valehdən Şuşa qazısına şikayət yazdı ki, bəs Aşıq Valeh Kərbəla ziyarətində ağanın dərgahında diz çöküb, sənəti ömürlük tövbə edib. İndi də tövbəsini pozub, yenə də aşıqlıq edir. Bəs, qazı ağa, Aşıq Valehi cəzalandırmaq sizin ixtyarınızdadır. Bir neçə gündən sonra Şuşa qalasının din xadimi qazı Aşıq Valehi, Molla Kərimi, Molla Nurunu, Molla Səttarı, Kərbəlayı Qurbanı və başqa şahidləri Şuşa qalasına dəvət edir. Aşıq Valeh gecə ikən Qənbəri də götürür Şuşaya gedir. Bəli, bütün lazımı adamları görür (o vaxt Vaqif ilə İbrahimxəlil xan sağ olur), dəvət olunmuş adamlar baş məscidə toplanırlar, ən axırda Aşıq Valeh ilə Aşıq Qənbər gəlir. Qazılar deyir: – Aşıq Valeh, bəlkə sənə söz verməyək. Valeh deyir: – Qazı, hansı günahlarıma görə? Qazı deyir, ömrün boyu etdiyin bütün günahlarına görə. Valeh deyir: – Qazı, mən doğulandan bəri tutulmuş işləri və indən belə qiyamətə qədər gedəcəyim yolları bir -bir deyəcəm, günah - savabın sən təyin edərsən. Valeh Əsli binadan vəsfimi söyləyim: Ata bətnindən gəlmişam anaya. Ananın bətnində qan olmuş durdum, Sanasan ki, Qavvas düşdü dəryaya. Qırxda iki mələk çəkdi cəfamı, Biri bürc açdı yazdı səfamı. Pərdiyə çəkdilər mənzil binamı, Sahib oldum o düşdüyüm binaya. Əvvəl başlanğıcda bünyad oldu dil, İki gözlər oldu ona müqabil. İki damaq, cigər, bir ürək hasil, Doqquz gündə tamamlandım əzaya. Yerim xilqət oldu, döndüm zindana Əl-ayaq tərpətdim o yan, bu yana. Doqquz ay, doqquz gün oldum nişana, Allahınan gəldim bu gen dünyaya. Yığılıb gəldilər neçə mamalar, Əynimə verdilər zəri zibalar. Yedirtdilər tamı şirin mayalar, Basıb qucağa, tutdular laylaya. O zamn ki, ömür çatdı bir yaşa, Fərq olmadı tənə ayağa, başa. Baxmadım ağaca, kəltənə, daşa- Səyridim odlara, axmağa çaya. İki yaşda oldum yəni qızılgül, Vüsalım şirindir, küftarım bülbül. Hər gedib gələnlə oldub dilbədil, Onda xoş gəldim mən ata -anaya. Üç yaşında oldum vüsalı göyçək, Dedilər qoysa gər qızılca, çiçək Nəzir, qurban oldu hasili gerçək- Ayaq tutdum çıxdım qapı-bacaya. Altıda-yeddidə diş təzələdim, İdrakım var idi hüşkar söylədim. Özümdən böyüyə salam eylədim, Götürüb qoydular məktəbxanaya. Səkkizdə-doqquzda qaranı seçdim, On yaşımda yaxşı-yamanı seçdim. On birində quran, kitabı keçdim, On beşimdə sərim doldu sevdaya. On altıda könül istər bir dilbənd, Cismi şəhdi ola, ləhcəsi bir qənd. Özü şux, sözü şux oldu dərdi bənd, Bənzəyə Yusifə, Ya Züleyxaya. İyirmi yaşımda oldum bir oğlan, Oturub durmağın tamam oldu qan. Gəzişim, savaşım misli-pəhləvan, Bac adım, bac vermədim kimsəyə. Elə ki yaşı iyirmibeşə yetirdim, Mətləb alıb, muradımı bitirdim. Cavanlıqdan bir nişanə itirdim, Axtardım, tapmadım çıxdım əsmaya. Otuz yaşda başda sevda qarışdı. Biri küsdü, canda cigər alışdı, Ahıl şüuru cavanlıqla barışdı, Meyil təzələndi seyrü səfaya. Otuz beşdə oğul-uşaq bitirdim, Qırx yaşımda bir mənzilə yetirdim. Qırx beşimdə cavanlığı itirdim, Gördüm ki, etibar yoxdu fənaya. Əllidə eylədim ömrümü yarı, Ömür bağçasının saraldı barı. Səslədim möhnəti, oyatdım zarı, Şənliyi adladım, keçdim cəfaya. Altmışımda Sanbur gədikdən aşdım, Yetmişimdə Əhli-əyaldan qaçdım. Səksənimdə səbrü-taqətdən düşdüm, Qədd əyildi, pənah gətdim2 əsaya. Doxsanımda oldum susuz asiya, Gözlərimin suyu döndü lasiya. Yeməyi qoyuldu fincan, kasıya, Dedilər bax, o dəngəsar qocaya. Yüz yaşımda oldum piri natəvan, Gələnlə gedənlə, qonşuyla yaman. Könlümdə ahüzar, çeşmində düman, İstədim fənadan köçəm uqbay. Üç günə, beş günə ağrıdı başım, Toplandı yanıma qohum-qardaşım. Kəsildi taqətim, dağıldı huşum, Getdim yol ilə axirət dünyaya. Soldan gəldi hazır oldu bir cəllad, Dedim sən allah əl saxla bir saat. Çaldı cəngəlini, oldum bitaqət, Çaxnaşıd bədənim, düşdü lərzaya. Çaldı cəngəlini, saldı əzaya, Aman vermədi vəsiyyət tövbəya. Aldı ruhumi çəkdi səmaya, Cəfa çəkdim, ömür verdim fənaya. El yığıldı ağladılar bir zaman, Mürdəşirlər gəlib vermədi aman. Kəsildi köməyim, qalmadı güman, Götürdülər cəsədimi havaya. Qüslümü verdilər, pak oldu bədən, Təni-üryanıma tutdular kəfən. Qaralar altında görünmədi tən, Qədəm qoydular mənzili-məvaya. 1 Molla, üləmalar namaza durdu, Səflər çərgələnib nizami qurdu. Beş təkbir tam oldu, kütahı vurdu, Qoydulapr cismimi mənzili-uqbaya. Məni qəbir içinə qoydular əffak, Qohumdan-evladdan qalmadı soraq. Qapandı gözlərim, tutuldu qulaq, Saldılar cismimi yeni cəzaya. Hər kəs öz məqamını eylədi yad, Dünya cifəsindən yanımda bir dad. Əməlimdən qeyri qalmadı heç zad, Qaldı bir nicat əməli şəfaya. İnkir-minkir gəldi əlində təbər, Rəbbibi kist deyə aldılar xəbər. Nitqim batdı, dilim tutmadı əzbər, Şəfa üçün üz çevurdim mövlaya. Çağırdım: Ya həqq halali-müşgül, Ürək qüvvə tapdı, güçad oldu dil. Cavabım suala oldu müqabil, Səs gəldi: dəyməyin həqqi-bəndaya. Neçə min il qəbirdə tutduq qərar, Qurtardı kanında canlı hər nə var Qiyamət olmağa çəkdik intizar, Uzaq, yaxın bəlli olmadı kimsaya. Bir gün əmr oldu, İsrəfil çaldı sur1! Xəbərdar eylədi: ey əhlü qubur2, Matəm bəazi Allah vərd əd mənsur- Titrədi əzalar, baxcaq bu haya. Məqribdən məşqirə toplandı bamə3 Düzəldi çərgəıər, yollandı şamə. Hər kəsin əməli əlində namə, Ta fərq olmadı soltanla gədaya. Şuri-şuru ilə təbil vuruldu, Həqq buyurdu, axır mizan quruldu. Suallar verildi, cavab soruldu: Bəndəlik kim edib böyük xudaya. Gün təpədən yağdı, yer döndü oda, Nə qohum, nə qoonşu düşmədi yada. Oğul atadan, qız anadan düşdü cida. Şuri-şurur səsi çıxdı əsmaya. Üləmalar oldu böyük günahkar, Mərhəmət söylədi Cəlili Cabbar, Rəhmini kəsmədi qadiri-Qəffar, Şəfa qaldı o vahidi xudaya. Haqdı əməlimiz, deyildi saleh, Düzlük marağına işlədi taleh. Bir neçə həmdəmlə şikəstə Valeh, Məskən saldı o cənnəti məvaya. Söz tamama yetdi, bütün eşidənlər heyrətdə qaldılar. Qazı dedi: – Molla Kərim bu kəlamları dərk edən şəxs ən müqəddəs mömündür. Görünür sən şəriəti düz anlaya bilmirsən. Bu gündən mollalığını qadağan edirəm. Aşıq Valeh, sənə səadət arzulayıram. İşi belə görən Aşıq Valeh dedi: – Qazı ağa, icazə ver bu mollalara bir neçə söz deyim, qazı icazə verdi. Aldı Valeh bu sözləri dedi: Mollalar Sizi, sahib kim edibdir, Söylən cahana mollalar? Özünüzdən şübhələnib, Düşmən gümana mollalar. Xeyir işi şərə çəkib, Yozman ziyana mollalar. Cəhənnəm ki, haram deyil, Eşqə uyana molalar? Günah, savab nə olduğun, Artıq biz də anlayırıq. Nə bircə qəlbə dəyib, Nə kimsəni danlayırıq. Nə beçə tək qaqqıldarıq, Nə xoruz tək banlayarıq. Nə varlıya baş əyərik, Nə kimsəni yanlayırıq. İnsaf edin, əl atmayın Dinə, Qurana, Mollalar! Kərbəlayı olmaq üçün, Necə düşman çıxım, saza?! Sevdalı şeyda bülbüləm, Könül müştaq olub yaza. Ehtiyacım yoxdur mənim Nə oruca, nə namaza, İki mələk müqərrərdi, Hər əməli görə, yaza, Kənd içində sərsəm edib Olman divana, mollalar! Necə hacı, Kərbəlayı Saqqalına həna qoyur; Girvənkədə bir çətvəri Oğurlayır, yana qoyur. Bir yetimdən mal alanda İnək adın dana qoyur; Yalan satır müştəriyə, Kürək adın şana qoyur. Qəpik üçün and içirlər, Ayə, Qurana mollalar! Aşıq Valeh bu sənətlə Məşhur oub, ucalıbdır. Hər ümmana qəvvas olub, Təbiətdən tac alıbdır. Neçə deyiş meydanında Ustadlardan bac alıbdır. Könül eşqə gəl -gəl deyir, Deməyin ki, qocalıbdır. Bir də mənə kafər demən, Gəlin imana, mollalar! * * * Arazbasar ətrafında Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar. Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir: OLUM Ay ana bu bir cüt sonanın, Hansına qurban mən olum?! Süzgün baxıb, can alanın Hansına qurban mən olum ?! Könül bağladım bir ada, Dərd tapdım həddən ziyada, Hər ikisi mələkzada, Hansına qurban mən olum?! Cüt baxışlı, nazlı xanım, Xoş avazlı mehribanım. Valeh deyər, var bir canım, Hansına qurban mən olum?! Söz tamama yetir, qız deyir: – Ay aşıq, sən bizi bir-birimizdən ayırmadın. De görək, bizim hansımız qəşəngik? Alır Valeh bu sözləri deyir: VAR Bir qız ilən bir gəlinin bəhsi var, Gəlin deyər - bu gün meydan məndədi. Qız da deyər - açılamamış qönçəyəm, Fəsli-bahar, bağı-reyhan məndədi. Gəlin deyər - ördəyim var, qazım var, Şirin-şirin söhbətim var, sazım var, Sallananda min qız qədər nazım var Həya, iman, ədəb, ərkan məndədi. Qız deyər- mən oxşamışam anama, Ləlü - mərcan düzülübdür tanama, Əl vursalar, tağdan qopar şamama, Əl dəyməmiş tağı-bostan məndədi. Gəlin deyər - gəl, qız düşmə araya, Gər mən ölsəm, aləm batar qaraya, Bəzənərəm, sallam səni bəlaya, Şövq salan camalü – can məndədi. Valeh deyər- ikinizə mən qurban, Yolunuzda mən qoymuşam başla -can, Eyləmyin bu qəribi bağrı qan, Sizdən ötrü çeşmi-giryan məndədi. * * * Zoğal əhvalatı Aşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər. Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın. Beləliklə, Valeh bir neçə gün Qalada qalır və bir kilo da zoğal sata bilmir. Valehin öküzü, atı xəstələnib ölür. Zoğal isə lalıqlayır, suyu tayçalardan axmağa başlayır. Baqqallardan biri Valehi dolamaq məqsədi ilə ona yaxınlaşıb, deyir ki, Aşıq Valeh onsuz da bu zoğal zay olub gedir. Bunun yükünü bir Abbasıya versəydin alardım. Valeh fikirləşir ki, əşi yenə bacım oğluna xərclik olar, qoy verim getsin, razılaşır. Baqqal isə Valehə bildirir ki, amma pulum yoxdu, nisyə ver. Sonra pulun bir adamnan göndərərəm. Bu dəmdə Valeh başa düşür ki, dostu onu dolamaq üçün bu qurğunu qurubdur. Allahqulugildən sazını gətirdir. Dostlarını cəmləyib, bu sözləri onlara oxuyur. GƏLDİM Dostum namə yazdı, dedi: durma, gəl, Aldandım, bazarın nəyinə, gəldim. Unutdum sənəti, oldum sövdəkar, Bir libas tikdirdim əyinə, gəldim. Biiman göndərib, naməni dərhal, Yazıbdır bu yerdə mətahdır zoğal, Tapılsa üstündə olar qalmaqal, Aldandım namərdin küyünə, gəldim. Kimlər səbəb oldu deyin, bu hala, Xəstə ölür, şəfa qalıb zoğala, Dərdirdim hər nə var, yığdım çuala, Dost dedim, nadanın səyinə gəldim. Bir öküzüm vardı kəndi – Qacarda, Yazıq heyvan çəkməmişdi azar da, Dedilər urbatdı zoğal bazarda, Yolları sevinə- sevinə gəldim. Allahqulu ilə keçdi ilqarım, Yazdı: Gətir satım, hər nəki varın, Yurdu viran olsun bu səbəbkarın, Sovqatla zalımın evinə gəldim. Xalqın ulaqları kəklik tək səkər, At mayallaq aşar, öküzlər çökər, Bacım oğlu gözlərindən yaş tökər, Yolları deyinə-deyinə gəldim. Şuşa baqqalları, ara qatanlar, Dini girov qoyub, iman satanlar, Xırman sıpası tək şıllaq atanlar, Nadanlar adına tənayə gəldim. Zoğalın qaydına qalan olmadı, Mənim kimi mağmın olan olmadı, Öküzlərin gönün alan olmadı, Nəzərdə diqqətin səyinə gəldim. Allahqulugildə vardı bir nökər, Gecə durub haramzada bixəbər, Atın çulun alıb, at olub qəysər, Dalını basdırdım, peyinə gəldim. Bir baqqal zoğalı qoydu kasıya, Süzələndi suyu axdı lasıya, Yükünü kəsdilər bir abbasıya, Onu da istədim, nisyə gəldim. Valeh sinəsinə çəkildi bu dağ, Zoğal ağacından hər kim əksə bağ, Arvadı lotudur, özü qurumsaq, Bu sözlə sənətin çiyinə gəldim. * * * == Dastanlar == Valeh və Zərnigar dastanı Bu qoca dünyada ömrə yox vəfa. Görən olacaqdı nələr dünyada? İnsan olan şirin-şirin danışar, Heyvan olan gedər mələr dünyada. Üstündən el keçmiş dağlar görmüşəm. Çapılmış, talanmış bağlar görmüşəm. Mənəm, deyənləri ağlar görmüşəm, Kimi ağlar, kimi gülər dünyada. Yeddi yeyər, səkkiz səkər, beş mələr, Mənəm deyənlərin yurdu heç mələr. Qaynar bulaq, axar çaylar, çeşmələr, Necə olacaqdır, sular dünyada. Səməd ki, var bir quruca cəsətdir, Ölüm ki, var bu hamıya qismətdir. Çarxı fələkdə bu necə mürvətdir, Cavan oğlanlar da ölür dünyada. Aşıqlar ustadnaməni bir deməyiblər, biz də deyək iki olsun. Təmiz xəyalların, saf ürəklərin, Zimistanı çönər novbahar olar. Xain fasiqlərin, zalım kəslərin, Baharlı günləri çovğun – qar olar. İnsan yaranıbdı yaratmaq üçün, Bağban mahir olar bar artmaq üçün Əmək şöhrət tapar var artmaq üçün, Düz əməl sahibi ixtiyar olar. Deyən varmı, xain artar, ucalar. Yaltaq çuğul səadətdən bac alar. Xalqın sevən nə ölər, nə qocalar, Əsirlər dəyişdikcə bərqərar olar. Bəşəriyyət dövran üçün deyilmi? Şən yaşamaq hər can üçün deyilmi? Mehribanlıq insan üçün deyilmi? Xaspoladın sözü eldə car olar. Ustadlar ustadnaməni iki deyiblər, üç deyiblər. Biz də deyək üç olsun, düşmənin ömrü puç olsun. Həyat bir məktəbdir min –bir mənalı. Hər insan öz yolun tutub, gedəcək. Aqillər gəzəcək səadət tapa, Nadanlar qəflətdə yatıb, gedəcək! Çalış, hər əməlin sənin, düz olsun, Fikrin-zikrin xəlsalətli söz olsun, Mehriban ol, dost tanışın yüz olsun. Hər kəs layiqini tapıb, gedəcək! Vara arxalanıb mənəm deyənlər, Tənə üçün fəxri libas geyənlər, Yaltaqlıq eyləyib çörək yeyənlər, Namusun, qeyrətin satıb, gedəcək! Təbib olub, dərdə dərman verənlər, Hakim olub, xalqa devran verənlər, Mənəm deyib, hər gün fərman verənlər, Əldən ixtiyarın atıb, gedəcək! Xaspolad sadiqdir, bilir görənlər. Ədalət naminə devran sürənlər. Xalqını-yurdunu candan sevənlər, Mətləb-muradına çatıb, gedəcək! Sizə hardan xəbər verim Qarabağ mahalının Ab¬dal-Gülablı kəndindən. Bəli, elə ki, Aşıq Valeh aşıqlıq sənəti ilə eldə məşhurlaşdı, hər mahalda tanındı, bütün vaxtı el şənliklərində olurdu. Bir gün, Səməd adlı bir cavan oğlan gəldi Valehin yanına, xahiş etdi ki, onu özünə şagird qəbul etsin. Valeh dedi, cavan adın Səməd olmasa idi səni qəbul edərdim. Çünki mənim də ustadımın adı Səməddir. Gələcəkdə kimi deyəcək Səməd Valehin ustadı olub, kimi deyəcək, yox, şagirdi olub, ona görə səni şagird qəbul edə bilməyəcəm. Cavan Səməd ustad Səməddən xahiş edir ki, Valehə desin onu şagird qəbul etsin. Bəli, ustad Səməd Valehə dedi, ustadın ustad adı var, şagirdin şagird. Oğlanı şagird qəbul etdi. Beləliklə cavan Səməd Valehə şagird oldu. Elə olurdu ki, Valeh aylarla səfərdə olurdu, ona görə də atası Valehi öz qardaşı qızı Sənəmə nişanladı ki, Valeh sox uzaqlara getməsin. Valeh hara getsə şagirdi Səmədi də özü ilə aparardı. Bir gün Valeh Arazbar kəndində bir falçı qarının adamları aldatdığını qarıya sübut etdi, həmin axşam Arazbar kəndində məclis qurdular. Çaldılar, çağırdılar həmin qarı da məclisdə olur. Səhər Valeh Səmədlə kənd¬dən gedəndə həmin qarı Səmədi yanlayıb deyir ki, oğlan əvəzsiz aşıqsan, ancaq sən nə qədər Valeh ilə aşıqlıq etsən hörmətin olmayacaq. İstəyirsənsə hörmətin ola, Valehdən ayrıl tək aşıqlıq et. Qarının hiyləsi Səmədi aldadır. Səməd yarımçıq ola-ola Valehdən ayrılır. Başlayır tək hərlənməyə. Hansı kəndə gedirsə görənlər deyir, oğlan bəs ustadın Valeh hanı? Səməd nə qədər hərlənirsə bir deyən olmayır ki, çal-çağır. Belə olanda Səməd öz-özünə deyir: belə olmadı, mən gərək elə bir səmtə gedəm ki, orda Valeh tanınmaya. Bəlkə onda məni bir aşıq kimi qəbul edələr. Beləliklə, Səməd üz tutur Dağıstan tərəfə. Gəzə-gəzə gedir çıxır Dəmir Qapı Dərbəndə. İndi xəbər eşidin, Dəmir Qapı Dərbənddə tacir Süleymanın qızı Zərnigar xanımdan. Zərnigar xanım atanın-ananın bircəsi olduğu üçün atası onu üç dildə məsul olmağa nail etmişdir. Odur ki, Zərnigar xanım hər elmə müyəssər olmaqla yanaşı, həm də təbli bir şairə idi. Saz çalıb, söz oxumaqda üstün məharəti var idi. Atası vəfat edəndən sonra Zərnigar babası dəmirçi Muradın himayəsində qalır. Həddi- buluğa çatanda Zərnigarın gözəlliyindən çox, varına aşiq olanlar başlayırlar Zərnigara elçi düşməyə. Zərnigar babasından xahiş edir ki, onun ərə getmək ixtiyarını özünə versin. Babası onun xahişini qəbul edir, gələn elçilərə Zərnigar özü cavab verir, get-gedə elçilərin sayı artır. O öz-özünə deyir: – Mən bu elçilərin hansınasa – razılıq versəm, yox dediklərim onu məhv edəcək. İndi mən başqa yol tapmalıyam. Axır bir qərara gəlir. Gedir Dərbəndin hökmdarı Şabəndə bəyin hüzuruna və deyir: – Bəy sağ olsun, mən gəlmişəm sizdən təvəqqe edəm, car çəkib hər yana xəbər çatdırasınız ki, mən o adama ərə gedəcəm ki, o adam mənimlə saz ilə deyişə, deyişmədə mənə üstün gələ. Mənim ilə deyişib məğlub olanları dustaq edib zindana salacam, aciz qalanların sayı qırxa çatanda hamısının boynunu vuracam. Şabəndə bəy Zərnigarın təklifini qəbul edib, bütün Dağıstana xəbər çatdırır. Deməli, Səməd Dəmir Qapı Dərbəndə çatanda, Zərnigarla meydan açıb aciz qalanların sayı otuz səkkizə çatmışdır. Heç nədən xəbəri yox Səməd küçə ilə gedərkən onu Zərnigarın kənizi görür və onu Zərnigarın imarətinə aparır. Səməd Zərnigarı görəndə sevinir ki, burda xeyri olacaq. Səməd bərabərə çatır, salam verib, cavab alır. Zərnigar deyir: – Aşıq, adın nədir? Səməd deyir: – Xanım, adım Səməddir. Zərnigar deyir: – Səməd nədir? - deyir addır də. Zərnigar deyir: – Əlindəki nədir? – deyir, sazdır də. Zərnigar deyir: – Saz nə deməkdir? Səməd deyir : – Çalğı alətidir. Zərnigar deyir: – Hansı bazarın aşiqisən və xiridarın kimlərdir? Səməd deyir: – Xanım siz məni başa düşmədiniz, mən saz aşiqiyəm, çalıb oxuyuram. Zərnigar kənizlərə deyir: – Aşığı məqamına aparın. Kənizlər Səmədin sazını əlindən alıb aparıb salırlar aşiqlər olan zindana. Zindana girəndən sonra Səməd məsələni başa düşdü. Gecə zindanda olanlar ölümləri yaxınlaşdığını yəqin etdilər. Zərnigar dustaqlara üç gündən bir hərəsinə bir çörək verərdi. Səhəri yenə də adəti üzrə zindanı açdırdı. Üç adama bir çörək paylatdı, qayıtmaq istəyəndə Səməd dedi: – Xanım bizi bu zindana nə üçün saldırmısan? Zərnigar dedi: – Bilmədiyiniz sənətin sənətkarı olduğu¬nuz üçün. Səməd dedi: – Ay xanım, biz cücə -plov aşiqiyik, sənin tayın - bərabərin qalıb yerlə, göylə əlləşə-əlləşə, sən də haylayıb bizi doldurmusan bu zindana. Zərnigar deyir: – Qoçağım, belə danışmaqda yəqin bir ümid yerin var. Kimdir mənim o, bərabərim? Səməd dedi: – Mənim ustadım. Zərnigar dedi: - Sənin ustadın kimdir və adı nədir, özü haralıdır? Səməd dedi: – Adı aşıq Valehdir, 25 yaşı var, özü də Qarabağ mahalının Abdal – Gülablı kəndindəndir. Zərnigar: – Ona namə yazsam bura gələrmi? Səməd: –Yerini bilsə naməsiz də gələr. İş belə olanda Zərnigar Səmədin qandalını açdırdı gətirdi öz mənzilinə dedi ki, oğlan, indi mən sənin o, ustadına mək¬tub yazacam, gör sənin ustadın ona cavab verə biləcəkmi? Pəri adlı kənizi kağız-qələm götürdü, görək Zərnigar nə deyir, Pəri nə yazır: Zərnigar Bizdən salam olsun aşıq Valehə, Əgər aşıqsansa bu meydana gəl. Ya aşıqlıq adın götür üstündən, Ya hünərin varsa bu devrana gəl. Səməd dedi: – Xanım, gözəl dedin, ikinci bəndi elə de ki, bu meydanın şərti – cəfasın bilsin. Zərnigar Dilimdən çıxıbdır bir belə ilqar, Kim məni bağlasa ollam ona yar, Aşıqlar sərindən tikdirrəm minar, Əgər qıyar olsan, şirin cana, gəl. Səməd dedi: – Xanım, gözəl dedin, üçüncü bəndi elə de ki, o bilsinki bura ondan qabaq da gələn var. Zərnigar Necə aşıqları eyləmişəm bənd, Əyağında kündə, boynunda kəmənd, Adım Zərnigardı, məkanım Dərbənd, Məni anar olsan Dağıstana gəl. Bəli, sözlər tamama yetdi. Zərnigar yenə də Səmədi zindana göndərdi. Səhəri iki nəfər bacarıqlı cavan ləzgi çağırdı dedi: – Qoçaqlarım, atlanın mənim bu naməmi aparın Qarabağ mahalının Abdal-Gülablı kəndində aşıq Valehə çatdırın. Cavabın da alın gətirin. Bəli, ləzgilər naməni alıb Qarabağa yol elədilər. Soraqlaşa-soraqlaşa Abdal - Gülablı əkənəklərinə çatanda gördülər bir yaşlı kişi xış ilə yer əkir. Ləzginin biri dedi: – Yaxşı aşığın cəmaəti də hazır¬cavab olur. Bu qocaya bir söz deyəcəm. Ləzgi dedi: – Ay dayı bizim bir abbası pulumuz var, özümüz də acıq, sizin yerdə o abbasını nəyə verək ki, həm yeyək doyaq, yerdə qalanını da yenə bir abbasıya sata bilək. Qoca fikirləşməmiş deyir ki, kəndin girəcəyində qəssabxana var. Kəl qarnını bir abbasıya verirlər. Bir kəl qarnı alın, içalatın yeyin, ətini satın həm qarnınız doysun, həm də pulunuz olsun. Ləzgilər dinmədilər, gedib kəndə çatdılar. Gördülər kənddə toy var. Getdilər toya qonaq oldular. Toy çox təmtəraqlı toy idi. Axşam xeyli zurna çalındı, oynadılar, güldülər, toy bəyi dedi, indi də aşıq Valeh gəlsin onu eşidək. Aşıq Valeh gəldi çatdı, çağırdı bir nəfər ayağa qalxdı, Valehə dövran yığdı, ləzginin biri dövrana pul verdi, biri də Zərnigarın naməsini. Valeh tez yerindən qalxdı, naməni aldı açdı və oxudu, rəngi dəyişdi, sonra güldü. Heydər bəy dedi, aşıq Valeh namə kimdəndir? Aldı Valeh, görək nə deyir: Gözləriniz aydın olsun, Gəlibdir yarın kağızı. Bülbül uçar yuvasından, Gəldi qubarın kağızı. Bu yerdə nişanlısı Sənəm yadına düşdü, aldı dal bəndin: İnciməsin gülü ondan, Gələr günlər keçər candan, Can ayrılar cananından, Gəldi nigarın kağızı. Valeh ağlar yana-yana, Yandı bağrım, döndü qana, Çağırır cəngi – meydana, O, Zərnigarın kağızı. Valeh namənin bütün təəssüratın danışdı. Heydər bəy dedi, əvvəl rəngin qaçdı, sonra güldün, o nəyə görə idi? Valeh dedi, rəngim ona görə dəyişdi ki, təəccübləndim, gülməyim ona görə oldu ki, Dəmir Qapı Dərbənddə Zərnigar nə bilir ki, Qarabağ mahalının Abdal-Gülablı kəndində aşıq Valeh var. Yəqin mənim o fərsiz şagirdim keçib Zərnigarın cənginə, mənim yerimi o deyib. Heydər bəy dedi, aşıq Valeh fikrin nədir? Valeh dedi, fikrim getməkdir. Aldı görək nə deyir, de gəlsin: Qarabağdan dov eyləyib gəlirəm! Məndən dov tələbin varsa, de gəlsin. Cəhənnəmi bu dünyada göstərim. Hansı bəndə günahkarsa, de gəlsin! Çıxaram meydana divana nisbət, Pəhləvanam İbni Məlcana nisbət, Fironu -firdosi sal-sala nisbət, Onlardan da xəbərdarsa, de gəlsin. Mənəm, şair Məhəmmədin nabatı. Aşıq Gülüm, aşıq Cunun Nəbati, Aşıqlıqda hər kimsənin övladı , Valehinən bərabərsə, de gəlsin! Söz tamama yetdi. Heydər bəy dedi: - Aşıq Valeh Qarabağ böyük, məğlub edilməz bir mahaldır, yaxşı fikirləş, gedib Qarabağın adını batırsan nəslini yer üzündən kəsəcəyəm. Valeh dedi: – Heydər bəy, qorxma mən də sənətimin xanıyam. Aldı dübarə görək Zərnigar xanıma nə deyir: Xanım Saz götürüb Qarabağın adından, Gəlirəm cənginə, Zərnigar xanım, Gücümə güc çatmaz cəngavər kimi, Gəlirəm cənginə, Zərnigar xanım! Çəkilib xəlvətə çox qubar etmə ! Pərişan qəlbləri tari-mar etmə! Küskün aşıqları səngisar etmə! Gəlirəm cənginə, Zərnigar xanım! Valehəm, mətləbdən almışam kamı, Sərimə huş verib badənin tamı, Sinəmdə xilqətin min bir kəlamı, Gəlirəm cənginə, Zərnigar xanım! Söz tamama yetdi, Aşıq Valeh ləzgiləri öz evinə qonaq apardı. Zərnigar haqqında ətraflı məlumat aldı, səhəri ləzgiləri yola salanda, qonqlara dedi ki, Zərnigara deyərsiniz, siz ora çatandan on gün sonra onun hüzurunda olacağam. Bəli, ləzgilər qayıtdılar Dərbəndə. Valehin məktubunu Zərnigara verdilər və əlavə gördüklərinin, bildiklərinin hamısını Zərnigara söylədilər. Zərnigar kənizlərə tapşırdı ki, onun otağına girməsinlər. Başladı ciddi hazırlaşmağa. İndi Zərnigar Dərbənddə yol gözləməkdə olsun, xəbər eşidək aşıq Valehdən. Valeh bir də görür ki, söz verdiyi vaxtdan xeyli keçib o, hələ Qarabağdadır. Odur ki, gəldi anasının yanına, dedi ana, mənə səfər tədarükü gör. Dəmir Qapı Dərbəndə gedəcəm. Anası hər nə qədər cəza-fəza eləsə də kar etmədi. Naçar qalıb dedi, oğul onda sən get Sənəmgilə, görüş, deməlini de, sən gələnə qədər mən də səfər ehtiyatı görum. Valeh Sənəm ilə görüşməyə gedəndə anası özün yetirdi ustad Səmədin yanına. Dedi ay Səməd, Valeh əlimdən gedir, gümanım sənə gəlir, gedək bizə Valehi qoyma Dərbəndə gedə. Səməd Valehgilə getməkdə olsun, eşidin Valehdən. Valeh getdi, gördü Sənəm evdə yoxdur, qonşuda qız toyuna gedib. Sənəmgilin nökəri Rəhimə dedi ki, get toy evinə, xəlvəti Sənəmə de ki, evə gəlsin. Rəhim getdi, hündürdən çağırdı: – Ay Sənəm bacı, Valeh qağam deyir, evə gəlsin, ona söz deyəcəm. Dedi qayıtdı. Valeh gördü Rəhim gəlir, ancaq Sənəm yoxdur, aldı görək Rəhimə nə deyir: Başına döndüyüm yarın nökəri, Dərdimi canana dedin, nə dedi? Sən də mənim kimi şirin dil ilə . Çəkildin pünhana dedin, nə dedi? Hatəm bağçasında oynar gülinən, Gəlməmişəm yanda qallam ilinən. Sən də mənim kimi şirin dilinən, Yalvardın, sən ona dedin, nə dedi? Rəhim dinmədi. Aldı dübarə: Mən sevmişəm ağ üzündə xalını, Yoxsa məndən gizlər, gül camalını? Divanə Valehin ərzi – halını, Yusufi - kənana dedin, nə dedi? Söz tamama yetdi. Valeh gördü Sənəm gəlir, yanında bir qız, bir gəlin var. Bunları görəndə Valeh Rəhimdən əl çəkdi üz tutdu onlara, aldı görək nə dedi: Toy evindən gələn qızlar-gəlinlər, Toyunuzdan əcəb hallı gəlmisiz. Aşığı öldürməkdə varmı qəsdiniz? Fikir eyləyib, nə xəyala gəlmisiniz? Sənəmgil nə isə xəlvət pıçıldaşdılar. Aldı Valeh Bir -birin çağırır nə, şirin bacı, Bir dərdə düşmüşəm yoxdur əlacı! Nə vaxdır dahanım dadıyır acı, Üçünüz də ləbi- ballı gəlmisiz! Bu sözdən Sənəm bikef oldu. Aldı Valeh dübarə: Eynini eynimdən eyləmə iraq, Aşıqam, didəmdən tökülər fəraq! Bir Sənəm, bir Valeh, bir xəlvət otaq, Hayıf ola, qalmaqallı gəlmisiz! Qız-gəlin getdi. Sənəm yalnız qaldı, xeyli söhbət¬ləşdilər. Valeh Dərbəndə getmək üçün çətinlik ilə icazə aldı. Evlərinə qayıtdı, gördü ustadı Səməd onlardadı. Ustadına salam verdi, görüşdü və dedi: – Ay usta, onsuz da mən səni ziyarət etməmiş getməzdim, niyə əziyyət çəkdin? Səməd dedi: – Valeh onlardan keçib, sazları tarazla, bir az söhbət edək. Aldı Aşıq Səməd Fikrin-zikrin gəzir uca göylərdə, Söylə görüm Valeh, hara gedirsən? Karvanların qatar-qatar dayanıb, Söylə görüm Valeh, hara gedirsən? Aldı Valeh Fikrim edir asimani ziyarət, Eşit ustad, deyim, hara gedirəm! Yükümü tutmuşam ərşi- əladan Sevda üçün bir bazara gedirəm! Aldı Səməd Yükünü tutmusan ərşi- əladan, Qatarları gəlsin Kərbübəladan! Nəcəf çöllərindən, Məkkə binadan, Söylə görüm Valeh, hara gedirsən? Aldı Valeh Dərsimi vermisən İncil, Qurandan, Zəburdan, Tövratdan sirri - imandan Adəmdən başlamış axır zamandan, Onlarınan zəncir – dara gedirəm! Aldı Səməd Səməd içib min bir eşqin camını, Əzbər deyər hər xilqətin sanını, Sənə bağışlayır öz kərvanını, Sahib sənsən o, bazara gedirsən. Aldı Valeh Zərnigar Dərbənddə dönüb aslana, Otuz doqquz aşiq salıb zindana, Valehi çağırır cəngi- meydana, Canım ustad, o, meydana gedirəm! Sözlər tamama yetdi Səməd dedi: –Valeh, indi mənə yaxşı-yaxşı qulaq as, dediyim sözlərə cavab istərəm: Aşıq Səməd Uğur olsun səfərinə, dayanma! Bürüyübdü qəmli xəyanət səni! Şagirdlər imdadı sənsən dünyada! Aşiqlər eyləyər ziyarət səni! İsmini sorsalar denən, yek- tayam Natiqi elmidə qəlbi dəryayam, Naşı deyiləm Haqdan gələn sevdayam! Açan əli etməz xəcalət səni! Əldə Quran Səməd baxır göylərə, Qocalmışam, mizrab çatmır simlərə, Bəlkə öldüm, görüş qaldı məşərə, Tapşırıram Haqqa əmanət səni! Sözlər tamama yetdi. Valehin anası dedi: – Ay Səməd, mən səni gətirdim ki, qoyma Valeh gedə, demədim ki, gəl bunu yola sal. Səməd dedi: - Ay Püstə, getməsə olmaz. Bəli, səhəri gün Abdal-Gülablı cəmaəti Valehi yola salmaq üçün toplaşdılar Səfirlər tirəsinə. Aşıq Valeh yola düşmək istəyəndə gördü nişanlısı Sənəm asta-asta ağlayır. Sənəmi ağlar görən Valeh aldı görək nə dedi: Gəl sevgilim, halallaşaq ayrılaq, Getdim öldüm, bəlkə bir də gəlmədim. Gözüm baxsın o gözlərə doyunca, Getdim öldüm, bəlkə bir də görmədim. İşi belə görən aşıq Səməd tavar sazını aldı sinəsinə, Sənəm əvəzindən aldı, görək nə dedi: Yaman yerdə ağlar qoydun qəlbimi, Get Valehim, sağlıq ilə gələsən! Taleh yazan belə etdi dərdimi, Get Valehim, sağlıq ilə gələsən! Aşıq Valeh Gecə-gündüz yahu deyib çağlarsan, Şənlik məqamında qara bağlarsan, Ölsəm məni nakam deyib, ağlarsan! Əcəl yetdi, bəlkə bir də gəlmədim. Aşıq Səməd Ömür boyu unudulmaz bu halət, İnam ilə qəbul olar ziyarət, Tapşırmışam səni Haqqa əmanət, Get Valehim, sağlıq ilə gələsən! Aşıq Valeh Valehəm, yolda yoxdur zavalım, Sarsılıb taqətim, pozulub halım Sərsəm edir sərim, çaşır xəyalım, Ömür bitdi, bəlkə bir də gəlmədim. Aşıq Səməd Səməd deyir, oyan qəflətdə yatma, Kam alıb, Dərbənddə mətləbə çatma! Ağlar qalan Sənəmini unutma! Get Valehim, sağlıq ilə gələsən. Sözlər tamama yetdi. Səməd hönkür-hönkür ağladı. Ustadını Ağlar görən Valeh aldı görək nə deyir: Aşıq Valeh Toplanan cəmaət, ağlayan ustad, Gəlin, halallaşaq, mən gedər oldum. Ömrümün mülkünü, eşqin bağını, Vaxtsız aldı boran, çən, gedər oldum! Aldı Səməd görək nə deyir: Aşıq Səməd Qəlbimin vüqarı, çeşmimin nuru, Qəmgin olma bu səfərdən gələrsən. Cismimin taqəti, sərimin şuru, Şadlığınan bu səfərdən gələrsən. Aşıq Valeh Sevib - sevilənlər olmaz cəfasız, Neçə aşiq- nakam qalıb səfasız, Zaman qarışıqdır, ömür vəfasız, Gəlin halallaşaq, mən gedər oldum! Aşıq Səməd Talanın itidir, şüurun cavandı, Qarşındakı böyük bir imtahandı, Məğlubiyyət tarixinə ziyandı, Bu səfərdən, şadlığnan gələsən! Aşıq Valeh Valehəm, ay ustad, səfərim iraq, Zaval gəzir məni əlində çıraq, Qürbətdə qəribə kim olar, dayaq? Gəlin halallaşaq, mən gedər oldum! Aşıq Səməd Səmədəm, sorağım çatıb hər yana, Bu əhvalat düşər dildə dastana. Tapşırmışam səni şahı-mərdana Bu səfərdən, şadlığnan gələsən! Söz tamama yetdi. Səməd dedi, Valeh mənə diqqətlə qulaq as, gör nə deyirəm. Aldı Səməd görək nə deyir: Aşıq Səməd Get Valehim, sənə uğurlar olsun, Yadda saxla əlif – lamı unutma! Əbcət hesabını düz əzbər elə, Cim üstündə cüt nidanı, unutma! Yadda saxla, innaməndə tey biri, Həfti, həşti, çahar, pənci, sey, biri, Sureyi yasini, həmdicey biri, Məhşəri gəz, ibtidanı, unutma! Divaniyə cəm üstündə mayə qat, Təcnisi müxəmməslə yana at, Qıfılbəndi, müxəmməsi baha sat, Əyaxda gəz, son gümanı, unutma! Səməd deyər, axtar sirri günbəzi, Ley üstündə gəzdir dodaqdəyməzi, Ney altında hərlə diltərpənməzi, Məkanda bazar aç, kanı, unutma! Söz tamama yetişdi. Valeh adamlarla vidalaşdı, üzünü tutdu dağlara, aldı görək nə dedi: Aşıq Valeh Alçaqlı - ucalı dağlar, Halal eylə, hümbət eylə, Laləli, nərgizli bağlar, Halal eylə, hümbət eylə! Köçkün gedir düzlərinən, Dövran sürdük sizlərinən, Neçə gəlin, qızlarınan, Halal eylə, hümbət eylə! Valeh gedir bir murada, Sığınıbdır min bir ada, Ya gələ, ya gedə bada. Halal eylə, hümbət eylə! Söz tamama yetişdi. Valeh yoluna davam etdi. İki gün yol getdi. Tanımadığı bir kəndə çatdı, gördü ki, adamlar ona təəccüblə baxırlar və biri-birilərinə nə isə deyirlər. Valeh bildi ki, burda nə isə bir iş var. Bir nəfərdən soruşdu: – Əmican, deyəsən aşıq sizə başqa cür görünür? Kişi dedi: – Cavan oğlan, bizim bu kənddə Xanlar adlı dərin savadlı bir molla var, özü də şairdir. O, aşıq tayfası ilə çox əyridir, harda aşıq görsə bir cavabsız söz deyir, aşığın sazını əlindən alıb sındırır. Bizim camaat aşıq üzünə həsrətdir, ona görə sənə təəccüblə baxırlar. Ancaq, sənin bəxtindən həmin molla kənddə yoxdur, darı zəmisinin alağını etməyə gedib. Valeh mollanın getdiyi yeri öyrənib, düz ora getdi. Gördü molla su arxının kənarında kölgələnir. Hündürdən salam verdi. Molla səysəndi. Valehə baxıb güldü. Valeh dedi: –Molla nəyə güldün? Molla Xanlar soruşdu: – Aşıq hardan gəlirsən? Valeh dinməz, söyləməz atdan düşdü, sazını köynəyindən çıxardı. Dedi: Molla, yaxşı qulaq as, deyim hardan gəlirəm: Soruşursan, ərzimi al, Deyim, haradan gəlirəm. Körpəlikdən dərsim alıb, Cəlil -Cabbardan gəlirəm. Fikir gəzir Asumanı, Ərşi əladan gəlirəm! Tilisimlər açarıyam, Sirri -binadan gəlirəm. Neyniyirsən, xəbər alıb, Sehri -səfadan gəlirəm. Tutmuşam mən yüklərimi, Muzdu babaldan gəlirəm. Valehəm mən, sənət tacın, Aşiqlərə paylamışam. Gəl ziyarət eylə, məni, Turi – sinadan gəlirəm. Söz tamama yetdi. Molla gördü, bu aşıq xatalı aşıqdı. Dedi, aşıq sənə yaxşı yol. Get, mənimlə görüşmə¬yini heç yerdə demə. Valeh dedi: –Arxayın ol bir xeyir də, birdə şərdə danışacam. Valeh yoluna davam etdi, gəlib çatdı Kür çayına. Yaxınlaşdı bərəyə. Artıq axşam idi. İki nəfər bərəçi Valehi Şirvan taya keçirdilər. Bu bərəçilərin kəndində Məsum Əfəndi adlı bir şair vardı. O, ətrafı aşıq üzünə həsrət qoymuşdu. Harda aşıq görsə bir söz deyib, dolaşdırıb, sazını sındırıb, libasını soyardı. Bərəçilər bildilər ki, bu aşıq Əfəndini eşitməyib, nabələdi. Odur ki, sözləşib Valehi qonaq apardılar. Xəlvəti qonum-qonşuya xəbər verdilər ki, aşıq qonağımız var. Gələn adamlar toplandılar. Hələ mərəkə düzəlməmiş bir nəfər əhvalatı Əfəndiyə çatdırdı. Qəflətən Əfəndi məclisə gəldi. Əfəndi dama girəndə, hamı ayağa qalxdı, Valeh istədi qalxa, amma qalxmadı. Duranlar əyləşdi. Əfəndi dedi: – Aşıq haralısan? Valeh dedi: – Qarabağlıyam, Əfəndi dedi, əsli hu. Valeh dedi, izah et. Əfəndi dedi, izaha ehtiyac yoxdu. Mən içəri girəndə hamı ayağa qalxdı, sən qalxmadın, demək ədəbin çatmadı. Valeh dedi: –Yox Əfəndi mən də istədim ayağa qalxam, döşümdəki elm qoymadı, dedi, bu nə adamdı ki, onun ayağına qalxırsan. Əfəndi xeyli hirsləndi və dedi: – Hardan gəlib, hara gedirsən? Valeh dedi: – Kandan gəlib, məkana gedirəm. Əfəndi dedi: – Kan nədi, məkan nədi? Valeh dedi: – Kan bu dünya, məkan o dünya. Əfəndi dedi: – Doğurdanda sözündə arifsən. İndiki səfərin haradı? Valeh dedi: – İndiki səfərim Dəmirqapı Dərbəndə, Zərnigarın meydanına. Bu sözü deyəndə hamı təəccübləndi. Əfəndi dedi: – Cavan oğlan mənim bilmədiyim elm, oxumadığım kalam yoxdur, Zərnigar adı gələndə bədənim əsir. Gedib 39 adamın ölümünə bais olma. Valeh dedi: – Əfəndi, mən bura məsləhətə gəlməmi¬şəm. Əfəndi dedi: – Onda mən səni bir yüngül imtahan edəcəm, cavab verə bilsən gedərsən, verə bilməsən sazını da, atını da alacam, libasını soyunduracam. Valeh dedi: – Saz almaq aşıqlıqda adətdi, at alıb, libas soyundurmaq quldurluqdu. Siz bunun hansından¬sınız? Əfəndi daha da qəzəbləndi, başladı deyişməyə. İndi görək Əfəndi nə deyir. Valeh nə cavab verir? O vaxt onlar deyib, indi də biz deyək: Məsum Əfəndi Kəndində laf edib, şairəm deyən, Sualımın qabağında döz indi. Diksinmə, çəkinmə, qısqınma, qorxma, Al sualı, ver cavabı tez indi. Aşıq Valeh Bilseydik mahalı bəndə salmısan, Eybullan gəlməzdik bura biz indi. Diksinmərəm, qısqınmaram, qorxmaram, Xəbər alsan o sualdan yüz indi. Məsum Əfəndi O, kim idi, getdi haraya qurban? O, kim idi, doğdu bir neçə oğlan? O, kim idi, əvvəl nahaq qan? Nə səbəbdən arasında gəz indi. Aşıq Valeh Cəbrail gətirdi Ülfətə qurban, Həvva idi, doğdu yüz səksən oğlan, Qabil Habili öldürdü etdi nahaq qan, Adəm verməmişdi ona qız indi. Məsum Əfəndi O, kim idi, rükət namazı qıldı? Neçə il orada xidmətə daldı? Neçə min mələyə xidməkar oldu? Axırında danışmadı düz indi? Aşıq Valeh Mələk Mais rükət namazı qıldı, Səysən min il orada xidmətdə daldı, Səksən min mələyə xidmətkar oldu, Oldu şeytan, danışmadı düz indi. Məsum Əfəndi O, kimdir ki, əlləri var neçə min? Hər əlində barmaqları neçə min? Hər barmaqda qələm çalar neçə min? Bunu bilən aşığa yox, söz indi. Aşıq Valeh Cəhənnəm maliki əlləri yeddi min, Hər əlində barmaqları yeddi min, Hər barmaqda qələm çalar yeddi min, Onu biz görməyək görün, siz indi. Məsum Əfəndi Məsum Əfəndi kim, sahibi qüdrət? Harada danışdı min kəlmə xəlvət? O nəydi, verdilər de, ona zinət? Aşıqsansa bu sözlərə, döz indi? Aşıq Valeh Valehəm, Məhəmməd sahibi – qüdrət, Mehracda danışdı min kəlmə xəlvət, Behistə verdilər de, ümid zinət, Onun ərkanına quluq, biz indi. Söz tamama yetdi. Əfəndi dedi: Doğurdanda sən kamil sənətkarmışsan. İndi Zərnigarın meydanına gedə bilərsən. Valeh dedi: – Əfəndi dedim ki, mən bura məsləhətə gəlməmişəm. Sən dedin mən cavab verdim, indi də mən deyəcəm, sən cavab verəcəksən! Əfəndi dedi: – Ay oğlan, mənim oxumadığım kalam, bilmədiyim elm yoxdur, sən mənə nə deyərsən? Valeh dedi: – Mən, kimə nə demək lazım olduğunu yaxşı bilirəm. Qulaq as, gör nə deyirəm. Aldı Valeh, görək nə deyir: Aşıq Valeh Gəl Əfəndi, səndən xəbər alayım, Bir hesab var, onu istərəm səndən. Hesab çoxdur vacehinə yetmişəm, Haqqın min bir adın istərəm səndən. Əfəndi dinmədi. Valeh dedi: – Əfəndi, niyə cavab vermirsən? Əfəndi dedi: – Yüz ala qarğaya bir sapand daşı deyiblər, axırda elə söz deyəcəm hamısına əvəz olacaq. Aldı aşıq Valeh dübarə: Göydən yerə enən de neçə daşdı? Qiymətsiz satılan hansı qumaşdı? Məğrubdan məşriqə neçə araşdı? Dünyanın qırağın istərəm səndən. Söz yenə cavabsız qaldı. Aldı Valeh dübarə: Mən Valehəm, cismi ümman içində, Minarə yapmışam umman içində, Həştərxan dənizi umman içində, Suyunun hesabın istərəm səndən. Sözlər tamama yetdi. Əfəndi dedi: – Oğlan məndə məlumat kitabı var, gedib ona baxıb, gəlib cavab verəcəm. Əfəndi getdi, hələ də gəlməyib. İş belə olanda adamlar Valehə əhsən dedilər. Aşıq Valeh lazımı qədər çaldı- çağırdı, gecəni orada axşamladı. Səhər yoluna davam etdi. Axşam Şirvan xanı Abdulla xana qonaq oldu. Abdulla xan ilə Valeh Şuşada Murad bəyin toyunda tanış olmuşdu. Bəli, aşıq Valeh Abdulla xan ilə xeyli söhbət edəndən sonra saray əhli üçün çalıb-çağırmağa başladı. Abdulla xanın Dilbər adlı bir bacısı vardı. Dilbər xanım öz kənizinə xətaya parçadan paltar geyindirib, məclisə göndərdi. Özü məndurə parçadan paltar geyinib, məclisə gəldi, kənizin qabağında oturdu. Valeh xətayə paltar geyəni xanım, məndurə paltar geyinəni kəniz hesab edib, ürəyindən keçirdi ki, bu ədəbsiz kim idi. Gəldi xanımın qabağında oturdu. Bu sözü bilmədən eşidilən səslə dedi. Bir az keçmiş Dilbər xanım məclisi tərk etdi. Etdiyi xətadan Valehin xəbəri olmadı. Məclis qurtardı, hər kəs öz evinə getdi. Abdulla xan dedi, aşıq Valeh çox sağ ol, yaxşı çaldın-çağırdın, ancaq yaxşı olmadı ki, sən mənim var- yox bir bacımı “ədəbsiz” adlandırdın. O da məclisi tərk etdi. Valeh təəccüblə dedi: – Xan sağ olsun, mən belə iş etməmişəm, siz nə danışırsınız? Xan dedi: – Aşıq Valeh etməyinə etdin, ancaq nə etmək olar, keçib. Aşıq Valeh bildi ki, ürəyindən keçirdiyini dili ilə deyib. Bəli, gecəni yatdılar, səhər çörək yeyəndə xan dedi: –Aşıq Valeh, görürəm çox narahatsan, hasarın o tərəfindəki imarət bacımınkıdır, sazını götür get bacım Dilbər xanımın könlün al. Valehə də bu lazım idi, tez Dilbər xanımın imarətinə keçdi, gördü Dilbər xanım kənizləri ilə baş açıq, sinə açıq süfrədə əyləşib, çörək yeyirlər. Valeh salam verdi, cavab almadı, heç Valehə əhəmiyyət verən olmadı. Valeh sazı hərlədi sinəsinə. Aldı görək nə dedi: Aşıq Valeh Durum dolanım başına, Aşığından küsən dilbər. Üzüm sürtüm ayağına, Nə mən dinim, nə sən dilbər. Dilbər xanım dinmədi. Aldı dübarə: İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Gündüz səbri- qərarımı, Gecə yuxum kəsən dilbər. Dilbər yenə dinmədi. Aldı dübarə: Həsrətin gəzər canda, Bərabərin yox cahanda, Bu züm olmaz müsəlmanda Sən kafərsən, nəsən, dilbər. Dilbər yenə də dinmədi. Aldı dübarə: Valeh əvvəl bir bəy idi, Müjkanların qəddin əydi, Nə dedim ki, sənə dəydi? Bu mən, dilbər! Bu, ən dilbər! Dilbər xanım gülümsündü, dedi: – Aşıq bizim bu görüşümüzə elə bir söz deyə bilsən ki, həm xoşuma gələ, həm də acığıma, onda sənin günahından keçərəm. Valehə də bu lazım idi. Aldı görək nə deyir: Aşıq Valeh Bu yer gözəlinə nabələd oldum. Söz dedim, qurumuş dilə bükülmüş. Xətayə görüncə eylədim xəta Dürlü gövhər bir məndulə bükülmüş. Səhər ikən mehman olduq bunlara. Geyməmiş batıblar yaşıl allara Qızıl qolbənd vub şümşad qollara. Gümüş kəmər incə belə bükülmüş. Dilbər xanım gülümsəyərək, ala gözlərini Valehə sarı süzdü. Aşıq Valeh Qurban olum ala gözün şəstinə, Süzüb, baxıb girmə canım qəsdinə Əlimi qoyum tər sinən üstünə, Müxəyə, darçına, hilə bükülmüş. Dilbər xanım key kimi göründü. Aldı Valeh, dübarə: Nabələdəm ulusuna, soyuna, Mina gərdəninə, uca boyuna. Divanə Valehi sən al qoynuna. Elə bil ki, bülbül gülə bükülmüş. Dilbər xanım dik qalxdı ayağa dedi: – Aşıq sən nə danışırsan? Valeh dedi: – Xanım əhdinə vəfa et. Həm xoşuna gəldi, həm acığına. Dilbər xanım gülümsündü və dedi: – Aşıq doğrudan da layiqli aşıqsan, keçdim günahından. Valeh otaqdan çıxanda gördü ki, Abdulla xan durub otağın qabağında, özü də qaşlı-qabaqlıdır. Valeh dedi: – Xan niyə belə kefsizsən? Abdulla xan dedi: – Aşıq Valeh ayıb deyilmi sən mənim bacıma deyirsən: - Valehi al qoynuna? Valeh dedi: – Xan elə demədim, dedim ki, divanə Valehi çağır toyuna. Xanın sifəti açıldı, oturdular, yedilər, doydular, Xan dedi: -Aşıq Valeh, sən gedən yollarda qırx Hərəmilər yurd salıb, gəlib-gedən yolçuları qarət edib, özlərini də öldürürlər. Odur ki, ehtiyyatlı ol. Sənə bir tüfəng verəcəm, dağlara çatanda yol ikiləşəcək, nə badə sol yandakı yolla gedəsən, sağ yandakı yolla gedərsən. Aşıq Valeh xan verən tüfəngi də çiyninə salıb, yoluna davam etdi. O qədər getdi ki, Şamaxı dağlarına çatdı, yavaş-yavaş mürgülədi. Sağ əvəzinə at sol ilə getdi. Hərəmbaşı baxdı ki, bir atlı yol ilə gəlir, bir nəfəri göndərdi dedi: – Get o atlını bura gətir. Hərəmi Valehə yaxınlaşdı, gördü bunun çiynində tüfəng, bir çiynində də qara torbada bir iri şey var. Hərəmi elə zənn etdi ki, torbada olan dəmir toppuzdu, fikirləşdi ki, mən buna bir söz desəm o toppuzu bir dəfə mənə yendirsə, o dünyalıq olacam. Odur ki, heç bir söz demədən qayıtdı. Hərəmbaşına dedi ki, ağa o, atlı nəhəng bir pəhləvandı, çiynində bir dəmir toppuzu var. Yeddi batmandan ağır. Heç o məni adam saymadı. Hərəmbaşı hay vurdu. Hərəmilər atlandı, aşıq Valehi ortaya aldılar, səsə-küyə Valeh atın üstündə oyandı, gördü iş-işdən keçib. Tez Hərəmbaşı atdan düşüb, Valehə yaxınlaşdı, dedi: – Ədə, haramzada sən kimsən ki, mənim göndərdiyim adamı saymırsan? Valeh dedi: – Ey nakam şiri- nər murad üstəyəm, mənə rəhm et! Hərəmbaşı rəhmə gəlmiş padşah kimi gülümsündü, dedi: – Qonaq, mənim nakam olduğumu bilən yoxdur. Sən nə bildin ki, mən nakamam? (Sən demə Hərəmbaşının sevgilisini ildırım vurub, öldürübmüş, ona görə o, təsəlli tapmaq üçün bu yola düşmüşmüş). Valeh dedi: – Mən Valehəm, İnşallah nitqimə gələn düz olar. Hərəmbaşı dedi: – Oğlan, mən hələ bu dağlarda əlimə düşəni salamat buraxmamışam, ancaq səni buraxacam. Bir az bizə yalvar, səni ondan sonra buraxacam ki, uşaqlar şübhələnməsinlər. Alır Valeh, görək nə deyir: Canalıcı pəhləvanlar, igidlər. Öldürmən, Xudaya bağışlan məni! Mövlası, mollası, mərdlər ağası, O, şiri Xudaya bağışlan, məni! Mənki çıxdım vətənimdən güzara, Könül həsrətdən olub səd –para, Bir qərib aşığam yazıq- biçara, Sahibi -sevdaya bağışlan məni! Mən Valehəm, deyim ərzi halımı, Qatil olub, kəsmən ümid yolumu, Tamahınız varsa, alın malımı, Natiqi - mövlaya bağışlan, məni. Hərəmbaşı dedi bu ki, aşıq kərəvəzin biri imiş. Tüfən¬gini alın, buraxın getsin. Bəli, Valehin tüfəngini aldılar, özünü buraxdılar. Valeh həmin günü Şamaxıya çatdı. Hacı Möhsümlə onun karvansarasının qarşısında rastlaşdı. Axşam Hacı Möhsüm Valehi öz mənzilinə dəvət etdi. Valeh gördü ki, Hacının yanında bir neçə tacir-tüccar var. Salam verib əyləşdi. Hacı dedi: – Aşıq sazını al hardan gəlib, hara getdiyini de, bizdə bilək. Aldı Valeh, görək nə dedi: Qarabağdan səfər etdim, Mülki- Şirvana mən gəldim. Məcnun tək düşdüm səhraya, Dəli -divanə mən gəldim. Daşkəsən gədiyin ötdüm, Əcayib sehrlər etdim. Şamaxı şəhrinə yetdim, Sanki rövzana mən gəldim. Xoşdu Cavanı yaylağı, Soyuq suyu, tər bulağı, Bahar fəsli gələn çağı, Əcəb xəndana mən gəldim. Mən Valehəm, Zərnigara, Canımı saldın odlara, Sığındım Pərvərdigara Misli - pərvanə mən gəldim. Söz tamama yetdi, Hacı Möhsüm Valehin səfər məqsədini öyrəndi. Ertəsi gün Valehi öz evinə qonaq etdi. Yaxşı məclis qurdu. Valehə yaxşı köməklik etdi. Dağıstana yola saldı. Bəli, Valeh bir neçə gün yol getdi. Çatdı Samur çayına, gördü çay qan-qan edir. Aşağı - yuxarı xeyli fırlandı. Keçid tapmadı. Sazı aldı sinəsinə görək nə dedi: Əsriyib, əsriyib kükrəyib axan, Ağzı ağköpüklü divana Samur. Atanın-ananın bircə oğluyam Qıymagınan sən bu mehmana, Samur. Qanlı-qanlı qayalardan çıxırsan, Şaqqıldayıb dərələrdən axırsan, Yerdən tərpənəndə evlər yıxırsan, Baxmırsan heç yaxşı-yamana, Samur! Valeh deyər, bulaqlardan gözün var, Güclüsən sən, qüvvətli də sözün var. Nə çox şaqqaların, nə çox izin var, Neçəsin vermisən, ziyana, Samur! Söz tamama yetəndə bir yaşlı kişi gəldi Valehin yanına. Dedi: – Ay oğlan, sən çalıb-çağırandan sənə qulaq asıram. Görürəm nabələdsən, bu çayın keçidi xeyli aralıdadır. Çay aşağı get keçidə çatarsan. Valeh xeyli getmiş, keçidə çatdı. Gördü bir ağır sürü qoyun çayın kənarındadı, yanında bir heyvərə çoban, Valehi görən kimi tutdu atının yüyənindən. Dedi: – Ə, aşıq deyirlər aşıqlar çayı qurudur, qarı əridir, daşı dilləndirir, indi yaxşıca düşmüsən əlimə bu çayı qurutsan sənə bir nazlı erkək verəcəm, qurutmasan vay halına. Üç gündü qalmışam burda bu sürünü o taya keçirməliyəm. Valeh gördü ki, dilbilməz əlinə düşüb, kələyə əl atmasa işi xarabdır. Odur ki, dedi, çoban, elə mən çay qurudan aşıqlardanam. Mən oxuyanda yuxarı baxıram, sən də gərək gözlərini dikəsən çaya, mən oxuduqca çayın vəziyyətini mənə deyəsən. Bəli, çoban çənəsini söykədi çomağa, gözlərini dikdi çaya. Çay çox iti axırdı. Aldı Valeh görək nə dedi: Samur çayı qəmli-qəmli axırsan, Üzərindən nə devranlar keçibdir! Küllü -Dağıstanın seyrəngahısan, Boran qopub, nə tufanlar keçibdi! Nuh tufanı yatıb sən yaranmısan, Neçə qərinələr yola salmısan, Süleymanlar köçüb, hələ qalmısan, Dəyişilib, nə əyyamlar keçibdir! Çoban dedi: – Aşıq sözü kəsmə, çay geri qayıdır. Aşıq Valeh Həsrət qoyma ay çay, bizi beş günə, Barı kəmənd atma, ömrün püşkünə. Adı bəlli Məhəmmədin eşqinə, Valeh kimi neçə canlar keçibdir. Söz tama yetən kimi çobanın gözləri axdı. Üzüqoylu yıxıldı suya. Valeh fürsəti verməyib atını vurub çayı keçdi o biri taya. Çoban özünü düzəldənə qədər Valeh aralandı. Valeh getməkdə olsun, xəbər eşidək Dərbənddən. Zərnigar səbirsizliklə Valehin yolunu gözləyirdi. Dustaq aşıqların yaxın qohumları Dərbəndin küçələrində hərlənirdilər. Dərbəndin hökmdarı Şabəndə bəy Zərnigara elə ixtiyar verməyinə peşman olmuşdu. Eşitmişdi ki, Qarabağdan Valeh adlı bir aşıq gələcək. Adamlarına tapşırmışdı ki, ayıq-sayıq olsunlar, aşıq Valeh Dərbəndə gələndə o Zərnigarla görüşməmiş onu Şabəndə bəyin yanına aparsınlar. Bəy onun necə aşıq olmağını yoxlaya, sonra Zərnigarın meydanına buraxa. Bəli, Valeh gəldi çatdı Dərbəndə. Küçə ilə gedəndə gördü hündür hasarlı gözəl mənzərəli, bağçalı bir imarət var. At üstündən imarətin həyətinə baxanda gördü həyətin bağçasında bir neçə yaraşıqlı qızlar şənlik edirlər. Baxdı ki, bir nəfər əndazəli qız bu qızlardan aralı fikir içində güllər arasında zümzümə edə-edə hərlənir. Göz qənimin tanıyar. Valeh öz-özünə deyir, yaraşır aşıqlar yağısı Zərnigar özü ola. Aşığa söz demək adətdi. Gəl buna bir neçə söz de, Zərnigar olsa özün nişan verəcək. Olmaz, çıxıb gedərəm. Aldı Valeh görək nə dedi: Aşıq Valeh Keşdə çıxan ay vəfalı nazənin, Keşd eləyib, nə havalı gəzirsən? Neçə aşıqları bəndə salmısan, Götürübsən muz babalı gəzirsən. Valeh çöz deyəndə bütün qızlar Zərnigarın yanına toplandılar. Zərnigar dedi: – Ay əcəli yetmiş yazıq, salam verdin cavab gözlə. Tez Zərnigara sazın verdilər. Valeh bildi ki, bu Zərnigardır. Ancaq Zərnigar Valehin kim olduğunu bilmədi. Aldı Zərnigar, görək nə cavab verdi: Zərnigar Bahar əyyamıdır, işrət çağıdır, Keşd eyləyib öz baxçamı gəzirəm. Otuz doqquz aşiq bəndə salmışam. Gen açmışam, mən meydanı gəzirəm. Aşıq Valeh Bu dünya dediyin bir bivəfadır, Ona ilac yenə sövqü-səfadır. Yarsız gəzmək sənə xeyli cəfadır, Eyləyibsən nə xiyalı gəzirsən. Aşıq Zərnigar Xaliqi ləm yəliz vahidi yek tay, Veribdir qüdrətdən mənə kamal pay, Gəlməz bu əsirdə mənə aşıq tay, Tamam İranı ol, Turanı gəzirəm. Aşıq Valeh Valeh kimi gəzmə ahu-zarınan, Gövhəri sərf eylə xiridarınan. Sən də qovuş bir münasib yarınan, Bülbül kimi nə sevdalı gəzirsən. Valeh adı çəkiləndə Zərnigar diqqətlə Valehə nəzər saldı, aldı görək nə dedi. Zərnigar Gör necə boynuna saldırram kəmənd, Sərindən tikdirəm min ərə pülənd, Adım Zərnigardı, məkanım Dərbənd, Valeh kimi növcavanı gəzirəm. Söz tamama yetişdi. Valeh həyətə daxil olmaq üçün darvazaya yaxınlaşdı. Zərnigar cəlladı əvəz eləyən iki nəfər kəniz göndərdi ki, Valeh həyətə girmək istəsə ona bir iki yüngül zərbə vurun, bəlkə gözü qorxa. Valeh atdan düşdü, qapıya yaxınlaşmaq istəyəndə kənizlər sınmaz ağacla Valehi budadılar. Elə ki, Valeh özünü onların əlindən qurtardı, nə edəcəyini bilmədi. Bu yerdə iki nəfər yasovul Valehin yanına gəldilər, dedilər aşıq adın nədir? Valeh dinmədi. Bir də xəbər aldılar. Aşıq adın nədir? Valeh dedi, adımı deməyəcəm. Dedilər niyə? Dedi, adımı deyəndə məni döyürlər. Yasavullar dedilər, Allaha and olsun sənə heç nə etmərik adını de. Dedi, adım aşıq Valehdir. Nə aşıq Valeh - deyə təəccübləndilər. Valeh dedi, sözünüzün üstə dürun. And içmisiniz. Yasavullar dedi: – Ay aşıq, səni Dərbəndin hakimi Şabəndə bəy gözləyir. Bəy eşidib ki, Dərbəndə Aşıq Valeh adlı bir aşıq gələcək. Neçə gündür şəhərə gözətçi qoyub ki, səni onun yanına apara. İndi bizimlə gedəssən Şabəndə bəyin yanına. Bəli, aşıq Valehi apardılar Şabəndə bəyin hüzuruna. Bəy Valehi çox gözəl qəbul etdi, otağına apardı. Gördü Valeh kefsizdi, səbəbini xəbər aldı. Valeh Zərnigarın kənizlərinin qaba hərəkətini bəyə dedi. Bəy Zərnigarı çağırtdırdı. Kənizlərin belə hərəkətinin səbəbini xəbər aldı. Zərnigar güldü, dedi: – Bizim qızlar Valeh ilə Dağıstan zarafatı ediblər, deyib, öz imarətinə qayıtdı. Gecə Şabəndə bəy Valeh ilə söhbət edirdi. Bu yandan Zərnigar Pəri adlı kənizlə Şabəndə bəyin həyətinə gəldi. Evə yaxın dayandılar ki, Şabəndə bəy ilə aşıq Valehin nə danışdıqlarını eşidələr. Onlar qapıya gələn kimi Valeh söhbətin kəsdi, sazını götürdü. Aldı görək, nə dedi: Bu gələn bir cüt gözəlin, Yolunda qoymuşam səri, Biri əcəb səfalıdır, Birisinin adı Pəri. Biri dağların qarıdı, Biri bağçalar barıdı, Küllü dünyanın varıdı, Pərdəyə salıb sər-səri. Valeh sevdi Zərnigarı, Olar onun xidmətkarı, Atsa üzündən rüqabı, Mat eylər Şəmsi-Qəməri. Söz tamama yetdi. Pəri dedi: – Zərnigar aşıq Valeh bizim bura gəlməyimizi bildi. Bu sözləri ona görə oxudu. Zərnigar dedi: – Ay Pəri, Valeh münəccim deyil. O, bizim bura gəldiyimizi nə bilir? - deyib, Zərnigar sağ ayağını daşın üstünə qoydu. Aldı Valeh, dübarə görək nə dedi: İki günəş o zillətdən şəs olub, Yayılıb aləmə üzün bürümüş. Hər ikisi bir-birindən səfalı, Yayılıb aləmə üzün bürümüş. Həsrəti qəlbimdə ləkə bağlamış, Çərpayı sinədə ləkə bağlamış, Pünhan namə yazıb ləkə bağlamış, Yayılıb aləmə üzün bürümüş. Valeh dərd əlindən buraqı minmiş, İr -Yaqub orada burağı minmiş, Sol ayağı qalxıb buraqı minmiş, Yayılıb aləmə üzün bürümüş. Söz tamama yetdi. Zərnigar dedi: – Pəri gedək Valeh tilsimli aşıqdır, işin çətinə düşəcək. Bu tərəfdən Valeh əyləşdi. Şabəndə bəy soruşdu: – Aşıq Valeh nəyə görə sən bizim söhbətimizi yarımçıq qoyub, sazı götürdün? Valeh dedi: – Bəy Zərnigar qapıya gəlmişdi. Bizi dinləyirdi. Şabəndə bəy qapıçını çağırtdı. Xəbər aldı ki, bura kim gəlmişdi? Qapıçı dedi: – Ağa özünüz buyurmuşsunuz ki, Zərnigar nə vaxt mənim qəbuluma gəlsə mane olma. Zərnigar bir nəfər kənizi ilə gəlmişdi. Qayıtdı getdi. Şabəndə bəy Valehə diqqətlə baxdı və dedi: – Aşıq Valeh, doğrudan da valehedicisən. Səhəri gün Şabəndə bəyin əmri ilə hər tərəfə car çəkildi. Xəbər verildi ki, axırıncı aşıq ilə Zərnigarın deyiş¬məsidir. Ya, qırx aşığın boynu vurulacaq, ya da aşıqlar azad olacaq, ya da Zərnigar ərə gedəcək. Bu xəbəri ətraf kəndlərə də çatdırdılar. Günortaya qədər Dərbəndin böyük meydanına dəstə-dəstə adamlar toplandılar. Günorta Şabəndə bəy divanxana işçiləri ilə aşıq Valehi deyiş meydanına gətirdilər. Bu tərəfdən Zərnigar xanım öz adamları ilə 39 dustaq aşıqları həmin meydana gətirdilər. Boyunlarında kəmənd, ayaqları qandallaqlı hamısı bir-birinə çələkli. Bəli, elə ki, meydan quruldu, şərtnamə təzədən yazıldı. Şərtnamə belə oldu: – Əgər aşıq Valeh Zərnigara üstün gəlsə, onda həmin meydanda Zərnigarın kəbini Valehə kəsiləcək. Valeh Zərnigarı Qarabağa gətirsə, onda Zərnigarın kəbini Valehə kəsiləcək. Qalanı isə Zərnigarın yaxın qohumlarına çatacaq. Bəli, şərtnamə imzalandı, təsdiq edildi. Zərnigarla aşıq Valeh girdilər deyiş meydanına, Görək Zərnigar nə deyir? Valeh nə cavab verir? O vaxt onlar deyib, indi də biz deyək: Zərnigar Qarabağdan dov eyləyib gəlmisən, Yer üzündə mən İsayam, sən nəsən? Öz əlinlə yaxşı yıxdın evini, Haqqdan gələn bir bəlayam, sən nəsən? Aşıq Valeh Ay nazənin, şagirdlərin ustadı, Hamı bilir mən yektayam, sən nəsən? Dərsimi almışam kamil ustaddan, Eşq içində dolu payam, sən nəsən? Zərnigar Çoxların salmışam xanı turaba, Sal altında aciz qalıb cavaba. Səni də pay göndərəcəm hesaba, Bu əyyamda mən dəryayam, sən nəsən? Aşıq Valeh Çox sənin kimilərin al eylərəm mən, Aparıb, özümə mal eylərəm mən, Dəryanın üzündən yol eylərəm mən, Mərifətdə mən Musayam sən nəsən? Zərnigar Zərnigaram, səni çəkərəm dara, Başından tikdirrəm kəllə- minara! Bir kəsin var, edə dərdinə çara? Haqqdan gələn bir sevdayam, sən nəsən? Aşıq Valeh Ustadım Səməddir, sakini -Abdal Əgər üzün görsən, olar dilin lal! Valehəm, Hafizə vermərəm macal, Mən ona gərraham, hələ sən nəsən? Sözlər tamama yetdi. Hər tərəfdən əhsən sədası eşidildi. Zərnigar kədərli, qəzəbli halda aldı, dübarə görək nə deyir: Zərnigar Bizdən salam olsun aşıq Valehə, Əgər aşıqsansa, gəl eyliyək, cəng. Görək ki, kim kimə verir zavalı, Kim – kimin əlində mat olur, dil– təng. Aşıq Valeh Al cavabın deyim, Zərnigar xanım! Mənəm, aşıqlarda bir giranı – sənk. Zərrəcə yerimdən tərpədə bilməz Yığılsa Rum – qeysər, ta Hindi -firəng. Zərnigar Əcəl gətiribdir səni bu girə, Sənin də gərdənin keçər zəncirə! Üç gündə bir çörək verərəm cirə, Yanar əhvalına dəryada nəhəng. Aşıq Valeh Aşıq olan özün sənə bab etməz, Sədanı eşidən gecə xab etməz, Dəmir zəncir eşq oduna tab etməz, Gəl, mənə bağlama top, ilə tüfəng. Zərnigar Qoymaram yetəsən səni yarına, Bir təpiyim dəyər bürcü – barına, Bir zərbə gələrəm rüzügarına, Aşıq sərdarıyam mənəndi pişəng. Aşıq Valeh Qurban olum qoynundakı narına, Zərb ilə danışma, danış maına. Kəl gərək ki, bu meydanda dayana, Aslan davasına tab etməz pələng. Zərnigar Meydana gətirib səni də əcəl, Çəkərsən əlimdən gəngilə cədal. Zərnigaram, sabah meydanıma gəl! Bu bir sözdür, sənə eylədim rəng. Aşıq Valeh Qurban olum, sən tək nazlı ceyrana, Sən bir zənən, mən durmuşam mərdana. Valehəm, sinəmə qoydun nişana, Yüz kamandar atsın min tiri – xətəng. Sözlər tamama yetdi. Deyişmənin ardı səhərə qaldı. Dustaq aşıqlar haray saldılar ki, aşıq Valeh, deyişməni səhərə qoyma! Zərnigar bir tilsim qurduracaq, səni, karıxdıracaq. Valeh dedi: – Narahat olmayın, qoyun nə bilir işlətsin. Bəli. Səhər açıldı, yenə həminki meydan quruldu. Yenə də Zərnigar qabağa düşdü. Aldı görək nə deyir, Valeh nə cavab verir. Zərnigar O necə şəhərdir, ay aşıq Valeh? On iki bazarı, əlli iki küçəsi, üç xocası var. Üç yüz altmış beş onun içindədir. Altmış min iki yüz iyirmi iki həm xocası var. Aşıq Valeh O şəhər bir ildir Zərnigar xanım, On iki ayı , əlli iki həftəsi, üç bayramı var. Üç yüz altmış beş gün hesabıdır, Altı min iki yüz iyirmi iki rükət namazı var. Zərnigar O necə aləmdi on beş çırağı? Doqquz bağbanı var, on iki bağı. Mütəssil pərkarda on beş otağı, Ona qərar qoyanın nə xilası var? Aşıq Valeh İsulidin Firudin on beş hesabı, Doqquz yol oğlu on iki imamı. Mütəssil pərkarda cənnəti – damı, Mömünün cənnətdə çox xilası var. Zərnigar Altı min yüz altmış altı Hacı, On dörd pəhləvanı, var çox xərracı. Səkkiz min yeddi yüz altmış kərpici Onu yalqız yapanın nə binası var? Aşıq Valeh Altı min altı yüz altmış altı ayədi ayət, On dörd sində onda tapır hidayət. Səkkiz min yeddi yüz altmış bir ildə saat, Onu yalqız yapanın bir binası var. Zərnigar Altı min iki yüz iyirmi iki yarın dükanı, De neçə mənzildir onun təkanı? Neçə pəhləvandır yoxlayım onu, Söylə, bu sözlərin nə mənası var? Aşıq Valeh Altı min iki yüz iyirmi iki namazdı bir il On yeddi rükəti bir gündədir bil. Yeddi əzan yerə deyil mütəssil, Dediyin sözlərin bu mənası var. Zərnigar Yüz on dörd otuza eylərəm şükür, Yüz bir dərviş orda oxuyur zikir. Zərnigar aləmdə çəkərmi fikir? Şəriəl – mürtəza tək ağası var. Aşıq Valeh Yüz on dörd otuzdu sureyi – Quran, Yüz bir təsbehidir, həm zikri sübhan. Valehə köməkdir o şahı mərdan, Bu meydanda güclü müddəası var. Sözlər tamama yetdi. Zərnigar çox kədərli vəziyyətdə aldı görək nə deyir: Zərnigar Səndən xəbər alım, ay aşıq Valeh, Əvvəl nə şey xəlq elədi sübhanı? Neçə şeyda ondan oldu aşikar? Yaratdı sifəti, namı, nişanı. Aşıq Valeh Al cavabın deyim, Zərnigar xanım, Əzəl bir dürr xəlq eylədi sübhanı, Cəmi aləm ondan oldu aşikar, Yaratdı sifəti, namı, nişani. Zərnigar Deynən görüm, nədir yerin əsas? Nə üstündə qərar tapıb, durası? Neçə ildir, yerlə göyün arası? Nədən yaratdılar, həft asimanı? Aşıq Valeh Bil ki, bir balıqdı yerin əsası, Gav üstündə qərar tapıb durası. Səksən min il yerlə göyün arası, Nurdan xəlq etdilər həft asimanı. Zərnigar O kim idi, kimdən xof etdi qaçdı, Yüz səksən min il orda xaba uğraşdı. Qəməd idi, onlar ilə qarışdı, Adları kəhf idi, ismi-bəyanı. Aşıq Valeh Dağa-ynus Allahdan xof etdi qaçdı, Yüz səksən min il orda xaba uğraşdı, Qəməd idi, onlar ilə qarışdı, Adları kəhf idi, ismi-əyanı. Zərnigar Zərnigarın bilmək olmaz sanını, Şəhidlərin heç yumazlar qanını! O kimdi alacaq özü canını? O kim idi öldü, dirildi canı? Aşıq Valeh Valeh yulduz bilmək olmaz sanımı, Şəhidlərin yumadılar qanını, Əzrail alacaq özü canını, O Cəsərsuzdu öldü, dirildi canı! Sözlər tamama yetdi. Zərnigar başı aşağı getdi. Sazını divana təhvil verdi. Dedi: – Aşıq Valeh, mən təslim. İndi mənim də, dustaq aşıqların da küllü - ixtiyarı səndədir. Valeh dedi: – Zərnigar xanım nə oldu ki, sən dedin, mən cavab verdim, indi də mən deyəcəm, sən cavab ver. Zərnigar dedi: – Aşıq Valeh nə lazımsa, mən dedim, sən də cavab verdin. Artıq söz nəyə gərəkdir? Valeh dedi: – Zərnigar xanım sənin dediyin sözlərdən demədiyin sözlər yüz dəfə çoxdur. Mən sənin demədiyin sözlərdən bir neçəsini deyəcəm. Aldı görək, Valeh nə dedi: Aşıq Valeh Səndən xəbər alım Zərnigar xanım, Əvvəlki mətləbin, kamın neçədir? Nə ilə kamilsən, nə ilə naqis? Mürtəzəndə dolu camın neçədi? Zərnigar Al cavabın deyim, ay aşıq Valeh, Əvvəlki mətləbin kamın ikidir. Ədəbli kamildir, ədəbsiz naqis Mürtəzəndə dolu camım ikidir. Aşıq Valeh O nədir ki, batilində nazirdi? O nədir ki, vücudunda hazırdı? O nədir ki, şər ruzində zahirdi. O nədir ki, demək olmaz ikidir? Zərnigar O Tanrıdır böyüklükdə nazirdir. O uşaqdır vücudumda hazırdır. Dörd kitabda şəfa ulduz zahirdir. Bundan artıq dolu camım ikidir. Aşıq Valeh Mən Valehəm, neyləmişəm, neyləyim? Bir Əliflə bir dal neylər söyləyin? Tökün kitabları hesab eyləyin, O nədir ki, demək olmaz ikidir? Axırıncı bəndi Zərnigar aça bilmədi. Meydanda səs-küy ucaldı. İşi belə görən Valeh axır bəndi özü açdı. Aşıq Valeh Aşıq olan sözün açıq söyləyər, Yüz min naşı bir kamilə neynəyər? Bir əliflə bir dal min bir eyləyər, Ad yiyəsi demək olmaz ikidi. Söz tamama yetdi. Aşıq Valeh Zərnigarla birlikdə dustaq aşıqları da yoxlamaq üçün aldı görək nə deyir? Aşıq Valeh Eşitsin aşıqlar, desin Zərnigar, Məhəbbət bəhrinə çay hardan gəlir? On səkkiz min aləm harda birləşir? Xilqətin qəhrinə pay hardan gəlir? Cavab olmadı. Aldı Valeh dübarə: Həfti, həşdi se çaharın cəmin de! Gizli qalan bir hesabın kəmin de! Mürsəl nə dilərin keçmiş dəmin de! İl kimnən cəmlənir, ay hardan gəlir? Valehə dərs verib Kərəmin Kanı! Ərəs aləminin kimdi soltanı? Hardadı varlığın sirri, pünhanı? Bahar nədən doğur, yay hardan gəlir? Söz tamama yetdi. Sözlər cavabsız qaldı. Bəy ayağa qalxdı, dedi: – Aşıq Valeh kifayətdi. Sənə alqışlar olsun. Əlavə dedi: Şeyx Şaban, şərtnaməyə əsasən bizim Zərnigar xanımın kəbinin bu meydanda xalqın qarşısında Qarabağlı aşıq Valehə kəsməyini məsləhət bilirəm. İş belə olanda Zərnigar öz-özünə dedi: – Gör bəxtim məni nə günə qoydu, adlı-sanlı igid oğlanları bəyənməyən canım indi bir aşığın qulu oldu, hər halda mən Valehin əsl arvadına qul olmalıyam. Belə deyib, Zərnigar həzin-həzin ağladı. Zərnigar xanımı ağlar görən aşıq Valeh sazını aldı sinəsinə, görək nə deyir: Aşıq Valeh Xumar gözə yaraşmayır, Bəsdi, Zərnigar ağlama. Xəbər verib hər tərəfə, Çəkdirmisən car ağlama. Özün mənə namə yazıb, Etmisən İlqar ağlama. Səni ovlayan Tərlanı, Hesab edib, sar ağlama. Öz əhdinə çatmaq üçün Qurdur mənə dar, ağlama. Aşıqlarda mürvət olar Dar qurub, divan ağlama. Bu kimsəsiz aşıqları, Qəmlərə büryan ağlama. Asumana pülənd olub Bu qəm-qüssə zar ağlama. Bil, mən sənin uğrunda, Neçə borandan keçmişəm. Neçə-neçə daşqın çaydan, Neçə tufandan keçmişəm. Neçə arzu, neçə dilək, Neçə gümandan keçmişəm. Ömrümə qəsd eyləyib, Bu şirin candan keçmişəm. Gəl qiymət ver bu zəhmətə, Sevimli Nigar ağlama! Bu gün şadlıq məqamıdır, Əl ver ələ, əl sevinsin. Talant qəlbdə coşa gəlsin, Ürək gülsün, dil sevinsin. Xəbər çatsın Qarabağa. Bayram etsin, el sevinsin. Aşıq Valeh kama çatsın, Sazındakı tel sevinsin. İxtiyarım varmı, bu gün? Deyəm sənə yar, ağlama! Söz tamama yetdi. Eşidənlər Valehə əhsən dedilər. Zərnigar gülə-gülə Valehə yaxınlaşdı, dedi, aşıq Valeh əlini ver əlimə, ölüncə mən səninəm. Sən də mənim. İş belə olanda Şeyx Şaban kəbini kəsdi, hər ikisinə xeyir-dua verdi. Aşıq Valeh dustaq aşıqları azad etdi. Şa¬girdi Səməd dedi: – Ay usta, qul xatasız olmaz, ağa da kərəmsiz. Keç mənim günahımdan, qovma məni hüzurun¬dan. Valeh dedi: – Səməd, Qarabağacan bir yerdə gedəcə¬yik, sonrasına baxarıq. Şabəndə bəy dedi: – Aşıq Valeh Zərnigar xanım sənə layiqdir, hər ikinizə xoş günlər arzulayıram. İndi Zərnigarla get, məndən olsa, toyunu burada, Dərbənddə edərik. Valeh dedi: – Bəy bağışla, bu mümkün deyil, ona görə ki, bütün Qarabağ xalqının gözü yoldadır, məni gözləyir. Şabəndə bəy dedi: – Yaxşı razıyam, ancaq Qarabağa səfər edəndə, bir gün əvvəl mənə məlumat ver. Bəli, mə¬rəkə bitdi. Aşıq Valeh Zərnigarla gəldi, dayandılar imarətin qapısında. Zərnigar dedi: – Aşıq Valeh indiyənə kimi bu imarət mənim idi, indi oldu sənin. Daxil oldular saraya, söhbət¬ləri biri-birinə zəncirləndi, yedilər, içdilər, dincəldilər. Səhər aşıq Valeh durdu, baxdı. Zərnigar cahı-cəlal ilə, yəni köynəkcək bağçanı sehr edir. Tez sazını aldı əlinə. Getdi, Zərnigara çatanda aldı görək nə dedi: Aşıq Valeh Səhər-səhər xiyabanlar içində, Sənin kimi nazlı yarı görəsən. Hey baxasan qamətinə, boyuna Sinəsində qoşa narı görəsən. Söhbət üçün çəkiləsən pünhana, Fikir təmiz ola, ürək mərdana. Deyəsən-güləsən mehriban yana Xəyalında düz ilqarı görəsən. Gül borana düşər öz budağında, Qızıl parlaq olmaz öz yatağında. Valeh, Qarabağda öz otağında, Ömür boyu Zərnigarı görəsən! Söz tamama yetdi. Zərnigar dedi: – Valehcan, sözlərindən aydın olur ki, Vətənə getmək istəyirsən. O, sənin öz ixtiyarındadır. Nə vaxt desən mən hazıram. Valehə də bu lazım idi. Həmin günü Şabəndə bəyə məlumat verdi ki, səhər yola düşmək istəyir. Şabəndə bəy bir kəcaba düzəltdirdi. Dərbəndin say-seçmə igidlərindən qırx nəfər hüzuruna dəvət etdi. Tapşırdı ki. Aşıq Valeh və Zərnigar xanımı salamət öz vətənlərinə aparsınlar. Səhəri gün Karvan yola başladı, dəbdəbə ilə Qarabağa çatdılar. Valeh Səmədi muştuluğa göndərdi. Səməd Abdal-Gülablı kəndinə çatdı. Xəbər elədi, Heydər bəy bir böyük dəstə atlı ilə Valehgili qarşıladı. Həmin gün Valehin qapısına gətirilən qurban mal və qoyunun sayı həddini aşdı. Dərbəndli qonaqları yola salandan üç gün sonra aşıq gəldi, Valehin toyu başlandı. Aşıq Valeh Zərnigarla ailə qurdu, ömrlərinin sonuna qədər bir yerdə yaşadılar. Qeyd: Söylənənlərə görə ustad Səməd Valehin əvvəlki nişanlısı, həm də əmisi qızı Sənəmi öz kiçik oğluna aldı. Bir aşıq gəldi, Valehin toyunun duvaqqapmasında bu sözləri oxudu: Gəl ey sazım, tərif deyək, Yaraşır dastan cahana Gərdişində heyran qalıb, Kim olub, mehman cahana. İbtidadan bivəfadır, Bağlama peyman cahana. Bir gün gələr beş gün ağlar, Kim olsa soltan cahana. Əbədilik sahib olub, Kim verib, fərman cahana? Adəm ata, Həvva ana, Gəldi cahana, getdimi? Nuh kimi bir Nəbini, Saldı tufana getdimi? Yunis, Əziz, Zəkəriyyə. Düşdü borana getdimi? İbrahimi, həm Musanı, Saldı gümana getdimi. Növbə ilə gəlib, gedib, Gör neçə insan, cahana. O Firdovsi Əbülqasım, Gör neçə il qələm çaldı. Nizami də şairlikdə, Həqiqətin tacın aldı. Əbdürrəhman cami yazdı, Yusifi zillətə saldı. Nəsimi, həm Xəyyam, Sədi, Ömür boyu fikrə daldı. Şair olub, dastan deyib, Neçə göhərkan cahana. Rüstəm Zal da atlananda, Vuruşmağa ər gəzirdi. O bizanslı İsfəndiyar, Bir nər oğlu, nər gəzirdi. Diz çöküb, təslim olub, Neçə pəhlavan cahana. İsgəndəri - zil qərinə, Neçə il devran elədi. Neçə yurdu talan etdi, Ölkələr viran elədi. Nadir, Çingiz, Teymurləng Hər yana fərman elədi. Cəmşid, Qacar, Əfrasiyab, Könüllər al-qan elədi. Heç sahib ola bilmədi Təxti-Süleyman cahana. Ustad Səməd, Faiz Cəfər Sənətində ad eylədi. Aşıq Valeh, Aşıq Qəmbər, Könülləri şad eylədi. Xəstə Qasım, şair Abbas, Ömür boyu dad eylədi. Ələsgərlə Molla Cümə, Şeirdə fəryad elədi. Xaspolad da saz götürüb, Söyləyir dastan cahana. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-valeh İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.