Abbasqulu ağa Bakıxanov. Əsərləri Abbasqulu ağa Bakıxanov (1794–1847) == Poemalar == Xəyalın uçuşu Çox gəzmişəm mən səyahət edərək, Rusiyyədən--Lehistana gedərək, Bir neçə ay Varşavada qalmışam, Hər cür eyşi-işrətdən kam almışam. Çox adamla tanış oldum: mötəbər-- Həvəs əhli, hər bir işdən baxəbər-- Şəxslərlə məclislərdə oturdum, Hər mədəni cəmiyyətə baş vurdum. Bu diyarın Saları çox tədbirli, Şahın yaxın naibi bir əmirdi. Paskeviç! Bu adda böyük şöhrət var Öz adıyla məşhur olmuş bu salar. O hər gecə şən məclislər qurardı, Bu məclisdə hər kəsə bir əş vardı. Görünürdü hər gözəl bir xoş rənglə, Cilvələnib dururdu min bəzəklə. Ruh verirdi o gülşənin hər gülü, Hər bir gülün yanında öz bülbülü. Hər dilbər bir odlu baxış, bir nazla, Aşiqini arayardı niyazla. Ram olub hər, vəhşi ahu! Aşkar-- İstəyir bir ovçunu etsin şikar. Yer etdikcə camal gözdə, könüldə, Haldan hala düşürdü bu könül də. Ürək çalmaq sevgidə bir adətdir, Məhəbbətdən söhbət başqa söhbətdir... Bu şəhərin bağı cənnət bağıdır, Hər görüşdə dərdi, qəmi dağıdır. Hər gözəllik bu şəhərdə olmuş cəm, Bu yerlərin təsvirində acizəm. Tərif etmək mümkün deyil söz ilə, Görmək lazım bu şəhəri göz ilə. Mən bir gecə xəstələndim qəflətən, Evdə qalıb, uzaq düşdüm məclisdən. Xəyal olcaq həmdəmim öz başımda, Sakit oldu hər bir işdən başım da. Nə aləmdir, bəh, bu xəyal aləmi! Nə gözəldir xəyalın bu xoş dəmi! Dedim xoflu, xəyalıma:--«Gəl dinlə, Bu gecəni keçirim qoy səninlə». Dedi:--«Kimdir məndən yaxşı sənə yar? Sənsə mənə etməyirsən etibar». Dedim:--«Necə mən səninlə dost olum?» Dedi:--«Budur haqqa gedən düz yolum: Badəmi iç, məst ol getsin dərdü-qəm Önündə şam yandır, ələ al qələm. Açıq deyim hər fikrimi, qulaq as! Bil ki, vardır hər şadlığa bir əsas. Əvvəl deyim sənə uca evlərdən, Düzdür onlar düzəlmiş ağ mərmərdən. Tikilir çox zəhmətlə hər imarət, Bilinməz o kimə çatar nəhayət. Gəl məclisdən, bu sərvətdən danışaq, Bəzək, çalğı, səadətdən danışaq. Xoşdur məclis, nəğmə, şadlıq, hər zaman, Bunlar qoymaz ürək olsun pərişan. Lakin olsa məclisçilik bir adət, Boşdur ona çəkilən hər məşəqqət. Bu nazənin pəri üzlü hər nigar, Şirin dilli, xoş söhbətli, nazlı yar. İşə salıb min bir kələk, hiyləni, Məhv edərlər onlara meyl edəni. Canan deyil, cana dərddir hər afət, Onlarda yox mehribanlıq, səadət. Bunca bəzək, zinət deyil nöqsansız, Hər kəs onu daşımadı həycansız. Hər nə qədər kamil olsa kəsri var, Lap yaxşını pis söyləyər düşmanlar... Xoş geyinmiş, xoş bəzənmiş, xoş gülən, Dostlar gördüm dildə tez-tez «can» deyən. Üzdə sanki səadət var qanında, Fikri isə öz xeyrinin yanında. Üzdə deyir:--«Dostam sənə ürəkdən», Həqiqətdə olur sənə o düşmən. Yüz hiyləyə əl atıb bir ovçu tək, Tora salır səni, qafil edərək. İndi özün insaf ilə yaxşı bax, Yaxşıdırmı belə qafil yaşamaq? Bu da haman eyş-işrətdir, ey filan, Şüurunu alıb etdi sərgərdan». Mən eşitcək bu kəlamı çəkdim ah, Dedim:--«Necə gör həyatım keçdi, ah! Məni yurddan ayrı saldı bu səfər, Dostlarımdan qaldım necə bixəbər! Mən Firəngə bir səyahət eyləyim, Elmü-fəndən kəsbi-ləzzət eyləyim,-- Deyə, düşdüm boş xəyala mən aman, Dəmir zərlə örtülübmüş nə yaman!» Bu fikirim coşdurdu çox xəyalı, Çox tünd oldu, dəyişildi əhvalı. Söylədi:--«Ey sözü, işi boş nadan, Dərdə düşüb dərmanını tapmayan. Hər ifratdan mən, etmişəm səni mən, Aşdın niyə hüdudunu belə sən? Haqqı tanı ona eylə rəayət, Bu səfərdən gəl heç etmə şikayət. Səfər sənə tanıdar bu dünyanı, Öyrədər o sənə elmi, ürfanı. Yadındamı Rum elində, İranda, Bir düşgünlük görmüşdün hər insanda. Xəbərsizdi, onlar bütün aləmdən, Yabançıydı onlara hər elmü fən. Düşünürdü tək özünü hər biri, Olmuşdu öz tamahının əsiri. Fəxr edirdi hər kəs varla, nəsəblə, İşi yoxdu təhsil ilə, ədəblə. Bir məqsəddi dövlət yığmaq hər kəsə, O dövləti sərf etsin boş həvəsə. Axtarıb bir mənsəb tapsın özünə, Zorla xalqı tabe etsin sözünə. Dəm vuraraq onlar həsəb-nəsəbdən, Kənardılar hər bir hünər, ədəbdən. Yadındamı o zaman bu söhbətlər, Ürəyinə salırdı min qəm, kədər. Buna görə sən eylədin səyahət, Bəlkə bir az qəlbin ola fərağət. Darıxdı bəs burda niyə ürəyin? Başqa,bir yer olmuş indi diləyin. Pərişanlıq qoymaz sən kam alasan, Bir yerdə sən durub rahət qalasan. Artıq sənin ömrün keçmiş hədərə, Çox dolandın bu aləmdə dağ, dərə. Hər tayfayla elədin sən çox söhbət, Aldığın nə oldu bundan nəhayət? Qəflət içrə uyumuşdur kamalın, Ayılmadın bax indi də. Xəyalım-- Çox mənalar mənə izhar eylədi, Yatmış idim sanki bidar eylədi. Dedim:--«Sən ey mayasızlar mayası, Müflislərin sənsən dərdə davası. Sayəndə çox dərdə əlac tapılar, Təxtü tacsız şaha dönər gədalar. Mənsəbindən məst olanı sən haman, Ayıldırsan mənasız, boş xülyadan. Kim özünü yüksək bilsə hər kəsdən, Öz həddini qandırarsan ona sən. Bir yol göstər mənə, oldum biçarə, Bu dünyada istəksiz bir avarə. Söylə nə cür mən də çatım murada, Nə iş ilə məşğul olum dünyada? Nə etməli ki, asudə olum mən, İslam ilə Firəng çəkişməsindən. Söylə varmı bu dünyada bir məkan, Ki orada ürək olsun kamran? Burda xəyal ayrıca bir surətlə, Məni haldan hala saldı sürətlə. Tam unutdum varlığımı mən bu dəm, Bilmədim ki, haradayam, mən kiməm? Çox qəribə hala düşdüm, nagahan-- Gözlərimdə cilvələndi bir məkan. Bəh, nə gülşən, bəh, nə əlvan mənzərə! Bir yar kimi bəzənmişdi dağ, dərə. Şırıltıyla axar hər yan çeşmələr, Sularda gül, göz yaşı tək əks edər. Əlvan paltar geymiş necə bu diyar, Səf-səf durub bax meyvəli ağaclar. İki yandan çay axmada sürətlə. Ad qazanmış bu yer böyük nemətlə. Yüksək bir dağ qarşısında gur dəniz, Hər ikisi ləzzət verir şübhəsiz. Dağ başında qar ağarır hər zaman, Qülləsində soyuq hava biaman. Qarşısında günəş belə baş əyir, Sayəsində bir aləmə vermiş yer. Qara rəngli dənizmi bu yer haman, Ya da yerdə vardır başqa asiman. Orda gəzən gəmidə var çox cəlal, Sanki göydə gəzir aydın bir hilal. Gur çayların arasında aşikar, Çox səfalı yerdə gözəl bir kənd var. Bağı, cənnət bağının bir kənarı, Göz yaşıtək duru axır suları. Bülbülləri cəh-cəh vurur biqərar, Havasında bu yerin gül ətri var. Evləri, bax yaşıllığa bürünür, Sanki göydə nurlu ulduz görünür. Hər tərəfi yaşıl, sarı rəngli kərd, Birləşmişdir sanki qızıl, lacivərd. Çöldə sürü gəzdirir, bax hər çoban, Neylərində bir səda var ruhaçan. İşsiz qalmaz nə ki qadın, kişi var, Bu yerdə bax hər kəsin öz işi var. Burada kin, həsəd bilməz bir insan, Qardaş kimi bir-birinə mehriban. Ayrıca bir ev gördüm arx başında, Bir doğmalıq var idi hər daşında. Çox da gözəl deyildisə imarət, Saraydan çox onda vardı şərafət. Ətrafında güllər açmış gülşəndi, Bu evin hər mənzərəsi çox şəndi. Həyətində hovuz, önü xiyaban, Bir tərəfdə bağı vardı, al-əlvan. Gördüm ki, çox cəlallıdır bu bina, Dedim burda gərək olsun kətxuda. Sonra tanış olmaq üçün əhvalla, Mən bu evə daxil oldum xəyalla. Ev sahibi evdə idi, sübh ikən, Yatağında yatmış idi xeyli şən. Yatağında öz qadını şadiman, Bir bədəndə biri ruhdu, biri, can. Sonra qəhvə içirdilər kədərsiz, Ömürləri keçirdi xoş, xətərsiz, Söhbət edib gülürdülər anbaan, Hər sözləri xoşdu, gözəl, mehriban. O bir sadə paltar geyib tez durdu, Gəlib başqa bir otaqda oturdu. Bu otaqda xeyli kitab var idi, Hər suala orda cavab var idi. İslamın və Firəngin hər əxbarı, Sülhün, həm də davanın hər əsrarı. Zahirdə bir guşənişin görünər, Lakin verər Hind, Rum, Çindən o xəbər. Gah oxurdu kitabları xoş səslə, Gah da əsər yazardı min həvəslə. Neçə saat belə məşğul olaraq, Sonra etdi başqa işə o maraq. Gəlib tapdı onu neçə həmdəmi, Söhbətinin vardı başqa aləmi, Kətxudaya, xəlqə o xoş niyyətlə, Çox xeyirli sözlər dedi hörmətlə, Qoydu işi öz yoluna əlbəəl, Hər kəsə o verdi dəsturul-əməl Bir az sonra məhsulundan alaraq, Məclis qurdu, süfrə açdı bir sayaq, Ki, üstündə görünmədi heç nöqsan, Neçə nəfər yeyib doydu firavan, O yeməkdən sonra neçə saət də, İstirahət eylədi bir xəlvətdə, Axşam üstü çıxdı o bağ seyrinə, Dincəlməkçin, yüngül ayaq seyrinə, Nəzər saldı güllərin xoş üzünə, Qüvvət gəldi beyninə və gözünə. Bağbanına göstərişlər verərək, Dedi: «Gəl bu ağacı sən belə ək», Sonra o gah süvari, gah piyada, Məşğul oldu şikarla xoş havada. Gecə oldu, qayıdaraq evinə, Dağdan enib, evə çatdı o yenə. Arvadıyla söhbət etdi könül şad, Həyatından razı qaldı, şən, azad. Onun gözəl həyatını görəndə, Pərişanlıq saldı məni kəməndə. Sual etdim xəyalımdan haman vaxt, «Kimdir azad ömür sürən bu xoşbəxt?» Müyəssərdir ona bütün diləyi, Canı sağlam, kədərsizdir ürəyi. Paxıllığım tutdu, necə tək adam, Toplamış din, dünya zövqün belə tam. Mənsə oldum kami-dilçin dərbədər, Gəzməkdəyəm bu dünyanı sərbəsər. Mən fələyə deməyimmi biaman, Mən nakamam, osa belə kamiran. Xəyal gülüb dedi: «Anla, ey qafil! Paxıllığın özünədir, yaxşı bil! Qeyrət etmə cəhalətlə sən buna, İp bağlamış nəfsin bil öz boynuna. Pislik edən pislik görər, bu bişək, Buna nə xalq müqəssirdir, nə fələk. Cəsarətlə bu qorxunu gəl burax, Gözünü aç, bir özünə yaxşı bax. Bu gözəl kənd, bu bina, bu nazlı yar, Səninkidir,cəhaləti et kənar. Bu ki, sənsən, bu da sənin həyatın, Bunlar sənin öz halın, öz büsatın. Bir bax, hər şey burda hazır, sən uzaq, Sənin könlün öz nəfsinə uyaraq, Səadəti verib burda əlindən, Axtarırsan, uzaqlarda onu sən. Bir əhd etdim xəyalımla bu axşam, Bu səfərdən əgər mən sağ qayıtsam, O guşədə sakit qərar tutaraq, Yaşayaram qovğalardan mən uzaq. Qalan ömrü keçirərəm firavan, Şükr edərəm allahıma hər zaman. Qüdsi, xoşdur Əmsar adlı məskənin, Şəhərlərdən çox üstündür öz kəndin. * * * Firəng məclisi Ziyafətdə bir gecə oturmuşdu bir cavan, Eşqin məngənəsində gördüm onu xəstəcan. Sakit qalıb dinmirdi, danışıqdan qaçırdı, Lakin onun sirrini göz yaşları açırdı. Dedim ki, ey zavallı, nədir səndə bu əhval, Yatmışsanmı, ya səni aparmışdır bir xəyal? Dedi: «Görmürsənmi ki, ap-ayıqdır gözlərim, Sanki girdaba düşmüş bir qayıqdır gözlərim. Belə vəziyyətdə heç xəyala dalmaq olar? Unutmuşam özümü, qalmamışdır ixtiyar». Eşitdikdə bu sözü əhvalına yandım mən, Ürəyimin atəşi alovlandı təzədən. Düşdü mənim yadıma gənclik günləri haman, Ki, bir yarın zülfünə bənd olmuşdum o zaman. Vermiş idim könlümü bir insafsız dilbərə, Unutmuşdum dünyanı, cəmiyyəti bir kərə. Baxdım yazıq cavana mən də yazıq baxışla, Şəkiltək səssiz qaldıq, sonra dedim: «Bağışla! Toxundumsa qəlbinə qəbul et üzrümü gəl, Barı, ürək dərdini mənə söylə müfəssəl. Axı mən də sənin tək aşiq idim bir zaman, Dərd əhliyəm, çəkinmə, macəranı et bəyan. Sənə kömək eyləmək gəlməsə də əlimdən, Heç olmasa qəminə bir şərik olaram mən». Dedi: «Əsla etmərəm öz sirrimi aşikar, Heç kim mənim dərdimdən olmamalı xəbərdar, Sirri gizli tutmağı tələb edir məhəbbət, Ticarətdə xoş olar çənə-boğaz, söz-söhbət. Sevgilimi hər kəsə necə tərif edim mən? Rəqibimdir bəlkə də sözlərimi dinləyən». Sonra dözməyib dedi: «Yoxdur onun nəziri, Kim o yarı görərsə dərhal olar əsiri. Dil biləndir, gözəldir, mələk kimi canandır, Şux gözləri süzərkən işvəsi can alandır». Dedim: «Mənə söyləmə lətafəti necədir, De insafı, əxlaqı, ləyaqəti necədir». Dedi: «Üzü kimidir davranışı, ədası, Heyran qoyur insanı onun gözəl sədası. Əgər nöqsan varsa da yarımda aydın, açıq, Mən ki, görə bilmirəm o nöqsanı azacıq». İnsafını soruşdum, dedi: «Onu, bilmirəm, Xasiyyəti mənə də qalmışdır hələ mübhəm. Mənə nə lütf edibdir, nə göstəribdir cəfa, Mənə nə vədə vermiş, nə vədə etmiş vəfa. Nədən bilim o gözəl zalımdır, ya mehriban, Hələ yaxın görüşə olmamışdır bir imkan. Ürəyindən bu qədər xəbərim var, o dilbər, Məni görən zamanda üzümə salmaz nəzər. Neçə gün bundan qabaq qonaqdım bir evdə mən Yığılmışdı oraya bir çox sevən, sevilən. Hər eşqbaz dolanır bir güləndam başına, Necə ki, pərvanələr dolanar şam başına. Hamısı rəqs edərək oxuyub şadlanardı, Bəd nəzərdən iraq, bu məclisdə şənlik vardı, Biri açıb eşqini edirdi bir-bir bəyan, Gizli işvə edərək nazlanırdı o canan. Hər cür söhbət gedirdi eşqin hərarətindən, Ən çox xumar göz ilə, zülfün lətafətindən. Mən ki, eşqə nabələd, xam bir yeniyetməyəm? Deyirdim bəs nə üçün mən arzuma yetməyəm? Gözlərinə bir qızın deyirdim ruh çalandır, Yox, yox onun saçları daha çox can alandır. Bəh-bəh, bunun yanağı qızıl gül tək necə al, Xoşdur deyən o birin dodağında qara xal. Qəlbim hərdən cürbəcür fikirlərə dalırdı, Hər an halım dolanır, başqa bir rəng alırdı. Özüm də heç bilmirdim baxım hansı afətə, Bağlıyım öz qəlbimi hansı pəri sürətə. Bu arada gözləri xumarlanmış bir gözəl, Kirpiyilə oxladı ürəyimi əlbəəl. İldırım tək nəzəri çaxdı üzərimə düz, Varlığımı yandırdı o atəşsiz, tüstüsüz. O dünya gözəlləri, canlar alan cananlar, Ürəkləri ovlayan xumar gözlü ceyranlar. Cümlə bir an içində silindi gözlərimdən, Necə ulduz yox olar günəş tulu edərkən, Elə sərxoş eylədi bu badənin buxarı, Fərq etmədi mənə nə aşağı, nə yuxarı. Mən məclisi unutdum, tam itirdim özümü, Bircə onun üzünə zilləmişdim gözümü. Yenə dəqiq baxmaqla görmədim o camalı, Tək, başına gələnlər başa düşər bu halı. Kim günəşə baxarsa gözləri tez qamaşar, Onu yaxşı görmədən bəbəkləri oynaşar. Bir də gördüm o dilbər qəzəbləndi nagahan, Camalını bir hiddət buludu aldı haman. Qızışdı ol nazənin, dəyişdi gül siması, Sanki atəş üstündə göründü su damlası, Lalə kim qızardı camalı öz-özünə, Jalə kim düzüldü tər damlası üzünə. Bu hiddəti görüncə o gözəl simada mən, Heyranlıq yuxusundan ayıldım sanki birdən. Sezdim ki, baxır bizə kənardan bir bədnəzər, Buna görə sən demə hiddətlənmiş o dilbər. Sonra, heç olsun deyə rəqiblərin töhməti, O bir hiylə işlədib pozdu bu vəziyyəti. Arvad min hiylə qurar qısa zaman içində, Hər nə könlü istəsə çatar bir an içində Arvad dediyin məxluq hər bir işə qadirdir, Ürəkləri çalmağa xüsusilə mahirdir. Arvad mövcud olduqca eşqbazlıq qalacaq, Aşiqini hər zaman dərdə, qəmə salacaq. Xülasə... hiddətlənib canan qalxdı yerindən, Bir ayna qarşısında gedib oturdu həmən. Təsadüfən tuş idi aynaya mənim üzüm, Camalını orda da buraxmayırdı gözüm. Bəh-bəh, necə deyim ki, gülərək yavaş-yavaş, Necə burdu saçını, göz vurdu, oynatdı qaş, Sonra nazü qəmzəylə o can alan nazənin, Musiqilə bir nəğmə başladı həzin-həzin. Pəsdən elə oxudu ruh uçdu təsirilə, Gözlə qulaq girdilər bəhsə biri-birilə, Sonra rəqsə başladı qonaqlığa gələnlər, Başqa bəla üz verdi qəlbimizə müxtəsər. Hərə bir nazəninlə, mən də o xoş nəfəslə, Hərləndik ortalıqda min bir şövqü həvəslə, Fürsəti fövt etmədim, zəiflərkən rəftarı, Möhkəm qucub belini çəkdim özümə sarı. Ovcumdakı əlini yavaş-yavaş sıxaraq, Baxdım onun gözünə məftun aşiqlər sayaq, Nəzərimə düşəndə o dilbərin nəzəri, Göründü al üzündə eşqü sevda əsəri. Asta-asta girişdik pıçıltıyla söhbətə, Yavaş-yavaş yetirdik söhbəti məhəbbətə, Əl çatmadı mətləbə, gecə keçib gec oldu, Arzuları qəlbimin açılmadan tez soldu. Şərh olmadı istəyim, lənət dedim baisə, Bu söhbətin mabədi qaldı başqa məclisə, O getdi, mən qayıtdım evə suyu süzülmüş, Gözü yaşlı, qəlbi qan, dodaqları büzülmüş. Çəkilmədi gözümdən bütün gecə xəyalı, Məni heyran qoymuşdu onun günəş camalı. Oyaqlıqda, yuxuda o idi tək amalım, Ancaq onun haqqında düşünürdü xəyalım, Səhər durub hər yeri dolandım neçə saət, O cananın evindən xəbər tutdum nəhayət. Ancaq indi öyrəndim nədir onda nişanə, Onu görmək qəsdilə axtardım bir bəhanə. Öyrəndim ki, özündən çox qoca bir əri var, Zəncir olub, zülfü tək gərdəninə dolanar. Bir məsəl var deyirlər hər işdə var bir müşkül Xəznə olmaz ilansız, tikansız da qızılgül. Bu yolda mən çalışdım qurum incə bir hiylə, Axtardım çıxış yolu mətləb üçün vəsilə. Bir az sonra yetişdi bayram--istədiyim gün Şəhər əhli toplaşıb çölə çıxdı büsbütün. Hərə bir nazəninlə vermiş idi baş-başa, Həqiqətdə əcəbdi bu misilsiz tamaşa. Mən də bu vurhavurda deyirdim kaş o afət, Gəlib yazıq aşiqə verəydi bir səadət. Görünmürdu gözümə nə bayram, nə izdiham, Dörd gözlə dolanırdım, tutmurdu qəlbim aram. Gördüm çətirlə durmuş bir guşədə nagahan, Ay üzlü o nazənin, şirin dilli o canan. Ürəyim əmr edirdi, get yaxınlaş, qorxma sən, Lakin qorxum çox idi, vüsalına ümiddən. —Bəlkə biri çıxaraq saldı qovğa, cədəli, Dedi kimsən, haradan tanırsan bu gözəli? Huşyar olmaq gərəkdir hər əməldə, hər işdə, Götür-qoy zərər verməz hər hünərli gedişdə. Lakin eşq olan yerdə ağıl olar əfsanə, Ağıllıya deyərlər onda dəli, divanə. Cumdum onun yanına heç bir şey düşünmədən, Salam verib dil tökdüm, söz açdım həvəslə mən, Yadındamı, soruşdum o məclisdə, o zaman, Ki, yamanca rəqs etdi filan qız, filan oğlan. Yadındamı oxudu xoş səs ilə bir nəfər, Otaq yaman dar idi, adam çoxdu... müxtəsər, Bu sözləri aramsız yağdırırdım ki, birdən, Qonşu evdən ər çıxdı, sanki girdim yerə mən, Dedi: filan evə biz indi qonaq gedirik, Tələs, yubanma, tez ol, yamanca gecikirik. Baxa-baxa gözlərim, verdi onlar qol-qola, Şadlığımı puç edib tezcə düşdülər yola. Yazıq ağlım yenə də oldu yerində çaşbaş, Ürəyimdən od çıxdı, gözlərimdən axdı yaş. Bir az keçdi, heyranlıq dəmindən oldum aram, Birdən düşdü yadıma, o evlə mən də dostam. Oraya mən də gedib bir küncdə əyləşərəm, Bəlkə yenə o yarı görüb him-cimləşərəm. Gedib, bəh-bəh, nə gördüm, qurulmuş xoş ziyafət, Orada qadın, kişi toplanıb var qiyamət. Qulaqları kar edir ərğənun və saz səsi, Hər kəsin bir şüğli, var, hər kəsin bir peşəsi. Bir neçəsi rəqs edir aralıqda şadiman, Başqaları həvəslə varaq çəkir durmadan. Başqası bir cananı çəkibdir bir xəlvətə, Hər şeyi unudaraq qızışmışdır söhbətə. Ev sahibi görüncə məni gülüb oldu şad, Razılıqlar eyləyib, göstərdi çox iltifat. Sonra ondan ayrılıb yarı gəzdim biqərar, Gördüm ki, tək oturub bir guşədə o nigar. Anladım ki, dalğındır, pərtdir o nazikbədən, Ehtiyatlı addımla yaxınlaşdım ona mən. Əri bir az kənarda qızışmışdı qumara, Əhəmiyyət vermirdi o gözləri xumara. Gəlib durdum onunla qarşı-qarşı, üz-üzə, Yalvarışlı səsimlə belə başladım sözə: «Ah, bu gecə nə gözəl, nə şadiman gecədir, Gündüzdən də işıqlı bir kamiran gecədir. Nə xoşbəxtəm bu gecə ki, önündə dururam, Sənin şirin sözünlə dərdimi unuduram». Dedi: «Mən də çox şadam, çox məmnunam ki, bu dəm, Sənin kimi bir cənab, olmuşdur mənə həmdəm». Bu cür yenə qızışdı aralıqda xoş söhbət, Ehtiyatı unutdum qızışdıqda məhəbbət. Dedim: «Axşamçağı mən bir məclisdə darıxdım, Ancaq sənin eşqinlə buraya gəlib çıxdım. Oradakı cananlar bir-birindən gözəldi, Ki, hər biri dünyaya sanki bir bəla gəldi. O pərilər içindən çıxıb gəldim bura mən, Bəlkə yenə pay alım can bəxş edən ətrindən. Ta oturum səninlə bir anlıq, ey məhliqa, Bəlkə mənim dərdimə sən verəsən bir dəva». Yumşaldı o dilbər, dedi: «Cana minnət var, Kaş ki, belə məhəbbət daim olsun payidar. Kaş ki, aşiq eşqinə göstərəydi sədaqət, Ürəyi qızdıraydı həmişə bu məhəbbət». Mövqeyi xoş görüncə söhbət açdım ərindən, Evindən xəbər aldım ki, öyrənim dərindən. İstədim bəlkə məni dəvət etsin evinə, Tənha bir gün mənimlə xəlvət getsin evinə. Mənə könül verirdi, bic-bic gülürdü amma, Təklifsiz danışırdı hər sözündə müəmma. Artdı qəmim, kədərim, söndü ümidim yenə, Elə bil asimandan düşdüm yerin dibinə. Qəlbimə hücum etdi yenə min dərd, min sual, Hər sual min xəyaldı, hər xəyal min ehtimal, Düşdüm bu eşqə, söylə, bu dərdə nə əlac var? Nədir bu afətdə bəs belə qəribə hallar? Gah qıyqacı baxmaqla alır mənim canımı, Gah etinasız qalıb tökür ürək qanımı. Gah öz şirin sözüylə ümid verir, şad edir, Gah ülfətdən çəkilib ümidi bərbad edir, Əgər məni sevirsə, evə çağırmır nədən, Görmürmü sevdasında məhv oluram belə mən? Zahirdə söhbətilə vədə edir səadət, Sonra da üz çevirir, gözəldə bu nə adət? Gah deyirdim: «Səbr elə, məna var hər nəzərdə, Bica deyil bu işvə, bu dərmandır hər dərdə. Səbəbsiz olmaz onun etdiyi hər bir əməl, Belə şikayətləri öz bəxtindən etmə gəl! Evə dəvət etməyir, axı onun əri var, Bəlkə qorxur ərindən bu sevimli gülüzar?!» Əqlim mənim hissimə verirdi min nəsihət, Dedim özüm özümə: «bəsdir belə şikayət». Rəqsə dəvət eylədim cəsarətlə nagahan, Qəbul edib önümdə hazır dayandı canan. Yenə tutub belindən, sıxdım özümə sarı, Dolandırdım həvəslə otaqda o nigarı. Zənni çaşdırmaq üçün sonra da mən bir qədər, Oynadım başqasıyla ki, çəkilsin bədnəzər. Gecə yarı olanda məclis dağıldı birdən, Hərəmiz bir tərəfə yola düşdük o yerdən. Bu gecədən sonra mən tapmadım daha fürsət, Ki, onunla yenə də görüşüb edim söhbət. Çox zaman dolandım ki, ona tanış evlərdə, Bəlkə təsadüf edim, yarla görüşüm bir də. Küçələri dolandım, gəzdim bir-bir evləri, Kölgə kimi ardına düşüb oldum sərsəri. Qaldım işdən avara, dolandım divanə tək, Daim boşa gedirdi sərf etdiyim hər əmək. Axır bir gün eşitdim xəstədir o məhliqa, Məclislərə gəlməyə imkanı yoxdur daha. Belə dəhşətli xəbər çatınca sevgilimdən, Səssiz yanan şam kimi şölə qalxdı dilimdən. Ah çəkdim, nalə etdim oda düşdü şirin can, Lalə kimi qəlbimə dağ basıldı, ah, aman, Belə oldu neçə gün, gəzdim başı bəlalı, Sonra xəbər tutdum ki, yaxşılaşmışdır halı. Yenə doğdu üzümə günəşi ümidimin, Yenə vüsal haqqında düşündüm şirin-şirin. Yenə hara getdimsə xəyalıma o gəldi, Gözlərimin önündə bir ay kimi yüksəldi. Onun söhbətlərini salıb tez-tez yada mən Öz ömrümü verirdim bu sevdada bada mən. Gətirdikcə nazını, qəmzəsini nəzərə, Danlayırdım özümü hər saatda min kərə. Deyirdim ki, ay axmaq, heç yoxunmu səbatın, Neçin yara sən əsil mətləbini açmadın?! Filan sözdən sonra sən filan sözü desəydin, Məramını bilincə razı olardı yəqin. Söz verdim bir də əgər yar görünsə gözümə, Bütün istəklərimlə zinət verib sözümə, Ona açıb deyərəm ürəyimdə nə ki, var. Heç şeyi gizlətmədən açıq, aydın, aşikar. Nə edim, eşqin budur öz qaydası, qanunu, Qədim zamandan bəri, aşiqlər bilir bunu. Hicrana düşən kimi bülbül kimi dil açar, Min söz düzəldib yarın ünvanına od saçar. Lakin vüsal çağında unudar hər sözünü, Dili tamam tutular itirərək özünü. Xülasə mən sabahı, gün çıxmadan oyandım, Gedib yarın evinin ətrafında dolandım. Gördüm evin divarı, qapısı, pəncərəsi, Yarın günəş üzündən xəbər verir hərəsi. Baxırdım hər tərəfə sanki röya içində, Qəlbim təşvişlə dolu, başım sevda içində. Birdən gördüm o dilbər gəlib keçdi önümdən, Elə bil ömrüm keçdi, qocaldım bir anda mən. Huşum getdi, yerimdə donub qaldım bir qədər, Sanki röya görürdüm mən özümdən bixəbər. Arzularım məhv oldu, puç olub getdi xəyal, Qəlbim gəldi gözümə, dilim donub oldu lal. O zalım yar deyəsən əhvalımı bilərək, Gülüb baxdı üzümə, keçib getdi xəyal tək. Baxışında var idi xoş ümidlər, vədələr, Gülüşündən yağırdı istehzalar, şübhələr. Mən biçarə yenə də qaldım vüsalə həsrət, Öz istək və arzumdan yenə çəkdim xəcalət. Gah düşündüm baxışı gəl dedi için-için, Gülüşüsə rədd edib get söylədi, nə üçün? Yoxsa mən yanılıram, bunlar bir bəşarətdi? Vüsalinə dəvətçin bəlkə bir işarətdi!? Gah deyirdim gülüş və baxış ilə o rəna, Heç yazığı gəlmədi, etdi mənə istehza, Guya dedi ki, səndən çıxmaz vəfalı aşiq, Sənin kimi xamlara bu ad deyil müvafiq. Belə üzlə necə sən mətləb deyib durursan? Yardan qafil xəyalda min bir aləm qurursan. İndi bax, belə keçir mənim günüm, əhvalım, Getdikcə artan qəmlə, de, necə sakit qalım? İndiyədək arizum, xəyalım bir görüşdü, O vaxtdan ki, təsadüf bəxtimə belə düşdü. Gördüm boşdur ümidim, xəyallarım məhaldır, Bu eşqdə nəsibim sadə bir ehtimaldır. Halım tamam pozuldu, qalmadı tabü təvan, Vəslə ümid yox ikən əzir qəlbimi hicran. Ölüm daha xoş olar belə həyatdan mənə, Bax məhəbbət oduyla yanan cana, bədənə, Ölüm də məndən qaçır, boşmuş ümidvarlığım, Bir vəfasız yolunda məhv oldu bu varlığım». Sözü bura çatanda hönkür-hönkür ağladı, Onun bu yazıqlığı ürəyimi dağladı. Susdu, dili tutuldu, gözləri süzülərək, Düşüb qaldı duyğusuz divardakı şəkil tək. Mənə dərin bir kədər üz verdi bu nağıldan, Kədər nədir başqa bir aləm üz verdi haman. Düşündüm: «Bu zavallı yazıq cavana bir bax, Ömrünü sərf eyləmiş mənasız eşqə ancaq. Sərxoşdur bir şövqilə, qəribədir onda qəm, Onunçun boş görünür eşqində iki aləm. O rahatdır yenə də, boş da olsa, eşqi var, Mən isə avarəyəm, nə məhəbbət, nə də yar. Nə bir yerdə qərarım tutur, dərdim bihesab, Nə işim var, nə gücüm, nə də bitir iztirab». Çox düşündüm daşındım bəlkə mən də birtəhər, Bir yol tapım ki, məni dərd əzməsin bir qədər. Çox axtardım ki, bir iş məşğul eləsin məni, Unudum bəlkə bir az bu qəmi, bu qüssəni. Özümü unutmağa tapdım bircə çarə var, Xilas edər bu dərddən məni ancaq eşqi-yar. Axtardım bir ilqarlı, sədaqətli nigarı, Bəlkə qəlbim dincələ, baxam bir yara barı. Dedilər: «Eşq dərmandır hər bir dərdə, anla sən, Eşqə düşən dünyada qurtarar hər fitnədən». Düşündüm ki, bu yerdə gözəl pərilər çoxdur, Onları tapmaqda da heç bir çətinlik yoxdur. Gözəl dolu küçə, bağ, naz, qəmzəli mehriban, Baxa-baxa qalırsan hüsnə, camala heyran. Allah-allah, nə gözəl ruhaçan yerdir bu yer, Ürəklə göz bu yerdə rahatlanıb dincələr; Desəm kn, bir gülzardır çiçək açmış burada, Nisbəti yox, çünki çox təfavüt var arada. Çünki bahar zamanı çiçəklənər gülüstan, Bura isə gözəldir hər fəsildə, hər zaman. Desəm bura müqəddəs, əcaib bütxanədir, Belə xəta hökmlər yersiz bir əfsanədir. Bütlər axı durğundur, hərəkətsiz şəkildir, Bu bütlərsə can verib can almağa qabildir. Desəm ki, Çin vadisi kimi ruhu çalandır, Nisbəti yox, çünki bu mənasızdır, yalandır, Bir tayfadan ibarət deyildir bu xoş diyar, Bu səfalı ölkədə axı, bir çox tayfa var. Bu ölkədə yaşar çex, rus, alman, rum, firəngli Hər birinin paltarı bir çeşidli, bir rəngli. Xumar gözlü ceyrandır, hərəsi bir nəsildən, Ovlamaqçın ovçunu gəzirlər üzləri şən. Yırtıcı vəhşiləri edirlər bir anda ram, Qan içən aslanları tora salarlar müdam, Xülasə, çox düşünüb, daşındım mən, nəhayət, Yüz xəyal, yüz ümidlə tutdum qəlbimdə niyyət. Ürək narahat oldu yenə etdim ahü vah, Qəlbim bir Müştəriydi, qarşısında Mehrü Mah. Hərdəm bir xumar gözlü atırdı sinəmə tir, Qəlbimin ayağına zülfü olurdu zəncir. Gah bir gözəl nazilə eşqə işıq saçırdı, Gəzib niyaz əhlini, ürəyini açırdı. Bir başqası oxurdu məhəbbət təranəsi, Eşqi qızışdırırdı onun odlu nəğməsi. Mən heyrətdə qalmışdım, kimə verim qəlbimi, Nə edim, sevmək üçün intixab edim kimi? Yar hesabsız dövrəmdə, mənimsə bir qəlbim var İşim çoxdur, vaxtım az, indi nə etmək olar?! Düçar oldu ürəyim bir gözələ nəhayət, Verdim ona könlümü, dedim tapdım səadət, Lakin bərk yanılmışdım, az keçməmişdi ki, mən Anladım hər bir işi onun hərəkətindən. Ardına düşüb bir çox eşqbaz pəhlivanlar, O da sevir hər kəsi, yoxdur ona etibar. Sən demə, mən də onun aşnasından biriyəm, Vüsal üçün ardına düşüb bir pay dilərəm. İxtiyarım yoxdur ki, edim ondan şikayət, Əğyar ilə görüş də onlara olmuş adət. Mən çox razı qalaram yarım cəfa etməsə, Lakin eybi yox imiş əhdə vəfa etməsə. Mən də guya hər kəsə meyl eləsəm yeri var, Hər ikimiz bu işə verməliydik ixtiyar. Nə o, nə mən deyilik bir-birinə bivəfa, Bu bir adi şey imiş saxlasaydıq aşina. O da gəzir özüyçün, sən də gəzib kef elə, Ona da belə xoşdur, sənə də xoşdur belə. Səndən yaxşı tapınca etibarı unudar, Yaxşısını tapdımı, çıxdı əlindən o yar. Vəfanı bilən təmiz, pak ürəkli yar hanı? Ki, ona qurban edim dərdə düşmüş bu canı! Huri kimi bəzənmiş bu gördüyüm gözəllər, Yolkəsəndir quldurdu, biri birindən betər. Bir zavallı bilmədən ürək versə onlara, Tora düşmüş ov kimi, qəlbinə dəyər yara. Ov yaxşıdır, səhv etdim, bəzən ov qalar rahət, Düşdüyü tor içində edər gah istirahət. Lakin belə pərivəş, şeytan ürəkli dilbər, Yaxşını da, pisi də bir anda məhv eyləyər. Onlar eşqi bənzədir mənasız bir həvəsə, Qarğa ilə bülbülü salırlar bir qəfəsə. İndi ki, belə oldu qınamayın siz məni, Nə üçün mən dost tutum həyatıma düşməni? Nə yaxşıdır qoy mən də eşq, sevda duymadan, Ürəyimi vermədən hər gün tapım bir canan. O cavan yazıq idi ümid edib murada, Hiyləyə aldanaraq ömrünü verdi bada. Neçin məni onun tək məhv eləsin boş xəyal, Neçin yarı görəndə, dil tutulsun, olum lal. Heç olmasa bəlalı, işgəncəli bu anda, Bir rahatlıq arayım vəfalı bir cananda. Hanı o dilbər, hanı, eşqimə olsun layiq, O mənə tam vəfalı, mən də o yarə sadiq?! Aman, vermə qəlbini o cəfakar dildara, Ki, əri ola-ola gözləri yar axtara. Aşna tapan tək yenə onu ata gülərək, Bir başqa yar axtarıb, qura ona min kələk. Arxasınca gəzdirə aşiqləri qədərsiz, Qoya o yazıqları bir-birindən xəbərsiz. Bu cür gözəl görünən cananda olmaz vəfa, Onlar səni dərmansız dərdə edər mübtəla. Bəsdir daha, ey Qüdsi, qurtar bu hekayəti, Gözəllərdən çox etmə bu qədər şikayəti. Gətirdim bu misalı bəlkə olsun bir örnək, Məqsəd burda deyildi eşqə xələl gətirmək. Eşqə ziyan yetirər, onu salar rövnəqdən, Əgər hüsnü duymasan bütün təmizliklə sən. Həqiqət axtarana lazımdır möhkəm dəlil, Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil. Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir, Özgəyə ayıb tutmaq özü də ayıb işdir. Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan, Təkcə sən öz əqlinə arxalanma heç zaman. Ağılla dərk edirik nöqsan cəhətləri biz, Nöqsanını dərk edən ağıllıdır şübhəsiz. * * * == Mişkatu-l-ənvar == Mişkatu-l-ənvar Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət, Zahidlikdə mən görmürəm nicat,üçün əlamət. Küfrilə din heyran qalıb, onlar kimi arayır? Daraq, kimin mişk ətirli saçlarını darayır?! Mən duyuram ruh oxşayan yar ətrini inanın, Can mülkündən xəbər verir iltifatı cananın. Nəşə verdi yar camından nuş etdiyim hər damla, Bir ad ilə bəzədim bu kitabımı inamla. Ki onun pak hümmətinin feyzi ilə hər zaman, Parlaq günəş zühur edər adi qara torpaqdan. Hər nə qədər tərifini mən söyləsəm var yeri, Odur bizə kəşf eyləyən bilinməyən şeyləri. O səadət günəşidir mənə odur nur verən, Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən. Bu canımdır ancaq onun bir mişkatül-ənvarı, Bu qəlbimin xəznəsidir onun gənci-əsrarı. Bu kitabda istəyirəm yazım onun sirrindən, Qoy «Mişkatül-ənvar»--deyə adlandırım onu mən. Qəribədir, tarixi də sanki doğmuş əsrardan, Hasil oldu can adı da bu «Mişkatül-ənvar»dan. Ey misilsiz cavan, çalış hümmət eylə hər işə, Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə. Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get! «Var»ın «yox»un cəfasından varlığını xilas et! Ey işıqsız gözlərə nur bəxş eyləyən gün kimi, Ey zavallı aşiqlərin dərdlərinin həkimi, Bu xəstəyə öz qəmzəndən lüft et bir dərman göndər, Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər, Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri, Öz yolunu itirənin axı sənsən rəhbəri. Həqiqətə çatmaq üçün mənə doğru yol göstər, Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər! * * * Bəyani-hal Badisəba, qurban olum, aç qapımı əsərək, Mənə səndən başqa yoxdur bu dünyada bir kömək. Yubanmadan gedib Səlmə adlı yara ver salam, Söylə səndən başqa daha yox qəlbimdə bir məram. Dərd evinin bir küncünə düşüb qalmış xəstədən, Şikayətlər yetir ona, söylə solub bu bədən. Bəla məndən əl çəkməyir, son qoymur bu hicrana, Faniliyi alqışlaram qismət olsa bu cana. Bu ayrılıq odu əcəb yandırıb yaxdı məni, Ömrüm tamam puça getdi, yandı həyat xərməni. And içirəm o hərəmdən qalxan miskin qubara, And içirəm bir an belə atmadığım ilqara. Hər an onun xəyalilə döyünmüşdür ürəyim, Ondan başqa olmamışdır heç bir arzum, diləyim. Səhər günəş qaldıranda bayrağını üfüqdən, Yana-yana qəm ardınca qoşmadayam yenə mən. Səhər kimi köynəyimi cak edirəm mən də bax, Ürəyimdən ah çəkirəm ara-sıra yanaraq Bütün günü belə keçir kədər dolu bu həyat, Gecə olcaq bir zulmətə batır yenə kainat. Günəş göydən son nəfəsin dərib məhzun gedincə, Səyyarələr gözlərindən qan axıdır hər gecə. Ağlar, ağlar səmalər də bir matəmə bürünər, Onun qanlı yaşlarıyla al boyanar üfüqlər. Yüz ələmlə, yüz kədərlə nalə-fəryad edib mən, Əl qaldırıb asimanə söyləyirəm urəkdən: ≪Ey ilahi, ürəyimi parçaladı bu həsrət, Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət. Yarəb, məni məhv eləyir bu ayrılıq, bu hicran, Səbrim daha tükənmişdir, kömək ol, ey yaradan! Nə vaxtadək məhrum olum, dərdlə belim bükülsün Nə vaxtadək piyaləmə ürək qanı tökülsün?! Nə vaxtədək əzab çəkim, qan-yaş tökum cahanda, Nolar mənim üzümə də bağlı qapı açanda?! Mən nə qədər gözü yaşlı, qəlb odunda qovrulum? Bu havadan torpaq kimi mən nə qədər sovrulum? Bu beytini ah nə yaxşı soyləmişdir bir şair, Bu lap mənim işgəncəli əhvalıma oxşayır: ≪Ey ilahi, haradadır axı mənim nəsibim, Mən həsrətdən can verirəm, hanı mənim təbibim?≫ * * * Məqsədin kəşfi Dostlar, mənim əhvalımdan siz olunuz baxəbər, Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər? O şəxsin ki, məhv olmuşdur hər arzusu, gumanı, Ağlamaqdan başqa nədir onun dərdə dərmanı? Urəyimdə coxaldıqca hər istəyim, həsrətim, Bir o qədər umid sonur, artır dərdim, mohnətim. Dostlar, məni xatırlayıb saldınızmı yada bir? Yoxsa belə biganəlik sizə daha xoş gəlir? Qəm əlində əsir olan bir qəribəm indi mən, Bir şey yoxdur xilas etsin bu konlumu ələmdən. Omrum kecdi mohnət icrə kədər dolu hicranda, Gulustanın cicəkləri solub getdi xəzanda. Mən bilirəm ağlamaqdan faydalanmaz qəlbimiz, Lakin yanan hər bir şeydən tustu cıxar, şubhəsiz. Bilirəm ki, xilas etməz bu nalə, bu ah məni, Neyləyim ki, mumkun deyil saxlamaq ah-naləni. Heyrət etmə gozlərimdən seltək qanlı yaş axır, Bil ki, qəlbim oz qanını gozdən colə buraxır. Bir zamanlar donmuş idim bəxtiyara dunyada, Həmdəm idim zulfu ipək, nazlı yara dunyada. İndi belə sərgərdanəm, halım olmuş pərişan, Ağlım belə qalmış mənim oz işimə mat, heyran. Dostlar, deyin bu dərdlərə varmı əlac, ya tədbir? Nalə, fəqan etməkdən hec gorunmədi bir təsir. Tutulmaqdan necin qorxsun tora duşmuş bir şikar, Kaş ki, onu tutan ovcu olmayaydı zulmkar! Bulbul əgər qarğa ilə salınsa bir qəfəsə, Bulbul cəh-cəh vurmaq ucun hec gələrmi həvəsə? Təəssuflər bu omrumuz boşa gedir anbəan, Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah, aman! Bu zamanə saldı əcəb məni dərdə, mohnətə, Urək qanı cilədi bu cohrəyə, bu surətə. Sanki mənə əzəl gundən olmuş idi bu xitab: İcim bulud, xaricimsə olsun nurlu afitab. Qan uddurur oz əlilə mənə zalim zəmanə, Zahirdəsə guya vermiş mənə qızıl peymanə. Hec bir istək alınmamış bu kəcrəftar fələkdən, Loğman belə olsan yenə qurtarmazsan kələkdən. Gozlərimdən qan selləri axır, qəlbim dağlıdır, Qoncə kimi icim dolu, dodağımsa bağlıdır. Cox sirlər bilirəm mən, acmağasa yox imkan, Desəm belə kimdir mənim əsrarımı anlayan? İbn-əl Fərid kimi fursət tapa bilsəm mən hərgah, Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah. Cıxmışsa da işlərimin ixtiyarı əlimdən, Uzaqdırsa məndən əgər indi, əziz yar, vətən. Yenə də bu sonsuz ələm, qussə ilə hər zaman, Xoş gunlərə umidlərdir məni xoşhal yaşadan. Eşq əgər oz zovqu ilə məni həmrah eyləsə, Varlılıqdan, kasıblıqdan məni agah eyləsə, Qəlbim onun qəmi ilə elə gulər, şadlanar, Şadlığım qəm, qəmim isə donub şadlıq adlanar. Məhəbbətdir bu dunyada gozlərimə nur verən, Odur mənə həqiqəti acıq, aydın gostərən. Ey ilahi, Qudsiyə sən qudsiyyətdən bir can ver, Onun ağır dərdlərinə oz əlinlə dərman ver! Gizli şeyə baxan zaman gorsun onu aşikar, Hər işində dadına cat, sən ozun ol ona yar! * * * Fikrin izahı Omur kecdi boş-boşuna, etdik daim ahu-vah, Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah! Ey saqi, ver piyaləni, mey qızdırsın bu canı, Bəlkə şadlıq bir də olsun qəlb evinin mehmanı. Əl tutmasan, qəmlər məni məhv eyləyər, yaxşı bil, Ona gorə verdiyin su adlanıbdır səlsəbil. Ey saqi, gəl atəşimə bir su cilə cat dada, Qızışdırsın atəşimi o su mənim daha da. Qəlb evinin təmizliyi o şərabdan pay alar, Su deyilir ona, lakin bir atəşdir aşikar. Ey saqi, bu ruzigardan mən də bir kam almadım, Bir badə ver, ənbər icən cağırılsın qoy adım. Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən, Ruh ciləsin torpağıma cana gəlim bir də mən. Ey saqi, bir ayna ver ki, dunyanı seyr eyləyim, Tut qarşımda, sənə gozəl bir macəra soyləyim. Tuti ayna gorən kimi məlumdur ki, dil acar, Sən də sudan bir ayna tut, sirlər edim aşikar. Saqi, mənə abi-həyat peymanəsi əta et, Əsrlərin gunəşilə bu dərdimə dəva et! Qoy yarımın surətini mən gostərim badədə, Əhsən desin bu qudrətə yar da, mən də, badə də. Bu dunyada hər kəs olur bir vəchlə kamiran, Xızr-zulmatdan, mənsə gunəş ceşməsindən, hər zaman. Ey saqi, mən dərd icində avarəyəm ruzu şəb, Heyranlığın səhrasında dolanıram təşnələb, Susuzluğa bir carə qıl, urəyimi sirab et, Sən bu suyun xassəsini anlat mənə, səvab et! ≪Cami-mey≫ ki, soyləyirlər, bu sozdə nə hikmət var? Acı badə icində də, nə qəribə halət var. Nəzərlərdə saf, gul rəngi gorunur o hər zaman, İcəriyə cəkən zaman necun olur qızıl qan? Deyirlər ki, huşyar edər icənləri bu badə, Bəs necin məst, zəlil edir, verir həyatı badə? Gozə bir cur gorunən bu mayedə min sifət var, Onda şoran duzu, həm də Fəratdan da şərbət var. Sənə qurban olum saqi, sakit qalma, yenə dur, Sən hərəkət edən zaman məclisimiz şən olur. Dolu şərab badəsi ver, unudum hər dərdi mən, Bəlkə bir az can qurtarım mən ağlımın əlindən. Urək şənlik məclisinin cicəklənən bağıdır, Ağıl isə quldur kimi vurub onu dağıdır. Dunyaları əks eyləyən saf aynadır bu urək, Ağıl tozu ortər onu cirkli qara pərdə tək. Lutf et, saqi, məqsədimə catım bəlkə birtəhər, Bihuş olub qələm cəkim huşyarlığa bir qədər. Urək azad olan zaman işgəncədən, əzabdan, Bəlkə ona gizli sirlər olacaqdır numayan. Biləcəkdir bu badənin xoş səfası nə imiş, Hər bir işin ibtidası, intihası nə imiş! Əgər mənə komək olsan umidim var nəhayət, Sənin gozəl niyyətinlə kəşf edilər həqiqət. * * * Nəfsin qorunması Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman, Hər kəs olar məclislərdə bu nəşəylə kamiran. Bir mey istər, quvvət verə o mey dinə, ağıla, O mey yox ki, onunla din, ağıl, hunər dağıla. O şərabı istəməz ki, şər ab olmuş ləqəbi, Zatında bir fitnə vardır, qarışdırar əsəbi. Elə şərab istəməz ki, etsin cana bəd əsər, Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər. Deyirlər ki, yuz xətaya olar daim mey bais, Ona gorə ad vermişlər ona ≪ummul-xəbais≫. Ağılsız baş şərab ilə qızışarsa bir daha, Bada gedər bir gun icrə hormət, ədəb və həya. Bu uğursuz nəfsin hokmu qarışarsa hər işə, Ağlasığmaz pislik olar insanlara bir peşə. Nəfsin olsa can mulkundə sayğısız bir hokumdar, Əvvəlcə o oz həyanı ortalıqdan qaldırar. Bu sozlərdən yol acılar belə dərin mənaya: Ki, din əldən gedər əgər tanımasa uz həya. Həya yoxsa, həvəs icrə baş qaldırar rəzalət, Zalım nəfsin istəyi də verər min bir fəlakət. Mən bu fikri nəql etmirəm başqasının sozundən, Oz başıma gələn işdir, qoy nəql edim ozumdən: * * * Mətləbin tədriclə açılması Cox zamandı urəyimdə dolanırdı bu sual, Gorəsən ki, icən zaman necə dəyişir əhval? Mey nəşəsi barəsində hər kəs bir cur vurur laf, Saf şərabın xassəsində vardır boyuk ixtilaf. Biri onda gəzir şadlıq, fərəh, hər cur xoş halət, Bir başqası deyir: ≪Şərab torədir min fəlakət≫. Biri subut etmək ucun gətirir bir cox dəlil. Deyir: ≪hec nə mənfəətdə bu şərabə tay deyil≫. Başqası da başqa dəlil gostərir cox motəbər, Ki, mey şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər. Hər kəs bir cur fikir edib durur fikri ustundə, Min ixtilaf torədirlər meyin zikri ustundə. Bunu gorub gəldim belə qərara ki, mən əgər, İstəyirsəm biləm meyin xeyr-şərin, bir qədər. Gərək icim, baxım mən də, nə cur olur al şərab, İcməmiş kim edə bilər tərifini intixab?! Mən bu fikrə duşən zaman gulumsədi xoş bahar, Gullər acdı, cəmənlərdə oldu hər yer laləzar. Səba yeli vurdu artıq gulustana min bəzək, Cəmənzarın simasına ənlik vurdu hər cicək. Nəsiməmi ətir vermiş gul cohrəli bu gulşən, Ya ki, nəsim oz ətrilə eyləmişdir gulu şən?! Hər tərəfdə kef əhlindən etmək ucun bir xahiş, Yarpağını kağız edib gondərdi gul sifariş. Bu gulşəndə bir saqidir al geyinmiş bir lalə, Almış ələ o gul rəngli jalə dolu piyalə. Səhər cağı nəğmə deyir quşlar boyuk həvəslə, Səba yeli urək acır xoş ətirli nəfəslə. Nəhayətsiz fərəh, şadlıq cəmənzara sığışmaz, Sanki fələk asimanda şurə gəlib calır saz. Cəmən, səhra başdan-başa nə xoş gəlir nəzərə, Ruhu oxşar, konul acar hər gorunən mənzərə. Yoldaş olub necə nəfər cəkilərək guşəyə, Eyşu-işrət sufrəsində dalmış onlar nəşəyə. Mən də necə hal əhlilə, ariflərlə bərabər, Cəmənin xoş bir yerində məclis qurduq muxtəsər. Gul yanaqlı saqi tutub əldə gulgun peymanə, Meyində var oz uzundən, ya da guldən nişanə. Xoş avazlı xanəndəylə əlindəki bərbət, cəng, Konulləri oxşamağa olmuş necə həmahəng. Badə gərək nəşə versin, olsun dadlı xoşguvar, Xususilə bahar fəsli, yanında da bir nigar. Ağıllılar bu zamanda verməz əldən fursəti, Mey nə qədər saf olarsa, artar onun ləzzəti. Qarşımızda elə şərab vardı bizim ərğəvan, Rəngi, ətri utandırır gulləri də hər zaman. Şohrətində o mey sanki ruh acan bir reyhandı, Əsli Firəng yurdundandı, ləqəbi də Şampandı. Butun gozəl şərablardan şohrətlidir, adlıdır, Hansı şərab onun kimi ləzzətlidir, dadlıdır?! Həyat verən yar ləbi tək o mey şirin, təmizdi, Sozu kimi acıdısa, mənfəəti hədsizdi. Dəniz suyu acısa da xeyir verər o bizə. Ona gorə şərabı da bənzədirlər dənizə. Bəllidir ki, şərab silir urəklərdən ələmi, Unutdurur qəm-kədəri, unutdurur aləmi. Bunlar aydın rəvayətdir, danışmağa yox həvəs, Nələr gəldi başımıza sərxoşluqdan bizim bəs!? Şərab icib getdikcə cox, sərxoşluğa duşdum mən, Urəyimin ətəyi də cıxdı tədbir əlindən. Hərisliyim coxaldıqca acdı şərab uzumu, O sildikcə qəm tozunu, caşdırdım hər sozumu Sevinərək mən ozumu hesab etdim o zaman, Tacım-təxtim olmasa da həşəmətli hokmuran. Yenə icdim, hey icdikcə icməyi cox xoşladım, Dilsiz idim, birdən-birə natiqliyə başladım. Elə bildim soz mulkunun mənəm qadir sultanı, Soz duzməkdə təkcə mənəm oz əsrimin Sohbanı. Qafil idim soylədiyim sozlərdən yavaş-yavaş Qəlbimdəki sirlərimi eyləmişəm tamam faş. Xəyalımdan tamam cıxdı sayıqlıq və ehtiyat, Mey apardı iradəmi, duşmən acdı qol-qanad. Bu məsəli yaxşı demiş dunya gormuş atalar, Oz başını qorumağa sərxoş nədən guc alar? Mən yenə də başa cəkdim bundan sonra necə cam, Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam. Bu qaydadır sərxoşların rəqsə meyli cox olur, Cunki şərab təsirilə vuqar, təmkin, yox olur. Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım, Nəyim vardı getdi əldən, itdi ağlım, kamalım. Sonra yenə başa cəkdim necə dolu badə mən, Keflilikdən cərənlədim, tamam getdim badə mən. Hər yetənlə dalaşaraq soyub təhqir eylədim, Yaraşmayan işlər gordum, cəfəngiyat soylədim. Hərcənd ki, sozlərimdən bir az oldum xəbərdar, Lakin əldə deyil idi hec iradə, ixtiyar. İllər boyu sınadığım sadiq o can dostları, Candan əziz o səmimi və mehriban dostları. Qaba sozlə mən incitdim, təhqir etdim bir anda, Yaman sozdən yaman bir şey yoxdur, bilin cahanda, Hər dillərin sirlərini kəşf eyləyən babalar, Demişlər: ≪Dil yarasına hec bir dərman etməz kar≫, Sədi yaxşı demiş: ≪Susmaq yaxşıdır pis sohbətdən, Pis soz salar soyləyəni xalq icində hormətdən...≫ Xeyir işlər təlqin edən o Məhəmməd peyğəmbər, Demişdir ki, haqqın uzu xoş kəlamda gorunər, Firon belə kufrə duşub allah dedi ozunə, Lakin cavab tapmadı o, Musanın haqq sozunə. Atalardan qalma məsəl xatırladım sənə gəl, Dilə girov baş ozudur, acar başa dil əngəl. Xalq nə bilsin axı sənin urəyindən kecəni, Soylədiyin sozlər ilə tanıyacaq o səni. Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə, Yarəb belə yaman dilim kaş dibindən kəsilə! Hər nə isə ağlım itib eyləmişəm gor nələr Yaraşmayan işlər tutub torətmişəm fitnələr. Hec ozum də bilməyirdim nədir bunun səbəbi, Gah ağlayır, gah gulurdum, xeyli kuskun əsəbi Mən qusmağa başladıqda halım tamam pozuldu, Huşsuz duşdum cəsəd kimi, dilim isə lal oldu. Başağrısı sərsəmliyim eyləmişdi məni xar, Bu zavallı halı yalnız duşən bilər, anlayar. Ayıldıqda ətrafımda gormədim bir dostumu, Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?! Etibardan dəm vurmağa haq verirmi bu halət? Allahdan da, bəndədən də mən cəkirəm xəcalət. * * * Əsl məqsədin bəyanı Ey konul, sən ibrət gotur oz başına gələndən, Başqası da ibrət alsın bu yol ilə qoy səndən. Mey məstliyi uzun surməz, davamı da azdır, az, Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz. Gunahını bağışlatmaq diləyirsən, dilə gəl! Haqq yoluna donənlərə bağışlanır pis əməl. Coxlarını məst eləyir var-dovləti dunyanın, Gozlərini kor eyləyir bu var-dovlət insanın. Bu dunyanı sevən demək faniliyə aldanmış, ≪Fəəğşeyna≫ ayəsilə gedib olsun qoy tanış. Oz omrunu sərxoşluqda kecirərsə hər cahil, Başağrısı bir an belə rahat qoymaz, onu bil! Xumarlanmış gozlərini acan zaman yuxudan, Gorəcəkdir gunəş cıxmış, işıqlanmış bu cahan. Hər əmələ, ədalətlə cəza verər haqq ozu, O əyriyə əyri deyər, duzə cıxarar duzu, Aləm nədir sinəsində caxnaşmalar, qovqalar, Sərmayəsi: şohrət, qurur bundan başqa nəyi var?! Bu dunyanın arzuları: sonsuz ələm, məşəqqət, Kopuk kimi suda uzur, itib gedir nəhayət. Var-yox butun əfsanədir, mənasız bir xəyaldır, Bu xəyaldan ozgə nə var, dərk eyləmək mahaldır... Cox məşhurdur Səba şəhri gozəlinin dastanı, Ki, dalğaya bənzətmişdi şuşədəki damlanı. Həqiqətdən sən uzağa cox duşmusən, əzizim, Yoxluğa bir varlıq deyə səhv etmişsən, əzizim! Bu dunyanı duymaq olmaz xəyallara dalaraq, Aləm nədir? Nədir onda belə ləzzət, bu maraq? Arzu kamdan cox uzaqdır, birləşməzlər hec zaman, Muzdurluqdur bu yaşamaq, dunya boyuk bir zindan. Məşəqqətlə omur surub, rahatlanmaq dilərik, Əlimizdə olan dovlət: ehtiyacla koləlik. Təəccublə baxıram mən mal toplayan hərisə. Yığdığını alacaqdır ya tufan, ya vərəsə. Beləliklə, qəribədir hər bəşərdə bu xislət, Hərisliyi tuğyan edər, şərə duşər nəhayət Subut ucun Qurandakı bir ayəni oxu, bil, ≪İnnəl-insan≫ ayəsinin hikmətləri boş deyil! İşrət nədir? Etibarı olmayan bir həvəsdir, Zəmanənin əhli kimi vəfasızdır, əbəsdir. Gecə deyək xoş kecindik, bir az keyfə baxaraq, Gunduzlərin əzabından bəs necə can qurtaraq?! Bir loğmanı axşam yedin, kef kokəldi, bu bəlli, Axı gunduz aclığına bu olarmı təsəlli?! Kecənlərdən boş xatirə qalacaqdır dunyada, Royalarda gorduklərin bir xəyaldır bil o da. Hokmranlıq nədir? Nəfsə məhkumluqdur mənası, Azadlıqdan həmişəlik məhrumluqdur mənası. Mənsəbindən səmər nədir: sonsuz cədəl, qalmaqal Başın qovğa icindədir, oz işinə yox macal. Artar hər an təşvişlərin, urəyində təlaşın, İşlərinə baxmaq ucun fursət tapmaz oz başın. Hər tərəfdən hucum edər duşmənlər və paxıllar, Bir az kecməz xasiyyətin donub itdən pis olar. Yavaş-yavaş tinətində gorunər bir qəddarlıq, Sarsılaraq viranəyə donər səndə bu varlıq, Zulm edərsən, gunahını hec boynuna almazsan, Qan tokmək də gozlərinə gorunəcək cox asan. Zənn edərsən ki, filankəs sənə quyu qazır ha, Ozun quyu qazıb onu tez salarsan quyuya. Nə ozundən xəbərin var, nə işindən, karından, Qəflət səni ayrı salar ən vəfalı yarından. Kecmişlərdə sənə bənzər bir məst kişi yaşardı, Ki, məstliyin coxluğundan məstliyini danardı. -Hekayət** Bir kişinin dərd əlindən əhvalı cox caşbaşdı, Bazarda o gəzə-gəzə bir əttara yanaşdı. Dedi: Mənə bir həb ver ki, nəşə versin adama, Pul verərək uddu həbi, gedib girdi hamama. Xəlvət yerə girib palcıq surtən zaman ozunə, Həbin guclu təsirilə baxdı bir an uzunə. Dedi: Axı, dəyişmədi əhvalımı mənim həb? Harda qaldı bəs şadlığım, yoxdur nəşəm, nə əcəb?! Verdiyim pul getdi bada, hasilim bəs nə oldu? Konlum kədər, qəm əlindən daha betər pozuldu. Belə halla cıxıb getdi o həmamdan bazara, Utanmadan min qəzəblə yaxınlaşdı əttara. Dedi: Alcaq! Bəs həbinin hanı mənə təsiri? Hec bir nəşə verməyibdir, ozundədir təqsiri! Duz bir saat soydu, onu, ustunə də atdı şər, Nəşə ondan gedən kimi tutdu ozundən xəbər, Elədiyi qəbahətdən cəkdi sonsuz xəcalət, Ah cəkdirdi, onu yaman peşman etdi bu halət. Dedi: Aman, gor nə bəla gətirdim oz başıma, Hansı uzlə nəzər salım indi oz tay-tuşuma? Dostum əgər təkəbburdən sən keyfi saz olmusan, Bu dunyanın eşqi ilə bir ədabaz olmusan. Olma pisi yaxşıların cərgəsinə qoyan sən, Sərxoş ikən gəl ozunu ayıq sanma, oyan sən! -Lətifə** Bir alimdən kecənlərdə sual etdi bir nadan: — Hec divana bilərmi ki, məhrumdur o ağıldan? Bilərmi ki, o dəlidir, şuura da biganə? Cavab verdi: Bilsə bunu, demək deyil divanə. * * * Can yaxan eşqin işığından bir şüa Salam, sizə ey sevdanı bilən əhli-mərifət, Səlamətlik guşəsinə cəksin sizi məhəbbət. Məhəbbətsiz bu dunyada nəşə yoxdur, bu şəksiz, Eşqi isə duymaq olmaz, saf duyğulu urəksiz. Urəklərin rahatlığı eşq ilədir hər zaman, Hər kəs olmuş oz eşqilə bu dunyada kamran. Bu dunyada yoxdur ancaq məhəbbətin ədəmi, Başdan-başa o qəm, kədər olsa belə, nə qəmi?! Onun qəmi elə qəm ki, cox ustundur şadlıqdan, Onun bəndi icindəsə azad olar hər insan. Dərd icində əgər nalan qoysa belə o canı, Unudarsan həmişəlik sən hər iki dunyanı. Qəlbim sonsuz həyatı bu dərdə qurban edərdi, Urək cəksin qoy dərmandan yaxşı olan bu dərdi. Bu xərabə yerə duşub can cəkişən hər insan, Oz kədərli urəyini istər edə şadman. Lakin yoxdur bir nəfər də bu dunyada bəxtiyar, Şadlıq, şohrət, xoşbəxtliyin ancaq quru adı var. Hərənin bir dərdi, vardır, deyin kimdə qəm yoxdur? Bir fərq ilə: birində cox, o birində lap coxdur. Başdan-başa bu dunyanın işləri qəm, kədərdir. Lakin insan bu işlərdən qafildir, bixəbərdir. Bu dunyada bir iş yoxdur, olsun tamam zərərsiz, Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz, Hər bir işin mənasını axtarırlar səbəbdə, Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də, Cəhd eyləyir, hər kəs tapsın bir az şadlıq dəmini, Şadlıq tapmaz, o daha da artırar oz qəmini. Bu dunyada qəm, mohnətdən başqa yoxdur səadət, Eşq olsun o aşiqə ki, ona gulur məhəbbət. Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan, Ancaq bir şey xilas edər urəkləri hər zaman. Olmasın qoy can evində yar qəmindən başqa qəm, Dərd bir olsa tez tapar o oz dərdinə bir məlhəm. Sənin dərdin o vaxt catar istədiyin dərmana, Ki, qovuşsun konul yara, can vəfalı canana. Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq, Onun qəmi, kədəri də olar xoşluq və şadlıq. Həqiqətdən bəhs edərkən yada duşdu bir məcaz, Bir cavandan deyim sizə ki, olmuşdu eşqbaz. -Hekayət** Misirdə bir gozəl vardı yanaqları al-əlvan, Olkədə o əzizlərdən sayılırdı hər zaman. Camalı nur ciləyirdi cıraq kimi hər yana, Onun xalı atəşinə yanmışdı cox pərvana. Yanağının kitabında yazılmış sətr arası, Şərh olunur ona baxan zamanda ≪nur≫ ayəsi. Dodağıyla can bəxş edər gozlərilə ovlardı, Surətində yaradanın sənəti canlanardı. Kakilində gorunərdi umid, qorxu əsəri, Ayı iki parcalardı qaşlarının xəncəri. Qara zulfu kəmənd kimi halqa-halqa buranda, Vurğun qəlbi tora salıb ovlayardı bir anda. Gulşənində yanaq kimi bəsləyirdi bircə gul, Ona nəğmə oxuyardı yuz şur ilə min bulbul, Ona aşiq olanlardan birisi də əttardı, Hər xəstəyə dərman verib ozu xəstə yatardı. Oz yanında xoş ətirli dərmanları var ikən, Yar zulfunun qoxusunu axtarardı subh erkən. Bu dərd ilə zaman otdu, aylardan il duzəldi, Gunlər kecdi, bahar otdu, xəzan kecdi, qış gəldi. Bir goruşə mohtac idi o binəva, muxtəsər Bu goruş də o yazığa olmayırdı muyəssər. Bir gun o ay aşiqlərin naləsindən incəldi, Aşiq qanı tokduyundən canına bir dərd gəldi. Ya da nəzər oxu ilə vurduğuycun yaralar, Bir bədnəzər zərbəsi də ona axır etdi kar. Təbib onun mərəzini yoxlayarkən nəhayət, Dərman ucun yazdı ona meyvələrdən bir şərbət. Təsadufən bu şərbəti hazırlamaq zamanı, O əttarı gətirtdilər duzəltsin bu dərmanı. Əttar yarı gorən kimi zəfərantək saraldı, Cırpınaraq qəlbi birdən onu sonsuz dərd aldı. Ciyərinin qanı ilə cuşa gəldi həvəsi Gozlərini qapayırdı yarın odlu nəfəsi. Sinəsində tufan vardı sanki coşğun dənizdi, Dodaqları bağlı idi, heyrətindən səssizdi. Huş gedərsə, dodaq səssiz, hərəkətsiz dayanar, Gul onundə bulbul qəlbi cırpınaraq odlanar. Bəli, əsil aşiq odur oz yarını gorəndə, Varlığını unudaraq dili duşsun kəməndə, Gozlərini acsın ancaq yar uzunə hər zaman, Ancaq yarın sohbətini eşitsin o anbaan. Camalının xəyalilə o qəlbini xoş tutsun, Canı oda duşsə belə varlığını unutsun. Varlığından olub duşsə caşqınlığa, heyrətə Od icində sızlamağı sığışdırmaz qeyrətə. Nə isə, o hazırladı meyvələrdən bir şərbət, Atəş ustə qoyan zaman artdı onda hərarət. Eşqin əcib təsirindən olmuşdu cox pərişan, Sərxoş idi məhəbbətin şərbətindən bu zaman. Bulayaraq qarışdırdı barmağıyla şərbəti, Bu şərbətdə yandı əli hiss etmədi o qəti. Dilbər onun halın gorub qandı o da aşiqdir, Oz eşqində fədakardır, məhəbbətə sadiqdir. Min konuldən aşiq oldu ona məşuq olan yar, İstədi ki, daim olsun ona yaxın həvadar. Aşiq əgər oz eşqində gostərərsə sədaqət, Məşuq ona aşiq olar, budur əsil həqiqət. Eşqin cətin imtəhanı titrətsə də əsəbi, Bil məcazi məhəbbətin budur axır tələbi. Sədaqətli aşiqlərin budur halı, bil bunu, Burda Leyli daha artıq tələb edir Məcnunu. Yarla aşiq, vəsl ilə hicr, gəldi muvafiq ədəd, Sal yadına ki, nə dedi ≪Qul huvəllahu əhəd≫. Muddəanı subut ucun eldə gozəl misal var, Artıq sozlər kufrə donər, burda sozu gəl qurtar! Sən ozunu tanımadan, necə mumkun bu əməl, Bu hikmətin əsrarını anlayasan mukəmməl?! Oz halını o uşaqla tutuşdurub sal yada, O, gunəşi gorməmişdən inanmazdı dunyada. -Hekayət** Qaranlıq bir ev icində doğulmuşdu bir uşaq, Evlərində bir ustaddan elm oyrəndi o ancaq, Tanımadı şamdan başqa işıq verən atəşi, Bir an belə gormədi o gozlərilə gunəşi. Muəllimi hər nə qədər soylədisə aşikar, Ki, dunyada hər bir şeydən işıqlı bir gunəş var. Uşaq ona inanmayıb hey deyirdi ustada, Ki, bu şamdan işıqlı şey ola bilməz dunyada. Bir gun səhər colə cıxdı, uşaq heyran dayandı, O gunəşi gorən zaman bu sozlərə inandı. Bədənin bir evə bənzər, canın ona bir əşdir, Ağlın nurlu şama bənzər, eşq isə bir gunəşdir. Sən bilmirsən əbədiyyət mehri nədir, ey nadan, Ağılcatmaz hər bir şeyi mahal sanma hər zaman. Bu sozlərin yeri deyil, yersiz sozdən cəkin, qac, Məhəbbətdən bir soz soylə, aşiqlikdən sohbət ac! * * * Düzlər məsləkini izləyənlər dastanının davamı Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir, Eşq əhlinin kami-dili bu mənzildən hasildir. Birdən artıq coxluğa uz qoyan dəmdə bu vəhdət, Gorunuşlə xasiyyətdə yarandı bir ziddiyyət. Vəhdət durur oz başına, hec asılı olmadan, Gorunuşdə, xasiyyətdə həm əyandır, həm nihan. Kainatın oz sirri var baxma ona havayı, Hər şey doğub məhv olmada bircə ondan savayı. Coxluq təzad yaradırsa əsrarəngiz vəhdətə, Aşiq-məşuq ad verildi bu əzəli hikmətə. Hər bir işdə nazu niyaz tələb edir bu dovran, Bu cur ancaq işlərdəki noqsan qalxar aradan. İstəyirsən gizli sirlər sənə olsun aşikar, Qurandakı ≪Allahu nur≫ ayəsini et təkrar. * * * Muştuluq xəbəri Bu rəmz ilə xitab etdi Xəlilullah insana, Ona şahid ayla, gunəş, odur allah insana. Yemək, sevgi arzusuyla yaşamaqda bu bəşər, Ulduz kimi bu arzular başı ustə cilvəgər. Şərafətə minər insan artarsa onda şuur, İnsan idrak sayəsində gunəş kimi sacar nur. Bir baş daha yuksələrsə donub olar bir mələk, Gunəş kimi ondan işıq alar sonsuz bu fələk. Məhəbbətlə gunəş dildə bir adlanır mehr, mehr. Əbədidir gunəş kimi məhəbbət də, deyil sehr. Məhəbbətdə dərk eyləyər insan ozu-ozunu, Sevgi, sevda, məhəbbətlə başlayar hər sozunu. Qurana bax, genişsə də mənaları, məzmunu, ≪Bey≫lə ≪sin≫lə başlanaraq bitir, yaxşı bil bunu! Məqsəd belə aydın ikən bu təkrarə nə hacət? Duz demişlər, ariflərə bir işarə kifayət. * * * Eşqdə təmizlik haqqında Məhəbbətdə sanma kufrə, nə də dinə uyan var, Rindlik, məstlik olan yerdə ayinlərə kim uyar? Fisqilə zohd insanlara qurulmuş bir duzaqdır, Huşyar olan şubhəsiz ki, bu kələkdən uzaqdır. Səfsətədir hər muddəa, fikirləri muəmma, Məsələlər məlum olmur, hər şeydə var bir əmma. Aşiqlərdə təqlidə hec olmaz zərrə etimad, Ancaq vardır hər bir işdə oz gucunə etiqad. Boş laqqırtı nəyə lazım, xoş gəlsə də hər avaz, Goz gorduyun qəbul edər, quru sozə inanmaz. Eşq hədisi başqa şeydir, diqqətlə bax ona sən, İbrət alaq indi biz də bu hikmətli hədisdən. Sozə yeni məna, yeni şəkil versin fikrimiz. ≪İstincanı≫, ≪İstibranı≫ başqa cur şərh edək biz. Bunlar nədir ki, bunlarsız taət haram sayılır, Onlar olsa insan qəflət yuxusundan ayılır, Burada gəl bu sozlərin izahını eşit bir, Fazillərin muəllimi Şeyx Bəhai demişdir: Yaramazlar! Bu əməldən, hərəkətdən utanın, Ki, istinca daşlarını gizlərsiniz şeytanın. İstincadan qərəz budur--urək təmiz olmalı, Alcaq tiynət məhv edilib paklıq əziz olmalı. İstibrasa o deməkdir, gizli saxla hər sozu, Sirr deyilən xəzinəyə sahib olsun qəlb ozu. Şərab icsən, şərabla da apararsan xumarı, Su olmasa bəs təmizlik nə cur olar, bil barı! Əbədiyyət badəsilə sərxoş olan bir adam, ≪Vəlləzinə amənu≫dən alar quvvət və ilham. Bu soz ilə təmizlənsə hər urəyin qubarı, Camalında şəfəq salar konullərin ilqarı, Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil, İbadətin mənasızdır, qəbul olmaz duan, bil! Bu hərəkət cox bənzəyər dərgahında usyana, Zahirdə həqq, batindəsə bağlanmısan şeytana. Bu riyakar itaətdən susmaq daha yaxşıdır, Asi olmaq muşriklikdən hər mənada yaxşıdır. Pis sifətdən cəkin, həqqə istinad et ey insan! Bir an belə uz dondərmə ≪gəl-gəl≫ deyən allahdan. Alnı acıq hər işini eşqə bağla həmişə, Qoy eşq olsun dil əzbərin, sənə yuksək bir peşə. Məhəbbətdən başqa yoxdur sənə duz yol gostərən, Odur xeyir işə cəkən, sənə curət, guc verən. Ey qəfəsdə cırpınan quş, tənbəllikdən iş aşmaz, Sən qartalsan, milcək işi qudrətinə yaraşmaz. Oz nəfsinin məhbəsindən qurtar, azad qanad cal, ≪Leysə lil-insanə illa ma səa≫dən ibrət al! Əqlin varsa puc eyləmə omrunu, qıl ehtiyat, Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat. Bir duşunsən əbədiyyət dovlətinə sahibsən, Muvəqqəti ləzzət ucun vermə onu əlindən! Asiliklə əziz omru goydən yerə salmasan, Qocalmısan, uşaq kimi cirk icində qalmısan. Urəyini azadlıqdan ozun saldın zindana, Yaradılış mənasından xəbərsizsən, qansana! Həq yaratdı ozu kimi səni, verdi min ziynət, Bu qamətlə dedi bizə etməlisən itaət. Onda olan əlaməti, o cəlalı istəsən, Sidq urəklə, doğru dillə zulcəlalı istə sən! Xəlvətdən bir mənzil verdi sənə mohkəm, mukəmməl, Sonra dedi oz əqlinlə bizə tərəf qayıt, gəl! Lakin indi bunları sən unutmusan, ey insan, Heyif olsun sənə heyif, yazıq sənə, bir utan! Bəzən guya meyl edirsən ibadətə, xaliqə, Pərdə olur oz varlığın itaətə, xaliqə. Cəhənnəmin qorxusu, ya behişt ucun ibadət, Etməz haqqın dərgahında sadiqliyə dəlalət. Cunki bu nəfs istəyidir, xudpərəstlik deməkdir, İtaətin əvəzinə, qurulmuş bir kələkdir. Bəhaidən yenə duşdu yadıma bir rəvayət, Bu yerdə cox munasibdir, qoy eyləyim hekayət. O demişdir: İtaətdən əvəz almaq istəsən, Bu korluqdur, muzdurluqdur, əl cək belə adətdən. Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman, Cənnət şovqi, ya cəhənnəm xovfi bilməz o bir an. Kimdə olsa yar sovdası de nə qəmi var onun? Oz behişti, oz dəhşətli cəhənnəmi var onun. Kafirlərin kufru, həm də dini hər bir dindarın Urəyində bir zərrəcik dərdə bənzər əttarın. Hər şəxsin ki, olsa bu cur yuksək ali humməti, ≪Əssabiqun≫ ayəsindən alar gucu, qudrəti. Candan kecib catar o dəm cananının vəslinə, Əzəliyyət aləmilə qovuşar, bil, o yenə. * * * Məhəbbət və vəfa şərtlərinin şərhi Ey muxatəb, eşqə meyl et, dərdlərinə ver dərman, Allah eşqin bəlasilə edir bizi imtəhan. Eşq aləmdir, işgəncədir, nəhayətsiz macəra, Aşiq gərək əzablara dozməyi də bacara. Alşərab ki, bu ləzzəti bizə bir az tanıdır, Aşiqlərin goz yaşıdır, ya da urək qanıdır. Yaranmışdır qan dənizi icində bir inci tək, Ya kənarı tikən dolu incə, lətif bir cicək. Qızılgulu dərə bilməz tikanından cəkinən, İncini kim əldə edər dənizlərə girmədən? Canan qəmi can mulkunu dağıdan bir afətdir, Lakin əsil mənada o sənə candır, nemətdir. Bu səhrada can nə imiş, onun qədri nə imiş, Candan kecmək olmalıdır hər aşiqə əvvəl iş. Olməkdən cox nəfs oldurmək cətindir bu dunyada, Bənzəyərlər biri boyuk, biri kicik cihada. Bu hikmətə subut ucun lazım gəlsə hekayət, Qoy soyləyim ≪Məsnəvi≫dən bir munasib rəvayət. ≪Olum adı gələn kimi hər kəs gələr vəhşətə, Bu qovm isə rişxənd edər belə yersiz dəhşətə. Dərdə duşub cəkən zaman intəhasız iztirab, ≪Olum≫ sənə meydan oxur, olar sonda kamiyab. Bu dunyaya bağlılıqsa əgər səndə ixtisas, Sanma qəmdən olacaqsan olum ilə sən xilas. Torpaq səni udanadək ozun donub torpaq ol, Ya torpaqdan təmizlənib, cirkinlikdən uzaq ol! Sozsuz, səssiz bu mənanın əsrarını gəl oyrən, Sən olməkdən əvvəl yaşa, bir an qorxma olumdən. Hər kim belə sifətlərə malik olsa dunyada, ≪Olum≫, ≪həyat≫ qəmlərindən azad olar daima. -Təmsil** Hər kəsin ki, mədəsinə doldu min cur zir-zibil, Ya qəlbini əsir etdi min cur kədər, qussə, bil! Gozu acıq olsa belə batar dərin yuxuya, Aram olmaz, qan-yaş tokər, duşər sanki quyuya. Gozlərinə zulmət cokər, min bir xəyal gorunər, Yuxuları xoflu olar, min dəhşətə burunər. Əgər dərdsiz, qəm-qussəsiz uyuyarsa bir insan, Ayıqlıqdan daha da şən yuxu gorər hər zaman. İndi sən də qiyas elə sec ozunə doğru yol, Nəfsin, həm də bu aləmin məhbəsindən xilas ol! Bu əzabdan oz ≪olumun≫ etsin səni qoy azad, Gəlişilə qoy eyləsin bircə dəfə səni şad. Qoy aparsın səni ruhlar aləminə durmadan, Oradaca bilərsən ki, bu dunyadır bir zindan. İstəyirsən biləsən ki, duzgunmudur bu xəbər, ≪Son əvvəldən xeyirlidir≫ ayəsinə sal nəzər. * * * Məslək yolçularına şadlıq xəbəri Sakit durma, ey sərgəştə konul işə başla sən, Dunya və din matəmini saxla belə vaxt ikən. Sərxoş ikən huşyarlıqdan dəm vurursan nə ucun, Butpərəstkən dindarlıqdan dəm vurursan, nə ucun? Pay umursan qapısından məhrəm bilib hər kəsi, Quzğunlardan istəyirsən sən bir huma kolgəsi. Zənn edirsən ki, filankəs səni dilşad edəcək, Ya da qəmdən, işgəncədən səni azad edəcək. Bilmirsən ki, onun dərdi səndən də laəlacdır, Bu dəbdəbə, şohrətilə o, səndən də mohtacdır. Oz başının hayındadır, gucsuz qalmış cahanda, Başqasına nə cur komək gostərəcək bu anda. Get Qurandan oxu yenə sidqi-dillə bir ayə, Bəlkə ≪malik≫ ayəsindən duşə sənə bir sayə. Odur hakim nə istəsə edər, hokmu rəvandır, Padşahı gəda etmək onun ucun asandır. -Təmsil** Sən olsan da aciz, kuskun, zəif, gucsuz, xaksar, Vucudunda lakin vardır: iradə hər ixtiyar. Xaliq sənə bəxş etmişsə gorən goz və əl-ayaq, Bu nemətdən istifadə etməlisən bir sayaq. Acizliyə biganədir, o qudrətli, qadir şah, De ki, xalqa sən ozunsən arxa, pənah, umidgah. Oz mulkundən o hər kimə yer verərsə hormətlə, Onun başı səmalara yuksələcək şohrətlə. Sonsuz qudrət sahibidir, əlcatmazdır bu cəlal, Lutfu hədsiz, mərhəməti sonsuz, hokmu bizəval. Kam istəyən bəndəsinə deyər: İstə, verim mən, Butun dunya pay almada onun nemət bəhrindən. Hər kəs doğru bir urəklə dua etsə basəvab, Huzurunda şubhəsiz ki, dərhal olar mustəcab. Bu sozləri yazan zaman xəyal catdı dadıma, İt haqqında bir əhvalat gəlib duşdu yadıma. -Hekayət** Ev sahibi oz itini dam ustundə bağlardı, Onu daim bağlı qapı arxasında saxlardı. Bir həftə ac, susuz qaldı orda yazıq it nacar, Gunduz fəqan qoparardı, gecələri ahu zar. Gunlər kecdi, qalmadı hec onda, quvvət, guc daha, İtə olan bu zulmlər xoş gəlmədi allaha. İtə başqa carə yoxdu qapı bağlı, ev zindan, Rəhm eylədi ona bağlı qapıları acdıran. Qəzadan bir alov duşdu ev alışdı subh erkən, Qapı yandı, it də xilas oldu olum cəngindən. Əfsus olsun elə nəfsə, o alcaqdır itdən də, Guzəranı pərişandır duşub mohkəm kəməndə. Nə naləsi əsərlidir, nə duası mustəcab, Əməlləri tərsinədir, gunahları bihesab. Dərgahından alar bir pay hər hunərli, hunərsiz, Ozlərisə qalar daim macəradan xəbərsiz. Haqqın boyuk kərəmindən məhrum qalmaq yararmı? Kərimlərin paxıllarla nisbətləri de varmı? Qudsi, mutləq sənə addan, şan-şohrətdən fayda yox. Tale kuskun, bəxtin zəbun, səadət yox, nalə cox Bir cazibə istə qudsi aləmdən ey Qudsi zar, Ta istəyin təxəllusə uyğun gəlsin aşikar. İndi belə olsan əgər sən nəfsinə qul, yenə, Yəqin bil ki, dərman olmaz urəyinin dərdinə. * * * Alçaq nəfsdən şikayət Alcaq nəfsin dad əlindən verir mənə min əzab, Odur verən urəyimə sonsuz kədər iztirab. Cananımın dərgahından uzaq salır o məni, Onun zalım əllərilə alışır can xərməni. * * * Fikri sübut Bir motəbər kitabda mən gordum belə bir xəbər İt ayağı dəyən yerə qədəm basmaz mələklər. Necin bəs it Əshabi-Kəhf ilə kaha girərək, Dorduncu ya səkkizinci hesab oldu o kopək. Necun gəlib tapmadılar mələklər o kahanı? Bu hədisin dəlilləri, həqiqəti bəs hanı?! İt bəlkə də alcaq nəfsi timsalıdır insanın, Bəlkə ən şum, ən murdar bir xilqətidir cahanın, Həq nurunu ortur, qəlbi boğur zulmat icində, Kim gecələr gunəş gormuş bu kainat icində?! Binəvadır o adam ki, sevgilisi boylədir: Vəfasızdır, can alandır, işi riya, hiylədir. Bu zalım yar salır har an məni dərdə, mohnətə, Min gunaha ducar edir, salır boyuk zillətə. Nə etməli, carəsizəm dərdlər isə aşikar, Gozum varsa baxmaq ucun, yoxdur əldə ixtiyar. Gah kor edir, ağlın gozu tapmaz olur işıq, nur, Gah beynimi məğrurluğun kuləyilə sovurur. Mən filanam, filankəsdən necin qalım bəs dala? Ya filankəs necin belə catmış cahu cəlala!? Ağıl məndə, ozumdədir dunya malı, dovlət də, Kimdən əskik yaranmışam istedadda, curətdə?! Belə boş-boş xulyaların əsiri hər əqli kəm, Gecə-gunduz xiffət edib kədərlənir, cəkir qəm. Lakin edir ozu kimi yuzlərinə koləlik, Bu olumə həyat deyir olməsə də hələlik. Omur kecir cox mənasız boş-boş xəyal icində, Aciz ikən uz gostərir saxta cəlal icində. Edir cılğın ehtiraslar konlumuzu tarimar, Gun kecdikcə rəzalətə surukləyib edir xar. Malu dovlət, ya da şohrət arxasınca hər zaman, Həftə-həftə, ay-ay, il-il dolanırıq sərgərdan. Tamahkarlıq varlılara əl acdırır bax sənə, Eşidirsən hər alcaqdan min sərzəniş, min tənə, Arzu, tamah tukənməyir, bitmir tələb, iztirab, Bu minnət, bu tənələrlə olmayırsan kamiyab. Hirsə əsir o yolcuya bənzəyir bu, eşit, qan! Əl acaraq utanmadı el-obadan, allahdan. -Hekayət** Bir kişinin vəziyyəti pisləşəndə bir qədər, İstədi ki, işlərini sahmanlasın birtəhər. Pul goturub colə cıxdı ki, korlara paylasın, İstədi ki, ehsan ucun o korları haylasın. Bir gozlu də qaca-qaca gəlib ona acdı əl, Yalvararaq pul istədi dedi: ≪Məni qovma gəl!≫ Kişi dedi: ≪Mən korlara pul verirəm, cəkil get, Sən gozlusən, hec olmasa oz boyundan həya et! Gozlulərə pul paylamaq adət deyil hec zaman, Rədd ol sənə bir pay duşməz mənim ehsan pulumdan≫. Yoldan otub kecirdi bir dunya gormuş əhli-dil, Bu sozləri eşidincə durub guldu dedi: ≪Bil. Lap madərzad korlardan da daha kordur bu adam, Ondan necin sən umursan heysiyyətə ehtiram?! Əgər o kor olmasaydı yolculuğa getməzdi, Səndən kərəm gozləyərək, allahı tərk etməzdi. Bu da kordur ki, pay umur ozu kimi bəndədən, Bu gozlunu o korlardan ayırırsan nahaq sən≫. * * * Şikayətin sonu Zalım kəfsin min başı var, min rəngi var dunyada, Hər an başqa cilvə ilə uz gostərir bir əda. O hər kəsdə bir ayrı cur zuhur edir hər zaman, O gah qızğın atəş olur alovlanır onda can. Bu fikrimi subut ucun, bax ≪kitabi-Məsnəvi≫, Əsərində nə kəşf etmiş alicənab Moləvi. Həris nəfsin yuz başı var, hər başında bir əməl, Əl catmayan asimandan yer altına atmış əl. Birisinin uşaq dərdi, dovlət dərdi, mal dərdi, Gor ≪innəma əmvaləkum≫ necə duzgun xəbərdi. Biri kefə duşgun olub arxalandı zoruna, O birisi əsir duşdu cirkin şəhvət toruna. Bir başqası şirin nemət həvəsilə yaşadı, Birisi də əlvan xələt həvəsilə yaşadı. Bir digəri cahu cəlal axtardı hey durmadan, Birisi də kolgəsindən qorxub oldu hərasan. O birisi ləzzət aldı nokərcilik etməkdən, Başqası da ad qazandı elm ardınca getməkdən. Bir başqası hiylə qurub, gəldi xalqa min kələk, Zohdu təqva toru qurdu hər an misli-horumcək. Hər birisi məqsədinə catmaq ucun calışır, Oz omrunu puc eləyir, boş işlərə alışır. Boşa cıxır əməlləri, kəsilirsə əlacı, Bar vermirsə arzusunun, istəyinin, ağacı, Hiylə qurub bidad edər istər qanlı intiqam, Qərəz ilə, qəzəb ilə tutmaq istər bir məqam. Hər cur rəzil vasitəyə əl ataraq o qəddar Hər vəchlə zalım nəfsə cıxmaq istər tərəfdar. Bilməz sonra nə zərbələr dəyəcəkdir nəfsinə, Bəlkə birdən işlər tamam cevriləcək əksinə. Zulmu həsəd hiylə ilə bu dunyada iş aşmaz, Hər bir işin bir ziddi var, qafil olmaq yaraşmaz. Bu barədə xatirimə duşdu gozəl hekayət, Hər əməlin mukafatı veriləcək nəhayət. -Hekayət** Hindistanda bir şah vardı ədalətli, bəxtiyar, Dunyaları fəth edərdi bu qudrətli hokmdar. Sonsuz idi, qəzəbi tək, onun lutfu, şəfqəti, Hər tərəfə yayılmışdı adı, şanı, şohrəti. O şah əgər etiqadca atəşpərəst olsa da, Xudpərəstlik badəsilə məst deyildi dunyada... Xudpərəstlik--dinsizlikdir, bu bir aydın həqiqət Cəmiyyətə ondan yetir yuz bəla, yuz fəlakət. Cox yazıqdır oz nəfsinə əsir olan dunyada, Axır onun gedəcəkdir omru, həyatı bada. Catmaq ucun arzusuna, nəfsə uyan hər insan, Oz işini salar daha cətinliyə anbaan. O yazığın işi daim olar həsəd, sitəm, kin, Bu dunyada halı budur nəfs ardınca duşənin. Layiq deyil belə alcaq sifət, məncə hec kəsə Xususilə unvanına şah deyilən bir şəxsə. Şahın hokmu olmalıdır xalq rəyinə muvafiq, Elə bir iş tutmalı ki, xalqa olsun o layiq. Hər zalim şah olkəsində zulmə edərsə adət, Hec bir zaman xalq icində hokm surməz ədalət. Şah bir etsə zulmu, onun xadimləri yuz edər, Olkənin hər iqtidarı , rovnəci əldən gedər. Bu, halları gorən zaman soyləmişlər atalar: Olkədə şah zalim olsa, xadimləri can alar. Viran edər oz yurdunu zulm eyləyən padşah, Həqiqəti yox eyləyər dini, imanı təbah. Şah kafər də olub əgər iş gorsə ədalətlə, Olkəsini abad edər yad olunar rəhmətlə... Xulasə, o padşahın var idi bir vəziri, Ki, olkəni duzəldərdi onun hər bir tədbiri. Hər kəs əgər dondərsəydi xaqandan uz arabir, İşi islah etmək ucun calışardı o vəzir. Qəzəblənib əgər xaqan versəydi yersiz fərman, Onu yanlış fərmanından dondərərdi hər zaman. Vəzirdən cox razı idi xaqan da, rəiyyət də, Onun fikri əsas idi hər işdə, hər sohbətdə. Onda xalqın xeyri ucun boyuk bir hummət vardı, Şaha sadiq idisə də, xalqa da havadardı. Bir gun şahda hiss edildi bir zəiflik əsəri, Fələk onun boğazına tokdu olum zəhəri. Bu durumsuz dunyada bir boşluq oldu qisməti, Bu qanundur, gərək hamı icə olum şərbəti. Səltənətə varis onun təkcə bir oğlu vardı Onun da ki, nə qanacaq, nə də bir ağlı vardı. Cıxıb şahlıq taxtına o fərəhləndi oldu şən, Lakin sonra zəifliyə uz qoydu şahlıq, vətən. Vaxt getdikcə hər tərəfdən duşmənlər qaldırdı baş, Dostlar isə xidmətindən cəkildi yavaş-yavaş. Biri ona zulm oyrətdi, biri hiylə, biri fən, Olkə icrə nizamsızlıq coxaldı gunu-gundən. Biri xoşa gəlmək ucun yaltaqlandı gulərək, Biri qurub kef məclisi işlətdi minbir kələk. Biri dedi:--Sənin kimi ləyaqətli sərdara, Sənin kimi hokmdara, şucaətli sərdara. Layiq deyil omr eyləyə min bir qovğa icində, Gərəkdir şah daim ola kefdə, sovda icində. Filankəsin bir qızı var,--dedilər,--mələk xislət, Gunəş cəkər cəmalının qarşısında xəcalət. Bir yol ilə bu saraya duşməlidir o dilbər, Sənə layiq yaranmışdır ancaq o nadir govhər. Bir başqası deyirdi ki, şərab nəşədir cana, İcib məst ol kef icində sarıl bir şux canana. Biri dedi: Bir cavan var, calan zaman o rudu, Gozəl, şaqraq nəğməsilə heyran edər Davudu. Məlahətli səsi verər ruha misilsiz ləzzət, Hokmdarın cəlalından cox ustundur bu nemət. Pustə ağzı, saz səsilə oxuyanda nəğmələr, Bu nəğmənin hər cəhcəhi butun dunyaya dəyər. Xulasə, şah elə daldı sonsuz eyşə, işrətə, Ki, unutdu şahlığını, laqeyd oldu dovlətə. Hokmdarlıq qudrətini verdi yelə, tufana, İşə duşdu saqi, şərab, saray oldu meyxana. Əvvəllər o məhrumdusa duşuncədən, ağıldan, İndi daha dəlidən də dəli oldu o nadan... O ağıllı vəzir isə olmayıb bir an rahət, Bu sayqısız padşaha hey verirdi nəsihət. Nə etməli, cahillərə nəsihət etməz əsər, Qəlbirdə su qalmaz onu doldursan da nə qədər. Şah işini, qanmırdısa, vəzir yaxşı qanırdı, Şahın axmaq işlərinin odunda o, yanırdı. Calışırdı ifşa etsin hər hiyləni qərəzi, Təbib kimi o sağaltmaq istərdi hər mərəzi. Xəbərsizdi lakin ona qurulan kələklərdən, Bilməzdi ki, onu necə məhvə calışır duşmən. * * * Vəziri məhv etmək üçün fitnəkarların tədbiri Bir gun bədxah, paxıl, nacins və hiyləgər adamlar, Vəziri məhv etmək ucun birləşərək nə ki var, Bir cox hiylə duşundulər, uydurdular min yalan, Qaldırmaqcın maneəni tezlik ilə aradan, Hər birisi bir yol tapdı, bir soz dedi hər biri, Axtardılar ki, nə yolla məhv etsinlər vəziri, Axır biri dilə gəlib, dedi:--≪tapdım yolunu, Ancaq belə usul ilə məhv edərik biz onu Lazımdır ki, kahinləri əvvəl ələ gətirək, Sonra bizlə əlbir olub etsinlər işə komək. Cunki xalqın kahinlərə sonsuz ehtiramı var, Dində, dovlət işlərində onlardadır ixtiyar. Əgər kahin tədbir tokub nə desə yaxşı, yaman, Hamı onun sozlərinə inanacaq durmadan. Sarsaq şah da kahinlərə inanacaq şubhəsiz, Vəziri dəf edib sonra hokmran olarıq biz≫. Bu fikri cox bəyəndilər, oldular yaxın sirdaş, Kahinlərə dil tokdulər, verdilər qızıl, daş-qaş Kahinləri ələ alıb bir cəbhədə durdular, Bu işə bir carə ucun incə kələk qurdular. Savadsızın hiyləsi də verməz boyuk xəsarət, Kahin əgər hiylə etsə baş verər min fəlakət. Bu hikməti yaxşı oyrən, bunda dərin məna var, Bu barədə bir cox sozlər soyləmişdir atalar. Demişlər ki, dərs oyrənmək pis adamdan dunyada, Elə bil ki, kəsərli bir qılınc verdin cəllada. Bir gun şahın huzurunda əyanlar səf cəkərkən, Sərkərdələr təkəbburlə, sırayla əyləşərkən, Şah məclisin baş yerində əyləşərkən taxtına, Yaltaqlar dil tokən zaman cavan şahın baxtına, Təzim edib irəliyə qədəm atdı bir qoca, O pirani alimsifət şeytan, əvvəl bolluca Şahı tərif eyləyərək dedi: ≪Omrun cox olsun, Baxtın, taxtın əzizlənsin, duşmənlərin yox olsun. Dunən gecə mən yuxuda gordum mərhum atanı, Gordum ki, nur burumuşdur nəhayətsiz dunyanı. Mərhum cənnət bağlarında gəzir duzu-duzunə, Coxlu nemət qapıları acılmışdır uzunə. Təbəssumlə dedi mənə:--≪Sabah qalxıb tezcə get! Bu tənhalıq dərdimi tez şah oğluma bəyan et! Soylə ki, bu cənnət icrə olsa da hər bir şey cəm, Catmır ancaq bircə yaxın həmsohbət, yaxın həmdəm. O dunyada vəzirimlə urəyim cox şad idi, Vəzirimlə mənim konlum qəmlərdən azad idi. Dost olmasa oxşayır bax zindanlara bu cənnət, Əgər oğlum istəyirsə mən daha olum rahət, Qoy yandırıb vəzirimi tez yanıma gondərsin, Bu cənnəti daha da şən bir aləmə dondərsin≫ . Onu təsdiq elədilər hiyləgər koramallar, Soylədilər hələ daha uyğun gələn misallar. Nadan şahsa inanaraq bu sarsaq sozə həmən, Dedi:--≪Gərək tez yetirəm yerinə bu əmri mən≫. Vəzir işi belə gorub itirmədi ozunu, Səbr edərək gizli qoydu qəlbindəki sozunu. Bildi ki, cox hiyləgərdir duşmənləri nəki var, Ancaq idrak və səbr onu bu bəladan qurtarar. Təzim edib sonra dedi:--≪Əzəmətli xaqanım, Mən də belə yuxu gordum, artdı zovqum, həycanım. Duşundum ki, desəm atan edir yanına dəvət, Qorxdum ki şah, deyər vəzir istəmir edə xidmət. Bundan qorxub susurdum, ah, bunu duyan hokmdar, Başqa dostun dili ilə etdi hokmun aşikar. Oz əmrini icra etdi bu kahinin dilindən, Bu yol ilə xilas etdi məni əzab əlindən. Məni ağır həyəcandan qurtardı boyuk xaqan, Belə fəxri bir dəvətdən şah xəbər tutan zaman, Gərək bir an yubanmadan icraya versin qərar. Mənsə belə bir dəvətcun eyləyirəm iftixar. Lakin uzun illər boyu qul olmuşam sizə mən, Şahım mənim yanmağıma indi qərar verirkən, Gərək məni yandırmasın nifrətlə, həqarətlə Yola salsın gərək məni nəvazişlə, hormətlə. Vida edib ayrılarkən sizin kimi ≪dostlardan≫, Gərək məni təntənəylə yola salsın hokmran. Şah səbr etsin gərək məni yandırmağa necə gun, Taki, meydan hazırlansın mərasimə bus-butun. Yanmaq ucun gətirilsin palıd, şumşad, naridan, Onun ustə qoy səpilsin muşk, ənbər, zəfəran. Boyuk meydan mərkəzində yandırılsın bədənim, Ta qalmasın bu dunyada kicik bir arzum mənim. Belə hormət və cəlalla yanmaq ah nə gozəldir! Belə yanmaq ozu boyuk bir arzu, bir əməldir. Oradakı əyanlar da etdilər bunu təhsin, Gurultuyla soylədilər vəzirə cox afərin. Sonra xaqan təyin etdi yandırılmaq gununu, Dedi, o gun elan olsun bir mərasim dugunu. * * * Vəzirin tədbir ilə təhlükədən xilas olması Vəzir evə donən kimi, bir guşədə tək qaldı, Bu bəladan cıxış yolu axtarıb fikrə daldı. Bir ləğm atan cağırtdırdı yanına həmən gecə, Ona butun macəranı nəql eylədi gizlicə. Gələcəyə vədə verdi, şirnikdirdi daş-qaşla, Dedi bir an vaxt itirmək olmaz işə tez başla! Bir lağım at həmən yerdən ortasına meydanın, Boş yerə hec kecməməli bu iş ucun bir anın. Usta himmət kəmərini bağlayaraq hunərlə, Lağım atdı o durmadan, surətlə, min zəfərlə. Cox cəkmədi istənilən hazır oldu tər-təmiz, Bir nəfər də bu tədbirdən tutmadı bir xəbər, iz. Vəzir ozu odun yığdı etibarlı adamla, O meydanın ortasında qalatdırdı nizamla. Məharətlə ortdu otla gizli yolu, bacanı, Xəbər verdi şaha artıq catdı yanmaq zamanı. Bu xəbərlə guruldadı bir anda boyuk şəhər, Dildən-dilə gəzib getdi bu macəra, bu xəbər. Kişi, qadın, uşaq, boyuk toplaşdılar durmadan, Baxmaq ucun coxlarına qalmadı hec bir imkan. Kucələrdə qalmadı yer izdihamın əlindən, Tərpənməyə imkan yoxdu xas, avamın əlindən. Bu dəm saray gozləyirdi həyəcanla vəziri, Ta gorsunlər necə vəzir yanacaq diri-diri. Səf cəkərək durmuşdular əyanlar, sərkərdələr, Surətlə gəldi vəzir qəlbi şad, uzu gulər. Boyuk inam və fərəhlə şaha təzim edərək, Ətrafını istehzalı baxışlarla suzərək, Dedi:--≪Şahım, qoy dovlətin artsın sənin dəma-dəm, Bəxtin sənə qoy ram olsun, qul olsun sənə aləm. Məni şahın qulluğuna aparırkən bu səfər, Soruşsa o əgər sənin əhvalından bir xəbər, Nə soyləyim? Şah dedi ki, məni əzir de hicran, Qoy ona bir məktub yazım ver oxusun şadiman. Sonra o bir məktub yazdı baxa-baxa camaat, Hər şeydən az xəbər verib tamam etdi. Nəhayət-- Təqdim edib dedi:--≪Apar, atamı sən salamla!≫ Qucaqlaşıb yola saldı vəziri ehtiramla. Vəzir girib odunların arasında oturdu, Bədxah olan fitnəkarlar tez oduna od vurdu. Atəşpərəst dini necə deyirdisə--etdilər. Vəzir ≪yanıb kul olan tək≫ donub evə getdilər. Lakin vəzir asimana qalxarkən alov, duman, Gizli yola girib dərhal evə getdi durmadan. Gunlər, aylar kecdi vəzir gizli qaldı nəzərdən, O, olkədən xəbərdardı, şah xəbərsiz xəbərdən. O, olkənin halını cox izləyirdi xəlvəti, Bir gun ucun muntəzirdi gozləyirdi fursəti. Gozləyirdi maraq ilə işin sonunu vəzir, İstəyirdi bilsin nə bar verəcəkdir bu tədbir. Muxtəsər ki, o həriflər bu kələkdən xoşdular, Rahat nəfəs alıb daha əl-qol acıb coşdular. Nə istədi hər kəs etdi, nə bir hesab nə kitab, Olkə xərab oldu, xalq da cəkdi boyuk iztirab. Hər tərəfdə zulm o qədər artdı xalqa anbaan, Cox cəkmədi ki, olkəni etdilər xalqa zindan. Dovlət işi elə bərbad hala duşdu, nəhayət, Hətta nadan şah da qandı ki, necədir vəziyyət. Lakin o, nə əlac etsin bu sağalmaz dərdinə, Bu dolaşıq işi necə nizama salsın yenə? İndi bildi ki, vəzirsiz etmir əmri bir təsir, Atılan ox geri donmur, getmiş əldən o vəzir. Cox təəssuf elədisə, oldusa cox peşiman, Peşmancılıq fayda verməz, qalmışdı işə heyran. * * * Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması Vəzir gordu olkə daha gunbəgun gedir əldən, Səltənətin bunovrəsi sarsılır hey təməldən. Xalq icində cox hormətli qoca bir kahin vardı, Hamı onu din adamı, muqəddəs tanıyırdı. Vəzir ona gondərərək gecə gizli bir xəbər, Cağırtdırıb qızıl verdi, etdi boyuk vədələr. Dedi:--≪Sabah şah yanına o tələsik gedərək, Əyanların yanındaca şaha təzim edərək, Desin:--≪Dunən gecə gordum yuxuda mərhum şahı, Xeyli qəmgin dərdli, məhzun goylərə cıxmış ahı≫ Dedi:--≪Nə səhv eylədim mən duşunub tək ozumu, Oz əlimlə başsız qoydum əziz iki gozumu. O vəzir ki, tədbiriylə yuksəlirdi məmləkət, O vəzir ki, hunəriylə qurulurdu səltənət; Belə mahir bir vəziri mən ayırdım oğlumdan, Zəiflədib dovlətimi olkəni etdim viran. İndi daha son qoymaqcın hər şərrə, xəyanətə, Vəzirimi gondərirəm oğluma himayətə. Get xəbər ver ta cıxsınlar pişvazına bu axşam, Təntənəylə qarşılayıb eyləsinlər ehtiram. Soylə haman yerdən vəzir yenə əyan olacaq, Gətirdiyi fərman ilə hər şey bəyan olacaq. Şah eşitcək cox şad oldu, səs yayıldı hər yana, Əyanlarla axşam cağı uz qoydu şah meydana. Gordu--vəzir yanan kulun icindən qalxdı nagah, Haman paltar, qiyafədə; heyran qaldı xalq və şah. Qollarını acıb vəzir cəld atıldı meydana, Təzim edib nəvazişlə gulumsədi xaqana. Yuz əfsanə uydurdu o atasından vuqarla, Əlavə bir fərman verdi opərək iftixarla. Şah da opub o fərmanı əvvəl surtdu uzunə, Məzmununu cox muvafiq gordu o gun ozunə, Oxudu ki, vəzirə cox hormət etsin həmişə, O, vəzirin sozlərilə əməl etsin hər işə. Yazmışdı ki, necə olsun olkə, saray, səltənət, Sonra necə qəzəbli soz yazmış idi. Nəhayət-- Demişdi ki, koməyinə gondərirəm vəziri, Cətin işdə əsas olsun sənə onun tədbiri. İndi gərək tək qalmayım deyə, bir necə nəfər, Saraydakı şənlik sevən, əyanlardan muxtəsər. Gondərərsən ta burada mən də qurum ziyafət. Qoy bir az da onlar burda mənimlə olsun xoşbəxt. Ta bu qəmli urəyimi onlar ilə edim şad. Daha aydın olsun deyə yazıram bax adbaad≫. Şah tələsik yığıb butun əyanları həvəslə. Atasının fərmanını oxudu uca səslə. Sonra da şah əməl edib aldığı bu fərmana, Gostərilən adamları toplatdırdı meydana. Onlar necə hıcqıraraq, etdilərsə nalələr, Bu nalələr şah qəlbinə eyləmədi bir əsər. Uzurləri boşa cıxdı, hiylələr dəydi daşa, Şahın mohkəm əmri ilə yandılar başdan-başa. O fitnəni torədənlər ozləri qurban getdi, Torətdiyi hiylə, fəsad ozlərini məhv etdi. Bəli, belə olmuş dunya--aşına nə tokərsən, Oz tokduyun cıxacaqdır qaşığına bil həmən. Belə demiş bu məsəli babalar duya-duya, Başqasına quyu qazan ozu duşər quyuya. O şeyi ki, sən ozunə rəva gormursən aman, Başqasına onu rəva gorməyəsən hec zaman. Calış daim başqasına yaxşılıq et dunyada, Ta ki, səni yaxşılıqla salsınlar daim yada... * * * Yolu azmaq Oz arzuna catmaq ucun etsən kimə sən nifrət, Bəslayirsən urəyində ona min cur ədavət. Sonra da bu ədavətdən dərdə dəva umursan, Urəyində fitnə-fəsad atəşinə cumursan. Konlundəki qızğın atəş varlığını məhv edər. Bundan boyuk, vahiməli əzab varmı de məgər? Bu zəhmətlə oz omrunə son qoyursan bil tamam, Nə var, nə var duşmənindən alacaqsan intiqam. Bilməyirsən kinli duşmən nə fikir, nə haldadır, Bəlkə tale bu əməldə, yazıq, səni aldadır? Bil ki, iki tərəfə də zərərlidir kin, qisas, İnsanlarda bədbəxtlikdir xəbis duyğu, ehtiras, Yolumuzun ustundəki toru niyə gorərək, Ozumuzu bu tələyə atmış olaq biz gərək?! Azğın nəfsin tələbidir, fitnə, fəsad, hiylə, qan. Aqil adam uymaz belə xəyallara hec zaman. -Təmsil** Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı, Cəhənnəmdən gətirilmiş bil ki, onun tumları. Ondan qacıb oz canını qurtar, əgər ağlım var, Unutma ki, zəhərlidir verəcəyi bəhər-bar. Peşmancılıq meyvəsini yeyəcəksən sən bir gun, Həyatını zəhərləyər bu meyvələr busbutun. Ey ilahi, ozun yazıq Qudsiyə bir imdad et, Belə alcaq duyğulardan urəyini azad et! Oz eşqinin kədərilə fərəh verib hər zaman, Qurtar onu oz nəfsinin əlindən, ey yaradan! * * * == Şeirlər == Zeynəb Gəl olma riza didəsi xunbar ola Zeynəb, Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb. Bu qədr bəla dağinə yox tabü təvanım, Ləb təşnə verüb canini sərdari-cəvanim, Pəs lazimədür həşrə kimi-ruhi-rəvanım, Həsrətkeşi-didari-Ələmdar ola Zeynəb. Düşsə güzərün qətlgəhə, kani-mürüvvəl, Əbbasə belə ərz edərəm baqəmü möhnət, İnsafdü, ey sərvəri-din, sahibi-qeyrət, Şam içrə gedüb rövnəqi-bazar ola Zeynəb? Pərvanə kimi atəşi hicranuva yannam, Əyyami-vüsali eləyüb fikr, dayannam, Zülfimi tökb nə-şüvə, al qanə boyannam, Qan ilə gərək arizi gülnar ola Zeynəb. Bir ah çəküb verdi cəvabun şəhi-dövran, Yandırdı məni sözlərün ey bikəsü nalan, Gər çarəm ola, razi degül canimə Canan, Çöllərdə qalub zarü diləfkar ola Zeynəb. Lazımdu bu can eşqdə al qanə boyansun, Gülzari-vəfa xuni-vəfa ilə sulansun, Meydanda gərək şəmimə pərvanə dolansun, Ol mərkəzün ətrafinə pərgar ola Zeynəb. İmd düşəcək xakilə xunə təni-xəstə, Qətlimə hücum avər olar dəstə bə dəstə, Lazımdu, gəlib qətlgəhə nə-şimin üstə, Başinə salub qarə əzadar ola Zeynəb. Ərz eylədi: Çün qarət edər xeyməni ləşgər, Bir qarə tapılmaz ki, salam başimə mə-cər, Qoymaz məni əfqan eləyüm Şümri-bədəxtər, Ta nə-şüvün üstündə gühərbar ola Zeynəb. Çox zülm edəcəklər məni-məzlumü fikarə, Çoxlar vuracaq sinəmə şəmşir ilə yarə, Üç gün-gecə nə-şim qala qoymazla məzarə, Qüdsi kimi matəmdə gərək zar ola Zeynəb. * * * Fatma tar çalır Əlində titrərkən o nazik tellər, Sonsuz həyəcanla titrədi qəlbim. O incə, o şirin, dadlı nəğmələr, Fələyə qaldırdı ruhumu mənim. Eşqin yüksəldi fərəhlə bir an. Şövqə gəldi can. Qoy açsın qanad, sənin xəyalın. Bir an da olsa qoy gülsün bu həyat, Məst etsin qəlbimi gözəl camalın. Hamıdan xoşbəxtəm bu dünyada mən, Səninlə bağlıdır bəxtiyarlığım. Əqlim də sən oldun, düşüncəm də sən Sənsiz nəyə lazım mənim varlığım? Hüsnünün nurunu gördükdə bir dəm, Könül qaldı mat. Sanasan dövrəmdə rəqs etdi aləm, Bütün kainat bir nəğmə oldu, Füsunlu ahənglə qəlbimə doldu. Mən səni araram ey əziz nigar, Qoyma ki, arizum qəlbimdə qalsın. Təbiət məst olub bizə oldu yar, Çalışır tez bizi ağuşə alsın. O şaqraq səsində Məlahət vardır, Ürəyim səninlə Nə bəxtiyardır! * * * Tatar nəğməsi Qız: Qalanın dibində durmuşdur yarım, Əynində bahalı arxalığı var. Qırmızı mahutun altından onun Mavi rəng köynəyi gün kimi parlar. Məni danlamayın töhmət vurmayın, Deyiləm eşqimdə zərrə günahkar. Əbədi sevirəm onu ürəkdən, Deyildir əlimdə mənim ixtiyar. Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Bütün el geymişdir bayram paltarı, Tək qana batmışdır mənim ciyərim. Divarlar dibində narlar sulanmış, Əl çatmaz narlardan birini dərim. Nəyimə lazımdır başqa bir oğlan, Ondadır tək mənim fikrim, nəzərim. Qaranlıq gecədə basıb bağrıma, Nazlardım, gülüncə nazla səhərim. Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. İravan dağları ayırmış bizi, O qarlı dağları bürümüş duman. O gözəl işvəli gürcü qızları, Ürəyi ovlayar bircə baxışdan. Ah, məni səfalı o şən diyarda, Bir söylə unudub atmayacaqsan? Mən sənin eşqində sədaqətliyəm, Səndəmi eşqinə sadiqsən, oğlan? Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Buraya belə bir xəbər gəldi ki, Orada qanlı bir müharibə var. Deyirlər pusquya girmiş səngərdə, Çox böyük hünərlə bizim oğullar. Gözlərim yollarda qalmış amandır, Öldürər məni bu ağır intizar. Yavaşdan allaha dua edirəm, Yarımı sən saxla, ey pərvərdigar! Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Oğlan: Duyğusuz daş kimi qala dibində, Uzanıb arzuyla mən də yataydım, Ya bir kəs gələndə sizin tərəfə, Arxadan mən ona qaçıb çataydım, Belə bir gözəlin qardaşıyla mən, Oturub səmimi ülfət qataydım. Qalanın dibində üç ağac vardır, Nə olar onlara bir daş ataydım. Mənim də Züleyxam məlahətlidir, Yanağı qırmızı almaya bənzər. O mənə qol açıb, gəl deyir aman, Açılmış döşünə dəyməsin nəzər. Sinəsi üstündə göyə əl açıb, Edəydim allaha dua hər səhər?! İlahi, sən saxla onu bəladan. Amandır, qoyma yar olsun mükəddər. * * * Gözəl yay Dodaqlarında yarın incə bir təbəssüm var naappim, Təmiz səmadə günəş sanki, şövqilə oynar. İşıq saçar necə o dağlara məhəbbətlə, Təbiət hüsnünə tacdır, tamam zinətlə. Bizə yaxın yaşayır bir gözəl nigar həm də, Tapılmaz heç ona bir tay cəmi-aləmdə. Gecə aşıb hasarı, asta dövrəmə baxıram, Qızıl gülü qoparıb, şümşad üstünə taxıram. O nazənin səhər erkən duran zaman yuxudan, Bu gülləri görüb olsun, bu möcüzə heyran. Əzəl görəndə bu halı təəccüb eylədi yar, Düşündü bəh, nə əcayib-ğərayib işlər var?! Qızıl gülü yetirərmi cahanda heç şümşad?! Və sonra duydu bağa girmiş olmalı bir yad. Kim isə əylənərək şuxluq eyləyir bu təhər, O bir də heyrətilə salmadı bu halə nəzər. Axı o nazlı cavan bilmədi ki, bu mən idim, Qoca yaşımda demə mən özümlə əyləndim. * * * Xitab Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz, Vəfa yerində cəfa sizdə bu nə adətdir?! Həvayi-nəfsə mütiü tamam eyşpərəst, Görüm, ilahi, dağılsın necə vilayətdir. Nə elmə talib olan var, nə rəsmdən agah, Vəli bu firqəyə mətlub zibi-surətdir. Kimin ki, xülqi müzəyyəndir, istəməz zinət, Kişi özün bəzəmək cəhldən əlamətdir. Yetişdi bir yerə iş hər kimin ki, saqqalı, Hənalı olsa uzun, hörməti ziyadətdir. Bu tərz olursa parak tazi tuladan yeydir, Sürü içində siyiz sahibi-kəramətdir. Nə qədər seyr edirəm kuçə ilə bazari, Adam çox az görünür, izdihami-kəsrətdir. Vüfuri vardır üç firqənin bu kişvərdə, Axund ilə xərü xan bihədü nihayətdir. Bunun əmaməsi rəngin, onun yükü səngin, Xüsusən ol birinin cübbəsi qiyamətdir. Xəri çıxaq aradan bunlara şəbahəti yox, O binəvanın işi rəncilə rəyazətdir. Axund ilə xana hər tənə eyləsən yaraşır, Bu müftəxorların əndişəsi şərarətdir. Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam, Nə bütpərəst süluki, bular nə millətdir?! Bular vuran od idi əhli fəqr xərməninə, Ki, indi şöləvər oldu cahanda, vəhşətdir. Süluki-dəhrdə təhzibi-nəfs üçün fazil, Müdəlləl eylədigin söz sana nəsihətdir. * * * Dörd bahar Könül, şad ol ki, şadlıq vaxtı çatmış, Ki, hər şeydə xuda dövlət yaratmış. Vəliəhdi-cavanbəxtə bax, ol şad, Gözəl bir novərusə oldu damad. Bu mövsimdə bahar içrə bahardır, Atanın gün kimi təsiri vardır. Uzaq olsun bu hallardan yaman göz, Xeyirlə yad edilsin qoy şirin söz. Xoş ol şahə ki, böylə təxti vardır, Bu təxt üstündə ali bəxti vardır! Bir İskəndər edibsə şərqi bərhəm, Biri də sülhü qərbdə etdi möhkəm. Bu İskəndər də almışdır gözəl ad, Olardan pay alıb olmuşdur ustad. * * * == Qəzəllər == Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil, Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil, Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül, Laləüzlü, gülsifət bir bütşikən peyda deyil. Mən çəmənzar içrə bu abi-rəvani neylərəm. Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?! Şaxəsindən güllərin mən almaram peymanəni, Əldə sağər saqiyi-nazikbədən peyda deyil. Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin, Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil. Bülbülün avazəsi gülzaridə verməz fərəh, Çünki, bir canlar alan şirinsüxən peyda deyil. Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan, Orda bişək hiyləgər bir Əhrimən peyda deyil. * * * Aman ki, ol zalim canan ğarəti-can edib getdi Aman ki, ol zalim canan ğarəti-can edib getdi, Bu sinəmi bir şuridə qələ, zindan edib getdi. Fəraqında işıqları, yuxuları aldı gözdən, Gün-gecəni aşiqinə necə yeksan edib getdi. Canan getdi yanımdan ah, mən əl çəkdim canımdan ah, Ruhum onun arzusuyla belə cövlan edib getdi. Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə, Ətəyimi qan yaşilə bir gülüstan edib getdi. Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı, Ki o pəri şanlı məni çox pərişan edib getdi?! Gözlə ürək abü tabi almış qəhrü kərəmindən, Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi, Bu sadəlövh Qüdsini yar vəslə ümid verə-verə, Nə hiyləgər məharətlə bəndi-hicran edib getdi. * * * Arizu eylər könül dildar gəlsin, gəlmədi Arizu eylər könül dildar gəlsin, gəlmədi. Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi. Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim, Dilrübalar fövcinə sərdar gəlsin, gəlmədi. Canə gəldim bivəfalar ülfətindən, istərəm, Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi. Dərd-möhnət keçdi həddən, bəs ki, çəkdim intizar, Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi. Ləhcəyi-canpərvərindən şur salsın aləmə, Əndəlibi-şaxəyi-gülzar gəlsin, gəlmədi. İstədim, Qüdsi, deyim vəsfi-camalın dilbərin, Kuşiş etdim, zinəti-göftar gəlsin, gəlmədi. * * * Bica yerə etmir qaşına səcdə hər əhbab Bica yerə etmir qaşına səcdə hər əhbab, Çünki sayılar qiblə hər an guşeyi-mehrab. Heyrətdəyəm, aya, nə edir bəhs münəccim, Basmış ki, sənin qul dağını alnına məhtab. Dövlət diləyirsənsə, burax dövləti, varı, Bu ali yer olmaz sənə başqa cürə icab. Pak eylə ürək qanını qəlbdən nə ki, gözdən, Dağlarda tutulmaz yolu, artar daha silab. Üzdən görünər batini hər aşiqin əlbət, Dağ aldı dəvadən necə gör laleyi-sirab. Dəvət eləmə sən məni artıq o behiştə, Mən istəmərəm ol yeri, var orda da xunab. Qüdsi, nə qəmi yansa cəhənnəmdə bu cismin, Od vurdu mənim qəlbimə bir mehri-cahantab. * * * Bir səhər vaxtında birdən gəldi hatifdən nida Bir səhər vaxtında birdən gəldi hatifdən nida, Müjdə olsun zöhddən, dindən qaçan hər insana. İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar. Yox olur başlanmadan hər eşqə bağlı macəra. Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd, Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada. Etibar olmaz budaqda güllərin dövranına, Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa. Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm, Bu sarayda zülm-adət, qan-mübahdır daima. Gözlərin min işvə ilə öldürür min aşiqi, Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva. Qüdsinin hər nəğməsindən yarın ətri pəxş olur, Bir adındır bəxş edən ətri onun asarına. * * * Bivəfa yarə könül versə vəfadar əbəs Bivəfa yarə könül versə vəfadar əbəs, Əhdü peymanı yoxa verdiyim iqrar əbəs, Dərdi-dildən səni çox eyləmək olmaz agah, Qıldığım nalə, qələt, etdiyim izhar əbəs. Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman, Eylədim ömrümü zaye, özümü xar əbəs, Çeşmi-cadunigəhin məsti-meyi-xab ikən, Ah kim, eylədim ol fitnəni bidar, əbəs. Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn, Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs. Aşiqi-paknəzər vəslini hicranda sanır, Eyləməz arzuyi-dövləti-didar əbəs. Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi, Eylədim meyli-tamaşagəhi-gülzar əbəs. * * * Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər, Olacaqmı bitə hicran, gülə nurani səhər?! Bir ömürdür çəkirəm nalə ömür yazında, Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər. Aman ey badi-səba, sal yada bu halımı sən, Ol vəfasız yarımın kuyinə gər düşsə güzər. Sevginin ovlağı çox qorxulu bir sahə tutur, Orda qartalı vurar bircə oxu ilə nəzər. Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək, Zülfün olsun bizə rəhbər ki, keçə bəlkə xətər. Təkyə verdimsə yarın zülfünə, zahid, qınama, Sevginin yorğunuyam, başqa xəyal etmə hədər. Ol xumar gözlə üzün əldən alıb taqətimi, Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər. Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin, Qorxuram göz yaşın axır məni siylaba verər. Qüdsi, ömründə tutub guşeyi-ismət daim, Qanı axsın hədərə çıxsa bu ismətdən əgər. * * * Dil eşq yolunda zar olubdur Dil eşq yolunda zar olubdur, Bir gül həvəsində xar olubdur. Xunabə dönübdü rəngi-zərdim, Bu gülşən üçün bahar olubdur. Dövrani-fələk müxalif olmuş, Can düşməni-ruzigar olubdur. Dilbər qəmi, dustlar fəraqi, Dərdim bir ikən həzar olubdur, Mən etmə kəlamım olsa dilsuz, Söz mənşəi pürşərar olubdur. Xunin ciyərim bəsani-lalə, Əfsurdəvü dağidar olubdur. Qəm bihədü dərd banihayət, Möhnət dəxi bişümar olubdur. Hicran sitəmi alıb qərarım, Gün nuri gözümdə tar olubdur. Hicrində düşüb bəlayə, Qüdsi, Sərgəştəvü biqərar olubdur. * * * Ey bəxt, nədir səndə bu əhval, bu halət Ey bəxt, nədir səndə bu əhval, bu halət, Yoxdur sənə dünyada neçin azca fərağət?! Gah Qaf dağına çıxmadayam, gahi cahanda, Avarə dolannam da vilayət bə vilayət. Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən, Gah da edərəm Rus, Lehistanə əzimət. Mən bixəbər oldum bu cahandan, o da məndən, Bir itmişə bundan da gözəl varmı əlamət? Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan, Yaxşı, pisimi eyləyə təhsinü məlamət. Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən, Bihudə olur ömri-giranmayə də ğarət. Bundan belə bir künci-xərabata düşərdim, Qurtarsam əgər, Qüdsi, bu dəm canı səlamət. * * * Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə, Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə, Yar üzü meylə qızarmış, meyi etmiş üzü al, Nə məharət eləmiş saqiyi-yarım bu gecə! Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var Almasaydı əgər o səbrü qərarım bu gecə. Üzünü yad eləyib gözlərimə axdı qanım, Batinü zahir olub güllü baharım bu gecə. Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə, Nə qiyamət eləyir laləüzarım bu gecə. Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm, O çəmənzari dilər bülbüli-zarım bu gecə. Kakilindən hələ mən bircə dügün açmamışam, Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə. * * * Fəqrlə tapdım özümə mən əlac Fəqrlə tapdım özümə mən əlac, Qalmadı dərmanə daha ehtiyac. Bax ki, bu dərgahda duran bəndələr, Səltənət almış, özü bitəxtü tac, Şəhdi-ləbindən acı sözlər belə, Ruhə verir ləzzətü zövqilə bac. Gözlə ürəkdən əcəb aldın təvan, Almamış heç kəs bu cürə bir xərac. Mənfəət axtarma bu bazardə, Qəlb yolu tapmaz belə yerdə rəvac. Piri-Muğandan dilədim hümməti, Söylədi dərddir yenə dərdə əlac. Cami-mey al dəstinə, ey Qüdsi, sən, Gizli qalan sirləri dünyayə aç! * * * Gördüm o gözəl türrəni rüxsar arasında Gördüm o gözəl türrəni rüxsar arasında, Bənzətdim onu əfiyə gülzar arasında. Rüxsarə düşən türrələri çəkmə kənarə, Bu rəsmdi əfi dolanar nar arasında. Seyd eylədi zülfün məni bu gözlərə, ey vay! Qaldım nə yaman bu iki bimar arasında. Ey didə, məgər neyləmişəm mən sənə axır, Qoydun məni sən yar ilə əğyar arasında. Göz yaşım ilə bəsləmişəm canıma minnət, Peykanlarını bu dili-xunbar arasında. Gördüm səni əğyar ilə ey mah, məsəldir Bayqu tutar, əlbəttə, vətən bar arasında. Könlüm quşuna dam qurub çeşmi-xumarın, Qafilmi gəzər kimsəni əyyar arasında. Gər guşeyi-çeşmində tutub can quşu məskən, Bayqu tutar, əlbəttə, vətən bar arasında. Rüxsarın əra səfhə kimi vəsməli qaşın, Bir daldı düşüb cədvəli-zəngar arasında Eşq əhlinə daim yetişir möhnəti-cövrün, Zahid, qalasan kaş səni dar arasında! Dəysin başına səktəsiz ol həmdü səlatın, Kimsən gəzəsən aşiq ilə yar arasında. Əfsanə dəxi söyləmə, it bir nəzərimdən, Var sən kimi yüz xər belə bazar arasında, Qüdsi, nə yaman bağladı bu gözləri sahir Yüz sən kimi sərgəştəni bir tar arasında. * * * Gözlərin kim aşiqə məxmur şəklin göstərir Gözlərin kim aşiqə məxmur şəklin göstərir, Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir. Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin, Xatirim nari-şəcərdən Tur şəklin göstərir. Nəşeyi-meyxarə bais nolduğun bildim künun, Bir pərivaş can əra məstur şəklin göstərir. Kuyi-canandan cüda aşiqlər əhvalın desəm, Dəşt ara bikəs qalan rəncur şəklin göstərir. Qamət üzrə taqi-geysudən asılmış, həqqi var, Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir. Asimanda gövkəbi-səd olsa Əsəd yerdədir, Bu səbəbdən yer savadi nur şəklin göstərir. Töhfeyi babi-Süleyman söyləsəm, Qüdsi, nolur, Bu qəzəl rani-mələxlə mur şəklin göstərir. * * * Gün üzrə ay tuluimi ya gün kəmanıdır Gün üzrə ay tuluimi ya gün kəmanıdır, Ya qaşdurur bu cümləsi aşıq gümanıdır. Cami-cahannümayə düşüb əksi-asiman, Xalın səvadi əxtəri-bəxtim nişanıdır. Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb, Hala ki, şaxi-güldə təcəlla zamanıdır. Badi-səba əbirfişani-çəmənmidir, Ya bustani-hüsn ruxün busitanıdır? Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç, Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır? Dilbər bəyani-halim eşitməzsə, yox əcəb, Pərva qılurmu əhli-cünun dastanıdır. Qüdsi, üzari-zərdimi əşk etdi laləgun, Bu gülşənin baharı, zəmani-xəzanıdır. * * * Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət, Bu qəra üzlüyə bax gördü nə ali hörmət! Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs-- İntiqam almaq üçün indisə vermir möhlət? Eşq rahində itən qəlbimi mən tapmayıram, Görünür çoxdu bu yollarda itən cəmiyyət. Zülfünü mənzil edibdir özünə mürği-dilim, Qəribin mənzili daim olur axşam zülmət. Saqiya ver mənə bir badə içim fürsət ikən, Bu orucluq ayı sonra mənə verməz fürsət. Qara xal məhrəm olubdur dodağın guşəsinə, Qara hindu nə gözəl yerdə olubdur rahət! Çoxları cəhd elədi vəsf edə bu hüsnünü yar Xoş kəlam Qüdsiyə oldu belə nemət qismət. * * * Hər kim edərsə vərdiş eşqü səfayi-yarə Hər kim edərsə vərdiş eşqü səfayi-yarə, Əvvəlcə ixtiyarı atsın gərək kənarə. Bizdən ərzü təmənna, rəddü qəbul yardan, Bu işlərin nə xeyri var imiş intizarə?! Ənbər saçan o zülfün aşütfə olmasından, Verdin bir asudəlik bu qəlbi-biqərarə. Bu eşqin aləmində vardır behişt-cəhənnəm, Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə. Bağban icazə versə bağə girim, nə fayda, Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?! Bülbülləri salardım qəfəslərə bir anda, Dağıdıb son qoyardım xəzanə, novbaharə. Qüdsi, bu xoş çəməndə bir laləüz həvası, Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə. * * * Hər zülmün rahatlıq bəxş edir inan Hər zülmün rahatlıq bəxş edir inan, Şövqindir qəlbimi işıqlandıran. Hər yerdə cəmalın bir gözəlliklə, Gözlərim önündən çəkilmir bir an. Qəbulun şübhəsiz bəxtiyarlıqdır, Olmadım lütfündən mənsə kamiran. Bəs hanı mənzilin, sənə yol hanı? Geriyə qalmışdır bizim karivan. Nakamlıq özü bir kam oldu bizə, Bu imiş eşqdən bizə ərmağan. Əlində xəncərdir, ləbində gülüş, Qəribə qatilmiş bizim canalan. Qüdsi, heyrətdəyəm, məni rədd edən, O gözəl olmuşdur indi mehriban. * * * Kuyindən alır daim rövnəq gülü bustanlar Kuyindən alır daim rövnəq gülü bustanlar, Torpağını ol kuyin təşkil eləyir canlar. Ruxsarını əks etmiş, sanki gülü bülbül bax, Gülzarda gülər hər gül, bülbül edər əfğanlar. Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq, Əfsanə kimi gəzdi dillərdə bu dastanlar. Məşuqə və aşiqçin varlıq ilə sərxoşluq, Həm ruzədir, həm bayram açılsa giribanlar. Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş, Hər həlqəsinə guya bağlanmada çovkanlar. Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə, Sığmaz ona bu üzdən səhravü biyabanlar. Saqi, nə gözəl, mey--xoş, əğyar gözündən dur. Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar. * * * Könlümdə nə şandır, nə də ki, namü nişandır Könlümdə nə şandır, nə də ki, namü nişandır, Pəjmürda edən xatirimi muyi-miyandır. Hərçənd ki, zülmündən usandım nə edim ki, Bu dideyi-qəmdidə, yolunda nigərandır. Heyrət çölü içrə özünü bax ki, itirmiş, Bu namü nişandır, bu nə namdır nə də şandır? Can zülməti içrə görərək abi-həyatı, Bildik ki, ələ az düşəcək, vəhmü gümandır. Bax hüsnü məhəbbətdə olan nazü niyazə, Qaib və əyan içrə onun ruhu nihandır. Hər kim ki, bu dünyada dalıb həşmətü cahə, Söylə ona vaz keç ki, bu aləm güzərandır. Xalində düşüb damə budur can quşu, Qüdsi, Zənn etmə onu bənd eləyən zövqi cahandır. * * * Könlümü bağlamışam zülfünə, ey laləüzar Könlümü bağlamışam zülfünə, ey laləüzar, Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar, İstədim meylə yuyam dəftərə yazdıqlarımı, Eşq təsiri məni etdi əqildən bizar. Bu riya əhli məni saldı elə şurişə kim, Edirəm rindliyi, rüsvalığı mən indi şüar. Eşq əgər olsa qəzadan bizə qismət nə üçün-- Bu qədər hüsnü vəcahət alıb ol nazlı nigar? Hanı ol zülfü pərişan ki, məni bəndə sala, Qoya bu canimə minnət edərək məstü-xumar. Heç kəsin sağərinə tökməz inan mey bu fələk, Özü peymanəsini döndərib etmiş xunbar. Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi, Belə bir dilbəri-şirinsüxənü gülrüsxar. * * * Min bir bəlaya düşdü, budur əhli-ruzigar Min bir bəlaya düşdü, budur əhli-ruzigar, Bir saqidir edən məni dünyada payidar. Heç gizlədə bilərmi könül yar eşqini? Etmiş bu dərdi çaki-girbanım aşikar. Sakit deyil könül ki, onun ahu gözləri, Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar, Bir ömrdir ki, verdim ona xəstə könlümü, Mən bilmədim ki, yoxdur ona zərrə etibar. Daim qəm içrə düşdüm onun vəslin axtarıb, Oldum əbəs o qaniçənə mən ümidvar. Verdim firib qəlbimə xabü xəyal ilə, Bəlkə bir az keçə yüngül bu intizar, Yada salarmı heç bu əsir bülbülü o şux, Gülzar içində yan-yana minlərcə Qüdsi var. * * * Mən paxıllıq edirəm quş və qarıncayə müdam Mən paxıllıq edirəm quş və qarıncayə müdam, Ki, xoş, asudə yatırlar yuvada hər axşam. Belə sonsuz görünən göydə də bir vüsət yox, Bəlkə orda ola bir azca bu könlüm aram. Saqiya, bu gecə ver badələri peydərpey, Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam, Belə məclisdə necə dinü bilik əldə edim, Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam. Yarımın surəti cənnət kimidir, zülfü ləbə, Kölgə salmış, biri baldır, o biri vermədə kam. Zülfünün hər bükümündən görünür bir göz bax, Zülfü olmuş necə gör bixəbər aşiqlərə dam. Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol, Su tapıb çirki təmizlə, elə bu nəfsini ram. * * * Qəlbimi, dinimi aldı gözəlin hicranı Qəlbimi, dinimi aldı gözəlin hicranı, Dəlilik zənciri saldı saçına bu canı. Qafiləm mən gecə-gündüz özümün halimdən, Bir qaranlıq bürüyüb sanki bütün dünyanı. Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah, Axiri səcdə edim bir bütə mən pünhani. Hər cəfana dözürəm kaş ki, məni atmayasan, Sevməsən barı düşün, kin ilə bu nalani. Qorxmuram eşqdə töhmətdən, usan ey naseh, Danlağın tərif edər məndə olan peymanı. Qayıdıb qafilədən Leyli olar bir Məcnun, Xosrovu Şirin olar dərgahimin dərbanı. Qüdsi, tərk et bu yolu, burda əziyyət çoxdur, Deyəsən sözlərinin yox daha bir payanı. * * * Pisləyirsən gözəli sən necə hər an, ey şeyx Pisləyirsən gözəli sən necə hər an, ey şeyx? Bu necə əql, nə insaf, nə iman, ey şeyx? Sevgini xəlqə həram etdin əzəldən, lakin Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx! Hər nədən məst olursan, nə təfavüt, məstsən, Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx! Nə üçün inciyəsən, üzr varındır hər an, Olmusan cümlə təriqətlərə nadan, ey şeyx! Bir baxaq biz içirik, məst oluruq bir meydən, Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx! De görək ki, nə olub hasilin ol məsciddən, Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx! Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən, Onu almış ələ bir zülfi-pərişan, ey şeyx! * * * Saqi, yuyub apar yuxunu didədən bir an Saqi, yuyub apar yuxunu didədən bir an, Gün tək şərabə cilvə verib parlat hər zaman, Örtəndə sən niqabı tapır qəlbimiz ümid, Bu pərdəni yaxar deyirik atəşi-dəhan. Qaşla üzün nə əcayib qiyamət etmişdir, Vermişdir aləmə günü ay ilə bir nişan. Yaqutmudur dodaqların, aya, bəyan elə, Ya canə qutmudur de ki, ol ləli-dürfəşan. Dün məclis içrə gülüb verdi vədlər, Heyrətdəyəm bu vədi kimə verdi mehriban? Eşqə düşən, bəlayə düşər, bilmişəm bunu, Bəs kim edib bu can evini eşqə aşiyax? EY Qüdsi, bax cigər odu yandırdı qəlbimi, Eşqinlə bu kəbabə çilə duzlu su hər an. * * * Sən orda səfa eylə dilculər arasında Sən orda səfa eylə dilculər arasında, Mən qalmışam avarə gürculər arasında. Dərdü qəmi-hicrandan qürbətdə pərişanəm, Döndü cigərim qanə qeyğulər arasında. Tərsabeçələr bihəd, mən necə dutum aram, Can qəsdin edən zalım, cadulər arasında. Hər canibə əzm etsəm əzbəs ki, gözəl çoxdur, Tutisifetəm heyran güzguler arasında. Bir yanə əgər baxsam, qəm çəkmək olur bica, Bunlar kimi məhtələt xoşxulər arasında. Yüz işvəvü mehr ilə aşiqlərə meyl etmək, Bu şəhrdə adətdir məhrulər arasında. Əbr içrə günəş manənd pərtöv salır afaqə Rüxsarəsi her şuxün geysulər arasında [...] Cuşi-xəti-müşkindən bənzər ləbi-canbəxşi, Bir mədəni-yaqutə hindulər arasında. Tərsa gözü kəşf eylər hər ləhzə kəramətlər, Mehrabdə zahid tək əbrulər arasında. Bunlan görüb, Qüdsi, her kimsə ki, aqildir, Etməz özünü riisva bədgulər arasında. * * * Səhər ki, badədən aldı üzün bu rəngilə tab Səhər ki, badədən aldı üzün bu rəngilə tab, Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab, Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə, O yar gözlərinin təsirilə axdı şərab. Cahanda şöhrət alıbdır ətirdə Çin mişki, Onun saçı bu sözə qıvrılıb da verdi cavab. O gülüzar vüsali xəyalə gəldikdə, Nədənsə gözlərimi bağladı bu yersiz xab, Tükəndi səbrü qərarım vüsali-eşqində, Ürək bu intizarə necə səbr edib gətirsin tab?! Zavallı könlüm onun zülfü içrə bəndə düşüb, Nə qədər axtarıram tapmıram, olub nayab. Şikayət etməyirəm eşqdən bir an, Qüdsi, Üfürdüyücə odu şələlər edər portab. * * * Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir, Odur həm Cəbrəilu vəhy, o Qurandır, peyəmbərdir. Əgər aləm desə aşiq olubdur kafər, eyb etməz, Bu sözlər macərayi-haləti-Səlmanü Buzərdir, Yəqin məslək cahanında bulunmaz xasü am əsla, Ədalət--imana, zülmü sitəm--küfrə bərabərdir. Bu incə nöqtə həll olmaz ağılla, mey gətir saqi, Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir. Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin, Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir. Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz, Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssərdir. Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razı ol, Ki, hər qəmdən sora şadlıq bu dünyada muqərrərdir. * * * Yarəb, bu od nə oddur kim, düşdü cismü canə Yarəb, bu od nə oddur kim, düşdü cismü canə? Od düşdü bir ürəkdən bax cümleyi-cahanə. Qorxum budur, nəhayət, qiyamətə şur salar, Bu fitnə ki, onunla qarışdı bu zamanə. Tufan gərəkdir indi gül şaxəsin sovursun, Orda ki, miskin bülbül salmışdır aşiyanə, Bağban ilə o gülçin nə mənfəət görəcək, Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə? Hər könül ki, bəladan qorxub geri qaçmadı,-- Mərdanə qarşı durdu bu zalim asimanə. Mən susmuşam, etmərəm dərdlərimdən şikayət, Aman bu dərdlərdən ki, bənd vurmuşdur zəbanə. Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə, Ki, əzilmiş qanadla atar can gülsitanə. * * * Yol saldım onun zülfünə sevdası gözəldir Yol saldım onun zülfünə sevdası gözəldir, Hər şeydən onun gün kimi siması gözəldir. Geysusi gözəl, lalə üzari gülə bənzər, Məşşatə nə lazım ki, hər əzası gözəldir. Hər acı sözü yarın olar qəndə bərabər, Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir. Zəncirə düşüb rahət olar bu dəli könlüm, Çünki, yarımın zülfi-çəlipası gözəldir, Bir sərv kimi cilvələnər qaməti gözdə, Çeşmə yanında onun qaməti-rənası gözəldir. Ulduzmudur aya, xalı ol ləbləri üstə, Ya hindli edir səcdə, tamaşsı gözəldir. Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən, Bu Bakılı Qüdsi deyir ixlası gözəldir. * * * Çox gözdə sürmə, əldə həna, üzdə xal olur Çox gözdə sürmə, əldə həna, üzdə xal olur, Nisbət bu qaşü bu gözə bənzər məhal olur. Qafi--qaşın, tayi--telin, lami--ləblərin, Aləmdə əlbir eyləsə, billah qital olur. Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın, Gəlməz xəyalə axırı məhzi-xəyal olur. Sirri-dəhani sordum o şəkkər dodaqdən, «Pünhan danış bu sirri--dedi,--qilü qal olur». Görçək o atəşin üzünü nitqim oldu lal, Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur. * * * Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər, Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər. Mən ki, dərddən etmərəm bir an şikayət, dinmərəm, Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər. Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim, Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər. Mən salıb yadə keçən xoş günləri dostlar ilə, Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər. Yar yanında dərdi mən bir an da duymazdım aman, Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?! Gər zaman bundan sora gülsə mənə mənası yox, Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər? Mən daha bir an belə vaiz sözün etməm qəbul, Tiflisin küncündə bu ömrü keçirrəm bəxtəvər. * * * Əqlim olursa mane bu eşqi-purhicabə Əqlim olursa mane bu eşqi-purhicabə, Gəlməz fəqət bu eşqin sevdaləri hesabə. Eşqin müqabilində gücsüz qalır düşüncə, Şam da işıq verərmi heç nurlu aftabə?! Dostun yanında bir dəm, başım həvasız olmaz, Gözlər düşər məlalə, qəlb isə iztirabə. Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan. Qoymazlar ki, bu gözlər getsin bir azca xabə, Xanəndənin sədası, mey camı, bağ səfası, Bir od vurar bu canə, necə ki, od kəbabə Vəslində heyrətdəyəm, hicrində intizarda, Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?! Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma, Qoy eşq əmr versin artıq bu dilxərabə. * * * == Müxəmməslər == Bismillah Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah, Müradın olsa meyl etmək fəğanü zarə, bismillah, Gər istərsən müdam olmaq cigər sədparə, bismillah, Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah, Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah. Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl, Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl, Verib dünyavü din nəqdin, mətai vəslə sevda qıl, Əgər yox dəstrəs, sevdayə bari get tamaşa qıl, Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah. Çəkərdin arzu daim deyirdin şövqi-yar ilə, Ki, düşsün ittifaqi-vüslət ol siminuzar ilə, Edim canım ona təslim zövqü etibar ilə, Durubdur ol büti-sərməst tiği-abidar ilə. Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah. Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-aləm, Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm, Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm, Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm, Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah. Olubdur qərqi-xunabi-cigər çəşmi-tərin, Qüdsi, Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi, Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi, Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi, Şüru eylə bir özgə vəchlə izharə, bismillah. * * * Dönübdür Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür, Əyyami-vüsalın şəbi-hicranə dönübdür. Bülbül tək işin naləvü əfqanə dönübdür, Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür. Hər bir gözəli afətü cananə dönübdür. İrs ilə yetib bunlara asari-vəcahət, Geysuləri sünbül tək alıb tabü təravət Qamətləri dünyaya salıb türfə qiyamət, Hər dilbərə bir növ verib rəngi-nəzakət, Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür? Hər şuxi-pəripeykər açıb türreyi-tərrar, Dildadələri etmək üçün damə giriftar. Səyyadi-sitəmgər bu güzərgahda çox var, Ahubeçələr tək doludur kuçəvü bazar, Çin mülkimə bu mənzili-viranə dönübdür. Hər kim gələ Tiflisə tamaşa tələbindən, Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən, Görməz əsəri-rahəti-can ruzü şəbindən, Xoşləhcə pərizadələrin ləli-ləbindən, Bu kişvəri-pürşur Bədəxşanə dönübdür. Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz, Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz, Rüxsari-niku, türreyi-mişkini dilaviz, Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz, Qan tökmək üçün hər müjə peykanə dönübdür. Hərçənd bu gülzardə çox dilbəri gördüm, Can qəsdim edən şuxi-sitəmküstəri gördüm, Arizləri mehtaba bərabərləri gördüm, Əvvəl yetişən gündə ki, İskəndəri gördüm, Aya bu mələkdir, dedim, insanə dönübdür. Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa, Tən eylər idi görsə birin valehü-şeyda, Tərk eyləmiş islamı görüb bunları hala, İstər ola çarubkeşi-səhni-kəlisa, Zünnar salıb boynuna, Sənana dönübdür. * * * Özgələrə Ah gör kim genə yar oldu nigar özgələrə, Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə, Göstərir şəmi ruxi leylü nahar özgələrə, Yəni bizdən usanıb ülfəti var özgələrə, Tərk edib aşiqini oldu düçar özgələrə. Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim, Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim, Dilbərim, simibərim, işvəgərim, laləvəşim. Dövrü dönmüş fələkə bax ki, mənim badəkəşim. Saqiyi-məclis olub, cam tutar özgələrə. Mənə həm yar idi, həm munisü həm dilbər idi, Mən ona çakər idim, həm o mənə sərvər idi, Nə mənə bəlkə tamam aləmə taci-sər idi, Nəqdi-canimi alıb çox mənə naz eylər idi, İndi gör müftə verir busü kənar özgələrə. Səngdil rəhm elə ki, könlüm olub şişə mənim, Salmısan şamü səhər başımı təşvişə mənim, Dövrü dönmüş fələk, et halımı əndişə mənim, Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim, Axırı üzü dönük oldu düçar özgələrə. Həzər et, sərzənişi-xəlqdən ey bisərü pa, Gəzmə əğyar ilə sən bəsdir usan, eylə həya, Qüdsiya, sən biləsən yoxdu gözəllərdə vəfa, Lənət olsun buların zatına hər şamü səba, Ki, mənim sirr sözümü eylədi car özgələrə. * * * Tiflis Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür Əyyami-vüsalın şəbi-hicranə dönübdür. Bülbül tək işin naləvü əfqanə dönübdür, Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür, Hər bir gözəli afətü cananə dönübdür. İrs ilə yetib bunlara asari-vəcahət, Geysuləri sünbül tək alıb tabü təravət, Qamətləri dünyaya salıb türfə qiyamət, Hər dilbərə bir növ verib rəngi-nəzakət, Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!? Hər şuxi-pəripeykər açıb türreyi-tərrər, Dildadələri etmək üçün damə giriftar. Səy yadi sitəmgər bu guzərgahdə çox var, Ahubeçələr tək doludur kuçəvü bazar, Çin mülkünə bu mənzili-viranə dönübdür. Hər kim gələ Tiflisə tamaşa tələbindən, Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən, Görməz əsəri rahəti-can ruzi şəbindən, Xoşləhcə pərizadələrin ləli-ləbindən, Bu kişvəri-pürşür bədəxşanə dönübdür. Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz, Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz, Rüxsari-niku, türrəyi-mişkini dilaviz, Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz, Qan tökmək üçün hər müjə peykanə dönübdür. Hərçənd bu gülzardə çox dilbəri gördüm, Can qəsdim edən şuxi-sitəmküstəri gördüm, Arizləri mehtaba bərabərləri gördüm, Əvvəl yetişən gündə ki, İskəndəri gördüm, Aya bu mələkdir, dedim, insanə dönübdür. Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla, Tən eylər idi görsə birin valehü şeyda, Tərk eyləmiş islamı görüb bunları hala, İstər ola carubkeşi-səhni-kəlisa, Zünnar salıb boynuna Sənana dönübdür. * * * Yəqin Gül belə rəxşan ola bilməz yəqin, Ay belə xəndan ola bilməz yəqin, Sən kimi ceyran ola bilməz yəqin, İşvəli canan ola bilməz yəqin, Can alan insan ola bilməz yəqin, Qaşlarını eylədi xaliq kaman, Ox elədi kirpiyini canalan, Qəmzələri səndə yaratdı nihan, Eşqə düşər xilqətinə hər baxan Vəsləsə imkan ola bilməz yəqin. Səndən uzaq ey məhi-ərşi-cəlal, Gündüzüm olmuş gecə, mahimsə sal, Qoymadı rahət məni bir an məlal, Dərdimə dərman yaranıbdır vüsal, Ayrıca dərman ola bilməz yəqin. Dilsizə bax gör nə edir müddəa, Hər sözü guya yetirirmiş səba. Uydurur hər kəs belə bir macəra, Sənsiz olarmı yaşamaq bir daha, Cism ki, bican ola bilməz yəqin, Eşqə sənin meylin olarsa əgər, Yanmalıdır səndə əzəl balu pər. Sonra oda düşməlidir can, ciyər, Bir belə odla yananın müxtəsər, Tüstüsü pünhan ola bilməz yəqin. Məclisi aç, ilk sözü ver dilbərə, Odla dolu bir suyu tök sağərə, Vəlvələ sal məmləkəti-xavərə, Örtü əgər salsan o xoş peykərə, Mehri-dirəxşan ola bilməz yəqin. Qüdsi, daha bəndə düşüb müşkülüm, Qüdsi, töküldü yerə tel sünbülüm. Qüdsi, xəzan gördü deyən bülbülüm, Qüdsi, daha yoxsa açan bir gülüm, Eşqi-gülüstan ola bilməz yəqin. * * * == Mənzum hekayətlər == Avamın nöqsan axtarması Eşitdinmi, bir kişi öz oğlu ilə bahəm, Eşşəyinə minərək gedirdi yolu biğəm. Hər kim onu görürdü, edirdi çoxlu töhmət, Rişxənd ilə gülurdu, tənəsə binəhayət, Utanmayır yaşından,--deyirdi--bir buna bax, Özü minib eşşəyə, piyada gedir uşaq. Kişi xəcalət çəkib öz-özünə deyindi, Tez oğluna söylədi: «Min eşşəyə sən indi». Töhmətlə söylədilər görüncə başqaları: «Qoca gedir piyada, cavan isə süvari». Tez atıldı kişi də yenə eşşəyə mindi, Başqa biri onları belə görüncə dindi: Dedi--«Bəh, yazıq eşşək necə gətirsin davam, Zülmdür bir eşşəyə minərsə iki adam». Hər ikisi düşdülər, piyada yol getdilər. Yenə görənlər gülüb çox istehza etdilər. «Nə axmaqdır,--dedilər--bu kişi, bir buna bax, Eşşək boş qala-qala piyada gedir uşaq». Kişi gördü qalmamış əldə başqa imkanı, Buraxdı eşşəyini, təki qurtarsın canı. Yenə xalq əl çəkmədi, başladılar töhmətə, Dedilər: «Bir baxınız axmaq bifərasətə. Bu cür gözəl eşşəyi müftə verirlər bada, Nə qəribə axmaqlar var imiş bu dünyada». Qoca nə eylədisə lağ etdilər hey ona, Axırda təngə gəlib söylədi öz oğluna: «Bu eşşək əcəb bizi qalmaqala salıbdır, Töhmətdən qurtarmağa bircə çarə qalıbdır. Eşşəyin qol-qıçını möhkəmcə bağlayaraq, Mindirib dalımıza gülə-gülə aparaq. Gəl mənfəət güdmədən edək bunu imtahan, Xalqın acı dilindən qurtaraydıq bəlkə can». Ey Qüdsi, sən ibrət al bu kişidən ayıq ol, Xalqın tənələrindən qurtarmaqçın sayıq ol. Onlar, nə etsən, yenə tapacaqlar bəhanə, Edəcəklər səni bil oxlarına nişanə. Qulaq assan tənəyə, ya da yersiz mədhə sən, Elə bil ki, dalına bir eşşək mindirmisən. * * * Dua və təvəkkül Abbasilər dövləti hökmrandı, Bu vaxt düşdü bərk quraqlıq Bağdada. Hərarətdən ürək yandı, dil yandı, Susuzluqdan Dəclə gəldi fəryada. Qadın-kişi ağlayaraq bu zaman, Biyabanda əl açdılar səmaya. Yalvardılar. Etdikləri ah-aman, Heç bir təsir göstərmədi xudaya. Bu maraqlı əhvalatı görərək, Məcnunnüma Bəhlul bir dəm açdı dil, Söylədi ki, sərf etməyin boş əmək, Ey avamlar, bu yalvarış düz deyil. Nə çıxar bu yersiz ahü nalədən, Bu nə dua axı, bu nə həyəcandır? Dərdə əlac yolu deyil bu şivən, Bizə gizli şey--allaha əyandır. Biz bağlarkən qapımızı gecələr, Açar niyaz qapısını yaradan, Gecə xəlvət tapar hər sahibnəzər, Çətin dərdə gecədir ən xoş dərman. Gecə sakit, kəsiləndə səs, səda, Təsir edər dualar bil, daha da. Gecə hisslər açıqdır tamam, kamal, Haqq demişdir: «Gecələri olma lal». İnandılar, toplaşdılar sərasər, Məcnunnüma Bəhlul ilə bərabər. Üz qoydular səhraya gecə yarı, Bağ yanından düşdü bu dəm yolları. Bəhlul döydü o qapını nagahan, Taki çölə çıxdı təlaşla bağban. Dedi: «Nədir bu vaxt belə iztirab?» Bəhlul isə verdi ona tez cavab: «Nə yatmısan qəflətdə ey filani, Durub bağa sən bir az su versənə». Bağban dedi: «Ey aləmin nadani, Sənə əbəs demədilər divanə. Bu nə yersiz təklifdir, məni gecə, Hay-küy salıb qaldırırsan ayağa?! Bağban özü yaxşı bilir ki, necə, Nə zamanda su verəcək o bağa». Bəhlul baxıb camaata məstanə, Dedi ki, ey ağıldan dəm vuranlar, Kimdir deyin indi dəli, divanə, Bu işlərdən etmək lazım sizə ar. Bu bağbandan ibrət alın, de məgər, Allah bilmir işini bağban qədər?! Ey Qüdsi, bax biz əcəb biçarəyik, Dünyadan və dindən də avarəyik. Nə təvəkkül bacarırıq dünyada, Nə də ağıl gəlir bizə imdada. * * * Haqq söz Yadımda deyildir nə vaxt və kimdən, Belə bir hekayət eşitmişəm mən: Bir gənc padşahın bir yarı vardı, Hüsndə dünyanı heyran qoyardı. Pəri tək gözəldi o tamam-kamal. Şirin danışardı o huri camal. Saçından gözəllik alardı sünbül, Üzünün odundan rəng alardı gül. Bir gecə padişah eşitdi xəlvət, Bir arvad o yara edirdi töhmət. Deyirdi: «Nə oldun hüsnünə heyran? Təkcə bir hüsnilə yaşamaz insan. Camalın nəhayət heçə enəcək, Qaş kimi dartılma, qıvrılma saç tək». Gözəli bu tənə qızartdı, birdən-- Zülfü tək qıvrılıb cavab verdi: «Sən Yersiz təhqir etmə hüsnü bu qədər, O hansı dövlətdir hüsnə bərabər? Bundan da böyük bir dəlil istərsən? Ki, şah haqqın yerdə sayəsi ikən, Onun fərmanına baxarkən cahan, Özü də hüsndən almada fərman». Söylədi o arvad: «Ey qafil gözəl, Hüsnünlə bu qədər lovğalanma gəl, Dünyada səltənət çox alçaq şeydir, Sadə, şən yaşamaq ondan çox yeydir. Şah qafil yaşasa xalqdan, dövlətdən, Zövq alsa ancaq o eyşü işrətdən, Cilovu versə o sən tək gözələ, Dövlətin əsası verilər yelə. Hasili boş olar, ölkəsi xərab, Dünyada məşəqqət, üqbada əzab. Dünya, din işinə baxarsa yəqin, Düzələr ölkəsi, rövnəq tapar din, Adına deyilər ədalətli şah, Ona kömək edər hər işdə allah. Şahın vaxtı keçər qovğalarda tam, Yediyi heç olar, yuxusu haram. Belə şah gözəldən gözləməz fərman, Heç onu görməyə tapmazsan imkan. Əsl şah göstərib xalqa ədalət, Kəndlidən daha çox çəkər əziyyət». Bu sözü eşitcək cavan hökmdar, Ürəyi titrəyib oldu biqərar, Dili söz tutmadı, ciyəri yandı, Bir zaman şəkiltək cansız dayandı. Dedi öz-özünə: «Kişidir adın, Sənə yol göstərir amma bu qadın». Taxtından, tacından əl çəkdi sultan, Qurtardı şahlığın ehtiyacından. Ey Qüdsi, bu halda necə hikmət var, Onunçun şahlıqdan keçdi hökmdar. Utanıb bir ibrət almırsan nədən, Qırmırsan köləlik zəncirini sən? * * * Hikmətin fəziləti Qədim bir kitabda verilmiş xəbər- İranda bir həkim varmış mötəbər. Ümidi yox ikən onun sabaha, Belə bir sifariş göndərdi şaha: «Onun üzüyünü böyük hökmdar, Ən müdrik adama versin yadigar». Şah bu vəsiyyəti icra edərkən, Ehtiyat edirdi divanələrdən. Çünki hər dövlətli, kasıb, hər gəda, Özünü ən müdrik bilir dünyada. Nəhayət hamını çağırtdırdı şah, Onları mətləbdən eylədi agah. Dedi: Üç suala istərəm cavab, Kim daha düz desə olsun intixab.- Əvvəl--ən xeyirli nədir müxtəsər? Tamahkar olanlar dedilər ki,--zər Vergi toplayanlar dedilər: xərac! Tacirlər dedilər: alver və rəvac! Şah dedi: Uzaqdır bunlar mətləbdən Orada bir qoca durmuşdu, həmən. Söylədi: hər şeydən xeyirli--hünər! Hünərsiz heç bir şey olmaz müyəssər. Şah qəbul eylədi, soruşdu yenə! Dünyada hər şeydən yaxşı deyin, nə? Yüksəldi müxtəlif səslər saraydan: Şahın razılığı... şadlıq... firavan, Yenə də o qoca dedi bu sözü: Hər şeydən yaxşıdır, yaxşılıq özü Çünki yaxşı sifət olarsa səndə, Afərin söyləyər dost da, düşmən də, Şah dedi: Ən lazım nədir insana? Yenə də çox fikir çıxdı meydana. Şah isə qocaya edirdi diqqət, Dedi: Ən lazımlı şeydir--həqiqət. Həqiqət olmasa, olmaz intizam, Dünya həqiqətlə dolanır müdam. Şah qalxıb qocaya eylədi təzim, Üzüyü hörmətlə eylədi təqdim. Əmr etdi saraydan getməsin bir an, Ki, alsın hər işdə məsləhət ondan. Nəhayət oldu o şahın vəziri, Ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə ah, Olaydı belə bir vəzir ilə şah. Ey Qüdsi, hikmətdən varsa xəbərin, Yaxşı adamlarda olsun nəzərin. * * * Kələkbazlıq Misirdə bir nəfər Rinud kəndindən, Gedib bir şəhərdə sərbəst gəzərkən, Yolda düçar oldu ona bir cavan, Ki, onun hüsnünə qaldı mat, heyran. Gizlədib qəfəsdə o can quşunu, Qorxusuz soruşdu kim olduğunu. «Məhəmməd»,--deyincə adını həmən, Onu qucaqlayıb öpdü üzündən. Cavan qəzəbləndi, hay-haray saldı, Dərhal ətrafını əhali aldı. Bir çoxu qəzəbdən qıyıb canına, Çəkib apardılar şahın yanına. Çığırdı qəzəblə padşah ona, —«Nə üçün zülm etdin,--dedi.--cavana?» Kəndli üzr istəyib dedi: «Şəhriyar! Bu işi tutmuşam lap biixtiyar. Bilən tək adıdır onun Məhəmməd, Huş getdi əlimdən qalmadı taqət. Eşqin bilirsənmi xasiyyətini, Məcnun öpmədimi Leyli itini?» Əmr etdi padişah vermədən ara, Bir nökər çağırdı üzü qapqara. Surəti eybəcər, çirkin, müdhişdi, Sanki cəhənnəmdən çıxıb gəlmişdi. Şah dedi: «Məhəmməd adlanır bu da, Öp görüm, aşiqsən əgər bu ada». Rind dedi: «Ey dinin pənahi olan, Sənsən bu dünyada adil hökmran. Doğrudur, adlanır bu da Məhəmməd, Təkcə mən deyiləm burada ümmət. Qoy onu başqası öpsün bu anda, Ta ki, feyz aparsın bir müsəlman da». Nə xoşdur, aman, bu gözəl macəra, Bənzəyir bizdəki hala, rəftara. Bizə nə xoş gəlsə, biz də o saət, Adına deyərik təqva, ibadət. Qüdsi də belədir, yeri gələndə, Deyir ki, itaət edirəm mən də. * * * Məlamət əlaməti Çox gözəl hekayət yadıma düşdü, Ya da bir şikayət yadıma düşdü. Bir fəqir, gələrək yüz ahü zara, Şikayət edərək bir hökmdara. Dedi ki, bu kənddə var bir bostanım, Onunla dolanır bil, xanimanım. Qonşunun camışı girib bostana, Onu ayaqlayıb edib virana. Hakimsə danlayıb yazıq kişini, Dedi: «Sən tutaydın möhkəm işini. Bir hasar çəkmədin bostana nədən? «Tikanla örtmədin hasarını sən». Dedi ki, camışa bunlar nə edər, Hasar, tikan ona edərmi əsər? Dırnağı, buynuzu möhkəmdir onun, Zoru çox, şüuru çox kəmdir onun. Dağıdar önünə nə çıxsa haman, Özünə yol açar bu qanmaz heyvan. Qüdsi, heyrətdəyəm ki, hər bişüur, Hər şeydə işlədir qanmazlıqla zur. Soxulur önünə çıxsa ev, bostan. Tapdayıb eləyir yer ilə yeksan. Dindirsən deyir ki, qorxan deyiləm. Yəni ki, camışam, insan deyiləm. * * * Məşvərətin şərtləri Məna gülşəninin ustadı yenə, Belə güllər səpdi öz gülşəninə: Bir zaman Şirvanda bir əmir vardı Zahiri, batini xoş hökmdardı. Vücudi əzizdi, hümməti yüksək, Lakin xudpəsənddi, hər zaman gərək, Hər işdə sarayda olan adamlar, Onun dediyini edəydi təkrar. Əksinə çıxmazdı onun bir insan, Getdikçə qalırdı ağlına heyran. Məsləhət zamanı bir şəxsi-fazil, Əmirin sözünü eyləyib batil, Dedi: «Həqiqəti danmayınız bir, O iş başqa cürdür, belə deyildir». Əmir çox söylədi, o eşitdi az, Dedi ki, düz sözü rədd etmək olmaz. Nəhayət, qızışıb qışqırdı əmir: «Ədəbsiz, nə hədlə elədin təhqir? Unutdun ki, mənəm burda hökmran, İcra olmalıdır verdiyim fərman!» O fazil əmirə cavab verərək, Söylədi: «Hər şeydə bir düzlük gərək. Danışma, heç bir şey görmə--əmr etsən, Susaram, yumaram gözlərimi mən. Əmr etsən anlama! Əfv et, hökmdar, Bu işdə əlimdə deyil ixtiyar». Əmir dediyindən oldu peşiman, Sonra dedikləri vermədi ziyan: Düzlükdən qüdrətli bir dövlət yoxdur, Ey Qüdsi, düzlükdə səadət çoxdur. Düz iş yoxlanarsa nə qorxusu var, Düşmən də düz işi eyləməz inkar. Deyək heç yoxlayış olmayacaqdır, Düzlük özü qəlbə möhkəm dayaqdır. * * * Qarı və harun Bağdadda bir qarı yaşardı küsgün, Taleyi ömrütək zavallı, düşgün. Harun sarayına yaxın yaşardı, Viranə qalan bir daxması vardı, Saray genişlənib düzülən zaman, Lazımdı sökülsün bu ev də, haman. Qarıya nə qədər əvəz verdilər, O dedi: «Daha çox qiymətə dəyər». Daha on min qızıl verdilər azı, Yenə də rədd edib, olmadı razı, Hər yandan dedilər: «Dəlisən, nəsən, Getmirsən bu uçuq boş viranədən». Dedi: «Mən dəliyəm, bəs Harun niyə, Belə çox pul verir bu viranəyə?». Ey Qüdsi, dövlət bir pərdədir, inan, Onunla örtülür cinayət, nöqsan! Bir məsəl dedilər, dövlətə bağlı, Harunun nöqsanı, qadının ağlı. * * * Xeyirli işin faydası Bir qocanı gördü cavan bir əmir, Ki, bağında zəhmət çəkib qoz əkir. Gülüb dedi: «Ey zavallı biləsən, Dərd qalacaq sənə bunca zəhmətdən. Başqa ömür lazımdır ki, bu ağac, Meyvə verib, dərdinə olsun əlac?». Qoca dedi: «Ey şöhrətli hökmdar, Başqaları əkdi, yedik, nə olar? İndi də biz zəhmət qəbul edərək, Nəsillərçin qoz ağacı becərək. Yaxşılığın budur rəsmi dünyada, Yaxşılıq et, səni salsın el yada». Əmir onun sözlərini xoşladı, Neçə dinar çıxarıb bağışladı. Qoca dedi: «Çoxu əkdi və illər-- Gözlədi ki, əkdiyi versin səmər. Mən əkirdim başqalarçın, güldü baxt, Məhsul aldım zəhmətimdən əkən vaxt. El üçün kim girişərsə bir işə, Özü dəxi xeyir görər həmişə». Qüdsi, bu xoş sözlərin nə xeyri var, Dediyini işdə eylə aşikar. * * * Ümidin boşa çıxması İş bilən, ağıllı, qoca bir dehqan, Bir gecə söylədi belə bir dastan: Ki, Həsən adında bir kəndli vardı, Bağbanlıq edərək rahat yaşardı, Dünyanın qəmindən ürəyi azad, Əkindən başqa şey eyləməzdi yad. O, məhsul alardı, cüzi, bir qədər, Xərcinə çatardı güclə, bir təhər. Xeyirxah bir qərib Həsəni gördü, Ona çox qəribə bir toxum verdi. Həsən əkdi onu, çəkdi çox zəhmət, Yetişdi bir neçə alma nəhayət. Heç kəs belə alma görməmiş yəqin, Onda ətri vardı gözəl güllərin. Bir yanı qırmızı, sarı bir yanı, Var idi fərəhdən, dərddən nişanı, Aşiqlə məşuqdur guya bu sayaq. Birləşib oturmuş qucaqlaşaraq. Həsən çox dəyərli gördükdə barı, Bilmədi nə etsin bu almaları. Əqlinə gəlirdi onun min xəyal, Gah dedi: «ver yesin qoy əhli-əyal». Gah dedi: «gəl göndər dosta ərməğan, Qalsınlar belə bir almaya heyran». Gah da pul qazanmaq gəldi niyyətə, Dedi ki, sataram baha qiymətə. Axırda o gəldi belə qərara: «Layiqdir bu alma hökmdarlara». Qəlbini bəzədi min rəngli xəyal, Sudakı köpüktək coşdu ehtimal. Zənn etdi sevinər buna hökmdar, Eləyər ölkədə onu bəxtiyar. Belə xoş ümidlə, yüksək xəyalla, Yönəldi şəhərə, gördü cəlalla Şah çıxır səfərə, tələsik Həsən, Şaha təqdim etdi almaları şən. Şah fərman verdi o, sarayda qalsın, Qayıdan zaman bir mükafat alsın. Lakin xadimləri bədcinsdi tamam, Həmişə avara, nəməkbəhəram. Nə xalq, nə də dövlət düşürdü yada, Bir qızıl-gümüşdü məqsəd dünyada. O uca qapıda çox alçaqdılar, Xidmətdə daima zalim, cəfakar. Belə alçaqların əlində ikən, Gör necə bəlaya rast gəldi Həsən. Saxlayıb müxtəlif evlərdə miskin, Evindən saldılar onu didərgin. Yorulub belə bir işdən nəhayət, Zindana salaraq oldular rahət. Həsən, o binəva, o yazıq Həsən, Sonsuz əzab çəkdi, qəlbində şivən. Gün keçdi, ay keçdi, gəldi hökmdar, Həsənin halından olub xəbərdar. Əmr etdi hüzura gəlsin o bağban, Təəssüf eyləyib bu işə sultan. Hökm etdi açsınlar ta xəzinəni, Salsınlar oraya təkcə Həsəni. Könlü nə istəsə götürsün dövlət, Bəlkə yaddan çıxa çəkdiyi zillət, Girdi xəzinəyə tək-tənha Həsən, Heyrətə düşdü o bu xəzinədən. Bircə şey alsaydı ömrünə bəsdi, Lakin daş-qaşlardan tamahı kəsdi. Götürdü iki şey ancaq oradan: Biri balta idi, biri də Quran. Bu xəbər çatdıqda şaha qaldı mat, Çağırıb danladı, etdi iltifat. Dedi: «Ey divanə, bu fürsət bir də, Əlinə düşərmi sənin ömürdə? Sonralar bu işdən olsan peşiman, Bir fayda gətirməz bu sənə, inan! Fürsəti itirməz ağıllılar bil, Qayıt xəzinəyə, gözlərini sil! Qiymətdə ən böyük bir cəvahir al, Gedib öz dərdinin əlacına qal»! Şaha təzim edib söylədi Həsən: «Bunlardan özgə şey istəmirəm mən. Baltayla kəsərəm ağacı əvvəl, Ki, odur gətirən başıma əngəl. Deyərəm and içsin nəslim Qurana, Ümid bağlamasın heç bir sultana. Nə arzu etmişdim, noldu nəhayət, Qoy onlar halımdan alsınlar ibrət. Kim razı qalmasa öz xoş halından, Varına qənaət etməyən insan, Tamahla, həsədlə yaşasa ancaq, Şadlığı dəyişib əzab olacaq». Ey Qüdsi, sən də gəl bundan ibrət al, Bu sonsuz arzunu bir hüduda sal. Gəl etmə bu mənsəb, cəlala nəzər, Kim çatdı arzuya sonuna qədər?! Belə tamahkarlıq nəyə gərəkdir? Səadət əlinə düşməyəcəkdir. Özünə nə lazım bu zülmü sitəm, Çox pay istəyənə, ruzi olar kəm. Qaç bu pozğunluqdan, canını qurtar, Yaşamaq şəklində ölümdür bunlar. Üzünə, məcazi olan bu dastan, Həqiqət qapısı açsın hər zaman. Həsən bir ruh idi, ağac da xislət, Qəribə bar verər üzə gülsə bəxt. Sonra bu bar sənə məğrurluq verər, Qəflət zindanına çəkib gətirər. Yoxsulu sınayan xəznəni atsan, Xislətin ağacı kəsilər asan. Qurana and içsən, dilşad olarsan, Qulluq həlqəsindən azad olarsan. * * * Sağlam ikən müalicə Deyirlər xəyala uyan bir adam, Xam ikən püxtəyəm deyərdi müdam. Düşündü: «Səbəbi nədir səhhətin?» Tapdı:--lüzumudur bu təbiətin. Hər bir xəstəliyin bir səbəbi var, İllətsiz xəstəlik olmaz aşikar. Altı şey vücuda çox lazımdır bil, Dörd şey də eləyir mərəzi təhlil. Bu şeylər birləşsə bir yerdə yəqin, Pozulmaz heç zaman halı səhhətin. Deməli, mərəzdən kim görsə bəla, Etmiş öz-özünü dərdə mübtəla. Ağıllı, xəstəlik hələ gəlməmiş, Çalışar vaxtında görülsün hər iş. Elə ki, hüdudu aşdı bir ixlat, Bədəndə törəyər xəstəlik, fəsad. Vücudun səhhəti pozulub gedər, Yüz illət bədəni sərnigun edər. Sağlamkən gərəkdir edəsən əlac, Ki, vücud olmasın dəvaya möhtac. Xülasə, bir mərəz tapdı nəhayət, Tapdı sonra ona neçə əlamət. Guya ki, mərəzin önünü aldı, Özünü gör necə bəlaya saldı: Əvvəlcə işlətmə içdi o dərhal, Boşaltdı qarnını o tamam, kamal, Yay idi, yanırdı aləm istidən, Əridi hərarət içində bədən. İşlətmə canına vəlvələ saldı, Sağlamkən canını naxoşluq aldı. Qorxduğu başına gəldiyi zaman, Az qaldı zavallı təslim edə can. Ey Qüdsi, az belə əfsanə oxu, Zamanə əhlinin avamdır çoxu. Xəyal aləmində qalıb sərgərdan, Cahilkən dəm vurur ağıl, şüurdan. «Kamaldan naqisdir hər kəs»,--deyəndə, Barı fəzilətdən dəm vurma sən də. * * * Səlamətliyin qədri Səbəbsiz həkimi vurdu bir hakim, Həkimsə eylədi şükrilə təzim. Soruşdum: «Təşəkkür yersiz olarmı?» Söylədi: «Bundan çox yaxşılıq varmı? Ki, bu güc, bu idrak sahibi əlan, Verə də bilərkən qətlimə fərman. Vurmaqla göstərdi mənə iltifat, Deməli o mənə bəxş etdi həyat». Döz Qüdsi, üz versə nə cürə zillət, Çünki var ondan da betər əziyyət. * * * Tədbirin gözəlliyi Əmr etdi nədimə sultan bir səhər, Ki, hazır eyləsin qalın bir dəftər, Ölkədə nə qədər dəli-axmaq var, Yazsın adlarını aydın, aşikar. Dəftər hazırlanıb verildi sabah, Lap başda görüncə öz adını şah. Dedi: «Ey yaramaz, ey hərzə insan, Nə üçün adımı bura yazmısan?» Dedi: «Bir şəxsə ki, mal-dövlət verdin, Uzaq bir ölkəyə onu göndərdin. Vətənsiz bir quldur o adam ancaq, Söz yoxdur, o bir də qayıtmayacaq. İndi o azaddır əlində dövlət, Kef çəkib yaşayır şad-xürrəm, rahət». Şah dedi: «Qayıdıb gəlsə o zaman, Yəqin ki, onda sən axmaq olarsan». Söylədi: «Eybi yox gələrsə həmən, Bir ad da yazaram bu dəftərə mən». Ey Qüdsi, ibrətlə bax bu gedişə, Ağılla şüru et sən də hər işə. Əqlə istinadın mənası çoxdur, Bəxt üz döndərsə də zərəri yoxdur. Nakam yaşasa da şüurlu insan, Yaxşıdır xoşbəxt bir nadan olmaqdan. * * * Yersiz minnət qoymaq Eşitdim: pul verib təbibə səhər-- Bir xəstə üstünə dəvət etdilər. Xəstənin qüvvəti getmişdi tamam. Hərarət içində yanırdı müdam. Qürurla soruşdu ondan kef, əhval, Xəstəyə verdi o bir neçə sual. Nəhayət, guya ki, o tapdı dərdi, Xəstədən qan almaq əmrini verdi. Yazığın qolundan alındıqda qan, Qanıyla bərabər axıb getdi can. Qorxuyla, təşvişlə olsa da, həkim, Deyirdi: «Nə yaxşı oldu tədbirim. Nə yaxşı qan aldıq, dincəldi bədən, Qurtardıq xəstəni bu ağır dərddən». Bizim əsrdə də belədir: əyan-- Döşünə döyərlər hər alanda can. Hər kəsin bir işi düşsə əlinə, Pozaraq o işi, öyünər yenə. Bu çür minnət qoyub, can almaq, həmən, Yaxşıdır yenə boş vədə verməkdən. Deyirlər: Bir kəsdən edəndə xahiş, Düzəltsin birinə bir əməl, bir iş. Əzəldən düzünü söylərdi o kəs: «Ki, ümid olmayın siz mənə əbəs, Elə bu sizə çox hörmətdir ki, mən, Avara qoymuram öz işinizdən». Ey Qüdsi, buraxma düzlüyü sən də, Hörmətsiz olarsan yalan deyəndə. * * * == Təmsillər == Qurd və ilbiz Bir almanın içində bir qurd vardı, nagəhan, Külək qopdu, ağacı silkələdi durmadan, Alma qopub budaqdan düşərək yerə dəydi, Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi. Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər, Ahəstə çölə çıxıb saldı ətrafa nəzər. Qamətini qaldırıb dedi: «Mənəm qəhrəman, Zərər yetirməz mənə nə bir külək, nə tufan». Bizim bala qurdcığaz hey döşünə döyürdü, Qabil şəxsiyyət kimi hey özünü öyürdü. Deyirdi: «Çox gərəkli varlığam ki, belə mən, Allah məni qurtardı qəbr içində ölümdən». Qurda yaxın bir ilbiz sıxılıb daxmasına, Ətrafı seyr edirdi, qurd onun baxmasına-- Nəzər salıb fəxr ilə bağırdı: «Ey, bura bax, Gör mən necə qoçağam». O, bir az da qalxaraq, Alma üstə dikəldi, dedi: «Minarəyəm mən, Yaxın gəl, ta sayəmdə qorunasan küləkdən». Lakin ilbiz sıxıldı etibarlı qınına, Dinməyib altdan-altdan baxdı heyrətlə ona. Birdən külək başqa bir güclə əsdi, çoxaldı, Ağacdan yer üstünə böyük bir alma saldı. Alma düşdü dos-doğru məğrur qurdun başına. Bu qoçağı döndərdi dərhal xəmir aşına. Hava sakitləşəndə ilbiz çıxdı yuvadan, Gördü əzilmiş səfeh, təkəbbürlü pəhlivan. İlbiz ahəstə dedi: «Budur şöhrətin sonu, Yersiz öyünmək; qurur məhv etdi axır onu». İnanın bu ilbizə, bir hikmət söyləyim mən, Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən. * * * Yersiz iftixar Sizə deyim qəribə bir hekayət, Ağıllılar ondan alsın bir ibrət. Küdü dəni düşdü çinar altına, Qorxutmadı onu yağış, qasırğa. Qucaqlayıb çinarı tez boy atdı, Çinardan da yuxarı baş ucaltdı. Bilmədi ki, çinarın sayəsində, Yer tutmuşdur səmanın sayəsində. Tənə edib dedi: bəh, bəh, ey çinar! Bu bağda sən görmüşsən bir çox bahar. Bir mənə bax azca zaman içində, Qoydum geri səni dövran içində. Bir neçə il qucaqlaşsaq belə biz, Heç kim mənə çata bilməz şübhəsiz. Oynaq olar mənə yüksək fələklər, Meyvə dərər budağımdan mələklər. Çinar gülüb dedi, öyünmə sən də, Hünər məlum olar xəzan əsəndə. Qüdsi xatırladım bu macəranı, Öz həddini aşan səfil gədanı. Bu dünyada yaşayaraq tüfeyli, Pul topladı titrəyərək o xeyli. Güman etdi o bir fərmanrəvadır, Bilmədi ki, yazıq fəqət gədadır. * * * Tülkü və qoyun Yazılıb bir maraqlı dastanda, Vardı bir tülkü bir biyabanda. O da zahid kimiydi güşənişin, Gözü ac, hiyləgər, dəcəl, xudbin. Bir gün oldu acından avarə, Aclığa tapmadı o bir çarə. Baş alıb gəzdi çöl-biyabanı, Yem üçün axtarırdı dünyanı. Gördü çöldə həvəslə bipərva, Bir qoyun otlayır təkü tənha. Bir ona baxdı, bir də qüvvətinə, Gördü işlər yaman düşüb çətinə. Gücü çatmaz ki, bitirə işini, Qıcıdıb hirs ilə ona dişini. Dedi: «Ey canı bərk, quyruğu boş, Belə bir zülm getməz allaha xoş. Bu ərazi mənim babamdandır, Səndə bu nə ürək, nə vicdandır, Ki, edirsən bu yerləri viran? Kirəsin verməsən, düşər bil qan». Bu acı sözləri eşitdi qoyun, Çarəsi qalmayıb əlində onun, Dedi: «Yoxdur sənə inamım bil, Ola bilməz, bu yer səninki deyil. Sahib olmaz bizim bu səhrada, Mən kimi min qoyun gəzir burada». Söylədi tülkü: «Şahidim vardır, Həqqi onlar bilir, bu aşkardır. Bu sözü hamı eyləyər təsdiq, İstəsən ki, bu söz ola təhqiq. Neyləyim, sabit olsa bu əhval?» Dedi: «Olsun sənə bu canım həlal». Tülkü getdi, qoyun yazıq, miskin, Gəlib evdə oturdu çox qəmgin. Ağanın bir böyük iti var idi, Bir hücumda pələngi yırtar idi. Gah olardı çoban ilə həmdəm, Evi də gözləyərdi o hər dəm. Qorxusundan onun səmada belə, Yaxlaşammazdı göy şiri Həmələ. Ona nəql etdi macəranı qoyun, Hirsi coşdu bu macərayə onun. Dedi: «Tülkü kələk qurub bir bax, Dostumun qanına susur axmaq». O qoyunla gedib ora çatdı, Bir çuxur qazdı, gizlənib yatdı. Dedi: «Get, otla, qorxma, arxayın ol, Tülkü şahid gətirsə etmə qəbul. And üçün yanıma gətir onu sən. Sonra gör neylərəm o şahidə mən?!» İt ki, gizləndi qazdığı yerdə, Sizə qoy tülküdən deyim bir də. Özünü tülkü çöllərə vurdu, Qoca bir qurda rastlaşıb durdu. Getdi, hörmətlə o salam etdi, Ona çox izzət, ehtiram etdi. Dedi: «Ey vəhşilər, əmiri, sənə, Verirəm muştuluq, məni dinlə! Görmüşəm bir qoyun səfeh, nadan, Bayramın lap içindədir qurban». Söylədi macəranı tülkü tamam, Qurda gəldi fərəhli bir ilham. Dedi: «Haqqı danammarıq heç biz, Dediyin yer sizinkidir şəksiz». Belə şahid tapıldı çox «adil», Müddəi hər nə söyləsə qail. Müxtəsər qaniçən iki qəddar, Gülüşüb verdilər hücuma qərar. Elə ki, oldular ora varid, Dedi tülkü: «Budur, bu da şahid. Hər sözü doğrudur, həqiqətdir, Məqsədi dünyada ədalətdir. Necə olmaq bu hökmə narazı, Özü həm şahid, həm də ki, qazi». Dedi:--«Yox, yox, bu söz qəbul olmaz, Müddəa sabit olmalı bir az. Tanıram qurdu, istəyir ala can, Şəri, haqqı o tapdalar hər an. Sahibim yoxsa da yanımda mənim, Bir ocaq var yaxında xeyli qədim. Gedərək and için ona dərhal, Qanım olsun sizə o dəmdə halal». Qurd dedi:--«Sənətimdir and içmək, Qorxu olmaz təmizsə hər bir ürək». Dedi tülkü: «Mənim də qorxum yox, İçmişəm böylə andları mən çox». Sözləşib getdilər ocağa sarı, Yol hələ olmamışdı orda yarı. Tülkü baxdı ocağa heyrətlə, Ürəyi vurdu bir əlamətlə. Gördü bir göz parıldayır altda, Sanki bir şam yanır o zülmatda. Dedi qurda: «Ocağa and içmək, Bizim əcdada olmamış məslək. Atam and içdi düşdü bəndə haman, Ovçu soydu dərisini nalan. Anam and içdi, yeddi il yatdı, Yeddi il dərdə, qüssəyə batdı. İndi mən qorxuram bu anddan çox, Özün and iç, sənin ki, qorxun yox». Qurd dedi: «Hiyləni burax, tülki, Güc olan yerdə hiylələr bil ki, Boş olar, qorxmuram ocaqlardan, Tülkülər qorxuya düşər hər an». Qurd əl atcaq ocağa, it çıxdı, Hulqumundan yapışdı, bərk sıxdı. Tülkü görcək əkildi tez aradan, Qışqırıb qurda söylədi: «Nadan,-- Demədim burda gizli hikmət var, Bu ocaqda yəqin bir illət var?!» Qüdsi, sən işlədib də hiyləvü zur, Olma heç öz nəvan ilə məğrur. Gücsüzə rəhmsizcə zülm etsən, İntiqamı alar bir it səndən. * * * == Rübailər == Biliklər, önündə bir müşgülatdır Biliklər, önündə bir müşgülatdır, Səni dərk etməkdə ağıllar matdır. İqrar etməsək də cəhlimizi biz O fəxri-kainat olan bir zatdır. * * * Qəlbimin istəyi hər arzu, məram Qəlbimin istəyi hər arzu, məram, Əqlin istəyində əks olmuş təmam. Müxalif olursa iki yoldaş bil, Onların cəhdi də boş çıxar müdam. * * * Kafirlik ömrümü etmişdir hədər Kafirlik ömrümü etmişdir hədər, Məqsədçin mən hara eyləyim səfər? Hardadır dünyada o müsəlmanlıq Ki, olsun bu yolda qəlbimə rəhbər?! * * * Dərgahda olmaq bir böyük dövlətdir Dərgahda olmaq bir böyük dövlətdir, Ona qulluq etmək bir səadətdir, Qüdsi bir aləmdən yaranmış Qüdsi, Onun öz adından bir əlamətdir. * * * O gözlər qəlbimi edir tarmar O gözlər qəlbimi edir tarmar, Şərabsız məst edir, yuxusuz bidar, Ey Qüdsi, bu odlu baxışdan qorxma Bu odla sulanır bizdəki gülzar. * * * Sözlərin şəkərdir şirin bir nabat Sözlərin şəkərdir şirin bir nabat, Xoşdur şəkərdən də o bir neçə qat. Bizim məktubları cavabsız qoydun, Görünür beləymiş səndə iltifat. * * * Ruhumu çox tərif etsən də kamil Ruhumu çox tərif etsən də kamil, Nə xaric söylərsən, nə də ki, daxil. Dəniz başdan-başa bir ünsürdəndir, İstər o dib olsun, ya səth, ya sahil. * * * Əgər can nur isə, bu zülmət nədir Əgər can nur isə, bu zülmət nədir? Zülmətsə, bəs nurlu məhəbbət nədir? Demək var vücudda zülmət də, nur da, İfrata varmaqda bu adət nədir? * * * İradə çox olsa, təəssüb artar İradə çox olsa, təəssüb artar, Qorxaqlıq çox olsa, gedər ixtiyar. Ağıllı odur ki, ifrat etməsin, Hər şeydə bilməli bir tənasüb var. * * * Tərsinə dolanır amansız dövran Tərsinə dolanır amansız dövran, O xalqı həmişə edir imtahan. Sən laqeyd olduqca kam verir sənə, Kamini istərkən o verir ziyan. * * * Sənətin fırçası köhnə, şahkar-- Sənətin fırçası köhnə, şahkar-- Bir işi etməzsə bizə aşikar, O hansı babadır, yeni nəsilçin. Qoymasın qiymətli töhfə, yadigar? * * * Əlində tutduğun dolu peymanə Əlində tutduğun dolu peymanə, Şərabə bənzəyir, belə məstanə. O suyun rənginə baxarkən sanki, Günəşdir eyləmiş bir bürcü xanə. * * * Talein yar olsa sənə hər zaman Talein yar olsa sənə hər zaman, Hər hünər qarşında diz çökər inan! Əflatun olsan da, tale dönərsə Hər işin tərsinə çevrilir haman. * * * Təkcə nöqsan görər eyib axtaran Təkcə nöqsan görər eyib axtaran, Düzü də o əyri görür hər zaman. Əgər belə isə bəs nə üçün o, Özündə görməyir tək bircə nöqsan?! * * * Yaxşılıq sevməyir dünyada riya Yaxşılıq sevməyir dünyada riya, Hünərlə eyb ki, birləşməz əsla. Quranda müvafiq bir ayə vardır Yaxşılıq eyləyən çatar yaxşıya. * * * Fəryad ki, əksimə dövr edir fələk Fəryad ki, əksimə dövr edir fələk, Hicran çox, vüsalı o məhv edərək-- Bu hürkmüş qəlbimə verir təsəlli, Yaşar boş təvəkkül, ümidlə ürək. * * * Davada tüfəng də verir bizə səs Davada tüfəng də verir bizə səs, Düşməni məhv edir ondakı nəfəs, Düşməni məhv etmək lazım gələndə Ona göz ucuyla bir işarə bəs. * * * Halım etmiş məni həyatdan bizar Halım etmiş məni həyatdan bizar, Sağlamkan, etmişdir sağalmaz bimar. Hicran bir dərddir ki, sonu bilinməz, Bir sözlə kim edər bu halı izhar? * * * Allahım istəsə qurtarram qəmdən Allahım istəsə qurtarram qəmdən, Qəzanın əksinə, şad olaram mən, Düşmənlər könlücə keçdisə ömrüm, Bir az da dostlarçın yaşayaram şən. * * * Bürümüş tənimi, canımı fəraq Bürümüş tənimi, canımı fəraq, Ağırdır, günlərim keçsə bu sayaq. Yar hicri, rəqibin dərdi, fələklə, Məhvimçin qurmuşlar necə ittifaq?! * * * Odunla alışdı bu can xirmənim Odunla alışdı bu can xirmənim, Min ələm bürüdü qəlbimi mənim. Odlu göz yaşımdan anladım axır. Cigər şişməsindən yanmış bədənim. * * * Saqi, gəl badə ver, dağılsın bu qəm Saqi, gəl badə ver, dağılsın bu qəm, Dağılsın bəlkə bu qəlbimdən ələm. Açıb dil deyim bu viranə yerdən, Nə vaxt çıxıb getmiş Xosrov ilə Cəm. * * * Sinəmə dağ çəkir mənim bu dövran Sinəmə dağ çəkir mənim bu dövran, Halımı dərk edər kim çəksə hicran. Qəlb odu bir yazıq xəstə qəribin, Gözündən axıdır gör necə sel, qan. * * * Ümidim çoxdur ki, hicran tükənər Ümidim çoxdur ki, hicran tükənər, Xoş keçər bəlkə bu ömür bir qədər. Günəş tək camalın çıxanda bəlkə, Gecəmiz məhv olub açılar səhər. * * * Sənsiz rahatlığım yoxdur, a canım Sənsiz rahatlığım yoxdur, a canım, Nə şadlıq varımdır, nə xoş zamanım. Belə bir dolaşıq aləmdə hələ, Azacıq ömrə də gəlmir gümanım. * * * Gözəlim bilmədi necəyəm bir az Gözəlim bilmədi necəyəm bir az, Kim ona aşiqsə bəxtiyar olmaz. Zəmanə dərdindən turtarsam əgər, Kefimi edərəm yar yanında saz. * * * Tamahla səadət birləşməz inan Tamahla səadət birləşməz inan, Tamahkar həsrətdir şadlığa hər an. Heç kəsdən götürmə azacıq minnət, Bar çoxsa, tez sınar budaq hər zaman. * * * Ayrıldıq, ürəyim qana döndü yar Ayrıldıq, ürəyim qana döndü yar, Nə deyim bilmirəm yoxam, ya da var. Örtüksüz görünüb keçdi məclisdən. Lakin bir kimsəyə baxmadı nigar. * * * Bu fələk işləri etdi pərişan Bu fələk işləri etdi pərişan, Şadlığı fitnəylə o qoydu viran. Zəmanə kələkdir ürək vermə, bil, Kim könül verdisə buraxdı nöqsan. * * * Söz yandı qələmin ucuyla həmən Söz yandı qələmin ucuyla həmən, Fitnənin əliylə soldu bağ, çəmən, Bu ürək mülkündə canını qoru, Hər yandan hücuma keçmişdir düşmən. * * * Ah necə mən tapım bu dərdə dərman Ah necə mən tapım bu dərdə dərman, Ki, zülfü, dodağı, rüxsarı haman. Sünbültək, qönçətək, lalətək məni, Dağıdır, qan edir, yandırır hər an. * * * Saraldı Günəşin üzu bu səhər Saraldı Günəşin üzu bu səhər, Məhtabım boyuyla sərvi xar edər. Üzünün kitabı yazılan zaman, Qələm yox, reyhanla yazılmış əsər. * * * Ey könül, yanmaqdan qorxmursan sən də Ey könül, yanmaqdan qorxmursan sən də? Pərvanə xisləti varmıdır səndə? Hansı daş sındırdı qol-qanadını? Yuvana dönmürsən qəlbin əsəndə. * * * Dost yoxsa bir an da olmaram aram Dost yoxsa bir an da olmaram aram, Ancaq didariylə alıram mən kam. Ömür sona çatdı, yüksəldi ahım, Ürəyim vermədi işə sərəncam. * * * Ey könül zülfünə sən düşmə dəxil Ey könül zülfünə sən düşmə dəxil, Yüksəlmək bu yolda heç mümkün deyil Bu yol qorxuludur, sürəti azalt, Artırsan, fəlakət törəyəcək, bil! * * * Olsaydı əlimdə mənim ixtiyar Olsaydı əlimdə mənim ixtiyar, Qəlbimi qoymazdım çəksin intizar, Xəncəri çəkməkdə qətlimsə məqsəd, Bir göz et canımı ovla, et şikar. * * * Yolları ey gizli, ahəstə gedən Yolları ey gizli, ahəstə gedən, Həyatın məhv olar ayrılsan məndən. Belə gedirsən ki, görməyim səni, Sən çıxa bilməzsən əsla ürəkdən. * * * Nəsimin baxışı ruhpərvərdir Nəsimin baxışı ruhpərvərdir, Gül fəsli, gecəylə gün bərabərdir. Şadlıqdan muştuluq gətirmiş bülbül İlin də tarixi indi sağərdir. * * * Dünyada bir yerdə olur şadlıq, qəm Dünyada bir yerdə olur şadlıq, qəm, Şadlıq kədər ilə bağlanmış möhkəm. Şadlıq keçən kimi qəm edər zühur, Şadlıq zühur edər, qəmlər keçən dəm. * * * Cünunluq etməyə maildir bəşər Cünunluq etməyə maildir bəşər, Birində az olur, birində bətər. Hər kəs qafildir öz cünunluğundan, Başqası edərsə tez tutar xəbər. * * * Dörd heydən bir yerdə olmasa asar Dörd heydən bir yerdə olmasa asar, O yerin əhlini bil əhli-məzar. Həkimü həmamü həsarü hakim, Qüdsi, gəl bununla sözünü qurtar! * * * Güldür bu? deyil, gül belə xəndan olmaz Güldür bu? deyil, gül belə xəndan olmaz, Gündürmü? deyil; gün gecə rəxşan olmaz. Derdim mələkü mələk məhəbbət bilməz, Kimdir bu ki, təşbihinə imkan olmaz?! * * * Bu şəhin zatini haq məzhəri-tofiq etdi Bu şəhin zatini haq məzhəri-tofiq etdi, Namini çünki Qədir isminə tətbiq etdi. Aləmi-qüdsdə təqdiri-əzəldən olaraq, Qədri gör kim, qədəri həm onu təsdiq etdi. * * * Kitabxana.az · https://kitabxana.az/authors/bakixanov İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.