Mirzə Nəsrullah bəy Didə. Əsərləri Mirzə Nəsrullah bəy Didə (1797–1870) Bahariyyə Maşallah fəsli-gülüstandır Ruyi-zəmin lalə vü reyhandır Səhni-çəmən gülşən ü Rizvandır Natiq ü samit hamı xəndandır Əql baxıb valeh ü heyrandır Əndəlibin könlü dolu qandır Gül bəzənib gülşənə mehmandır Əbr ü hava çeşmeyi-heyvandır Səbzələrə lütf ilə ehsandır Bəzmi-çəmən cümlə çirağandır Şükufələr tamam əlvandır Müxtəsəri, bahar sultandır Qəzayi-hər gah əzəldən çıxıb Hüsni-çəmən şəqqəti-cildən çıxıb Səthi-zəmin cəngi-cümaddan çıxıb Bərdi-şita gül məhəldən çıxıb Bix çiçək çəngi-əcəldən çıxıb Müşkə dönüb xak əməldən çıxıb Nəhs gedib cirmi-zühəldən çıxıb Səbzələnib bağ xəzəldən çıxıb Hava müsəffalanıb əldən çıxıb Qürsi-qəmər nəqs ü xələldən çıxıb Mehri-dərəxşan həməldən çıxıb Maşallah fəsli-gülüstandır Əbr hava qətrə-qətrə çün pələng Bad çəkər nə'rə, qərivü nəhəng Rə'd ilə bir qəng səsi top ü tüfəng Rizişi-baran misali-xədəng Səbzələrə tökdü lö'löyi-həng Bənövşələr əvvəl gələr pişi-cəng Qafileyi-baharə yəni pişəng Sonra çiçək dəstə-dəstə şux ü şəng Açılmağa qönçə olur könlü təng Dağlar olur ətləsi-səbzi-fərəng Göyün üzü ulduzdan rəngbərəng Ruyi-zəmin lalə və reyhandır Mətləi-xurşid çün eylər ziya Məşriqdən tülu' edər gün səba Fəcri-səhər tələti-taqi-təla Zənbəq təki lətif ü xoştər hava Şurə gələr, cünbüş edər hər səda Quşlar oxur nəğməyi-şəmsüs-səba Nəsim olur mərvəhəzən, gülgüşa Nərgis açar gözlərini xoş təma Fəsli-baharın əsəri tutiya Ruha yetər nəşeyi-feyz ü əta Şükr sənin bir lütfünə, ey Xuda Səhni-çəmən gülşən ü Rizvandır Yeddi kövkəb, bürci-isnaəşər Beş həvas ü altı cəhət ey pəsər Sabit-səyyarələ şəms ü qəmər Dörd ənasir, üç mövalid müxtəsər Doqquz fələk, yeddi zəmin mahəzər Ərş, qələm, ləvhi-qəza vü qədər Ülvi, süfli vü çe nəcm, şəcər Kövn ü məkan, rətb ü yabis, bəhrü bər Ma xələqallahu sivas-səqər Bu mövsümdə səfalanıb sərbəsər Hər biri öz aləmində cilvəgər Natiq ü samit hamı xəndandır Bir belə mövsümdə bahar çağda Əncüməni-eyşdir afaqda Bir özgə aləmdi bu torpaqda Lətafət sündüsü yarpaqda Qumru çıxıb sərvə oxumaqda Kəbki-dəri qəhqəhə qılmaqda Tədərvi-tavus nə müştaqda Bülbül durub şaxi-təla taqda Sübhə baxır xəyali-işraqda Nəğmeyi-sübhi oxuya bağda Görün nə var hikməti-Rəzzaqda Əql baxıb valeh ü heyrandır Çox əcəbdir şərhi-Xuda hikməti Bilmək olmaz andakı keyfiyyəti Aləmə sabitdir uluhiyyəti Bilməyir əqdəs mahiyyəti Görüncə qüdrətdi onun qüdrəti Səbzələrə lütf qılıb xizrəti Bürünmüşdür al ü yaşıl xil'əti Ətr basıb hifli-xoş zinəti Bəzmi-Züleyxadı gül həşməti Hər birinin Yusuf kimi tələti Şahidi-gül tərk qılıb mürüvvəti Bülbüllərin könlü dolu qandır Çıxdı bülbül xətib tək minbərə Ləfzi-ibarəti dönüb gövhərə Qıldı nida cəm'i-gülşənlərə İsmə'u, ya firqətəl-əzhərə Behiştin asarı enibdir yerə Bənövşədən xak dönüb ənbərə Nəhr ü çeşmə oxşuyurlar Kövsərə Səngi-çəmən təl'əti-sim ü zərə Geyindirdi xil'əti gül Cəfərə Ətləsi-gülnari gül əhmərə Sündüsi-xəzriyyəni nilufərə Gül bəzənib gülşənə mehmandır Səd mərhəba ləli-zərəfşan gül Hər zinət ü zib fərraşan gül Şamlara şəm'i-fürüzan gül Dağ yerinə mehri-dərəxşan gül Bargahi-şaxeyi-Süleyman gül Atəşi-Musiyədə bürhan gül Tələtdə Yusifi-Kənan gül Vərəqləri şibhi-Qur'an gül Hurilərin tacına mərcan gül Haşiyə güşinə reyhan gül Qönçələrə çeşmeyi-heyvan gül Gülün suyu çeşmeyi-heyvandır Bahar bir fəsildi, yüz şərh ü bab Cəm' eyləməz vəsfini yüz min kitab O gündən kim həməldədir aftab Xeymeyi-gül cümləsi zərrin tənab Şəqayiqin çətri cəvahir qübab Şükufələr nuri-çırağantab Gecə-gündüz bağ ü çəmən mahtab Səbzələrə sayə salıbdır səhab Jalələrin danəsi lö'löyi-nab Ruha lətafət verir avazi-ab Çəmənlərə fəzli-xudayi-hesab Səbzələrə lütf ilə ehsandır Rə'd çəkər nə'reyi-ya nəfxi-sur Dışarı çıxın, ya mən fil-qübur Sovr ilə Cövzaya çıxıb mehrü hur Hökmi-bahar aləmə tapmış sudur Məşriqdən məğribə əmri budur Gül hamısı xakdan etsün zühur Səbzələrə zamani-eyşü sürur Gülşən olub şərafəti-Kuhi-Tur Cərgeyi-miqatə xiyaban durur Zəmzəmeyi-zikrdə fövcüt-tuyur Nəhmədukə, ya Qədir, ya Şəkur Şükufələr tamam əlvandır Ərzü səma cümlə bərəng əxzəri Fəcri-sabalundə nilufəri Nəxli-zümürrüddə quşun şəhpəri Şaxi-zəbərcəddə gül əhməri Zənbəqdə jalə həva gövhəri Qırmızı yaqut gülün əfsəri Bülbül olub hədiqənin sərvəri Vən yəkadı oxuyur əzbəri Dəf' qılur gülü yaman mənzəri Xudavənda, bu Didənin gözləri Bir göreydi rövzeyi-Peyğəmbəri Müxtəsəri, bahar sultandır * * * Pul Əhli-halə sanma, ey dil, bu cahan məqbuldur Aqilə cahü cəlal dövləti məxzuldur Bəzl qıl kim nəf'ü sudun etdiyin məbzuldur Vay o nəfsə, mali-dünya yığmağa məşğuldur Vəylü-lükülli ayəsi halinə məşmuldur Zərrəni bica demə, yanar o pişi-aftab, Ya tutubdur cüğdi-arif guşeyi-gənci-xərab Onların məqsudu dinarü dirhəmi-bihesab Biri göydən biri yerdən eyləyirlər iktisab Hər biri öz aləmində talibi-mə'muldur Ey cahanı çox sevən, bəxti siyah, ey dərbədər Ey ölüm yaddan çıxarmış biqəza vü biqədər Bu qədər şövqün nədir təhsilü cəm'i-simü zər Vallahi, hər kəs əgər dünya və mafihasevər Dəşti-xüsranın çölündə bir biyabani-quldur Ey xumar-aludeyi-qəflət, sərapa bədəməl Talibi-dünyayi-fani həmçu zənburi-əsəl Pula-mala ragib olma, yadına sal bir əcəl Eylə bari ölməyə bavər yəqinən laəqəl Çün ölüm hər zinəfsdən dəmbədəm mənquldur Mali-dünya bibinadır, çəkmə ona həsrəti Aləmi-mə'nadə birdir üsrət ilə işrəti Pişvalar hər zaman dünyadan etmiş nifrəti Çək ayağın bu fənadan tut təriqi-səhhəti Söhbəti-ürfani hər bir fırqədə məqbuldur Fil-məsəl, dünyayi-dövlət səndə oldu həsbi-kam Pulü malü mülkü cah, əşhəb gövhərləcam Səndə gər bəxşayiş olmaz, feyz aparmaz xasü am Hər nə dövlət cəm' edibsən, tə'n olur beynəl-ənam Həmrəhin zəhmət çəkən carubkeş məzbuldur Pul bir mürdar şeydir, Pul dur ləfzi-cinas Ərməni dilində Puğ, əlhəq, pu...dur, biqiyas Eylə bir kəsdə dutar məskən ola nəkbət-əsas Bədgil ü aciz, zəbun ü bihəya, idbarnas Ya əqim və ya münafiq, ya əli məşluldur Bu cahanə şövq edən Fir'onla Şəddaddır Gör onların köşk-şeyni hancarı bir baddır Eyləmə təşbih özünü onlara, gəl, imdaddır Zəmmi-dünyayi-əcuzə bir tükənməz zaddır Bu əsasın şərhi-mətni xətm olunmaz tuldur Sərbəsər və'z ü nəsayehdir bu şeiri-pürhəqiq Həq məzmunu uzun, guya ki dəryayi-əmiq Hər sözü dürdaneyi-afaq çün lə'lü əqiq Lö'löyi-məknundur, Didə, dürri-nəzmi-dəqiq Fil-məsəl, guya sədəf tək gövhəri-keşkuldur * * * Vəsiyyət Əya mütii-mətai-cahani-buqələmun Sənə vəsiyyət edim bir kəlami-xoşməzmun Bu şərt ilə eyləyəsən istimai ibrətlə Məqalım etməyəsən bir məqali-namovzun Nədir səhih səbəb illəti-vücudatə Murad ü əsli-qərəz xilqətə nədir məqrun Binayi-aləmdən inqirazi-aləmə cən Bu aləmi nə işə xəlq edib neçün, biçün Yaranmayıb bu qədər cin ü ins aləmdə Məgər ibadət üçün, pəs ibadət oldu bəlun Əmanəti ki sənə nəql olub, siyanət eylə Muti' ta ola söz, hökm, əhd həm raun Nəvayi-Həqqi çağır, Leyliyi-hüda tapasan Məcazi çöl gəzən olma binəva Məcnun Səvabi-baqiyə yığ, mali-dünyəvi yığma Nə qədər yığdı, hanı, neylədi, görək, Qarun Bu bəzmi-fanidə çoxları mətai yığub Gənə dağıldı, vəli oldu kaseyi-varun Nə e'tibar cahanın fənalu cifəsinə Əgərçi ta yığasan həddi-hasırdan bürun Nə qədər cəm' edəsən, bir məaş kafəndir Ziyadə zəhmətdir varisə qalur mərhun Bu sözlərim sənə təhqiq olur vəfatında Hənuz yox əsəri gözlüyük, görək qalsun Gələndə vəqti-əcəl, ruhi-binəva gedəcək Əgər mürəttəb ola səd sufuf səd məcun Nə kar eyləmisən birbəbir cəzası yetər Şərirə şər yetər, xeyrə xeyrdir məzmun Xülasə, Didə, deyim, Mürtəza ədulərinə Həmişə var müqərrər əzabi-gunagun * * * Ər kişi Ey könül, hacətini etmə tələb hər kişidən Gər durub şey diləsən, barı dilə ər kişidən Dərd izhar eləsən, şirsifət şəxsə eylə Nə gələr tülkü təhər quyruğu çənbər kişidən Dərdi bir şəxsə deyün, himməti tez cuşə gələ Nə olur dövləti çox himməti kəmtər kişidən Nakəsin dövləti gər həddən aşa, nakəsdir Dutma ümidini namərd mühəqqər kişidən Dövlətə bağlı deyil, bəxş ü əta himmətdədir Hər kimin himməti var çək onu sərvər kişidən Bəxş bər bad tələdir, yükü səngin, vəli Böyüyü istəyə gəlin çəkməyə bir nər kişidən Kişinin təb'i-nəcibanəsi fərzanə gərək Nə bitər xəz burunun sisqəcə əbtər kişidən Dövlət ü varı olan kimsə səxa anlamaya Bir zəni-əhli-kərəm xoşdur elə xər kişidən Zülməti-fəqrdə gər pərtövi-mahi arama Zərrəcən etmə tələb nur bədəxtər kişidən Rizqi dərvişi verir dərvişi icad qılan Səbəbi-xeyr gələr gövhəri gövhər kişidən İki dünyada Əlidir, iki dünyada Əli Dönməsin aqil olan Didə bu rəhbər kişidən * * * Təlayədir Əhli-zamanə səy həmişə təlayədir Tə'miri-mülk ü zinəti-qəsr ü sərayədir Mənzurdur müdam əyalın əziz edə Şövqi tamam zivər ü xanü qizayədir Şayəd dəxi tərəqqi edə hirs atəşi Əndişeyi-mənyələri kimyayədir Amma bilün o hirs ilə məhrumdur yəqin Zira muradı əksi-mədari-qəzayədir Həqqa ki seyli-ömr dəmadəm gəlib gedib Ol binəva havayə baxur, sər havayədir Dibə geyib, xəz ilə təbəxtür cəlaləti Guya onun məratibi çox binihayədir Dünya nədir ki surəti dünya cinasdır Dünya tələb müxalifəti ənbiyayədir Xəz bilmərəm nə fəxrdir, ey fa-dan süqut Bir nöqtədən xəli ola, xərdən kinayədir Fəxr eyləyən fəxarəti fəqr ilə eyləsün Zira ki fəqr əşrəfi-məcmu' payədir Fəxr eyləmə təəddüdi-mal ü cəlalivə Veylün-likülli ayəsi vafi hidayədir Bağ ü zürü' qəsrinə məğrur olma, gəl Qur'an içində kəm tərəku gör nə ayədir Səndən qədim gör nə qədər əğniya gəlib Onlar qamusi-ibrət üçün əğniyayədir Vahəsrəta nəvası çəkib qəbrə getdilər Ta həşrəcən bu həsrətə ah ü nəvayədir Ya leytəna cahanə gəlidik dübarə biz Olmaz dəxi məcal, bu zəng dərayədir Sərmayə etmə mali-cahanı, biradəra Mali-cahan fanidir, lağvü mayədir Dünya tələbdə sayeyi-himmət görünmüyüb Zira ki sayə layiqi-şani-həmayədir Dünya tələbdə gər kəsi xəslət bürüz edər Çeşmi müdam cifeyi-şah ü gədayədir Səd mərhəba o şəxsə rizayi-xuda üçün Şövqi müdam zikrü səna vü duayədir Pərvərdigari-aləmə hər dəm hazar şükr Bir Didəyəm, təvəkkülüm ancaq Xudayədir * * * Nə etibar Ey dil, cəmii vəz'i-cahana nə etibar Dövri-mədari-çərxi-zəmanə nə etibar Əblaqnüma gərdişi-əyyami-ruzü şəb Nirəngi-dər füsun ü fəsanə nə etibar Kəlla, cəmii fanidir dövri-ruzigar Zilli-qəzali-tündəvanə nə etibar Ömri-əzizə olma qürurənə nur səm Sam ü Nəsim ü pir ü cəvanə nə etibar Atəş gələndə xüşk ü təri cümlə yandırur Pişi-əcəldə yaxşı yamanə nə etibar Qəl'eyi-qürur, xeyli kəmandar əşcə'əm Bu ərsədə xədəng ü kəmanə nə etibar Bu gör dü kövn təmami zülmat ruşəna Məhdusdur zühur ü nihanə nə etibar Sitti cəhati-aləmi gəzdim xəyal ilə Ərşü zəminü bəhrü məkanə nə etibar Dövlət əgərçi cilvə verir pişgahda Amma fərati-abi-rəvanə nə etibar Buyi-bahari-hüsni-şəqayiq gedər, gedər Bülbül çəkən nəva və fəğanə nə etibar Bərfi-səfid sürx gülü eyləyüb siyah Rəngi-giyahi-sərvi-çəmanə nə etibar Şəmşiri-xud mücövhəri, bürrəndə tər gərək Ahən olan məxarici-kanə nə etibar Mərdanəlik təşəxxüsi-fitriyyədir zərur Övladi-şah, mir ilə xanə nə etibar Bihudədir, qəribü qərini-zəvaldır Cahü cəlalü mənsəbü şanə nə etibar Aqil gərək özünə özü və'z eyləsün Vaizi-din bəyani-zəbanə nə etibar Didə, gərəkdi malinə sahib rəqib ola Çöldən çölə nigahi-şəbanə nə etibar * * * Mövizə: Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyün Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyün Bu fəna xatirinə nəfsə cəfa eyləmiyün Bir yuxu surətidir vaqieyi-külli-cahan Belə əfsanə yeri cayi-səfa eyləmiyün Mövc dərya kimidir ruzü şəbin dövranı Ruyi-dəryada durub mülk bina eyləmiyün Uçacaq, dağılacaq, hər necə tə'mir eyləsəniz Pəs əbəs rəng urub nəqşi-təla eyləmiyün Taqi-Kəsra ilə eyvani-Xəvərnəqü Sədir Necə olub, sində eylə fikr, cüda eyləmiyün Bir səra fikrin edin mənzili-axır o ola Yəni qəbri eyləyin özgə səra eyləmiyün Uymayın dövləti-dünyaya xəta mədənidir Bu xəta mənbəini başa bəla eyləmiyün Verməyün imanınızı bu cifeyi-dünyanı yığub Aparub məxbəsədə dəfn xəla eyləmiyün Cümlə övladü oğul fitnə bəla çeşməsidir Onlara baver edib ömrü fəna eyləmiyün Eylə kim dövlətin oldu, oğula hökm buyurur Vay yoxsul olasan daxi səda eyləmiyün Öz həyatında qılun nəfsünüzə ehsanı Mütləqa varis olan şəxsə vəfa eyləmiyün Məgər şeytan sizi vəsveseyi-fəqrə salur O kərdür, çoxlu yığun, bəxşü səxa eyləmiyün Səbr edün, rizqi tökər əbri-ətayi-Rəzzaq Sahəti-hövsələni təng qəza eyləmiyün Sərsəri-mövt gəlür, pənbənizi əflakə çəkər Əlhəzər, ibrət edün, sər bəhəva eyləmiyün Olacaqsan nə qədər xoş keçənə əyyamının Kəfənin fikrin edün, şal ü qəba eyləmiyün Didə, dut gəl məhəbbətlə Əli damənini Eylə kim dutduz anı, xövfi-cəza eyləmiyün * * * Çay Şiveyi-əhli-zamanə bəzmi-qəndü çaydır Kimsədə əndazə yox, hər kimsənə xudraydır Fərq yoxdur kimsədə, ba cay ya bicaydır Vadiyi-vəhdət kimi şahü gəda yektaydır Adəti-təryaq tək hər gün qədəhpeymaydır Qənd qayətdə lətif ü ağ, şirin, dilpəsənd Gül bədənlər cismi tək şəhd ü müsəffa, eyni-qənd Qafi-qüvvət, nuni-ne'mət, dali dev nəfsə bənd Bir əcəb tutidi bu kim seyd qılmaz hər kəmənd Simə fəqr əhlinə əl verməyən ənqaydır Çay bir ziba çiçəkdir aləmə olmuş əta Lütfi-Sanedən sivə kim söyləsə, söylər xəta Bir nəbatül-hüsndür kim əhsəni-lütfi-qiza Ənbəri-səhər bahar, cövhəri-ətri-səba Gül, giyah, güldən bil-mərrə müstəsnaydır Leyk bu bərgi-lətif, səbzeyi-abi-həyat Leyk bu lö'löyi-nab, rəşheyi-şaxi-nəbat Leyk bu nəsrin, gül, reyhan, bu müşkin sifat Leyk bu dəşti-Xəta ahusi, tibi-tibat Hər kəsə olmaz müyəssər, sünbüli-zibaydır Simvarın heyəti guya səməndər, pər Sürüş Ruzü şəb xurdü şərabi abü atəş, dilxuruş Ya çü sərvi-kuhdur, başında çaynın tərfə quş Eşq ilə əfğan edər, bir zəmzəmə, yüz ləhcə cuş Sanasan bir cəhcəhi yüz bülbüli-şeydaydır Ya müşəbbək qübbeyi-zərrindir atəşnigar Kureyi-aləm kimi çar ünsürü zimnində var Səhərdir guya, vücudu, ruhi yox, cismində har Nə'rəkeş, suzişnəfəs, səfrabədən, səvdanəcar Aşiqi-nalan kimi kim əşkdir, kim naydır Bir gözəl məşrəbdi, Xosrov görmüyüb bu qismi-ab Rəngi gül, ətrində hil, şövqü səfa, zövqü şərab Gör nə məhfildir bisati-çay, nuri-aftab İstəkan ü çay, qaşıq, qənd, limu, şiri-nab Şəbnəmü cami-şəqayiq zinəti-səhraydır Ya tüladan çeşmələnmiş bir əcibə eyndir Abü atəş cəm' edübdür, məcməi-zidyəndir Ba vücudi inkə təbayün onlara mabeyndir Bir bədəndən baş götürmüş, bəzmi-eyşə zeyndir Fil-məsəl guya çəməndə bir gülü rə'naydır Simvarın dəstgahı ovcü rif'ətdir, cəlal Çayi-ziba, fərşi-diba, xadimi-sahibcamal Çayi-ə'la, qəndi-əhla, zərfi-rəngin, səbzü al Suyu çox qayətdə müsəffa, çox lətif ü çox zülal Sanasan şəffaf şişə ya dürri-beyzaydır İstəkanlar qəsri-əbyəz, çayi-qırmızı cismi-hur Ya düşüb rəngi-qəmərdən sahəti-dünyayə nur Ya məgər ibraz olub keyfiyyəti-qəlb ü hübur Barəkallah, bəzmi-işrət həm cəlal ü həm sürur Badeyi-səhbandır, bu badeyi-səhbaydır Çayü qəndin ləzzətin bir əhli-ləzzətdən soruş Nəhri-Kövsər şərbətin əshabi-cənnətdən soruş Padşahlar xil'ətin ərbabi-xidmətdən soruş Lə'lü gövhər qiymətin bir mehri-tə'lətdən soruş Qədri-zər bir kəs bilür kim arifi-kimyaydır Çay bir seyli-ətadır, natəvan etməz qəvam Cuşişi-Ceyhunə qılmaz dağı-Türküstan dəvam Çaydır adı, vəli dəryayi-Qülzüm, ey qulam Girmə bu dəryayə, qılma xərc, olma binizam Çox səfayin yüklərin qərq eyləyən dəryaydır Əhli-dövlət çay içsə, nuşbad olmuş qəyim Haqq verib, haqqı budur, içsün gərək əhli-nəim Əhli-dövlət fil-həqiqə məzhəri-lütfi-kərim Fəqr əhli çay içsə, şaribun şurbəl-him Bir günəh hökmündədir, həddən çıxıb rüsvaydır Leyk fəqrə çay içmək bir əməldir çün günah Çayü qəndin bilməsün adın gərək ol bipənah Hər qədəh çay içməyi bir kaseyi-zəhrü əşk ü ah Zərrə-zərrə pul qazanub fərş edə bu dəstgah Hər nə təşbih eyləsün, ondan da bədbalaydır Simvarın hər əsasi-hüsnü çün hüsni-Həsən Arifi-bizövqdür bu bəzmdən ülfət kəsən Sərbəsər şurü nəvadır, nəğməxan, tarzən Axırı bir cuş ilə ahəng edər kim sanasan Börk götürmüş, sumsiyə rəqs eyləyən Talaydır Ya əxi, im'an qıl, nuri-cila öyrətmişəm Mə'niyi-şirin ilə zövqü səfa öyrətmişəm Çayü qəndi, pənd üçün fəndi-hüda öyrətmişəm Mən sənə bu nəzmdə və'zi-Xuda öyrətmişəm Yatma, yatma, sanma bunlar tifl üçün laylaydır Çay layiqdir əmirə, əğniyayi-dövlətə Çox əcəb şayistədir şanü cəlalü şövkətə Məclisə, bağa, otağa, əmrü nəhyi-xidmətə Bir fərəhdir dilküşa, zinət verir hər zinətə Bəst edən dəmdə bisatın gör nə mehnətzaydır Çayü qəndü cahü fənd puç olur cümlə tamam Təxtü bəxtü xabü rəxt tərk olurlar, la kəlam Pulü dövlət, zorü sövlət, xalü xət bulmaz məqam Fəqrü üsrət, eyşü işrət məhv olur əz xasü am Çün fəna mülkidi bu, eyvan yıxan dünyaydır Masəvəllah bir qalan ruh ü əməldir, bişü kəm Fürsətin məqdurkən, qəvi taəti-şahə qədəm Bir nəfəsdir ömri-dünya, pişü pəs mütləq ədəm E'tibarı yox həyatın, küç bəküçdür dəmbədəm Zəngi-rehlət səs verir, hər səmtdən yüz naydır Bu cahanə çox peyğəmbər gəldi pak ü getdi pak Çox xəzain sahibi Qarunlar oldu həlak Çox şəhənşəh mehr əfsər çıxdı təxtə, oldu xak Nadir ü Teymur, Kəsra, Keyqubad ü Hindrak Ya Sikəndər, ya Cəm ü Cəmşid, ya Daraydır Köhnə dünyadır bu dünya, çox səra viran edib Çox səraməd pəhləvanı bisər meydan edib Çox şəhiri-qərbü şərqi xakdə pünhan edib Çox məqami-işrəti mənzilgəhi-əfğan edib Hər qədəm nəqşi əcəb qəmxaneyi-sədvaydır Aqil oldur mütləqa qafil deyil üqba üçün Ləhzə qəm çəkmiyür əndişeyi-dünya üçün Elminə fəxr etmiyüb, eylər əməl üxra üçün Pəs nə tövzih eyləyim rövşən sözü dana üçün Bu sözə əhli-zamanın əksəri danaydır Dövləti-dünyandır, dünyayi-dövlətdir qəna' Gəl qənaət gənzini eylə hər zamanda ictima' Bavəfadır, baqidir, bifənadır, binizə' Dövləti-dünya sərasər fikrdir, qəmdir, süda' Hər iki dünyada, billah, zəhməti-bicaydır İki şahrahə mükəlləfdir bəni-növi-bəşər Xah şakir, xah kafir, rahi-xeyrü rahi-şər Taətü isyan olur mizan fi yövmil-həşr Kim günah etsə, yəqina dozaxə bişək düşər Kim səvab etsə, məqamı cənnətül-mə'vaydır Xəzü diba vü səmuri eyləmə zibi-bədən Taqi-eyvani-cəlali eyləmə tərfi-çəmən Dəmbədəm hüsni-səliqə etmə zibi-əncümən Yadə sal bir qəbr halın, qara toprağ, ağ kəfən Gör necə vəhşətsəradır, gör nə zülmətcaydır Bir əcəb təb'i-dəni bəzi qəni şə'nində var İstimai-əhli-himmət qəlbin eylər əngədar Dövləti qayətdə çox, vermək əli qayətdə dar Bilmiyür əhvali-fəqri kim necə eylər mədar Bir günü fəqr atəşinin dozaxa min aydır Dövlətin hüsnü budur gər istəsün, ey növcavan Rəngini fəxriyyədən gülnar edə ya ərğavan Rəhm, zillət, bəxş, himmət, lütf, ne'mət, fərş, nan Dövlət ilə nəcl, həqqa, bir bəladır, əlaman Nəxli-xurmayə sarışmış mari-mərdizaydır Ey Xəta çayı içən, rahi-xətadan eylə ar Ey şəkər nuş eyləyən, gəl eylə şükri-Kirdigar Axirət fikrində ol, dünyayə etmə e'tibar Tərk olub dünya gedər, məcmuyi, kəlla, hər nə var Fürsəti fürsət bilün, keçdi, keçən heyhaydır Hansı alim halına bəxş ilə etdün iltifat Hansı seyyid ya fəqirə verdün xüms ü zəkat Hansı pərdə vəqf edibsən baqiyati-salihat Məscid ü xan ü dükakin, bağ, pul, nəhr ü qənat Aldadub dünyasını çox hiyləgər dünyaydır Çay cay xərcdir, bu xərcdən səd ehtiyat Qənd qeydi-sərfdir, qeyd içrə bil olmaz nəşat İstəkanə istikanət axir olmuş irtibat Simvarə simi var əhli qurur bəstü bisat Bilmiyür məhşər bisatın kim necə qovğaydır Bir məlulu şad qılmaq ləvhi-ə'mal kitab Bir fəqirə yar olmaq ənnəhu hüsnüs-səvab Bir həqirə dadə yetmək bir əməldir müstətab Simə bəxş ü tərəhhüm çox səvab əndər səvab Hər əməl ziba isə bəxşiş dəxi zibaydır Ey biradər, taət ilə ömr getdi bit-tamam Gün aşub dağın başından, dəmbədəm dər vəqti-şam Axirət fikrində ol, fövtün yetişdi, vəssalam Və'z üçün bu qəndü çayı nəzmdə etdim nizam Şeyx mərhumun kəlamı nan ilə həlvaydır Didə, bu dünyanın əhli didədən çəkmişlər əl Gər bəsirət olsa bunlarda, belə olmaz əməl Mali-dünyayə sarışmışlar çü zənburi-əsəl Yadə mütləq salmıyurlar, var axır bir əcəl Hər tərəf, hər gün fəğani-Şah Hüseyn vaydır * * * Qəsidə: Ey cahan dövlətinə səy qılan talibi-mal Ey cahan dövlətinə səy qılan talibi-mal, Dövlətə səy eyləmə, axirəti yadına sal Axirət axır dövlətdi, bəqavü əbədi, Dövləti-dari-cahan faniyədir, izmihlal Görünür gərçi vücudunda vəli zaildir, Neçə kim murği-uçan dəmdə salar sayeyi-bal Əsəri qeyri-səfadır, səməri eyni-fəna, Hünəri qeyri-vəfadır, səfəri eyni-zəval Hər xətanın başıdır cifeyi-dünyayi-dəni, Hər günahın səbəbi rusiyəh pireyi-zal Neçə abidləri yoldan çıxarıb qəddarə, Neçə şeyxanələri şifteyi-hüsni-cəmal Nə qədər fitnələri hadis edib aləmdə, Nə qədər cəng ü sitəm, xun nihayətdə qital Bax təvarixə, görünsün nə qədər fitnə olub, Qıl təmaşa, seyrə fəhm ola keyfiyyəti-hal Neçə şahənşəhü şahzadə gəlib dünyayə, Neçə mərdanə igid hər biri bir Rüstəmi-Zal Neçə aləm, neçə fazil, neçə Loğman və həkim, Neçə ərbab, neçə aşiq, neçə ərbabi-kəmal Neçə ərbabi-düvəl, maliki-gənc ü dövlət, Neçə ərbabi-qina, sahibi-mülkü əmval Bir-bəbir gəldi cahana, özünü göstərdi, Gənə tez getdi, ədəm guşəsinə sayə misal Hanı Qarun ki, gəncinəsi varun oldu, Bərqeyi-qəhri-xuda qə'rə yetirdi fil-hal Hanı Nəmrud, fürüzəndeyi-atəşgahi-zülm, Həzrəti-pak Xəlilullaha qıldı nə fəal Hanı Şəddad ki, də'vayi-uluhiyyət edib, Hanı Firon ki, Musa ilə eylərdi cidal Hanı tüğyan qılan zalimi-bidin Yezid, Əbədən həşrədək lənət olur sal bəsal Hanı Həccac ki, sadatla lücac oldu, Neçə kor tar ləhəb saldı ona bir çəngal Hanı ifrat qılan qövmi-bəni-Abbasi, Daima onlar üçün qaldı əzabilə nəkal Hanı hər pərdə təmərrüd eyləyən zalimlər, Hərə bir növ müəzzəb olunub fil-əğlal Neçə ma qəbl keçib fövtə, girib asarı, Elə mabəd olacaq qərqi-fəna dal-bədal Müxtəsər gərdişi-tahuneyi-əflak bizin, Danə qoymayacaq, xak edəcək bil-icmal Mehrü mahın əsəri ovci-fələkdən bilədir, Abü xakın hünəri ruyi-zəmində bu məqal Qeyri-zati-əhədi cümlə fənadır, gedəcək, Əncümü çərxi-zəminü bəhrü nəbatatü cibal Təf bu dünyaya, bu dünya nə yaman dünyadır, Of bu viranə, nə viranə qoyub mülkü mənal Nə qədər bağü həşəm mülkü xərabat qoyub, Ayeyi-kəm tərəku mətləbimə istidlal Qövmi-Adilə Səmuda edəsən nəzarə, Biləsən haləti-dünyaya nədir surəti-hal Fövci-əshabi-rəqimlə əshabil-eykə, Surəti-maziyədir ayineyi-istiqbal Biləsən ta neçədir haləti-qövmül-əxdud, Hali-əshabi-rəssi etməyəsən birdə sual Köhnə dünyadı bu dünya, neçə viranə qoyub, Heç birin axirə cən eyləməyib istikmal Hər biri şərh oluna çoxdu, hekayəti uzun, Hər biri ibrət edən dideyədir bir kühhal Pəs gözüm eyləmə bavər bu fəna dünyaya, Bir nəfəs etmə həvəs, şövqünü kəs, olma zəlal Belə fərz elə bu dünya sənin oldu küllən, Hər nə hökm eyləyəsən, hökmün ola raic hal Yığasan ta nə qədər dövlətü mal istəyəsən, Di görüm axırın aya nədir ol dövlətü mal Ta ki gəldi əcəlin çəngi, zamani-səkərat, Onda hökmün nə olur, göz yumula, nütq məhal Sarı səfraya dönər cismi-nəhifin yeksər, Sərd meyyit düşünür təxtəyə, hazır qəssal Sidrü kafur kəfən xeymeyi-qəssala gəlir, Bax bu əhvalə, o dövlət xəbərin eylə sual Yat məzar içrə, nə qayət yatasan topraqda, Dadına çatmayacaq malü həşəm bir misqal Zərrə yanına gəlməz yığılan dövlətdən, Məşriqü məğribə cən cəm edəsən malamal Varisə dutma gələn dideyi-ümidini sən, Qəddimu ənfüsəkum ayəsini eylə xəyal Sağ ikən öz-özünə eylə gələn ehsanı, Pişi-xud şəm'i-əməl qəbrinə eylə irsal Eylə bil olmuş idin, birdə dirildin, gəldin, Gördüyün qorxuların dəf'inə qıl xoş ə'mal Ta ki öldün, yığılur çürə-növrə mirasların, Hər biri özgə təhər nalə çəkər əhli-əyal Bəli zahirdə bular matəm üçün ağlarlar, Vəli batində çoxu şadü vəsiül-əhval Biri Şahnaz havasında çəkər naləsini, Birisi ovci-müxalif, biri bangi-qəzal Biri səs ver deyib avazi-Hümayun çəkər, Biri göz cilvələyir sutunu çək, nəğməni çal Hansına hissə ilə ərs ziyadə yetişə, Az qalur börkün ata, şura gəlib çala qaval Hər biri hissəsini aldı, gedər işrətə, Varisa görünür mal yığan bir həmmal Əlaman, eyləmə gəl özünü həmmali-hətəb, Olma bica yerə sən məzləmeyi-vizrü vəbal Axirin qəbrü qara toprağ imiş zirü ləhəd, Binəva, pəs nə qürur, nə kürur, nə cəlal Dəxi dilşad olur bir neçə kəs ölməyinə, Mürdəşu, qəbr qazan, xəlfə, dəxi bəzi rical Mollalar eyd kimi bir-birinə müjdə verir, Yükürüşüb cərgə urar küçə dolu qiblə-şimal Vəqti-isari-dəraxim di deyib cümlə gələr, Tökülər muru məgəs, arı görə kasəyi-bal Nanü həlva həvəsi, nimçeyi-xeyrat plov, Nəfsi zəncirə çəkər cümlə gələr dal bədal Bəli dövlətli olanda bu tədarük çox olur, Füqəra nəşini ancaq aparır dörd həmmal Xövf qıl dövləti-dünyanı bu payə yığma, Həzər et çün olacaq ruzi-qiyamətdə sual Sureyi-veylün-likülli buyurmuşdu Xuda, Görəcəkdir hütəmə mal sayan cami'-i mal Va'ləmu ayəsinə eylə nəzər Qur'anə, Fitnədir mal ilə övlad, nə nəf'i-misqal Ma kənəztum xəbərin görməmisən müshəfdə, Yovmə yuhma əsərin rə'şələnüb yadına sal Nə deyirsən bu sözə qövli-hədisi-qüdsi, Gör nə e'lam qılıb Qadiri-Həyyi-Mütəal Əhli-dövlət vükəladır, füqəra külfəti-Həq, İmdi üryan qalıb, ey vükəla, əhlü əyal Sən yığırsan gələcək aləm üçün dünyalar, O deyir: kaş keçə hali-məaşım xoşhal Sən deyirsən bu qədər dövlətü malım vardır, Ey ola ömri-müxəlləd, keçirəm eyşi-həlal O görür ruzü şəbin zillətə keçməyini, Deyir: ölməyini, keçməyə gün bu minval Nə xəbərdir, bu qədər dövlətinə faxirsən, Dəmbədəm kibrü qürurun ucalur mürğ-misal Olsana Əbuzər miqdar kimi qane'i-rizq, Olsana Həzrəti-Salman kimi zibi-xisal Salsana xatirinə ayeyi-mən kanə yürid, Görsənə mərcəini cəm' ileyhim ə'mal Dəmbədəm eyləsənə zikrü dua vü övrad, Ruzü şəb eyləsənə taəti-Həqqi-Təala İstərisən olasan bədri-fəzayi-ərəsat, Olgilən sahəti-dünyayi-riyazətdə hilal Versənə əhli-fəqirə bu qədər dövlətdən, Qılsana mümkün ikən rəhmü ətavü ibdal Bilsənə ləzzətini bəxş necə məşrəbdir, Görsənə şərbətini lütf nədir ya ifzal Bu qədər söhbət edirsən dil ilə şövkətlə, Pəs səxa söhbətinə nütqin olubdur niyə lal Zəxmi-xissət nə boğub həlqunu, çıxmaz nəfəsin, Təngi-himmət nə kəsub əllərin, etməz bir al Füqəra cümlə baxır, ey gözü ac dövlətmənd, Sən yığırsan bu qədər mal, əcəb mala-mal Aqil ol, dərk eylə bu şərh olunan sözlərimi, Hansı mərbut, müsəlləmdi, onu qəlbinə sal Bu məcazi yeri tərk et, vətənin üqbadır, Tairi-qüds gərək qüdsdə açsun pər ü bal Şurəzarə nə münasibdi qona tutilər, Tutinin məskənidir bağü çəməni şaxü nihal Çəngi-şahinə zibabilə həvacir yaramaz, Seydi-şəhbazə gərək kəbk ola çalsın çəngal Heyf, tərlanı edibsən nə yaman kərkəs gün, Cifə vadilərə daim edər istimal Şani-sultana səza qəsrü səradiq döşənə, Pişi-dərgaha gərək səf çəkə ə'yani-cəlal Nə rəva tərk edəsən səltənəti-üzmanı, Olasan guşeyi-viranədə müflis bəqqal Rişteyi-silki-fəsahətdə misali-fiqərat, İstəsəm, nəzmi-qələm çoxdu, gühər bu minval Qərəzim leyk mənim mövizədir, ləfz deyil, Mum məzmum deyil, kaş ola şanı dolu bal Mahəsəli-ibrət ilə vaqieyi-dünyadan, Nəfsi incitmə dayan, axirətin fikrinə qal Nə salursan özünü ruzü şəbin zəhmətinə, Nə yığursan bu qədər cifə haram ilə həlal Şəbnəm ilə quyu dolmaz, təmə'in kəmtər eylə, Dəvəni təşnə ola, sir edə bilməz qirbal Bir usan, tərk eylə bu şiveyi-Qarun işini, Bir yorul, işləmə, çox rahət olub dincini al Sübhdən şamə dək çotkə hesabü dəftər, Şamdan sübhə dək nisyə ilə nəqd xəyal Niyə pəs ruzi-hesabı ki hesab etməzsən, Bavücud onda olur cümlə hesabi-ə'mal Nə qədər hirsdi bu səndə məgər, ey bədbəxt, Alsana axirəti ta olasan xoş iqbal Axirət ruzi-cəzadı, verilər onda cəza, Hər kəsə xeyrü şərə zərrə yə'məl misqal Əməli-saleh olan kimsəyə cənnət yetişər, Necə cənnət, nə deyim vəsfinə imkan məhal Rövzeyi-aliyədir nuri-sərasər gülərin, Hər yeri bağü çəmən, tayirü zülalü səlsal Neçə min qəsri-münəvvər tikilib qüdrətindən, Xişti hər qəsr cəvahir, dürrü yaqutü lə'al Neçə min təxti-mürəssə qurulub gövhərdən, Tələti-payələri bir qədə xurşid-misal Huru qılman ki ayineyi-sün'i-əzəli, Neçə pərvar verib hər birinə hüsnü cəmal Şux tavus kimi taci-cəvahir sərdə, Rəngi-yaqut kimi nuri-bədən, yaşıl ü al Tələti-sinələri nuri-səhərdən beyza, Lə'meyi-çöhrələri mehri-fürüzan kimi al Qətreyi-şəhdi-ləabı düşə gər dəryayə, Təlxi-dəryanı edər ləzzətdə şəkkər ü bal Rəbbəna varzuqna feyzi-nəimil-cənnə, Binnəbiyyi vəl-Ərəbiyyi və Əliyyin və Al Pəs bu cənnəti qoyub dövləti-dünyanı sevən, Bir yerə bənd olub bi səbəb olmaz bu zəlal Bəndini anlamışam, aşiqi-rüsvayi gərək, Xacə, əfv ilə deyim illətini, eyləmə qal Rəxti-xab gecə çox nazik ola dibayi, Cismi-rə'nayi-nigarə nə gərək cameyi-al Bəli, zir camənin xanım belə xahiş buyurur, Xəz gərək, əbrə gərək, ətləs və ya tirmə şal Pənbuğun verdi yelə yıxdı evin həllacın, Qaldı həllac xəcil, pənbuğu yox, ağ saqqal Belədir dövləti-dünya kişini müflis edər, Çoxları kəmərə edər təbli-xürüci Dəccal Bu bəladır ki, bizi məhrəmi-taət eyləməz, Məhrəmi mücrim edər səfheyi-dilbərdəki xal Nəfsi-əmmarəni qoyma çəkə üsyanə səni, Fili-sərməstə necə nacaq zərb gərəkdir həmə hal Elm bir nöqtədir, ey Didə, bu nöqtə bəsdir, Hər kişi arif ola, gör nə yerə çəkdi məqal * * * Hanı Xəyalü fikrə gətir şeş cəhati-dünyanı, Təsəvvür eylə cəmiən cahani-imkanı Xəyal dairəsin mərkəzi-cahana çəkib, Miyani-aləmi gəz diqqətanə hər yanı Kəmali-elminə çatdın, o dəm mühəqqəq olur, Təmam rəncü inadır, təmamisi fani Qərəz bu faniyədə mənzili-bəqa qılmaq, Kəmali-eyni-xətadır, dəlili-nadani Həmin bu mənzili-dünya mürur mənzilidir, Düşən kimi gedəsən çün rəvani-ruhani Nə inkə burdə əsasü qəbilələr qoyasan, Tədarükati-mürəttəb, müradi-tulani Xəyal eyləsənə masəbəq qəbilələri, Sənə bəyan qılım bir-bəbir, görək hanı Neçə Sikəndəri-aləm cahana gərdiş edib, Alıb gəzib dolanıb ta fəzayi-zülmani Neçə Kiyani şəhənşəh vücudu xakə dönüb, Qübari-dəşt olub padşahi-Sasani Neçə-neçə başı gövhərnigar sahibi-tac, Şahənşəhin başı olmuş ləhəddə pünhani Dəfini-xak olub dövlətilə səd Qarun, Həzar badə gedib xeymeyi-Süleymani Hanı şərareyi-aləm, əsasi-Çingizi, Ki qətli-ami-Moğoli dağıtdı dünyanı Nə oldu Nadiri-gitisitan gövhər tac, Ki fəth qılıb alıb Hindilə Dağıstanı Çıxartdı Rum ilə qeyri zəmini-İrandan, Nə saf qıldı cədidən fəzayi-İrani Neçə vəzir ü müşir ki, həlqeyi-fikri, Fələkdə bəndə çəkə xunfəşan Keyvani Neçə həkimi-müəssis, fühul danişmənd, Fəzayi-aləmə gəlmiş xüsusi Yunani Neçə əlim, müdərris, dəqiq şarehi-elm, Mələk təhəyyür edib mədh edə bu insani Neçə lətif sühənvər bəliğ vaizlər, Fəsahəti onuda laf bafi Səhbani Neçə təbibi-müdəqqiq ki, şəmsdən götürə, Üsuli-şivələrilə südai-hümmani Neçə şücai-dilavər, hizəbr, sahibi-tiğ, Qılafi-qəbrə gedib, tiğvəş töküb qanı Neçə cəmilə-cəmalü bədii-ayinəru, Ki hüsnü məhv qıla dilbərani-Kənani O ləblər nə qədər lalərəng zibalar, Bitübdi qəbrinün üstə şəqiqi-Nö'mani Xülasə silsileyi-kainat hər firqə, Gəlib durub keçinübdür gədası ya xani Qalubdu zir-ləhəddə solub təəffün edib, O şux nərgisi gözlər o rəngi-rümmani Qərargah deyildir bu dəhri-viranə, Düşləkə eyləməz əsla üquli-viranı Cahan faniyədir bil-bədahə, mayusi, Zəmanə hadisədir müntəhayi-hirmani Əgərçi zahiri zərdir təlüzzüzü şirin, Vəlik xaneyi-zənburdur bəla kani Müəzzələm ki neçün nütqü əqllə insan, Tədərrüc eyləyə bilməz məqami-heyvani Eşək ki cümlədə nafəhmdir həqiqətdə, Vəli təfəhhüm edir çox dəqiq mə'anı Deyəndə çuş, yeriyər, çuş desün, dayanu durar, Ki nəsbü cəzmini bilir elmi-nəhvi ünvani Əcəb bu natiqi-insan əməldə kahiltər, Təmyiz eyləyə bilməz təriqi-ürfani Xülasə mətləb odur ey güruhi-əhli-bəşər, Gərəkdi arif ola müddəiyi-insani Nə aldadubdu səni cifəhayi-dari-qürur, Nə çox fəribə çəkibdür həvayi-nəfsani Beş altı ağçə səni eyləyüb nə çox məğrur, Fərəh-fərəh nə yürürsən çü mürği-Tehrani Beş altı gündə dayan nagəhan müsidi-qəza, Kəmşidirər canına bil məmati-tərlani Yetişdi aldı vücudun dağıtdı tüklərini, Bu güldü bir kəfənə get görək o pul hanı Əya qəni və ləim və nəbireyi-Qarun, Nə hirsdir bu qədər cəmi-mali-dünyanı Nə şövqdür bu qədər şaiqi-imarətsən, Səpehrə çəkməyəcəksən rəvan eyvanı Mürüvvət ilə nə çox təşnəsən bu dünyaya, Məgər təmam içəcəksən mühiti-dəryanı Açubdı ağzın əcəl xəşmnak əjdər gün, Dəfa eyləmək olmaz hücumi-Süəbani Gələndə həmhəmeyi-zəhrəçak şiri-əcəl, Məğaki-qəbrə düşər səd həzar xaqani Xəyal eyləsənə bir ölüm zəmanə səni, Fəqirə eyləsənə biqərar ehsanı Qəsəm xudayi-kərimə əməl qalır ancaq, Vəfası yox yığasan gər həzar milyanı Qərəz vəsiyyət idi, eylədim bu mövizəni, Həmişə Didə deyibdür kəlami-həqqani Bəli məarəkeyi-həqqə şücai şir gərək, Həmişə şir şücaət ümidi-Şirvani * * * Gəlib gedib Ey dil, cahana gör neçə kəslər gəlib gedib, Təqrirlə bəyandan əksər gəlib gedib Vəz'i-zamanə surəti-dəryayə bənzəyir, Yəni mühitə mövci-sərasər gəlib gedib Mirati-ruzigar nə surət bəyan edər, Agah olun cahana Sikəndər gəlib gedib Hər padşah zilli-rikabində fövc fövc, Səhra üzü təmamisi əsgər gəlib gedib Dəryayi-mərifətdə sədəfdən çıxan kimi, Çəndin həzar aləmi-gövhər gəlib gedib Hər sinfdən xətireyi-dünyayə dəmbədəm, Guya bəsiti-aləmə sərsər gəlib gedib Çək rişteyi-xəyalə nəbilər cəvahirin, Gör aləmə nə payə peyğəmbər gəlib gedib Bax surəti-cahanə səlatin fövcünə, Ta gör nə payə sahibi-əfsər gəlib gedib Cəmşid ü Keyqubad, Minuçöhr, Ərdəşir, Yüz min bu günə xosrovi-sərvər gəlib gedib Meydani-ruzigarə Təhəmtən məsabədə, Çəndin şücaü şiri-dilavər gəlib gedib Şeş cəhəti fikr ilə təsxir eyləyən, Xoştəb' şairani-süxənvər gəlib gedib Bunca səid mömin məzlum ü əhli-həqq, Bunca şəqi şərir sitəmkər gəlib gedib Səhranişini-badiyeyi-eşqi-atəşin, Məcnun kimi həzar səməndər gəlib gedib Gülzari-kainatə qızıl gül buxaqlı, Gülrəng, şux ü şəng gözəllər gəlib gedib Çox binəva fəqiri-qəmaludə natəvan, Çox namidar şəxsi-təvangər gəlib gedib Hasil budur, xətireyi-dünyayi-aləmə, Hər sinfdən müdam müqərrər gəlib gedib Ancaq əməl zəxirəyi-üqba üçün qalır, Bihudədir, sivayi nə zivər gəlib gedib Sami' gərək bu nəzmünə, ey Didə, qalibən, Çox sən kimi nəsuh süxənvər gəlib gedib * * * Qəbri-sədxaqandır Ey könül, dünyayi-fani bil-bədahə fandır, Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır, Fil-məsəl dəryada guya bir gəmi tufandır, Cameyi-zibatərini xil'əti-əkfandır, Xaneyi-balatərini qəbrdə ədfandır Hər ilin təbəqindədir gahi xəzan, gahi bahar, Hər günün zimnindədir əblaqnüma leylü nəhar, Hər işin künhündədir sərgəştəlik, vanki mühar, Bu təğəyyür aləm içrə var daim müştəhar, Hadisi-dünya üçün bunlar qamu bürhandır Əqəqi-dövri-zamanə tərk eylər bal ü pər, Məş'əli-xurşidü mah xamuş olur, qalmaz əsər, Ruzü şəb bir sayə tək mə'dum olur, olmaz xəbər, Şişeyi-əlvani-əncüm dağılır zirü zəbər, Qəsri-əflaki müzəyyən sərbəsər virandır İbtidadan intihayə fikr eylə aləmə, Əvvəlin və axirin və küllühüm beş ü kəmə, Gör biri varmı cahanda batmıyıbdır matəmə, Ya olurmu kimsənə ta düşməyə hüznü qəmə, Mütləq olmaz əgər olsa gənə əfğandır Ol Süleyman kim havada seyr edərdi şövkəti, Ol Sikəndər şərqü qərbə cari oldu qüdrəti, Kəsri Nuşirəvan zənciri-ədlinin hikməti, Nadiri-kişvərsitan afaqə saldı şöhrəti, Heç birindən yox əlamət cümləsi pünhandır Neçə-neçə padşahlar çıxdı təxtə qoydu tac, Sətvəti-qəhriyəsi afaqdan aldı xərac, Ölməyə amma biriçün olmadı fikrü əlac, Fəxr qılma toprağ üstündə səkərsən çün tərac, Dur, dayan, hər nəqşi-payın qəbri-sədxaqandır Səfheyi-əyyami-Xosrov dövləti-Teymur şah, Nüsxeyi-Cəmşid ü Cəm, Darayi-şövkətdəstgah, Bir-bəbir fikrə gətir, olsun Həqq qövlə gəvah, Fənniyəti-dünyayə yoxdu zərrə qədri iştibah, Fanidir, billah, fani, mən əleyha fandır Yoxdu, yox dünyaya əsla bir nəfəs qədri vəfa, Etməyib bir muşikafə mu qədri ikfa, Hikməti inşa edən ustad Qanun ü Şəfa, Bulmadı xəlti-əcəldən ruhə tədbiri-səfa, Onların aciztərini Həzrəti-Loğmandır Vay ol dana üçün səy eyləyə dünya üçün, Ömr zaye eyləyir bu zaye' bica üçün, Bir əməl zad etmiyir azuqeyi-üqba üçün, Axirət təhsil qılmır aləmi-uxra üçün, Himməti-bihasilinin hasili isyandır Xab şeş saat deyil bu şeş cəhətin müddəti, Surətü cövhər həyula keyf ü kəm mahiyyəti, Tərk olur bil-mərrə bu məhsusların keyfiyyəti, İbtida eylər zühurə qeyri aləm surəti, Qəhrü lütfün məzhəri niranla Rizvandır Bir xitabi-pürətabım var əhli-dövlətə, Talibani-cəm'i-malü sahibani-şövkətə, Kim nədən bir baxmıyorlar övliyayi-üsrətə, Ruzü şəb onlar necə tab eyləyirlər hirqətə, Atəşi-nirandan fəqr atəşi suzandır Ruzi-məhşərdə nədir divan ayağında cavab, Gər çəkə qəhhar adil əhli-dövlətdən hesab, Kim yenə rəhm etmədiz əhli-fəqirə nanü ab, Fədxilu naran fəzuqu min qitarin-əl-əzab, Qəflət, niran, fəqrin layiqi nirandır Əlfərar ey əhli-dünya bu fənadan əlfərar, Eyləməz dərya üzündə aqili darülqərar, Hübbi-dünya sə'yinə aşüftəlik bixtiyar, Xüd'eyi-şeytanə yox hacət, bu hirs ki bizdə var, Nəfsi-zalim bu bədəndə naibi-şeytandır Rəngi-dünyayi-dəni əldən gedər həmçun hina, Əllərin nahaq olur aludeyi-rənc ü əna, Tifl tək xakə bulanma, olma xakə aşina, Çoxda təmir eyləmə bu xakdani-bibəna, Hər nə təmir eyləsün, axır gənə virandır * * * İçün Bir neçə nəzm yazım həzrəti-sultanım içün, Göndərim payi-mələxşahi-Süleymanım içün Zahiri şeir, vəli batini əş'ari-nəsuh, Yadigari deyürəm məşəri-ixvanım içün Doğrusu mən nə qədər fikr edirəm dünyaya, Görmərəm qeyri-fəna gərdişi-dövranım içün Axirət aləminin məzrəəsi dünyadır, Hanı bu məzrəənin hasili ənbanım içün Yanacaqdır bu əməldən, bilirəm, bustanım, Tökmüşəm toprağımı çeşmeyi-heyvanım içün Baxıram pişü pəsim cümlə gənə məbhutam, Bilmərəm çarə nədir surəti-heyranım içün Bircə əfsus, günah eyləyirik ixlasən, Bircə qəlbən demirik ah peşimanım içün Gün gedir, ömr gedir, zülməti-rehlət yetişir, Görmərəm şəm'i-əməl buğeyi-ehsanım içün Yol uzun, tuli-səfər, məqsədi-rəh vahiməlü, Ah yox bir əməlim məhşərə divanım içün Qocalıq gəldi, gəlür çəngi-əcəl canım içün, Nə tədarük eyləyim hali-pərişanım içün Diş gedib, göz ağarıb, qəd əyilib, başım əsir, Bu sifətdə necə mən pul qazanım xanım içün Yığılıb övrət-uşaq, hər biri bir zad diləyir, Tökülübdür bu qədər muru məgəs qanım içün Bir deyil fikri-müsibət, birinin fikrin edim, Yüz bəlalar yeriyür haləti-piranım içün Didə, xətm eylə sözü, hər sözünün mə'nası Dürreyi-nadirədir vəznində mizanım içün * * * Mövizə: Cahani-faniyənin axırı fənayətdir Cahani-faniyənin axırı fənayətdir, Bu bir səhih süxən müxtəsər hekayətdir Bu şəkli-əvvəlidir, müntəcəh qəziyyeyi-həqq, Bədihi mətləb üçün iddia nə hacətdir Dəlili-əql ilə nəqli bu qövlə sabitdir, Xüsus hər dəm ölüm edə bədahətdir Məqami-fövt fənadır cahani-kövnü fəsad, Məkani-rənc ü inadır məkani-zəhmətdir Həqiqət ilə məcaz cahanə eylə nəzər, Ki istiarə fəna fövtdən ibarətdir Müsəlsələnə gəlür mövci-bəhr tək aləm, Bu mövc ruzü şəbün sahili qiyamətdir Qəribə bəhrdi, əmq ü ərizi dərdü məlal, Əcibə qülzüm ü gərdabı binihayətdir Bəsit bəhrdə dutmaz binayi-xanə qərar, Ki nəqşi-ab bəsa əsəfə səfahətdir Cahan fənasına söz yox, vəli söz oldur, Neçün bu əhli-cahan əhli-bibəsarətdir Məzar halətini yada salmıyır kimsə, Xəyal eyləmiyür qəbrlər nə halətdir Məzar içində yatan kəsləri xəyala gətir, Lətif cismləri gör yatub nə babətdir O cismlər ki ona gül dəyincə incərdi, Qalubdu xar, siyəh xakdən cirahətdir O çeşmlər ki gül-nərgisə bərabər idi, Müdam məst yatub xabgahi-qürbətdir O surəti ki düşərdi şüai ayinəyə, Hər ayinə görəsən qəbrdə nə surətdir O zülf ü kakili-ənbər, o arizi-lalə, Tamam tel bətel toprağ içrə qarətdir O nazənin bədənlər, əziz əhli-əyal, Qalubdu vahidü tənha, ənisi-qürbətdir Ləhafı xaki-ləhəd, bəstəri qara toprağ, Baş altısı qara daş, gor yeri nə rahətdir Oyanmıyur, sulmiyur, dinmiyür, səda qılmır, Əcəb yatubdu, əcəb yaxşı istirahətdir Əgər həvaleyi-şərhinə getsə mürği-bəyan, Zəbani-şəm'lə pərvanədən ibarətdir Kimin əli doludur lö'löyi-səvab ilə, Məqamı qəsri-üla, gül, giyahi-cənnətdir Kimin ki gərdəninə kuhi-mə'siyət taxılub, Məkanı çahi-cəhənnəm, əmiq zillətdir O günkü gündə olur hər kəsə cəzayi-əməl, Səid fəxrdə daim, şəqi xəcalətdir Nə toxmi-kari-əməl əkmisən, odur hasil, Ki ruzi-axirətə bu cahan zira'ətdir Nə mayə qoyasan ruzi-karə sərmayə, Qərari-nəf'i onun qoyduğun bizaətdir Vəli əhli-cahan yadə salmıyur ölümü, Mütii-nəfsi-həva, saliki-zəlalətdir Riyayi taət edir, əksəri təqliddir, Muradü mətləbi tədlis ilə bətalətdir Kimisi tə'n qılur: qazılıq xəta işdir, Vəli öz qərəzi məsnədi-qəzavətdir Kimisi və'z verir: uymayun bu dünyayə, Vəli ruzü şəb öz arzusu dövlətdir Kimisi tülkü kimi camesin edür təğyir, Çəkir özün dəmə kə, hiylə vü riyazətdir Kimisi gözləri sürmə, başında əmamə, Belində şalı, əli sübhəlu, tilavətdir Libasi-elm ü ədəblə özün qılur ziba, Fəsad zivəridir, müddəa riyasətdir Fəsadi-aləmə bais fəsadi-alimdir, Vücudi-narə tütün çıxmağı dəlalətdir Kimi müəzzin olub dadi-əs-salat eylər, Özünə dən çağırur, xadi'i-cəmaətdir Kimi xətib olur, minbər üstə bülbülvar, Özün büruz verir, müş'iri-fəsahətdir Kimisi həlqini yırtar məxarici-təcvid, Qaşın yuxarı çəkər, məd ilə qiraətdir Kimisi qət' edib mürüvvət ilə insafın, Adın təbib qoyub qətli-binihayətdir Ölüncə şəxsi soyur, hər qədəm alur zalım, Mərizin fövtü ona guya zərafətdir Kimi bazara çıxub söz oxur ki: dərvişəm, Təmami pul tələsi, qeyri söz nə hacətdir Kimisi pul götürüb Kə'bəyə iradə edər, Muradı hörmətidir, zahiri ziyarətdir Cənabi-hacı demək şanına bülənd gəlir, Xitabi-məclisi-ülya, böyük fəxarətdir Kimisi dövləti çox-çox, xəsis, virdi budur: Qibabi-izz ü üla, guşeyi-qənaətdir Kimisi himməti çox-çox, fəqir, zikri budur: Kərəm əli kişiyə rütbeyi-kəramətdir Bizim zamanəmizin milləti olubdur qəlb, Səxa əxəs, kərəm mərgdən ibarətdir Hənuz ol yerə yetmiş məratibi-xissət, Səxa edən kişinin tənəsi səfahətdir Həzar növ ilə mərdüm rəcimə həmrəhdir, Həzar hiylədə şeytanilə şərakətdir Kimisi rüşvət alur, haqq sözü edər nahaqq, Kimisi zərb tutur, fitnəcu xəsarətdir Kimi oğurluq edər, qətl edər, yalan danışur, Kimi qəsəm eyləyür, nahaqqa şəhadətdir Kimisi kərgəs olur süfrələr kəmində, Bunun şəqavəti hər şəqədən şəqavətdir Qoyubdu dər ki mə'budi, yüz tutub xəlqə, Biri demir ki: a köpək, bu sənə nə adətdir Kimisinin qövl ilə fe'li xilafi-həmdigər, Kimisi oğraş olub, gör cahan nə halətdir Xülasə əhli-zamanə mənim təsəvvürümə, Cəmii yoldan azub, qərqeyi-zəlalətdir Çıxubdu hər təbəqə öz təriqi-dinindən, Sığışmıyur yoluna, azmağı bəğayətdir Tamam himmətini sərf edibdi dünyayə, Xilafi-axirət ü tarik-i qiyamətdir Təəccüb eyləyirəm mən güruhi-adəmdən, Bu əql ü daniş ilə bu necə cəhalətdir Neçün bu ləhv ü lə'b şövqünə gəzib dolanur, Nə saz ü nay ü nəva, ixtilat ü işrətdir Cahan faniyə bir bəhrdir, təlatümü qəm, Qəriqi-bəhri-nişat eyləmək səfahətdir Bu bəndəgi ki bizim firqədən zühurə gəlür, Mühal dərgəhi-mə'budə ki liyaqətdir Bu günə ləğv əməllər ki bizlər eyləyirik, Cəzası ruzi-cəza tən'dir, siyasətdir Namazımız dolidir nisyənin hesabilə, Rükuü səcdəmizin fikri binihayətdir Oruc tutanda tutaq ki, taamlar yemirik, Vəli taamə əvəz güftgui-qeybətdir Zəkat versək əgər, fəxri-Hatəmi edərik, Fəqir malını vermək bizə səxavətdir İanəti ki edək bir fəqirə nədrətdən, Həman ianətimiz tez dönüb ihanətdir Ümid qaldı Rəhimün dəri-təfzilinə, Vücudi-paki-Nəbi gövhəri-şəfaətdir Bu pərdə xətm gərək nəzmi-mövizə, zira Məqami-nami-Nəbi xatəmi-risalətdir Nə yaxşı mövizədir, Didə, rövşən-a, və'zün, Ki hər sözü işığı əxtəri-səadətdir * * * Tarix گوهری حمدی که باشد از جواهر آبدار نشر باشد بر فضای در که پرورد کار صانعی کاز ابر فیضش قطره قطره آب ابر دانه دانه در کردد در صدفهای بحار مبدعی کاز حکمت تاثیر آب رحمتش در بر آید از بحار کل بروید بهار پرتو فجر صبا در امتداد صبحکه طلعت آب سفیدی ازمیان جوییار چشمه خورشید از نور ترشح دمبدم ذره ذره می نشاند تیره شبرا غبار قبه شش سمت عالم ازلب حوض قمر شعبه شعبه نور کیرد کردد ازوی آبیار تیشه مهرش شکافد کوه ظلمت آورد از قفای کوه ظلمت رو شنا آب نهار این براعت از هلال خامه کردن فراز زآن بر آید تانماید نور مطلب آشکار از کمال لطف ایزد و ازجلال فیض حق شخص شاخص در فضای (قبه) کشته نامدار ارجمندو خیر خواه و اهل جود خوش عمل اسم او (حاجی جوادبك) بنده پروردکار کیسۀ زحمت کشاد و کوهر رحمت ستاد آفرین بر حسن طبیع صد هزار و صد هزار کوهرا منشق کرده با نثار و سیم وزر قدر خرجش در حقیقت بی حساب و بی شمار آنچنان کوهی که سابق از امیران عظام سعی کرده بر کسی حاصل نشد این خیر کار بر سکندر آب حیوان از قضا ناشد نصیب حق مدد باید نماید تا نماید بخت یار تیشة فرهاد قصد بی ستون سازد ولی تیشة توفیق باید کوه باشد خاکسار از قصای (کوه بالا) تادل (میدان) شهر همچو نورشمس لامع آب آمد بی قرار دردل (میدان قبه) حوض سنکی ساخته همچنان در قبه اکلیل سنک آبدار قطعه آن حوض زیبا حوض کوثر فیمثل هرطرف زان حوض جاری آبهای خوشگوار شهر قبه زین طراوت کشته کویا ماه آب بر همه برج فلك زين آبداری شرمسار شهر قبه زین لطافت کشته کویا شهر سبز هر کجا منظر نمایی سبزه بینی لاله زار زار کل از قحط زاری جمله را موجود بود حالیا کلزار کشته هر فضای این دیار میم مصری ذل کردد بعد ازین چون الف وصل قاف (قبه) کر سرآرد بر میانه آشکار وه چه آبی در صفا چون آب مضممر در قمر در سفیدی از بیاض صدر حوری مستعار لحجۀ فواره اش آواز مرغان چمن نغمة آوازه اش هریک هزاران صد هزار پرتو خورشید لامع انجلاء آب حوض در تعاکس شیشه عالم نمای روزکار مرحبا معمار این معموره زیبا طراز ازخورنق یاد برده یا سدیر آورده کار یا وجود جود آن حاجی جواد بک سربلند طرح تازه فکر کرده کار کرده زرنکار نعم احسان عظیم نعم خیرات نعیم مشرب عذب لطیف فی اللیال والنهار ساقیات جاریات جاریات ساقیات چون ثوابت این ثوابت تا قیامت یاد کار سال تاریخش درآمد (دیده) این مصرع عجب (تا ابد باری بماند این مبارك یاد کار) * * * Rəzmiyyədən Xaneyi-zində şüəra kimi çün tutdu qərar, Hər tərəf nur tülu' etdi zəmin ü həcərə Tələti-nuri-cəmaliyyəsi tə'sir qılub, Döndü hər xakü həcər tələti lə'l ü güherə Tərhi-əbrusi çəkib tiğinə sərməşq hilal, Şəms rüxsarı verib mehləqi qürsi-sipərə Silki-lö'lö kimi cismində zireh həlqeyi-nur, Taci-qılman kimi ol tas kələ qoydu sərə Surəti növi-bəşərlik mücəlla xurşid, Mə'nidə eyni-mələklik, mümməsəl bəşərə Xaki-nə'leynini təqbil eylədi badi-şimal, Müşk ü ənbər xəbərin verdi məşami-səhərə Zati-şahzadə o məlunə müqabil durdu, Küfr imana bərabər, gecə, nur ü səhərə Qeyrəti-irsi-Yədullahi qılub cuşü xuruş, Muyi-əndamı dönüb hər biri bir nişdərə Çəkdi şəmşirini şahzadeyi-şahbaz hünər, Qürsi-xurşid kimi girdi buruci-sipərə Qaldırub bazuyi-düşmənkuşi bir sövlət ilə, Lə'meyi-tiğ düşüb ayineyi-bəhr ü bərə Mövci-dərya kimi cünbüş eyləyib cümlə sipah, Vəhmeyi-saiqədən vahimə düşdü qəmərə * * * Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz, Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz Əhli-dil mən' eyləməz qəlbin nəsimi-ahdan, Bağban gülzarını badi-sabadan saxlamaz Mühlis-sadiq olan əşkin zühur etsin gərək, Aşina razi-nihanın aşinadan saxlamaz * * * Pişvaqiədən: Çöhrəi-xurşidi tutmuş ənkdar mə'nəvi Çöhrəi-xurşidi tutmuş ənkdar mə'nəvi, Surəti-mehtabı basmış hüzni-tar mə'nəvi Qətri-aləm qətrə-qətrə əşki-ah ü qüssədir, Çeşmi-kövkəb ləm'ə-ləm'ə əşkbar mə'nəvi Hər tərəf afaqə baxsız qət'ə-qət'ə bəzmi-qəm, Hər cəhət dünyanı görsün zar-zar mə'nəvi Gərdişi-əflak daim mehnət içrə biqərar, Hər qərar xak olmuş biqərar mə'nəvi * * * Pişvaqiədən: İşarə xəmmi-mah Kərbəla işarəsidir İşarə xəmmi-mah Kərbəla işarəsidir, Hilali-taza keçən qüssəyə dəlalətdir Təəllümi-fələk biqərarə istinbat, Sirişki-didəi-əncüm böyük əlamətdir * * * Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imiş Çərx hirətdədir aya nə təmayüldə imiş, Meyli-xurşidi-fələk hansı şəmaildə imiş Bu əsər gündə imiş yaxud əsər ildə imiş, Düşmənnak əxtəri-nəhsi necə mənzildə imiş Mehnətin bir cənnə mahi-səadır bu gecə * * * Hekayə Qəribə bir nəql eyləyim, ey cavan, Bir dəm eşit, mətləb olsun əyan Gör necə şirin hekayətdir bu, Çərx işindən güşə şikayətdir bu Bir ərəb və bir İraqi, bir də türk, Bir erməni, bir də rus müştərək Bir-birinin dillərindən anlamayan, Xoruz təkin zirək və tez banlayan Ərəb deyir türkə ki: Ya mirbu', Əhlini şiddəti-təsiri-cuu' Həl ləkə xubz ev təmr hülv, Və ə'tini, ya əxi, əhli-ulüv Türk deyir: var, çör kim qıyadır, Quru çörək vermək sənə həyadır Farsi zəban dedi: bədə eyb nist, Nan şəvəd xüşk u tazə yə'ni çist Hərçe şəvəd fikr mekon, də bər an, Gürüsnə xər ra çə ələf zə'fəran Ərəb eşitdi ki, deyir "xər" ona, Sanasan ki batırdı neştər ona Dedi: əyya faili-fisq ü fücur, Əxrəbək bil-şəcəri vəl-həcər Keyfə təqulu li hərfən şəni', İnnə əbi kanə əmirəl-bəqi' Orus gördü onlar durub qayğılı, Dedi: «Ani suma saşli çtoli» Gəldi çağırdı onları: ay, Brat, Savaşmayın, durağ ....... mat Erməni gördü, sonra orus təmam, Yoldaşlığı özünə etdi haram Dedi: əcəb duq mi pis mart çəq, Mimi yan özümək şan pəs haçəq (Hayn asa şadım xosəl, ay orus! Dürk kişim verit Misri turos) Bir-birinə eylədilər mübahat, Zikr olundu əsl-nəsəb, fər' u zat Biri deyir: «Taqa vori diqa em», Biri deyir: ağazadə, ağayım Biri deyir: «Ya qaspadin, ti mujiq, Dink maya fsurovna kak dujiq» Biri deyir: mən kişiyəm adda, Burda mənəm gör xəlifə Bağdada Biri deyir: ənə şücaüz-zaman, Əl-əsədu yətləbu ənnil-əman Dil qarışdı bir-birinə qil-u-qal, Kal dəkməşə dəkməşə qarışdı kal Əzrib, bizən, vəlay pərni qoyma, dut, Bir qiyamət oldu ki, həşri unut Türk vurub yardı rusun başını, Orus tökdü yağış tək göz yaşını Söydü türkü: «Ax ti sukkin sin durax, Niyə mənim başıma vurdun (qulaq)» (Ya təbə dam qozənis padlis polut, Sam ti mujiq naxal mujiq baqrut) O da türkə həmlə qıldı bir qapaz, Farsi zəban dedi: məzən bi-namaz Xeyr tu şod kərd, sərət rə şikəst, Xuni-sərət dərdi-gülüyət bə bəst Pul-i tu dər cibi-tu şod sər bə xak, Çizi nədadi bə həkim ü dəllak Rus bundan fikr eyləyib dayandı, Sanasan ki piyan idi, oyandı Erməniyə bəxil bundan oldu yüz, Vay nədir, sazış ola yüz-bə-yüz Əraqinin ortasına paridi yavaş, Yə'ni qərəz düşsün yenə bir savaş Yumruğu çəkdi alnının üstünə, Xəlvətincə bir daş qoydu dəstinə (Min yumurq qənçəm qlixit adığa, Qəcığcığı qluxt qəcığcığa) Əraqlıya xəşm bundan qıldı cuş, Şeyristan kimi çəkdi xuruş Dedi ki: ay erməni fitnəkar, Zəhrdə mar, cahan susmar Xaki-tu əz buxl yəqin xorde ab, Zati-tu məxmurə bəng ü şərab Surəti-xod ra çe koni nar rəng, Behr çe bər ma əfkəni rəzm u cəng Cür'əti-tu çist mera mizəni, Ey zənge, bəzən ki zibə zəni Müşt zənəm bər tu təbərzin əsas, Ta əfkəni mührə-i xod ra bə-tas Erməni bu zərbi görüb qaldı mat, Dinmə, qonaq-tat, təbəqi altında yat Orus gördü: erməni qorxub baxır, .... bədr balağından yaş axır Hiddət səfrası çəkib cuşi-nar, Göy gözü əxgər təki qalxıb yanar Erməninin söydü ..... mat, (Armiyaşqa ax qanaliya praqliat) (Ti bayiş iz tatarin qaq baran, Asvyino nov prixal iz İran) Çəkdi şaşqa erməni-ni öldürə, Qeyrət və hirsin ərəbə bildirə Ərəb gördü qatil və məqtul olur, Hər ikisi batil və məbtul olur İstəmədi nahaq düşə bir fəsad, Bina qıldı səlah və fisq sədad Dedi rusa: ya əxi, üskut və-də', Qəd əraki fit-təriqi mustəd'i İnnəkə min zümrəti əhlil-kitab, Fil-kitabi leysə xitabül-itab Qəd əmərəllahu və ləna taətuhu, Qəd və'ədəllahu və ləna saətuhu Qətlu hazər-rəculi bil-bətal, Ma cəvabuke yəumil-cəzai fis-sual Mən qətələn-nəfsə əla qeyri həqq, Qəd yəkunu və bil-cəhimi mustəhiqq Əl-əməlül-xeyri li-xəyril-ricəl, Və leysə xeyrun lir-rəculi fil-icəl Sonra üzün tutdu cəmiyyə təmam, Vəzlə iblağ ki: ay xas və am Və maləkum tənazəu bil-qital, Və maləkum təşacərū bil-cidal Ə həkəza rəsmu ənisil-vəfiq, Ə həkəza şərtu rəfiqiş-şəfiq Ət-təriqu bə'də rəfiqil-kərim, Vəl-kərimu şə'nuhu təb'ul-həlim Əl-həlimu la yuhibbu qalə qil, Summə li-mən əqluhu əqlu Əqil Bu vəzdən rus oldu qəlbi nərm, Hirsi gedib qalib oldu vəhm ü şərm Börkü götürüb eylədi insaf zat, Dedi: «Ya sam nastayşi vinavat» (Budət təbə çort meynə əsqazal, Naprasno tut izdilal qalmaqal) (Aslava boq təpər meynə ni çiqo, Ya paqlyano qaspadini sava yu) Ya praşu izvinit qaspada, İ praşu qust ittə na abeyda Yist təper qatliyet sup dini, Sul pere s luq fiso u meyni Farsi zəban dedi ki, ay mahru, Hər sifət nuri-sühən sübh-gu Cümlə kəlamət həmə xatir pəsənd, Şəhdi-məaniş həmə şəhd u qənd Gunah, gunah əz tərəfi-mast, mast, Cümlə həqq canibi-qovli-şumast Əşhəbi-himmət süyi-ma rəxş kon, Hərçe xəta şod həmə ra bəxş kon Türk gəlib oldu o dəm üzrxah, Əfv qılın, bəndəm sahibi-günah Haqq həqiqətdə xətadır xəta, Xəta gərək böyükdən olsun əta Aqil olan təmə' yolun tənk edər, Yoxsa nə kim zənanəvəş cəng edər Bir çörək ki, cifeyi-dünya ola, Nə dəxli var bu həddə qovğa ola Erməni bir ləfzlə açdı zəban: Bilməmişəm, təqsirliyəm, əl-əman Yes mər numəm ku xəcalət kaşiməm, Qəlxis qniyam yes ans çaşiməm Gərçə olar sel kimi daşdılar, Axırında dostluğa oynaşdılar Cümlələri sazış olub barışdı, Bir-birinin zidd ikən qarışdı Lik fələk kəcrəv, kəcrəv mədar, Eyləməyib heç kəs ilə bir mədar Əvvəlindən axırına kəc olur, Ta yaranıb fövt olunca ləc olur Eyləməyib bir kəs ilə ittihad, Şaki ondan Xosrov, Cəm, Keyqubad Fa-yi fələk fisq idi, lamı lund, Kafidir fasiq ona payi-bənd Ləfz fələk tərzini gördük budur, Əksi kəlf, tovqi-mehnət, zülm ü cövr Söyləmə, Didə, fələyin adını, Təhti-zəmin ərşə əsər dadını * * * Kitabxana.az · https://kitabxana.az/authors/dide İctimai mülkiyyət (müəllifin vəfat ili: 1870). Public domain (author died 1870). Original text only.