Əbülhəsən Raci. Əsərləri Əbülhəsən Raci (1831–1876) == Şeirlər == Can bülbülü olmuş zəğəni-nəfsə giriftar Can bülbülü olmuş zəğəni-nəfsə giriftar, Daim qəfəsi-sinədə eylər ona azar. Bu, layiqi-firdovs, o, niyranə səzavar, Ülvitələbi-süfldə ol hiyləgər istər. Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et, Dəvayi-təvalayi-hüseynidə sədiq et, Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et, Dil vadiyi-heyrətdədi, bu rahbər istər. Hər kimsənə istər ola aşiqliyə layiq, Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq, Qəti-nəzər ondan da gərək aşiqi-sadiq, Hər mamələkindən edə qəti-nəzər istər. * * * == Qəzəllər == Gene bu tazə, könül mehri bir cavanə salıb Genə bu tazə, könül mehri bir cavanə salıb, Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb. Xəyali-xalü ləbü xəttü zülfi rüxsarın, Bu qış günü məni bir səhni-gülüstanə salıb. Bu piçütabilə mümkün deyil, üzülməyəcək, Belə ki, nazilə qəmzən kəşan-kəşanə salıb. Nigahi-çeşmin əlindən sümüklərim əridib Gəlib hüma quşu tək, meyl üstüxanə salıb. De bülbülə ki, bilir suzi-eşqi pərvanə, Özünü şəniiri ayağma yanə-yanə salıb. Tamam xalq mənə olsa qəmküsar, azdır, Fələk bu dərdi ki, bu cismi-natəvanə salıb. Xəyali-muyi-miyanımda mu tək incəldim, Bu mətləb indi məni nükteyi-nihanə salıb. Könüldən ötrü gözəl ömrü hiç, yox etdim, Görün, könül məni nə dərdi-nagəhanə salıb?! Nədamətin çəkər, axırda sudimənd olmaz, Əbəs yerə özünü Raci bu ziyanə salıb. * * * Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə, Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə. Könül az qaldi çak olsun, küdurətdən həlak olsun, Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə. Gözün qurbani, peydərpey, götür məstanə cami-mey, Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə. Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə, Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə. Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan, Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə. Dutan şöhrətdə əyyami, verən yəğmayə arami, Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə. Baxan bu arizi-alə, düşər bir özgə əhvalə, Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə. Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan, Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə. O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini, Xəraci-Çinü Maçini, salubdur bircə maçinə. Səbu başini məclisdə, müğənni qoydu tar üstə, Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə. De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci, Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə. * * * Hübb ayəsi, zahid, sənə Quranda tapıldı Hübb ayəsi, zahid, sənə Quranda tapıldı, Misdaği mənə arizi-cananda tapıldı. Asarı-şüunati-zühuratı-həqayiq, Əlhəq genə bu məsləki-ürfanda tapıldı. Sinəmdə əyan oldı tilismati-məhəbbət, Bir gəncdü məxfi ki, bu viranda tapıldı. Çeşmimdə xəyali-ərəqi-arizi-canan, Guya düri-şəhvardu, ümmanda tapıldı. İncitmün, ətibba, bizi, dərdi-qəmi-eşqə Dərman nə Ərəstudə, nə Loğmanda tapıldı. Qaldi səri-zülfündə könül, kamə yetişdüm, Nə eyşdü bu, Şami-qəribanda tapıldı. Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax, Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı? Olmuşdu könül Yusifi bir müddət idi güm, Axtardum onı, cahi-zənəxdanda tapıldı. Ey vacibün imkaninə talib olan aşiq, Məzhər ona, gəl, aləmi-imkanda tapıldı. Qəmzən tükədüb, nazun alub, işvən apardı, Sedparə könül hər biri bir yanda tapıldı. Xət basdı qədəm naz ilə hüsnün vərəqinə, Qarıncadü ya, təxti-Süleymanda tapıldı. Bu Racidəki şur ilə sevdavü məhəbbət, Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı. * * * Məndən, səba, de ol gülə: qurbanınam, senin Məndən, səba, de ol gülə: qurbanınam. senin, Rəhm etgilen bu bülbüle, quıbanınam sənin, Bu eşq odunaöz gözü könlüm salıb meni, Səndən yoxumdu heç gile, quıbanmam sənin. Hərçənd istərəm sənəbir özgə söz deyem, Bu söz genə gəlir dilə: “Qurbanınam sənin!” Hüsnün zəkatını mənə eylə bu il əta, Qoyma qala gələn ile, qurbanınam sənin. Vəslində al bu canımı asan^ xilas elə, Hicrində sälma müşkülə, qurbanınam sənin. Gəlmiş yuxarxdaö-aşağı, sakla izzətin, Çox hörmet eyle kakile, qurbanmam sənin. Min dəfe gündə öldüresən nazilən məni, Yoxdur mənim sözüm belə, qurbanınam sənin. Bari edib bəhanə, acıqlanma Raciyə, Al canmı, güle-gülə, qurbanınam sənin. * * * Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı, Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı. Nə nazü qəmzə, nə qəncü dəlalü nə işvə, Nə əczü labe, nə xunabi-dideyi-tər olaydı. Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal, Nə müşk olaydı, nə məcmər, nə udü ənbər olaydı. Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf, Nə şəh, nə mülk, nə bu fövc-fövc ləşgər olaydı. Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan, Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı. Əzəl nə nəşə olaydı, sora nə rənci-xumar, Nə tiyşi-vəsl, nə ənduhi-hicri-dilbər olaydı. Nə öldürəydi xətin gəlcək üzdə üşşaqi, Məsih tək nə ləbi-ləli-ruhpərvər olaydı. Nə yalvaraydı rəqibə bu payədə üşşaq, Və nə bu mərtəbə məşuqələr sitəmgər olaydı. Nə şur olaydı, nə bülbül, nə gül olaydı, nə xar, Nə lütfi-baği-baharü nə cövri-sərsər olaydı. Nə dil olaydı, nə qamət, nə qəlb olaydı, nə rux, Nə şəmi-şölə, nə pərvanə, nə səməndər olaydı. Nə gül, nə ətr, nə şümşad olaydı, nə şanə, Nə zülf olaydı, nə məşşatə, nə bu zivər olaydı. Nə şərhə-şərhə olaydı bu sinə tiğinlə, Nə şərhi-dəftəri-dərdü bəla, nə müztər olaydı. Cəfayi-yar ilə üşşaq inciməz, ey kaş, Nə səndə mümkün o, məndə nə bu, müyəssər olaydı. Nə hicr olaydı, nə giryə, nə künci-qəm, nə bu ah, Nə abü atəşü xakü həva müxəmmər olaydı. Nə tifl olaydı, nə məktəb, nə dərs olaydı, nə elm, Rümuzi-eşq nə dillərdə böylə əzbər olaydı. Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt, Nə şeyx olaydı, nə məscid, nə vəzi-mənbər olaydı. Nə dil olaydı, nə didə, nə əşki-xunalud, Nə kan olaydı, nə dərya, nə ləlü gövhər olaydı. Nə ictinab, nə tövbə olaydı, nə pərhiz, Şikəsti-tövbə nə peymandan füzuntər olaydı. Məzaqi-Raci nə şirin olaydı, nə beylə təlx, Nə hicr zəhri-həlahil, nə vəsl şəkkər olaydı. * * * Nə qədər sən kimi bir qönçədəhanım yox idi Nə qədər sən kimi bir qönçədəhanım yox idi, Ey pərivəş, bu qədər ahü fəğanım yox idi. Tutiyayi-xəti can nəqdinə alseydim əgər, Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi. Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən, Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi. Səri-kuyin mənə dünyadə əta eylədi Həqq, Çünki üqbadə mənim meyli-cinanım yox idi. Gördi pürsuz ilə yandı bu gecə halimə şəm, Çünki bir şəm kimi canı yananım yox idi. Neməti-vəslüvə sod şükr yetişdüm birənc, Mənim öz taleyimə hiç gümanım yox idi. Raci, yazdum qala məndən bu qəzəl namü nişan, Çünki aləmdə mənim namü nişanım yox idi. * * * Saqi, nə olubdur, məni yade getirməz Saqi, nə olubdur, məni yade getirməz? Könlüm tutulubdur, menə bir badə getirməz. Rehme gələr axər, gətirer saqi meyi-nab, Gül feslidi, sed heyf bu esnade gətirmez. Zahid tapa ger taqi-qaşın səcdəsin, ey şux, Mehrabi-ibadetlere seccade gətirməz. Naqisləre təklif eləmin eşq rümuzun, “Əbcəd” deyi, her tifli bu, irşadə gətirməz. Məhbus ele zülfundə könül mürğünü, yoxsa, Divaneyi-qəm tabırn qəllade getirməz. Herçənd dedin, Raci, de bu beyti mükəırər: Saqi, ne olubdur, məni bir yade gətirməz. * * * Sənə bu hüsn, xəyal eyləmə müdam qalır Sənə bu hüsn, xəyal eyləmə müdam qalır, Çəməndə hansı güli-tər ələddəvam qalır?! Qalıb bu pənd mənə yadigar pirimdən: Həmişə zində bu aləmdə niknam qalır. Gözün könül quşun ovlar, əgərçi laçın tək Və leyk axır özü paybəndi-dam qalır. O ləbləri ki, edər kami-aləmi şirin, Mənim kimi olu bir vaxt təlxkam qalır. Gedər çü məstiyi-mey, zəhməti-xumar gəlir, Həmişə başda haçan nəşeyi-müdam qalır. Həmişə aşiqinə naz edib, xəyal etmə Sənə bu rəngü ruxü zülfi-müşkfam qalır. Əsər xəzan yeli gülzari-hüsnünə bir gün, Nə üzdə rəng, nə zülfündə bir nizam qalır. Nə çeşmi-məstin edər böylə naz-naz nikah, Səhi qəddin nə bu növ ilə xoşxuram qalır, O vaxta üz çevirib cümlə bədnəzər səndən, Məgər bu Raciyi-biçarə sübhü şam qalır? * * * Övzai-çərx sanma ki, biixtilaf olur Övzai-çərx sanma ki, biixtilaf olur, Cuyi-zəmanə gah bulanır, gah saf olur. Verməzlə gah Yusifi Misrin bəhasına Gəh pirəzal əlində bəhası kəlaf olur. Eşq əhlinə bir özgə əziyyət rəva deyil, Təni-rəqibü cövri-zəmanə kəfaf olur. Məşuqə aşiqin bilü razi-nihanını Bu rişteyi-məhəbbət ona telqraf olur. Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin, Amma yazanda xamə bu sirri şikaf olur. Tövəmdi rəncü rahət, müdğəmdi eyşü qəm, Vəslü fəraq, şadiyü matəm müzaf olur. Hər şeyi öz yerindədi bu karxanənin, Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur. Hər kimsə öz məqamını aləmdə seyr edər, Ənqayə Qaf, cüğdə xərabə mütaf olur. Ustad hər kəsin qədinə bir qəba biçib, Var bir qəba ki, özgə qəbayə sicaf olur. Olmaz yüz il fəğanə gələ zar, əndəlib, Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur. Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini, Rubəh nə növi şirə hərifi-məsaf olur. Amma olubdu çoxlara bu əmr müştəbeh, Culfalıq etməmiş küləhduz kəlaf olur. Raci, fünuni-şerdə gərçi vəhidsən, Dəm vurma çox ki, baisi-lafü kəzaf olur. * * * Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni, Bivəfalar əhdi tək sındırdılar peymanəni. Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab, Çeşmi-dilbər tək xumarə saldılar məstanəni. Rindü şeyxü salikü zahid qarışmış bir yerə, Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni. Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən Bülbüli-şeyda yerində başlıyub əfganani. Atəşi-şövqi-məhəbbət yandururdı aqibət, Şəmlər nahəq yerə yandurdilər pərvanəni. Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf ilə Rişteyi-zünnarə düzdüm səbheyi-səddanəni. Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar, Məskən et bayqusifət bir guşeyi-viranəni. Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul, Rahət əgləşsün qoyun, zəncirdə divanəni. Raci, gördüm tərgi-candur iqtizayi-ittihad, Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni. * * * Dağıt o əyri qaşın üstə zülfi- qarə, yer Dağıt o əyri qaşın üstə zülfi-qarə, yeri, Vuranda qeybəti-kübradə zülfüqarə yeri. Quru yer üstə qədəm qoyma, minnətün çəkirəm, Göz üstə qoy qədəm, ey yari-mahiparə, yeri. Gedəndə, mən sənə qurban, rəqibdən gizlin, Dalınca gəlməyimə barı et işarə, yeri. Gəl indi canımı al, baxma qeyrilər sözünə, Bu xeyir işdə dəxi yoxdur istixarə yeri. Belə dağıtdı yüzə kakilün nəsimi-səhər, Ki, qalmadı dəxi, ey mahiru, nəzarə yeri. Fəğani-bülbülü gör, bircə xar ilən gülə bax, Günah səndə deyil, tüf bu ruzigarə, yeri. Əgər yəqinim ola, yar olmuşsan əğyarə, Ölüncə getməyəcək sinədən bu yarə yeri. Alıb bu canımı naz ilən, indi ki, gedisən, Qayıt bu canımı da al-gilən dübarə yeri. Nigar kuyidə, can verməsəm nəsib olmaz, Məgər behişti verərlər günahkar‑ə, yeri! Rəvadu həsrəti rüxsarın ilə döndərsin, Sirişki – əşk ilə bu Raci laləzarə yeri. * * * == Qəsidələr == Eşq əhli bu afaqda rüsva gərək olsun Eşq əhli bu afaqda rüsva gərək olsun, Məcnun kimi sərgəşteyi-səhra gərək olsun. Bu rəsmdür aşiqlərə divanə deyəllər, Bu taifədə hövsələ dərya gərək olsun. Əğyardən eşq əhli gərək pür həzər etsün, Qəlbində onun yəni təbərra gərək olsun. Öz canını qıırban eləsün dust yolunda, Lazımdu təbarradə təvəlla gərək olsun. Aşiq odur olsun özü məşuqi-bənəfsə, Yəni ki, o bir bimənü bima gərək olsun. Başdan ayağa yarsala tığ ilə gər aşiq, Məşuq ilə məmlüvv sərapa gərək olsun. Məcnun kimi aşüfteyi-xalü xəti-Leyli, Vamiq kimi məhvi-rüxi-Əzra gərək olsun. Şəhbaz kimi dövr eləsün dövri-cəhani, Ta bir çəmənə bülbüli-şeyda gərək olsun. Min zülmü sitəm eyləsə canan deməsün bir, Aya niyə bu zülmü təədda gərək olsun. Dözsün sitəmi-möhnətü ənduhi-bəlayə, Ümmidgəhi səbrü şəkiba gərək olsun. Görsün rüxi-canani əyan daim özündə, Ayinə kimi qəlbi müsəffa gərək olsun. Biganədü söz aşiqü məşuq arasında, Can verməgi mövqufi-bərima gərək olsun. Heç eyləməsün vəsl ilə hicran ona tövfir, Hicranda canan ilə yekca gərək olsun. Eşq aləmini seyr eləsün payəbəpayə, Ta cilvəgəhi-aləmi bala gərək olsun. Öz canını pamal eləsün künci-bəladə, Ta kəngəreyi-ərş ona məva gərək olsun. Büxlü həsədü kinəvü büğz ilə riyadən, Aşiq olan aləmdə mübərra gərək olsun. Aşiq odur aləmdə Üveysi Qərəni tək, Məsti-meyi-meyxaneyi-mövla gərək olsun. Mövla necə mövla Əlivü alivü əla, Ol ismi-xuda ilə müsəmma gərək olsun. Rüfətdə onun payeyi-əlvani-cəlali, Min mərtəbə bu ərşdən əla gərək olsun. Bu padişəhün çakərinün çakəri Xosrov, Dərbani-dəri-həşməti Dara gərək olsun. Saqi, dolanum başına, ver badə peyapey, Başimdə mənim nəşəyi-səhba gərək olsun. Göstər güli-rüxsarini, canım sənə qurban, Könlüm quşu bülbül kimi guya gərək olsun. Öz xahişini tərk eləsün talibi-canan, Nə talibi-dünyavü nə üqba gərək olsun. Təsiri-nəfəs bundan alub həzrəti İsa, Həqqa ki, bu möhyayi-Məsiha gərək olsun. "Mutu" desə zərratə, sərasər olu fani, "Qumu" desə, kulliyyətən əhya gərək olsun. Həm dideyi-Yəqubə bu Mövladu verən nur, Yusifdə nişan hüsni-dilarə gərək olsun. Feyzi bu Şəhün Xızrdəki ömrdü cavid, Davudi də surət fərəhəfza gərək olsun. Məcmui-peyəmbərlərə bu feyz veribdür, Musadə nişan ol yedi-beyza gərək olsun. Həqqa ki, bu Şahənşəhün asari-cəlali, Bir zərrə Süleymanda hüveyda gərək olsun. İllət budur icad olub xəlq ədəmdən, Bişək səbəbi-Adəmü Həvva gərək olsun. Mövlani qoyub vəsf eliyə hurü cinani, Zahid sözü bu barədə bica gərək olsun. Can vermək, üzün görmək əgər olsa müyəssər, Çox nəfli sövdadu bu sövda gərək olsun. Etməz sənə bu eşq sözü zərrəcə təsir, Zahid, ürəgin səxreyi-səmma gərək olsun. Düşmən nə görər şəbpərə tək mehri-cəmalun, Didaruva bir dideyi-bina gərək olsun. Yaz mədhini, Raci, nə qədər olsa müyəssər, Övsafi-Əli aləmə ifşa gərək olsun. * * * == Növhələr == Aləm niyə bəs olmadi viran, Əli Əkbər Aləm niyə bəs olmadi viran, Əli Əkbər, Ol gün ki, səni saldılar atdan, Əli Əkbər? Bu şiələr, ey kaş, cəhənnəmdə yaneydi, Zülfün nə ki, bircə teli qanə boyaneydi, Çərxün görum ol gündə bu dövri dolaneydi Dövri-bərüvi aldılar üdvan, Əli Əkbər. Bu əqdini bu şiələrün həll edə, müşkil, Vermüb su, kəsüb təşnə sənün başuvi qatil, Olsun o sərün su üçün aşiqlərə nisgil, Verdün sən o zəhmətlə susuz can, Əli Əkbər. Leyla gecələr sübhə kimi yatmadi rahət, Sən kimi cəvan bəslədi, ey kani-məlahət, Axir nə rəvadur qala didaruna həsrət, Düşmən eliyə qanuva qəltan, Əli Əkbər. Məşhurdu hərçənd qəmü möhnəti-Yusif, Kor eylədi Yəqub gözin firqəti-Yusif, Əmma ona bir vəqtə yetüb həzrəti Yusif, Kim, olmuş idi Misrdə sultan, Əli Əkbər. Tapdi səni bir vəqtə o Yəqubi-Mədinə, Yıxmışdıla rəna qədüvi ruyi-zəminə, İstərdi kəsə başuvi ol ləşkəri-kinə, Dutmuşdi sənün gözlərüvi qan, Əli Əkbər. Gördi ki, kəsər başuvi ol taifeyi-gəbr, Mümkün degü bir kimsənə bu zülmə edə səbr, Doldurdi baban gözlərini əşk ilə çün əbr, Səbr eylədi bir Şahi-şəhidan, Əli Əkbər. Qurbani görülmüb kəsə bir kimsənə ətşan, Əmma sənə rəhm etmədi bu ləşkəri-üdvan, Axir səni meydanda susuz kəsdilə qurban, Bu canimiz olsun sənə qurban, Əli Əkbər. Sinən dəmi-şəmşir ilə peykanə verübsən, Canü dil ilə canuvi cananə verübsən, Başun bu rahi-eşqdə mərdanə verübsən, Ey nuri-düçeşmi-Şəhi-mərdan Əli Əkbər. Ol gün ki, çıxub xeymədən əflakə fəğanlar, Meydanda töküldi yerə nahəq yerə qanlar, Hardeydi o gün, mən sənə qurban, bu cavanlar, Məcmui oleydi sənə qurban, Əli Əkbər. Bu zəxmi-dil oldı anova zəxmi-cəbinün, Göylündə qalub həsrəti Leylayi-həzinün, Səndən sora kül başinə dünyayi-dəninün, Sənsiz necə dövr etdi bu dövran, Əli Əkbər? Şümrin görüm aləmdə şədid olsun əzabi, Aya nolu Peyğəmbərə məhşərdə cəvabi? Ol gün ki, qurar ədl ilə divani-hesabi, Etsün bu barədə divan, Əli Əkbər. Çavuş səda çəkdi, çıxub qafiləyi-qəm, Olmadi bu il Racinün övzai fərahəm, Qismət ola qəbrimdə deyə növbə dəmadəm, Hüzzar olallar çaki-giriban, Əli Əkbər. * * * Bax fələk Şamdə bir zümreyi-kafər yerinə Bax fələk Şamdə bir zümreyi-kafər yerinə, Künci-viranədə həm Ali-Peyəmbər yerinə. Qəsri-alidə Yezidün qızı yatsun rahət, Künci-viranədə çəksün o Səkinə möhnət, O sala məcəri-zərduz-başə ba şövkət, Bu sala zülfini rüxsarinə məcər yerinə. Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb, Yeddi qardaşinə eylərdi təfaxür Zeynəb, İndi qan ağlamasun, neyləsün axir Zeynəb, Bircə Bimari qalub yeddi bəradər yerinə. Nə rəvadur üsəra şivənü əfğanə gələ, Şamun övrətləri tən ilə təmaşayə gələ, “Tuf” belə gərdişə, lənət belə dünyaya gələ Ali-Süfyani qoyar zadəyi-Heydər yerinə. Çün gəlürdi görələr Zeynəbi ol əhli-tərəb, Üsəra dövrin alırdı o məhin çün kövkəb. Zeynəb ol firqəni gördükcə deyirdi: - Yarəb, Olmasun kimsə cəhanda məni-müztər yerinə. Möhnəti-qürbət əsər etdi o dəm Leylayə, Verdi viranədə əl qüssəvü qəra Leylayə, Dedi: - Ey çərx, elədün yaxşi sitəm Leylayə, Pasiban Şümr olub indi mənə Əkbər yerinə. Həmnəfəs olmadi bir dəm dəmi-dəmsazə ərus, Gəldi viranədə bülbül kimi avazə ərus. Dedi: - Aya görülüb indiyətən tazə ərus, Ey fələk, qarə sala başinə zivər yerinə? Dedi: - Az qaldi-Səkinə ki, - bu canim çıxsun, Nə qədər boynumi zənciri-düşaxə sıxsun? Təngə gəldüm bu Yəzidün evini həq yıxsun, Gedəcəkdür bəs haçan Ali-Peyəmbər, yerinə. Gördü Gülsum üsəra oxşadi hər nakami, Ney kimi dərdə gəlübdür dili-biarami, Dedi: - Qardaş, görüsən bir bu güruhi-Şami, İtrəti-Heydərə zülm eylədi kafər yerinə. Bir gecə gəldi genə dərdi-Səkinə cuşə, Ağladi, qoydi yüzin torpağa, getdi huşə, Gördi röyadə alubdur babasi ağuşə, Çəkər əl sili vuran Şümri-bədəxtər yerinə. Ərz qıldi: - Baba, viranə olub gör, vətənim, Şümrdən imdi varımdur sənə yüz şikvə mənim. Vurub, əzbəs göyərüb, başda-ayağə bədənim, Taziyanə yeridür, baxsan əgər hər yerinə. Qalmeyub tabü təvana, baba, mən bidildə, Gətdilər Şamə məni naqeyi-biməhmildə, Yeridüb Şümr piyadə bizi hər mənzildə, Yetirüb zülmini bu şumi-bədəxtər yerinə. Verdi arami-təsəlli mənə hər dəm Zeynəb, Razi olmaz yetişə könlümə bir qəm Zeynəb, Çox çəküb zəhmətimi, ey baba, əmməm Zeynəb, Hörmət eylüb mənə viranədə madər yerinə. Raci, tovlanma bu bimehrü vəfa dünyayə, Əldə bir tuşə gərək çün səfəri-üqbayə, Nəqdi-əşk ilə bu gün cəm elə bir sərmayə, Göz yaşı xərc olu məhşər güni gövhər yerinə. * * * Belə əhd eyləmişəm, ey bacı, cananım ilən Belə əhd eyləmişəm, ey bacı, cananım ilən, Ərseyi-Kərbübəladə boyanım qanım ilən. Çünki bu cami-əcəldə şəkərü şəhdim var, Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var, Aləmi-zərrdə canan ilə bir əhdim var, Varam öz eylədiyim əhd ilə, peymanım ilən. Bacı, əhdim budu bu çöldə gərək qanə batam, Qanımı Əkbərimin qanına şövq ilə qatam, Can verib təşnə, gərək isti qum üstündə yatam, Cismi-məcruhim ilə, sineyi-suzanım ilən. Qan içində eləyim həqq ilə bir razü niyaz, Budur əhdim ki, quram burda gərək məclisi-raz, Can verən vəqtdə meydanda qılam, bacı, namaz, Dəstəmazım ola bu şərt ilə öz qanım ilən. Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə, Etmədi tab, vəli dərdü bəlayi-eşqə, Bircə qurban ilə gəldi o, Minayi-eşqə, Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən. Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir, Xəncərü tiğ nədir, nizə nədir, tir nədir, Məclisi-vəslə qədəm qoymağa təxir nədir, Mən bu bəzmə gedirəm başım ilə, canım ilən. Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat, Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat, İçmərəm gər tuta dünya üzünü abi-Fərat, Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən. Həq yolunda susuz ölmək demə zəhmətdi mənə, Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə, Aləmi-eşqdə hər zəhməti rahətdi mənə, Dözərəm yüz belə zəhmətlərə bir canım ilən. Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi, Bacı, eşq aləminin çoxdu belə keşməkeşi, Səni bazarə çəkərlər çü əsiri-həbəşi, Şami-şum içrə əyali-şəhi-mərdanım ilən. Əhli-Kufə yetirir zülmünü itmamə, bacı, Bədənimdə dəxi qoymazla qala camə, bacı, Nizələrdə apararlar başımı Şamə, bacı, Bədənim yerdə qalar peykəri-üryanım ilən. Şamdə məclisi-işrət qurular, söz demərəm, Kuçəvu bamdə səf-səf duralar, söz demərəm, Xeyzüran çubu nə qədri vuralar, söz demərəm, Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən. Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza Sən ilə həşrə gəlir başlar əlində şühəda, Üsəranı başıma cəm edərəm mən də, əxa, Gələrəm məhşərə bu zülfi-pərişanım ilən. Ümmətə cümlə şəfaət edərəm mən sən ilə, Kərbəladə bulaşan qanına pirahən ilə, Şimri-dunun yaxasından tutaram şivən ilə, İstərəm qanını bu çaki-gəribanım ilən. Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə, Raciyəm, bircə ümidim sənə var üqbadə, Ağlaram, olsa həyatım nə qədər dünyadə, Gecə-gündüz sənə bu dideyi-giryanım ilən. * * * Əfrad Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul, Hava çox istidü, yatma quru yer üstə oğul. Cəfavü çəkdim oğul, qaməti rəsa oldum, Qəddim büküldü, əliməəcəb əsa oldum. Əcəb mənim qoca vaxtımda dadimə yetdin, Ki, qürbət ölkədə yalqız qoyub məni getdin. Cahanda heç ata görməyib belə oğul ölümü, Gözümü saldın işıqdan, xəm eylədin belimi. Oğul ata qocalan vaxtda əlini tutar, Şərik olur qəminə, qəm günü olur qəmxar. * * * == Təcnislər == Demə, zahida, sərgüzəşti-behişt Demə, zahida, sərgüzəşti-behişt, Yoxumdur mənim meyli-gəşti-behişt. Büküb qəddimi eşq ilə bari-qəm, Qəmindən iki aləmin fariqəm. Dilü din ver müşkbu kakilə, Mənim tək ol aşüftə bu kakilə. Gəl, ey aşiqin atəşə yanduran, Məni yana-yana qoyub yan duran. Nədir, ey səhiqəd günahım mənim, Keçər ərşdən hər gün ahım mənim. Sən oyna gecə rudü şətrənc ilə, Töküm mən yüzə rud şətrənc ilə. Rəvadır qalım mən şəbi-tar ilə, Keçir sübhə tək sən şəbi tar ilə. Sipahi-qəm aldı, aman, dövrəmi, Tamam eylə, ey saqi, can dövrəmi. Dolub dərd ilə meysərd meymənə, Sınıq qəlbə bax, vergilən mey mənə. Yazın bu sözü səngi-mərmərdə siz, Qoyun fərq namərd ilə mərdə siz. Açıbdır qərənfil, güli-yasəmən, Güli-yas tək batmışam yasə mən. Könül şəmi-ruyində pərvanədir, Ona suzdən xövfü pərva nədir. Səninlə böylə oldu cism, ey sənəm, Həqiqətlə baxsan əgər mən sənəm. Bilərsən əgər baxsan ayinəyə, Sənə oxşadır xəlq ayi nəyə? Məni aqibət öldürür dər diyar, Xədəngi-cəfayə məni dərdi-yar. Könül şişəsin sındırıb səng ilə, Genə səngdil eylisən sən gilə. Harayım çıxar ərşə hər gün, hər ay, Yetiş, ey sitəmgər, hərayə həray. Sənə Raci, ey hur, ta bəndədir, Həmişə üzün nuru tabəndədir. Çıxarmaz səni yaddan mah, sal, Onu sən də bir yadə, ey mah, sal! * * * Kitabxana.az · https://kitabxana.az/authors/ebulhesen-raci İctimai mülkiyyət (müəllifin vəfat ili: 1876). Public domain (author died 1876). Original text only.