Əbülqasim Nəbati. Əsərləri Əbülqasim Nəbati (1812–1873) == Gəraylılar == Genə gəldi bahar fəsli Genə gəldi bahar fəsli Bülbül gəldi dadə, dadə, Əhməri güllər açıldı, Saqi, gətir badə, badə! Genə səbz oldu çəmənlər, Güldən bəzəndi gülşənlər, Cıxmış seyrə gülbədənlər Hamı üzü sadə, sadə. Vəh vəh güldür bu ya lalə, Gül üzünə qonub jalə, Saqi, dur, ver bir piyalə Dəli Fərhadə, Fərhadə. Yar yolunda verdim başı, Yastıq etdim qara daşı, Döndü, billah, gözüm yaşı Şətti-Bağdadə, Bağdadə. Dəli könül, qəm zamanı, Çox etmə ahü fəğanı, Çağır Şahi-lafətanı, Yetsin fəryadə, fəryadə. Saqi, dur, ver bircə cağər, Dindən döndüm, oldum kafər, Tapammadım, qaldı gövhər, Qəri-dəryadə, dəryadə. Nəbati, dur hər səhərgah, Oxu həmdü qülhüvvəllah, Qalmadı əlhəmdülillah, Arzun dünyadə, dünyadə. * * * Genə fələklər ünüşdü Genə fələklər ünüşdü Qurban-qurban sədasından. Məəttəl qalmışam, billah, Aşiqlərin ədasından. Mövcə gəldi gözüm yaşı, Alışdı bağrımın başı. Səs götürüb dağı-daşı, Bu Məcnunun nəvasından. Getdi gözümün qarası, Getməz sərimdən havası, Elə bil, tərlan balası Cüda düşüb yüvasından. Kəsildi könlümün zarı, Tükəndi səbrü qərarı, Bir yol öldür qurtar bari, Bu hicranın bəlasından. Gəldi Nəbati divanə, Kənar durun, qaçın yanə, Baxmaz o xanü sultanə Həzər qılın xətasından. * * * == Qoşmalar == Çarpa Get dolanginən, xamsən hənuz, Püxtə olmağa çox səfər gərək. Mürği-Qaf ilə həmzəban olub, Dövrə qalxmağa balü per gərek [...] Zülfu ənbərin, xalı nazənin, Qönçətək dəhan, qaşı cansitah, Şahi-gülrüxan, mahi-biqərin, Nəstərən kimi simber gərək. Lalətək üzü al yanaq ola, Tazə gül kimi tər-buxaq ola, Ağ-ayaz üzü aydan ağ ola, Qaşları ona həm süpər gərək. Həminan ola mehrü mah ilən, Hemzəban ola nuri nar ilen, Zülfi bəhs edə şahmar ilən, Genci-sinəsi pürgüher gərək [...] Mən qılmayın çox da zahidi, Üzrii var onun, aşiq olmayıb, O əbəs yere xelq olunmayıb, Bağbanə bir kəlləxər gərək. Ciddü cəhd qıl, arif ol, gözüm, Elmi-eşqdən olma binəsib, Cum bu bəhıə bir, tap o gövhəri, Aşiqəm deyən tərki-sər gəıək. Rah pürxətər, bəxt vajgun, Zülfi-yar tək şəb siyahgun, İndi qeybdən Xançobamna Nəxli-Turdən bir şərər gərək. Hər xəsisə gəl etmə iltica, Olmaz özgədən hacətin ıəva, Müşkül açmağa şahi-lafəta, Əntər öldürən şirin-nər gərək. Bu cavahirin yoxdu qiyməti, Açginən gözün, yaxşı seyr qıl, Hər biri dəyər Çin xəracına, Müftə vermərəm, simü zər gərək. Bir gözəl cavan istərəm haman Kim, bu sözləri eyləsin rəvan, Hardadır desin bir şəkərzəban Kim, bu söz mənə hamı tər gərək. Saqi, gəl məni cami-eşqdən Bir kərəm qılıb öylə məst qıl, Ta desinlərxəlq lal oturmağa, Bu Nəbati tək bəxtəvər gərək. * * * Gəlsin, gəlməsin Səba, məndən söylə o gülüzara, Bülbül gülüstanə gəlsin, gəlməsin? Bu hicran düşgünü, illər xəstəsi Qapına dərmanə gəlsin, gəlməsin? Mən qurbanı olum ənbər tellərin, Qönçə dodaqların, püstə dillərin, O lalə rüxsarın, mişkin xalların Oduna pərvanə gəlsin, gəlməsin? Gözüm çox həsrətdir xumar gözünə, Günəş camalına, şəkər sözünə, Utanıram, necə deyim üzünə, Dərdin xəstə canə gəlsin, gəlməsin? Dolaşdır boynuma şümşad qolunu, Qucaqlayıb qucum incə belini, Ləli-ləbin əmim, sorum dilini, İstər ölü canə gəlsin, gəlməsin? Nəbati istəməz sənsiz dünyanı, İzzəti, hörməti, şövkəti, şanı, Bir zada qalmayıb daha gümanı, Bu baş o meydanə gəlsin, gəlməsin? * * * Gözlərin Susuyubdur genə kimin qanına, Xumar-xumar baxar hara gözlərin? Nola bir də dolanaydım başına, Qurbanı olaydım qara gözlərin! Müqəvvəs qaşların etginən kaman, Çəkginən müjgandan tiri-cansitan, Bu xəstə canımı qılginən nişan, Qoy etsin köksümü para gözlərin. Sənubər qamətin, ey sərv rəftar, Şümşadü ərəri etdi şərmsar, Nə yalqız etmisən məni xarü zar, Çoxları gətirib zara gözlərin. Arizin dövründə zülfi-müşginab, Qoymaz şəfəq salsın türsi-afitab, Hökm qıl götürsün sayəsin səhab, Bu dərdə eyləsin çara gözlərin. Üzün şəşəəsi ey şəmi-Çəkil, Xurşidi-xavəri etdi münfəil, Belə ki, eşq odu oldu müştəil, Çəkdirə həqq məni dara gözlərin. Xədəngi-xunrizin, ey şirin mənzər, Xosrovu təxtindən etdi dərbədər, Həlqə edib əldə zülfi-müənbər, Nə sehr oxur genə mara gözlərin? Təzə gültək açılıbsan səhərdən, Müzəyyən olusan ləlü gühərdən, Yaxşı saldın Nəbatini nəzərdən, Əcəb mail olmuş xara gözlərin! * * * == Qəzəllər == Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva Ki, gördüm onda nagəh bir əcayib surəti-ziba. Müsəlsəl zülf çiynində, mürəssə tövq boynunda, Firəngi ətləs əynində, başında mə’cəri-həmra. Mələkmənzər, pəripeykər, süxəngüstər, vəfapərvər, Büti-məhrü, güli-xoşbu, sözü-şəkkər, gözü şəhla. Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcü, Sərasər fitnəvü cadu, sərapa şurişü qovğa. Görən saətdə zövqümdən yıxıldım məstü layə’qil, Dağıldı əql başımdan, alışdı atəşi sevda. Pərişan oldu əhvalım, tükəndi səbri aramım, Giriban çak edib durdum yerimdən valehü şeyda. Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi, Gəlib yanımda əyləşdi əlində sağəri-mina. Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim, Durub opdüm ayağından, dedim: ey saniyi-Leyla! Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı, Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva! Şikəstə-xatirü məhzun, sözü aşüftə, digərgun. Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra. Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla. * * * Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda Ki, salsın bu gülüstanə genə bir şurişü qovğa. Tutubdur qəm mətaım aləmi, amma nə hasil kim, Tapılmaz bir nəfər adəm ki, çalsın bircə pul sövda. Məni bir muy ilə zəncirə çəkmiş bir pəri təl’ət, Dəhanı qönçeyi-xəndan, buxaqi lö’lövü lala. Biyabani-cünunu ləşkəri-eşqim tutub hər yan, Bu taci-səltənətdən əl götürrəm bir də mən haşa! Fəna mülkün tutub, seyr eylərəm iqlimi-təcridi, Dəlilim zikri-”əlhafiz”, rəfiqim hümməti-mövla. Nə olsun, bundan artıq lütfi-həqq bir bəndəyə, şamil, Ənisin şahidi-qüdsi, məqamın sayeyi-Tuba. Nədən məst eyləməz, bilməm, məni bu badeyi-gülgun Ki, mədhuş eyləyib çoxdan məni bir gözləri şəhla. Libası-fəqrdən bəsdir mənə bu xirqeyi-pəşmin, Təni-üryanimə uymaz mənim bu ətləsi diba. Edib mülki-Qəradaği mənim bu təb’i-sərşarım, Qəradağ əhlinə bir bağrı dağlı laleyi-həmra. Götür bir baş məzarından, dur, ey Məcnuni-biçarə, Gözün aç , bir tamaşa qıl, budur gör sən deyən Leyla? Əcəb tutdun, Nəbati, barəkallah, eşq damanın, Yeri , gözlə, itirmə bu yolu, çək hay-hu ilqa! * * * Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda Düşdüm genə meyxanədə xoşhənglər içrə, Gördüm genə bir rəng ilə gülrənglər içrə. Səd şükr ki, imdad qılıb bəxti-hümayun, Bir diz yeri tapdım özümə şənglər içrə. Ey meydən edib tövbə, edən bənglə ülfət, Divanə kimi düşmə əbəs dənglər içrə. Nə nəql, hekayətdi, nə əfsanəvü əfsun, Bu büxlü həsəddir ki, düşüb yengilər içrə. Ey sahibi-şəmşiri-düdəm, şahi cahanbəxş, Ey küştələri püştə qılan cənglər içrə. Bu mülki-Qəradağdə bimunisü qəmxar, Fəryadimə yet, qoyma məni nənglər içrə. Məcnun kimi üryanü dil-azürdəvü məhzun, Dağdan dağa Gəzgəz gəzərəm sənglər içrə. Eşq əhli sanıb salik ilə həmsəfər oldum, Gəzdim bir-iki şamü səhər lənglər içrə. Bu kuçeyi-eşqin, bilirəm, qayəti yoxdur, Biçarə Nəbati qalacaq tənglər içrə. * * * Olu yarəb ki, düşə daməni-canan əlimə, Olu yarəb ki, düşə daməni-canan əlimə, Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə. Çalaram daşə külüngü belə şirin-şirin, Cami-eşqi verə gər Xosrovi-xuban əlimə. Edərəm daireyi-Misri gühərdən ləbriz, Düşsə gər lə’li-ləbi-Yusifi–Kən’an əlimə. Tövsəni-təb’i–səbaseyri doyunca çaparam, Tuta bəxtim, gələ bir sahəti-meydan əlimə. Qoşaram atı ilən atımı dil kəsməkdən, Əhd qıldım düşə gər rayici-dövran əlimə. Saqi, dur, ver mənə bir gür’ə o qan olmuşdan, Çarə qıl dərdimə, ver bir tikə dərman əlimə. Təngə gəldim, dəxi bir pəncə yetirrərm çərxə, Gələ gər qaimeyi-günbədi-dövran əlimə. Ey Züleyxa, məni çox etmə cəfa tapdaği, Belə qalmaz, gəli bir guşeyi-zindan əlimə. Künci-ixfadə əgər rəxti-iqamət salsam, Verməz əl onda dəxi Rüstəmi-dastan əlimə. Odumu qurdalama, ey dili kəc əbrani, Yaxşı rəng çəkdi mənim çaki-giriban əlimə. Həq bilir kim, edərəm mövci-fəna ğərqabı, Düşsə gər dideyi-tər ləcceyi – ümman əlimə. Çəkərəm xəncəri-əlmas, özümü öldürrəm, İgid ölmüş, yola gəl, yaxma mənim qan əlimə. Gedərəm dadə əlindən sənin, ey düşməni-can, Düşsə gər barigəhi-şahi-Xorasan əlimə. Görüm, ey eşq, səni görməyəsən hiç məlal, Tari bilsin ki, gəlib küfrdə iyman əlimə. Dəm çəkib, guşədə xamuş oturmum, neylim? Bixəbər, gör ki, düşüb gövhəri-Qur’an əlimə. Rudi-Nilə necə qərq eyləmərəm Fir’onu Ki, gəlib mö’cizeyi-Musiyi-Imran əlimə. Hu çəkib, mərqədi-Məcnunə yetirrəm peyğam, Gələ gər dəmdəmeyi-tərfi–biyaban əlimə. Etmişəm canı nisar etməyə hazır yarə, Nola birdən gələ bu müjdeyi-fərman əlimə. Xançobani genə lal oldu, qələm açdı zəban, Dur, Nəbati ki, gəlib mürği-süxəndan əlimə. * * * Billəm ki, edər axir ol nərgisi-məstanə Billəm ki, edər axir ol nərgisi-məstanə Bu aşiqi şeydanı Məcnun kimi divanə. Yox hacəti gülgunə, ol arizi gülrəngə, Bir şanə gərək naçar ol zülfi-pərişanə. Sən görməmisən axir tərsa qızın, ey kafir, İmanə gəl, ey zahid, tə’n eyləmə Sən’anə. Hər nə deyəcəksən de, hər… yiyəcəksən, ye! Bir gün sənə mən çallam bir zərbəti-xəsmanə. Dur get, göz önündən it, çox başımı ağrıtma, Hər yanə gedirsən get, gəlmə dəxi bu yanə! Qurbanın olum, saqi, səndən nə təğafüldür, Mən zahidə tuş gəldim, sən dövr elə məstanə! Məst olmamışam, billah, bu nəş’əni xam etmə, Tök ver mənə bu meydən bir sağəri-rindanə. Sən görmə rəva məndən bu suzi-dil əskilsin, İstərsən əgər qoy-qoy yansın oda pərvanə! Dur ki, cigərim yandı, məcmər kimi odlandı, Az qaldı gözüm yaşi versin məni tufanə. Gər etsə tələb könlün vəsli-ləbi-canani, Gəl sən də Nəbati tək qoy başını meydanə * * * Gülğülə saldım genə nöhfələki-əxzərə Gülğülə saldım genə nöhfələki-əxzərə, Etdi mədəd taleim, yetdi əlim sağərə. Div, bəfəzli-xuda oldu pəridən cüda, Müjdə apar, ey səba, ol büti-siminbərə. Şamü səhər, müttəsil, şüğlüm olub məşqi-eşq, Gözlərimi dikmişəm lövhi-rüxi-dilbərə. Bir yükə kim, dözmədi gavi-fələk, sirrə bax, Götdü belindən onun, çatdı məni-kafarə. Tari bilir, odlaram xirqəvü səccadəni, Saqi , bu qan kasəsin qoyma əlindən yerə. Qasidi-əhli-niyaz, hüdhüdi-aşiqn-əvaz, Lütf ilə bu naməni bağla o xoş şəhpərə. Durma, dönüm başına, mən sənə qurban olum, Hümmət elə, ver səfa şövq ilə balü pərə. Bircə tamaşa elə dideyi-xunbarimə, Söyləginən halimi ol məhi-xoş-mənzərə. * * * Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə, Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə. Bir özgə hacətim yoxdur, vəli mütaqi-didarəm, Nolur bax bir nəzər bu aşiqi-Məcnuni-şeydayə. Şəbi-yəlda deyib, həsrət çəkib, qan-yaş tökən zahid, De, eşşək, kor deyilsən, baxsan ol zülfi-çəlipayə! Əgər arifsən, anlarsan, nə lazım kəşfi-hal etmək, Məni bir gözləri cadu salıb bu şurü qovğayə. Sizə məndən əmanət, ey cavanlar, mən ki ta getdim, Vəlakin siz heyifsiz, düşməyin bu qanlı sövdayə. Nəbati, çox cəfa çəkdin, muradın olmadı hasil, Yeri, pirindən al hümmət, yapış damani-mövlayə. * * * Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə! O cami-ləlfam ilə bu xamı bir xumar eylə! İrəm bağın tamaşa eylədim deyri-müğan içrə, O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə! Vərə vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir. Gətir səccadəni, ver meyfüruşə bir qərar eylə! Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan, Bu cəmin içrə, yarəb, sən məni bir meygüsar eylə. Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən, Bu təzviri riyadən keç, xudadan bircə ar eylə. Bihəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən, Qədəm qoy bir xərabətə səhərdən, bir nahar eylə. Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə, Bəli, billah, bu qövmün itlərinə can nisar eylə. * * * Sərməst yıxıldım genə meyxanələr içrə Sərməst yıxıldım genə meyxanələr içrə, Oldum genə rüsva neçə fərzanələr içrə. Yaxdım oda səccadəvü dəstarü ridanı, Bir ad elədim mən dəxi pərvanələr içrə. Ey şuxi-pəritələtü, ey sərvi-güləndam, Gəzmə, səni tari, belə biganələr içrə. Ol nərgisi-məstin nə füsungərdi, xudaya, Saldı məni Məcnun kimi divanələr içrə. Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam, Ta məst yazım bu sözü əfsanələr içrə. Billah, bu büti-lalərüxün yoxdu nəziri, Baxdım neçə min surətə bütxanələr içrə. Ol gənci-xəfidən bir əsər bilmədim axir Canım çürüdü heç yerə viranələr içrə. Ey kövsər üçün ah çəkən zahidi-əbləh, Meyxanədə gəl gör onu peymanələr içrə. Qəvvas kimi qutə vurub bəhrə Nəbati, Ol gövhəri istər tapa dürdanələr içrə. * * * Düşə bir də nəzərim mehri-rüxi-cananə Düşə bir də nəzərim mehri-rüxi-cananə, Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə. Bu nə sözdür ki, mənim eşqimi tərk eyləmisən, Allah, Allah, sözə bax, seyr elə bir böhtanə! Tövbə qıl, Tariyə bax, bir də çevirmə üzünü, Baxma düşmən sözünə, lə’n elə bir şeytanə. Hanı zahid ki, gələ bir görə tərsa qızını, Özünü zəbt eliyə, tə’nə vura Sən’anə. Istərəm, ətləsü diba geyəsən qamətinə, Məst tavus kimi çətr urasan hər yanə. Belinə tirmə sarıb, ucların əfşan edəsən, Açılıb gül kimi, minnət qoyasan hər canə. Nəzərində düzülə, səf çəkə xüddamü kəniz, Sən özün təxtə çıxıb əyləşəsən xaqanə. Eşq odun doğru imiş, gizləmək olmaz, billah, Alışıb öz-özünə, düşdü sözüm dastanə. Yazığım gəldi, Nəbati, sənə, yandı ürəyim, Heyfsən, çox da dəxi gəzmə belə divanə. * * * Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə, Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə. Dilim yansın, neçün aşiq dedim oldum sənə, ey gül, Məni sən beylə yaxdın atəşi-ənduhü hirmanə. Budur pərvərdigarə daimən ərz etdiyim hacət, Görüm didarını, qurban edim bu canı cananə. Xəbər tut, vermişəm məşşatəyə yüz rişvəti-batin, Məbada əlləri dəysin o zülfi-əmbər-əfşanə. Məni pamal edər muri-xəyalın mari-zəxmi tək, Yəqin etdim ki, düşməndir məhəbbət növ’i-insanə. Damağ-əfsürdəyəm, saqi, gətir bir sağəri-ləbriz, Ki, inşad eyləsin təb’im bu şe’ri məstü məstanə. Xumar-aludəyəm, vermə mənə dürdi-təhi-xümdən, O meydən ver mənə kim, döndərir muri Süleymanə. Yaman göz görməməkdən ötrü tök bir cürə torpağə, Əgərçi vermərəm bir qətrəsin yüz lə’li-rümmanə. Kərəm qıl, küfri-zülfündən məni bir dəm xilas eylə, O zalim döndəribdir qəlbimi bir kafiristanə. Xəta etdim, rəhi-eşqində kafər olmağım yeydir, Təəhhüd eylədim kim, yandırım bir xirqə rəhbanə. Gözün qurbanıyam, saqi müsəlsəl gəz bu dövrani Ki, düşsün bu sədadən həlqeyi-zəncirə divanə. Əgər bu ruzigar əhli xəbərdar olsa da məndən, Yəqinimdir ki, min yol şükr edərlər küfri-Sən’anə. Əgər aləm ümumən düşmən olsa, qılca bakim yox, Mənəm bu xirqeyi-pəşmin, mənəm bu künci-viranə. Xuda şahiddi, səndən dönmərəm ta canda canım var, Nisari-xaki-rahındı, əgər baş getsə fərmanə. Əgər məqdur ola vəslin mənə ruzi-qiyamətdə, Gözüm çıxsın əgər baxsam behiştü hurü qılmanə! Hücumi-ləşkəri-eşqin təvana qoymayıb məndə, Vəli yüz zə’f ilə gətdim səməndi-fikri cövlanə. Götür üzdən niqabın, ta görünsün şəm’i-rüxsarın, Yolunda nəqdi-can versin Nəbati mərd-mərdanə. * * * Satiya, dur dolanım başına, gəl dövranə Satiya, dur dolanım başına, gəl dövranə, Cami-zərrini götür, bircə dolan məstanə. Tari-zülfün kimi sən ki, məni bican elədin, Gətir ol ruhi-rəvan ilə məni bir canə. Görməsin özgə gözəllər məni Məcnuni məgər, Salıb ol kafəri-birəhm məni zindanə. Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh! Aqili-əsr ikən etdi məni divanə. Qorxma nirani-fəraqın şərərindən, ey gül, Sidqilən tut üzünü bircə şahi-Mərdanə. Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah, Gəzmə bica yerə Nəsnas kimi hər yanə. Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun, Gəlməz imanə yəqin and içəsən qur’anə. * * * Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz, Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz. Hardadır abi-bəqa, çeşmeyi-zəmzəm nəçidir, Kövsərin adın eşit, badeyi-reyhan gəz-gəz. Alma firuzəni, yaqutü zəbərcəddən keç, Dürri-nasüftə nədir, lə’li-Bədəxşan gəz-gəz. Almanam bir pula mən bir qutu mirvaridi, Səni tari, təkə cum, gövhəri-rəxşan gəz-gəz. Hər gözəl tiri-nəzər nəsb edə bilməz yayə, Aşiq öldürməyə bir gözləri qan-qan gəz-gəz. Nə bilir nazü nəzakət nədi hər göyçək olan, Hüsnü xoş, xülqü gözəl, bir ləbi-xəndan gəz-gəz. Getdi Şirinü Züleyxa, ələ gəlməz Leyli, Indi bu əsrdə kim, afəti dövran gəz-gəz. Mümkün olmaz bu vəcahətdə gözəl dünyadə, Rüb’i-məskuni dolan, aləmi hər yan gəz-gəz. Tapmasan dəxi Nəbati kimi əfsanə deyən, Əlinə şəm’ götür, gün kimi yan-yan, gəz-gəz. * * * Eşq camından içən kimsə huşyar olmaz Eşq camından içən kimsə huşyar olmaz, Nə bu dünyadə, qiyamətdə də bidar olmaz. Qorxu bilməz, eləməz şahü gədadən pərva, Məsti-məstanə gəzər, kağəzü tumar olmaz. Buteyi-hicrdə bülbül kimi əfğanə gələr, Qeysi-biçarə kimi vəslə xəridar olmaz. Tərk edər ləzzəti-dünyanı, keçər canından, Sikkəni dağ qılar, talibi-dinar olmaz. Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa, Zilləti fəxr bilər, zərrəcə bizar olmaz. Alışı şəm kimi, odlaşı pərvanə kimi, Can verər yarə Nəbati kimi, biar olmaz. * * * Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz, Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz? Nə qılım, edim nə çarə o nigari-nazəninə, Boyanıb cahan sözündən, özü bir əyanə gəlməz. Başına dönüm, dolanım, o boyun bəlasın alım, Niyə türki-çeşmi-məstin oxu bu nişanə gəlməz? Döşənib əbir zülfün nə xub al yanağın üzrə, Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz? Ləbi-lə’li-ruhbəxşin gələ gər tərəhhüm üstə, Dirilir bu xəstə, billah, demə kim, bu canə gəlməz. Demə çox gözəldi Leyla, nəçidir uzun Züleyxa, Belə dilbəri füsunkar dəxi bu cahanə gəlməz. Mən onun qadasın allam, mən onun fədası ollam, O nədir ki, yoxdu sanı, o bu sözdü, sanə gəlməz. Desə gündə əlli min yol bu sözü əgər zəbanım, Genə der ki, bir də söylə, yorulub əmanə gəlməz. Məni çox da mən’ qılma bu fəğanü hay-hudən, Od içində bəs üzərlik nə qılar, fəğanə gəlməz? Çağırın Hüseyn Balanı, oxusun bir xoş kəlamı, Ələ bir də dəxi, billah, belə xoş zəmanə gəlməz. Sənə dərdi-hicri yeksər edərəm hekayət, amma, Qələm əldə sız-sızıldar ki, bu söz bəyanə gəlməz. Hanı bəs, görən nə oldu, məni dərdü qəm tükətdi, Niyə gəlmədi, yubandı, nə edib bəhanə, gəlməz? Basar it hayana getdi, hanı fışqırıq sədası, Nə gəlibdi Xançobanə ki, bu qış Muğanə gəlməz? Bu sözü bəyənməsin qoy o rəqibi-nəhsü məş’um, Belə lə’lü dürri-məknun, elə çal qabanə gəlməz. Gücinən deyil, əzizim, bu şəhabi-eşqdir, eşq Ki, o bərqi-nəxli-iymən hər odun yığanə gəlməz. Qələmi-şikəstə qədlə sözü rəşki-dürri-nab etmə, Ələ dəxi bir də, billah, belə xoş fəsanə gəlməz. Keçər ərşi-kibriyadən təfi-bərqi-ahi-aşiq, Alışar, yanar və lakin gözə bir zəbanə gəlməz. Səri-kuyi-yarə getmiş genə qan üçün Nəbati, O bəlalı aşiq indi batıb al qanə, gəlməz. * * * Olmadı mümkün edim halımı cananə ərz Olmadı mümkün edim halımı cananə ərz, Mur nə qism eyləsin şahi-Süleymanə ərz. Tab ola gər aşiqə yar üzün görməyə, Şəm’ə edər hər gecə dərdini pərvanə ərz. Surəti-divar tək olmasa gər lalü məhv, Dərdin edər yarına aşiqi-divanə ərz. Badi-səba, fəsli-gül gülşənə etsən xuram, Hali-pərişanım et sünbülü reyhanə ərz. Şə’şəeyi-arizin aldı gözümdən şüa’, Qoymadı halım edim ol məhi-tabanə ərz. Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd, Halın onun kim edə Rüstəmi-dastanə ərz? Gərdişi-çərxi-fələk olmasa kamımca gər, Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz. Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda, Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz. Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf, Dadi-dilin etgilən sureyi-Imranə ərz. * * * Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz, Bu işvədə, bu qəmzədə Leyla ola bilməz. Ahuyi-Xütən səndən alıb tərzi-nigahı, Gülbərgi-ləbin tək güli-həmra ola bilməz. Etmən gözünü nərgisi-şəhlayə bərabər, Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz. Can nəqdinə bir busa kərəm qıl, səni tari, Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz. Məndən sənə icz eyləmək olsun gecə-gündüz, Səndən mənə hey naz ki, haşa ola bilməz. Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın, Indi dəxi Məcnun mənə həmta ola bilməz. Çox eşqə düşən aşiqi-biçarəni gördüm, Heç biri Nəbati kimi şeyda ola bilməz. * * * Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz, Səcdeyi insan olub cümleyi-imkanə fərz. Münşiyi-əmri-qəza hər kimə yazmış bir iş, Oldu məni-acizə xidməti-cananə fərz. Yoxdu dəva aşiqə düxtəri-rəzdən suvay, Olmuş əzəldən mənə sağərü peymanə fərz. Sanma ola hər dili qabili-lə’lü gühər, Kövhəri-şəhbar olub əfsəri-sultanə fərz. Hər kimə düşməz edə mədhi-şahi-lafəta, Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz. Vamiqi-şeyda gərək ta bilə Əzra nədir, Tövfi-büt etmək olub rahibü rəhbanə fərz. lsa Nəbati əgər həmdəmi-ənfasi-sübh, Vəsfi olur bigüman mürği-Süleymanə fərz. * * * Ol zaman mən edərəm zövq ilə bu candan həzz Ol zaman mən edərəm zövq ilə bu candan həzz Ki, yetib vəslə, edəm söhbəti-canandan həzz. Görcək o novgülü, könlüm güli-xəndanə dönər, Necə kim, bülbül edər tərfi-gülüstandan həzz. Mürği-dil məskəni ol zülfi-çəlipa olanı, Qəm yeməz dəxi, edər hali-pərişandan həzz. Qoyma xali qala könlüm qəmi-eşqindən kim, Adətimdir, edərəm mən dili-suzandan həzz. Lütf qıl, sinəmi qıl bir hədəfi-tiri-cəfa, Könlüm istər edə bir navəki-müjgandan həzz. Ver səfa könlümə, tök seyli-sirişkim gözdən, Mən həmişə edərəm bu düri-qəltandan həzz. Qəm yükün çəkməyə Məcnun kimi sərməst gərək Ki, edər qönçə kimi çaki-giribandan həzz. Təng olur ruyi-zəmin rəzm günü namərdə, Mərd edər şir kimi ərseyi-meydandan həzz. Ol güli-tazə niqabın, nolar, üzdən götürə, Yetə pərvanəyə ta şəm’i-şəbistandan həzz. Görsəm ol qaməti-mövzunu, itirrəm özümü, Böylə kim, qumru edər sərvi-xuramandan həzz. Dəxi bundan belə çox eyləmərəm meyli-visal, Eylərəm mən də Nəbati kimi hicrandan həzz. * * * Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir! Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir! Od tutub canım sərasər yandı, amma bilmədim, Dil nədir, dilbər nədir, başımda bu sevda nədir? Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır, Əhmədü-Məhmud kimdir, Musiyü İsa nədir? Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim, Xaliqi-ərzü səma ol fərdi bihəmta nədir? Sədri-eyvani-cəlalət, şəm-i-bəzmi-kainat, Afıtabi-ərşi-izzət-”lafəta illa” nədir! Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar, Gəl, xərabat içrə gör bu şurişü qövğa nedir! Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman, Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir! Dur, gözün qurbanıyam, məstane gəl, rindanə ver, Çox demə Cəmşiddən, İskəndərü Dara nədir! Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan, Aşiqü-məşuq kimdir, Vamiqü Əzra nədir! Şahidi-xelvetnişinim etdi ruxsarın əyan, Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir! Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin, Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir? Qəzəl Şairin 2004-cü ildə Bakı nəşriyyatında çap olunan Seçilmiş əsərlərinə əsasən Vahid Çəmənli tərəfindən redektə edilmişdir. * * * Gəldi bir şux yenə yanıma göyçək-göyçək Gəldi bir şux yene yanrnıa göyçək-göyçək, Vurdu bir tiği-cefa canıma göyçek-göyçək. Lalə rüxsann edib xuni-dilimdən gülgun, Boyadı əllərini qanuna göyçək-göyçək. Parə-parə ciyərim şişə çəkib etdi kabab, Dikdi göz dideyi-giryanıma göyçək-göyçek. Heyf kim, olmadı bu aşiqə bir canı yanan, Deyə bir dərdimi cananıma göyçək-göyçək. Penah Allaha - deyib, qəhrü qəzəbdən yuma göz, Edə bir ərzimi sultanıma göyçək-göyçək. Ta ki, pərvanə kimi şövq ilə bu canı feda Edib ol şemi-şəbistanıma göyçək-göyçək. Olu, yareb, görasən bir gecə ol valiyi- Misr Gəle bu külbeyi-ehzanıma göyçək-göyçek? Var ümidim ki, qələm ehli cavan oğlandır, Yazalar bu sözü divanıma göyçək-göyçek. Qəm yeməz dəxi Nebati kimi ol şahi-cahan, Basa bir möhrünü fərmanıma göyçek-göyçək. * * * Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mən Cumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən, Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən. Sən sanma men bu bəhrde her inci, mirvari gezəm, oz dıkmişəm bir gövhəri-valayə mən, valaye mən. Getdim biyaban gəştinə, urdum təcəlla dəştine, Etdım tamaşa Turdə Musayə mən, Musaye mən. Çıxdım bu ərşin üstünə, baxdım bülendü pestinə, Pəs onda nagəh uğradım İsayə mən, İsaye men? Saldım tamami-aləmi gözdən, unutdum Adəmi, Verdim könül bir vahidi-yektaye mən, yektayə mən. Gəzdim səmavatı tamam, hər mənzilə etdim xuram, Qıldım güzər həm cənnəti-elayə mən, əlayə mən. Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin, Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən. Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuş Düşdüm əcayib mənzili-ixfayə mən, ixfayə mən. Nə yatmış idim, nə oyaq, nə atlı idim, nə yayaq, Bir vaxtı gördüm gelmişəm dünyayə mən, dünyayə mən. Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan, Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən. Fani olubdur bu bədən, dur tap, Nebati, bir kefən, Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən. * * * Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox! Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox! Dərdi-hicran çarəsi hərçənd bildim səbr imiş, Neyləyim, billah, bu deryanın kenan yoxdu, yox! Leyli! Leyli! - söyleyib çoxlar deyir kim, aşiqəm, Leyk Mecnun tək onun bir dağdan yoxdu, yox! Her xəzanm bir bahan onsuz olmaz, olmasm, Bu çöl olmuş gülistanın, bir bahan yoxdu, yox! Gülləri, bülbülləri, abü havası çox gözəl, Heyfkimi, bu gülşənin birgülüzan yoxdu, yox! Hiç eybin yox, gözəllik hamı səndə cəmdir, Neyləyim amma ki, əhdin etiban yoxdu, yox! Sən nə bəslərsən bu tərlam, Nəbati, ruzü şəb? Mən bu dağı çox dolandım, bir şikan yoxdu yox! * * * == Təcnislər == Ay nədir, nədir Başına döndüyüm, bu necə haldır, Dinməmiş deyirsən: ay nədir, nədir? Başım çıxmaz mənim sənin dilindən, Buyurginən görüm ay nədir, nədir? Qurban olum üzündəki həyayə, Qəmzə oxun mindirginən hey yayə, Nə baxırsan maral kimi hey ayə? Cəmalın yanında ay nədir, nədir? Gözüm qan kasası, ürəyim şişə, Məni kabab kimi çəkmisən şişə, Rəqibi görüm ki, dam kimi şişə! İllər-illər çəkə, ay nədir, nədir. Nə baxırsan o sultanə, bu xanə? Çox adamlar gəldi getdi bu xanə. Genə bu gün işıqlanıb bu xanə, Bilmirəm görünən ay nədir, nədir? Həmd olsun Allaha, getdi a çillə! Nəbati, az qaldı güllər açilə, Bu müşgülüm, yarəb, kimdən açilə? Yar dəstində tutan iynədir nədir? * * * Ay Pəri Könlüm gülzannda, qış mövsimində, Açılıb təzə gül, di dər, ay Pəri! Həsrət öldüm, heyif görmədim üzün, Qaldı qiyamətə didar, ay Pəri! Çəkin getsin, mən minmənəm yad ata, Sevə bilməz özgə oğlun yad ata, Bu yorğun maralı qoyma yad ata, Özün xədənginə didər, ay Pəri! Keçə bilməm, bu dəryalar dərindir, Ölənə tek yerim sənin dərindir. Dur ağacdan almalan dər, endir, Bir-bir otaqlara didər, ay Pəri! Xoş yaraşır bazubəndlər bu qara, Sona tellim, sənə düşməz bu qara, Bundan artxq dözmək olmaz bu qara, İnsafa gəl, dur aç didar, ay Pəri! Ömrüm başa gəldi uzun gecələr, Bu yatmamaq vallah, məni gic elər. Niyə bilməm Gülgəz ünü gec elər?! Dur gəl ki, vaxt oldu di dar, ay Pəri! Həsrət toxmun mən də əkdim dəminə, Səni allah, atdan düşmə, de minə. Bir düşəsən Nəbatinin dəminə, Səni tərlan kimi didər, ay Pəri! * * * Gözlər, nə gözlər O tərlan baxışın qurbanı canım, Boy çəkib gözlərin gözlər, nə gözlər! Amaci-sinəmi novki-müjganın Qoyub nişanəyə gözlər, nə gözlər! Nə qələtdir düşüb üz arasına, Onu bilmək olmaz üz, arasına, Əgər qəvvas isən, üz arasına, Bir gör axır ondan gözlər, nə gözlər! Təcəllasan, buyur Sina dağına, Əğər görsən məni, Sinada, qına, Qoyma rəqib baxsın sinə dağına, Yamandır gözləri, gözlər, nə gözlər! Yeni aydı, amma nə sövdası var, Nöqsanına bax, gör nə sovdası var, Heç bilmənəm başda nə sevdası var, Ağlar-ağlar, deyər gözlər, nə gözlər! Nəbati kül oldu, yandı Sinada, Bu alovdan bir od düşsün sana da, Deyəmməzəm, necə deyim sına da, De görüm görmüsən, gözlər, nə gözlər! Əhvəl olma, bir nöqtədir hər ucu, Bir dövrdə dolanırlar hər üçü, Nəbatinin sultanıdır hər üçü, Bu idi mən deyən gözlər, nə gözlər! * * * == Rübailər == Rübailər Ey badi-səba, güzar qıl Təbrizə, Aləmdə qalıb ümidimiz bir sizə, Ol sərvqədin kuyinə düşsə güzərin, Bu naməni ver o zülfi ənbərrizə. - Saqi, gətir ol cami-zərəfşanı görək, Sal gərdişə bir o rahi-reyhanı görək, İsgəndərə söylə getməsin zülmatə, Göstər ona bir o abi-heyvanı görək. - Divanə könül, bəsdi fəğan eyləmə çox, Razi-dilimi xəlqə əyatı eyləmə çox. Xamuş otur, feyzi-əzəl tap, özünü Əbnayi-zəmanə həmzəban eyləmə çox. - Saqi, genə əyyami-gülüstan oldu, Gül təxtə çıxıb, çəməndə sultan oldu. Hər rindü gəda deyir mənəm şahi-cahan, Hər qübbərə bir bülbüli-xoşxan oldu. - Saqi, mənə bir cam o meydən ver, ver, Bir türfə xəbər o bəzmi-Keydən ver, ver, Mütrüb, dur əyağə, rəqs qıl məstanə, Dadi-dilimi nəvayi-neydən ver, ver. * * * == Digər == Hələ ləng, ləng, ləngəm Pəri balü bəstə darəm, Hələ ləng, ləng, ləngəm. Tənü-zarü xəstə darəm, Hələ ləng, ləng, ləngəm. * * * Kitabxana.az · https://kitabxana.az/authors/ebulqasim-nebati İctimai mülkiyyət (müəllifin vəfat ili: 1873). Public domain (author died 1873). Original text only.