Fəzli. Əsərləri Fəzli (1543–1605) == Qoşma == Gərək Dünyadə gözəllər dəvasın qılan Degil, ona necə yar olmaq gərək? Xülqi-xoyi mələk, sureti insan Şəkər sözlü, şirinkar olmaq gərək. Sürahi gerdənli, Iəbləri qönçə, Sedr vaseh ola, ol beli incə. Miyanə boy ola, dalsı kənəkcə Ol püstə dəhanı dar olmaq gərək. Qırmızısı qırmızı, ağa tay ola, 01 qarası qara, qaşı yay ola, Gül yanağı bədirlənmiş ay ola, Sinəsində qoşa nar olmaq gərək. Gözləri nərgis tək şöləvar ola, Müjkanlan çöhrəsində xar ola, Alıcı tərlantək səbükbar ola, Mərifətdən xəbərdar olmaq gərək. On beş yaşlı ola, miyanə boylu, Çox lağər olmaya, qucağa dolu, Qolu uzun, ağ əlləri hənalı Sinəsi həm tazə qar olmaq gərək. Xoş ona kim, ola bir belə yan, Heç kimin yox, men tək olubdur zan. Fəzliya, sən çağır ulu cabban, Sənə məhşər günü yar olmaq gərək. * * * == Qəzəl == Bilməzəm Səbrim tükəndi, möhnətə qatlana bilməzəm Su başdan aşdı, eşq oduna yanə bilməzəm. Sən sərv boylu dilbəri tərk etməzəm əgər, Ömrüm budağı cövr ilə utana bilməzəm. Yarın başına ay ilə gün peykə çevrilir Ol şəmə məndən özgə pərvanə bilməzəm. Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib, Başım gedərsə mən bu işi danə bilməzəm. Vergil bu Fəzli kamına, fərdaya qoymagil, Yoxdur vəfası ömrümün, inana bilməzəm. * * * == Müstəzad == Ey sərvi-səhi, sən gələli seyr ilə bağə Ey sərvi-səhi, sen gələli seyr ilə bağə Sər çəkmədi ər-ər, Çox alinəsebler özünü saldı əyağə, Qul oldu sənubər. Sünbül özünü zülfunə bənzətdi nigann Gördü ki, xetadır, Dağlarda bitər yüzi qara, başi aşağə, Qayqulu, mükoddər. Şol xalın içün zülfünə çoxlar dolaşıbdır, ... Ancaq məni bilmən, Bir danə pərvanə içün gör neçə quş düşdü duzağə, Ram oldu müsəxxer. Ey ruzi-qiyamət gününə münkir olanlar, Dilbər geder oldu. Eşitməmisən suri-rəvani çalındı qulağe, Qopdu mənə meşhər. Ey nuri-təcəlla günəşi perde yüzündən, Bir ğecə götürsen, Pərvanə kimi özü yane şəmü çirağə, Göylərdəki extər. Sən tək pərinin menzili viranə gerəkdir, Ya çeşmələr üstü. Könlüm təki virane, gözüm təki bulağe, Gəl hey peri peyker. Bir badə şərab istedim ol safi ləbindən, Sərxoşdumu bilmen, Çeşmin məni öldürməyə yapışdı biçağə, Çekdi mənə xəncər. Zülfun sandan könlümə sevda yeli əsdi, Reyhanmıdı bilmən, Xansı çiçəyin qoxusudur doldu dimağə, Can oldu müəttər. Dünyadan əgər Fəzli gözü sayğulu getse, Yüzin hevəsinden, Rəhmət yağışı toıpağının üstünə yağə, Qəbri ola ənvər. * * * Kitabxana.az · https://kitabxana.az/authors/fezli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1605). Public domain (author died 1605). Original text only.