Həbibi. Əsərləri Həbibi (1470–1520) == Əsərlər == Qəzəl Gər səninçün qılmasam çak, ey büti-nazikbədən, Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən. Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il, Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən. Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim, Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən. Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana, Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən. Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub, Mən deməzmidim ki, danla ağlıyasıdır gülən? Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül, Kim batar cisminə təndə hər tük olmuş bir tikən. * * * Tövhid Ədəmdən ta ki, aləm oldu peyda, Bulunmadı tapuna mislü həmta. Sana kim bənziyə, ey dilrüba, kim Ki, sənsən o əltafı-əsli həyula1. Xəyalın xeylidür, ey şahi-əzəm, Edən canü könül mülküni yəğma. Pərişan zülfinin sevdalarından Dimağım doldu fasid fikri-sevda. Ləbi-ləlin fəraqından axıbdır Gözüm hər dəmbədəm xuni-suvəyda. Gözüntək görmədi bir fitnə əngiz Olaldan dövri-aləm çeşmi bina. Görəldən nərgisi-məxmurin, ey dust, Cəhan xalqına oldum məstü rüsva. Cəhanda qalmadı bir zərrə zülmət, Olaldan gün yüzün nuri hüveyda. Cəmalin müshəfin eynim görəldən, Könülə rövşən oldu sirri-əsma. Yüzündür ayəti-Səbülməsani, Sözündür xud əsəh-əsmai-hüsna. Xətü xalindürür əbcəd hürufi, Oxudun Lamü Badir, Kaf ilə Ha. Qiyamət qamətini görən eydür: Bəlamidir bu, yaxud qəddi-bala. Yüzüni hər ki, gördü barəkallah, Dedi: zi hüsn içində vəchi-ziba. Yüzündür cənnəti-firdövsi-əla Ki, Ta ha oxur onda haqq təala. Şu kim tövhidə qaildir əhəd der Sənə, ey hüsn içində fərdi-yekta. Xəti-yaqutini can müshəfində, Həbiba, dəsti-qüdrət etdi inşa. Vücudi-kainatın cümlə sənsən, A cudi binəhayət, fəzli-mövla. Həqiqət sənsən, ol məzhər, həqiqət Ki, məzhərdir sənə sər cumlə əşya. Əgər aşiq və gər məşuq sənsən, Gəh Adəm qorsan1 adın, gəh Həvva, Gəhi Məcnun olursan Leyli iyçün, Gəh olursan geri Məcnuna Leyla. Gəhi Vamiq, gəhi Əzra olursan, Gəhi Yusif, gəh olursan Züleyxa. Gəhi Əhməd, Əlisən, gəh Xədicə, Gəhi Məryəm olursan, gəh Məsiha... Gəhi surət olursan, gəh məni. Gəhi əsma olursan, gəh müsəmma. Eşidir bu sədayi xəlqi-aləm Ki, səndədir səməna və ətəna. Günəşdən kəndözünü zahir etdin, Qamu şeydə görəməz leykin əma. Dü aləmdə nə kim var cümlə sənsən, Əgər əsfəl əlavü, yaxud əla. Görünürsən bu kəsrət aləmində, Bəsirət əhlinə pünhanü peyda. Səni hər şeydə gördü çün Həbibi, K-o layi nəfy edüb, eydür ki, lilla. Bilürsən k-ol fəqiri müstəhəqdir, Nola hüsnün zəkatın etsən ita. Təmənnayi visalındır, həmin bəs, Əgər imruz əlavü, yuxu1 fərda. Anın məqsudi sənsən gecə-gündüz, Səni səndən edər hər dəm təmənna. O huri-cənnətü rizvani anmaz, Edəldən rövzəyi-hüsnün tamaşa. * * * == Qəsidələr == Müavin mana ol Sübhan olursa Müavin mana ol Sübhan olursa, Bədəndə ruhi-qüdsi can olursa, Tutam ömrüm kimi zülfün ucun bərk, Nigara, vəslinə dərman olursa. Çü cövhər dür saçam ol dəm gözümdən, Xəyalin lütf edüb mehman olursa. Necə etsün qərarı can saçınla Ki, sir nə əhdü, nə peyman olursa. Sən ol sultani-cansan, ey diləfruz Ki, qapında sığar, min xan olursa. Nə qəm, sən Xosrovin min cani-Şirin Səri-zülfində sərgərdan olursa. Yüzün nuri edər şəksiz hidayət, Saçın küfri mənə iman olursa. Səadət bulur ol dəm nəhsi-əkbər, Qapunda, ey Günəş, dərban olursa, Şu fəttan eyninin eyninə gəlməz, Ucundan dəmdə yüz min qan olursa. Rüxün şəminə qarşı canı hər dəm, Nola pərvanəvəş büryan olursa. Rüxün, zülfün görüb oldum müsəlman, Olur min illik ol rühban olursa. Əgər dünyadəvü üqbadə sənsən, Həmin cana əzimüşşan olursa. Oxur can müshəfini bigüman, ol Xətü xalın kimə bürhan olursa. Görən şol vəchi-zibanı, nigara Nola gər valehü heyran olursa. Nə sultansan ki, qapunun gədası Durur, min Xosrovü Xaqan olursa. Erəm ruzi-visalə, ey məhi-növ! Şəbi-hicranına payan olursa. Dü aləmdə qəni ola fəqirin, Qapundan fəzl ilə ehsan olursa. Qamu dərdü fəraqindən həmin bəs, Bu aşiq dərdinə dərman olursa. Həyati-cavidan bula Həbibi, O qaşın eydinə qurban olursa. * * * Müavin mana ol Sübhan olursa Əla, ey dilbərim, yarım, xərabat, Dilü can içrə dildarım, xərabat. Bu viran dil sarayın vəsl əlilə Yap, ey lütf issı memarım xərabat. Məni zar etməsün, de, xari-hicrin, A can bağında gülzarım, xərabat Məni şol cami-meydən məst eylə Ki, sənsən sətri-əsrarım, xərabat. Mənim bu mənliyim, mülkümü yoğma Çün etdin, türkü tatarım, xərabat. Məhəllən gülxaninün guşəsidir, Sığıncım, bürcümü barım, xərabat. Girov olsun da piri-meyfiruşə Mürəqqa, cübbə, dəstarım, xərabat. Ümidim bad etmə, badə vergil, Ey abu xakimü narım, xərabat. Ənasir, şeş cəhatü həft kövkəb, Bu doqquz çərxi-dəvvarım, xərabat. Əgər sufi vicudi nur olursa, Hədisü nəqlü əxbarım, xərabat. Kəlamü hikmətü elmi-lədünni -Mənim mehrimdir, ənvarım, xərabat. Bəyanü məntiqü qanuni-heyət, Qəzəl, qövlilə əşarım, xərabat. Dəfü neyü udu şeşta çəngü bərbət, Mənim təsnifi-ədvarım, xərabat. Məşami-canə ətrin buyun irgər, A tibb ənfas, əttarım, xərabat. Şu firovni gözünlə qarə zülfin Olaldan bərü səhharım, xərabat. Dəli-divanə oldum məst gözündən, Bil, ey danayi-buşyarım, xərabat. Həbibi niyc ed istiğfarü tövbə* Ki, əzəldən oldun əhranın, xərabat. Könül çirkin yu getsin Fəzl əliylə, A tahir, pak əbharım, xərabat. Məni bu ikilikdən birə irgər, A həftü pəncümü çarım, xərabat. * * * == Qəzəllər == Dərdi-eşqə hər ki, ol dəmsaz ola Dərdi-eşqə hər ki, ol dəmsaz ola Ol gərək labüd ki, əhli-raz ola. Aşiqi-sadiq odur məşuqunun Yoluna can tərk edə, sərbaz ola. Dəmdə min gəz qal edərsə aşiqi, Qəmzəsi məşuqunun xud az ola. Aşiqa, cövrü cəfavü dərdü qəm, Zövqü şadi, hüsnü xülqü naz ola. Hər məzəllət ki, irişə məşuqdən, Aşiqə xud ol qəmu ezaz ola. Aşiq anda necə tövbə edə kim, Abü səbzə, şahidü mey saz ola. Erişəməz şol hümanın zülfinə Mürği-dil gər şahinü şahbaz ola. Ey Həbibi, xoşdürür cami-şərab, Xassə kim, məhbubi xoş avaz ola. * * * Hər kimə həmrah Fəzlullah ola Hər kimə həmrah Fəzlullah ola, Ana fəzli-feyz ol Allah ola. Hər nə kim edər kişi, ey yol əri, Ol gərək kim, həsbətən lillah ola. Eşqi-məşuqə qul olan sidq ilə Dünyəvü üqba içində şah ola. Aşiqin işi gərək şamü səhər Virdi həsrət göz yaşilə ah ola. Bu üfüqdən hər sitarə kim doğar, Mehri-aləm can gögündə mah ola. Nur ilə röşən ola bu kainat Ol səadət nəcmi Şəmsullah ola. Vəchi-adəmdir sirati-müstəqim, Ana doğru getməyən birah ola. Etməyən səcdə mələkvəş adəmə Divi-məlun, asiyi-gümrah ola. Öldürür sultan iki aləmdə bəs, Çün Həbibi hər ki, Abdullah ola. * * * Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha, Pünhan olan gözün ol dəm şol afitab olur, şəha, Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın, Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha. Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin, K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha. Mehrinlə kinən odunu canım içində yaxalı, Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha. Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi, Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha. Nəzr etdügün bir busəyi dərviş içün etsən əda, Vallahi kim, andan sana min-min səvab olur, şəha. Ləlündürür ehya edən hər dəm o bicismi, vəli, Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha. Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can, Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha. Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü, Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha. * * * Türreyi-tərrarını sən edəlidən piçü tab Türreyi-tərrarını sən edəlidən piçü tab, Canü dildən səbrü aram getdi, gəlməz gözə xab. Valehü heyran olur, hər kim görür gün yüzünü, Sən necə hurü mələksima bəşərsən, ey şəbab. Ruxlarınla arizin hər kim görürsə der rəvan, Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab. Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır, Sən doğaldan can gögündə, ey qəmərrux, afitab. Ol siyəhdil mənlərindən əqli-dildir münfəil, Şol pərişan sünbülündən cana irər iztirab. Şəhpəri-ərş-aşiyanın, yəni ğəmzən, ey sənəm Məkr ilə yıxdı cəhanı, [aləmi] qıldı xərab. Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunu Canü könlün yoldaş eylə kim, budur xeyrül-məab * * * Şu kafər çeşmi gördüm İstefadə Şu kafər çeşmi gördüm İstefadə, Ülumi andan etdim istifadə. Ki, ana bənzər dəxi bir büt bulunmaz Xətavü Çinü Rumü İstivadə. Şu kəcbaz zülf aldı iki ruh müft, Dəxi sürməzdən ol xali piyadə. Sən, ey saqi, əlümə sun, səhər dur, Səbu - sağər, piyalə - cami-badə. Düz, ey mütrib, rübabü çəngini rast İraqü İsfahan ilə Nəvadə. Gəl, ey sufi, iki kövnin səfasın Dilərsən, istə, bul cami-səfadə. Anın çün hörməti məlum olundu Kitabi-İsa, Musa, Mustafadə. Dolaşdı can səri-zülfünə yarın, O müşkil üqdəyi istər güşadə. Bu könlüm dərdini sordum təbibə, Ləbidir, der, dəva darüşşəfadə. Həbibi, gər dilərsən ömri-baqi, Özünü fani et darül-fənadə. * * * Erdi qulağıma səhər çün hayü huyi-meykədə Erdi qulağıma səhər çün hayü huyi-meykədə, Dər xastəm, kərdəm səfər ma niz suye meykədə. Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra, Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə. Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi, Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə. Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim, Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə. Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə, Dedi təbəssüm edərək: künci-kədüyi meykədə. Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim, Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə. Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi, Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə. Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi, Olmaq dilərsən can əmin, et arizuyi-meykədə. De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül, Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə. Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif, Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə. Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar, Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə. Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər, Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə. * * * Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə, Gözüm edər həzaran abi-rəvan çəməndə. Şövqinə gül yüzünün hər dəm həzar dastan Edüb bu bülbüli-can, eydür şu an çəməndə. Zülfin görəli sünbül, gülgün yüzünü lalə, Hər dəmdə eklədərlər sevdavü qan çəməndə. Buyi-saçundan erdi badi-bahara çün kim, Sərməstü dəngü heyran oldu dəvan çəməndə. Vehyi-rəmim olanlar yöhyil-izam olurlar, Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə. Dövri-zaman içində görmədi bir bəşər heç Səncileyin pəri-rux, huri-cinan çəməndə. Şol tiri-qamətini sərvi görürsə doğru, Qaşm kimə əgilür, olur kəman çəməndə. Məşuqə eyni sənsən, ey eşq əri Həbibi, Gərçəksən aşiqanə ol canfəşan çəməndə. Tut saqinin əlini, qoy başunu ayaqda, İç cami-eşqi, məst ol sən bu zaman çəməndə. * * * Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə, Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə. Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz, Görünəli şol gözü nərgis, yüzü gülgün bizə. Ruxların şol cami-Cəm giti-nümadır kim yəqin, Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə. Pür edüb peymanəyi, saqi, əlümə sun müdam, Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə. Ol səfa camın peyapey nuş edəlüm, ey həkim, Çunki ol piri-muğandan oldu bu qanun bizə. Şol ləbi-yaqutini qut etməkiçün canına, Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə. Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs, Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə. * * * Dur uru, ey saqiyi-məhru bizə Dur uru, ey saqiyi-məhru bizə, Sun bərü bir qaç qədəh vinu bizə. Ləblərindir gərçi kim, tiryaki-can, Əfi zülfin içirür ağu bizə. Gün yüzündən şadü xəndandır könül, Saçların əbri salar qayğu bizə. Eyni-aşubi-cahandır gözlərin, Afəti-can oldu ol cadu bizə. Rövzəyi-hüsni-camalın görəli, Hasil oldu cənnəti-minu bizə. Gərçi kim səhmi-səadətdir qaşın, Ox edər tiz ol kəman-əbru bizə. Dür dişinlə ləli-nabun zövqini Verməz, ey can, laləvü lölö bizə. Abi-heyvan çeşməsindən dadlıdur, Versə ləlin çün bir içim su bizə. Rəhzəni-candır, Həbibi, xaki-dust, Vəh ki, edər ol dil siyəh hindu bizə. * * * Şol mübarək zatına işim sənadır, ya nəbi Şol mübarək zatına işim sənadır, ya nəbi, Asilik bimarına adın şəfadır, ya nəbi. Ayağın toprağının qədrin nə bilsin hər kişi, Kun-fəkan ol toprağə kəmtər bəhadır, ya nəbi. Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi, Danla məhşərdə anın yüzi qəradır, ya nəbi. Çün sənin xoşlığına yaratdı sane-aləmi, Ayağın toprağına aləm fədadır, ya nəbi. Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr, Çünki əslində səninlə aşinadır, ya nəbi. * * * Ol zaman kim məst qıldı çeşmi məxmurun məni Ol zaman kim məst qıldı çeşmi məxmurun məni! Xaki-pakə ol dəm etdim, mən fəda canü təni. Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı, Bu pərişan könlümün olalı zülfin məskəni. Bu cəhanü can dimağın tazəvü xoşbu edər, Dəprədə badi-səba çünkim şu zülfi-müşkini. Ey şahənşahi-cəhan, vey padşahi-insü can, Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni. Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə, Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni. Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can, Görəli can Kəbəsində çün o vəchi-əhsəni. Bu Həbibi surəti-rəhmanə edər səcdəsin, Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni. * * * Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül, Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül. Cümlə aləm gülşən olsa, gülsə hər dəm yüzümə, Çün gülər yüzün mənə gəlmiyə, ol gülşən degül. Rövzəyi-hüsnü cəmalın ərz edəldən, ey sənəm, Güldü bağü lalə, nəsrin, süsənü gülşəndə gül. Bitirəldən gülsitam, bağbani-kainat, Bitmədi bir gül yüzün misli dəxi gülşən degül. Lalə yüzün həsrətindən oda yaxar içini, Qönçə ləlün qeyrətindən su olar gül şən degül. Sünbülün vəsfin səbadən eşidübdürür məgər, Anın üçün yelə verür xirmənin gülşəndə gül. Bu Həbibi irişəldən növbahari-vəslünə, Aləm ana cənnət oldu, yalnız gülşən degül. * * * Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am, Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam. Sufiya, qoy nəngü nami, cami-safi nuş qıl, Saqiyi-məhru əlindən, aşiqa, sən alma xam. Könlünün ayinəsini hər nəfəs pak eyləgil, Şol müsəffa ab ilə bu yengini anun müdam. Meykədə içrə muqim ol, der isə piri-muğan, Sən anun dür kimi sözün sima qıl, al ələ cam. Rətbü yabis sözü qoy vaiz dimağın xuşgünü, [Gərmü]-tər et cami-Cəmdən kim budur xeyrül-kəlam. Ey Həbibi, sən müdam iç şol şərabın camını, Anun əsrarını saxla, bilməsünlər xasü am. * * * Dur uru, ey saqi, billah, xoşxiram Dur uru, ey saqi, billah, xoşxiram, Cami-Cəmdən nuş edüb sərxoş həram. Ləli-yaquti rəvani lütf edüb, Sun əlümə ödəvüz bəzmi-müdam. Gün yüzünlə zülfi-şəbrəngün, a dost, Virdimü zikrim olubdur sübhü şam. Ey qəmərrux, şəmsi-can, saqi, saqın, Puxtə olmuş aşiqini etmə xam. Səbzəvü abü hərifü sazü mey, Budürür əsbabi-işrət, vəssəlam, Hazır ikən dur içəlüm durmadan Kim, gedər Cəm taxtdan uşanur bu cam. Söhbəti bir xas edəlim yar ilə, Müttəli olmasın ana heç avam. Cəhd qıl, sənligi səndən zail et, Şol müsəffa ab ilə sən, ey qulam. Ey Həbibi, hali olma bir nəfəs, İç şərabı il on iki ay tamam. * * * Bir səhər piri-muğani çün ziyarət eylədim Bir səhər piri-muğani çün ziyarət eylədim, Ayağında baş qodum, çox-çox ibadət eylədim. Bir əcəb rətli-giran sundu əlümə piri-məst, Aldım içdim, canü dil mülkün imarət eylədim. Çün məni məst eylədi ol rətlilə piri-muğan, Mən dəxi mütriblə saqiyə işarət eylədim. Mütriba, rast gu nəvadə çün düzətdir çəngini, Akifi-meyxanəyə çünkim bəşarət eylədim. Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey, Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim. Canü könlü, əqlü dini cümlə verdim saqiyə, Şol ziyangər sofiyə sankim xəsarət eylədim. Pürgüşayiş olduğumu gördü, der: ey binəva, Çox sevinmə, cismü cani yoxsa qarət eylədim. Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə, Cümlə isqati-səlatimə kəfarət eylədim. Bir zaman çün sakini-meyxanə oldum pır ilə, Nəfsi-şum əyyamını xeyli həqarət eylədim. Pirimün bir cürəsinə satmam iki kövni mən, Ey Həbibi, key bilürsən xoş ticarət eylədim. * * * Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim? Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim? Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə, Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim? Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər? Sərxoş olub, qəmlər içər, netdügünü1 duymaz, nedim? Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng, Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim? Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam, Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim? Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna, Ol alihimmət dilbərüm minin birə saymaz, nedim? Yarın qapusunda müdam, xar olduğum budur ki mən, Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim? Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə, Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim? Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan, Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim? Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney, Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim? * * * Can alıcı xuni gözün bir dəm aman verməz, nedim Can alıcı xuni gözün bir dəm aman verməz, nedim? Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim? Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can, Der ol qeybün sirridir, namü nişan verməz, nedim? K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi, Gördün yəqin kim bu zaman dövri-zaman verməz, nedim? Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür, Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim? Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür, Vallahi, anın zövqini canü cahan verməz, nedim? Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfini Baği-behiştü [...] huri-cinan verməz, nedim. Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam, Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim? * * * Müstədam olğıl həmişə, ey gözəl xanım mənim Müstədam olğıl həmişə, ey gözəl xanım mənim, Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim. Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur, Həq səni var eyləsün, dövlətli sultanım mənim. Sən fərağət, şadü xürrəm, mən qılıram nalələr Xoşmidir, dilbər, sana bu ahü əfğanım mənim? Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib, Dilbəra, vəslindədir, var istə dərmanım mənim. Ey Həbibim, iştə ğori mədhini təkrar edəm, Bülbüli-şuridənəm, sənsən gülistanım mənim. * * * Mən ki, ləlin can yerində görmüşəm Mən ki, ləlin can yerində görmüşəm, Dərdini dərman yerində görmüşəm. Tiri-qəmzən zəxmini candan rəvan Mərdüm axar qan yerində görmüşəm. Xaneyi-gözdə xəyalın kölgəsin, Şükr kim, mehman yerində görmüşəm. Gün yüzündə küfri-zülfin, ey sənəm, Mən yəqin iman yerində görmüşəm. Müshəfi-hüsnündə xəttü xalını Hərfbəhərf Quran yerində görmüşəm. Qaşların yayinə kim eyd ayıdır, Canları qurban yerində görmüşəm. Hər nə cövr etsən, Həbibi, lütf ilə, Hüsni-xülq ehsan yerində görmüşəm. * * * Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim, Bu səngisar olmuş səri ol camla sərxoş edəlim. Ruh ilə əqli rah ilə layəqəlü məst eyləyüb, Dəhri-zamanın qüssəsin bir dəm fəramuş edəlim. Bu əql möhkəm qeyd imiş üşşaqə, gördük, ey rəfiq, Gəl cəhd edüb, duruşalım, ta anı sərxoş edəlim. Gəldim qəbiçə geydürüb, rəz qızı bir qucalım, Adın anın cismi-lətif, ruhi-göhərpuş edəlim. Çünkim zəminü asiman, gördük, sima eylər müdam, Gəl biz dəxi meyxanədə şol xum kimi cuş edəlim. Qoy mədrəsəylə məscidi sufivü şeyxü vaizə, Piri-muğanın camını deyr içrə biz nuş edəlim. Ey saqiyi-ruhi-rəvan, bir dolu sun, billah, rəvan, Ta kim Həbibi dərvişi biəqlü bihuş edəlim. Şol kim edəcəkdür müdam, gəl edəlüm biz sübhi-şam, Ey piri püxtə, olma xam, demə ki, uş, uş edəlim. * * * Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm, Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm. Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman, Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm. Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal, Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm. Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül, Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm. Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam, Biz də1 onlara tabe olub, ey əhli-islam, içəlüm. Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey, Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm. Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs, Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm. Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam, Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm. * * * Can içində dərdi-eşqin olalı, cana, müqim Can içində dərdi-eşqin olalı, cana, müqim, Gözlərindən sayru könlüm oldu sağü müstəqim. Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs, Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim. Hər qaçan bir busə etsə can ləbindən iltimas, Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim. Nemətü nazın cahanın nə der, ey can, canü dil, Kim olara cövri-nazın oldu çün nazi-nəim. Ey Həbibi, cövrü nazın görəlidən gözlərim, Könlümün aramı getdi, canda qəm oldu müqim. * * * Mana mehri ermədi sən məhliqanın, neyləyim Mana mehri ermədi sən məhliqanın, neyləyim, Axın olmadı bu cövrü cəfanın, neyləyim. Bir tükənməz qarə sevdadır başıma saçların, Ey cahanın fitnəsi, ucundan anun neyləyim. Tiz edəldən mənə xəncər mərdi-kafər gözlərin, Rahəti qılmadı, getdi cismü canun, neyləyim. Nə qədər fikri-dəqiq edər olursam bilünü, Qayətinə əql erməz ol miyanun, neyləyim. Xəttü xalın nəqşi dildən göz yaşilə getmədi, Yazusudur başuma, çünkim xudanun, neyləyim. Bir nəfəs çün səndən ayrı oldu canım, ey sənəm, Varlığın canü cəhanın, kün fəkanun, neyləyim. Sordu can Ruhül-Qüdüsdən şol dəhanın sirrini, Bilməzəm mən sirrini, der, qeybdanun, neyləyim. Olmadı bu pirə hərgiz xani-vəslindən nəsib, Sən səadətlü cəvanmərdi-cəvanın, neyləyim. Arizin dövrində şol gül cilvə edər kəndünü, Gör utanmaz yüzünü ol bihəyanın, neyləyim. Can gözün, Mərrüx qəmzən seyfi çün ənbər olur, Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim. Çün Süheyli ləblərün bir busə verməz canuma, Gündə min gəz öpdügünü firqət onun, neyləyim. Ləlü yaquti rəvanımdan rəvan etməz sana, Ey Həbibi, saqiyi-namehribanun, neyləyim. Ol həvavü bu həvəs kim ləbləri et cam, Heç edüb yelə verür zülfün o canun, neyləyim. * * * Gər səninçün qılmayam çak, ey büti-nazik bədən Gər səninçün qılmayam çak, ey büti-nazik bədən. Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən. Çıxmaya sevdayi-zülfın başdan, ey məh, gər yüz il Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən. Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim, Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana, Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən. Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək, Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən? Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül, Çün batar cisminə təndə hər tük olmuş bir tikən. * * * Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən, Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən. Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal, Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən. Ey könlü səngü adəti cəng, xuyi həm pələng, Haz eyləyən, kirişmə qılan, aşiq öldürən. Yox-yox, xəta dedim, qələt etdim, koc anladım, İşi vəfa və könlü səfa, aşiqin sevən. Az eylə, ey Həbibi, şikayət ze cövri-dust, Dərdi-bəladən inciməsin aşiqəm deyən. * * * Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın, Könlüm eydür: yürü sən1, var san şol, gözü qaşdan saqın. Könlümü gözüm xəyalünə vətəndir gərçi kim, Ey sənəm, billah, lütf et, abu atəşdən saqın. Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşid Sözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın. Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil, Yürü var şol məsti-cadu iki sərxoşdan saqın. Ol həbibi-bivəfanın qövlinə inanma sən, Ey Həbibi, sana dedim abu atəşdən saqın. * * * Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən, Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən. Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün, Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən. Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox, Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən. Aşiq oldur canü dildən dərd qıldı ixtiyar, Dərdinə dərman buldu dərdi təkrar istəyən. Can verib bir can üçün yansa Həbibi, qəm deyil, Masəvadan fariğ oldu vəsli-dildar istəyən. * * * Könlümü həm dəmbədəm edər pərişan saçların Könlümü həm dəmbədəm edər pərişan saçların, Əqli qılur dəngü valeh, məstü heyran saçların. Bir dükənməz qarə sevdadir ki, ucu yox anın Mən pərişan-xatirin başunda, ey can, saçların. Gün yüzündür gərçi iymaniylə dini aşiqin, Mana yetər dünyada küfr ilə iman saçların. Gər dü kövni bir qılına versələr min can ilə, Ey sənəm, billahi, vermə k-ola1 məccan saçların. Üqdəsindən bir gireh çözərsə ərşin üstünə, Tutar Ayü Günəşin yüzünü yeksan saçların. Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney, Sərbəsər xaki-cəhani ənbərəfşan saçların. İki kövnə bir qılı niycəsi olmasın mühit, Qurdu çün ərşül-əzim üstünə sayan saçların. Dört kitabın müşkilini bu Həbibi etsə həl, Nola çünkim oldu ana nəqlü bürhan saçların. * * * Qamu cövri ki, cana, cana etdin Qamu cövri ki, cana, cana etdin, Qamusun xub key mərdanə etdin. Gözün qan ağladuğu, ey pəriru Ki, hərdəm zülmünü insanə etdin. Əlinə tiğ verdün iki məstin, Bu rəsmü adəti türkanə etdin. Şu məst etdiklərin mehrab içində Görən der: məscidi meyxanə etdin. Şu can deyrində yaxdın iki şəmi, Cəhani yeksər atəşxanə etdin. Çü zənciri saçuna şanə urdun, Tökəli aqili divanə etdin. Cəmalin şəminə yanmağa hər dəm Qamu can mürğünü pərvanə etdin. Yüzün nətində xalin baydaqunu Sürəldən şahları fərzanə etdin. Saçunun bir qılın, ey müshəfi-can, Həzaran qisseyi-əfsanə etdin. Könül mürğün giriftar etməgiçün Şu zulfu xali damü danə etdin. Həbibi, qulağuna söylə yarın, Sözünü çünkü sən dürdanə etdin. * * * Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir, Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir. Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş, Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir. Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl, ……………………………………………. Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın, Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir. Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə, Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir. Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmaz Şu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir. Əgərçi sufinin fikri həmişə hurü cənnətdir, Həbibi sevdigü candan şu dinün nuru oğlandır. * * * Tapun kim, canların cananəsidür Tapun kim, canların cananəsidür, Bu aşiq can anun cana nəsidür? Yüzü bir şəmi-candır, aləm-əfruz, Kim anun mehrü meh pərvanəsidür. Rüxün nətində xalün baydaqınun, Qamu şahi-cəhan fərzanəsidür. Bu cümlə zülfü canun zülfü xalun, Birisi damü, biri danəsidür. Saçın məşşatəsinin dil olubdur, Necə getsün ki, hər dəm şanəsidür. Qaşın mehrabi can ikən əcəb bu, Kim əhli-şirkin ol meyxanəsidür. Saçı zəncirinün hər dəm Həbibi, Bu əqlü canü dil divanəsidür. Zülali-ləlin içün olmayaq xak, Həvan oduna hər dəm yanəsidür. * * * Kainatın varlığından mənə sən şafi yetər Kainatın varlığından mənə sən şafi yetər, Qibleyi-mehrabı, cana, qaşının taqi yetər. Nari-hicranın duxani zülmətini sürməgə, Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər Cani-miskin mari zülfi ağularsa, qəm degil, Zərrəcə şirin ləbinin çünki tiryaki yetər. Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi, Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər. Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif, Noqlü şəmü səbzə abü saz ilə saqi yetər. Biz bu bipavü sərü üftadə, dilrişin müdam, Tutmağa əlində camı saidi-saqi yetər. Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl, Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər. * * * Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər, Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər. Ləli-canbəxşin əgərçi mürdə cismə can verir, Çeşmi-bimarın, nigara, canları rəncur edar. Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar, Yəni rəhman surətin şeytanı gözdən dur edər. Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm, Neçə izzət əhlini pamal edübən xar edər. Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin, Çünki hüsnün gənci-eşqünlə anı məmur edər. Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş, Yandığınca saçların ol miskini məhcur edər. Münşiyi-qüdrət yazar çün dəftərinin surətin, Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər. Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə, Xəttü xalinin rüqumi əbcədin məstur edər. Həqşini pərgarinin nəqqaşi-surət yazacaq, Abu rəngin rəsm içində büt kibi məstur edər. Ləlü lölönün Həbibi nəzm edəcək mədhini, Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər. * * * Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər, Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər. Sən ol insani-kamilsən, ola, ey surəti-rəhman Ki, daim hüsninə səcdə süruşü mehrü mah eylər. Əmin olan həvadisdən, dü aləmdə o aşiqdir Ki, sən məşuqi-qeybinin eşigin ol pənah eylər. Səadətli ayağınun tozu hər başa kim qonsa, Əlini erdürür ərşə, adın sahib-külah eylər. Bu xaki cismimi mehrin odunun yeli yaqdıqca, Gözüm seylab olur ol dəm, həm ahim kuhi kah eylər. Qamu şahmat olur şaha fərəs filiylə fərzin sür, Qaçan kim baydaqi-xalin rüxün nətində şah eylər. Müənbər zülfinə müşki-xəta öygənmək etdikcə, Yanar fikri-xətasının oduna çün günah eylər. A Şəmsəddini-canpərvər, titirər gög, qamu əxtər, Həbibi eşqin odundan k-o dəm dərd ilə ah eylər. * * * Məgər badi-səba zülfin ucundan key pərişandır Məgər badi-səba zülfin ucundan key pərişandır Ki, başü canü dil hər dəm ayaq altında rizandır. Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən, Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır. Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm, Pərişanhalü aşiftə, nizarü zarü giryandır. Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin, Oxuyan müshəfi-candan der ol ayati-Qurandır. Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqin Ki, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır. Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust, Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır. Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər, Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır. * * * Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur, Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur. Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü, Der rəvan mehrab içində bir-iki sərxoş yatur. Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün, Baği-cihandan1 sibü gül-şəftalü verüb xoş yatur. Qabi-qövseynünlə qəmzən oxuna canü dili Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur. Gözümün yaşilə ahim atəşindən yerü gög Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur. * * * Çin elindən çin səhər çün şol büti-ziba gəlür Çin elindən çin səhər çün şol büti-ziba gəlür, K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür. Çün gəlür min naz ilə ol sərvi-səməndam yar, Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür. Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən, Rast et, billah, nəzər kim, müntəha bəla gəlür. Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb, Taleimdə görünən bu surəyi-tənha gəlür. Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini, Xatirim olur pərişan, başuma sevda gəlür. Huri-eynə dəvət etmə məni, vaiz, varmazam, Hüsn içində çünki, şol bimislü bihəmta gəlür. Nərgisi-məxmurə din1 kim, taki xudbin olmasun, Bağ içində seyr edə şol gözləri şəhla gəlür. Kəbeyi-kuyin ziyarət etməyə badi-səba, Eşiginə hər səhərgah bisərü bipa gəlür. Al əlindən ayağı, qoy ayağında başuni, Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür. Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm, Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür. Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədən Zi səadət kim qulunu görməgə Mövla gəlür. Çün Həbibi gördü bu gün dilbərin didarını, Sanmanun1 könlünə ayruq qüsseyi-fərda gəlür. * * * Aşiqə məşuqinin cövrü səfası xoş gəlür Aşiqə məşuqinin cövrü səfası xoş gəlür, İki aləmdən ana bir mərhəbası xoş gəlür. Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm Tutiyayi-cövhərindən xaki-payi xoş golür. Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm, Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür. Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə Eşigində itlərünün macərası xoş gəlür. Sana, ey zahid, behiştü hurü rizvani, mənə Ol büti-ziba nigarımın liqası xoş gəlür. Bu Həbibinin duasın müstəcab et, ey sənəm, Çün kərəm əhlinə dainin duası xoş gəlür. * * * Dur, ey mürği-səhər, billah, ağaz et Dur, ey mürği-səhər, billah, ağaz et, Sərağazın odunu cangüdaz et. Müxəyyər eylə üşşaqi nəvadə, Sifahan yüzünü göstər, hicaz et. K-o zəngüleylə mərğuli nigarın Səri-zülfini tutub rudsaz et. O gülrux qönçələbdən busə istə, A bülbül, hər nəfəs nazü niyaz et. Edərək busəligi eylə yürək, Şu udü çəngü nayi pərdəsaz et. Nigara, ayağından saçmı dər, Qubar olmuş rüusi sərfəraz et. Şu müşkin zülfinin çinini çözgil, Bu miskin aşiqin ömrün diraz et. Fəhmindir nöqteyi-mövhum, Həbibi, Sən andan bir xəbər sor kəşfi-raz et. * * * Ey afitabi-dövlət, vey kövkəbi-hidayət Ey afitabi-dövlət, vey kövkəbi-hidayət, Ey mətləyi-təcəlla, vey nuri-bibidayət. Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir, K-ənvarinə bulunmaz hərgiz anın nihayət. Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün, Mehr ilə mahə eylər hər dəmbədəm sirayət. Hicrin şəbində məqsud yoluni yad qıldım, Bir guşədən görüngil, ey kövkəbi-hidayət. Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət, Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət. Kirpiklərinlə qaşın, zülfin hürufidir ki, Səbülməsanidə səhh oldu ol kitabət. Sünbül saçını çözmə kim, necə baş ayaqda Qalır ucundan anın bicürmü bicinayət. Məşuqinin, ey aşiq, mehri odu yelinə Hər dəmdə abü xakə bax, eyləmə şikayət. Məşuqədən xəbər kim bilmək dilərsə, yansın Eşq oduna ki, aşiq budur əssəh rəvayət. Bipavü sər fənadə qalmışdürür Həbibi, Lütfünlə dəstigir ol, fəzlinlə et inayət. * * * Görəldən zülfi-ənbərbarın, ey dust Görəldən zülfi-ənbərbarın, ey dust, Pərişandır bu diləfgarın, ey dust. Yaşarduqca ləbi-ləlində xəttin, Qızarır atəşi-rüxsarın, ey dust. Nə şirin abu rəngü xalü xətdir, Şu ziba surəti-pərgarın, ey dust. Bu gün mahiyyəti sənsən həqiqət Bu həftü pəncü nöhlə çarın, ey dust. Əcəb afətdürür cani-cəhanə O çeşmi-caduyi-əyyarın, ey dust. Nə rövşən şəmsi-dinü mehri-cansan Ki, tutdu aləmi ənvarın, ey dust. Olubdur qərqi-ənvari-təcəlla Həbibi görəli didarın, ey dust. Yüzün mahin görən mehrinə baxmaz O çərxi-atlasi-dəvvarın, ey dust. * * * Dil saçından oldu sevdayi mizac Dil saçından oldu sevdayi mizac, Cana, şirin ləblərindən et əlac. Eyni candır əllərindən zəhri-nab, Sənsiz abi-zindəgi milhi-ücac. Ənbəri-sara saçından oldu xak, Nafeyi-Çin necəsi bula rəvac. Hüsnünin razın necə saxlaya dil, Gizləmək mümkünmi misbahi zücac. Cövhərindən xaki-pakin, ey sənəm, Erişən baş olmadı möhtaci-tac. Bu Həbibi dünyəvü üqbadə bəs Həsrətindən qeyrə etməz ehtiyac. Olmadan bu badü atəş xakimiz, Mahi-mehrinlə bulaydı imtizac. * * * == Müsəddəslər == Sənin Dün gördüm ol nigari-tərəbnakü ərcimənd, Kafur əliylə dəstələmiş ənbərin kəmənd, Baxdım şikənci-türrəsinə zarü müstəmənd, Bir şəxsi-natəvan oturur gərdənində bənd, Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi: Zülfim kəməndi tutsaği canındürür sənin. Çəkmiş cəmalə fərrü dəmü izzü cahını, Ənbərlə doldurub, başa əymiş külahını, Əbrin yüzündən aldı və ərz etdi mahını, Gördüm yüzündə daneyi-xali-siyahını, Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi: Canında əksi-daği-nihanındürür sənin. Ləlü göhər dişiylə yapışmış dodağinə, Müşki-Xütən həvəsdən ulaşmış yanağinə, Dürri-Nəcəf həvadən asılmış qulağinə, Çox danə-danə nəsnə tökülmüş ayağinə, Hey-hey, bu nə əqiqi-Yəməndir? - dedim, dedi: Gözdən axan cigərdəki qanındürür sənin. Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar, Əlvanı meyvə daməninə tökdü şaxsar. Mən gördüm anda püstəvü badamü sibü nar, Bir mürğ oxurdu arizi bağında zar-zar, Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi: Baği-çəməndə mürği-rəvanındürür sənin. Göz gördügüncə könlüm olur hüsnü maili, Eylər dəli bu şivə ilə neçə aqili, Sehr eyləmiş yüzündə yenə çahi-Babili, Bənd etmiş anda bir neçə sahibnəzər dili, Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi: Ey çox xəlalı, kəndü məkanındürür sənin. Yaşım yürüdü su kimi ol sərv suyinə, Göz baxa qaldı zülfü xətü ruyü muyinə, Piranəsər könül axub ol qəddi-cuyinə, Aldandı tifltək dil anın rəngi-ruyinə, Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi: Bəxti-səidü ömri-cəvanındürür sənin. Nərgis oyandı, bu çəmən damənü caməxab*, Gül çıxdı, pirəhən yaxasından açub niqab, Təb düşdü canə, cümleyi-afaqi tutdu tab, Ol dəm ki, doğdu qibleyi-məşriqdən afitab, Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi: Bu söz yəqin, Həbibi, gümanındürür sənin. * * * == Qitələr == Səfa həngamıdır, işrət dəmidir, ey güli-rəna Səfa həngamıdır, işrət dəmidir, ey güli-rəna, Açü baği-lətafətdə görünsün pərçəmin, cana, Münəvvər eyləsün ruyun dili-üşşaqi-qəmxari, Dili-naşadi şad eylə, budur xasiyyəti-məna. * * * Kitabxana.az · https://kitabxana.az/authors/habibi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1520). Public domain (author died 1520). Original text only.