Hacı Rza Sərraf. Əsərləri Hacı Rza Sərraf (1854–1907) == Qəzəllər == Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz, Tari bili, xalq eyləyə bilməz elə qaş-göz. Tapşırdı səbayə, dedi: Sal zülfü üz üstə, İmanımı verdi mənim axır yelə, qaş-göz. Bir əyri qaş oynatmağa verdim gözə min can, Bundan belə eylər genə məndən gile qaş-göz. Hərgiz, bu xətadidə kimi qaş-göz edəmməz, Gər eyni Xətadan gələ min qafilə qaş-göz. Bir yayıda min ox ata, bir tiri yayılmaz, Qoymubdu, atıb vurmaq üçün, fasilə qaş-göz. İnsan demək olmaz sənə, sən hurü pərisən, Olmaz, bu müşəxxəsdi, bəşərdə belə qaş-göz. Göz mərdüməkin-nöqtə, qaşın-sini-kəşidə, Sərlövhi-camalında olub bismilə qaş-göz. Min aşiqi bir tək tük ilə tük-tükə bağlar, Zülfündə işarə qıla gər bir telə qaş-göz. Göz üstə dedin, qaş eyləyib canını allam, Qurbanın olum, dönmə sözündən, elə qaş-göz. Eylər bu qədər aləmə qaşü gözü tərif, Verməz niyə Sərrafına yarım, silə qaş-göz? * * * Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə, Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə! Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə, Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə! Kərəm qıl başımı torpaqıdan al, qoy dizin üstə, Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə! Xərab etməkliyə dünyanı bir iyma kifayətdir, Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə! Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru, Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə! Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar, Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə! Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə, Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə! Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can, Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə! Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə, Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə! * * * Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə, Olürəm, bir belə qoyma nəmə, qurban gözünə. Xəmi-zülfün çəməni-arizə çəm tək döşəmə, Mayil olma bu qədər çəm-xəmə, qurban gözünə. Görürəm, xalq deyər qaşına qurban kəsilim, Deyirəm mən yenə, bainhəmə, qurban gözünə. Hər səri-muyi-kəcində, düzü, min aləm var, Necə verrəm səni bir aləmə, qurban gözünə. Var gözəlim, çün dəmi-İsa, dəmi-canbəxşində, Gəl otur, bircə verək dəm-dəmə, qurban gözünə. Dini yox, kafiri-sərgəştədi, bədnam olusan, Vermə üz zülfi-xəməndərxəmə, qurban gözünə. Necə kim, Yusifə dedilər: Bu mələkdir, nə bəşər, Səndə var indi həman həmhəmə, qurban gözünə. Qoymusan indi ki, Sərraf adını aşiq əmən, Ver icazə ləbi-ləlin əmə, qurban gözünə. * * * Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi, Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi. İstədi çəksin fələk hər ay başında mahi-nov, Qaşların tərhin götürdü, əldə invan eylədi. Xizrdən sərməşq alıbdır, yoxsa bu göz mərdümü Bigünəh bu tifli-əşki qanə qəltan eylədi. Gördü çün könlüm xədəngin həmdəmi-cansuzdur, Can kimi bağrına basdı, munisi-can eylədi. Canımı almaqda işvən qanıma qıldı kərəm, Qanımı tökməkdə qəmzən canə ehsan eylədi. Qanlıdır xalın deməkdə qanımı bildi həlal, Nütfeyi-Qabildi, axır qanına qan eylədi. Tiri-eşqin sinədən çıxmaz, məgər canım çıxa, Can ilən əvvəldə böylə əhdü peyman eylədi. Çəkmə zəhmət, dərdimin dərmanı yoxdur, ey təbib! Kim mərizi-eşqə bu aləmdə darman eylədi?! Bilmədim yarın iki surətlə bir tək xalı var, Oynadım xalilə, yandım mən, o talan eylədi. Çıxmamış canım deyin Sərrafa tez gəlsin, məni – Bir kəmanəbru nişani-tiri-müjgan eylədi. * * * Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı, Deyib danışmağa cananilən fərağət olaydı. Bərabərimdə nigarım yanaydı şəm kimi, Mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı. Gəhi duraydı qabağımda sərv qamətilən, Gözüm görə-göra bn nəşədə qiyamət olaydı. Deyib, gülüb, oturaydıq kəmali işrətilən, Bəsani-ayinə, dil xali əz küdurət olaydı. O qədr söhbət edəydik olaydı nisfülleyl, Yataydı yar dizim üstə, başı rahət olaydı. Kənarə can tək alaydıra o tifli-məsumu, Bu şərtilən aramızda hicabi-ismət olaydı. Təhəmmül etməyə bari-girani-möhnətə, kaş, Özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı, Günüzlü yaridə ya olmayaydı işvəvü naz, Bu nazı çəkməyə ya inki, məndə halət olaydı. Şərari-şəmilə gördüm yanaldı pərvanə, Dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı. Yetibdi təngə dəxi təngnayi-aləmdən, Əcəl gələydi, bu Sərraf öləydi, rahət olaydı. * * * Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə, Yetibdi faili-müxtarın ixtiyar əlinə. Könul, gər ıstəyırsən məstı-camı-eşq olasan, İnani-huşunu ver yari-huşiyar əlinə. O gün ki, qismət edibdir vücudu cüzvbəcüz, Veriblə rişteyi-səbrü qərarı yar əlinə. Həvayi-darilə Mənsurun əql şahbazi, Uçub qonub səri-giysuyi-tabdar əlinə. Nolurdu bircə gedəydi xəzan, gələydi bahar, Düşeydi daməni-gül əndəlibi-zar əlinə. Hənayə bax, necə gör bihəyadı, qanə dönüb, Utanmayıb qızarıb, əl verib nigar əlinə. Çəkibdi kamına könlüm quşun o zülfi-siyəh, Udar, bəli, düşə güncüşk beççə, mar əlinə. Əlində öz məməsin oynadırdı yar, dedim: Ənari-tazə düşüb sərvi-gülüzar əlinə. Demə bu aşiqə: Gəl, tari-zülfümə vur çəng, Vücudu çəng olu gər düşsə bircə tar əlinə. Bu növilən ki, yanar odlara, yanar Sərraf, Xilas olunca salır nəqdi-xoşəyar əlinə. * * * == Növhələr == Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun, Ağlar göz ilə zülfi-pərişan sənin olsun. Əhd eyləmişəm burda gərək təşnə verəm can, Başsız bədənim isti qum üstə qala üryan, Mənlə yata bu çöldə gərək yetmiş iki can Şam içrə, bacı, mənzili-viran sənin olsun. Bu dəşti-bəla olmuş əcəb bəzmi-mürəttəb, Qəm camın ediblər meyi-möhnətlə ləbalə, Təqsim olunur ali-peyğəmbər, bacı, Zeynə, Abbas mənim, abidi-nalan sənin olsun. Tərk eylər ədu hörmətü Quranü kitabi, Yəğməye gedər Fatimənin taqətü tabı, Mən Əsğəri ağuşə ahm, sən də Rübabı, Bu şərtlə peykan mənim, əfqan sənin olsun. Bu çöldə batar kakili-Əkbər, bacı, qanə, Tiri-qəmə Leylanın olur cismi nişanə, Mən ölməmişəm, gəlməgilən ahü fəqanə Mənden sonra bu naləvü efqan sənin olsun. Görsən başımı Əkbər ilə nizədə həmsər, Vur başına, gəl naləyə, salma yerə məcər, Olmuş, bacı can, ruzi-əzəl boylə müqərrər Bu dəşt mənim, kuhi biyaban sənin olsun. Hər zülmü sitəm gəlsə, bacı, olma pərişan, Peymaneyi-qəm nuş ele ta sınmaya peyman, Cəm et başıva silsileyi-Ali Rəsuli, Sərsilsilə qıl Abidi-bimarü məluli, Kül üstə qoy, bacı, kəsik başımı xuli, Tənnur mənim, sineyi-suzan sənin olsun. Sərrafə riza lazımədir gövhəri məna, Nə qişr, nə tərkib, nə surət, nə həyulə, Təhsili kəmalət eləyib qabili-inşa, Ta ruzi-cəza rövzeyi-rizvan sənin olsun. * * * Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn. Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn. Dəstgirəm, acizəm, zənciri-zülmə bağlıyam, Yeddi qardaşım ölüb, qardaş, ürəkdən dağhyam, Mümkün olmur səs çəkəm, bircə doyunca ağlıyam, Dövrəmi axır alıb düşmən, xüdahafız, Hüseyn. Gülşəni-cismində xəncər yarəsi gül-gül açıb, Oh, o gül yarələr üstündə xoş sümbül açıb, Şərhi-hal etməkliyə hər yarə yüz min dil açıb Olmusan sər ta bepa gülşən, xüdahafız, Hüseyn. Zeynəbin ölsün Hüseyn, gər bircə sənsiz Zeynəbə Pasibandır Şümri-zilcövşən, xudahafiz, Hüseyn. Bax bu Sərrafın, Rza, gözdən axan göz yaşinə, İbrət eylə sən də, göz yaşın burax özbaşinə. Dəmbədəm Zeynəb dilincə ərz qıl qardaşına, Bu diyari-Kərbəla, bu sən, xudahafız, Hüseyn. * * * Güli-gülzari-rəsalət bu gecə Güli-gülzari-rəsalət bu gecə, Şümrdən istədi möhlət bu gecə. Bir doyunca baxa Əkbər üzünə, Eyləyə ayə təlavət bu gece. Zeynəbin qəlbini aram eləyib, Ola məşğuli ibadət bu gecə. Yatmayıb ali-Əli sübhə kimi, Şiə yatsın necə rahət bu gecə? Bağlanıb su öylə, ləb təşnə qalıb İtrəti-şahi-vilayət bu gecə. * * * Qurbanın olum, getmə, Əli, bircə dayan, dur Qurbanın olum, getmə, Əli, bircə dayan, dur, Göz yaşıma bax, gör necə ardınca rəvandır. Qardaş, nə anam var, nə bacım, xarü zəliləm, Bu nərgisi-məstin kinü bimarü əliləm, Gəl salma nəzərdən məni, rəhm eylə, dəxiləm, Axır sənə bu dərdi-dilim şərhü bəyandır. Sənsən, Əli qardaş, güli-gülzari-Mədinə, Getsəm, pozular rövnəqi-bazari-Mədinə, Bu halına ağlar hamı divari-Mədinə, Qan ağlamayım mən necə, bağrım dolu qandır. Səndən sora bir kəs mən ilə həmnəfəs olmaz, Qeyr əz qəmü ənduhü bəla dadrəs olmaz, Bu dərd, müsibət mənə dünyada bəs olmaz, Düşdükcə anam yadə, işim ahü fəğandır. Çün eyləmişəm dərdü bəla ilə əlaqə, Bu bəstəri-qəmdən dəxi mən durmam əyağə, Hərgiz demərəm gər məni yandırma fərağə, Bax gör dözə billəm, Əli, ondan sora yandır. Bundan sora, qardaş, məni saldıqca xəyalə, Ollam səri-zülfün kimi piçidə məlalə, Müşkül görürəm bir də yetəm bəzmi-vüsalə, Cismim əriyir, yerdə qalan bir quru candır, Getsən cigərim lalə sifət qan olu sənsiz, Məmurəyi-eyşim,Əli, viran olu sənsiz, Bu şəhri-Mədinə mənə zindan olu sənsiz, Gəl getmə gözüm nuru, ayaq saxla amandır. Saldıqca sənin xali-xətin yadə vətəndə, Bundan sora gəlləm, Əli, fəryadə vətəndə, Heç kimsə qərib olmaya dünyadə vətəndə, Qürbət qəmi, bimar qəmi eşqə yamandır. Bu dərdılə mən olməyin axır nə rəvadır, Çün şərbəti-vəslin dili bimarə şəfadır, Fikri-xəmi-zülfün mənə zənciri-bəladır. Zikri-ləbi-ləlin mənə bir ruhi-rəvandir. Yanmış anasızlıq oduna bəs ki, bu canım, Qalmıb qəmi-hicranə dəxi tabü təvanım, Vardır yeri dünyanı tuta əşki-rəvanım, Tufani-bəla çeşmeyi-çeşmimdən əyandır. Sərrafi-günəhkarəm əya, qadiri-qəffar, Gözdən tökərəm göz yaşı çün dirhəmi-dinar, Bu kəsbdən öz mərhəmətinlə məni qurtar, Cərmayəsi qəm, kəsbi ölüm, sudi ziyandır. * * * Olmusan can verməyə amadə, xoş gəldin, oğul Olmusan can verməyə amadə, xoş gəldin, oğul, Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul. Yatmadım on səkkiz il, bir sən kimi can bəslədim, Xuni-dil sərf eylədim, ləli-Bədəxşan bəslədim, Mən səni, əlhəq, bu gündən ötrü qurban bəslədim, Yaxşı vaxtımda yetişdin dadə, xoş gəldin, oğul. Zəhmətin çəkdim, yetirdim mən səni bu həddivə, İmdi var bir xahişim, verrəm qəsəm öz cəddivə, Bir qabağımda yeri, eylim tamaşa qəddüvə, həsrətim ta qalmaya dünyadə, xoş gəldin, oğul. Bəs ki, cami-eşq ilən sərməstü mədhuş olmusan, Şahidi-bəzmi-məhəbbətlən həmağuş olmusan, Durma, get çün zövqü şövq ilən kəfənpuş olmusan, Razıdır bu getməyə Leyla de, xoş gəldin, oğul. Varsa gər başında sövdayi-bəla cəmiyyəti, Ver başın başdan, Əli, kəs dərdi-sərdən ülfəti. Bəs ki, əbruyi-kəci-canan ilə var nisbəti, Aşina ol xəncəri-fuladə, xoş gəldin, oğul. Çəkmə zəhmət, bir belə alati-cəngə olma bənd, Qaşların üryan qılıncdır, zülfi-pürçinin kəmənd. Qəm yemə doğransa cismin rizə-rizə, bənd-bənd, Gəlmə hərgiz ney kimi fəryadə, xoş gəldin oğul. Daim istərdim ola feyzi-şəhadət hasilin, Lüləhülhəmd, oldu hasil aqibət kami-dilin. Xəncəri-xunriz əlində müntəzirdir qatilin, Rəhm qıl, rəhm etməyən cəlladə, xoş gəldin, oğul. Tut əlində nəqdi-can, bazari-eşqə qoy qədəm, Can ilən al hər tərəfdən gəlsə kalayi-sitəm, Baxma, al hər qiymətə olsa mətai-dərdi-qəm, Yox ziyanın bir belə sevdadə, xoş gəldin, oğlum. Gərçi bu qürbət vilayətdə qəribi-bikəsəm, Qalmışam avvarə, girdab üzrə bir xarü xəsəm, Razıyam bundan belə bu canıva olsun qəsəm, Peykərin başsız qala səhradə, xoş gəldin, oğul. Səbt olub çün adıma, ruzi-əzəl tumari-qəm, Görmədim aləmdə hərgiz dərdi-qəmdən fariqəm, Tut əlimdən, qəddimi axır bükübdür bari-qəm, Olmuşäm zülfun kimi üftadə xoş gəldin, oğul. Afərin bu təbivə, Sərraf, əcəb sərşardır, Sözdü bu, ya löləyi-tər, ya dürj-şəhvardır, Bəs ki, şirindir, dəmadəm qabili-təkrardır, Olmusan can verməyə amadə, xoş gəldin oğul. * * * == Şeirlər == Könül Arsız elin atıbdı vəli mən atanmadım Öz yürdünü satıbdı vəli mən satanmadım Zor gəldi nəfsi tez özünü satdı bəzilər Beş gün kama çatıbsa noli,mən çatanmadım Qəbri-pakın ya Hüseyn(Ə),müddətdi var istər könül Zarə gəlmiş,bir məqami ahu-zar istər könül Mə-siyət karəm mənə tovfiqin hər gəh yar olur Nüqteyi-mücrim gedər,dil məhrəmi əsrar olur Qəbri əkbər aşiqi-mənsurə payi-dar olur Payi-dar ölməkligə,bir payidar istər könül Künci ğəmdə bir nəfər yox mənlə həm avaz ola Az qalıbdır mürği-ruhum cismidən pərvaz ola Istə bu canım səri-kuyində pay əndaz ola Dut əlimdən,ğəm günümdə ğəmqusar istər könül Hər tərəf İskəndəri-dil abi-heyvan axtarır Zülməti-ğəmdə gəzər lə”li-bədəxşan axtarır Can verən aşıq həmişə kuyi-canan axtarır Can nisar etməkligə bir can nisar istər könül Eyləyib şovqi-visalın valehü heyran məni Vadiyi-heyrətdə qoyma böylə sərgərdan məni Qorxaram salsın ayaqdan mihnəti-hicran məni Hicr əlindən canə gəlmiş vəsli yar istər könül Pərtüvi-nuri-xəyalinlə dolub səhrayi-dil Göz yaşım tək mövcə gəlmiş cuş edər dəryayi-dil Turi-eşqində münacat etməgə musayi-dil Taqətü-tab axtarır,səbrü qərar istər könül Hicləqahi qasimi hər ləhzə kim yad eylərəm Ney kimi gəlləm nəvayə dadü-fəryad eylərəm Eyşü-işrət mülkünü ahilə bər bad eylərəm Çün təni-təbdarü çəşmi-əşkibar istər könül Xatirim olmuş pərişan sünbüli-susən kimi Xəlqidən kəsmiş əlayiq riştəsin suzən kimi Çox sevər qəbrin çəkə ağuşə pirahən kimi Can verib vəslə yenə pərvanəvar istər könül Tündü-badi hicrilə solmuş gülüstanım bənim Ğüssədən olmuş xəzan gülbərgi-xəndanım bənim Nütqi yox,dildən düşüb mürği-xoşəlhanım bənim Bülbüli-şuridə tək fəsli bəhar istər könül Seyli-ğəmdən az qalıb bünyadi cism olsun xərab Zövrəqi-cismim o seyl içrə qalıb misli hübab Məhfili vəslin xəyalilə olub bağrım kəbab İxtiyarım yox,nədim,bi ixtiyar istər könül Şuri-eşqin şöhrəti əz bəs ki aləmgir olub Binəva Sərraf odur məcnuni-bi zəncir olub Abü-xaki-ğəmlə quya tinətim təxmir olub Mihnətü dərdü müsibət,hərnə var istər könül * * * Kitabxana.az · https://kitabxana.az/authors/haci-rza-serraf İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.