Heyran xanım. Əsərləri Heyran xanım (1790–1848) == Qəzəllər == Bir namə yazım, badi-səba yarə yetirsin Bir namə yazım, badi-səba yarə yetirsin, Şərhi-qəmimi ol büti-xunxarə yetirsin. Hicran ələmi saldı ayaqdan məni-zari, Daruyi-vüsali mənə bir çarə yetirsin. Səbrim kəsilib, yar mənim canımı alsın, Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Dünyadə və üqbadə görüm mətləbə yetsin, Hər kəs məni ol yari-vəfadarə yetirsin. Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım Ta badi-səba ol gülü gülzarə yetirsin. Yüz həsrət ilə bu dili-hicranə giriftar, Əzm etdi, özün ol güli-bixarə yetirsin. Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar, Qoymadı özün ol gülə biçarə yetirsin. Gəl tanrı üçün bunca sitəm eyləmə izhar, Qoy yarə özün bu dili-avarə yetirsin. Bikəsliyimə rəhm eləsin xaliqi-biçün, Heyrani o şəhbazə digər-barə yetirsin. * * * Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən Gözümün yaşını çün Dəclə ravan eyləmisən. Həmnişin eyləmisən düşməni, ey mayeyi-naz Rəşkdən canım alıb bağrımı qan eyləmisən. Gün kimi arizinə zülfi-çəlipanı salıb Günü gör, əbru-siyah altda nihan eyləmisən. Nazilə, işvə ilə seyr eləyib gülzan Göstərib möcüzə sən sərvi-rəvan eyləmisən. Bir canım var idi, ey şux ki, aldın o zaman, Özgə can dəxi bu bikəsdə güman eyləmisən. Qaşların taği-sitəm almış ələ, kipriyin ox, Öldürürsən məni, nahaq yerə qan eyləmisən. Neçin ey şux niqabın götürübsən üzdən, Ruyi-xurşidvəşi xalqa əyan eyləmisən. Almısan ağlımı sərdən mənim, ey afəti-can Qəddimi möhnəti-hicrində kəman eyləmisən. Həsrəti vəslin ilə, ey mahi-mən, Heyranı Başı yerdə, gözü yolda nigaran eyləmisən. * * * Əsiri-möhnəti-hicran mənəm, mən Əsiri-möhnəti-hicran mənəm, mən, Qəribü zarü sərgərdan mənəm, mən. O gülzari-vüsalindən uzaqda, Çü bülbül ruzü şəb nalan mənəm, mən. Nə mənzil, nə məkan, nə xaniman var, Cahanda xəstəyi-dövran mənəm, mən. Sənin hicrin ilə, cy şəmsi-taban, Bulud tək daima giryan mənəm, mən. Bu məclisdə olub pərvanə misli, O nari-eşqilə suzan mənəm, mən. Əsiri-zülfün içrə yox mənim tək, Sədaqəllə sənə qurban mənəm, mən. Qanıma təşnəsən sən ey sitəmkar, Üzünə valehü Heyran mənəm, mən. * * * Seyr edin, gərdəni minaya baxın Seyr edin, gərdəni minaya baxın, Sərimi saldı nə sevdaya baxın. Zülfü mişkini salıb arizinə, Gün küsuf eyləyib, ol ayə baxın. Can alar qaşı, tökər kipriyi qan, Mərhəba, ol oxa, ol yayə baxın. Qəmzəsi qanlar içib məst olub Can alan nərgizi-şəhlayə baxın. Əksi-mey çöhrəsini al qılıb Açılıb ol güli-həmrayə baxın. Gör, bənövşə açılıb, ya ki, salıb Xətti gül arizinə sayə, baxın. Bükübən qamətimi dal eləyib Sərv tək ol qədi-rənayə baxın. Hicri ol mahiruhun Heyranı Saldı Məcnun kimi səhrayə, baxın. * * * Oldu, ya rəbb, həlak insanlar Oldu, ya rəbb, həlak insanlar, Suvarıb torpağı qızıl qanlar. Oldu çöllər cavanlara mədfən, Çoxlarına nə qüls var, nə kəfən. Sinəsinə dağlı, gözləri giryan, Minlər ilə ana edər əfqan. Bala dərdilə cümləsi ağlar, Nə bir ehsan, nə bir xətmi-Quran var. Baxasan, hər tərəf cəsədlə dolu, Bağlanıb xalq üçün nicat yolu. * * * Olubdu qəm yatağı, şad gördüyün könlüm Olubdu qəm yatağı, şad gördüyün könlüm Dağıldı qüssədən, abad gördüyün könlüm. Diyari-qəmdə giriftarü dəstgir oldu, Kəməndi-firqətə, azad gördüyün könlüm. - Fəraq dərdinə axtardı, tapmadı çarə, Cəmii hikmətə ustad gördüyün könlüm. Səriri-vəsldə Xosrovsifət oturmuşdu, Olubdu kuhdə Fərhad, gördüyün könlüm. Fəraqi-möhnətə düşmüş pərişikəstə olub, Vüsal seydinə səyyad gördüyün könlüm. Hücumi-möhnətü qəmdən, süpehri-əlayə Yetirdi naləvü fəryad, gördüyün könlüm. Çəkib şərarələr, etdi vücudimi, Heyran, Misali-kureyi-həddad gördüyün könlüm. * * * Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın, Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın. Bu dil ki ona mənzil idi, oldu xərabə, Əzm etsə əgər yar, dəxi harə qayıtsın? Şanə çəkibən çin-çin els, sal üzə zülfün, Qüllab kimi ucları rüxsarə qayıtsın. Mürği-dili-zarim genə avarə qalıbdır, Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın. Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin, Ərzin eləsin ol büti-xunxarə, qayıtsın. Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə, Bir əmr elə, ta sabitü səyyarə qayıtsın. Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran! Yar əgər bir də bu gülzarə qayıtsın. * * * Yetişib müjdeyi-canbəxş ki, canan gəliri Yetişib müjdeyi-canbəxş ki, canan gəliri Canibi-gülşənə ol sərvi-xuraman gəliri. Ayrılıq dərdi məni saldı ayaqdan, yarım- Etməyə bu dili-pürdərdimə dərman, gəliri. Əsibən badi-səba zülfi-siyahin dağıdıb, Mehr tek mah üzü oldu dirəxşan, gəliri. Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can! Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri. Çün təbəssümlə olub ləl-ləbi dürrəfşan, Səhni-gülzar olub gülləri xəndan gəliri. Görsədib arizini, aləmi pürnur qılıb, Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri. Xəncəri-naz ilə qəmzə oxun almış əlinə Aşiqin qəsdinə bir afəti-dövran gəliri. O nə vəqtdir deyərlər, yar ötər şövkətilən, O nə gündür deyərlər: ol şəhi-xuban gəliri. Gər yetişsən o şəhin xidmətinə, dön başına, Elə, Heyran, canuvi sən ona qurban, gəliri. * * * == Məsnəvilər == Məsnəvilər Neçə şərt ilə ölçülərsə camal, Şərt-əvvəldir hüsnə əqlü kamal. Hər cavanda ki, var camal yəqin, Olmalı onda həm kamal yəqin. * * * Kitabxana.az · https://kitabxana.az/authors/heyran İctimai mülkiyyət (müəllifin vəfat ili: 1848). Public domain (author died 1848). Original text only.