Fatma xanım Kəminə. Əsərləri Fatma xanım Kəminə (1841–1898) == Qoşmalar == Qalınca Şikar olub əldən ələ düşməsin, Qurulmuş torlara, felə düşməsin, Yaman gözə, yaman dilə düşməsin, Qan ağlaram qürbət eldə qalınca. Bir vaxtlar Qapancıda saxladın, Zabitinin gözlərini bağladın, Əbəs yerə qəfil açıb tulladın, Dincəlmərəm ta bir soraq bilincə. Səyyad olub, ov dalınca getməzdim, Dünyada çox qəmü-qüssə etməzdim, Heç bir kəsin ətəyindən tutmazdım, İndi ta yalvarram rüsvay olunca. Bir səyyadın əldən getdi tərlanı, Ta ömrünə fələk saldı nalanı, Çağırır hər zaman qadir mollanı, Ağlayıban hər dəm onu deyincə. Bahar olcaq, şaxbazımı, ov eylədin, Unutdun mənzilin, məvan neylədin? Nə bir gəldin çəmən vəsfin söylədin, Nə seyr etdin gül çiçəklər solunca. Səməndər tək od tutuban yansaydın, Hər bahar gər xeyir sərin bilseydin, Alıb qucağına bağra hassaydın, Kəsəydin əllərin ondan üzüncə. Bir müddət gedibən qürbətdə qaldım, Hər yana baxdıqca heyrətdə qaldım, Nə bir səs eşitdim, nə soraq aldım, Təkəbbür eylədim nahaq dalınca. Ey kaş ki, olmayaydı dünyadə, Ömür mə'murəsin veribən badə, Qəm-qüssə çəkməyə olub amadə, Ləng olaydım möhnət suyun içincə. Vətəndən əl çəkib, baş götdü qaçdı, Yuvadan çıxıban balü-pər açdı, Canımı çox yanar odlara saçdı, Qan ağlaram o qürbətdən gəlincə. Nə bilmədi sevda, nə də duymadı, Nə rahət bir mənzilində uymadı, Nə çəməndən, nə çiçəkdən doymadı, Mən də onu bir görəydim doyunca. Ay ağalar, bir tərlanım uçubdur, Sağ əlimdən, sol əlimə alınca, Onu tutan xeyrin bəhrin görməsin, Mən fəqirin naləsi var dalınca. Peyilə ta bir tüləgi qoymaram, İntizardan gözüm yumub uymaram, Gecə-gündüz iyləməkdən doymaram, Səyyadıyam o tərlanın, ölüncə. Yüz min səyyad olsam tuta bilmərəm, Dalınca yügürrəm çata bilmərəm, Cılqısın bilməsəm, yata bilmərəm, Göz dikərəm yollarına, gəlincə. Kəminə, ta əldən getdi, görməzsən, Ləzzət ilə bir də dövran sürməzsən, Əhl-i nəşə zümrəsinə girməzsən, Kaş öləydin bu günləri görüncə. * * * == Qəzəllər == Ey dil, gəl uyma, bəsdi, məcazi məhəbbətə Ey dil, gəl uyma bəsdi, məcazi məhəbbətə, Aldanma ol hüsndə olduqca ülfətə. Həmraz olma dəhldə naəhl mərdümə, Düşmə dəxi bəlavü qəmü-dərdi möhnətə. Ey çərxi-kəcmədari gördüm sərnigün ola Saldı fəqiri mükərrər məşəqqətə. Zülməti-hicrdə qalıbam zarü xəcdətil, Göz tikmişəm, ilahi, genə ruzi-vəslətə. * * * Ey dil, rəva deyil ki mən əğyarə yalvarım Ey dil, rəva deyil ki mən əğyarə yalvarım, Sən rəhnümalıq eylə, gedim yarə yalvarım. Murü mələx və möminü asi və müstəhəq, Lütfi-xudayi-qadirü ğəffarə yalvarım. Rumü firəngü özbəgü hində nə ehtiyac Qeyrəz xuda, gedim necə tatarə yalvarım?! Mənsur tək çəkibdi məni darə zülfi-yar, Yad eyləyim ənəlhəqini, darə yalvarım. Bülbülsifət nəvayə gətirdin Kəminəni, Sevdayi-gül başımda, necə xarə yalvarım? * * * Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır, Qəmi-hicrində onun qəmli könül virandır. Biz dedik, bir oxuya, ləzzəti-ruhani verə, Almadı boynuna, lakin, oxuyub çalandır. Ala gözlər süzülüb. nərgisi-fəttanə dönüb, Baxışı can alıcı kim, deyəsən ceyrandır. Belə xurşidliqa bir mahi-taban olmaz, Olsa yüz canım əgər cümlə qurbandır. Derimiş mən də belə maili-zülfü xaləm, Elə aşüftədi kim, bu sözü həm yalandır. Çun töküb qəmzə oxun. sinəmi amac qılıb, Dil dönüb qanə, nedim, könlüm evi virandır. Hərəkət cümlə əzasında müxəmmərdir onun, O qədər balü pər açmış deyəsən tərlandır. Gər yüzüm gülsə də xəlq içrə gülüşdür bica, Qəm hücumavər olubdur, bu dilim talandır. Ey Kəminə, belə şuxi də sən əldən qoyma, Dəxi düşməz əlinə kim, bu da bir dövrandır. * * * Əcəb sevdadı bu, sevdayə düşdüm Əcəb sevdadı bu, sevdayə düşdüm, Rəhi-eşqin tutub qovğayə düşdüm. Nə dünyada gəzib kamə irişdim, Nə fikri-yar ol üqbayə düşdüm. Rəhi-eşqini əvvəl səhl sandım, Bəli, axırda ahu vayə düşdüm. Soraği-buyi-zülfini səbadən Eşitdim. ta belə səhrayə düşdüm. Nə bir lölö ələ saldım. nə bir dür, Əbəs. ğəvvas olub dəryayə düşdüm. Ədəm beytində biruhi-ğəm ikən Düçari-ğəm olub dünyayə düşdüm. Dəmi-gülzari-vəslində gəzərkən Diyari-hicr tək məvayə düşdüm. Kəminə can nisar eylərdi mütləq, Yoxumdur can ki mən bimayə düşdüm. * * * Əlbəttə dili-şadə deyil kimsə qərinə Əlbəttə dili-şadə deyil kimsə qərinə, Həmta ola bilməz ona biçarə Kəminə. Sona kimi gərdən çəkə bilməz bu cahanda, Gəlməz ona nisbət dəxi bu ruyi-zəminə. Ol Rüstəmi-dastan ki tutub izzlə aram Yar olsun onun badəsinə mahi-mədinə. Hər yerdə səbiyyə görə gər madəri-giti, Nazın çəkib ağuşun açar mədh yerinə. Xurşid tülu eyləməsin bürci-fənadə Göz xirələnir baxsan əgər çərxi-bərinə. İnsan deyil bikəsin üstə dil uzatmaq Mən qılmamışam kimsənənin xeyrü-şərinə. Bir parə işarət nəyə lazım, nəyə layiq, Xatəm düşər əlbəttə ki bir divin əlinə. Şəriyyəti-qərra nəyə lazım ola məstur Hər kəs gedər əlbəttə ki şölə əsərinə. Ol divi-pərizadı görüm düşsün, ilahi, Harut kimi qəhri-xudanın rəsəninə. Bir guşədə qəmnak və məyus ikən axir Saldı məni-biçarəni afaqi-zəminə. Həsrət qala şaxi-gülə, gülzari-muradə Kim dəydi əbəs bülbüli-biçarə pərinə. Pamali-cəfa eylər o sultani-müşəxxəs Mən kimi Kəminə düşə gər rəhgüzərinə. * * * Ənbərin buyu əgər dolmuş o geysulərdə Ənbərin buyu əgər dolmuş o geysulərdə, Belə xoş buy dəxi olmaz o xoşbulərdə. Gər deyəm muşk, o, ahuyi-Xutəndə tapılur, Etmişəm bəlkə xəta, yox o iy ahulərdə. Tərbiyə etmiş onu, bəlkə, mələk, ya ki, pəri, Var güman: gozdə olur cunki o cadulər də. Zülfi-müşkinin alıb dövri-ruxun halə sifət, Belə bir halət olur cümlə o məhrulərdə. Bənd olub zulfə dəxi qaşu goz ilə xalə, Bilməzəm ondadımı könlü və ya bulərdə?! Gözümü kəsmənəm ol gözdən oluncə, bəlkə, Dili-gumgəştəni cün tapdım o yarğulərdə. Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?! Ey Kəminə, tapılur bəlkə də dilculərdə. * * * Cana, bu nə cadudur, qaşu göz arasında Cana, bu nə cadudur, qaşu göz arasında, Nitqim tutulur görcək hərdəm, soz arasında. Gər gorsə Zuleyxavu Yusif səni bəzmində, Məbhut qalar onlar yuz min qız arasında. İnnab ləbin, cana, təşbih edib aşiqlər, Nar danəsidir, guya, duşmuş buz arasında. Ey dil, eləmə artıq nalən yerinə yetdi, Saldın özün odlara, yandın köz arasında. Əhdində vəfa varsa, məbhut nə durmuşsan? Var küyə, yügür-yort ta canın öz arasında. Xuni-cigərim gözdən ol qədr rəvan olmuş, Laf etmə, Kəminə, cox, gül tək üz arasında. * * * Cövri-rəqib, sərzənişi-əhli-ruzigar Cövri-rəqib, sərzənişi-əhli-ruzigar Qoymaz qılam bu dərdi-dili yarə aşikar. İşrətsərayi-könlümü, ey yari-tündxu, Hər dəm cəfavü qəhr ilə gəl etmə tarmar. Hicrində dürri-əşk, vüsalında nəqdi-can Bilməm, hüzurü qeybətdə eylərəm nisar. Gülşəndə gör nə şur ilə bülbül fəğan edir, Guya ki, şax üzrə gülə həmdəm oldu xar. Dil intizari-vəsldə pamali-fikr olub, Tən atəşi-fərağdə çün muy biqərar. Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən, Əhsənt xoş məqamdəsən, olma huşyar. Dövran ki, saqiyi-qəmə olmuş həvalə, gör, Bu dövrdə Kəminə kimi kimdi kamgar. * * * Düşər könlüm, əzizim, qanə sənsiz Düşər könlüm, əzizim, qanə sənsiz, Gəlir şamü səhər əfğanə sənsiz. Səninlə duzəxin narına yannam, Behiştdə baxmazam qılmanə sənsiz. Edən abad memari-vüsalın Olubdur hicrdə viranə sənsiz. Müsəddər bəzmi-vəslində olan dil Neçün hicran çölündə yanə sənsiz?! Gülüstani-vüsalə həsrət oldum, Dönüb aləm mənə zindanə sənsiz. Ənis olmuşdu dil ol şəmi-qəddə, Yanar, billah, necə pərvanə sənsiz. Nə sənsiz qəm əyağına əl urram, Nə də nuş eylərəm peymanə sənsiz. Olur bərhəm, pərişan qanə dönmüş, Könül zülfə çəkəndə şanə sənsiz. Dilimdə zikrsən, könlümdə fikrim, İki aləm dəxi əfsanə sənsiz. Kəminə, ey hərifi-bimürüvvət, Ola, qorxum budur, divanə sənsiz. * * * Xali-mişkinə baxın, arizi-cananə düşüb Xali-mişkinə baxın, arizi-cananə düşüb, Deyəsən bir həbəşi səfheyi-İranə düşüb. Murği-dil daneyi-xalın gorəli nalə cəkər, Qisməti ruzi-əzəl ah ilə əfqanə düşüb. Arizi-aldədir xali-siyahi, əlhəq, Xəti-mişkin necə kim laleyi-nemanə düşüb. Ey gözüm nuri, yuzundə bax o xali-siyahə, Xəbər et murği-dilə kim, odu bir danə düşüb. Murği-dil daneyi-xalın həvəsilə duşmuş, Həlqeyi-zulfə ki, zəncirə cu divanə düşüb. O kaman qaşə qoyub qəmzə oxun, türk yüzün, Şəhrə aşub salıb, hər biri bir yanə düşüb. Görəli dil səri-zulfini könül bənd oldu, Misrdə Yusifi-Kənan necə zindanə düşüb. Derimiş dilbər kim, könlü degil məndə muqim, Dil donub qanə o gündən ki, bu böhtanə düşüb. Nöqteyi-xalu gozu qaşı yığılmış niyə, Dövrdə zülfü Kəminə kimi peykanə düşüb. * * * Mərizi-eşqə əlac eyləməz təbib, ölmə Mərizi-eşqə əlac eyləməz təbib, ölmə! Bu dərdə carə edər visləti-həbib, ölmə! Visalə talib olan aşiqə bəla yetişur, Fəraqə səbr elə, sən munca bişəkib, ölmə! Xəyali-zulf səni xeyli natəvan edəcək, Səni məriz edər cesmi-dilfərib, ölmə! Fəğanu nalə cəkib, qılma hicrdən şikvə, Budur uınid, sənə vəsl ola nəsib, ölmə! Demə vətəndə mənə bir ənisu munis yox, Sənə ənis qəmi-eşqdir, qərib, ölmə! Qiyam qılmasa gər, sərvqəddu siməndam Ki, ruzi-həşr sənə olmaz ənqərib, ölmə! Şikayət etmə, Kəminə, rəqib cövrundən, Kəməndi-hicrə duşəp, sən kimi, rəqib, ölmə! * * * Nə etmişəm fələkə, boylə qıldı zar məni Nə etmişəm fələkə, boylə qıldı zar məni? Diyari-hicr-ara zarü dilfikar məni. Həvayi-sərvqədinlə kəman olub qəddim, Bu çərxi-pir eləyib indi əşkbar məni. Bəsani-surəti-bican bu künci-pünhanda, Salubdu həlqeyi-zəncirə zülfi-yar məni. Düşübdü kuhü biyabanə Qeysi-bipərva, Qoyubdu həsrəti-nəzzarə aşikar məni. Bu əşki-çeşmilə söndürrəm atəşi-hicri, Sipəndvəş eləyib çünki biqərar məni. Təməllüq əhli degildim, nə var idi bakim, Kəməndi-zülfilə etmiş yarım şikar məni. Kəminə şükr ilə hər ləhzə, hər zaman söylər: Edibdi dərdü qəmə laşərik yar məni. * * * Pərişan etmişəm zülfü-pərişanı, ağan cam Perişan etmişəm zülfü-pərişanı, ağan cam, Pərişan etmək olmur hiç dünyam, ağan cam. Rüxün ziba, gözün şəhla, dilin şirin, sözün şəkkər, Təbin mövzun, dodağın leli-rümmani, ağan cam. Soran yox, dişləyən yox, təmini bir kimsə kim bilməz, Nədən faş eyləyirsən sirri-pünham, ağan canı? Bəşər həddi deyil billah, vura dəm lentəranidən, Təcəllası edər həm məhv Musam, ağan cam Gərək ruhani olmaq, ta bizi cananə bilsinlər, Bize layiq deyil tərifi-cismani, ağan canı. Bu şəhri Şişədə var novcavan, noxiz oğlanlar, Görə Məryəm bulan, anmaz İsam, ağan cam. Olub möhtac dildarə qamusu zarii giryandır, Buyur teşrif düzəlsin ləsmi-mehmani, ağan canı. Gəhi şadü gəhi qəmgin könül şövqi vüsalində Umar söhbət edə məxficə ruhani, ağam canı. Əcəb xudrəylikdir, sendə xeyli xudpərəstlikdir, Deyil xudnamilik məhbub ürfani, ağan canı. Kəminə sən kimi məhbubluq lafin vura, haşa, Veıə ger buyi-zülfe rühi-reyhani, ağan cam. * * * Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi, Saraldı gülləri, əl çəkdi bağiban getdi. Durubdu sərv, əgər, bağin içrə müstəhkəm, Diriğ, sərvi-rəvan getdi, əlaman, getdi. Nə qoydu dəhrdə bir kam alub murada yetəm, Nə aldı canımı qurtardı, cansitan getdi. Çəməndə lal gəlib getdi dəhzəban susən, Ki, çeşmi-nərgisi-məst oldu xunfəşan, getdi. Nə qoydu xar ki, gül əndəlibə meyl etsin, Nə əndəlib öz əhdində kamiran getdi. Dönüb o əlif qədi dalə bir güi hicrində, Diriğ, bülbül olub pir, o növcavan getdi. Nihan olan qəmini faş qıldi mərdüm üçün, Kəminə, dərdi-dilin oldu dastan getdi. * * * Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır, Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır. Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakin Səri-kuyində dövr edən xəyali-biqərarımdır. Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan, Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır. Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylər Səri-zülfün kimi bərhəm pərişan ruzigarımdır. Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir, Həmişə naləvü əfğan mənim də şüğlü karımdır. Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun, Mənim də dövlətü cahım bu eşqi-paydarımdır. Kəminə bivəfa görsə səni, vallahı incinməz, Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır. * * * Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm, Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm. Şuri-eşqin eyləyib divanə, müddət gəzmişəm, Bağlayıb dil həlqeyi-geysuya ta dincəlmişəm. Zülfi-kəcgarın salıb sevdayə könlüm, sud yox, Tari-muyin kimi tari-muy tək incəlmişəm. Sinəmi hər ləhzə tiri-qəmzən ilə qılma çak, Mən də vaxtında sənin tək naz ilə bəslənmişəm. Məst sanma, eyləmə tənə mənə hər dövrdə, Çeşmi-məxmurun məni məxmur edib millənmişəm. Bir əyağ ilə əlim tut, eyləmə birəhmlik, Çox oturdum sümm-bükmün* imdi ta dillənmişəm. Çun xəzan olmuş fəraqində tənü cani-həzin, Açılıb zəxmi-dərun gül-gül, əcəb güllənmişəm. Çəmxəmindən piçütabə gəldi könlüm riştəsi, Fikri-sərvi-qamətindən rast ikən xəmlənmişəm. Qan olub könlüm mənim bu badeyi-səhba kimi, Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm. Bir sənubər qamətü gülpeykərü Leylivəşin Valehü heyraniyəm, Məcnunsifət çöllənmişəm. Oldu zülfün telbətel, yetdi dimağə buyi-müşk, Açılıb könlüm, Kəminə, gör necə tellənmişəm. * * * Şuri-eşqin eyləyib bəs ki, məni divanə Şuri-eşqin eyləyib bəs ki, məni divanə, Şohreyi-şəhr olubam aləm-əra əfsanə. O qədu qaməti gordukcə xudadan dilərəm, Dolanım başına kim şəmə necə pərvanə, Qan tutub gozlərini məst ikən peyvəstə, Ruzi-əzzəl necə kim, tutdu mənə peymanə. Dəst busin mənə gər mumkun ola omrumdə, Xaki-payinə düşüb, can verərəm mərdanə. Lütf eylə əlimi tut ki, məni-uftadə, Məstlikdən ayılıb bəlkə gəlim imanə. Görcək ol zülfünü küfrə dəyişib imanı, Gözüm oz əlim ilə, mən nə deyim Sənanə? Eşq dərdinə ətibba qamusu acizdir, Vəsl əlac edə məgər bu mərəzi-punhanə. Baxma ahuyi-Xutən vəh ki, xətaya saldı Məni bir ceşmə-siyəh baxmaq ilə məstanə. Dəhrdə hicr oduna yandı Kəminə, yarəb, Həşrdə hifz elə kim, ta nə qalıb niyranə. * * * Yarəb, məni cəfayə salan şad olmaya Yarəb, məni cəfayə salan şad olmaya! Səyyadi-zülmə seyd olub, azad olmaya! Qəhri-xuda düçari ola, ta ki ömrü var Ol qeyddən xilasına imdad olmaya! Huri misal salim ola əhli-ruzigar, Bəlkə cahanda zülm ilə bidad olmaya! Hər kimsə ki xərab qıla bir könül evin, Dünyavü axirat evi abad olmaya! Bülbül təəşşüqün kəsə bilməzdi bağiban, Bağ içrə gər nəva ilə fəryad olmaya! Bu çərx-kəcmədarda diyrinə rəsmdir, Bir barigah olmadı bərbad olmaya! Əhli-xuda, Kəminə, cəfa görsə səbr edər, Yarəb, görüm ki, gümrəhi irşad olmaya! * * * Kitabxana.az · https://kitabxana.az/authors/kemine İctimai mülkiyyət (müəllifin vəfat ili: 1898). Public domain (author died 1898). Original text only.