Kişvəri. Əsərləri Kişvəri (XV əsr) == Qəzəllər == Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana, Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana. Səndən ayru kim, diri qaldım anunçün dəmbədəm, Dişləyib ağzımda əngüşti-nədamətdür mana. Sanma kim, yağan doludur hər bahar əflakdən Kim, zəmanə yağdırıb; səngi-məlamətdür mana. Gözlərün dövrində, yarəb kim, zəvali bulmasın Guşeyi-meyxanə kim, cayi-iqamətdür mana. Mən məlamət kuyinin ovbaşiyəm, ey Kişvəri, Adı bədnam eyləyən rindü səlamətdür mana. * * * Ey pəriləb, demə həq bir parə can vermiş sana Ey pəriləb, demə həq bir parə can vermiş sana, Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana. Karigahi-afəriniş içrə guya dəsti-sün, Rişteyi-can birlə peyvəndi-miyan vermiş sana. Qıldı qurban kirpigün navəklərilən könlümü, Ol ki çatmaqaşidən iki kəman vermiş sana. Arizin bağı su içər çeşmeyi-xurşiddən Demə ariz kim, behişti-cavidan vermiş sana. Ol kim axıtdı gözindən ərğəvani yaşlar, Türreyi-şümşadü rəngi-ərğəvan vermiş sana. Kişvərini qılma növmid, ey gözəllər şahi kim, Çoxdan ol biçarə ümmidilə can vermiş sana. * * * Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana, Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana. Hicrimə qatlan deyincə, tiği çək öldür məni, Həq rizasıçün ki, bu eyni-ədalətdyr mana. Mylki-həsti içrə nə hasil mana bazari-gərm, İmdi kim, kuyi-ədəm sarı həvalətdir mana. Eşqdən keç der mana idraksız zahid, vəli Bilməz anı kim, bu bir eybi-cəhalədtr mana. Yar göndərmiş bitik kim, Kişvərini öldürün, Xoşdiləm kim, bir nişani-istimalətdür mana. * * * Alma, cana, canımı kim, can ilən yarəm sana Alma, cana, canımı kim, can ilən yarəm sana, Bivəfalıq qılma kim, yari-vəfadaram sana. Yusifin gərçi xiridarı çox irür hüsn ilə, Nəqdi-can birlə məni-bidil xiridaram sana. Keçdi ömrüm naləvü zari bilə səndən iraq, Qıl tərəhhüm bir nəzər kim, aşiqi-zarəm sana. Qismətim ənduhü ğəm boldisə səndən yox əcəb, Mən çü qismət günidən bərlü giriftarəm sana. * * * Düşmüşəm bir şalə sənsiz natəvanü zar olub Düşmüşəm bir şalə sənsiz natəvanü zar olub Kim, əcəl yanımdan ayrılmaz mana qəmxar olub. Həsrəta, dərda, diriğa kim, bu bəxti-tirədən, Qalmışam mən yarsız, yar özgələrnən yar olub. Bilməzəm kim, neylədim bu qan olası könlümə Kim, qaçar hər yan məni-biçarədən bizar olub. Qəddü yüzündən irağ baği-behişti neylərəm, Sərvü gül hər biri ayru, gözlərimdə xar olub. Surətin ta gördü, cana, xəstəxatir Kişvəri, Baxa qalmış eşigində surəti-divar olub. * * * Məlalət yelindən zülfin pərişan bolmasun yarəb Məlalət yelindən zülfin pərişan bolmasun yarəb, Nihali qamətün, ey sərv, lərzan bolmasun yarəb. Cəmalın bağına badi-müxalif dəgməsün hərgiz, Ləbinə ehtiyac abi-heyvan bolmasun yarəb. Gözün bimar imiş, cana, gərək bimarə qurbani, Ana mən natəvandan özgə qurban bolmasun yarəb. Əgər bilsəm ki, can versəm sana sağlıq irür mümkin, Əgər can verməsəm, cana, mana can bolmasun yarəb. Əcəl der kim, səni, ey Kişvəri, qurban qılam yarə, Zəhi dövlət əgər qılsa pəşiman bolmasun yarəb. * * * Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib, Ləblərinin şərbətindən binəsibəm, ya nəsib. Sancılur kiprikləri könlümə sorsam lə’lini, Bolmadı vəh kim, mana bir xarsız xurma nəsib. Gülşəni-kuyunğa, ey huri, rəqib niçün girir, Kafirə çün bolmaz irür cənnətül-məva nəsib. Artuğ-əskük boldular səndən nəsib əhli-vəfa, Bolmuşam rüsvaylığ, səndən mənə rüsva nəsib. Guşəşi-bifayidə niçündürür, ey Kişvəri, Bişü kəm çün hiç kimə bolmaz nəsib, illa nəsib. * * * Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb, Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb. Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur, Tiflyanlıq kim, çığırğay nagəhan yilan görüb. Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib, Yoxdurur, cana, əcəb gər qaçsa hindu qan görüb. Ləblərin öpgəc əlimdən getdi ol zülfü-siyah, Brəhmən küfrin unutdu ləzzəti-iman görüb. Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim, Yüz çevirməz ləşgəri, sultanidən ehsan görüb. * * * Eşigində düşmişəm hər gecə daşə yastanıb Eşigində düşmişəm hər gecə daşə yastanıb, Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb. Gecələr zülfin xəyalında məni-aşüftəhal, Uyxuda yilan görüb mən ləhzə-ləhzə səksənib... Seyd boldum ahuyi-çeşminəvü bu türfə kim, Seydi-rağib ölməgə səyyad andan muctənib. Yar bir olur cəhanda, Kişvəri, aşiq isən, Vermə könlün bir pəriru şivəsinə aldanıb. * * * Vəh ki, bir namehriban dildarı sevdim aqibət Vəh ki, bir namehriban dildarı sevdim aqibət, Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət. Xublar çox gördüm, əmma Tanrının təqdiridən, Rəhmsiz bir kafiri-xunxarı sevdim aqibət. Bu cahan bağında köp xari-cəfa çəkdim, vəli Bir xuraman sərvü gülrüxsarı sevdim aqibət. Bir pərinin saçı sevdası düşübdür başıma, Tərk edib təsbihivü, zünnarı sevdim aqibət. Həsrətindən oda yanduğı içün qul Kişvəri, Ol səbəbdən çün səməndər narı sevdim aqibət. * * * Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrət Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrət Cəmalun səfhəsində kim, anın ustadinə rəhmət. Bolursan, ey könül, həmdəm, bu bədxular bilə, leykin Yə’qin qıldım mən imdi kim, sənə xoşluq verür zəhmət. Çü düşdüm yardən ayru, kərəm qıl, ey əcəl, barı, Bu canı məndən algil kim, irür həm muzdü, həm minnət. Rəhi-təhqiqini tut, zahida, qoy rəsmi-təqlidi Ki, mən həm bu biyabanda yügürdüm bir neçə müddət. Qılıb mən nəzr kim, yapam səbil meyxanələr hər yan, Ləbin dövrində gər bir gün xuda versə mana dövlət. Gözi yadi bilə cana, yenə yüzi qara könlüm, Düşübdür kuhü səhraya, keyiklərlən tutub ülfət. Gədadür Kişvəri, leykin visalından təməl yüzməz, Kişi gər şahü gər dərviş, ana ali gərək himmət. * * * Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət, Bisərü samanlara həmxanə boldum aqibət. Munca lafi-əqlü danış kim, urardım ah kim, Bir pərirüxsar içün divanə boldum aqibət. Danə-danə əşk saçdım gözlərimdən, şükr kim, Bir girami gövhəri-yekdanə boldum aqibət. Mən ki, bir əhli-səlah irdim ləbin yadi bilə, Məstü bixud sakini-meyxanə boldum aqibət. Kişvərinün könlini tapdum xiyalın məskəni, Hasilin kim, gəncdür, viranə boldum aqibət. * * * Vəh ki, mən biçarəni biçarə qıldın aqibət Vəh ki, mən biçarəni biçarə qıldın aqibət, Dərbədər salıb məni avarə qıldın aqibət. Qönçə tək ağzım dolu xunabi-həsrət eyləyib, Gül kimi pirahənimi parə qıldın aqibət. Ancə güldün mən fəqiri-natəvan əhvalinə Kim, nəsibim giryeyi-həmvarə qıldın aqibət. Gərçi öldürdün məni-bimarini həsrət bilə, Şükr kim, tabutuma nəzzarə qıldın aqibət. Çak qıldın Kişvərinin könlini tiği-hicr ilə, Razi pünhanı anun aşkarə qıldın aqibət. * * * Yüzün sübhi-kəramətdür, kəramət Yüzün sübhi-kəramətdür, kəramət, Saçın şami-qiyamətdür, qiyamət. Bu kim, ağzımda qalmış həsrətindən, Səri-əngüşt nədamətdür, nədamət. Yağan sən yar içün əgyar əlindən Mana səngi-məlamətdür, məlamət. Gözümdə qıl vətən, ey sərv boylu Ki, xoş cayi-iqamətdür, iqamət. Sana qul Kişvəri ta aşiq oldu, Bərüsvayi-məlamətdür, məlamət. * * * Ey çəkib şaxi-sənubər tək qədü bala, yigit Ey çəkib şaxi-sənubər tək qədü bala, yigit, Arizün firdovs bağında güli rə’na, yigit. Gülşəni-cənnətdə bitkən naz ilə nazik nihal, Hüsn bürcündə doğub mahi-fələksima, yigit. Sərxoşan beli açuq, aşüftə kakil, məst naz, Eyb iməs sormaq gəliş handandur, ey mirza, yigit. Sən mələksən, ya pəri, ya huri, ya nəxli-behişt Kim, bəni adəmdə bolmas sən təki rə’na, yigit. Dili bülbül, zülfi sünbül, xalı filfil, boyu sərv, Xətti səbzə, yüzi lalə, gözləri şəhla, yigit. Nolası qul Kişvərinin halı sən bədmehr ilən, Ol qərib pirü sən bir şuxi-bipərva, yigit. * * * Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc, İrür xöşbəxt onun tək kim, hərami karivan görgəc. Xuraman qəddini görgəc məni-divanə can verdim, Uş andaq kim, verür can tilbə it abi-rəvan görgəc. Saçun fikridürür könlümdə, yox təskini anunçün Necə uysun bir av qoynunda tulğanmış yilan görgəc. Bəzətmiş zərvərəq birlə yüzü tərk azdurdu könlümni Ki, tiflin meyi çoxraqdur vərəqi-zərfişan görgəc. Nişani-xaki-payini öpərmən xanda kim, görsəm, Anun tək kim, öpərlər xəlq sultandan nişan görgəc. Sarı don içrə ta görsəni laləm təhəyyürdən Ki, çıxmaz üni bülbülnin gülüstani xəzan görgəc. Səri-kuyində anmaz Kişvəri firdovsi-gülzari, Mühəqqər bağı unutdu behişti-cavidan görgəc. * * * Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac Ki bülbülnin fəğandan ixtiyarı yox bahar olğac. Nə yarımdan vəfa gördüm, nə xoşluğ ruzigarimdən, Vəfalu yar həm xoşdur, cəfayi-ruzigar olğac. Fələk eyvanına hər yan düşər od könlüm ahindən, Yıxar tufan səlamət evini çeşm əşkibar olğac. Vəsiyyətin bu kim, andan qoparma, ey səhər yeli, Səri-kuyində bu xaki təni-zarim ğubar olğac. * * * Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadur Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadur, Qoymagil kim, məst olub hər guşə qan qılmaqdadur. Qanlu könlüm bir güli-rə’nayə aşiqdür, vəli Ğönçə tək qandur bu dərd eldən nihan qılmaqdadur. Bilməzəm kim, neylədim ol bivəfa həqqinə kim, Necə yaxşılıq qılurmən qəsdi-can qılmaqdadur. Qaşların yayını dartar xəstə canlani görüb, Ol hərami tək ki, qəsdi-karivan qılmaqdadur. Gər səba qıldı pərişan zülfini qayırma kim, Ənbəri-tərdən yüzünə sayəban qılmaqdadur. Çün gedir təndən könül əfğan qılursa qılma eyb Kim, əziz mehmanı evdən ol rəvan qılmaqdadur. Xanüman fikrindədürlər ruzü şəb xəlqi-cəhan, Kişvəriyi-xəstə tərki-xanüman qılmaqdadur. * * * Ol türki-pərivəş ki, gözü eyni-bəladur Ol türki-pərivəş ki, gözü eyni-bəladur, Mehrabi-qaşı bilə gözü qiblənümadur. Xətti Xızrü lə’li-ləbi çeşmeyi-heyvan, Zülfi pəri-tavus, vəli bağrı qaradur. Sənsiz nəfəsi-könlümə yox rahətü aram, Bilmən niyə bu qan ola sinə, nə bəladur. Bir söz bilə yüz mürdəyə can verdi dodağın, Ağzıncə əgər var, vəli dari-şifadur. Təbrizdə çox sərvqədü, lalərüx, əmma, Mən sevdügüm ol səbzxət, al qəbadur. Mən bəndəni məhrum qılıb sən eşigindən, Adil şəhidən zülmü tə’əddi nə rəvadur. Ta xani-Nəvaidən alur çaşniyi-şe’r, Qul Kişvəri üşşaqara bir əhli-nəvadır. * * * Dustlar guya ki, düşmən sözini guş etdilər Dustlar guya ki, düşmən sözini guş etdilər Kim, bizi yekbarə xatirdən fəramuş etdilər. Bizdən ayru bəzmi-işrət içrə bolsun nuşi-can, Dolu-dolu bivəfalığ cami kim, nuş etdilər. Sürmə naz ilə çeşminni çü qıldılar siyah, Bu qara bəxtümni həm ol gün siyəhpuş etdilər. Süt əmərkən ağlar irdi xəstə Məcnun Leyli deb, Mehribanlığ sütü birlə anı xamuş etdilər. Töktilər qul Kişvərinin ka’sinə bir cürə kim, Ta dəmi sübhi-qiyamət anı mədhuş etdilər. * * * Getdilər əhbabü mən miskini giryan qıldılar Getdilər əhbabü mən miskini giryan qıldılar, Atəşi-həsrət bilə bağrımı büryan qıldılar. Zindəgani gərçi düşvar etdilər mən xəstəyə, Şükr kim, yüz mehnəti-can kəndin asan qıldılar. Mümkün irməs daxı surət bağlaya mə’murəlik; Xanəyi-səbrü qərarimni ki, viran qıldılar. Göz qarasın birlə yazdım yarə şərhi-iştiyaq, Mərdümi-çeşmüm ana şəngərfi-ünvan qıldılar. Mayil irdi könli ol şuxun vəfavü mehrə, leyk Bir neçə bədmehrlər anı pəşiman qıldılar. Yetmədi heç kim dəhanın sirrinə kim, əhli qeyb Xəlqdən ol çeşməyi-heyvani pünhan qıldılar. Gözləri qanından oldu payi ta sər sürxpuş, Sanə kim, Kişvərini növmüsəlman qıldılar. * * * Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur, Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur. Çü məqbuli-təbaye’sən məhəbbət əhlidən qaçma Ki sən mürği-behiştisən, könüllər aşiyanındur. Gəl ey güldəsteyi-baği-cəvani çəkməgil damən, Bu piri-xəstədən kim, bir-iki dəm mihmanındur. İşim durmuya ruzü şəb çıxalı sən kənarımdan, Məni mu tək zəif etkən sənün muyi-məyanındur. Təvanani qənimət bil inayət qılmagil əskük, Cigərxun Kişvəridən kim, fəqirü natəvanındur. * * * Bizdən sarı ol mah könülni savudubdur Bizdən sarı ol mah könülni savudubdur, Yarəb, nə bəla, əhli-vəfani unudubdur. Kuyindən irağ düşdülər əhbabi-vəfadar, Ta həzrətinə şumi-rəqibi yadurubdur. Gül pirəhənindən əsəri zahir olubdur. Hər xuni-cigər bülbüli-miskin ki, yudubdur. Sər ta qədəmim basdı xəyali-səri-zülfi, Gör sarmaşuği necə bu nəxli qurudubdur. Derlər ki, sana yardur, ey Kişvəri, şux ol, Eylə dəgül axı, nə əcayib yaradıbdur. * * * Yarsız qaldım yenə, biyarlıq müşküldürür Yarsız qaldım yenə, biyarlıq müşküldürür, Biənisü munisü ğəmxarlıq müşküldürür. Ol gözi bimardən ayru ğəribü xəstəmən, Ğəribü bikəslikü bimarlıq müşküldürür. Hər necə azar qılsa yar yarımdur həman, Ğəm iməs azarlıq, bizarlıq müşküldürür. Bir nihali-tazəni sevdüm ki, bərxurdar ola, Gərçi andan mana bərxurdarlıq müşküldürür. Ey ki, dersən Kişvəri huşyar bolmaz bir zaman, Sakini-meyxanəvü huşyarlıq müşküldürür. * * * Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür, Tənü əndami bəs nazik, qədü rəftari gögçəkdür. Dəhanı çeşmeyi-heyvan, xəti Xizrü ləbi İsa, Saçı sünbül, gözü nərgis, güli-rüxsari gögçəkdür. Yüzü rəngin, sözi şirin, ləbi ğönçə, beli incə, Ana hər nəsnə kim, Tanrı verübdür, vari gögçəkdür. Dilü canü zərü simü evü mülki nedər, yarəb, Bu viran dünyadə hər kim ki, anın yari gögçəkdür. Günəş gögçəkdürür derlər, bəli gögçəkdürür, əmma, Sənün gögçəkligin yanında ol naçarı gögçəkdür. Mana der xəlq kim, yarun əcəb bimehrü bədxudur, Özi bilür əgər bimehrü bədxu, bari gögçəkdür. Ləbi-dədü xəti-səbzin sifatın Kişvəri söylər, – Anınçündür ki, sözi dilkəşü əşari gögçəkdür. * * * Canım dəhənün fikridə mə’dum olasıdur Canım dəhənün fikridə mə’dum olasıdur, Bu nüktə ki, dedim, sana məfhum olasıdur. Məhfum olan aşiqi-dilxəstə ləbindən, Məhşər günidə əlbəttə məhrum olasıdur. Ağzına kimi var, kimi yox deyürlər, Var isə daxı nöqteyi-mövhum olasıdur. Divanə dilimnin gərişi gər budur axir, Səndən daxı, məndən daxı məhrum olasıdur. Düşmən ki, der Kişvəri sormaz səni, ey dost, Qatlan neçə gün ol daxi mə’lum olasıdur. * * * Ərğəvani don bilə, ey dilbəri-siminüzar Ərğəvani don bilə, ey dilbəri-siminüzar, Sizin görgəc görünür çeşmimdə aləm laləzar. Zə’fəranı yüzüm üzrə qırmızı donun görüb, Əşki-gülgünüm şəqayiqdür kim, açılğay bahar. Zə’fərani don dəgül bu kim, geyibsən, ey pəri, Bil ki, çeşmim qanından anı boyatdı ruzigar. Yüzinə düşmiş qızıl don əksi, hər kim görsə der, Qürsi-mahi-çardə boldi şəfəqdən aşikar. Ta səni gördi qəbayi-sorx ilən qul Kişvəri, Gözlərindən su degül, qandur dəmadəm kim, axar. * * * Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər, Kətan könlək ki, geymişsən, anı bərgi-səmən derlər. Demə kim, iqdi-şəbnəmdür çəməndə hər səhər düşmüş Ki, yüzün infi’alindən çəmən ağdar səmən derlər. Yüzün üzrə qara xallar pərişan zülfün altında, Sanasan aşiyan qılmış od üstündə səməndərlər. Açubdur xəncərün köksümdə həzyan derlər istərmən Ki, sınmış oxlarından tutubanə asəmən derlər. Nə evdə kim, sən olursan ana xəlqi-cahan der kim, Bu beytullahdur, anı mən urundin yasə mən derlər. Ğəmindən Kişvərinin könli bir dəryayi-pürxundur, İki çeşmi-dürəfşanidür ol dəryayə bən derlər. * * * Begüşa, ləbi-şirin bekəlami nə boluptur Begüşa, ləbi-şirin bekəlami nə boluptur, Hərgiz nə səlami, nə pəyami, nə boluptur. Qıl ömri-kəsi badi-səba birlə rəvanə, Avareyi-eşqünə pəyami nə boluptur. Xunin cigəri kim, sənin içün verədür can, Sormazsan anı böylə rəvamı? Nə boluptur. Əhbab ilə kim, badə içərtən kərəm etgil, Mən bəndəyə bir cür’əyi-cami nə boluptur. Gər Kişvəriyi-xəstə ölür, çəkmə məlalət, Qurbanına bir piri-qulami nə boluptur. * * * Hər səhər badi-səba kim, kuyi-canandan gəlür Hər səhər badi-səba kim, kuyi-canandan gəlür, Sanasan ruhül-qüdüsdür buyi-can andan gəlür. Bu nəsimi-sübhdür kim, rövşən etdi çeşmimi, Yoxsa buyi-Yusifi-Misri ki, Kən’andan gəlür. Ləblərin ətrafidə kim, baş çıxardı xətti səbz, Xızra bənzər kim, kənari-abi-heyvandan gəlür. Bağibanidür yüzündə xali mişkin, ey sənəm Kim, ətəgi doldurub güldən gülistandan gəlür. Xaki-payin birlə istərmən urum göz rozənin Kim, mana hər nə gəlür, bu çeşmi giryandan gəlür. Badeyi-gülgun içində ləblərin hər birisi, Qiymətin bir lə’lə bənzər kim, Bədəşxandan gəlür. Ol kəmanəbrü sənəmdin Kişvəri hər tiri-ğəm, Hüd-hüdi-fərxəndə peydür kim, Süleymandan gəlür. * * * Çağırdın, ey səmənsima, yanağuna düşən tərdür Çağırdın, ey səmənsima, yanağuna düşən tərdür, Kətan yagdıq bilə ol tərni, ey simin bədən, dərdür. Nigara, laləvəş yüzündə mişkin danəyi-xalin Gülə qonmuş çibin, ya oda düşmüş bir səməndərdür. Qonan şəbnəm dəgül gül yaprağına bağara, bil kim, Güli-ruyun görüb yuzinə xiclətdən qonan tərdür. Ləbin ol abi-heyvanü xətin ol sərvdür, cana Ki, cuyayi anun Xızrü tələbkari Skəndərdür. Qıl uci qayğusin çəkməz cahan zirü zəbər bolsa, Qələndər Kişvəri kim, pərvəri baglu qələndərdür. * * * Xublar yanında ol şahi-cavanan bəllüdür Xublar yanında ol şahi-cavanan bəllüdür, Ləşkəri gər çox bolursa nola, sultan bəllüdür. Yüz qəmər yüzlü sənəm gər doğsa, sənsən afitab, Dutsa yulduz gög yüzin xurşidi-taban bəllüdür. Məndə daxi də’viyi-mehr vəfa bolsa, nola, Kimdə var çeşmi-tərü çaki-giriban bəllüdür. Cövhəri-hüsnün çox, amma ləblərün ayruxsidür, Cövhəri dükkanidə lə’li-Bədəxşan bəllüdür. Bəllüdür xunabi-çeşmim içrə şəkli-qamətin, Seyli-ğəm dutsa cahanı, abi-heyvan bəllüdür. Kişvəri meydani-eşqünə girib baş oynadur, Qılsa də’vi yüz dilavər, mərdi-meydan bəllüdür. * * * Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür, Yar olur hər kim, vəli yari-vəfadar özgədür. Sürmə qapundan məni-bixanümani kim, sana, Bulunur aşiq, vəleykin aşiqi-zar özgədür. Hüsnünə mən can verürmən, xəlq ana nəzzarə ki, Özgədür əhli tamaşavü xiridar özgədür. Aşiqindir zahid, əmma canə qıymır vəqti-kar, İyü xəyalı özgəvü sevdayi-bazar özgədür. Bütpərəsti qınama, ey paki-damən şeyx kim, Zikrü təsbih özgəvü naqusü zünnar özgədür. * * * Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar, Dartaram şəsrət bilə bagrımdan odlu ahlar. Zərdü lağərdür visalın xirmənindən ayrılıb, Evinün divarinə mən tək yarışqan gahlar. Bir mənim bir kuhkən Məcnun ilən yekdil rəfiq, Vadiyi-eşq içrə düşmiş bir neçə gümrahlar. Payimali-ləşkəri-ğəm könlüm oldu lacərəm, Bəlkə afətdür hər tərəf, etsə zalim şahlar. Keçdi məndən sali dövr ol mahü mən bihuş, vay Kim, keçər bizdən xəbərsiz munca salü mahlar. Nə mən muflis əsirəm ol zənəxdan çahinə Kim, bolupturlar əsir ol çahə saşib çahlar. Kişvəri tək quluna sadiq şəha, yox bir qulun, Bolsa yüz min sadiqül-ixlasi-dövlətxahlar. * * * Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür, Bir mələkdür kim, fələkdin afitab almış gəlür. Bir gözi ucunda düşmiş bənzər ol xali-siyah, İki laçına ki, hər biri bir ğürab almış gəlür. Bağlamazsa tilbə könlümnin ayağı bəs nədən, Həlqə-həlqə zülfi-mişkindən tənab almış gəlür. Ləblərin yadi bilə könlümdür ol meyxarə kim, Sərxoşan meyxanədən cami-şərab almış gəlür. Doğradı bağrımnı ğəmzən kirpiginə şişliyüb, San ki, bir qəssabdur six kəbab almış gəlür. Kişvəri bu naləvü xəm qamətindən guyiya, Mütrübi-bəzmi-ğəmin çəngü rübab almış gəlür. * * * Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür, Sayrudur, dərman içün həbbi-nəbat almış gəlür. Zülfin altında xəti-səbz ol ləb üzrə guyiya, Zülmətə girmiş Xızır abi-həyat almış gəlür. Xanda kim, tumari-dərdüni açırmən, xəlq der, Bir sipahidür ki, divandan bərat almış gəlür. Vəh nə laçındur gözün kim, qaşlarından mal açıb, Qafi-qüdrət quşidən iki qanat almış gəlür. Şərhi-şövqin yazğalı deb Kişvəriyi-xəstədin, Qanlı kirpikdən qələm, gözdən dəvat almış gəlür. * * * Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür, Xatiri-naşadimi gər şad qılsan, vəqtidür. Köksümi çak eyləyib girgil dili-tarikimə, Bu pozuq viranəni abad qılsan, vəqtidür. Ey gözəllər Xosrovi Şirinqədü rəftarilə, Bir güzər gər canibi-Fərhad qılsan, vəqtidür. Şivəvü nazin cahanı dutdu, ey sultani-hüsn, Ğəmzeyi-xunxarəni cəllad qılsan, vəqtidür. Bağladı bari səfər ol rövzeyi-cənnət güli, Bülbüli-xunincigər, fəryad qılsan, vəqtidür. * * * Sizni yad etgəc gözüm qandan ləbaləb yaş olur Sizni yad etgəc gözüm qandan ləbaləb yaş olur, Savux ahimdən yaşın hər danəsi bir daş olur. Kimsəyə demən bəladin özgə könlüm şərbəti Kim, bəlapərvər kişina həm bəla sirdaş olur. Var ikən əqlim mənə səbrü xirəd yoldaş idi, İndi kim, divanə boldum, kim mana yoldaş olur. Göz yaşım gər saxlasam dopdolu qandır yürəgim, Aglasam könlümdəki razi-nihanım faş olur. Eşqara rüsvalığım tə’n etməgil, ey Kişvəri, Eşq ilən rüsvalıq iki tuman qardaş olur. * * * Aşiq oldur kim, görüb dildarını can tapşurur Aşiq oldur kim, görüb dildarını can tapşurur, Bütpərəst andaq ki, bütni görgəc iman tapşurur. Könləgin dükmələriçün, ey güli-xəndan, mana Dəmbədəm göz mərdümi yüz dürri-ğəltan tapşurur... Ey pəri, pünhan rəqibdən gəl ki, can tapşurğalı Kim, əmanət el gözündən xəlq pünhan tapşurur. Kişvəri yüzün görüb can tapşurursa nə əcəb, Rəsmidir pərvanə kim, şə’mi görüb can tapşurur. * * * Gər qədəm bassan hənuz dirilməgim imkanı bar Gər qədəm bassan hənuz dirilməgim imkanı bar, Bir nəfəs gəldi qəbul et kim, nəfəsnin canı bar. Ol pərişan kakilin başnə urulsəm, nə eyb Kim, anun hər birinə yüz mincə sərgərdanı var. Çıxmaz oldu xəstə can təndən xəyalın görgəli, Xanəxa tək kim, evində bir əziz mehmanı bar. Ol ləbü dəndan degil kim, xazəni-firdovsnin, İnci birlə dopdolu bir hoqqeyi-mərcanı bar. Dadlu sözün kim eşitsə yoxdurur ölmək ona, Ləblərinin guiya kim, çeşmeyi-heyvanı bar... Kişvəri bir quldurur ol şəhriyarın kim, anın Sənü xəlqi binahayət lütf ilə ehsanı bar. * * * Yarəb, məni-avarəni ol yarə irişdür Yarəb, məni-avarəni ol yarə irişdür, Sədparə dili-xəstəmi dildarə irişdür. Dərdim qatudur bu gecə, ey bəxt, mədəd qıl, Ol türfə təbibi məni-bimarə irişdür. Bulsan məhəl, ey badi-səba, bir kərəm etgil, Mən bülbüli-naləndəni gülzarə irişdür. Ey Kişvəri, andan irəlü kim, buləsən yox, Cəhd eyləvü didarını didarə irişdür. * * * Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur, İxtiyar olsa kişinin tərki-yar etmək nolur. Bülbüli-möhnətkeşəm mən bilməzəm kim, yarsız Gülşəni-gülzarü təmaşayi-bəhar etmək nolur. Talibi-rüxsarına kirriklərindən bak ağız, Gül vüsalın istəyib pərvayi-xar etmək nolur. Aşiq oldur kim, əgər düşsə fəna dəryasına, Kişvəri tək bilməyə meyli-kənar etmək nolur. * * * Xurşidi-tabanın əgər hüsnü cəmalı çoxdurur Xurşidi-tabanın əgər hüsnü cəmalı çoxdurur, Sən ğönçeyi-xəndaninin ğönçü dəlali çoxdurur. Gögçək dəbindən gər qılur yüzün bilə də’vi günəş, Sən hiç bulma kərəm kim, anın zəvalı çoxdurur. Zülfi-siyəh yeksu qılıb gər al yanağın görsədür, Aldanma zinhar, ey könül kim, məkrü alə çoxdurur. Bu tilbə könlüm arzular, bəzmi visalıni, bəli, Divanə aşiq olucaq batil xəyalı çoxdurur. Səbrü qərarü dinü dil utuzmuş ağzın istərəm, Tacir ki, talandı anın fikri-məhalı çoxdurur. Yoxdur gözün tək bir keyik, zülfün təki əbyar həm, Səhrayi-hüsnün hər necə mişkin ğəzali çoxdurur. Gər sakini-meyxanədür ki, zahidi-xəlvətnişin, Qul Kişvəri, dur qılma eyb, anın kəmalı çoxdurur. * * * Meydən açıldı gülşəni-hüsnündə lalələr Meydən açıldı gülşəni-hüsnündə lalələr, Tərdür ki, düşdü lalələr üstündə jalələr. Dudi-dilimdir ol ki, çəkibmən şəbi-fəraq, Bu kim, dağıldı yüzünə mişkin gülalələr. Baş oğrulardur ol iki göz, ey könül, həzər, Nəqdi-həyatın olmaya oğrunca çalələr. İqrar qılmışam ki, sənə bir qulam, bəli, Yazərlər üştə mərdümi-çeşmim qəbalələr. Lə’li-ləbin zəmanidə gər bolsə nə əcəb, Könlüm sürahivü iki çeşmim piyalələr. Səhrayə düşmüşəm üryan keyik təki, Məndən qaçarlar, ah bu vəhşi qəzalələr. Öldürdi Kişvərini fəraq, ey könül, xanı Səbrü qərarım kim, gələlər heyfin alələr. * * * Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır, Anun hər işvəsi guya bir əhli-dil bəlasıdır. Bəni-adəmdə can qalmaz, yıxıb sərxoş yeridikcə, Demə fərzəndi-Adəm kim, bu Tanrının qəzasıdır. Günəş qəndili rövşəndir cəmalın şəm’dən, cana, Səvadül-vəchi-fiddareyi iki zülfün qərasıdır. Xərabət əhli hər xanda ki, cami-eşq içkaylar, Mənim bu xirqeyi-pəşminin ol bəzmin pəlasıdır. Rəqiba, Kişvərini asitani-yaridən hər dəm, Nə qadirsən kim, ol miskin bu dərgahın gədasıdır. * * * Mənimlən ta yaman oldun, məni öldürdü qayğular Mənimlən ta yaman oldun, məni öldürdü qayğular Ki, ayatına demişlər, sənün yanında bədgular. Görərəm zülfini hər şəb duşimdə, bildim axır kim, Bulur tilbə gecə hər kim, pərişan görsə uyxular. Məni hər kim iki çeşmin xəyalilən görür der kim, Bu Məcnundur, gəzər əlbəttə ol yanında ahular. Ləbin üzrə qara xallar ona bənzər ki, axmışlar, Şəkər tikənüvü üstündədir bir neçə hindular. Ləbi-lö’lü xəti səbzin sifatın Kişvəri oxur, Giribdir tuti ilə bu şirin sözüni əfsunlar. * * * Ey yüzün sübhü saçın hər yan qaranğu şamlar Ey yüzün sübhü saçın hər yan qaranğu şamlar, Ləblərin innab, iki çeşmin siyəh badamlar. Bulmasın, barın deyib, könlüm evi sən girgəli, Gözlərimnün şişəsidür ona rövşən camlar. Çöhrəmi altun tək anunçün qılıb mən eşqara Kim, qılurlar meyl altun sarı siməndamlar. * * * Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz, Gəlür dərdü ğəmin cana, mana həmvarə əksüksiz. Ğəmindən şakirəm yarəb ki, əskük olmasun hərgiz, Təbibi-mehribandur kim, gəlür bimarə əksüksiz. Mənim dərdi-dilimnün çarəsi yox, neyləyim yoxsa, Qılırlar dustlar hər dəm mana yüz çarə əksüksiz. Xanı dərdi-dilimdən baxəbər yari ki, ol varə, Mənim dilimdən ol səngindilə yalvarə əksüksiz. Gəl, ey badi-səba, qıl bir güzər ol bivəfa sarı, Məhəl tapsan degil dərdi-dilimni yarə əksüksiz. Şəbi-hicrində gərdun tək səni, ey mahi-no istab, Gözümdən saçılur hər guşədin səyyarə əksüksiz. Qələndər Kişvərinin diləgi səndən budur, cana Ki, xurşidi-camalunğa qılur nəzzarə əksüksiz. * * * Ey məni aşüftə qılğan zülfi-ənbərbarınız Ey məni aşüftə qılğan zülfi-ənbərbarınız, Sağ əhlini sayru etkən nərgisi-bimarınız. Dadü fəryad əlinizdən, ey cahan gögçəkləri, Bir dögül, iki dögül kim, bivəfasız varınız. Ta ki, məndən özgə heç kim sevməyə siz xubları, Hər kim olur yarınız daş ilə başın yarınız. Ey brəhmənlər ki, kafir boldunuz ol zülf içün, Rişteyi-təsbihdin yeg həlqeyi-zünnarınız. Ğəbğəbün əlmasına Məcnunü mən qılduq təməl, Qopdu ğovğa yağ vəslindən ki, barı yarınız. Ey səba, hüsn əhlinə məndən degil bulsun məcal Kim, savıtmın neçə gün kim, gərmdür bazarınız. Qurtulub irdi bəlayi-eşqdən qul Kişvəri, Mübtəla qıldı anı bu fitnəlü rəftarınız. * * * Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz, Natəvan çeşmin təki bitab dil, bimar göz. Gözlərün yadi bilə bu guşeyi-viranədə, Qalmışam mən xəstəvü bixab dil, bimar göz. Bir-birin dərdini bilür çeşmi dil anun içün, Qan tökər bolsə dəmi nayab dil, bimar göz. Zülfü ğəmzən hicridin kəh tulğayıb, kəh yığlayıb, Gecələr irür mana pürtab dil, pürxar göz. Qıldı mən lağərşikari dami-zülfinə əsir, Ol kim, ol verdi sana qəssab dil, xunxar göz. Şəm’i-ruyindən alur tən zindəgi, can rövşəni, Xaki-payindən tapar əsbab dil, ənvar göz. Kişvərinin gözlərinə nola bassan bir qədəm, Ey ğəmindən dəmbədəm xunab dil, xunbar göz. * * * Məni divanə qıldı ol pəri, əhli vəfa bolmaz Məni divanə qıldı ol pəri, əhli vəfa bolmaz, Bolub mən əqldin biganəvü ol aşina bolmaz. Məni bu otağə göydürgan könlümdür va könül dərdi Ki, yüz daği-ğəmi vardur hənuz andın cüda bolmaz. Necə səndən cəfa gəlsə çəkərmən natəvan, leykən Cəfanun daxı həddi var, mundaq həm rəva bolmaz. Mənəm bir zərreyi-sərgəştə, sən xurşidi-tabansan, Bolur varisinə mehrin, nədəndir kim, mana bolmaz. Nə yaşurun gərək andan xətası var isə öldür, Qulundur Kişvəri şaha, nola qul bixəta bolmaz? * * * Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz, Eylə rüsvayi-cahan kim, var idim, varəm hənuz. Qönçəyanlığ bağlu ağzım lalə nisbət ğərqi-xun, Həsrətindən həmçinan kim, var idim, varəm hənuz. Çeşmi-xunəfşan bilə sən nazənindən ayrılıb, Həmdəmi-ahufəğan kim, var idim, varəm hənuz. Nərgizi-bimarına türlü təvanalıq bilə, Ol burunqi natəvan kim, var idim, varəm hənuz. Sən vəfavü mehrini tərk etdin, ey bədmehri-yar, Yoxsa mən miskin həman kim, var idim, varəm hənuz. Keçmə, cana mehribanlığdan ki, bu qul Kişvəri, İtlərünə mehriban kim, var idim, varəm hənuz. * * * Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız, Arü namus istəmə kim, aşiq olur arsız. Köksümün çakindən aldı ləşgəri-ğəm canımı, Meyvənün taracıdur, çün bağ ola divarsız. Səbrü aramım, bu möhnət günlərində qoydular, Mən ğəribi-natəvanı yarsız, ğəmxarsız. Kakilün tək, ey mənim canü cəhanım hasili, Qalmışam sevdaivü sərgəştəvü pərkarsız. Yar vəsli istər isən, hicrə qatlan Kişvəri Kim, cahan bağında bir gül bitməz olur xarsız. * * * Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz, Xumari gözlərün baxgəc həyatımdan əsər qalmaz. Dodağun içrə dişüni gülər çağında gər görsə, Xəcalətdən sədəf içində mirvaridi-tər qalmaz. Yetürməz yarə gögərçin anunçün nameyi-şövqim Ki, yanar şö’leyi-ahimdən ana balü pər qalmaz. Verüb simuzər, ey münim cahanda yaxşı ad qoygil, Mənüm nəmdür özi bilür, əgər qalur, əgər qalmaz. * * * Ey əhli-eşq, Kə’beyi-məqsudi-zatuniz Ey əhli-eşq, Kə’beyi-məqsudi-zatuniz Vəsfünə acizəm, deyə bilməm sifatuniz. Xürrəmdürür vücudun ilə gülşəni-həyat, Yarəb, həmişə səbz ola baği-həyatuniz. Lə’li-ləbin nəbatdürür, yarəb olamı, Mən xəstəyə nəsib ola həbbi-nəbatuniz. Mehrab hacətimdürür, ey şəhsüvari-hüsn, Hər xanda kim, ayağ basar yerdə atuniz. Hüsni cəmal içində həmin eybiniz budur, Kim, mən-şikəstə halinə yox iltifatiniz. Satın rəqib sözi bilə Kişvərini, leyk, Bir bəndeyi-mübarək idi heçə satıniz. * * * Vay kim, mən oldum diyari-özgələr yari hənuz Vay kim, mən oldum diyari-özgələr yari hənuz, Məndən ol fariğ vəleykin mən giriftari hənuz. Həsrəimndən canə yetdim, vəh nə bədbəxt adəməm Kim, nəsib olmaz mana hər lərzə didari hənuz. Payimal etdin cəfa yolunda xaki-cismümi, Qopğusi hər zərrə tofrağım sənin sari hənuz. Gərci var özgə havası yarun, əmma vardurur, Can anun müşğaqivü könlüm həvadari hənuz. Ta pozulmaz rişteyi-can, yüzməzəm səndən ümid, Bir kəlafə iplikü Yusif xiridari hənuz. Gecə kim, uyxuma girsən, istərəm ol uyxunu Kim, qiyamətdə daxı olmaya bidarı hənuz. Kişvəri könlinə azar etmə, degil ğəmzənə, Düşmədən aramıza azari-bizari hənuz. * * * Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz, Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz. Vermədün can yüzünə qarşu zəhi şərməndəlik, Ruzi qıldı bu qara yüzlük bizə təqdirimiz. Müddəi qıldı visalından sizi məhrum, leyk Çıxmaya gögə məgər bu naleyi-şəbgirimiz. Hər gecə duşumda görürmən pərişan zülfini, Ey müəbbər, degil axir kim, nədür tə’birimiz. Biz məlamət gününün ovbaşlarının itiüz, Belə dedi ruzi-əvvəl pirimiz, təkbirimiz. Yar küsdi Kişvəri, imdi fəna yolun gözət, Kim, bəqa mülkində daxı qalmayıbdır yerimiz. * * * Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz, Sənün tək bir güli-cənnət gülistanda ola bilməz. Təalallah, zəhi surət, mələksən ya pəri, cana Ki, bu şəklü şəmayil nəsli-insanda ola bilməz. Dutub mən hicr ilə ülfət, visalın birlə şad olman, Səməndər tək, kim odsuz abi-heyvanda ola bilməz. Saçun tək nafeyi-pürçin Xutəndən çıxmaya hərgiz, Ləbündən lə’li-canpərvər Bədəxşanda ola bilməz. Könüldə, Kişvəri, qılma məqami ol pərinin kim, Məcazidür bəsi nazik, bu zindanda ola bilməz. * * * Mənim yarim vəfasızdur, vəfasız Mənim yarim vəfasızdur, vəfasız, Mənim dərdim, dəvasızdur, dəvasız. İrax yüzündin, ey ayinərüxsar, Gözüm, könlüm səfasızdur, səfasız. Saçınğa dedim isə nafeyi-Çin, Pərişan bolma, bolmaz qul xətasız. Gedəli sən yıxıldı könlüm evi, Xərab olur bəli, ev kədxudasız. Rəqibə Kişvəri, bolma mə’ariz, Kim, irur hər həqiqətsiz, həyasız. * * * Məni ol xosrovi-xuban pütig birlə yad etmiş Məni ol xosrovi-xuban pütig birlə yad etmiş, İnayət nameyidir kim, məni-naşadi şad etmiş. Ğələt qıldım pütg irməz bu tə’vidi-məhəbbətdir Ki, mən divanə içün ol pəri səvad etmiş. Nə tə’vidi-məhəbbət kim, əzəl divanədən guya, Səadətnamədir bu ki, ömrümni ziyad etmiş. Səadətnamə demən anə, var bir ayəti-rəhmət Ki, ruhul-qüdsi-irsali-məni-xaki nəhad etmiş. Uyurkən nagəhan qıldı məni bihuş anın zövqi, Oyanğəc cani gördüm kim, bədənğə xeyr yad etmiş. Dilab həqdən muradım pabusundur sənin, əmma Məni bu talei-sərgəştə mundaq namurad etmiş. Şikəstə Kişvəri şövqi-cəmalın barğalı, cana, Yonub kipriklərindən xamə, göz qanın mədad etmiş. * * * Nazikü şirin dodağın, ey büti-huri məniş Nazikü şirin dodağın, ey büti-huri məniş, Bərgi-güldür kim, tapıbdır bal içində duriş. Guiya kim, su içibdir çeşmeyi-xurşiddən, Arizin bağı ki, hiç qılməz təfavüt yazü qış. Sən fəğan etküncə, ey gülçöhrə, qılğımdur fəğan, Nalə bülbüldən gəlür, mətbux kəklikdən yeriş. Yüzünə qarşu gözüm ağlarsa, irməz bəs əcəb Kim, bəhar olğacda gahi gündürür gahi yəğiş. Şami-hicrin-sonrəsi sübhi-vüsal irür, bəli, Hər enişə bir yoxuşdur, bir yoxuşə bir eniş. Gözlərim ətrafidə kiprik iməz, bilkim, irür Mənbəi şorabə kim, yetdi hər yandən qamış. * * * Gözlərin sevdasidə gəldi mana bimarlıq Gözlərin sevdasidə gəldi mana bimarlıq; Bir gəlüb sormazsan, axır beləm olur yarlıq?! Sən cahanü canidən, ey sərv, bərxurdar bol, Gərçi səndən görmədi heç kimsə bərxurdarlıq. Simuzərlə ələ gətürmək kənardur yarını, Bu səbəbdən yaxşıraqdur yoxluqdan varlıq. Yarəb, ol xurşidnün könli nədəndür kim, mana Rəhmi gəlməz bir zərrə hər necə qılsam zarlıq. Çün iməssən aşiq, ey dil, qoyma əldən zöhdini, Yegdürür bikarlıqdan yari ol bikarlıq. Dönmə, ey dil eşqdən azar çox gördüm deyib Kim, ola azarlıq, leyk olmaya bizarlıq. Kişvəri, piri-muğanun qulluğun tərk etmə kim, Hər necə əsrükdürür, var anda bir huşyarlıq. * * * Ölməgim, ol verdi sana işvəvü əyyarəliq Ölməgim, ol verdi sana işvəvü əyyarəliq, Bizgə ruzi qıldı bikəslik bilə biçarəliq. Sən içərsən badəvü mən həsrətindən xuni-dil, Ta ki, sən meyxarə vardur mana xunxarəliq. Bir güli-rə’na həvasində nəsib oldu mana Ğönçə tək qan yudmaqu gül tək giriban parəliq. Yar irür namehribanü bəxti-sərkeş, ey könül, Vəh ki, düşdi başına başdan yanə avarəliq. Yarı qıldın Kişvəriyə bədgüman, ey müddəi, Ol həman yaridürür, qaldı sana yüz qarəliq. * * * Necə, ey xodkam, hicründə mana bədnamlıq Necə, ey xodkam, hicründə mana bədnamlıq, Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq. Gər səninçün, ey pəri, bədnam olubmən ğəm dəgül, Aşiqəm nami-nikudən yeg mana bədnamlıq. Sənsizin boldi mana kuyi-ədəm aramgah, Necə çəksün bir kişi peyvəstə biaramlıq. Zahida, mən etməgil görsən məni məstü xərab Kim, mana sübhi-əzəldən gəldi dərd aşamlıq. Cami əldən qoyma kim, mə’lum iməs əncami-kar, Haliya, xoşvəqtdür məstivü biaramlıq. Bitmədi baği-cahanda sən təki bir şax gül, Sərv boylu, ğönçə ləb, bərgi-səmən əndamlıq. Gəldi əyyami-şərif, ey məh, zəkati-hüsn içün, Kişvəri xəstəyə bir busə ver bayramlıq. * * * Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıq Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıq, Eşqünə şadlıq, mana bəs namuradlıq. Qədünə qarşu başın əgər sərvi nazikən, Ol biədəbni gör ki, satar ustadlıq. Yadımda əgərçi ki, yaduna gəlməzəm, Vəh kim, düşübdür aramıza rəsmi-yadlıq. Yox, e’tiqadın ol ki, mana mö’təqid olam, Yar olmasun kişika yaman e’tiqadlıq. Boldi çü Kişvəri səri-zülfinə paybənd, Yarəb, bu karbəstəyə sən ver güşadlıq. * * * Ey könül, dünya evində istəmə abadlıq Ey könül, dünya evində istəmə abadlıq Kim, anun bunyadıdur əslində bibünyadlığ. Meyvə olən nəxlini səng həvadis sındurur, Vəh nə xoşdurur səmənbər sərvilə azadlığ. Xublar bidadı bəs üşşaq içün, sən ey fələk, Tiği-bidadi çəkib munca nədür bidadlığ. Aşina yad oldu məndən, dust düşmən aqibət, Vəh kim, ol naaşina həddən aşurdı yadlığ. Ta riza verdi qəzayə Kişvəri bil kim, ona, Şadilığ naşadlığ naşadlıqdur şadilığ. * * * Səni eyşü şərabü padişalıq Səni eyşü şərabü padişalıq, Mənü xunabəyi-hicrü gədalıq. Çü axir qılmaz oldun bəndəni şad, Nə fayidə səninlən aşinalıq. Könül sübhi visalün yadi qılmaz Ki, qorqutmuş anı şami-cüdalıq. Əcəl sənsiz diri qoydu məni, leyk Gətürdi başıma yüz rüsivalıq. Sana hərfi-vəfa ögrətmək olmaz, Xuda verdi sana çün bivəfalıq. Qılur qul Kişvəri aşiqlik, əmma Nə aşiqlik ki, yüz tüman bəlalıq. * * * Ol ki, verdi şəm, hüsnünə cahanəfruzluq Ol ki, verdi şəm, hüsnünə cahanəfruzluq, Verdi sənsiz təlxiyi-hicran bizə noruzluq. Zülfi-mişkinün ələm, sən padişahi-mülki-hüsn, Xanda kim, varsan sana Tanrı verür firuzluq. Gərçi pərvanə verür can şəm’nin yüzi görüb, Görsədür pərvanə içün şəm’ həm dilsuzluq. Bilməzəm ol tiflnün amuzgari kimdürür Kim, qılur peyvəstə tə’limi-cəfa amuzluq. Ögrənür hər kim ki, var mülki-cahanda pür hünər, Kişvəriyi-xəstə ögrənmiş bəlaənduzluq. * * * Xəstə könlüm tapdı ol dildardən nömidliq Xəstə könlüm tapdı ol dildardən nömidliq, Tapmasun hiç kimsə yarəb, yardən nömidliq. Əşki-nömidi bilə kuyinə varğac, ah kim, Başuma yağan dərü divardən nömidliq. Ol təbibi adəmiküş çəkdi başımdan əyağ, Guyiya fəhm etdi mən bimardən nömidliq. Yazığam, nömid qılma, ey güli-xəndan məni, Xanda miskin bülbülü gülzardən nömidliq. * * * Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ, Danə xalın içün düşmiş duzağuna duz ağ. Könlümün dağında zahirdür cəmalın gülşəni, Bu məsəldür kim, irür divanəyə dağ üstə dağ. Eşigində it kimi hər necə kim, xarəm, vəli Kuhi-ğəm qaplanıyam uş pay ta sər dağ-dağ. Xanı dövlət kim, əyağ içib əyağını öpəm, Bir əlimdə bu əyağ, bir əlimdə ol əyağ. Lə’li-nuşinğə bolur yaquti-rummani əsir, Dürri-guşunğa çəkər lə’li-Bədəxşani qulaq. Şahidü şəm’ü şərabi qoyma əldən, zinhar, Bir deməkdür məndən üştə be rəsul illə bəlağ? Dib imişsən Kişvəri, çeşmü çirağın kimdür? Ey çirağü çeşmi-mən sənsən mana çeşmü çirağ. * * * Eşq yolunda gərəkdür himməti-ali rəfiq Eşq yolunda gərəkdür himməti-ali rəfiq Kim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq. Eşq bəhridür kim, anun dürri dürri-dil düzür, Dürrətün-dürrün-əcəb, bəhreyi-bəhrün əmiq. Bəzmi-ğəm içrə gözümdür camü xuni-dil şərab, Cameyi-cami-lətifün, şərbətül-şürbün rəhiq. Zikrü fikirdür yüzü ağzın xəyalı könlümin, Zikrətül zikrün cəmilün, fikrəhü fikrün rəqiq. Xətmidür ol, ya bənöfşə, ya zümürrüd, ya giyah Ləbmidür ol, ya Bədəxşaniyi-lə’li, bilmən ya əqiq. Gözlərimdin dəmbədəm axar şəfəqgun yaşlar, Vay kim, yoxdur mana bu dəmdə bir yari-şəfiq. Seyli-əşk içrə yapışdı zülfünə qul Kişvəri, Bimi-candan yapışur qara yilan isə, ğəriq. * * * Ah kim, köksümin sənsiz çak-çak etdi fəraq Ah kim, köksümin sənsiz çak-çak etdi fəraq, Natəvan könlümni qəmdən dərdinak etdi fəraq. Bəzmi-vəslindən məni məhrum qıldı ruzigar, Kuyi-hicrində təni-zarimni çak etdi fəraq. Gözlərüm xunabəsi birlə kim, axar dəmbədəm, Lövhi-həstidin vücudum nəqşi pak etdi fəraq. Nuşi-can bolsun sizə cami-visal, ey dustlar Kim, məni-sərgəştəni bari həlak etdi fəraq. Kimi yoxdur, kimi var der Kişvəriyi-xəstəni, Şükr kim, gəldivü rəf’ iştikak etdi fəraq. * * * Könlümə xunabeyi-həsrət şərab etdi fəraq Könlümə xunabeyi-həsrət şərab etdi fəraq, Atəşi-eşq içrə bağrımnı kəbab etdi fəraq. Bir binayi-səbr kim, yapdım könül şəhrində mən, Gözlərüm suyi bilə bir-bir xərab etdi fəraq. Eşigindən it kimi kuyi-ədəm sarı çəkib, Rişteyi-canımnı boynuma tənab etdi fəraq. Görməz oldu ağlamaqdan gözlərim ey vay kim, Gövhəri-məqsudimi biabü tab etdi fəraq. Ta həvəs qıldım sədəf ağzını vü dür dişüni, Damənimni dopdolu dürri-xoşab etdi fəraq. Kə’beyi-vəslin yolunda dönmədi qul Kişvəri, Gərçi kim, caninə yüz dürlü əzab etdi fəraq. * * * Bolmuşam divanə tərki-xanüman qılsam gərək Bolmuşam divanə tərki-xanüman qılsam gərək, Xanümandan keç ki, tərki-cismü can qılsam gərək. Qıldı çün rüsva məni şeyda könül, mən həm anı, Ömr möhlət versə rüsvayi-cahan qılsam gərək. Mülki-həstidən uçubdur mürği-ruhum ənqərib, Mən daxi kuyi-fənada aşiyan qılsam gərək. Abi çeşmim birlə xaki-payini qılsam xəmir, Eyb imas kim, mərhəmi-daği-nihan qılsam gərək. Könli bir daş parəsidür, Kişvəri, mən əqlsiz, Ahü nalə birlə daşi mehriban qılsam gərək. * * * Vəh ki, hicran xəncəri köksümni qıldı çak-çak Vəh ki, hicran xəncəri köksümni qıldı çak-çak, Doğradı bağrımnıvü könlümni qıldı dərdnak. Ğürbətü bikəsligimni qoy ki, sən bədmehrini, İltifati yoxluği mən xəstəni qıldı həlak. Sancılırdı könlümə meyxarə çeşmin navəki, Torağa sancıladı baği-cahanda pəx tak. Aşiqəm sana dilim, öz-özümə inanmazam, Ruhi-qüdsi xandəvü mən bir pəri fərzənd xak. Xüşki-ləb çaki-giriban birlə can ver Kişvəri, Xasiyyət bu verdi çün çeşmi-tərü daman çak. * * * Qızarmış badədən yüzi güli-gülzari-minu tək Qızarmış badədən yüzi güli-gülzari-minu tək, Yatupdur qaşları mehrabi içrə çeşmi sayru tək. Biyaban qırağında əgər həsrət bilə ölsəm, Qaçar ol gözləri heyran mən vəhşidən ahu tək. Dodağın şərbəti-cənnət, dəhanundur şəkər təngi, Ləbin üzrə qara xalın şəkər satıcı hindu tək. Məni mu tək zə’ifi-natəvan ol qıldı eşqində Ki, kilki-qüdrətin anın miyan verdi sana mu tək. Çü ansız bir nəfəs mümkün dəgil kim, Kişvəri qalə, Günahın yazmagil yarəb, içərsə qanını su tək. * * * Yüzüm bir naristan hicrindən saraldı heyva tək Yüzüm bir naristan hicrindən saraldı heyva tək, Dodağın dişlərəm billah, əlimə girsə alma tək. Türünc ğəbğəbin fikrində tiğ arizu birlə, Kəsərmən əlimi qalmış sana heyran Züleyxa tək. Gözün, ey şux avçudur ki, can quşunu avlar da, Ana kirpiklərün navək kimidür, qaşlarun ya tək. Gözün şövqindən incə xuni-dil axdı gözümdən kim, Boyandı xirqeyi-zöhdüm, çağırdın badə pala tək. Ölübdür Kişvəri zəhri-fəraq içib, irağ səndən, Qədəm basgil, ona can dodağından Məsiha tək. * * * Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək, Dəhanı höqqeyi-mərcandurur, dəndani gövhər tək. Saçı sünbül, gözü ceyran, yüzi gülgül, xəti reyhan, Rəhü rəftari şirinü ləbü göftari şəkkər tək. Üzarı ayəti-rəhmət, yanağı laleyi-xodru, Buxağı cənnət alması, tən əndamı mərmər tək. Xuraman qaməti üstə pərişan kakilin hər yan, Könüllər asılur hər taridən şahi-sənubər tək. Bədəmdillah ki, xublar məclisində ol sərəfrazım, Oturmuş dustlar kamidür ol səddi-Skəndər tək. Ölüpdür Kişvəri cana, qəribü natəvan, gəlgil, Məzarı üstünə ağla yalançı növhəgərlər tək. * * * Ey ğəmündən dağlu könlüm ləhzə-ləhzə çakrək Ey ğəmündən dağlu könlüm ləhzə-ləhzə çakrək, Gözlərüm xuni-cigərdən dəmbədəm nəmnakrək. Çün mənim qəmginligimdən sən bolursan şadiman, Ola yarəb, xəstə könlüm günbəgün ğəmnakrək. Demə ey badi-səba, yaxşı-yaman kim, var anun, Daməni bərgü-güli-baği-İrəmdən pakrək. Köp görübmən tündxuvü bivəfa adəm, vəli Görmədim sən bivəfadən adəmi bibakrək. Ruzigari-səngidil kuyində yüz min aşiqi, Qıldı xaki-rahi-miskin Kişvərini xakrək. * * * Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun, Leylətül-me’rac iki zülfi-mütərrası anun. Kihli-mazağ-ül-bəsərdür gözlərinün qarəsi, Şərbəti-Kövsər ləbi-lə’li-şəkərxası anun. Kilki-qüdrətdən yazılmış arizində xətti-səbz, Hüsninə mənşuri-mişkin xali-tüğrası anun. Taki, yüzindən götürdi bürqə, ol mahi-ərəb, Dutdi sər-tasər cahan aşübü ğövğası anun. Qıldı rövşən külbeyi-tarikimi bir şəm, kim, Olsa yüz pərvanə, yox bir zərrə pərvası anun. Özgə olmadin tifeyl etsə ana yeridürür, Həşr güni kim, qıla adəm tamaşası anun. Kişvərini vəsldən məşrum qılmazdı yə’qin, Ərzinə yetsəydi bu əbyati-ğərrası anun. * * * Ey məni bimar qılğan çeşmi-bimarun sənün Ey məni bimar qılğan çeşmi-bimarun sənün, Təlxi-kam etkən məni lə’li-şəkərbarun sənün. Günbəgün artuq giriftarəm məni-bidil sana, Ey əzəldən ta əbəd könlüm giriftarun sənün. Çarəsiz qaldım məni-biçarə, ey bədmehr-yar, Çarə qıl kim, boldu canım zarü əfkarun sənün. Gərm idi bir neçə gün bazari-hüsni-Yusifün, Ey günəş, hala bu gündür gərmi-bazarun sənün. Ey könül, munca vəfavü mehribanlıqdan nə sud, Çünki bir namehriban bəd əhd imiş yarun sənün. Verdi can qul Kişvəri üştə tuman həsrət bilə, Həsrəta kim, görmədi bir ləhzə didarun sənün. * * * Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın, Vəh kim, öldürdü məni məstivü bipərvalığın. Zülməti-zülfün əgərçi afəti-candur, vəli Abi-heyvan şərbətidür lə’li-ruhəfzalığın. Vəh nə məclisdür bu kim, hər canı təndə qoymadı, Ol qıya baxuşlarinü adabi-bəzmaralığın. Çıxmaya eyvani-xavərdən daxı xurşid əgər, Çəksələr anda sənün bu surəti-zibalığın. Yüzidən bürqə’ götürdü ol pərivəş, ey könül, Vəh ki, yetdi tilbəlik çağı bilə rüsvalığın. Sürmeyi-naz ilə görsən çeşmi-şəhlasın məgər, Bilsən ey nərgis ki, yarutmaz səni şəhlalığın. Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri, Xanı ey ruhi-mücəssəm, ol dəmi-İsalığın? * * * Ey məni aşüftə qılğan ənbərəfşan kakilün Ey məni aşüftə qılğan ənbərəfşan kakilün, Ruzigarımnı qılıb mundaq pərişan kakilün. Şivəvü nazü məlahət birlə sənsən gənci-hüsn, Yatur ol gənc üstinə bir qarə yilan kakilün. Kim ki, gördü kakilini bağladı zünnari-küfr, Qoymadı aləmdə vəh bir salim iman kakilün. Mən daxı bir əhli-islam irdim, ey dil, vay kim, Küfrə döndərdi məni şol namüsəlman kakilün. Nola mən divanə qucsam sən pərini bir gecə, Boynuma zəncir tək dolansa hər yan kakilün. Xəstə canlardur giriftarın ki, sənsən haliya, Xubilər sultanivü zənciri-sultan kakilün. Kakilindən rişteyi-ümmidi yüzməz Kişvəri Kim, anün hər taridür bir rişteyi-can kakilün. * * * Ey gözü qarətgəri-imanü bərsər kakilin Ey gözü qarətgəri-imanü bərsər kakilin, Bağladı islamara zünnari-kafər kakilin. Qamətün sərvü yüzün mahü saçın əbri-siyah, Ləblərin abi-həyatü ənbəri-tər kakilin. Dəftəri-hüsnü məlahətdir cəmalın səfhəsi, Qarə ipəkdən üzülmüş bəndi-dəftər kakilin. Açdı badi-sübhdən çün kakilün pürhəlqəsi, Nükhətidən qıldı aləmni müəttər kakilin. Titrədir can riştəsini guiya badi-əcəl, Çün səba təhrikidən hər yani titrər kakilin. Kakilin eşqidən olmuş nafeyi-çin pusti-puş, Neçələrni nafə tək qıldı qələndər kakilin. Kişvəri qurtulmaq istər dami-zülfündən, vəli Necə kim, cəhd eylər ol yoluni bağlar kakilin. * * * Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın, Bolsun mübarək, ey gül, novruzü növbaharın. Ey bülbüli cigərxun, fəsli-bahar gəldi, Qıl nalə kim, göründi bağ içrə gül’üzarın. Yüzün behişt bağı, zülfün ana bənəfşə, Bolsun müdam tazə, ey gül bənəfşəzarın. Qaşınla qəddi-nazın getdi gözümdən, əmma Nunü əlif qalupdur köksümdə yadigarın. Ruhinə bir dua qıl dərvişi-Kişvərünün, Düşsə məzarı üstə nagah rəhgüzarın. * * * Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anun Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anun, Natəvan könlüm mənim lağər şikaridür anun. Xuşə-xuşə sünbüli-səhrayi-Çindür saçları, Dəstə-dəstə laleyi-cənnət üzaridür anun. Mümkün olmaz çün sana, ey dil, anunla dustluq, Bir kişiylən dost ol kim, dustidaridür anun. Eşq yolunun bəlası çox, vəli hər kim ki, ol Eşq ilən girdi bu yola Tanrı yaridür anun. Nə ki, mən tənha giriftarəm qədü balasinə Adəmi-xaki mənim tək xakisaridür anun. Ləblərün dövründə gördü xəti-səbz anun çün, Xəlqara çıxmaz Xızr kim, şərmisaridür anun. Həsrətindən qanlu könlündən çəkər qul Kişvəri Ahlar kim yedi1 duzəx bir şəraridür anun. * * * 1 Yeddi * * * Afitabi-dilbəri ruyi çün mahındır sənün Afitabi-dilbəri ruyi çün mahındır sənün, Afitabə sayəban türfi-külahundur sənün. Şö’leyi-şəm’i-hidayətdür cəmalun dilbəri, Sürmeyi-çeşmi-məlayik xaki rahındur sənün. Sübhi-eydümdür visalun, həm xəti-səbzin bərat, Leylətül-me’rac həm zülfi-siyahındur sənün. Kiprigün navəkləridür könlümün çakin tikən, Yürəgim qan eyləyən əgri nigahındur sənün. Xəstəxatir Kişvərini özgələr tək görmə kim, Sidq ilən bir bəndeyi-biiştibahındur sənün. * * * Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin, Arizin baği-behiştü ğönçeyi-xəndan ləbin. Höqteyi-yaqutdur ağzın, kəlamın sirri-ğeyb, Dişlərün nasüftə lö’löyi-tərü mərcan ləbin. Gözlərün hər baxışı tiği-əcəl tək can alur, İsiyi-Məryəm təki ölüyə verür can ləbin. Xali-mişkin kim, düşübdür ləlün üzrə xal iməs, Bil kim, alundur xərac mülki-Hindistan ləbin. Kafiri-eşq oldu miskin Kişvəri axir nəfəs Nola gər ağzına qoysa şərbəti-iman ləbin. * * * Açılsa yüzümə qapı inayəti-xudainin Açılsa yüzümə qapı inayəti-xudainin, Götürsəm yüzidən bürqə’mən ol türki-xitainin. Əcəl camını vaiz der ki, acıdur, bəli, nişün Ki, sən tək vadi bilməz şərbəti-ruzi-cüdainin. Gəl ey zahid, çiraği-mey bilə qıl xaneyi-rövşən, Çirağında furuği yoxdur ol zöhdi-rəyainin. Ol ay yüzün bilə xəlqi qılursan aşiqü axər, Tökürsən qanları tək siz bu irür rəsmi rainin. Nəvai himmətidin Kişvəri əhli-nəzər boldı, Cahan mülkin dutar şe’ri nəzər bolsa Nəvainin. * * * Öldürmə cövr ilən məni kim, yarunam sənün Öldürmə cövr ilən məni kim, yarunam sənün, Qıl bir nəzər ki, yari-vəfadarunam sənün. Canü cahanü dinü dilü səbrü huş ilə, Ey gövhəri-yeganə, xəzinədarunam sənün. Can ver iki ləbindən, əgər yarisən mana, Ey çeşmeyi-həyat ki, bimarunam sənün. Özgə həvavü özgə həvəs məndə qalmadı, Ey sərvinaz, ta ki, həvadarunam sənün. Gülzari-hüsndür yüzün vü bəndə Kişvəri, Şirin kəlam bülbüli-gülzarunam sənün. * * * Baxışında var nəzər ol nərgisi-pürxabnin Baxışında var nəzər ol nərgisi-pürxabnin, Xeyrli baxış dəgül qoyun saru qəssabnin. Doldu bağrım qanıdan könlüm könüldən, gözlərüm, Necə kim, biri tökər, biri dolar dolabnin. Sirri-hüsnün dedi gülşəndə səba andin dürür Kim, qızarıb infiali var güli-sirabnin. Nazpərvər bolma kim, qədri həqiqət kuyidə Ətləsi-şahidən artuxdur biri maşabnin. Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi; Gizlü qalmaz nuri çün xurşidi-aləmtabnin. Qıldı hüsnün pərtövi xaki tənimni çak-çak, Xasiyyət budur kətanə pərtövi mətabnin. Yari bildi Kişvərilən müddəinin sidqini, Zahir oldu sirri çün yüzi qara qüllabnin. * * * Ey dəhanın püstəvi lə’li-ləbin innab tək Ey dəhanın püstəvi lə’li-ləbin innab tək, Qamətin sərvü yüzün xurşidi-aləmtab tək. Saru don içində açılmış cəmalın gül kimi, Zəfər anzar içrə etmiş laleyi-sirab tək. Görgəli hüsnün bolubdur pərdeyi-dil çak-çak, Əski kətanə toxatmış pərtövi-məhtab tək. Bir vərəqdür çöhreyi-zərdim ləbaləb dərdi-dil, Əşki-şəngərfi ana hər yan çəkilmiş bab tək. Navəkin peykanləridür oda yanmış könlümə, Pənbə birlə xəstə ağzına tökərlər ab tək. Ey gözüm, xali dəgül bir dəm cigərxun Kişvəri, Bir qurusa bir dökülür gözləri dolab tək. * * * Ol kim, öldürdi məni cövrilə bidadi anun Ol kim, öldürdi məni cövrilə bidadi anun, Munisə-şəbhayi-tarimdür mənim yadi anun. Kimsədən sorman xəbər yüz yil əgər görmən anı, Rəşkdən kim, olmaya heç kim bilə adi anun. Külbeyi-əhzan yıxılsa başıma irməz əcəb, Bəs ki, ğəm çəkdi gözümdən bixü bünyadi anun. Kimə kim, çeşmin işarət qılsa, ğəmzən öldürür, Ey gözün sərdari-hüsnü ğəmzə cəlladi anun. Gül yüzün devrində xəttin kim, oxur qul Kişvəri, Nameyi-ə’malıdur, ya xətti-azadi anun. * * * Ol ki, can məxmuri çeşmi-nimxabidür anun Ol ki, can məxmuri çeşmi-nimxabidür anun, Canım arami, vəli könlüm xərabidür anun. Atəşi-meydan gülüm, gülgun yanağın tərləmiş, Tər dəgül kim, arizün gül, ol gülabidür anun. Şivəvü nazü məlahat dəftəridür gül yüzün, Xətti-səbzi guyiya kim, intixabidür anun. Tökməsün xaki-kəfi-payini gözünə rəqib Kim, anun qədrini bilməz ol zəbabidür anun. Kişvəri kimi sevər dersən, əgər dersəm səni, Deməgil kim, cəngdür cana, cavabıdur anun. * * * Şəm’ tək könlüm yanar yüzin görüb cananənin Şəm’ tək könlüm yanar yüzin görüb cananənin, Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin. Dil uzatdı həlqeyi-zülfi-pərişanın sarı, Şax-şax anın içün boldi zəbani şanənin. Pəs ki qan səpdi gözüm hər yan dərü divarinə, Şərmisarəm yüzidən bu külbeyi-viranənin. Sən gedəndən bərlü çeşmim xanəyi-tarik irür, Lacərəm yanmaz çirağı heç əyasız xanənin. Kişvəri iki cahan nəqdün verür vəslin içün, Gərçi yoxdur qiyməti sən gövhəri-yekdanənin. * * * Vəh ki, məni-məhrumi bir gün vəsldin şad etmədin Vəh ki, məni-məhrumi bir gün vəsldin şad etmədin, Natəvan könlümni bir dəm ğəmdin azad etmədin. Yad edər çağında bir-bir söhbəti-əhbabını, Yadın olsun kim, məni-biçarəni yad etmədin. Sayeyi-irşadın əskük olmasun, ey piri-deyr Kim, mana mə’şuq dəmidin özgə irşad etmədin. Ağlamaqdan xaneyi-çeşmümni viran eylədim, Sən vəfasız hərgiz ol viranı abad etmədin. Kişvəri qara qulundur, sürmə qapından anı, Eylə san kim, bir mübarək mürdə azad etmədin. * * * Çü qomuşsan rəhi-eşqində, ey qanlı könül, başın Çü qomuşsan rəhi-eşqində, ey qanlı könül, başın, Ğəmi tərk etmə kim, ğəmdür bu yolda əski yoldaşın. Məlaik tək sən, ey hurisifət, ruhi-mücərrəddən; Sana xurşid olub dayə, Məsihadur əməkdaşın. Süpürdüm asitanuni bu qanlu kirpigim birlə, Bolub mən binəva piranə səri-eşikdə fərraşın. Gözümdən qan rəvan qıldı əlif tək qamətim əgdi Səpilmiş zərvərəq yüzün, əgilmiş vəsməlü qaşın. Səgi-kuyi səni görgəc qaçar, ey Kişvəri noldi Ki, sormaz haluni bir neçə gündür ol qara daşın. * * * Ey camalü hüsnara xurşid qardaşın sənin Ey camalü hüsnara xurşid qardaşın sənin, Eşigində şəhpəri-Cəbril fərraşın sənin. Şö’leyi-şəm’i-hidayətdür cəmalın pərtövi, Qibleyi-milkü məlaik, vəsməlü qaşın sənin. Geyrətim ol həddədür zülfi-pərişanlığa kim, İstəmən badi-səba kim, ola yoldaşın sənin. Kişvəri, itini görgəc öp ayağını anun Kim, yaman günlərdə oldur yaru yoldaşın sənin. * * * Qıymışam canan yolunda ömrü malü canə həm Qıymışam canan yolunda ömrü malü canə həm, Nə mana mə’lurəliq hacət, nə xod viranə həm. Ğeyrətim ol həddədür zülfi-pərişanınğa kim, İstəmən badi-səba, tərpətsə anı şanə həm. Ol ki, sən biganəvəşdin aşinalər gördülər, Aşina görməz anı, billah, rəva, biganə həm. Kə’bəru cümmazəsi gər tündü sərgəşdür, nola Qalmaz andan bad payi-sakini-meyxanə həm. Kişvəri, bəzmi-visalında çü mə’hrəm bolğa sən, Tanrıya şükr eyləgil, ver canuni şükranə həm. * * * Səadət həmrəhim boldi, müsaid bəxti-firuzim Səadət həmrəhim boldi, müsaid bəxti-firuzim, Bu gün gördüm cəmaluni, mübarək oldu novruzim. Nə yerdə kim, keçər sözüm, mənim halımğa ağlarlar, Diriğa kim, sənün yanında bir gün keçmədi sözim. Məhi-ruyun fərağında şəbi-ğəm gər nəfəs çəksəm, Salur od xirməni-xurşidə bu ahi-cigərsuzim. Saçındur hasili-ömrüm, qaşın mehrabi-məqsudim, Boyundur nəxli-ümmidim, yüzün şəm’i-şəbəfruzim. Ğəmü ənduhi-mülkidən nişan şər kimsəyə gəlsə, Anın tuğrası qan birlə yazılmış, Kişvəri, sözim. * * * Can əgər getdisə sən sağ ol, mana candan nə ğəm Can əgər getdisə sən sağ ol, mana candan nə ğəm, Sübh vəsl ümmidi bolsa, şami-hicrandan nə ğəm. Gər qılursa tari-baran kim, yolundan dönməzəm, Kə’bənün müştaqinə xari-müğilandan nə ğəm. Eşqi kamil aşiqə rüsvalığından dərdi yox, Nuh ilə həmxanə bolsan mövci-tufandan nə ğəm. Tikməgil çaki-giribanımnı, ey həmdəm ki, yar, Yürəgimdə çaklar, çaki-giribandan nə ğəm. Yar əgər dersə rəqibin boynun üzgil, Kişvəri, Taəti-həq etkənə təlbisi-şeytandan nə ğəm. * * * Yarə köp can verdim, əmma bivəfadur bilmədim Yarə köp can verdim, əmma bivəfadur bilmədim, Aşinalıq rəsmidən naaşinadur bilmədim. Şivəvü nazü itabi çoxdurur bildüm, vəli Ğönçəsi qan tökməkü işi cəfadur bilmədim. Surətin gögçəkliginə aldanıb verdim könül, Əhdi süstü bağrı daş, könlü qaradur bilmədim. Sözünə şirinlədim əvvəl ki, yarimdür mənim, Təlxi-kam açır yerim kuyi-fənadur bilmədim. Gözlərinin şivəsinə mübtəla boldum, vəli Zülfünün hər tari bir dami-bəladur bilmədim. Eşqi bustanında tikdim yüz tuman nəxli-vəfa, Bərgi-mehnət meyvəsi rəncü ənadur bilmədim. Tapmağa gənci-müradi Kişvəri, qıldım həvəs, Hər qədəm yolunda kami-əjdəhadur bilmədim. * * * Dəli könlümə nə tədbir qılsam Dəli könlümə nə tədbir qılsam, Məgər saçın ana zəncir qılsam. Yüzün şənindədür hər ayə-ayə, Əgər Qur’anı mən təfsir qılsam. Səni görməgilə tədbir bolsa, Gözüm çıqsun əgər təqsir qılsam. Fələk övraqına sığmaz hekayət, Əgər şərhi-ğəmin təhrir qılsam. Tükənməz Kişvərinin dərdi yüz yil, Əgər yüz dil bilə təqrir qılsam. * * * Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim, Qaldı tikanlar üstünə hər pareyi-pirahənim. Sənsiz məni-bixabü xər, bir laləyəm xunincigər, Bağrımda hər yan dağlar, qandan ləbaləb damənim. Ölsəm mən zarü zəbun, hər yer kim, andə qərği-xun, Bitsə giyahi-laləgun oldur nişani-türbətim. Ol şəm’inin sevdasidən, pərvanəyəm pərvasidən, Əqlü xirəd qovqasidən, meyxanə buldu mə, mənim! Ey dilbəri-tuti-xuram, lə’li-ləbin yaquti-xam, Söz oldu ağzından tamam, gör bu kəlami-əhsənim. Könlüm sənə yalvarəsi, kuyi-ğəmim avarəsi, Bilmən ki, bu qan parəsi, cana, sənindir ya mənim. Hicrində artdı möhnətim, ey Kişvəri, gör vəhdətim, Dəşti-fənadır xəlvətim, kuyi-məlamət məskənim. * * * Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim, Kimsə bilməz kim, fəraqində nə halım var mənim. Gögə çıx, ey naləvü bu əxtəri-sərgəştədin, Sorgil əhvalımnı, gör kim, nə zəvalım var mənim. Yar ğəmdin özgə hasil vermayin bu bağara, Bir səmənbər sərvqəd nazik nihalım var mənim. Gəh ləbin zikrin vəsfin qılurmən, gah belin, Gör nə təb’i-nazikü incə xəyalım var mənim. Kişvərinin yüz sualə bir cəvab olmaz nədən, Ol ləbi-şəkkərfişandan bir sualım var mənim. * * * Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm, Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm. Kokəb irməz bu görünən gögdə bil kim, şami-ğəm, Tiri-ahimdən birər, hər zəxmi-peykandur mənüm. El mənim aşiqliğimni ol səbəbdən bildi kim, Bu çıxası gözlərüm hər ləhzə giryandur mənüm. Demə kiprik düzdürür ney oxlarınçün guyiya, Gözlərüm ətrafıda bitmiş neyistandur mənüm. Hər hekayət kim, var, onun həddivü payanı var, Vəh ki, bu dərdü dilim bihəddü payandur mənüm. Kakilün sevdasidən səhraya düşdüm nafə tək, Ləbləründən ayru bağrım dopdolu qandur mənüm. Daməni ətrafidə tozlar ki, qonmuş Kişvəri, Zari-cismümdür ki, torpaq ilə yeksandur mənüm. * * * Giryədən tufan qılaydur çeşmi-xunbarım mənüm Giryədən tufan qılaydur çeşmi-xunbarım mənüm, Qılğalı tərki-vəfa namehriban yarım mənüm. Mürği-bismil tək miyani-xakü xun görcək məni, Türfədür bu kim, gülər türfində dildarım mənüm. Mən bəlavü dərdü möhnət dağının qaplanıyam, Gülgül olmuş tazə dağlarlən zarım mənüm. Bəzm içrə ta rəqib xami-visalın içgəli, Nə bəlalər kim, çəkər bu can əfkarım mənüm. Rişteyi-təsbih əlimdən getdi, ey kafir necə Bolğalı aşüftə saçın bağı, zünnarım mənüm. Yayanux köksüm evində bu bəlapərvər könül, Xandadur bilmən bu tiflxanə bizarım mənüm. Zülfinin sevdasidən, ey Kişvəri, bolsam həlak, Hiç mana qılmaz mədəd bəxti-nigunsarım mənüm. * * * Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm, Qarçığay saçlu, laçın gözlü şəhbazım mənüm. Gülşəni-firdosü şaxi-tubavü baği-behişt, Tutiyi-şirinsəxən, tavusi-tənnazım mənüm. Gəh savıx ah eylərəm, gəh atəşin əfqan bilə, Sənsizin, ey gül keçər mundaq qışü yazım mənüm. Səbrü aramü xirəd hicründə qoydular məni, Nalənin miskiniyəm kim, boldu dəmsazım mənüm. Toprağından Tanrı gər bir quş yaratsaydı yenə, Coz-səri-kuyin sarı bolmazdı pərvazım mənüm. Xaneyi-çeşmümni kim, pərdaxtə qıldı sipəhr, Aqibət düşdi gözümdən xanəpərdazım mənüm. Kişvərinin saru yüzinə nola bassan qədəm, Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm. * * * Verdin mana çü eşq ilə dilü dilrübacuğum Verdin mana çü eşq ilə dilü dilrübacuğum, Öldürmə cövr ilən məni, ey bivəfacuğum. Nola əgər gəhi sorasan halumi çü mən, Bir qulcuğazunəm kim sənün, ey padişacuğum. Qəddim əgildi çəng təkü hiç sormadın, Halun nədür, nə dəmdəsən, ey binəvacuğum. Biganə tək nədən dirilürsən mənümlə çün, Sənsən bu şəhr içndə həmin aşinacuğum. Sən padişahi-hüsnsənü Kişvəri gəda, Bir qatla sormadın ki, xani ol gədacuğum. * * * Mana ölmək nişanıdur xəzani-çöhreyi-zərdim Mana ölmək nişanıdur xəzani-çöhreyi-zərdim, Diriğa, məndən ayrudur bəhari-nazpərvərdim. Sərvkarında yox etdim cavanlıq ruzigarımnı, Gəlib vəh, yetmədi bir gün mana ol nacavanmərdim. Dedim kim, qurtulam bir gün möhnət dərdidən, ey vəh Ki, mən qurtulmadım bir günü artar günbəgün dərdim. Məni göydür sənü xakəstərim, sadirsən ey gərdün, Anın kuyi saru tutqusidür hər zərrəyi-gərdim. Bu gün ey Kişvəri, xublar içib atlandılar sərxoş, Xanı yarəb, mənim rəxşəndə xurşidü cəhangərdim. * * * Könlüm qılalı dərdi-dilimni sana mə’lum Könlüm qılalı dərdi-dilimni sana mə’lum, Səndən daxı növmüdəmü andan daxı məhrum. Yüz qatla vücudum ədəm oldu bu səbəbdən Kim, sirri-dəhanın mana heç olmadı məfhum. Mən kim, ərirəm yüzüni görgəc nə əcəbdür, Kim, gördi ki, bir yerdə ola atəş ilə mum. Hicrində mənim halımı sormaz, nola hali, Bir zalim əlinə ki, giriftar ola məzlum. Pabusinə yetdin məgər, ey Kişvəri bir gün Kim, xaki-tənin bolsa ayağ altına mə’dum. * * * Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim, Bu qan, bu dig ki, derlər, ğeyrəti-əğyar imiş, bildim. Bu kim, qalur gözi açux ölür çağında aşiqnün, Sevir dildarini, ol həsrəti-dildar imiş, bildim. Görünməz zərrəcə azğın nigara, deridim, leykən Gülər çağında, ey xurşid, ağzın var imiş, bildim. Zəmanə bəzmidə hər kim ki, içdi şərbəti-vəslin, Fəraqın zəhrini dadmaq ana naçar imiş, bildim. Rəqib sözünə baxmazdım visalın istəyib, əmma Məni məhrum edən bu bəxti-nahəmvar imiş, bildim. Dəhanın fikridür hər dəm, ədəm saru uçar könlüm, Ba açux dünyada anun məqamı dar imiş, bildim. Cəhanü canidən, ey Kişvəri keçmək bolur asan, Vəli məhbub canidən keçib düşvar imiş, bildim. * * * Müddəti boldu kim, ol dildarını görməz gözüm Müddəti boldu kim, ol dildarını görməz gözüm, Kor boldu giryədən, ta yarını görməz gözüm. Kuyinə varğac camalı şövqidən heyran qalur, Eylə kim, guya dərü divarını görməz gözüm. Ta qarasın dərdi-dil yazmalığa cə’l qılmazam, Bilürəm kim, ol xətü rüxsarını görməz gözüm. Tikmişəm göz cuybarında qədin nəxli, vəli Dərdü ğəmdən özgə bərgü barını görməz gözüm. Naləvü əfğanı sevdi Kişvəri, çün hiç ki, Vəslinə qıymaz könül, dildarını görməz gözüm. * * * Ey vəfasız, necə bir sərvi-rəvan bulmazmıyam Ey vəfasız, necə bir sərvi-rəvan bulmazmıyam, Ya yüzün tək bir şüküftə ərğəvan bulmazmıyam. Çizginürmən mən gözün yaşinəvü qanım tökər, Qulluğ etsəm mən anun tək bir ə’van bulmazmıyam. Bu cahan mülkündə mən bir zəifi-natəvan, Səndən özgə can verib bir növcavan bulmazmıyam. Nə salursan, ey rəqibi-səksifət kim, eşqidə Sən təki mən bir yalançı pəhləvan bulmazmıyam. Öldü dedim Kişvəri, dedi ki, öldü, neyləyim? Kişvəri tək bir gədayi-natəvan bulmazmıyam. * * * Gəlgil ey dil ki, muğan kuyinə ahəng edəlim Gəlgil ey dil ki, muğan kuyinə ahəng edəlim, Bizə qayğu çəri çəkdi, varalım cəng edəlim. Şişeyi-zöhdü səlamət daşilən sınduralım, Təqvayi-duni gərək badeyi-gülrəng edəlim. Neçə gün dərd elədim piri-muğan qulluğunu, Kəsbi-fəzlü hünərü danişü fərhəng edəlim. Edəlim cəhd əgər qılsa mədəd dövləti-vəsl, Bu cahan mülkini hicran elinə təng edəlim. Kişvəri tək girəlim müğbeçələr söhbətinə, İstimai-nəfəsi-udü neyü çəng edəlim. * * * Xandə kim, varsan sana var Tanrı yar olsun bəgüm Xandə kim, varsan sana var Tanrı yar olsun bəgüm, Hafizi-canü tənün pərvərdigar olsun bəgüm. Görməgil-badi-xəzandan girdi-ğəm, ey sərvinaz, Gülşəni-hüsnündə daim növbahar olsun bəgüm. Dövlətün cami ləbaləb badeyi-işrət bilə, Cavidani ömrü cahın bərqərar olsun bəgüm. Asitanın busitanında ki, cənnət bağıdur, Bülbüli-xoşxan mənim tək səd həzar olsun bəgüm. Şətt qırağında meyi-Mosul içib əhbab ilə, Kişvəridən bu ğəzəl həm yadigar olsun bəgüm. * * * Çeşmi-siyahuna sənəma, sənçi salmışam Çeşmi-siyahuna sənəma, sənçi salmışam, Qıl bir nəzər mana ki, qara gündə qalmışam. Hər bixəbər söziylə səni tərk edərmiyəm, Mən kim, iki cahanı verib sizni almışam. Vəslin daxı gər olmasa, hicrində həm xoşam, Mən ol səməndərəm kim, od içrə olalmışam. Hər xanda kim, dəhanun içün püstə söz demiş, Qatlanmayıb mən ağzına daş ilə çalmışam. Ey piri-meyfüruş mana Xızri-rah bol Kim, xəstə Kişvəri təki qatı munalmışam. * * * Meh tək saraldı ğəmdən çöhreyi-zərdim mənim Meh tək saraldı ğəmdən çöhreyi-zərdim mənim, Qalğalı səndin cüda mahi-cəhangərdim mənim. Qoymağıl vəqti-cünun bağə məni, ey bağiban Kim, ziyandur gülsitanınca dəmi-zərdim mənim. Gər vücudum xak olub qılsan məzarımğa güzər, Dutqusi damanını hər zərreyi-gərdim mənim. İmdi bildim kim, mana yoxdur ümidi-zindəgi, Günbəgün eşqündə çün artar ğəmü dərdim mənim. Vermədi-tasi-fələk nəqşi-güşadim, vay kim, Şeşdəri-ğəm içrə qalmış möhreyi-nərdim mənim. Bəs ki, yuddum xuni-dil gəldi mana xabi-əcəl, Öldürür naçar xabim çün budur xordim mənim. Gəh məlamət daşidür, gəh tiri-ğəm, ey Kişvəri, Meyvə kim, verür nihali-nazpərvərdim mənim. * * * Kami dil tərkin qılıb, nakamlıqdur istəgim Kami dil tərkin qılıb, nakamlıqdur istəgim, Namu namusi qoyub, bədnamlıqdur istəgim. Ruzigarım tirədür, gəl ey hidayət şəm’i kim, Sübh vəslin birlə dərü aşamlıqdur istəgim. Nə mana sərvü gülü nə simü zər təskin verür, Sən kimi bir sərvi-siməndamlıqdur istəgim. Ey hilal əbru səbah eyd gəldüm qapuna, Ləblərindən busəyi-bayramluqdur istəgim. Kişvəri tək xanə-xanə gəzdügüm bayram günü, Bir ləbi püstə, gözi badamlıqdur istəgim. * * * Bu cəhanda bir güli-baği-cinandır sevdigim Bu cəhanda bir güli-baği-cinandır sevdigim, Gül degil kim, bir nihali-ərğəvandır sevdigim. Mehribanlar tək sevər könlüm bir onu, vay kim, Bir qulağı həlqəlicə türkimandır sevdigim. Pir boldum həsrətindən sormadı bir gün məni, Pir bolsun kim, əcəb bədxu cəvandır sevdigim. Damənim göz qanından andın ləbaləb doldu kim, Bir bəlayi-daməni-axirzəmandır sevdigim. Kimdir ol türki-Xütən demiş filanın sevdigi, Bir qulağı həlqəlicə türkimandır sevdigim. Qılma eyb, ey pəndgu, çəksəm itabü nazini Kim, bəğayət nazikü nazikiyandır sevdigim. Necə yaxşılıq qılurmən bilməzəm, ey Kişvəri, Kim, mənümlən bisəbəb neçün yamandır sevdigim. * * * Sürmə kuyində məni-avarəni, çox sevdügüm Sürmə kuyində məni-avarəni, çox sevdügüm, Ləbləründən çarə qıl, biçarəni, çox sevdügüm. Şəm’i-hicrin qıldı yüz parə bu qanlu könlümi, Göydürüb daği-ğəmin hər parəni, çox sevdügüm. Gözlərüm yolundan axar könlümün qanı yerə, Ğəmzən oxu açdı bu fəvvarəni, çox sevdügüm. Canıma hər yara kim, dəgsə oxundan, it kimi, Sevdügümdən yalaram ol yaranı, çox sevdügüm. Ləblərün dövrində məscidni yıxıb qul Kişvəri, Qıldı məskən xaneyi-xəmmarəni, çox sevdügüm. * * * İrax səndən necə giryan bolayım İrax səndən necə giryan bolayım, Ğəmindən bisər üsaman bolayım. Sənin yadın bilə divanələr tək, Biyabanə düşüb üryan bolayım. Qapunda surəti-divar yanlıq, Durub surətünə heyran bolayım. Şikar əzminə tərkeş bağlayıbsan, İlahi mən sana qurban bolayım. Nola qul Kişvəri tək eşigində, Kəminə bəndeyi-dərban bolayım. * * * Yari görgəc der idim əvvəl ki, yarımdur mənim Yari görgəc der idim əvvəl ki, yarımdur mənim, Bildim axir kim, bəlayi-ruzigarımdur mənim. Gülşəni-ömrüm ara girip xəzanlığ yel kimi, Hər necə qılsa savuxlux bu baharımdur mənim. Lalə tək qanımnı töksə canım arami durur, Ğönçə tək bağrımnı yarsa gülüzarımdur mənim. Nərgisə bənzər çiçək bitsə məzarım üstünə, Sanmagil nərgis ki, çeşmi-intizarımdur mənim. Pərtövi-xurşid rüxsarın ara cövlan qılıp, Zərrələr demə ki, cani-biqərarımdur mənim. Könlimin əhvalını, ey Kişvəri, üşşaq ara, Faş qılğan naleyi-biixtiyarımdur mənim. * * * Gəl ki, göydürdi məni daği-cüdalıq, dustum Gəl ki, göydürdi məni daği-cüdalıq, dustum, Aşina bol kim, yetər naşinalıq, dustum. Qıldınız çün sürmeyi-naz ilə çeşminni siyah, Qoyma yüzün üzrə xal-bivəfalıq, dustum. Gözlərün bimardur, bəs içərlər qanımı? Dirə ol kafirlərə ta nigar səfalıq, dustum. Sən ki, xublar padişahisən, məni-miskin gəda, Eyb imas kuyində gər qılsam gədalıq, dustum. İtlərünlən həmdəm olsa Kişvəri xoşvəqt irür Kim, ğənimətdür dəmi həm padişahlıq, dustum. * * * Xəstə canım gözlərün avarəsidür, dustum Xəstə canım gözlərün avarəsidür, dustum, Tiləb könlum ləblərün meyxarəsidür, dustum. Lalələr kim, bitdi, kuyindən imasdur lalə kim, Qanlu bağrımnın həzar bir parəsidür, dustum. Demə ki, niçün urur köksündə hər yan dağlər, Hər birisi şəm’i-hicran parəsidür, dustum. Hüsnünə məğrur bolma kim, anun övraqını, Aqibət badi-xəzan ehşarəsidür, dustum. Necə bir didarın içün xəstəxatir Kişvəri, Hər bilən bilməyənə yalvarəsidir, dustum. * * * Ey əzəldən eşqün ilən əhdü peymanım mənim Ey əzəldən eşqün ilən əhdü peymanım mənim, Ta əbəd sevdayi-zülfin munisi-canım mənim. Şərhi-halimi bilür hər kim görür səndən irağ, Ruyi-gərdalud ilən çaki-giribanım mənim. Dustilər qan ağlağay mən piri-hicrin halına, Lalə tək gər zahir olsa daği-pünhanım mənim. Qılmaya badi-səba zülfin pərişan hər səhər, Şami-hicran gər görə hali-pərişanım mənim. Ağzıma süd əmzirən göz mərdümidür dəmbədəm, Şərmisar etdi məni bu çeşmi-giryanım mənim. Nola gər qul Kişvərinin halına qılsan nəzər, Çünki səndən özgə yox heç kimsə sultanım mənim. * * * Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyim Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyim, Qalmışam biçarəvü bir çarə bilmən, neyləyim. Zərrəyi-sərgəştə mən, sən afitabi-övci-hüsn, Zə’fliqdən qulluğuna varə bilmən, neyləyim. Aşiq olan müddəinün minnətin çəkmək gərək, Vəh ki, mən hər nakəsə yalvarə bilmən neyləyim. Ğönçəyanlıq könlüm oldi qan, ləbaləb hicrdin, Lalə tək bağrımdurur yüz parə, bilmən, neyləyim. Xəlq der ki, ol vəfasızdur, bir özgə yar dut, Ağrımaz barmağa əski sarə bilmən, neyləyim. Kişvərinün başına səndən gəlürsə yüz bəla, Hökmi-sultandur, anı qaytarə bilmən, neyləyim. * * * Ol ki, verür canü canan yüzüni görməz mənəm Ol ki, verür canü canan yüzüni görməz mənəm, Ol ki, tartar dərdü dərman yüzini görməz mənəm. Ol ki Məcnun tək sənün eşqündə, ey Leylisifət, Tərki-sər qıldıvü saman yüzini görməz mənəm. Ol ki, suzi-atəşi-hicranara pərvanəvar, Yanarü şəm’i-dirəxşan yüzini görməz mənəm. Ta ki, verdim həlqeyi-zülfi-pərişanına dil, Kafəri kim, hiç iman yüzini görməz mənəm. Vəh ki, məhruməm mən ol güdəsteyi-firdovsdən, Bağibani kim, gülistan yüzini görməz mənəm. Bulmadı hiç kimsə bu dərgahidən növmüdlik, Mur-ləngi kim Süleyman yüzini görməz mənəm. Eşigində Kişvəri tək olsa yüz bəndə, vəli Bəndəyi kim, hiç sultan yüzini görməz mənəm. * * * Sınsa oxun rişteyi-can birlə peyvənd eyləyim Sınsa oxun rişteyi-can birlə peyvənd eyləyim, Tapsa çün peyvənd anı, bağrımara bənd eyləyim. Zindəgani ləzzətin ol dəm tapam mən piri-hicr Kim, dilü can sərfsən fəzanə fərzənd eyləyim. Səndən özgə kimsəyə könlüm əgər mehr eyləyə, Vallah anı diş ilə pərkənd-pərkənd eyləyim. Səndən ayru, ey şəkərləb, zəhri-hicrini sorub, Xəstə cana çaşnı şərbəti-qənd eyləyim. Necə ey bəd mehr hicran zülmətindən hər gecə, Və’deyi-vəslin bilə canımnı xürsənd eyləyim. Xosrovi-Təbrizdən çün bolmadı kamım rəva, Eyb imas gər meyli-türkani-Səmərqənd eyləyim. Kişvəri tək şireyi-şe’ri-Nəvai birlə mən, Sən cigər pərkaləsi can birlə peyvənd eyləyim. * * * Payibəndəm bir gözi ceyranə, bilmən neyləyim Payibəndəm bir gözi ceyranə, bilmən neyləyim, Düşmüşəm ahu təki yabanə, bilmən neyləyim. Ol pərirüxsardən kim, canım arami dürür, Qalmışam ayru məni-divanə, bilmən neyləyim. Bəs ki, nəm çəkdi gözümdən, qorxuram kim, başıma Nagəhan yıxıla bu viranə, bilmən neyləyim. Gözlərimdən danə-danə əşki-xunin kim, düşər, Vəh ki, bər verməz mana bir danə, bilmən neyləyim. Xəlq der kim, yenə aşiqdür qələndər Kişvəri, Gerçəgin derlər bu sözə, danə bilmən, neyləyim? * * * Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm, Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm. Həlqeyi-lə’li-ləbin içində incu dişlərün, Bir düzulmiş daneyi-mirvarid ğəltandur derəm. Gülşəni-hüsnündə hər yan nərgisi-məstin görüb, Laləzar içrə yaturlar iki ceyrandur derəm. Ləblərin dövrində kim sorsa xətin mahiyyətin, Səbzələr hər yanı bitmiş abi-heyvandur derəm. Sən gedəndən bərlü halimdur ki, kafər görməsün, Xarlığ çəkməkdən isə ölmək asandur derəm. Halətimdür külbeyi-əhzanda canan getgəli Kim, onun yanında ölmək rahəti-candur derəm. Həsrətindən Kişvəri, ey Misri-canim-Yusifi, Ağlamaqdan gözdən olmuş piri-Kən’andur derəm. * * * Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım, Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım. Qoy bu viranlığ bilə mən natəvanı, ey rəfiq Kim, daxı mə’murəliq tapmaz mənim viranlığım. Bisərü samanlığ ilə xatirim xoşdur əgər, Bilsən ey namehriban, sən bisərü samanlığım. Arizulandım kim, olam eşigində bir gəda, Bir gədayəm mən, vəli gör niyyəti-sultanlığım. Asitin əfşan guzər qıl Kişvərinin başinə Kim, görəsən ey cavan, eşqündə pürəfşanlığım. * * * Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim, Diriğa, vəsl əyyami visalin qədri bilməzdim. Məni öldürsə təlxiyi-fəraq, ey dust, həqqindür, Nədən kim, dəmbədəm şirin məqalın qədri bilməzdim. Bu kim, qəddim büküldi mahi-nov tək, ey günəş, sənsiz, Anunçündür ki, əbruyi-hilalın qədri bilməzdim. Gözüm kim, görməz oldu ağlamaqdan vəh hənuz kəmdür, Mana sürməli çeşmi-qəzalın qədri bilməzdim. Pərişandur bəsi halım, qaradur güni bəxtimnün Cəzadur bu mana kim, zülfi xalın qədri bilməzdim. Yeridür bu ki, çeşmümdən axar xunabi-həsrət kim, Dodağından içib abi-zülalın qədri bilməzdim. Cigərxun Kişvəri, cana, xəyalunlan diri qaldı, Visalın var ikən gərçi, xəyalın qədri bilməzdim. * * * Gəlgil ki, boldu zindəgi sənsiz mana besyar kəm Gəlgil ki, boldu zindəgi sənsiz mana besyar kəm, Canimdə min daği-bəla, konlümdə yüz xərvar ğəm. Noqlü möyü şəhdü şəkər xanda ki, bolsa mahəzər, Divanə könlüm arizu bolsa yolunda yar həm. İçgil mey, ey ğönçə dəhən kim, ruzigar ənduhidən, Bolmazdı cami-badədən ta var idi hüşyar cəm. Bixudliğidə şivənim parə qılur pirahənim, Viranədürür məskənim, hər yan bolub divar xəm. Şö’lə çəkib suzi-nihan yanardı cismim birlə can, Gər tökməsəydi dər zəman bu dideyi-xunbar nəm. Aşiq ki, yarından qalur, əlbəttə imansız olur, Xasə ki, dərdinə bolur daği-fəraqi-yar sənəm. Qanını töksə ol pəri billah ki, yeridür, yeri, Bolsa müyəssər Kişvəri sən əsragil zinhar dəm. * * * Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım, Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım. Muradım, məqsədim, sidqim, şəfiqim, müşfiqim, dustim, Təriqim, mürşidim, pirim, yolum, adabü ərkanım. Xəlilü Söhfü İncilim, Kəlimim, Turü Tövratım, Zəburum, məğməvü sövt ilə Davudi-xoşəlhanım. Səlahim, təqvavü zöhdim, iki qaşunla mehribanım, Ləbin kövsər, cəmalın rövzeyi-firdovsi-rizvanım. Səlatım, qibləvü sövmim səfavü mərvəvü həccim, İmamım, məzhəbim, şər’im, nəmazım, dinim, imanım. Gülüm, bağım, baharım, cilveyi-tavusi-tənnazım, Həzarım, bülbülüm, kəklik yerişlü vəhşi ceyranım. Zərim, simim, evim, mülküm, girami gəncümi malım, Niginim, xatəmim, təxtim, mənim mülki-Süleymanım. Ənisim, munisim, yarım, Əzizim, Yusifim, Misrim, Məsihim, Xızrü zülmatım, həyatım, abi-heyvanım. Nəbatım, şərbətim, qəndim, şəkərləb, məğzi-badamım, Behim, sibi-süxənguyim, turuncum, nari-xəndamım. * * * Dutaşdı könlümə hicr odu hər yan Dutaşdı könlümə hicr odu hər yan, Səni göydürməsün, ey həmnişin, yan. Evin divarını yıxdı sirişgim, Nə yatursan, dur, ey həmsayə, oyan. Xəyalın mihmanımdur anunçün, Asıbmən könlümü köksümdə büryan. Xərab olsa cahan nə ğəm mana kim, Cahan bir yan görür, mən sizni bir yan. Oturmuş Kişvəri gülzar içində, Ğəmindən bağrı parə, çeşmi giryan. * * * Məni ta ruzigari-səngidil ayırdı yarimdən Məni ta ruzigari-səngidil ayırdı yarimdən, Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən. Məzarim üstinə hər dəm nədən ağlar bəhar ayrı, Məgər kim, oxudu dərdi-dilim lövhi-məzarimdən. Açılmaz qönçə tək könlüm, bəharü bağdən bir dəm Ki, məhruməm məni-xunincigər bağü bəharimdən. Bitər nəxli-bəlavü yaprağudur daği-növmidi, Nə yerdə kim, düşər bir danə çeşmi-əşkibarimdən. Məni göydürdün, əmma, var könlüm içrə atəşlər, Sənin sari əgər qonsa həzər qılgil ğübarimdən. Saraldı hicrdən yüzüm, kəsilməz gözlərim yaşı, Diriğa, zə’fəran bitti suvarur laləzarimdən. * * * Əgər məni-bikəs ilə yar olasan Əgər məni-bikəs ilə yar olasan, Ümidim var ki, bərxurdar olasan. Ğəmindən keçdi ömrüm, nola cana Ki, sən bir dəm mana ğəmxar olasan. Səni məhrəm bilib razimni dedim, Nə bildim sən mana əğyar olasan? Cahan bağında bir gül dərməyibsən, Əgər gül çağında hüşyar olasan. Eşitdim Kişvərini yad edibsən, İlaşi, sən mənimçün var olasan. * * * Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədən Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədən Gər dilərlər nagəhan ölmüş ğərib içün kəfən. Ey sənəm, tax boynuma zülfi-siyahından mərəs Kim, gərək anın təki zünnarə, mən tək brəhmən. Sən gedəndən bərlü, ey firdövs bağın gülşəni, Lalə qandur gözlərümdə, ğönçə peykan, gül tikən. Yar getdi, ey könül, mən qaldumü sən yarsız, Möhnəti-hicran əgər budur, nə sən qalgil, nə mən. Səndən ayru, ey güli-xəndan, qılurmən çak-çak, Ğönçə tək əgnimdə gər yüz təh bolursa pirəhən. Degil, ey badi-səba Misrin sipəhsalarına Kim, ğəmindən oldu ol miskin sakini-beytül-həzən. Mərhəba, ey sən səfərdin yengi yetmiş mahrü, Şükr, bari kim, səni bir daxı gördük sağ-əsən. Çıxmaya kuyin həvası Kişvərinin başıdan, Ol zaman daxı ki, dutsa toprağ altında vətən. * * * Könlüm nəsibi çün ki, bəla qıldı yarədən Könlüm nəsibi çün ki, bəla qıldı yarədən, Tabi-bəla gətürmədi, can çıxdı arədən. Çeşmimdən ey ğəzalə, fəraqində ağlasam, Pərkalələr düşər cigəri-parə parədən. Könlüm qara qılur yüzini sənsiz ah ilən, Qurtar xuday içün məni bu yüzi qarədən. Baş ağradur səhər bu müəzzin dedikləri, Yarəb ki, uçursun Tanrı anı minarədən. Könlündə hiç rəhmi yox ol dilbərün, bəli, Mehri-giyah bitməz olur səngi-xarədən. Bimarlıq nəhayətə yetdi, gör ey rəqib, Gorü kəfən yəraqı ki, iş ötdü çarədən. Kirpikləri xəyalında, ey Kişvəri yenə, Bağrım bolub kəbabü asıldı qənarədən. * * * Mənim şax gülim ta kim, boluptur cilvəgər hər yan Mənim şax gülim ta kim, boluptur cilvəgər hər yan, Gözümdən su dögül, qandur, damədəm kim, axər hər yan. Gözüm qan yaşını görsən demə kim, əşkdür, bil kim, Cigər pərkalə-pərkalə bolub, gözdən düşər hər yan. Məni-divanəni görgəc qaçarlar, xəlq, neyçün kim, Vücudim xirməni hicr odundan par-par yanər hər yan. Əlim tutqac, rəfiq, ahəstə bol, zira ki, uğraşmış, Təni-zarim səmumi-hicrə pər-pərdən gedər hər yan. Nə hasil Kişvəri göz gövhəridən çün qəbul olmaz, Ana kim, cövhəri-candan mürəssə, dür kəmər hər yan. * * * Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən, Kimsədən bilməz ol mə’ni məgər pərvanədən. Görmədim ta anədən doğdum ğəmində ruzi-xaş, Mən kimi bədruz daxı doğmayıbdur anədən. Qamətin sərvi-rəvandur, dedim isə küsməgil, Bu məsəldür cani-mən kim, “doğru söz divanədən”. Çün bilürsən halım, ey həmsayeyi-beyt-ül-həzən, Rəhm edib sürmə məni bu guşeyi-viranədən. Ta səni gördüm mən, ey canü cəhanim afəti, Yüz ğəmü dərdü bəla gəldi mana hər yanədən. Kişvəri yaralidə demə cüdalıq dərdini, Olmaya ğəmgin ola bu suznak əfsanədən. * * * Xızr bilmən nə demiş çeşmeyi-heyvanun içün Xızr bilmən nə demiş çeşmeyi-heyvanun içün Ki xəcildir, çıxamaz xəlq ara anun içün. Beytül-əhzanda məni-piri ğəmi-hicr bilə, Otğə göydürməkil, ey şəm’, yigit canun içün. Tazə qalsun güli-ruyin deyib, ey iki gözüm, Çeşmələrdür kim, axar tazə gülistanun içün. Biədəb püstə ki, ağzın bilə də’va qıladur, Hər yetən başina daş ilə dögər anun içün. Küfrü zülfi bilə çün Kişvəri ülfət dutdu, Zahida, qoy anı bu küfr ilə imanun içün. * * * Ey xirməni-gül gülşəni-ruxsaruna qurban Ey xirməni-gül gülşəni-ruxsaruna qurban, Sərvü çəməni qamətü rəftarunə qurban. Həm cani-girami ləbi-canbəxşünə sədqə, Həm xaki-tənim nərgisi-bimaruna qurban. Didarini görsəm keçərəm iki cahandan, Ey iki cahan, dövləti-didaruna qurban. Bir söz degil, ey çeşmeyi-heyvan ki, bolurlar Xizr ilə Məsiha ləbü göftarına qurban. Ey zahidi-xudbin, nə yetər zöhdü vərə’dən, Gər bolmayasan Kişvəri tək yarına qurban. * * * Sənsizin göydivü qaldı, ey güli-baği-cinan Sənsizin göydivü qaldı, ey güli-baği-cinan, Lalə tək bağrımda dağü ğönçə tək ağzımda qan. Razi-eşqini ki, yillər yaşururdum xəlqdən, Faş qıldı bir savux ah ilə könlüm nagəhan. Səfhəyi-rüxsarın üzrə nöqtə-nöqtə zərvərəq, Müshəfidür kim, qılupdur kilki-qüdrət zərnişan. Qamətin şövqində Məcnun tək sənubər bağ ara, Durdu andaq kim, başında qıldı quşlar aşiyan. Kişvəri istəb səni hər yan fəğan qılmaqdadur, Bir əyəsiz itki, yollar üstündə qılğay fəğan. * * * Gəlgil axır, ey mənim canü cəhanım xandasan Gəlgil axır, ey mənim canü cəhanım xandasan, Yüzi güldəstə, boyu sərvi-rəvanım, xandasan. Atəşi-ğəm göydürür bağrımdakı dağ üstə dağ, Ey dodağı mərhəmü daği-nihanım, xandasan. Qıldı seyli-əşk sənsiz xanümanimni xərab, Ey xərab olmuş səninçün xanümanım, xandasan. İstərəm hər yan səni, tapman nişanın, ey könül, Binişan olmuş ğəribi-natəvanım, xandasan. Mehribanlar ağlaşurlar Kişvəri oldi rəqib, Sən vəfasız dilbəri-namehribanım, xandasan. * * * Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən. Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən. Həm ol əvla ki, mən bu şəhrdən avarə bolğaymən. Nə tədbir ol ki, ğəmzən dəlməyə bağrımnı hər yandan, Məgər könlün, ey şux, sanki-xarə bolğaymən. Məni zəhdü səlamət bəzminə çağırma kim, budur, Həkimi-ləm-yəzəl hökmi ki, mən meyxarə bolğaymən. Səvadül vəch fiddareyn irür üşşaqə yüz ağlığ, Anunçün istərəm mən həm ki, yüzi qarə bolğaymən. Həmayil qılğalı zənciri-zülfin, Kişvəri tanlığ, Budur cəhdim ki, tiği-eşq ilə siparə bolğaymən. * * * Səndən ötrü qalmışam ayru diyarü yardən Səndən ötrü qalmışam ayru diyarü yardən, Canidin məhrum mən növmid həm dildardən. Ömri zaye’, fikri batil, ruzigaridir qara, Adəm oğlu kim, vəfa istər pərivəş yardən. Sözünə şirinlədim əvvəl və leykin aqibət, Vəh ki, qaldım təlxi-kam ol lə’li-şəkkərbardən. Çün yüzin görsətdin imdi sürmə kuyindən məni, Gül açılğac bülbüli mən’ etməgil gülzardən. Ver mana bir busə kim, pəhriz buyurmur təbib, Çün tapar ölmək nişani natəvan bimardən. Bivəfasızlıq ki, mən gördüm o şol namehrdən, Zinhar, ey dustlar, tövbə vəfasız yardən. Əzm qılmış nisti mülkinə cana, himməti, Yo iraxdur gərçi doymaz Kişvəri didardən. * * * Deməzəm kim, yardən könlümğə azar olmasun Deməzəm kim, yardən könlümğə azar olmasun, Raziyəm azardən, azar-bizar olmasun. Şeyx Sən’an tək nə din qaldı, nə imanım mənim, Heç müsəlman oğluna kafər qızı yar olmasun. Eşqdən zünnar bağlar brəhmənlər cəm’idə Mişkbu saçından özgə bizgə zünnar olmasun. Bəxt əgər qılsa mədəd uyxumğa girsən bir gecə, İstərəm bəxtimni kim, ta həşr bidar olmasun. Gözümdən bimarəmü yerim pozuq mehrablər, Kişvəri, heç kim ğəribliq içrə bimar olmasun. * * * Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən, Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən. Gözüm peyvəstə pürnəmdür, qaşın tək qaməti xəmdür, İnayət baxışın kəmdür, gedəlim bari şəhrindən. Ze sar ta pa bəla sənsən, əcəb nə aşina sənsən, Bəğayət bivəfa sənsən, gedəlim bari şəhrindən. Ola bilmən həbib ilən, görə bilmən rəqib ilən, Qalupdur iş nəsib ilən, gedəlim bari şəhrindən. Yanında, ey güli-novrəs, çü birdür bülbülü kərkəs, Çəkincə cövri hər nakəs, gedəlim bari şəhrindən. Görər idi məni-giryan bir yan, səni bir yan, Çü qıldın bağrımı büryan, gedəlim bari şəhrindən. Çü səndən görmədi yarı, nə yarivü nə dildari, Necə bir naləvü zari, gedəlim bari şəhrindən. Qulundur Kişvəri bəndə, əməgi çoxdur səndə Ki, necə belə şərməndə, gedəlim bari şəhrindən. * * * Gözüm ağlar cəmalın həsrətindən Gözüm ağlar cəmalın həsrətindən, Yanar bağrım visalın həsrətindən. Dügünlər göydürüb kəsdim əliflər, Yüzündə xəttü xalın həsrətindən. Məsihü Xızr iki avarədürlər, Ləbi-abi-zülalin həsrətindən. Gülistanda quru qalmış sənubər, Sənün qəddi-nihalın həsrətindən. Keyik tək Kişvəri səhrayə düşdi, O şol çeşmi-ğəzalın həsrətindən. * * * Məni kim, öynə-öynə öldürürsən Məni kim, öynə-öynə öldürürsən, Aşiq öldürməgin cani bilürsən. İki mehman bir evdə çün sığışmaz, Mənim canım gedər, çün sən gəlürsən. Dala, meyxa (nə) dən dışxarı çıxmaa Ki, hər nə istəsən anda bulursən. Gər ol ay mehri yox, ey çərx səndə, Nədən başına hər dəm çizginürsən. Bolupdur Kişvəri zəifin ziyadə, Əcəb gər bu gecə dana qalursən. * * * Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsün Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsün, Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun. Nə var bir həmnəfəs yari, yazayi-nameyi-dərdim, Nə var bir həmnəfəs mürği ki, ol namənni yetkürsün. Cuda qılğan məni sən lalədən bağrımnı göydürdü Ki, yarəb, daği-nömidi anun bağrını göydürsün. Əgər sən şadimansan kim, mənim dərdü ğəmim artar, İlahi, günbəgün tari ğəmü dərdimni artursun. Eşitdim Kişvərinin ölməginə çox sevinmişsən, Sevindürdin anı yarəb, səni Tanrı sevindürsün. * * * Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsun Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsun, Nə dərdim var mənim andan, mana tək yar yar olsun. Sənün eşqində can vermək mana asandurur, cana, Əgər qövlün ola, qövlü qərarın bərqərar olsun. Yüzin tək bir güli-cənnət daxı mümkin iməz bitmək, Gərək hər yil cəhan gülzaridə yüz min bəhar olsun. Neçə xurşid ilə ay, qılsalar gög səqfində cövlan, Götür bürqə’ cəmalından kim, anlar şərmisar olsun. Dəhanın vəsfini kim, söylərəm ey ğönçeyi-xəndan, Edür hər kim eşitsə, Kişvərinin ağzı var olsun. * * * Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən, Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən. Çeşmin xəyalilən məni səhradə hər kim görsə der, Bir-iki ahudur gəzər, ülfət dutub Məcnun bilən. Bu ağlamaq kim, məndə var, gər olsa tufan, yox əcəb, Xunabeyi-çeşmim mənim kim, dəm urur Ceyhun bilən. Bəzmi-ğəmində hər gecə bu naləvü xəm qamətim, Bir cəngdür kim, kökləmiş dəsti-qəza qanun bilən. Necə bu xunabə cigər ola ki, tezrək qurtulam, Saqi, mana bir cam lütf eyləgil əfyun bilən. Tə’vizü heykəl neyləsün əsli gərək mehrü vəfa, Heç kimsə sevməz kimsəni əfsanəvü əfsun bilən. Şəm’i-rüxünni, bədr ver, nəxli-qədinni sərvinaz, Şair verilür Kişvəri, bu təb’i-namövzun bilən. * * * Gəldi ol gün kim, cünun əhlinə həmdəm bolğamən Gəldi ol gün kim, cünun əhlinə həmdəm bolğamən, Namü nəngi tərk edüb rüsvayi-aləm bolğamən. Sən mana qeyd olmasan, ey ruhi-qüdsi vəqt idi Kim, çıxıb həmsöhbəti-İsiyyi-Məryəm bolğamən. Eylə vəhşilər bilə yox ülfətim kim, sə’y edib, Hərzəgu vaiz kəlamı birlə adəm bolğamən. Əhd qıldım kim, yapım meyxanələr xeyrat içün, Mən gəda gər nagəhan bir gün müəzzəm bolğamən. Vəh ki, keçdi ruzigarim səndən ayru ğəm bilə, Olmadı bir gün ki, vəslin birlə xürrəm bolğamən. Deb imişsən Kişvəri divanə bolmaz, nə əcəb, Ey pəri, bir-iki gün qatlan ki, ol həm bolğamən. * * * Munca qan tökməkdən, ey xunxar, usanmazmısan Munca qan tökməkdən, ey xunxar, usanmazmısan, Munca xəlqi göydürüb, ey yar, usanmazmısan? Ğəmzeyi-xunriz ilən, ey namüsəlman, hər tərəf, Xəstə canlarını qılıb əfkar, usanmazmısan? Bülbüli-ğəmdidənün bağrına sancıb dəmbədəm, Xari-həsrət, ey güli-bixar, usanmazmısan? Ya dögərsən, ya sögərsən, ya sorarsan, ey pəri, Munca mən divanəyi-anar usanmazmısan? Xəstəxatir Kişvəridən acı-acı sözləşüb, Ey ləbi şirin, şəkər göftar, usanmazmısan? * * * Xatiri-şadin şəha, azərdeyi-ğəm bolmasun Xatiri-şadin şəha, azərdeyi-ğəm bolmasun, Ağlamağdin gülşəni hüsnünə şəbnəm bolmasun. Eyşü işrət bilə bolsun gül kimi xəndan ləbin, Lalə tək bağrında hərgiz daği-matəm bolmasun. Düşdisə torpağə bir yarpağ, ey gül, ğəm yemə, Sayeyi-qəddin sənün bu bağdən kəm bolmasun. Sən cahanun canisən, aləm sana vari tüfeyl, Bolsa Ruhullah nə ğəm, aləmdə Məryəm bolmasun. Kişvərivü nəsli-adəm, vari qurban canuna, Sən bolubsan kim, cahanda nəsli-adəm bolmasun. * * * Ey pəri, divanə boldum sən gedəndən bərlü mən Ey pəri, divanə boldum sən gedəndən bərlü mən, Əqlidən namid boldum sən gedəndən bərlü mən. Piri-Kən’an tək səninçün, ey cigər pərkaləsi, Sakini-meyanə boldum sən gedəndən bərlü mən. Qıl münəvvər külbeyi-tarikim, ey şəm’i-mürad, Kim, göyük pərvanə boldum sən gedəndən bərlü mən. Şadiliğ toxmi saçardum vəsl güni, vay kim, Ğəm quşuna danə boldum sən gedəndən bərlü mən. Kişvəri tək xanümandan ayru, səndən naümid, Xəlqara əfsanə boldum sən gedəndən bərlü mən. * * * Məlamət daşı başımğa nə kim, gəlsə yəğaydurmən Məlamət daşı başımğa nə kim, gəlsə yəğaydurmən, Şəhidi-eşq içrə kuyində bir türbət yasaydurmən. Xədəngin bəs ki, sancıldı bu cismi-natəvanımğa, Qanatlu quş kimi hər dəm sönün sarı ucaydurmən. Ləbi-lə’lini yad eyləb çağırdım vəhşi könlümni, Dəliyə görsədüb həlva gələ deb aluvaydurman. Sən, ey əbrü kəman dilbər, xudaçün qarşuma gəl keç, Məni bir ox ilən qurtar, quluna çün qulaydurmən. Yarar tiğ ilə köksümni, nə istərmən verər eydir, Oxum peykanı qaluptur, bu viranı araydurmən. Nə yerdə şadiliq qonsa, qaçarsan ol nəvahidin, Qayan kim, ğəm çərisi çəksə, anda tapqalaydurmən. Cəmalın eydi-əkbərdür, qələndər Kişvəri yanlığ, Qaşunda bolmuşam qurban, daxı nişə yaraydurmən. * * * Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun, Tutiyə görsət xəti-səbzin şəkərxalanmasun. Sübhi-dəm gülşəndə xabi-nazdən açgil gözün, Bir qıya bax nərgisə, bağ içrə şəhlalanmasun. Zahidə görkəz yüzün birlə qaşın mehrabini Kim, unutsun məscidü mehrabi mə’valanmasun. Kakilin sevdasinə düşgəc utuzdum dinü dil, Heç müsəlman bu pərişan fikri sövdalanmasun. Bülbüli-nalan əgər gül vəsfini çox söyləyə, Kişvəri şe’rini ərz etgil ki, qövğalanmasun. * * * Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün, Bitməz çü səngi-xarədən gülbərgi-baran neyləsün. Derlər ki, dərman eyləməz eşq əhli dərdinə təbib, Kə’bətələb namərddür, xari-muğilan neyləsün. Tiri-bəladən qorxuban kuyinə girməz müddəi, Hiç kimsədən çün dərd yox, biçarə dərman neyləsün. Könlüm sana mehman olub, çeşmin tökər qanı anun, Çün xanə xah cəlladdur, biçarə, mehman neyləsün. Demə ki, sultandan mana, təfrişi-dövlət gəlmədi, Hər xəlqə layiq iməz, hər bəndə sultan neyləsün. Mən aşiqəm, ey pəndgu bolmaz nəsihət kar, gər, Səhrayə düşmiş tilbə rəb, ayati-Qur’an neyləsün. Lə’li-ləbindür gövhəri kim, qədri bilməz Kişvəri, Naqis düşüpdür cövhəri, lə’li-Bədəxşan neyləsün. * * * Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən, Könlümi çak eyləyib, canim ara ca eyləyən. Şuxilər mehman kibi könlüm evin məskən qılıb, Mərdümi-çeşmim təki çeşm içrə mə’va eyləyən. Nola gər sorsan məni-rüsvayi-aləm halini, Ey məni bu hal ilən aləmdə rüsva eyləyən. Bolma qafil kim, canazəmdən çıxar hər yan şərər, Ey çıxıb tabutum ardınca tamaşa eyləyən. Yoluna baş qoymuşam, çünki əyağım qalmadı, Ey saçın tək Kişvərini bisərü pa eyləyən. * * * Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün, Xəl’əti-şahi geyib, məqbuli-dərgahəm bu gün. Müjdeyi-rahət yetişdi yeridən, ey müddəi, Sən çəkərsən canü mən bər həsbi-dilxahəm bu gün. Çün yetürdüm halimi ol şahi-xuban ərzinə, Ğəm yemə dedi ki, mən halından agahəm bu gün. Malü mülki tərk edib oldum eşigindən bir it, Dün gəda irdim və leykən sahibi-cahəm bu gün. Kişvəri gər iltimas etsə ki, oldürgil məni, Gər sevirsən Tanrı(nı) demə ki, fərda həm bu gün. * * * İstərəm ki, varəyim kuyinə yüz ğövğay ilən İstərəm ki, varəyim kuyinə yüz ğövğay ilən, Neyləyim heç kimsə yar olmaz məni-rüsvay ilən. Qonşular sanurlar evdə kimsəm ölmüş, bəs ki, mən, Ökur-ökur ağlaram hər gecə vaya-vay ilən. Sizgə yetsün deb hənalidür günəş kim, ruzü şəb, İki mənzil bir qılur mahi-cəhan meymay ilən. Gülbəm içrə düşsə aydınlıq, məgər ol gecə kim, Əxtəri-bəxtim mənim qılsa qıran ol ay ilən. Qanlu könlüm hicr güni qaşlarun yadi bilə, Bir dilavərdür, girib meydanə iki yay ilən. * * * Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan, Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan. Şivəvü şəklü şəmayilnin görüb qıldım həvəs, Kim, məni sən aqibət rüsvayi-aləm qılğasan. Qonmaz oldu könülə kim, zəxmidən, ey dil məgər, Gözlərüm xunabəsi birlə ana nəm qılğasan. Çəkmə zəhmət, ey nəsihətgu ki, odu andan iş Kim, nəsihət birlə mən rüsvani adəm qılğasan. Səndən ayru Kişvəri bir dəm dirilməz, həq bilür, Gər anı Xızru Məsiha birlə həmdəm qılğasan. * * * Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun, Yüzün yaşurgil andın kim, çırağın andin bolsun. Məsihadən doğub fərzənd, Məryəm dayəsi anun, Əcəb gər sən təki naz ilə bolmuş nazənin bolsun. Məni bir cam ilə saqi vücudimdən xilas etdi, Anın pirinə yüz rəhmət, cavanmərdi həmin bolsun. Sənünlən ol gecə kim, ittifaqi-söhbətim düşsə, Əgər xabim gələ yarəb ki, xabi-vanəsin bolsun. Səri-kuyindən özgə mürği-ruhum aşiyan qılmaz, Gərək baği-cinan tutgil, gərək xüldi-bərin bolsun. Mana hər nə gəlür səndən həyati-cavidanidür, Gərək təlxabeyi-həsrət, gərək mai-məin bolsun. Cigərxun Kişvərinindür muradi xatəmi-lə’lin, Ana mülki-Süleyman vari gərək ziri-nigin bolsun. * * * Gəldi baharü könlüm açılmaz bəhardin Gəldi baharü könlüm açılmaz bəhardin Kim, ayru düşmişəm məni-dilxəstə yardin. Yapışdı xuni-dil bilə bir-birinə gözüm, Sənsiz mana çe sud gülü-laləzərdin. İçin şərab çeşmeyi-çeşmümni qıl vətən Kim, yegdürür bu çeşmeyi-ləb-cuybardin. Bir əhli-dil xani ki, ana şikvə qılğalı, Dərdi-fəraqi-yaru ğəmi-rüzigardin. Xaki-rəh oldu Kişvərivü tapmadı əman, Nə istər isən, ey rəqib, sən ol xaksardin. * * * Kami-hasil bolmaz irmiş xidməti-namərd ilən Kami-hasil bolmaz irmiş xidməti-namərd ilən, Üştə bağrım nafə tək qan bağladı bu dərd ilən. Şireyi-can birlə verdim pərvəriş bir nəxlə kim, Meyvəsi daği-bəladur cani-ğəmpərvərd ilən. Hüsni-bürcündə sənün tək görmədim bir mahi-nov, Necə gəzdüm zərrə tək xurşidi-aləmgərd ilən. Ol ki, gərm etdi səni mən xəstədil azarinə, Yıxmayım namərdəm anı tiri-ahi-sərd ilən. Gözlərim suyini mujgan birlə bolmaz bağlamaq, Seyl xaçan bağlanur xaşaki-abavərd ilən. Tə’n edər, ey gül, mana hər kim görür mən bülbüli, Bu ləbi-xüşkü sirişki-sörxü avi-zərd ilən. Xidməti-mərdan qılıbtur Kişvəri, bilməz kim, Kami-hasil bolmaz irmiş xidməti-namərd ilən? * * * Can verib sevdüm səni, cana ki, yarim bolğasan Can verib sevdüm səni, cana ki, yarim bolğasan, Nə bilürdüm kim, bəlayi-ruzigarim bolğasan. Bolğasan dedim həzin könlümğə yari mehriban, Demədim kim, afəti-cani-fikarim bolğasan. Sənsiz, ey gül, növbahar ömrümə gəldi xəzan, Olmadı bir gün ki, sən tazə baharim bolğasan. Bu ümid ilə sana yari-vəfadarəm ki, sən Mərhəmi-daği-dili-ümmidvarim bolğasan. Ağlamaqdan səndən, ey göz, şərmisarəm şami-hicr, Xanı sübhi-vəsl kim, sən şərmisarim bolğasan. Tup qıldı başımı, qəddimi çövkani-ruzigar, Sən məgər tup oynayan çabüksəvarim bolğasan. Eşigində Kişvəri tək yüz min qılğıl vətən, Sən gözi heyran əgər bir dəm şikarim bolğasan. * * * Düşdi könlüm dami-zülfin bəndinə təqdir ilən Düşdi könlüm dami-zülfin bəndinə təqdir ilən, Eylə kim, qurtulmağı mümkün iməs tədbir ilən. Həlqə-həlqə kakilün cırmaşdı könlüm boyinə, Necə ikm, aslanı bağlarlar iki zəncir ilən. Zinhar, ey həmnişin, söylətmə mən divanəni, Kim, tükənməz bu mənim dərdi-dilim təqrir ilən. Tilbə könlüm çün saçın sevdasi istər hər gecə, İstərəm könlüm muradi naleyi-şəbgir ilən. Sizni görgəc Kişvəri can vermədi təqsir edib, Qulluğuna gəldi üştə, yüz tuman təqsir ilən. * * * Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən, Necə kim, cəhd eylədim, pozulmadı tədbirdən. Çəkmə zülfini əlimdən, ey məhi-bədmehr kim, Dərdinakəm, qorxuram bu naleyi-şəbgirdən. Vay kim, yüzündən ayru qaldımü can vermədim, Baxa bilmən yüzünə, şərməndəəm təhsirdən. Yarəb, ol şahi-cəvanan ərzinə nə yetdi kim, Hiç qılmaz yad bir gün mən ğülami-pirdən. İştiyağın şərhini təqrir qılmaz Kişvəri Kim irür dərdi-dili mə’lum bu təhrirdən. * * * Saraldı mehr tək yüzüm cəmalın iştiyağından. Saraldı mehr tək yüzüm cəmalın iştiyağından. Məhi-no tək zəif oldum iki qaşın fərağından. Ruxü zülfindən ayru ancə ağlar qanlu çeşmim kim, Gecədən gündüzi bilməz, qaranı seçməz ağından. Məlamət daşı birlə bu bəlakeş canım öldürdüm, Cəzası budurur qul kim, qalur sultan yasağından. Ğəmin yeridürür könlüm ana səbrü xürd yuməz, Nə yarayər kişinün kim, ötsə kim, ötə aslan yatağından. Cigərxun Kişvəri tək xali bilməz kimsə hicrindən, Ğəriq əhvali nə bilsün yaxın dərya qırağından. * * * Ey məni-bimarni biçarə qılğan, xanisən? Ey məni-bimarni biçarə qılğan, xanisən? Xanümanimdən məni avərə qılğan, xanisən? Könlümü köksüm bilən bağrımçı tiği-hicr ilə, Oda yaxən, çak etkən parə qılğan, xanisən? Mehribanlıqdan keçib mən natəvanı öldürən, Bivəfalıq rəsmini aşkarə qılğan, xanisən? Ey çıxarqan zülfini bəxti-siyahim ənlidin, Dudi-ah ilən yüzümni qarə qılğan, xanisən? Üştə can verdi fəraqından cigərxun Kişvəri, Ey gəlib tabutuma nəzzarə qılğan, xanisən? * * * Boyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgün Boyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgün, Səni bir rövzeyi-cənnət yar etmiş qadir neçün. Yüzünə rəngi-mey çıxgəc gözün qırdurdi aşiqni, Şəfəq gün bolsa ay rəngi, bəli, lazım irür qırqun. Gəl, ey türki-Səmərqəndi ki, sənsiz bəs ki, ağlarmən, Buluptur gözlərüm hər yan biri Ümman, biri Ceyhun. Bəlayi eşq əgər budur, zəhi cankəndəni-Fərhad, Fəraqi-yar əgər budur, zəhi dilxəsteyi-Məcnun. Nə yerdə kim, düşər daği-dilimdən pənbeyi-mərhəm, Əcəb cər düşməsə səbrü səlamət xeylinə taun. Yazılmış kilki-qüdrətdən, bulunmuş nameyi-ğönçə, Xəzandan bolma ğafil kim, budur ol naməyə məzmun. Əli yetməz sanavü Kişvərinün özgə yari yox, Sən ey namehriban, qıldın o şol bimarni məğbun. * * * Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən? Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən? Güli-İrəm, necəsən, xoşmusan, səfacəmisən? Xoş ol zaman ki, yetim yoldun, əyağım öpəm, Sana deyəm, necəsən, xoşmusan, səfacəmisən? Gəhi deyəm necədür xatiri-mübarəkiniz, Gəhi sorəm necəsən, xoşmusan, səfacəmisən? Gəl ey iki gözümün mərdümi ki, bir saət, Səni görəm necəsən, xoşmusan, səfacəmisən? Şikəstə Kişvəridən sor ki, ey fərağımdan, Çəkib ələm, necəsən, xoşmusan, səfacəmisən? * * * Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdən Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdən, Mütriba, bir nəğmə dut mən binəva ahəngdən. Bir təbəssüm qıl xuday içün, güli-qönçədəhən Kim, dili-təngim açılmaz ol dəhani-təngdən. Yetər ahim gögə, yetdi sərvi-qədindən irağ, Ruzigarim tirədür sən kamili-şəbrəngdən. Tilbə könlüm ta düşipdür xaki-rahindən cüda, Padişahidür ki, düşmiş tac ilə ovrəngdən. Munca rüsvalıq çəkərsən, nodi axır, Kişvəri, Ol burunqi xanı lafın danişü fərhəngdən. * * * Gözüm giryandur, ey can, səndən ayru Gözüm giryandur, ey can, səndən ayru, Tənim üryandır, ey can, səndən ayru. Tutaşmış köksüm içrə şö’leyi-ah, Könül büryandur, ey can, səndən ayru. Dəma-dəm xuni-dil giryan gözümdən, Axıb tufandur, ey can, səndən ayru. Dügünlər lalə tək bağrım içində, Yürəgim qandur, ey can, səndən ayru. Çevirgil başına qul Kişvərini Ki, sərgərdandur, ey can, səndən ayru. * * * Açdı yüzidən bürqə’ ol şol ey mana qarşu Açdı yüzidən bürqə’ ol şol ey mana qarşu, Mehrab qaşı darüş-şəfa, gözləri sayru. Dedim: Bu nə qəmzə, bu nə qaşdur, bu nə kirpik? Dedi: Biri qanlu, biri xudra, biri xudru. Dedim: Bu nə ğəbğəb, bu nə ləbdür, bu nə dəndan? Dedi: Biri quyu, biri lə’lü, biri lö’lu. Dedim: Bu nə kakil, bu nə türrə, bu nə mudur? Dedi: Biri ğönçə, biri incə, bir cadu. Dedim: Bu nə zülfü, bu nə xalü, bu nə gözdür? Dedi: Biri sünbül, biri nafə, biri ahu. Dedim ki, nola Kişvərinin halı ğəmündən, Dedi ki, axir öldürəsidür anı qayğu. * * * Pərişan ruzigarəm bir pərivəş yardan ayru Pərişan ruzigarəm bir pərivəş yardan ayru, Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru. İrağ yüzündən, ey firdövs bağın tazə gülzari, Mənəm bir bülbüli-nalan düşüb gülzardan ayru. Nəzər qıl, ey gözi nərgis, məni-biçarə kim, qaldım Zəifü natəvan ol nərgisi-bimardan ayru. Qurudu natəvan cismim, sədəf tək ağzım açılmış, Sən ey yekdanə, qiymətsiz düri-şəhvardan ayru. Nə san qaldı bizə, nə dil ki, yarəb, qalmasun hərgiz Nə can bir ləhzə canansız, nə dil bir yardan ayru. Giriftari-qəfəs boldum, yenə tutisifət, leykən Zəbanüm laldur ol lə’l-şəkkərbardən ayru. Cigərxun Kişvəridən ayrusan, ey gül, vəli bil kim, Gülə qalmaz təravətliq çü düşdü xardan ayru. * * * Saçın fikri ayağım bağlar oldu Saçın fikri ayağım bağlar oldu, Mana guya dəlürmak çağlar oldu. Nihali-möhnət oldu zari-cismüm, Göyük dağlar ana yap ağlar oldu. Göz içrə mərdümi-çeşmüm yüzinə, Qara xalın xəyalı dağlar oldu. Mənim qanıma girmə, ey pəri kim, İraxlıqdan gözüm qan ağlar oldu. Qələndar Kişvəri çemümdən ayru, Keyiklərlən məqami dağlar oldu. * * * Xansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbu Xansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbu, Tapmayınca qoymazam istab səni mən kubə ku. Demədim kim, səndən özgə kimsəyə vermən könül, Ey məhi-əbrukəman, üştə mənü sən rubəru? Xalü zülfindən nə çəkdim bir gecə bolğal məhal, Qulluğuna ərzə qılsam nöqtə-nöqtə, mubəmu. Tən-yalangac başımı daşə ururmən ab tək, Sən təki bir mahi əndami istab subəsu. Kişvərinin (könli) hicrində ləbaləb qandurur, İçgil, ey ğönçədəhan, anivü görgil tubətu. * * * Ta ki, boldum aşiina bu arizi güllər bilə Ta ki, boldum aşiina bu arizi güllər bilə, Naləvü əfğandur işim zari-bülbüllər bilə. Xatiri aşüftəvü fikri pərişanlığdurur, Kim ki, boldi yar bu aşüftə kakillər bilə. Zülfü yüzün həsrətindən xanda kim, ağlar gözüm, Dəstə-dəstə gül bitər, hər yanı sünbüllər bilə. Ruzigarın möhnətidən yox idi dərdim, vəli, Sən həlak etdin məni türlü təğafüllər bilə. Bitəhəmmül bolma, ey dil, hicrara kim, əhli-eşq, Vəslə irmişlər, vəli yüz min təhəmmüllər bilə. Ləblərin yadi bilən hərdəm budur sən xuni-dil, Badeyi-gülgün içərmən bu tənəffüllər bilə. Ətləsü səncabi-şahiddən keçüb qul Kişvəri, Zari-cismin örtüb uş külxənara küllər bilə. * * * Ğəribliğ ixtiyar etməz kimin kim, yari yar olsa Ğəribliğ ixtiyar etməz kimin kim, yari yar olsa, Dirilməz yarsiz bir dəm kişi gər ixtiyar olsa. Bu dirlikdən mana yegdür eşigində, xuda bilür, Ləgədkubi-cəfa birlə təni-zarim ğubar olsa. Sənünlə ol məhəbbət kim, mənüm könlümdə ca qıldı, Anı aşkarə qılmazmən qiyamət aşikar olsa. Rəqiblər cövrini çəkmək mana asandurur, amma, Əgər sən yari-canidin könül ümmidvar olsa. Yolunda oynadur cana, qələndər Kişvəri başin, Əgər qövlün ola, qövlü qərarun bərqərar olsa. * * * Bir qədəm qoygil dedim bu çeşmi-giryan üstünə Bir qədəm qoygil dedim bu çeşmi-giryan üstünə, Dedi kim, nola gələli xoş ola can üstünə. Xətti-səbzin üstünə dağıtma mişkin zülfünü, Qoymagil bu həlqeyi-zünnari Qur’an üstünə. Gözlərün üstünə çəkdi kilki-qüdrət qaşini, Bağladı mehrabi-taət kafəristan üstünə. Nəxli-qəddün üstünə gül yüzini hər kim görür, Lalə açılmış sanur sərvi-xuraman üstünə. Yastanur qul Kişvəri gecə eşigün daşinə, Eylə sanur kim, uyur təxti-Süleyman üstünə. * * * Aşiği kim, girdi hicründən fəna toprağinə Aşiği kim, girdi hicründən fəna toprağinə, Bir məzari üstünə dəgməzmidi varmağinə? Munca xari-ğəm ki, çəkdi bülbüli-xunin cigər, Eyb imas əgr ağnasa bir ləhzə gül yaprağinə. Arizin bağinə girmiş yatur ol xali-siyah, Bu yalan irmiş ki, girməz oğru cənnət bağinə. İstər idi xatirün cana, mənim rüsvalığım, Üştə rüsvayi-cəhan boldum sənünçün daxi nə? Öldi miskin Kişvəri şirin ləbindən sormadan, Eyləmi oldu ki, bir dəgməzmidi sormağinə. * * * Rəqibi hər xaçan könlüm görər ol mah ilən beylə Rəqibi hər xaçan könlüm görər ol mah ilən beylə, Çəkər bir ah kim, canım çıxar ol ah ilən beylə. Sən atlanğac nigara, xəstə canlar hər tərəf səf-səf, Rikabında yer-yer andaq ki, ləşkərgah ilən beylə. Mənim dərdi-dilimdən cameyi-səbzin siyah olur, Şəbi-hicran, Xızr gər səng mən gümrah ilən beylə. Ğəmindən ğəm yeməzdim itlərinlən həmnəfəs bolsam Ki, matəmi-eyşdür yaranu dilxah ilən beylə. Xəbər ver, ey səba yarə ki, miskin Kişvəri öldü, Biyabani-fərağında ğəmi-cangah ilən beylə. * * * Boyun sərvi-səhidür bağ içində Boyun sərvi-səhidür bağ içində, Yüzün bir tazə gül yaprağ içində. Gözün yadi bilə ülfət dutubmən, Keyiklərlən gəzərsən dağ içində. İrağ səndən gözümğə uyxu girməz, Ölüb yatsam məgər toprağ içində. Mana rə’yətləri tə’zim edərlər, Nə hörmətlüyəm ol oymağ içində. * * * Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenə Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenə, Gərdirdi mə’cəri başında qan eylər yenə. Könlüm uçar zülfi sarı, ey müsəlmanlar, görün, Bu bəlalıq quş nə yerdə aşiyan eylər yenə. Bilməsinlər halını könlüm irür xamuş, leyk, Sən ki, düşdün yadına bixod fəğan eylər yenə. Vəsməlü qaşun könüllər qəsdinə çəkmiş kəman, Sürməlü çeşmim gözümdən bərlü qan eylər yenə. Qoymanız, ey dostlar kim, Kişvərinin boynunu İpləyibdür eşqü rüsvayi-cahan eylər yenə. * * * Könül ta kim, nəzər qıldı o şol əndam çün simə Könül ta kim, nəzər qıldı o şol əndam çün simə, Bolub simab tək lərzan gəzər hər yan sərasimə. Sən ol xurşidi-aləmtabsan kim, hüsni bürcində, Şüai-pərtövi-hüsnün yayıldı, yetdi iqlimə. Bu ay başında dedi kim, irür besyar xunrizəş Münəccim yüzünə qarşu çü baxdı ruyi-təqvimə. Gözüm nəmdən iməs xali ki, bu qan olası könlüm, Qaşuni nunə oxşatdı, dəhanin şəklini mimə. Əgər qul Kişvəri desə ki, səndən keçdim, inanma Ki, ol qıymaz sana, vallah, gər anı çəksələr qiymə. * * * Ey səba, degil məhəl tapsan güli-xandanıma Ey səba, degil məhəl tapsan güli-xandanıma Kim, düşüpdür atəşi-ğəm laləyanlıq canıma. Bəs ki, atəşnak yüzün vəsfidür sözüm mənüm, Yoq əcəb gər düşsə od bu dəftərü divanıma. Vəh ki, (bir) bədmehr ilən düşmiş sərükarım yenə Kim, əgər ölsəm xuda bilür ki, yadməz yanıma. Sürmə qılğaylar məlaik asitanın gərdini, Gər qədəm qoysan şəbi bu külbəyi-əhzanıma? Həsrətindən verdi can yüz dərd ilə qul Kişvəri, Bildürün, ey dustlar, halım mənim sultanıma. * * * Alü ala könlək ol əndami-simin üstünə Alü ala könlək ol əndami-simin üstünə, Lalənin yaprağıdur gülbərgi-nəsrin üstünə. Ol xəti-mişkin ki, artuptur yüzündə xalını, Ənbəri-tər tək saçılmış nafeyi-çin üstünə. Mən sana həq dedigümçün mana nahəq der rəqib, Bəhs edirlər mö’minü kafir bəli din üstünə. Sənsizin dərdü bəlavü möhnətü ənduhi-ğəm, Bir gedərsə bir gəlür mən zarü ğəmgin üstünə. Kişvəri eşqində öldisə, nə ğəm, şahi-Gey, Yox əcəb Fərhad əgər can versə Şirin üstünə. * * * Ey qara saçın sənün zəncir Məcnun könlümə Ey qara saçın sənün zəncir Məcnun könlümə, Yoxdur andan hiç tədbir Məcnun könlümə. Aşiq olmazdı yəqin gər dərdi-hicran möhnəti Qılsa bir müşfiq rəfiq təqrir Məcnun könlümə. Gözlərün fikrində gər olsam gecə peykan kibi, Sancılur kirpikləri bir-bir Məcnun könlümə. Ötmiş andan könlümün viranlığı kim, bir daxı, Qılsa me’mari-qəza tə’mir Məcnun könlümə. Ta əlimdən getdi ol zülfi-pərişan, Kişvəri, Vacib oldu naleyi-şəbgir Məcnun könlümə. * * * Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca, Olub ayru-nun-fəraqından anun didarı tapınca. Bəlakeş qumri nalani-bahar oldu sana müjdə, Fəğanlıq bülbüli-bixanüman gülzarı tapınca. Xuraman gəldi ol dilbər pərişan kakili hər yan, Oyangil, ey qara bəxtim səni kim, yarı tapınca. Ləbi ğönçə, beli incə, saçı sünbül, gözü nərgis, Dodağı abi-heyvanü yüzi gülnarı tapınca. Nə güldən xürrəmü nə səbzədəndür Kişvəri xürrəm, Məgər kim, desələr ol sərvi-gülrüxsarı tapınca. * * * Ey səba, qıl bir güzər ol bivəfa sarisinə Ey səba, qıl bir güzər ol bivəfa sarisinə, Ərzə qıl miskinligim yoldaşların varisinə. Bir nəzər kim, yüzünə qılsam bərabərdür mana, Aləmin varisinə bil ömrümün varisinə. Girməmiş buyi-məhəbbət hiç dimağinə kim, ol Bənzədür mən xətai zülfi-tatarisinə. Müddəi gör naləvü zari qılur kim, aşiqəm, Ol münafiqnin inanma naləvü zarisinə. Laf urur kim, yari görgəc can verür qul Kişvəri, Gər inanmazsan yüzün görsət ana bari sinə. * * * Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə, Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə. Va həsrəta ki, bir sənəmi-bivəfa içün, Rüsva olab cahanara əfsanəyəm yenə. Məstanə gözlərüni görüb sərxoşam müdam, Biixtiyar sakini-meyxanəyəm yenə. Ol ahəyi-Xütən gedəli xəlqi dalaram, Məndən həzər ki, bir səki-divanəyəm yenə. Vəslindən ayru Kişvəriyi-xəstədil kimi, Səhrayi-hicr quşarına danəyəm yenə. * * * Nə təravətdür ki, həq vermiş güli-rüxsarinə Nə təravətdür ki, həq vermiş güli-rüxsarinə Kim, verür yüz abrü baği-cinan gülzarinə. Ey səba, ol zülfi-müşkini pərişan qılma kim, Rişteyi-canım mənim bağlabturur hər tarinə. Qılma təqsir ol ləbi-canbəxşdən bir şərbət-ab Kim, şəfa verməzdim İsaləbin bimarinə. Bir qıya bax dedümü al nəqdi-canım, qıymadın, Ey vəfasız, yar olan hərgiz qıyarmı yarinə. Əhdü istiğfar qılsa eşqidən qul Kişvəri, Əski kibrün hiç inanma əhdü istiğfarinə. * * * Köksümi qalxan qılıb mən oxlarun qarşusinə Köksümi qalxan qılıb mən oxlarun qarşusinə, Gər inanmırsan bir ox atgil mana qarşu sına. Ğəmzə oxu qaşların yayindən, ye əbru kəman, Sən atarsan canəvü könlüm dutar qarşu sinə. Ey könül, gər aşiq isən nam ilə namusi qoy, Kim ki, aşiqdür anun nami nəvü namusi nə. Qıldı dövri-ruzigarimni qara qismət güni, Sürmeyi-nazi ol çəkti nərgisi-cadusinə. Kişvərinün sözidür incü, anı sındurmagil Kim, bəhasindən düşər, çün daneyi-incu sına. * * * Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə, Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə. Ətrafi-yüzində xəti-səbzin nəyə bənzər, Bir parə şəbi-çardəhün gərdidə halə. İncu təki dişlər dahənində nəyə oxşar, Bir ğönçeyi-xəndanə içi dopdolu jalə. Xunabəyi-həsrət içərəm kim, nə səbəbdən, Sən badə içərkən ləbuni öpdi piyalə. Ey qəddi sənubər, xəti reyhan, ləbi ğönçə, Vey kakili sünbül, yüzi gül, çeşmi ğəzalə. Dedim ki, sana bir qulam, üştə yüzüm üzrə, Qan birlə yazar mərdüməki-didə qəbalə. Keçdi vərə’i-zöhd çehel salədən asan, Qul Kişvəri ta tapdı büti-çardəh salə. * * * Can birlə sana yar olubəm, yari unutma Can birlə sana yar olubəm, yari unutma, Yox bolsa vəfan, yari-vəfadari unutma. Əhbab ilə işrət gecəsində məni-məhrum, Gər vəslünə layiq degüləm bari unutma. Dərdim qatıdur bu gecə, lütf eyləgil ey dust, Mən bidilü biçareyi-bimari unutma. Ey Yusifi-Misri ki, əzizi-dü cahansan, Kən’anara sən piri-giriftari unutma. Gər baği-behişt içrə ola hurü qüsurun, Ey Kişvəri, ol sayeyi-divari unutma. * * * Bir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenə Bir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenə, Bilməzəm halim nola, hala cigərxunəm yenə. Məskənim meyxanəvü başımdadur cami-şərab, Sahibi-taci-Keyü təxti-Firidunəm yenə. Der idim gül gəlsə könlüm şad ola, ey vay kim, Gəldi vəqti-gül məni-biçarə məğbunəm yenə. Munca əyyami-bahar, ey gülşəni-cənnət güli, Baği-vəslündən məni-dilxəstə birunəm yenə. Kişvəri tək yardan ayru məni-matəmzədə, Payimali-rüzigarü cövri-gərdunəm yenə. * * * Yüzün tək tazə gül yox busitanda Yüzün tək tazə gül yox busitanda, Boyun tək sərv yox baği-cəhanda. Bu gün sənsən cəhanda şahi-xuban, Bolur hər padişahi bir zəmanda. Çirağ ilən fələk istər bulunmaz, Sənün tək ay zəminü asimanda. Qara qıldı yüzimni bu könül kim, Qara bolsun yüzi iki cəhanda. Yüzini badədən güllər ki, düşmiş Nə güldə vardurur, nə ərğəvanda. Mana bir busə verü canımı al, Şərik olğay bu sudü ziyanda. Qapunda Kişvərini sormagil kim, Yatur bir qarı it ol asitanda. * * * Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqə Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqə, Şaxi-Tuba qədünə şəm’i-şəbistan sədəqə. Gözlərin ağü qarasinə şəbü ruz fəda, Ləblərün höqqəsinə çeşmeyi-heyvan sədəqə. Güli-rüxsarına yüz cani-girami qurban, Çeşmi-bimarına min dideyi-giryan sədəqə. Natəvan düşgəli sən, ey güli-bustani-İrəm, Çevrilib başuna hər dəm verürəm can sədəqə. Zülfü rüxsarün içün Kişvəriyi-xəstə kimi, Kafiri mö’min edər küfr ilə iman sədəqə. * * * Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə, Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə. Çəməndə açılıb güldür demə, ey bağiban bil kim, Cigər pərkaləsidür bülbülün kim, qaldı xar üstə. Məni-zari-zə’ifi görgəc ol məh dedi, vaveyla Kim, ölmiş bir ğəribi-natəvan bu rəhgüzar üstə. Gözün kim, könlümi avla, məni ğəmzən bilə öldür Ki, düşməz qan əgər ölsə birü avnə ki, şikar üstə. Əgər, ey Kişvəri, töksən özünçün yaş həqqindür, Səninçün ağlayan kimdür, gələn daxı məzar üstə. * * * Yar içər əğyar ilən mey şadü xəndan hər gecə Yar içər əğyar ilən mey şadü xəndan hər gecə, Qalmışam mən yarisiz giryanü büryan hər gecə. Kaş ki, gəlsə əcəl kim, qurtuleydim bir yolu, Necə göydürsün bir onu daği-hicran hər gecə. Köksüm olmuş parə-parə, lalə tək bağrım kəbab, Sənsiz, ey gül, ğönçə tək könlüm olur qan hər gecə. Şəm’i-rüxsarini kutardı yüzindin utanıb, Yerə girər gögdən xurşidi-taban hər gecə. Gər saçın fikrində bir dəm olsa miskin Kişvəri, Səksənür, guya girər qoynuna yilan hər gecə. * * * Zülfi yüzündən irağ ömrüm keçər matəm bilə Zülfi yüzündən irağ ömrüm keçər matəm bilə, Necə keçsün bir kişinin sübhü şami ğəm bilə. Eylə kim, ağlar gözüm səndən irağ irməz əcəb, Seyli-əşkim yıxsa bu taqi-fələgni ğəm bilə. Ləbləründən ayru ağudur əgər versə mana, Abi-heyvan şərbəti iylə ki, cami-Cəm bilə. Kimsədən buyi-vəfa çün gəlməz, ey dil, imdidən, Aşinalıq qılmagil nəsli-bəni adəm bilə. Könlümün zəxminə mərhəm qoymagil, ey Kişvəri Kim, sağalmaz tiği-hicran yarəsi mərhəm bilə. * * * Vay kim, əğyar ilən ol yar həmdəmdür yenə Vay kim, əğyar ilən ol yar həmdəmdür yenə, Şum qərib bəzmi-visali içrə məhrəmdür yenə. Xatiri fariğdürü əhli-məhəbbət sayrıdan, Badə içib təb’i-şadü könlü xürrəmdür yenə. Özgələr yüzinə açmış nərgisi-məxmurini, Dustlar sarı inayət baxışı kəmdür yenə. Adəm övladi bilə yar olmanız, ey əhli-huş Kim, məni şeyda qılan fərzəndi-adəmdür yenə. Aləm əhli qulluğunda xürrəmü xəndanü şad, Kişvəri sənsiz həm ol rüsvayi-aləmdür yenə. * * * Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə, Yanar imdi bağrım ənduhü pəşimanlığ bilə. Öldürün, ey dustilər, düşvarlıq bilə məni, Ta ki, aşiq bolmasun hiç kimsə asanlığ bilə. Həsrəta kim, ol pərişan kakilün sevdasidən, Qalmışam sərgəştə mən yüz min pərişanlığ bilə. Xanümanımnı çü viran qıldın, ey şəm’i-murad, Şadümanəm mən daxi bu xanə viranlığ bilə. İstər ağzından nişan bu xəstəxatir Kişvəri, Çeşmeyi-heyvani gözlər munca heyvanlığ bilə. * * * Vəh ki, can getdi, yetürməz kimsə canan ərzinə Vəh ki, can getdi, yetürməz kimsə canan ərzinə, Mülk viran bolduvü yetmədi sultan ərzinə. Səndən özgə kim yetürsün, ey nəsimi-sübhdəm, Bülbüli-şuridənin halı gülistan ərzinə. Ba vücudi-səltənət əlbəttə bil kim, qayırur, Muri-ləng əhvalı gər yetsin Süleyman ərzinə. Gəlgil axir, ey nəsimi-kuyi-işrət, xandasan, Müjdeyi-Yusif yetürgil piri-Kən’an ərzinə. Öldi miskin Kişvəri, ey vay kim, dərdi-dili Yetmədi bir zərrə ol xurşidi-taban ərzinə. * * * Könül kim, yar tiğindən bolub bir guşəsi parə Könül kim, yar tiğindən bolub bir guşəsi parə, Kəsilməz yardan yana gedər yalvarə-yalvarə. Qaşın sevdasidən cana, cahanı tərk edib zahid, Tutuptur künci-mehrabi, çevirmiş yuzi divarə. Səmumi-hicr yandurdi vücudim xirməni ansız, Yetürgil, ey səba, bari mənim halimni dildarə. Səbrü qərarü dil qoyub, avarə boldular, Sən ey can, bilməzəm yarəb, nədən qalmışsan avarə. Nə çarə Kişvəri imdi kim, ol andin cüda qaldın, Sən ansız qala bilməzsən, sənə ölməkdürür çarə. * * * Mənüm tək yardan, yarəb ki, məhcur olmasun kimsə Mənüm tək yardan, yarəb ki, məhcur olmasun kimsə, Çəkib rənci-fəraqi yarü rəncur olmasun kimsə. İki zülfin xəyalında gecə dana dəkin uymas, Giriftari-ğəm şəbhayi-dəycur olmasun kimsə. Gözün şagirdidür ğəmzən, əgər yüz qan qılur hərdəm, Nə dərdin var anun, cəlladə muzdur olmasun kimsə. Quduz it kimi qadirlər məni görgəc ulus hər yan, Səgi-divanə tək el içrə məşhur olmasun kimsə. Ğüruri-vəsl başında yoluxdu Kişvəri hicrə, Vəfasız yarının vəslinə məğrur olmasun kimsə. * * * Səni görgəc əsir etdi məni ol çeşmi-məstanə Səni görgəc əsir etdi məni ol çeşmi-məstanə, Müsəlmansan mədəd qıl, kim, düşübmən kafəristanə. Bolur yüz xirqə çak, ey gül, çü sən börkün qoyub əgri, Açılmış bağları duttun, çıxarsanmı pəristanə. Qamış tək oxların bəs kim, gəlürsan qatı yanidən, Təni-zarim mənim bənzər qurumuş bir neyistanə. Ləbi-lə’lin fəraqında ki, düşmiş daneyi-xalın, Yatur bir oğru hindudur ki, girmiş şəkkəristanə. Ölürsə Kişvəri xəstə, gülər ol yüzi güldəstə, Yanar pərvaneyi-miskin nə ğəm şəm’i-şəbistanə. * * * Göz aldurmuş yenə könlüm o şol ibarlü ceyranə Göz aldurmuş yenə könlüm o şol ibarlü ceyranə, Düşüb səhrayə ahu tək, batupdur nafə tək qanə. Tökərmən əşkidən kövkəb, gözüm yaşlu, qurumuş ləb, Müsəlman düşməsün, yarəb, bəlayi-daği-hicranə. Səri-zülfi-siyah əgri, qoyub tərfi-külah əgri, Qılur hər yan nigah əgri, gəzər sərxoş yetimanə. Brəhmən görsə rüxsarin, iki zülf çü zünnarin, Götürməz tab didarin, gəlür vallah iymanə. İlikdür kənlini gəh-gəh ki, aləmni yıxar vallah, Çəkib qul Kişvəri nagəh bir ahi dərdməndanə. * * * Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə, Düşmüşəm səhrayə ülfət dutmuş ahular bilə. Səndən ayru əkdim, ey baği-behiştin laləsi, Yüzüm üzrə zə’fəran çeşmimdəki sular bilə. Xəstədür könlüm, tənüm bimarü canım natəvan, Vəh ki, keçdi ruzigarim necə sayrular bilə. Ləblərin içində mirvaridi-tər tək dişlərün, Höqqeyi-yaquta bənzər dolu incular bilə. İstəsən, ey dil, xilas olmaq cünun zənciridən, Gəzməgil zinhar, bu zənciri-keysular bilə. Bu dili-bədxuyidən canə yetibmən neyləyim Kim, bolubdur həmnişin bir neçə bədxular bilə. Zülfü xalun həsrətindən, ey məhi-namehriban, Öldü miskin Kişvəri yüz qarə qayğular bilə. * * * Sənun tək xanı bir növrəs, nihali-çaridəh salə Sənun tək xanı bir növrəs, nihali-çaridəh salə, Boyu ər’ər, xəti ənbər, gözü nərgis, yüzü lalə. Bəri nəsrin, xəti mişkin, saçı pürçin, gözü laçin, Yüzi rəngin, sözi şirin, dodağı qəndi-Bengalə. Qaşı əgri, boyu doğru, gözü oğru, bəni filfil, Ləbi lə’lü dişi incu, yüzi mahü xəti halə. Tənimdür Bisitun daği, mənəm bir kuhikən yanlığ, Əlim daşlu, quru başlı, gözüm yaşlu, işim nalə. Yağamdur gül kimi parə, dilimdür ğönçə tək bağlu, Yürəgim lalə tək pürxun, könül pərkalə-pərkalə. Gecə duşimdə dişlib mən ol lə’li-şəkərxani, Dişimdən ol nişanlardur imas hər yani bütxalə. Ayağın toprağından Kişvəri köhli-bəsər qıldı, Ğənimət bil zəhi-dövlət, bu daxi gər sana qalə. * * * Ey saçı sünbül, yüzi dadə, gözi ahubərə Ey saçı sünbül, yüzi dadə, gözi ahubərə, Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə. Xətti-səbzindür Xızır, lə’li-ləbin abi-həyat, Arizun xurşidi tabanü dəhanın pür zərə. Daneyi-xalın bilə gül yüzüni görsəm məgər, Xirməni-xurşid bir co, baği-rizvan bir tərə. Küsdi məndən ol bəlayi-can, gedib, ey dustlər, Can verürmən sədəqə kim bu bəlayi qaytərə. Zurü zər birlə müyəssər bolsa lə’lin şərbəti, Bolğay irdi çeşmeyi-heyvan nəsib İskəndərə. Kişvəri şe’ri Nəvai şe’ridin əksük iməs, Bəxtinə düşsəydi bir Sultan Hüseyn Bayqərə. * * * Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə, Bidilü bidilbərü bixanüman boldum yenə. Pərdeyi-zöhdü səlahə girmiş ikən, vay kim, Bixəbər nagah rüsvayi-cahan boldum yenə. Ey əcəl, məhrum qoyma yar kuyindən məni, Çün sana mən xaki-ruzi mihman boldum yenə. Lə’li-canbəxşin kimi tabü təvanım var idi, Çeşmi-bimarını görgəc natəvan boldum yenə. Daneyi-xalın içün, ey məlamət xirməni, Ruhi-qüds irdim əsiri-xakidan boldum yenə. Tapmadı çün mülki-həsti içrə ağzından nişan, Kami-dil guya ədəm sarı rəvan boldum yenə. Xətti-səbzin vəsfinə sən Kişvərini hər zaman, Ləblərin tək tutiyi-şirinzəban boldum yenə. * * * Eşq əlindən tabi-cani-natəvanım qalmadı Eşq əlindən tabi-cani-natəvanım qalmadı, Necə pünhan saxlayam dərdüni canım qalmadı. Bildürürdüm halimi ahü fəğan birlə sana, Vəh ki, daxi qüvvəti-ahü fəğanım qalmadı. Atəşi-eşqün məni-bixanümani-bixəbər, Eylə yandırdı ki, heç namü nişanım qalmadı. El mənim rüsvalığımnı bildilər kim, aşiqəm, Sən daxı bil neyləyim, razi-nihanım qalmadı. Ol kəman əbru ki, derəm yar sana, ey Kişvəri, Yarmadın peykan bilə bir üstüxanım qalmadı. * * * Səndən ayru ölməgim guya ki, təqdir olmadı Səndən ayru ölməgim guya ki, təqdir olmadı, Yoxsa can verməkdə məndən hiç təqsir olmadı. Yarəb, ol əğyar ilən var mocibi-bədnamlıq, Necə bir qıldım nəsihət yarə tədbir olmadı. Zülfün ilə bağla könlümni ki, qaçar xəlqdən, Tilbənün boynunda gər bir ləhzə zəncir olmadı. Keçmədi bir dəm ki, yüzüm üzrə müjgan bükmədən, Bu mənim dudi-dilim qan birlə təhrir olmadı. Kim ki, baxdı səndən ayru Kişvərinin yüzinə, Bildi kim, halı nədür möhtaci-təqrir olmadı. * * * Bəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusi Bəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusi, Nə könül pərvası qaldı məndə, nə can qayğusi. Küfrin istər kafirü iman, müsəlman, mən səni, Aşiqi-sadiqdə yoxdur küfrü iman qayğusi. Dərdü möhnət rəhgüzaridür mana qanlu könül, Vəh ki, öldürdi məni hər ləhzə mehman qayğusi. Ey müsəlmanlar, bulun axır mana bir çarə kim, Küfrə döndərdi məni ol namüsəlman qayğusi. Çün bilürsən Kişvərinin dərdi dərmansızdurur, Ey təbib, axır məni öldürdi dərman qayğusi. * * * Bir bəladur taki, geydün görtəyi-nilufəri Bir bəladur taki, geydün görtəyi-nilufəri, Bir bəla daxı başında gəzdirdi mə’cəri. Zərvərəq irməz cəmalın müshəfində bir tərəf, Bil ki, yazmış hüsnün içün kilki-qüdrət məhzəri. Yüzünni hər kim görər, can verməyincə çarə yox, Adəm oğlu mundaq olmaz, sən mələksən, ya pəri. Nə müsəlmanlıqdır axır kim, məni həsrət bilə, Öldürürlər bir nigah içün bu kafir qızləri. Yer yüzündə bir pərirüxsar içün can vermədi, Bu nə aşiqliqdür kim, yerə girsün Kişvəri. * * * Könlüm sevər irmiş yenə bir sərvi-rəvanı Könlüm sevər irmiş yenə bir sərvi-rəvanı Kim, can verədür mən təki hər kim görər ani. Bikəsligim ol həddə yetiptür ki, gər ölsəm, Başımda bir o yox ki, deyə vay, filani. Qəbrimdə çü sorğuçu görə rəhm eylasidür Qan birlə bulaşuq kəfənü daği-nihani. Nəqqaşi-əzəl nəqşi-cəmalın ki, çəkərdi, Guya ki, unutmuş rəqəmi-mehrü vəfani. Gər Kişvərinün ölməginə dilnigəransan, Üştə ölədür, çəkmə daaxı dilnigərani. * * * Pozulaydı səffi-təndən rişteyi-can, kaş ki Pozulaydı səffi-təndən rişteyi-can, kaş ki, Getməsəydi əldən ol zülfi-pərişan, kaş ki. Göydürürdü bərqi-afətxirməni-ömrüm təmam, Qalmasaydı könlüm içrə daği-pünhan, kaş ki. Ta ki, bilsünlər mənüm halimni əhli-ruzigar, Əbri-möhnətdən yağaydı mövi-tufan, kaş ki. Bir nəfəs qalmış həyatımdan yüzünə müntəzir, Can gedər çağda nəsibim olsa iman, kaş ki. Gər pərilər birlə budur aşinalıq Kişvəri, Doğmasaydı anadan fərzəndi-insan, kaş ki. * * * Aşiq oldum görgəc ol məstanə çeşmin fətcini Aşiq oldum görgəc ol məstanə çeşmin fətcini, Görürəm hər baxışında yüz bəlavü-rəncini. Aşiqin səfrai içün Tanrı yaratdı məgər, Gülşəni-rüxsarın içrə ğəbğəbin, narincini. İki zülfin arasında yüzünə qıldım nəzər, Əjdahalar ağzıdın aldum visalın gəncini. Şum rəqib sözi bilə qavdun eşigindən məni, Mö’təbər gördüm bu gün yanunda ol igrəncini. Yazarü söylər ləbi-lə’lin sifatın Kişvəri, Kilki-şəkkərbarını gör tə’bi-gövhər səncini. * * * Ah kim, sevdim yenə bir kafəri-xunxarəni Ah kim, sevdim yenə bir kafəri-xunxarəni Kim, cahanda istəməz bir gün məni-avarəni. Vay kim verdim könül bir bivəfa dildarə kim, Çarə qılmaz, öldürürsə ğəm məni-biçarəni. Yardan hər yarə kim, gəlsə bu xaki-cismümə, Yalə-yalə it kimi sağalduram ol yarəni. İstərəm yüz parə qılğam tömə’ içün könlümi, İtlərün hər birisinə daşlayım hər parəni. Ol təni-simində daş tək könli bir tiflidürür Kim, tiğaydur çəng üçün qoyninə səngi-xarəni. Könlüm ahidin yanar cismi-zə’ifim yeridür, Mən ki, xaşak içrə qoysam andaq atəşparəni. Kişvəri sərgəştəlikdən canə yetti, neyləsün, Pozmaq olmaz çərx ilə bu günbəzi-dəvvarəni. * * * Getdi can, göydü könül, ta gördüm, ey canum səni Getdi can, göydü könül, ta gördüm, ey canum səni, Canü dil birlə sevibmən neyləyim canum səni. Ruzigarim tirə boldu hicridən, vəh, bir gecə, Görmədim külbəmdə ey şəm’i-şəbistanum səni. Ömr əgər versə aman xaki-kəfi-payi bilə, Aqibət rövşən qılam, ey çemi-giryanum səni. Dinü imanum gedürdün, ey sənəm, vəh, neyləyim, Qıymazam tərk etməgə, ey dinü imanum səni. Bəndə miskin Kişvərinin hali etdin halidür, Bi inayət ta görür halinə sultanum səni. * * * Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsi Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsi, Kakilün zəncirinə canü cəhan divanəsi. Könlümün rüsvalığından düşdü odlar canimə, Bu ki, can yanar fərağından könül dürdanəsi. Aşiqin əsrari faş olmazdı gündüz elara, Könlü ahindən gecə gər yanmasaydı xanəsi. Bu yıxılmış evdən, ey qonşu, mana çıx demə kim, Piri-Kən’an yeridür beytül-həzən viranəsi. Sən içərsən cami-gülgun əhdü peyman sındurub, Kişvərinin xuni-dil birlə dolu peymanəsi. * * * Bilməzəm noldu yenə kim, yar sormaz halımı Bilməzəm noldu yenə kim, yar sormaz halımı, Daği-dildən göydümü dildar sormaz halımı. Lalə tək bağrım kəbabü ğərqi-xundur damənim, Ol saçı sünbül, yüzi gülnar sormaz halımı. Düşmişəm ğəm külbəsində natəvan, ey vay kim, Yar bilməz dərdimi, əğyar sormaz halımı. Ğönçə tək ağzım dolu xunabi-həsrətdür vəli Bir gəlib ol lə’li-gövhərbar sormaz halımı. Kişvəri tək zəhr içib öldi xumari-ğəm bilə, Öldümü ol nərgisi-bimar sormaz halımı. * * * Bəs ki, can çəktim fəraqından, mana can qalmadı Bəs ki, can çəktim fəraqından, mana can qalmadı, Sənsizin mən yudmayıb xunabi-hicran, qalmadı. Ölməgim çağıdurur, görkəz cəmalın bir daxı Kim, mana sənsiz dirilmək daxı imkan qalmadı. Batmadın könlüm əyağına visalın istəyib, Vadiyi-hicranda bir xari-müğilan qalmadı. Surətinə baxmadı heç kim bəzənmiş çağda kim, Surəti-divar tək yüzünə heyran qalmadı. Eşq odidan göydi canım, çəkmə zəhmət, ey təbib, Kim, mana ölməkdən özgə hiç dərman qalmadı. Deb imişdin Kişvərini öldüray ehsan qılıb, Vəh ki, bu şum tale’imdən rəsmi-ehsan qalmadı. * * * Eylə yanar atəşi-hicrində canım, tən daxi Eylə yanar atəşi-hicrində canım, tən daxi, Kim, mənim halimğə ağlar dust, bil düşmən daxi. Qılma heyrət kim, ədəm bəzmidə girdim kim, ana, Girdilər Fərhadü Məcnun, nola girsəm mən daxi. Çərx bidadivü düşmən tə’nivü bəxt uyxusu, Yetməz irdi bu mana kim, düşmən oldun sən daxi. Eylə pünhan saxlaram razi-miyanın xəlqdən Kim, mana məhrəm imas, bu yedə pirahən daxi. Zar cismim zə’fi ol həddə yetibdür, Kişvəri, Kim, qıla bilmən dəmi öz halimə şivən daxi. * * * Yüz veribdür mana yüz ğəm, sənəma, sən gedəli Yüz veribdür mana yüz ğəm, sənəma, sən gedəli, Görmədim könlümi xürrəm, sənəma, sən gedəli. Firqətündən iki çeşmüm, mənüm, Allah bilür, Giryəsiz bolmadı bir dəm, sənəma, sən gedəli. Elə sayru düşübəm kim, mana sihhət verməz, Nəfəsi İsiyi-Məryəm, sənəma, sən gedəli. Sən idin mərhəmi-razim mana həq vaqi’ədə, Dərdü ğəmdür mana məhrəm, sənəma, sən gedəli. Kişvəri şad idi vəslünlə, vəli qıldı fəraq, Sərü karın hame-dərhəm, sənəma, sən gedəli. * * * Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu, Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu. Yüz ğəmim vardur, vəli bir ğəmküsarım yoxdurur, Bidilü bidilbərü biğəmküsarəm doğrusu. Nasiha, görsən məni rüsva, məlamət qılma kim, Tilbəlik canımdadır, biixtiyarəm doğrusu. Zərvərəq birlə bəzənmiş yüzüni gördüm bu gün, Vermədim canü yüzündən şərmisərəm doğrusu. Mey gətür saqi, məni qurtar nəmazü rövzədən Kim, mən ol zöhdü riyadən tövbəkarəm doğrusu. Ölmüşəm hicrində cana, vəslidən can ver mana Kim, məni-bidil sana can birlə yarəm doğrusu. Xəlq deir kim, Kişvəri bir aşiqi-məhrum irür, Hər nə kim, derlər mana, yüz ancə varəm doğrusu. * * * Məni öldürdi ol sərvin həvası Məni öldürdi ol sərvin həvası, Nədəndür kim, mənümlən yox səfası. Taalallah, zəhi fərxənd surət, Diriğa bolsa bir xal vəfası. Məni görgəc təbibi-eşq dedi, Munun ölməkdən öxgə yox dəvası Gəl axı, ey ğübar, xaki-payın, Bu giryan gözlərümnin tutiyası. Xudadan Kişvəri istər visalın, İlahi kim, qəbul olsun duası. * * * Ey tərü tazə gülüstanda açılmış gül kimi Ey tərü tazə gülüstanda açılmış gül kimi, Güldürür yüzün məni-nalan ana bülbül kimi. Gözlərün məxmurü nərgis, qamətün sərvi-bülənd, Arizün dövrində mişkin xət, gülü sünbül kimi. Necə kim, o kafəri bədxu qızıl qanım tökər, Örülürmən başına hər dəm qara kakül kimi. Xəstə canlar dopdoludur hicr ilə pabənd olub, Çahi-simini-zənəxdanın çəhi-Babil kimi. * * * Bahar oldivü açıldı çəmən gögçəklərin baği Bahar oldivü açıldı çəmən gögçəklərin baği, Qucaqlaşdı gülü sünbül, dodağlaşdı meyü saqi. Gəl, ey saqi, qədəh vergil, bu söhbətni qənimət bil Ki, bəllüdür nə qalubdur bu fani ömürdən baqi. Nə xülqi-hüsnüdür yarəb ki, ol ayə xuda vermiş, Pəridən hüsni artuqdur, mələkdən ğalib əxlaqi. Vətəndən, ey diriğa kim, məni avvarə qıldılar, Siyəh çeşmani-Kəşmiri, güləndamani-Qıpçaqi. Ğəmin aldı qərarü səbrü aramim yenə, vəh kim, Mənim evimdə ğarətdür, görünməz eldə heç baqi. Ləbin üzrə xəti-səbzin bitəndən bərlü bağ içrə, Yürəgi təhbətəh-qandur, açılsa ğönçə ovraqi. Qızardı Kişvərinin yüzi xuni-dil bilə, leykin, Qara xalın xəyalında qarardı gözləri aqi. * * * Ənbərin zülfün ki, düşmiş ay yüzünə sayəsi Ənbərin zülfün ki, düşmiş ay yüzünə sayəsi, Bir qara yilan urur kim, gül ola həmsayəsi. Yoxdurur sərmayə sərvim ğəmindən özgə, heç, Ey ğəmü dərdin məhəbbət əhlinin sərmayəsi. Payidari-eşq-əvvəl mənzilidür aşiqün, Anda zahir bolğusudur hər kişinin mayəsi. Nə vəfa istərsən ol kafərdən, ey dil kim, ona, Bivəfalıq sütü vermiş namüsəlman dayəsi. Vay əgər bir busə versən ol ləbi-canbəxşdən, Andan özgə yox cahanda Kişvərinin vayəsi. * * * Bəs ki, xuni-dil bilə kirpiklərim qan bağladı Bəs ki, xuni-dil bilə kirpiklərim qan bağladı, Guyiya kim, hər biri bir şaxi-mərcan bağladı. Bülbülün çeşmində yol qıldı rəvan xunabə kim, Novərusi-qönçəyə kuyi-giriban bağladı. Boldus ölgün kövkəbəfşan çeşmim ay yüzün görüb Kim, qəza me’mari bu taqi-zərəfşan bağladı. Xətti-rüxsarini görgəc bağibani-baği-sün’, Tazə bir güldəstənün hər yanı reyhan bağladı. Ləblərindən cür’ə-cür’ə mey ki, damdı, toprağa, Adəm ol topraqidən sərmayeyi-can bağladı. Hicr ilən girdi səvaşə könlü uş meydanara, Tarə yanmış dağ ilə köksinə qalxan bağladı. Kişvəri ağzı xəyalilən ədəm sarı gedir, Ol müsafir tək ki, yanında nəməkdan bağladı. * * * Ötti iş andan ki, daxı dərdimə dərman qılay Ötti iş andan ki, daxı dərdimə dərman qılay, İmdi fikrim budurur kim, can sana qurban qılay. Xanüman tərkin qılıb keçdüm sərü samanidən, Getti ol kim, daxı fikri-sərü saman qılay. Gözlərüm Yə’qub tək kor olsun, ey İsanəfəs, Kim, sən olan yerdə yad Yusifi-Kən’an qılay. Mərdömi-çeşmüm ki, düşdi xaki-payından irax, Yox əcəb gər ağlamaqdan dəmbədəm tufan qılay. Dedi kim, keç yardin, ya canidin, ey Kişvəri, Yar tərki müşkül irür, gəl ki, tərki-can qılay. * * * Ey səfayi-sübhdəm, sübh visalın sədqəsi Ey səfayi-sübhdəm, sübh visalın sədqəsi, Pərtövi-şəm’i-fələk şəm’i-cəmalın sədqəsi. Gögdə mahi-no bilə, yer yüzdəki mehrablar, Vəsməlü mehrab əbruyi-hilalın sədqəsi. Sünbüli-səhrayi-naz aşüftə saçınğa fəda, Nafeyi-ahuyi-Çin çeşmi-ğəzalın sədqəsi. Qamətin, yüzün nihalidür İrəm gülzarinin, Ey İrəm gülzari, ol novrəs nihalın sədqəsi. Ləbləründən Kişvəri tək xəstəyə bir busə ver, Ya zəkati-hüsn içün, ya ömrü malın sədqəsi. * * * Ey nihali-sərv, sərvi-qamətin şərməndəsi Ey nihali-sərv, sərvi-qamətin şərməndəsi, Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi. Şum rəqib qoymaz məni tofi-behişt kuyinə, Xanda tapıldı mana yarəb, bu durux kündəsi. Təpilmiş ikən əski yarə parə-parə bağrımın, Tazə qıldı anı lə’lin dürlü-dürlü xəndəsi. Xanümanü mülkü malü simü zərni neyləsün, Hər kimin vardur sənün tək bir büti-türfəndəsi. Sizni görməyi könlüm ayü gün bilə xoşvəxt irür, Bizlərə dilxoşdurur cana, sizin vamandəsi. Xar görmə xirqeyi-sədparəmi, ey Şeyx kim, Pərdəpuşi-sirri həqdür Bayəzidin jəndəsi. Gördi ol mah təl’əti kuyinə varğac Kişvəri, Rəhnüma bəxtin gör onun tale’i-fərxəndəsi. * * * Rahətim yoxdur mənim, ol rahəti-can barğalı Rahətim yoxdur mənim, ol rahəti-can barğalı, Qalubəm bican mən, dilxəstə canan barğalı. Lalə qandur, ğönçə peykan, gül tikən, şümşad ox, Gülşəni-çeşmimdən ol sərvi-xuraman barğalı. Barğalı canan gözümdən qanın axar könlümün, Xanə xakir yandurur sövgülü mehman barğalı. Xansı yanı getti ol ahuyi-vəhşi, ey könül, Gəl ki, sora-sora bir daxı həm ol yan barğalı. Gəl ki, sənsiz Kişvərini daği-hicran öldürür, Ğörə yetməz kimsənin hiç kimsə sultan barğalı. * * * Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişi Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişi, Dilrübalar içrə səndən bivəfa yoxdur kişi. Bəxti-bəd qoymaz ki, səndən hacətim bulğay rəva Mən təki bədbəxtü hacət narəva yoxdur kişi. Xubilər bəzmidə çəngi-köhnə tək məndən betər, Rişteyi-cani pozulmuş biynəva yoxdur kişi. Sordum əhvalım təbibi-eşqidən, verdi cəvab Kim, sana ölməkdən özgə heç dəva yoxdur kişi. Həlqeyi-zülfi anun dami-bəladur, Kişvəri, Ol bəla damində səndən mübtəla yoxdur kişi. * * * Ğəriblik içrə, ey yari-kirami Ğəriblik içrə, ey yari-kirami, Məzacın necədür, xoşmi, səfami? Bəcüz badi-səba peyki eadərəm Ke, arəd əz məni-vəhşi pəyami1. Aradan keçdi ömrüm, sən vəfasız, Bizi yad etmədin, böylə rəvami? Kəsi beferest əsirani-bəla ra, Pəyami, ya səlami, ya kəlami2 Ğəmindən əkişvəri ölsə qayırma, Başına sədqə bir qarı ğulami. * * * 1 Səba küləyindən başqa bir qasidim yoxdur Ki, mən vəhşidən sənə bir xəbər gətirsin. 2 Bir adam göndər bu bəlalı əsirlər üçün Xəbər, salam və ya bir söz gətirsin. * * * Qalmışam bisəbrü saman yardin ayrılğalı Qalmışam bisəbrü saman yardin ayrılğalı, Bülbüli-xamuş mən gülzardin ayrılğalı. Natəvanü zarü bimarəm məni-səvdazadə, Ol xumarin nərgisi-bimardin ayrılğalı. Xar-xari-hicridin könlüm xəraşi ayətdür, Ğönçəyanlıq ol güli-rüxsardin ayrılğalı. Əbri-neysandur gözüm, dəryayi-xundur damənim, Sən girami gövhəri-şəhvardin ayrılğalı. Kişvəri kasinə abi-Xızrdur təlxabi-ğəm, Ol ləbi-şirin şəkkərbardin ayrılğalı. * * * Yardan ayru bolublən canü dildən mədfəri Yardan ayru bolublən canü dildən mədfəri, Öz-özümni öldürürmən kim nişə qaldım diri. Murği-ruhum balına bağlab bu cismi-zarimi, Uçuban yarə yetaydım bilsə irdim sahəri. Ğəmzəvü nazü kirişmən xansı birin söyləyim Kim, balakeş canıma hər navəki, hər biri. Çünki aldın könlümi, cövr ilə öldürmə məni Kim, bu qəlb içün bir avını öldürüb qılmaz geri. Kişvərinin şe’ri yetsəydi Nəvai ərzinə, Qurtarurdi şahi-ğazidən ana şəhr həri. * * * Bağlasan cana, kəmər qanımğa Tanrın yarıcı Bağlasan cana, kəmər qanımğa Tanrın yarıcı, Yüz mənim tək aşiqi-bidil sana yalvarıcı. Hər necə kim, bağladım dəhəndə ağzın nəqşini, Cövhəri gördüm kim, anun yox vücudi-xarici. Qalmışam vadiyi-hicranında, ey xurşidvəş, Yox irax, gecə qaranğu, kimsə yox başarıcı. Kuri çeşmi-xəvaric mən Hüseyni məzhəbəm, Hər əlifi-şe’rim ara bir mıx çeşmi-xarici. Ol kəman əbru xəndək ğəmzə birlə bigünah, Kişvərini öldürür, kimdür anı qurtarıcı. * * * Zahida, qıl rəhni-mey bu xirqeyi-salusini Zahida, qıl rəhni-mey bu xirqeyi-salusini, Badə-pala tək boyat pirahəni-namusini. Ğafil olma dövri-gərdundan ki, əyyarvəş, Qapdı Dara təxti birlə əfsəri-Kavusini. Bütpərəsti-köhnəmən, sinəmdədür nalan könül, Bu kəlisa içrə asılmış görün naqusini. Heyifdür kim, sən rəqib ilən müsahib bolğasan, Zağ ilən gördü həmdəm cilveyi-tavusini? Qalmışam könlüm evi zindan xəyaluna, bəli, Yox əcəb zindanə varmaq dutsalar casusini. Çizginür ey şəm’, könlüm başına kakil kimi, Şəm’ tək dudi durur cizgindirin fanusini. Kişvəri, qılma məni də’vət İrəm bağinə kim, Verməzəm iki cəhanə şol gülün pabusini. * * * Ey sənəm, açgil yüzündən zülfi-ənbərbarını Ey sənəm, açgil yüzündən zülfi-ənbərbarını, Qoymagil müshəf yüzinə daxı bu zünnarını. Ey sana bir yüzi dağlu bəndəyi-fərmandurur, Almışam bu babdə yüz qatilə iqrarını. Xəstəəm çeşmün kimi, ey nari-pestan dilbərin, Nola gər bir sib ilən sorasan mən bimarını. Sögmək olmaz, dögmək olmaz, tərkidür namərdlik, Bir bəladur, neyləsün kişi vəfasız yarını. Gögdən enib dutsa kuyində vətən irməz əcəb, Görsə Ruhullah anun şirin ləbü göftarını. Eşq əhlinin qanıdəndur kim, boyattı ruzigar, Vadiyi-hicranlara zağü zəğən minqarını. Ey yüzi andan cüda qaldı cigərxun Kişvəri, Tale’i-bərgəştəni gör bəxti-nahəmvarını. * * * Gözlərim qandur ləbaləb yardan ayrılğalı Gözlərim qandur ləbaləb yardan ayrılğalı, Natəvanəm ol gözü timardan ayrılğalı. Ğönçə peykandur gözümdə, gül tikən, şümşad ox, Ol xuraman sərvi-gülrüxsardan ayrılğalı. Bəs ki, içdim həsrətündən acı hicran şərbəti, Təlxi-kaməm sən şəkərgöftardan ayrılğalı. Ta ki, ayrıldım səri-kuyindən, ey ğönçə dəhən, Bülbüli-naləndəyəm gülzardan ayrılğalı. Kişvəri geymiş qara, canında odlar parlayıb, Sən saçı sünbül, yüzi gülnardan ayrılğalı. * * * Sən vəfasız yar ilən yar olmasaydım kaş ki Sən vəfasız yar ilən yar olmasaydım kaş ki; Ya ğəmü dərdin bilə alışmasaydım kaş ki. Çün səninçün şəhrara əfsanə boldum, ey pəri, Ruzi-əvvəl yüzünə baxışmasaydım kaş ki. Zülmün artdı söyləyəndən bərlü dərdi-dil sana, Həzrətündən halumi söyləşmasaydım kaş ki. Mehribanlıq ölməgü can verməgü yatmaq imiş, Bu xətərnak iş ara girişmasaydım kaş ki. * * * Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki, Qıl mana busəyi-kərəm Tanrı içün cəki-cəki. Öldürəyəm səni dedin tiğ ilə üştə gəlmişəm, Dutma bəhanə, ey sənəm, tanrı içün cəki-cəki. Xari-fəraq ilən yenə bağrumi parə qılmagil, Ey güli-rövzeyi-İrəm Tanrı içün cəki-cəki. Qalmadı tabü taqətim, gülmə rəqib yüzinə Kim, məni öldürür bu ğəm Tanrı içün cəki-cəki. Kişvəri bir atındurur boynuna tax mərəs kimi, Həlqeyi-zülf xəm-bəxəm Tanrı içün cəki-cəki. * * * Vəh ki, qıldı natəvan bir gözləri sayru məni Vəh ki, qıldı natəvan bir gözləri sayru məni, Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni. Həlqeyi-zülfündən ayru eyləyəm divanə kim, Saxlamaq mümkün dəgül zəncir ilən bağlu məni. Ey visalun eydü mən eydi-visalundan bəid, Öldürür hər ləhzə bu həsrət bilə qayğu məni. Görgəli zülf ilə xalıni giriftarəm sana, Gör ki, necə bağladılar hər iki hindu məni. Xanüman tərkin qılıb səhrayə düşdüm, Kişvəri, Qıldı avarə vətəndən bir gözi ahu məni. * * * Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi, Canim arami, könül məqsudi, bağrım parəsi. Tazə qıldım sən gedəndən bərlü dırnağım bilə, Bitmiş ikən köksüm üstə tiği-hicran yarəsi. Vəh ki, mən divanənün əhvali şərhin bilmədi, Ol pəri kim, bolmuş ansız mən cahan avarəsi. Gözlərüm hər birisi bir daği-həsrətdir mənim Kim, qırağı açılub düşməydi anın qarəsi. Ey ki, dersən qurtulum bir gün bəlayi-eşqdən, Bir bəladur bu ki, cən verməkdür anın çarəsi. Kirpigündür xarü könlün xarə, ey huri behişt, Yoxdurur baği-behiştin gərçi xarü xarəsi. Xəstəxatir Kişvəri tək necə qılsun tərki-mey, Hər kimin kim, var sənün tək bir büti-meyxarəsi. * * * Qıldı çün möhkəm qəza eşqin bilə peyvəndimi Qıldı çün möhkəm qəza eşqin bilə peyvəndimi, Şad qıl sən daxı bir dəm cani-naxərsəndəmi. Keçməzəm səndən məni pərkənd-pərkənd etsələr, Qoysalar hər bir yolun üstündə bir pərkəndəmi. Əhdü sövkəndim budur kim, yarsız qalmay diri, Ya ilahi, pozmagil bu əhd ilə peyvəndimi. Çeşmi giryan, bağrı büryan, işi əfğan ruzü şəb, İstərəm mən bir möhnətkeş itin fərzəndimi. Noldu axır, bir degil qul Kişvəri, halın nədür, Həmzəbani-mərdümi yox bulsa nani-kəndümi. * * * Umaram səndən ki, gahi sorasan əhvalımı Umaram səndən ki, gahi sorasan əhvalımı Kim, biləsən ruzigarın möhnətindən halımı. Xəttü xalın mehri oxurlar anun ünvanidin, Açsalar məhşər günündə nameyi-ə’malımı. Hüdhüdi-vadiyi-eşq irdim mən əvvəl vay kim, Şö’leyi-şövqün odu yaxdurdi pərrü balımı. Gənci-hüsnündən məni nomid qılma, zinhar Kim, sənün yolunda qıldım sərf ömrü malımı. Müşkilim budur ki, görmən hiç ağzın şəklini, Bir təbəssüm birlə həl qılsan nola əşkalımı. Ey bəsa zərbəfti-sultani ki, qıldı payimal, Xar görmə yəqqəsi yırtuq bu əski şalımı. Bildi kim, qul Kişvəri bir aşiqi-yekrəngdür, Kim ki, gördi çöhreyi-zərdü sirişki-alımı. * * * Ğəmi-eşqün məni avarə qıldı Ğəmi-eşqün məni avarə qıldı, Fəraqın yürəgümni parə qıldı. Qara bolsun mənim tək bəxti ol kim, Çəkib sürmə gözünki qarə qıldı. Mənə kim sazkar olmaz, nə çarə, Təbibi-əql əgər yüz çarə qıldı. Xətin yadi bilə bəxti-siyahim, Nəsibim giryeyi-həmvarə qıldı. Şikəstə Kişvəri bir zahid irdi, Anı bir muğbeçə meyxarə qıldı. * * * Xaçan kim, görsə ol bədxu məni-bədruzi-bədhali Xaçan kim, görsə ol bədxu məni-bədruzi-bədhali, Göz ucundan baxıb əgri imas bir zümridin xali. Bu cani-natəvanımnı əgər səndən dilər canan, Mana can bolmasun, yarəb, əgər tapşurmasam hali. Zə’ifü tirəbəxt etdi məni məşşateyi-qüdrət Ki, sel birlə həm qazdı şol yüzindəki xali. Əlində, ya ayağında gözüm görgəc irür bağrım, Müzəyyən əqdi-qolbaqi, mürəssə’ tuqi-xalxali. İrağ düşdi ləbindən dil çıxalı ənbərin xəttin, Tütün görgəc salıb qaçar aru şanındakı balı. Qələm tək qamətin şövqidə cövri-ruzigar etdi, Mənim cismi-zə’ifim tək qələm içindəki nali. * * * Kirpigin navəkləri bir pəri, bir can alıcı Kirpigin navəkləri bir pəri, bir can alıcı, Gözlərün baxışları hər biri iman alıcı. Ol qaşın ucunda düşmüş xali-mişkin, ey sənəm, Bir qara hindudurur nəştər çəkib qan alıcı. Nəqdi-can istər könül şərhində cismin neyləyim, Zalimi-xunxarədir bir mali-divan alıcı. Ləblərindən ol xəti-səbz oldu bərxordar olan, Xızrdan özgə kişi yox abi-heyvan alıcı. * * * Fəraqun odu yandırdı bəlapərvərd canimni Fəraqun odu yandırdı bəlapərvərd canimni, Gözüm seylabi yıxdırdı pozulğan xanümanimni. Qərarü səbrü canü dil ədəm yoluna düşdülər, İlahi mənzilə yektür bu azğun karvanimni. Dutarsam həlqeyi-Kə’bə düayi-hacətim budur Ki, yarəb mehriban etgil məhi-namehribanimni. Məni-bidildən, ey badi-səba, sorgil əgər görsən, O şol bikəs könül oldu ğəribi-natəvanimni. Nə bulğay gər şəbi-hicrində təlxiyi-fəraq içrə, Ləbi-lə’lini yad eylab qələm şirin dəhanimni. Gərəkməz sənsizin cana, mana bu can xuda bilür, Dəgişdim vəslinə bir dəm, həyati-cavidanimni. Dəhanından nişan istəb şikəstə Kişvəri yanlığ, İtirdi mülki-həstidən fələk namü nişamnini. * * * Yüzünə bərgi-gül bənzər sənubər olsa balası Yüzünə bərgi-gül bənzər sənubər olsa balası, Sənubər qədinə oxşar bolursa çeşmi-şəhlası. Bədəndən vəhşidür canım, uçandan bərlü mürği-dil, Bəmi, yavmaz yuvasına quşun kim, uçdu balası. Bədəxşan lə’li kimdür kim, ola həmsöhbəti anun, Dəri-guşuna kim, boldu düri-şəhvari-lalası. Məni bir cam içün saqi əgər öldürsə, razimən, Nədən kim, cövhəri-candan irür qiymətlü kalası. Həzin canıma od saldı yenə, ey ğönçeyi-dövlət, Qəbayi-səbz ilən girahənin ol alü alası. Əgərçi çox cahanda Kişvəri aşiq ovni, Cahan gögçəglərində yox anın yarından ə’lası. * * * Taki gördüm bir nəzər mən türki-kafər kişni Taki gördüm bir nəzər mən türki-kafər kişni, Görmədim yanımda əqli-məsləhət əndişni. Eşqbazi iş imas yarəb ki, işi unkumasın, Ol mənə irşad qılğın bu xətərnak işni. Oxlayub könlüm yanər eşq odu birlə vay kim, Həm kəbabi göydürür bu atəşü həm şişni. Diş baturdi tilbə könlüm ğəbğəbin almasına, Ənburə hicran çıxardı bir-bir anın dişni. Gəh-gəh aradə xudani görgil ey sultani-hüsn, Necə azar etgəsən bu Kişvəri dərvişni. * * * Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsi Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsi Kim, düşər hər yan gözümdən uş cigər pərkaləsi. Könlümün quşu uçanda, xaneyi-təndür xərab Kim, pozulmaz quş yuvası uçmayınca baləsi. Gülşəni-hüsnündə gördüm dərvişini, vay kim, Baği ömrüm içrə düşmüş əbri-afət jaləsi. Ağlaram xəttin görüb sel mocibi-baran irür, Qursi-mah ətrafidə çün kim, göründü haləsi. Canü dil birlə xiridarıdur ol ayə, vəli, Kişvərinin halına rəhm eyləməz dəllaləsi. * * * Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi, Könlümü bağrım bütün, səbrü qərarım var idi. Könlümün şəhrində sultanlar təki hökm eyləyüb, Şadman övqatimü xoş ruzigarım var idi. İtlərinlə həmdəmü vaxtin xoş irirdi ruzü şəb, Şəhr idi, mə’murü adil şəhriyarım var idi. Gərçi hər gün uçar edürdi, yüz bəlayə şad idim, Ğəm yüzini görməz idim, ğəmküsarım var idi. Bir güli-xəndan içün bülbül kimi nalan idim, Bir gecə çün və’dəbusü kəqarım var idi. Gözü nərgis, yüzü lalə, ağzi qəndü qəddi sərv, Bir neçə gündə nə xoş bağü bəharım var idi. Kop güvənmə Kişvəri kim, mö’təbərsən payın də Kim, mənim həm səncə bir gün e’tibarım var idi. * * * Hicrara könlüm sorur hər dəm ləbin əhvalını Hicrara könlüm sorur hər dəm ləbin əhvalını, Gərçi var mührəq büti əmma yalaydür balını. Gözlərin aldı qərarü səbrü aramım mənim, Ol kişi tək kim, hərami aldı anın malını. Al yanağın tökmək istər qanım, ey Leylivəşim, Necə kim, Məcnunəm, əmma bilmədim anın alını. Dağlar göydürdüm, kəsdim əliflər köksümə, Zahir etdim ziynət içün, munca xəttü xalını. Aşiqi-sabitqədəm oldur ki, İbrahim təki, Padişahlıqdan keçib geydi gədalıq şalını. Ey ki, dersən, zahida, qalxandan etməz tiri-eşq, Vay əgər görsən sən anun ğəmzeyi-qəttalını. Kişvəri tək zəhr oldu xumari qəm bilə Ol dəm ol nərgisi-bimar sormaz halını. * * * Ey saçı sünbül, yüzü lalə, gözü ahubərə Hy saçı sünbül, yüzü lalə, gözü ahubərə, Boldu sənsiz nıziganm tirevü, bəxtim qərə. Xətti səbzindir Xızır, ləli-Iəbin abi-həyat, Arizin xurşidi tabanü, dehamn pür zərə. Daneyi-xalın ile gül yüzünü gərsəm əgər, Xirməni-xurşidi bir co, baği-rizvan bir tərə. Küsdü məndən ol bəlayi-can, gedib, ey dustlar, Can verir mən sədəqə kim bu bəlayi qaytara. Zuri-zər birlə müyəsser bolsa lelin şərbəti, Bolğay idi çeşmeyi-heyvan nəsib İsgəndərə. Kişvəri şeri Nəvai şeridən əksik iməs, Bəxtinə düşsəydi bir Sultan Hüseyni Bayqara. * * * Ey xərməni-gül, gülşəni-rüxsarına qurban Ey xərməni-gül, gülşəni-rüxsarına qurban, Sərvi-çəməni, qamətü rəftarına qurban. Həm cani-girami ləbü-canbəxşinə sədqə, Həm xaki-tənim nərgisi-bimarına qurban. Didarını görsəm, keçərəm iki cahandan, Ey iki cahan, dövləti-didarına qurban. Bir söz degil, ey çeşmeyi-həyvan ki, bulurlar Xizr ilə Məsih, ləbü güftarına qurban. Ey zahidi-xudbin, nə bitər zühdü vərə'dən, Gər bulmayasan Kişvəri tək yarına qurban. * * * == Qəsidə == Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim, Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım. Behiştim, duzəxim, hurim, qüsurim, nurimü narim, Əzabım, rahətim, ruhum, mənim şəm’i-şəbistanım, Kitabım, katibim, kilkim, yazılmış nameyi-ömrüm, Dilazarım, cigərxarım, mələk surətlü insanım. Nigarım, dilbərim, yarım, vəfasız şuxi-dildarım, Xəyalım, həmdəmim, fikrim, hədisim, şe’rü divanım. Yüzi bədrim, sözi şəhdim, gözü ahu, saçı cadu, Qədi ər’ər, təni mərmər, ləbi lə’li-Bədəxşanım. Gözim, eynim, çirağım, afitabım, mərdümüm, çeşmim, Zəbanım, fikrim, idrakım, sözüm tə’bi-dürəfşanım. Baharım, tazə gülzarım, pəri peykər, güləndamım, Səmənbər tazə nəsrinim, mənim sərvi-xuramanım. Meyü bəzmim, neyü çəngim, dilü dinim, xurü xabım, Qərarü səbrim, aramım, nihani dərdə dərmanım. Məta’im, mayeyi-ömrüm, qumaşım, nəqdimü nisyəm, Əqiqim, gövhərim, kanim, bəhasız dürri-ğəltanım. Cahan içrə mana sənsən muradü məqsədü məqsud, Əzəl günində bağlanmış sənünlən əhdü peymanım. Götür bürqə’, yüzün görgəz, inayət vəqtidür, şaha, Necə bolsun itab ilə xitabın afəti-canım. Ğəmü ənduh ilən ölsəm, deməzsən, ey sənəm, xanı Ğulamım, çakərim, itim, əsirim, bəndəfərmanım. Cənabi-dövlətində Kişvəri bir quldur, sənsən, Bəgim, şahim, xudavəndim, ümidim, xosrovum, xanım. * * * == Müxəmməslər == Ey bolub eşqdə divanəvü rüsvay könül Ey bolub eşqdə divanəvü rüsvay könül, Yüzünə çirmaşib ol zülfi-səmənsay könül, Necə mundaq gəzəmən bisərü bipay könül, Xabi-qəflətdən oyan, hay könül, hay könül, Könül, ey vay könül, vay könül, ey vay könül. Dər səri-zülfi-to piçide sərapayi deləm, Xali əz sirri-ğəmət nist sovday-deləm, Nist sər-həlqeyi-geysuyi-to mə’vayi deləm, Gər to zin gune koni porseşo pərvayi deləm, Deləm, ey vay deləm, va deləm, ey vay deləm1. Necə ey tilbə könül bisərü saman bolasan, Dəmbədəm ləblərini yad eyləyib qan bolasan, Muyi-julide vu lağər-təni-üryan bolasan, Şəhrdən qaçubəni quli-biyaban bolasan, Könül, ey vay könül, vay könül, ey vay könül. Sədrəh əz hecre-toəm soxt sipehri-zərraq, Bər nəyayəd ze məne-suxtedel-buye-həraq, Arizuməndəmo, oftadetəno del moştaq, Əgər inəst ğəme hicro qəribiyyo fəraq, Deləm, ey vay deləm, va deləm, ey vay deləm2. Ləblərin şövqidən ey lə’li-ləbin can parəsi, Könül od etmədürür lə’li-Bədəxşan parəsi, Köksüm içrə asılıb adı könül qan parəsi, Könül ad etmə ki, bir suxte büryan parəsi, Könül, ey vay könül, vay könül, ey vay könül. Ta codayəm ze to, ey sərve-qədd-qolruxsar, Darəm əndər cegər pare şode xara-xar, Ruzo şəb bər səre an ku məne bisəbro qərar, Sine mikubəmo mikeoyəmo miquyəm zar, Deləm, ey vay deləm, va deləm, ey vay deləm3. Köksüm üstündə əgər göydürə ol müğbəqədağ, Bir ziyarətgah irür köksümü ol dağa-çirağ, Çeşmi səyyaddür ol tiflininü arizi bağ, Könlümün quşudurur zağü iki zülfü do zağ, Könül, ey vay könül, vay könül, ey vay könül. Baz cu ke, gəhi ey torke-sitəmkarəye-mən, Ke çe şod hale-dele-aşiqe-biçaraye-mən, Rənce fərma qədəmi əz peye-nəzzareye-mən, Tabebini cegəre rişo-dele-pareye-mən, Deləm, ey vay deləm, va deləm, ey vay deləm4. İstərəm könümü hər yan dəlü yanlıq yügürüb, Bu səlamət əyaği səngi-məlamətcə urub, Dögərəm daş ilə köksümcə könülnü itirüb, Buldum oyatlığ o şol tilbə sorağını sorub, Könül, ey vay könül, vay könül, ey vay könül. Ey məra bito, nə pərvayi-qolo nə qəme mol, Mol mənə xune-delo xari-nəzər laləvo qol, Tovqe-del gəşte məra selseleye-an kakol, Könül, ey vay könül, vay könül, ey vay könül. Deləm, ey vay deləm, va deləm, ey vay deləm5. * * * 1 Qəlbim sənin zülfünün qıvrımları arasındadır, Sənin qəminin sirrindən başqa qəlbimdə bir xal yoxdur; Sənin saçının halqası mənim qəlbimə məskən deyil, Əgər sən mənim qəlbimə belə münasibət bəsləyirsənsə, Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 2 Yüz yol sənin hicranın göyləri yandırdı. Mən qəlbi yanmışdan, qovrulmuş iy də hiss olunmur; Arzu içində, canım gücdən düşmüşsə də yenə könül öz sevgisini unutmur. Əgər hicran qəmi bu qürbət və ayrılıq belə isə Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 3 Ey gül üzlü, sərv qədli, səndən ayrı olduqca Parçalanmış cigərimdə yaralar qövr edir; Gecə-gündüz mən səbirsiz və fikirliyəm, Sinəm dağlanar, ağlayaram və təkrar deyərəm: Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 4 Ey sitəm edən cəfakar gözəl, məni axtar Və bilməyə çalış ki, bu biçarə aşiqinin halı necədir. Məni görmək üçün heç olmasa mənə tərəf bir qədəm at, Ta mənim ciyərimin yarasını və qəlbimin parçalandığını görəsən; Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 5 Sənsiz mənə nə gül, nə şərab lazımdır; Şərab mənə ürək qanı, lalə və gül tikandır, Sənin kakilinin zənciri qəlbimin boynuna sarılmışdır; Könül, ey vay könül, vay könül, ey vay könül, Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə! * * * Gözlərim yüzün görüb xurşidi-taban istəməz Gözlərim yüzün görüb xurşidi-taban istəməz, Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz. Tilbə könlüm səndən ayru səbrü saman istəməz, Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz, Kimdürür aləmdə kim, ol rahəti-can istəməz. Səndən ayru qalğalı boldum nədim hər nedəm, Gözlərim qani mədadü kiprigim boldu qələm, Həmdəmim ahü fəqanü munisim həm dərdü ğəm, Qalmışam beytül-həzəndə, ey güli-baği-İrəm, Gəl ki, sənsiz xatirim gəşti-gülistan istəməz. Hasili-ömrümdən üştə bir nəfəs qaldıvü bəs, Ləblərindən ver mana can, ey büti-İsanəfəs, Səndən özgə yoxdurur imdi mana fəryadirəs, Eşigində hər kimsə oldu gədalıq dəstirəs, Taci-Afridun bilə, təxti-Süleyman istəməz. Ey Məsih-ənfasi-dilbərü ey mələksima həbib, Kim ki, bimarundurur bilməz anın dərdin təbib, Baği-cənnətdür cəmalın, ləblərindür əndəlib, Cami-lə’lin cür’əsindən hər kimə bodu nəsib, Hövzi-kövsər suyin içməz, abi-heyvan istəməz. Ol büti-əbrukəman kim, oxun atar hər tərəf, Aşiq irməz kim, anun oxuna qılmaz can hədəf, Dalmayınca bəhrə tapmaz daneyi-gövhər sədəf, Vasil olmaz Kə’beyi-məqsudə ömridür tələf, Rahiro kim-zəhməti-xari-muğilan istəməz. Ey sərasər şivəvü nazü itabü dilbəri, Adəm övladı degülsən, sən mələksən, ya pəri? Eşqbazi müşkül işdür, dutma anı sərsəri, Küfr istər kafərü iman müsəlman Kişvəri, Bütpərəst köhnədür, küfr ilə iman istəməz. * * * Yenə boldum məni-divanə rüsvay Yenə boldum məni-divanə rüsvay, Göyüb eşq atəşi birlə sərapay. Könülni verdim ol səngin dilə, vay Ki, heç qılmaz ğəriblər sarı pərvay, Məni bu qayğu öldürdü, mədəd hay! Müsəlmanlar, giriftarəm, nə çarə, Bəlayi-eşqə düşdüm, varə-varə. Gözüm giryanü bağrım parə-parə, Yetürməz halimi heç kimsə yarə, Məni bu qayğu öldürdü, mədəd hay! Səni ta gördüm, ey şümşad qamət, Yetən atar mana səngi-məlamət, Qalıb ağzımda əngüşti-nədamət, Xanı əqlü xanı səbrü səlamət? Məni bu qayğu öldürdü, mədəd hay! Məni avarə qıldı xanümandan, Çe cayi-xanuman, canü-cahandan, Nələr çəkdüm mən ol namehribandan, Bir ağız sormadı mən natəvandan, Məni bu qayğu öldürdü, mədəd hay! Sənünlən istərəm bir aşinalıq Kim, irür aşinalıq, rövşənalıq, Vüsalındır mana yüz padişahlıq, Nə müşkül hal irür səndən cüdalıq, Məni bu qayğu öldürdü, mədəd hay! İməsmən aşiqi-bisyari-tale’, Bulubmən bir quru didarə qane’, Ana daxi olurlar xəlq mane’, Zəhi bəxti-bədü varunə tale’, Məni bu qayğu öldürdü, mədəd hay! Necə dedim duayi-şahi-adil Ki, ömri vafir olsun, əqli kamil, Sənə cüz’ dərdi-dil bolmadı hasil, Diriğa, boldo sə’yim cümlə batil, Məni bu qayğu öldürdü, mədəd hay! Qələndər Kişvəridür bir süxəndan, Süxənguyadur üştə guyü meydan, Anun hər beytidür bir dürri-ğəltan, Qulağ asmaz ana Yəqubi-Sultan, Məni bu qayğu öldürdü, mədəd hay! * * * Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər, Namə tək bağlandı bağrım, qəbğər oxun tez çəkər. Firqətindən gözlərim xunabeyi-həsrət tökər, Ləblərindən ayru hər dəm tilbə könlüm qan yudər, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Səbru huşum hər biri, bir yanü mən bir yan qalıb, Surəti-divar tək öz halıma heyran qalıb, Sakini-beytül-həzən tək gözlərim giryan qalıb, Gözlərim giryanü dil büryanü tən üryan qalıb, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Səbrü aramü xirədməndən cüdadır, səsizin, Rüzigarım tirəvü bəxtim qəradır sənsizin; Natəvan canımğə hər dəm yüz bəladır sənsizin, Ol bəlalar içrə könlüm mübtəladır sənsizin, Dirligim dirlik degil, tək bir qəra gündür keçər. Ey boyun sərvü yüzün firdovsi-bağın gülbəni, Əhsəni-təqvimdir Adəmsən adəm əhsəni, Ruzigari-namülayim səndən ayurdu məni, Ta kim, ayurdu məni-bixanü peymandan səni, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Aşiqü rüsva məni-bixanü peyman yarsız, Əşkü ahımdan irür gülbəm dərü divarsız, Yuddugum qan, içdiyim təlxab, qəm qəmxarsız, Qanlı çeşmim, bağlı baxtım, dağlı bağrım yarsız, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Məskənim meyxanədir, hər dəm bolub ovbaş ilə, Neyləyim heç kimsə yar olmaz məni-ğəllaş ilə, Ağlamaqdan damənim doldu ləbaləb yaş ilə, Gecə-gündüz köksümə hər yan dögərmən daş ilə, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Vəh ki, öldürdü məni hər ləhzə-ləhzə ağlamaq, Bolmadı mümkün mənə bu ağlamağnı saxlamaq, Laləyanlıq dağlu bağrım parə-parə, dağ-dağ, Sənsizin, ey arizin şəm’i məni çeşmü çirağ, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Ey cəmalından münəvvərafitab-xavəri, Bürci surət afitabi, dürci-mə’ni gövhəri, Xani-mülk Sultan Mühəmməd gövhəri-Bayənduri, Payi-busindən irağ, mən binəva qul Kişvəri, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. * * * Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi, Yüz vereydi Xızrə abi-zindəgani bir dəxi, Yarlıq qılsaydı feyzi-asimani bir dəxi Kim, göreydim şol məhi-namehribani bir dəxi. Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi. Gözlərüm gər bir gecə olsaydı xabi-vəsl ilə, Pərvəriş tapsaydı nəxli-ömrüm abi-vəsl ilə, Könlüm olsaydı münəvvər afitabi-vəsl ilə, Bu sarığ yüzüm qızarsaydı şərabi-vəsl ilə, Qılsam irdi lə’lgun bu kəhrəbanı bir dəxi. Daği-eşqini qoyub mən sineyi-əfkarara, Gənci əndaq kim, qoyarlar el pozuq divarara, Arizin nəqşi qalubdur dideyi-xunbarara, Olamı, ey qönçeyi-xəndan ki, bu gülzarara, Lalə tək köynək qəbayi-ərğəvanı bir dəxi. Ey cəmalın pərtövi, xurşidi-aləmtab tək, Qəmzən oxundan axar qan xəncəri-qəssab tək, Yaş tökərlər gözlərim hər guşədə dulab tək, Bu ümid ilən bolubdur qamətim qüllab tək Kim, kəmər tək qucqay ol nazik miyanı bir dəxi. Xızri-fərruxpey xanı kim bolsə irdi rəhbərim, Məşriqi-iqbalidən bolğay tülu’i-əxtərim, Həsrətindən necə xundil suzi çeşmi-tərim, Giryədən kor olmasaydı görməyincə gözlərim, Başun üzrə sayeyi-taci-Kəyanı bir dəxi. Səfheyi-dövlət döşənsə yüz tuman zivər bilə, Məclisi-işrət qurulsa lə’lgun sağər bilə, Pərdeyi-izzət asılsə türlü simü zər bilə, Hicleyi-həşmət həman bağlansa ziynətlər bilə, Cilvəgər bulğay ərusi-kamiranı bir dəxi. Tale’i-bərgəştə bir dəxi qılaydı sərvəri, Kim, cila tapsaydı şol ayineyi-İskəndəri, Şö’lə çəksəydi çirağı tudeyi-Bayənduri, Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri Kim, görünsə rayəti-Yəqubi-xanı bir dəxi. Vəh ki, həddən aşdı ol nazik nəhalın nazişi, Gərçi yeksandır mənə andan xoşivü naxoşi, Gözlərimdən görmədim xuni-dilinun axışi, Ol pərivəşnin mənə yoxdur inayət baxışi, Ya mənüm şum taleimdir, ya fələknin gərdişi. Ol Məsihi-ənfas heç verməzmən bimarnı, Böyləmolur dostluq mundaq görərlər yarnı, İstərəm yarə qılam dərdi-dilim izharını, Vardıram kuyinəvü görmənanın ruxsarını, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Necə təqribsiz kuyinə hər dəm varəyim Kim, nə demiş yar yarəb, xəlq dilin arəyim, Eşigində xar olub xəlqə necə yalvarəyim, Kimsə deməz bu fəqiri qayğudən qurtarəyim, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Bir gecə yox könlümün kim, naleyi-şəbgiri yox, Gərçi ol namehribanə zərrəcə tə’siri yox, Əbri-ehsanı anun heç kimsəyə təqsiri yox, Hər necə dedim ona, dərdi-dilim tədbiri yox, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Xosrovi kim hökmi-fərmanında gərdun rəxşidir, Lütfü ehsanı firavan, hüsni-xülqi yəxşidir, Gərçi daim peşəsi xurşid tək zərbəxşidir, Heç buyurmaz kim, bu dəxi Kişvərinin bəxşidir, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. * * * Bir cəfapişə məhi-afaqgərdim var mənim Bir cəfapişə məhi-afaqgərdim var mənim Kim, ğəmindən sağarıb rüxsari-zərdim var mənim, Nə qərarü səbrü, nə xabu nə xordim var mənim, Bir dəme-atəşfişanü ahi-sərdim var mənim. Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Gözlərim qanluvü bağrım dağluvü bəxtim nigun, Asiman dunpərvərü əxtər xəsisü dəhr dun, Yar bimehrü fələk namehriban, tale zəbun, Nə dilü nə dinü nə daniş nə səbrü nə sükun, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Dərdimə bir çarə tapmazmən zəhi biçarəlik, Yardən nə yarlıq, nə özgədən qəmxarəlik, Ustadidən irağ dutum rəhi-avarəlik, Vermədim can yüzünü görgəc zəhi yüz qarəlik, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Gah mənzil kuhi-qəm, gahi biyabandır mənə, Lalə tək bağrımda yüz min daği-pünhandır mənə, Atəşi-ahi-dilim şəm’i-şəbistandır mənə, Bəstəri-rahət haman xari-muğilandır mənə, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Qıldı tiği-hicr ilə mən piri-bikəsni həlak, Əşkü ahım dutdi yeri, gögi səməkdən ta səmak, Zari cismimdür bəlapərvərdü canım dərdinak, Gözlərim nəmnakü dil qəmnakü bağrım çak-çak, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Vay yüz min vay kim, ol yar məndən ayrılır, Gər nəfəs çəksəm dəmi-gərmimdən odlar çağılır, Göz yummaz bolsəm cahanda seyli-əşkim yayılır, Başıma hər yan məlamət daşı yəğmur tək gəlir, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Titrərəm yapraq tək şol sərvi-çabükxizdən Kim, tökər qanımnı hər dəm qəmzeyi-xunrizdən, Kişvəridir təlxkam ol lə’li-şurəngizdən, Nə qonar könlüm quşuvü nə uçar Təbrizdən, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Bir xərab olmuş evim var qış günündə badgir, Nə dərü nə bamü nə divarü nə balavü zir, Nə tənurü nə büxari, nə hisarü nə həsir, Sübhü şamümdür mənim “yovmən əbusən ğəmtərir”, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. * * * Boy çəkdi o şol sərvi-dilaray mənimçün Boy çəkdi o şol sərvi-dilaray mənimçün, Açdı yüzünü ol güli-rənay mənimçün, Gör kim, nə bəla boldu sərapay mənimçün, Mundaq ki, bəzəndi bu ol ay mənimçün, Bağrım qanına qanasıyam, vay mənimçün. Gərçi qılıram lalə təki dağını pünhan, Bağrım göyarü... iki gözümdən axıdır qan, Küldən qılıbəm cismümə puşiş məni-üryan, Köksümğə büküb, yüzünə baxıb, çəkib əfğan, Həsrət odunə yanəsiyəm, vay mənimçün. Mürği ki, qapar qut Məsiha nəfəsindən, Fariğdürür ol dami-təəllüq məgəsindən, Könlüm quşu kim, uçdu səlamət qəfəsindən, Mən bəxti qarə həlqeyi-zülfün həvəsindən, Qəm quşlarının danəsiyəm, vay mənimçün. Hicrində sənin ey gözü nərgis, dəhəni mim, Bağlandı yüzüm üstidə, bağrım qanı nim-nim, Necə ki, bolub, mən qəmi-hicranına təslim, Sənsiz neçə kün kim, diri qaldım bilirəm kim, Yüzün görüb utanəsiyəm, vay mənimçün. Hər kim ki, iməs bir pərirüxsarəyə mail, Ovqatı irur zayevü ömrü varı batil, Can vermədim ol mahdan ayru məni-qafil, Gər ömr budur kim, keçədür yarsız, ey dil, Bu ömürdən usanəsiyəm, vay mənimçün. Pozdu qəmi-hicran tərəbü eyş əsasın, Şadəm məni-dərviş geyib fəqr pəlasın, Gahi çəkərəm nazinü gəh cövri-cəfasın, Muncə ki, çəkərmən ğəmi-ənduh bəlasın, Bilmən muni kayanəsiyəm, vay mənimçün. Ol qəddi sənubər, saçı sünbül, yüzü Leyli, Kim, can verədürlər ana hər guşədə xeyli, Qul Kişvərini öldürədür qaşların meyli, Min dağı qılıb mən dilü can ana tüfeyli, Məcnun təki divanəsiyəm, vay mənimçün. * * * == Təxmislər == Ey gözəllər padişahi, ta gəda boldum sana Ey gözəllər padişahi, ta gəda boldum sana, Can sana qurban bolub, mən həm fəda boldum sana, Daməni-eşqini dutub, xaki-pa boldum sana, “Görgali hüsnünü zarü mübtəla boldum sana, Nə bəlalığ gün idi kim, aşina boldum sana”. Sən həm ol namehriban aşiq koşi-xunxarə bol, Tiği-hicrindən mənim canım gərək yüz parə bol, Carəkarın bolunmaz, neylayim, biçarə bol, “Ey könül, tərki-nəsihət eyladim, avarə bol. Yüz bəla yetməz ki, mən həm bir bəla boldum sana”. Qibləgahim, taği-əbruyi-həbibimdür müdam, Səcdə qılğac altıda kölgəm rəqibimdür müdam. Ğəbğəbü sibim xəyalı, sibu narimdür müdam, “Cami-Cəm birlə Xızr suyu nəsibimdür müdam. Saqiya, ta tərki-cah eylab gəda boldum sana”. Al yanağın görsədüb könlümni alıb saxladın, Rişteyi-canum yüzüb hicr ilə ağrım bağladın. Mən vəfavü mehr, sən cövrü cəfadən soyladın, “Mən qaçan dedin fəda qılğıl, mana cövr eyladın, Sən qaçan dedin fəda bolğıl mana, boldum sana”. Ey ləbin abi-həyatü gözlərin cadusifət, Ğəbğəbin baği-cəmalın içrə dəstənbusifət, Mən ki, yüzlandım bəla səhrasına ahusifət, “Qay pəri peykarə dersən tilbə boldun busifət, Ey pəri peykər, nə qılsan qıl mana, boldum sana”. Hər necə kim, istadım bu nilgun ovraqara, Kişvəri tək tapmadım bir namurad üşşaqara. Ney təki nalan bolub gəzdüm xamu afaqara, “Ğüssə cəngidən Nəvayi, tapmadım üşşaqara Ta Nəvayi tək əsirü binəva boldum sana”. * * * Ol kim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar Ol kim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar, Xali-mişkin birlə xətti-səbzü rəngi-alı bar. Sanasan kim, ləbləri içində qat-qat balı bar, “Barca xublərinin qəddü rüxsarü xəttü xalı bar, Leyk ol kim, bizni bihal eylər özgə haı bar”. Ey ğübari-xaki-payin gözlərimğə tutiya, Boldu sənsiz məskənim gülxən, libasım buriya, Gözlərimdən sim axar çun garigahi-kimiya. “Yüzüm altun kimidir, bu vəchdin kim, haliya, Simbərlər o kişinündür kim, anın malı bar”. Sənsizin tarikidür, ey şəm’i-çeşmi rövşənim; Parə-parə hicr əlindən sərbəsər pirahənim. Kimsə deməz qulluğunda şəhri-əhvalım mənim, “Girgəli könlümara navəklərin bolmuş tənim, Ol qələm tək kim, anın içində toz-turnalı bar”. Ey əlif tək rast qəddin şəkli xətti-müstəqim, Ay bilə yüzün bir almadur ki, qılmışlar do nim, Gülşəni-hüsnün ara təhrik edib badi-nəsim, “Sünbülün düşsə ayağın altına, bi eyb kim, Gül bilə xurşidinin üstidə lamü dalı bar”. Ol ki, sün’ilən fələk fanusini cizgindürür. Kimə eyşü rahətü kimə qəmü ğüssə verür, Əslidən vaqif olan bu nüktənin sirrin bilür, “Gövhəri-məqsud çün vabəsteyi-tofiq irür, Desə almay kim, anın sə’yü munun ehmalı bar”. İstərəm gəşti-çəmən ol laleyi-xəndan bilə, Ğönçə tək bir dəm məgər bu qanlu könlüm açilə, Mən ki, adət eylayübdurmən meyü mə’şuq ilə, “Ol səbəbdən zahida məşğul iməzmən zöhd ilə Kim, könülnün mütribü mey bilə köb işğalı bar”. Ol keyik gözlü ki, ceyran tək qaçar mən vəhşidən, Tiflyanlığdur ki, hiç bilmay yamanı yəxşidən. Kişvəridür təngidil nisbət dəhanı nəqşidən, “Ey Nəvayi, tapmısan kami-ləbi-canbəxşidən, Sənün içün bolsun, anun ğəmzeyi-qəttalı bar”. * * * Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur, Abi-heyvan çeşməsi çahi-zənəxdanındadur, Şaxi-Tuba şivəsi sərvi-xuramanındadur, “Şol pəri-peykər ki, dil zülfi-pərişanındadur, Ayəti-hüsnü məlahət şol pəri şanındadur”. Şəkkərin şirinligi vü badənin keyfiyyəti, Ğönçənin xəndanlığı, yaquti-nabın qiyməti, Xızrın ənfası bilə, abi-həyatın şərbəti, “Səlsəbilin lütfivü heyvan suyunun ləzzəti, Kövsərin mahiyyəti lə’li-dürəfşanındadur”. Ey mənim giryan gözüm basan əyağın birlə sən, Kiprigimdə batmasun nazik əyağına tikən, Piri-Kən’anəm mənü sən Yusifi gülpirəhən “Ənbərin xalın ləbi-lə’lində, ey ğönçə dəhən, Daği-həsrətdür ki, mən dilxəstənin canındadur”. Verdi baği-hüsn içində qüdrəti-pərvərdigar, Ol nihali-tazəyə nazü girişmə, bərgü bar, Qaməti sərvi-behişti, arizi xürrəm bəhar, “Gövhəri eylər xəcil, yaquti eylər şərmsar, Bu lətafət kim, anun ləb birlə dəndanındadur”. Necə kim, mə’şuqidən aşiq bəlavü ğəm çəkər, Çarəsi təslimdür, hökmi-qəzadən kim qaçər? Çün bilür kim, aqibət başı bu meydanda gedər, “Zülfünün çovkanına başına top etmək dilər, Hər kim ol çabüksəvarun eşqi meydanındadur”. Xəlq deyər kim, aşiq olur həşr güni rusiyah, Gər günəh aşiqlik isə, kimsəyə irməz günah, Şükr kim, məhrum qoymaz heç kim lütfi-ilah, “Cənnətə girməzdilər kafər ol zülfi-siyah, Bəs nə yüzlən məskəni hüsnün gülüstanındadur”. Yek cəhət görgil sənünlən Kişvəriyyi-xəstənin, Bənzər idi ağzına, beynin çıxardı püstənin, Aşiqi-zarındurur çun sən yüzi güldəstənin, “Hey deyəydin türrənə, ey kim, Nizami-xəstənin, Canını zülm ilə alıb, qəsdi imanındadur”. * * * Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən, Şadidir könli, nə ğəm, ana məni-naşadidən. Eşqi yıxdı səbrü huşim evini bünyadidən, Ey könül mürği, nə rəhm umarsan ol səyyadidən Kim, səfası var anun damındakı fəryadidən. Dedim ey məh, xaneyi-əqlimni viran eyləmə, Gözlərün sürmələyüb, zülfin pərişan eyləmə, Dedi kim, bəxtin qaradur, mana böhtan eyləmə, Çünki təqdirindür iş, əxtərdən əfğan eyləmə, Hökmi-sultandur siyasət, ağlama cəlladidən. “Kaf”ü “nun” əxtərlərinə olmayıb dövri-qəran Kim səri-kuyində qılmışdur məni xaki-məkan, Mülki-həstidən hənuz nə idivü nə nişan, Könlümün lövhində oxurdum əlif qəddin rəvan, Mən daxi bir doğru hərf ögrənmədim ustadidən. Qaldı bağrım parəsi kipriklərimdən asilə, Yoxdurur bir meşribani kim, gözüm yaşin silə, Səndən özgə ülfətim yox hiç cinnü ins ilə, Sür qapundan tək məni, bir görmə hər nacins ilə, Min gəz ölmək yeg cahandə bir yaramaz adidən. Baği-cənnət meyvəsidür ol turunci-ğəbğəbi, Abi-heyvan çeşməsi-ağzı məsihadur ləbi. Ey qulağından asılmışdur hidayət kövkəbi, Aşina cəm’in səbəbsiz dağıdıb zülfin şəbi, Uyma hər biganəyə kim, xeyir gəlməz yadidən. Yoxdurur dəhrin vəfası, məndən eşit gerçəgin, Növbəhari-ömrə həm badi-xəzanidür yaxin. Olmagil, ey ğönçə, hər xarü xəs ilə müqtərin, Damənin çək xar əlindən, ey gül, ahimdən saqin Kim, həzaran cübbeyi-gül çak olubdur badidən. Kişvərinin könlü gər bolduysə ğəm yeri nə ğəm, Həmdəmidür naləvü həmsöhbətidir yenə ğəm. Ölsə yüz Fərhad yox bir zərrəcə Şirinə ğəm, Xanda bilsün ol ki, Əhməd bilməsin tanrinə ğəm, Şir uman su yerinə şuri-dili-Fərhadidən. * * * Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun, Xəttü lə’lin bolsa Xızrü abi-heyvan bolmasun. Səndən ayri xanımanü səbrü saman bolmasun, “Sənsizin, ey ömr, bir saət mana can bolmasun, Sən bolub bəs rovzeyi-firdovsü rizvan bolmasun”. Ey lətafət mə’dəni sər ta qədəm pirahənün, Sən məlahət xirmənisən ver zəkati-xirmənün, Mən ki, ğərqəm lalə tək qan içrə hicrindən sənün, “Deb imişsən göydür, ey bir, dağ ilə könlü anun, Hər neçük dağ olsa bolsun, daği-hicran bolmasun”. Vəh ki, saldı dərbədər ol bivəfa dilbər məni, Qıldı rüsvayi-cahan ol səngidil axər məni, Bilməzəm yarəb, müsəlmandəndürür, ya ərməni, “Qaşiğə qılğay sücud öldürdi ol kafər məni, Hiç müsəlman yari yarəb, namüsəlman bolmasun”. Ey səba, andın qorun kim, qur deyə şaxi-əməl, Degil ol sərvi-rəvanə halimi tapsın məhəl, Mən ki, boldum hicridən rüsvayilıq birlə məsəl, “Eşqidə canım üqubətlər bilə al, ey əcəl, Ta anun aşiqliği hiç kimgə asan bolmasun”. Vəh ki, sərxoş atlanıbdur bir səvari bədməciz, Ğəmzəsi xunriz, özü novxiz, əlində tiği-tiz, Dutdu əqlü səbrü huşim hər biri rahi-goriz, “Ey könül məsti çıxıb şəhr içrə salmış rəstxiz, Bir xəbər dut kim, bizim bibak nadan bolmasun”. Ol ki, qanımdan qılur hər dəm hənayi-barmağın, Vermədi hərgiz mana əl kim, öpəydim əyağın, Binəvadur Kişvəri, dedim anı bir qul sağın, “Dedi ki, can ver daxi öpgil əyağım toprağın, Ey Nəvayi, tezrək bol kim, peşiman bolmasun”. * * * Ey vay kim, can verdimü bir yari-cani tapmadım Ey vay kim, can verdimü bir yari-cani tapmadım, Sərv boylu bir güli-ğönçədəhanı tapmadım, Pir boldum hicrdən bir novcəvanı tapmadım, “Mehri kop görkəzdüm, əmma mehribani tapmadım, Can bəsi qıldım fəda arami-canı tapmadım”. Eşqdən divanə boldum bir nigari görmədim, Şəhridən əvarə boldum şəhryarı görmədim. Can verib həsrət bilə yaru-diyarı görmədim, “Ğəm bilə canımğə yetdim ğəmküsarı görmədim, Hicr ilə dilxəstə boldum dilsitanı tapmadım. Yar çıxdı pərdeyi-işrətdənuş damənkəşan, Ləbləri xəndanü könlü şadü çeşmi sərxoşan, Kiprigim boldu cigər pərkaləsindən xunfəşan, “Eşq yüz minin məlamət oxuqə boldum nişan, Bir kəman əbru ləbindən bir nişanı tapmadım”. Həsrətindən ey gül, ağzım ğönçəyanlığ oldlu qan, Lalə tək bağrımda qaldı yüz tümən daği-nihan, Gözlərim suyi bilə əkdim yüzündə zə’fəran, “Könlüm içrə sirrvaqdur ğönçə peykan, gül tikan, Dəhr bağı içrə mundaq gülsitanı tapmadım”. Necə kim, qıldı nəsihət nasehi dindirmədim, Öl dedinsə öldüm, hiç sözüngi sındırmadım, İmdi danırsan ki, mən heç kimsəni öldürmədim, “Hüsn mülki içrə sən tək şahi-zalim görmədim, Eşq kuyində özüm tək natəvanı tapmadım”. Ğüsseyi-dil söyləyim, ya çeşmi-pürxun qissəsin, Tale’imnün şumluğu, ya bəxti varun qissəsin, Kimsə bilməz hicridə mən zari-Məcnun qissəsin, “Kop oxudum Vamiqü Fərhadü Məcnun qissəsin, Öz işimdən bül-əcəbrəq dasitanı tapmadım”. Məndən ayru qalğalı ol Yusifi-gülpirəhən, Kişvəri tək bolmuşam bir sakini-beytülhəzən, Gərçi əskük olmadı andan mana türlü süxən, “Ol aman içində bolsun, ey Nəvayi, gərçi mən, Bir zaman eşqində möhnətdən əmanı tapmadım”. * * * Ta fələksən mahdan ayru məni-gümrahını Ta fələksən mahdan ayru məni-gümrahını, Odə yaxandır yaxəm bu niligün xərgahını. Qan udub könlüm çəkər bu naleyi-cankahını, “Gögdədir hər dəm fəğanın görgasən-mahını, Də’viyi-mehrinğə danuq tarta dur mən ahını”. Ey camalın yüzidən ayineyi-məh müncəli, Ruzigarım tirə boldu səndən ayru qalğəli, Gəkçi sən sultan isən, mən bir gədayinəm bəli – “Sən təki sultani sevmək həddim irməzdür, vəli Bu bəlaliğ eşq fərq etməz gədadən şahını”. Ey dəhanın hoqqeyi-yaquti incü məxzəni, Kə’beyi-vəslin məlahət çöhrənin mə’dəni, Yaşurub şəm’i-cəmalın odə göydürlün məni, “Daneyi-xalın təmənnasında, ey gül xirməni, Rəhm qıl kim, çöhreyi-zərdim başur dərgahını”. Şəm’ baxgəc yüzünə mən yanərəm qeyrət bilə, Qalurəm bir süxteyi-pərvanə tək heyrət bilə, Gecə göndərmən yudurmən qanü sən zillət bilə, “Zülfünü yüzün fərağında tuman həsrət bilə, Heyf kim, zaye keçirdi muncə salü mahını”. Ey səhiqəd dilbərim, bolsan hər yana, Kişvərinin könlüdür, qanı bilə qurban sana. Bari çün yoxdur inayət baxışı səndən yana, “Lütfini qovmə eşikdən, ver zəkati-hüsn ana, Xanda etsün sən qəni barəndişi Allahını”. * * * Səhni-gülşən gör ki, köhnə xakdani biş imas Səhni-gülşən gör ki, köhnə xakdani biş imas, Hasili anın bahari ya xəzani biş imas. Xaki-gərdundan nəsibim nimnani biş imas, “Dəhri-sudidən təmə’ üz kim ziyani biş imas, Ömrünü tutğıl qənimət kim, zəmani biş imas”. Eyşü rahət birlə kəşti bağü bostan eylaman, Dürlü-dürlü, dəmbədəm arayişi-xan eylaman; Unudub ölməgni fikri-tağü eyvan eylaman, “Ev bina eylab əcəbdir elni mehman eylaman Ol ki, bu ev içrə beş gün mihmani biş imas”. Gər cəmalın baği bolsa baği-rizvani-cəmil, Ya Xızr tək bolsa çahın dolu abi-səlsəbil, Vər Skəndər tək cəhani qət’ qılsan mili-mil, “Qoy təvanalıq dəmin, yad et əcəl xarın ki, bil Peşşələr nişi qatında natəvani biş imas”. Neçə gün pirahəni gər alü vala qıldı gül, Getdi axər abi-ruyi başiğə qoyuldu kül. Ruzigarın işvəsinə aldanıb vermə könül, “Ey kim olmuş xəl’ətin zərbəft bari bil kim ol, Məni əhlin güldürürna zə’fərani biş imas”. Ey təcərrüddə Məsihavü, fəsahətdə Kəlim, Səltənət içrə Süleyman bilü Loğmantək həkim, Əzminə iqbal tabe, bəzminə dovlət nədim, “Mehri-tacü çərxi-təxtin bolsa qafil bolma kim, Mehri-bimehrü fələk namehribani biş imas”. Hakiməm dib xəlqini incitmə bir təqrib kim, Padişahlar xandəvü acizlərə tə’dib kim, Şah adil bolsa, dəyməz mülkinə asib kim, “Şəhğə iş el fikrini qılmaqdurur, vəh zib kim, Bir sürük toydur rüəyayə şəhşəbani biş imas”. Bavücudi-zöhdü təğva Kişvəriyi-xirqəpuş, Namü namusi qoyub boldu gədayi-meyfüruş, O Məsihiənfas dilbərini görcək badənuş, “Gör Nəvayi ustadi avarəlik, ey əhli-huş, Qəm yemək divaneyi-bixanümani biş imas”. * * * == Müstəzadlar == Ey bədri-münir, açgiz tərəfi-niqab Ey bədri-münir, açgiz tərəfi-niqab, Ruyin görəli, Kipriklərim ox şanəvü göz suyi gülab, Muyin urali. Gördüm səni bir ərbədəcu məstü xərab, Bəd məst ola dib. Hərdəm gəlürəm kuyina mən bixurü xab, Xüyün soralı. Qış gəldi geyər kim ki anın aqçəsi bar, Səncabü səmur. Səncabü səmur olmayana çarə nə bar, Bir künçi-tənur. Bir issicə ev bulğayu bir kiçkinə yar, Bir küp dolu mey. Bir şiş kabab olsavü bir nimeyi nar, Vəh-vəh nə hüzur, Heç yerdə işin önükməz əgər deməyəsən Bismillah. Ər himməti bolməzsən əgər qılmiyəsən Allah, Allah. Mümkün iməs ol ki, tabğəsən cilveyi-vəsl, Cananə bilən Qul Kişvəri tək canını ta qılmiyasan Billah, Billah. * * * Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər, Ey hüsni ğəzalə, Zülfün şəbi-zülmatü yüzün mahi-münəvvər, Xəttin anə halə. Yüzün bilə qəddin irür, ey nəxli-behişti, Sən badə içərkən, Andaq ki, gətürdi sanasan şaxi-sənubər, Bir dəsteyi-lalə. Ol səbzeyi-xəttdir ki, ləğindən içədür su, Ey çeşmeyi-heyvan Kim, Xızrdan özgə ola bilməz kişi rəhbər, Ol abi-zülalə. İqrar qılıbmən ki, sana bəndədürür mən, Uş mərdümi-didə; Rüxsareyi-zərdim vərəqinə yazadurlar, Qan birlə qəbalə. Fəryadü fəğan eylədim, ey vay ki, yetməz, Fəryadıma heç kim. Kim qəmzə bilə çehel saləmi talar, Bir çardəh salə. Təqvavü vərə’-xəlvətidən çəkdi çıxardı, Mən bəxti-qəranı; Avareyi-səhrayi-cünun eylədi axər, Bir mişki kəlalə. Qul Kişvərini istər isən qurtula bir dəm Əyyami-qəmindən. Lütf eyləgil, ey saqi, ana badeyi-əhmər, Bir dolu piyalə. * * * == Mürəbbelər == Ey nihali-qamətin sərvi-xuramanım mənim Ey nihali-qamətin sərvi-xuramanım mənim, Vey cəmalın gülşəni firdovsi-rizvanım mənim, Canuna bolsun fəda yüz natəvan canım mənim, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Naləm ucaldu yetirəm sən sərv boylu mah içün, Can veridür mən damədəm sən büti-dilxah içün. Qıl inayət, yüzünü görsət mənə Allah içün, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Başimə ey dilbəri-gülçöhreyi-şümşadi-qəd, Gəldi sənsiz ləşkəri-ğəm, bihesabü bi ədəd. Hicrin öldürdü məni səndən umarmən bir mədəd, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Xətti-səbzin gülbəni-firdovsinin yaprağıdır, Həlqeyi-zülfün məni-divanə könlüm bağıdır. Gör nə halə düşmüşəm sənsiz, mürüvvət çağıdır, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Payimal etdi məni eşqin yolunda ruzigar, Vəh ki, nə aram qaldı məndə, nə səbrü qərar. Qıl həzər bu atəşi-ahi-dilimdən zinhar, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Qılma bu dərgahidən nomid məni-biçarəni Kim, salubdur dərbədər mən bidili-avarəni, Vəh ki, oda yaxlıydım bu dili-sədparəni, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Səbzeyi-cənnət o şol xətti-mütəvvəsdir mana, Qiblə ol mehrabi-əbruyi-müqəvvəsdir mana, Bolmasın canü cəhan, sən sağ olub, bəsdir mana, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim... * * * Nə mən nalanə həmdəmdir həbibi Nə mən nalanə həmdəmdir həbibi, Nə mən bimarə müştaq bir təbibi, Nə mən məhcuri-vəslidən nəsibi, Həbibi, va həbibi, va həbibi! Ani istər gəzərmən xanə-xanə, Gözümdən yaş axıdub danə-danə, Bəsi can verdim ol namehribanə, Həbibi, va həbibi, va həbibi! Çu axər dəm bolur irdi cudalıq, Nolaydı bolmasaydı aşinalıq. Nə aşiqlik ki, yüz tuman bəlalıq, Həbibi, va həbibi, va həbibi! Mənə yoxdur ğəmindən pürgüşadi, Həzarəm daği-ğəm bərdil nəhadi, Fəvadivü fəvadivü fəvadi, Həbibi, va həbibi, va həbibi! Məni-məhcuri öldürdü fərağın, Müyəssər olsa öpsəydim əyağın, Qılaydım ərzi-şərhi-iştiyağın, Həbibi, va həbibi, va həbibi! İrağ yüzündən ey sərvi-xuraman, Xuda bilür ki, mən bisərü saman, Bu dirlikdən peşimanəm, peşiman, Həbibi, va həbibi, va həbibi! Əgər görsən səba ol bivəfanı, O şol biganeyi-naaşinanı, Degil unutməgil mən binəvanı, Həbibi, va həbibi, va həbibi! Zəhi kuyi-ğəmət sərmənzili-mən, Həmə dərdi-dil öz to hasili-mən, Dele mən, va dele mən, va dele mən, Həbibi, va həbibi, va həbibi!1 Büti darəm əcəb mərdümfəribi Ki, narəd Keşvərira dər həbibi! Çe pərva darəd öz xuni-ğəribi, Həbibi, va həbibi, va həbibi!2 * * * 1 Sənin qəmlə dolu kuyin mənim mənzilim Olsa nə yaxşı, Mənim könlümün dərmanı sənsən. Vay mənim qəlbim, vay mənim qəlbimə, Sevgilim, ey mənim sevgilim, sevgilim. 2 Adamları aldadan bir gözəlim var Ki, o Kişvərini sevmir, Onun bir qəribin ölümündən nə qorxusu var Sevgilim, ey mənim sevgilim, sevgilim. * * * == Rübailər == Biçarə məni-əsir, yarəb, yarəb Biçarə məni-əsir, yarəb, yarəb, Dərmandə mən fəqir, yarəb, yarəb. Elmü əməlim yox ki, ana təkyə qılım, Sənsən mənə dəstgir, yarəb, yarəb. * * * Qılğıl məni-gümrahə inayət, yarəb Qılğıl məni-gümrahə inayət, yarəb, Görsət mənə bir rahi-hidayət, yarəb, Vergil nəfəsi-gərm ilə ahi-səhəri, Könlümğə kim, ol qılsa sirayət, yarəb. * * * Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeyn Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeyn, Vay, sahibi-me’raci-rəsuli-səqəleyn, Sənsən kim, irür dəstü dilün zubəhreyn, Həvva bilə Adəmğə yüzün qürrətüleyn. * * * Ey şəm’i-yüzün ovci səadət günəşi Ey şəm’i-yüzün ovci səadət günəşi, Sən türki-Xətaisənü xalın həbəşi. Sən xandəvü mən xandə zəhi fikri-məhal, Mən qul həbəşivü sən çiraği-Qureyşi. * * * Eşqin vətəni cani-həzin bolsə bolur Eşqin vətəni cani-həzin bolsə bolur, Gər şahi-gədayə həmnişin bolsə bolur. Beytül-həzənimdə kim, pəri yeri iməs, Gər sən təki yari-nazənin bolsə bolur. * * * Yarü meyü novbahar, yarəb, olamı? Yarü meyü novbahar, yarəb, olamı? Budur mana ixtiyar, yarəb, olamı? Bir gün yetirə Kə’beyi məqsudə məni Bu gərdişi-ruzigar, yarəb, olamı? * * * Cismimni zəifü natəvan qıldı fəraq Cismimni zəifü natəvan qıldı fəraq, Canımnı ədəm sarı rəvan qıldı fəraq. Bolmaz desə kim, yaxşı-yaman qıldı fəraq, Yari məni rüsvayi-cahan qıldı fəraq. * * * Fikrim budurur kim, səni mehman qılabən Fikrim budurur kim, səni mehman qılabən, Bu cani-girami sana qurban qılabən, Bağrım qanidin şədabi-lə’li gətürüb, Köksüm içidə könülni büryan qılabən. * * * Hər dəm qəmi-eşqin məni ğəmgin qıladur Hər dəm qəmi-eşqin məni ğəmgin qıladur, Xunabeyi-dil çöhrəmi rəngin qıladur, Ey dil, xanı sən ki, ol sənəm imdidən, Zülm ilə sitəmpişəsi ayin qıladur. * * * Ğürbət məni zarü natəvan qıldı yenə Ğürbət məni zarü natəvan qıldı yenə, Seylabi-sirişkimni rəvan qıldı yenə, Ğəm bülbülü kim, ovci fərəh bürcündən, Könlüm qəfəsini aşiyan qıldı yenə. * * * Aləmdə məni-xəstəyə bir yar gərək Aləmdə məni-xəstəyə bir yar gərək, Həp yar nə kim, yari-vəfadar gərək. İşrət günidə çox bulunur yar, vəli Ğəm köçəricək yar ilə qəmxar gərək. * * * Cana, mənü sən bolğəli, Məhmudü Ayaz Cana, mənü sən bolğəli, Məhmudü Ayaz, Sən işvəvü naziləvü mən əhli-niyaz. Badə içəli, eyş edəli, vəsl ilə kim, Biz bolmayalı çox olasıdır qışü yaz. * * * Bir saqiyü bir sürahiyü səhni-çəmən Bir saqiyü bir sürahiyü səhni-çəmən, Bir six kəbabü bir büti-sim, zəqən, Bir mürtübü bir kitabü bir şali-kühən, Artur diləsəm bağrıma biçaq urasən. * * * Ey sərvi-qədin naz ilə pərvərdə nihal Ey sərvi-qədin naz ilə pərvərdə nihal, Xali-siyəhin nafəvü ol çeşmi-qəzal; Xurşidi-rüxün birlə irür qaşlərün Bir bədr kim, üstündə doğar iki hilal. * * * Mundaq ki, məni lə’li-ləbin qıldı xərab Mundaq ki, məni lə’li-ləbin qıldı xərab, Çeşmi-siyəhin bağladı rahi-xoruxab, Bir gün görəsən kəlisa içrə məni, Səccadəvü təsbih qılıb rəhni-şərab. * * * Çün gəlmədi hiç xətt-rəddü qəbul Çün gəlmədi hiç xətt-rəddü qəbul, Mən bəndəligin gör aradə bolma füzul, Gah ola ki, bir ahi-səhər birlə yetə Ki, bolmaya tati-çehelsalə qəbul. * * * Vəh-vəh! Necə xəstədili-fərsudə Vəh-vəh! Necə xəstədili-fərsudə, Ömrüm tələf, ovqatım ola bihudə. Çeşmimdən axutsun cigər paludə, Həsrət bilə ol lə’li-şərab aludə. * * * Qıldı səri-zülfün yenə divanə məni Qıldı səri-zülfün yenə divanə məni, Ğərq etdi yenə nafə təki qanə məni, Səhrayi-ədəm sarusuna qıldı rəvan, Ahu təki ol nərgisi-məstanə məni. * * * Ey baği-rüxün rövzeyi-rizvan, qara göz Ey baği-rüxün rövzeyi-rizvan, qara göz, Künci-dəhənin çeşmeyi-heyvan, qara göz, Ey mərdüməki-dideyi-giryan qara göz, Canım qara göz, canıma canan qara göz. * * * Hər qovm ilə qıldım bu cahan mülkünü seyr Hər qovm ilə qıldım bu cahan mülkünü seyr, Gəh maniyi-şər’ buldumü gəh maniyi-xeyr, Gör kim, nə müsəlman bolubəm axəri-kar, Mən mö’təkifi-məscidü dil, sakini-deyr. * * * Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf, Yüzünə birar xali-vəfa yoxluğu heyf. Bir xani-vüsalinğə çağır nola məni, Yox sizdə məgər qaideyi-əkrəmü zeyf. * * * Ey vay ki, qaldım yenə qürbətdə qərib Ey vay ki, qaldım yenə qürbətdə qərib, Nə yarü nə qəmxarü nə həmdəm, nə təbib. Nə halıma behbud, nə dərdimğə təbib, Nə vəslinə ümid, nə hicrinə şəkib. * * * Qürbətdə kişi istəsə mavayi-qərib Qürbətdə kişi istəsə mavayi-qərib, Bir guşeyi-viranə irür cayi-qərib. Biçarə qəribi ki, olur halətdə Başında bir ev yox ki, deyə vay qərib. * * * Yüz şükr ki, sərf eylədim əyyami-şəbab Yüz şükr ki, sərf eylədim əyyami-şəbab, Məhbubü şərab ilə məni-xanəxərab; Şirü meyü baği-İrəmü hurü qüsur, Bu cümlə sənəvü mənə, məhbubü şərab. * * * Ey sürməli çeşmin iki badami-siyah Ey sürməli çeşmin iki badami-siyah, Yüzün çəmən, hüsnü xəttin mehri-giyah. Qul Kişvəri halına nigahi-gahi, Andan elədigim deyəsən tabi-şərah. * * * == Əsərlər == Həbibiyə Nə mən nalənə həmdəmdir Həbibi, Nə mən bimara müşfiq bir təbibi. Nə mən məhcura vəslindən nəsibi Həbibi, va Həbibi, va Həbibi. Əgər görsən, səba, ol bivəfanı, O şol biganeyi-naşinanı, Degil: unutmagil mən binəvanı Həbibi, va Həbibi, va Həbibi. * * * Kitabxana.az · https://kitabxana.az/authors/kisveri İctimai mülkiyyət. Public domain. Original text only.