Koroğlu. Əsərləri Koroğlu (XVI əsr) Olsun Yoldaşlarım bu gün dava günüdür, Hazırlaşın mövlam sizə yar olsun Qeyrət əhli qızıl qana bələnsin, Qeyrətsizi qoy tapdasın xar olsun Mənəm deyən kəslər girsin meydana, At səkdirsin meydanda mərd mərdanə Utansın namərdi bəsləyən ana, İşi daim onun ah u zar olsun Həzrət Əli kimi nərələr çəkən, İgidlərin bağır öpkəsin sökən Əyri qılınc çəkən qızıl qan tökən, Əsir kimə vur əllərin var olsun Meşədən enərkən çamlı dağından, Çəkinməyək haramidən yağıdan Səflər pozan düşmənləri dağıdan, Önündəki düşməndən xəbərdar olsun İgid odur öz özünü qaynada, Dava günü meydanda baş oynada Namusu qeyrəti verməyək bada, Meydandan qaçana namus ar olsun * * * Qoç Qoç quzudan doğan quzu qoç olur, Qoçaqlardan qoçaq olur sultanım Qovğa günü qoç igidlər şad olur, Muxənnəslər naçaq olur sultanım Qoç igidlər öyüd verir özünə, Muxənnəsin özü nədir sözü nə Bir qoç igid düşmənin gözünə, Ucu almaz bıçaq olur sultanım Bir qoç igid bir ordüyə daldar, Qarı düşmən yasaqdardır soldadır Qaçar qaçar rəqibini aldadır, Qaytmamış haçaq olur sultanım Türk atının kəhərindən kökündən, Qoçaq minər yüyrək kəndən yekindən Bir qoç igid xəbər aldı bəyindən, Bədtər savaş haçaq olur sultanım Koroğlu deyir yarın qovğa qurulur, Qoç igidlər ol atı vurulur Acıqlanır üzə qalxan bürünür, Sivrə qılınc yayaq olur sultanım * * * Gəlsin Həsən paşa tutub Əvəz malımı, Göndərək türkmənlərdən xanlarım gəlsin Əvəzsiz neylərəm dünya malını, Göndərək türkmənlərdən xanlarım gəlsin İgid gərək yayım əkə, Şeşpərim ala sinəmə dökə Xeyir duaçı olam, düşrəm ökə, Göndərək türkmənlərdən xanlarım gəlsin Dava günü dəlilərim bu gündür, Sinəm üstə bu dağların dögündür Koroğlu deyir məhşər günü bu gündür, Göndərək türkmənlərdən xanlarım gəlsin * * * Günüdür Mənəm mənəm deyib dava qılanda, Ərəb atı qoç igidin günüdür At səkirdəndə nal qırılanda, Qabağında duran dayaq günüdür Yol yürürkən rast gəldiyim davada, Kəllə dəyər nişan qalar arada Qanım qiyməti də olsa əgər iradə, Çərkəs peykan xədəng oxun günüdür İki əsgər bir-birinə varanda, Aralığa quru dava salanda At yorulub yerdə yayan qalanda, Qara polad şol qılıncın günüdür Koroğlu gəl dilər savaş qurmağa, Qoçaqların muradını verməyə Kös nağara çalınır qan almağa, O şeyx oğlu şeyx Abbasın günüdür * * * Necə oldu Yeri bəyim düşdümü Kor yadına, Mən dəlini tutan günlər necə oldu Görüm indi kimlər yetər dadına, Koroğlunu tutan günlər necə oldu İki bəylər bir arada durmasın, Aşiqi ağladanlar dəxi gülməsin Bu qisasdır qiyamətə qalmasın, Mən dəlini tutan günlər necə oldu Yenə saldın məni ah u vaylara, Yoxsul olan qulluq edər baylara Qolu bağlı atdırır yerdə çaylara, Mən dəlini tutan günlər necə oldu Koroğluyam mən sözümü söylərəm, Əğyarımdan bir əhvalat dilərəm Qorxma namərd səni azad eylərəm, Koroğlunu tutan günlər necə oldu * * * Kömürlənər Mərd döyüşəndə namərd qaçar, Dağlar kömür kömürlənər Şahmərdan meydan açar, Meydan kömür kömürlənər Qoç igid özün önündə, Güllə mənzili dükəndə Qılınc qalxana dəyəndə, Qalxan kömür kömürlənər Toplar atar qalasından, Haqq saxlasın bəlasından Qoç Koroğlu naləsindən, Dağlar kömür kömürlənər * * * Gəlmişəm Çamlı beldən durub səfər eylədim, İslambolun güzərinə gəlmişəm, Ya qismət gətirib bu yerə məni, Ya əcəlin bazarına gəlmişəm Bir ah çəkdim ərşə zəminə düşdü, Ələm oxu bir-birilə ötüşdü, Namə gəlib Çamlı beldə yetişdi, Mən bir yarın iqrarına gəlmişəm Mövla ismi bil əzbərdir dilimdə, Zərrəcə qəm gəlməz mənə ölümdə, Başım ətəyimdə, qılınc biləyimdə, Görmək üçün didarına gəlmişəm Qoç igidin bu tövr olur iqrarı, Yarsız necə tutar səbr ü qərarı, Dəmirçi oğlu budur Koroğlu, Yarı, şirin dəhən güftarına gəlmişəm * * * Gördüm Qarlı dağlar aşdığın varmı, Ac qurdlarla ulaşdığın varmı, Uşaqlar acdı, xərcliyin varmı, Xocam, səni səfa gördüm Arşınımız qarğı cəda, Səni mənə yetirən Xuda, Ondakı ha deyil buda, Xocam, səni səfa gördüm Koroğlunun köçün gördük, Qırx birçəkli saçın gördük, Yanında bir laçın gördük, Xocam, səni səfa gördüm * * * Kitabxana.az · https://kitabxana.az/authors/koroglu İctimai mülkiyyət. Public domain. Original text only.