Mehdi bəy Şəqaqi. Əsərləri Mehdi bəy Şəqaqi (XVIII əsr) Mən oldum Ey ağalar, rəvamıdır bu gündə Yar üzünə həsrət qalan mən oldum, Əldən getdi tutidilli həmdəmim, Qarğu tək saralıb solan mən oldum. Hanı mənim şirinləhcə həmdəmim, Gün-bəgündən artar möhnət ü qəmim, Nuh təki girdabə qərq oldu gəmim, Xızr tək dəryayə dalan mən oldum. Fələyin əlindən gedərəm dadə, Qayğım çoxdur, dərdim həddən ziyadə, Məcnun kimi biyabanda, səhrada Leyli-Leyli deyib qalan mən oldum. Əğyar nakəs idi, mən oldum bikəs, Dal qılınclasan, başımı kəs, ha kəs, Bir zaman yar ilə etdiyim həvəs Qafil yadə düşüb gülən mən oldum. Şeyda bülbül nə'rə çəkər: ah... nə! Bundan artıq cəbr olur daha nə? Mehdiyəm, ərz edin şahlar şahınə: Əzəl doğru, sonra yalan mən oldum. * * * Rübai میان زلف کج ماوا گزین است رخت گویا قمر عقرب نشین است ز روی ماهت ای مهروی عالم سنندج رشک چرخ چارمین است * * * Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtim Bürci-nəhsə düşdü kövkəbi-bəxtim, Fələk zülmü mənə nümayan oldu, Zövrəqi-taleim bəhri-ələmdə Təlatümi-qəmdən binişan oldu. Soldu gül, pozuldu gülşəni-aləm, Şeyda bülbül nə'rə çəkər dəmadəm, Fanusi-ixfayə çünki düşdü şəm, Pərvanə gör necə sərgərdan oldu. Görünməz bağımda hanı gül, şəhab, Necə olmaz qumri yarsız dilkəbab, Məğribi-fənayə getdi aftab, Şami-tirəbəxtim nümayan oldu. Yeri, qəhbə fələk, dad əlindən, dad! Bir dəm eşq əhlin eyləmədin şad, Bir Şirindən ötrü misali-Fərhad Mehdi Bisütunda Kuhkən oldu. * * * Qəzəl: Ançe ma rəncə kəşidim آنچه ما رنجه کشیدیم عبث بود عبث در ره عشق دویدیم عبث بود عبث صد جفا در ره عشق تو کشیدیم ولی یک وفا از تو ندیدیم عبث بود عبث مهدییا رنج غم و غصهٔ درد و جانان کز پی وصل کشیدیم عبث بود عبث * * * Qəzəl: Raze mən bər xəlq əyan şod راز من بر خلق عیان شد حیف حیف اشکم از دیده روان شد حیف حیف وین چنین خم قامت رعنای من بهر آن ابرو کمان شد حیف حیف خون دل پیوسته در هجر رخش بر کنار من روان شد حیف حیف * * * Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən, Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən Bu təsnim dəhanından mütəhəyyir çeşmeyi-heyvan, Ki hərgiz eyləməz bavər çıxa zülmati-heyrətdən Xəta qıldım, dedim: yüzdə nədən xali-siyahın yox? Ki bilməzdim rəcim olmuş zəğən gülzari-cənnətdən Qəmər çün şam səmtindən inani-əzmi ətf etmiş, Bərəhnə fərq pişvazə gəlür gün Misri-rif'ətdən Ləbi-lə'li-şəkərbarın gənə qovğa salub Misrə, Nəbat öz şişəsin səngə vurub eyni-xəcalətdən Olubsan Misri-hüsnadə səriri-hüsnə sən malik, Ki yüz min Yusifi-Misri salubsan təxti-şövkətdən Həmişə Mehdi kuyində zəpa üftadə sərvindir, Əgərçi dəstgir olmuş, düşər xaki-məzəllətdən * * * Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı, Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani Müsəlsəl zülflərin çin-çin töküb ətrafi-rüxsarə, Qaşın vəlleyl, yaxşıdır yüzün vəşşəms nurani Qədin sərvi-sənubərdir, ləbin çün abi-Kövsərdir, Yüzün mahi-münəvvərdir və ya çün mehri-nurani Hərami gözlərin, billah, çıxardub dinü məzhəbdən, Salub sevdayə, ey kafir, mənim tək yüz müsəlmanı İki xali-siyəh daim ləbin gəncin məqam etmiş, Biri təsxir edər Hindi, birisi mülki-İranı Bu üç zaddır vəfa qılmaz, cahanda paydar olmaz: Biri ömr ü biri dövlət, biri həm hüsn olur fani Nüqudi-gənci-hüsnündən təlattüf eylə üşşaqə, Desünlər külli-aləmdə ki: haza Hatəmi-sani Nə tək ol dami-zülfündə bu Mehdi paybənd olmuş, Ümumən abidü tərsa olur zülfün pərişanı * * * Fərd Dedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın? Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər * * * Oldu: Məh yüzünə salmış bu mələkmənzər Məh yüzünə salmış bu mələkmənzər Müənbər zülflərin zərəfşan oldu, Eşq atəşi məni saldı ayağdan, Deməyəsən ki aşiqin biiman oldu. Nə xoş gündə səni yaratmış Allah, Ölüncə dönmənəm, vallahu billah, Əhsənül-xaliqin, təbarəkallah, Nuri-sidə xəttin nümayan oldu. Mə'şuq gərək sındırmaya əhdini, Əmn olmaz şəkərləbin şəhdini, Bu qədər incitmə fəqir Mehdini, Əgər kafir isə, müsəlman oldu. * * * Mükərrər از غمت از غمت خراب خراب دین و دل سوخته کباب کباب بر فکن بر فکن ز مهر ز مهر از رخت از رخت نقاب نقاب با منت با منت بکوی بکوی تا بکی تا بکی عتاب عتاب کرده‌ام کرده‌ام ز اشک ز اشک دست و پا دست و پا خضاب خضاب میزند میزند مدام مدام سینه‌ام سینه‌ام رباب رباب دلبرا دلبرا بیار بیار ساغر ساغر شراب شراب دمبدم دمبدم ز روی ز روی میچکد میچکد گلاب گلاب بهر او بهر او ز جان ز جان مهدییا مهدییا شتاب شتاب * * * Kitabxana.az · https://kitabxana.az/authors/mehdi-bey-seqaqi İctimai mülkiyyət. Public domain. Original text only.