Məşədi Əyyub Baki. Əsərləri Məşədi Əyyub Baki (1866–1900) == Qəzəllər == Səni Kafərdi kor mələk bilə, canə mələk səni, Sultani-hüsnsən yaradıb tanrı tək səni. Verməz yüz ayə, yüz günə kim, çərx, bir təlin, Yüz min əzizi-Misrə də keşməz fələk səni. Nə hür, nə pərisən, əzizizm, nə mahsan, Hansı dililə, söylə görüm, dindirək səni? Yar, danan səni danıb Allaha gəc edib, Xəlq içrə çünki Tanrı yaratmış məhək səni. Məhşərdə üzr istəməyə hər günahıma, Allah hüzuruna aparam mən gərək səni. Göz yaşım ilə bəsləmişəm sərv qamətin, Gözlə ki, tutmasın gözüm axıradək səni. Gər başı üstə gəlmiyəsən can verən zaman, Billahi, Baki gözləyəcək həştərək səni. * * * Viran olu könlüm evi viranə görəndə Viran olu könlüm evi viranə görəndə, Viranə virantər olu viranə görəndə. Billahi, tutub od, yanaram şəm tək axir, Hər yerdə ki, xakistəri-pərvanə görəndə. Aşüft oluram zülfi-pərişan kimi hər dəm, Könlüm kimi hər yerdə sınıq şanə görəndə. Qəmnak olu hər kim məni, ya şerimi görsə, Aqil olu divanə çü divanə görəndə. Yüz hiylə ilə zahidi-xudbinin əlində Kafər oluram səbheyi-səddanə görəndə. Yox məndə nə mey rəğbəti, nə cəzbeyi-saqi, Qan ilə dolar çün məni peymanə görəndə. Dərd əhü oturub bir neçəsi badə içəndə, Çox dərd olumuş onlara biganə görəndə. Nəvvab, Qaradaği, deyəin Növrəsə bari, Kəc fikrə ki, o düşməyə meyxanə görəndə. Baki gözü peyvəstə tökər əşki-xunalud, Hər yerdə ki, yox təxtəpuşi xanə görəndə. * * * Deyin o yara, edir aşiqin səfər, gəlsin Deyin o yara, edir aşiqin səfər, gəlsin, Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin. Ölüm yetibdi, səba, az qalıb fədası olam, Söylə ki, başımın üstə o didə tər gəlsin. Gülüzlülər nə ki, var, dövrəmə urub halə, Gözəllər içrə o yan gözüm gəzər, gəlsin. Nə Kəbə qiblə bilib döndəriblə üzümü, O taqi-qaşını, billah, üzüın görtər, gəlsin. Şəhadətin yerinə adın əzbər eyləmişəm, Təğafül eyləməsin, vəqt kim, keçər, gəlsin. Bu həsrət etməyimə olmasın deyin razı, Görüm üzünü, verim can, yenə gedər, gəlsin. Gərək məni öz əlilə bu gün məzara qoya, Şikəstə Baki Ölür, eyləyin xəbər, gəlsin. * * * Məni eşq əhlinin divanına divanə yazmışlar Məni eşq əhlinin divanına divanə yazmışlar, Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar. Könül xaki-bəladan, abi-qəmdən çün xəmir oldu, Bu viran olmuşu ol vəqtdən viranə yazmışlar. Qədim nun, taleim dun, həm sirişkim xun, özüm məhzun Görən dibaçeyi-ömrümdə, aya ta nə yazmışlar? Müsəlmanam, məni bidin edən bır türfə tərsadır, Çıxardın adəmi yoldan, bəli, bir danə yazmışlar. Dağılmış mubəmu, hər riştəsi bir nalə saz eylər, Əzəl gündən könlümü pürpiçi-tarə şanə yazmışlar. Üzündə ayeyi-mövtü həyatı görməyib guya? Qədər katibləri ol ayəni Quranə yazmışlar. Yanar, cana, vücudum, dudi əsla aşikar olmaz, Deyən şəmi-bəlaya Bakinin pərvanə yazmışlar. * * * == Növhələr == Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün, Fatimə başın açib, sinə elər çak bu gün. Düşdü atdan yerə çün padşəhi-Kərbübəla, Əmri-İlahi yetişib cümlə mülk geydi qarə, Lərzəyə düşdü, bəli, küngireyi-ərşi-Xuda, Tirə-tar oldu hava, titrədi əflak bu gün. Şiələr etdi imam əhdinə peyman, axır, Verdi yüz şövq ilə yetmiş iki qurban, axır, Bir həya eyləmədi Şümri-bədərkan, axır, Başını kəsdi susuz, eyləmədi bak, bu gün. Ya Hüseyn, hansı peyğambər belə fərman verdi? Oğlunu, qardaşını ümmətə qurban verdi? Gün qabağında, qum üstündə susuz can verdi, Ağladı halətinə pak ilə napak bu gün. Əhli-Quran eylədi hörmət əcəb Quranə, Rükni-məzbəb pozulub, rəxnə yetib imanə. Od düşüb bargəhi-dinə, olub viranə, Yandı dibaçeyi-şər içrə o əmlak bu gün. Kərbəla vaqiəsi etdi qədər qəddini xəm, Tarmar oldu qəza mülkü, pozuldu aləm. Məhv olub lövh xətti, ah ki, süst oldu qələm, Qursi-xurşid edər seyrdən imsak bü gün. Kərbəlayə baş açıq həzrəti-İsa gəldi, Başın əldə gətirib, həm Zəkəriyya gəldi, Yusif, Yunis, Əyyub ilə Yəhya gəldi, Ənbiyalar başına tökdü fələk xak bu gün. Dəmbədəm başə vurub nalə edər Mikayil, Ağlayır sübhü məsa şivən ilə İsrafıl. Əli qoynunda qalıb həşrə kimi Cəbrayil Bəski Peyğəmbər olub ərşdə qəmnak bu gün. Naləvü şurə dəxi kulli-cəmadət gəlib, Va Hüseyn, zikri ilə dərdə nəbatat gəlib, Həm nəvayə dil açıb, cümleyi-zərrat gəlib, Ağıl matəmzad olub, ağladı idrak bu gün. Qisseyi-Kərbübəladan qəmər olmuş münşəq, Qara xətt ilə yazılmış o səbəb kəlmeyi-həqq. Qüsseyi-Kərbübəlanı yaza bilməz mütləq, Nitqi-Baki nə qədər kim ola çalak bu gün. * * * == Şeirlər == Şikəstə Qalmışam pərvanə tək, Odlanə-odlanə mən. Rəhm et məni-müztərə, Yığılmış dərd bir yerə, Deyim ya bir kafərə, Ya bir müsəlmanə mən. Bilmişəm qəm çarasın, Yarım telin darasın, Qanlı ciyərparasın Eyləmişəm şanə mən. Deyiz, töküm qanımı, Faş olsun imanımı, Tapşırmışam canımı, Zülfıi pərişanə mən. Qudurmusan, azmısan, Ölüm hökmün yazmısan, Qəbrimi gen qazmısan, Gedim qəbristanə mən. Aşqi məhəbbət basıb, Boynumdan zünnar asıb, Nahaq yerə əl basıb, And içim Quranə mən? Kafər olma, dinə gəl, Dinsizsən, ayinə gəl, Xətanı, qoy, Çinə gəl, Qoy gedim İranə mən. Pozuldu can gülşəni, Öldürdü bu dərd məni, Vəfasızsan, get, səni, Tapşırdım Quranə mən. Gül, çəməndə gül kimı, Günüm keçsin il kimi, Həsrətlə bülbül kimi, Baxım gülüstanə mən. Peygəmbərsən, tarısən, Dındırmə əğyarı sən, Qoyma, əgər yar ısən, Qalım yanə-yanə mən. Çərxi-fələk mahisən, Çox böyük dərgahisən, Əgər sən Allah isən, Səcdə edim hayanə mən? Gah ağlayıb, gah gülüb, Gahi göz yaşım silib, Baki tək həsrət ölüb Yetmədim cananə mən. * * * Bayatılar Düz dağlar, əyri dağlar, Düzəlməz əyri dağlar, Gözün dağı düz çəkər, Qaşların əyri dağlar. Bülbül evi qəfəsdir, Di gəl, axır nəfəsdir, Bir gözüm sənə qurban, Bir gözüm mənə bəsdir. Yar getdi, ağla dağlar, Aləmi dağla dağlar, Yar getdi, can da getdi, Gözlərim bağla, dağlar! Mən aşiqəm, göz yara, Könül yara, göz yara, Nə xoşdur can verəydim, Baxa-baxa göz yara. Bağ verər arzum barı, Əl yetmir üzüm barı, Nə can çıxır, qurtarır, Nə görür gözüm yan. Dərdlilər hər dəm ağlar, Həm sızıldar, həm ağlar, Gör nə günə qalmışam, Əhvalıma qəm ağlar. İşim düşüb bəndə yar, Canım qalıb səndə yar, Məni Allah öldürsün, Sən də qurtar, mən də yar. Gözlərin qara dağlar, Dağ çəkib qara dağlar, Həsrət ölüb Əyyubun, Geyib göy, qara dağlar. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mesedi-eyyub-baki İctimai mülkiyyət (müəllifin vəfat ili: 1900). Public domain (author died 1900). Original text only.