Mir Həmzə Nigari. Əsərləri Mir Həmzə Nigari (1805–1885) == Şeirlər == Qarabağ Sinəmə çəkilən qara dağımdır Qara bağrım qanlı Qarabağımdır Qan əkər, odlar tökər Miri-Nigari məgər Yad qılıbdır yenə Qarabağ torpağını Eşqin kanı Qarabağdır məkanım Bülbülü-şeydayam, cənnət yerimdir Əvvəl başdan Qaraqaşdır bostanım İndi gülüstanım Qarapirimdir. Bir qönçə gülünün tarımarıyam Görüm abad olsun ol Qarabağı Bir gözəl ceyranın giriftarıyam Şənlik olsun dağı, bağı, ovlağı Gözlərimdən hər dəm qan - yaş tökülür Sərvtək qamətim yaytək bükülür. Sinəmə çal-çarpaz dağlar çəkilir Yadıma düşəndə Çilgəz yaylağı Xabları Huridir, Mələk mənzərdir Sözləri şirindir, şehdü-şəkərdir Cənnəti-Məvadır, Hovzi-Kövsərdir Qaraqaş yaylağı, Həmzə bulağı. Ey Nigari, ömrün erişdi payə Salmadı başıma ol sərvi sayə Can qurban eylərəm peyki səbayə Xəbər versə bir gün ol Qarabağdan. * * * Əzm eylə diyari-Şirvanı Əzm eylə diyar-ı Şirvanı Qət eylə rəh-i Azərbaycanı Bir yer diyəm ismi Qarabağ Cənnət yeri vü abı şir ü qaymağ (divan c.I, s.) XXX Bir mövziyi xoş fərah-fəzadır. Dünyaya behişt desəm, səzadır. Bir mülki vasi vü sevad-ı əzam Sünbülləri pıç-pıç ü dərhem Qərbiyyəsi Gökçə-gah-ı xuban Şərqiyyəsi Bad-kubi Şirvan Sərhəddi cənubisi Arasdır. Gör həddi-şimali xoş nəfəsdir. Bu dairənin üçündə guya Bir mərkəzi can olupdu pəyda Irmağı ve uyunu bi nihayət Enharına yoqdu had u gayet Cennet gibi hər mahallidir bağ Hər bir tərəfdən bağu ırmağ Kühəylanı ve huyuli misli ahu Vaxşane baqışı ve şirin teka vü pu Xoş ləvn ki zağferan vü ipek san Enamı geyik ü sürüsü ceyran Anbər nefesan-ı ahu-vanı Bi gaye ki san Hıtay-ı sani ….. Ənfası həvası anbər əfşan Səhraları lalezar-ı numan Yaylağı inayeti ilahi Məcmuai hub-ı hayməgahı ….. Hər canibi səbz, hər tərəfi bağ Anın içün ismidir Qarabağ Seyrangahı xoş, naziri dil-şad Şiraz degil naziri vü Bağdad İradı kəsir ü ərzı-münbit Bəhrədarı-Misirdən füzun dut Mahbubları abıri vü şəng Ziba-yi-Misir yanında diltəng Sığmaz buna lazım ey birader Vasf-ı Qarabağa özge defder Mevla vere ömrü bir zamanı Islam ile bir də görek anı Öp hakini feth et kelamı Toprağına bizden et selamı Zira ki qədimi darımızdır Ser menzili Şah Nigarımızdır * * * == Qəzəllər == Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar, Tərlədib ruxsan al eylərdi, al eylərdi yar. Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana, Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar. Heyrətim zur eylədikcə vehşigahi-eşqdə, Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar. Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal, Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar. Badeyi-dildarlıqla aşiqi məst eyləyib, Başqa halət göstərərdi, başqa hal eylərdi yar. Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal, Dilbəranə göftgu, Şirin məqal eylərdi yar. Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz, Eylədikcə min niyazü erzi-hal eylərdi yar. * * * Anlagil eşq nədir, dinlə, nə mənadır bu Anlagil eşq nədir, dinlə, nə mənadır bu! Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu! İçəlim şamü səhər içrə və lakin bicam, Camə hacətmi olur, badeyi-mənadu- bu! Hərfsiz aşiqi-şeydalərə təlim eylə, Dərsi-əsran nə xoş, dərsi-dilaradır bu! Məxfidir, eşq xəfiyyatı hüveyda eylər, Söylərəm böylə, vəli, gör nə müəmmadır bu! Söyləyin aləmi-əşardə şirin-şirin, Madehi-eşqi-xuda, təbi-şəkərxadır bu! Qasid, ey Mir Nigari, görünür xəndəzənan, Var bir xeyr xəbər aləmə büşradır bu! * * * Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz, Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz. Yaqılmış atəşə varım, alışmış sinədə narım, Yanar canım bu odların, desəm duzəxdə var olmaz. Dəgil bihudə kim, bulbul, yanar əlbət, qılar qul-qul, Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz. Yaqılmış odlara varım, dağılmış collərə narım. Gorənlər beylə odlarım, deyər bir belə nar olmaz. Alıbdır canımı qəmzə, duşubdur konlumə lərzə, Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz. * * * Bəxtim bana uz verdi, şərabdarə yetişdim Bəxtim bana uz verdi, şərabdarə yetişdim, Opdum ayağın, kaseyi-sərşarə yetişdim. Hər şamu səhər kaseyi-sərşar ilə omrum Sərməst kecib, badeyi-əsrarə yetişdim. Nəqqaşi-əzəl cəkdi bənim nəqşimi aşiq, Bu rutbeyi-həq dad ilə didarə yetişdim. Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul Əl dəgmədi bir karə, qələmkarə yetişdim. Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal, Pərkarə nə hacət, elə bir karə yetişdim. Hər şamu səhər seyri-suluk eylədim axir, Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim. Əlminnəti-Lillahi ki, ey Miri Nigari, Kamim bana yuz acdı, kərəmkarə yetişdim. * * * Nə qəmim var cahan icrə bənim, yar bənim Nə qəmim var cahan icrə bənim, yar bənim, Nəyim əksikdi bənim, yar bənim, var bənim. Sayeyi ali-əba, badeyi-əshabi-səfa, Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim. Sazu sazəndə qəzəl, cuşu xuruşi-sevda, Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim. Azu cox, hər nə ki var bəzmi-hərifan icrə, Malikanəm, həme dəm kaseyi-dəvvar bənim. Hər yanə badə fəşan kaseyi-irsal etdim, Bəzmlərdə cəkilən sağəri-sərşar bənim. Bilmədim kim, necə karim, necə kirdarim ucun Qırdı başimdə butun bizeyi-dildar bənim. Şukur, ey Miri Nigari ki, xərabat icrə Cəngu ahəngu qədəh, şeri-şəkərbar bənim. * * * Didəbanam rəhguzari-şahı gozlər gozlərim Didəbanam rəhguzari-şahı gozlər gozlərim, Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim. Seyr qılam kubəku, avaz verəm babi-bab, Barigəhi bəklərəm, dərgahi gozlər gozlərim. Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən, Qafilə goz verməzəm, agahi gozlər gozlərim. Zərrə mənzurim dəgil, dunya və mafiha, vəli Aləmi-dareyndə bir mahi gozlər gozlərim. Soyləmə sərbəstə, ey Seyid Nigari, aşikar Soyləsə kim, bir kərə, Allahı gozlər gozlərim. * * * Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə Bəndəlik etmə Məsihi kimi zunnarlərə. Yıqar, əlbəttə yıqar, axırı bərbad eylər, Versən, ər mənzifi-şəhin şahi əğyarlərə. Cəkəlim badeyi-səba, tutalım cam ətəyin, Can fəda eyləyəlim məsti-qədəhxarlərə. Söylə, ey peyki-səba, hali-pərişanımızı, Nə deyir sultanımız, binəva nacarlərə. Əcəba, varmı əsrarə xəbərdar, deyin, Beylə kim, carə olurmu bu giriftarlərə? Nəyçün iftadələrin halını sormaz, nəyçün, İltifat eyləməz ol xəsteyi-didarlərə?! Necə ah eyləyəyim, Miri-Nigari, konlum Mubtəladır ləbi mul, arizi gulnarlərə. * * * Eşq zor eyləsə, ey dil sana, məğlub olsan Eşq zor eyləsə, ey dil sana, məğlub olsan, Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm. Bu həqiqət yoludur, bunda bulunmaz batil, Batiləm söyləmə məhza, de ki, həqqəm, həqqəm. Söyləmə batiləm əsla, sana xamuşluğun Xeyrdir, söyləsən əmma, de ki, həqqəm, həqqəm. * * * Dərdü möhnətin, ey sənəm, sənəm Dərdü möhnətin, ey sənəm, sənəm, Eşq ilə çəkən, bir mənəm, mənəm. Arü-varini rahi-mehrdə, Tarümar edən bir mənəm, mənəm. Çəkmişəm cəfa, eylə bir vəfa, Sən də ələta can sənə fəda, Rahi-mehrdə zari-binəva Tarükül vətən bir mənəm, mənəm. Yari nazənin, hüsnü-biqərin, Şahrahdə intizarkeş, Qəm çəkib həmin eyləyən bina Xaneyi-həzin bir mənəm, mənəm. Eyləgil xitab, verməgil əzab, Üzdən al niqab, eyləgil səvab, Texmi-mehrini rəşki - afıtab Sinəyə əkən bir mənəm, mənəm. Cismi - pürhəva, könlü püməva, Badeyinişin, fərdi-biqeva, Kəndi-kendinə köftgu edib Ağlayan, gülən, bir mənəm, mənəm. Dəstü pafişan, cəngü tarsız, Ahü naləzən, gülüzansız, Məsti-sərmədi, nəngü arsız, Rindeyi-köhən bir mənəm, mənəm. Eylədim dilə, eylə bir səda, Qopdu Bisütun, oldu kim həma, Dedi, rəhnüma, afərin mana, Boylə kuhkən, bir mənəm, mənəm. Ərşə vəlvələ, fərşə zəlzələ, Saldı seyheyi-nayi-şöhrətim, Babi - eşqdə indi sübhü şam, Kusü təblzən bir mənəm, mənəm. Eylədim nida, vermədi səda, Kimsə gəlmədi, qaçdı Əhriman, Kar-zarda şirü divgir, Mərdi - filfikən bir mənəm, mənəm. Ey sitəmzədə, nəfsə mübtəla, Gəl əmanıma eylə iltica, Dari-əmandır ziri-damənim, Dafeül fitən bir mənəm, mənəm. Ləfzi-canfəza, təbi - xoşəda, Nəzmi - dilrüba, hərfi-dümüma, Sözü kimiya, simu-zər, gövhər Dəmbədəm tökən bir mənəm, mənəm. Qövlibibədəl, ləhcəsi gözəl, Rindeyi-əzəl, nazənin qəzəl, Söyləməz həzəl, xub göftgu Söhbəti Həsən bir mənəm, mənəm. Ləmeyi hüzur, eylədi zühur, Ey Nigari, yar aldı üqdəni, İndi xoşzəbən Turi-mehrdə Kelimi süxən bir mənəm, mənəm. * * * Əlhəmdülillah, fikrimdir Allah Əlhəmdülillah, fikrimdir Allah, Fikrimdir Allah, əlhəmdülillah. Könlümdə, dildari dilxah, Dilxari dilxah könlümdə, vallah. Zikrimdir Allah hər bir məhəldə, Hər bir məhəldə zikrimdir Allah. Tövbəti lillah əcəb riyadən, Əcəb riyadən tövbətü-lillah. Əstəğfırullah birahlıqdan, Birahlıqdan əstəğfırullah. Keçməzəm bəzmi səmadən, Bəzmi səmadən keçməzəm, billah. Virdimdir Allah, Seyyid Nigari, Seyyid Nigari, virdimdir Allah. * * * == Tərcibəndlər == Dağlayıbdır məni bir laləuzari-Qarabağ Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ, Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ. Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ, Abi-heyvan imiş ənhari-bukari-Qarabağ. Govsəri-tubi imiş cayi-cinari-Qarabağ, Aləmi-cənnət imiş dar - diyari-Qarabağ. İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ, Yeridir ki, cəkərəm ah və zari, Qarabağ. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. Ah, aşuftəligim zulfı-səmənsayə deyin, Vah sərgəştəligim kakili-leylayə deyin. Bu gunu qarəliyim mehrsiz ol ayə deyin, Kari-tərsaliqim ol zulfi-cəlipayə deyin. Dərdi bicarəligim ləli-Məsihayə deyin, Sirri-punhanımı ol ağzi muəmmayə deyin. Dərdimi dilbəri-şirinu dilarəyə deyin, Ərz edin mehnətimi, cumlə şəhinşayə deyin. Suzişi-konlumi ol qonceyi-humrayə deyin, Necə ah eyləməyim bulbuli-şeydayə deyin. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. Gəlin, ey əhli-konul, artıb azarım, eşidin, Yox rəvaci, kəsilib bei-bazanm, eşidin. Yuzulub rovnəqi-gulzari-baharım, eşidin, Qalmayıbdır, dukənib leylu-nəharim, eşidin. Cəm olun bir yerə, azari-həzarim, eşidin, İrişib vəqti, qazın dari-məzarım, eşidin, Yıqılıb səbr, yanıb nayi-qərarım, eşidin, Alışıb suziş ilə mayeyi-varım, eşidin. Dağılın kim tutuşub nari-minarim, eşidin, Yeridir ərşə cıqarsa ahu zarim, eşidin. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. Duşmədi kuyinə bir kərə guzarım gecələr, Sormadı halımı bir mahi-uzarim gecələr. Bir bana yanmadı kim, gəlmədi yarını gecələr, Ol səbəbdən alışır cani-fikarım gecələr. Yıqılır atəşə dil, artır azarım gecələr, Cəkilir noh fələkə zari-həzarım gecələr. Dağılır hər tərəfə atəşi-zarim gecələr, Yandı pərvanə kimi odlara varim gecələr. Şəm tək nar ilə duşdu sərikarim gecələr, Bəs necə yanmaya bu konlumə narim, gecələr. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. İltifat eyləmədi mehrsiz ol ay mana, Almadı pərdəni şol dilbəri-hərcay mana. Atmadı tirini peyvəstə qaşı yay mana, Arizin acmadı ol qonceyi-həmray mana. Qılmadı mehr vəfa mahi-dilaray mana, Salmadı sayəsin ol mehr humsay mana. Hec meyl eylamədi bəcceyi-Ənqay mana, Muxtəsər, eylədi cox zulm şəhənşay mana. Kim olur nari-məhəbbətdə ki, bir tay mana. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. Yandı canım gecələr, gəlmədi ol məh nə ucun, Almadı pərdəni şol, mehri-səhərgah nə ucun? Neyləyim, olmadı bir dəm bəna həmrah nə ucun, Eylədi cah yerim mahi-fələk cah nə ucun? Sormadı hali-pərişanimi ki, gah nə ucun, Yandım atəşlərə, ol olmadı agah nə ucun? Baqmadı bir bana bin soylədim, Allah nə ucun, İltifat etmədi, ey vah, şəhinşah nə ucun? Yetmədi dadimə ah, eylədim ey vah, nə ucun, Soyləmən siz bana kim, ərşi yaqar ah, nə ucun? Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. Dari-mehr uzrə gərək qəsd şirin can edəyim, Dili sərdarə cəkib şovqlə qurban edəyim. Cigəri parələyib, bağrı qızıl qan edəyim, Dəmbədəm əşk dokub xuni-dil əfşan edəyim. Canı atəşkədəyi-eşqdə suzan edəyim, Yandırıb xaneyi-variyəti viran edəyim. Gecələr tabəsəhər, dəmbədəm əfqan edəyim, Guli-məqsud acıla dərdimə dərman edəyim. Ey Nigari, nə qədər sirrimi punhan edəyim, Yandı canım anı bu nəzmlə şayan edəyim. Dağlayıbdır məni bir laləuzari-Qarabağ, Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. * * * == Qoşmalar == Ey cununi-Leyla, aşiqi-şeyda Ey cununi-Leyla, aşiqi-şeyda, Məhəbbətdir ancaq sirati-minhac. Ey talibi-movla, ey əhli-sovda, Oldur təriqəti-sahibi-merac. Soyləyim bir nuktə əhli-dunyayə, Sanmasun ərbabi-dili bimayə, Hərdən əyməz dunyayi-mafihayə Kimin sərində var eşqdən bir tac. Ərbabi-dil baqmaz artıq sevdayə, Təsir etməz tohmət əhli-rusvayə. Fikr eylə kim, neylər əhu-dəryayə Məhabəti-dərya, kəsrəti-əmvac. Şamu səhər səy et, ey əhli-sovda, Gərce xətərnakdır təriqi-Leyla. İmdad eylər sana ulfəti-movla, Cunki həmdəmimdir ol şiri-qəllac. Eyləsə təriqi-sovdadə qərar. Ta kim uz gostərə xeyməyi-dildar. Ey Seyid Nigari, hasil olur kar, Eyni-inayət ki baqsa bir qiyqac. * * * Ey istəyən yari, sevən dildari Ey istəyən yari, sevən dildari, Mülki-məhəbbətdə gərəkdir ixlas. İxlas ilə eylə kari-kirdari, Gir təriqi-xasə, eylə qəlbi xas. İxlasinə hərgiz verməgil xələl, Ta yetişsin sana feyzi-bibədəl. Böylu qurulubdur qanuni-əzəl: İxlas ilə olsun kari-xas ixlas. Fəryadinə yetsin eşqi dildarin, İmdadina yetsin pərvərdigarin. Ey dil, şamü səhər olsun izkarin, Təriqi-vəhdətdə sureyi-ixlas. Sıqın eşqi-yarə, şövqi-dildarə, İstəazə eylə pərvərdigarə. Dəryayi-əsrarə, dürri-şəhvarə, Ey dəli dil, eylə kəndini qəvvas. Mütrib kim saz eylər, ələ alıb tar, Məşuqi kim söylər şövqilə dildar. Seyid Nigaridə qalmaz ixtiyar, Vəqt kim rəqs eylər eşqlə rəqqas. * * * Ey dili-pursovda, talibi-Ənqa Ey dili-pursovda, talibi-Ənqa, Qafi-eşqdə var əsrari-duşvar. Məgər kəşf eyləyə ol sirri movla, Yoxsa mumkun dəgil kimsəyə izhar. Zərrə nə fəhm etsin dəşti-kamuni? Qətrə nə anlasın bəhri-Ceyhuni? Cun necə soyləsun sirri-bicuni? Bəs soylə, kim etsun izhari-əsrar? Sanma kim, asandır ilfəti, əgər Rubadən kəmtərdir andə şiri-nər. Sındırıbdır cox şahinlər şahpər, Həvayi-Ənqayə nəhayətmi var? Gərci xətərnakdir təriqi-dilbər, Vəhm etmə kim, həmrahindir xeyli ər. Həm rəhnimunindir sədiqi-Kərrar, Həm rəhbərindir Heydəri-Kərrar. Ey Seyid Nigari, ey dili-sadə, Kuyi-həqiqətə eşqdir cadə. Cəkmə ələm kim, yetərsən muradə, Dutubsan daməni-Əhmədi-Muxtar. * * * Şamu səhər, ey dil, vəchi-dildarə Şamu səhər, ey dil, vəchi-dildarə, Sərf eylədin nəzər kim oldun mail. Zərrə qədər yer qalmadı əğyarə. Gostərdi uz dilbər, məhv oldu hail. Cakər eyləmiş kim, səni bir şahid, Hasil olmuş sana ulfəti-cavid. Şukr eylə kim, buldum dovləti-xalid, Ey dəli dil, ey bəndeyi-İsmail. Kəmali-eşqə kim eylədin iman, Gostərdi uz sana yəqini-canan. Sərvəri-xubanə bəxş eylədin can, Bəxş eylədi sana ruhu-şəmail. Girdin kim, meydanə mərdi-mərdanə, Vermədin bac Təhəmtəni-dastanə. Eylədin kim, ta xidməti-şahanə, Şahənşahdan gəldi sana həmail. Oynadarsan ki, top, qılırsan covlan, Cəkərsən ki, cilə, atarsan peykan. Ey Seyid Nigari, ey mərdi-meydan, Ey fənni-hunərdə ustadi-kamil. * * * == Gəraylılar == Aşıq oldum gene tazə Aşıq oldum gene tazə Bir nov cavanə, cavanə Hanı bir əhli-dil yazə, Ərzəm cananə-cananə. Qəm əlindən getdim dadə, Dərdimdir həddən ziyadə. Yalvarıram, vermə badə Zulfin Səlmanə, Səlmanə. Cuda duşdum ellərindən, Kəsmədim goz yollarından. Zulfi-Leyla əllərindən Gəzdim divanə-divanə. Bilməzəm ki, ol kərəmkar, Əfv edərmi, gunahım var. Yalvarıram, mar kimi zar Hərdəm yalmanə-yalmanə. Qurdum ulfətin binasın, Yıqdım dunyanın esasin. Nigari, eşq səhrasın Gəzdim mərdanə-mərdanə. * * * Əqlimi ey guli-xəndan Əqlimi ey guli-xəndan, Atdın həvayə-həvayə. Eylədin bulbul tək əfqan, Duşdum ah-vayə, ah-vayə. Qeydi-zulfində, ey mahim, Ərşə yetişibdir ahim. Murəxxəs et, padişahim Məni bir ayə, bir ayə. Ləlindir omrum səfası, Ağzındır dərdim şəfası Ey sənəm, zulfin həvası Əldə sərmayə, sərmayə. Bəndi-bənd gəldim xuruşə, Zovqi yetirdim suruşə. Mayıl oldum cuşə-cuşə, Ləbi həmrayə, həmrayə. Dərsin almış rahibərdən, Mushəfi-ruyi-dilbərdən. Nigari hərdəm əzbərdən Oxur min ayə, min ayə. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mir-hemze-nigari İctimai mülkiyyət (müəllifin vəfat ili: 1885). Public domain (author died 1885). Original text only.