Mirzə Əli Ləli. Əsərləri Mirzə Əli Ləli (1845–1907) == Şeirlər == Bir deyən Bir deyən yoxdur, ey xudavənda, Bu bədən qurquşundu, ya misdi? Kürəxanə deyil bizim mənzil, Nəyə lazımdı bu qədər isti? Bizim ev Məkkə, mən ərəb deyiləm, Ərəbistan deyil bu, Tiflisdi. Bu hava xətti-istivadə gərək, Sakinani-şimalə çox pisdi. Bunu göndər ki, özgə bəndələrin Cümləsi acü urü müflisdi. Cücülər doldurub kitab arasın, Biri molla, biri müdərrisdi. Birəvü mığmığavü kor milçək Cəm olub, bir qəribə məclisdi. Şəhəri qızdırıb, çölü soyudub, Bilmirəm bu necə mühəndisdi?! * * * Görüm Bu yağışa dayanırmı dəmir, daş, görüm, Qalaydı xeyrin, ilahi, qapında kaş görüm! Yağış gərək çölə yağsın, nə şəhr, bazarə, Nə xeyri var sənə üstü başımı yaş görüm? Bir aydı üst-başım zığdı, başmağım palçıq, Özün mələklər ilə bircə gün sulaş görüm. Nə vaxt yağıbdı yağış, küçələrdə it boğulub, Nə vaxt yağıbdı dolu, sındırıbdı baş görüm. Bahalıq ildə acından ölənləri gördün, Tapa bilir oların qırxı bir lavaş görüm? * * * İstidən şikayət De göriim bir menə, xüdavenda, Bu bədən qurğuşundumu, ya misdi? Kürəxana deyil bizim mənzil Neyə lazımdı bu qədər isti? Bizim ev Məkkə, men ərəb deyiləm, Ərebistan deyil bu, Tiflisdi. Şəhrə od yağdınr, çölü soyudur Bilmirəm bu nece mühəndisdi? İstini qışda ver ki, bendelerin Çoxu üryani ürü muflisdi. Birəvü mığmığavt kor milçək Cem olub, bir qeribe məclisdi. Nə səbebdən bize müsellet olub Ne ki dünyadə rətbü yabisdi? Cücüler doldurub kitab arasın Biri molla, biri müdərrisdi. Sokakda lehlər istidən itlər Yixılıblar yol üste, bihissdi. Gecələr peşşehak zəmzəməsi Məclisdə baniyi müəssisdi. Bu hava-xətti istifade gərək Sakinani-Şimala çox pisdi. Ne cehətden görüm, bu muzilər Gecə-gündüz bizimlə munisdi? * * * == Qəzəllər == Boynuma kakilin, ey şux, kəmənd eyləmisən Boynuma kakilin, ey şux, kəmənd eyləmisən, Bir uzun fikrə mənim başımı bənd eyləmisən. Sayeyi-mərhəmətin başıma düşməz, nə səmər, Ki, səhi qəddini bir sərvi-bülənd eyləmisən. Bir nəfəs ləli-ləbin zikri dilimdən düşməz, Məni tuti kimi tiryakiyi-qənd eyləmisən. Göyə də çıxsa, müqabil dura bilməz qaşına, Bir hilali ki, onu nəli-səmənd eyləmisən. Afəli-çeşmdən, ey müğbəçə, təşviş etmə, Könlümü məcməri-hüsnündə sipənd eyləmisən. Bu gözü qaşına qurban oluın, ey məhparə, Məni bu qaşü gözündən giləmənd eyləmisən. Hamı heyran dolanır daireyi-zülfündə, Neçə divanə bu zənciridə bənd eyləmisən? Ozünə nəzr deyibsən məni qurban edəsən, Mənə zibəndədi sən hər nə pəsənd eyləmisən. Cümlə aşiqlərin azad gəzər aləmdə, Bircə Ləlini giriftari-kəmənd eyləmisən. * * * Eyləmişdim, sənəma, vəslinə adət gecələr Eyləmişdim, sənəma, vəslinə adət gecələr, İndi sənsiz mənə bərpadı qiyamət gecələr. Alır aramımı əzbəski, o bimar gözün, Dili-rəncurumu qoymaz yata rahət, gecələr. Ruzi-vəslində mənim səbrü qərarım yox idi, Necə mümkündü fərağında fərağət gecələr? Gecələr bəs ki, qəmindən çəkirəm naləvü ah, Ahü naləmdən edir xalq şikayət gecələr. Düşə bir də şəbi-vəslin ələ, ey mahi-tamam, Eylərəm bircə tamaşayə qənaət gecələr. Qamətin fikri açılmaz gecələr başımdan, Başa gəlməz bu qiyamətdən əlamət gecələr. Gündüzüm hər necə pürdərdü məlal olsa keçər, Olu dərdi-qemim, ey şux, ziyadət gecələr. Baxsa ayineyi-rüxsarına, ey mehri-münir, Öz camalından olur mah xəcalət gecələr. Xəmi-zülf içrə üzündən gözüm olmaz qafil, Sübhü bidar tapar əhli-ibadət. gecələr. Sübhə dək nalə çəkib, yatmaram, ey sərvi-qiyam, Qaimülleyl məni qılmış o qamət, gecələr. Bilmisən başıma zülfün nə müsibət gətirib, Çəkərəm zülfün əlindən nə riyazət, gecələr. Xabi-naz içrə özün sübhə kimi rahatsan, Bilmisən zahir olur məndə nə halət, gecələr. Gündüz, ey məh, sənə mümkün deyi gəlmək, bilirəm, Eylə bari məni-bimari əyadət, gecələr. Kəbeyi-ruyunu ol kimsə ziyarət qılmaz, Ki, üzün etməyib əşkilə təharət gecələr. Algilən canımı, qurtar qəmi-hicranından, Yoxdu Ləlidə bu hicranıma taqət, gecələr. * * * Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni, Ki, şövqi-arizi-canan çəkib hüzurə məni. Cəmali-şahidi-qeyb istərəm Kəlimasa, Amandı tez yetirin cilvəgahı-Turə məni. Zəmirim olmadı biganə məşrəbindən saf, Qıl aşina genə bir sağəri-bülurə məni. Həvayi-arizin, ey afitabi-aləmtab, Gətirdi zərrəsifət, ərseyi-zühurə məni. Qüsuri-əql yoxumdur mənim bu aləmdə, Ki, vaiz, eyləmə məftun cəmali-hurə məni. Hanı təraneyi-mey-mütrüba, ki, mahi-siyam, Gətirdi təngə məsaciddə həmd-surə məni. Könüldən olmuşam aşiq o xali-məğrurə, Həvayi-nəfs salıb gör necə qürurə məni! Cahanda xosrovi-əhli-sükut idim, Ləli! Xəyali-söhbəti-Şirin gətirdi şurə məni. * * * Xalından uçdu mürği-xəyalım ləb üstünə Xalından uçdu mürği-xəyalım ləb üstünə, Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə. Könlüın xəyali-zülfi-pərişanda cəm idi, Birdən dağıldı xalü xətü ğəbğəb üstünə, Eylər silahi-hüsni-rüxun aləmi xərab, Zülfun açılsa pərçəmi, bu məvkəb üstünə. Qaşındı bu ki, guşəsi zülf üstə meyl edib, Ya Zülfüqardır, əyilib Mərhəb üstünə. Bu siminab üzarını simab tək ərəq, Bir aya bənzədir, düzülə kövkəb, üstünə. Övc etdi çahidən mehi-nəxşəb, vəli, çıxıb Çahi-zənəx, üzündə məhi-nəxşəb üstünə. Cövlan edəndə hər tərəfə, can şikar edər, Kimdir bu şəhsüvar, çıxıb mərkəb üstünə?! Piçidə olma zülfünə çox, busədən danış, Çox tul vermə bu sözə, keç mətləb üstünə! Tök sinəm üstə zülfünü, zülfün çalıb məni, Əqrəb çalan yerin qoyulur əqrəb üstünə. Canan ki, bircə busəsinə nəqdi-can alır, Ləli, bu candan əl götü, qoy ləb, ləb üstünə. * * * Qaşların kamanilə sən ox vurdun qəlbimə Qaşların kamanilə sən ox vurdun qəlbimə, Sinəmdən keçib batdı yaralı qəlbimə. Halaldır badə içmək adama yar yanında, Dolu qədəh əlində, dodağı dodağında. Məst olmuşduq ikimiz, həm dilbər, həm də ki, mən O, badə içməyindən, mən nərgiz gözlərindən Mən tövbə sındırmışdım, günah alım özümə, Badə içdik, tövbə də sındı öz-özünə. Boyun saldım zəncirə, baş verdim qılıncına, Qara zülflər düşəndə qaşlarının küncünə. Sənin fərağında mən əl çəkdim varlığımdan, Ölüm mənə yaxşıdır sənin ayrılığından. Əhsən o ləl dodağınla əfsunladın Ləlini, Bir kəlmə söyləməklə qıfılladın dilini. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mirze-eli-leli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.