Mirzə Həsən Yüzbaşov-Qarabaği. Əsərləri Mirzə Həsən Yüzbaşov-Qarabaği (1841–1904) Ey gül, səni bilməm necə ustad çəkibdir Ey gül, səni bilməm necə ustad çəkibdir, Nəqqaş-i əzəl sünin edib yad çəkibdir. Guya qələm-i qüdrət ilə sanə-i biçun, Bu nəqşi özü eyləyib icad çəkibdir. Min səy ilə hərgiz bələ təsvir-i dilara, Nə Mani-yi Ərisəngü, nə Bəhzad çəkibdir. Hər bir vərəqin görcək onun könlüm olur şad, Əzbəs bu gülü ustası çox şad çəkibdir. Hər divsifət görsə bunu bağrı olar qan, Guya ki, bu təsviri pərizad çəkibdir. Gördükçə bunu könlüm olur qüssədən azad, Bu nəqşi məğər bir qəd-i şümşad çəkibdir? Nəqqaşı bunu səy ilə təsvir qılan dəm, Dil mürğünü seyd etməyə səyyad çəkibdir. Tənha nə Həsən dad çəkər çərxin əlindən, Çərxin sitəmindən hamı fəryad çəkibdir. * * * Əhvalını, ey dil, sənə yarın demədimmi Əhvalını, ey dil, sənə yarın demədimmi? Hər feli xətadır o nigarın, demədimmi? Meyl etmə o zulfə, özünü salma xətayə, Zəncirdi hər bir xəmu tarın, demədimmi? Cək covrunu, ey dil, nə qədər var həyatın, Bədməstliyini ceşmi-xumarın demədimmi? Ey dil, o siyah ceşmi-xətakarə inanma, Təzviri-bəladır, həmc karın demədimmi? Can vermə, konul, eşqə, onun cəkmə cəfasın, Eşq atəşinin ahu nəzarın demədimmi? Səbr eylə, konul, eşqdə hicranına yarın, Hicran gununun naləvu zarın demədimmi? Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuş, Var dalda xəzanı bu baharın, demədimmi? * * * Gözlərin mayil olubdur yenə xünxarlığa Gözlərin mayil olubdur yenə xünxarlığa, Bəli, sərxoş olu amadə sitəmkarlığa. Kufri-zülfün dinu imanıma cox şaiq olub, Bilirəm ki, salacaq rəxnə bu dindarlığa. Yoxdu hicranına könlümdə dəxi tabu təvan, Nə belə talib olubsan bu dilazarlığa? Qamətinlə nə rəva sərv bərabər ola kim, Xeyli muşkuldu o gəlsin belə rəftarlığa. Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb, O səbəb salmış ozun gulşən ara xarlığa. Etməzəm şikvə gozundən nə qədər qılsa Məst olan mail olar cünki cəfakarlığa. Fələyin mahın edib mehri-ruxun sərkərinə, Gah verir nur ona, gah salır tarlığa. Olma divanə, o zulfi-xəmə meyl etmə, Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa. * * * İtmişdi dili-qəmzədə viranələr içrə İtmişdi dili-qəmzədə viranələr içrə, Səd şukr ki, tapdım onu meyxanələr içrə. Yarəb, yenə əl silsileyi-zulfə kim urdu, Aşub düşübdür yenə divanələr içrə?! Tari-səri-zulfünmüdü kim, şanə üzübdür, Ya rişteyi-candır dolaşıb şanələr içrə? Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş, Yazıldı cu halım mənim əfsanələr içrə. Zahid, səni tan, məni öz halına qöygil, Gəzdirmə məni məscidu butxanələr içrə. Coxdandı konul mail olubdur meyi-nabə, Yar əksi duşub bəs ki, o peymanələr içrə. Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə, Saqi, nolu cəksən onu məstanələr içrə. * * * Qamətin tək boy atıb sərv xuraman olmaz Qamətin tək boy atıb sərv xuraman olmaz, Arizin tək, sənəma, bir guli-xəndan olmaz. Nə olar türreyi-zülfün kimi bir sünbuli-tər, Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz. Nə qaşın tək fələk uzrə olu bir tazə hilal, Nə camalın kinıi bir mehri-dirəxşan olmaz. Nə gözün tək olu bir turki-kəmandari-cəri, Nə müjən tək can alan navəki-peykan olmaz. Husni-ruxsarına cox kimsənə maildi, vəli, Ey mələkzadə, sənə mən kimi heyran olmaz. Gər səri-küyinə zahid deməsə xuldi-bərin, İncimə, sevdiyim, onlarda ki iman olmaz. Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün, Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz. Gərci aləmdə nəzakətli gozəl coxdu, Həsən, Leyk bu işvədə, bu qəmzədə canan olmaz. * * * Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə, Nə həmin bizlər ucun, aləmə cansan, getmə. Sənsiz aram nə mumkundu tapılsın bizdə, Sən bizə quti-rəvan, tabu tavansan, getmə. Bu yəqinimdi ki, aləm olu viran sənsiz, Dolanım başına, sən cani-cəhansan, getmə. Arizum oldu ki, cox omr edəsən aləmdə, "Məhfili-uns"də sən virdi-zəbansan, getmə. Biz səninlə edirik aləm ara fəxr həmin, Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə. Səndən ancaq yetişir qəlbimizə zövqü səfa, Sən səfabəxşi-dili-piru cəvansan, getmə. Vird edir şamu səba sidq ilə bu şeri Həsən, Fuqəra əhli ucun darul-əmansan, getmə. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mirze-hesen-yuzbasov-qarabagi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1904). Public domain (author died 1904). Original text only.