Miskin Abdal. Əsərləri Miskin Abdal (1430–1535) == Qoşmalar == A dağlar “Xudahafiz” deyək, gəl halallaşaq, Daha ayrılıqdı, köçdü, a dağlar. Soldu gül, nərgizin, döndü xəzələ, Pozuldu işrətin, keçdi, a dağlar. Zənbur sızıldaşır şan üstə bala, Alladıb çoxların qoyubsan dala, Bənd olma dünyada dövlətə, mala, Axır aqibətin puçdu, a dağlar. Keçdi novbaharın, yazın qış oldu, Çərx hərləndi, ömür qəmə tuş oldu, Miskin Abdal, xəyalların puç oldu, Dolanıb güzarım düşdü, a dağlar. * * * A yaz ayları Başladı novbahar, çəmən seyrinə, Çıxıbdı gözəllər, ay yaz ayları. Ətrin qarışıbdı çəmən ətrinə, Dolanıb gözəllər, a yaz ayları. Səndə olar dağ, dərələr, göy çəmən, Baş verər qərənfil, nərgiz, yasəmən. Gəzərəm həvəsnən, alsam əsa mən, Könül cuşa gələr, a yaz ayları. Miskin Abdal, ömür keçdi heyinən, Bu mətləbi “Qocadağ”a deyinən, Öləndə məzarım gül-çiçəyinən, Üstümü bəzərlər, a yaz ayları. * * * Ayaq üstədi Bu gün bir bağçanın seyrinə vardım, Bu bağın bağbanı ayaq üstədi. Könül pərvazlandı şahı görməyə, Seyraqub yatmayıb ayaq üstədi. Salam verdim, əleyk aldım dərdindən, Səda gəldi dəryalardan, dərindən, Əlim üzməm ərənlərin əlindən, Ağam Şahi-mərdan ayaq üstədi. Miskinəm, qılginən inayət mana, Dəruləl məqamnan şəfayət mana, İnşallah yetişər bəraət mana, Haqq özü yatmayıb, ayaq üstədi. * * * Ağlaram Dostu-mehribanım, yetiş dadıma, Səndən qeyri yox imdadım, ağlaram. Ah çəkib, dağlara salaram səda, Qohum gəlməz, gülər yadım, ağlaram. Dəstində Zülfüqar, Düldülə süvar, Məhsəril-əcayib, bir adı Kərrar, Müşkülə düşmüşəm, könlüm intizar, Sən gəlməsən, ey ustadım, ağlaram. Salma nəzərindən, salma ilahim, Dar gündə köməyim, püştü-pənahım, Ərşə bülənd olub fəryadı-ahım, Abdaldı, Miskindi adım, ağlaram. * * * Ağlaram Sultanlar əyləşdi nərgiz taxtında, Aralığa Şəmşir endi, ağlaram! Məkas fəğan etdi dərya üzündə, Yelkənim tərsinə döndü, ağlaram! Nökər olan qulluq edər xanına, Məşuqlar susadı aşiq qanına, Cəbrayıl yetişdi haqq məqamına, Alışdı şahpəri , yandı, ağlaram! Ya Rəb, görən kimlər yetər dadıma, Həsrət qaldım ocağıma, oduma. Miskinəm, ərənlər düşdü yadıma, Didəm yaşı selə döndü, ağlaram! * * * Ağrı dağı Qüdrətdən yaradıf yaradan səni, Məğrur dayanıfsan sən, Ağrı dağı. Şöhrətin tutufdu cümlə cahanı, Məftunam hüsnünə mən, Ağrı dağı. Başında qış olar, ətəyində yay, Təksən bu dünyada, yoxdu sana tay. Qartallı qoynundan kəsməz, hay-haray, Çəkilməz başınnan çən, Ağrı dağı. Nuhun gəmisinnən bir xəvər söylə, Karvana yetmirəm, sarvanı əylə. Bu Miskin Abdala inayət eylə, Danış bircə kəlmə, din, Ağrı dağı. * * * Bundan sənə nə Aləmi palçıqdan yaradıb, yapdm, Yapıb da neylərsən, bundan sənə nə? Xəlq edib insanı cahana saldm, Salıb da neylərsən, bundan sənə nə? Baqqalmısan, tərəzini neylərsən? İşin, gücün yoxdu, könül teylərsən, Qulun günahını kitab eylərsən, Lap çıxdın sonuna, bundan sənə nə? Bu Miskin Abdalm haqdı sözləri, Soldu gözəllərin gül bənizləri, Od-alova düçar etdin bizləri, Yıxdm qullarını, bundan sənə nə? * * * Əlif-Lam Təmiz əkilmişəm, pak doğulmuşam, Atadan-anadan lütfi-halalam. Dərsimi haqq verib, ağdan almışam, Dilimdə əzbərdi doxsan min kəlam. Qafdan qərar tapmış, kafdan kainat, İsti feylü-hərfi olmuş əsli-zat, Veydən bəna tutub, kaf-nunnan nicat, Yeydən bişərikdi, bişərikdi lam. Əlifdən əladı, alidən ali, Cimdən dücahandı, böyük cəlalı, Mimdən mehribandı məddi-məalı, Nun-hər vaxt zəmini xəlq edib tamam. Şin şükrü sənalar, vav vahid ismə, Hey həlim, rey rəhmi acı yel əsmə, Zey zəlil bəndədən, sin nəzər kəsmə, Sat sahib ixtiyar, mən həqir qulam. Ocaqzadə bir təb əhli nökərəm, Küyində qələndər, sinə dəftərəm, Mimnən Məhəmmədəm, cimnən Cəfərəm, Ləqəbi çox olan Miskin Abdalam. * * * Dağlar Məğribdən məşriqə səf çəkib durub, Qüdrətdən çatıbdı baş-başa dağlar. İtaət boynuna salıb həmayıl, Misli pəsənd, xotkar, xan, paşa dağlar. Baxıb hökmü yekdal dürrey, dükafa, Gah kükrərsən, gah gəlirsən insafa. Pey peykərə çəkib, bəyaz ləffafə, Pərvərdin geydirib qumaşa dağlar. Ağ çeşmən sərindən car elər seli, Yaşıl tirmə qurşar, ədağa beli. Dağıstan kölgəsi, zabitə yeli, Sərin səfalıdı həmişə dağlar. Baxıb hökmü-yekdal, dürrey-dükafa, Gah kükrərsən, gah gələrsən insafa. Pey peykərə çəkib, bəyaz ləffafə, Pərvərdin geydirib qumaşa dağlar. Nəs illərdən satın aldın pis günü, Çağırdın dumanı, tökdün çişkini. Gözü yaşlı qoydun cüda Miskini, Eylə gülə-gülə tamaşa, dağlar. * * * Dağların Adəmdən cavandı, Nurdan qocadı, Bir sirdi, bilinməz yaşı dağların. Tufana əyilməz, yada basılmaz, Həmişə qar olar başı dağların. “Əhvalı necədi? - bir səyyaddan sor, Quşa cələ olur, ahulara tor, “Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”, Səs alar, səs verər quşu dağların. Qüdrətdən yetibdi uca barata, Sinəsi açıqdı elə, elata, Mən Cüda Miskinəm, başımda xata, Kəsib yollarımı qışı dağların. * * * Dolanar "Şişpilləkən" dağların şah dağıdır, Maralları neçə başı dolanar, Quldur-qaçaq bu yerlərə yağıdır, Fürsət güdər, dağı-daşı dolanar. Ətəyində durna gözlü gölü var, Zirvəsində dərilməmiş gülü var, Yağılara basılmayan eli var, Yazda yazı, qışda qışı dolanar. Torpaqları zər yükünə yüklənib, Könül sazı "Şahsevən"ə köklənib, Karvanları uzaq səmtə diklənib, Nagah-nagah burda naşı dolanar. Basılmazdır hər igidi, ərəni, Biri saxlar neçə bəndi, bərəni, Baxıb, görsə dağda çiçək dərəni, Ürəyində can ataşı dolanar. Doğmaları bu torpağa yad olmaz, Qəriblərin dəhanında dad olmaz, Qürbət eldə Miskin Abdal şad olmaz, Gözlərində kədər yaşı dolanar. * * * Dönərmi Qadir Allah, əlim əldən uzaqdı, Yazıq könlüm görən indi dinərmi? Vaxt yetişib ömürdə qış-sazaqdı, Şahin könlüm yuvasına enərmi? Elim qalıb neçə dağlar dalında, Qismətim var yazılıbsa alında, Gedəcəyəm ayaq qalsa yalın da, Pir igidin çırağı da sönərmi? Miskin Abdal hanı zərdən libasın? Insan olan unudarmı obasın? Yada salıb ulu-ulu babasın, Axır günü Göyçənin heç dönərmi? * * * Gedər Guşə-guşə yanıb nara yaxıldım, Cismim od atəşə qalanıb gedər. İmtahan eylərlər könlüm şəhrini, Eşqi haqdan qeyri talanıb gedər. Dərviş olan getməz fitnə-feyliynən, Yandırar şammı o öz əliynən. Yalan reymanıynan, haça diliynən, Könül yar yolunda allanıb gedər. Qiylü-qaldı səhər-axşam əhvalım, Tor görür gözlərim, qarışır halım, Qanlı çeşmi yazıq Miskin Abdalın, Coşqun çaya nisbət sellənib gedər. * * * Gedəsiyəm mən Başına döndüyüm gül üzlü ana, Butamın dalınca gedəsiyəm mən. Ağlıyıf qəlbimi döndərmə qana, Butamın dalınca gedəsiyəm mən. Dua et, Tanrıya ağlama daha, Getməsəm bataram böyük günaha. Bağla umudunu böyük Allaha, Butamın dalınca gedəsiyəm mən. Yanmış ürəyimin qalmıyıf halı, Zarıncı eyləmə Miskin Abdalı. Eşitsin qoy bütün Göyçə mahalı, Butamın dalınca gedəsiyəm mən. * * * Qaldı İnsan oğlu, qeybət etdin yoldaşdan, Kəsdin haqq-salamı, harası qaldı? Söz yetişdi sahibinə, utandın, Axır, sənə üzün qarası qaldı. Pislikdən nə çıxar, söylə, ay insan, Çıxmaz yaddan, yüz il keçsə aradan. Tutaq ki, bir insan çıxdı sıradan, Kimə zər-zibası, xarası qaldı? Miskin Abdal, bəsdir daha bu qədər, Bülbül nəğmə deyər, bayquşlar ötər. Xəncərdən, bıçaqdan, qılıncdan betər, Sinəmdə pis sözün yarası qaldı. * * * Qaldı Bahar vaxtı yol başdadım Təbrizə, Günüm qaldı, ayım qaldı, il qaldı. Öz elimdə mələkmisal gözəllər- Yanax qaldı, dodax qaldı, tel qaldı. Savah-savah yarpaqlara şeh düşür, Gül bülbülnən, bülbül gülnən öpüşür. Asimanda ulduzdarı sayrışır, Tufan qaldı, şimşək qaldı, sel qaldı. Bu güllərdən dəstələ, al əlinə, Miskin Abdal, apar canan elinə. İzin versə, düz yarının telinə, Çəmən qaldı, çiçək qaldı, gül qaldı. * * * Qocaldım Yaman yerdə yoxlayıb məni, Hey desəm də qocalmaram, qocaldım, Yüzü keçib silkələyir baxt məni, Nə olsun ki, mən pirəm, nuram qocaldım. Seyid mənəm, pay paylayan dərvişəm, Namərdlərin xatasmı görmüşəm, Çox könüldə mən qalalar hörmüşəm, Sızıldayır qanlı yaram, qocaldım. Miskin Abdal yolu haqqın yoludu, Bir seyiddi şahi-mərdan quludu, Əsli, zatı ululardan uludu, Bilməmişəm nədi haram, qocaldım. * * * Məni Əhdinən, səmədən həyya layəmud, Tut dəstimdən, yetir dür üstə məni. Görsən nadürüstəm, vermə dürüstə, Dürüstəmsə yetir dürüstə məni. Səmimizə yetişməyir haqq səda, Bir gün olar bükürərlər ağ səda, Günbəz əl xizrədə, məscid-əğsada, Onlar da tanıyır dür usta məni. Əbcət hesabilə dərs aldım ağdan, Baxmadım qaraya, dərs aldım ağdan, Heyvatək soyuldum, dərs saldım ağdan, Yetirdim dərsimi-dürüst aməni. Mən Miskinə haqdan gəldi “sin” ayə, Xətm olundu, İrəsula sinayə, Gör necə çulğaşıb sinə-sinayə, Tifiltək görmədim dürüst aməni. * * * Nökərəm Qadir Allah qismət etdi cəfanı, Gecə-gündüz qəm kotanı çəkərəm, Elə bildim qopdu Nuhun tufanı, Bəxt şumuna dərd-sərimi əkərəm. Kəsilməzdi əllərimin səxası, Zərdən idi köynəyimin yaxası, Sınaqlıdı abidlərin çuxası, Başım ilə daş qalalar sökərəm. Qürbət eldə yanar ömür sürənlər, Yasa batdı bu halımı görənlər, Yada düşsə igid ərlər, ərənlər, Göz yaşımı sel yerinə tökərəm. Həsrət qaldım Göyçə kimi elimə, Əl uzatdım, əl çatmadı əlimə, Əslim, zatım manşır olub aləmə, Evlər yıxmaz, müdam evlər tikərəm. Miskin Abdal, çox ağlayıb sıxtama, Başa vurdum nə düşübsə baxtıma, Ömür keçib, nə qalıb ki, vaxtıma, Haqq yolunda mən bir qulam, nökərəm. * * * Olmaz Sultanım fərmanı, paşa qəzəbi... Paşam, mürvət eylə, belə kar olmaz. Üzdü məni bu yolların əzabı, Paşam, mürvət eylə, belə kar olmaz. Canım qoydum mürşüdümün yolunda, Sərdakərdan qalmışam Urum elində, İslam bada gəlir cəllad əlində, Paşam, mürvət eylə, belə kar olmaz. Cüda Miskin çəkər qəmi-möhnəti, On iki imamdı Peyğəmbərin züryəti, Sünnü, şiə Məhəmmədin hümməti, Paşam, mürvət eylə, belə kar olmaz. * * * Piriydi Asta gedən bu gözəllər sultanı, Yerişindən məlum olur Hürüdü. Deyin bəsdi, mənim xəstə canımı, Siyah zülfün zəncirində sürüdü. Şah hüsnünün sütunundan asıldım, Çıldır-çıldır dörd məqama yazıldım, Hicran ləşkərinə endim, basıldım, Yan-yörəmi qurdlar-quşlar bürüdü. Seyraquba yıxıldımı görən nər? Aşıq smsa sin axtarar gör enər, Belə dedi bu çağımı görənlər: “Miskin Abdal bir zamanlar piriydi”. * * * Ya Əli Ələstü-Rəbbi cəm xitab olanda, Xub qailəm o adma, ya Əli. Sənin pənahına iman gətirdim, Bərqəraram o sevdana, ya Əli. O “zey”, “fey” adma o nuri səfa, Yetişsin şəninə hər quli-kəfa, Varlığın mənası dini-Mustafa, Sərxeyli-karvanm Cüda, ya Əli. Fəthi şəhri - Zərrin, qatili - Salsal, Mürşüdü-Cəbrayıl, şahi-beyzaval, Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal, Müsəmmasan bir Minada, ya Əli. Əzrayıl çəmgəlin cana çalanda, Ruhlar pərvaz olub cəsəd qalanda, Üz xakə döşənib zəlil olanda, Özün yetiş o fəryada, ya Əli. Məhşər günü özün tutarsan camı, Tutmuş ətəyindən nikü-bad, hamı, Seçmə muxsullardan Miskin Qulamı, Kərəm et kövsərdən badə, ya Əli. * * * Unutma Aşıq, gəşt eləyib ağır elləri, El içində namus, arı unutma. Yaxşı dolan, təmiz saxla admı, Dost yanında etibarı unutma. Halal mala haram qatmaq nə lazım? Hədər yerə kaman atmaq nə lazım? Yar-yoldaşa yalan satmaq nə lazım? Əhdi-peyman, düz ilqarı unutma. Miskin Abdal, bir qonaqsan dünyada, Könlün bir dəryadı, ürəyin ada, İstəsən ki, yetişəsən murada, Yaş torpağı, dar məzarı unutma. * * * == Gəraylılar == Allah, ölümün haqdı Bu dünya, o dünya var, Allah, ölümün haqdı! Bir dirilik suyu var, Allah, ölümün haqdı! Axırın puçdu, dünya, Var ikən heçdi dünya. Hey gəldi, keçdi dünya, Allah, ölümün haqdı! Abdal, yastıq daş olar, Üst torpağın yaş olar. Mələklər yoldaş olar, Allah, ölümün haqdı! * * * Başın Namərd ilə yoldaş olma, Uzun ağrı çəkər başın. Halal ilə ərsəyə çat, Daş qalalar sökər başın. Xain baxma yaradana, Qibləgahdı ata, ana, Arxalanma, bəyə, xana, Qoy sağ olsun nökər başın. Haqdan istə bəxti-iqbal, Yaradanı yadına sal, Söz gövhərdi, Miskin Abdal, Saxla, dürdü, tökər başın. * * * Dönər Vətən deyib ağlayanın, Göz yaşları selə dönər. Axıb gedər gecə-gündüz, Bir məkanda gölə dönər. Yolu yorğun dağ aşanın, Axırı yox şöhrət-şanın. Qürbət eldə yaşayanın, Bir həftəsi ilə dönər. Bir yandadı hay-haraylar, Bir yandadı sonsuz vaylar. Çilçıraqlı çox saraylar, Yanıb-yanıb külə dönər. Mayasıdı haqdan halal, Hər kəlməsi sirli sual. Qərib olan Miskin Abdal, Bəlkə bir gün elə dönər. * * * Dünya, səndə nəyim qaldı Eşit, deyim, dünya səndə, Ayım, ilim, yazım qaldı. Qövr eləyir söz sinəmdə, Dil-dil ötən sazım qaldı. Yar sevmişdim, yarım getdi, Var yığmışdım, varım getdi, Eşqim, etibarım getdi, Ahım, ünüm, sızım qaldı. Qayaları sökdürərdim, Zərdən saray tikdirərdim, Yağıları çökdürərdim, Məndən təpər, dözüm qaldı. Ərşə-gürşə bəlli əslim, Yaradana ollam təslim, Adla, sanla olan nəslim, Bir oğlum, bir qızım qaldı. Hər nə varsa hədər imiş, Hər şey gəldi-gedər imiş, Ölüm yaman betər imiş, Yol-ərkanım, izim qaldı. Şadman könlüm tari-mardır, Şanda balım zəhri-mardır, Günüm-gecəm ahu-zardır, Şirin-şirin sözüm qaldı. Yaşayan kim, ölən kimdir, Ağlayan kim, gülən kimdir, Gedən gedir, gələn kimdir Nə mizrabım, nə sim qaldı. Yoxdur daha Şahənşahım, Ərşə bülənd oldu ahım, Adım, sanım, qibləgahım, Haqq çağıran səsim qaldı. Telli saza mizrab vurdum, Məclislərdə dastan qurdum, Neçə-neçə aşıq yordum, Sözüm düzüm-düzüm qaldı. Bir şəcərəm, bir kəşkülüm, Gur ocağım, odum, külüm, Yığın-yığın varım, mülküm, Al-qumaşım, bezim qaldı. Dünya puçdu, puçdu dünya, Dünya heçdi, heçdi dünya, Abdal, yaman keçdi dünya, Yaşamaqda gözüm qaldı. * * * Düşərsən Adamsansa, tələ qurma, Tələyə, fəndə düşərsən. Üzə durma, ara vurma, Zülmündən anda düşərsən. Hər yetənlə olma tanış, Yazın olar boranlı qış, Fikir eylə, sonra danış, Qəfil kəməndə düşərsən. Miskin Abdal, vəfadar ol, Ilqarında düz ilqar ol. Çətin günə şükürdar ol, Dönüb asanda düşərsən. * * * Gedin deyin Lələ bəyə Gedin deyin Lələ bəyə, Bu naleyi-əfğanımı. Qanlı fələk zülm elədi, Ayırdı candan canımı. Mən bu bağa girərəmmi? Gül dəstəsin hörərəmmi? Ya rəbb, bir də görərəmmi, Öz mürşüdü-sultanımı? Miskin Abdal bu nə kələk? Dövran qoymaz bizi gülək. Yerə vurdu məni fələk, Ucaltdıqca düşmanımı. * * * Fələk Yıxdın könlüm şəhrini, Dad fələk, aman fələk! Içdim hicran zəhrini, Zülm etdin yaman, fələk! Qara geyibdi sazım, Nə oxuyum, nə yazım, Nakam qaldı murazım, Vermədin aman, fələk! Zülm olmaz beyləsindən, Qoru şər hiyləsindən. Abdalın naləsindən, Bir diksin, oyan, fələk! * * * Allah, ölümün haqdı Bu nə dərddi, nə bəladı, Imdada çat, qadir Allah! Yollarımı sellər aldı, Imdada çat, qadir Allah! Gözü yolda qalanım var, Dərdə, qəmə dolanım var. Çiçək kimi solanım var, Imdada çat, qadir Allah! Atam-anam yoxdu burda, Gejə-gündüz ahu-zarda. Abdal qaldı yaman darda, Imdada çat, qadir Allah! * * * İsmayıla Bu tac, bu taxt qılınc vəfa, Şıx oğlu Şah İsmayıla. Xızır Nəbi ol Mustafa, Olsun pənah İsmayıla. Haxdan yerə gəlir bir səs, Bəxdin üzü dönməsin tərs. Qır qazana düşər nakəs, Etsə günah İsmayıla. Abdal telə mizrab vurar, Gün gələr ki, dastan qurar, Yerdə Əli kömək durar, Göydə Allah İsmayıla * * * Qocalıram Ay dolaşıb, il ötüşür, Yavaş-yavaş qocalıram. Ötən çağlar yada düşür, Əriyir yaş, qocalıram. Nə qədər həmdəmim vardı, İndi mənlə qalan yardı. Şəvə kimi telim vardı, Çallaşıb baş qocalıram. Hayıf ömür getdi bada, Qoy car olsun dosta, yada, Sözüm keçmir arvada da, Bişməyir aş qocalıram. Zimistandır hər gələn yaz, Dünya uzun, ömür də az... Dilimdə söz, əlimdə saz, Gözümdə yaş qocalıram. Miskin Abdal bəlli adım, Pərvazlanmır qol-qanadım... Qayaları oynadardım, Tərpənmir daş qocalıram. * * * Nədi? Tərs düşür fələyin işi, Lil basan axdımı, nədi? Fani dünyanın gərdişi, Dolanan çarxdımı, nədi? Qalanıb küfrün kürəsi, Yanırsan gözüm görəsi. Tutulub yolun yörəsi, Bir bilən yoxdumu, nədi? Miskin Abdal, işin xata, Üzün gedib ərşə çata. On iki ay müdam yata, Görgünən baxtdımı, nədi? * * * Yarım Dodaqları gül qönçəsi, Yanaqları lala yarım. Kölgən gələndə gün qaçar, Sən bəlasan, bəla, yarım. Tanrı səni var edibdi, Aşiqini xar edibdi. Fələkləri kar edibdi, Çəkdiyim ah-nala, yarım. Miskinin söhbəti, sözüsən, Cümlə gözəllər gözüsən. Bu dağların nərgizisən, Bürünmüsən şala, yarım. * * * == Təcnislər == El ata Yaz olanda büsatıdı dağların, Ətəyində yer eliyər elata. Qarı düşmən qovğa salsa üstünə, Bata bilməz süvar olsa el ata. Bir Allahdı ərşü-gürşü yaradan, Adı çoxdur, bir adı da Yaradan, Nə yaratsan Yaradanı yarat, an, Qorx ki, sana qara daşı el ata. Miskin Abdal, şeytan anma, nər div an, Müxənnəsə tutacaqdı nə divan, Haqqa doğru sən qoyubsan nərdivan, Ona görə deyir sənə el: “Ata”. * * * == Divanilər == Bilmərəm Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm, Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm. Qırxlar piri özü süzüb ayağına atəşi, Alışıram Səməndərtək, narın üzə bilmərəm. Dərviş gərək bu meydanda qurban olsun baş-başa, Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa, Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa, Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey, Özün haqsan, haqq əlindən götür nuş et badə hey. Məhşər günü tab etməzsən. salxum-salxum badə hey, Nə tutmusan özün dərviş, narın üzə bilmərəm. * * * Qoymaram Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram, Cəng olarsa bu meydanda könül yıxan qoymaram. Yaxşılıqda payım vardır, qismətimdi halallıq, Bica yerə sitəmlərə qəlbi yaxan qoymaram. Pak olmasa ulu Tanrı verər ağır cəzanı, Qır qazanda qaynadar düz yolundan azanı, Sitəmlərə düçar edər mərdə quyu qazanı, Mərdimazar deyiləni səmtə yaxın qoymaram. Miskin Abdal göstərməyib heç zaman sərt üzünü, Dərviş olub əridərəm ürəklərin buzunu, Yol gedərəm diyar-diyar neçə illər uzunu, Düz ərkanı əyri gedə ya bəy, ya xan qoymaram. * * * Məni Çərxi-fələk yarıtmadı Dövlətdən, vardan məni; Min bir dərdi-əzab verib, Ayırdı yardan məni; Səkrəqibin fitnə-feli, Çəkdi məni çarxına, Yazıq Həzrət İsa kimi, Asdı divardan məni. Türk əcəmə, əcəm türkə Zülm eyləsə, günahdı; Hər ikisi bir kökdəndi, Yaradan da Allahdı; Öz elinə düşmən kəsin Axır günü kütahdı; Qadir mövlam, uzaq eylə Bayquşdan, sardan məni. “Qırxlar piri” özü verib Dərsimi ümman mənim; Çətin girə ürəyimə, Ləini-şeytan mənim; Seyyid Miskin Abdal mənəm, Söz mənim, meydan mənim, Qoruyanım, özün qoru, Xain dostlardan məni. * * * Narın üzə bilmərəm Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm, Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm. “Qırxlar piri” özü düzüb ayağıma atəşi, Alışaram Səməndər tək, narın üzə bilmərəm. Dərviş gərək bu meydanda qurban olsun baş-başa Mürşüdümnən üzüm dönməz, dünya gəlsə baş-başa, Ayaq olan uzaq olsun, yetsin gərək baş-başa, Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. * * * Olmusan Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan, Haçan yardan yarımısan, sevilib bay olmusan? Sən dərvişsən haqq yolunda haqqı istə, haqqı sev, Nə olsun ki, bel bükülüb, kamana tay olmusan. Yar olsam da incimə gəl, Ulu tanrı bağışlar, Dərgahında apaydındı bu cizgilər, naxışlar, Qoy didəndən sel-sel axsın yenə leysan yağışlar, Axır məhşər görəsən ki, köpüklü çay olmusan. Çay olmağın paklığındı, durma yuyun paka çıx, Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq, Miskin Abdal, dolansan da ayaqyalın-baş açıq, Zər qədrini zərgər bilər, zaylara say olmusan. * * * Vermədim Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim, Şirin süxən əndəlibəm, hədyana yol vermədim, Nifrin edib, lənət dedim xainə, iblislərə, Qəlbimi ayna saxladım, şeytana yol vermədim. Bir bəşəri incitmədim, kəndimi şah saymadım, Dostun sirrini söyləyib, dildən-dilə yaymadım, Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım, Dür mətaha meydan açdım, tək cana yol vermədim. Aşıq olub dərs alanlar söz desin sözüm kimi, Miskin Abdal, məğrur istə hamını özün kimi, Arifi, mətləb qananı, bilirəm gözüm kimi, Sinəm üstən mərd yeridi, nadana yol vermədim. * * * Ya Əli Bey bismillah əzbərimdi, hey xudadan, ya Əli Ən ibtida gəldi səda ərş-əladan, ya Əli. Babi sər-sər, lohu qələm oldu dünya olmamış, Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli. Səlli-aləm, mahi-aşkar, zülsətdən var pərdəsi, Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi, Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi, Alışıb yandı şahpəri, oldun fərman, ya Əli. Yandı sahpər, endi suya, nəhər gəldi yadma, Xaki-kəlam verdi salam, yetişdi muradma, Haqq-taala özü dedi irəhmət ustadma, Hər tərəfdən səda gəldi “Əhsən! Əhsən!”, ya Əli. Hər kəlmədə tərif edir, Quranda ayət səni, Cəmi aləm övliyadır, yazır əsli zat səni, Həbib özü tərif edir külli vilayət səni, Zahirdə təvəllüdsən, Sirri-Sübhan, ya Əli. Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım, Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım, Puli-sirat, haqq divandı, ol xudadan köməyim, Vəli sənsən, vəkil sənsən, şiri yəzdan, ya Əli. * * * Yol vermədim Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim, Şirin süxən əndəlibəm, hədyana yol vermədim. Nifrin edib, lənət dedim xainə, iblislərə, Qəlbimi ayna saxladım, nadana yol vermədim. Bir bəşəri incitmədim, özümü şah saymadım, Dostum sirrini söyləyib, dildən-dilə yaymadım, Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım, Dür mətaha meydan açdım, tək cana yol vermədim. Aşıq olub dərs alanlar söz desin sözüm kimi, Miskin Abdal, məğrur istə hammı özün kimi, Arifi, mətləb qananı bilirəm gözüm kimi, Sinəm üstən mərd yeridi, şeytana yol vermədim. * * * Zay olmusan Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan, Haçan yardan yarımısan, sevilib bay olmusan. Sər dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev, Nə olsun ki, bel bükülüb kamana tay olmusan. Yar olsan da incimə, gəl, ulu Tanrı bağışlar, Dərgahmda apaydmdı bu cizgilər, naxışlar, Qoy didəndən sel-sel olub axsm qara yağışlar, Axır məhşər görərsən ki, köpüklü çay olmusan. Çay olmağm paklığında, durma, yuyun, paka çıx, Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq, Miskin Abdal, dolansan da ayaqyalm, başaçıq, Zər qədrini zərgər bilər, zaylara tay olmusan. * * * Kitabxana.az · https://kitabxana.az/authors/miskin-abdal İctimai mülkiyyət (müəllifin vəfat ili: 1535). Public domain (author died 1535). Original text only.