Cəfərqulu xan Nəva. Əsərləri Cəfərqulu xan Nəva (1787–1866) Gedər Qasım bəy, adətdir, xan qulluğuna Bir kəs atlı gəlsə, piyada gedər, Mən deyiləm, aləmdə var, eldə var, Belə cüzi işlər arada gedər. Burada bir başmaq olub zərərin, Qələm alıb yazdın zəmmin bu dərin, Zalım, yoxdur məgər sənin xəbərin, O dərdən kim, aləm fəsada gedər? İndi belə görmə Adıgözəli, Səndən qıvraq idi onun əzəli. Hər zaman ki, durub yola düzəli, Yenə bədov atdan ziyada gedər. Gədə, saf azıbdır əməlin sənin, Mədənisən təqəllübün, fitnənin. Sən neçün bilməzsən, bağlı gələnin Ayağı açılıb piyada gedər?! Oğlan, lap çıxıbsan sən əndazədən, Neylər, hələ gedəcəksən yazədən, Köhnə oğurlandı, tikər tazədən, Bir adam yollaram ustadə, gedər. * * * Cəfərqulu xanın vəfatı münasibətilə təziyənamə Əfsus, cəfakar zəmanənin gərdişinə ki, Gül kimi ürəklər onun əlində xar oldu. İbrahimxəlil xanın bağı xəzan oldu, Səmum küləyindən gülzarının sərvləri soldu. Əziz adlı Cəfərqulu xan, O şəhryar, təmizrəftar hanı? O, cəlalda zamanının Keyxosrovı idi, Həşmətdə Cəmşid kimi idi. Ərəstun onun idrakı qarşısında şagird idi, Əflatun onun müvəffəqiyyəti qarşısında divar nəqşi idi. Döyüş zamanı iti qılınc idi, Həmlə zamanı nərildəyən şir idi. Bu şirin sözlər ondan yadigar qaldı, Biz onun şagirdi, o, şairlər ustadı idi. Onun elm və mərifət süfrəsində daim, Bərmək övladları həsrətdən ciyər qanı içərdilər. Ehsan edəndə Hatəmi-Tai xəcalətdən, Dodağın dişləyib, divar küncünə qısılardı. Heyf ki, ehsan süfrəsi puç oldu, Heyf ki, səyyar ulduz məhv oldu (söndü). O nurlu günəş batdı, O parlaq ay tutuldu. O məhbub əcəl saqisindən məst oldu, Peymanə alıb, ayıldı. Elə ki saqidən əbədilik şərabını içdi, Piri-xummardan “nuş olsun” səsini eşitdi. Heyf ki, ədalətli xan dünyadan getdi, Heyf ki, pərgarın qütbü viran oldu. Təmiz ruhu quş kimi qanad açdıqda, İldırım kimi behişt qəsrinin damma qondu. Çəmənzarda cənnət quşu əyan olan kimi, Quş və damdan (1283) - (1866-67) onun vəfat ili yarandı. Möhsün, dünya gülşənilə nə nazlanırsan, Ki, qış vaxtı gəldi, huşyar ol! * * * Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsi Əla, ey munisi-dirinə qazi, Yetirdin sinnini sittinə, qazi. Sanırsan çinə yoxdur kim, bu yerdə, Gedər quş qanda olsa Çinə, qazi. Oxuduram, bilirsənmi, görəndə, Sənə “vəl fəcr”ini tərsinə, qazi. Nə yaxşı minbər üstə çıxmayıbsan, Giribsən hücrənin küncünə, qazi... * * * Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsi Matəmi böylə tutarmış məgər adəm, qazi? Edə lə’nət ona bəs sahibi-matəm, qazi? Sən necə zamin olurdun, kişi, dava olmaz? Bu sözü rus yanında dediniz həm, qazi. Qur’an, əl-Fəcr surəsi, 1-ci ayə. Sən məgər halını, öz əhlinizi bilməzdin? Zərrəcə bəd əməlindən eləməz qəm qazi. Özgə davada olan kəslər alır simü zəri, Qırdırır şişəlini müftü müsəlləm qazi. Zahirən qəTəlinin qətlə gedirdi nisfı, Olmasaydı aralıqda yenə Rüstəm, qazi. Daima və’z verir xəlqə ki, ehsan eləyin, Özü heç dişqarı verməz ola gər nəm qazi. Daş-daş üstə belə Şişədə durmaz hərgiz, Bəzi işlərdən əgər olmuya ə’ləm qazi. Əhli-İslamə gərəkdir ki, gedə rast yolu, Bunlann əyriliyi qəddim edib xəm, qazi. Adını molla qoyan xəlqə deməz rast yolu? Bunların dərdi edibdir qədimi xəm, qazi. Unudurlar hamısı Tanrı, peyəmbər əmrin, Gər aralıqda ola söhbəti-dirhəm, qazi. Bir para vəqt danışmaq bizə lazımdır, leyk, Bir para vəqtdə yeydir olaq əbsəm, qazi. Demişəm mən sənə: heç vaxt inanma xəlqə, Bəzi ovqat eşit pəndimi kəm-kəm, qazi. Bundan artıq nə yazım dərdi-dili, mövlana, Deyərəm baqi sözümü səni görsəm, qazi. * * * Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışır Bəylər, nə layiqdi xan qulluğuna, Bir kəs atlı gedə, piyadə gələ? İldə bir yol düşər mənim güzarım, Vay onun halına, ziyadə gələ! Bu beyt təzkirənin avtoqraf nüsxəsində yoxdur. Çap nüsxəsindən alınıb. Bu misra doğru olaraq Zakirin nəşr olunmuş əsərlərində “Gələ gör bir adam muradə gələ” kimi getmişdir. Böyügün dərində lazımdır dərban, Axşamdan ola bəndeyi-fərman, Təmənnasız gələn olur peşiman, Vay onun halına, ziyadə gələ. Oğurluğa əcəb olubsuz mötad, Həmrahi-birahın dad əlindən, dad. Gedəndə şad gedir, gələndə naşad, Hər kimsə ki, sizin bərbadə gələ. Gəlməyən adama deyirsiz gəlin, Müşküldür qayıtmaq ayağı yalın, Mən genə qıvrağam, Adıgözəlin, Gərək dalısınca ərradə gələ. Məsəli-məşhurdur: “Quş dənə gedər”, Sizdə bir nəf’ yox, savayi-zərər, Gəlməz o qapıya heç kimsə məgər, Horadiz, Quyucaq fəryadə gələ. Mundan sonra girən xanın evinə, Gərək başmaqların soxa cibinə, Ya keçirə saf otağın dibinə, Nə isə, muhəyya, amadə gələ. Lazımdır tərəddüd xeyirdə, şərdə, Ədalət üzünə çəkibsiz pərdə, Bir tə’ziyə olsa xudanəkərdə. Gümanım yoxdur ki, molla da gələ. Bir adam təyin et astaniəyə. Yaxşını yamanı görcək tanıya, Nə eşiyə, nə də qəhvəxanəyə, Qoymaya hər yetən səgzadə gələ. * * * Cəfərqulu xanın Zakirə cavabı Qasım bəy, adətdir, xan qulluğuna, Bir kəs atlı gələ, piyadə gedər. Mən deyiləm, aləmdə var, eldə var, Belə cüzvi işlər aradə gedər. Burada bir başmaq olub zərərin, Qələm alıb yazdın zəmmin bu dərin, Zalım, məgər yoxdur sənin xəbərin, O dərdən ki, aləm fəsadə gedər? İndi belə görmə Adıgözəli, Səndən qıvraq idi onun əzəli, Hər zaman ki, durub yola düzəli, Yenə bədöv atdan ziyadə gedər. Gədə, saf azıbdır əməlin sənin, Mədənisən təqəllübün, fitnənin, Sən neçün bilməzsən, bağlı gələnin, Ayağı açılıb güşadə gedər. Oğlan, sən çıxıbsan lap əndazədən, Neylər hələ geyəcəksən yazədən. Köhnə oğurlandı, tikər tazədən, Bir adam yollaram ustadə gedər. Böyük şahənşah Məhəmməd şah Qacarın qardaşı nayibüs-səltənənin oğlu cənab şahzadə Bəhmən Mirzə 1278-ci ildə (1861-1862) Şuşa qalasında yaşayırdı. O vaxlar mən əmlak sahibi idim və karvansaram var idi. Şahzadə məndən bir qədər borc pul götürmüşdü. Sonra onu verməkdə kahıllıq edirdi. Hər nə etdimsə, israrı o oldu ki, qaytarmasın. Axırda onun üçün bir tərif¬namə yazdım. İltifatı bu oldu ki, dedi: “Bərəkallah, bərəkallah, afərin, afə¬rin!” Sonra qanım qaraldı. Aşağıdakı beytləri yazıb, mərhum cənab Cəfər- qulu xana göndərdim. Budur: Ey əsil-nəsəbli olan xan, sən Allah, Bir an bu söhbətlərə qulaq as. Bir gün başım çox həyəcanlı idi, Bədənim ibadət paltarından üryan idi. Rindlərin al qırmızı şərablarından, Meypərəst tək düşdüm xumun alaqlarına. O həyəcandan çoxlu sözlər dedim, Xoşa gələn canfəza şeirlər dedim. Şahzadəyə layiq o sözləri, Şaha layiq gövhər kimi o sözləri, Onun dərgahına göndərdim, Mən daim onun yaxşılığını istərdim. Elə ki o, qiymətli beytləri oxudu, Bəyəndi, çünki bəyənilməli idi. Bu cür mənə iltifat göstərdi, Mənə belə bir bərat yazdırdı. “Əhsən” sözündən başqa ondan bir bəhrə görmədim, Əhsənlərilə mənim qanımı qaraltdı. Mənə bir “afərin” kəlməsi göndərdi, Bu “afərin”ə yüz min afərin olsun. Bir incə mətləb əvəzinə o şahzadə, Mənə iki “əhsən”, bir “bərəkallah” verdi. Öz-özümə demişdim ki, ola bilsin, O ədalətli şah mənə bir at göndərər. Ya o pak etiqadlı şah özünün xüsusi cübbəsindən, Birini mənə göndərər. Ancaq bütün arzularım xam oldu, Fələk mənim arzumla dolanmadı. Bu zaman ağıllı adamların dediyi, Bir dastan yadıma düşdü. Ki, bir gün birisi tələsik gedərkən, Birdən kabab iyi hiss etdi. İy gələn tərəfə gedib gördü ki, Bir eşşək yerə sərilib. İki əl-ayağı bağlanıb bərk-bərk, Yer-yurd bulanıb onun qanma. Bir baytar onun baş-ayağına, Dağ basır, neştər vurur. Öz -özünə dedi, heyf bu yüyür-yüyürə, Tuf olsun belə murdar iyə. Ürəyimdə yüz ümid var idi, Öz-özümə hər zaman yüz şadlıq ümidi verirdim. Ki, o şəhriyardan feyz görərəm, Bəhmən buludundan gülzar bəhrə gördüyü kimi. Onun dərgahından ruhlanmaq istərkən, Təbimin atının ayaqları qırıldı. Əgər o beytlərdən bir neçəsini, Aşpaz Musaya göndərsəydim, Mənə bir qab aş göndərərdi, Alt-üstündə də cüt-cüt lavaş qoyardı. Əgər qiymətli beytlərdən, Üç beyt o qovurmaçıya göndərsəydim, Mənə min dil ilə dərhal, Qovurma, səbzi, lüləkabab, Hələ üstəlik, gülablı şərbət də göndərərdi. Ancaq o, kəramət şərtini eşitmədiyindən, Mənə belə səxavət göstərdi, Ağıllı Firdovsi (Allah onun ruhunu şad etsin) nə xoş deyibdir: Əgər ənbər satanın yanından keçsən, Üst-başın tamam ətirli olar. Əgər kömürçü tərəfə getsən, Qaralıqdan başqa fayda görməzsən. Şair inciyərsə, həcv deyər, Həcv isə qiyamətədək qalar. Ancaq Allahdan başqa, Mənim heç kəsdən qorxum yoxdur. İstəyirdim elə fəqan edim ki, Ondan dünyada bir dastan qalsın. Ancaq mənim təmiz təbiətim buna yol vermədi, Belə bir şəxsin də evi qoy abad olsun! Nəwab! Qızd sahibləri belədir, Allaha sığın və bunlardan vaz keç! Əttövbə, Allah, bunların hamısına, Dediyim bu sözlərə, tövbə! * * * Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabı Ey seyvid və növcavan sərvər, Bu dünyada sənin cəddin məşhurdur. Siz pak Rəsulun övladısınız, Siz pak Fatimənin bətnindənsiniz. Ürəyini geniş tut, Belə əhvalatdan mükəddər olma! Çox sərraf şəxslər var ki, Qumu gövhərdən ayırd edə bilmirlər. Səxavət cah-cəlal və malda deyil, Nə xəzinə ilədir və nə dərvişlik (yoxsulluq) ilədir. O, insanın zatında olan elə bir cövhərdir ki, O sifətlərlə bir şəxs tərifə layiq olarsa, O şəxsin vücudu başdan-başa gövhərdir, Elə gövhər ki, bütün gövhərlərdən artıq. Dünyanın bütün yaxşı-pisini görmüşəm, Onları idrak mizamnda ölçmüşəm. Çox avam adamları görmüşəm ki, Hesaba gəlməz. O kəslərin üstündən qələm çək, Onların adını dəftərdən poz! * * * Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdır **Cəfər qulu xan: ** Sən, ey Pəri, mələk pərvərdəsisən, Həmişə deyərdin: "Biz çakərik ona." Nədən ötrü bizdən kənar gəzərsən? Nə tabe olubsan sərasər ona? Aşıq Pəri: Nə şayəstə bu sözləri danışmaq, Besyardır mərdi-xidmətkar ona. Saymanıq soltanı, xanı, paşanı, Nə şah bir söz deyər, nə sərdar ona. Xan: Nə xoş güftarı var, nə xoş sadədir, Bu dərdim hamıdan çox ziyadədir, Doğrudur, dibaçə məlikzadədir, Bəs niyə deyirlər sitəmkar ona? Pəri: Xanzadəsən, söz tapıram sözündən, Əyri demə, doğru söylə düzündən, Zülm etməklə yox xəbərin özündən, Hər yerdə deyirlər rahbər ona. Xan: Əzəl başdan Mirzəcandır ustadın, Cəmiyi-Dizaqda söylənir adın, Nə səbəbdən sizin bala Fərhadın, Gah xoxən deyərlər, gəh pəsər ona? Pəri: Mirzə Qədir sənin ustadi-pirin, Zişt danışmaqlıqda yox bərabərin, Xoxən Abdulladan yoxdur xəbərin, Demə bundan sonra sən pəsər ona. Xan: Arifəm, bir yerdə yarı görəndə, Mən nə deyim bu düxtəri görəndə? Əql itirdim mən əğyarı görəndə, Neçün göstəribsən etibar ona? Pəri: Dağam, gül yanında xarı görəndə, Tərlan ovlağında sarı görəndə, Sən ki, eşq əhlini, karı görəndə, Pəriyəm duaçı aşikar ona. * * * Cəfərqulu xan Aşıq Pəriyə yazıb Aşıq Pəri, kağız sənə yetişcək, Durmuyubsan gərək bura gələsən. Tavus quşu kimi, ya mürği-tuti, Gəzəcəksən yəqin əldən-ələ sən. Lənət gəlsin Fərhadın imanına, Salıb Şirin kimi səni yanma, Salacaqsan pamoşnikin canına. Görəcəksən bişübhə vəlvələ sən. Pəşminə almazsan soltanı, xanı, Eyləyirsən şahlar kimi divanı, Sən Qədirdə olan neyi, surnanı Görməyibsən, görsən məgər, gələsən. * * * Aşıq Pərinin Cəfərqulu xana cavabı Eşitmişdik, qulluğuna yetişdik, Gördük ki,düşübsən dildən-dilə sən. Unutmayıb müsəlmanlıq şərtini, Matəm tutub, bir insafa gələsən. Bu işdə Qədirin varıdır tayi, Yetən kəslər ona deyir sövdayi, Aralığa düşüb məhərrəm ayi, Layiq deyil onda deyib-güləsən. Yaxşı yetər imamı fəryadına, Belə işin ləzzəti nə, dadı nə? Adam bildik, biz də gəldik adma, Adamlığı qanmayıbsan hələ sən. Ey Pəri, tə’cil et sualında sən, Nöqsan yetiribsən kamalında sən, İndi surna çalmaq xəyalındasan, Onu məgər axirətdə çalasan. * * * Kitabxana.az · https://kitabxana.az/authors/nava İctimai mülkiyyət (müəllifin vəfat ili: 1866). Public domain (author died 1866). Original text only.