Nəcəfqulu bəy Şeyda. Əsərləri Nəcəfqulu bəy Şeyda (1858–1936) Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva, Gər olub, aşiq degil, aşiqdir kami narəva. Aşiqi-sevdazədə vəchi-nigarın axtarar, Nə gözəl olsa, onu sevməz nigarından səva. Mənzərimdə dövr edən bu taqi siminzər nigar, Pərtövi-zati-xudadır xaliqi nə bu həva. Hər səhər gülşənara cəmiyyəti-üşşaqdən, Naləşü suzdur səm’ə yetən hər bir nəva. İstədim mən bir müalicədən dəvayi dərdi-eşq, Söylədi bu dərdə yox heç yerdə dərmanü dəva. Etmədi dərman müalic dərdi dərmanına, Ey könül, bil binəvasən, binəvasən binəva. Səbr ilə, Şeyda, olur dərman dərdi firqətə, Məqsədi rahə məhaziddir əgər xətti üstüva. * * * Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd, Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd. Bəxşişi əhli səxanın bəzminə mümsək nədən, Büxli-xübsindən edir hər yerdə hər dəmdə həsəd. Hümməti-hali-xəsayildən doğar əf’ali xeyr, Xeyirdən tolid xeyr eylə, xəbaisdən də bəd. Kuşeşin sanma əbəs kim canfəşanlıq eyləyir, Məsləki-həqdə durub qayim-qiyam eylər əbəd. Səy qıl əhli-təriqət məsləki tapsın səbat, Firqeyi-bütlan olub məhv qalmasın heç bir əhəd. Bavər etmə ədli üzrə eyləsin divan o şəxs, Gər olursa hökmranlıqda əsasən müstəbəd. Firqə-firqə oldu millət, məsləki pozğunlaşıb, Qalmadı, Şeyda, məgər həq yolda bir əqəll ədəd. * * * Sənəma! Talibdir üzünü görməgə ürək Sənəma! Talibdir üzünü görməgə ürək, Aç üzün ta ki gözəl üzünü bir an görək. Şanə vurduqca pərişan olur o zülfdə mu, Xatirim cəmliginə qoy o pərişani hörək. Məqdəmin səcdəgəh olmuşdu pərəstişlərinə, Qoyaram səcdə üçün başım ayağın öpərək. Hər görən hüsni-cəmalın sənin heyranın olur, Əql daşından uçur görcək üzarın ötərək. Möhnəti-qəmzədənin illəti dərdin bildin, Bu nəhan sirrdir, etmək bunu əfşanə gərək. Cilvəgahindan ötən cazibeyi hüsnin olur, Neçə pərvanə yanır dövreyi şəmdə uçaraq. Nəql məhfillər olub nəqli-kəlamın, Şeyda, Xassə mənası vəli a’mə də əfsanə gərək. * * * Söhbəti hal əhlinin ruhə təravət verir Söhbəti hal əhlinin ruhə təravət verir, Ruh təravətli, həm cismə zərafət verir. Hər nəfəsi ki alır cism, səfadar olur, Cismə həman dəm səfa qüvvət, taqət verir. Cismi- qəvi bil-ümum hali səlamət edər, Salim olan hal həm feli- səlamət verir. Salim fel failin əhli-səadət qılar, Kim ki tapar məs’ədət xəlqə səadət verər. Feyzi səadət tapan vəh nə səadətlidir, Kim olub məs’ud özü, qeyrə səadət verir. Seyri-siluki budur əhli-təriqin yəqin, Zəhməti-nəfsi ilə qeyrə fəraqət verir. Müstərihdir, şübhəsiz, Şeyda misal hər vücud, Tərki-zünub ilə bir nəfsə ənabət verir. * * * Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola, Sevilə həm də sevə zahirdə leyk biyar ola. Hüsn bazarında yoxdur ruy dilbər tək məta’, Çox cəfadır müştərisi gər onun əğyar ola. Şaxi-gülbündə güli mədh eyləyən bülbül olur, Nə rəva madam xar gülbində bir xurdar ola. Möhnəti-hicranə vaqif aşiqi-məhcurdur, Tuli-hicranə bədi xoşdur aşiqə didar ola. Söhbəti nadandan yetməz nədamətdən səva, Neyləsin arif ki, nadan söhbəti naçar ola. Bəxt dönəndə xabi-qəflət nagahan eylər hücum, Vay ola ol qafilə gər düşməni bidar ola. Tərk qıl, Şeyda, dəxi sən söhbəti-nadanları, Axtarıb həm söhbətin tap arifü hüşyar ola. * * * Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan, Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman, Yaqût ləbindən mənə sən əylə bir əhsan, Ləbin ləbim üstünə qoy, ey nov-i gül-i xəndan, Gülbərg tərin əyləgilən yər ilə yəksan. Dərdü gəmi hicr içrə mənim çoxdu məlalim, Hansı birini şərh qıhm, əy gül-i alım? Aşüftə ədən zülf-i siyahındı xəyalım, Çarə nə olur, dərdimə səndəndi sualim? Əlhəqq bulunur şəhd-i ləbindən mənə dərman. Övqat kəçərdi qəm ilə, ləyk vüsalm, Röyada görürdüm gəcələr əks-i camalm, Səd şükr Xudaya ki, dönüb fikrü xəyalm, Tərf-i gülü büstana gəlir sərv-i nihaim, Can məqdəminə imdi gərəkdir ola qurban. Dün şərh ələdim dərd-i dilim pir-i muğanə, Zülf-i siyahın qissəsi çün düşdü bəyana, Aşüftə, pərişan ələdi halimi şanə, Döndərdi üzarm həvəsi bağrımı qanə, Nəy kimi nəvaya gəlib üşşaq ədər əfgan. Əy məhr-i münəvvər, sənə övsaf nə hacət, Hər yərdə camalm süxəni türfə həkayət, Söz çoxdu, budur müxtəsər, əy kan-i lətafət, İnsafa gəlib əylə özün bircə ədalət, Vər indi icazə olalım ta sənə məhman. Əsbab-i tərab məclis ara ta ola bir dəm, Tarü nəy ü bərbət çalınıb, dəf urula həm, Sərməst ola zahid Iəb-i məydən, ola xürrəm, Saqi oluban məy vərəsən sən mənə hər dəm, Ağuşuma mən onda çəkərdim səni çün can. Buy-i sər-i zülfün yətirib bad dimağa, Şövq-i gül-i rüyin məni qalxızdı bu tağə, Şeyda kimi səbbar olurmu kimsə bu dağə, Bülbül kimi qonsam, gözəlim, şaxə, budağə, Görüb deyərlər: -Aşiq-i güldür bu pərişan * * * Olaydı A gül şaxı, yaşıl yarpaq açmısan, Nə xoş olur, qönçələrin olaydı. Açılaydı qönçələrdən güllərin, Sənə məddah bülbüllərin olaydı. Ətrafına cəm olarlar gözəllər, İyləyib gülünü, axır üzəllər. Müəttər bərginlə köksün bəzəllər Tamaşaçı heyranların olaydı. Şaxı gülbən olub sənə mənzilgah, Məğrur olma yox bəqası onun, ah. Nolar, olsun aşiq dərdindən agah, Vəslin dilər müştaqların olaydı. Ətri gülün bihuş edər hər kimi, İylər onu hər kimsə ənbər kimi. Şəqayiq, nəstərən, süsənbər kimi, Sən şah, bular gədaların olaydı. Keçər fəsli-bahar sənin də dövrün, Yetər xəzan, solar rənginə sorun. Nayab olar aşiqlərdən hüzurun, Nə sevilib bu günlərin olaydı. Diyari-qürbətdə gedər bülbülün, Solar ətrafında gülü sünbülün. Tökülər yarpağın, qalmaz heç gülün, Sənə ağlar Şeydaların olaydı. * * * Kitabxana.az · https://kitabxana.az/authors/necefqulu-bey-seyda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.