Ömər Faiq Nemanzadə. Əsərləri Ömər Faiq Nemanzadə (1872–1937) == Molla Nəsrəddin yazıları == Bilməli Xəbərlər “Molla Nəsrəddin” nəzir edib məcmuəsini il başınadək göndərsin o şəxslərə kİ, bu aşağıda yazılan suallara cavab yazıb göndərə darəmizə: O hansı şəhərdir ki, qlava divanxanasınm on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir? Bir qabdan ki, sütmiməzhəb su içə o qabdan şiəməzheb su içəbilər, ya xeyr, o qabı təmizləmək lazımdır, ya xeyr? Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Yas evinə plov yemək üçün zor ilə hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir? Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola? Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarından çıxır? Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgələri sancmır? Bu ne sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla oldular ki, təbiblər onların çölə çıxmağını rəva görmədilər? İrəvanda teatr məclisində “Uşi” camaatı üçün cəm olunan dördyüz manat hara təşrif apardı? “Molla Nəsrəddin”, 7 aprel 1906, Nel * * * Cavablar Axısxadan: “Cənab “Molla Nəsrəddin” 1 -ci nömrə məcmuəsində 9 maddə sual edib cavab verənlərə bir il məcmuəsini pulsuz göndərməyini nəzir edibdir. Buna görə bu aşağıda dərc olunan cavablan verib təvəqqe edirəm ki, əgər qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəsrəddin” qabağında yatan cənabları yuxudan durğuzsun. 1-ci suala cavab – O şəhər Bakı şəhəridir ki, qlava divanxanasının on bir nəfər əzasından ancaq biri öz dilində hıqqana-hıqqana qol çekə bilir… 2 – Şeyx Zahidin bacısının nəvəsinin xalası yuxuda görüb ki, Şeyx Əsgər Səfərinin gecə kitabının Fanatik babının “təfriqə” bəhsində yazılıbmış ki, ortalığı bulaşdırmaq üçün qabı yumaq lazımdır… 3 – Əhər Şəki, Şamaxı şəhərlərinin mədrəsələri dəxi hesaba daxil olursa qumarxana çoxdur… Çarəsi budur ki, cənab Molla Nəsrəddin qəti bir elan cari qıla ki, bundan sonra gərək yas evinin qabağına cəmiyyəti-xeyriyyə tərəfindən bir vəkil qoyula və hər gələn molla millət nəfmə hökmen bir şahı verə… və kişilər (lotular) and içələr ki, bundan sonra onlar naməhrəm Övrətlərə baxmayacaqlar. 5- O cürə kitab ancaqAxsxa uyezdinin qəryelərində tapılar.6 – Müsəlman vaizlərinin qafil karxanalarından çıxır… 7 – Iran xanlarından o cürə xasiyyət aldıqlarına səbəb. 8 – Bu o sirdir ki, hava buludlu olduğu üçün mauzer naxoşluğu insana tez sataşar… 9 – Kamali-ehtiramla ərz edirəm ki, haman teatronun bufet kassasına Göy altında, yer üstündə – Heyraini Molla Nasrəddin, 27 aprel 1906, No. 4 * * * Fatma Xala Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə. Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmiryolda gedən zaman pilləkanları enib-çıxanda düşdü ve yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü. İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma, başmağım düşdü” çığırtısı düşər yadıma. Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ile bircə dəfə de nəinki səfərə, bəlkə, həyətdən küçəyə də çıxmamışam. Soruşuram niyə, deyir – mehz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra: “A kişi, qoyma, başmağım düşdü”. Xülasə, dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdı düşdü, deyərsən “A kişi, qoyma, başmağım düşdü”, kişi də fayton olsa faytonu şaxlar, dəmiryol qatan olsa dəmiryol qatarını saxlar (hərçənd bu evi xarab dəmiryolu sürənlər heç sözə baxan adam deyillər). Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallah-illah başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, ne qədər ki, Fatma xalanın başına gəlib. Fatma xalanın əri Qatır ürküdən şəhərin sakini Kərbəlayı Xalıqverdi Təzekli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi tezə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəldidən atı gətirərdi evinə. Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür, at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi ki, ay arvad, sən allah əl çək, amma axırda razı oldu. Qatırlı şəhəri ile Heydərli pirinin arası iki saatlıq yoldur. Şəhərdən çıxanda Qurbağalı çayma kimi Təzekli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır. Heydərli piri çox kəramətli pindi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq. Kerbəlayi Xalıqverdi atı çekdi küçəyə ve arvadı Fatma xalanı tərkinə alıb düşdü yola. Ər və övrət söhbet edə-edə gedirdilər. Ər məsələn belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb. Övrət belə söhbet edirdi: a kişi, sən allah, bir mənə de görüm, bu başıdaşlı naldendlər necə qorxmuyur atın qıçlarına mıx vururlar, bəlkə, birdən at təpik atdı? Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa adama heç zad olmaz. Bir qədər bu cür söhbət edə-edə getmədə idilər ki, birdən naqafil Fatma çığırdı: a kişi, qoyma, başmağım düşdü. Kərbelayi Xalıqverdı atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yetə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım. Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox, başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!” At bir qədəm de götürdü. Fatma xala qışqırdı: “Ay aman”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət etməyə. Bir az da keçəndən sonra Kərbelayi Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı. Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxan qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi. At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə. Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belədanışırdı: – Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə. Kəndlilərin biri üzünü Molla Quıbanquluya tutub dedi: a molla, and olsun bizi yaradan məxluqa, mən bircə dəfə de, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam. O biri kəndlilər de and içdilər ki, bir belə günah iş görməyiblər. Molla Qurbanqulu başladı: Ovrətinki odur ki, qatasan evə, qapısını qıfıllasyasan. Məşədi Nurəli üzünü tutdu mollaya və dedi: “A molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfillayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn gedib su gətirsin”. Molla Qurbanqulu ucadan cavab verdi: peh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su getirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə?Övrətinki odur ki, qatasan dama, qapısına qıfil vurub açarını qoyasan cibinə. Bir qədər də söhbetdən sonra Molla Qurbanqulu Məşədi Nurəliden soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülltüdenli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xahqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə: – Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdidir. Men o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayi Xalıqverdiyə qonaq olaram. Kişi, doğrudan da, Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görüm. Ay Məşədi Nurəli, halal olsun, o atı ki, Kərbəlayi Xalıqverdiyə satıbsan. Mollanın bu sözlərini Məşədi Nurəli de təsdiq elədi ve dedi ki, vaqiən Kərbəlayi Xalıqverdi çox dindar ve namuslu adamdır. Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nehlet senə kor şeytan”. Molla Qurbanqulu dedi: “Əstəğfürullah”. Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxaqorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mollanın üzünə. At, Məşədi Nurelinin qapısına yetişib özünü soxdu heyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxıb bir tüpürdü yerə və sonra dedi: Allah sizə lənət eləsin, ay Övrətləri Sizin səbəbinizə dünyadan xeyir bərəkət də götürüləcək. Qeyri kəndlilər də Fatma xalaya lənət oxuyub dağıldılar. At həyətə girib getdi başım soxdu çardağın altındakı öz axuruna və daraşdı ot və saman çöplərini axtarıb yeməyə. Sonra Məşədi Nurelinin övrəti ve bir neçə sair övrətlərdən yığışıb bir tövr Fatma xalanı atdan yendirdiler. Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı. Yazıq Fatma xala!!! Lağlağı Molla Nəsrəddin, 29 sentyabr, 6 oktyabr 1906, №. 26, 27 * * * Bir Arvadın Cavabı Hörmətli Molla əmi! Yazıb sizdən təvəqqe edirəm bizim bu kağıza yer verəsiniz. Keçmişdə jurnalınızda hamamdan, tiryəkdən, molladan, falaqqadan, cadu-pitidən, üzerrikdən, ilandan, qurbağadan ve s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin ki, sözünüz qurtarıb yapışmısınız bir arvadların yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicişəndə qaşıyır, əgər qaşınmaq arvadlara eyibdir, pəs kişilər niyə qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagörmüş bir müsəlman qardaş şəkər maşasilə boynunu qaşıdığı ve hətta qulağını qurtdadığı və dırnağını təmizlədiyi məgər sizin yadınızdan çıxıbdır? 24-cü nömrənizdə yazırsınız ki, arvadlar pul hesabı bilmirlər. Bunu gərək siz heç yazmayaydınız. Arvadlar başına nə kül töksün, hansı məktəbdə arvadlara elmi-hesab oxudubsunuz ki, pul hesabı bilsinlər ve bir də mən görüb ve eşitmişəm ki, çox kişilər də pulu barmaqları ilə hesab edirlər və iyirmiyə iki on, yüzə iki əlli deyirlər. 25-ci nömrədə arvadların saqqız çeynəməyinə lağ eləyirsiniz, guya müsəlman xanımlarının adı çəkiləndə onların saqqız çeynəməyi yadınıza düşür. Saqqız çeynəməyin nə eybi var? Bes saqqızı nədən ötrü qayırıblar ve saqqız olmasa çərçilər ne ilən alış-veriş elər. Niyə rus xanımlarının semiçka çırtdamağı eyib deyil, bizim saqqız çeynəməyimiz eyibdir? Və mən çox kişilər görmüşəm ki, arvadları saqqız çeynəyəndə deyir ki, “ay arvad, ondan bir az qır, mənə də ver”. 26-cı nömrədə arvadların başmağına lağ edirsiniz. Bəs sən özün molla kişisən, insafla söylə, rus ve erməni tikən çəkməni geyib pirə getmək olarmı və o ziyarət qəbul olunarmı? Və bir neçə nömrənizdə müsəlman arvadlarının libasını çəkib başlayırsınız üstünə gülməyə, məsələn, jurnalımızın 17-ci nömrəsində atlar müsəlman arvadlarını küçədə görüb ürkürlər, məlumunuz ola ki, o atlar rus atlandır, onlar heç müsəlman arvadları görməyiblər. Hərgah rus xanımlarının libasını və onların at minib üzüaçıq kişilərlə gəzdiklərini müsəlman şəhərlərində, məsələn, Təbrizdə ya Mazandaranda görsələr nəinki o yerin atlan, hətta adamları da onlardan ürküb qaçarlar. Və xülasə, sizdən təvəqqe edirəm ki, müsəlman arvadlarının şəklini jurnalınızda çəkməyəsiniz, çünki bizim rusça telim alanlarımız o şəkilləri görüb bizdən vahimələnirlər vo rus qızlarının dalınca düşürlər ve çox ittifaq olur ki, dönüb rus qızı alırlar, bu da siz mollalara heç xeyir deyil. Çünki kəbin pulu sizin cibinizdən çıxıb keşişlərin cibinə girir. Cəhrəçi xala ”Molla Nasrəddin”, 13 oktyabr 1906, No. 28 * * * Xanpəri Bacıya Cavab Hörmətli Molla emi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi. Nə eləyim, bir orucluq olmayaydı görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun. Mən yamanlıq eləmədim ki, yazdım Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirlərin açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan? Bir gör nə çəkilib: kişi öz gözəl, Allahın əmrilə aldığı arvadını körpə balası ilə gözüyaşlı qoyub gedib uyubdu urus ləçərinin birisinə. Habelə işlər olanda arvad başına nə daş salsın, a canı yanmış! Ürəyi yanan məhəbbət duası da yazdırar, ocağa da qaçar. Allah bir eləsin sənin qabağına çıxartsın, onda dadını görərsən. Və bir də məhəbbət duası yazdırmaq ve kişilərin cibindən pul oğurlamaq, başına cürbəcür oyunlar gətirmək bizim aramızda olan sirlərdir, bunların hamısını açmağa dursaq, onda kişilərin yanında bizim nə hörmətimiz olar? Məgər sənin rəhmətlik qoca nənən Xanpəri ki adı sən başıküllüyə qoyulubdur, tutduğu əməllər sənin yadından çıxıbdır. Eşitməyibsən ki, o rəhmətlik Məstəli şaha cadu qurdurub bif dəqiqədə Parij şəhərini necə dağıdıb altını üstünə çevirdi və biçarə Müsyö Jordanı dəli edib çöllərə saldı? Şəhrəbanu xanım bunu görəndə əhmətlik nənənə dedi: “Xanpəri, Parijin dağılması təəccüb deyil, təəccüb odur ki, kişilər həmişə bizə deyirlər caduya, pitiyə inanmayın. Necə inanmamaq olar ki, adam öz gözü ilə belə işləri görür?” Ve rəhmətlik nənən cavabında dedi: “Eh xanım, kişilərin əgər ağlı var, niyə biz onlan hər qədəmdə min yol aldadırıq və öz bildiyimizi edirik”. İndi biz də gərək sənin böyük nənənin yolu ilə gedək, yoxsa bir qara pulluq da bizim qiymətimiz olmaz. Cəhrəçi xala “Molla Nəsrəddin”, 10 noyabr 1906, No. 32 * * * Məktəb Molla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı. Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt… Allah baisin evin yıxsın ki, mənim evimi yıxdı, uşaqcığım xarab oldu. Çarəm kəsilib dedim şkolaya-zada getmə, sözümə baxmır. Neyləyək, dünən arvad gedib Çənbərəkəndə mollaya baxdırıb, zahm oğlu elə deyəsən yanında, deyib ki, ay arvad, senin oğluna cadu eləyiblər. Bir neçə dualar yazıb verib ve tapşırıb ki, hər həftədə bir dəfə gel ona dua yazım apar, əgər sağalmasa bir-iki aydan sonra apar Nuxaya “Babaratma” pirinə: ne cür dəli olsa, orda sağalar. Bir de bərk-bərk tapşırıb şkolaya qoymayım. Hə, deyirəm ki, getmə o xarabaya, qulaq asmır. Sen, deyirlər, dua yazmaq bilirsən, nə olar bircə dua yazıb göndərəsən ki, oğlum şkoladan əl çəkə. İnşallah yolun quru qalmaz. Dərdmənd “Molla Nasreddin”, 6 yanlar 1907, №.1 * * * Axır Çərşənbə “Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar. Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar! Dərdmənd “Molla Nəsrəddin”, 24 Mart 1907, №.12 * * * Sirkə Bu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac. Dərdmənd “Molla Nəsrəddin”, 31 Mart 1907, N.13 * * * Qəribə Qutu Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib. Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır. Molla Nəsrəddin “Molla Nərdəddin”, 21 Aprel 1907, №.16 * * * Qayırma Hədislər Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir. Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi allaha şükür olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlüd günü söylədiyi nitqu eşitdilər. Həmin nitqin surəti “Irşad”ın69-cu nömrənsində yazılib. Hacı Mirzə Əbutürab həzrətləri haman qün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaq və ayrılığı salan qayırma hədislərdir.” Keçən vaxtlarda “Qapazlı” kəndində mənim bir əmim var ki, adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmim gilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib. Bir dəfə soruşdum ki, əmi, maşallah nə çox məşğuliyyət eləyirsən? Əmim mənə belə cavab verdi: bala, sən hələ uşaqsan və Molla Tarqulu  buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki “cinabət qüslünün hər bir zərrəsindən yetmişiki vin məlaikə xəlq olunur və bu məlaikələr qiyamət gününü qüsl sahibini qanadlarının üstünə alib qalxızacaqlar göylərə və gəzdirəcəklər.” Əmimin sözünü mən o vədə başa düşmədim, amma sonra başa düşdüm. Bəli, qayırma hədislərdən danışırdıq. Laah Hacı Mirzə Əbutürab cənablarını calamat eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban. “Molla Nəsrəddin”, 21 aprel 1907, №. 16 * * * Xortdana Məktub Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa! Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq. Salisən, bəndeyi-həqirin bir az məşğələsi olmağa görə xidmətinizə gəlməkdə bir az təxir eləyirəm, inşallah bir səbəbi-xeyir olar, onda qulluğunuzda olaram. Bakıda belə səbəbi xeyirlər tez-tez olur, yəni müsəlmanlar atışan vaxt bir güllədir taraq adamın təpəsindən, o saat o xoşbəxt qulluğunuzda hazır olar. Rabiən, mənim bir qulluğum var. Bağışlayın, hərçənd menim derdim senə məlumdur, ona görə ki, dünyada hər nə iş olsa ölülər bilər. Çünki onlar diridirlər, biz dirilər bunu hələ başa düşmürük. Xülasə, hər bir iş sizə məlumdur. Yadındadır, “sirkə” mənim başıma nə müsibei gətirdi? Menim evimi yıxdı! Allah şeytana lənət eləsin! O məlun meni yoldan çıxartdı, gözəl-göyçək uşaqların anasmı üç talaqdan saldım! Bəli, sonra çox peşiman oldum… gedib ağlayıb uşaqların anasmnan barışdım, tövbə-istiğfar elədim. Qohum-qardaş, mollalar yığılıb dedilər ki, bu sənə Övrət ola bilməz və kəbin dübarə düşməz. Vay, vay! Bəs, neyləmək? Dedilər: gərək zövci-axer olsun, yeni bir neçə günlüyə övrəti verməli özgə ərə, sonra o boşansın, onda sən ala bilərsən. Qaldım lap mat-məəttəl… Çox fikirdən sonra belə məsləhet gördük ki, bu övrəti verək qonşumuzdakı kor Hafizə… A başına dönüm, bu məlun kor arvadı boşamır. Nə qədər pul verirəmsə, təvəqqe eləyirik, kor deyin belə övrəti men deli deyilem boşayam. İndi qalmışam əli qoynumda. Cadu-pitik bu məluna kar eləmir. Biçarə Hacı İsmayıl da cadu yazmaqdan, tas qurmaqdan lap yorulub. Əzizim Xortdan, ümid sənə qabb, sen gərək mərhum Pobedonosevlən dost olasan, çünki o mərhum müsəlmanların xeyirxahıydı və müsəlman ruhanilərimizin çox müddət rəisi olub. Amandı, təvəqqeelə o mərhumdan ki, bu barədə bir zakon düzəltsin ki, bizim uşaqların anasını kor Hafiz boşaya. Xülasə, bu əlim, bu ətəyin, menə bir çarə. Dərdimənd “Molla Nəsrəddin”, 18 may 1907, №19 * * * Məktub Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?.. İndi gələk mətləb üstə. Sən deyirsən ki, biz müsəlman arvadları da gərək üzüaçıq gəzəkvə bu iş guya xilafi-şər deyil. Sözünü qüvvətləndirmək üçün Qurandan da ayələr gətirib deyirsən ki, hansı alim üz açmağı Quranın hökmü ilə haram bilirsə buyursun, cavab verməyə hazırıq, amma orada bir quyruq qoyursan ki, “qayırma hədislər ilə işim yoxdur”. Mən bilmirəm qayırma hədis nəyə deyirsən? Hədisin də qayırması olarmı? Mollalar həmişə bizə söylədiyi hədislərdir və o hədislərdə də yazılıbdır ki, naməhrəmə görünən və üzüaçıq gəzən arvadlar o dünyada cəhənnəm oduna yanacaqlar və üzlərinə cəhənnəm damğası basılacaqdır. Amma molla qismi məhrəmdir. Sən yazdığın ayələri mənəvvəlinci dəfədir ki, eşidirəm. Kim bilir, bəlkə o ayələri sən özündən qayırıbsan! Tutaq ki, arvadların üzüaçıq gəzməyinə şəriət yol verir və sən yazdığın ayələr lap Quranın ortasındandır. Amma söz budur ki, sən işin bir tərəfini bilirsən, o biri tərəfini bilmirsən. Sən bilmirsən ki, bizim üzüaçıq gəzməyimizə şəriət yol versə də kişilər yol vermir. Mən tək öz ərlərimizi demirəm, hamı müsəlmanları deyirəm. Dad müsəlman kişilərin əlindən! Vallah, onlardan bizə gün-dirilik yoxdur. Vay odur ki, evdən çölə çıxaq. Hər yerdə ki, müsəlmana rast gəldik – bazarda, küçədə, yolda – gərək bərk-bərk gizlənək. Çünki gözlərini zilləyib bizə bir sayaq baxırlar ki, az qalırlar çadranın altından gözləri ilə bizi yeyələr. Amma erməni, urus belə deyil: onlar bizə heç məhəl-güzar olmurlar və başlarını aşağı salıb öz yolları ilə gedirlər və o səbəbə biz də onlardan çəkinmirik, amma müsəlmanlardan bizə aman yoxdur. İndi işdi bir erməni dükanına girərsən ki, üç-dörd arşın çit alasan, o saat görürsən ki, dalınca haman dükana şey almaq bəhanəsilə bir müsəlman girdi ki, baxıb sənin üzünü görsün, sən də kor-peşiman oradan çıxıb gedirsən. A kişi, hələ sənin xəbərin yoxdur ki, dəmiryol ilə gedəndə bizim başımıza nələr gəlir və nə zəhmətlər çəkirik: hərgah sən oturduğun vaqonda bir müsəlman olsa, işin bitibdir. Saatda yüz dəfə laziməsız, sən oturduğun yerdən gəlib o tərəfə gedəcək, bu tərəfə keçəcək, qoymayacaqdır ki, bir dəqiqə rahat nəfəs alasan. Və bundan eləcə Tiflisdən tutdun Bakıya kimi bir stansiyada akoşkanı açıb nəfəs ala bilmirik, o saat müsəlman əclafları bizi görən kimi papaqlarını dikəlib gəldib akoşkanın ağzını kəsdirirlər. İşdi göy-çəksifətli arvad görəndə də başlayırlar duzsuz və çirkin sözlər atmağa. Mənim kimi qarının sifətini görəndə imanına söyüb tüpürüb gedirlər. Vallah, az qalıbdır ki, bu ağbirçək halımda başıma rus şlyapası qoyam, ta ki məni tanımayıb farağat qoyalar. Əlbəttə, kişilərimiz də yoldaşlarının belə pis işlərini görüb bizə bərk qadağan edirlər çadrasız qonşuya cəhrə-daraq almağa da getməyək. Sən elə şəriətdən danışırsan, şəriət deyil bizi bu günə salan, avam müsəlmanlardır. Nə olar ki, molla kişisən, bu müsəlman qardaşlara bir öyüd-nəsihət verəsən ki, bizləri rahat qoysunlar!.. Cəhrəçi xala “Molla Nəsrəddin”, 26 may 1907, №21 * * * Hicab Məsələsi və Cavabımız Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin. Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır. Biz üç açmağı haram bilən rəy və qövmlərin çoxunu bilirik. Bizə “Tazə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırdılar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də. Sözün canı bundadır ki, aya üz və əlləri örtmək “icmai” və “zəruridin”dir, ya “ixtilaflı”? Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalınızla təkfirə cürət eləməyin. Yox, “üz və əlləri” açmaqda zərrə qədər ixtilaf, yoxsa isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik. Biz “üz və əlləri” göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq: Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir” də, Şeyx Yusif Bəhrani “Hədayiq”də və Şeyx Küleyni və sairlər qədim üləmadan və bir cəmaəti mütəəxxirindən deyirlər: “Şəriəti Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”. Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzü açıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki, “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”. Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha. Övrət ya əcnəbiyədir, ya məhrəm, əcnəbiyə olduqda ya azadədir, ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu verməyə. Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-Fəxri Razi, səh.375). Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə övrət yeri: göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir, övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə, əllərinə. Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir. Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür, ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səh.377). Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti-zinətə. Əqrəb budur ki, xilqəti-zinət daxildir “zinətə-hünnəyə”. Zinəti-arizi və sonra əmələgəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə. Zinəti xilqətə həml edənlər deyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir, üz və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsir-kəbir”, səh.378). “İlla ma zəhərə minha” – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkar çətinlik var. Bəziləri deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-ibn Səud”, səh.259). “Təfsiri-Qazi” həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səh. 138). Zinət bir rəvayətdə zinəti-zahiri: sümük və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səh.342). “İlla ma zəhərə minha” ibadətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səh. 156). Vəla yəzrübnə bixmrəhünnə əla cüyubəhünnə. Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və gərdən-bəndləri görsənərdi. Ona görə əmr olunur ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səh.379). Haman ibarətlə və qərar ilə yazılıbdır (Təfsiri-ibn Səud”,səh.359). Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (“Cəlalin”, səh. 156). “Vəla yəzrübnə bixümirihinnə əla cüyubəhünnə”, yəni boyunların örtsünlər (“Təfsiri-Safi”). Hicab ayəsi (53-cü ayə): Ya eyyühəlləzinə amənu la tədxilu büyütin-nəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədeytüm fədxülu fəaiza tömətüm fəntəşiru vəla məstanisinə lihədisin innə zalikum kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyi minəl-həqq və iza səəltəmuhunnə mətaən fəsəluhunnə min vərai hicabə zalikum əthərü liqülubəkəm və qülubəhünnə. Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərin ki, sizə izin verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz təamın qabına mütəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki, çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gediniz deməyə). Və illah həya etməz haqqı deməyə. Zəmani ki, peyğəmbərin övrətlərindən (yainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu günə hicab dalısından sual və cavab etmək pakizəraqdır həm sizin qəlblərinizə və həmi övrətlərin qəlblərinə (pis gözlə baxmaqdan ibarətdir). Bu tərcümə mütabiqdir cümlə təfsir ilə. “Təfsiri-Qazi”də rəvayət olubdur ki, Ömər rəziyəllah ənh dedi: ya Rəsuləllah, sənin yanına cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz ümməhati-möminin pərdə dalısına oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu. Yainki bir gün ziyafət məclisində bir adamın əli Ayişəyə dəydi, bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra Allah-təala buyurur ki, (La cina əleyhən fi abaihən…iləs), Ləfzən tərcüməsi: Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladlarında və öz cinsi övrətlərə və o kəslərə ki, o övrətlərin əlləri malik olubdur (qul və kəniz) və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah-təala hər şeyə xəbərdardır. “Təfsiri-Qazi”də: zəmani ki, hicab ayəsi nazil oldu (53 ayə) atalar və övlad və qohumlar ərz etdilər həzrət Rəsul əleyhissəlama ki, ayə öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq? Pəs bu ayə nazil oldu. “Təfsiri-Safi” bunun misli. “Təfsiri-Kəbir” Fəxri Razi: zəman ki, hicab ayəsi nazil oldu o hökmdən Allah-təala məhrəmləri istisna etdi. Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izin özgə evinə daxil olmaq barəsindədir. Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi). Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsil dəlil bu xüsusda ayeyi-şərifdir: “La yübdinə zinətəhünnə illa mazəhərə minha”. Ümumi səhaba buna qaildir ki, zahir zinətdən murad: sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər: Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir. (“İxtiyar”). Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah-təala həzrətlərinin “vəla yübdinə zinnətəhünnə illa mazəhərə minha” fərmanına görə ibn Abbas buyurubdur ki, zinəteyndən murad sürməvə üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir (“Kitabi-İxtiyar”). “Və cəmi bədənülhürrə övrətün illa vəchüha və kəfiha və qədəmiha və ləza təmtənü min kəşifə vəchüha beynərical lilfit-nətü vəla yəcuzinnəzərü ileyha beşəhvətin kevəchuləmrədü və əmma yədunəha fihəl”. Mənası: üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnundur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır. (“Müntəqi-Fitva”kitabı). Əllameyi-mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bundan ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyriməqbuldur icma vasitəsi ilə. Amma iki əllər üz kimidir bizim üləmanın yanında. Və buna qail olubdur Şafeyi, Övzayi və Əbu Sur. Bu dəlil ilə ki, “Vəlayubdinə zinətəhünnə illa mazəhərə minha”nı İbn Əbbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə. Fazili-hindi “Kəşfül-lisan” kitabında ki, əllameyi mərhumun “Qəvaid” kitabının şərhidir 5-ci fərdə buyurur: Vacibdir övrətə bədənini namaz vaxtında örtmək məgər üzünü və əllərini necə ki, bu məsələ yazılıbdır: “Məbsut”, “Mötəbər”, “İsbah” və “Cami” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz. Çarqat da üzü örtməz. O hədis mövcibilə ki, Fatimə əleyhasilamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükü və qulaqlarını örtmək qədərindən artıq deyildi. “Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir (təzkirə Əllamənindir). “Müxtəlif’ və “Mötəbər” kitablarında və “Müntəha”da sərahətə zikr olunubdur üləmaların icmal iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlləri açmağa və İbn Əbbas təfsir edibdir: “İlla məzəhərə minha”nı üzə və əllərə və əlavə həramdır üzü örtmək niqab ilə ehram vaxtında. “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək. “Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvali nəql etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişiyə övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nəql olunacaqdır). Genə çox istilaldan sonra buyurur: “Vəlayübdinə zinətəhünnə illa məzəhərə minha” belə təfsir olunubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə. Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq. Hətta bu xüsusda da Qurani-kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan, bir para ruhani dərisindəki qurdların sözünə aldanırsınız. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Görürsünüz, nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilirlər. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur. Həmd olsun, özünüz görürsünüz: kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib camaatı aldadıb ələ salanlar! Molla Nəsrəddin “Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907, № 23 * * * Bir Nəçə Günlüyə( Zövci-axər məsələsi) Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”. Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir. Şəriət sahibi belə oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdi və belə qülu biyabani əməllərini şəriətə isnad vermək özü küfrdür. Şəriətdən əbəda xəbəri olmayan ordubadlı Kərbəla və Məşədi qardaşlarımızdan xahiş edirik, qulaq verib görsünlər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir. Şəriət buyurur ki, “üç talaqdan sonra ər övrətini dəxi ala bilməz, illa gərək övrət gedə özgə ərə və aradan o qədər keçə ki, kişi övrəti öz xoşu ilə boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri təsadüfən rast gəlsə məhz o vədə haman övrəti ala bilər”. Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq versinlər Ordubadın qırmızısaqqallıları, sarıbeyinləri. Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxada Dərdimənd övrətini üç talaqdan sonra verir kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, “sən allah övrətimi ver özümə”, zəmanə ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç talaqdan sonra övrətini verir tulambarçasına və üç gündən sonra gedib yalvarır ki, “sən allah mənim övrətimi boşa mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şəriətindən bu dərəcədə kənara çıxıbdır və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtəkıb olublar. Biz qüssə edirik ki, nə səbəbə bizim bir parə mollalarımız Allahın yolunu binəva müsəlmanlara necə ki lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, dindən və şəriətdən bu dərəcə kənar düşüblər. Budur bizim sözümüz. Qoy hər kəs nuxalı Dərdiməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlarını xoşluyur xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nənə əməllərini təsdiq edirsə etsin, qoy üç talaqdan sonra övrətlərini bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, amma biz deyirik ki, şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin əsla xəbəri yoxdur. Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər. Molla Nəsrəddin “Molla Nəsrəddin” Jurnalı. 25 iyun 1907, № 23 * * * Bədnəzər Molla dayı! Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb. Bir də Zeynəb bacı buyurdu ki, Molla dayı tövbə eləsin pirlərə şəkk gətirməsin, Babaratma pirinə bir kök qoyun göndərsin. Əgər Babaratmaya əli çatmasa tezliklə getsin Kürdəmirdəki Şeyx qurban olduğumun hüzuruna ki, bəlkə o Mollanın günahından keçə. Sən olasan səni yaradan tanrı, sən bu qoca Dərdməndin sözün yerə salma, bunlara əməl elə. Dərdmənd “Molla Nəsrəddin”, 24 iyul 1907, № 27 * * * Bakı Dəryası Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur! Nə gözəlsən, ey Bakı dəryası! Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda ürəyim tab eləmir, hövsələm daralır, ovqatım təlx olur və dəli-divanə kimi düşürəm yola və Tiflisdən birbaşa gəlirəm sənin tamaşana. Nə səfalısan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bir tikə səndə etina görmürəm: lodkaların bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırpır, amma məndən heç bir xəbərin olmur! Xəbərin olmur ki, Məcnun kimi gəlib durmuşam astanada və sənə tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəbərin olmur ki, gəlib durmuşam “Goburnat” bağında və İran qəribləri kimi boynumu burub mat və heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm! Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası. Mən dururam“Goburnat” bağında, sənə tamaşa eləyirəm, amma məndən savayı da “Daş körpü”nün üstündə çox adam durur. Bunların çoxu əlli-altmış yaşında qırmızısaqqal kərbəlayı və hacılardır. Ey dəryaların seçilmişi Bakı dəryası, mən də “Goburnat” bağından tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən tamaşa edirlər. Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm, həmin məşədi və hacılar da tamaşa edirlər. Amma tək mənəm sənə aşiq, Ey Bakı dəryası, tək mən sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram. Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına dolanan! Xeyr, xeyr, Hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək bircə mənəm sənə tamaşa edən, ey səfalı Bakı dəryası. Bəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər? Dəryanın kənarında urus balaları çimir!.. Nə səfalısan, ey Bakı dəryası! Nə gözəlsən, ey dəryaların padşahı… Dəli “Molla Nəsrəddin”, 29 iyul 1907, № 28 * * * Nuxada Axund Fərəculla cənablarına Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl. Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa! Yaxşı, məgər şərab pis şeydi? Həyə buyursan ki, pis şeydi, onda mən də sənə ərz elərəm ki, elədə pəs nə səbəbə bir neçə il bundan irəli bilmirəm nə bayramında Nuxa məscidində naçalnik üçün şampanski açıldı! Hərçəndi naçalnik içmədi və dedi ki, mən məbədgahda çaxır içmənəm, amma naçalnikin ağlı olmadı içmədi, qeyri müsəlmanlar ki içdilər və mollalar ki, bir söz danışmadılar. Pəs indi sən nə deyirsən? Mən ölüm, cənab axund, özünü ortalığa salıb xalqı üstünə güldürmə. Hələ xeyrata və ehsana nə deyirsən? Sənin qəsdin budur ki, tələbələr, seyid və mollalar acından ölsünlər? Yadındadırmı bir neçə gün bundan irəli bir qoca kişini göndərdilər xəstəxanaya və bir neçə gündən sonra kişi azarxanada öldü? Pəs nə üçün əfəndilər buyurdular ki, gərək ehsan verilsin və kişinin qab-qazanını satıb üç gün ehsan verdilər… İndi pəs buna nə deyirsən! Cənab Axund Fərəculla Pişnamazzadə, sənin sözlərindən bu çıxır ki, şərab da götürülsün, keflənmək də götürülsün, qumar da götürülsün, kasıb ölülərə ehsan vermək də götürülsün. Mən bilmirəm ki, bu işlərin sənə nə zərəri var? Yaxşı, çaxır içənlər sənin pulun ilə çaxır içmirlər ki? Sənin pulunu qumara uduzmurlar ki? Fəqir ölüyə ehsan verəndə səndən ki, pul istəmirlər? Dəxi nə atılıb düşürsən? Hələ bundan savayı səndən çox gileyim var, çünki keçənlərdə də mollaya şayistə olmayan bir para işlər başlayıbsınız. Məsələn, götürək qız məktəbini. Hələ bu nə işdi? Mən ölüm, lotu-lotuyana, dinc otur: mərdüməzarlıq yaxşı deyil. Dərdmənd “Molla Nəsrəddin”, 5 avqust 1907, № 29 * * * Qorxuram “İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”. Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”. Məndən soruşardılar ki, nədən qorxursan? Mən dinməzdim. Sonra eşitdim ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda Vladiqafqazda, Gəncədə ve qeyri şeherlərdə “İrşad”a pul yığırlar. Bu xəbəri eşidəndə həmişə mən yanımda oturanlara deyərdim “qorxuram”. Məndən soruşardılar kı, neden qorxursan? Mən dinməzdim. Sonra bir övqat da “Təzə həyat”da müsəlmanlar başladılar “İrşad”ı tərifləməyə ki, məsələn, “İrşad” müsəlmanlara bu cür ve bu cür xidmət edirdi, yazdılar, amma men genə yanımda oturanlara dedim ki, “qorxuram”. Həqiqət mən çox qorxurdum. Qorxurdum ki, “İrşad”ın barəsində haray-dad eləyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, “İrşad”a pul verənlər cəmi var-yoxların verələr, “İrşad”a və özlərinə bir qəpik de saxlamayalar (ki mütrüb zad oynadanda şabaş verələr). Qorxurdum ki, qəzetlərdə o qədər “Irşad”ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qezet-bazlığına mat və heyran qalalar. Vaqiən, mən çox qorxurdum. İndi pəs necə oldu! Dəli “Molla Nəsrəddin”, 12 avqust 1907, N30 * * * Çəhrəci Xala Cənab Molla əmi! Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan. İndi mən olduğum yerin arvadlarından senə söyləyim: bu yerin arvadları qəribə məxluqdur. Bunların paltarları, yeməkləri, oturub-durmaqları, sir-sifətləri bizimkilərlə heç oxşamır. Dilləri de ayrıdır, bir şey başa düşmək olmur. Hər şeydən məzəli budur ki, hamısı üzü-açıq gəzirlər. Bunların bir adəti də bizim adətə heç oxşamır: sənə məlumdur ki, biz yenicə dili açılan qız ve oğlan uşaqlarını bir-birinə adaxlı edirik. Amma bunlarda qız uşağı on yeddi və on səkkiz yaşına çatmayınca er sözü eşitmir! Bir qız er sözü eşitməyə ve ərə getməyə uşaqlıqdan hazırlaşmaya on səkkiz, ya iyirmi yaşında ərə gedəndə Öz sahibinə ev tikə bilermi?! Bu yerin övrətlərinin bir pis adətləri de budur ki, çox işləyirlər, hətta kişi İşini de bunlar tutur: söz yoxdur ki, işləmək yaxşı zaddır, zəhmətsiz bal yemək olmaz, amma daha nə lazımdır ki, o qeder özünü işə verəsən ki, gedib kişilər ilə xırman döyəsən, yainki dalma dolu çuval götürəsən? Axmaqlar qanmırlar ki, bu sayaq işləmək kişiləri tənbəl eləyir və arvadları hörmətdən salır. Və bir də bu yerdə xanım ilə qulluqçuya təfavüt yoxdur, deyəsən ki, burada heç xanım yoxdur. Buranın xanımı da rəiyyət arvadı kimi işi Özü görür belə ki, buranın xanımı inəyi özü sağır, qabını özü yuyur, evini özü süpürür, yatanda yorğan-döşəyini özü salıb-yığır, paltarlarını özü geyinir, üzünü Özü yuyur, başını özü darayır, hələ deyəsən aftabasım da özü götürür. Bura arvadlarının daha da çox təəccüblü işləri var, inşallah onları da gələcəkdə yazaram. Çəhrəci Xala “Molla Nəsrəddin”, 20 avqust 1907, N31 * * * Bakının əlacı Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar. Bakı özü de yavaş-yavaş inşallah üz qoyub puça çıxmağa. Amma Bakı cəhənnəm, qeyri şəhərləri də öz gününə salacaq. Bu işə bir çarə, aman günüdür bir çarə. Bakının əlacı bir neçə şeyə bağlıdır. Əvvəla, lazımdır ki, Bakı bir az kasıblasın. Pulun çoxluğundan camaat bir az beistilahi-türk, məsələn necə ki, müsəlman arasında deyərlər, filankəs qudurub. Doğrudan Bakıda pulu çaxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, get filankəsi öldür. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin. Bakını şişirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cemi neft mədənlərini köçürtmək yarısım İrəvana və yarısını Gəncəyə və mədənlərin mədaxilini vermək məktəblərin rəisinə ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (yoxsa vallah, acından ölərlər). İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçulannı göndərmək ki, gedib düzülsünlər Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtsınlar. Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünki oranın havası çox serindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəştə ki, gedib Hacı Hümam cənablarım ziyarət etsinlər. Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazlan Naxçıvan mahalına – Nehrəm kəndinə, uşaqbazlan göndərmək Varşava şəhərinə, arvadbazlan göndərmək Xorasana, qumarbazlan Nuxaya, çaxırbazlan Salahlı kəndinə və mütrübbazlan Peterburq şəhərinə. Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şeher məktəblərini bağlamaq ve müsəlman müəllimlərini göndərmək Firəngistana-Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik. Altıncı əlacı budur ki, lazımdır İran hambalları bir yekə arx qazsınlar ki, Mühit dəryası gəlib qanşsın Bakı dəryasına və su o qədər qalxsın, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar. Əgər bu saydığımız əlacların hamısı mümkün olsa, demək olar ki, Bakı düzələr. Yoxsa bundan savayı biz bir çarə bilmirik. Dəli “Molla Nəsrəddin”, 20 avqust 1907, N31 * * * Oyun-Oyuncaq Yox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik. Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq. Sonra eşitdim ki, işlərimiz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Men o vədə istədim qələmi götürəm əlimə. Siz genə menə yazdınız ki, “sən allah, ay Molla, hələ bir az səbir elə, işlər yavaş-yavaş düzələr”. Men də dinmədim, dedim “qoy hələ görək axın ne olacaq. Sonra eşitdim ki, “Cemiyyəti-xeyriyye”nizin, “Nəşri-maarifinizin” və “Drama cemiyyeti”nizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən allah hələ səbir elə, Allah kerimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur cəmiyyətimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah, camaatımız kasıbdı, yoxsa sen bizim Gəncə müsəlmanlarım o qədər do həmiyyetsiz və biar hesab eləmə, vallah, pulları yoxdur, yoxa da çarə yoxdu”. Mən dinmədim, çünki doğrudan da yoxa heç bir çarə yoxduf. Və dedim ki, qoy hələ görək axırı ne olacaq. Hərçənd o vədə menə bir para şeydan adamlar əl altından yazıb xəbər verdilər ki, “a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eləyirsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var”, amma mən genə dinmədim və gözlədim ki, görək axın nə olacaq. Amma sonra nə gördüm!!! Mən görəni heç bir kafir də görməsin, yazıqdı! Indİ mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər! Pəs bu ne İşdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdır, kimdən pul istəyək?” Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əgər ki, siz düz adamsınız, niyə keçən İl bu qeder şövq ile “sirkə” getmirdiniz? Yoxsa elə bilirsiniz ki, bunun səbəbini Molla bilmir? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan san-saçlı urus qızlan nagəhan bəlaya düçar olsunlar! Onlan görüm yaman yara çıxartsınlar! Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onlan o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüm gecə səhərə kimi yuxu yuxulamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahü naləsi sizi tutsun, ay gavur qızlan! Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola. Yoxsa vallah, bizim yazdıqlanmız da zarafata oxşayır, gəncəlilərin işləri de zarafata oxşayır. Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah, işlər gərək belə qalmaya! Lağlağı ”Molla Nəsrəddin”, 16 dekabr 1907, N°47 * * * Allaha Rüşvət (Axalsixdən) Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?” Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!” Çarəsiz çəkildim kənara. Molla dayı, görəydin qoca fağır atamı, nə mədh, ne tərif edirdilər, deyəsən zəmanənin tek mücahidi, məmləkətin dirəyi, camaatın biləgi idi. Senin bəyənmədiyin arvadlar nə muğamlar, ne havalar oxuyurdular! Bunların medhiyyelərini eşitdikcə az qala özüm də atama şəkk gətirirdim. Halbuki doğrusunu demək lazım gəlsə, rəhmətlik atam Allahın ən yazıq, dilsiz, bisavad bir bəndəsi İdİ, öz şəhərindən savayı dünya bilməzdi, bozbaşdan özgə bir zad tanımazdı, saqqalına xına qoymaqdan qeyri əlindən bir şey gəlməzdi. Ay molla, arvadların ağlaşma dərgahı, mollaların bu çay-xörək büsatı bir cür ötüşdü. Bir neçə yüz manatla rədd və dəf olundu. Bunlar da cəhənnəm, amma mənim sözüm bunlarda deyil, dərdim özgə dərddi. Bilmirəm, mənim evimi yaxın “dövr” büsatı sizin tərəflərdə de varmı? Qoy “dövr”ü sənə anladım… Bizim tərəfdə biri öləndə çoxlu molla ve mollaya bənzəyənlər ölü evinə yığılıb həlqə otururlar, nə cür ki, cavanlar həlqə durub dirədöymə oynarlar. Ölü sahibi öz gücünə görə min manat, iki min manat, beş min manatlıq qızıl, gümüş umarəti {məsələn, boğazlıq, bilərzik, sırğa, kəmər, gerdənbağı… kimi zadları) bir yaylığın içinə qoyub gətirir, her kəsə cərgə ile verir, yenə geri alır. Verən kimi belə deyir: Bu pulu sənə Allah rizası üçün verdim, qəbul etd inini? Alan şəxs də deyir: Allah rizası üçün qəbul etdim. Yenə sənə hibə etdim. Əgər həlqədə oturanların sam əlli olsa, və yaylıqdakı umaretin qiyməti iki min manatlıq olsa, ölü sahibi ölünün xeyrinə, yəni sağlığında qılmadığı namazın, tutmadığı orucun, vermədiyi zəkatın əvəzinə yüz min manat kasıb-kusuba paylanmış hesab olunar ve hamı günahı bağışlanar. Yəni günahı bu “dövr” pulu ilə əvəz edilir, anadan doğulmuş təki məsum ve günahsız olur. Molla dayı, elə bircə özünü ağıllı bilirsən. Görürsən üsulu, görürsən alveri: ölü sahibi bu cür “dövr” şeri ilə heç bir fəqirə bir qəpik verməmiş ölünün xeyrinə minlərcə manat vermiş hesab olunur. Bu cür şəri-əməl ile həm cibdən bir qəpik çıxmaz, həm də şəriət əmri yerinə gəlib Allah da razı olar. Bizim bu şəri “dövr”ümüz qədimdən bəri həmişə bir qayda ile əmələ gəlirdi: ölü sahibi bir-iki min manatlıq umarəti götürüb həlqədə oturanlara cərgə ilə verirdi, yenə geri alardı. Amma bədbəxtliyə bax ki, heç ağla gəlməyən iş mənim başıma gəldi. Rəhmətlik atamın “dövr”ündə qonşumuz Gülsüm xaladan min manatlıq gümüş-qızıl umaret əmanət alıb götürdüm. Necə ki, şəri qaydamızdır, “dövr”də oturanlara bir-bir verib geri alırdım. Növbə molla Süleyman molla Osman oğluna gələndə dedim, Allah rizası üçün bu pulu sənə verdim, qəbul etdinmi? Molla Süleyman: – Allah rizası üçün qəbul etdim, – deyib aldı, cibinə qoydu. Hey istəyirəm, vermir ve deyir: – Allah rizası üçün verdin, mən də qəbul etdim. Keyfim istər verərəm, istəməz vermərəm. Zorla istəməyə nə haqqın? On gündür ki, Gülsüm xala gəlib əmanət istəyir ve məhkəməyə şikayət edəcəyəm – deyir. Bilmirəm nə edim. Cənab qazının yanına getdim, molla Süleymandan şikayət etdim ki, umarəti geri versin. Hələ qazıya bax, ne cavab verir: şerən onun malıdır. A kişi belə zad olar ki, molla Süleyman min manatlıq müftemüslüm yesin? Kim götmüşdü indiyədək bu cür xilafi-adət iş olsun? Kimin yadına gələrdi ki, “dövr” pulunu alıb verməsin. Vallah, molla dayı, bu bəlaların hamısı səndəndir. Camaatın indiki biclikləri hamısı sənin kələyindi. İndiyəcən 1325 il keçib heç bir yerdə belə zad görünməyib ki, bu kişi “dövr” pulunu alıb yesin, həm də desin ki, şərən mənim malımdı, halalımdı. Haraya vanrsam, bir çarə tapmıram. Gülsüm xalanın əlindən haraya qaçacağımı bilmirəm. Amandı molla dayı, nə cür ki, bu biclikləri sən xalqın yadına saldın, ele də dərmanını tap, məni Gülsüm xaladan qurtar. Mozalan ‘Molla Nəsrəddin”, 1908, N8 * * * Ziyarət Sen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”. Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…” Xülasə, başa gəlmədi. Yeznəm sözümü qəbul eləmədi. Bəs sən deyirsən ki, “mənim qulağım var, hər şeyi eşidirəm”. Bəs sen hər şeyi eşidirsən, eylədə de görüm, niyə bu əhvalatı eşitməyibsən?” Əlacım kəsilib nəvəm Güllüyə dedim: “Balam, bunun özgə çarəsi yoxdur. Dur seni xəlvətcə aparım ölümüzün ve dirimizin sahibi şəriətmədar Hacı Seyidağagilə. Çünki o bir mömin dindar və etibarlı vücuddur və bundan başqa ümidgahımız yoxdur”. Nəvəm Güllü razı oldu. Bəs, əgər sənin hər bir şeyi eşitməyə qulağın var, ne səbəb bu vaqiəni eşitməyibsən? Nəvəm Güllünü aparıb qoydum Hacı Seyıd-ağagildə və ağanın ayaqlarına düşüb yalvardım ki, bır neçə gün mənim nəvəmi saxlasın. Amma bunu deyim ki, Güllü nə Güllü, Allah sizə de belə nəvə qismət eləsin: ətli, canlı, sərvqamətli, saçlı, buxunlu, özü do ki, yeniyetişmə. Yanaqları da elə bil ki, sensuz alması. Sənəm və sərv qədər laləzar və… xülasə. Sən deyirsən ki, mənim gözüm var, her şeyi görürəm. Bəs, bu surətdə ki, senin gözün var, niyə bu işləri görmürsən. Bəs, sən ki, bunları görmürsən, bir de görüm, neyi görürsən? Bizə məlum olur ki, sən bircə əba və qabanı görürsən. Müxtəsər, men evə qayıdandan sonra Hacı ağa bir qeder nəvəmə tamaşa edib qıza deyir: “Qızım, əwəla sən xetircem ol ki, mən heç kəsəsənin nikahını oxumanam, əgər razılığın olmasa. İkinci də budur ki, sənin burada qalmağın şəriət üzrə dürüst deyil. Ya gərək burdan çıxıb gedəsən, ya da ki, mən gərək senə bir siğə oxuyum ki, mənə məhrəm olasan, bunu da görürsən ki, mənim övrətim gedib Kərbəlaya ziyarətə, övrətim gələnə kimi sen də mənə qulluq eləyərsən. Həm Allah səndən razı olar, həm də peyğəmbər, vəssalam”. Dəxi de sen menə demə ki, qulaqlarım vht eşitməkdən ötrü, gözlərim var görməkdən ötrü. Görsənən budur ki, sən bircə əba və qabanı görürsən və “E” nin boğazdan gələn məxrəcini eşidirsən. Görsənən budur ki, dəxi bundan başqa sen ne bir şey görürsən, ne de bir şey eşidirsən. Haman gün nəvəm Güllü başmaqlanm da Seyidağaya qurban edib ayaqyalın qaçıb gəldi yenə mənim yanıma. Bəs, deyirsən “mənim gözüm var”. Bəs, deyirsən “mənim qulağım var”. Bəs, himi? Nəql eləyib Məşədi Xəkəndaz, yazıya götürüb Lağlağı. Lağlağı “Molla Nəsrəddin”, 1908, N 17 * * * Poçtxana Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz. Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər. Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: “Cənab Molla Nəsrəddin, men Kerbelayi əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəəlimci nömrədən başlayıb göndərəsiniz. Çox ecəb. İki gün keçər, xəbərimiz olur ki, “Qeyrət” mətbəəsinə bir nəfər adam gəlib və deyib: “Men Molla Nəsrəddini görəcəyəm”. Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə ve filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eləyirlər kı, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir do görürsən kı, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə. Salaməleyküm. Əleykəssəlam, haralısan? İrəvanlı. Adın nədir? Məşədi Cəfər. Nə qulluq? Bir elə qulluq yoxdur. Ancaq ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məəttələm. Neçə dəfe fayton ile mətbəəyə getmişəm, sizi tapmamışam – deyiblər ki, Molla hamama gedib. Beli, bağışlayınız, indi nə qulluq? Xeyir, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin – ürəyim yanıb, bu gün səhərdən sizi gəzirəm. Çünki Kərbelayı Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam.” Bir gün Salyandan bir belə kağız alırıq: “Cənab Molla Nəsrəddin, men bu gün burada bəradəran Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovlann şəriki cənab Hacı Ələsgər Nəcəf oğlundan alasınız”. Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazanna ki, görsün cənab Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, “Tapa bilmədim”. Sabahısı günü genə haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gətib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama. Şagirdi də dedi ki, “Mən bilmənəm”. Bir gün keçir yenə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, “menə bu barədə bəradəran Hüseynovlardan bir sifariş gəlməyib, gələndən sonra — baş üstə, verərəm”.Bir həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, “sən get, mən pulu özüm gətirrəm Mollanın xidmətinə”. Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradovoylardan rnüselmanca Molla Nəsrəddin idarəsini soruşurlar. Bu dəfə tapmayıb geri qayıdırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəkə və qışqırıq ilə girirlər içəri, kehildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su içəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib bəradəran Hüseynovlara ki, sizə yetişsin. İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir “perevod” kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə Molla Nəsrəddin idarəsinə, filankəsin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticarət aləmində bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ile bir kəsə 5 manat göndərə bilsin? Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbet edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. Men istəyirdim haman nömrədə cəfəngiyat əvəzinə bir siyasi məqalə yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti ne vaxt, haradan başlanıb, istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu ve ildə bir dəfə Osmanlı sultanları paşaları və yanıçarlan göndərib serblərin bir az başlarım tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət elərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa vö meşrutəli bir kraliça oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır, amma di gel ki, başladılar məktəblər açmağa, darülfünunlaı açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ile kəllə-kəlləyə vuruşsunlar. Hə, nə üstə? Bosniya üstə. Bosniya nədir? Xülasə, istəyirdim buna oxşar bir söhbet başlayam, amma öz-özümə dedim ki, ay Molla Nəsrəddin, sen dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır – məgər bu cür camaat üçün rəvadumı yazmaq ki, nə bilim Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayide ilə 5 manat göndərmək. Hələ qabaqca bunu bilmək lazımdır. Genə deyəsən uzun oldu. Lağlağı “Molla Nəsrəddin’, 22 fevral 1909, N 8 * * * Nə Deyim Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”. Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…” Budur, tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar iranlılardır ki, vətənlərinin halına ağlayırlar?” Allah xatirinə, ay şiələr, bir məni başa salın görüm bu rusa nə cavab verim ve nə deyim?.. Hələ men bilmirəm ki, xalqın biznen nə işi var. Dünən bir erməni mendən soruşur ki, Naxçıvanda filan hacı niyə 22 lirə pulu göndərir müftexor müctəhidə. Deyirəm ondan ötrü ki, Hacı Allah bəndəsidir, mömindir, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir. Mənə deyir ki, asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib, keçən il rusa pambıq satanda pambığın içinə altı danə köhnə İrişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan Hacının fəndini duyub bir çox adam İçində hacının üzünə tüpürdü. İndi men bilmirəm erməniyə nə deyim və nə cavab verim? Dəli “Molla Nəsrəddin”, 1910, N1 * * * Pişik * Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi: -Ay buz, sen nə zalunsanmış? -Buz dedi:Mən zalım olsaydım, gün məni əritməzdi. -Dedi: -Ay gün, sən nə zalımsanmış? -Dedi: -Mən zalım olsaydım, üstümü bulud almazdı. Qərəz, bulud da bir başqasına zalım deyib, axın hamıdan zalım pişik çıxır. Amma hər kəs nağılı axınnacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmasının pişiyə ne dəxli. İndi müsəlman qəzetelərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab edir, biz de başlıyaq soruşmağa görək təqsirkar kimdir. – Ay əmələlər, niyə tətil elədiniz, siz na zalımsınız? -Biz heç zalım deyilik. Bizim zəhmətimiz çox, məvacibimiz az, xərcimiz çatmır: Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar. -Ay qəzetçilər, siz nə zalımsınız, niyə emelelərin məvacibini artırmırsınız? -Bİz zalım deyilik, zalım millətimizdir. Əgər millətimizin yüzdə biri qəzet oxusa, Qafqazda yanm milyon müştərimiz olardı. Onda biz də emələye nə qədər məvacib istəsəydilər verə bilərdik. -A millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz? – Biz zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!! – Bəs niyə uşaqlıqda məktəbə getmədiniz ki, savadsız olduz. -Getmişik! Hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı ildə əlif-zəbər demişik. Bununla belə indi heç zad bilmirik. -Bəs niyə Özgə millətlərin uşaqlarının hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür yazmaq-oxumaq bilir? -Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş elə evdə də öz-özündən hərfləri tanıyırlar, zalım bizim əlifbamızdır!!! Doğrudan belədir! Vallah, belədir! Billah, belədir! Qəzetlər yerimir camaatın savadsız olmağına görə, camaat savadsızdır əlifbamızın pisliyinə görə!!! Məni dünyada bir şey çox yandırır: məsələn, üləmaya söz demək olmaz və demirik de, çünki verəseyi-ənbİyadırlar. Seyidə söz demək olmaz – zaçem? – Çünki əksəri övladi-peyğəmbərdilər. Falçıya, cindara söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var. Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, toqi-lənət olub keçib boğazımıza? Niyə cəsarət edib onun boynunun ardından vurub salmırıq eşiyə!!! A canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilcıyezimize yarayan bir əlifba düzəltsək yanı qiyamət qopar? Qafqazdan sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb ve ne işqol, amma tamam meydanların ve restoranların qapısında viviskalann və içərisində stolların nömrələrini oxuyurlar. Və bir yerə məktub göndərəndə də paketin üstündə özləri yazırlar. Rus qəzetlərinin hürufatından oxuyurlar. İntihası dilini başa düşmürlər. Nə olar yanı biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi olan əlifba düzəldək? Onda ərəblər gəlib bizi Qafqazdan qovalarlarmı? Yainki bir günahi-kəbir etmiş olanq? Görəsən tazə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əgər görürlər, bəs niyə dinmirlər? Her kəs mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tek Qafqazdan yarım milyon qəzet müştərisi verim. Hə, gəl hünərin var, gəl mərc eləyək, onda bilərsən ki, müsəlman qəzetlərinin bağlanmağına səbəb nə əmələdir, nə qəzetçidir, nə camaat, qarı nənənin buz üstündən yıxıldığına səbəb pişikdir, qəzetlərin də bağlanmağına səbəb əlifba! Di gül, büz dodağuvu, nə qədər güləcəksən gül!!! Çoban “Molla Nəsrəddin”, 22 avqust 1910, Ns32 *Ömər Faiqin bu sərlövhə ilə bir neçə yazısı var. (prof. Şamil Qurbanovun qeydi) * * * Pişik (2) Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım. Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik. Analığım dolma bişirməyə başladı. Mən də mollaya oxumağa getdim. Nahar vaxtı gəldim. Atamı çox gəzledim ki, gələ bərabər nahar edək, gəlmədi. Mən ise acından ölürdüm. Analığıma yalvardım ki, bir az mənə yemək versin, vermədi. Kopceyi başıma vurub qovdu və dedi: – Atan gəlməmiş sənə bir zad yoxdur. Dişan çıxdım. Lakin acından gəzməyə halım yox idi. İkindi keçirdi. Dəxi səbir edə bilmirdim. O biri qapıdan yavaşca girdim evə, dolmadan bir az cibimə doldurdum, dişan əkildim. Divann arxasında gizlənib yedim. Yeyib qurtarandan sonra ağlım başıma gəldi. Fikirləşdim ki, analığım axşama dolmam görəcək, yeyildiyini anlayacaq. Məni atama kefi istədiyi kimi döydürəcək. Düşündüm: mən nə qayırım, qurtulum. Xeyli fikirleşenden sonra bizim oğru pişik (o da, görünür, aclığından oğurluğa çıxmışdı) yanıma gəldi. Yavaşca tutub mətbəxə saldım. Qapını möhkəm qapadım. Özüm də gətib analığımın yanında oturdum. Bərabər atamı gözlədik, ki, cəlsin, nahar edək. Axşama yovuq atam gəldi. Analığım mətbəxə yüyürdü. Bir az sonra dizlərinə vura-vura gəldi və ağlayan kimi edib dedi ki, torpaqlar başıma, yanı qara, gəbərəcək pişik dolmanın hamısını yeyib. Atam acıqlandı. Süpürgəni aldı. Hamı bərabər pişiyi döyməyə getdik. Qapını qapadıq. Atam süpürgə ile, analığım başmaq ilə pişiyi o qeder vurdular ki, harada gizlənəcəyini şaşırdı. Miyo… miyo – deyə yanıqlı bağırırdı. Özünü bu bucaqdan o bucağa vururdu. Analığım tutmaq istədi, ətəyi ilişib arxası üstə yıxıldı. Atam daha da acıqlandı. İstədi ki pişiyi lap öldürsün. Pişik qandı ki, qurtulmağa çarə yox, birdən atamın üstünə tullandı. Əllərini ele bərk cırmaqladı ki, qan axmağa başladı. Atam gördü ki, işin orası deyil, qapım açdı, pişiyi azad etdi. Men hekayəmi qurtardım. Sonra Məşədi Mozalan bəyə dedim ki, sen çox yeriər gəzmişsən, çox kitablar oxumuşsan, eqilli bir zad söylə mən də eşidim. Məşədi Mozalan bəy: -Lağlağı, Bakının üstündə “Hilal” niyə elə ləkəlidir? Afərin deyərəm bilsən. Men: -Bəlkə camaatdan utanıb əlini üzünə tutub. -O da bir yenilikdir, lakin elə deyil. -Bəlkə məhərrəmlikdə Bibiheybətde başını yarıb. -Afərin, indi bildin. “ArTmn da vızvızını eşidirsənmi? -Eşidirəm, nə var? Yoxsa o zarıltını da musiqiyə oxşatmaq istəyirsən. Axır mən sənə dedim ki, ağıllı-başlı şeylərdən danış. Sən götürüb uşaq işlərindən söz açırsan. -Mənə qalsa onlar “Keçəllər məhəlləsinin” və “Şeytanbazanın” sözləridir. Çünki “Hicab” məsələsindən sonra qızların oxumaları, xüsusilə nıs işkollanna getmələri daha çox artdı. -Yoldaş, doğrusu onlann sözləri mənim de beynimə batır. Hər şey gərək yavaş-yavaş ola. Bu cahil camaata birdən-birə hər şeyi demək olmaz. Onlardan aynlmaq da olmaz. Onlar məscidlərdə mərsiyə oxudurlar, sen də qəzetini gərək mərsiyə şeirləri ilə doldurasan. Mollalar bilməyə-bilməyə xurafatı din-ehkam deyə vəz edirlər, sən də gərək bilə-bilə hədərən podərən ile “va şerieta” ile camaatı öz tərəfinə çəkəsən. Görmürsən, yaz gəlməmiş çiçək açılmır. Vaxt gəlməmiş İran oyanmır. Məgər təkamül qanununu danırsanmı? Görünür, İran güclü təpmə ve zor görməyib, yoxsa nəinki oyanmaq, bir-iki addım da o yana tullanar. Fransa, osmanlı inqilabı, yəni ora pişiklərinin cırmaqları olmasaydı, o məmləkətlər bu gün bu halətdəmi olarlardı? -Osmanlı inqilabı ile pişik cırmağının nə münasibəti? -Münasibəti budur ki, döyülməkdən, xurafatdan, əsarətdən, cəhalətdən qurtarmaq üçün arabir “cırmaq” da lazımdır. Bir kərə qüvvətli, kəskin bir əl meydana çıxıb ona mane danlan cırmaqlasa, sorakılara yol açılar, iş asanlaşar. -Boş fəlsəfə, daha doğrusu, səfsətə: insan niyə işini elə tutur kicırmaqlanmağa möhtac qalır. Ağıllı adam sözlərini elə mülayimanə və yavaş-yavaş söyləyə bilər ki, heç kəsin əqidəsinə, adətinə toxunmaya, nifrət qazanmaya. Heç özü rahət eyləyə, həm də işini görə. -Bu sözlər Şəki mollalarının sözləri kimi zahirən xoş, batilən boşdur. Həzrət Məhəmməddən, Musadan, İsadan, Qalileyden, Tolstoydan, İbn Rüşddən, Midhət paşadan, daha böyük peyğember, alim ve hemiyyətli kimlər var? Görək, hunlar camaatla nə cür rəftar ediblər. Halbuki həmişə bunların izləri ilə getməyə, bunlara tabe olmağa can atırıq. Əgər Həzrət Məhəmməd öz ata-babasının, öz qonşu və camaatının əziz və müqəddəs olan əqidələrinə, adətlərinə, dolanmaqlarına toxunmayıb, onlann xoşuna gedəcək surətdə yavaş-yavaş rəftar etsəydi, camaatın öldürməyindən qurtulmaq üçün gecə İlə Mədinəyə qaçmağa məcbur olarmıdı? Əgər həzrət Musa firon və camaat ilə mülayimanə dolansaydı, daha çöllərdə qalarrmdı? Əgər həzrət İsa milləti ilə xoş keçinsəydi, onlann əqidəsinə toxunmasaydı, dar ağacından asılıb ölərdimi? Əgər həzrət Zəkəriyyə öz camaatına “beli-beli” deyib müdam etsəydi xızarlamb tələf olarmıdı? Əgər həkim Qaliley dünyanın hərləndiyini inkar edib xoş rəftar etsəydi, dırnaqlarından çəkilərdimİ? Əgər İbn Rüşd, İbn Sina mollaların və avamın ziddinə danışmasaydılar, təkfir olunannıdılar? Əgər Midhət paşa ümumin fikrinə riayət etsəydi, zindanda köməksiz qalıb boğulardımı? Əgər Tolstoy öz əqidəsi üstə durmasaydı, kilsələrdən qovularmıdı? Dəxi hansı birini sayım! -Dəxi bir zad lazım deyil, peşman oldum pişik hekayəsinə qulaq asmağa. Ax pişik, pişik. Lağlağı “Molla Nəsrəddin”, 1911. N°3 * * * Ey İran! Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın! Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir. Ey başı əmmaməli müqəddəs İran! Hazır ol ki, gözlədiyin günlər yaxınlaşır. “Molla Nəsrəddin”, 1911, N3 * * * Təşəkkür İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi. Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim. Ömər Faiq Nemanzadə “Molla Nəsrəddin”, 25 yanvar 1911, N 4 * * * Söhbət Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım! Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir. Mütəəllimə. Bu nə söz, şəriət kişilərin kefi deyil ki? Müəllim. Kefi deyilsə do, kefinə müvafiqdir. Mütəəllimə. Heç vaxt! Müəllim. Her vaxt! Mütəəllimə. Başa düşmürəm, bune cür ola bilər? M ü ə ll i m. Nə cür olacaq, şəriət kitablarında açıq yazılıbdır ki, kişilər arvadların qivami sahibidir. Namaz qılmasanız döyərik, oruc tutmasanız söyərik, rüsxetsiz evdən bir addım atsanız ənginızi əzərik. Kefimiz istəyəndə boşarıq. Bınmci arvadın yaşı bir az ötəndə onu aşxanada buraxıb ikincisini, üçüncüsünü, hətta dördüncüsünü də alarıq. Mütəəllimə. öylə, amma eşitmişəm ki, şəriətə müvafiq ikinci arvad almaq çox çətin. Müəllim. Çətin o vaxt olardı ki, heç rüsxət olmuyaydı. İndiki var, yol tapmaq nə çətin şey? Allah “hiyleyi-şoriyyomize” bərəkət versin. Mütəəllimə.A müəllim ələndi, siz bu gün lap özgə cür danışırsınız. Müəllim. Söz açıldı da deyirəm. Çox da sevininə ki, “işıq” çıxdı, insanlıq yolu ilə istədiyimizi elərik. Görürsən, istanbulda bir xanım fotoqrafıyasını aldırmış ki, uzaqda olan bacı-qardaşına göndərsin. Bu xəbəri “İşıq” duyan kimi bax o xanım üçün nə qiyamətlər qopartdı. O xanımı şəriətdən çıxmış bir böyük günahkar hesab etdi və həqqı də var idi. Mütəəllimə. Bağışlayınız, bunda yanlışlıq olmalı. Fotoqraf çıxartmaqda nə var? Xədicə xanımın özü de çıxarıbdır. Özü də Tiflisdə həmişə üzüaçıq gəzirdi. Avamı aldatmaq üçün ikiüzlü olmağı Xədicə xanıma layiq görmürəm. Müəllim. Öylə, amma Xədicə xanım bu gün “müherrirə” oldu, borcudur ki, elə yazsın, şəriət xadiməsi görünsün. Mütəəllimə. Öylə İsə atamın sözüheqdirki, deyirdi: müsəlman müherrirlərinin öz əməl və əqidələri ilə yazıları arasındakı fərq mollaların ağ sanqlan ilə qara qəlbləri arasındakı fərqdən artıqdır. Müəllim. O bəhsləri buraxaq, “Işıq’T oxuyun, görək nə qanırsınız. Mütəəllimə. 3-cü nömrə 7-ci səhifə: “Mədəniyyət ve tərəqqi bizim qabağımızı kəsən nədir?” Müəllim əfəndi “rahində” sözünü başa düşmədim, nə deməkdir? Müəllim. “Rah” farsidir, yol deməkdir. Mütəəllimə. Öylə isə onu yazan Heyat xanımın sualına men cavab verim: “Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsən “yol” sözünün yerinə bilgi satmaq üçün “rah” yazanlardır”. Müəllim. Bir az daha oxuyunuz. Mütəəllimə (oxuyur). “Zülmət niqabı bizim Hiyimizdən götürülmüyəcəkmi?” Burada da “ru” sözünü bilmədim. Müəllim .Türkcə “üz” deməkdir. Mütəəllimə. öylə isə zülmət niqabı bizim üzümüzdən o vaxt götürürlər ki, öz “üzümüzün” qədrini bilmək və üzümüzü tanıtmamaq üçün “maska” keçirməyək. Burada genə atamın sözləri yadıma gəldi. Rəhmətlik deyərdi ki: “Müsəlman əlinə qələm aldımı, deyəsən özgələşir, türklüyündən, özlüyündən çıxır. Axtarır ki, hardabır ərəbcə, farsca söz varsa tapıb yazsın”. Doğrudan da belədir, budur Xədicə xanım yazır: “Əli əlcəmah qəsəbi-hüquq…” Müəllim. Hər şeyin gözəlliyi çövlündən, işindən bilinər. Məsələn, arvadın gözəlliyi elindən, kişinin bığlarından (müəllimin bığları gözəldir), yazıçının böyüklüyü və hünəri de türk sözlərinə fars ve ərəb sözlərini qarışdırmağından bilinər. Mütəəllimə. Böyük millətlər qalsın, qonşumuz gürcü və ermənilər belə bu bəhsi yüz il əvvəl qurtarıblar. Amma heyif ki, biz indi başlayırıq. Qərəz, buraya keçək. Müəllim. Öylə qanıram İd, siz üzüaçıq gəzməyə də tərəfdarsınız? Mütəəllimə. Əlbəttə, kim öz həya ve ismətinin yoxluğundan qorxursa və kim özünü saxlaya bilmirsə, qoy onlar qapansın. Bəli zülmət niqabını, bu vəhşi adəti, bu uşaq oyuncağını götürək. Müəllim. Sonra din? Mütəəllimə. Din ağıldır, ağıla yaraşmayan gərək dinə də yaraşmasın. Müəllim. Şeytanın da əqli çoxdur, amma din və yoldan çıxdı. Görünür, siz də öylə istəyirsiniz. Mütəəllimə. Şeytanın ağlı olsaydı, ilanın ağzından cənnətə girdikdən sonra bir də çıxıb başını bəlalara salannıdı? Müəllim. Qədri, yazısı öylə imiş. Mütəəllimə. Bəlkə biz arvadların da qədri yalançı hicab niqabım atmaqdadır. Müəllim. Siz məktəblilər ile şeytan da başarmaz. Şükür Allaha ki, Xədicə xanım sizə oxşamır. Mütəəllimə. Xədicə xanımın qələminə baxma, ürəyinə bax. Bax ki, hər nömrəsinin birinci səhifəsində balaca qıza işığı göstərən arvadın nəinki üzü, hətta döşü də açıqdır. Müəllim. Hələ ver görüm (“İşıq”ı alıb baxandan sonra). Tfu şeytan sənə, atalarımız onunçün deyiblər ki: “Ata, itə, arvada inanmaq olmaz”. (Sonra lazım olsa yazılacaq). Lağlağı “Molla Nasreddin”, 8 oktyabr 1911, N 35 * * * Felyeton («Yeni irşad» və H.Naseh) “Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir? “Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın. Bu hələ indi belədir, amma bir az da belə getsə, bir az da irşadlarımız poçtadan gələn məktubların dilinə əhəmiyyət verməyib tələsik mətbəəyə göndərsələr, o vədə çox çəkməz ki, Gəncədə baqqallarımız və bəzzazlanmız qəzet oxumaq istəyəndə, əlbəttə və əlbəttə, rus qəzetini axtaracaqlar, o səbəbə ki, müsəlman qəzetlərimiz oxunmaq üçün yazılmırlar, şöhrət üçün yazılırlar. Çox təəccüb. Hər kəsdən soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qələm alanda çıxırlar göyün üzünə — heç biri cavab verə bilmir. Ancaq bu gün dostum “Yetim cücə” menim bu sualıma belə cavab verdi: – Müsəlman dər əsləş insan bud, ma xastim ki, müttəfiq, müttehid, sahibi-əql, elm və ədəbi eliyək. Əlif ki, əlaməti insaniyyət idi, əvvəlindən və ortasından atdıq, “nsən” oldu, yəni özgələr sual elədilər: nə sən? O səbəbə ä ki, elaməti-əql və şüur idi və iki nunlar ki, əlaməti-ittihad və tərəqqi idilər, yenə atdıq, yerində bir şey qalmadığından labüd, laəlac m ki, müxəbbətlik, s səfalət, / lallıq, m məzlumluq, a axmaqlıq və n ki, naümidlik əlamətləri idi, be yekcə cem kerdim, müsəlman şod, yəni müxobbət, səfih, lal, məzlum və axmaq dərhali-hazır və der zeman ayende… Allah Gəncə mədrəseyİ-nıhaniyyesinə bərəkət versin. Lağlağı “Molla Nəsrəddin”, 8 oktybar 1911, N35 * * * == Qəzet publisistikası == Mən kiməm Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir. Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz. Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də belə bilinməyən və bilinmədiyi üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın? Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, oxu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil,uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.Nə olub, niyə dodağını büzdün? Görünür,söylədiklərimdə şəklin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o? -Marağalı Məşədi Əliəsgər. – Bu kim? – Şamaxılı Əbdülqafar. – O biri? – O da ərzurumlu Dursun ağa. Bunların birincisindən soruşalım: – Məşədi, siz nə cins və nə millətdənsiniz? – İranlı və şiə məzhəbəm. – Əbdülqafar ağa, sən? – Mən də qafqazlı babıyam. – Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan. – Mən də osmanlı və sünniyəm. – Daha özgə? – Özgə heç!Siz çox da deyiniz ki, ”sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır. Dünyada ən kiçik bir böcəyin, ən ən yaramaz bir otun soyu cinsi bəllidir, bəs bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu? İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də təbii, bir millət soyundanız. Yoxdur: çünki, varlığımızı bilmirik ki, soyumuzu da bilək.Gəlin bir də qonşularımızdan soruşaq. – Şakro Çaparidze,sən nə məzhəbdənsən? – Pravoslav. – Nə millətdənsən? – Gürcü – Demitri,sən? – Mən də pravoslav məzhəbindənəm. – Millətin? – Urun. – İvan,məzhəbin? – Pravoslav. – Millətin? – Rus!Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər. Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirərvə bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir? – Əcəmə bənzəyir. – Eyi,dəhduş diqqət et! – Elə özüdür, əcəmdir, qızılbaşdır. – Qoy olsun, biraz söylətəlim. – İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki? Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır. Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və beləliklə şiə türklərinə məhəbbət göstərirlər,yardım edirlər və ya edən kimi görsənirlər ki, gələcəklərdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər. Lakin bəlaya baxın ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşımıza yüz çeşid ad qoşub uzaqlaşırıq. Üzdən də olmasa, arxadan min dürlü yaman deyirik. Söz başında “ac tat” deyə də təhqir ediriz. Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə – yırqatlarına “persiyan” gözü ilə baxıb keçirik, fəlakətlərinə soyuqqanlı tamaşa edirik. Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerlərdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma,keç! Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki: – Soy və millətiniz nədir? – Əlhəmdülillah müsəlmanıq. – Şiəsiniz, yoxsa sünni? – Heç biri deyiliz, təkcə müsəlmanıq. – Özgə, daha bir adınız-zadınız yoxmu? – Xeyr, xeyr, xeyr! Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir. Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə,öz ictihadında,öz imanında olsun.Nə var,ey oxucu! Niyə başını qaşıdın,niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam recal və üləmasının çalışdıqları,hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən? Yox, yox,incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı. Əgər onlar “dini-islam”ın bir ağac, əqidələrinin də o ağacın birər budaqları olduğunu və o ağacın böyüməsi üçün budaqların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, keçilməyə də məhəl qalmazdı. Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən. Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafi zəhmət deyil, rəhmətdir. Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki,onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır. Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə. Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin,mühəndislərin, həkimlərin, məktəblərdə yüzlərcə tələbələrin var! Ey türk, olduqca çox şey bilirsən. Sən daha sırf cahil xeyir və  şərin qanmayan demək olmaz. Sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan. Əvət, çox şeylər, fənnlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin sənə ən lazımlı,sənə ən birinci fərz olan vəzifədən xəbərin yox… Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan? Doğrusu,tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiros çəkməyi tövsiyə edərdim. Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan? Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz. Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın. Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənüz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Ey özünü itirir, unudur dərəcədə qonaqpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin düşüncən, sənin varlığın hənüz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli türk, dünən,bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazım ilə tanımadıqlarını bilib məyus olma. Yox, yox sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə! Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən. Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-torpaqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını biraz tərpət. Vücudunu,varlıq ağacını saran, korlayan tikanları,sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil.İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış. Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qoruram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və təqət qalmamış ola. Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor! İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Zamanın sövkət və saxəvət binası millətçilik bünövrəsi və təməli üstündə qurulur. Əsrin ruhu azad millətçiliklə bəslənir, böyüyür. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozur. Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkilir. Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi: “Hər kəs öz milləti yerində” komandası verilir. Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir. Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır. İndi gələk əsil məqsədə .Ey şiə, ey babı, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi Anadolunun izsiz, dağıdılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar. Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfuzunu artırmaq, o nüfuzla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfuzumuzun – həm də ən gənc və qəvi bir qüvvətin – yardımsızlığından, bir loğma əkmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım. Ey uca mərhəmətli türk, sənin köhnə  mərhəmətin, ehsanın, nişanələrin – o böyük camelər, mədrəsələr, körpülər, xəstəxanalar, çeşmələr hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən  öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünürsən. Yazıq, yazıq! Ömər Faiq Nemanzadə * * * Dərdimiz və Dərmanımız Şükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur. Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir. Buna binaən heç bir şeyin bilasəbəb zühuru gözlənmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən tənbəllər, səfehlər kimi həqqin ən böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin məheli-təhəınınülü olan əql boş yerə çevrədilmir. Məsələn, su, atəş ve yabir otun, meyvənin nə sürətlə Allahın verdiyi hansı səbəblə vücuda gəldi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsulə gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərarətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiət tədqiq və təqlid edilir. Məxsusi bir məhəl yapılır, soyuq olmamaq üçün üzəri çalma, ayna ilə örtülür. Qışın ağ qar çiçəkləri arasında süni çiçəklər, meyvələr meydana gətirilir. Böyləcə təbiəti-esliyye səbəbi ilə hüsulixeyl zamana müvafiq olan məhsulat elm və eql qüvvəti ilə süni olaraq zühura gətirilir. İndi buraya qədər saydığım elm və əql xariqələri, əsərləri hər kəsbilər və təsdiq edər ki (haşa), bizlərin deyil, mədəni mərifət sahiblərinındir, ya bizlər bütün-bütün pərişanmıyız? Xeyr, eylə işmi olar? Qədim, xalis, mütəddiyyin, elmi-islamlann vaxtilə vücuda gətirdikləri əsərləri avropalılardan tərcümə edilən kitablarda oxuyuruz (Tövbə!). İndiki mədənilərin yapdıqlarını görüriiz. Ağzımızı bir qanş açıbsərsəm, mədhuş qalınz. Bu qedərmi? Xeyr, gördüklərimizdən ibrətalayız. Bəli, biz də keçmiş islam mədəniyyətlərindən, indiki Avropa tərəqqisindən ibrət alınz. Amma nə cürə? İştə bilinəcək, cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qedim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edıriər vəbu gün də o fəsad, kar görməz fikirlə guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat! Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə de onların rəftarlannı, hallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlannı, başmaqlannı çıxanb gödək jaket, dar çəkmə geyirlər, her kəsin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovonm olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!), firəng köynəklərinin yaxasını qulaqlanna qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar. Başlarında elmdən, mərifətdən, aləmdən xəbər yox! Mədəni ərəblərin “əlvəqt seyfun-qateun, əlvəqt naqdun”’ hikmətini bunlar“əlvəqt bizzovqi billabi’yə”” çevirmişlər. İştə bu nazəninlər nə mütəqi, nə də mədənidirlər. Arada sərsəm, avara, yanm cahil (özlərincə obrazovanm), meymunca müqəllid qalmışlar. Bir sözlə, nə axiretləri var, ne dünyalan. Qardaşlar! İndiyə qədər nə oldu-oldu, nə zərər etdik, getdi. Bundan sonra olsun, bir kərə aləmə nəzəri-ibrətlə baxalım, baxalım ki, her gündə, bəlkə, her saatda yerdə-göydə indiyə qədər neməti-ilahiyye, qüwəyi-təbiyyə aşkara çıxarılır. “Neməti bilməz əsiri-cəhl olan, qismətin eylər fuzuntər əhl olan” qayidəsinə həqqlə əməl edilir. Allahın on böyük neməti olan eql səfeh və axmaqca boş yerə tələf edilməyir, bizlərin: Fərz bil ürfanı, təhsildar ol, Ümurundan vaqifi-əsrar ol. Mərifət can oldu insan hism olur Mərifətsiz laşeyi-biism olur - hikməti fərzi insaniyyət kimi tutulur. Əqli-səlim qüvvəti ile hər anda esrari-təbiyyəyi kəşf edib elmi insaniyyətə xidmət edəcək ali fikirlər, böyük işlər, faydalı alətlər, dərmanlar, eczalar, vasitələr meydana gətirilir. Bir görə de özümüzə baxalım! Hanı bizdə bir Maniyi-müxtəre müvəccid, aşiqi-səyyahımız. Dövlətli, adh adamlarımız yox deyil, alimlərimiz var, ara-sıra mərhəmətə, cuşa gəlib elm və mərifətin lüzumu barəsində minbərdə, qəzetlərdə köhnəlmiş, min kərə söylənmiş fikirləri, sözləri təkrar edirlər. Çox gözəl! Amma iş yapamağa, görməyə ixtiyarları, qüvvətləri olan böyüklərimizdən yalnız boş fikir, quru söz gözləmiyiriz. indi həzrəti Adəm dövründə deyillər. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarım bunlara sözlə deyil, işlə, önçülük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi her kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır. Öz vicdanlarında düşünsünlər ki, 15-20 il məmuriyyətiərində insaniyyətə, millətə nə iş görmüşlər? Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “İnsan yaşamaq üçün yeyir” qaydasım pozub“İnsan yemək, pul cəm etmək üçün yaşayır”a çevirirlər. Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzet oxumağa deyil, onunla söyləməyə, danışmağa belə haya edirlər. (Vəsübhan Allah!) Bir çox qəzet oxuyanlarımız var; amma özlərindən bir qəpik pulverib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Menim də adımıçəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar: hemiyyətli qonşusundan, yoldaşından araya alıb yanm gözlə oxumağı adət etmişlər. Hasilə, bugün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy gösterirsiz. Aşağıdakı beytlər tamam bizim üçün söylənmiş: Ləhv ilə ləbəb oldu bizdə kargər Əslimizdə yox nəsihətdən əsər. Qüvvəti-dil bizdə düruq lafu lağ, Bizdə şur mədədir, hökm-bəlağ. Rəncimiz izafi-efzun istəriz, Əql üçün daruyi-əfyun istəriz. Bununla bərabər aramızda iş görən fazillərimiz, məktəblərə, xəla yiqe kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilə noxuyanlanmız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu ne üçün rədd edəlim? Divar, torpaq qonşularımız bu gün bizim istədiyimiz, xeyir, möhtac olduğumuz məsifətvə mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılan inəyi mənzilində, məzəllətində qalmışız. İlahi, bizim millətimizin mərifət bahan ne vaxt gələcək? Elm çiçəklərimiz ne zaman açılacaq? Həmişə böylə gözübağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz? Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də inşanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür dua edəlim. Edəlim ki, bizə önçülük, rəhbərlik edib ni’ımuneyi misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bugün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, İbrət almaqdır. Həzrəti Mövlaninin dediyi kimi: İndi şükür olsun bizə pərvərdigar, Verdi əslafi-ümemdən etibar. Aqil oldur kim bilib keyfiyyəti Qeyrin əhvalından aldı ibrəti, Üstuxanü-pəşmü-giryani-sələf Oldu pendi-hissedarani-sələf Əhli-ibrət sahibi-xibrət olur, Yoxsa halı qeyriçün ibrət olur. Beli, tədbirsiz, təvəkkül, səyslz qedr ilə boyun büküb durarsaq, halnnız qeyriləre şəksiz ibrət olacaq. İnsaf ilə fikir edəlim. Mücərrəb olan bir işi, bir keyfiyyət ki, təbiəti-zəmaneyi hüsuli qəti və mühoqqəqdir, daha bundan inad və israf ilə özümüzü fəlakətlərə, bəlalara salmağın nə yaraşığı var. Görünmüş və görürük ki, istər islam, xaç-pərəst, istərsə möcüzi-sayib olsun, salamat və rahata yetmək üçünmütləq qədim islamlann indiki avropalıların keçdikləri körpü ilə keçəcəkdir, daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var. Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropa vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, üləma onlan istifadə etməkdədir. Daha bunlara baxmayıb, 15-20 il zəmanənin iqtiza ve icadı ilə yazılan cameyi qəvaİdı əzbərləmək ilə, ərəb saçına oxşayan qanşıq, xırda haşiyələrlə hökmü, əsabəti çoxdan köhnəlmiş, qoxumuş xəyal və cəfən-giyatdan ibarət olan cəfər, nücum, remel… və s. ile vaxt keçirmək, iqtifa etmənin nə menası var. Keçmiş islam mədəniyyətinin keyfiyyət hüsulunu tədqiq əsər-lərini yada gətirib bugünkü halımız ilə qiyas edə bilməz isək yenə hər kəsdən əwəl babalarının mərtəbəsinə varmağa çalışan Mİsİr islamları ilə vəhşi dərgəsinə düşmüş Ərəbistanın, Farsın, Sudanın hallanm, bir az daha irəli gedərək, bir millət, bir məzhəb, bir qardaş olan Yaponiya ilə Çinin hallanm qiyas edəlim. Xeyr, xeyr. Bunun üçün o qədər uzağa getmək də istəməz. Yanı başımızdakı dükan yoldaşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülərin halına, işlərinə bir də bizim hamımıza səfalətimizə yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətlə çoban – “Şükür Allaha, islamam” – deyib, yuxulayan, həqir, fəqir, cahil, qafil… qahnışız. Qardaşlar, acı, lakin doğru sözdən inciməyelim. Dərdini söyləmiyen derman bulmaz. Qızdırma üçün her zaman şəkər, qəndiyyə içmək yerinə bir az daxinə içəlim. Şükür Allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz. Çinlilər belə Avropanın bir dəfə vurduğu zərbə ilə oynamağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanar, ürəyimiz dağılır, namusumuz ayaqlar altına almır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bugünkü derekemiz, nədir qonşularımız arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deye, şışiriz. Amma bir kərə fikir edəlim ki, bu bizim üçün ne qeder ayıbdır. Avropa xaçpərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkdə bu dərəcə İnad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalım!.. Utanalım!.. Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlerimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz İldə bir zühur edən həmiyyəti i lerimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz “Tərcüman”nnız min həftədir fəryad edir, qayət həkitnanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır, Həftədə bir dəfə çıxan bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət Allah üçün pek böyük, çox-çox alidir. Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitablan var. Heyif ki, 15-20 milyon biz müsəlmanlann həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməliyəm.Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstermirlər. Qəzet oxumağı günah hesab edən, məshəbleri bilinməyən bəzi nadan natiq mollalarda, kişilərdə işim yox, bunlar həqiqətdə deyilən: Mərdome-moqəddəs ra xub şənasəd, hatef Kaferem mən əgər in tayifə dindaranənd. Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, her millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi ise məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin en nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec de olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət ve millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyet ve kömək vermək vəzifeyi-millİyyə və insaniyyəmizi gösterib tezə çıxan bu işığa rövnəq verəcəkmiyiz? Faiq Nemanzadə “Şərqi-Rus’ qəzeti, 4, 6, 11 aprel 1903, N 3, 4, 5 * * * Şəkidən Bəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir. Müəllim Nemanzadə Tərcüman qəzeti, 5 iyul 1898, N 22 * * * Axalsixdən Cənab mühərrir! Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, ne de əski! Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalım məccani oxutdurur. Camaatımız qənaətlidir. Öküz ve eşşək işlərindən qeyriləre baxmazlar. Bu səbəblə uyezdlərimİzdə bir  müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köyde, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsulİ-cədid məktəbi düşdüyü halda, İyirmi evə bir meyxana ile iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori darülmüellimində bizdən ancaq bir müsəlman var. Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil, Heyif ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır. Ö. Nemanzadə Tərcüman qəzeti, 7 yanvar 1900, N1 * * * Dilimiz və İmlamız Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağım söyləmək üçün dəlilə, təfsile hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi… dilləri, sonra da bizim türkcəmiz. Mədənilik ləzgilər, çərkeslər arasında yayıldıqca öz dilləri de yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adlan qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur. Bu qorxu, millətini sevən her homiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Ne edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ile danışsalar darıxırlar. Bir kazanlı ile bir qafqazlının beş, on dəqiqə türkcə danışa bilmələri isə çox az görünür. Yazılan da bunun kimi. Bu suç, bu təqsir hərçəndi adamlardan başqa, əql imdada varsa, böyük və bağışlanmaz təqsiri yenə bizdədir. Hər kəs bilir ki, Kazan ilə Tiflis kimi uzaq məmləkətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxm məmləkətlərin dilləri arasında bele az-çox bir aynlıq var. Havanın, təbiətin, adətin bu təsiri inkar edilməz. Burası bəlli. Həm bu hal yalnız bizdə deyil, dünyanın hər tərəfində də böylədir. Ne hacət! Cənub məmləkətlərin rusları ile şimaldakılann ahəngi, şivəsi bir dərəcədəmi? İstanbullularla ərzunımlulann söyləməlibirmi? Əsla. Amma o aynlıq, bu təfavüt ile bərabər qaydada və imla, dillərinə məhəbbət sayəsində bir şəhərlilər kimi dərdləşir, anlaşırlar. Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur. Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda ve imla xüsusi indiyə qədər bizdə ne üçün meydana gəlməmiş? Burasını yazmaqdan irəli buna münasibəti olan bir balaca təfsil verim: bu gün özü ile danışanları mədəniyyətliyin yuxan qatlarına çıxaran hər dilin mütləq və mütləq nizamla bir sayaq da yüngül əlifbası qaydası, imlası, ədəbiyyatı vardır. Bunlar da yenə mütləq öz başına, halına görədir. Bununla bərabər heç bir dil bugünkü mükəmməlliklərinə öz sözlərilə çatmamışdır. Hamısı birbirilərinin köməklərinə, yardımlarına möhtac olmuşdur. Dildə ən varlı bildiyimiz ərəbcə belə əbrani, esur-yani, yunanidən… bir çox sözlər almış, bu gün də Avropadan hər vaxt almaqdadır. Hələ fransızlann latınlardan, ərəblərdən; rusların fransızlardan, ərəblərdən, tatarlardan aldıqları sözlərin çoxluğu inşam heyrətə salır. Rusların özgələrdən aldıqları sözlərin sayı 75 mindən artıq olursa, bizimkini qiyas etməli. Bəli, hər dil özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu bir təbii qaydadır. Ne cürə ki, aciz, elmsiz bir adamın güclü, elmli bir adama ehtiyacı var; öylə də maarifdən geri qalan millət dilinin mədəniyyətli, zorlu millətin dilinə ehtiyacı var. Dillər ayn olduqca bu ehtiyac qiyamətə qədər de olacaqdır. Sözüm, qəsdim bunda deyil. Her dil özgə dildən minlərcə söz almış, lakin hamısı öz təsrifini, səltənətini də sürükləmişdilər. Bizimki kimi özgələrin kefinə, qaydasına əsir olan heç bir dil yoxdur. Məsələn, fransızlar ərəblərdən aldıqları “qəmbiz”i (köynəyi) “şəmis”, “emir-əlbəhr”i “amİral” (ruslar – admiral), “fırəqəteyn”i “foraqat”; latınlar ərəblərin “darül-senaye”-sini “tərsanə”; ruslar ərəblərin “to’rifə”-sini “tarif’, “xezine”-sini “kazna”, “əlcəbr”in “alqebra”; ərəblər yunanların “asterolab”-nı “üstürlab”, “Yevangel”ini “İncil”, “ətir”-i “isir”, “nomuz”-u “namus”, farsların “sütun”-unu “üstəvanə”, “əndazə ”-sini “həndəsə”, bizim “əntar”-ı “əntəri”, “arvad”-ı “övrət” surətində, biçimində yazmışlar. Bunlar bu kimi dəyişdirilən sözlərin milyonda biridir. Mənim qəsdim ancaq bir-iki örnək, nümunə gösterməkdir. İştə anlaşılır ki, her dil özgələrdən aldığı sözləri öz danışığına uyğun halda çevirmiş, pozmuş, yazmış ki, təbii hal da budur. Özgələrin “qayidə”sini olduğu kimi qəbul etmək tebietsizliyinde, yolçuluğunda ise türk ilə farsdan özgə heç bir dil tapılmamışdır. İştə tarix, iştə meydan, iştə dillər! İndi gələk məqsədə: farscanı özlərinə buraxaq; türkcəmizin bu zaınanə, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda ve imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cehaletindəndir, fars, ərəb dillərinin her cürə gərəkli, gərəksiz sözlərini, hələ bizə əsla gərək olmayan qaydalarım dilimizə doldurduğumuzdandır: her barədə onlan təqlid etmək dərdini istəyimizdəndir. Bu müqəllidlık, bu cəhalətlə dilimizin ahənginə əsla gəlişmoyən, şəə, zifda, löhm, mütərərri, xübz, müzəmmə, müsəlləsat, müavvizəteyn… daha bunlara rəhmət oxudacaq böylə minlərcə yad sözləri xatirələrinə, könüllərinə heç deymiyərək olduğu kimialmışız, yazmışız, yazırız. Böylə tək-tək sözlərin dərdinə yenə səbir etmək olar. Amma dilimizi bərbad edən, anlaşılmamağına səbəb olub bizə çox gərək olmayan (…) minlərcə ərəbcə, farsca qaydalar və barələrdir. İndilik bir neçə fənn, şəriət kitabları ayn olduğu halda, türklərin dillərinə heç yaraşmayan bu kimi qaydaları yazmağa, işlətməyə ne zorumuz, ne məcburluğumuz var. Hələ yad sözlərin, qaydaların ən sadələrini yazdım. Mənimlə bərabər hər kəs deyə bilər, dilimizdə öylə çətin sözlər, öylə ibarələr var ki, Allah göstərməsin, onlan saymaqmı olar?!. Sözümün qısası, türkcəmizin varlığını, yaşamağını hamımızın bilikli, hünərli olmamızı, avam üçün yazılan kitabların, qəzetlərin anlaşılmasını istəyirsək bacardığımız qədər “gərəksiz” və “artıq” olan ərəbcə, farsça sözləri, hələ qaydalanın çoxunu buraxıb, türkçələşdirdiyimiz Oxum, adəm, Övrət, dəva, ərəq, mütbəx, əba… daha bu kimi türkçələşmiş sözləri toxum, adam, arvad, dava, arağ, mətbəx, aba… yazmağı sınamalıyız. Bilirəm, bu fikrim indi qəbul edilməyəcəkdir. Nasıl ki, vaxtile indiki kimi bir az türkçə yazmaq eyib idi. Öylə də bunlar bu gün eyib sayılacaq, yazanın biliksizliyinə hökm ediləcək, zərəri yox, bir vaxt olar mənim bugünkü fikrimdə eyib görülməz. Yavaş-yavaş qəbul edilər (…) Bu gün məktəblərimizin çoxunda qəbul edilən söfti üsulu öyrətmək qaydasına gərə də bundan sonra imlamızın bacarıldığı qədər danışıldığı kimi, yəni səsli hərilərlə yazılacağı anlaşılmaqdadır. Zaman ən böyük düzəldən, tərbiyə edəndir. Bu həqiqəti də bir vaxt meydana çıxaracaqdır. Bu barədə hamı öz ürəyinə ve vicdanına sorsun, müraciət etsin. Boş yerə etiraz edəcəklərinə işin yox. İnsafla cavab yazanlarla danışınz, bilmədiklərimi öyrənərəm. Bitirmədən burasım söyləyim ki, türkcə yazmaq yüngül, asan iş deyil. Bu yazdığımda belə nə qədər ərəbcə sözlərin yerinə türkcə yazmaq istədim bacarmadım, biləmədim. Məqsədim işə başlamaqdır. Əlbət, yavaş-yavaş öyrənəriz. Sonra yüngül, dadlı olar. Yazacağım hele bitməmişdir. Nemanzadə Şərgi-Rus qəzeti, 7 april 1904, No. 40 * * * Nə üçün haqqımızı istəmiriz? Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir, öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa kimi – yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz. Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ataqazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəini düşünmürüz də. Məsələn, “Tibet’de ingilislərin hansı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hansı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlinin söylədiyi nitqini incədən incəyə düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponların hansı saat ve dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcədə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqınqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyrət və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öylə qəflət ki, bu gün en böyük üləmamızdan başlayıb da en aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ile məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir. Halbuki bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də bir tərəfdən davaya məşğul olduqları halda, digər tərəfdən, onu da əldən buraxa bilmirlər. Bəlkə, bir tərəfdən davaya ianə toplanırkən, digər tərəfdən də maarifə sərmayələr ayrılır. İanələrin davaya yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətlinin təzə yapılacaq bir məktəbə 50.000 manat ianə verməsi, rus ve Yaponiya hökumətlərinin bu yaxında Berlində məktəblərin islahı xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə aid təşəbbüs və hərəkətləri, bir millətin canı və ürəyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir. Bununla bərabər, tarix həqiqətlərindəndir ki, neçə minlərcə səlib əhlinin bir ovuc mərifətli müsəlmanlara məğlub olmaları xristianların gözlərini açmış və qovğa Avropa üçün maarif başlanğıcı, səadət mübdəsi olmuşdur. Bunun kimi hər hansı millət olursa olsun məğlubiyyətdən sonra nöqsanlarını bilib hamı güclərini maarif tərəfdən sərf etməkləri hökumət və nicat qanunu iqtizasından əvvələn gəlmişdir. Bu barədə tarix misallar ilə doludur. Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhətlə məğlub ola-ola gəlməkdəyiz. Itirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlənmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz olunduğunu yazmaq belə artıqdır. Bəli, maarifdən xeyli pay götürmüş, bu gün qovğa kimi ən təhlükəli bir halda bulunmuş dövlətlilərin bir gözü yenə maarif cəhətində olursa, biz də hənuz başlanmış olan maarifimiz üçün yas gətirməyib qeyrət etməyimiz meydana çıxır. Xüsusilə şövkətli padşahımızın və böyük dövlət kişilərimizin bu günlər də bizə olan daha artıq hörmət və əmniyyətləri bizim bu yolda çalışmamız üçün böyük bir nemət və qənimət olur. Biz Rusiya müsəlmanları hökumətimizin ədalətinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü ianə və köməklə İxlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti boş sözlə deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istərəm ki, ruslardan sonra hökumətimizə, vətənimizə sədaqət göstərən, bu qədər müxtəlif millətlərin ən birincisi biz müsəlmanlarıq. Rus qəzetlərinin də təsdiq etdikləri vəchlə bir islam quberniyasından – fəqir cəmaətimizdən- toplanan ianənin məcmuu ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Sürməli uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı kasıb, fəqir müsəlmanlardan beş-altı min manat toplandığı halda özgə varlı millətlərdən ancaq-ancaq üç yüz manat toplandığını hər kəs “Şərqi-Rus”da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianələrin çoxu millət başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixlas əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərdən çıxarmışdır. Bir çox müsəlman əfsərlərinin, soldatlarının bu davadan rus vətəndaşları kimi kökslərini düşmən güllələrinə qarşı verib vətənin mühafizəsinə çalışdıqlarını söyləmək belə artıqdır. İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir toqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək. Bu gün millət başçıları yerində olan bəzi üləma adlılarımızın, axundlarımızm, mollalarımızın milləti xaki-əndraz və pərişanə doğru sürütdəyib götürdüklərini hər kəs qışqırır. Bu halda bunların islah və tərəqqi çarəsi milləti batmaqda olduğu tədənnidən xilas etmək demək olduğundan nə qədər gücümüz, həmiyyətimiz varsa, onların zəmani-müqteziyyata müvafiq tədris və tərbiyələrinə sərf etməkliyniz lazım görünür. Buna görə indiyə qədər bir-iki zəif təşəbbüslə edilməyən müsaidəyə əsla məyus olmuyaraq indi və bundan sonra hiddətlə çalışmalıyıq. Ümumi Qafqaz üçün bir mədrəseyi-ruhaniyyə meydana gətirməliyik. Prixod mollalarına camaatın qaydasız, keyfi olaraq verdikləri “imanlıq xərc”in bundan sonra məzbut və nizami üsul ilə verilib o millət başçılarının məişətlərinin rus, gürcü, erməni ruhaniləri kimi – vaxt ilə təmin etmək üçün mühəllinə təvəsüt etməliyiz. Cəmaətin kefinə, mərhəmət və insafına qalacaq zaman deyil. Məişət darlaşdı. Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik. Yoxsa irəlidə qura namaz qıldıran da tapılmayacaqdır. Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkə böyük bir hissəsibi biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki camaatımızın göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millət balalarımızın rus məktəblərinə girmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir. Balalarımızı bir tərəfdən rus məktəblərinə göndərməklə bərabər buralara gedemiyenler üçün də hər şəhərdə, her böyük kənddə xüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız. Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir. Ancaq o qanunu bilib ona görə çalışmalıyız. Bu kimi işlərimizə şayət – (olmaz ya) mane olan nizamdan bixəbər kiçik məmurlar bulunursa böyüklərə müraciət etməli. Hər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, göydə ildızlar, ‘fin xuançin”dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza – fürsətdən vaxtında istifadə edib – çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz? Nemanzadə Şərqi-Rus qəzeti, 5 may 1904, No. 52 * * * Əhməd Bəy Ağayev Bir az hemiyyəti-milliyesi, melumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühəmrlərindən biri və Bakı gimnaziyalarının firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub orada “realnı” məktəbini ikmal ile bərabər türk, fars, ərəb dillərinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qeder bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darüt fünunu olan “Sarbonnaya” daxil olmuşdur. Kamal ilə səfahetin, elm ile əyləncənin geniş bir meydanı olan Fransada da sey və hüsn-əxlaq tərəfinə meyil edib darülfununu İkmal etmiş və bu surətlə Qafqazıya müsəlmanlarının – əgər İstər və çalışarlarsa – fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir, övdətdən biraz sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyə-tinə müsaid bir covlangah olaraq hər yazdığı məqalələri her kəsə ləzzətlə oxudacaq faydaterz bir bexşde təhrir ilə gəlməkdədir. Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir tehrirat ve melumati elmiyyedəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millet üçün birər bəraeti-estehlal, birər bərati-feyz ve tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötgün qələmi ilə, geniş məlumatı ilə, durbinane nəzəri ile, surəti tehriri ile, əsabeti-reyi ile, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı, öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı ezhabi-zekaya məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə melumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal ve nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında “Əhməd bəy Ağayev” namı da mütləq bulunacaqdır. Bir çox qiymətli əsərlərin, şahidi-adillərin iraə etdiyi bu nam şübhə yox ki, ortada ciddi bir əsər və dəlil olmayıb, ancaq bir qərz və ya məcburiyyət ilə müvəqqətən parladılan adlar, şöhrət kaziblər, qüvvətli fosfor əczası ile artırılan işıqlar kimi az vaxtda sönməyəcək, unudulmayacaqdır. Biləks hər müəssirin şanı əsrin mükəməliyyeti ilə olduğu kimi bu mühərriri-hürriyyətpərverin namı da mənim bir-iki dəqiqəlik sözlərimlə deyil, yazmaqda olduğu istifadəli məqalələri ilə, əsərləri ile və mütexəlliq olduğu həmiyyəti-milliyyəti ile mütənasib olaraq qalıb, ümmətdə bir çox zaman baqi qalacaqdır. Bəli, madam ki, insanın ömrü ati üçündür və madam ki, insanın bu pənah aləmində mükafat və mücəzat görən özü deyil, namıdır, kətbi-nəqliyyodə de ki, o nam “ruh” ilə yad edilmişdir. Bu halda Əhməd bəy Ağayev narmnın, yəni ruhunun da uzun zaman bərhəyat qalıb mükafat görəcəyinə şübhə yoxdur. Xülasə, zahirən uzun, amma həqiqətdə çox müxtəsər olan bu sözlərimlə mücəssəm nümuneyi-həmiyyət olan cənab Ağayevin qüdrəti-elmiyyəsini göstərmək deyil, ancaq məhəbıi, qələminin yazı deyilən şəkildə cövhərlər səpdiyi yeri, qəzeti bildirmək istədim ki, uzaqdakı, xüsusilə Sibir, Səmərqənd, Qazan, Orenburq, Ufa… tərəfindəki rusca bilən müsəlman qardaşlarımız da fürsəti fot etmiyərək Bakıda yovm olaraq nəşr edilən vəillik qiyməti 8 manat yarım olan “Kaspi” qəzetini oxusunlar, müstəfid olsunlar. Oxusunlar da, indiyə qədər pərdeyi-xəfadə qalan bir çox keçmiş əhval və məfaxiri-islamiyyemizi, bugünkü əsbabi-tedeniyyəmizi, indiki vəzi-mehlikəmizi, çareyi-xilasımızı, ümidi-istiqlalımızı bilsinlər. Ö.Faiq Nemanzadə Şərqi-Rus qəzeti, 23 May 1904, No.60 * * * Son bir-iki söz Müqəllid əfandi’ Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir. Yazdığınız bəhs barəsində irəvanlı möhtərəm və fazil cənab Abdulla əfəndi ilə lazımi qədərincə lütfanə, zərifanə xeyli söhbət etdik. Bu bəhsə de çoxdan nəhayət verdik. Əcəba, zati müqəllidanəəri, imdiyə qədər harada idiniz? Bir fikir edin. 32-ci nömrə harda, 42-ci nömrə harda? Əcəba, qelbinizdəki nədir? Əcəba, indiyə qədər qəzetə yazacaq bir şey tapmadınızmı ki, heç münasibəti yox ikən keçmiş bir bəhsi tezələndirərək, nə olursa olsun yazmaq üçün dediyiniz kimi, “mən də varam” dərdi ilə ortaya atılıbsınız. Əfendim! İstərsəniz daha o yanə tullanınız, bundan daha şiddətli və həqarətli sözlər yazınız, menim şəxsiyyətlə işim yoxdur. Çünki böylə dəqiqəsi belə ən qiymətli olan bir vaxtda, xüsusilə bu günlərdə – ümumi, milli işləri buraxıb da yalnız şəxsiyyətlə ve fayidesiz cavablara cavab yazmaqla ömrü fotə verməyin özü də cahilliyin bir növüdür. Buna göre təkrar edilmiş bəhsi bir daha təkrar etmək adətində bulunmayacağam: cavab vermiyəcəyəm. Zira böylə adi və uzun cavablara cavab vermək dəryanı xəlbir ilə ölçmək demək olduğundan əbəs-iştiqalə vaxtım yoxdur. Ancaq meni yazdıqlanmı “müqellid” sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib de – zərurət ve zaman müqtezası ilə – açıq yaza bilməyib kinayə teriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzeri-diqqetlerine həvalə edirəm. “Şərqi Rus”un fevral ayındakı nüsxələrini diqqətlə oxuyanlar mənim “müqellid” namıni kimlərə vermək istədiyimi anlarlar. Adlarını söyləmək, dəlil gətirmək lazım deyil. Bəsirət və edaleti olanlara məlumdur. Yaxşı bir fikri, faydalı bir məsləki təqlid edənlərə daş atmaq deyil, can fəda, baş qurban! Burasını əvvəlcədən söyləmişdim. Bilmirəm buralarını nə üçün anlamaq istəməyib, çaldığınızla oynayırsınız? Ah, aləm nə dərddə, biz nə vuruşmalarda nələr yazmaqdayız! Heyhat, özgələr ne qayğıda, bizlər nə adi işlərin dalmdayız. Vay, vay! Zaman nə deyir, biz ne eşidiriz. Qələmin meqsudi-safindan xəbərdar olmuyan, Edəcək, əlbəttə, təqlid ilə bi zar məni. Nemanzadə Şərqi-Rus qəzeti, 30 May 1904 * * * G-k hərfləri̇ Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur. Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı. Amma oxumanın hər kəs arasında yayılması lüzumu, çocuqların qolaylıqca oxudulması zərurəti, əskik hərflərimizi yavaş-yavaş dəyişdirərək əlifbamızın islah və təbdilinə pək böyük meydan açdı. İştə qolaylanmaq ve tərəqqi etmək məqsədilə 3-4 səs üçün bir şəkildə yazılan k hərfi indi k, g ve nuni-sağır şəkillərində yazılır. Şəkk yox ki, bir vaxt vav-v veya-i hərfləri de islah edilərək bir səsə görə birər şəkil yazılacaqdır. Məqsədim burada o çətin işə girişmək deyil, ancaq birər əlamət ilə ayırdığımız hərflərin yazılacaq yerlərin qarışdırıb oxumağı daha çətinə saldığımızı göstərməkdir. Məsələn, k hərfini Qafqazın bir qisim mühərrirləri gördüm, görmək, güllə, gəzişmə kəlmələrindəki kimi (gaf) yerində yazırlar. Bir qismi isə – xüsusilə Bakı mühərrirləri – “kaf’ı sağır nun deyilən n, yerində işlədir (Əhmədin, sənin, könül, dəniz…}, yazırlar. Demək ki, n ilə k hərflərinin səsləri, şəkilləri yaxşı bilinmədiyindən bir-birinə qarışdırılıb k yerində n və g yerində k yazılır. Bakıda, Tiflisdə, təb edilən kitablara diqqət yetirilirsə, bu qarışıqlıq ve ayrılıq çox gözəl meydana çıxar ki, bir məmləkətdə, şəhərdəki bu ayrılıq bizim üçün çox böyük bir nöqsan və oxutmaq üsulunda İsə pək diqqətə alınacaq bir xətadır. Buna görə madam ki, g və k hərflərini en ewel yazanlar və meydana çıxaranlar osmanlılardır və madam ki, bu gün ora kitablarının hamısında g hərfi gördüm, gəzmək… sözlərindəki kimi gaf yerinə və k hərfi də (Əhmədin, sənin…} sözlərindəki kimi sağır-nun yerinə yazılır və bizim Rusiya müsəlmanlarından bir çoxları da o yolda yazmaqdadırlar, bundan sonra biz de ümumiyyətlə gaf yerində g (gördüm kimi) sagır-nun yerində n (Əhmədin kimi) yazalım. Yazalım ki, hərflərimizin şəkilləri, işlənən yerləri heç olmazsa bir ve müştərək olsun. Nemanzadə Şərqi-Rus qəzeti, 19 iyun 1904, No.78 * * * Qəbi̇rdən xortlayan adam “Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi-Rus” da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğıma düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə, əlbəttə, hənuz yadınızdadır. “Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əwel oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiələr, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabam, div, əjder, sehr, simsim…hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar… Ah, o sözlər, o qorxulu sözlərin kiçiklikdə xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dinlədiyim yeddibaşlı əjdəriər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə şeherə qədər yuxulamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titrəmələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışırdılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di… bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanma buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yan gecədə evinə gəlmiş, qapım vurmuş, oğlu Aslan qonaq sanaraq qapım açmış, kefənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki, oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş…” İşdə böylə, buna oxşuyan xortlaq hekayələrini her kəs az-çox eşitmişdir sanıram. Bugünkü felyetonda yuxanda sözlərdən yalnız xortlaqdan danışmaq istərəm: görək xortlaq həqiqətən ola bilərmi, yoxsa böylə sözlər bütün-bütün kökündən yalanımdır? Xortlağın elm ve fənn nəzərincə vücudu mümkündür ya yox? Burasını anlatmaqdan əvvəl, buna aid olan 1 -2 həqiqi vaqiəni zikr etmək istərəm. Söyləyəcəyim vaqiələr Parisdə, Hindistanda yüzlərcə alimlərin, doktorların, minlərcə adamların gözləri qarşısında olmuş, görülmüşdür. Məqsədim heç bir vaxt boş bir hekayə, əsassız bir xəyal anlatmaq deyil. Fənn və əqlin qəbul etdiyi her kəsin gördüyü vaqiələrdən burada ancaq bir-ikisini yazmaqdır: 1880 tarixində Parisdə doktor La öz başına gələni böylə yazır: “Bir həftəyə qeder “Litargi” deyilən dərin yuxuya, tərpənmək və hərəkət hisslərini ibtal edən naxoşluğa tutuldum. Bir həftəyə qədər ne yedim, nə içdim, nə də tərpəndim. Qanım yavaş-yavaş hərəkətdən qaldı. Vücudum buz kimi oldu. Bir həftədən sonra tamam ölü halına düşdüm. Həkimlərin biri gəlib o biri gedirdi. Hamısı məndə ölüm əlamətlərini, nişanələrini tapdılar. Axırda mütləq öldüyümə qərar verdilər. Evimdə bir ağlaşma, bir fəryad və nalələr qopdu. Mən bunların hamısını duyurdum. Öldü- yümə qərar verildiyini də eşitdim. İstərdim ki, gözümü açam, əlimi-ayağımı bir az olsun tərpədəm, bildirəm kt, mən ölməmişəm. Lakin qabilini? Fikrən nə qədər çalışdım, istədim ki, bir az gözümü açam, xeyr, xeyr, mümkün olmadı. Xeyli vaxt sonra ağlaşma kəsildi. Yad səslər, eşitmədiyim avazlar otağımı doldurdu. Qulaq verdim, dünyada heç sevmədiklərimin səsləri, cənab keşişlər, bu axirət müjdəçiləri, bu ölüm quzğunları məni otağımdan çıxarmağa başladılar. Bu dəfə daha şiddətli ağlaşma peyda oldu. Bildim ki, məzarımın dibaçəsi olan kilsəyə gedirik. Küçələrdən, yollardan keçirik. Fayton səslərini belə eşidirdim, küçə səsləri kəsildi. Qandım ki, kilsəyə gətiriblər, ömrümdə bəlkə heç getmədiyim kilsədə xeyli durdum. Keşiş ağalann bir ağızdan oxuduqları dua avazları eşidilməyə başlandı. Kilsədən çıxdıq. Uzun küçələrlə gediriz. Diri-diri məzara gediriz. Öz-özümə dedim: “O yan-bu yan yox, məzara girəcəyiz. Bir az qeyrət edəm, bəlkə gözümü aça biləm. Ha qeyrət… ha… xeyr, mümkün olmur. Məzara gediriz. Şəhərin halharayı kəsildi. Keşişlərin acı-acı gələn səslərindən özgə daha bir şey eşidilmirdi. Anladım ki, məzara yaxınlaşmışıq. Bir vaxt sonra yene bir ah və nalələr qopdu. Arvadım və uşaqlarımın səslərini az-boz seçdim. Amma mən onların dərdindəmiyem, məzara girirəm. Xeyr, onun-bunun vaxtı deyil. Ha bir az qeyrət. Zarafat, lətifə deyil. Məzara, axirətin, mənəvi aləmin qapısı məbdəyi olan dar, qaranlıq deşiyə giririz. Anıma dəqiqə bu dəqiqədir, dedim. Fikrən çalışıram, çabalayıram ki, bir az gözümü açım, bildirəm ki, mən ölməmişəm, məzara buraxmayın. Heç qabilmi? İstəyirəm ki, özümü parçalayam, bir az barmağımı da olsa tərpədəm, mümkünmü? Bu səylə, təlaşla bir an vaxt keçdi. Qulaq verdim, daha səs yox. Aləm sükut içindədir. Məgər men məzar içindeymişem. Heyhat qaldıq… Diri-diri məzara basıldıq, gömüldük. Aman yarrəbbi nə etməli? Aradan xeyli vaxt keçdi, sükutluq getdikcə artdı. Təxmin etdim ki, gecə olmuş. Bu vaxt məzarın yanından keçən yolun yanından tək-tük səslər gəlməyə başladı. Bildim ki, gündüzə çıxdım. İki gün, iki gecə böyləcə məzarda qaldım. Üçüncü gecə təxminimə görə tamam yarı gecəidi. Qulağıma uzaqdan kəsik-kəsik səslər gəlirdi. Gəldikcə artdı. Y avaş-yavaş yaxınlaşdı. Məzarımın üzərində dayandı. Diqqət etdim – iki səs idi. Hesab etdim, sevindim ki, arvadım ölmədiyimi indi hiss etmiş, yəni ki, çıxarmağa gəlmişlər. Bu sırada səsin biri: yoldaş, daha durmağın vaxtı deyil, səsli danışma, qazmanı yavaş vur qazalım. Aman, üsullu, yavaş edək…” Heyhat, məgər məzar oğruları imiş. Fikir etdim: bu da yaman deyil. Bəlkə məzarımda qiymətli əşya axtararkən mənə də səbəb olurlar: naxoşluğum qurtarar, oyanaram. Məzarımı qazdılar, məni məzardan dişan atdılar, bir çuvalın içinə qoyub arxalarına aldılar. Öz-özümə dedim: xeyir ola, bu nə iş! Məgər bunlar məzar oğruları deyilmiş, aldanmışam. Çox yaxşı. Ya kimdirlər, məni haraya aparırlar. Buna bir dürlü əqlim irəmədi. Uzun yollardan keçirik. Məni gətirənlərdən biri dedi: bu yoldan getməyək, qotodovoy rast gələr. O biri: aman, yavaş danış eşitmiyələr. Yaxşı ordan gedək. Getdik, uzun getdik, nəhayət böyük bir qapı cınldadı. Meni içəri götürüb bərk bir şeyin üstünə tulladılar. Biri dedi: Allah bəlasını versin, tamam yorulduq. Qapını örtiib getdilər. Fikir edirdim ki, əcaba burası hara olacaq. Xeyli vaxt yalnız qaldım. Birdən qapı açıldı. Bir çox səs otağımı doldurdu. İçərilərindən biri böylə deməyə başladı: “Əfəndilər, təşrih (ölünün bədəninin kəsib baxmaq elmi) dərsində sizə söyləmişdim: insanın ürəyi sol məmənin tamam altındadır. Ürək qanla dolmuş bir ev kimidir. Onda duyğu, hiss, bir zad yoxdur. Bunun vəzifəsi buraya gələn qara və qırmızı qanlan bədənə paylamaqdır. Ürək evinin dörd otağı var. Dördü də qanla dolu. Onun kimi qırmızı,kimi qaradır. Mədədən gələn qara qan daman sol otağa gəlir. Ağ ciyərə gedən qırmızı qan yolu yuxarıdakı sağ otaqdan gedir. İndi bıçağı bu ölünün boynunun altından batıracağam. Döşünü, qarnını yaracağam. Ürəyin, cigerlerin yerlərini, oraya gedən damarları bir-bir göstərəcəyəm, diqqət ediniz…” Mən bu sırada anladım ki, hara gəlmişəm, məni ne edəcəklər. Məzarda olsaydım daha yaxşıydı. Bəlkə yuxudan, naxoşluqdan ayılan- da yenə bir tövr məzarın üstünü qaldırıb çıxardım, indi nə edəcəyəm. Məni cənab doktor parçalayacaq, iç alətlərimi tibb tələbələrinə göstərəcək. Demək ki, indi doğrudan öləcəyəm. Aman, ölüm-dirim vaxtıdır. Nə qədər qüvvəm varsa sərf etdim, gözlərimi bir qeder açmaq istədim. Beynimə kəsilmək, parçalanmaq qorxusu öylə təsir etdi ki, tesviri mümkün deyil. Otaq sükut içində, tələbələrin hamısı müəllim doktorun bıçağının hərəkətini nəzəri-diqqət edirkən kəskin bıçaq boynumda dayandı. Məndəki haləti təsəvvür ediniz. Doktor bıçağı təzəcə sürtməyə başlamışdı ki, şiddətli-təsirdən bir az gözlərim açıldı, özümə gəldim. Qorxan tələbələr geri qaçdılar. Doktor bir neçə saniyə çaşdı, mat qaldı, kəsməkdən əl götürdü. Bir az sonra işi anladı. Dərhal əlac gətirib məni bir-iki saat ovdular. Nəhayət, ayağa qalxdım, özümə gəldim. Bir neçə vaxt sonra doktorla faytona mindik. Üç gün əvvəl tabutla məzara getdiyim yollardan indi faytonla calal və əzəmətlə keçirdim. Nəhayət, evimə çatdım. Arvadım ve uşaqlarım qapıya çıxdılar, menim böylə calal ilə geri gəldiyimi gördülər, bir-birinin üzünə baxa-baxa qaldılar. Aşağıda söyləyəcəyim ikinci vaqiə yenə Parisdə olur. Qəbir əzabım sınayıb xortlayan doktor Lanın bir neçə gün qonaq olduğunu o qəbiristana vüqu gəlir. Bu vaqiəni söyləmədən öncə əvvəl Firəngistan qəbiristanlarından bir-iki söz danışmaq münasib görüldü: firəngler öz şəxslərini, həyatlarını qayet qiymətli tutarlar. Səhhətlərinə, güzəranlarına, vaxtlarına, rahatlıqlarına ziyadə diqqət edərlər. Dünya və axirə ümurunun cümləsini öz rahatlıqları üçün bilərlər. Bunca ixtiralar, icadlar, kəşflər… hep rahatlıqları üçündür. Bizlərə görə möcüzədən hesab edilən, adətdən xaric sayılan bu rahatlıqları yalnız bu dünyada deyil, o biri dünyanın, o mənəvi alemin qapısı demək olan qəbiristanlarında da görülür. Qəbiristanları ümumiyyətlə, qayət gözəl bir surətlə divar və ya dəmir barmaqlıqla çevrələnmişdir. İçəriləri sanki qəbiristan deyil, fərəh yeri, gülüstan, laləzardır. Qəbi- ristanda daimi surətdə gecəli-gündüzlü növbətçilər, qarovullar olur. Bunlar üçün də qayət gözəl tikilmiş binalar bulunur. Növbətçilər əksər ecələr, xüsusilə təzə ölülər olanda hər vaxt məzarları dolaşırlar. Burada hər həmiyyət sahibini, her millət dostunun ürəyini parçalayan, biz müsəlmanların məzhəb xüsusunda biz böyük ürəklilərin, kimsəyi bəgənmezlerin qəbiristanlarım, oraların mədəniyyətlərilə, murdar, çirkin, mənsub olduğu din və millətə min tövr lənət oxudacaq hallarını…yazmayacağam. Çünki eşşəklərin, itlərin, donuzların cövlangahlan, hər dürlü heyvan peyinliyi, hətta bir çox alçaq insanların rahatxanəleri, bir çox dairələrin zibil yerləri olan qəbiristanlarımızın son hallanm anlatmaq üçün bir neçe kitab lazımdır. Halbuki uzun bəhsin burada münasibəti yox. Gələk əsil hekayətimizə. Bir gecəyarısı qəbiristanın növbətçisi təzə qəbirləri gəzirdi. Yan gecədən bir az keçmiş dərindən bir səs eşidir. Dərhal səsin gəldiyi yerə, 3-4 günlük təzə bir məzara çatır. Qulaq verir, kəsik-kəsik gələn yanıqlı səsləri dinləyir, sonra şiddətli bir fəryad duyur. Növbətçi heyrət və dəhşətə düçar olur. Özünü toplayır, qəbiristan nazirinin təlimləri, əmrləri yadına gəlir. Dərhal növbətçixanaya gəlir, qazmayı, kürəyi götürür, məzarı qazmaq, o biçarəni çıxarmaq istəyir. Lakin nə tövr olursa işə yalnız cəsarət etmir. Sürətlə məzarın yanına varır. Nömrəsini alır, dəftərinə baxır, kim olduğunu və sahibini tapır, sahibinə xəbər vermək üçün məzarıstandan uzaqlaşır. Bir saat sonra ölü sahibim tapır. Xəbər verir. Ölü sahibi sevincindən bir anda duramaz. Doktor çağırırlar, faytonla qəbiristana doğru rəvan olarlar. Faytonun sürətim sormayınız. Sanki getmir, havada uçur. Atların ayaqlarının səsi sürətlə işləyən bir maşının hərəkətinə oxşuyurdu. Lakin ölü sahibi yenə yerində rahat olmur. Faytonçuya qışqırır: böylə yavaş olmaz, təvəqqe edirəm, ziyadə təvəqqe edirəm, bir az tez-tez sürünüz. Az zaman sonra qəbiristana çatırlar. Orada hər vaxt hazır olan qəbir qazmaq hacətlərini götürürlər, qəbirə varırlar. Ömründə qazmanı əlinə almayan ölü sahibi növbətçinin qazmasına səbir eləmir. Qazmayı özü götürür. Tərif edilməz bir təlaş və sürətlə qazmağa başlayır. 3-4 ay əvvəl evinə gətirdiyi təzə gəlini, arvadını çıxarmaq istəyir. Hüsn-camal və kamalının məftunu olduğu məhbubəsini xilas etmək istəyir. Uzun bir həsrət, mənəvi bir məşuqənin nəticəsi olaraq min zəhmətlə… istədi ki, qazmam buraxıb əlləri ilə qazsın. Qazdı yarıya endi. Lakin məzardan əskisi kimi daha səs, bir şey eşidilmir. Nəhayət qazdı, qurtardı. Cib elektrik lampası məzarın içərisini, məh- bubənin halını nəzərlərə ərz etdi. Həsrətzadə məhbubəsinə sarıldı, yalvarmağa başladı: “Mariya, Mariya, sevgilim Mariya! Mariya, İki gözüm, ruhum Mariya! Bir az su iç…” Heyhat, Mariya son nəfəsdə, can təslimində. Biçarə qız, bu gecə qəbirə qoyulduğunun dördüncü gecəsi düçar olduğu litargi naxoşluğundan ayılar, ayağa durmaq istər, başını tabutun qırağına vurar, ellərini uzatmaq, yol tapmaq istər, tabutun kənan qoymaz… Her tərəfdə dərin bir sükunət, kimsədən kömək yox, qaranlıq, tək və tənha dar bir yer, zavallı axırda anlar, qanar ki, məzara qoyulmuşdur. Qorxusundan ne edəcəyini bilməz. Çıxmağa çalışar, zəif əlləri ilə tabutun qapağını qaldırar, dırnaqları ilə məzan qazmağa başlar. Heyhat mümkünmü? Az zaman sonra “dırnaqları qopar, nazik barmaqları soyular, qanar. Bir mərtəbəyə gələr ki, barmaqlarının uclan hem yaralanar, qopar, yenə bir şeyə müvafiq olmaz. Qazmaqdan ümidini kəsər gücü çatacaq dərəcə foryad və naləyə başlar. Saçlarını yolar, üzünü, gözünü cırar, qorxusundan gözləri dönər. Axırda səbir eləməyib qorxudan özündən gedər, bayılar. Nəhayət, ehtİzar halına düşər, iştə bu sırada, bu anda məzar qazılmağa başlar. Sevgilisi son nəfəsinə çatar. Məzar qan içində, məhbubənin saçları yolunmuş, üzü didilmiş. Bannaqlan parçalanmış, məmələri göyərmiş, gümüş kimi misə (paxıra) dönmüş. Ay kimi üzü tanınmaz bir hala gəlmiş, vücudu hənuz isti, bədəni daha soyulmamış. Lakin can vermədə. Bir tərəfdən əri sarılmış, digər tərəfdən həkim bumuna əlac verir, dərman sürtür, ayıltmağa çalışır. Heyhat, bir daha tərpənə biləcəkmi? Vaxt keçdi, çoxdan adladı. Lakin məhbubə hələ ölməmiş, amma ölməyə, o biri aləmə getməyə ciddi hazırlanmış. Nəhayət, beş-on dəqiqə sonra başı sevgilisinin qucağında, əli doktorun ovucu içində olduğu halda köməyinə, müavinətinə, vaxtsız gələn eşqinə vida etdi…” İştə tarixdə ismi və rəsmi ile həqiqətən olmuş bir vaqiə burada tamam oldu. Bu vaqiələr “Xortlayan adam” arasında bir fikir verdi sanıram. Lakin bir az daha təkrar ve izah edək: əski zamandan bəri aramızda “qəbirdən xortlayan adam” sözü eşidildiyi cümləmizə məlum. Demək ki, onun mütləq bir vücudu, həqiqəti varmış. Amma əski zamanlarda hər qorxulu, dəhşətli, yaxud çox faydalı bir şeyə haşa-haşa, “Allah” deyildiyi bir vaxtda, adətən dişan görülən, herşeydən və ya gözə görülən bir xəyaldan qorxulduğu bir zamanda o şeyin, o xəyalın əslini, həqiqətini kim fərq edəcəkdir? O xüsusda o halı kim elmlə, fənlə izah edə biləcəkdir? Təbii də ola bilməzdi. Buna görə hər mövhumi və xəyali bir şeyə bədən ve vücud verdiyimiz kimi “Xortlayan adam”a cin, pəri… kimi vücudu fənn ve həqiqəti özgə tövr mümkün olan xüsusları da zəmanəmizə qədər əsassız sanmışız. Daha ümumiyyətlə, deyə bilərəm ki, əski masal və hekayələrimdə tesvir edilən bir çox xəyali şeylərin canlı birər dürlü, özge halda vücudları, həqiqətləri vardır. Ancaq elmsizlik, batil və cahilyanə etiqadlar həqiqəti olduğu kimi bizə göstərməyə bu günə qədər mane olmuşdur. Bir çoxlarımızın, vücudlarına hələ inanmadığımız: sehr, tilsim, fal, cin, pəri… və şairələrin çoxumuzun bilmədiyi bir surətdə mütləq, mütləq maddi vücudları vardır. Amma bu vücudlar şəksiz ki, indiyə qədər bizim təsəvvür etdiyimiz kimi deyildirlər. Biləks vücudlarına inandığımız bir çox şeylərin de əsil və əsaslan yoxdur. Hər nə hal isə buralarını sonraya, özgə məqalələrə buraxmaq, gələk xortlayan adama: görünür ki, bir çox adamlar əski zamanda da bu gün “Litargi” deyilən naxoşluğa düçar olmuşlar. Diri, lakin ölü halında məzara getmişlər. Bir neçə gün, bir neçə həfte, bəlkə bir neçə ay sonra qəbirlərində naxoşluqlanndan, dərin yuxularından ayılmışlar, məzara basıldıqlarını, gömüldüklərini anlamışlar, kimi qorxusundan, mozamı dəhşətli halətinin təsirindən həlak olmuş, kimi də cəsarətli olub və ya yumşaq torpağa rast gəlib qəbirlərini qazıb çıxmışlar. Lakin çıxmışlar da, sağ qala bilmişlər mi? Özlərinin ölmədiklərini, naxoşluğa tutulduqlarını anlayabilmişlər mi! Heyhat! Bu kimi xortlayan zavallıların qonşuları, qohumları deyil, en sevdiyi oğlu belə vurub öldürmüşdür. “Babasının günahı, pisliyi çoxmuş ki, qəbirdən xortlamış!” adını üstünə götürməmək üçün öldürmüşdür. Nə böyük cəhalət, nə təəssüflü hal! Naxoşluğa tutulmuş xortlayanlann bir çoxu da avam kəndlilər tərəfindən təhdid olunmuşlar. Meşələrə, biyabanlara sürülmüşlər, quli-biyabani olmuşlar. Hələ dillərimizdə gəzən bir çox əfsanə, hekayələrə səbəb olmuşlar. Bunlar ya axırda aclıqdan həlak olmuş və yaxud canavarlar tərəfindən tələf edilmişlər. Xülasə, insan Avropada “Litargi”, bizim bəzi yerlərdə qan tutma və s. adlarla adlanan naxoşluğa tutular, günlərcə, həftelərcə tərpənməz, bir şey yeməz, içməz, bəziləri o halətdə ikən çox yaxşı eşidər, ərte? düşünər, lakin bir söz deməz, özünü və ya əlini zərrə qədər tərpədəməz, bəziləri də heç bir şey eşitməz. İştə bu kimi zavallılar bir çox yerlərdə, hətta Paris kimi Avropanın mərkəzi olan yerlərdə ölmüş zənn edilərək basdırılar, məzara qoyular. Lakin avropalılar axır vaxtlarda bu naxoşluğu çox gözəl öyrənmişlərdir. Bununla bərabər yenə ehtiyatla bezi ölüləri bir qaç gün məxsusi yerlərində saxlayırlar. Qəbrə qoyulduqlarından sonra da üstünə həftelərcə növbətçi, qarovul qoyurlar. Bizlərdə isə o kimi biçarələr özləri qəbirlərdən çıxa bilsələr belə vurulub öldürülürlər Yaxud meşələrə sürülürlər! Nə yaman adət, nə küflü cəhalət!.. Həqiqətən ölmüş bir atlam – günahı istərsə dəryalar qədər olsun – qəbirindən qalxıb gəzəməz. Burası ne əqlen, ne de elmlə mümkün. Gerçəkdən ölmüş bir adamın xortlaması, dirilməsi “küllü şeyin ve ileyhi terciumə” (siz əvvəlki vəziyəətinizə qayıdacaqsınız) ayət və hikmət nəzərinə görə heç bir dürlü qabil deyil. Məzkur və daha çox ayətlərə, hədislərə ve “Külli şeyin yarciu ile əslihi” (hər şey öz əslinə qayıdacaqdır) qövlüne görə hər ölən əslinə rucu edəcək; mübdine, mənbəyinə övdət edəcəkdir. Hər məxluq “külli şeyin halikun illə vəchihi” (hər şey yox olub gedəcək, onun simasından başqa) ayət-həqiqət fəşamna müvafiq surətdə bugünkü şəkil ve heyətdə bir daha dirilməyəcəkdir. Ancaq “Litargi” naxoşluğuna düçar olub həqiqətən ölməmiş məzara gedən adam təbii qalxar, dirilə bilər ki, ona xortlayan adam (xortlaq, cadu) deyiriz. Demə ki, söz yalan olmaz, yanlış olar (son). Nemanzadə Şərqi-Rus qəzeti, 20, 22 iyun 1904, No.79, 81 * * * Günah ki̇mdə? Biçarə, məzlum Xədicə iki ay sonra 17-ci baharını görəcəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfza əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıl ilə o, müvafiq yaşdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqlardı. Bu ümid və arzuların verdiyi həsrət Xədicənin ürəyinə sanki sığmırdı. Bu qəlbi məsənətler Xədicənin tebii ola məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücuduna, lətif əndamına özgə bir gözəllik bəxş edirdi. Günlər keçdikcə şadlıqlar artır, ümidlər böyüyür, təxəyyüllər genişlənirdi. İsmayılın xəyalı Xədicənin bütün qüvveyi-mövcudiyyətini zəbtinə keçirmişdi.  Bu şadlıq günlərin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılın verəcəyi başlıq axçasını teyin etmək lazım görüldü. İsmayılın böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy, paltar, təam barəsindəki hesablan görüb qurtardılar. Lakin başlıq ağçasında bir tövr uyuşamadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiyə razı olmayacağına qəsəmlər edir, İsmayılın qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərine yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılın 9 ay əvvəl göndərdiyi nişan üzüyünü qızının barmağından hiddətlə çıxardı. İsmayılın qardaşından geni döndərmək üzərə ayrıldı. Zavallı Xədicə, qələmi əlindən alınmış vətən və millət aşiqləri kimi düçari-yəs oldu. Günlər keçdikcə Xədicənin nəticəsi dəhşətli xəyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızım bu vaqiədən bir ay keçməmişdi ki 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiyə öz başına nişanladı. Xədicə bu qara xəbəri ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədicə 9 aydan, bəlkə bir ildən bəri məhəbbətini, meylini bağladığı İsmayıldan yoldaş olacağına qətiyyən qərar verdiyi o xoş təbiətli, o gülərüzlü cavandan həqiqətən ayrılacağını hiss etdi. Vücuduna şiddətli bir titrəmə düşdü. Heç ümid etmədi ki, bir yerdən əri, yəni həyat yoldaşı, məhəbbət müştərisi, məyusiyyət mədayehi… olacaq aşdaşının halını qonşularından xəbərləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti əlindən zəbt edilmiş Xədicə bir neçə ay sonra o mərəzli, murdar qoca kişi ilə əl-elə, diz-dizə olacağım təsəvvür etdikcə istəyirdi ki, səhərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin’ Zaman keçdikcə o lətif üzlü Xədicə də ölü halına keçirdi. Gün olardı ki, ağzına heç bir şey götürməzdi. Az vaxt içində Xədicə zəifləşməyə, saralmağa başladı. Bir az zaman sonra şiddətli öskürəyə tutuldu. Böyürlərində sancı peyda oldu. Anası arabir “ay qız, senə nə olur ki, yeyib-içmirsən?!Nə üçün gözlərin qızarır. İstəyirsən atana deyim cindar molla Süleymanı gətirsin. Kitaba baxdırsın. Nüsxə yazdırsın” deyirdi. Toy vaxtına, Xədicənin qara gününə az vaxt qalır. Məzlum, bədbaxt Xədicə evdə toy hazırlığım gördükcə bir dəqiqə əvvəl ölmək, toy gününü görməmək istiyirdi. Bununla bərabər səbir edirdi. Atasına, anasına əsla bir şey demirdi. Heç kimsəyə sirrini açmırdı. Bunu özü üçün ən böyük eyib, ölümdən betər hesab edirdi. Tərbiyəsi, etiqadı bunu icab edirdi. Xədicə bir gün önündəki bağçada yalqızca oturmuşdu, dərin xəyallara dalmışdı. İsmayılın çəpərin yanından keçdiyini görmüşdü. İsmayıl isə Xədicənin solmuş üzünü, pərişan halını görüb mütəhəyyir qaldı. Gələn ayaq səsi Xədicəni olduğu yerdən qaldırdı, İsmayılı gördü. Qarşısındakını sevgilisinin xəyalı zənn etdi. Arzusunun qəbuluna təəccüb etdi. Bir neçə dəqiqə sanki sövdazədə bir-birilərinə baxa-baxa qaldılar. Bir az sonra Xədicə özünə gəldi. İsmayılın xəyalı yox, özü olduğunu anladı, utandı. Əllərini üzünə qapayaraq oradan uzaqlaşdı. İsmayıl bir ildən bəri qayibanə məhəbbət etdiyi məhbubəsinin halına acıdı. Onu bu dərddən xilas etməyə ürəyində qərar verdi. Qonşusu bir arvad ilə Xədicəyə böyləce xəbər göndərdi: “Madam ki, atası onu mal kimi satmaq, pul qazanmaq istiyir, dəli deyil ki, bu gündən sonra öylə atanın yanında dura. Mən ölüncəye qədər o özgəyə gedə bilməz. Hazırlansın, sabahı gün yarı gecədən gəlib götürərəm…” Xədicə bu adi sözləri duydu. Daha çox darıxdı. Hərçəndi İsmayılı sevirdi, onunla yaşamağı, bərabər olmağı istiyirdi, lakin qaçmağı, ata-anasının üzlərini qaraltmağı namussuzluq hesab edirdi. Qaçmaq keyfiyyəti təbiətinə, tərbiyəsinə əsla müvafiq gəlmirdi. Fəqət təcavüzü rədd etməkdə şəkk etmədi. Bununla bərabər bir saat da olsun İsmayılın məhəbbətini xəyalından çıxarmırdı. Qız gündən-günə əridi, vətənindən qərib düşmüş fəlakətzadə millətpərvər kimi saraldı, soldu. Şiddətli öskürək, böyür sancılan biçarəni bir saat da olsun rahat buraxmırdı. Arabir ağzından gələn qan parçalan insanların, en ziyadə cavanların qorxulu düşməni olan vərəm (sill) mərəzinin müqəddiməsini elan edirdi. Atası qızının halını görmür deyildi. Amma öz-özünə böylə təsəlli verirdi: “Qız qisimidir, tez naxoş olar, tez də yaxşı olar, İnşallah, o vaxta qədər bir zədə qalmaz… Hələ dövlətli yeznənin göndərəcəyi başlıqları, imarətləri görsə lap bir həftədə sağalar…” Qafil kişi qızının dərdindən bixəbər idi. Xəcalət qurbanı Xədicə can dərdində, atası yeznəsindən pul, mal almaq qeydində… Anlaşdı ki, atası nə üçün 50 manat üçün işi pozdu. Bir ildən bəri xəyala mütəəhhid olan iki mühəbbi, iki eşdaşı nə üçün ayırdı. Ata ilə övlad arasında böyləce tək böyük bir təfəvüt və təzad görünürdü. Hər saat Xədicəyə bir dəqiqə, hər saat atasına bir gün kimi gəlirdi. Aradan xeyli zaman keçdi. Xədicə tanınmaz bir hala düşdü. Her nəfəs aldıqca sanki ciyəri qopurdu. Amma yenə dərdin atasına deyil, qonşularına da duyurmaq istəmirdi. O, öskürdüyünü atasına eşitdirməmək üçün ağzını yaylıqla qapayır, sancısını bildirməmək üçün dişlərini şiddətli sıxır, qan parçalarını, o müqərrib yığınlarını göstərməmək üçün gizli yerlərə tüpürürdü. Xədicə yuxusuzluğunu anlatmamaq üçün hər kəslə bərabər yatardı.Yatdığı döşək deyil, sanki bu dünyadakı qəbri idi. Gecə isti, yarım arşın boyundakı kiçik pəncərə qapalı, yeddi-səkkiz canın yatdığı otağın havası mütəəffin, ağır. Xədicə nəfəs aldıqca böyrünə guya şişlər batır, öskürməkdə boğulmaq dərəcəsinə gəlir. Bir saat olsun rahat olamırdı. Ev şənliyi, xüsusilə atasını rahatsız etməmək üçün yavaş-yavaş öskürməyə, kəsik-kəsik nəfəs almağa çalışırdı. Heç mümkünmü? Ara-sıra şiddətli öskürməyə, nəfəs almağa məcbur olurdu. Amma atasının acıqlanacağı, söyəcəyi yadına düşürdü. Nəfəsini zəbt etmək istərdi. Sıxıntısından göz yaşlannı yağış kimi tökürdü. Biçarə yenə rahat olmurdu. Nəhayət, səbir edəmədi. Yerindən durdu. Qayət yavaşca qapını açdı, dişarıya, sərin havaya can atdı. Soyuq bir daşın üstündə oturdu. Divara arxa verdi. Xeyli vaxt qaranlıqda tək və tənha oturdu. Birdən qulağına insaniyyəti, insanlan yox eliyən – dəhşətli tüfəng səsləri, qışqırıq avazları gəldi. Atasının ayıla biləcəyini düşündü. Özünün otaqda görünməməsinə yaxşı məna verilməyəcəyini fikir etdi. Dərhal yavaşca otağına girdi. Döşəyinə müvəqqətən soxuldu. Səslər, qışqırıqlar getdikcə artdı. Atası bir vaxt oyandı, köhnə paltosunu arxasına alıb dişan çıxdı. Ağlaşma qopan tərəfə yüyürdü. Ağac çırağının (çirənin) işığı qonşu Daşdəmir bəyi al qanlar içində yatdığını nəzərlərə qərz etdi. Zavallı pədər bir neçə yerindən yaralanmış, bağırsaqları dişan tökülmüş, fəryad və iniltiləri arasında: A… Nəca…bət sözləri eşidilirdi. Bir qaç dəqiqə sonra bir az oyandan gələn şiddətli fəryad və nalələr bu yazığın halını sanki yaddan çıxarmışdı. Hər kəs o tərəfə yüyürdü. Daşdəmir beyin bir dənə olan nuri-didəsi, on yeddi yaşındakı oğlu Aslan bəy altı partlar ilə yaralanmış, bir neçə kişi əlləri ilə tutub gətirirlər. O gecə qonaq gələn dayısı oğlunun da başı xeyli yarılmışdı. Yarım saat keçməmişdi ki,  Daşdəmir bəyin qapısı önü qohum-əqrəba arvadları-kişiləri ilə doldu. Arvadların çigərsuz nalə və feryadlan gecənin qaranlıq pərdəsi altında dəhşətəngiz bir vüquat olduğunu uzaqdakı qonşulara elan edirdi. Aslan bəyin anası var gücü ile saçlarını yolur, iki əlləri ile başına döyür, döşünü parçalayır, məmələrini didirdi. Xədicənin atası işin əslini, səbəbini təfsilən duymaq istəyirdi. Lakin sıra yox. Yaralıları evlərinə apardılar. Xədicənin atası vüquatın səbəbini tez çatan qonşularından soruşdu. Qonşu vüquatın səbəbini böylə anlatdı: “Dəmirçigilin Hüseyn Pəhləvanı bir neçə yoldaşı ilə Daşdəmir bəyin qızı Nəcabəti qaçırmağa gəlmiş. Qızı otaqdan dişarı çıxarıb qaçırırlarmış. Nə tövr olursa itlərin səsinə atası oyanır. Qızı döşəyində görmür. Qaçdığını anlayır. Vah-haya başlayır. Daşdəmir bəy, oğlu və qonağı dərhal birər xəncər, tüfəng alıb qızın arxasına düşürlər. Sizə yaxın küçədə çatırlar. Aslan bəy bir neçə tüfəng atır. Daşdəmir Hüseyni xəncərləmeyə çalışır, Hüseyn qaçmaq, qaynatasını vurmamaq istəyir, lakin çarəsiz qalır. Daşdəmir bəyi xencerləyib yerə salır. Aslan bəyi də yoldaşları güllə ilə vurub yıxırlar. Nə deyim, Allah üçün söyləməli, təqsir qızdan ziyadə atasında, Hüseyndən artıq Daşdəmir bəydədir. Hüseyn qızı iki ildən artıq istəyirdi. Sən də bilirsən ki, oğlan gözəl təbiətli, iş, sənət, pul sahibidir. Deyirlər ki, qızın da ona çox meyli varmış. Zatən öylə olmasaydı qaçıra bilmezlerdi. Oğlan araya ne qədər ricaçı qoydu, yalvardı, atası “nəh” dedi, vermədi, həmişə “o kim, biz kim” dedi. Dün gecə bizimkilərin danışmasına görə Daşdemir bəy qızını rizası olmuya-olmuya bir həftə əvvəl Tuy köyündəki Sultanqaya bəyə əlaltından nişanlamış. Məgər oğlan bunu tezcə duymuş. Görünür ki, bu gecə “gəlirəm qaçaq” deyə qıza xəbərdə göndərmişdi. Anlaşılır ki, qız da razı olmuş. Nəcabəti meşəyə doğru qaçırarkən bu müsibət də əksinə üz verdi, Allah üçün çox yazıq oldu. Kişinin ocağı tamam söndü”. Səhər yaxınlaşmışdı. İnsanlara bir tərəfdən rahatlıq, digər tərəfdən narahatlıq verən gecənin qaranlığı, pək çox dəhşətli vüquatlan ağuşi-zülmətində bəsliyən bu siyah pərdə, bir çox müsibətlərə səbəbi-yeganə olan bu təbii zülmkar, alçaq insanları həmişə sayeyi-müavinətə alıb, icrayı-xəbasət və cinayətlərinə müsaide edən, xanimansız fonalıqlan doğan qaraüzlü, bu madərxof və heybət yavaş-yavaş, sanki yuxan doğru qalxırdı, məkanına gedirdi. Aradan xeyli vaxt keçdi. Bəzi xeyirli, mənfəətli halların, işlərin, kəndlilərin arasında gec yapılmalarına rəğmən bu gecəki xəbər, əsl və həqiqətini təfsilən anlaya biləcəkləri bu gecəki vüquat az zamanda kəndin her tərəfinə yayıldı. Daşdemir beyin evinin ətrafı camaatla doldu. Ağlaşmalar, fəryad və nalələr en qatı ürəkləri belə yumşaldırdı. Daşdəmir bəy otağının bir səmtində, oğlu digər səmtində qanə bulaşmış döşəklərin üstündə yatırlar. Otaqda camaatın kəsrətindən iynə düşəcək yer yox. Bir neçə həkim müqəllidləri, usta başılar, cindarlar yaralan, çapuqları sarıyırlar. İzdihamdan nəfəs almağa macal yox. Her ağızdan bir söz çıxır. Yaralılara hər kəs birər dərman öyrədir. Aslan beyin yaraları bərk sarılmış olmalıdır ki, “açın” – deyə işarə ilə yalvarırdı. Qanı bir dürlü dayanmırdı. Cındırları da isladıb çıxırdı. O biri səkidəki atasının nəfəsi yavaş-yavaş kəsilməyə başladığı halından anlaşılırdı. Molla Əli çağrıldı. Quran oxunmağa başlandı. Bu sırada Aslan bəyin atasının birdən-birə və qayət və qüvvətlə çıxan can fəryadı və oğlunun üstünə birdən düşüb qapanması onun da halətini elan edirdi. Gün xeyli ağarmışdı. Xədicənin atası üst paltarını geymək üçün evinə gəldi. Hər zaman her kəsdən əvvəl döşəkdən duran qızını bu dəfə döşəkdə gördü. Biçarə Xədicənin mərəzi gecəleyin duymadığı qapıdakı soyuqdan şiddətlənmişdi. Soyuq daş, sanki ciyərlərinə işləmişdi… Onların üstünə artan tüfəng, qışqırıq qorxusu da Xədicəni taqətsiz bir hala salmışdı. Artıq səhər olmuşdu. Heyat və xilqətə olan mənfəət və müavinətindən ötəri hələ bir çox insanlann (haşa) xalq ixtisaz etdikləri günəş yavaş-yavaş görünməyə başladı. Hər zərrəsi bir valideyi-həyat olan bu xoş günəş nurəfəşan əllərini Xədicənin pəncərəsindən içəri uzatmışdı. Ata və anasının abrını, adının, özünün ismətini mühafizə uğrunda qurban olan bu xəcalətli, afətli fəlakətzadə qızın əhtizar halətinə baxırdı. Guya müavinət etmək istəyirdi. Həmin vaxtda, bu anda köy qəbiristanının yuxan səmtində Hüseyn Pəhlivan ile məhbubəsi Nəcabəti bu gecə qoynunda saxlayan bu əzəmətli mühafizə doğru baxıldığı vaxt Nəcabətin atası Daşdəmir bəylə bir danə qardaşı olan Aslan bəyin qəbirləri qazıldığı görülürdü. Nemanzadə “Şərqi-Rus” qəzeti, 29 iyun, 3 iyul 1904, № 88, 91 * * * Cavan bi̇r mi̇llətpərəsti̇n vəfati Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki,  o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu. Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi. Məktəbin müəlliminin məvacibini bir çox vaxtlar yalnızca özü verirdi. Şəki müsəlmanlarının deraceyi-etiqadlanna, əfkariyyəlerinə, medəniyyələrinə mücəssəm bir şahidi-əzim olan birinci Cümə məscidinin əvvəlki hali-pürxərabi bu xaliseyi müxlisi-islamın, bu riyasız mütəddəyyinin fikrini bir çox vaxt rahatsız etdi. Onu təmirə və gerçəkdən Cümə məscidinə layiq olacaq bir dərəcəyə salmağa yoldaş axtardı. Her nədənsə o sıra kimsəyi tapmadı. Axırda yalnız başına xeyli pul sərf edərək məscidin mənəvi olan əzəmeti-ruhi avərinə müvəffəq olmaq üzərə zahirini də ənzari-möminini cəlb, qülubi-ebedini cəzb edəcək bir hala saldı. Birinci üsuli-cədid məktəbi mənfəətinə xeyli ianələrdə bulunurdu. Nəqd olan ianələrdən özgə hər il beş-on yetim uşaq da oxutdururdu. Şəkinin öz cəmaətinən müəllim yetişdirmək üsuli-mütəhəssisinə tövfiqən ikmali-təhsile göndərilən dörd-beş əfəndinin telim məsrəfinin bir qismini də məmnuniyyətlə verirdi. Xülasə, harada, hər nə cürə bir ianə lazım idisə mərhumun ianəsi ən kəsretli bir qisim təşkil edirdi. Bir çox dövlətlilər kimi işi sözlə deyil, felən, nəqdən tezcə yapıb qurtarırdı. Fikrində, təsəvvü-ründə yapacağı daha çox-çox şeylər də vardı. Şəki bu nümuneyi-həmiyyətdən daha çox əsərlər gözləyirdi. Heyif, səd heyif ki, əksərən həmiyyətlərə, qeyrətlilərə, zəiflərə müsollet olan vərəm (sill) Şəkinin bu müxəffiri-maarifinə de aman vermədi. Qərargahi əbədiyyəsinə çox vaxtsız çəkilməyə bəhanə oldu. Mərhum həqiqətən, çox xoş təbiətli, qayət həlim, xasiyyətcə qibtə olunacaq bir cavan İdi. Doğrudur, mərhumun şayani-zikr elmi, yüksək məlumatı yox idi, amma çox pək, çox oxumuşlardan, obrazovannılardan yüz mərtəbə həmiyyətli, insaniyyətli, sədaqətli, mərhəmətli, doğru sözlü, səbatlı, riyasız mütəddəyyii maarif və millət dostu, bir insani-xalis, bir müselmani-həqiqi idi. Millət ve maarif yolunda ehsan etdiyi pul, həmiyyət hərçənd özgə böyük şəhərlərə nisbətən çox-çox azdır, onun barəsində yazdıqlarını da mübaliğəli kimi görünür, amma insaf və mülahizəni buraxmayıb mizanə alarsaq Şəki kimi bir şəhərdə mərhumdan on-on beş dərəcə daha ziyadə dövlətli kişilər olub. Bunun etdiyi ehsanın yarısını da eləmədikləri bir yerdə, bir çox qoca kişilərin – hətta bəzi mollaların – üsuli-cədidəni halal-haram bildikləri bir məmləkətdə hənuz otuz üç yaşında ikən millət uğrunda bu dərəcə qeyrət, həmiyyət ve müavinət etmək, yoxluqda varlıq göstərmək, böyüklüyün ən böyüklərindən sayılır. Buna görə Şəkiyə nisbətlə mərhumun haqqında yazdığım həqiqi bəyanatı bir cəhətdən çox az görürəm. Nə fayda ki, cəmiyyət və qeyrət ezhabının müarizləri əvam dilincə düşmənləri – hər zaman görülmək təbii bir qayda kimi olduğundan Şəkinin bu mərhumu xoşlamıyan besirətsiz, vicdansız əhli qərəz də əskik olmaz zənn edirəm, hətta mərhumun vəfatını məmnuniyyətlə məqamında Şəkidən buraya yazan alçaq, ədəbsizinsan suretindeki bir itin kağızı məni yaxıb yandırdı. Lakin böylə nankorluqlar, küfranhqlar, mərhumun gücünə, halına nisbətlə Şəkiyə, vətəninə etdiyi xidmətlər, ehsanlar yaddan çıxanla bilməyəcəyinə etiqadım çox möhkəmdir. Her yerdə əskik olmayan bəzi vicdansızları müstəsna tutarsaq, hörmətli, qədirşünas olan ümumi şəkili qardaşlarım mərhumun asari-insaniyyə və diniyyəsini mənimlə bərabər qəlblərində saxlayıb onun əsərlərinin qədrini biləcəklərinə ve məsləkini təqib edəcəklərinə əminəm. Cənab haqq mərhuma məxfurət qövm və təcəlqatma və məslək yoldaşlarına səbrlər versin. Şəkinin birinci üsuli-cədid məktəbinin sabiq müəllimlərindən Nemanzadə “Şərqi-Rus qəzеti”, 24 uyul 1904, № 112 * * * Biz də vaxta görə çalışaq Millət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi. Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun. Hər kəsə məlumdur ki, vəqqi-səadətdə bir zəman həlal olan,alışılan bir əməl birdən nəhs olunurdu. Bir gün məmnuniyyətlə başlanan bir iş az zaman sonra mən olunurdu. O barədə gələn Allahın əmri ayətimənsux və mübtil olurdu. Bu gün haram olan ertəsi gün həlal olurdu. Demək ki, haşa bir qərarda qalması lazım zənn edilən əmri ilahi belə dövrə, əsrə, ilə görə yox, bəlkə ayın, günün təqazasına görə dəyişilirdi. Çünki cənab haqqın hikməti dəyişməyən, bir qərarda qalan bir dürlü, bir məzmunlu əmri-ilahiyə camaatı tabe etməkdə deyil, biləks əmri-ilahini, vəhyirəbbanini camaatın halına, zəmanənin təqazasına görə inzal buyurmaqda idi. İştə peyğəmbərlərimizin öz zamanındakı iyumi-təbəddüllər, təğyirler, bizim üçün birər nümunə, birər ibrət olmaq ilə bərabər dini və dünyəvi əməllərimizdə, əmrlərimizdə tətbiq edilmək üzrə ‘Teyükəlfullahu nəfsən illə vusihə” ayəti-cəlilesi “əddəruratu tubihül-mehzurati” hikməti-məşhurəsi və həzrət Əli aleyhissəlamın “əllimu övladəkum biqeyri zəmanənikum…””* məzmununda yüz cür, min növ ayətlər, hədislər, hüccəti-əimmələr, qiyasi fuqəhalar, kəlami-kibrlər yenə bizlər üçün birər nümunə hüsni məsəl olmaq üzrə buraxılmışdır. Heyif ki, zəmanəyə görə çalışmağımız üçün bunca gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız hansı məqam və hansı hal üçün deyildiyindən bixəbər olduğumuz: Allah kərimdir. Sənin çalışman ilə olmaz. Allahın təqdiri lazım. Allah rizqi yetirər. Ölüm var, çalışmaq neyə gərək. Tədbir təqdiri pozar. Olacağa çarə olmaz. Sən nə işlərsən işlə, Allah bildiyini eləyər. Allaha sığınan məhrum qalmaz… kimi cümlələri əzbərləyib, öz təqsirimizi örtmək üçün haman bunların birinə yapışırız. Bəzisinin əsasından, nəticəsindən bixəbər mollalar kimi döşümüzü genişlədəcək bunları oxuyuruz, tənbəllər, səfehlər kimi mütəsəlli oluruz. Mütəsəlli oluruz da yerimizdə, köhnə fikrimizdə mıxlanıb, batıb dururuz. Aman ya rəbbi, iman və etiqadda bizlərdən yüz dərəcə daha möhkəm və həqiqətən daha vaqif keçmiş maarifpərvər islamların zəmanənin təqazasına görə olan hərəkətləri bizlərə neçün nümunə olmuyor da bugünkü övliya bücüklərinin öz mənfəətlərinə xidmət etmək üçün qurduqları duzaqa tələyə düşürüz? Zəmanəyə görə çalışmaq, dəyişmək istəmiyoruz. Lakin heç fikir etmiyoruz ki, əgər əsrə, vaxta görə dəyişmək lazım gəlməsəydi, nə Abbasilərin o şeşəli tərəqqiləri, ne Əndəlis ərəblərinin əqlə heyrət verən o mədəniyyətləri, nə də türklərin aləmi vəlvələyə salan fütuhati-cahangiranələri meydana gəlirdi. Bunların cümləsi nədən? Təqazaya görə çalışmaqdan. Hər fənalığın mənbəyi, başı hər dürlü fəlakətimizə mücib olan qədim adətlərimizin, səfihanə əməllərimizin zərərini həqq ilə təqdir etməmək, her kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun faidə ve qiymətini təmyiz etməməkdir. Ən ciger parçalıyacaq burası ki, zəmanəyə uymamazlığın, tənbəlliyimizin və qeyrətsizliyimizin müəssəm şahidləri, müessəm nişanələri olan Şəki, Şamaxı, İrəvan, Naxçıvan… dakı gözləri yaşardacaq bir halı-xarabaya gələn anların (məzar günbəzləri) hər gün gözlərimizin önündə durduğu halda onlardan zərrə qədər olsun bir ibrət alamıyoruz. Maarifpərvər əcdadımızın qüdrət ve əzəmətlərinə dərəceyi-maariflerine dəlalət edən o asari əzimenin bugünkü xarab halları gözlərimizə neçün tikan kimi batmıyor? O yadigarların lisan halları ürəyimizi neçün parçalamıyor? Neçün bunlara baxıb zəmanəyə görə dəyişmək, istiqbal üçün hazırlanmaq istəmiyoruz? Aman ya rəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, her gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsil həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə alsalar- küfli bir fanatik, ən cahil mütəessib bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər ortada yad-əcnəbi surətində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası hep bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə xidmətdir… İştə bu qərəz və mənfəəti-şəxsilər bizləri dəyişməyə, zəmanəyə göre çalışmağa qoymur. Hanı bizim alimlərdə, qazılarda, mollalarda, tacirlərdə millətimizin bu zamanda həyatına bais olacaq əsərlərə, vəsilələrə təşəbbüs və iqdamları. Yeri gələndə, söhbət düşəndə Özlərini hamiyi-din, rəisi-millət, alimi-baəməl kimi göstərən vərəsetül-övliyalanmızdan hanı millətə xeyir və faidə gələcək dindaranə, alimanə bir hərəkət? Ah, mollalar, axundlar! Nedir təhəyyüli-hirse bu rütbeyi-qeyrətiniz? Türabe münqəlib olmaq deyilmi qayətiniz Bugünkü qəfləti-məşum xəndəniz yerinə. Sabah həşrə qədər ağlasınmı millətiniz? Düçari-niqməti təhzib qıldınız vaveyla. Bu qövm ikən, bu vətətıkən vəli nemətiniz. Devamİ-cəhl ilə zənn etməyin dəvam eylər. Nihayete iriyer ömri-biodalətiniz. Nə qanlı yaralar açdı qülubi-islame, Məhəmməd ümmətinə qarşı suyi-niyyətiniz. Üdul eylədi reh həqdən, ey rasuli-həqq. Təhəmmül eyləməsin şani-edliyyetiniz. Bir kərə ətrafımıza baxınız, nə görürsünüz. Hümayun manifest nəşr olundu. Mində bir ellərə düşməyən fürsətlər əllərə düşdü. Yəhudilərə vanucaya qədər her millət bu xeyirli gündə, bu qiymətli fürsətdən istifadə etmək fikrinə düşdü. Hər şəhər, hər uyezd öz camaatlarının dərdlərinə, qeydlərinə qalıb, millət övladı, camaat fuqərası üçün bir təsisat, bir xeyirli əsər vücuda gətirməyə çalışırlar. Hanı… hanı bu qədər müsəlman şəhərlərindən de bir xəbər, müsəlmanda da bir tərpəniş? Eyvah… eyvah! Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qatil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qedərmi sürükləyib götürəcəyiz? Nə vaxt bir de zəmanəyə, təqazaya görə çalışacağız? Ey şeyxülislamlarımız, müftilərimiz, qazılarımız, mollalarımız, axundlarımız, müəllimlərimiz, qulluqçularımız, sövdəkarlarımız, bəsdir… bəsdir bu qədər səbir, bu qədər təhəmmül. Allah eşqinə, din naminə, millət xatirinə, övladi-ümmət adına bunca həqarətlər, təhəm müllər bəsdir! Namiinsaniyyet, imanü vicdan naminə, Ac qalan, zar ağlayan blkes yetiman naminə. Bu qeder səbir və təhəmmül, bu qeder qəflət ve cəhalət, bu qədərzillət və həqarət bəsdir! Biz də hər şeydən geri qalan camaatımızın dərdinə qalaq. Camaat uğrunda mübarək dişlərini sındıran, üzünü parçalayan, neçə yerlərdə öz mübarək canını təhlükəyə qoyan həzrəti-şərin əsil məzhəbini,hikmətini bilək. Ayın, hətta günün teqazasına görə dəyişilən ibrətinusari-ilahi əmrlərin dünyəvi işlərimizdə də nümunə olacağını yaddan çıxarmayaq. Dinimizin hər nə cür əmri, hökmü olursa olsun ancaq dünyada insanca yaşayan, axirətdə feyziyabi-ruhani olmaq üçün olduğu həqiqətini unutmayaq, hər işi şərait üsulu ilə axtarıb indiki və keçmiş millətlərin əhvali-tarixiyyolorini nəzəri-ibrətə almazsaq bir dürlü olması zənn edilən Allah hökmlərinin zamana görə dəyişildiyindən olsun barı ibrət alaq, dəyişək! Görürüz ki, bir ovuc millətlər zəmanəyə görə olan maarif və səyi və himmetləri sayəsində milyonlarca cahil, qafil insanlan özlərinə maddi, mənəvi əsir edirlər. Hər millət öz camaatı, öz milləti uğrunda varını, yoxunu, hətta canını fəda eləyir ki, əsarətə, həqarətə giriftar olmasınlar. Bir az əqli başında olan millətlər özgə gurultulara, özgələrin əhvalına qulaq verməklə bərabər bütün qüvvətlərini, qeyrətlərini, fikirlərini öz millətlərinin tərəqqisinə həsr edirlər. Amma bizlər… Ah, bizlər guya hər vacibli milli işimizi qurtarıb arxayın, rahat olmuşuz kimi oturub gözəl-gözəl fürsətləri itirib ağzımızı özgələrin esərlərinə qarşı açıb qalmışıq. Qulaqlarımızı özgələrin sözlərinə tikib durmuşuq. Beynimizi bizə əsla xeyri olmayan boş politika və cəfəngiyat ilə çürüdüb öz işimizdə məəttəl qalmışıq, qalırıq. “Əddunya sicnun lilmömininə”* kəlami-hikmətamiz ilə işdən əl çəkib qafilane oturmaq, hər yerdə qaranlıqlara soxulub miskinanə heyvane yaşamaq mənasına alıb “leyselinsenu illə mesəə”* buyuran dinimizi pozub islam cübbəsi adı altında islamiyyət düşməni, rəhbanlıq, büdperestlik tərəfdarı olmuşuq. Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, har zərrə dəyişir… İnsaf ve mürvətmidir ki, bizlər her şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər… İmdi de olmazsa fikrefruzi-nuri-intibah Olmaz olsun boylə suzişli, fəlakətli həyat. Hanı bizim sahibmənsəb rəislərin, müəllimlərin, qulluqçuların, sövdakarlann cəmiyyətcə bir ittifaqları ki, ərz hal ilə məhəllinə müraciət edib, bu mərhəmətli vaxtda, bu yuxulanmayacaq zamanda bizi də rus təbəələri əlan sair insanlar cərgəsində qoydurub ümumi hüquqdan istifadə etdirələr? Ham bizim əfəndilər, axundlar, ağalarımız, hardasınız? Millət bu gün sizlərin hümmətinə, mərhəmətinə bağlı. Övladi-ümmət küçələrdə gözü yaşlı, səfil-sərgərdan olaraq sizlərin ümidinəqalmış. Hərçənd İslah olunacaq hallarımız həddən artıqdır. Lakin indilik ən lazım və mümkün olanlarına təşəbbüs edək, Baxınız, bu böyük Qafqazımızın bir şəhərində olsun, bir cəmiyyəti-xeyriyyəmiz yox, bir təbşirkətimiz yox…yox, yox! Həmişə bir yoxluqda üzürük… Bir vaxt darülfünun yerində olan mədrəsələrimizdə varlıq içində yenə bir yoxluq göstərilir. Zalım fələk ise bizi gözləmir. Çalışana verir, irəli götürür. Çalışmayanları, öz millətinin dərdinə qalmayanları ayaqlar altında əzdirib geri buraxır. Əsrimiz özgə əsrdir. Bir əsrdir ki, əsrimiz, onda Ölü olmuş miləl, böylə zində. Böylə bir əsr içində bax bizi də Mollalar etmək istiyor mürde. Biz də bu əsrdəyik, biz də dirilib, zamanın təqazasını, millətin bugünkü ehtiyacını, qonşu millətlərimizin səy ve tərəqqi hallarını nəzəri-diqqətə alaq. Alaq da gözəl vaxtları böyük nemət bilək. İttifaq ilə hökumətimizə müraciət edək. Nicat və səlamətimiz naminə ən əvvəl bizə lazım və fərz olan üsuli-cedid məktəbləri, mədrəsələri güşad, mövcud və xerab olanları tovsi və emar eliyək. indilik Bakıda, Tiflisdə olsun birər “cəmiyyəti-xeyriyyə” təşkil, hər şəhərdə qiraətxana təsis eliyək. Uşaqlarımızın bir qismini üsuli-cədid mədrəsələrinə verməklə bərabər, mütləq digər qismini də rus uşqollarına verək. Bu surətlə məktəblərimiz, maarifimiz olursa, alimlərimiz, mollalarımız, müəllimlərimiz… öz vəzifələrini, borclarını bilərsə, rus məktəblərində oxuyanlarımız çoxalırsa, bu gün uzun-uzadıya danışılıb, yazılıb heç bır cəhətcə qəbul və həll olunmayan məsələlər evvəl zaman özbaşına, öz sövqi-təbiisilə bir cəhətə həll olub qurtular. Heç bir kimsə ilə işim olmuyaraq deyə bilərəm ki, bu gün həyat və mematımızın bağlı və mərbut olduğu məktəb, yəni maarifimiz məsələsini buraxıb, özgə məsələlərdən bəhs etmək, doğrusu, bir bağbanın, ağac köklərinin bulunduğu torpağı lazımınca tərbiyəyə çalışmayıb havanın təsirindən çiçək, meyvə gözləməyinə oxşar. Xülasə, bizi adam edəcək, bugünkü qəflətdən, səfalətdən qurtaracaq, bar-bar bağırdığımız mədəniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa o da ancaq-ancaq məktəblər, mədrəsələr və mətbuatdır, bir sözlə, maarifdir. Ozgə hər dürlü səy ve fikir boşdur, əsassızdır. Ümidvaram ki, qiymətli vaxtları fövtə verməyib, qonşularımız qədər olsun, həyat mayilimizə çalışarıq. Bəstir inqirazın son dəminde qaldıq. Amacı oldu Quran təzyifi-ruzigarın. Olsunmu nuri-islam həp qərqeyi-siyahi? Yoxmu sabahı yoxsa bu leyli-hövl-tarın? Rahi fənada hər kəs bizdənmi ibrət alsın? Nemanzadə “Şərqi-Rus” qəzeti, 28, 29 avqust, 2 sentyabr 1904-cü il, №147, 148, 152 * * * Ağacı Qurd İçindən Yeyər Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq? “Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır. Bəli, bəzi məsələlər, xüsusilə ölüm-dirim məsələmiz olan “maarif ve məktəb” məsələmiz xüsusi şüarlarla qurtarılır. Həll edilir ki, biz hələ ağzımızı açıb cavab, ümid gözləyirik. Məsələn, keçən həfte Tiflisdə “ibtidai məktəblərində nə sayaq dərs verilməlidir” məsələsinə baxılırdı. Bu şuranı Zaqafqaz maarifinin müdiri-ümumisi (pape-çitel) meydana gətirdi. Bu əhəmiyyətli məclisdə bizdən az olan qonşularımız gürcü və ermənilərdən doqquz müəllim ola-ola bizdən ancaq iki yarım müəllim var İdi. Biri Soltan Məcid Qənizadə, digəri Muxtarov, yansı da Hacı Kərim Sanıyev’ idi. Danışıq və məsləhət arasında Qənizadə müsəlman dərslərinin bir az artıq olmasını xahiş etdi. Buna cavabən qospadin Sanıyev: “Kak mojno – heç mümkünmü” və qeyri laflar ile etiraz etdi. Qori darülmüəlliminin başmürəbbi və müəllimi Smirnovun gözünə girdi, iltifatına nail oldu. Sonra söz hansı ildə hansı müsəlman dərsinin oxunması xüsusinə gəldi. Cənab Qənizadə həzrəti-peyğəmbərin və islamın ətrafa nə sayaq ilə yayıldığının tarixi ikinci ildən başlamaq lazım olduğunu söylədi. Smirnov ilə Hacı Kərim Sanıyev buraya şiddətli etiraz etdilər. Bu dərslərin axırıncı illərdə oxunmasını məsləhət bildilər. Çünki axırıncı ildə şagirdlərin çoxu məktəbdə qalmayır. Bundan savayı əgər müsəlman uşaqları tarixi-müqəddəsdən qısaca tarixlərin irəli öyrənsələr ürəklərində yer tutar. Sonra Özgə şeylərə yer ve vaxt qalmaz. Bərəkət versin ki, Muxtarov onların bu rəyinə yoldaş olmadı. Heç bir cəhadlə dinib danışmadı. Bu məclisdə ortaya qoyulan rəylər, danışıqlar qurtardı. Guya təzə proqram tərtib edildi. Bu təzə “proqram” 1880-cı ildə keçmiş sərdar Voronsovun vaxtında tərtib edilən köhnə proqramın bir az öyrülüb-çöyrülməsindən başqa bir şey deyildi. Ayda dörd manat vəzifə ilə o qədər ağır yükü boynuna götürən müəllimlərin, müsəlman dərslərinin və verilən məvaciblərin barəsində sonra yazaram. İndi biz müsəlman vəkillərinə və sahib rəylərinə gələk. Müsəlmanların ehtiyacı və ne yol ilə rahət və mərifətli olacaqlarını nəzər alıb ona görə qərəz və riyasız söz danışmağa dəvət olunan abrazovanmlanmızdan bir az bəhs edək. Bəhs edək, amma məsələ çox uzun, buraya sığmaz. Yaxşıdır ki, burasını da yenə sonraya buraxıb əvvəlinci şuraya çağırılan Sanıyev ilə bir az danışaq: A cənab, bildinizmi ki, nə cür böyük və ağır bir iş görməyə çağırıldınız? Bildinizmi ki, neçə milyon müsəlmanın diriliyi və ya ölümü zatİ-fərasət mabeyinizin yadı-ixtiyarına verildi? Bildinizmi ki, bu zəmanəyə, millətin bu halinə görə ehtiyacımız, dərdimiz nədir? Əgər bilib, ona görə müsəlman dərslərinin az olmasını istədinizsə, qeyrət ve qanacağınıza söz yox… bilməyib, özgənin ağzına baxıb danışıbsınızsa, qeyrət ve fərasətinizin nəhayəti yox… Millətin vəkili yerində olduğunuz üçün sizə bir neçə söz soruşmağa məcbur oldum. A təcrübəli müəllim, Gəncə və qeyri yerlərdəki müəllimliyinizdə nə qayırırdınız? Gəncə müsəlmanlarının sizə olan hörmətləri müqabilində nə iş gördünüz? Heç bir kərə təcrübə etmək istədinizmi ki, vəkili, əqillisi, böyüyü siz cənabınız olan bu məzlum millət uşaqlarının tərəqqisi nə yol ilə əmələ gəlir? Heç bilmək istədinizmi ki, ana dili ile olan təlim sayəsində millət balaları nə cür tərəqqi edirlər? Heç eşitmedinizmi ki, sizin kimi müəllimlərin ayağı Gəncə müsəlman-rus məktəbinə girməkdən əvvəl məktəbin tərəqqisi, şagirdlərin sanisi nə mərtəbədə idi? Ana dilinin nə dərəcədə gərək olduğunu müsəlman kəndlərində dərs verən gürcü və erməni müəllimlərindən heç duymadınızmı? Gürcü müəllimləri müsəlman kəndlərində müsəlman dilinin lüzumunu rəislərinə rəsmən yaza-yaza siz heç Öz ana dilinizi, ananızı tanımaq istəmirsiniz? Nə deyim. Bu barədə yazılacaq sözlər çəx. Lakin “Həyat”mı qiymətli sütunlarını belə adi yazılar ilə doldurmaq istəmirəm. İş, söz öz nəfsinizə məxsus olsaydı, sizin üçün bir meqale deyil, bır hərf belə yazmazdım. Burasını da deyim ki, təqsir yalnız sizdə deyil. Bu beş-altı milyon müsəlmanın içində təcrübəli, məlumatlı müəllim yalnız sizmi göründünüz? Halbuki çox müsəlmanlar ilə bərabər maarif rəisləri də bitirlər ki, heç bir yerdə üz suyu ilə müəllimlik vəzifesini yerinə yetirmədiniz… Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq. Vaxtdır iş görək. Bu sentyabr ayının on beşinə qədər hər uyezde, hər quberni-yada millət vəkilləri seçilib camaatın rahatlığım, məmləkətin abadlığını müzakirə edəcəkdir. Aman, aman, olmaya ki, şeytanlara, suya verənlərə, bir neçə istekan çayın xatirinə aldanıb quzu şəkildəki qurdları vəkil seçəsiniz. İş əhəmiyyətlidir. Zaman nazikdir. Olmaya ki, özünüzü içinizdən qurd yeyə, olmaya ki, öz əlinizlə öz qəbrinizi qazasınız. Sonradan of-tuf yol etməz. Bilmirsək, qonşularımızdan dərs və ibrət götürək. F. Nemanzadə “Həyat” qəzeti, 7 avqust 1905, №65 * * * Ümi̇dvaram ki̇… Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən! Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq. Ağla, əzizim ağla ki, alçaq düşmənlərimiz bizi nə dərəcədə binamus və bidin hesab edirlər ki, aramıza güya şiyə-sünni nifaqı salıb bizi yenə bizim qəflət, cəhalət əlimizlə kəsmək istəyirlər?! Ah, dini-əzizimizə, namusi-milliyemizə bu nərmərtəbə həqarət, bizim üçün bu nə zillət? Bir mülahizə edin qardaşlar! Qonşunuzun məlunları bizi ne mərtəbədə heyvan yerinə qoyurlar ki səlahta, mərdliklə bacara bilmədiklərini hiylə ile meydana gətirdib iki müsəlman qardaşın arasına nifaq salmaq üçün bizim cəhalətimizdən, qafilərimizdən nəfibərdar olmaq xəyali-xamına düşüblər! Aman yarəb! Məgər müsəlmanlar o dərəcədə bihemiyyət, biqeyTət oldular ki, ermənilərin yollarına dinlərini satan müsəlman adındakı heyvanların öz aralarında törədiyini qanıb o kimi xəbis, murdar vücudları hökümət əlinə verib, yox edib ortalığı təmizliyə bilmirlər! Ey zərif ürəkli oxucu! Ağla, ağla ki, anasız, çörəksiz, yurdsuz qalan yüzlərcə balalarımızın gözyaşlarını dayandırmaq üçün Bakıdan, Şəkidən, Şamaxıdan, Dağıstandan, Tatarıstandan, Türkistandan ianə alacağımız yerinə, ürəklərimizi bir qat daha parçalayacaq, məlunanə xəbərlər alırıq. Mən təəccüb edirəm ki, belə bir vaxtda her cür şəkil ve surətə girməkdən həya etmiyən dəni təbiətli bezi ermənilərin hiylələrinə inanıb aldanan müsəlmanlar harda batıblar, nə cür müsəlmandırlar? Men məəttələm ki ermənilərin “bizim sünnilərlə işimiz yox” yalan ve fitnələrinə inanan müsəlmanlar nə cür camaat arasında qalırlar. Ne üçün “məcnunxana”lara getmirlər… Kimdir deyən ki, ermənilərin sünnilərlə işi yoxdur? Bu nə səfih söz, bu nə həmaqət! Ayə Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdikləri canların çoxu sünni deyillərmi idi? Ayə, Tiflisdə şəhid edilən qalayçı ləzgilər sünni deyilmidilər? Ayə, Tiflisdə talan edilən ve yanan dükanların, evlərin bir xeylisi dağıstanh, şəkili sünnilərin deyilmi? Men qanmıram ki, ermənilər harada şiə ilə sünniyə təfavüt qoydular. Mən bilirəm ki, erməni bir müsəlmanı öldürən vaxtda demir ki, son şiəsən, ya sünni. Hətta noyabr vuquatında bir erməni bir silahsız sünnini öldürmək istəyəndə sünni güya canını qurtarmaq üçün erməniyə xitabən başladı ki; a qonşu! Siz deyirsiniz sünni ilə işimiz yoxdur, bil ki, mən sünniyəm, mənə dəymə! Erməni cavabında: a… beli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sünnilər deyildiniz?.. Biz şiə, sünni bilmirik, müsəlmanların Qafqazdan kökünü qazacayıq. Amma Şəki, Şamaxı, Dağıstan və qeyri yerlərdəki hiyləgər ermənilər deyirlərmiş ki, bizim sünnilər ilə işimiz yoxdur. Həlbət özlərinin gücləri çatmadıqları, az olduqlan yerlərdə canlarının salamatlığı üçün elə deyəceklərdi. Ayə, bu mərhəmətli kirvələrin həmmezhəbləri nə üçün Zəngəzur Qazax və Tiflisdə də belə demədilər və demirlər? Ey zəifürəkli oxucu, doğrusu, mən sənin göz yaşlarına şərik ola bilməyəcəyəm. Hərçəndi erməninin yoluna səcdə edən, dinini bir qəpiyə satan müsəlman adındakı bir-iki dinsizin, namussuzun aramızda tapıla biləcəyinə inanıram. Lakin heç vaxt inana bilmərəm ki, adını gerçəkdən (doğrudan) müsəlman qoyan, Allahın birliyinə, Quranın haqlığına, Məhəmmədin peyğəmbərliyinə ürəkdən inanan şiə və sünni müsəlman qardaşlarım elə bir-İki nanəcib, haramzadə, bidin bir məlunun fıtnə-fasadına qulaq asalar. Mən son mərtə ümidvaram ki, Şəki, Şamaxı, Bərdə, Dağıstan və qeyri yerlərdəki həmiyyət və ittihadpərvər üləmalarımızın nüfuzları qarşısında bir zad qayıra bilməzlər. Mən əminəm ki, buralardakı həmiyyət sahibi din qardaşların belə bir zamanda iki müsəlman qardaşın arasına nifaq salan məlunların murdar ayaqlarını öz məmləkətlərinə basdırmazlar. Mən ümidvaram ki, bir az ağlı başında olan hər müsəlman, xüsusilə millətin atalan yerində olan ruhanilər millətimizin səbəbi-zəlalətini və bugünkü heqirliyimizin alətini nifaqda bilib hər zaman bayisi-rifah və səadətimiz olan ittihaddan bir an, bir dəqiqə geri durmazlar. Ümidvar “İrşad” qəzeti, 1906, № 46 * * * İdareyi-Ruhaniyyələrimiz Nə Vaxt Düzələcək? “Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram. Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”. Bəh-bəh. Nə xoş zahir sözlər… Amma mən anlamıram ki, havaxt lütfi-həqq, mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə sui-idarəyə xitam verildi? Mən bəlkə bilmirəm. Əgər elə bir xoşbəxtlik varsa lütfən bizə də əsərləri göstərilsin. Mən nə bir idareyi-ruhaniyyəmizdə, nə də ümumi bir işimizdə elə “həmiyyəti-əhli-vicdan” əsəri, işi görə bilmirəm. Hər yana baxılsa yenə köhnə lağər, köhnə çul. Bilməm, amma bəlkə, möhtərəm mühərririn yuxarıdakı ibarəsində qəsdi böylədir: “Qəvayidi-diniyyə və maarifi-islamiyyəmiz, ruzigarın təsiri və lütfi ilə nə yapacaqlarını çaşıran amillərin həmiyyəti ilə köhnə idarənin üst üzü bir az dəyişdirilib köhnə hökumət ilə bağlanmış qapıları – bıçaq ağzı qədər açılacağını göstərmək üçün hürriyyət və müsavat “sözlərinin” bir neçə gün danışılmasına rüsxət verilib aləmə bir “dövri-cədid” elan edildi”. Ha… Bax! Belə bir sözüm yox, yəni ibarəyə sözüm yox. Yoxsa o… dövri-cədid yadıma gəldikcə ürəyim parçalanır, beynim əzilir. Dövri-cədid amma yaman dövri-cədid idi. Allah bir daha o cürəsini düşmənə də göstərməsin. Şeyxzadə yazır: “Tiflisdə keçənlərdəki cəmiyyeti-milliyyəyi-islamiyyə o dövri-cədid həqqaniyyəti-pədidin feyzi idi”. Bəli, bəli, lap elədir! O cür dövri-cədidin feyzi bu cür cəmiyyəti-milliyyəyi-islamiyyə oldu ki, ömri-şərifi ancaq beş-on gün çəkdi, yeni doğduğu yerdə canı da çıxdı. Möhtərəm mühərrir yazır: “Bu cəmiyyətdə müsaideyi-diniyyə və tövsiyyati-ainiyyə nizamnaməsi tənzim edildi..,” Nə gözəl niyyət! Amma əzizim, vasəfa ki, elə bir şey olmamışdır. Doğrudur, Tiflisdə keçən sentyabrın axınnda bir yığıncaq oldu. Məhəyyeyi-millət, rəhbəri-ümmət cənab rəisi-ruhanilərimiz də o yığıncağın sədrləri idilər. Və hətta bu məclisə rüsxət verilməyini hədsiz bir nemət olduğu barəsində məsciddə çox əla dərəcədə əxlas və sədaqətpərvəranə Şeyxzadə deyir: “Bu məclisi-maarif işin təşkil edən zəvat kirami-həqqə tayifi-müqəddəs vəkilləri və əffadi-ümmət mütəvəlliləri idi…” Ne yalan söyləyim, bu ibarələri oxuyanda Tehran vo İstanbul qəzetələrinin ibarələri yadıma gəldi. Sizin də tez-tez təkrar etdiyiniz “Ayinəsi işdir kişinin, lafa baxılmaz” millətinə görə o zevati-kiramnə iş gördülər ki, “əfradi-ümmət mütvvəllisi” namını qazandılar. Yoxsa “mütəhəvvəl” yerinə səhvən “mütəvəlli”mi yazılıb? Cənab Şeyxzadə yenə buyurur: “Hökuməti-möhtəşəmənin ixtar və dəvətilə üləma və ürəfa cəm olub Tiflisdə “Millət məclisi” bina etdilər”. Aman, bu da nə gözəl can alan ibarə. Şamaxının Kəramətli kəndlilərindən olsa idim, mütləq nəzər dəyməsin deyərdim. Yahu, insaf buyurunuz, hökuməti-möhtəşəmənin ixtar və dəvətilə, daha türkcəsi – buyuruğu ilə təşkil edilən məclisə, zənnimcə “üləma və ürəfa məclisi”ndən artıq “qulluqçu və mütəvəllilər məclisi” adını versək daha ziyada yaraşar. Haydı, sizin xatiriniz və bizim köhnə adətimiz üçün “üləma və ürəfa məclisi” deyək. Amma məhz hökumət amirlərinin buyruqlarını əmələ gətirmək qorxu və ixlası ilə, qulluqçuların qulluqçuları cənab müfti və cənab şeyxülislam səvabdidləri ilə meydana gələn yığıncağa heç vaxt “Millət məclisi” nami-alisini vermək olmaz. Bərabər, sizin də çoxdan bildiyiniz kimi, “Millət məclisi” o məclisə deyirlər ki, millətin özü öz ehtiyacını, öz həyatını, öz hüququnu qanıb öz dərdlərinin müşavirəsinə lüzum görələr və qərəzsiz, mənzursuz öz aralarından həmiyyətli, məlumatlı vəkillər seçib məclis təşkil edələr. İştə böylə məclisə “Millət məclisi” və camaatın qana-qana seçdiyi mənzursuz vəkillərə də “millət vəkilləri” deyirlər. Millət vəkilləri, ümmət mütəvəlliləri gərək hər bir bəla və möhnətə “vəzayifi-müqəddəsi-milliyyə” naminə səbir etsinlər. Millətin dərdinə və ehtiyacına qalsınlar, millətin qəm-qüsurlarını öz qüsurları hesab etsinlər. Qara günlərdə millət köməkçisi olduğu üçün həbs və nəfi olunsalar belə xidməti-milliyyədən üz çevirməsinlər. Millətin hər cür haqq və ixtiyarını müdafiədə öz cibinin, öz canının qeydini buraxıb, haqq yoldan və vücudunu fədadan geri durmasınlar. Yoxsa “mən də varam” fikri ilə şöhrət, nüfuz və hökm sahibi olmaq xəyalı ilə beş-on manat xərc edib Tiflisə, Peterburqa getmək, geri gəldikdən sonra oturub yatmaq vəkillik deyil, adam aldatmaqdır. Beradərim Şeyxzadə ən axırda yazır: “Bu məclis nə üçün təxirə qaldı?” deyib təxirə qalmağından xeyli şikayət edir. Amma heç soruşmur ki, bu təxirə qalan məclisin axırı nə oldu? Hanı o qışqırıqlar, hanı o “böyük iftixari-mucəbi-inşirah”ların nəticəsi, Rübbi-əsrdən artıq riyasəti-ümmətin üstə oturub istrajnikler kimi nişan artırmağa bəzli-hümmət buyuran rəislərimizin “rəhəc”lərindəki vədlər hara uçdu? Görünür işin içində bizim əqlimizin irmədiyi hikmətlər varmış!.. Hər nə… sifarişlə, zorla… şöhrət və nişan məqsədilə görüləcək işlərin millətə heç nəfi olmuyacağı çoxdan məlum. Vay iş gözlüyənlərin halına. “Duma” deyil ki, qollar çırmansın, vaxtı gəlmədən hazırlaşılsın. Amma əcələsi nə bizim “təvəkkül və Allah kərim’in vaxtı uzundur. Beradərim Şeyxzadə, aşağıdakı sualı soruşub cavab gözləməkdə mənə şərik olursuz? “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək”. Şeytanın rastına lənət… “Müsəlmanlar düzələndə”. Müsəlmanlar nə vaxt düzələcək? İdareyi-ruhaniyyələr düzələndə. Tarixə müraciət edərsək, yuxanda ərz elədiyim kimi, görəcəyiz ki, “dövri mədəniyyəti “mizi meydana gətirən, ülum və fünunun ən böyük hamisi, hətta “büdpərəst tayifəlerinden olan bir çox elmi və fənni öyrənib onlan daha artıq diriltməyə çalışan üləma və hükəmamızın bir qismi, bəlkə böyük bir qismi ruhani üləmamızdır. Bizdə vaxtikən özünü, öz vəzifəsini bilən, el üçün, yəni camaat üçün çalışan məlumatlı, həmiyyətli, gözü tox, bəxalədsiz, kin və qərəzsiz üləma vardır. Bizim başımız, qədrimiz ali və uca idi, özümüz də öz haqqımızı bilən, öz səy ve qeyrətimizin səmərəsi ilə insanca yaşayan, ədalət və hürriyyəti, müsavat və üxuvvəti özümüzə rəhbər edən ali xislətli ali bir ümmət idik. Amma vaxta ki, bəzi səbəblər ilə ruhani üləmamız yavaş-yavaş firqəbazlığa, Allah yolunu buraxıb məhz öz səslərinin qeydinə qalmağa, öz əsil vəzifəsini itirməyə başladılar, o gündən çarxımız tərsinə dönməyə başladı: elm və həqq yerinə ortalığı cəhalət və yalançılıq tutdu. İttihad və qardaşlıq yerinə aləmi əxəff və düşmənçilik qapadı, şərəf və məziyyət yerinə zillət və səfalət doldu, şövkət və qüdrət əvəzinə məskənət və həqirlik çökdü, ucalıq və böyüklük məqamlarını acizlik vo köləlik tutdu… Xülasə, biz də yavaş-yavaş bu günlərə qaldıq, bugünkü əsarətlərə, zillətlərə düşürüldük. Nə oldu bunlara səbəb? Şəksiz, həqiqi üləmasızlıq. Bəli, üləmasızlıq! Hərçendi elmi-islamın tədənnisinə, bugünkü pərişanlığına bais olan böyük səbəblərin biri də məhz islam padişahlarıdır. Hətta şöhrəti dillərdə dastan olan məşhur Harun ər-Rəşid kimi maarifpərvər padişahlardır ki, özlərinin, islamın güclü vaxtlarında arada törəyən həqiqi üləma libasındakı ixtilafçılara guya həqiqətin büruzə çıxmasına səy edən fazillərə, qərəzkar və bizi bu günlərə salan sahibi-füru şöhrətpərəstlərə verdilər: tərəqqiyi-elm adı ilə ixtilaf və təfriqəni mucib, lüzumsuz mübahisə və mücadilələri xoş görmək və hətta bəzən də bir tərəfi istizam edib təşviq etmək kimi tədbirsizlik və dürbinsizlik göstərdilər. Amma hələ oralarını qurdalamayaq. Həm uzun çəkər, həm vaxtı deyil. Bununla bərabər bunlann günahları özgədir. Qəsdimizə gələk: islam ruhani üləması ilə xristian ruhani üləması arasında dağlar qədər təfavüt var dedik. Bu təfavüt səbəbilədir ki, bu gün xristian üləması aləmin başına götürdükləri bəlanın əvəzini görüb Avropadan camaat arasından sürülürlər, yox edilirlər. Demək ki, Avropa camaatı özlərinin nicatlarını ruhanilərin yoxluğunda tapırlar. Bizim nə işimizə, öz hesablarını özləri hər kəsdən yaxşı bilirlər. Bizə, bizə gələk. Görək ruhani üləmamızın yoxluğu bizə nicat verirmi? Yox! Yox! Biləks bizim vəzimiz və mövqeyimizin icabı, onların yoxluğu millətimizin yoxluğu deməkdir. Bu barədə avropalılar ilə gərək daban-dabana zidd olaq. Çalışaq ki, bizim bugünkü həqiqi üləma namını qəsb edən bir çox ruhanilər doğrudan həqiqi üləma olsunlar və belə üləmanın ətəklərindən bərk yapışıb məscidlərimizi rövnəqləndirək. Bəli, böyük gücümüzü bu tərəfə verək ki, bizim milli həyatımız, siyasi vəzimizə gözü açıq milli-müxtəlifə arasındakı mövqeyimiz Avropanın halı və bəzi müsəlman hökumətləri kimi deyil. Biz bambaşqayız. Biz gərək öz milli həyatımızın bəqası üçün gərək dörd əl ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimizə, şəri adətlərimizə sarılaq. Həqiqi üləmamıza böyük ümidlər, ümidi-nicatlar bağlayaq. Amma indiyə qədər olduğu kimi kor-koranə yox ha! Milli məktəblər, ruhani mədrəsələr açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlıyaq. Ağıllı qonşular burasını bizdən çox əvvəl qanıb hər tövr təhlükələrə qarşı həqiqi ruhani üləmasını, kilsələrini sipər edirlər. Bunlar, bu xristianlar avropalıları meymunca təqlid etməyib kilsələrinə köhnəsindən yüz qat artıq güc verirlər. Qapılarını böyüdürlər. Qonşularımızın fərasətini inkar etmək olmaz. Mövqeyə, politikaya görə çox gözəl iş görürlər. Kilsələrini əllərində hər günə polıtika yolunda dəstavuz etməyi niyyət etdikləri vaxt kilsələrin bünövrələri demək olar kilsə məktəblərini, ruhani mədrəsələrini çox mükəmməl təsis etməyi bacardılar. Bu zamanın kilsələrində bu zəmanəyə, bu zəmanə millətlərinə görə vəz etmək, milli cəmiyyətlərini kilsələrdə təşkil etmək, siyasi qəsdlərini kilsələrdə möhkəmləndirmək üçün qeyrətli, həmiyyətli, məlumatlı, fədakar ruhanilər yetişdirdilər. Bizim kimi adam və xatir üçün qulluq yox, qulluq üçün adam hazırladılar. Odur ki, bu cür kilsələrin, bu tövr ruhanilərin uğruna heç bir erməni nəinki malını, canını belə fədadan geri durmaz. Odur ki, hər yana baxsan üç kilsə mülkü-erməni vəqfı, erməni əsəri görülür. Şüurlu qonşularımız hər şeydən qabaq qandılar ki, bu hərcmərcli yerlərin, bu qalmaqallı alə-min arasında itməmək üçün kilsələrin divarlarına, həqiqi üləmaların ətəklərinə bərk yapışmaq lazımdır. Odur ki hər cür milli, siyasi işlərini kilsə maskası, pərdəsi altında köçürürlər (…) Bu zamanada hər kim qarşısındakına baxmayıb tədbir və gücüəldən buraxırsa vay gününə! Dava vaxtı ürək yumşaqlığı edib bitə-darük yatan tayfanın kül başına! Aləmi sellər, zülmlər, təcavüzlər götürən bir vaxtda mərhəmət, insanlıq gözlüyüb əlini bağlıyanın torpaq ağzına!.. Vay, biz qəsdimizdən nə qədər uzaq düşdük. “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?” sualı hara, bu hekayələr hara? Ey möhtərəm oxucu, bağışla! Dərdli həm az söyləyən, həm də sözünü qarışdıran olar. Neçə illər, neçə yüz min saatlar bizi yuxuladanların boş hekayələrini ağız açıb dinlədiniz. Bu beş-on dəqiqə də onların yanında olun… Gələn səfər əsil qəsdimiz olan idareyi-ruhaniyyələrimizdən yenə dərdləşərik. Ümidvar (Ömər Faiq Nemanzadə) ‘”İrşad” qəzeti, 1906, № 80,85 * * * Müəllimlərimiz nə üçün Bakiya qaçırlar Bizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Her kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sovdagarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır. Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəlimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzərdiqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”. “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büzüb oturulmadı. Dərdlərimizin, naxoşluqlanmızın gizli səbəbləri axtarılmağa üz qoyuldu. Cümləmizin “qülhüvəllah”dan artıq əzbərlədiyimiz: “Nəyimə lazım, aləmin dərdi sənəmi qalıb, kefinə bax” kimi əhəmiyyətsizlik nişanələri yavaş-yavaş içimizdən götürüldüyü anlaşıldı. Hər kəsin qüdrətinə görə millət qeydinə qaldığı bilindi. Bizim də maarif baharımızın yavuqlaşdığnı göstərən çiçəklərin yavaş-yavaş açılmağa başladığı göründü. Şükür, Allah, sənə. Şükür ki, “nəyimə lazım…” dövrlərimiz keçir. “Hər kəsə lazım çiçəklər açılır”. Buna görə ümidvaram ki, bir çox əhəmiyyətli məsələmiz layiqlə kəşf və həll edilmədən qapanmaz. Yazıçılarımız bu barədə nə qədər yazsalar, çox görünməz. Çünki millətimizin ruhu bu məsələnin ruhudur. Millətimizin tərəqqisi bu məsələnin həllindədir. Millətimizin həyatı müəllimlərimizi bu günlərə salan sui-tərbiyə və təlimin, hökümət zülmünün məhvindədir. Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun. Bu gün camaatımız həmd olsun, az-çox milli məktəblər açmağa başladı. Hətta bəzi yerlərdə mövcud olan məktəbləri böyük hümmətlə böyütmək istəyirlər. Lakin müəllimsizlikdən, mürəbbisizlikdən aciz qalıb hümmət ellərini acizə qoltuqlarına soxurlar. Bəli, müəllimsizlikdən məktəblərimiz viran, işlərimiz pərişan, halımız yamandır. Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyanın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin ve fədakar müəllimlərilədir. Müəllimlərin yetişdirdiyi müdiri-siyasiyunlarilədir. İşin üç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi. Bilməm bir vaxt hansı qezetdənsə oxudum: yapon davasından bir neçə il əvvəl Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibətilə, o bağa gələn yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay russəfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: “Biz, bizə düşmən olanların çayını içmirik…” deyib çayları buraxırlar. Halbuki bizim müəllimlərimiz ingilislərin beş-on qızılına, fransızların şirin dillərinə, yalançı dostluqlanna, rusların maladeslərinə, iki şahılıq medallarına millətlərinin həyatlarını, millətlərinin vətənlərini yağlı qoyun kimi satırlar. Nədən? Məhz məlumatlı, həmiyyətli müəllimsizlikdən! Uzaqlara nə hacət: erməni hamballarının belə başlarını millət məhəbbətilə, vətən qeydilə, istiqlal xəyalilə dolduran kimlərdir? Millətlərini mühafizə üçün əldə ən gözəl bəhanə etdikləri kilsələrini Rusiya kimi – vaxtilə dünyanı titrədən bir hökümətdən güclə almağa çalışıb milləti uğrunda “Arxangel” qaranlıqlarına, Sibiriyanın buzluqlarına gedən və nəhayətdə millətlərinin canı demək olar kilsə mülklərini, kilsə yollarını hökümətdən geri alan kimlərdir? Köhnə erməni keşişlərimi? Qoca erməni avarlarımı? Bu gün Rusiyanın vəziyyətindən zəmanənin təqazasından istifadə edib müntəzəm qonşularını aşkar bir surətdə rus generallarının qabağında gəzdirən, bir sözlə, hökümət içində hökümət təşkil edən daşnaqsütyunlann müdirləri, komitet rəisləri, üzvləri kimlərdir? Quru dua və lənəti-məzhəbin rükni zənn edən keşişlermi və ya pisarlikdəki iki şahı artıq məvacibə müqəddəs xidmətini satan müəllimlərini?.. Xeyr, xeyr. Demək ki, hər millətin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsi ilə bilinər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır. Bu halda bizim bəzi müəllimlərimizin kəndlərdən qaçmalarına əlbəttə, aldıqları sui-tərbiyə və təlimin də dəxli vardır. Əlbəttə, bəzi müsəlman müəllimlərinin müsəlman məktəblərində öz millətlərinin ziddinə rəftarlarına “xainanə öyrəndiklərini xainanə öyrətməyə çalışmaq” üsulunun acı meyvələridir. Bu sözü dedim də yadıma belə bir şey gəldi: Bir şəhərdə camaat milli məktəbin xeyrini düşünüb min bəla ilə məscid yanında bir məktəb meydan gətirir. Yüz məşəqqətlə bir müsəlman dərsi müəllimi tapır, bir neçə il içində camaat məktəbin və tazə üsulun xeyrini daha ziyada qanır. Məktəbin daha artıq tərəqqisi üçün onlar rus dərsinə, rus dərsinin müəlliminə lüzum görürlər. Direktora yazırlar. Qospadin direktor da harda bir ixlaslı, medal və “malades” dəlisi varsa, tezdən seçib bura göndərir. Bir az vaxt keçir, məktəbin divarlarında olan türkcə xəritələr, şkafda görünən türkcə kitablar inspektorun buyruğu ilə yerlərindən uçur. Müəllim cənabları gizli-gizli aldığı əmrləri, öyrəndiyi təlimi yavaş-yavaş tətbiq etməyə hümmət buyurur. Şapkasındakı iki böyük kakardinin, çiyinlərindəki üç girvənkəlik bəzəkli çinlərin hüzuri-həşəmət mabeynlərinde uşaqların ədəbsizcə, yəni başı örtülü oturmaları müəllimin qəlbi-alisini əzməyə başlayır, ciddi bir bəhanə axtarır. Axtarır, amma tapmaq sayeyi-qeyrətində çətin bir işmi? Görürsən inspektor bu alicənab hökümətpərvər müəllimin ürəyinin ortasından məfltilsiz tel ilə xəbərdar olur. Çox sürməz, “fütuhatın”, keşiş ağaların, müqəddəslərin, cənablann bir sürü şəkilləri divarları bəzər. Cənab müəllim ətrafına baxındıqca qəlbində özgə cür hissi-ali duyar. İxlas və sədaqətini artıq ürəyində saxlaya bilməz. Bir gün uşaqlara: “Bundan sonra zakona görə məktəbdə başlarınızı açmalısız…” deyə buyurur. Bu əmr, bu səs yarım saat içində şəhərin hər tərəfini tutur. Hər kəsin üzündə qəlbinin narazılığı, hökümətdən şikayəti görülür. Ertəsi gün məktəbdə uşağın yarısı qalmaz. Məktəb hər kəsin nəzərindən düşməyə başlar. Bir gün də gələr, əvvəlki xidmətlərindən ötrü inspektordan razılıq kağızı alan cənab müəllim inspektorun zakonuna-sirkulyarına görə müsəlman dərslərindən: həftədə dörd dəfə Quran, üç dəfə xətt (yazı), iki dəfə dua dərslərindən savayı müsəlman dərslərinin oxunmasına rüsxət almadığını – fərəhini saxlaya bilməyib, sevinə-sevinə elan edir, amma ertəsi günü də məktəbdə öz tanışlarının dörd-beş uşağından başqa özgəsini görməz. Məktəbin tərəqqisinə də, ümidinə de fatihə oxunub qurtarar. Bəli, budur “Yarımçılıqlardan biri”, “Bir şəxsin” şikayət etdikləri suitərbiyənin bir əsəri, bir nəticəsi də. Burası məlum. Lakin arxayınam ki, həqiqi müəllimlərin üzlərini qızardan bu kimi həmiyyətsiz müəllimlər əlbət ki, çox-çox azdır. Əlbət ki, bunlar da insafa gelmişlərdir. Qaldı ki, kəndlərdən şəhərlərə qaçanlardan bir çoxlarının qaçmalarına səbəb nə sui-tərbiyədir, nə də həmiyyətsizlik. Bunlardan elələri də vardır ki, bəlkə sui-tərbiyəyə qurban, həmiyyətsizliyə alət olmamaq üçün yaxalarını qurtarmağa qaçırlar. Amma çoxunun kəndlərdən şəhərlərə, şəhərlərdən Bakıya, o qara pul dəryasına, o üz ağardan qara şəhərə qaçmalarına səbəb məhz məişətin darlığıdır. Üç-dörd baş bir ailəni ayda iyirmi beş-otuş manat ilə dolandırmaq asan dərd deyil, gələcək üçün də heç bir ümid yox ki, biçarə bugünkü sıxıntılara baxmayıb səbr etsin. İnsan beş il bir yerdə fəhləlik edəndə ağası sədaqətinə görə beş-on qəpik yenə məvacibini artırır. Amma müəllimlikdə – o da müsəlman olasan – on ilə ömür tükətsən, axmaq aldadan “malades”dən savayı bir şey görülməz. Binəva təcrübəsiz müəllimi bir tərəfdən məişətin darlığı, digər tərəfdən mürvətsiz starşinaların, polisin əziyyəti, camaatın söz anlamaz halı sıxdıqca sıxır. Məktəbdən təzə qurtarmış cavan rəhbərlərə, məişət və camaat dərdi görməmiş cavan müəllimlərə “Millətin xatiri üçün hər cür zəhmət və məşəqqətə səbr etsinlər” demək asandır. Amma onların yerində olub iş görmək çətindir. Lazımdır, millət böyüklərimiz də, millət rəislərimiz də millətin qeydinə qalıb övladi-milləti vəhşilikdən qurtaracaq cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişətinin, qarnının dərdinə qalan bir müəllim, mücəssəm-həmiyyetdə olsa, layiqilə bir iş görməz. Özgələrə dil ilə iş örgətmək, vəz və nəsihət eləmək asandır. Amma onların yerinə keçib iş adamı, dərd babası olmaq hər kəsin hünəri deyildir. “Millətin qeydinə qalan həmiyyətli müəllimlər hər cür bəlaya səbir etməlidirlər” – demək üçün bir az da müəllimlərin qeydinə qalmaq şərtdir. Yoxsa hər kəs öz cibinin, öz dərdinin peşinə düşüb hər işi məişət dərdilə qovulan binəva müəllimlərdən gözlərsə işlərimiz bir addım da irəli getməz. Lazımdır ki, kənd müəllimlərin məvaciblərini artırmaq və onları məişət dərdindən azad etmək üçün rəislərimiz, nüfuzlularımız, xüsusilə dumaya vəkil seçilənlərimiz indidən lazımi təşəbbüsə iqdam etsinlər. Yoxsa dörd-beş ildən sonra kəndlərdə bir qabil müəllimimiz də qalmaz. Bunu bugünkü halımız, pərişanlığımz ən birinci deyilmidir ki, bir çox qabil, həmiyyətli müəllimlərimiz müqəddəs xitmətlərini buraxıb qara pul tərəfinə, yəni Bakıya qaçırlar. Bəzi yazıçılarımızın “Müəllimlərimiz şəhərlərə nə üçün qaçırlar?” deməklərindən bir şey qanmıram. Ondan ötrü ki, hansı şəhərdə hansı müəllim yerlərimiz var ki, oraya qaçılsın? Baxın Şamaxıya, Şəkiyə, Gəncəyə, İrəvana, Şişəyə, Naxçıvana və hətta Tiflisə, əcaba buralarda neçə müəllimimiz vardır? Halbuki bu şəhərlərdə olan tək-tük müəllimlərimiz də yenə o qara pul məcmeyi olan Bakıya qaçırlar. Hətta Tiflisin gözəl havasını, lazımlı xidmətini Bakının istisinə, tozuna tərcih edirlər. Çünki orada həm qara pul çox, həm də irəlisi var. Demək ki, Bakıya qaçanlarımızın bir qismi suitərbiyədən və ya həmiyyətsizlikdən deyil, müəllimin bizdə rəğbət-sizliyindən, hökümətin zülmündən, məvacibin azlığından, irəlisinə ümid olmamağından qaçırlar. Mən mütləq belə fikir edirəm. Türk balası, müsəlman oğlu, əksər müəllimlərimizin missioner müəllimərin iğva ve şeytanətinə aldanıb millətinə xəyanət edəcəklərinə ümidim azdır. Arada əskik olmayan bir-iki biəhəmiyyətin vücudu isə hesab deyil. Xülasə, Qoridəki müsəlman şöbəsini özgə bir şəhərə köçürtməklə bərabər, müəllimlərin məvaciblərinin artmağına mütləq çalışmalıdır ki, Bakıya qaçmağın qabağı alınsın. “Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?” şikayətlərinin axırı alınsın. Ümidvar “İrşad” qəzeti, 13 aprel 1906, № 88 * * * Nə Vaxta Qədər? Qafil camaatın içində ciddi iş görmək, xüsusilə politikaya – məmləkətin idarəsinə aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yamanı qanmıyan xırda uşaq kimidir. Hər kəsə məlumdur ki, uşağa üstü bəzəkli, içi zərərli konfet verəndə, o saat üstünə baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki uşağın qızdırması üçün “kinə” verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kinə vermək istəyəndən küsər, ürəyində düşmənlik bağlar. İştə bizim nadan, əsir camaatımızın bir qismidə tamamilə bu uşaq kimidir: səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti o köhnə rəzalət, o alçaq və əsirlik şəklində görüblər. Dərd budur ki, Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəlilliyin, o cür əsirliyin, o xalis heyvanlıq, sənəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy (qoxu) ilə dolub. Qəlblər bir eşşəyə boyun əymək duyğusu ilə bəslənib. Başlar və beyinlər zülm ve istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! bəzi müsəlmanları yenə qədim idareyi-höküməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada “hürriyyət’in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdəki ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!. Ey oxucu! Zənn etmə ki, “Ümidvar” bu kimi sözləri düzəldib tənbeh üçün yazır. Yox vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şərini qanmayıb bəzi avama qatışıb islamın əsası olan hürriyyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qədər böylə kor və qatil qalacağız? Nə vaxta kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz politikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görürsünüz, ermənilər 20 ildən sonra özlərinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görürsünüz, ermənilər – Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyyət və müsavatı əsla istəmiyorlar. Neçin də istəsinlər ki, əvvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, bəlkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yerə, hər idarəyə kök salan ermənilərin bugünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə öz millətimizin səlamətliyi naminə Rusiyada hürriyyət və müsavatın “doğru” vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini cani-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi əcələ görməyə, əcələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almarıq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa min-min yaman sözlər ilə pisləməyə, nöqsan tapmağa hazırıq. Yox, yox, əzizlər, böylə olmamalı! Böyük bir hökumətin hər tərəfə, xüsusilə avam camaatın qəlblərinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi bəlkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız, başımıza vurulan yumruqların qüvvətlənməsinə, özümüzün, tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, xərclərimiz gələcəkdə millətimizin rahat və səlamətliyinə bais olacaqdır. Görürsünüz aradakı təfavütü, elm ilə cəhalət arasındakı təfavüt nə qədər böyükdür! Yuxarıda camaatımızın nadanlığından, hürriyyət və müsavatın xeyrini qanmadıqlanndan şikayətlənmişdim. Burada bunu artırmaq istəyirəm ki, bu dərəcə nadanlığımızın, bu öz-özümüzə balta vurmağımızın təqsiri yalnız camaatımızda deyil, bəlkə beş-on manat məvacib-aylıq alan elmsiz, hünərsiz, başı sarıxlı qulluqçularımız ilə başı qaqaretli həmiyyətsiz qara qarğalarımızdadır. Bu kimilərin köhnə idarə istəmələrinə səbəb məhz özlərinin iki qəpiklik şəxsi mənfəətləri olduğunu camaatımız başa düşməlidir. Daha bəsdir, mənfəətxorlara, dinini, millətini iki qəpiklik xeyrə satanlara boyun əymək! Nə vaxta qədər ümumi və milli nəfimizi buraxıb bəzi sədrdə əyləşən, minbərə çıxan, qaqaret taxan həmiyyətsizlərin keflərinə qulluq edəcəyik. Biz də insanıq! Biz də bir millətik! Nə vaxta qədər xeyir və şərimizi qanmayacayıq? Ətrafımızı əhatə edən dəhşətli vaqiələrdən daşlar belə mütəəssir olur, aya biz nəyik? Ümidvar “İrşad” qəzeti, 17 aprel 1906, № 91 * * * Ümidvaram Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı “Müəllimlər” məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağmda buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmləriniyalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər. Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtararlar. Mənim qanacağıma görə darülmüəllİmindəki şagirdlərimizin türkcə bilməməklərinə, məlumati-islamiyyətdən baxəbər qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamağına, bir sözlə, “yarımçıq” qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərpənişləri deyildir. Bəlkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Və bir də böyük qulluqçuların çıxardığı “sirkulyar”lardır. Padşahdan savayı hər kefi gələnin öz eqlincə çıxardığı hədsiz, saysız”qərardadsızlardır”. İndi insafla mülahizə edək: bir yerdə ki, müsəlman dərslərinin ədədi, müsəlman müəllimlərinin xidmət və tərpənişləri, məktəblərin üsuli-təlimi zorlu “qanunlar”, qərardadlar ilə mühasirəyə alınıbdır, onu bir-iki müəllimin poza bilməyi mümkünmü? Deyək ki, cuşhəmiyyətlə o səddi-İskəndərə qarşı durdular, pozmağa çalışdılar. Axırda məğlub oldular. Aşkar görülən zülm və əsirliyə təhəmmül etməyi qeyrəti-milliyyələrinə sığdıra bilməyib qulluqlarından çıxdılar. Görək rəisi-ruhanilərimiz, əyani-millətimiz, ziyalı və qanacaqlılarımız zərrə qədər bir fikrə, bir təlaşə düşəcəklərmi? Görək müəllimlik yerlərini boş buraxıb hökuməti məcbur edəcəklərmi ki, müəllimlərin xahişlərini millətimizin nəfinə həll etsinlər Görək millət qeydinə “söz” ilə qalanlarımız meydana çıxıb hökumətə bir söz anladacaqlarmı ki, bizim də hüququmuza, insanlığımıza riayət edilsin? Yoxsa hər kəs öz qohumunu, öz dostunu müəllimliyə keçirmək üçün divanxanə qapılarında “xuliqanlıq”dakı məharət və ixlaslarını sayıb meymunluqmu göstərəcəklər? Bu sözlərimdən hesab edilməsin ki, Qoridəki müəllimlərə vəkillik edib onlara tərəfdar çıxmaq istəyirəm. Əvvəla, nə onlar mənim vəkilliyimə möhtacdırlar, nə də mən minlərcə övladi-millətin zərərini bir-iki müəllimin xeyrində axtaran həmiyyətsizlər kimi xaini-millət deyiləm. Qəsdim, bildiyim qədər insaf və həqiqəti söyləməkdir. Rəva deyildir ki, alim ilə cahilə, həmiyyətli ilə xainə təfavüt qoyulmasın! Layiq deyildir ki, hökumətin hamı zülmləri, camaatın təqsiri, yoxluq içində zühur edən bir neçə həmiyyətli müəllimlərimizin üstünə tullansın. İnsaf deyildir ki, yazıçılarımız dəxi ümumi adətimizə tabe olsunlar: bir çoxlarımız müşavirə və ittifaq ilə yapıla biləcək bir işi bir neçə nəfərin hümmətindən gözləsinlər. Nə üçün camaata, hamıya aid olan işləri ittifaq ve camaat qüvvətilə görmürük? Nə üçün qoca bir millətin dərdini, ehtiyacını bir neçə şəxsin boynuna yüklətmək istəyirik? Nə üçün başa düşmürük ki, camaatın ittifaq iş və qüvvəti ilə iş görməyi öyrənmədiyimizdən hüququmuz ayaqlar altında əzilir; ixtiyarımız əlimizdən alınır; mövcudiyyəti-milliyyətimizin üstə qara pərdələr çəkilir. Əcəba, indiyə qədər neçə uşaq atası ittifaq edib darülmüəllimlərdəki, gimnaziyalardakı, şəhər məktəblərindəki müəllimlərimizin ixtiyarsızlıqlarından, dərs oxutmaqlarından, müsəlman dərslərinin azlığından şikayət etdilər? Ha vaxt məktəblərdəki sui-tərbiyədən narazı olub hökumətə müraciət etdilər? Mən ki camaatımızın nadanlığını, kor-koruna ixlasını görürəm, qorxuram ki, sabah məktəblərdə donuz əti yedirməyi, kilsəyə gedib dua etməyi, müsəlman dərslərinin əbədi oxunmamağını – su göbələkləri kimi hər gün törəyib artan sirkulyara daxil etsələr bizim uşaq atalarından yenə ciddi bir etiraz görülməz, elə də deyil ki, bir-birilərinin yanında gurlamasınlar, ildırım çaxmasınlar, qışqırtı salmasınlar. Xeyr, əvvəlcə bir neçə gün bərk danışacaqlar, məclislər quracaqlar, bant kimi partlayacaqlar. Amma iki-üç gün sonra “Əlsəbr müftahülfərc” deyib sui-idarəyə lənət oxuyacaqlar. Hind toyuqları kimi hirslərini endirib pozulacaqlar. Köhnə hallarına girəcəklər. Vaxt keçdikcə sükutlaşacaqlar… Amma Allah etsin ki, zənnimdə səhv etmiş olam. Allah etsin ki, camaat məni təkzib edə. Lakin baba, camaat mənim bildiyim camaat isə qara yazılarını həmişə ağ görüləcəkdir. Nə tövr görünməsin ki, sui-tərbiyə daha açığı bizi ruslaşdırmaq üsulu yalnız Qoridə deyil! Baxınız: Gəncə, İrəvan, Qarabağ, Şəki, Şamxor, Tiflis, Bakı… və qeyri yerlərdəki məktəblərin üsuli-təlim və tərbiyələrinə! Baxınız, Allah xatiri üçün baxınız ki, bu qədər şəhərlərimizin birində beş-on adam, beş-on ürəyi yanan varmı ki, beş dəqiqə uzaqdakı inspektorun yanına ittifaq ilə gedib məktəbin sui-tərbiyəsindən, müsəlman dərslərinin azlığından, övladlarının müsəlmanca heç bir zad bilmədiklərindən şikayət etsinlər? 17 Oktyabr fərmanından sonra direktorlar, inspektorlar guya bir az insafa gəldilər. Müsəlman dərslərinin artmağını, müqtədir müsəlman müəllimlərinin təyin olunmağını, müsəlman müəllimlərinin məvacibinin çoxalmağını “kağızlara” yazdılar. Qəzetlərdə, məclislərdə elan etdilər. Heyif, çox heyif ki, dekabrdan sonra özlərinin də aldandıqlarını qandılar, tüpürdüklərini yaladılar. Hətta aldandıqlarının acısını çıxarmaq, əvəzini almaq üçün oktyabrdan əvvəlki müsaidələri də məfasidə etdilər, başını-quyruğunu kəsdilər. Məsələn, Tiflisdə birinci gimnaziyadakı müsəlman müəlliminə vəd edilən məvacib özgələrin cibinə soxuldu. Realnıdakı müsəlman müəllimi çıxmağa məcbur edildi. Ali ticarət məktəbinin müəlliminə ayda beş manat doxsan üç qəpik ehsan buyuruldu. Oxunan dərslərin halını da siz qiyas ediniz. Özgə şəhərləri də siz mülahizə ediniz.. Ey özgeden imdad gözləyən camaat! Ey özgədən mərhəmət uman millət! Siz zənn etməyiniz ki, hamıya bir baxılır? Əsla, əsla! Camaat müşavirəsini, camaat ittifaqını qanan tayfaya heç vaxt bizə edilən rəftar kimi müamilə edilməz. Onlara asanlıqla iş keçirilməz. Budur ki, onlar hər halda istifadə edib məktəblərdə milli dərslərini, milli tərbiyələrini xeylidən-xeyli artırıblar. Hərçənd oktyabr fərmanının çoxu aralığa çıxmadı. Amma camaat ittifaqının qüvvətini bilənlər heç vaxt bizim kimi məyus, məğmun olmurlar. Ah, nə üçün biz bu qədər qorxaq, bu dərəcə həqir olmuşuq? Ah, nə üçün bu mərtəbə biqeyrət, biheysiyyat olmuşuq. Ah, nə üçün bilmək istəmirik ki, Allahın əli, yəni camaatla bərabərdir? Nə üçün bilmirik ki, ittifaq olan yerdə Allahın tofiq və inayəti də olar? Lazım deyilimdir bilək ki, camaatın tədbiri-ittifaqilə görüləcək bir işin qabağında nəinki məktəblərdəkı sui-tərbiyə, bəlkə məmləkətimizdəki sui-idarə belə dayanmaz? Amma heyhat. Hanı bizdə – millət bir yana dursun – öz ciyərparçası, öz nuri-çeşmi olan övladının xeyrini, hüsn-tərbiyəsini xahiş edən? Of… Nə günlərə qalmışıq? Hanı bizlərdə insanca övlad, millət və vətən məhəbbəti? Nə üçün biz camaat ittifaqında, camaatla iş görməkdə iki qəpiyə dəymirik? Nədən gözləyirik ki, bir çoxumuzun ittifaqilə yapa biləcəyimiz işi bir neçə nəfər görsün? Nə tövr mümkündür ki, ümumi qanun və qərardadlar ilə sıxılan, əzilən hüquqi-milliyyəmizi, başımıza vurulan qüvvətli yumruqları bir neçə müəllimimiz dəf etsin? Lazım deyilmidir ki, biz də camaat ittifaqını camaat qüvvəti qanaq, öz hüququmuzun mühafizəsini can və dildən istəyək, dəxi ha vaxt qanacayıq ki, ixtiyarımız canavarların ağzında olduqca heç bir nöy milli mövcudiyyətimizi saxlaya bilməyəcəyiz. Ümidvaram ki, Dumaya gedəcək vəkillərimiz qanuni-müsavata, “sirkulyarların” kökündən dəfnə, məktəb və müəllimlərimiz xüsusilə diqqət buyurarlar. Ümidvaram ki, həmiyyətli müəllimlərimiz mənim bu fəryadımı məhz yada salmaqdan ibarət bilib özlərinin bu barədəki dərin və əsaslı məlumatlarını, məktəblərdəki nöqsanlarımızın, dərdlərimizin dərmanını müfəssəl bəyan edib bizləri şəkk və dərddən qurtararlar. Ümidvar “İrşad’ qəzeti, 1 may 1906, №102 * * * Cavab “Həyat”ın 86-cı nömrəsində “Şeyxzadə” imzası ilə Axısxadan yazılmış məktubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda bəradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə kimi məlumatlı görülən mollalarımız “Hümməti-əhli-vicdan ilə sui-idarəyə “xitam” verilib, bir dövri-cədid “Həqqaniyyətipədid” elan edildi…” kimi çürük və axmaq aldadan sözləri qəzet sütunlarında təkrar-təkrar yazmaqda ayə qəsdləri nədir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaatı aldadıb, gah hökuməti çaşdırıb yüz minlərcə fədakarani-hürriyyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte və Dumovlara layiq olan sözləri bəradərim cənab Şeyxzadenin yazmağındakı dərin hikmət nədir? Cənab Şeyxzadə mənim: “Havaxt hümmət əhli vicdan ilə sui-idarəyə “xitam” verildi?” – sualıma cavab olaraq deyir “Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər… Hələ bizə nə oldu?” Çox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə “səbir həblərini” uddurmaq istəyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hüriyyətə hənuz düxul üçün fəryadlar qopar-mayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfaları hürriyyət üçün mal və canlarını fəda etdikləri halda “bizlər” bıçaq ağzı qədər açılan hürriyyət qapılarına şükr və səna ilə vaxt keçirək? Hürriyyət üçün “Dəccal”ların zühu-runu, “çaqqal”ların evlərimizə qədər girmələrini gözləyək! Məgər bos deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsiniz, biz yata-yata, kef çəkə-çəkəmi özgələr bizim üçün çalışıb hürriyyət loğmasını ağzımıza versinlər?! Nədər ötrü öz hürriyyətimiz, öz xeyrimiz üçün özümüz çalışmayaq? Əgər sizin dediyiniz kimi, bıçaq ağzı qədər verilən hürriyyət ilə kifayətlənib şükr-səna ilə məşğul olsaq o cür hürriyyəti tez əlimizdən alarlar, nə tövr ki, aldılar, alırlar. İstərsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim. 17 Oktyabr fərmanından sonra guya hamı kənd məktəblərində ən çox əhəmiyyət yerli dillərə vəriləcəkdi. Böyük məktəblərdə müsəlman dərsləri artacaqdı. Müsəlman müəllimləri doğrudan insan və müəllim cərgəsinə qoyulub onlara insanca bir məvacib vəriləcəkdi. Senzur, yeni “ağız bağlamaq üsulu” qalxacaqdı. Camaata insanlıq ixtiyarı vəriləcəkdi… Hələlik özgə məsələlər qalsın, çünki çox uzun gedər. Gələk bu yaxındakı əhəmiyyətli bir ədalətsizliyə. 17 Oktyabr fərmanından sonra “mərhəmət-padşahi və hümməti əhli-vicdan ilə” idarəyi-ruhaniyyələrimizin köhnə ixtiyarları da əllərindən alınır. Eşitdiyimə görə beş-altı gün qabaq cənab şeyxülislam, əlində qazılıq şəhadətnaməsi olan bir mollanı idarəyi-ruhaniyyə məktəbinin şəriət müəllimliyinə nəsb etdirmək istəyir. Təsdiq üçün papeçitelə yazır. Qaspadin papeçitel rəsmi kağıza cənab şeyxülislamdan xəbər alır ki, molla rusca bilirmi? Şeyxülislam da cavab vərir ki, bir qədər bilir. Lakin papeçitel “bir qədər bilir” cavabına bərk acıqlanıb əmr edir ki, mollanı mənim yanıma göndər. Molla gedir. Papeçitel mollanı özü imtahan edir. Harda oxudun, kim oxutdu, kimlər ilə gəzib oturubsan suallarını da acıqlı sorur. Sonra şeyxülislama bu cür yazır: “Şəriət müəllimi olacaq mollalar laəqəl hansı məktəbdə müəllim olacaqlarsa, o məktəbin rusca təhsilini qurtarmaları şərtdir. Bu mollanın qazılıq şəhadətnaməsi varsa da, rusca şəhadətnaməsi yoxdur”. Bu cür əmmamə ilə şeyxülislamın xahişini şiddətlə rədd edir. Ey yalançı hürriyyələrə inanan Şeyxzadə! Ey Dumovlara fürsət vərən səbrzadə! Bunlara və bunlar kimi başımıza hər gün gəlməkdə olan istibdad zülmlərinə nə deyəcəksiniz? Şəksiz deyəcəksiniz ki, idarəyi-ruhaniyyə rəisləri, millət vəkilləri gərək bu cür zülmlərə, haqsızlıqlara riza verməyib hökümət qulluqçularını ədalətlə iş gör məyə məcbur etsinlər. Əlbəttə ki, rəyasəti-ümmət və vəkillik postlarında oturanların borclarıdır ki, öz məqamlarının vəkili olduqları millətin haqq və ixtiyarlarım mühafizə etsinlər. Cümləmiz xahiş edirik ki, bizim vəzaifi-müqəddəsə vəkilləri hökumət qulluqçularından qorxmayıb həm öz böyüklərini saxlasınlar, həm də öz həqiqi böyüklərilə bizi də sərəfraz etsinlər. Ey həqiqəti axtaran bəradər! Siz deyiniz, işlərimizi ümidlərimizin əksinə görəndə nə etməli? Şəksiz, buyuracaqsınız ki, onlarla ittifaq edib iş görməli. Çox əcəb, lakin şikayət məhəlli plov məclisi deyil ki, hamıdan qabaq qaçsınlar. Sonra qulluqdan çıxmaq, sonra qiyamət qoparmaq var, kimdir bunlara döş verən! İştə, mənim keçən məqaləmdə yazdığım bu idi ki, millət rəislərimiz həqiqi rəis və vəkil deyildirlər. Siz mənim bu pak, qorxusuz və Allah rizası üçün olan sözlərimə bərk acıqlanıb buyurubsunuz: “Ümidvar, həddini bil, sərkeşlik və itaətsizlik göstərmə…” Pəh…pəh… pəh! İdareyi-ruhaniyyələrə xülus çatlatmaq, sədaqəti-əbidanə göstərmək olsa, bu qədər olar. Əlbəttə, bunun da bir hikməti var. Lakin dediyiniz kimi, sair xüsusiyyətinizi axtarmaq bizim həddimiz deyil. Lakin burasını ərz etməkdən keçməm ki, bizim pərişanlığımızın, bizim əyilməyimizin səbəblərindən bəziləri də böyük qulluqçularımıza yerli-yersiz baş endirmək, həqiqəti gizləmək, kor-koranə itaət etmək, özümüzün, özgələrin qüsurunu saxlamaq, halımızdan razı olub dinməməkdir. Budur ki, zalım hökümət qulluqçuları bizim başımızda istədikləri oyunları oynuyurlar. İstədikləri zülm və cəfanı edirlər. Burası ürək parçalayır ki, ən ziyada zülm və həqarəti görən nəinki yalnız qara, dilsiz camaətimizdir, bəlkə ən böyük rəislərimiz, ruhani atalarımızdır. Burası dəxi yamandır ki, ruhani böyüklərimiz nə qədər çox zülm və həqarət görsələr, o qədər artıq da səbr və təhəmmül edirlər. Nə dərəcə çox qorxudulsalar, otuz dörd manat on yeddi qəpiklik qulluqlarına o qədər bərk yapışırlar. Üləmadan olan əksər qulluqçularımızın bu cür hallarını bilə-bilə bəradərimiz Şeyxzadə genə deyir: “Üləmaya haqq ilə itaət eləməyi özlərimizə borc bilməliyik. Onlara qarşı sərkeşlik və itaətsizlik etməməliyiz ki, feyzi-ruhanidən məhrum qalırız…” A bəradər! Elə bizim peşəmiz indiyə qədər hər başı sarıqlıya, hər üləma paltarı geyinənə itaət və xidmət etmək, onlara kor-koranə heyvanca boyun əymək deyilmidir ki, bu günlərə, bü zillətlərə qaldıq? Hər mənfəətpərəst, müftəxor üləmanın sözlərinə qulaq asmaq, keyflərinə xidmət etmək deyilmidir ki, zamanın lazım bildiyi hər cür elm və maarifdən, insanlıq haqq və ixtiyarlarından məhrum qalırıq? Bu qədər bəs deyil ki, yenə də istəyirsiniz hər molla paltarındakılara boyun əyib qiyamətə qədər əsir və lal olaq! Ey oxucu, görürsünüz, bizim üləmanın xahişlərini! Görürsünüz özlərini nə mərtəbə ərşi-əlayə fərman-fərmada tutub biçarə əfradi-milləti nə dərəcədə zillət, əsarət və itaətdə görmək istəyirlər? A cənab bəradər! Bir deyiniz görüm, onlar hansı bir əməli-xeyirdə, qeyrət və həmiyyətdə, hansı fədakarlıqda yaramızı sağaltmaqda oldular ki, biz də əsərlərini görüb itaət edək? Havaxt öz qarınlarının dərdlərini öz maddi mənfəətlərini buraxıb öz ruhani qədrlərini, öz mənsəblərini tanıdılar! Havaxt bizdən ötrü gözyaşı tökdülər; bizdən ötrü elm və maarif yerləri hazırladılar, bizim günümüzə qaldılar ki, biz də qədrlərin bilib nankorluq etməyək? O ki, qaldı tək-tük əskik olmayan həqiqi alimlərimizə onlara siz öyrətməsəniz də, millət özü hər vaxt itaət edir və həmişə də edəcəkdir. Şəkk yox ki, Allah və camaat rizası üçün çalışan həmiyyətli alimlərimizə nəinki qədr və söz ilə itaət göstərmək, bəlkə camaatımızın mal və can ilə o kimilərə nökər olub itaət etməyi özümüzə namaz kimi borc bilirik. İş alimin həqiqi və rəbbani olmasındadır. Yoxsa camaatımız kimi itaətli, sözə baxan, qoyun sürüsü kimi daldan gələn, ruhani paltarlarındakılara qul olan heç bir camaat yoxdur. Bizim mədəniyyətimiz, tərəqqimiz və səlamətimiz həqiqi üləma ilə olduğunu və həmişə bu kimi üləmanın ətəklərinə bərk yapışıb ümidvar olmaq lazım olduğunu sizdən çox əvvəl “İrşad”ın 84-85-ci nömrələrində ərz etmişəm. Cənab Şeyxzadə yazır: “Bu son zamanlarda qələmlərin əksəri süturi-istiqamətdən inhiraf edib bidisərsərə uyub gedirlər…” Niyə? Ondan ötrü ki, hər alim paltarındakı boynuyoğunlara itaət edib, onların çaldıqları ilə oynamırlar. Onların indiyə kimi millətə vurduqlan zərər’ və yaraları duyub işin iç pərdəsini açırlar, həqiqi üləma ilə süni, yəni yalançı üləmaya təfavüt qoyub qələmə vərirlər. Ey, Ağayevlər, Hüseynzadələr, Qənizadələr, Nerimanovlar, Şirvanzadələr, nə üçün siz də mənim kimi “süturi-istiqamət”dən inhiraf edirsiz. Bundan sonra sui-zənli sözlər yazmayınız ki, mollalarımız, ağalarımız bərk incinirlər. Cənab Şeyxzadə deyir: “Bizim qərbi qafqazlılar “dəyanət” cəhətilə çoxlarından irəlidə olsalar da, nəçarə ki, qiyami-din və istehkami-islamiyyət şərtləri tərk edilib dala qalıblar…” Bu nə qəribə söz! Madam ki, dəyanət cəhətilə irəlidədirlər, nədən qiyami-din və istehkami islamiyyət şərtlərincə geridə olsunlar? Yox, əgər qiyami-din şərtlərincə geridə isələr, nə cür ola bilər ki, “dəyanət”cə irəlidə olsunlar? Belə məntiqsiz sözlərədəmi boyun eyib itaət göstərmək? Görünür ki, cənab Şeyxzadə bəradərimiz “dəyanəti” indiki buxaralılar kimi yalnız dəstəmazdan, tez-tez namaz qılmaqdan, cəfəngiyat və əfsanələr ilə binəva camaatın fikirlərini zəhərləndirən nadan mol laların vəzlərində yatıb yuxlamaqdan və sairədən ibarət göstərir. Çünki biz o məmləkətlərdə cahilanə dəyanətdən, kor-koranə ibadətdən, qafilanə yuxulamaqdan savayı bir dəyanət görmürük. Cənab Şeyxzadə yazır: “Bu məmur və abadan yerlərə maarifsizlikdən, xərabəzar deməkdən qeyri bir ad yapışmaz”. Görürsünüz, bu da bir növ tapmaca! “Molla Nəsrəddin” bu sözləri duysa, mütləq soruşar ki, o hansı məmləkətdir ki, bir vaxtda həm məmur və abadan ola, həm də xərabəzar? Əgər bu tapmacadan məqsəd o məmləkətlərin vaxtı ilə məmur və abadan olduğunu göstərməksə, oralarda heç elə zadlar görünmüyüb. Yox, məmur və abadlıqdan məqsəb Axsxanın, Ağaranın, Entelin, Batumun gözəl məşələri, lətif suları, dilguşa yaşıllıqları isə özgə söz. Amma bundan sonra gərək lüğətləri dəyiş-dirək. Çünki əgər Axısxanın meşələrinə, lətafətli yerlərinə məmur və abadan deyərsək, gərək Amerika vəhşilərinin, Avstraliya bədəvilərinin daha gözəl, daha lətif yerlərinə məmur və abadanlıq anası, mənbəyi deyək, belə adi məhəbbətləri keçək. Bəradəri-möhtərəmimiz yazır: “Bizlər heç kimsənin zəmair və sərair xüsusiyyətini təcəssus və tehərri etməyə məmur deyiliz. Bizim məmur olduğumuz hüsn-zəndir”. Öz-özlüyündə gözəl sözlər! Əlbət ki, heç bir kəsin qeyriyə zərəri olmayan gizli və xüsusi işlərinin üstünü açmaq yaxşı sifət deyil. Amma bir kəsin ki, gizli tədbirlərindən, sir lərindən camaata, ya bir kəsə zərər və təhlükə mənzurdur, o kimi sirlərin, tədbirlərin  üstlərini qapamaq, bilə-bilə lal olmaq, onunla şərik olmaq deməkdir ki, ən birinci həmiyyətsizlik, ən böyük əxlaqsızlıqdır. Bəli, bir millətə, bir kimsəyə zərəri olmayan yerlərdə “Hüsn-zən” əxlaqı fazilədəndir deyiblər, amma daha deməyiblər ki, millətinə, camaatına zərər və şəri-məlhuz olan gizli işlərin, xüsusi sirlərin üstünü basdırıb biqeyrət ol! Burasını bilməliyik ki, hər başımıza yurulan yumruqları, hər bizi əzən, ruslaşdıran üsulları, hər bizi yuxuladan sui-niyyətləri, hər zalım qulluqçunun başımızda oynatdıqları gizli tədbirləri “hüsn-zən” etdiyimizdən bu bəlalara, bu qara günlərə düşmüşük. Yersiz, yolsuz “hüsn-zən” mərdlərin, həmiyyətlilərin, vicdanlıların sifəti deyil, bəlkə acizlərin, miskinlərin, qafil və korların, mənfəətpərəst və alçaqların pis sifətidir. Cənab Şeyxzadə yazır: “Mən “Həyat”dakı məqaləmi Qərbi qafqazlılar üçün yazdım. Ümidvar burasını anlamayıb, nahaq yerə özgə mesələlərdən dəm vurur… Bu da qəribə sözlərin bir qəribəsidir. Bəradər, siz Qərbi qafqazlıları niyyət edib məşriqlilərdən, canublulardan dəm vurmağınız nə əcəb məqbul oldu da, mənim ümumi sözlərinizə etirazım məntiqsiz düşdü. Mənim qərblilər, şərqlilər və ya zəmairi-xüsusiyyətiniz ilə işim yox. Mən sizin “hümmət əhli-vicdan ilə sui-idarəyə xitam verildi…” kimi ümumi sözlərinizi diqqətə alıb cavab yazmışam. Bəlkə siz o sui-idarəni qəlbinizdə yalnız qərblilərə məxsus edibsiniz. Onda da mən müqəssir deyiləm. Bəradəri-fərasəti-pənahımız Şeyxzadə ən axırda məqaləsini tən və kibr-füruşanə belə bir dualar ilə qurtarır: “Üləmadan istifadələr niyaz edərək bəqayi-cəhl və nadanidən yaxanı qurtarmağa ehtimam eləmək və “ğəbavətə” boğulmayıb əhli-fərasət və əhli-təmyiz olmaq mətlubdur”. Möhtərəm bəradərimin bu tən və bu sözləri məhz öz şəxsimə, öz nəfsimə aid olduğu üçün cavab yazmağı mücadilati-şəxsiyyəden hesab edib, onunla bərabər “Amin  ”deməkdən savayı qeyri bir sözü özümə layiq görmürəm. Ümidvar “İrşad” qəzeti, 4, 5 may 1906, № 104, 105 * * * Bu Günlər və bizim Rəhbərlər Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər. Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı… Lakin mənim də əlimdəki qələm titrəməyə, gözlərim yaşarmağa başladı. Uf, nə üçün bu qədər xəfif ürəkliyəm? Ah, nə üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürəkli, aslan qüvvətli olmaq lazımdır. Bəli, bəli iş vaxtında acizə arvadlar kimi əl titrətməkdən, yaş axıtmaqdan nə fayda? Qorxusuz söz, ciddi iş lazımdır. Bəli, idareyi-ruhaniyyələrimizin rəisləri, üzvləri, üzvlərinin üzvləri müşavirəyə yığışıb qərardadi-ruhaniyyə islahəsini müzakirə etməyə başladılar. Ruhanilərin nişan və medal almağı barəsində danışdılar.Bu barədə müfti əfəndi həzrətləri hökümətə “hüsn-xidmətindən ötrü” nə üçün ruhanilər medal nemətindən məhrum qalsınlar? Ədalət və insafə müvafiqmidir ki, “medal” alan ilə almayana təfavüt qoyulmasın? Əlbəttə ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər… Mən ruhanilərimizin hüsn-xidmətlərinə müqabil döşlərinin “medal” ilə təzyin olmağını şiddətlə arzu edərəm…” məzmununda boy ani-mütaliə buyurdular. Sonra qərardadi-ruhaniyyənin babi-əvvəlinin 12-ci maddəsi müşavirəyə alındı. Bu maddənin birinci şərti ki, ruhanilərin rus təbəsindən olmağı labüddür, zəmanənin ehtiyacına görə müvafiq ədalət görülməyib. Sentyabrda təşkil olunan birinci komissiya tərəfindən bütün-bütün fəsx edilmişdi. Bu fəsx eynən savab, eynən hikmət idi. Lakin indiki xüsusi müşavirələr bu fəsxi Rusiya hökumətinin indiki cəlal ve əzəmətinə layiq görmədilər. 17 Oktyabr hürriyyətinin üstə sonradan qara pərdələr, zəhərli qələmlər çəkilib peşman olduğu kimi, birinci komissiyanın o vaxtdakı bəzi gözəl islahları da indi məsləhət görülməyib təməllüq və “hüsn zənlər” ilə örtülməkdədir. Demək ki, bizim ruhanilər Rusiyanın köhnə istibdadına, köhnə zülmünə əllərindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyət-pərvərlər arzularına nail olub köhnə idareyi-zaliməni dəyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razı olmayacaqlardır. Bundan sonra qərardadi-ruhaniyyənin əllinci maddəsinə baxıldı. Bu maddə: xaric sərhəddə göndərmək üçün pul cəm etmək və göndərmək idareyi-ruhaniyyənin rizası, sərdarın icazatı olmamış qadağandır. Hər nəfər ki, bu maddəni sındırsa idreyi-ruhaniyyələr borcludur ki, keyfiyyəti hökümətə əxbar etsinlər… və s. Ey binəva camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Heç kəs belə xidmətin vəzaifi-idarəyə aid olmadığını söyləmir. İndiyə qədər olanlar oldu. Edilən zülmlər keçdi. Laməhalə bele bir vaxtda lazım deyilmidir ki, qollarımıza vurulan bu kimi zülm zəncirlərini qoparıb tullayaq? Eyb deyilmidir ki, idarələrimizin casusluq, xəbərçilik (şipyonluq) etməklərinə razı olub belə bir alçaq işi qanun surətində saxlayaq? Tiflisin divanxanaları məyər casusluq ilə az doludur ki, müqəddəs idarələrimizi də casusluğa məcbur edək? Mən elə zənn edirəm ki, bu kimi biqayda qərardadlar ilə idarələrimizin hümmət əlləri bağlandığından millətə haqq ilə bir iş görə bilməyirlər. Məyər bu barədə çox aldanmışam? Məyər idarələr üçün bu qanun və qərar-dadları əvəz edən yalnız hökümət deyil imiş? Bəlkə bizim müqəddəs idarələrin öz xahişləri də o qanuna, o yumruqlara böyük səbəb olmuşdur? Burasını birinci komissiyada bir cüzi anladığım bu xüsusi şurada lap aşkar göründü. Müfti əfəndi və tərəfdarları bu maddəni bütün-bütün qaldırmaq caiz ola biləcəyini sazişli bir surətdə bəyan etdilər. Demək ki, əfradi-millətin heç kəsə zərəri olmayan xüsusi işlərini, arzu və vicdanlarını axtarması, daha türkcəsi, indiki polisin alçaq xidmətini üstlərinə götürməyi millətin intizar etdiyi əsil vəzifeyi-müqəddəslərinə tərcih etdilər. Anlaşıldı ki, camaatın boynuna vurulan əsarət zəncirlərinə səbəb yalnız hökumət deyilmiş, bəlkə bəzi vəreseyil-manbiya postlarındakı öz ruhani atalarımızda da iş varmış. Ey mehbani-millət! Ey aşiqani-insaniyyət! Bu günlərdə qulaqlara gələn səslərə diqqət ediniz, diqqət ediniz ki, hər tərəfdən nə cürhürriyyətimiz, nicatəngiz avazlar gəlir. Bir baxın ki, bir vaxt hürriyyətin dünyada ən birinci düşməni olan xristiyan keşişləri bu gün hürriyyət və haqq uğrunda nə fəryad qoparırlar. Hər yandan, hər camaatdan millət məclisini təbrik üçün bihəand teleqraflar yağır, lakin belə günlərdə, belə ümidli zamanlarda bizim bəzi ruhani atalarımız bir baxınnə iş görürlər! Erməni katalikosunun millət məclisinə göndərdiyi uzun teleqrafına müqabil bizim rəislərimiz bir baxın nə puç şeylər ilə məşğuldurlar? Hər kəs camaatın qüvvətinə ümid tutduğu, hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükləri halda, bir baxın bizim camaat rəhbərləri nə cür cəfəng, müstəbid, zülmlü qərardadlar ilə camaatın hürriyyətinə mane olmaq istəyirlər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yədullahü məəl-cəmaəte” hikmətini bizə minlərcə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqeti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirə-cəkləri yerinə, məqami-rəyasətden bizə belə misginanə vəz edirlər: “Ey mömün qardaşlarım! Cahil və təcrübəsizlərin sözlərinə aldanmayın, uşaq rəftarlarına inanıb arxayın olmayın! Mənim əziz qardaşlarım! Neçə yüz illərdən bəri davam edən bu əzəmətli hökumətimizin idareyi-müstəqilləsini zənn etməyin ki, dəyişir. Biliniz ki, hökumətimiz hər nə cür olsa da, yenə öz köhnə istiqlalını, əzəmətini itirməyəcəkdir. Mən təəccüb edirəm ki, nə üçün buralarını fikir etmirsiniz, ixtiyarınızı nə dəlil ilə zəif, aciz, kor, şil, keçəl-küçəl camaatın əlinə buraxırsınız. Bu fağır, aciz biqüvvət camaat nə bacara bilər, nə verəbilər ki, ruhani idarələrin ixtiyarını camaatın əlinə buraxıb öz əliniz ilə özünüzü boğmaq istəyirsiniz..?’ İştə budur, bu günlərdə bizim rəhbərlərin vəzləri! Budur ümidvar olduğumuz böyüklərimizin, ruhanilərimizin məsləkləri, budur katalikos əvəzindəkı bizim müqəddəslərin millətlərinə nəsihətləri! Ey qare! Daha nə yazım, daha nə ağlayım? Hərçənd bu barədə yazılan sözlər, ediləcək tənlər bütün-bütün. Amma kimə? İndi ey camaat! Mayın 24-də olacaq məclisin müqəddəsəsin belə olarsa, nəticəsi nə cür olacağını siz qiyas edin. Amma ey Ümidvar! Sən də adını “Ümidvar” qoyub bu qədər biümid olma! Dünya əsil həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixti-yara malik ola biləcəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdi-zülmlər bilmirlərsə, alimi rəbbanilərdəmi bilməyəcəklər? Yox, yox bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürəfamıza çox-çoxdur. Ümidvar “İrşad”qəzeti, 13 may 1906, № 113 * * * Qəbahət sizdə və bizdə “İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin. Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm: “Hadiyi-möhtərəm əfəndi! Buyurursunuz ki, “üləma islamın rükni-əzəmidirlər. Üləma avam camaata görə şəhərin hasarı və heyvanatın çobanı kimidir…” Bəli, əfəndim, bəli. Bunda heç şəkk yox ki, üləma həmişə hasar və çoban kimidirlər. Şəkk yox ki, şəhərin hər cür xoş və bədbəxtliyi hasarın dərəcəyi-mətanətinə, sürünün səlamət və həlakəti çobanın mərtəbeyi-dərayətinə nə tövr bağlı isə, camaatın səadət və zilləti də üləmanın suyi-məlumat və həmiyyətinə o surətlə bağlıdır. Əfəndim! Məqalənizin ibtidasındakı bu cür kəlam və qəziyyələrinizin nəticəsindən bunu çıxarmaq olur ki, “camaatın səadətinə üləma səbəb olan kimi zillətinə də yenə üləma səbəbdir”. Halbuki zati fazilanələri bu açıq nəticeyi-məntiqiyyənin ziddinə olaraq məqalənizin axırında “camaatın səadətinə üləma səbəbdir, amma zillətinə dövlətlilər” buyurursunuz. Halbuki bir camaatın səadətinə üləma səbəb olanda, zillətinə heç vaxt özgələri bais ola bilməz. Madam ki, bir camaatın rükuni-əzəmi, səbəbi-tərəqqisi üləmadır, şəkk yox ki, səbəbi-zilləti də yenə onlardır. Bəli, madam ki, şəhərin səlamətliyi hasardan, sürünün rahatlığı çobandandır, əlbəttə, xərab və pərişanlıqları da yenə hasar və çobandandır. Belə olmuyan surətdə gərək deyək ki, “sürünün rahatlığı çobandan, amma həlakəti özündəndir”. Belə isə Rusiyanın indiki idarəsi kimi mənasız bir şey olur. Əfəndim, buyurursunuz ki, “ruhaniləri məzur bilirəm. Onlar əhvali-üləmadan bixəbərdilər, səbəbi dövlətlilərdir. Haçan dövlətlilər ruhanilər barəsində əlac və tədbir etməkdə səy etdilər. Haçan dövlətlilərin xəyali-şəriflərinə düşdü ki, mədrəsələrə gedib tələbələrin əhvalından xəbər alsınlar? Zənnimcə, bu biçarə camaati-islamın zillətinə bais olan əvvəl dövlətlilər, sonra ərbabi-maarif, axırıncı dərəcədə ruhanilərdir”. Əfəndim, mən təsdiq edirəm ki, dövlətlilərimiz ruhanilərin qeydinə qalmırlar, lakin bu xüsusda mən də bunları məzur görürəm, zira dövlətli də olsalar avamdılar, avam camaatdan biridirlər, nadandılar, məzurdular. Onlar da sizlərə, bizlərə baxırlar. Onlar da avama dair işləri, tədbirləri elm sahiblərindən gözlüyürlər. Əlbət ki, üləma və ərbabi-maarif təhsili-elm üçün mədrəsələr, məktəblər kuşadı fikrində, tədbirində olmazlarsa, nadan dövlətlilər heç vaxt onun xəyalında belə olmazlar. Madam ki, üləmanı çobana, camaatı (dövlətlilər ilə bərabər) heyvanat sürüsünə oxşadırsınız, o halda nə haqqımız var ki, sürüdən çobanlıq gözlüyək? Biz yatdığımız, öz dərd və qarnımızın qeydinə olduğumuz halda dövlətlilər gəlib bizə deməyəcəklər ki, “İslam Quranı bilməyə, Quranı bilmək elm ve fənn bilməyə, elm ve fənn bilmək məktəb və mədrəsələr açmağa bağlıdır”. Demək ki, məktəb və mədrəsəsi olmayanın yainki rahat məişəti, bəlkə dini-imanı da ola bilməz. Buna görə də ey üləmalar, ey sahibi-maariflər gəlin həmiyyət edək, məktəblər, mədrəsələr qayıraq. Əlbət ki, belə tərğıb və təşviqlər ilə bərabər işə ürəkdən çalışmaq dövlətlilərin deyil, elm sahiblərinin borcudur. Heç rəvadırmı ki, biz öz borcumuzu özgələrdən gözlüyək? Əfəndim, buyurursuz ki, “haçan dövlətlilər mədrəseyi-ruhaniyyə bina etdilər?..” Bu sualınız müqabilində mən də cəsarətlə ərz edirəm ki, haçan elmin şərəfi ilə camaat arasında nüfuz və mal sahibi olan ruhanilər, maarifpərvərlər avam camaata və avam dövlətlilərə ürəkdən deyib çalışdılar ki, bizdən həmiyyət, sizdən qeyrət, gəlin zamana görə məktəb və mədrəsələr açaq? Alimlər haçan dedilər və özləri də baş çəkdilər ki; gəlin camaat, cəmiyyəti-xeyriyyələr qayıraq, arada itib gedən zəkat və fitrələri bir müntəzəm sandığa yığıb gərək olan vaxtda müstəhəqq olanlara verək? Alimlər haçan dedilər ki, elm və fənn təhsili ilə bərabər lame-halə öz namus və canımızı mühafizə üçün zəmanəmizin iqtiza etdiyi, qonşularımızın təsdiq etdikləri əsbabi-nicata təşəbbüs edək? Alimlər və sahibi-maariflər haçan Allah rizası üçün, camaat xatiri üçün bir işə can və dildən iqdam etdilər də dövlətlilər və avamlar, yəni camaat dallarından qaçdılar’. Heç vaxt inana bilməm ki, sahibi-elmlər boşsözləri “xala xətrin qalmasın” kimi çürük rəftarları buraxıb ciddi bir iş peşindən düşsünlər də camaat gəlməsin? Burasını da ərz edim ki, xəyal ilə plov bişmiyəcəyi kimi boş sözlərlə, quru vəzlərlə də iş görülməz. Ciddi iş görmək istəyən vaiz və sahibi-elm mütləq felən çalışmalıdır. Bir alim əgər söz ilə bərabər əməl ilə də çalışırsa, əcabə nələr, nələr vücuda gətirməz? Bir baxın Şamaxı kəndlərindəki əzəmətli məscidlərə ki, hər birisi 40-50 min manat ilə vücuda gəlmiş asari-əzəmiyyədəndirlər. Kimdir bunlan meydana gətirən? Kim olacaq, Allah rızası üçün çalışan Hacı Əbdülməcid əfəndi və onun təşviqi ilə pullarını məmnuniyyətlə bəzi edən avam camaat və avam dövlətlilər. Kimdir yenə Şamaxıda yeddi-səkkiz min manatla mükəmməl bir üsuli-cədid məktəbi bina edən? Yenə cənab əfəndi ilə camaat. Aya bu camaat yenə həmin deyilmidir ki, bundan əvvəl belə şeyləri yadlarına da gətirmirdilər. Aya bu camaat yenə cəmin camaat deyilmidir ki, Cümə məscidinin yanındakı faydalı gözəl bir mədrəsənin pərişanlığına uzaqdan tamaşa edib dururdular? Kimdir o asan-əziməyə səbəb? Şəksiz üləma. Kimdir sonradan mədrəsənin pərişan olmağına, camaatın nifağına səbəb? Camaatmı?.. Kürdəmirdə, Ağdaşda o gözəl məscidləri vücuda gətirən kimlərdir? Üləma və camaat! Sonradan pristavlar peçatladıb əbdullahı ibadətdən mən etdirən kimlərdir? Avam camaatmı? Yox vallah… Bakıda ünas məktəbinin güşadına, Şəkidə üsuli-cədid məktəbinin açılmasına mane olan kimlərdir? Bakıda bir neçə saatın içində mədrəseyi-ruhaniyyə üçün altmış min manat verən kimlərdir? Millətin ruhu hökmündə olan elə bir məhəli-müqəddəsin inşasını təxirə salan kimlərdir? Əfəndim, bunlara və bunlar kimi yüzlərlə hallarımıza baxanda islamın zillətinə bais əvvəl siz alimlər, ikinci biz, bir cüzyi oxumuşlar ərbabi-maarif və ən axırda dövlətlilərdir. Zəmanəmizin əksər alimləri (alim və rəb-baniləri haradan tapaq, əlbət ki, qəsdim adlı alimlərdir) öz dərd və qeydlərinin dalına düşdükləri kimi, ərbabi-maarifin çoxu da vaxtlarını klublarda, qumarlarda, içki və əyləncə məhəllərdə keçirməkdədirlər. Ağızlarından arabir çıxardıqları “vamillətə” sözləri dillərinin ucundadır. Əksər sözləri puçdur, quru siyahıdır. Millətə lazım olduqları vaxt yüz verst uzaqda qaçırlar. “İntelligentliyi” kraxmallı köynəkdən, başa şapka keçirməkdən, millətin ağır işlərində qaçmaqdan ibarət bilirlər. Avam camaatın qabağında nümunə olub millətə faydalı, ciddi bir iş görmürlər. Davaları, təfaxürləri, asıb-kəsməkləri ancaq dillərindedir, xəyallarındadır. Demək ki, camaat-islamın zillətinə səbəb avam dövlətlilər, avam camaat deyil, bəlkə ruhanilər və ərbabi-maarifdir. Xülasə, sizlər “bizim əlimizdən nə gəlir, boş deyib yazmaqdan qeyri…”dedikcə həmişə zillətdə qalacağıq. Binaəleyh siz quru duanı, biz boş deməyi buraxıb ciddi iş görməyə başlamadıqca heç bir işdən ümid gözləməməliyiz. Belə sözlərlə qəzet sütunlarını boş yerə doldurmaqdan savayı bir şeyə dəyməz. Xülasə, bizə dua və söz bəsdir. Siz də, biz də iş görməliyiz. İş, iş, iş… Ümidvar “İrşad” qəzeti, 24 may 1906, №21 * * * Tiflis, 22 iyun, Sübh Saat Səkkiz Şəhərdə hər tərəf qapalı. Heç bir tərəfdə tüccari, şəxsi bir hərəkət yox. Nə bir araba səsi, nə fayton gurultusu, nə qonka hərəkəti və nə də insan tərəddüdü var. Hər kəs bir yanda durub dəhşətli bir hadisəyə müntəzir. Deyəsən, bu gün bura əzəmətli Tiflis şəhəri deyil. Türküstanın sükunətli, amma qan qoxusu, hökümət zülmü gələn bir çölü! Bu günün gecəsində, göydən enən hürriyyət və ədalət mələkləri samai-təlqinlər ilə sabahın dəhşətli sükuniyyətini xəbər verdikləri üçün sübh tezdən bazara çıxmışdım. Şəhərin özgə yerlərindən hənuz xəbərim yoxdur. Lakin müsəlman bazarının ümumiyyətlə, qapalı olmağı, məndə hüzn içində bir sürür peyda etdi. Müsəlmanları hürriyyət və ədalət yolunda qonşuları ilə əl-ələ vermiş görüb, nəhayət dərəcədə şad oldum. Bildim ki, müsəlmanlar da bu gün mühakimələrinə qəti baxılacaq olan 27 fədai əsgərin asılmaqlarına “tətil” ilə kömək etmək istəyirlər. Məmnun oldum ki, müsəlmanlar daha əvvəlki kimi məvacibxor, biqeyrət abrazovannı və ruhani müsəlmanların fitnələrinə aldanıb insanlığın məşuqi-həyatvari olan azadəlikdən kənar durmayırlar. Ürəyimdə deyirəm: İlahi! Bu günləri də gördüm ki, müsəlmanlar öz xahişləri ilə, öz qanacaqları ilə dükanlarını bağlayıb vətənin həyati-siyasiyyəsinə, qonşuların hərakəti-hürriyyəti-pərvanələrinə qəlbdən şərik olurlar. Mən bu xəyalda idim ki, uzaqdan qulağıma gələn hürriyyət mahnısı, marselyoza havası ortalıqdakı sükutu pozdu. Mən belə dəhşətli sükut arasında marselyoza havasına əsla ümid etmədiyim üçün mat və heyran qaldım. Çox çəkmədi, qorxunc silah və əsgərlər ilə mühasidə edilmiş bir dəstə yavuqlaşdı. Məyər məhkəməyə asılmaq qərarını duymağa gedən 27 vətən qurbanları, Menqrelski polkunun müttəhim əsgərləri! Bu hürriyyət fədailəri ğayət şad və sürür içində həqiqətən millət xadimlərinə yaraşan bir igidliklə marselyoza havasını oxuya-oxuya qabağımızdan keçdilər. Bunların bu qəhrəmananə rəftarları bəzi adamlara, xüsusilə əsgərlərə əks-təsir edib bir çox mərhəmətli gözlərin yaşardığını gördüm. Günorta, tamam saat bir. Tiflisin ən izdihamlı – şənlikli olan Qolovinski caddəsindəyəm, guya burası şəhər caddəsi deyil, dava meydanının bir səmti. Ortada davaya müntəzir sükunətli bir hal, küçələrdə adam çox az. Faytondan, atdan əsər yox. Qulağa gələn ancaq əsgərlərin ayaq səsləri. Görünən yalnız tüfənglərin parıltısı. Buralarda hər yana baxsan əsgər, top, pulemyot, tüfəng gözə çarpar. Deyəsən, tamam bir dava meydanı! Bir yanda dəhşətli toplar düzülmüş, bir tərəfdə pulemyotlar hazırlanmış. O biri yanda kazaklar atəş açmağa müntəzir. Polkların biri bu yandan gəlir, o biri yandan gedir. Hətta əsgəri dairələrin damları üstündə əsgərlər əsgəri aynalar, durbinlər ilə ətrafı göz altında tutur. Gələni dayandırırlar, keçəni axtarırlar. Əlimdəki müsəlman qəzetlərini intibahnamə zənn edib məni də səkkiz dəfə dayandırdılar. Əziyyət verdilər. Bəli, toplar, pulemyotlar, vəhşi kazaklar hər tərəfə dəhşət salır, zəif qəlblərə qüvvətli görünürlərdi. Lakin mənə qüvvətli və dəhşətli görünən əsir halətində yaşayan cahil əsgərlərin çoxluğu, topların heybəti deyildi, bəlkə, bunca camaatın, bu əziz şəhərin bir vücud kimi səmayi-hürriyyətdən gələn ilahi bir qüvvəyə tabe olub ittifaq etməkləridir. Bu gün Tiflisdə on aciz çörəkçinin, hətta fağır suçunun “tətildə” iştirak edib hökuməti böyük bir qüvvətlə təhdid etməyi camaat qüvvətinin nə qədər əsaslı və davamlı olduğunu çox aşkar bildirirdi. Bu kimi tətillərin zahiri mənası az kimi görünürdü, amma mənən qüvvəti çox böyükdür. Bu gün ümumi Tiflis camaatı hökumətə açıqdan-açığa bildirdi ki, hamı camaat hürriyyət və ədalət tələb edənlər ilə bərabərdir. Bəli, bilindi ki, yüz yetmiş milyon miqdarında bir əzim camaat hökumətin hərəkəti-hazırəsini məhz zülm və vəhşilik hesab edib, bu cür idarədən narazıdır. Bilindi ki, bundan sonra camaat razı olmayacaq ki, hökuməti-zalimə hürriyyət tərəfdarlarını bir-bir yox edib yenə idareyi-müstəbidəni davam etdirsin. Xülasə, camaat bugünkü ümumi tətil ilə, camaat silahı ilə bildirir ki, əyər hökümət 27 vətən fədaisini bağışlamayıb boğazlayacaq olursa, camaat uzaqdan tamaşaçı olmayıb əllərindən gələn fədakarlığı sərf edəcəkdirlər. Bu saat ki, məktubumu qurtarıb poçta verəcəyəm, axşam saat səkkizdir. Bu vaxta qədər şəhər sükutluğunda davam etdi. Bundan sonrakı əhvalı sabah yazaram. Danışırlar ki, əsgərlərin mühakiməsi bir neçə gün davam edəcəkdir. Müttəhim əsgərlər mühakimə qurtarıncaya qədər məhkəmədə qalacaqlardır. Ümidvar “İrşad” qəzeti, 25 iyun 1906, № 149 * * * Dəvət və Təvəqqə Hamıya məlumdur ki, hökuməti-hazıra camaatın elm və ittihadsızlığına arxayın olub Dumam dağıtdı. Dağıdandan sonra da boş oturmayb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır. Nədən bu neçə milyon camaat bir cüzi heyətin əlində əsir və aciz olub? Ondan ötrü ki, camaatın çoxu bielm və xəbərsizdir, cəhalət səbəbinə öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz əlilə kəsirdə, səbəbini özgədən bilir. Adət etdiyi həqiranə məişətini, boynuna vurulan zülm boyunduruğunu haşa – Allah tərəfindən təqdir olunmuş zənn edir. Qəflət səbəbinə ərbabi-həmiyyətin təşəbbüslərinə sədd çəkir. Zalımlara kömək edir. İttihad və ittifaqa qəviyyən mane olur. Zalımlar da camaatın məhz qəflət və cəhaləti səbəbinə murdar pəncələrini, kəskin dişlərini fədakarani-hürriyyətin qəlblərinə qədər batırıb, açdıqları istibdad meydanında istədikləri təki oynayırlar. Yoxsa əyər camaat məlumatlı olub bir az ittihad etsə, ədibi-məşhur Əbdülhəq Hamid bəyin “Döxtəri hindü” nam kitabında dediyi kimi zalımı məhbubəsinin zülfilə boğdurmaq olar. Budur ki, bu halda ərbabi-maarifin çoxu zalımlar ilə, qılınc və bomba ilə yox, bilik və maarif qüvvətilə davaya çıxdılar. Bu vasitə ilə camaatı öz cəhalət və qəflətlərindən xəbərdar etdilər, öz çəkdikləri zülm və bəlaləri hekayə və təmsillər ilə bir-bir açıb göstərdilər. Bunun üçün ən birinci vasitə də təbii, camaat dili ilə yazılan xırda-xırda kitab və məcmuələrdir. Bəndənin fikrincə, digər səbəb üzərində olmaqla bərabər ən birinci vasitə səlamət və nicatı camaatı xırda-xırda kitablar ilə öz ağır və zülmlü məişətindən xəbərdar edib onları gələcək üçün hazırlamalıdır. Onları səlamət bir vasitə ilə öz ehtiyaclarını bildirib ümumi insaniyyət əfkarına şərik etməyə çalışmalıyız. Hər sürətlə olsa, çalışmalıyız ki, camaat istibdad idarəsinin zərərini, camaat idarənin xeyrini özü başa düşsün. Öz xeyrini, öz ehtiyacını özü tələb etsin. Soyuğun təsiri ilə bir kəs nə cur palto geyməyi hiss edib onu əldə etməyə çalışırsa, camaat da eyni bunun kimi ədalət, müsavat və hürriyyətin lüzumunu qanıb, ərbabi-maarif biliksizliklə bu qəflətdə qaldıqca, ümum camaata nisbətlə çox az olan ərbabi-həmiyyətin səyləri həmişə boşagedəcəkdir. Hər nə işdə olursa olsun camaatın köməkliyi mütləq camaatın öz qanacağı ilə, öz qəlbi, xahişi ilə olmalıdır ki, ondan bir səmər və nəticə gözlənə bilsin. Bunun üçün lazımdır ki, məyus və naümid olmayıb çalışmaq. Bugünkü səy və təşəbbüsün səmərəsini sabah və bir az sonra yox, on il, bəlkə, iyirmi, otuz il, hətta bir əsr sonra gözləmək surətilə çalışmalıdır. Dünyada ondan həmiyyətsiz bir adam olmaz ki, “mənim görə bilməyəcəyim və ya mənim çata bilməyəcəyim bir xeyir mənim nə vecimə ki, özümü tələf edib çalışam” – deyib bacara biləcəyi işdən əl çəksin. Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır. Bunun üçün də lazımdır ki, camaatı öz dili ilə başa salacaq xırda və ucuz kitablar çap və nəşr edilsin. Hamı əli qələm tutan ərbabi-həmiyyətdən təvəqqə edirəm ki, bu barədə bəndəyə kömək etməklə öz hümməti-milliyyə və insaniy-yətlərini izhar buyursunlar. Hər kəs bu müqəddəs niyyətdə iştirak edib millətə bir xidmət etmək istərsə bizim kənd və füqəra camaatının ağır məişətlərindən, istibdadi-idarənin zərərindən və bunlar kimi zəmanəmizin ehtiyac gördüyü məsələlərdən xırda-xırda, məsələn, səkkiz, on altı, iyirmi səhifə böyüklüyündə məcmuələr yazıb “Molla Nəsrəddin” və ya “Qeyrət”28 mətbəəsi idarəsinə göndərsinlər. Özlərindən yazmaq istəməyib tərcümə etmək istəyənlər öz adreslərini bizə bildirsinlər. Biz onlara rus dilində yazılmış xırda-xırda məcmuələr göndəririk ki, tərcümə edib bizə göndərsinlər. Biz hər kəsin kitabını öz adı ilə, öz xərcimiz ilə çap edib nəşr edirik. Hər sahibi-əsər və tərcüməyə 200 ədəd kitab göndərərik. Qalan kitabları kağız pulu çıxmaq şərtilə bir, bir yarım, iki qəpiyə satarıq. Camaatımızın indiki böyük və ciddi kitabları oxumadığı və qiymətli kitablara pul vermədiyi nəzəri-diqqətə alınarsa, bizim bu təşəbbüsümüz zənn edirəm faydasız olmaz. Açıq dil ilə xırda-xırda ucuz kitablar nəşr etmək üçün hər millətdən məxsusi heyətlər var. Yaxşı olar ki, Bakı və Gəncə kimi yazıçılar bol olan mərkəzlərdə bu cür nəşr heyətləri tezliklə vücuda gəlib millətin ən böyük, hətta top və tüfəngdən daha qüvvətli olan belə bir ehtiyacı – milləti dəfə xidmət etsin. Tiflisin halı bu cür işlərə indilik müsaid olmadığından “yüz söz və vəzdən bir iş və nümunə xeyirlidir” deyib, bir neçə xırda kitab tərcümə etdirməyə başladıq. Ümid ki, bu barədə hər əhli qələm məhz milləti-məzlumə və qəfiləmizə köməkliyi mənzurda tutub bizimlə həmrəy olarlar. Camaat arasında nəşr edilən yanlış xəbərlərə görə, burasını da artırmaq istərəm ki, məhz milli əsərlərin nəşrinə vasitə olmaq niyyəti-xalisəsi ilə güşad etdiyimiz “Qeyrət” mətbəəsinin bütün satılmaq və ya bağlanmaq xəbəri qətiyyən yalandır. Biz istərdik və yenə istəyirik ki, daha mükəmməl və daha vase bir müsəlman şirkəti vücudə gətirib “Qeyrət” mətbəəsini kamil bir islam mətbəəsi edək. Böyüdüb irəli gedək. Nəinki bütün-bütün yadlara satıb qolsuz-qanadsız qalaq. Əziz yoldaşım Abdulla Cövdət bəyindediyi kimi aləmi-əsgəridə qrup topu nə isə aləmi-mətbuatda mətbəə maşını elədir. Belə olduğu surətdə insafdırmı ki, müsəlmanların sifariş vermədiklərinə baxıb mətbəəmizi yadlara sataq. Bu olacaq iş deyil. “Qeyrət” mətbəəsi daha səy və qeyrətlə öz vəzifəsində davam edir və inşaallah da müsəlman qardaşlarımızın həmiyyətilə davam edəcəkdir. “Qeyrət” mətbəəsinin müdiri Ö.Faiq Nemanzadə “İrşad” qəzeti, 6 sentyabr 1906, №209 * * * Əzizin Cənazəsi Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar. Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər. Mərhumun xəncərlər ilə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən məlunə aparıblar. Əziz Məhəmmədoğlu qəssab idi. İşini namus və halal ilə görməklə bərabər camaat işinə də əl qatıb füqəraya kömək edərdi. Savad və elmsizliyi ilə bərabər qayət həmiyyətli, qanacaqlı, fəqir və kasıblar üçün fədakaranə çalışan igid bir cavan idi. Öz məsləki olan sosial-demokratlıq yolunda həqq ilə çalışıb, özlərini hamı Tiflis camaatına tanıtmış, şəci, riyasız, qorxusuz, doğruçu, insaniyyətli nadir bir vücu idi. Mərhum axır vaxtlarda Tiflis hamamlarında çalışan fəqir və kasıbların məvaciblərini artırıb bir qədər insanca məişət etmələrinə artıq mərtəbədə kömək edirdi. Və qoymurdu ki, özgələrin alın təri ilə keçinməyə öyrənən müftəxor xozeynlər əmələ və fəqirlərə zülm etsin. Rəvayət və mühakiməyə görə mərhumun öldürülməsi ilə hamamlar məsələsi arasında böyük bir rabitə varmış. Mərhumun cənazəsini avqustun 8-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb müsəlman qəbiristanına götürdülər. Cənazə alayı Voronsov küçəsindən keçib soldat və erməni bazarları ilə gətirildi. Cənazə keçən dəmlərdə bir çox gürcü və ermənilər də dükanlarını tamamilə bağlayıb cənazə alayına qoşulurlardı. Alayın keçdiyi küçələrdə dükanların çoxu bağlanmışdı. Mərhumu xəstəxanadan qəbrədək əl üstündə götürdülər. Tabutun üstünə çoxlu çiçək dəstələri qoyulmuşdu. Cənazə alayının keçdiyi küçələrdə tərəddüd bilmərrə kəsilmişdi. Cənazəni ancaq saat 2-də müsəlman qəbiristanına gətirə bildilər. Heyif, min kərə heyif! Böylə möhtərəm bir cənazə alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Hələ oxumuş və tacir qismindən ancaq dörd-beş həmiyyətli gəlmişdi. O gün cümə olmağa görə müsəlmanların dükanları qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi traktir və çayxanaları da qapayıb cəmiyyət təşyi-cənazəyə getməli idilər. Heyif ki, müsəlmana yaraşan tövrdə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfn gözləməyib qayıtdılar. Amma hər işin, hər vaxtın yolunu, səmtini bilən qədirşünas qonşu xristianlar ta dəfnin axırına qədər qəbiristanda səbir edib öz hörmət və insaniyyətlərini həqq ilə göstərdilər. Qəbiristana qədər gəlib insanlıq borcunu əda edənlərin içində bir çoxlu möhtərəm xristian yazıçıları, damaları, camaat və şəhər vəkilləri, xanım qızları da vardı. Dəfn edilən vaxtda türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər oxundu. Oxunan nitqlərin müxtəsər məzmunu böylədir: Əziz elm, pul və mənsəbcə böyük bir adam deyildi. Amma məsləki yolundakı qeyrət və sədaqətinə görə ən böyük adamlardan biri idi. Əziz ölmədi, müqəddəs məsləki yolunda yaşamaq üçün vücudi-zahirəsi aramızdan getdi. Əzizin adı, Əzizin ruhu həmişə xatirədə qalacaqdır, yaşayacaqdır. Əziz bir gün öləcək idi. Amma bugünkü kimi şan və şöhrət görüb həmişə diri qalacaqdır. Yoldaşlar! Əziz üçün ağlamayın. Çünki Əziz ölmədi. Əziz adi adamlar kimi torpağa basdırılmadı. Əziz camaatın qəlbinə məhəbbətlə girib orada basdırıldı, orada məkan tutdu. Əzizin ruhunu şad etmək istəyənlər ağlamasın, bəlkə Əzizin fəda olduğu məsləki yarıda qoymuyub onu itmamə çalışsınlar. Əzizin ruhunu biz o vaxt şad etmiş oluruq ki, əməlini, fikrini mühafizə edib davam etdirək. Əziz müsəlmanların içində, bu müqəddəs yolda birinci qurbandır. Müsəlmanlar belə əziz və şanlı qurbanlar ilə doğrudan fəxr edə bilərlər. Biz bu əziz qurban ilə daha ziyada anladıq ki, müsəlmanlar bu maarifsizlikləri ilə bərabər elmi-insaniyyətə, demokratlıq yoluna daha çox qurban verməyə hazır insaniyyət və füqərapərəst alicənab bir millətdir. Ümid “İrşad” qəzeti, 12 sentyabr 1906, №214 * * * Ağacı qurd içindən yeyər (2) Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir. Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı saat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda güllə-bazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm, polad ürək, əyyubi-səbir istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar. Kimdir Bakıda günün günorta çağında dəstə-dəstə bulunub bir-birlərinin qarnını yırtmağa çalışan? – Müsəlmanlar!. Kimdir Gəncə quberniyasında müsəlman kəndlərini soyub soğana çevirənlər? — Müsəlmanlar! Kimdir müsəlman-erməni davasının qarışıqlığında müsəlman igidlərini daldan vurub öldürənlər? – Müsəlmanlar! Kimdir Ağdamda axırıncı kilimini satıb nəvələrinə azuqə xərcliyi aparan beli bükük qoca müsəlman arvadını soyanlar? Müsəlmanlar! Kimdir Şəki, Şamaxı, Gəncə və qeyri yerlərdə, üsuli-cədid məktəblərinə mane olub bizi cəhalətdə qoyanlar? — Müsəlmanlar! Kimdir öz rəyasət və nəflərindən ötrü millətin qoyun yerində qalmasına çalışan sahibi-mənsəblər? – Müsəlmanlar! Kimdir Qarabağ, Tiflis, Bakı və qeyri yerlərdə aramızda çıxan tək-tük ərbabi-həmiyyəti min cür alçaqlıq və şeytanlıqla hökumətə zidd və müzur göstərib qələbənd və nəfy etdirənlər? – Müsəlmanlar!.. Kimdir əsasən, bir qardaş olan bir millətin arasına cürbəcür avam və axmaq pəsdanə adları ilə nifaq salıb öz xeyrindən ötrü iki qardaşı bir-birinə savaşdıranlar? – Müsəlmanlar! Ah!.. Hansı dərdimizi açsam, altından müsəlman fitnəsi, müsəlman barmağı çıxır. Hayana baxırsaq halımızdan lənət və nifrət yağır, hər nəyə ümid bağlayarsaq, axırı puç və pərişanlıq çıxır. Hər yanda cəhalət əjdahası bir hakim olub. Hər səmtdə nəfsani-qərəz, mənfəəti-şəxsiyyə, təbiəti-heyvaniyyə, cahilanə inad, bixəbəranə qürur ətrafımızı sarıb gözlərimizi qapamış. Beş-on müsəlmanın olduğu yerdə belə nifaq araya girib şəxsi düşmənçilik gözlərimizi kor etmiş. Aman yarəbbi, nədir bizi bədbəxt və pərişan edən bu tükənməz cəhalət! Belə yaşamaqdan isə… Zillətə, ömrə mürəccəhdir şərəfli bir məmat Ümmətə lazım deyildir böylə əfsürdə həyat. Hər yerdə bir-birimizin ayağından çəkirik. İgidlik və gücümüzü öz qardaşlarımızın başında sınayırıq. Öz-özümüzün arasında aslan, əjdaha oluruq, özgələrin yanında pişik və qoyundan da aşağı düşürük, özgələrin bizə zülm və həqarət etməyinə hamıdan artıq öz qanacaq-sızlığımız ilə köməkçi oluruq… Of!.. Daha nə yazım?! Halımıza, cəhalətimizə baxdıqca ürəklər parçalanır! Amma yarəbbi, bu daha nə idi? Xarici od və güllələrin arasında çaşıb qaldığımız belə həngamələrdə öz-özümüzü heyvanlar təki yeyib tələf etməyimizə daha nə ad verək! Yox, xəta etdim: nədən ötrü bizim təki vəhşiləri ağıllı və tərbiyəli heyvanlara oxşadıram. Xeyr, heyvanlar heç vaxt öz cinslərinin arasında bizim kimi bədrəftar, bədsənət deyildir. Kəndli olanlar əlbət bilirlər ki, at və öküz kimi heyvanlar çöldə düşmən hücum edəcəyi vaxt bunlar tez-tez arxa-arxaya verib öz tədbir və güclərilə özlərini həmişə mühafizə edirlər. Halbuki həqiqətdə biz o nifaq və qanacaqsızlığımızla bir-birimizin ayağından çəkib düşmənə bir növ köməkçi oluruq… Tfu, cəhalətin üzünə. Tfu, müsəlmanlığı xarab edən, müsəlmanları sərgərdan edən şəxsi-qərəzin kökünə. Bu günlər, bu dəmlər şəhərlərimizi, kəndlərimizi alt-üst edən xarici zülm və istibdad az olub kimi bir də özümüz öz əlimizlə öz vücudi-milliyyəmizdə qanlı yaralar açırıq. Halbuki belə bir vaxtda öz aramızda olan xüsusi ədavət və nifaqı buraxıb ittihad və iqtifaq gücü ilə aciz və pərişan olan müsəlman qardaşlarınızın köməyinə çatmaq bizə nəinki lazım, bəlkə də fərzeyindir, bəli! Cümlə gülzari-vətən məhv oldu istibdad ilə, Bizdən istimdad edər hər zərrə bir fəryad ilə, Keçməsin əyyamımız bühudə istimdad ilə, Pəncələşmək müqtəza qəddar ilə, bidad ilə. Zülmü istibdad dövrü, dərdü yas əyyamıdır, Arkadaşlar, can verək, can vermənin həngamıdır. Hər tərəfdə bir ənini-daimi cuşan ikən Adəmin övladına layiqmi qeydü hifzi-tən. Heyhat! Biz də şairin zənn etdyi hifzi-bədən qeydi ilə yox, öz-özlərimizi, bilməm nə deyim, nələr kimi tələf edirik, öz qanımızı yenə özümüz içirik. Uf… Bugünkü hər cür xarici, daxili müsibət və fəlakətimizi nəzərə alınca insanın beyni pozulur, ağlı çaşır, qələmi əlindən düşür… Ah, ay biçarə məzlum millət Nifaq və qərəz səni nə vaxta qədər bu pərişanlıqda saxlayacaq? Bir zəlami-kəsif ilə məstur ağlayır qarşısında vəchi-əməl, İnləyir sinəsində qəlbi hüzur münqəlib bir ənisi-yasə nəfəs Dəmidəm inləməkdədir ruhi. tən deyil, sanki bir şikəstə qəfəs Çırpınır onda ruhi-məcruhi, üzərində libası səd parə. Şərh edər qəlbi parə-parəsini, aralıqda fəqət o biçarə. Göstərər kainatə yarəsini, kimsəsiz bir yetimdir məzlum Ağlamaqda kəmali-yasindən. Ümid “İrşad” qəzeti, 13 sentyabr 1906. №215 * * * Vasiteyi-nicatımız nədədir? Bugünkü adətimiz, əfkarımız zaman və məkanımızın vəzi nəzərə alınarsa nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər sanıram. Hərçənd bir millətin tərəqqisi əsasən, ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə avropalıların tərəqqisi, ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın ən ümdəsi, bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır. Mənim bu sözlərimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülərlər. Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz nəzərinə o dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur. Amma həqiqətdə isə belə deyildir. İdareyi-ruhaniyyələr bizim yeganə şəri-məhkəməmiz, milliməclisimiz, icmai-idarəmiz, xüsusi kabinetimiz, müstəqil məşrutə-xanəmizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islami saxlayan da odur, batıran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiyə qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarənin millətilə olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmamışıq. Biləks həməvaxt öz zərərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmağına bol-bol müsaidələr etmişik. Odur ki, idareyi-ruhaniyyələrimiz bizə səlamətə çıxaracaqları əvəzinə bu gün başımıza ən böyük bir bəla və boyunduruq, tərəqqi və maarifimizə, hürriyyəti-vicdanımıza ən möhkəm bir sədd olubdur. Burasını bir az izah edək: bir millətin tərəqqisi yüz şeyə bağlı isə yüzü də ancaq məktəb və mədrəsədir və bunların yoldaşları olan minbər və vaizdir. Halbuki məktəb və mədrəsələrimiz qanunla ürfan idareyi-ruhaniyyələrimizin ixtiyarındadır. Demək ki, bizim vücud və ruhumuz idareyi-ruhaniyyələrin əlindədir. İndi nicat və ya fəlakəti-milliyyəmizə bu dərəcə mərbutiyyəti olan bir idarənin əhvalına üzdən bir göz gəzdirək. Görək belə bir əhəmiyyətli idareyi-milliyyə bizim üçün indiyə qədər nə iş görüb? Görək bu son iyirmi beş-otuz il içində bizim üçün neçə məktəb və mədrəsə vücuda gətirib? Bu və bunlar kimi bir çox suallara cavab şəkk yox ki, heç, tam mənası ilə heç… yenə də heçdir… Təfsili çox ziyada tul çəkən bu kiıni çigərsuz əhvalı buraxıb əsil mətləbə keçək. Zahirən məhz bizim üçün, biz millətin nəfi üçün təsis olunan idareyi-ruhaniyyələrin millətə vurduqları və vuracaqları təhlükəli zərərlərin əsil baisi kimlər olduğunu axtaraq. İdareyi-ruhaniyyələri öz keflərinə, öz istibdadlarına, özgələrin siyasi oyuncağı olmağına yol verənləri mülahizə edək. Bugünkü sui-idarələrini üləma yerinə üləmanüma bir parça cahil və heysiyyətsizlərin mənsəbi-aliyyəyi qəsb edib maarifi-milliyyəmiz arxını qurutmağa çalışmalarının əsil səbəbini nəzərə alaq… Ətraflıca nəzərə alıb mülahizə edəcək olursaq görəcəyik ki, idareyi-ruhaniyyələr barəsində nəzərə gələn hamı yamanlıqların, hamı müsibətlərin əsil və yeganə baisləri məhz bizik, biz camaatıq. Biz havaxt idareyi-ruhaniyyələrin nə olduğunu tanımaq istəmişik? Biz havaxt bu idarələri özümüzə mal etməyə, yəni öz milli idarəmiz olmağına çalışmışıq? Biz havaxt bu idarələrdən özümüzə gələn zərər və zülmləri dəf etməyə, onların əsil sirlərini axtarmaq zəhmətinə düşmüşük? Bir idarə heyətinin ki, nəsb və əzli bizimlə, bizim intixabımızla deyildir, ondan bizə nəf gözləmək özü yatıb özgədən nicat, ümid edənlərin puç xəyalına oxşar. Həyat və məmatımız xidmətinə bağlı olduğu bir rəis, bir qazı barəsində hüsn-şəhadət, həqqi-tərcih ki, qəsdləri, fikirləri məlum, bir para pristavların, naçalniklərin əlində, əzl və kənarları quberna-torların kefinə asılı ola, elə bir rəisdən, qazıdan, əzadan nə ümid edə bilərik və nə ümid etməyə haqqımız vardır. Bunlarla bərabər bir az da təbiəti-bəşəriyyəni nəzər-diqqətə alaq. Məlumdur ki, ümumiyyətlə, insanlar, xüsusilə elm və iqtidardan, həmiyyəti-milliyyədən məhrum olanlar əzl və nəsb sahiblərinə, böyük müstəbidlərə, güclü görünən sahibi-mənsəblərə boyun əyməkdən, tabe olmaqdan, onların xahişinə əməl etməkdən geri durmazlar. Bir rəis, bir qazı ki, millətindən bir kömək, ya bir zərər və qorxu ümid etməyə və millət nəzərində məsul olmaya, o hakim millətinə əlbəttə ki, bəhəqq xidmət etməz. Biləks, idareyi-ruhaniyyələr təşkil olunandan bəri bir çoxlu gözəl mədrəsələrimiz, minbərlərimiz bayquşlara məskən olub. Bir çoxlu qeyrətli üləmaların, həmiyyətli müdərrislərin yerlərini bir para cahil və əxlaqsızlar tutub. Hələ bu son zamanlarda idareyi-ruhaniyyələrin iltifatları sayəsində qazılıq və üzvlük kimi elmə, vüqufa, iqtidara bağlı olan ali mənsəblər elə cahillərin, bixəbərlərin əlinə düşübdür ki, ərəbcə o yana dursun, türkcə belə yazmaqdan acizdirlər. Halbuki həmin bu cahil və aciz sahibi-mənsəblərin olduğu yerlərdə nə qədər müqtədir, məlumatlı və həmiyyətli ruhanilərimiz var ki, kənarda qalıb (türkcəsi-alçaq və rüsvalıqla rəisləri məmnun edə bilmədiklərindən) bir loğma çörəyə möhtacdırlar. İdarələrə və qubernski məclislərə baxınız. Diqqətlə baxınız ki, qismətiməab cənab sədrlərin dairələrini kimlər əhatə edib? Görəcəksiniz ki, üzvün biri sədrin yoldaşı oğlu, sekretar əmisi oğlu və yaxud qardaşı oğlu, uyezd qazısı kargüzarçısının bacısı oğlu… və qeyri. Ya duxovnı mollalar? Ah, burasını heç soruşmayın. Bu başına döndüyüm qulluqda nəinki “elm”, bir balaca savad belə lazım deyil. O qədər ki, adı molla, özü bir-iki motal pendirə malik ola və ya canına qurban olduğum bir şeyxdən, bir ağadan “iltimas” kağızı gətirə biləcək qədər gözüaçıq ola, o yanısı asan…Ey əhli-insaf! Bilirsiniz idarə və məclis imtahanları maarifi milliyyəmizə nə böyük zərərlər, nə dəhşətli yaralar vurur. Duxovnı imtahanları bir neçə manatlıq zəhirmara endiriləndən sonra aya, kimdə elmə həvəs və qeyrət qalar, kim elmi-təhsil etmək istər? Əlbəttə, elm duxovnuluq üçün deyildir, vəsilədir, amma yemək, yaşamaq da istənilir. Kimdir aclıq və həqarət üçün ömür sərf edib oxuyan? Madam ki, məişət və elmi bir mənsəb bir neçə girvənkə yağ və pendir ilə ələ gəlir, kim dəlidir ki, mədrəsə günlərində çürüyüb elm təhsil etsin? Bir də idareyi-ruhaniyyələrin təhti-nəzarətlərindəki məktəblərə baxınız, baxınız ki, bizim bu yeganə milli və rəsmi məktəblərimizdə əcəba nə oxunur, kimlərdir dərs verənlər? Bu məktəblərdə oxuyub qurtaranları imtahan ediniz, görün kənd məktəblərində oxuyanlardan təfavütləri varmı? Binəva məzlum uşaqların ataları elə güman edirlər ki, nuri-çeşmləri Tiflisdə elm təhsil edirlər. Nə bədbəxtlik, nə avamlıq! Ya məscidlərimiz, minbərlərimiz? Of, burası daha yaman, daha acıqlı! Odur ki, dirilmək, tərəqqi etmək və hürr olmaq istəyən millətlər cümlə hakimlərin, vəzirlərin, hətta padşahların millət nəzərində məsul tutulmalarını qanunun ən birinci maddəsinə daxil etmək istərlər. Bunun üçün də mal və candan keçirlər. Siyasi məktəblər hələ bir yanda dursun, ruslar ilə həmməzhəb olan qonşumuz gürcülər ruhani idarələrini milli və müstəqil etmək üçün gecə-gündüz çalışırlar. Peterburqdan fərmani-imperator ilə gələn rəisi-ruhanilərini ümumən baykot edib, nəinki kəndlilər, hətta heç bir gürcü ruhanisi də rəis ilə görüşmür. Bu səbəblə binəva yalqız qalıb nə edəcəyini çaşırıb. Bu cənab Peterburqdan təzə gələndə bir neçə məclislərdə şiddətli nitqlər ilə elan edirdi ki, gürcülər üçün əlahiddə idarə mümkün deyildir. Halbuki indi qəzetlər ilə kəmali-təvazö ilə elan olunur ki, gürcülərin ruhani idarələrinə yaxın vaxtda Peterburqda baxılacaqdır, təvəqqe olunur ki, o vaxta qədər camaat rahət və sakit olsun. Demək ki, gürcülər də nicatlarını ruhani idarələrini camaat əlinə almaqda bilib bu barədə heç bir şey diriğ etmirlər. Qonşumuz ermənilərin halları isə məlum. Onların bu dərəcə tərəqqi və qeyrətləri idareyi-ruhanilərin çoxdan öz əllərinə keçirib onun sayəsində çalışmaqları ilə deyil də, nədir? Xülasə, böyük bir dövlətə tabe olan xırda millətlərin öz idareyi-ruhaniləri öz ixtiyarlarında olmazsa, o millət mövcudiyyətini heç vaxt saxlaya bilməz. Buna görə millətini, vətənini sevən cümlə müsəlmana fərzeyindir ki, cənab Əhməd bəy Ağayevin təklifini canü dildən qəbul edib Gəncədə bir məclis-millinin təşkilinə səy etsin. Əhməd bəy Ağayevə Alicənab! İdareyi-ruhaniyyələrin (idareyi-ruhaniyyələrimiz deməyə utanıram) islahı üçün Gəncədə bir məclis təşkilini ümumə həvalə edirsiniz. Çox gözəl, lakin camaatımızın, zəmanəmizin bugünkü halı ona müsaidə edirmi ki, bu müqəddəs əməlin hüsuluna hər kəs felən çalışa bilsin? Yaxşı olmazmı ki, Bakı kimi mərkəzdə bu işdən ötrü bir heyət təşkil edilsin. Bu heyət hər şəhərə dəvət-namələr yazıb vəkil intixabını təvəqqe etsin və Gəncədəki ümumi məclisin vaxtını təyin edib rüsxəti-rəsmiyyəsini alsın. Nemanzadə ‘‘İrşad” qəzeti, 9 oktyabr 1906, №237 * * * Məzlum ən böyük zalimdir Dünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir. Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular. Zatən çox çəkmədi; məktəb hökumətin ixtiyarına keçdi, müsəlman dərsləri azaldı, müsəlman dərsləri əhəmiyyətdən düşdü. Camaat əvvəlki rəğbətini kəsdi. Uğrunda hamının qurban olduğu camaat idarəsi əvəzində məktəbdə istibdadi-idarə hökm sürməyə başladı. Məktəb bir neçə il belə davam etdi. Lakin bu il, haqq və ədalətin meydana çıxmaq istədiyi bu il Şəkinin həmiyyət və maarifpərvərləri məktəbin belə davamı millət üçün böyük bir təhlükə və həqarət olduğunu qanıb məktəbi təzədən öz ixtiyarlarına almaq, diriltmək, böyütmək istəyirlər və bu niyyətlə bacarıqlı, məlumatlı, müqtədir bir müəllim də məktəbə götürürlər. Amma direktor ağanın keyfi gəlmir ki, müsəlmanca – camaatın xahiş etdiyi tək oxunmağa rüsxət versin. Görünür ki, direktor ağa qayda və qanunsuz öz ixtiyarına keçirdiyi “məscid” məktəbini çəngindən buraxmaq istəmir ki, camaatın müraciətinə müqabil belə biməna bir hökm göndərib: “Bu məktəb 1898-ci ildə camaatın öz xahişilə direktor idarəsinə keçibdir. Onu təzədən pozmaq olmaz…” Baxınız övladi-bəşər mürəbbisi olacaq mədəniyyətli direktorun bəhanəsinə, müstəbidanə hökmünə! Burada direktor ağadan soruşmalı: Cənab, madam ki köhnə qaydanı təzədən pozmaq olmaz, siz nədən ötrü 1898-ci ildə məktəbi camaatın ixtiyarında ola-ola alıb öz cənginizə keçirdiniz? Nə üçün köhnə qaydanı, bəlkə, qanunu pozdunuz? Təbii, deyəcəksiniz ki, “camaat xahiş etdi, mən də əməl etdim”. Çox əcəb. İndi də yenə o camaat xahiş edir ki, öz qədim haqlarını, ixtiyarlarını özlərinə aid edəsiniz, buna sözünüz nədir? Əgər belə açıq və sərih bir haqqı camaata verməzsiniz, onda aşkar demək istəyirsiniz ki: “Ay həqir müsəlmanlar, sizin əqliniz yox, bombanız yox, sizin cürətiniz yox, məsləkiniz yox, mən sizin nəyinizdəm qorxuram ki, xahişinizi əmələ gətirim, sizinlə öz keyfim nə gür istərsə elə rəftar edəcəyəm”. Bax, bu surətdə sizə heç bir sözüm yox, rəftarınızda, fikrinizdə haqlısınız, elə isə yenə gələk özümüzə. Kimdir müsəlmanlara bu dərəcə zülm edən? Kimdir bizi maarifdən, mədəniyyətdən uzaqlaşdırıb vəhşi, aciz buraxan? Kimdir məktəblərimizin olmamasına çalışıb dilimizi, dinimizi binaənəleyh varlığımızı itirməyə çalışan? Kimdir direktorlara, naçalniklərə, qubernatorlara bu mərtəbə cürət və yol verən? Xülasə, kimdir bizi bu günlərə, bu zillətlərə, bu əsarətlərə salan? Yalnız hökumət qulluqçularımı? Yox! İnanız yox! Ya kim? Kim olacaq, məhz biz, məhz bizim səfil, heyvani təbiətimiz, məhz həqarətə, zülmə, döyülməyə səbir edib boyun əyməyimiz, əziyyətə, korluğa, söyülməyə, əzilməyə, qorxmağa, qanacaqsızlığa öyrənib adət etməmiz, məhz bizim öz günahımız, öz qəflətimiz, bizlərə rəva görülən zülmləri, həqarətləri qanmayıb zalımlara, müstəbidlərə köməkçi olmamız, bizi ən ziyadə səfil və sərkərdan qoyanlara ən ziyadə məhəbbətlə itaət edib, yeri düşəndə kömək etməyimiz, özümüzə edilən zülmlərin zülm olduğunu qanmayacaq qədər korluğumuz, cəhalətimizdir. Budur ki, mürüvvətsizlər, rəhmsizlər də bizim bu qanacaqsızlığımızı, bizim bu korluğumuzu yaxşı qanıb məzlum başımıza olmayan oyunları oynayırlar. Bizi istədikləri təki öz məxfi qəsdlərinə, öz şeytanlıqlarına alət edirlər, öz əlimizlə öz ixtiyarımızı, öz məktəblərimizi qəsd edib bizi uzaqdan baxdırırlar. Demək ki, əsil zalım və günahkarlar zülm edənlər deyil, bəlkə zülmə, həqarətə səbir edənlərdir. Şəki camaatı nədən ötrü xahiş edir ki, məktəbin müsəlman müəllimlərini “direktor” təyin etsin? İyirmi min nəfər nədən ötrü bir yarım uçitelin məvacibini xəzinədən istəyir? Müsəlman müəllimləri nədən ötrü rəsmi(?) müəllim olmaq istəyirlər? O qədər camaat nədən ötrü gözləyir ki, öz “məscid” məktəblərində öz Quranlarını, öz şəri hökmlərini, öz dillərini oxumağa direktor ağa rüsxət versin. Onların bu cür biməna rüsxətlərini, amiranə hökmlərini gözlədiyimizdəndir ki, bu gün məscid məktəblərimizə də, ruhumuza da sahib olmaq istəyirlər. Bəsdir, bu qədər səbir, bəsdir, çəkdiyimiz bu qədər həqarət. Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək. Cənablar, biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyirik. Biz öz dilimizə, dinimizə məxsus olan məktəblərimizi özümüz idarə etmək istəyirik. Biz öz xahişimizlə rusca, firəngcə, nemescə oxuyub mərifətli, mədəniyyətli olmaq istəyirik. Biz istəyirik ki, bir para milli işlərimizi özümüz idarə edib bizim adətimizdən bixəbər olan cahil və zalım qulluqçular bizim başımıza bəla olmasınlar. …Bəli, vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və müsavat yolunda tökülən qanların səmaya əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər kimi qafilanə yatmayaq… Xülasə, məzlumluq ən böyük zalımlıq demək olduğundan belə bir alçaq təbiəti, bəsdir, üstümüzdən götürək! Nemanzadə “İrşad” qəzeti, 18 oktyabr 1906, №245 * * * Alınan azadlığı nə cür saxlamalı İran mücahidlərinə İstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar. Halbuki hürriyyət mücahidləri çox vaxt öz qanları bahasına aldıqları cüzi azadlıqdan sonra istibdada köməkçi olan xırda müstəbidləri özbaşlarına buraxıb onların qol-qanadlarını sındırmaq, mənsəb və dövlətlərindən məhrum etmək ədalətin təxir etdiklərindən və ya lazım bilmədiklərindən həmin müstəbidlər axırda hürriyyətin başına ən böyük bəla və dərd olurlar. Çünki idareyi-məşrutə bunların nüfuzi-hakimanələrinə, dövləti-qanunilərinə zərər vurduqlarından hürriyyət mücahidlərindən intiqam almağı bir an fikirlərindən çıxarmazlar, və hər fitnə və alçaqlıqla mücahidləri gücdən salıb köhnə idareyi-məlunanələrini qurmağa gecə-gündüz çalışırlar. Və çox vaxt məramlarına nail də olurlar. Bu barədə tarixdə misal çoxdur. Məsələn, Roma cümhuriyyətinin axır günləri, Sultan Məcidin mücahidləri və məşrutiyyət əleyhindəki qanlı planları, Rusiyada sellərtəki axan qanların, ziddinə istibdadın daha şiddətli, amma müvəqqəti bərpa olmağı, inqilab həngamında və ya inqilabdan sonra müstəbidlər əleyhinə göstərilən mülayimanə rəftarın, adilanə, insaniyyətpərvəranə hərəkətin namünasib olduğunu çox gözəl göstərir. Halbuki inqilabdan sonra istibdad tərəfdarlarına edilən zülm vəədalətsizlik mənafeyi-ümumiyyə naminə ən böyük ədalət, ən insaniyyətpərvəranə, ən məqbulanə tədbirdir. Osmanlı mücahidlərindən Əhməd Müdhət, Hüseyn Öni, Əhməd və Süleyman paşalar və Xeyrəddin əfəndilər və qeyri yoldaşlar Soltan Əzizi taxtdan düşürüb idareyi-məşrutəni təsis etdiklərindən sonra əgər həmrəy olub sarayi-şahanəni hürriyyət qurdlarından təmizlə-səydilər və nüfuzlu istibdad tərəfdarlarını gücdən salsaydılar, şəkk yox ki, Soltan Həmid o tezliklə alçaq həşəratı, mənfəətpərəst vüzəranı başına yığıb idareyi-məşrutə binasını o az vaxtda yıxa bilməzdi. Bununla bərabər, burasını da iztirab ilə təsdiq etməkdən keçməm ki, əksər sahibi-hökm və dövlətlilər kimi istibdadın təbii alətləri olan qüvvələrin çoxlu bulunduğu məmləkətlərdə qüvvətli və davamlı idareyi-məşrutə üçün əksər camaatın iştirakilə mütləq birəhmanə və qanlı inqilab lazımdır. Yoxsa Osmanlıda olduğu kimi beş-on kəsin fədakarlığı ilə alınan hürriyyət heç vaxt kamalilə davam edə bilməz, çünki hürriyyət və idareyi-məşrutənin dərəceyi-davami əfkari-ümumiyyənin dərəceyi-iştirakına bağlıdır. Bəli, azadlıq tələb edənlər, inqilabda iştirak edənlər nə qədər çox və qüvvətli olarsa, alınan hürriyyət də nisbətən çox və qüvvətli davam edər. Demək ki, istibdad tərəfdarlarının güclü olduğu məmləkətlərdə inqilabı meydana gətirən, azadlığı təsis edən mütləq əfkari-ümumiyyə olmalıdır. Amma İran inqilabı, İran məşrutəsi qanlı məşrutələrdən, çətin qeydlərdən azadədir. İranın torpağı, havası, camaatın istedadı nə cür özgə məmləkətlərdən, özgə insanlardan ayrı isələr, inqilabı da, məşrutəsi də öyləcə ayrıdır. İranda müstəbidlərin əmrinə, keyfinə tabe öz qardaşlarını öz əllərilə kəsəcək, öz xeyirlərinə kor-koranə mane olacaq qüvvətli və xain qoşun olmadığı kimi, İran üləması da qeyri məmləkətlərin ruhanisi kimi müstəbidlərin qolu, aləti-istibdadları olmadığından İranın inqilabı və məşrutəsi üçün ümumi inqilab qayda-qanunlarını axtarmaq lazım deyildir. Bu səbəblədir ki, İranın əfkari-ümumiyyəsi və maarifi-hazirəsi məşrutiyyəti təsis və davamə müsaidə olmadıqları halda,miqdarları az olan mücahideyi-hürriyyətin və üləmayi-həqiqətin qüdrəti can süparanələri sayəsində böyük-böyük işlər, təbəddüdlər, çox asanlıqla, yəni az qan tökməklə vücudə gəlir. Və o fədakarani-ümmət öz bədqeyrət rəvan əfkar-ümumiyyəni az vaxtda öz tərəflərinə cəlb etməkdə çox o qədər zəhməti-maneəlik hiss etmədilər. İranda məşrutiyyəti-hazirəni xoşlamayanlar və o binayi-müqəddəsi yıxmağa əl altından çalışanlar olsa-olsa, bir parça cahil və mənfəətpərəst hakimlər, dövlətli cahil mollalar, müftə yeməyi öyrənən xanlardır. İştə bunlar heç vaxt rahat oturmayıb müsavati-ədalətin özlərinə vurduğu zərərlə razı qalıb tamaşaçı olmayacaqlardır. Bunlar köhnə istiqlallarını geri almaq, məşrutiyyətin vurduğu zərərin intiqamını çıxarmaq üçün hər cür fəsad və hiylələrə müraciətdən bir an geri durmayacaqlardır. Bunlar bir-bir bəhanə edib “Ədalət” kimi qəzetləri, Təbrizin Milli Məclisi kimi ədalətxanələri yavaş-yavaş bağladıb köhnə istibdadı qayət hiyləli və politikalı vasitələr ilə bərqəar etməyə çalışacaqlardır. Hərçənd İran üləmasının fədakarlığı, onların hamiliyi İran camaatının üləmayi-həqiqiyə və mücahideyi-hürriyyətə olan meyil və məhəbbətləri və tərəqqiyə olan istedadları din, haqq və vətən düşmənlərinə pək o qədər də fürsət verməyəcəkdir. Amma bununla belə ehtiyat üçün o kimi xaini-vətənləri, düşməni-hürriyyətləri öz mənsəb və nüfuzlarından kənar edib haqlarında ədaləti-ümumiyyə naminə zülm və ədalətsizlik göstərilməlidir. Hürriyyətə mane olan ən xırda sədləri sındırmalı və gələcək fitnənin qabağını indidən almalıdır. Nemanzadə “İrşad” qəzeti, 21 noyabr 1906, №249 * * * Millətpərəstlik zamanıdır Hamı deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır. Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur. Xeyr, xeyr, camaatımız elm və hünərsiz isə də fitri alicənablığını, qədim adəti olan füqərapərvərlik, zəifnəvazlıq və təəssübkeşlik xasiyyət və qüvvələrini hənuz itirməmişdir. Ancaq uzun müddət yatmaq səbəbilə o gözəl qüvvələr uyumuş, sıxlanmış, paslanmışdır. Bu müvəqqəti uyuşuqluğu, bu çirkin pası götürmək, silmək isə o qədər çətin deyildir. Həqiqi üləmamızın, həmiyyətli ürəfamızın, qeyrətli müəllimlərimizin bir az vaxt millət dərdinə qalıb çalışmalarına, zəhmət çəkmələrinə bağlıdır. Bəli bir o qədər ki, camaat gözünün qabağında beş-on fədakar millətpərvər bulunsun, camaata Allah rizası üçün rəhbər və hadi olsun, daha o yanısı asan və müvəffəqiyyətbəxşdir. Bəli, hər yerdə tək beş-on canıyananımız, millət dərdi çəkənimiz olsun, o vaxt görəcəyiz ki, türklük o qədim füqərapərvərliyi, o fitri alicənablığı nə cür büruz edib nə möcüzələr göstərir. O vaxt görəcəyiz ki, islamın əmr etdiyi xeyir və ehsanat nə sayaq meydan alır. Bu barədə heç bir millət bizimlə müsabiqəyə girə bilməz. Bu həqiqət dəlilə möhtac deyildir sanıram. Əlcəzair, Suriya, Misir, Anadolu, İran, Türkistan və Əndəlisdə xeyir və ehsanat ilə vücuda gələn asari-əzimdən sərfi-nəzər otuz-qırx ilə əvvələ gəlincəyə qədər Gəncədə, Şəkidə, Şamaxıda, Batumda vücuda gəlib bu gün xərabəyə üz qoyan mədrəsələr, məscidlər, vəqflər, köprülər, arxların cümləsi iki-üç arxa əvvəlki atalarımızın, dünənki əcdadımızın xeyir və ehsanatı səmərəsi deyil də nədir? İstiladan sonra əxlaqımızın pozuqluğuna, gözəl milli adətlərimizi yaddan çıxarmağımıza, milli maarifimizi, qədim təhsilimizi tərk edib, daha doğrusu, tərkə məcbur olub tazələrdən də bixəbər olub ortada meymun kimi qaldığımıza baxıb əcdadımıza həmiyyət və qeyrətsizlik kimi dəni sifətləri nisbət vermək zehi insafsızlıq, zehi nadanlıqdır. Əcdadımız öz zamanlarının təqazası ilə ehtiyacına, əfkarına öz zamanlarının sərvət və qazancına görə çox böyük işlər görüb, xeyli vəqflər, əzəmətli məscidlər, mütəəddid mədrəsələr, dövlətli kitab-xanələr buraxmışlardır. Hələ əcdadımızın füqərapərvərliyi, hər kənddə, bəlkə hər evdə ayrıca füqərayi-qəriblərə məxsus otaq bulundur-maları, riyasız xeyir və ehsanları nəinki bizdə, bəlkə Avropada belə dastan olubdur. Bugünkü iyirmi-əlli minli tacirlərimizin yerində (hələ milyonçularımızı demirəm) əgər əcdadımızın ən tamahkarı olsaydı, görərdin ki, Şəkidə, Şamaxıda, İrəvanda, Gəncədə, Axalkələkdə (Bakını demirəm) nələr, nə əsərlər meydana gələrdi! Amma bu gün nəyimiz var? Bir Tağıyevdənsavayı hansı bir dövlətlimiz özbaşına bir məktəb, bir mədrəsə, bir kitabxanə vücuda gətirib? Füqəra camaatın pulu ilə, alın təri ilə dövlətlənən hansı bir bəyimiz, ağamız bir mədrəsə və məktəbə iki dikan və ya beş arşın bez vəqf edib. Hər tərəfə baxsan, müsəlmanların içində fəqirlik, nadanlıq, bacarıqsızlıq, məhkumluq son bir mərtəbəyə varıb. Hər yana baxsan, dövlətlilərimiz, bəylərimiz öz kef və mənfəətlərindən savayı heç bir şeyi fikir etmirlər. Qarabağ və Zəngəzur açlarının ahu fəryadları istər göylərə çıxsın, yetim, çılpaq balaların göz yaşları istər çaylar təşkil etsin, sahibsiz, hamisiz qalan anaların, bacıların irzi-namusları istərsə düşmənlərin təcavüzünə düçar olsun, heç kəsdə bir təəssübi-milliyyə, bir qeyrəti-diniyyə oyandırmır. Deyəsən islam aləmi şiddətli bir savuğa tutulub donub! Deyəsən islam aləmini bərk sehirləyiblər! Bəli, elə sehirləyiblər ki, məmləkətimizin, əzamızın biri və ya bir neçəsi kəsilib xarab olur, vücudi-millət zəifləyir də, yenə bizdə bir tərpəniş, bir oyanıqlıq görünmür. Deyəsən o kəsilənlər, o xarab olanlar bizdən deyil!.. Amma bunlarla belə yenə deyirəm: millətimizin fitri və xəlqi olan füqərapərvərlik xasiyyəti, xeyir və ehsanata olan meyili hənuz qayib olmamışdır. Bəlkə bir az uyuşub paslanmışdır. Bəsdir ki, bu pası silib o cövhəri-safı, o xasiyyəti-insanpərvəranəni meydana çıxaracaq hər şəhərdə camaatın qabağında beş-on sahibi- həmiyyət, fədakarani-millət olsun. Ol vaxt nə Şəkinin, Şamaxının, İrəvanın mədrəsələri xəraba qalar, nə məscidlərin minarələri sərni-kun olar, nə də Zəngəzur aclarının fəryadı ürəkləri parçalar. Yenə təkrar edirəm: bəli, təki avam camaatın başında onları təşviq edəcək beş-on həqiqi, fədakar üləmamız, həmiyyət və cürətli obrazovannımız, xeyir və ehsanat sahibi dindar, gerçəkdən Allahı tanıyan dövlətimiz olsun, camaatımız daldan gəlməyə, sözə baxmağa, iş görməyə hazırdır. Yapon-rus davası əsnasında bəzi üləmamızın, pişvalarımızın əl-ayağa düşüb ianə yığmaları heç yadımdan çıxmaz. Mən o vaxt mərhum “Şərqi-Rus” qəzeti idarəsində idim. Gün olmazdı idarəyə rus bahadırlarının, rus qoşununun mədhini mütəzəmmin mənzumələr gəlməsin. Həftə keçməzdi ki, rəisi-ruhaniyyələrimiz, sədaqətli bəylərimiz tərəfindən “Qırmızı xaç” mənfəətinə ianə siyahısı göndərməsin. Bu kimi kağızların çoxluğundan, müdirlərimizin onları dərc etdirməkdəki israrından o qədər təngə gəlmişdim ki, (nə yalan söylüyüm) çoxunu xətm olmuyaraq cırıb səbətə tökürdüm. Hələ ruhanilər tərəfindən yazılan xristianlığı həqq, bütpərəstliyi batil bildirən və bu münasibətlə Yaponiyanın məğlub ediləcəyinə fitvalar oxuyan o qədər kağızlar, hədyanələr alırdım ki, hiddətimdən başım ağrıyırdı. Amma ürəyimi ən ziyada parçalıyan bunlar deyildi. İki-üç qəpiklik mənfəəti-şəxsiyyəsindən ötrü ayəti-quraniyyəni xahişi təki çevirib camaatın hakimlərə qul kimi tabe olmaq lazım olduğunu yerlərə keçmədən isbat etməyə çalışan həyasız din düşmənlərinin kağızları idi. Bu cür mədh və fitva yazanlar qalsın ianə siyahısını göndərənlər öylə yadıma gəlir ki, ən ziyada müfti, şeyxülislam, Şamaxı, Şəki, Cavad, Göyçay fazilləri idi. İndi əsil sözüm bunda deyil. Bu xırda yaddaşımla burasını bildirmək istəyirəm ki, camaat üçün çox da vacib olmuyan “Qırmızı xaç” sandığına ruhanilərimizin, sədaqətli bəylərimizin tər-ğibi ilə ianə toplanırsa, dinimizin, insafimızın, mövcudiyyətimizin əmr etdiyi bir xüsusə – Zəngəzur aclarına ianə toplamaq çətinmi? Hardadır “Qırmızı xaç” sandığına ianə toplamaqla nami-sədaqət-pərvərliyini qəzetlərin başlarında yazdıranlar? Hardadır bu gün o mər-həmətli rəislər, qazılar, o sədaqətli, o səxavətli bəylər? Əcəba bu gün Zəngəzur aclarına ianə yığmaq, o bir sürü yetim uşaqların qanlı yaşlarını kəsmək, minlərcə çılpaq qocaları, arvadları bu qışın mərhə-mətsiz sovuğundan, qarnıdan qurtarmaq qədər savablı, mərhəmətli bir şey varmı? Avam, fanatik dediyimiz kasıb camaatdan “Qırmızı xaç” üçün ianə yığanlar əcəba ac və susuzluqdan qayaların dibində can verən bir aləm din qardaşlarımızı bir neçə loğma çörək ilə ölümdən qurtara bilməzlərmi? Yenə təkrar edirəm: camaatımız üləmaya, nüfuzlu bəylərə, sahibi-mənsəblərə o qədər mütidir ki, onlar əgər istəsələr, nəinki məcruhinə məxsus olan “Qırmızı xaç”, bəlkə kilsələrin qara xaçlarına belə bir vəsilə, bir tavil ilə ianə yığmağı bacararlar. Belə olan surətdə aya, onlar bacara bilməzlərmi ki, Zəngəzur mahalından göyə qalxan ahu fəryad buludlarını Qarabağı qırmızıya çöndərən göz yaşlarını bir cüzi mərhəmətlə sakit edələr. Ey füqərayi-kasibanin alın təri ilə dövlətli olanlar, ey millət səbəbilə sahibi-mənsəb və nüfuz alanlar, ey bu millətə pişva və ağa olmaq istəyənlər, ey ürəklərindəki bir cüzi mərhəmət və insafı olanlar! Zaman bu zamandır, zaman “insanlıq – müsəlmanlıq” zamanıdır, millət xadimi ilə hadimi bilinəcək zamandır, riyakar ilə xülusların, mərhəmətli ilə mərhəmətsizin, dindar ilə dinsizin, mələk ilə şeytanın bilinəcək zamanıdır. Belə bir zamanda vaxtı olub da ianədən qaçan, dil ilə yalançı təəssüflər ilə köməkçi görünənlər millətin ən şarlatanı, ən əxlaqsızı və ən mərhəmətsizidir. Lazımdır ki, hər kəs bəqədri-qüvvə malən və nəqdən ianədə bulunsun. Harada olursa olsun, kəndlilərdə ümumiyyətlə, pul azdır. Amma hər kəsin anbarında az-çox taxılı vardır. Müfti, şeyxülislam, qubernski qazılar bacara bilərlər ki, hər şəhərdə, hər obşestvada uyezdnı qazıların, məhəlli bəylərin, ruhani mollaların rəyasətləri ilə bir komissiya təşkil edib kəndlilərdən taxıl cəm etsinlər. Əgər işə diqqətlə can yandırılsa, kəndlərdə elə ev olmaz ki, bir put taxıl və ya on kilo ianə etməsin. Kəndlərdən yığılan taxılları aparmaq da kirayə pulu istər. Taxıl verə bilməyənlər yığılan taxılları araba və ya heyvan ilə daşıyıb ianədə bulunurlar. Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və millətpərəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı aclıqdan həlak olur. Bunların bu ciyərsiz həlakı isə bizi daha dəhşətli, daha təhlükəli həlakətə sürür. Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdılar. Halbuki bu bir aləm yetim balaların həyatını qurtarmaq gələcəkdəki təhlükənin qabağını indidən saxlamaq o qədər çətin bir zad deyil. Hərəmiz bir günlük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazanc və muzddan keçsək, həm ac qardaşlarımızı həlakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq. Qardaşlar! Həqiqi dindarlıq xüluskarı-millətpərəstlik, yetmiş il ibadətin bir saat xeyir və ehsanat etməklik zamanı bu zamandır. Gəliniz biz də əcdadımızın həqiqi nəvələri olduğunu bildirib türklüyümüzü, müsəlmanlığımızı isbat edək. Nemanzadə “İrşad” qəzeti, 1906, №282 * * * Dəryadan Qətrə Ən birinci müstəbid və düşməni-hürriyyət olan rus keşişlərinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinanə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlığa dəlalət edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 Oktyabr fərmanı indiyə qəbər olan siyasi və dini təcavüzlərə, zülmlərə, nəhayət vermək vədini təbşir etdi, amma ona da felən əməl olunmadı. Məktəb rəisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər bizə də ayrıca bir para şirin və yağlı vədlər etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illərdə ana dili ilə oxutmağı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçarə avam camaatı yalançı ümidlər ilə aldadıb yatırtdı, başına yaşdıq verdi… yuxlatdı. Bu gün o vədlərdən, o şirin sözlərdən əlimizə nə keçdi? Hansı məktəblərdə köhnə qaydalara zərrə qədər təğyir verildi. Hansı zülm və təzyiq üstümüzdən götürüldü? Biləks, Tiflisdə “realnı” məktəbinin müsəlman dərsi müəllimi çıxmağa məcbur edildi, Şəkinin məscid məktəbi camaatın əlindən qəsb edildi. İdarəyi-ruhaniyyələrin təxti nəzarətlərindəki məktəblərin ixtiyaratı təzyiq edildi. Hasili, hər yana baxırsan, yenə köhnə qaraltı, köhnə boyunduruq. Lakin bir o qədər var ki, bu dəhşətli qaraltının, bu ildırım saçan zülmətin içindən arabir zəif işıqlar, ümidli nurlar da görünür ki, onların bir də Tiflisdə birinci gimnaziyada mərhum Mirzə Seyfəddin Seyıdovunehtimamilə bünövrəsi qoyulan məscid otağıdır. Demək, hökümət bu il Tiflisdə birinci gimnaziyada müsəlman şagirdlərinə ibadətgah olmaq üzrə xırda bir “otaq” mərhəmət elədi. Bəli, mərhəmət elədi. Hərçəndi deyəcəksiniz ki, “bu elə bir böyük mərhəmət və ehsan deyildir, bundan 30-40 il əvvəl verilməli qayət təbii bir həqqi-məşru idi”. Həqiqətdə də belədir. Bu, bir vaqeyi-əzəmi və mərhəməti-alicənabanə deyildir, bəlkə əlimizdən alınan dəryayi-hüququmuzdan çar-naçar əda edilən bir qətrədir. Amma… amma hökumətin biz nadanlara, biz sadiqlərə rəva gördüyü məxfi politikasına, heysiyyət və hüquqi-şəkknayi-ədalətsizliyə görə, qayət xırda və adi olan bu mərhəmət bizim üçün görülməyən bir nemət, ruslar üçün əqlə gəlməyən bir müsaidədir. Daha bu gün belə Smirnovların, Miropiyevlərin, Lisinskilərin milli dilimizə, milli məktəblərimizə, bir sözlə milli mövcudiyyətimizə vurduqları yaraların acısı ilə sızlaya-sızlaya gimnaziyada “ibadətgaha” nail olmağımız əlbəttə ki, xarüqüladə mərhəmətlərdəndir. Daha doğrusu, mərhəmət və ədalətin olmadığı yerdə hər şeydir. Qorxunc və kəsafətli zülmətin bir səmtində peyda olan xəfif bir nöqteyi-ziyadardır. Bu səbəblə miskin və acizliyimizi etiraf edib buna da təşəkkür etməliyik. Amma əvvəl zəmanəyə və iqdamati-əhraranəyə, ikinci Varantsov-Daşkova təşəkkür etməliyik ki, vətəndaşımız, qonşumuz gürcülərin, ermənilərin xüsusi böyük-böyük milli ruhani məktəblərinə, bəyzadə təlimxanələrinə, yüzlərcə milli kilsə məktəblərinə müsaidə olanda, bizə də gimnaziyanın bir küncündə xırda bir “otağın” ibadətgah olmasına rüsxət buyurdular. Həqiqət, yoxdan yenə yaxşı, dəryadan yenə bir qətrə!.. Birinci gimnaziya müdiri məktəbdə məscidə təhvil edilən bir otağı dualamaq üçün dekabrın 6-cı günü şəhərin mütəşəxxislərini məktəbə dəvət elədi. Dəvət olunanlar saat birdə məktəbə gəldilər. Gələnlərin cümləsindən müfti, şeyxülislam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif müfəttişi, idareyi-ruhaniyyə əzası var idi. Gələnlər yüzdən artıq idi. Əvvəlcə məktəbin zalında bir azca istirahət edilib, sonra dar yollar ilə məscidə təhvil edilən otağa gedildi. Məscid dar, uzun 20-30 adamlıq bir otaqdır. Mədular məscidə daxil olan kimi cənab müfti məqami-minbərə keçib məscidin mübarək olmağı barəsində ərəbcə dua oxudu. Sonra əlindəki basına bir Quranı camaata göstərib məscidə hədiyyə edildiyini elan etdi. Bədəhu cənab şeyxülislam dualadı. Müxtəsər, duaları mütəaqib zala keçildi. Zalda cənab müfti üzünü çevirib imperatorun şəklinə xitabən qayət ixlaskaranə, ən ali mərtəbə sadiqanə, xariquladə calibi-nəzəri diqqət olacaq bir vəzi-mütəvazanə ilə ərzi-təzərrə və bəyani xülüskar elədi. Müftinin bu nitqində və məscidin bu kimi məktəblərdə lüzumi və buna əlavə olaraq türk dərslərinin artırılmağı barəsində heç bir söz deyilmədi. Nitq başdan-başa ixlas və sədaqətə and idi. Müftinin nitqinə, ixlasına, dərəceyi-nəhayətdə minnətdarlığına bir sözüm yox. Çünki həqiqətən o sözlərin cümləsi həqiqi və qəlbi idi. Buna görə əsli olmayan bir fikri-riyakaranəyi və məzmununa əməl olunmayacaq bir nitqi-hürriyyətpərvəranəyi dinləmədən isə əlbəttə ki, qəlbdən gələn sədayi-həqiqətini eşitmək daha xoşdur. Ayə, bizim millət rəislərinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüsümü hesab edir? Nə yaman adət, nə dəhşətli uçurum! Müftidən sonra cənab şeyxülislam məqami-münasib nitq oxudu və müfti əfəndinin hərəkatında iştirak etmədi. Bitərəf hərəkət etdi. Şeyxdən sonra Minasazov, şəhər rəisi münasib nitq dedilər. Axırda məktəbin türk müəllimi Məhəmmədağa Şahtaxtinski qayət məqbul və intizar edilən bir məzmunda uzun bir nitq oxudu. Məhəmmədağa dedi: “Vəd edilən hürriyyəti-məzhəbiyyəyə görə belə xırda şeylər bizim üçün qeyri-kifayətdir. Gərək biz də özgə millətlər ilə bərabər tutulub hər gunə haqq və ixtiyaratda müsavi olmalıyıq. Bundan sonra özgə hökumət məktəblərində yerli dillərə daha artıq əhəmiyyət və ixtiyar verilməlidir”. Oxunan nitqlərdən sonra cümlə əzayi-məclis hazırlanmış cürəbəcürə şirniyyat və məşrubat süfrəsinə oturdular. Qəhvəaltı edib saat 3-də dağıldılar. Nemanzadə “İrşad” qəzeti 15 dekabr 1906, №286 * * * Çinovnikilərimiz Dünyada adi və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və hər millətin öz xeyri, öz səlaməti üçün çalışmasıdır. Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, ümumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışsın. Zəmanəmizdə, hələ ki, insanların əksəri, bəlkə ümumi xudpərəst, qərəzkar, mənfəətpərvər, nəfslik qeydlərindən qurtarmamışdır. Dünyanın on mədəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada şiddətlə axan “mənfəət” selinə uyub getməkdədir. Kimi səy edir ki, öz millətinin uşaqları təhsili-elm edib öz millətinə xeyir versin. Kimi qeyrət edir ki, öz vətəninin, öz yerinin malı rəvac tapıb kəsbi-qüvvət etsin. Kimi iqdam edir ki, öz hökumətinə canisüparanə xidmət edib öz məqamını ucaltsın. Xülasə, hər kəs yaxşı-yaman çalışır ki, özünə, öz millətinə, öz vətəninə mənfəəti dəysin. Amma… Gəliniz görək bizim bəzi müsəlman çinovnikləri: bu bədbaxtlar fədakaranə, sadiqanə xidmətlərinin əksinə, hər gunə ümiddən, xahişdən, hər növ mənfəətdən məhrumdurlar. Bu Allahın qəzəbləri gecə-gündüz çalışırlar ki, bacardıqları qədər dilsiz müsəlmanların dərisini soysun, qanlarını sorsun və bu xüluskaranə xidmətlərinin əvəzində bəlkə bir cüzi mənfəətə və ya qulluğunun tərəqqisinə nail olsunlar. Lakin belə xüluslu xidmətlərinə müqabil bir duzsuz “malades”dən və ya beş qəpiklik paxır medaldan savayı əllərinə bir zad keçirə bilmirlər, bir mənfəət görə bilmirlər. Hətta elə çinovniklərimiz var ki, gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xüluskarlıq göstərsin, millətini rəzil və həqir etsin. Bununla belə, “müsəlmanlıq” adı yenə onları hər növ mənfəətdən məhrum edir. Ha deyirik ki, filankəs on beş ildən bəri qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min dilsiz müsəlmanı döyüb həbslərə salıblar. Müsəlmanların arasında partiyabazlığı, quldurluğu, avamlığı çoxaldıb, qədim milli maarifimizi belə kökündən kəsiblər, müstəbid hökumətə ən müstəbidanə, ən zalimanə köməkçi olublar. Hökumətin ən çətin, ən təhlükəli işlərini – müsəlmanların ziddinə olaraq, asanlıqla görüblər. Amma bunlarla bərabər, yenə duyuruq ki, filankəs yenə pristav və baş strajnikdir. Qərəz, bizim xüluskar çinovniklərin halları nəzərə alınınca dünyada bunlardan bədbəxt, bunlardan arada qalmış bir sinif görünməyir; nə özləri mənfəət görürlər, nə də millətə mənfəət verirlər. Bunlar adları müsəlman olmaq cəhətilə hökumətin nəzərində əhəmiyyətsiz və mənfur həmiyyətsiz olmaqları səbəbilə də millətin yanında üzüqara və müstəhləkdirlər. Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar. Vaxt olur ki, hünər öz ləyaqətli xidməti sayəsində hökumətin nəzəri-diqqətini cəlb edib, hüsn-əmniyyətini qazanır. Vaxt olur ki, millətin ən təhlükəli yarasını sarıb camaatı özündən məmnun edir. Hökumət və millətinə borclu olduğunu öz vəzifə və xidməti bitir, Öz hüququnu tanıyır. Bu səbəblə nə millətinə xidmət etdiyindən ötrü hökumətin qəhrinə düçar olur, nə də hökumət dairələrindəki mənsəb və hüquqdan məhrum qalır. Budur ki, ha eşidirik: erməni arximandritləri, incinerləri, doktorları, əksər erməni qulluqçuları millətləri barəsində cürbəcür xeyirxahlıqda, köməkçilikdə bulunurlar. Amma bizim müsəlman çinovnikləri tamamilə bunların ziddinədir. Millətə kömək etməkdən, camaat işinə qarışmaqdan o qədər ehtiyat edirlər ki, güya hökumət həmin bunları tutub Sibirə göndərəcəkdir. Və ya məişət dərdindən o qədər qorxurlar ki, güya qulluqdan çıxan kimi acından öləcəklər. Xüsusilə bizim qulluqçuların əksəri mərifətsiz bəylərdən, ləyaqətsiz ağalardan, həmiyyətsiz bir para işsiz qalanlardan ibarətdir. Budur ki, hər yerdə qulluqçularımızın əksəri (əlbəttə ki, əshabi-həmiyyətdən olan qulluqçularımız müstəsnadır) ilandan qaçan kimi camaat işindən, camaata kömək etməklikdən qaçırlar. Millətin dərdinə, ehtiyacına qalan məclislərimizə baxınız, baxınız ki, orada o qanuni-şəri olan bir məclisdə neçə çinovnikimiz var? Hələ çinovniklərimizin bəzisi o qədər bihəmıyyət, biqeyrət və binamus olurlar ki, millət işinə qarışmamaqdan ötrü öz müsəlman adlarını çevirib… Alikonoviç. Raximoviç edirlər və beləliklə, guya müsəlmanlıq çirkini üstlərindən tullayırlar. Çinovniklərimizin bir qismi adlarını çevirməyirlərsə də, milli məsləklərini çevirib müsəlman məhəllələrindən, müsəlman cəmiyyətlərindən qırx fərsəx uzaq qaçırlar, halbuki millətin bugünkü günlərində tarixi-milliyyəmizin bu ən həqarətli dövrlərində ümumimizin, xüsusilə füqəramızın maddi və mənəvi düçar olduğu bu fəlakətli zamanlarında hər kəs: tacir, bəy, ağa, qulluqçu bəqədri-qüvvə çalışıb kömək etməlidir, kömək etməyi hər kəs ən birinci borcu, ən müqəddəs insanlıq vəzifəsi bilməlidir. Xülasə, vaxtımız, vəziyyətimiz bunu təqazai-əmr edir ki, hər kəs ki, dövləti, nüfuzu, qüdrəti, bacarığı ola-ola şəri və ictimai olan milli işlərdən boyun qaçırır, icmai-ümmətin, mənafei-həyati ilə millətin ziddinə rəftar edir, mənsub olduğu camaata xeyir vermir, bu kimiləri özbaşlarına buraxmayıb hər növ olsa, məcbur etmək lazımdır ki, camaat xeyrini, camaat dərdini nəzərə alsınlar və millət işlərinə qarışsınlar. Özlərini, öz xeyirlərini, öz milli şərəflərini, öz din və namuslarını tanısınlar. Ümidvar “İrşad” qəzeti 26 dekabr, 1906. № 293 * * * Açıq Sözlər Son dərəcə hürriyyətpərvər olan “Molla Nəsrəddin” məcmuəsi bir paralarının məslək və təbiəti-müstəbidanələrinə xoş gəlməyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bədəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və hətta ədalətsiz hakimlərin şəkillərini çəkib istehza edən bir məcmuənin oxunmasını həram edib, camaatı köhnə qaranlıq və əsarətdə buraxmağa çalışırlar. Və hiddətlənib ətraflarına “təkfir” qığılcımı saçırlar və bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər. Lakin zəhi qəflət! Bunlar nahaq zəhmət çekirlər. Saçdıqları “təkfir” qığılcımları özlərini və öz istibdadına tabe bir para biçarələri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir dərəcə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə millətlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikləri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləm-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət seli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən iki-üzlü mollaları, kütahbeyin mühərrirləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zalım əmirləri, köhnə adətləri yıxıb özgə bir aləm vücuda gətirməkdədir. Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökümətə itaət etmək, iki qəpiklik mənfəətə səcdə edən “üləma”ya qul olmaq, fağır və kasıbların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinlər ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq “küfr və zəlalət”dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milləti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəkdir. Bunlar gərək burasını biləydilər ki, sözün təsiri felə bağlıdır. Məsələn, əl altından məktəbi yıxmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asma-yacağı kimi indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milləti əsarətdə saxlayanların sözləri də öz dəstələrinin dairəsindən irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünki camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rəyasət və mənfəətləri üçün çalışanları qanmağa başlayıbdır. Əgər bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyyəmizi, zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı… Mən elə zənn edirəm ki, belə şəxslər özlərinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yazanları “kafir” nəzərə verməklə əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayın olsunlar, heç kəsi keyfi və qərəzi hökmlərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamın cəhalətindən istifadə edib ərbabi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər… Mən fikirləşsinlər deyirəm. Amma görünür ki, bunlar öz dəstələrinin zoru ilə söz danışmaq istəyirlər ki, qəzet müdirlərinin həmləsini bir az xarici dili oxumuş güman edib, övladi-millətin xarici məktəblərə getməyini nəhy buyururlar. Əvvəla, bilmirəm bunlara bu hökm fərmanı və bu cürəti kim verdi? Bu fərmanı verən adam gərəkdir ki, istirahətindən, təzə tikdirdiyi evdən əl çəkib millətin qabağına düşüb hökumətdən milli məktəb və mədrəsələr tələb etsin, hər yerdə bir rüşti, edadi və ali məktəblər bina etdirsin. Ondan sonra buyursun ki, “xarici məktəblərə övladınızı verməyin”. Qaldı ki, xarici məktəblərdə oxumağın millətə xeyrindən savayı heç bir zərəri yoxdur. Dinindən dönən, millətinə xəyanət edən mollalardan da vardır. Halbuki xarici məktəblərdə oxuyanlardan heç biri yoxdur ki, dönüb “babı” olsun. Amma babı olanların çoxusu mollalardan, seyidlərdən, sırf müsəlmanca oxuyanlardandır. Osmanlıdan, Yaponiyadan, hər il Avropaya bir çox şagird gedir. Onlar ikmali-təhsildən sonra qayıdıb vətən və millətlərinə böyük-böyük xidmət edirlər. Amma xəyanət edənlərin çoxu xarici dərsi oxumayıb sırf müsəlmanca təhsil alanlardır. Müsəlman ruznamələri müdirlərinin çoxu öz dillərini, öz şəriətlərini, öz ədəbiyyatlarını xarici dillərdən daha yaxşı bilirlər. Hətta bəziləri xarici dilləri heç də bilmirlər… Xülasə, “mən özümə söz verməmişdim ki, bundan sonra camaatın işinə heç vaxt qarışmayım” deməklə millət hamisi olmağın arasında böyük ziddiyyət var… Əcəba, bir xırda şeydən ötrü inciyib millətin-işindən qaçanlar nə adla özlərini xadimi-millət adlandırırlar? Bu rəftardan apaşkar anlaşılır ki, bunların işi məhz öz şəxsi və qədimi qərəzlərini büruzə verib avam camaat arasına fəsad salmaqdır. Hicab məsələsini əllərində bəhanə edib camaatı mətbuat və qəzetlərdən soyutmaqdır ki, yenə köhnəki kimi onların keyf və qərəzlərinə kor-koranə qul olsunlar. Amma nahaq yerə zəhmət çəkirlər. Camaat dəxi onların zənn etdikləri kimi kor deyil. Mətbuatın niyyəti-xalisəsini də qanar, onların nədən ötrü əl-ayağa düşdüklərini də. Nemanzadə “İrşad” qəzeti, 5 iyul 1907, № 104 * * * “Molla Nəsrəddin” bağlandı Cümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranlarınhiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır? Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyətlərə sükutla tamaşa edirlər… Mən bu cür xəyalatda ikən balkonda ayaq səsləri çoxaldı. Getdikcə şiddətləndi, şaşqa şıqqıltısı qaba ayaq səslərinə qarışdı. Yerimdən durdum, qapını açıb gördüm ki, bir sürü polis bizə doğru gəlir. Mən özüm-özümə dedim: genə bir müsəlmanın, bəlkə millət atası adını qəsb edən bir müsəlmanın danos şəridir. Danos şərlərinə çox düçar olduğumuz üçün pristava gülə-gülə dedim: “Genə nə var?” Dedi: “Bir zad yox, ancaq qubernator buyurur ki, “Molla Nəsrəddin” idarəsi və “Qeyrət” mətbəəsi bağlansın”. İndilik çarə nə: Ağa deyir sür dərəyə, sür dərəyə. “Molla Nəsrəddin” bağlandı, lakin mətbəəmiz öz işinə davam edir. Ertəsi günü senzur idarəsinə gedib şikayət elədim ki, nə səbəb ilə (jurnalı) bağladıbsınız? Təəccüb edib dedilər ki, heç bir zaddan xəbərimiz yox. O saat bildim ki, məsləkimizi hökumətə müzürr göstəribdir. Bildim ki, millətin heç bir dərdinə, heç bir ehtiyacına hərgiz baxmayıb, danosbazlıqla hökumətə xidmət göstərən yalançı millətçilər kimlərdir. Bildim ki, maarif ağacımızı içindən yeyən yenə öz qurdumuzdur. Bildim ki, millətimizin hüququnu payimal edən, millət qəlbini kəsməyə çalışan baltanın sapı yenə bizdəndir. Bildim ki, müsəlman donundakı islam xainləri “Molla Nəsrəddin”in 22-ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islamı qapıb yeməkləri barəsindəki şəkilləri əldə dəstavuz edib “Molla Nəsrəddin”i hökumətə asi göstərən alçaqlar nə cür müsəlmanlardır. Bildim ki, 22-ci nömrədə 3-cü səhifədə, birinci sütunda yazılan “amma heç kəslə dava eləməyibsiniz ki, niyə müsəlman qızlarını uruslaşdırırlar” fəryadını bir özgə dona geydirib xuliqanlıq edənlər bu cürə bir həqiqəti deyənləri hökumətə asi göstərib millətinə xəyanət edənlər hansı xainlərdir. Qoy bu cəhalət babaları iki qəpiklik mənfəətləri, üç günlük şöhrət və rahatlıqları üçün hər növ xainlik, hər qisim həlqeyi-həqarəti boyunlarına keçirib bir neçə gün ömür sürməyə çalışsınlar. Qoy beş-on avamın xatiri üçün həqiqət və hikməti inkar etsinlər! Camaatı köhnə qəflət və qaranlıqda saxlamağa bəzl-şeytanat etsinlər! Lakin bu bişüur müstəbidlər, bu islam şəriətini əllərində oyuncaq edənlər burasını heç fikir etmirlər ki, belə bir vaxtda bu cür alçaq qulluqlar ilə milləti aldatmaq olmaz. Bu qədər şüurlarıdamı yox, bilələr ki, hürriyyət və müsavatı ümumiyyətə, istənilən belə bir vaxtlarda həqiqət və maarif selinin qabağına danosbazlıq ilə durmaq olmaz. Biçarələr elə güman edirlər ki, “Molla Nəsrəddin” bağlanmaqla onların eyibləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az maarifimizlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar. Bixəbər və qafil danosçu gərək biləydi ki, həqiqət ilə köhnə cahilanə adətləri fərq edənlər, şəriəti həqiqeyi-adətə qarışdırmayanlar getdikcə çoxalmaqdadır, dəxi bir para cahillərin, nadanların xatiri üçün həqiqət fəda edilməyəcək. Bu gün “Molla Nəsrəddin” bağlandı, amma “Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanmayacaq. “Molla Nəsrəddin” müdiri və mühərrirləri çoxdan söyülməyi, bağlanmağı, nadanların tənə və töhmətini və xurafatpərəstlərin küfrünü gözünə almışdır. “Molla Nəsrəddin”in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsuratımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyyə mane olan öz cahilanə adətlərimizə acı-acı gülüb millətin səadətinə çalışmaqdır. Binaəleyh heç bir təhdid, danosbazlıq, bağlanmaqlıq “Molla Nəsrəddin”in bu əzm və məsləkinə mane olmayacaqdır. “Molla Nəsrəddin”in müdiri-möhtərəminə vəkalətən həqiqətpərəst müştərilərə kamali-cürətlə ərz edirəm ki, ‘Molla Nəsrəddin ”in yenə özü və ya onun əvəzi yaxın vaxtda mövqeyi-intişara qoyulacaqdır Ömər Faiq Nemanzadə “‘İrşad’ qəzeti, 13 iyul 1907, №110 * * * Bizə hansı elmlər lazımdır? Cənab Axund Əbuturabın “Bizə hansı elmlər lazımdır?” məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzrətləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acizlərin əlavə məqalələri onu təkrardan qeyri bir fayda verməz. Burasını bilə-bilə, bu barədə yenə bir neçə söz söyləməyə məcbur oldum, çünki cənab Axundun bəyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib rəğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılsa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram. Bəli, həmin məsələ ərbabi-maarif arasında nə qədər çox yazılsa və nə qədər münaqişə və mücadiləli olsa, həqiqətə ol qədər yaxınlaşılmış olur. Hələ bu yolun tikanlarından, töhmətlərindən, küfrlərindən qorxmayıb bir az irəli gedilsə, xeyli düyünlər, qaranlıq nöqtələr, şəriətə bürünmüş xurafat və cəfəngiyat daha tez görülüb açılmış olur. Axund Əbuturab cənabları deyir: “Yazıçıların yazdıqlarından belə məlum olur ki, onların məqsudu elmdən, şəriət elmindən masiva elmlərdir…” Bəli, Axund cənabları yazıçıların yazdıqlarından və “utlubu-l-elm və lau bi-s-sin”dəki “elm”dən məqsud mütləq şəriət elmindən masiva olan elmlərdir. Əgər sizin dediyiniz kimi, elmdən murad yalnız “elmi-şəriət” olsa idi, heç vaxt “utlubu-1-elm” deyilməzdi, bəlkə “utlubu-1-fiqh” buyurulardı. Çünki şəriət istilahınca elmi-şəriətə mütləq “elmi fiqh” və ümumiyyətlə, bilməyə “elm” deyilir. Necə ki, ayati-kərimə və hədisi-şəriflərin çoxunda da elm və fiqh sözləri ayrı-ayrı zikr olunubdur. Hətta cənab Axundun özü elmdən məqsəd elmi-şəriət olduğunu isbat eyləmək üçün: “Cahada getməyənlər din məsailində təfəqquh etsinlər” ayətini dəlil gətirir. Halbuki həmin ayət Axundun əqidəsinin çürük olduğunu çox gözəl isbat edir. Çünki ayətdə açıqdan buyurulur ki, “təfəqquh” ediniz, yəni elmi-şəriəti öyrəniz. Şəkk yox ki, burada “təfəqquh”dan məqsəd elmi şəriətdir. Özgə sayaq da ola bilməzdi. Tarixi bilənlərə məlumdur ki, ol vaxtın davalarında bir tərəf cümlə əsir və ya şəhid ola bilərdi. Belə təqdirdə elmi-şəriəti, yəni fiqhi yaxşı bilən əshabın cümləsinin birdən davaya getməkləri təzə zühur edən bir dinin nəşri nöqteyi-nəzərincə, camaat və məmləkət idarəsincə yaxşı deyildi. Lazımdır ki, fiqh üləmasının bir qismi davaya getməyib camaat arasında din və dünya ümurinin icrasına mübaşir olaydı. Dəxi burada “təfəqquh” yerinə “təəllüm” buyurulmazdı. Belədə, sülh vaxtlarında buyurulmazdı ki, elmi-şəriət öyrənmək üçün: “Öz yaxın üləmanızı buraxıb Çinə qədər gediniz”. Halbuki o vaxtlarda ərəblərin ülumi-əqliyyəyə, sənət və hünərə ziyadə ehtiyacları olduğundan və o zamanda da Çində sənət və mərifət ziyadə olduğundan ülumi-əqliyyə və sənayenin təlimini və Çinin uzaqlığını nəzərdə tutub həzrət peyğəmbərin: “Utlubu-1-elm və lau-bi-sin” buyurmağı çox təbii idi. Hər halda “fiqh”dən məqsəd elmi-şəriət, “elm”dən məqsəd də məhz ülumi-əqliyyədir. Dəxi, “elm” və “fiqh” sözlərindən məna, məqsəd o qədər açıqdır ki, bunun ziddinə getmək göz-görə inadlıqdır. Burasını keçəndən sonra, islamda şəriət elmi musəvi və isəvilərin qarışıq və anlaşılmaz olan şəriət elmləri kimi deyil ki, uzun-uzun təvillərə və təfsillərə möhtac olsun; xüsusilə vəkti-səadətdə və xəlifələr zamanında şəriət elmi o qədər sadə, o mərtəbə açıq vəbəsit idi ki, onu öyrənmək üçün uzun zəhmətlər, uzun vaxtlar əsla lazım deyildi. Hətta islamın ibtidai zühurunda şəriət elmi hər kəsin qanacağı, tezliklə anlayacağı bir sadəlikdə olmağı və müsəlmanların zahirən hüsn-əxlaqlı bulunmağı səbəbdən idi ki, ol zamanda öz xahişlərilə, öz qənaəti və vicdaniyyələri ilə islama daxil olanların əddi ağıllara xibrət verirdi. Tarixçə məlumdur ki, islamı bidayətində o dərəcə böyüdən, rövnəqləndirən islam əqaid və ehkamının məhz əql və təbiəti-bəşəriyyənin tezliklə qəbul edəcəyi bir sadəlikdə olmağı idi; “zəmanəyə görə” insanları maddi və mənəvi xoşbəxt edəcəyi bir yolda olmağı idi. Amma vəqta ki, əqaidi-islama qeyri məzhəb münəqqidlərinin xilafi-əql rəvayətləri, cahilanə adət və xurafatları daxil olmağa başladı, əqaid və ehkami-islam izrahi-həqq bəhanəsilə uzun-uzun təfsirlərə düçar oldu, elmdən məqsəd şəriət elmi dinləməyə başlandı, ol zamandan etibarən islam rövnəqdən düşməyə, müsəlmanlar xar və zəlil olmağa başladı. Fikrimizi bir az açıq söyləyək. İslamın ərəblər arasında ibtidai zühurunda və müəxxərən müxtəlif qövmlərin islamı ibtidai qəbullarında əqaid və ehkamın açıq və sadəliyi sayəsində müsəlmanlar gözəl əxlaqlı, mətin qəlbli, azad fikirli, doğru sözlü, tərəqqipərəst, insana dost, ədalətli, ülumi-əqliyə mühibbi və bəlkə xadimi olduqlarından az vaxtda dünyanın yarısına sahib birər hökumət təşkil etdilər və bu hökumətlər islamın əsasını, sadəliyini mühafizə etdikləri müddətcə şövkət və əzəmətlərini də mühafizə etdilər; onlar bu hökumətləri, bu cahangirlikləri qılınc zoru ilə böyük məmləkətləri fəth etməkdən artıq, ədl və mərhəmətlik tərəqqilə xırda qəlbləri təsxir etməklə vücuda gətirdilər. Amma vəqta ki, əslində bəsit və sadə olan əqaid və ehkamı bəyan üçün uzun-uzun təfsil kitabları yazıb füruğatə bəst verdilər, “əql və hikmət” istinaddan artıq rəvayət və cəhalətə müstənəd ixtilafatə yol açdılar, şəriəti riyasət arzularına alət etdilər, ol gündən islamın evi yıxılmağa başladı. Odur ki, ol vaxtdan, şöhrət və mənfəət tamahına düşən alimnumalar öz fikir və təsəvvürlərinin büt və atəşpərəstlərin etiqadları ilə məzc edib qədim cəhalət adətlərini, rəvayati-batiləni, xurafatı təfsirlərə qədər daxil etdilər. Və bu vasitə ilə birər mömini zəhərlədilər. Bir az ərəbcə bilməkdən savayı bir ləyaqətləri olmayan cahil müfəs-sirlər öz ağıllarının naqisliyindən ülumi-əqliyyəni dini-islamə müxalif və düşmən hesab etdilər və belə də kitablarında yazdılar. Şəriəti-islamiyyəni hərcümərc etdilər, bu gün əqli-səlimin qəbul edə bilməyəcəyi bir hala endirdilər. Məzhəbi-islamı anlaşılmaz, qarışıq, çar-paşıqlı, yüz parça və fırqəyə böldülər. Odur ki, bugünkü fiqh və rəvayət kitablarının kəsrətini, ixtilaflı risalələrin çətinliyini, qarışıqlığını və bunları öyrənmək üçün zəhmət və zamanın çoxluğunu hiss edənlər, ixtilaf və təfərrüat mübahisələrilə vaxtlarını çürüdən biçarələr ulumi-əqliyyə və hikəmiyyədən bixəbər olduqlarından, haq-nahaq: “Elm”dən məqsəd “elmi-şəriət”dir deməyə məcbur oldular. Və cənab Axund Əbuturabın dediyi kimi “əlməru əduvvu ma cəhələhu” – kişi bilmədiyi elmə düşmən olur” qaideyi-ümumiyyəsinə görə də ülumiəqliyyəyə düşmən oldular. Fikrimizi yenə bir az daha açıq söyləyək. Qurani-kərimin mündəricatının yüzdə onu ancaq şəriəti-əməliyyə elminə, doxsanı əxlaqa, tərbiyeyi-ruhaniyyəyə, rəvayati-qədiməyə, məzahibi-salifəyə adət və hekayəti-məziyyəyə aiddir. Bununla bərabər Qurani-kərimin ehkam və əqidi-diniyyəyə aid yerləri nə qədər az isə o qədər də sadə, bəsit və məhduddur. Quranın bir cüzi qismini bilmək üçün şəriəti-əməliyyə təfsirlərini, şərhlərini bilməyə nə qədər ehtiyacımız vardır. Halbuki Quranın əqaid və ehkamına aid cəhəti o qədər sadə və səhihdir ki, onu öyrənmək bir o qədər uzun vaxt və zəhmətə möhtac deyildir. Amma Quranın elmi-ruha, tarixə, hikmətə, üsuli-məişətə, bir sözlə, ülumi-əqliyyəyə məxsus yerləri o mərtəbə qapalı, çətin, təfsir və şərhə möhtacdır ki, bunları bilmək həqiqətdə çox zəhmət və vaxta möhtacdır. Bu qəziyyələrdən şu nəticəni çıxarmaq istəyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, insani-kamil olmaq üçün şəriət elmini bilmək on dərəcə lazımsa, ülumi-əqliyyəni bilmək doxsan dərəcə lazımdır. Və əgər Quranda əməli-şəriyyəyə, məsələn, dəstəmaza və ya talağa dair olan bir müxtəsər ayətin şərhini bilmək üçün iki-üç müfəssəl kitabın oxunub bilinməyi iqtiza edirsə, o vaxt Quranın tarixdən, hikmətdən, əxlaqdan bəhs edən bir çox ayətlərin şərhlərini bilmək və bu surətdə Allahın sifətini, qanununu, qüdrət və izzətini tanımaq üçün və ülumi-əqliyyəyə dair yüzlərcə cild kitabın oxunub bilinməsi lazımdır. Bəli, madam ki, Allahı tanımaq Quranı bilməyə, Quranı bilmək hər ayətin uzun şərh və təvillərin bilməyə vabəstədir, o halda “fiqh”də olduğu kimi, məsələn, ərzə, şəmsə, buxəara, fəlakiyyata tarixi vüquata dair müxtəsər və mübhəm ayətlərin uzun şərhlərini bilmək də eləcə lazımdır. Bu həqiqət bəyanından sonra əgər Axund Əbuturab həzrətlərinin nəzərində Quranın yüzdə doxsan payına came olan ayətlərin şərhlərini bilməklə Allahı tanımaq olmazsa, Quranın yüzdən on qismi, yəni əməli-şəriyyəyə aid şərh və təfsirləri bilib, qeyri qismlərdən bixəbər olmaqla da heç vaxt Allahı tanımaq olmaz. Burası da bilinməlidir ki, aləmi-islamda Əbu Hənifələr, İmam Cəfər Sadiqlər, Şəfailər, İmam Musa Kazımlar və qeyrilər elmi-fiqh və fitvada müctəhid və imam olduqları kimi, İbn-Rüşdlar, Əbu Əli Sinalar, Mövlana Cəlaləddin Rumilər, Məhiəddin Ərəbilər, Cabirlər, İbn Xəldunlar və qeyriləri də öz zəmanələrinə görə ülumi-təbiyyə, hikəmiyyə, tarixiyyə və əxlaqiyyədə müctəhid və imamdırlar. Əvvəlkilər Quranın bir cüzi hissəsindən ibarət olan əmali-diniyyəni nə cür izah edib risalə və təfsirlər yazmış isələr, ikincilərdə Quranın qismi-əzəmini təşkil edən ülumi-hikəmiyyə və əqliyyəyə dair yüzlərcə təfsirlər yazmışlar. İndi, əqli-səlim bunu təqaza edər ki, əgər Quranı bilmək Allahı tanımaq, insani-kamil olmaq üçün fiqhə aid təfsirlərin oxunması vacib isə əql və hikəmiyyətə aid ayətlərin təfsirlərini oxumaq vacibdən də vacibdir. Axund Əbuturab buyurur: “Bəzi ibtidai məktəblərdə bəzi kitablardakı dini-islamın heç bir mətalibi-mühümməsini havi və came deyil, “əz bərayi xali nəbudən” mərasilə, bir saat tədris olunur..” Cənab Axund burasını bilməlidir ki, dünyada hər bir işin, hər bir sənətin bir üsuli-təlimi, bir qanuni-təkamülü vardır. Bu üsul və qanuna riayət edib iş görənlər hansı məzhəb və əqidədə olursa olsunlar, şəksiz, tərəqqi edib mətləblərinə çatarlar. Biləks cümlə təfsirləri əzbər bilsinlər, madam ki, üsuli-təlimdən, qanuni-təkamüldən bixəbərdirlər, heç bir qərəqqiyə müvəffəq ola bilməzlər. Halbuki üsuli-təlimin, qanuni-təkamülün ən birinci tətbiq olunduğu yerlər məktəb və mədrəsələrdir. Buralarda hər şeydən artıq ona diqqət olunur. Diqqət olunur ki, “ibtidai” məktəblərdə dinin “mətalibi-mühümməsi” və çətin bəhslər əsla oxudulmasın. Süd əmən çocuğa ət verilə bilmə-yəcəyi kimi, zehni, mühakiməsi hənuz oyanmamış mübtədi balalara da heç vaxt “dinin mətalibi mühümməsi” oxudula bilməz. Bəlkə təlim və elmi-ruh üsulunca qurt, quş və tülkü hekayələri ilə, zehni hesablar və yüngül şəkillər ilə xırda balaların həvəsini oyandırıb, onları oxuduqlarını qanmağa, fikirləşməyə həvəsləndirməlidir. Bunları biləndən sonra dinin ən sadə əqidə, tarixə, tərcümeyi-hala dair yüngül bəhsləri öyrədilməlidir. Bu da cənab Axund Əbuturabın hələ az deyə şikayət etdiyi kimi nəinki gündə bir saat, bəlkə iki-üç gündə bir saatdan artıq oxudulmamalıdır. Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə, böyüklərimizin belə asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf və füruata aid bəhsləri çox yerdə əzbərlədib balaların zehinlərini kor etmək, bəsdir, müsəlmanların əql və mühakimələrini kiçik başda ikən biəsil rəvayət və nəqliyyat ilə çürüdüb həqiqətdən uzaqlaşdırmaq! Əziz müəllimlər, tərəqqisini arzu etdiyimiz ibtidai məktəblərdə, kim nə deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqbala xəyanət etmiş olarsınız. Axund buyurur: “Məktəblərin təhsil olan elmlərində fariğ olan şəxslərin rəftar və kirdarlarından aşkər məlumdur ki, şəriəti-islamın heç bir etiqad və əməliyyatından baxəbər olmayıblar – “əz guze həmi təravəd an çe ke dər ust”. Bəli, Axund cənabları, düz buyurursunuz. Bu xüsusda sizinlə həməfkaram. Həqiqət, məktəblərdən fariğ olanların əksəri islamın etiqad və əməliyyatından baxəbər deyillər. Burası çox doğru. Amma cənab Axund, insafla danışaq; bunların əsil etiqadatı bilməməklərində özləri müqəssirdir, yoxsa onlara təlim verən mollalar və müəllimlər? Buyurunuz, məsləkdaşınız axund və mollaların yazdıqları şəriət kitabların gözdən keçirək. Və onların şagirdlərə nə yolla təsir edəcəklərini insafla mülahizəyə alaq. Budur, ruhani məşhur bir əfəndinin yazdığı bir kitab qabağımdadır. Orada bu sətirləri oxuyuram: “Və bil-qədri xeyruhu minə-l-lahi-teala”, yəni xeyir və şər Allah taalanın istəyi ilə, xəlq və təqdiri ilə olduğuna inandım…” İndi huş və guşla bir diqqət ediniz: bir çocuq ki, hənuz xırda yaşdan, xeyir və şər insanın öz əlində, ixtiyarında olmayıb, özgəsinin istəyi və təqdiri ilə olduğuna etiqad edə, o çocuq ola bilərmi ki, özündən yaxşılığa həvəs etsin? Və ya bir çocuq ki, zalımların zülm və şərini Allahdan bilə və eləcə tərbiyə ola, olarmı ki, böyüyəndə şəri dəf etməyə, zalıma qarşı durmağa cürət edə bilsin? İnsaf ediniz! Bir çocuq ki, cümlə xeyir və şəri, cümlə qazanc və zərəri, səadət və bədbəxtliyi məhz Allahın istəməyinə asılı bilə və buna bu cür etiqad etməyi də dinin rüknündən, əslindən hesab edə, belə bir çocuq böyüdüyü vaxt ayə nə təbiətdə olar, soruşuram? Əcəba, bu növ etiqadın, bu sayaq tərbiyeyi-ruhiyyənin təsir altında böyüyən bir nəfər, bir ailə, bir millət tənbəl, aciz və həqir olmaz da, nə olur? Madam ki, insan öz felinin xaliqi deyil, kim deyə bilər ki, mən filan xeyir işi yapmaq, vücuda gətirmək istəyirəm. Madam ki, bir şəxs çalışsa da, çalışmasa da əzəldən təqdir olunmuş ruzi və qismətin ona çatacağını yəqin etiqad edir, belə bir kəs səy və tərəqqiyə həvəs edə bilərmi? Burasını keçəndən sonra madam ki, insanın feli öz ixtiyarında deyil, nədən ötrü öz ixtiyarında olmayan feldən məsul və cavabdeh olsun, nədən Əlinin haqqı Vəlidən istənilsin. Halbuki Həqq-təala adili-mühəzzirdir. Bizim bugünkü əksər etiqadımız, bugünkü rəftarımız isə ədalətə müxalifdir. Həqiqəti-islamiyyəyə ziddir. Belə müxalifətdə bir az dəvamımız milləti hər surətdə əsir və rəzil etməyə kifayətdir. İndi, cənab Axund, buyurunuz görək, siz ki, şəriət adı ilə yazılan, camaatı yüz illərcə qeyd və sənəd edən, oxuyanları səfil və tənbəl qoyan kitabları, o cəfəng və xurafatnamələri görür və eşidirsiniz, nədən ötrü onlarin ziddinə bir məqalə, bir risalə yazıb izhari-həqiqət, əsasi-dini-islami təhfimə vasitə olmursunuz ki, həqiqəti islamı firənglərdən artıq bu gün müsəlman ad və paltarındakı alimnümalar, alim- nümaların şəriət adı ilə yazdıqları biəsil və biəql rəvayətnamələr xarab edir? Cənab Axund, əgər islama xidmət etmək istərsəniz, bizə bir o qədər zərərləri toxunmayan firəngləri buraxıb öz aramızdakı həqiqəti-islamiyyə düşmənlərini, mədəniyyət və insaniyyət xadimlərini, məhəbbətnəva əduvvələrini islah ediniz, onları təriqi-hidayətə gətiriniz. Hələ mübtədilərə məxsus şəriət kitablarımızı bir diqqətlə mütaliə buyurunuz, görünüz ki, oxuyanların zehinlərini, mühakimələrini əzəcək nə qələr etiqadlar, müxtəlif islam əmrləri vardır! Bu saat gözümün qabağında təzə çap olunmuş bir şəriət kitabı durur ki, təshih edirəm. Gözümə sataşan sətirlərin birisi budur: Allah tərəfindən əmr olunan şeylərin 3-mincisı “böyüklərə itaət edib rizalarını kəsb eyləməkdir”. İndi həmin bu şəriət əmrinin, bu fərzi nəzəri-diqqətə alaq. Axı nədən ötrü böyüklərə kor-koranə itaət edib, rizalarını kəsb edək? Halbuki islamın nəzərində böyük-kiçik, padşah-gəda, dövlətli-fəqir cümləsi birdir. Belə olan surətdə bu nə əmrdir bizə təklif olunur? Bu kimi əsilsiz, yersiz etiqadların, əmrlərin təsiri ilə deyilmişdir ki, millətimiz başdan-başa hökumətin zalım məmurlarına boyun əyib qul və əsir olubdur? İslama böhtan olan bu kimi yazıların, təlimlərin nəticəsi deyilimdir ki, ən axmaq bir hakim, ən cahil bir axund hər nə buyursa bəli, bəli deyib kor-koranə qəbul edirik, haqq ilə batili fərq etməyə özümüzdən bir qüvvə axtarmırız. Üluləmr, dövlətli ağa nə buyursa itaəti vacib bilirik ki, dünyada bundan alçaq, bundan heyvani bir təbiət dəxi ola bilməz. Mən bilmirəm, madam ki, insanlar yaradılışca da, Allahın yanında da birdir, nədən ötrü özgələrə boyun əymək rəzalətini qəbul edirik? Zalım yalnız o deyil ki, özgələrə əziyyət verir, bəlkə zalımlığın ən böyüyü məzlumluğu qəbul etməkdir; böyüklərə heyvanca itaət edib zülm və istibdadın artmağına səbəb olmaqdır. Bəzi axundlar deyirlər: İmam Hüseyn aleyhissəlam “məzlum” olubdur. Halbuki bu kəlam həzrətin haqqında böyük böhtan və həqarətdir. Həzrət imam əgər məzlumluğu qəbul etsə idi, heç vaxt o surətdə mərdanə də şəhid olmazdı. Budur, bizim cahil axundların qaş yaparkən göz çıxarmalarına xırda bir dəlil. Bu sözlərimdən qiyas edilməsin ki, ümumiyyətlə, “itaəti” qəbul etmirəm. Xeyr, biləks rza, həqq və həmrəy ilə olan itaət insanlığın ən birinci sifətidir. Cənab Axund buyurur: “Həqqi-təala kitabında buyurubdur: “Xəlq etmədim cınnü insi məgər ibadət etmək üçün”. Burası məlumdur. Allah-təala həzrətlərinə ibadət etmək mümkün olmayacaq məgərin ki, əvvəl Allah-təala həzrətlərinin sifəti-zatiyyəsinə arif ola vəəfali-həkimanəsinə vaqif ola. Bu mətalibə arif və alim olmaq moqufdur. Qurani-şərifə arif və alim olmağa”. Buna şəkk yox. Həqqi-təala cinnü insi xəlq etmədi məgər, ibadət üçün. Mən də kəmali-ixlasla təsdiq edirəm ki, insan məhz “ibadət” üçün xəlq olunubdur, amma iş burasındadır ki, görək bu “ibadət” nədir? Əvvəla burasını bilməliyiz ki, ibadət bir növ deyildir: Həqqi-təalanın bir sifətinə xas bir ibadət və hər ibadətin bir mükafatı vardır. Məsələn, həqqi-təalanın nəhayətsiz sifətlərindən biri “məbud”luq sifətidir. Bu sifətə məxsus ibadətdə: namaz qılmaq, oruc tutmaq, həccə getmək və qeyridir. Bu ibadətin mükafat və məcazəti isə cənnət və cəhənnəmdir ki, o da gələcəkdə, axirətdə veriləcəkdir. Halbuki Allahın binihayət sifətlərindən biri, məsələn, “qalib”lik sifətidir. Buna məxsus ibadətdə zəmanəyə görə hərb alətləri yapmaq, əsgəri məktəbləri, yollar, maşınlar vücudə gətirməkdir. Bu ibadətin mükafatı isə bu dünyadır ki, o da qaliblik nemətidir. Qeyri ibadətlər də bunu kimi ülumi-əqiliyyənin köməkliyinə möhtac olan ibadətlərdir ki, cümləsinə mükafat bu dünyada ikən verilir. Heç bir nisyəyə, təxirə buraxılmaz. Bu təqdirdə Allahı tanımaq, insani-kamil olmaq əlbəttə ki, Allahın təkcə bir sifətini bilib ona iktifa etməklə olmaz, bəlkə cümlə və ya əksər sifəti-zatiyyə və əfali həkimanəsini bilib hərsəinə məxsus ibadəti əda etməklə olur. Həqqi-təalanın sifəti-zatiyyəsini və əfali-həkim manəsini bilmək isə yalnız ülumi-fiqhiyyəni bilməklə olmaz. Lazımdır ki, Allahın qüdrət və əzəmətinə və sifati-üluhiyyətinə dəlalət edən bunca məxluqat və fələkatın, yəni Allahın əsərini surət və xilqətlərini bildirən ülumi-hikəmiyyə və əqliyyə bilinsin ki, əsərdən müəssirə intiqal edib müəssirin, yəni Allahın qüdrət və əzəməti, əfali həkimanəsi də bilinsin. Əlbət ki, dəstəmaz, təharət və orucun təfsilatını bilməklə Allahın əfali-həkimanəsini bilmək olmaz. Buyurduğunuz kimi, Allahı tanımaq, mömini-kamil olmaq Qurani-şərifə başdan-ayağa arif olmaqla olar. Çox gözəl. Bu halda lazımdır ki, Qurana başdan-ayağa arif olmaq üçün Quranın yalnız yüzdə on qisminin, yəni fiqhə aid təfsirlərinin mütaliəsi ilə iktifa etməmək, bəlkə Quranın yerə, göyə, havaya, hərbə, iqtisada, əhd və hüquqa, hətta tilsim və sehrə də aid olan bəhslərin şərh və təfsirlərini bilmək. Bunları bilmək üçün də mütləq hikməti-təbiyyə, kosmoqrafiya, təbəqatülərz, kimya, tibb, tarix, fünuni-əsgəriyyə, hüquqi-beynəlmiləl, elmi-sərvət, riyaziyyat və qeyri elmləri bilmək, həm də həqqilə bilmək lazımdır. Fiqhsiz şəriət elmi, yəni Quranın yüzdə on qismi, bilinə bilməyəcəyi kimi ülumi-əqliyyəsiz də hikəmiyyə, əxlaq və qeyri, yəni Quranın yüzdə doxsan qismi bilinə bilməz. Demək ki, Quranı bilmək, Allahı tanımaq üçün həm ülumi-şəriyyəni, həm də ülumi-əqliyyəni birlikdə bilmək lazımdır. Vəilla yalnız fiqh qismi ilə Allahı tanımaq heç vaxt ola bilməz. Cənab Axund deyir: “Əgər bir şəxs tamam ömrünü ülumi-riyaziyyə və hikməti-təbiyyə təhsilində sərf edə, müəllimi-əvvəl Aristotalis məqamını dərk edə, əlbəttə, həqqi-təalaya alim və arif olmayacaq, insaniyyət və mədəniyyət şəhərinə daxil olamayacaq”. Cənab Axund, biz də kəmali -cürətlə deyirik ki, bir şəxs tamam ömrünü şəriəti-əməliyyə və fiqhə sərf edə, amma Quranın bir çox ayətlərinin şərhi demək olan ülumi-hikəmiyyə və əqliyyədən bixəbər ola, əlbəttə, həqqi-təalaya alim və arif olmayacaq və mədəniyyət şəhərinə daxil olmayacaqdır. Nə cür də olsun ki, Allahı bilmək əsərini, yəni yaratdığı məxluqatın əsrari-xəlqiyyəsini surəti-həyat və davamını, qəvaini-məxsusiyyəsini bilməklə olar. Məsələn, bir kəs mühəndislik elmindən bixəbər olsa, əlbət, yapdırdığı körpünün möhkəm və çürük olduğundan bixəbər olacağı kimi, mühəndisini də həqq ilə tanıya bilməyəcəkdir. Bunun kimi bir kəs əgər Allahın əsəri olan məxluqat və mövcudatın əsrari-həyatiyyə və həvasi-təbiyyələrini bildirən ülumi-əqliyyədən bixəbər olsa, şəksiz ki, müəssirin, yəni Allahın qüdrət və səmadaniyyətindən bixəbər olub, onu haqq ilə tanıya bilməyəcəkdir, o şəxs istəsə şəriəti-əməliyyə elmində kamil və müctəhid ola. Axund deyir: “Bizim bu zəmanəmizdə biz müsəlmanların insaniyyəti və mədəniyyəti məqufdur dəyanəti-islamiyyəni bilib əməl etməyə, elmi-hesab, elmi-tibb, elmi-həndəsə bilməklə insan olmaq olmaz…” Mən də təsdiq edirəm ki, yalnız bir elmi bilməklə, əlbət, gözəl təbiətli kamil bir insan olmaq olmaz. Lazımdır xilqətində bir az istedad olmaqla bərabər, xırda yaşdan məlumatlı ana qucağında tərbiyə və adət ilə əxlaqi-həsənə kəsb etsin; ülumi-əqliyyə və nəqliyyə ilə hüquqi-vəzaifi-insaniyyəsini bilib hüsn-əxlaqının təzyiq etsin. Yoxsa istər şəriət, istər hikmət elmi olsun, heç bir elm öz-özlüyündə insan tərbiyəli, gözəl təbiətli edə bilməz. Budur ki, Osmanlı və qeyri yerlərin mədrəsələrinə dolan tərbiyəsiz, əxlaqsiz bir çox mollalar neçə illər şəriət elmlərini oxuduqları, hətta icazə də aldıqları halda oxuyanların ən pozuq əxlaqlısı, ən fasad təbiətlisi olurlar. Halbuki bunlara görə tibb, hüquq, əsgəri və qeyri məktəblərdə oxuyanlar bir dərəcə əxlaqlı, qeyrətli olmaqla bərabər öz millət və dinlərinə də əllərindən gəldiyi qədər xidmət edirlər. Zənnimcə, tərbiyə və adət ilə əxlaq sahibi olmaq və sonra təhsili-ülum ilə onu ikmal etmək, məhz tərbiyəli, məlumatlı anaların qucağında və üsuli-təlim və tədris təhtində olan müntəzəm məktəb və mədrəsələrin bucağında olar. Buna görə müsəlmanlar arasında nə qədər analar oxumamış, məktəb və mədrəsələr nizama girməmiş qalır, o qədər də mədəniyyət aləmi bizdən uzaq qalacaqdır. Axund Əbuturab deyir: Nə göyçək mətləb buyurub Molla Məhəmməd Bağdadi. Elm rəsmilə rütbeyi-rifət, Arizuyi-məhal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, Elm bir qilü-qal imiş ancaq. Cənab Axund, həqiqətdə də belədir! Eşqsiz, həvəssiz dünyada heç bir xeyirli iş əmələ gəlməz; heç bir sirri-ilahi, heç bir ixtira vücuda gəlməz. Bəli, yalnız elm-rəsmi oxumaqla rəfeyi-rifət arizuyi-məhaldır. Bunlar çox doğru sözdür. Ən böyük məktəb və mədrəsə qurtaranlardan elələrini tanıyıram ki, oxuduqları elm-rəsmi sayəsində ancaq başını saxlayacaq bir qulluğa keçib onunla iktifa edirlər. Amma orta məktəbləri qurtarmış və ya öz-özünə oxumuş eylə həvəslilər var ki, elmə, həqiqətə olan eşqləri sayəsində ən fəzilətli sahibi-elm, ən əhəmiyyətli sahibi-rifət olublar. Odur ki, fikrü məsləklərinə, öz etiqadlarına olan eşqləri sayəsində bunca milyonlar içində ancaq on-on beş Sokrat, Əflatun, İmam Cəfər Sadiq, Əbu Mənsur Matəridi, İmam Hənəfi, Əbu Əli Sina, İbn-Xəldun, Şeyx Rumi, Şekspir, Alfyeri, Bayron, Şiller, Qaliley, Paster, Edisson və qeyri özgələrdən təməyyüz edib, şöhrət və nami-əbədi kəsb ediblər. İştə, Molla Məhəmməd Bağdadinin bəyan etdiyi eşq və istedad belədir. Bu eşq isə hər kəsin istedad və tərbiyeyi-əvvəliyyəsinə görə, kimisini İmam Cəfər Sadiq, İmam Qəzali, kimisini İbn-Rüşd,Məhiəddin Ərəbi, kimisini Nyuton, Qaliley, kimisini də Kamal, Midhət Paşa və Seyid Təbatəbayi eylər. Eşq və eşqin xasiyyəti belədir, yoxsa, eşq sizin zənn etdiyiniz kimi dünyadan qəti-əlaqə edib əsami-məlaykeyi zikr və vərd ilə məşğul olmaq və beləliklə, guya vasili-əliallah olmaq eşq deyil. Cənab Axund Əbuturab deyir: “Cənab kibriyaya həbib olmaq rəsuli-əkrəmə tabe olmaqdır”. Əlbət ki, belədir: cənab kibriyaya həbib olmaq üçün rəsulə tabe olmaq, rəsulun getdiyi yoldan getmək lazımdır. Rəsuli-əkrəmin getdiyi yol isə insanları hər növ ilə olursa olsun, səlamətə çıxartmaqdır. Bu səlamət yolu da təbii, yalnız ibadət ilə ola bilməz və ola da bilməmişdir. Həzrət Rəsulun həyat səadətini, icraatını təftiş edəcək olursaq, ömrünün çox qismini təfəkkür, vəz, məşvərət müharibə ilə keçirdiyi anlaşılır. Həzrət peyğəmbər millətin on xırda bir işindən ən böyük işinə qədər bizzat qarışar, ən qorxulu, təhlükəli yerlərə ən əvvəl özü gedər. Ən son zəhmət və rahatsızlığı ən ziyadə özü çəkərdi. Həzrət Məhəmməd dini-islamın nəşrinə, payidarlığına nəinki ibadət ilə, bəlkə ən ziyadə vəz, müşavirə, tədbir, yeri düşəndə qalxan, ox, mancanaq ilə çalışmışdır; ol zamanın ən birinci hərb alətləri: qılınc, qalxan, ox, mancanaq əsgərlik əməliyyatı: mancanaq atmaq, xəndək qazımaq və hasar çəkməkdən ibarət idi ki, bunların cümləsini, yəni ol zamanın ən birinci üsul və aləti – hərbiyyəsini həzrət peyğəmbər öyrənib əshabına da bildirmişdir. Həzrət peyğəmbər ol zamanın nə qədər ülum və fünun məhsulu var idisə, müharibələrdə cümləsini tədbiq edirdi. Əsbabi-ruhaniyyəyə əsla təvəssül etməzdi, dua oxuyub yalvarmazdı. Hər vaxt üsul və aləti-hərbiyyəyə müraciət edib, onların vasitəsilə qələbəyə məzhər olurdu. Həzrət peyğəmbərin bu səy və ictihadına erməni keşişləri bizim dua və həyulapərəst axundlardan, əfəndilərdən artıq vaqif imişlər ki, keçən iğtişaş vaxtından heybələrində İncil əvəzinə Kürdəmirdən bombalar keçirib millətlərinə kömək etməyin qeyrəti-millətpərvəranəsində bulundular. Halbuki ol zaman bizim huripərəst ülumi-əqliyyə düşmənləri döşəklərində rahat yatıb qələbə və səlaməti təsbeh çevirməkdə, nafilə namazı qılmaqda axtarıb milləti badi-fənayə verdilər. Əcəba, həzrəti-Rəsul millətinin qan selləri içində üzdüyü vaxt mənzilində qapanıb ibadətmi edirdi? Və ya döşəkdə rahət uzanıb təsbehmi çəkirdi? Hanı həzrəti-Rəsulun əfali-amalını özlərinə rəhbər bilənlər? Hanı o müqəddəslər, bundan artıq millətin hansı qara günün gözləyirlər? Axund deyir: “Əgər birisi sair ülumda dərəceyi-kamilə baliğ ola dəyanəti-islamiyyədən binəsib ola, əlbəttə, dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmayacaqdır”. Axundun bu sözlərindən görünür ki, “dəyanəti-islamiyyə” ülumdan uzaq, ülumla irtibatı olmayan əlahiddə bir aləm imiş. Amma “dəyanəti-islamiyyə”yə bizim nəzərimiz elə deyil. Bizim etiqadımız bundadır ki, ülumun dərəceyi-kamalına baliğ olan şəxs “dəyanəti-islamiyyə ”nin də bir çox qisminə əməl etmiş olur. Bir də həqqi-təalanın hər sifətinə məxsus ayrı-ayrı ibadət və ayinin olmağına görə, ülumun dərəceyi-kəmalına baliğ olmağın özü də alim sifətinə məxsus olan bir “ibadət”i oda etmək deməkdir. Allahın sifətini, sifətinə xas ibadəti bilmək, əda etmək isə Allahı bilmək, tanımaq deməkdir. Allahı hər növ yol ilə tanımaq, bilmək isə əsasi-islamdır. Bu halda, nədən ötrü ülumda dərəceyi-kəmalə baliğ olan kəs dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmasın? Məgər Allahın qadir, müdəbbir, alim, fazil, fəal… və qeyri sifətlərini bilməyə vasitə olan ülumi-əqliyyə və hikəmiyyəni təhsil etmək islamın xilafıdır, yoxsa əsası? Axund buyurur: “Əgər bir kəs dəyanəti-islamiyyəyə alim və arif ola və üluma cahil, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir”. Bu nə söz, bu nə biməna hökm? Hələ üluma cahil olmaqla insaniyyətə zərər yetirməyin dünyəvi cəhəti dursun, şəri cəhətinə gələk: madam ki, Allahın hər sifətinə, məsələn, qaliblik, alimlik, müdriklik, qadirlik və qeyri sifətlərinə məxsus bir adət vardır və Allahın bir parə sifətlərinə, məsələn, qaliblik sifətinə məxsus “ibadət”: zamana görə əsgəri, sənaye məktəbləri yapmaq, top, tüfəng, dinamit və qeyri aləti-hərbiyyə meydana gətirmək, əsgəri teleqraf, şar, gəmi və maşınlar vücuda gətirməkdir və bunları əmələ gətirmək birər “ibadət”dir, bu təqdirdə ülumi əqliyyə və hikəmiyyəsiz bunca ibadəti əda etmək nə gunə mümkün olacaqdır? Bu ibadətləri əda etmək mümkün olmadığı surətdə Allahın qaliblik, qadirlik… və qeyri sifətləri nə ilə bilinəcəkdir? Dua oxuyub təsbeh çevirməkləmi? Bundan savayı, əgər ülum-əqliyyə bilinməzsə, bunca misri naxoşluqların önü nə növ ilə alınacaq? Duanəvislərin, nüsxəbazların bərəkəti ilə xolera, taun, çiçək, yatalaq kimi sarı naxoşluqlardan milçək kimi qırılan müsəlmanları əgər həkimlərimiz olmaz isə, kimlər tədavi edəcək? Bundadamı deyəcək: “Qədərdə nə varsa, o olacaqdır. Tədbir və çarə nəyə gərək?”. Min zəhmət və məşəqqətlə çiçək döymək üsulunu tapıb minlərcə bigünah balaları əcəlsiz ölümdən xilas edib bunca ata və anaların göz yaşlarını dayandıran bir firəngin məgər Allah yanında heç bir fəziləti yoxmu? Əcəba, bütün ömürlərini insanların səadət və rahatlıqları yolunda sərf edən Paster, Cenni, Marks və qeyri firəng məşahiri Allahın rəhm, müin, nasir və alim sifətlərinə məxsus olan “ibadət” ilə məşğul deyillərmi? Bunlar və bu növ, ibadətdə Allahın ən fədakar, ən müxlis abidələri deyillərmi? Mahtərmə Axund həzrətləri, insaf etməli: Allahın yüzlərcə sifətinə məxsus olan min növ ibadəti buraxıb, təkcə məbudluq sifətinə xas ibadətlə məşğul olan tərki-dünyalar kimi nə vaxta qədər özlərinizi insani-kamil, alimi-həqiqi, abidi-müxlis hesab edib, qeyrilərini insan cərgəsinə qoymamaq mərəzi-cəhalətindən xilas olacaqsınız? Xülasə, bizim son cavabımız budur: Ülumi-əqliyyə ilə mədəniyyət və insaniyyətə çatılmaz isə, ülumi-nəqliyyə və şəriyyə ilə heç vaxt çatılmaz. Əgər ülumi-nəqliyyə və şəriyyə ilə mədəniyyət və insaniyyət olursa, ülumiəqliyyə ilə yüz qat daha möhkəm və şərəfli olur. Ömər Faiq Nemanzadə 1907-ci ildə Tiflisdə “Bizə hansı elmlər lazımdır?” adı ilə çap olunmuş kitabdan götürülmüşdür. * * * Rüstəm və Söhrab Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır. Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin və məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər. Dünyada davamlı heç bir hökuməti-məşrutə yoxdur ki, onu vücudə gətirən səbəbi-yeganə mətbuat olmasın. Heç bir nəticə-pəzir inqilab yoxdur ki, onun müqəddiməsi, onun validi mətbuat olmasın. Mətbuat, inqilab, hürriyyət, ədalət – bunların cümləsi bir-birindən edadına möhtac yoldaşlardır. Bu səbəblədir ki, mətbuatsız səmərə-bəxş inqilab, inqilabsız hürriyyəti-mətbuat ola bilməz. Bu cəhətlədir ki, mətbuatsız idareyi-məşrutə, idareyi-məşrutəsiz hürriyyəti-mətbuat davam edə bilməz. Biz az daha açıq deyək: bir idareyi-məşrutə ki, mətbuatın və bu vəchlə əfkari-kəsirənin məhsulu deyildir, tez-gec köhnə halına qayıdacaqdır. Bir inqilab ki, bir çox illər mətbuatın qucağında tərbiyə olub onun təsirilə əmələ gəlməyibdir, ciddi səmərə verə bilməyəcəkdir. İştə mətbuatın bu qüvvət və təsirini bildikləri üçündür ki, müstəbid padşahların cümləsi, nə qədər gücləri varsa, ciddi və həqpərəst mətbuatın məhvinə sərf etmişlərdir və etməkdədirlər. Əgər biz türklər və müsəlmanlar da istərsək ki, dünyada yaşayaq, hüquqi-insaniyyəmizi mühafizə edək, qovğayi-həyatda məğlub olmayaq, gərək qüvvətlərin allahı olan mətbuatın hörmət və əzəmətini bilək. Bilək də “mətbəə” və “kitabxana” adı ilə ona məxsus “məbəd”ləri vücudə gətirək, bir də ümumi qayidəyə tabe olaraq özümüzü, öz hüquqi-insaniyyəmizi mətbuatla mühafizəyə çalışaq. Heyif ki, biz Qafqaz və Azərbaycan türkləri arasında mətbuat namına çox az əsər var. Bizimlə bir qonşu, bir vətəndaş, lakin bizdən dörd-beş qat az olan ermənilərin, gürcülərin ayda bir neçə yüzə qədər təzə kitabları, məcmuələri çıxdığı halda bizdə ayda dörd-beş kitabça da olsun çıxmır. Hərçənd bu son vaxtlarda bir para təzə kitablar nəşr olunur. Lakin bunların bir parası tarix və divan adı ilə xurafat və cəfəngiyatdan ibarət, bir parasının da qiyməti birə beş-on qat artıq olduğundan ümumə nəf verməməkdədirlər. Ortada nəfli və hər kəsin ala biləcəyi ucuz qiymətdə kitablarımız çox az. İndilik talifi mümkün deyilsə, tərcüməyə nə söz. Ruscadan türk-cəmizə tərcümə olunmalı minlərcə kitablar var. Ümidvaram ki, açıq dil ilə yazılmış nəfli, ucuz kitabçaları camaatımız alıb oxuyar. Camaatı həmişə bir qərarda rəğbətsizlikdə güman etmək olmaz. Mətbuatımızın irəli getməməyində camaat müqəssir isə, yazanlar da günahsız deyildir. Bu gündən sonra camaatımız rus dili bilən ziyalılarımızdan, xüsusən müəllimlərimizdən çoxlu tərcümələr, əsərlər ümid edir. Bu günlərdə mətbuatımıza “Müsəvvər Rüstəm və Söhrab” adında gözəl, ibrətli bir kitab əlavə olundu. “Müsəvvər Rüstəm və Söhrab” cahani-mədəniyyətdə məlum və məşhur olan Firdovsinin “Şahnamə”sindən tərcümə və nəql olunmuşdur. “Şahnamə” məşhur dillərin cümləsinə ya tamamən və ya qismən tərcümə olunduğu halda heyif ki, türkcə tərcüməsi hənuz yoxdur. “Müsəvvər Rüstəm və Söhrab” “Şahnamə”nin bir qisminin tərcüməsi isə də, bu qism o qədər mühüm və o qədər ibrətlidir ki, bundan, müəllimin əfkari—məxsusəsini bilmək olur. “Müsəvvər Rüstəm və Söhrab” ədəbi Azərbaycan türkcəsi ilə nəzmən yazılmış 180 səhifəlik bir kitabdır. Kitabın dili mümkün mərtəbə açıq, üslubi-təhriri xoş və səlisdir. Kitabın nazimi Zaqafqaz idareyi-ruhaniyyəsi baş katibi şair Abbas ağa Qayıbovdur. Bu kitabın gözəl çapına içindəki lətayif və rəzif şəkillər ayrıca ziynət verməkdədir. Şəkillər məşhur nemsə müsəvviri Rotter tərəfindən qayət doğru olaraq çəkilmişdir. Rusiyanın türkcə mətbuati arasında bu kitab qədər gözəl çap olunmuş, bunun kimi zərif şəkillər ilə meydana çıxan kitab yoxdur. Bu cür xoş kitabı əvvəlimci dəfədir ki, milli mətbuatımız arasında məmnuniyyətlə görürük. “Müsəvvər Rüstəm və Söhrab”ın nə cür olduğunu özgələrdən dinləməkdən isə öz ağzından dinləmək daha xoşdur. Odur 43-cü səhifəsi: Rüstəm şah ki, Keykavusa acıqlanıb: Başında gərəkdir şahın əql ola, Nə ki, sən kimi əfsəri cəhl ola. Deməz şah əhli-həqiqət sana, Adın şahdır, leyk təbin gəda. Baş əyməm qabağında sən tək şahin, Dəxi nazını çəkmənəm əbləhin. Cahanda gəzirsən mənim arxama, Nə nazü təhəkküm satırsan mana. Rüstəm iranlılara xitabən: Məni bir də görməzsiz İranda siz, Bu yerlərdə salmaz mənim rəxşim iz. Ədu etsə İranı gər payimal Onun şahının boynunadır vəbal. Dəxi neyləyim məndə yoxdur günah. Aparın siz Allaha indi pənah. Minib bəd’əzan Rəxşi oldu rəvan Siyahın çəkib azimi-Sistan. 48-ci səhifə: Ayağa durub getdi Güdərz o dəm Qoyub Rüstəmin dalısınca qədəm. Onunla bərabər qoşun başılar. Dəxi atlanıb əzmrah oldular. Şitab eyləyib Rüstəmə çatdılar, Düşüb atlarından salam etdilər. Dedilər ona sonra ey pəhləvan, Sənin zəkərin cümlə İraniyan. Bilirsən özün şahın əhvalını, Deyəndə sözü gözləməz dalını. Səni eylədisə dilazürdə şah, Dəxi yoxdur iranlılarda günah. Edirsən neçün əhli-İranı tərk Nə təqsir axır onun eylə dərk. Günahı nədir bu gözəl torpağın? Götürdün üzündən onun baydağın. Qoyursan neçün bizləri sən yetim. Nədir cürmümüz söylə ayə bizim. Bunu guş edib verdi Rüstəm cavab Ki, lazımdı Kavusdan ictinab... Rəvadırmı ki, söyləsin nasəza, Nə insafdır xeyir işə bəd cəza!.. Tamam etdi qurtardı Rüstəm sözün, Durub sonra Güdərzə açdı ləbin. Tamamən sözüm doğrudur, yox xilaf. Ona kimsə etməz şəkkü ixtilaf. Bunu etmək inkar mümkün deyil Ki, dəymiş sənə şahdan azari-dil. Vəli doğru fikr eylə ey namidar, Verərmi bu vaqiyə sənə ixtiyar. Ki, tərk edəsən xaki-Iranı sən. Qala xari-sərgəştə əhli-vətən. Rücu eylə insafi-vıcdanına, Yaraşarmı bu heç sənin şanına. Deyil məhz aid şaha xidmətin, Tamam əhli-İranədir minnətin. Bütün xidməti-qeyrəti hər nə var, Vətən sinəsində olub nəqşidar. Keçər ömürlər, dövr edər dövrlər, Vətən adını fəxr ilə yad edər. Sənin həqqi-səyin unutmaz vətən, Gəl əhli-vətəndən cəza gözlə sən. Qalınca gərək qətrə qanın sənin, Ola guşişin dəfinə düşmənin, Başında kimin yoxdur eşqi-vətən, Hesab et onu ruhsuz bir bədən, Vətən qeyrətin çəkməsən sən əgər, Kim eylər ona canını bəs sipər? Olur isə İran əgər tarimar, Səni rəncə etməzmi namus və ar?.. Nemanzadə “İrşad” qəzeti, 3, 4 iyun 1908, № 79, 80 * * * Yazımız, dilimiz, “ikinci il”imiz Möhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm. Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik. Hüseynzadə cənabları yazır: “Cəm ədatı olan “lər” nə üçün “lar” şəklində yazılır, “məfuli ənə, məfuli fiə ədatları olan “dən”i “dan”, “də”ni “da” şəklində yazmaqda nə məna var? İmla hərfləri türkcə kəlmələrin əslindəki səsləri məna, xüsusən son səsləri göstərmək üçün mühüm bir vəzifə ifa edirlərsə də, sərf qaydalarına məxsus ədatları bunlarla yazmaq caiz olmaz. Biz özgə dillərə qarşı sərf qaydalarındakı ədatlarımızın sadəliyi və birliyi ilə, məntiqə uyğunluq ilə fəxr edirik!”. Biz deyirik: Heyif ki, ədatlarımızın birsızliyi cənab Hüseynzadənin dediyi fəxrdən bizi məhrum qoyur. Əgər bizdəki ədatların hamısı və ya çoxu bir cür yazılsaydılar, biz Hüseynzadə cənablarının dediyinə yoldaş olurduq. Amma təəssüf ki, 2-3 ədatdan başqa özgə ədatlarımızm hamısı sözün axır hecasına tabe olub iki cür, bəzisi dörd cür yazılırlar. Demək ki, Hüseynzadə dediyinin tərsinə olaraq gerçəkdən fəxr olunacaq ahəngimizin bir-iki məntiqsiz sərf qaydasına qurban etməmişik. Budur bizim ədatların bir parçası: nazik yoğun   nazik yoğun mə-ma                           gəzmə - yazma cək-caq                          gələcək - yazacaq sin-sın                           gəzsin - yazsın rək-raq                          gəzərək - yazaraq kən-qan                         çəkişkən - çalışqan gəc-qaç                          süzgəc - dolanqaç kin-gun                         yetkin - solğun li-lu                               tərli - sulu lik-luq                           çiçəklik - otluq im-um                           dirim - olum Yuxarıdakı yazılardan görünür ki, bizim ədatlar ümumiyyətlə, deyiləcək dərəcədə nazik hecalı sözlərin axırında nazik, yoğun hecaların axırında yoğun yazılırlar. İndi ümumi qaydamız belə surətdə ikən “lər”, “də”, “dən” ədatlarını nədən ötrü yoğun hecaların axırında “lar”, “da”, “dən” şəklində yazmayaq? Bıırada bizə deyiləcək ki, osmanlı ədibləri elə yazırlar, biz də gərək elə yazaq. Çox əcəb, amma biz də deyirik ki, osmanlıların əlifbaları, imlaları, sərf qaydaları hələ tamamilə təyin edilib qurtarmamışdır. Daha doğrusu, osmanlıda hələ bir tərzdə imla və sərf qaydaları yoxdur. Cövdət Paşa, Nəcib Asim, Əhməd Rasim, Monastırlı Rüfətkimi məşhur yazıçıların sərf kitablarında bir-birinə uymayan xeyli qaydalar, qaydasızlıqlar var. Bu xüsusda aşağıda uzun təfsilat veriləcəyi üçün burada gödək keçirik. Cənab Hüseynzadə buyurur: “Sərf qaydalarımıza məxsus olan ədatlar qayət müəyyən olub, adətən, heroqlif halını almışdır. Əslində Çin tərəfindən gəldiyimizi unutmayaq. Heroqlifə təəccüb etməyiniz!”. Biz deyirik: Ədatlarımızın o “Heroqlif” halı ehtimal dilimizin ibtidai və hicai vaxtında imiş. Amma vaxtın keçməsi ilə, dilin genişlənməsi ilə ədatlarımız “heroqlif’ halında çoxdan çıxmışlar. Hətta 1200 il əvvəl türk dili ilə yazılan türk əlifbasının vücudunu bizə bil-dirən “Orxon”56 məhkukatında belə, türk ədatları heroqlif halından çıxıb ayrı-ayrı yazılmışdır. Yəni nazik hecalı sözlərin axırında nazik səsli ədat, yoğun hecalı sözlərin axırında yoğun ədat yazılmışdır. Orxon yazılarından sonra türk dilində 463-cü ildə yazılan “Kutadqu bilik” adındakı əski türk kitabında və özgə əski türk kitablarında ədatlar həmişə nazik, yoğun olmaq üzrə iki dürlü yazılmışdır. Məsələn, “Kutadqu bilik”də yazılır: Qövərmiş yığaclar doğdı yaşıl, Bizəndi bütün al-sarılıq, çök, kızıl. Tüməndi çiçəklər yazıldı tülə... Yuxarıdakı nəzmlərdə “yığac” sözü yoğun olduğu üçün “lar” ilə, “çiçək” sözü nazik olduğu üçün “lər” ilə cəm yazılmışdır. Bizim zənnimizə görə, ədatlarımızın axır vaxtlarda səssiz hərflər ilə bir növ yazılmağına səbəb ədatlarımızın heroqlif halında olmasından ziyadə ərəb və farsa təqlid bəlası olub. Türklər nə qədər ki, türklükdən, Türküstandan uzaq düşüb, əsrlərcə ərəb hökuməti və dini, fars ədəbiyyatı nüfuzu altında qaldılar, o qədər türklərini və türk dilini itirdilər. Hətta demək olar ki, türklər müsəlman olandan bu yana nə qədər əzəmətli türk hökumətləri vücuda gətirdilərsə, bir o qədər də ərəb və fars ədəbiyyatına, dilinə əsir olub, öz dillərini yaddan çıxartdılar. Həmd olsun ki, axır vaxtda Anadolu səlcuqları bir az türkcə yazmağa tənəzzül edib, türk dilini rəsmi dil elədilər. Səlcuq türkləri ərəb hərfləri ilə türkcə yazmağa başlayanda təbii çox zəhmət çəkdilər… Şəkk yoxdur ki, lap əski türk yazılan özgənin nüfuzuna tabe olmadığı üçün səlcuqların və hətta osmanlıların indiki türk yazılarından daha doğru, daha asan oxunurlar. Osmanlılar elə ki, səlcuqi hökumətinə varis oldular, elə də yazılarına, ədəbiyyatlarına varis olub ta zəmanəmizə qədər səlcuqi imlasını arayır, cüzi islah ilə təqib edirlər. Halbuki əski imla ilə sözlərimiz, ədatlarımız yaxşı oxuna bilmirlər. Bu oxunmazlıq səbəbindəndir ki, osmanlının cavan ədib və yazıçıları bir çox isimlərin əski imlasını, yazılışını dəyişdirdiklərindən nasıl qeyri ədatların da əski tərzlərin dəyişdirib yazırdılar. Bəli, dünyada heç şey əski halında qalmır. Türk yazıları da nə qədər ki, doğru oxunmur, nə dərəcədə ki, dəyişilməyə ehtiyac görünür, dəyişəcəkdir. Hüseynzadə cənabları yazır: “Tərəqqimizin maneələrini əlifbamızda görərək yazımızı, imlamızı islahə qalxışanların rus əlifbasından başqa bir şeyə etibar etdikləri yox. Bunların çoxu firəng, ingilis əlifbasından xəbərsizdirlər. Halbuki ingilislər o əcaib imlaları ilə Avropa və Amerikada, yaponlar o heroqlifləri ilə Asiyada mədəniyyətin ən üst qatına yetişməmişlərmi?”. Biz deyirik: “Möhtərəm əfəndi, tərəqqimizin maneələrini əlifbada görən, əlifbasından heç xəbərləri olmayan Bakı müəllimləri deyil, bəlkə çox gözəl ingiliscə, fransızca bilən Topalı Helmilər, doktor Şərafəddinlər, Mirzə Melkümxanlar, Abdulla Cövdətlər, Qazanlı Maqsudovlar, adları yadımızdan çıxan osmanlı zabitləridir. Qazanlı Maqsudov Bakı müəllimlərindən daha qabaq sözlərin hamısı hərflərlə yazılan əlifba kitabı nəşr edib məktəblərdə öyrətməyə başlamış, Maqsudov Bakı müəllimlərindən daha cürətli olaraq hamı ərəb sözlərini də səsli hərflərlə yazmış. Tərəqqimizin maneələrini əlifbamızda görənlər yalnız indiki zamanın cavan türkləri deyil, bu fikir osmanlılardan 25-30 il əvvəl başlamış olmalı ki, mərhum Kamal bəy onlara qarşı “sələflərimizin əsərləri atılmaq lazım gələcək? Ola bilməz” demiş. “Ola bilməz” deyən Kamal bəyin bu sözlərindən görünür ki, o da bir cür razı olur. Amma sələflərinin əsərlərinin atılacağından qorxur. Şəkk yox ki, bu böyük məsələ əvvəl vaxtlar və ondan sonra osmanlıda 1-2 “ola bilməz” ilə sönməmişdir. Bəlkə hər işdə olduğu kimi belə bir təzəliyin müzakirə və məşvərətinə yol verilməmişdir. Tərəqqinin maneələrini əlifbada görənlər yalnız türklər olmamışdır. Avropalı qoca pedaqoq Leybnits “Mənə mükəmməl bir əlifba verin, mükəmməl bir dil verim, mükəmməl dil verin, mükəmməl bir mədəniyyət verim” – sözlərilə tərəqqinin maneələrini bir növ əlifbada görür. Biz də qanırıq ki, tərəqqimizin əsil maneəsi yalnız əlifbamız deyil, amma əlifbamız hər halda tərəqqimizin maneələrindən biridir. Əcəba, mədəniyyətin ən yuxarı qatına çıxan yaponiyalılar, ingilislər əlifbalarından razıdırlarmı? Bir para firəng ədibləri imlalarından, sərf qaydalarından şikayət etmirlərmi? On-on beş il əvvəl Fransa maarif naziri bu barədə cüzi bir təşəbbüsdə olub nümunədə bulunmadımı? Bu gün yaponlar əlifbalarından, heroqliflərindən narazı olub onu dəyişdirmək istəmirlərmi? Hətta müqəddimə və başlanğıc olaraq latın hərfləri ilə bəzi məcmuələr nəşr etmirlərmi? Bu ayrılıqlar, bu narazılıqlar göstərmirmi ki, avropalıların, yaponların əlifbaları, imlaları çoxdan islaha möhtacdır. Lakin bu islah, bu təbəddüd məşrutə inqilabları kimi asan deyil. İş o qədər kökləşmiş, o dərəcə adət edilmiş, o mərtəbə yayılmış ki, o köhnə, lakin o imla istibdadını pozub, yerinə təzəsini qoymaq hər fədakarın, hər mücəddidin işi deyil! Avropada, o hürriyyət aləmində əskikliklər, islah olunacaq şeylər məgər azmı? Buna təəccüb edib o hürr, o mədəniyyətli Avropa qüsurlarını görə-görə belə, necə, düzəldə bilmirmi deyirsiz? Bəli, düzəldə bilmir. Çünki bu gün görünən o qüsurlar vaxtilə azad, lakin yanlış bir surətdə hər kəsin qanına girmiş adətlərin, hər kəsin ruhunu əsir edən əqidələrin nəticəsidir. Avropada bu gün hər saat görülən əmələ qarışıqlığı, məişət darlığı, sinif davaları, parlament münaziələri, intixab vuruşmaları vaxtı ilə qoyulan və azadlıqla adət edilən ictimai-iqtisadi müsavatsızlıqların, ədalətsiz qanunların bəlasıdır. Bir çox fədakarlar gecə-gündüz çalışıb bu müsavatsızlığın, bu ədalətsiz məişətin islahına çalışırlar. Lakin azadlıqla köklənmiş olan o adətlər tezliklə dəf oluna bilərmi? Halbuki bizdə iş belə deyildir. Bizim əskikliklərimiz bizim üçün xeyirdir. Bizdə hələ məşrutə adı ilə sinif müsavatsızlığı, azadlıq naminə qanuni ədalətsizliklər yoxdur. Yazımız, imlamız bir müəyyən üsul ilə ümumiləşmiş, maarifimiz yüzdən 4-5 adamdan o yana keçməmiş, daha doğrusu, yalnız müsəlman türkləri deyil, bütün islam aləmi yazıdan, imladan xəbərsiz yatır. Buna görə bizdə davamlı böyük bir qeyrət ilə xeyli işləri dəyişdirmək olar. İngilislər imlalarını dəyişdirə bilmirlər. Çünki köhnə əlifba ilə yazılmış neçə yüz milyon kitabların birdən atılmaq, neçə milyon ingiliscə danışanların birdən böyük zərər çəkmək, neçə min mətbəələrin birdən dayanmaq müzərrəti var. Lakin bizdə beləmi? Ciddi oxutmağa layiq neçə türkcə kitablarımız var, neçə cift mətbəəmiz işləyir, yüzdə neçəmiz indiki yazımızı bilirik? Burda bizdən sual ediləcək ki, əlifbamızı dəyişdirsək, sonra köhnə əlifba ilə yazılmış ərəbi və farsi kitablardan nə cür istifadə edə biləcəyiz?.. Ərəb kitablarını və ərəbcəyə yaxın yazılmış əski kitablarını onsuz da anlamırıq. Əlifbamız dəyişməsə belə, o cür faydalı kitablar gərək yenidən türkcəyə tərcümə edilərlər ki, anlaşılsınlar. Ol vaxt yaxşı olmazmı ki, o zəhməti təzə əlifbamız ilə görək. Bir də biz keçmişi deyil, gərək gələcəyi düşünək, neçə yüz xasın faidəsini deyil, milyonlarca avamın xeyrini insafa alaq. Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilə öyrənmək istəyib böyük zərərlərə, fəlakətlərə düçar oldular. “Düşün, sonra iman gətir” qaydasını buraxıb “gözünü, beynini yum, ərəb dili ilə ərəbə müqəllidlik ilə iman gətir” – üsulunu təqib etdilər. Bu yol ilə həm özlərini, həm də bizi bədbəxt etdilər. Elə bilirəm ki, dəxi keçmişlərdən, keçmiş zərərlərimizdən, Avropanın bu gün narazı olub asanlıqla düzəldə bilmədiyi qüsurlarından ibrət almaq vaxtıdır. Bil-mədiyimiz Avropanın bu gün narazı qaldığı əskikliklərdir ki, onu da oradan öyrənib hər iki qüsurun bundan sonra bizdə kökləşməməsinə dörd əl ilə çalışmalıyıq. Heç bir ağıllı türk bulunmaz ki, keçmiş qüsurlarımızı, Avropada bu gün görülən rahatsızlıqları bilə-bilə onların gələcəkdə bizdə də təkrar olunmasına razı olsun. Təkrar edirəm: Biz əskikliklərimizi qənimət bilib indidən idarəmizə, qanunumuza, imlamıza, ədəbiyyatımıza elə əsaslar qoyaq ki, gələcəkdə peşman olmayaq. Buna görə biz heç vaxt deməməliyik ki, ingilislər, yaponlar qarışıq və heroqlif xətləri ilə tərəqqi etdilər. Biz də gərək başımızı qıra-qıra onlar kimi tərəqqi edək. A canım, ingilislərin, yaponların əlində vaxtı ilə mükəmməl bir əlifba olsa idi, bu gün daha ziyadə tərəqqi etməzlərmidı və o çətin imlalarına, o heroqlif yazılarına sərf etdikləri vaxtlarını özgə bir işə sərf etsəydilər, daha çox qazanmazlarmıdı? Demək olmaz ki, ingilislərin, yaponların zərərini bu gün anlayıb narazı olduqları mətləblərdən, əqidələrdən ibrət alıb biz də bu gündən özümüzü düzəltməyə çalışa bilmərik. Mədəniyyətsiz məmləkətimizə elektrik maşınası, tozlu yollarımıza avtomobil gətirə bilmərik. Gərək biz də yüzlərcə il öküz arabası ilə çalışıb yavaş-yavaş onların dərəcəsinə çıxaq ki, ol vaxt öküz arabasını buraxıb elektrik maşını işlətməyə haqqımız olsun. Cənab Hüseynzadə deyir “Ruslar qarmaqarışıq ədatlarını hərəkə ilə göstərməyə çalışırlar deyə, onları təqlidə biz də borclumuyuz?”. Biz elə bilirik ki, mərsiyəxanalara yaraşan o cür təqliddən “İkinci il”i yazanlar çox uzaqdırlar. A canım, rus, ərəb, firəng – cəminin qarışıqlığı bizə nə yol ilə örnək ola bilər ki, elə bir təqlidə hacət görülsün. Biz lap bu fikrin tərsinə olaraq deyirik ki, Bakı müəllimləri rus imlasının çətinliyindən, məntiqsizliyindən ibrət alıb çalışmışlar ki, bizim imlamız, sözlərimizin çətin oxunmaqlıqlarını elə bir məntiqsizlikdən qurtarsınlar. Çalışmışlar ki, bizim imlamız məntiqsiz imlalara bənzəməsin. Bir də ədatlarımızı ən əvvəl səsli hərflər ilə yazanlar sizin təbirinizcə firəngcədən bixəbər, yalnız rusları təqlid edən Bakı müəllimləri deyil, bəlkə ruscadan bixəbər, firəngləri təqlid edən osmanlı yazıçıları olmuşlar. Bununla bərabər, bu işdə heç təqlid-zad lazım deyil, hər pedaqoq, hər bilikli-bəmiyyətli müəllim öz dilinin, öz imlasının qeydinə qalmağa borcludur. Hüseynzadə buyurur: “Tənin”, “Yeni qəzetə”, “Sabah”, “İqdam”, “Sərvət fünun” kimi ən tərəqqipərvər qəzetlər əsrlərdən bəri təyin etmiş imla tərzindən ayrılmayır. Kamalların, Hamidlərin, Əkrəmlərin, Əhməd Müdhətlərin, Fikrətlərin, Üşşağzadələrin, Əhməd Rasimlərin, Fatma Aliyyələrin əsərləri həp o imlayı təqib edir”. Biz deyirik: Əgər sizin dediyiniz imladan məqsəd yalnız “lər”, “də”, “ə” ədatlarının imlası isə çox doğru, yox, hamı sözlərin, hamı ədatların imlası isə uca səslə deyirik ki, çox nahaq. İmla xüsusunda dünya üzərində elə bilirəm ki, bizdən bədbəxt, bizdən uyğunsuz heç bir millət yoxdur: İngilis, firəng ədibləri hələ o yana dursun, heç bir çini-maçinli, siyamlı bir ədib düşünməz ki, bir sözün, ədatın imlasını iki-üç cür yazsın. Amma gəlib bizim ədiblərə baxın. Bir sözü biri “anlaməzsən”, o biri “anlaməzson”, daha o biri “anlaməzsin”, dördüncüsü “anlamazsın” yazır. İki-üç cür yazılan minlərcə sözlərdən mən nümunə üçün bir neçəsini yazıram: “Nəsl”- “nasıl”; “qəzğan” – “qəzan” – “qazan”, “istəyür – istiyor – istəyir”; “ancəq” – “ancağ”; “demir” – “dəmir” – “dəmur”; “bəşqə” – “başqa”; “anlaşılsun” – “anlaşılsın” – “anlaşilsin”; “doqri” – “doğru”; “gəlmisün” -“gəlmisin” – “gəlməsün” – “gəlməsən” və qeyrə. Bu barədə uzun misallar gətirməyə hacət də yoxdur. Kimdə türk professoru Şəmsəddin Sami bəyin “Qamusi-türkü”sü varsa, zəhmət çəkib açıb baxsın. Orada görüləcəkdir ki, bir çox türk sözlərinin imlası 2-3 cürə yazılıb. Mən yuxarıdakı misalları, o müxtəlif imlaları adsız yazıçıların əsərlərindən deyil, Hüseynzadənin göstərdiyi adlı ədiblərin əsərlərindən tapıb yazdım. Əgər inanılmazsa, bir-bir göstərməyə hazıram. Osmanlı ədibləri imlalarını 25-30 ildən bəri çox fərqli bir surətdə dəyişdirməyə başladılar. Bu dəyişdirmək getdikcə genişlənməkdədir. Hətta bundan sonra yeni fikirlər, düşüncələr əsirlikdən qurtardıqdan  o yana bu dəyişdirmələr div addımı ilə böyüyəcəkdir. Osmanlıların başlarında hələ o qədər ağır siyasi-ictimai yüklər var ki, onları buraxıb imla məsələsi ilə məşğul olmağa vaxtları yoxdur. Amma arxayınam ki, çox çəkməz, imla davası qopacaqdır. Bolqarıstanda çıxan “Günəş” qəzetinin yazmağına görə hələ indidən belə ‘‘bəzi bilikli osmanlı zabitləri bu fikirdədirlər ki, hərflərimizin tək-tək “biliyor” sözünü “bilir” kimi yazmaq təklifini meydana qoysunlar. Heç şəkkim yox ki, osmanlılar tərəqqi etdikcə əski imla tərzlərini saxlamayacaqlar. Türkcə şeir yazmaq da şöhrət tapmış iqtidarlı şair Məmmədəmin bəy “Rəsmli kitab” adındakı məcmuədə yazdığı şerin adı belədir: “Hər nerəyə basmış olsan, orada yüz min can yatır” misrası ilə “Hər kəs kəndi ölüsünə ağlamağa qoşmada” misrasındakı “olsan” ilə “ağlamaya” sözlərinə diqqət ediniz. O qüdrətli osmanlı şairi də “sə” ədatını “rusları təqlid” edən Bakı müəllimləri kimi “sa” tərzində yazır. Hamid bəyin “yüksək-yüksəlt” tərzində yazdığı sözü Əkrəm bəy “yüksəld ədayi nəğmeyi-riqqət füzuduni” misrasında “yüksəld” şəklində yazır. Özgə ədiblərin “bilməzsən” şəklində yazdıqları feli Əkrəm bəy “bilməzsin ah dəqdəqeyi-inkisarımi” misrasında olan kimi “bilməzsin” şəklində yazır. Çoxunun “xeyir” şəklində yazdığı sözü Fikrət bəy “xayr” şəklində yazır. Bu imla ayrılığı təzə fikirlərdə, təzə yazıçılarda daha artıq görünür, hələ bundan sonra daha çox görünəcəkdir… Yuxarıdakı misallardan anlaşılacağı üzrə nə osmanlının böyük ədibləri bir tərzdə yazırlar və nə də onları təqlid edəcək olan təzələr. Bunlardan anlaşılır ki, türk imlası hələ müəyyən deyil; hələ ümumən bir imla tərzi qəbul edilməmişdir ki, bu qədər müxtəlif yazılırlar. Ehtimal burada bizə deyə bilərlər ki, bu ayrılıqlar kiçik-kiçik əhəmiyyətsiz fərqlərdir. Lakin elə deyil. Bu fərqlər biz qafqazlılar üçün əhəmiyyətsiz olsa da, sərfi, imlası müəyyən iddia edilən osmanlılar üçün çox əhəmiyyətli olmalıdır. Firənglər o yanda dursun, heç bir erməni, gürcü ədibi bir sözün, xüsusən bir felin imlasını iki-üç cür yazmaz. Bizdə imla qarışıqlığı ondan ötrü elə olub ki, biz türk ləhcəsinə, türk dilinin qanununa tabe olmaqdan ziyadə ərəb və fars imlasına təqlid etdiyimiz kimi, dilimiz, imlamız da ərəblərdən almağa, özümüzü itirib ərəbləşməyə çalışmışıq. Min illərdən qalan türk adlarımızı, türk ləğəblərimizi, türk sözlərimizi həqarətlə çürüdüb dilimizə heç yaraşmayan adları tapmışıq. Hətta o dərəcəyə varmışıq ki, əsil türkcə olan “toğrul” sözünü ərəblərin yazdığı kimi götürüb “tuğra” şəklində yazırıq və hətta ərəb sözü kimi “tuğrani-həmayün” tərkibində eləyirik. Şükür ki, Qazan Orenburq türkləri öz dillərini, öz imlalarını ərəblərin nüfuzundan bir dərəcəyə qədər qurtarmışlar. Qazan yazıları içərisində çətin oxunan sözlər varsa, ancaq ərəbcə sözlərdir; türk sözləri osmanlı sözlərindən çox açıq, çox düz oxunurlar. Hüseynzadə cənabları yazır: “Əlişir Nəvainin, Füzulinin əsərləri yenidən nəşr edildikcə yenə o imlaya, yəni osmanlı imlasına tabe tutulur”. Biz deyirik: Əgər bu əsərlərdəki əski türk sözləri indiki osmanlı türkcəsinə tərcümə edilsələr, mümkün, yox yenə əski sözlər ilə yazılarsa, mümkün deyil. Çünki ol vəqt əski türk sözlərilə yazılan qafiyələrin pozulması lazım gəlir. Elə köhnə türk sözləri ərəb sözləri ilə qafiyə edilib ki, indiki imla tərzi ilə yazsaq heçdən də heç olar. Bizdə əski şairimizin yazdığı imlanı dəyişdirmək insafsızlıqdır. Bundan başqa əski imla tərzi şairin vaxtında danışılan ləhcəni bir dərəcəyə qədər bildirdiyi üçün o dəyişilsə, o vaxtın ləhcəsini hansı əsərlər ilə biləcəyik? Bax bu ola bilər və olmalıdır ki, əski şairlərimizin əsərlərini nə cür ki, özləri yazmışlar, o imla ilə çap etdirməklə bərabər həmin əsərlərin məzmununu öz türkcəmiz ilə yazıb çoxlu nəşr eləyək. Hüseynzadə cənabları deyir: “Uşaqlar “dən”, “dan”, “lər” və “lar”ı öyrəndikdən sonra bir də bunları unudub “dən” “lər”ə alışmaq üçün yeni bir zəhmət davamı çəksinlər?..” Biz deyirik: Uşaqlarımız yazımızı səsli hərflər ilə tezcə öyrəndikdən sonra “dən” “lər”i yenidən öyrənməyə heç zəhmət çekməzlər. Kaş ki, yazımızı öyrətmək üçün uşaqlarımızın zəhməti bu olaydı. Hüseynzadə yazır: “Abdulla Cövdət “bana”, “sana” yazırsa, tatarlar da “bənğa”, “sənğa” yazırlar, biz də “bənə”, “sənə” yazırıq… İştə ittihad da, dil və imla ittihadı da o zaman pozulur gedir”. A canım, nə var ki, nə pozulsun. İttihad bircə “bənə”, “sənə” yazmaqla ola bilməz. Bir-birilərinin gözünü çıxaran, bir-birinin kökünü kəsən, bir-birilərini yox eləyən türk hökumətləri həp “bəna”, “səna” yazırlardı. Bir-birilərinin gözünü çıxaran, bir-birinin, bir qövmin ittihadı üçün ən əvvəl hər tayifə öz ləhcəsinə “mənğə-sənğə”, “mənə-sənə” yazmaqla bilgi və fənn öyrənməlidir. Xüsusən Türküstan, Tatarıstan, Osmanıstan kimi bir-birilərindən uzaq, ləhcəcə xeyli ayrı “turanlılar” mütləq öz ləhcələri ilə, öz imlaları ilə oxumağa, tərəqqiyə başlamalıdır. Öz ləhcələrilə, öz imlaları ilə tərəqqi edib millət, ittihad, azadlıq tədrini, insanca yaşamağı, əsirlik alçaqlığını, ayrılıq zərərini yaxşıca biləndən sonra millət ittihadı da olar, gücü də. Hüseynzadə cənabları yazır: “Müsəlman türkcəsi, farsı, ərəbi özünə birər məxəz ittixaz etməklə və bunlardan ən mənalı, ən lətif sözləri seçib almaqla hər iki dil qədər vüsət və lətafət peyda edib, mədəniyyətin tazə ehtiyaclarına ən əlverişli bir hala gəlmişdir. Bu gün sözlərimizin yarısı haman farsca və ərəbcədir”. Biz deyirik: Çox heyiflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar. Bəli, tərəqqi etmək istəyən millətlərin özlərindən daha mədəni millətlərdən bir çox sözlər alıb dillərini genişlətdiklərini və bu dünyada təbii bir qanun olduğunu indiki məktəb uşaqlarımız da bilirlər. Biz nəinki ərəb və farslardan, firəng, yunan və italyan sözlərindən bir çox sözlər almışıq. Bizim kimi hər millət də bir-birindən yüz minlərcə sözlər alıb dillərini genişlətmişlər. Buna kimin nə sözü? Lakin dərd bundadır ki, bizim almağımız ilə özgələrinin almağı arasında dağlar qədər fərq var. Biz özgələrdən söz almaqla öz dilimizi həqir və bərbad etmişik. Amma özgələr dillərini məntiq dairəsində genişlətmişlər. Özgədən söz almaq bizə böyük bəla olmuş, amma başqalara səfa. Özgələr ehtiyac gördüklərini, özlərində olmayan sözləri almışlar. Özlərində olan bəzi sözləri almışlarsa da, çox az. Özgələr aldıqları yad sözlərini özlərinə mal edib öz ləhcələrinə uydurmuşlar. Öz sərflərinə, öz qaydalarına tabe etmişlər. Lakin öz dillərinin qanununa zidd olan yad sərf qaydalarını heç vaxt qəbul edib, öz dillərini bərbad etməmişlər. Öz sərflərini Bakının Quba meydanı, Tiflisin Şeytanbazarı halına qoymamışlar. Amma biz, biz bədbəxtlər nə qayırmışıq, bilirmisiz. Biz, bizə lazım olan elm, fənn istilahlarını qəbul etməklə bərabər, min illərcə işlətdiyimiz sadə türk sözlərimizi, beşikdəki nənnilərimizi də buraxıb yerinə ərəb və fars sözləri almışıq. Və onları böyük bir həvəslə yazımızda, ədəbiyyatımızda işlədib avamlardan ayrılmaq, “alim” görünmək bədbəxtliyinə düşmüşük. Məsələn: Tanrı, ana, ata, qardaş, yoldaş, çörək, su, duz, ot, göy, yer, ev, eşik, sevgi, istəmək, yaşıl, qırmızı… bu cür üç-dörd yaşındakı balalarımızın da bildiyi minlərcə türk sözlərimiz ola-ola, onları buraxıb yerinə, Həqqi-təala, pədər, madər, rəfiq, həmşirə, pak, maəşir, səma, zəmin, astanə, məhəbbət, səbz, xüzrə, sürx sözlərini işlədirik və çoxlu yazırıq və hətta onlar ilə yazmağı özümüzə bir “hünər-sərəfrazlıq” güman edirik. İndi insaf ediniz, bir millət ki, ata, ana, su, çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. Dəxi nə hala deyə bilərik ki, mənim də dilim və vücudum vardır? Dünyada heç bir millət özgələrin sərf qaydalarını nə cürə ki, var, eləcə qəbul edib, öz dilinə doldurmamışdır. Ancaq dünyada bircə biz hamıdan “ağıllı”, “qanacaqlı” çıxıb özgələrin başlarındakı sarıqları ilə bərabər ayaqlarının tozlarını da qəbul edib gözlərimizə sürmə eləmişik. Bir türk doğru bir ibarə yazmaq üçün əvvəl sərf və nəhvdən başqa ərəb və farsın da sərfini mütləq çox yaxşı bilməlidir… Rus darülfünunu qurtarıb öz dilində danışmağını, yazmasını yaxşı bilən bir türk gərək ərəbi, farsı qaydaları da yaxşı bilə ki, “savadsız” töhmətindən xilas ola. Sözü çox uzatmayaq. İndi deyilsin görək, ərəbin, farsın bir çox sözlərini möhtac olub almışıq, buna heç söz yox, amma onların sərf qaydalarını almağa nə ehtiyac görülmüş? Tərifat, dərəcat, kütüb, qılman, sur, həqaiq, məkatib, müslimeyn, bəndəkan, şagirdan və qeyri bu kimi sözləri ərəb və fars qaydası ilə yazmağa nədən möhtacıq? Əcəba, bunlar türk qaydası ilə təriflər, dərəcələr, kitablar, qulamlar, surətlər, həqiqətlər, məktəblər, müsəlmanlar, bəndələr, şagirdlər yazılsa idi, bunları bir dərəcəyə qədər avamımız da qansa idi, nə olardı? Möhtərəm ustadımız Hüseynzadə cənabları “lər” və “lar” dərdinə qalıb uşaqlarımızın zəhmətini “lər” ilə “lar”ın ayrı-ayrı yazılmağında görəcəyi yerdə dilimizə hücum edib “lər” ədatımızm kökünü kəsməyə çalışan o bir sürü ərəb və fars cəmlərinin ədatlarını dilimizdən qovmaq dərdinə qalsa idi, daha yaxşı, daha səvab, daha məntiqli olmazmı idi?! Əcəba, uşaqlarımızın zəhmətinə heyifləri gəlib cəm ədatı “lər”in iki cür yazılmasına razı olmayan möhtərəm ədiblərimiz bilmirəm necə olur da iyirmi və daha çox ərəb cəm qaydalarının dilimizdə işlənməyinə razı olurlar. Doğrudur, biz ərəb və farsdan minlərcə söz almışıq. Bundan sonra da ehtiyac gördükcə alacağız və almalıyıq. Lakin o aldığımız sözləri özümüzə mal edib, onları öz türk sərfimizə tabe etməliyik. Onları türk sözü kimi işlətməliyik. Ərəbin, farsın hamı sərf qaydalarını dilimizdən qovmalıyıq. Öz türk dilimizin aləmində yalnız türk sərfini hakim etməliyik. Bundan özgə dilimizə ehtiyatsız keçən bir çox ərəb və fars sözlərinin qarşılıqları bizdə ola-ola onları mümkün mərtəbə işlətməməliyik. Məsələn, ata, ana, su, yer dəyişdirmək və bunlar kimi minlərcə türk sözlərimiz ola-ola bunların yerinə pədər, madər, ab, zəmin? şikəst, tədbir kimi yad sözləri işlətməməliyik. Bizdə heç gərək olmayan ərəb və fars sözlərini dilimizdə ən ziyadə işlədən “zəhmətsiz qafiyə” tapmaq istəyən şairlərimizdir. Şairlərimiz doğrudan qafiyə bəlasından şeirlərini yersiz-gərəksiz ərəb və fars sözləri ilə doldururlar. Bununla bərabər bu hala haqsız da olsa, bir məna vermək olar. Amma qafiyəyə-zada məcbur olmaya-olmaya “nəsrlərini” ərəb və fars sözləri ilə dolduranlara nə deməli? Burada bir çox ədiblərin əsərlərindən birər nümunə gətirib göstərməyə hacət yoxdur. Çünki burasını hamı oxumuşlarımız bilirlər. Bizdə elm və mərifətin camaatımız arasında yayılmamasının ən böyük səbəblərindən birisi də dilimizdir, daha doğrusu dilsizliyimizdir. Ədiblərimiz, şairlərimiz yazıçılarımız və qəzetçilərimiz yazılarını ən ziyada “avam” üçün deyil, “xas” üçün yazırlar. Halbuki bir millətdə hakim “xas”ın fikri deyil, “ümum”un fikridir. Buna görə hamıdan ziyada ümumun fikrinin açılmasına çalışmalıyıq. Bunun üçün də bir dərəcəyə qədər hamının və heç olmazsa, çoxunun anlayacağı bir dil ilə yazmalıyıq. Millətin çoxuna xidmət etmək istəyənlər çoxunun anlayacağı bir dildə yazmalıdır. Açıq türkcə yazılara avam dili deyib gülməməli, ərəb və fars sözləri ilə dolmuş yazılara da guya yanlış olaraq ədəbiyyat dili deyib fəxr etməməliyik. Bu gün bizim işlətdiyimiz dil, ədəbiyyat dili deyil, oğurlanmış, çirkin bir dildir. Ərəb və fars sözləri ilə yazılan uyğunsuz yazılara ədəbiyyat dili demək ədəbiyyatın nə olduğunu bilməməkdir. Camaatımızı bu fikirdən daşındırmaq çağıdır. Dilimizin qədrini bilmək çağıdır. Əgər bu yanlış fikirlə gedərsək, bizdə hamı camaatın oxumuş, bilikli olması ya Mehdinin çıxmasına və ya İsanın enməsinə qalmış deməkdir. Dəxi vaxtdır ki, “xas” dilin “avam” dilinə yaxınlaşdıraq. Dəxi vaxtdır ki, mümkün mərtəbə açıq yazıb camaatı oxumağa həvəsləndirək. “Camaatımız oxumur, oxumaq istəmir” – demək doğru deyildir. Hansı açıq dililə əsərlər yazıb camaatı oxumağa alışdırdıq ki, camaatdan şikayət eləyək, onlara nə verdik ki, nə istəyək? İnsafla düşünülürsə, bu gün camaatımızın belə kor və cahil qalmağına beş-on dilənçi mərsiyəxanın, bir para lotu mollaların əlində oyun-oyuncaq olmağına səbəb olanların bir qismi də ediblərimiz, şairlərimiz, yazıçılarımız, qəzet yaranlarımızdır. Bu cənablarımız ha qışqırırlar ki, ay qoymayın, millət geri qaldı! Lakin millətin əsil geri qalmağına səbəb olan yazımızın, dilimizin islahı üçün, türkcəmizin işləməsi üçün heç çalışdılarmı? Əgər açıq bura türkcəsi ilə yazarsaq, İstanbula gedən beş-on qəzetimiz anlaşılmayacaqmış, canları çıxsın anlamasınlar. Bizə beş-on istanbullunun anlaması lazım deyil, üç-dörd milyon qafqazlının anlaması lazımdır. Biz indilik öz ləhcəmizlə, öz sözlərimizilə oxuyub yazmaq öyrənsək, sonra osmanlıları da tanıyarıq, türküstanlıları da bilərik, ittihad da eylərik. Yuxarıdakı sözlərimi oxuyub mənə deyə bilərlər ki, avam dil ilə nə cür yazılsın ki, avam dili “ədəbi” dil deyil. A canım, nə ədəbi-mədəni bəhanəsidir. Məgər “ədəbi” dil olur ki, ərəb və fars sözlərini, qaydalarını, bir-birinin dalına, peşinə düzüb axırını türkcə “oldu, bitdi” ilə qurtarasan. Bu sözlərimdən “ərəb və fars sözləri heç işlənməsin” mənası çıxarılmasın. Biz ərəb və farsdan, hətta firəngcədən bir çox lazım olan istilahları almışıq, alırıq və almalıyıq. Buna kimsənin sözü yox. Bunları az bilikli oxumuşlarımız təkrar edə-edə öyrənirlər. Onsuz da bunlar müəyyəndir, azdır (…) Yenə deyirəm, qəsdim o deyil ki, ərəbcə sözləri heç işlətməyək. Xeyr, bunları həla ata bilmirsən, heç olmazsa, bunların ərəbcə cəmlərini, dilimizdə az işlənən ismi-fail və qeyrilərini, tərkiblərini işlətməyək Bunları bir dərəcəyə qədər camaatımızın anlayacağı halda işlədək. Elə bilirəm ki, həmin ərəb sözlərinin özlərini türk qaydası ilə işlətsək, oxuyanlarımızın çoxu başa düşər (…) Bu gün yazı yazmağa başlayan bəzi cavanlarımızın ərəb və fars sözləri yazmaq istəmələri, onun üçün dəli olmaları dilimizin gələcəyi üçün xeyir əlaməti deyildir. Məsələn, bu gün “Tərəqqi”də oxudum ki, osmanlıdan bir əsəri Azərbaycan dilinə “çevirən” iranlı cənab Mir Abbas kitabın üstündə “Mübəddili Mir Abbas” yazır. A canım, əgər osmanlı türkcəsi buradan anlaşılmadığından ötrü əsərin dilini çevirdiksə, ən əvvəl gərək “Mübəddili” əvəzinə “çevirən” və ya heç olmasa “təbdil edən” yazaydıq (…) Hüseynzadə cənabları deyir: “Bana-sana şəxsi-zəmirlərimizə müştərək bir əlamət olub dəyişməyən bir heroqlif kimi hamı türklərin qolay anladığı bir şeydir”. Biz deyirik: “Bizim yazımız heroqlif yazısı olmaya-olmaya bir-iki heroqlifin yazımızda bulunması məntiqsiz və mənasızdır. Madam ki, sözlərimiz ümumiyyətlə, danışıldığı kimi və ya ona yaxın yazılır, nədən ötrü bana-sana və başqa bir neçə sözü heroqlif halında saxlayaq. Bir də bana-sana sözləri vaxtilə gənizdən oxunduqları üçün bana-sana şəklində yazılıb nəinki heroqliflərdən ötrü… Bir para osmanlı ədibləri vaxtilə tişəri, tavuq, ata, balta, tor, torba, top və özgə tərzində yazılan sözləri indi dişarı, tovuq, ada, torba şəklində yazırlar. Amma heç kəs demir kı, buxaralılar, altaylılar o sözləri köhnə imlaları ilə qolay anlarlar, gərək dəyişilməsin. Əgər biz bu fikirdə olsaq ki, köhnə imlalarımızı, köhnə imla tərzini hamı türklər qolay anladıqları üçün dəyişməyək, bunu gərək ən qabaq osmanlı ədiblərinə deyəsən, nəinki Bakı müəllimlərinə. Hüseynzadə buyurur: “İkinci il”i yazanlar balalara dilin yarısını bir imla ilə, yarısını digər imla ilə öyrədərək dənizi-dəniz, cəmdəyi cəmdək, zəngi-zəng, dərini-dəri, dəni-dən yazmaqda nə asanlıq ola bilər?” Biz deyirik: Çox asanlıq vardır. Osmanlıda bir möhtərəm şəxs ən qabaq özbaşına vav və kafin üstünə birər əlamət qoyub bir dürlü yazılan vavı beş cür, kafi dörd cür yazmağa başladı və təzə əlamətli hərflərlə ilk dəfə bir—iki qiraət kitabı çap olunub məktəblərdə oxun- mağa başladı. Bununla bərabər bir çox sözlərin köhnə imlaları dəyişdirilib təzə tərzdə yazıldı. O təzə tərzdə yazılan qiraət kitabları ilk dəfə bir neçə məktəblərdə oxunub yavaş-yavaş bir dərəcəyə qədər ümumiləşmək halına gəldi. Amma ilk vaxtda heç kəs demədi ki, biz balalarımızı məktəbə köhnə imlanı öyrənmək üçün göndəririk, əski əsərləri oxuyub faydalansınlar. Heç bir ədib demədi ki, gərək biz işi qolaylığına, gələcəyin istəyəcəyinə görə iş görməyib keçmişə doğru qayıdaq. Əski əsərlərin imlaları xatirinə təzə bir şey eləmiyək. “İkinci il”i yazanlara gəlincə bunlar təzə bir hərf çıxarmadılar, əlifbamızı dəyişmədilər. Cövdəti Cəvdət yazmadılar və bu cür böyük işlərə əl vura bilmədilər. Bunlar osmanlılardan ancaq bir az daha irəli gedib danışıqda olan a və ə səslərini yazıda göstərdilər. Dərini dəri, dəlini dəli, baltam balta şəklində yazdılar ki, qolay oxunsunlar. Bundan ötrü onları töhmət deyil, təbrik etməliyik. Qaldı Hüseynzadə cənablarının qorxduğu “iki cür imla”: lar-lər, dan-dən yazmaq təzə meydana çıxmır. İki cür imla bizdə türklərin ərəb hərfləri ilə yazmağa başlamalarından bəri (əcəba bu “bəri” sözünü “bərimi” oxuyaq, “birimi?”) vardır. Bu, təzə bir iş deyil. Baxınız biz ərəbcə, farsca sözləri (məsələn, mütəhəmmil, ərrəhman, dərdimənd… kimi hərəkəsiz yazırıq, amma türkcə sözlərimizi səsli hərflər ilə) məsələn, istəmək, öyrədə bilmədi, bazar ertəsi… yazırıq. Demək ki, bizdə iki cur imla min ildən artıqdır ki, vardır. Əgər bu, günah isə biçarə Bakı müəllimlərinin boynuna yox, ata-babalarımızın, əski böyük ədiblərimizin boynuna qoymalıyıq. Əgər bizlər silməmək, vura bilmədi sözlərini necə yazırıqsa, şəksiz-şübhəsiz diri-cəmdək sözlərini də elə yazmalıyıq. Yox, madam ki, sözlərin ən çoxunu səsli hərflərlə yazırıq, bır neçə sözü əski ərəb imlasının xatiri üçün ümumi qaydadan, türk ahəngindən ayırmaq nə üçündür? Bu hal işin qolaylığına baxmayıb, məhz köhnə tərzi saxlamaq demək deyilmidir? Dirini səsli hərflərlə yazdığımız halda dərini başqa cür yazmağımız əsil məntiqsizlik, mənasızlıq deyilmi? Ərəb və fars sözlərini hələ özümüzə mal edib öz sərfimizə, öz ahəngimizə tabe edə bilməməyimiz az bəlamı ki, bir də türk sözlərimizi ərəb və fars sözləri halına qoyaq. Burada bizə deyə bilərlər ki, hər dildə ümumi qaydadan dişarı oxunan yüz cür misal var. Məsələn, ruslar o-nu bəzən a oxuyurlar, firənglər e yazırlar, a oxuyurlar, s yazırlar, ka oxuyurlar, t yazırlar soxuyurlar; ingilislər də a hərfini beş cür oxuyurlar. Bu barədə yuxarıda imla bəhsində cavab verildiyi üçün burada təkrara hacət yoxdur. Hüseynzadə yazır: “İngilislərdə hər bir səsli hərfin dörd-beş dürlü sədası vardır”. Biz deyirik: burasını bilmək lazım ki, ingilislərin bir para alimləri bu gün öz imlalarından şikayət edirlərmi, etmirlərmi? Madam ki, edirlər, dəxi onların qüsurları bizə nədən ötrü örnək ola bilsin. Qaldı ki, ingilislərin sözlərində yenə bir hərf var ki, dörd-beş cür oxunur. Lakin biz bədbəxtlərin yazılarında hansı səsli hərf var ki, onunla kl sözünün gül, göl, kül, gil, gəl oxunacaqlarını bilək. Təəccüb ki, ingilislərin qüsurları bol-bol göstərilir, amma heroqlifdən çətin, ərəb saçından daha qarışıq olan yazımız, qüsurlarımız heç dilə alınmır. Hüseynzadə deyir: “İkinci il”i yazanlar nədənsə ə-nin qalın və incə olaraq iki səsə məxsus olduğunu bilmirlər. Bilmədikləri üçün də bir çox hecaların, məsələn, məfulun fiə ədatı olan qalın səsli də-ni da şəklində yazmağa qalxışırlar. Halbuki da-nın səsi başqa, də-nin səsi başqa. Bizdə a hərfinin üç dürlü səsi var”. Biz deyirik: Güman etmirik ki, “İkinci il”i yazanlar ə-nin iki cür olduğunu bilməmiş olsunlar. Əgər belə şeylərlə güman etmək olsa, bizim daha artıq haqqımız var güman etməyə və deməyə ki, türk sərfi yazan osmanlı alimlərinin çoxu bizdə neçə hərəkə olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəmizi, yəni səsli hərflərimizi səkkizdən yuxarı çıxarmamışlar. Doğrudan da, türk sərfi yazanların çoxu hərəkələrimizi tamamilə anlatmaqda, onları ayrı-ayrı birər işarə ilə bildirməkdə və bu yolda oxuyanlara asanlıq olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəsini biri yoğun, digəri incə olmaq üzrə həmişə iki cür göstərmişlər və bunları da məsələn, alma, baş, balta, əl, təpə misalları ilə bildirmişlərdir. Halbuki bizdə fəthə hərəkəsi dörd və bəlkə beş dürlüdür: ahu. armud, tas, getmək, dərə misallarında olduğu kimi. Hüseynzadə cənabları deyir ki, bizdə a hərfinin üç növ səsi vardır: al, baş və əl misallarında olan kimi. Amma biz deyirik ki, bizdə a hərfi üç cür deyil, bəlkə altı və yeddi cür oxunur: ahu, at, tas, əl, İskəndər, məmur misallarında olan kimi. Hələ bir az daha cürət edib irəli getsək, deyə bilərik ki, İran, işıq, iş, üç, üz, od, uzun sözlərinin birinci hərfləri də eynidir. Burada bizə deyə bilərlər ki, xeyr, bu sözlərdəki hərəkə məhz y və v səsli hərflərinə yoldaşlıq üçün yazılmışdır. Çünki başda hərəkə tək başına yazıla bilməz. Çox əcəb, ol vaxt biz də deyərik ki, əl və Əsəd sözlərindəki ə-yə eyni ə demək olmaz. Çünki ərəbdən qəbul etdiyimiz qaydaya görə r, v hərəkələri sözlərin başında tək yazıla bilməyə-cəklərindən onların yazılmaq xatiri üçün artıq olaraq yazılmaqdadır. Əsəd, İskəndər, ustad yazdığımız kimi. Bu halda deyə bilərik ki, əl və Əsəd sözlərindəki əlif heç vaxt a deyildir, bəlkə e-dir (…) “İkinci il”i yazanlara yenə şükr eləyək ki, qüsurlu da olsa et, yap sözlərini həmzə işarəsi ilə yazıb, it, köpək sözlərindən ayırmışlardır. Şəkk yox ki, əgər bizim Qafqaz çapxanalarında v-nın səsli hərflərə məxsus olanları da olsa idi, onları da işlədərlərdi (…) Hüseynzadə deyir: “X” hərfinin məxrəci q-nın məxrəcinə yaxın olub x q-yə və q x-yə qəlb olunur. Bununla bərabər osmanlılar bir neçə təqlidi sözlər müstəsna olaraq türkcədən x hərfini bütün-bütün çıxarıb atmışlar. Çünki əvvəla x qaba və lətafətsiz bir hərfdir. Buna görə “İkinci il” də bu x-lardan əl çəksə yaman olmaz” (…) Bir də x hərfi istanbullularca qaba və lətafətsiz isə bizcə xoş və lətafətlidir, çünki ana qucağından bəri x ilə danışırıq; çirkin və eyibli də olsa, balamızdır. Onu asanlıqla ata bilmərik. Hələ istanbullular, xanım, xoş, xalta, xoruz, xaşılamaq kimi bir çox sözlərdə x hərfini saxlaya-saxlaya biz nə cür birdən buraxa bilərik. Hüseynzadə cənabları yazır: “İkinci il” baxalım yazır. Bu “baxalım” nədir və necədir? Azərbaycanca baxax olmalı, osmanlıca isə baxalım. Bizim belə qələtlərimiz çoxdur. Osmanlı üsulu ilə ibarətpərdazlığa qalxışırıq. İstanbulca nisbi zəmirin mütəkəllim cəmi bizim q və k yerinə z ilə gələr. Biz isə fərqinə varmayaraq mazi şühudilərin mütəxəllim cəmini də z ilə uydurub bildik, yazdıq yerinə bildiz, yazdız yazırıq. Biz deyirik: Hüseynzadənin bu barədə yerdən göyə qədər haqqı vardır. Bu yaxarıdakı sözlərin hamısına ürəkdən yoldaşıq. Hüseynzadə yazır: “Dostlarımdan yerli bir şair bir yerdə “kibi bilər, kibi bilməz” yazmışdır. Zənn etmişdir ki, mən yerinə bən deyildiyi kimi, hər m da b-ya qəlb olunur. Məgər dostum “kimi bilər, kimi bilməz” demək istəyirmiş”. Biz deyirik: İndiki yerli şairlərimizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tək-tük sözlər ilə qurtarsa idi, canları cənnət! Lakin indiki bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlılara təqlid edib, öz dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş, şirin ruhlu şeirlərini indikilərdə görə bilmirik. Əgər bu cahilcə müqəllidlik, əgər bu saxta şairlik belə gedərsə, bundan sonra şairlərimizin əsərlərində qafqazlıların məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, indidən görülmür. Hüseynzadə deyir: “İndi “İkinci il” kimi yazsaq ki, “Meyvə dəgməz hər…” Bunun də-sini ədat zənn edib meyvəyə ətf z ilə hər də bir söz ola biləcəyindən, uşaqlar bu cümləni “meyvədəki zəhər kimin üçündür” məzmununda oxumağa haqlı olmazlarmı?” Biz təəccüb edirik ki, Hüseynzadə cənabları yazımızın belə qəribə hallarına təəccüb edir və bu qəribə halı haqsız olaraq dəgməz-i dəgəməz yazmaqda görür. Halbuki “meyvə dəgəməz hər…” cümləsinin “meyvədəki zəhər kimin üçündür” oxumağına heç münasibəti yoxdur. Haydı, Hüseynzadənin dediyi kimi, düz yazaq, görək sözləri bir-birinə yaxınlaşdıranda yazımızda yenə o qəribə hallar, özgə mənalar çıxmırmı? Məsələn, “O düz yerdə idi” cümləsindəki sözləri, hərfləri biz Hüseynzadə kimi dəyişdirməyək, ancaq sözləri bir-birinə yaxın yazaq. Ol vaxt “Od vəzirdə idi” mənası çıxmazmı? A canım, yazımızın bu cür xasiyyətini kim bilmir? Hüseynzadə öz yazdığı cümləsi ilə əlifbamızın, yazımızın nə qədər uyğunsuz olduğunu, nə mərtəbə bizi yanlışlıqlara salıb, avara eylədiyini özləri isbat etmiş olurlar. Hüseynzadə yazır: “Türk feillərinin bütün məziyyətləri heroqlif halını alan ədatlardadır. Bunlar qısa-qısa işarələrdir ki, mühüm mənalara dəlalət edirlər”. Əcəba, o işarələr bir az uzun-uzun olsalar, o mühüm mənalara dəlalət etməyə utanarlarmı? Məsələn, “yazdırəcəkmiş” sözünü “yazdıracaqmış” tərzində yazsaq o, mühüm mənasını itirirmi? Halbuki bunda o mühüm mənası ilə bərabər, hamısının daha asan oxumaq mümkünlüyü də var. Oxuyanları inandırıram ki yaponların heroqlif yazılan belə, bizimkindən asan və müəyyən oxunur. Çünki heç olmazsa hər bir felin, ismin, zamanın müəyyən bir şəkli var. Amma biz bədbəxtlər hansı işarə ilə məsələn, bir şəkildə yazılan sirri seyr-dən ayıra bilək. Hələ bizdəki nöqtələrin nə bəla olduğu məlum. Əlifba barəsində sonra yazacağam. Faiq Nemanzadə “Tərəqqi” qəzeti, 20, 22, 26 fevral, 3, 12, 15, 16 mart 1909, №41, 42, 44, 49, 52, 53, 55 * * * Ətiqə Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki, deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Bir az yaxın getdim ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq deyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar da mənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı. Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, “Qardaş, bu nə xəbərdir?” Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Bir az sonra mənə böylə cavab verdi: “Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”. Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki, işimin dalınca gedəm. Gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetlər onların nəyinə lazım? Doğrusu, bu iş mənə dərd oldu. Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmane hazırlaşırdı ki, cavab versin, o yandan səyyahın biri türkcə dedi: “Əfəndim, bunlar bizim üçün ətiqədir”. Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetlərə ətiqə deyib, əziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim: – Çox sevindim ki, siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb, bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz. Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi: – Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərin ətiqəliyi özgə cəhətlədir, nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa, mərhəmət edib bizim üçün tapınız. Səyyahın bu acı və rümuzlu sözü mənim başıma su tökülən kimi oldu. Çox pozuldum və dedim: – Taparam, lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım. Səyyah: – Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun bizim mənzilə gedib danışaq. – Çox əgəb – dedim və “Yevropa” mehmanxanasına doğru getməyə başladıq, yoldakı söhbətimizdən duydum ki, mənimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım: – Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə, bizim Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir? İngilis: – Xeyr, onlar bizə çoxdan məlum. Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğrudan da, ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq. Mən: – Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar, paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kim hər şeydən yazır, hər şeydən bəhs edirlər. Bəs, nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də din və millət təəssübü çəkirsiniz? İngilis: – Əfəndim təlaş etməyiniz. Təəccüb yeri yox. Budur, “Yeni həqiqət”in 3-cü nömrəsi, oxuyum qulaq asınız” “İdarədən: bütün üləma və sair mühərrirlərə təklif ediriz ki, “kitabi-mübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”. Mən: – Çox yaxşı, bunda nə var ki? İngilis: Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki siz bu gün, o da fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan beş-on müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız, bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var? Ha bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı, amma indi müsəlman qəzetlərində… Mən bu həqarətə dayanmayıb dedim: – Səhviniz var, əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil. Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimizin öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: döşəkdə yatıb qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəblə din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və böyük səadətdir. İngilis: – Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirəm Quranın “kitabi-mübin” olub-olmadığında camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: nəsiniz, nəyiniz var? Hankı haqqa, insanlığa, müsavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən səfil, sizdən qate, sizdən yazığ bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcülərin də dinləri var. Həm sizinkindən də köhnədir. Qəzetlərinə baxınız. Sizinki kim, boş din bəhslər ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən iki-üç qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən iki-üç qat yuxarıdadırlar. Bu sözlərimdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Arxayın olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm. Mən: – Bizi istəyən bizi, bizim qəzetləri pisləyərmi? İngilis: – Qanıram ki, sizin indiki halınız lap köhnə yəhudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız! Mən: – Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq bağışlayınız! İngilis: – Tam onlar kimisiniz. Bilirsiniz ki… əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya doluşub din bəhsləri ilə bir-birilərini boğurlandı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar bir az bir müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınız da o dağılmış millətlərin halına oxşayır, öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, lövhi-məhfuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ beş yüz il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: belə bir vaxtda camaatı faidəsız din bəhsləri ilə məşğul edən müsəlman qəzetləri “ətiqə” deyillər də, nədir? Mən: – Bir qəzetimiz necə olubsa, elə bil zad yazmış. İngilis: – Bir qəzetinizmi? Hamısı belədir. (Bu həngamədə çantasından bir çox qəzet çıxarıb qabağıma tökdü və başladı oxumağa:) “Burhani-tərəqqi”, nömrə 131: “Qəzetə oxuyan adamın imaməti caizmi?” “İşıq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzüaçıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxananı dağıtmış(?) və xanımı divani hərbiyə (?) vermiş. İdarədən: islam xanımlarının şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”. “Bəyanül həqq”. Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır… İngilis: – Deyiniz görək: bunlar beş yüz il əvvəlki fikirlər, yazılar deyil də, nədir? Belə yazılara bizim və sizin nəvələriniz “ətiqə” deməz də, nə deyər? Lağlağı “Molla Nəsrəddin” jurnalı, 1911, № 5 * * * Yardım təcili lazım Müharibə münasibətilə Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axısxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Fəlakət təsəvvür etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha çəkərsuzdur. Fəlakət və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır. Yerlərin böyüklüyünə, fəlakətdidələrin çoxluğuna baxıb güman etməyiniz ki, müharibə münasibətilə az-çox zərər görənləri “yardıma möhtac” hesab edirəm. Xeyr… xeyr… Əgər bu saydığım yerlərin sahibsiz, kişisiz qalmış yüz minlərcə arvad-uşaqlarının, qoca və zəiflərinin fəryad və əninlərinə çatmaqda “ehmal” edərsək bunların az vaxtda tələf olduqlarını eşidəcəyiz. Hazırda bu yerlərin hər guşəsindən “imdad, Allah eşqinə imdad” fəryadları göylərə çıxmaqdadır. Bakıya, Gəncəyə əvvəlcə qaça bilən 40-50 evin hallarını nəzərə alıb müsəlmanlara lazım olan yardımın azlığına aldanmayınız. Aldanmayınız, çünki yardıma möhtac olanlarımız özgə millətlərinkindən çox-çox ağır və naçar halındadırlar. Özgə millətdən qaçanların çoxu öz oğul-uşaqlarının əllərindən tutub pullarını, kimi yüngül qiymətli əşyalarını da alıb bərabər götürmüşlər; və gəldikləri yerlərdə millətdaşlarının mərhəmət qucaqlarına tələsik atılmışlar. Lakin müsəlmanlar! Müsəlmanlar böylə deyil, ürək yandıran, ciyər parçalayan bədbəxtlərin çoxu heç bir yana qaça bilməyən və yaxın yerlərdə gizlənib sonradan meydana çıxan hədsiz-hesabsız arvad-uşaq, qoca və xəstələrdir. Bunlardır ki, talan edilmiş yurdlarında sahibsiz, köməksiz, çörəksiz, susuz, amansız bir haldadır. Bunlardır ki, bir loğma çörək üçün gözlərini qapıya tikib “İmdad, Allah eşqinə, imdad” – deyə bağırırlar. Hələ Ərdəhan fəlakətzadələrinin hallarına baxınız ki, yerlərində quru çörək olsun, tapa bilmədiklərindən yürüməyə gücü çatanlar 40-50 verstlik yolları, uca qarlı dağları aşıb, Axısxa kəndlərinə can atırlar. Deyirlər ki, gələn zəiflərin bir qismi yolda 30-40 dərəcə soyuğa dayana bilməyib təbiətin ağ, yumşaq kəfənlərinə, qalın qarlarına bürünüb oradaca qalmışlar. Əcəba, o soyuq, qorxunc dağları aşmağa gücü çatmayan yüz minlərcə insanlar – müsəlmanlar amansız aclığın, soyuğun qarşısında nə yaparlar? İştə Qars qubernatorunun “Ehtiyac və səfalət qorxuncdur” – deyə işarə elədiyi səfalət oralardadır. Oralarda indi kim bilir aclıqdan, köməksizlikdən can verirlər. Ümid edirik, Bakı cəmiyyəti-xeyriyyəsi, Bakı ərbabi-həmiyyəti fəlakətin böyüklüyünü, vaxtın darlığını, köməyin əcələliyini nəzərə alıb ianə yığmaq zəhmətini tezliklə alar. Biz ianə yığmağa məşğul olanda ianə komissiyası üzvləri də tələsik fəlakət yerlərinə, o dörd okruqa gedib bədbəxtliyin ürək par- çalayan halətini öz gözləri ilə görüb bildirərlər. Sanıram ki, iş rəsmi rüsxətdə və başçılarımızın həmiyyət göstərmələrindədir. İanəyə gəlincə: ümidli və arxayınam ki, böylə bir “milli vəzifə qarşısın”da heç kəs əlindən gələni əsirgəməz. Ancaq bu qədər lazım ki, ianə yığanlarımızda bir az fəaliyyət, əmniyyət və həmiyyət olsun. Camaatımız öz milli adət və təbiətləri, dini əmrləri mücibincə möhtac olanlara yardım etməyə hər vaxt hazırdır. Bilxassə ki, böyük yardımlara böyüklərimiz, nüfuzlularımız, bəylərimiz, axund, əfəndi və hacılarımız da başçılıq edərlər. Camaatımızın itaətinə kiçik bir misal örnək gətirəyim: Axısxa uyezdində Azqur kəndi fəqir bir yerdir. Bu fəqirliklə bərabər beş ayın içində beş-altı dəfə ianə vermişdir. Qazının, naçalnikin, pristavın, mollanın və yerli camaatın ianə istəməklərini üz açıqlığı ilə qəbul etmişdir. Hətta bunları da az görüb hər ay iki yüz manat xərc ilə yaralılara məxsus bir kiçik xəstəxana da açmışdır. Vətəndaşları uğrunda bu qədər həmiyyət göstərənlər xəyala gelə bilərmi ki, aclıqlarından həlak olmaq dərəcəsinə gəlmiş yüz minlərcə millət bacı-qardaşlarının suzişli iniltilərinə, qanlı göz yaşlarına qulaq verməsinlər. Zənn edirəm ki, ən böyük müzəffəriyyət fəlakətzədələrin qəlblərini fəth etməkdir. İnanıram ki, bu qəlb müzəffəriyyətinin şəhərlər, məmləkətlər fəth edən müzəffəriyyətlərlə də münasibəti vardır. Öz bədbəxtlərinin göz yaşlarını kəsmək qüvvəti olmayanlar öz gözlərinin qüvvətliliyini güman etməsinlər, öz həmcinslərinin fəlakətlərinə çata bilməyənlər şəksiz ki, insaniyyətə hələ çatmamışlardır. Möhtac və zəiflərin iniltilərini yüngüllədə bilməyənlər öz vicdanlarının möhnəti ağırlığından qurtara bilməzlər. Fəlakətdidələrin ehtiyaclarına qarşı ciddi addım atmıyanlar əsil həqiqi mədəniyyətə, ərşi-ürfana hənuz addım atmamışlardır. Pərişan olanların ürəklərini yapmıyıb da Kəbəyi yapmağa çalışanlar Allahı, peyğəmbəri və onların əmrlərini əsla qanmamışlardır.’ Ömər Faiq Nemanzadə “İqbal” qəzeti, 19 yanvar 1915, №842 * * * Bir Loğma Ətmək Ətmək! Allah eşqinə bir loğma ətmək! – deyə fəryad edirlər. Minlərcə müsəlman “ölməmək üçün” bir tikə çörək axtarırlar. Çörək əvəzinə çarıqlarını, başmaqlarını, tasmalarını çoxdan gəmirib qurtarmışlardır. İndi az qalıb özlərini parçalasınlar. Lakin ona da taqətləri yox. Əcəba, bunlar, bu bədbəxtlər hardadır? Ürəyiniz o qədər qayımdır ki, xəyalə gəlməyən o fəlakət mənzərəsini yaxından görmək istəyirsiniz. Çox əcəb, buyurun: Axalkələkdən Ərdəhana, Oltiyə gedin. Uzun şose yolu müsibətin başlanğıcı olan Zazola kəndindən Oltiyə 150-200 verstdir. Bu yolun boyunca gedin, iki tərəfə baxın. Oralarda minlərcə müsəlman kəndi uzaqdan birər qaraltı kimi görünəcəkdir. Sağ tərəfə dönün, bir az daha irəli gedin. Nə var, yenə dayanıb şəkk edirsiniz? Kənddə insan qalmadığını, bu xarabaların tütünsüzlüyündənmi qandınız? Göyün aşagı tərəfində beş-on gün əvvəl yandırılan evləri əski xarabamı sandınız? Zərər yox. Görünüz, siz özünüz də bir az isinmək yeri axtarırsınız. O halda soldakı tək-tük evlərin buxarılarından az-az tüstü çıxdığını görəcəksiniz. Kəndə yaxlaşdıqca orda-burda qarlarla yarım-yamalaq örtülmüş boz ləkələr, çıxıntılar nəzərinizi cəlb edəcəkdir. Qoyun mən sizə bunları deyim. Guya təbiət bura müsəlmanlarının minlərcə şəhid ediləcəyini bilib hamısı üçün bu yumşaq qalın qardan ümumi kəfən hazırlamış, külək, ruzigar vasitəsi ilə onları, o qurbanları bacardığı qədər gömmüş, basdırmış. Evlərə yaxlaşın, qapıların önündəki qırıq, dağınıq şeylərin arasından keçin. Lakin gözləməyin ki, ev sahibi çıxıb sizi içəri çağırsın. Yeşiyin sol tərəfində büzülüb oturmuş kimi görünən qocadan da xatiriniz qalmasın. O, üç gündən artıqdır ki, yeşiyin üstündə yardım gözlüyə-gözlüyə oradaca donub qalmışdır. Evin havisindəki qırmızı üzlərə təəccüb etmiyin, bir az daha içəri gedin, kibrit yandırıb içəriki ev qapısının dalındakı qaranlıq guşəyə baxsanız, on dörd-on beş yaşlarında iki vücudun, o sevimli bacı-qardaşın bir-birilərinə bərk sarılıb yerdə yatdıqlarını görəcəksiniz. Qızm ətəklərinin parça-parça olduğuna diqqət edib bu iki əziz vücudu bir-birilərindən ayırmaq üçün nə qədər çalışıldığına da fikir edin. Bir az əyilib baxsanız, qızın sol məməsinin altından, bacısını özündən ayırmayan oğlanın alnının sağ tərəfindən güllələndiklərini görəcəksiniz. Göz yaşlarınızı silib otaqlara baxınız: döşək-kilimləri getmiş, sandıqları dağılmış, anbarları parçalanmış, ev adına dörd divar ilə bir səqfdən özgə bir şey qalmadığına təəccüb etmiyin. Etmiyin ki, yıxılıb yer ilə yeksan edilmiş bəzi qonşu kənd evlərinin yanında bunlar yenə bir şeydir. Ordan çıxıb bacasından bir az tüstü çıxan qonşu evə də gedin. Qorxmayın it-zad yoxdur: onlar kəndin arxasındakı dərədə yekə qayanın dibində yatan sahiblərinin cəmdəklərini yeməyə getmişlər. Həmin mələşmə, ağlaşma səsləri gələn açıq qapıdan içəri girin. Lakin görəcəyiniz müsibət lövhəsinin qarşısında şiddəti-təsirdən özünüzü itirməyin. Bir az sükutla girib baxsanız, bir yanda bənizi solğun, gözləri süzgün, halı ölgün bir ananın üstünə bir çox səbirlərin düşüb “ana, ana!., bir loğ…ma ye…mək!” – deyə zarıdığını, kimi anasının boş məməsini çeynədiyini, kimi anasının əlindəki çarıq parçalarını gəmirdiklərini görəcəksiniz. O biri guşədə üç-dörd qoca arvad-kişinin başlarını bir-birinin dizlərinə, qucaqlarına qoyub dərindən inlədiklərini eşidəcəksiniz. Taqətdən düşüb yatan ananın qızarıb qana dönən göz yaşları ilə ağlaması, səbilərin fəryadi-fəğanı, qocaların ahu-əninləri bir-birilərinə qarışıb qulağınıza dəydikcə harada olduğunuzu itirəcəksiniz. Sanırmısınız ki, birər loğma çörəyinizlə canlarını “ölümdən qurtaran” böylə qarabəxtlilər bir neçə yüz, bir neçə mindir? Nə fikr edirsiniz? Niyə dayanmısınız? İrəlisi daha lazım deyil: görəcəyiniz bunlardan daha betər, daha yanıqlı, daha dilsuzdur. Sizin bir neçə bədbəxti ölümdən qurtarmanızdan nə çıxar? Əhvalın, xəyala gəlməyən fəlakətin xırda bir nümunəsini gördünüzmü? İştə bu bəsdir! Qayıdınız, cəld qayıdınız, yaşamaq istiyən müsəlmanlara, istiqbalını, axirət və aqibətini fikr edən qardaşlarınıza bağırınız: – Ey cənnət, əbədi həyat istəyən dövlətli ağalar, möhtərəm bəylər! Ey millətin şövkəti və əzəməti ilə yaşamağı arzu edən ziyalılar! Ey Mədinəyə varıb peyğəmbərin qəbri üstündə miskinlərə, yetimlərə yardım edəcəyini, əsil müsəlman olacağını and içib töbeyi-istiğfar edən hörmətli hacılar! Ey minbərlərdə möhtaclara ianə edib peyğəmbərin yolu ilə getməyi vəz edən axundlar, əfəndilər! Ey mövlud və məhərrəmlikdə ehsan verib peyğəmbər və onun Əli övladının ruhi mübarəklərini şad etmək istəyən möminlər! İştə qarşınızda bir loğma çörəyə möhtac minlərcə dul, yetim, qoca və miskin canlar. İştə bunlara yardım edib peyğəmbərin, insanlığın yolu ilə getmək vaxtı bu vaxt, bu sıradır. Fikrətin aşağıda dərc olunan şeri bu hal üçündür: Su lövhə qəlbimi təhrik üçünsə kafidir, Ürək davam edə bilməz bu halə, olsa dəmir; Dəmir ürəkli bir insan da böylə hali Görərsə sızlayar, ağlar; bu qəmli timsali, Bu qəmli mənzərəni dəhşətilə bir an alın Və yollanın vətənin qarlı, buzlu bir yerinə; Ürək yaxan bu yaman sərgüzəşti xeyli qalın, Qalın bir örtüyə bükməklə gizlədin ki, yenə - İçində saxlayaraq öz fağır fəlakətini Yabançı gözlərə göstərməsin səfalətini... Nasıl təhəmmül edər sonra qarşısında deyir, Bunun, bu qəmli, dəhşətli, dərdli səhnəciyin Bəşər fəlakətinə dözməyən təmiz bir ürək? Dərin uğultulu çarpıntılarla inləyərək Bu qəmli mənzərəyə ağlamaqda qəlbi yerin... Sizin də qəlbiniz, əlbəttə, acır, deyilmi? Edin bu dullara, yoxsul yetim-yesirə kömək Verin iniltisinə son bu bir yığın bəşərin. Ömər Faiq Nemanzadə “İqbal” qəzeti, 21 yanvar 1915, №844 Qəzetin əlavəsi: “İqbal”. Bu məqaləyə əlavə olaraq yazdıqları xüsusi sətirlərdə Faiq əfəndi “hanı rəsmi rüsxət, neçün gecikdi!” – deyə soruyor. Bunun cavabını isə cəmiyyəti-xeyriyyə əzasına həvalə ediyoruz da tələsik və müsbət bir cavablarına intizar əhlinin qəti bir şey yazmaqdan saklanırız. Fəqət əfkari-ümumiyyənin müavinət etməyə mühəyya olduğunu hər tərəfdən gələn fəryad və istimdadlarla bərabər əhalimizin kasibeyi-füqəra qismi tərəfindən idarəmizə göndərilən ianələrin dəxi göstərməkdə olduğuna diqqət etmələrini bilxassə rica edəriz. “İqbal” qəzeti, 21 yanvar 1915, №844 * * * İmtahan Bu il məktəblərdə imtahan olmayacaq. Hələ istiyorlar ki, il imtahanını həmişəlik qaldırsınlar, şagirdlər il boyu dərs vaxtlarında nədərəcə oxumuşlarsa ona görə imtahan nömrü versinlər. Hər vaxt yaxşı oxuyanlar keçsin, tənbəllər qalsın. Bugünkü Cahan müharibəsi də eynilə məktəblər imtahanına bənziyor. Ancaq bu imtahan yalnız şagirdlərin deyil, ümumcahan millətlərinindir. Amma bu cahan imtahanı o qədər qorxunc, o qədər fəlakətlidir ki, indidən: əcəba bu cahan imtahanında kim qazanacaq, kim itirəcək? – sualı hər kəsi rahatsız etmədə, hər kəsin ağzında dolaşmadadır. Hər kəs bu imtahanın axırını səbirsizliklə gözləməkdədir. Ən rahat və sakit vaxtımız olan səhər çaylarında belə bəzən Visla, Reyn və Araz çaylarının rəngi, haləti yada düşmədə, hər kəs hər dəqiqə təzə bir xəbərin, yalan da olsa, ümidini oxşar bir həvadisin intizarındadır. Ancaq bu qədər intizar və həyəcanların arasında bircə təcrübəli, böyük müəllimlərin, dürbin pedaqoqların soyuqqanla sakit oturduqları görünüyor. Əcəba, bunlar niyə böylə? Bir az diqqət etsəniz bizim bu təlaş və ürək döyməmizə qarşı bunların bığaltı güldükləri də bəlli olur. Bu daha qərib! Görünür, bu gülmələr boş deyil. Şübhəsiz, bunların bildikləri var. Görünür ki, bunlar şagirdlərinə əvvəlcə çalışdıqlarına görə imtahan nömrəsi (bal) verdikləri kimi, müharibə edən millətlərin kəsb etdikləri elm və tərəqqilərinə görə də qalibiyyət və məğlubiyyət nömrələrini indidən verib qurtarmışlar. Bu isə daha təəccüblü, daha maraqlı! Əcəba, bu alimlərin qərarimizanı nə guna! Əcəba, bu milləti müzəffəriyyətə nail edən elm və tərbiyə nə sayaqdır? Madam ki, bunlar əllərindəki mizan və hesab ilə istər müharib, istər qeyri müharib millətlərin gələcək bəxtlərini biliblər, daha niyə ürəklərimizi əzib duralım? Sükutla bu pedaqoqlara, alimlərə qulaq verəlim. Baxınız nə deyirlər? Deyirlər ki, hansı millət ki, yalnız halidə deyil, gələcəkdə ehtiyacını fikr edib hər bir surətdə elm və fənn tərəqqisinə çalışmış, əfradının sağlam ruh, vücudlu olaraq artmasını düşünmüş, tərəqqiyə ana qucağından başlayıb müəyyən bir məzhəbə imanvə etiqad, müəyyən bir əmələ, bir əməli-milliyəyə təkyə edib elm ilə tərbiyə-milliyyə və məshəbiyyəyi birlikdə irəlilətmiş isə, o millət cahan imtahanında qazanacaq, faiq olacaqdır. Bu nöqtə və xüsusları başa düşüb az-çox çalışanlar belə dərəcələrinə görə cahanın bu qan sellərindən, bu atəş tüğyanından ya fayda götürəcək və ya az zərər ilə xilas olacaqdır. Ancaq vay o millətin başına olacaq ki, tərbiyə ilə sükut və tənbəlliyi, din ilə cəfəngiyatı, elm ilə ərəbcə bilməyi, fənn ilə sehr və nüsxəbazlığı, yaxşı ilə yamanı bir-birinə qatışdırıb dünyada qafil yatıb qalmışdır. Milli ruh və tərbiyə ilə elm və fənni məzc edib qüdrətli, təəccüblü işlər görən böyük millətləri buraxalım, yüngül və anlaşıqlı olmaq üçün kiçik millətləri, daha yaxşısı qonşumuz ermənilər, gürcülər ilə özümüzün mədəni dərəcəmizi hesaba alalım. Və bu hesabla keçirdiyimiz cahan imtahanında nə hala düşəcəyimizi fikr edəlim. Fikr edərsək, görəsiz ki, ermənilər daha 50-60 il əvvəldən millətlərin səlamətliyini milli tərbiyə və təlimdə qurmuşlar. Və həman o zamandan hər yerdə milli məktəblər, milli ruhani idarələri, millicəmiyyətlər, milli mətbuat, milli sənətxanələr, milli ziraət idarələri, milli tarix və coğrafiya heyətləri və milli müəssisələr vücuda gətirməyə çalışmışlardı. Bu çalışmaqlarla ermənilərin bu gün hər şəhərdə mükəmməl milli ibtidai məktəbləri var. Tiflisdə əzəmətli ruhani seminariyaları mövcuddur, Eçmədzindəki darülfünunları isə erməniliyin ruhani mərkəzini təşkil etməkdədir. İştə ermənilərin bu gün bizdən hər xüsusda irəlidə olmaları, başlarında həmiyyətli xadimlər bulundurmaları, millətlərinin ehtiyacına, fəlakətinə bizdən milyon kərə artıq kömək etmələri, lazımı vaxtda öz hüquq və mövcudiyyətlərini mühafizəyə qalxışmaları ancaq bu milli tərbiyə və təlimlərin sayəsindədir. Gürcülər ermənilər dərəcəsində deyilsələr də, hər halda bizdən artıqdırlar. Çünki onlar da bizdən əvvəl milli tərbiyənin gücünü qanıb mətbuat, milli ibtidai məktəblər, bir danə də olsa bəyzadələr gimna-ziyası vücuda gətirmişlər və bu vasitələr ilə özlərini saxlayırlar. Amma bizim, ruslardan sonra Rusiyada ən böyük millət olan biz türklərin nəyimiz var? Heç… heç! Tərbiyəmiz, elmimiz heç olduğundan, demək, özümüz də heçiz. Bu həqiqəti, yəni bu heçliyimizi yalnız mən demirəm. Məndən əvvəl də çoxları demişlər, göstərmişlər. Lakin bugünkü Cahan müharibəsinin, millətlər imtahanının göstərdiyi qədər heç bir dahi göstərə bilməmişdir. Bu imtahan hər bir millətin var-yoxunu meydana qoydu; dərəceyi-qeyrət və namusunu, mərtəbeyi-qüdrət və mədəniyyətini aşkar etdi. Bu imtahan mədəni həyat səhnəsində insanca yaşamağa layiq olmadığımızı aləmə bildirdi. Bu imtahan bizim imam görünən dövlətlilərimizin imansızlıqlarını rusca bilən ziyalılarımızın qaranlıqlarını, ruhani başçılarımızın ruhsuzluqlarını, milli tərbiyə görənlərimizin əskikliklərini, camaatımızın naxoşluqlarını üzümüzə çırpdı. Xülasə, bu imtahan həyati-milliyə mübarizəsinə əsla hazır olmadığımızı və bu gedişlə kimimiz özgə mədəni millətlərin ayaqları altında əziləcəyimizi, kimimiz-özgələrin nüfuzu təsiri ilə bədənə və ruha sıxılıb çevriləcəyimizi, udulacağımızı göstərdi. Göstərdi ki, millət uğrunda fədayi-mal və can bir yana dursun, üç aydan bəri aclarından qırılan möhtaclarımıza bir loğma ətmək yedirtməyə qüdrətimiz yoxdur. Göstərdi ki, millətimizin türklük qanı xarab olmuş, müsəlmanlıq ruhu, imanı sönüb bitmiş. Göstərdi ki, bizdə cürət, təşəbbüs, səbat, mərdanəlik, qardaşlıq və ittihad hissi batıb getmişdir. Göstərdi ki, ruhanilərimizin bildikləri elm və tərbiyə milləti deyil, özlərini saxlamaqdan acizdir və bu acizlik ilə bu sinif böylə qalırsa özləri ilə bərabər bizi də sürükləyib cəhənnəmin dibinə ataçaqdır. Göstərdi ki, yalnız rəsmi məktəblərin özgə tərbiyə və hissiyyatı ilə böyüdüyü millət ziyalıları bizə haqq ilə ziya verə bilməyəcəklərdir. Göstərdi ki, bugünkü tərbiyə və təlimlə biz hamımız insan yığınının naqis bir qismi, mədəniyyət vücudunun azarlı bir üzvüyüz. Niyə erməni ruhanisi, Yepiskopu teyfli dərələrin arasından, qorxunc qarlı dağların başından aşıb ən təhlükəli yerlərə qədər soxulub oralarda yaralanan, xəstə yatan öz millətdaşının əlindən tutub, ruhunu oxşuyur? Niyə erməni intelligenti millətinə gələn hər cür hücuma qarşı köks veriyor, təhəmmül ediyor? Niyə erməni hər gunə fədakarlığa, hətta öz milli əməli üçün canını verməyə müzayiqə etmiyor? Amma bizim millətimiz üçün can deyil, bir loğma ətmək verməyə canımız çıxır. Bəlkə bizdə ruhanilər, əfəndilər, intelligentlər azdır? Lakin ətrafa baxıyorum, ruhani istiyirsiniz? – Yığın-yığın! İntelligentmi deyirsiniz – Dəstə-dəstə! Ya, onlar niyə öylə, bunlar niyə böylə? Dedim ki, bugünkü Cahan müharibəsi millətlərin elm və tərbiyə imtahanıdır. Bu imtahan bizə açıq göstərdi ki, həyat və mədəniyyət mübarizəsində millətimiz çürük bir vücuddur, heçdir. Bu imtahan göstərdi ki, millətin salamat və qüdrəti ancaq yenə millətin öz məktəbi, öz tərbiyəsi, öz ruhu, öz mədəni təsisatı ilə olur. Madam ki, bizdə hələ bunlar yoxdur, bunların doğurduğu, yetişdirdiyi səbat, qüdrət, əzəmət və müvəffəqiyyəti də bizdə gözləmək əbəsdir. Demək ki, bu cahan imtahanında bizə qalan qanlı müsibət mənzərələri, göz yaşları, ürək açılarıdır. Əcəba bu ürək acısı bizə çəkdiyimiz bunca fəlakətlər, zülmlər, əziyyətlər və həqarətlərdən sonra da olsa bircəsi öyrətmiyəcəkmi? Əcəba, öyrətmiyəcəkmi ki, fəlakət yaşamaq istəyən millət üçün bir dərsi-ibrətdir. Əcəba, bu qədər yenə də olsun, öyrənmiyəcək qədər olmuşmuyuz? Əcəba, bugünkü qanlı, bəlalı, faciəli imtahan ilə öz nöqsanlarımızın, öz fəlakətlərimizin, öz çürüklüyümüzün “səbəb”lərini qanıb gələcək üçün hazırlana biləcəkmiyiz? Əcəba, qanıb çalışmışmıyız ki, biz türklər Rusiyada mövcudiyyəti-milliyəmizi ancaq milli mədəniyyət və milli müsavat ilə saxlaya biləcəyiz. Burasını da qanacaqmıyız ki, əgər bir neçə milli orta və ali məktəblərimiz olsa, rəsmi məktəblərdə oxuyanlarımız belə millətin ümumi ruh və tərbiyəsinə, əməl və arzusuna boyun əyməyə məcbur olacaq və bugünkü kimi yalnız öz canlarını səlamət saxlamaq adili-yində bulunmayacaqlardır. Qanacaqmıyız ki, milli mədrəseyi-ruhaniyəmizdən çıxacaq ruhani başçılarımız bugünkü kimi… ə səcdə etməyəcək, dinini satmayacaq, millətinə xainlik, pula iman etməyəcəklərdir? Əgər bugünkü imtahan ilə dərsliyimizi qanıb gələcəyimizə hazırlana bilsək çəkdiyimiz fəlakətlər, həqarətlər, acılar qoy millətin istiqbalına qurban olsun. Doğrudur, bugünkü halımıza baxanda istər intelligent, istərsə ruhani olsun, millət başçılarımızdan naümidəm. Amma millətin, camaatın gələcəyinə inamın qəvidir. Əgər camaatın başına xüluslu, həmiyyətli, davamlı, məlumatlı xadimlər keçsələr az vaxtda diriləcəyinə ümidvaram. Hökumətimiz də bizə müsaidə edəcəyinə əminəm. Çünki hökumətimiz özünün dediyi kimi, bu böyük qanlı müharibəni ancaq kiçik millətlərin səlamət və hürriyyəti üçün eliyor. Bu surətdə özü ilə bərabər bu müqəddəs və ülvi əmələ 7-8 min can ilə kömək elən biz Rusiya türklərinə nədən özgələrə verəcəyi hürriyyət və ədaləti əsirgəsin. Ancaq bu imtahanın bizə göstərdiyi nöqsanları nəzərə alıb hökumətdən tələb yolunu bilməliyiz. Burası da var ki, bu arzu və tələblərimizi bilməklə bərabər bu gün çəkməkdə olduğumuz müsibət və səfalətləri yüngülləşdirmək, acından ölənlərimizi qurtarmaq, hər şeydən əvvəl hamımıza lazım olan fərzdir. Əgər yaşamaq istəyirsək, yaşamağa layiq olduğumuzu çüzi hərəkətimizlə də olsa, gözliyəlim. Bugünkü imtahan bizi yenə hərəkətə getirməyəcəkmi? Ömər Faiq “İqbal” qəzeti, 24 mart 1915, №894 * * * Köməkləşəlim Həyat həmişəlik bir davadır. Bu davada hər kəsin düşməni isə birdir: zəhmət və məşəqqət – əski ədiblərcə çərxi-fələk. Kim zəhmət və məşəqqətə tab edib tutduğu işdə səbat göstərirsə, o, çərxi-fələyin qolunu bükmüş, düşmənini həlak etmiş olur. Buna görə böyük-kiçik, zəif-qüvvətli – hər kəs çalışır ki, düşməninə qarşı dursun, onu alt etsin ki, gələcəkdə rahat yaşaya bilsin. Yaşamaq üçün bu çalışmaq, vuruşmaq və alt etmək keyfiyyəti yalnız əql və elmin bu gün öyrətdiyi yol deyil, bəlkə o, xaliqin məxluquna bəxş etdiyi təbii bir xasiyyət, əzəli və əbədi bir qanundur. Qanuni-həyatdır, şəriət deyimi ilə – sünnəti-ilahiyyədir. İştə bu sünnət və qanuni-ilahiyyə sirrini, elmini kim yaxşı qanıb həyat və məişət meydanında təbiətin kərəm və sərdinə qarşı döş gərib davam edərsə, haqqın qalibiyyət və rahat yaşamaq mükafatı da ona nəsib olacaqdır. Bunda din və millət ayrılığının təsiri yoxdur. Ədalət və mərhəmət ilahiyyə kimi ümumidir. Bunda möminliyin və kafirliyin işi yoxdur. Çünki mömin və kafirlik qanuni-ilahiyyə nəzərində bizim bildiyimiz kimi deyil. Qanun və sünnəti-ilahiyyəyə arifanə iman edib əməl elən mömin və salehə inanmayıb əsbabə təşbih etməyən və yalnız Allaha “təvəkkül” edən kafir və xasirdir. Nə mutlu və xoşbəxt o şəxs və ya o millət ki, kitab və sünnəti-ilahiyyənin dərin sirlərini, əmrlərini qanıb ona görə tədbir və əməldə bulunduqdan sonra Allaha “təvəkkül” edə. Hansı millətin nicat tapacağını uzun düşünməyə hacət yox. Qüvanın təbiyyəyi, adəti-ilahiyyəyi, saməd layi təcyir, baqi bilib “keyfi məyişə”, “kun-fəyəkun” və qeyri bu kimi ayətləri o qüvvənin əmri-tətbiqindən ibarət olduğunu etiqad edən millət “sofə-yəfəlhun” vədi-ilahiyyəsinə məzhər olub fələh və nicat tapacaqdır. Xoşbəxt o millətə ki, “sirati-müstəqim” üzrə yüyürüb ehtiyacati-həyatiyyə qəvaidi-ictimaiyeyi-mədəniyyəyə kəraməti-qalibiyəyə vaqif olub və gələcəyini “hal”da deyil, “mazi”də düşünmüş, “hal”da isə tətbiqə başlamışdır. Bir surətdə ki, imdiki şüurlu millətlər babalarımızın “Bir didə ki, nuri-həqiqət ola, eylər ayineyi-əmruzidə fərdayi-tamaşa” hünərinə də razı deyillər. Onlar fəryadi əmruzda deyil, “diruzda” tamaşa etmək istəyirlər. Bizlərdə isə babalarımızın fəryadi-əmruzidən tamaşa etmək hünəri deyil, bugünkü fəlakətimizi “bu gün” düşünmək də yoxdur. Hələ bizi öz kefimizə buraxsalar, istəyəriz ki, sabahı bu gün deyil, bu günü sabah düşünəlim. Vaxt olur, birdən başımıza vururlar, əzayi-mayəmizdə bəzisini kəsirlər, mövcudiyyətimizi təhlükəyə alırlar. Əvvəl vaxt bir az ayılırız, tərpəniriz, gələcəyimizi düşünürüz, çabalayırız, əl-ayaq vururuz. Lakin çox keçmədən yoruluruz, əski halımıza qayıdırız, əski adətimizə başlayırız, işlərimizi yenə Allaha tapşırırız. Halbuki vaxtımız o vaxt deyil. Gələcəkdəki bəlalardan özümüzü nə cür mühafizə edəcəyimizi, sünnəti-ilahiyyəyə nə cür yanaşacağımızı düşünməyimizin ən məcburi vaxtıdır. Biz isə gələcəkdəki bəlalardan qurtulmaq yolunu deyil, bu gün başımıza gəlmiş bəlaları dəf etməkdən aciziz. Odur ki, bugünkü hərbzədələrimizə, o bağrı yanıqlarımıza etməkdə olduğumuz köməyi də belə həmin əski adətimizə, yəni tezdən yorulmağa başlayırız. Halbuki hələ heç bir iş eləməmişiz. Hələ imdi-imdi bir az işə başlamışız. Beş-on gündür ki, Qars tərəflərinə gedən vəkillərimiz müsibət-zədələrimizi tapıb görə bilmişlərdir. Bir sözlə, işə yeni bismillah demişlərdir. Fədakarlıqlarını heç vaxt unuda bilməyəcəyimiz hörmətli vəkillərimizin təhqiqlərinə görə ehtiyac çox böyükdür. Bizim topladığımız cümlə ianə ancaq bir az vaxt üçün kifayət edər. Kömək isə uzun müddət lazımdır. Bu qanlı müharibənin vurduğu fəlakət hələ-hələ tezdən qurtulası deyil. Hərb düşgünlərimizə yorulmayaraq, aranı kəsməyərək kömək etmək vacib. Heyif ki, bir çox şəhərlərimiz, bir çoxlarımız birdəfəlik beş-on manat verməklə vəzifeyi-milliyyəmizi qurtarmış, acları tamamilə doyurmuş, hər işi bitmiş hesab ediriz. Hələ bəzi yerlərdə “bizim öz (?) möhtaclarımız da var, yığılan ianələrin hamısını özgələrə (?) – qarslılara göndərməyə nə hacət, bir azını da özümüzünkülərə verəlim…” səsləri eşidilir. Hələ heç bir şey eləməyə-eləməyə, ehtiyacımızın mində birini yerinə yetirməyə-yetirməyə həmiyyətimizin daşqınlığından şikayət ediyoruz. Lakin düşünmüyoruz ki, içimizdəki möhtaclarımızın ətrafında bir çox dövlətlilər, qonşular, tanışlar var. Heç mümkün deyil ki, səsləri eşidilib kömək edilməsin. Amma o bədbəxtlərin ətrafında kimlər var? Onlar yalçın qayalar, yırtıcı itlər, qoxumuş meyitlər, səssiz dərələr, yıxılmış evlər, xunriz simalar, qulyabanilər, qudurmuş insanlardan özgə kimləri görürlər. Ah-vaydan, dərin iniltilərdən, qorxulu ayaq tappıltılarından, ölüm təhdidlərindən, cigərsuz səslərdən başqa nə eşidirlər. Heç insafdırmı ki, içimizdəki möhtaclar, tənbəllər ilə bir dəqiqədə cahanın ən suzişli zülmünə düçar olmuş o çalışqan möhtaclara, aclıqdan ölüm halına düşmüş o dövlətli fəqirlərə bir göz ilə baxılsın! Of, kaş eşitməsəydim! Bəzən öz qəzetlərimizdə bilməm harda bir hacının və ya bir əfəndinin ianə verməməyi bir yana dursun, verənlərə də mane olduğu yazılır. Bilməm inanayımmı ki, böylə bir vaxtda, yəni hər kəsin maldan deyil, candan belə keçməyə hazır olduğu bir həngamədə insan qiyafəsində iblislər, ilanlar, müsəlman adlanan məlunlar, kafirlər, Əli nəslindən şümürlər hələ içimizdə yaşıya biliyorlar. İnanayımmı ki, içimizi içimizdən yeyən qurdların hərəkətinə, yaşamasına hələ həmıyyəti-milliyyətimiz yol veriyor. Doğrudur, bir neçə qurd və xain maneəti ümumi gedişə, həmiyyətə bir zad edə bilməz. Öylələri hər zaman hər yerdə buluna bilər – deyirlər. Lakin unudulmasın ki, öylə xəbis vücudları, öylə zərərli tikanları böyüdən şəhərlər də bütün-bütün bigünah deyillər. Beş-altı milyonluq biz Qafqaz müsəlmanlarının üç-dörd ayda toplaya bildiyimiz beş-on min manat üzümüzü qızardacağı yerinə hələ eşidirəm ki, bəzi cəmiyyətlər, heyətlər “Novruz” teatrı və qeyri vasitələrlə “qarslılar” adı ilə yığdıqları pullardan özləri üçün də pay çıxıyorlar. Barı böylələr öz köməkliklərində davam etsələr yenə söz götürər. Lakin öylə bir dəfə etdikləri köməyin bir payını da özləri alırlarsa, bu “qarslılara” kömək deyil, qarslıları özlərinə köməkçi etməkdir, o bədbəxtlikləri öz bəxtlərinə bəhanə etməkdir. Həqiqət, gələcəyimiz qorxuludur. Ətrafa baxıram: hər kəs özünün rahatlığı, öz başının salamatlığı fikrindədir. Hər kəs öz bacardığı yol, ibadət və adət ilə öz həyatını qurtarmaq qeydindədir. Abid ibadəti ilə, ruhani fitrə və zəkat yığmaqla, intelligent öz mənfəətinə xidmətlə, dövlətli pul cəm etməklə öz canını, bəli yalnız öz canını xilas etmək fikrindədir. Bundan anlaşılır ki, millətin hakimi olan əfkari-ümumiyyə bizdə əsla oyanmamış. Öz həyatını millətin həyatına bağlamaq əməli-ülvisi bizdə hələ doğmamış, millətimizə yetişən dərdin öz dərdimiz olduğu hələ hiss edilməmiş. Millətdən ayrılanın həyati-həqiqiyyəsindən də ayrılacağı bizdə hələ dərk edilməmiş. Millətinə kömək özünə kömək demək olduğu hələ başlarımıza girməmiş. Millətinin hüququnu, istiqbalını düşünmək, onun yolunda əldən gələn fədakarlığı göstərmək ibadətlərin ən savablısı, vəzifələrin ən müqəddəsi olduğu həqiqətinə bizdə hələ iman edilməmiş. Milləti pərişan olanın özü də bir yol ilə bir vaxt pərişan olacağını bildirən sünnəti-ilahiyyəyə bizdə hələ etiqad edilməmişdir. Bunun üçündür ki, hər işimiz pərişan, hər halımız virandır. İçimizdə çoxları var ki, haqqın əmrlərini, fərzlərini yalnız namaz-oruc ilə həc və zəkatdan ibarət bilir. Yenə çoxları var ki, namaz qılmaqlığı, zəkat verməkliyi mədəniyyətin bir sifəti güman ediyor. Bunların hər ikisi də yanlışdır. “Xaliqin ən əhsən məxluqu, ən xəlqlisi, yəni yaxşı xasiyyətlisidir” və insanların ən xeyirlisi insana xeyir verəndir” ayət və hədislərinə görə hər bir xeyirli fikrimiz, faydalı hərəkətimiz, nəfli əməlimiz, isbatımız, tədbirimiz, elmimiz köməyimiz və xidmətimiz birər ibadətdir. Buna görə bugünkü ibadətimizin ən birincisi gələcək bəlalardan özümüzü mühafizə etmək tədbirlərinə yapışmaqla bərabər, bugünkü bəlamızı başımızdan dəf etməyə olunca gücümüzlə çalışmaqdır. Bugünkü bəlamız, dərdimiz isə hərbzədə qardaşlarımızın dərdidir. Bu gün ən birinci işimiz onlara kömək olmalıdır. Birkərəlik beş-on manat verməklə vəzifəmizi qurtarmış hesab etmiyəlim. Hərbzədələrimizin gələcəyi keçmişlərindən daha qorxuludur. Onların bir kərə qarınlarını doyurmaq böyük bir həmiyyət və insanlıq deyil. Ən azından üç-dörd ay köməyimizi əsirgəməməliyiz. Onları, doğrusu, ehtiyacdan qurtarmaq və gələcəkdə boynumuza daha ağır yük olmamaq üçün imdidən həm yemək, toxumluq, həm də cütalət və heyvanları tədarük etmək lazım. Bunun üçün də milyonlar istər. Bunların həpsini, təbii, biz bacarmarıq. Hökumətin köməyi, həm də çoxlu köməyi lazım. Bu xüsusda Duma vəkillərimizin, iş içindəki başçılarımızın həmiyyəti gərək. Hökumətimiz bu işlər üçün üç mil- yon pul buraxmışdır. Fürsəti fot etməyib istifadə etmək lazımdır. Bunlarla bərabər hər kəsdən əvvəl cüzi də olsa özümüz özümüzə kömək etməyi bilməliyiz. Burasını da bilməliyiz ki, millətin qədrini, dərdini bilib kömək edənlərə kömək edirlər. Öz köməyimiz az da olsa, həmişə çalışmalıyız. Bu vasitə ilə həm bir zad yığarıq, həm də imdiyə qədər ancaq özünü düşünməyi öyrənənə millətimiz əfradına köməkləşməyi öyrətmiş oluruz. Hər cahil millətdə olduğu kimi, bizdə də ümumi işlərimizdə tez yorulmağımız var. Budur ki, axır vaxtlarda kömək səsləri kəsilmiş kimi görünüyor. Heç bir şəhərdə ikinci, üçüncü və dördüncü ianə yığmaq xəbəri eşidilmiyor. İanə dəftərçələri vasitəsilə alışmamış camaatdan kəramətlə pul yığmaq doğrusu çətindir. O halda biz də özgə millətlər kimi cürbəcür vasitələrə müraciət edəlim. Bakı, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Şamaxı, Şəki və qeyri şəhərlərimizdə teatro, musiqi axşamları, qaçqınlar günü tərtib edib bilet və kağız nişanları ilə ianələr cəm edəlim. İanəmizə möhtac olanlarımız yalnız Qars tərəfdəkilər deyil, Acaradakı gürcü müsəlmanları bizim din qardaşlarımızdır. O tərəflərdə də mütləq öz müsəlman vəkillərimizi göndərib öz əllərimizlə öz köməyimizi göstərməliyiz. Xristian gürcüləri rəsmi rüsxət alıb köməyi başlamışlardır. Bizdən isə bir hərəkət yox. Bu isə bizim üçün çox böyük töhmətdir, cəhalətdir. Millətimizin istiqbalı eşqinə, qanuni-həyatın sünnəti-ilahiyyənin, əsil ibadət və mənfəətin nə olduğunu düşünəlim. Düşünəlim də gələcək günlərimiz üçün köməkləşəlim. Heç bir çətinliyi, namümkünlüyü bəhanə etmiyəlim. Çünki: Ömər Faiq “İqbal” qəzeti, 17 aprel 1915, №9l5 * * * Bakı cəmiyyəti-xeyriyyəsinin diqqətinə Bakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir. Şükür, buna da şükür! Nə etməli, bu tənbəllik həpimizdə var. Ümumi işlərimizə yavaş yapışmamız, qeydsizliyimiz cümləmizdə olan bir naxoşluqdur. Buna görə böyük ümidlər, ciddi təşəbbüslər, özgələrə nümunə olacaq həmiyyət və xidmətlər gözlədiyimiz Bakı cəmiyyətindən, daha doğrusu, Bakı camaatından artıq şikayətə haqq bulamıyoram. Ancaq ora dövlətlilərinin ehtiyaclarımıza nisbət bir zad vermədiklərini və o kimilərin Bakıda olmalarına və Bakı ilə dövlət qazanmalarına görə gələcək tariximiz, gələcək milli intibahımız Bakı üçün böyük bir töhmət, ictimai bir intiqam hazırlasa yeri var. Gələlim əsas məqsədə. Mənim düşüncəmə görə, Qars və Ərdəhan tərəfində qalan arvad və uşaqları Bakıya gətirməməliyiz. Bunu bir neçə cəhətə görə deyirəm: Bakı ilə Qarsın havası, məişəti tamamilə ziddir. Bakıda xərc iki-üç qat artıq olur. Gələcəkdə yolların çətinliyi və özgə maneələr təsəvvür olunduğundan Bakıda olacaq arvad və qoca kişilər lazımi vaxtda öz yerlərinə qayıda bilməzlər. Bakıda qalacaq arvadların bir qismi bəzi səbəblərə görə bəlkə orada qalıb qayıtmayalar. Bu isə Ərdəhan tərəfində boş qalan yerlərimizi özgələrə qapdırmaya səbəb olur. Öylə güman edirəm ki, Qars və Ərdəhan tərəflərində qadan bədbəxtləri o yerlərə bitişik və sərhəd olan Axalsix uyezdində saxlasaq həm saydığım müşküllərdən qurtulmuş, həm də bu böyük işimizi yüngül və tez bir yolla başa gətirmiş oluruz. Qars tərəflərində qalan yetim uşaqların Bakıya gətirilib saxlanacağı və birər, ikişər paylanacağı zikr edilir. Öylə sanıram ki, tapılacaq uşaqların hamısı Bakı və Gəncəyə gətirilib bir yerdə, bir pansionda saxlanmalıdır. Yetim uşaqları öz himayələrinə almaq istəyənlər pansionun illik xərcini verməklə izhari-həmiyyət elərlər. Arxayınam ki, millətpərəstliyin ən sağlam üsulu olan bu yol ilə birər, ikişər, beşər uşağın illik xərcini verəcək həmiyyətlilərimiz içimizdə əskik deyil. Oğulluğa qəbul ediləcək uşaqların verilməsinə sözüm yox. Amma burası var ki, bunda qayəti-ehtiyat lazım. Yoxsa tərbiyə və himayə yerinə nökərçiliyə yol açmış oluruz. Bizim milli qayəmiz isə həmin yetim türk balalarını oxudub öz yerlərinə göndərmək, öz yerlərinə sahib etmək və oralarda əskilən nüfuz və nüfuzu-milliyəmizi doldurmaqdır. Əksinə, həmin uşaqları tək-tək dağıtmaq isə əməl və müqəddəs fikrimizə öz əlimizlə zərbə endirməkdir. Etiqadım bunadır ki, cəmiyyəti-xeyriyyəmiz bu cəhətə artıq diqqət yetirər. Əgər uşaq çox tapılsa, pansionun biri Qafqazda, digəri Şimali Rusiyada ora türk qardaşlarımızın münasib gördükləri bir yerdə vücuda gətirilməlidir. Çox qayğu və acı ilə bildirirəm ki, rəisi-ruhaniyyəmiz sayılan müfti və şeyxin etinasızlığından, çoxumuzun qorxaq və həmiyyət-sizliyindən uşaqların əksəri aclıqdan və naxoşluqdan tələf oldu. Bir qismi suya çəkilib xristian edildi, içəri Rusiyaya aparıldı. Qalanı çox az olsa gərək. Həkim Xosrov bəy Sultanov cənabları – “Ərdəhan tərəflərdə kimsə qalmamış, onlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir” – deyir. Bəli, o bədbəxtlərin çoxu canlarını bir cür əziyyətdən qurtarmaq üçün dərələr boylarında, kəndlər ətrafında, torpaqlar altında bir-biri üstə düzülüb uzanmışlar, rahətə varmışlardır. Ancaq azı, çox azı, yəni iki minə yaxın arvad-uşaq canlarını qurtarıb və özlərini Pusxov tərəflərinə atmışlardır. Pusxov uçastkası Ərdəhan ilə Axısxa arasındadır, Qars oblastına tabedir. Camaatı tamamilə müsəlmandır. Yerləri meşəlik, qayalar, dağlıq və şəhərlərdən uzaq olmasına görə camaatı çox fəqirdir. Öylə ki, bunlar hər il bahar vaxtında özləri üçün ayrı yerlərdən yeyəcək tədarük etmək məcburiyyətindədirlər. İştə böylə fəqir bir camaat 4-5 aydan artıqdır ki, özlərinə can atan minlərcə din qardaşlarını evlərində saxlayıb yeyəcəklərini yan bölürlər. Bundan sonra isə özləri də yeyəcəkdə çətinlik görəcəklərdir. Buna görə oraların halı çox yaman olacaq. İnsafdırmı Pusxovun kasıb camaatı olunca yeyəcəyini yarı bölsün, bizlər bir kərəlik bir neçə şahı, bir qaç manat verməklə milli və insanlıq vəzifəmizi qurtarmış hesab edəlim… Bakı cəmiyyəti-xeyriyyəsinin o tərəflərə ianə göndərməsi xüsusunda nəzəri-diqqətini cəlb edərim: Pusxov uçastkası davadan uzaq sakit bir yer olduğundan ianə göndərilməsinə heç bir maneə yoxdur. Bakıdan un göndərmək lazım deyil. Axalsix tərəflərdə 140-160 qəpiyə taxıl alıb üyütmək olur. Nə qədər taxıl olsa, bizim dəyirman pulsuz üyütməyə hər vaxt hazırdır. Hörmətli xadimlərimiz Xosrov bəy Sultanov cənabları Qarsdan böylə yazırlar: “Ərdəhan kəndlərinin heç birində adam yox. Bunlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir. Yalnız bir-iki yerdə 500-600 arvad-uşaq var”. Bu xəbəri daha artıq bir təfsilatla dörd ay əvvəl yazıb həqiqəti-halidən camaatımızı xəbərdar etmək istədim. Mən bu xəbəri Ərdəhanın geniş ağ düzləri qızıl rəngə çevrildiyi və bu qızıllığın hənuz səmayə əks etdiyi vaxt dərələrin uçurumlarından, qayaların oyuqlarından, kəndlərin izsiz bucaqlarından, meşələrin dərinliklərindən qopan fəryadlar və sədayi-istimdadlar ətraflarındakı qayalardan hənuz cavab aldıqları zaman duyub bən də fəryad qoparmışdım. Heyif ki, nikbinlərimiz yazdıqlarımı “mübaliğə” güman edib bu işə soyuq qanla baxdılar. Hətta bəzi mötəbər şəxslər bizzat özümə müraciət edib camaatımızın ürəyini eylə acı və mübaliğəli xəbərlərlə dırmalayıb yandırmamağımı, həyəcana gətirməyimi təvəqqe etdilər. İndi düşünürəm və sual edirəm ki, ürəkləri yanan ağalar bu dörd-beş ayda ürək yanğılarını əcəba nə ilə göstərdilər? Kasıb-kusublarımızın verdikləri ianələri çıxmaq olsaq ağaların, dövlətlilərin verdikləri beş-on min manatı keçmir: millətin, qara camaatın kömək və zəhməti ilə qazanılan dövlətin böylə bir gündə öz millətinə layiq gördüyü, öz millətinin ölüm halında olan aclarına qıydığı, ehsan etdiyi bumudur? Bizdən 25 kərə az olan qonşumuz öz möhtaclarına 800000 manat yığdılar, yenə də yığırlar, yığacaqlar. Bizim Boxçalı, Qazax, Zəngəzur, Cavanşir… və qeyri və qeyri yerlərin bəyləri, hacıları, dövlətliləri hələ özgələrə təməllüq ilə məşğuldur. Hələ bəzi şirindilli, məhəbbətpərvər görkəmlilər deyirlər: təki muradımız başa gəlsin, yəni təki millətin istiqbalını görüm, vallah-billah, bu qədər yüz qurban və nəzir hazırdır. Biçarələr eylə güman edirlər ki, böylə mənasız sözlərlə özgələrini inandırırlar. Daha bilmirlər ki, böylə ən zəruri vaxtımızda beşcə qurban verməyənin gələcəkdə yüz deyil, bircə də vermiyəcəyini və versə də məqbula keçmiyəcəyini uşaqlar da bilirlər. Ömər Faiq “İqbal” qəzeti. 19 aprel 1915, № 916 * * * Eşq və məhəbbət Hörmətli oxucular, bəlkə “Nə eşq və məhəbbət vaxtıdır, qiyamət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkişir. Biz indi də eşq və məhəbbət itəmi oynayacağıq” – deyəcəklər. Doğru, doğru! Eşq və məhəbbət yalnız bizim şairlərimizin, bizim təbiətlilərin malı deyil. Eşq və məhəbbət iki istəklini bir-birinə bağlaşdıran kimi hər arzu ilə məqsudi bir-birinə qovuşdurmaqdır. Eşq və məhəbbət varlıq, dirilik, birər dirəkdir. Bu gün hər fədakarlıq, hər qaliblik eşq və məhəbbətə bağlıdır. Məhəbbət hər dirliyin açarı, hər dərdin davasıdır. Məhəbbət mədəniyyətin anası, cahanın həkimidir. Dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar – insanı idarə edən bu güclər oldumu, daha irəlisini düşünməyiniz: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalışa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlmiyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar elə gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplan ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovurur. Bəli, məhəbbət nədir, nələr elətdirməz! Dilinə olan məhəbbət deyilmidir ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, nemescə bilmirmi? Bəlkə firəngcə də bilir! Lakin hamısından artıq öz dilini sevir. Öz dilinin aşiqidir. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa da olacaqdır. Sevgili oxucularımız! Millətlərin qan və od içində çalışdığı belə bir həngamədə “dil” məsələsi ilə vaxt keçirməyimə çaşıb məni qınamayın. Mən görürəm ki, bizi o qan və od dənizindən qurtarmaq istəyənlərin çoxu hələ özgələrin dil və adət əsiridirlər. Bunlar bu əsirlikləri ilə bərabər bizi də əsirlikdən qurtarmamaq, yalançı pəhli-vanlıqda bulundurmaq istəyirlər. Bəlkə deyirsiniz ki, “dil”in millətpərvərliyə nə dəxli var? Bir kişi türkcə bilə-bilə qəsdlə danışmaz, amma ürəkdən millətpərvər olar. Belə ikiüzlülər bəlkə ola bilsin. Lakin mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz. Mənə deyirlər ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır. Türk dili pis də olsa özümündür. Halbuki dilimiz dünyadakı asan və gözəl dillərin biridir. Elə asanlığı səbəbindəndir ki, bəzi millətlərin arasında ümumi dil kimidir. Bir rum ilə erməninin türkcədən özgə dil ilə danışdıqlarını görməzsiniz. Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik? Mən burda dilin gərək dirilik və mədəniyyət və gərəksə siyasət aləmlərində nə işlər gördüyünü və nə dərəcədə əhəmiyyətli olduğunu sayacaq deyiləm. Qarsda minlərcə qardaşlarımızın hələ “Bir loğma ətmək” fəryadı kəsilmədiyi bir vaxtda belə dil məsələləri ilə gün keçirmək, əlbəttə, yaxşı görünməz. Nə edim ki, bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. Açıq dil ilə geniş ədəbiyyatımızın olmamağıdır. Bu gün bu yazılarımla ancaq gödəkcə yada salmaq istəyirəm ki, millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq və məhəbbətlə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi seçmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım! Biz 203 özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrin bizi istəmələrini ummaq dəlilikdir. Çaşıb qalıram. Ufaq bir millət heç yoxkən özünü böyüdür, öz varlığını hər yol ilə də olsa, özgələrə bildirir, öz ehtiramını saxlayır, özünü saydırır. Amma biz? Lap tərsinə, ən çox özümüzü özümüz bəyənmirik. Öz əlimizlə özümüzə qəbir qazıyırıq. Nədən gözəl dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Yox-yox, belə olmaz. Daha əl verər, biz də gərək özümüz öz qədrimizi qanaq! Qanaq da, Məmmədləri – Mişa, İskəndərləri – Saşa, Kərimləri – Kiruş, Gülsümləri – Gülya, Leylaları – Lyalyaya çevirməkdən utanaq. Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Arada olacaq incimələrə, küsmələrə qulaq asmayaq. Bu gün millətini tanıyanların, millətinə eşq və məhəbbət bağlayıb çalışanların nə kəramətlər, nə möcüzələr, nə fədakarlıqlar elədiklərini şükür ki, hər dəqiqə eşidib duyuruq. Artıq nə deyim? Ömər Faiq “Yeni iqbal” qəzeti, 2 iyul 1915, №57 * * * Çox utandıq Utanıram, inanmaq istəmirəm ki, Bakı kimi bir şəhr, Qars tərəfindən göndərilən 40-45 yetim uşağı saxlaya bilmiyə. Saxlaya bilmiyə də qazimat ilə aləmə elan edə ki, “cəmiyyətin işi çoxdur, yetim uşaqlara, eylə xırda işlərə baxmağa vaxtı yoxdur. Hər kim nökərliyənə qədər uşaq istəyirsə, gəlsin aparsın!” Cəmiyyət burda bir şeyi yaddan çıxarmış: əgər gözə gələn qız və oğlanları pul ilə nökərliyə versəydi və ya bir kərəlik satsaydı, cəmiyyət sandığına xeyli pul yığışardı və bu vasitə ilə cəmiyyət üzvlərini ianə yığmaqdan qurtarardı. Vay cəmiyyəti-xeyriyyə! Vay milyonlu şəhər! Vay bədbəxt millət! Məgər quru adın varmış! Mən öylə bilirdim ki, Bakı nəinki 40-45 yetimi, bəlkə bir neçə yüzünü də saxlamağa hazırdır. Halbuki min zəhmətlərə yığılan və Bakının mərhəmət qucağına sığman 5-10 yetimi də başdan dəf etmək, onun-bunun qapısına tullamaq istəyir. Aman yarəbbi, nələr eşidirik, nələr görürük. Nə demək, bu nə demək ki, 4-5 milyonluq bir camaat 1 -2 yüz yetim balasını bir yerdə saxlamağa gücü çatmaya! Of, doğrudan da ölmüşük, doğrudan da yalançı bir adımız qalmış! Doğrudan da milli dirilik, mədəni insanlıq adına bir qəpiyə dəymərik. Nədir bu rəzalətlər? Nədir bu alçaqlıqlar, bu murdar xasiyyətlər? Sizdən soruşuram: 40-50 yetim uşağı bir yerdə saxlamağı bacarmayan bir millət nə cür insanca yaşamaq xəyalında, hələ “ağalıq” iddiasında ola bilər? Bir düşününüz! Sizin qucağınıza can atan balalar kimlərdir: evi-eşiyı talan olunmuş, anası-atası boğazlanmış, 11-12 yaşındakı bacısı aylarca canavarların əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yan canda qalmış öz millət balalarınızdır. İnsan sevdiyi itin balalarını belə bir dərəcə alçaqlamaz ki, “İsmailiyyə” binasının padvalında belə bir neçə həftə saxlana bilməyib çöllərə tullanmaq istənir! Nə olar, İsmailiyyə imarətinin zahiri zinətinə əskiklikmi olar ki, yuxarı qatında yaralı qoşunlar, altında yaralı millət batalan bulunsun! Bizim günümüzdə, millətin ehtiyacı üçün yapılan İsmailiyyə binasının bir neçə otağı və ya otağın polu millət balalarından əsirgənirsə, daha bu əzəmətli imarət nədən ötrü tikilmiş? Ey kimsəni bəyənməyən millət! Ey savab üçün Ərəbistan, İran çöllərini aşıb “hacı”, “kərbəlayı” olmağa can atan ağalar! Hara gedirsiniz, nə fikir edirsiniz? “Kərbəla”dan yüz qat yanıqlı, dəhşətli olan bugünkü Kərbəla qurbanları mərhəmətinizə can atmışlar! Ayağınızın yanına — Bakıya qədər gəlmişlər… Siz hara gedirsiniz? Savabmı, insanlıqmı, millətpərəstlikmi, hacılıqmı, məşədilikmi, ağalıqmı, nə, nə istəyirsiniz: hamısı, hamısı bu gün burda qapımızın yanındadır! Utanaq, çox utanaq ki, Bakı kimi Qafqaz müsəlmanlarının mərkəzi olan bu şəhər 40-45 yetimi saxlamaqdan aciz qala. Şəriətdən, insanlıqdan utanmırsaq, qonşularımızdan – onların fədakarlığından olsun həya edək. Mən bilmirəm niyə qəzetlərə, teleqramlara tökülüb xəbər axtarırsınız ki, bir şey bilmək, ürəginizi şad etmək istəyirsiniz, məgər Bakının dövlətli bir imarətində, millət binasında 5-10 yetimə yer tapmayıb it-pişik yavruları kimi dışarı tullamaq xəbəri az qəribə xəbərlərdənmidir? Ac, çılpaq qalmış, davanın ən şiddətli zərbələrinə düçar olmuş 5-10 millət balamızın ürəklərini şad etməkdən artıq şadlıqmı axtarırsınız? Yerdə gəzməyi bilməyə-bilməyə nə hünərlə göylərə uçmaq, böyük ümidlər dalınca düşmək xəyalında bulunursunuz? Amerikada bir müəllim, məşhur bir milyarderçimi olmaq istəyirsiniz? Banda erməni qəhrəmanı Aram hamı millətini “ya ölüm, ya dirilik” bayrağı altına çağırmış… filan öylə olmuş, filan iş böylə getmiş… bu xəbərləri nədən ötrü oxuyursunuz? Sizə, bizə nə? Gözüyün önündə ac, çılpaq ulaşan 5-10 gözü yaşlı ürəyi odlu millət balasını bir yerdə saxlamaq mərhəmətində bulunmayan bir camaatın ürəyində nə millət hissi, nə vətən qeyrəti, nə din və məslək əqidəsi ola bilər! Bakı cəmiyyəti-xeyriyyə idarəsinin işi çoxsa, özgə işlərə baxmağa vaxtı azsa, əcəba, cəmiyyətin idarə adamlarından özgə adamları yoxmu, əgər yoxsa, cəmiyyət haradan əmələ gəlmiş? Məgər Bakıda heç kəs qalmamışmı? Yəni 5-6 kişidən ibarət bir heyət vücuda gələ bilməzmi ki, cəmiyyətin himayəsində olacaq yetimlər evini idarə edələr? Yəni bu öylə böyük, çətin işdirmi? Əgər cəmiyyətin pulu qurtarıbsa kişiləridəmi qurtarıb ki, çarəsini fikir edələr, cürbəcür vəsaitlərlə pul yığalar? Deyəcəksiniz: “Qafqaz Bakıdanmı ibarətdir? Bakının milyonları çox, dərdi də çoxdur. Hər kəs gərək özünə kömək etməlidir, yalnız Bakıya göz dikmək nə insafa, nə də əqlə sığmaz!” Doğrudur, çox doğrudur: hər kəs özünə görə kömək etməlidir. Özümüz işsiz, ianəsiz oturub yalnız dövlətlilərə göz dikmək – gözsüz qalmaq, milləti tənbəlliyə, xırsızlığa öyrətmək deməkdir. Burası məlum, lakin özgə yerlərə görə bu işdə Bakı “özünə görə” özünə düşən borcu, sanıram, başa gətirəcəkdir. Söz yox ki, çoxdan-çox, azdan-az olar. Bakı özünə sığınan 40-50 uşağı saxlamaqdan aciz olsa özgə yerlərə deməyə nə haqqımız var? Bakıda olan 40-50 uşağı paylamağı da yoxsa bir hünərmi sayırsınız? Bu qədər uşağı o yol ilə nəinki bir şəhər, ən xırda bir kənd belə can-başla qəbul edər. Üç cüt bir tək müsəlmanı olan Tiflisdə “yetimlər evi” üçün 80 min manat yığıldı, bunun min manatı Bakıya göndərildi, qalan pul ilə cəmiyyəti-xeyriyyə “yetimlər evi” açdı. Bu evdə hər yandan nə qədər qaçqın gəlsə, qəbul edəcək, bir vaxt saxlanandan sonra 20-dən artığı Bakıya göndəriləcək, 20-si həmişəlik saxlanacaq. Cəmiyyətin qərarı böylə oldu. Cəmiyyətin bundan ötrü olan yığıncağında bir neçə xanım, Bakıya arxayın olmamağımızı bəyan etsə də, mən özüm bu fikrə razı olmadım. Bunu Bakı üçün həqarət və əskiklik hesab etdim. Bakının dövlətinə, zahirinə, yüzlərcə intelligentlərin vücuduna, dövlətlilərin şirin sözlərinə məgər mən yalnız aldanmamışam? Keçən həftə Qarsdan mənə görə göndərilən 34 uşaq bir az burda qaldı, bunlardan 2 oğlan burda yetimlər evində itmiş bacılarını görən kimi bir-birinə sarılıb ağlaşmağa başladılar, yarım saat bunları ayırmaq mümkün olmadı. Bacıları ah-fəryad elədilər ki, qardaşlarımızı bizdən ayırmayın, qoyun xəstə qardaşlarımıza biz özümüz baxaq. Müfti əfəndi, çarəsiz qalıb uşaqları saxladı və Bakı cəmiyyətinə kağız yazıb təvəqqe etdi ki, uşaqları saxladığından ötrü inciməsinlər. Məgər Bakı cəmiyyətinin canına minnətmiş! Kim böylə xəyal edərdi, yoxsa 10-15-ni burda saxlardı! Doğrudur, Bakı cəmiyyəti idarəsi bir neçə şəxsin çalışmasına, ümidinə qalmışdır, xüsusilə yayda hər kəs Mərdəkan bağlarına, Kislovodski parklarına çəkilmiş, öz rahatlığının, öz canlarının qeydinə qalmış. Sözüm yox, insan yaşadıqca səhhət və sağlam yaşamalıdır! Təbiətin zorlu qolunu büküb insanca ömür etməli. Lakin həyatın ölüm sızıları ilə, aclıq qorxusu ilə can verməkdə olduğu böylə, qara günlərindən qeydsiz yatmaq, Qars dağları ətəklərindən, özgələrin əllərindən yığılan yetimləri əvvəlcə istəyib də sonradan peşman olmaq, onun-bunun qapılarına tullamaq bakılılar adına layiq olmasın gərək. Böyük ağaclara sarılan sarmaşıqların, zinətli balkonları örtən çiçəklərin kölgələri altında pianonun səsinə qulaq verib də Qars tərəflərindən qopan millətin ah və əninini eşitməmək, onların dərdinə qalmamaq, türklük, müsəlmanlıq, insanlıq adına yaraşmaya gərək! Yenə təkrar edirəm, madam ki, bizdə beş-on öz yetimimizi insanca saxlamağa ləyaqət yox, öz balalarımıza mərhəmət yox – ya biz nə haqq və nə üzlə özgələrdən mərhəmət və ədalət gözləyirik? Bizim kimi ölmüş, duyğusuz, zalım bir millətə mərhəmət nəyə lazım? Haqq və hürriyyət nəyə gərək? Bu gedişlə, bu qanacaqla, bu qeydlə siz sanırsınız ki, bugünkü rahatlığınız davam edəcək? Heyhat nə çoxdur xam xəyal. Bu həmiyyət, bu qeyrətləmi böyük əməllərin, uca fikirlərin, ulu ümidlərin dalına düşmüşük! Cənabi-həqq bəlkə öz ulu intizar, ulu fikirlərin üsulunu bizim kimi qorxaq, xəsis, duyğusuz qansızların ümidinə qoymaya. İnciməyin, siz inciməyin ey millətin kökü, təməli yerində olan qara camaat! Ey ürəkdə millət namusu olanlar! Ümidimiz yenə sizədir, ey bəzi həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, kürdəmirlilər! Üzümü sizə tutub yalvarıram: hər biriniz 10-20 uşaq götürünüz, saxlayınız. Yekə bir şəhər 5-10 yetimi bir yerdə saxlamaqdan aciz olmasa gərək! Tiflis kimi bir yerdə 20 uşağın (bir baxıcı xanım, iki qulluqçu arvad, bir müəlliməsiylə bərabər hamı yemək, içmək və tərbiyələri) xərci 3 min neçə manatdır. Bu ölüm-dirim vaxtında əlimizdən heç bir şey gəlmirsə, barı bu ocağı sönmüş qardaşlarımızın yavrularını bir az zaman insanca saxlayaq. Əcəba, hansı şəhər istəsə böylə fədakarlığı bacara bilməz? Umuram ki, ürəyində bir az millət hissi, namusu olan bir müsəlman razı olmaz ki, bizə sığınan saf əxlaqlı balaları küçələrə töküb öldürək. Əlbəttə, hər şəhərdə bir cəmiyyəti-xeyriyyə və ya nəşriyyə var. Tələsiniz! Bu cəmiyyət adından Bakıya adam göndərib İsmailiyyə padvalının tozlarında qalan və onun-bunun qapısına tullanmağa hazır edilən öz qardaş-bacılarınızı qurtarınız. Qoymayınız heç kəsə bir uşaq da verilsin! Uşaq saxlamağı həvəs buyuran ağaların ürəklərində doğrudan mərhəmət varsa, saxlayacaqları uşaqların pullarını “yetimlər evi” idarəsinə versinlər. “Yetimlər evi” üçün pul yığmaq çətin deyil. Əl verər ki, ürəkdə istək, millətə eşq və məhəbbət olsun! Əl verər ki, baş-başa verib fikir edəsiniz, başlayasınız. Bəsdir, utanaq! Ömər Faiq “Yeni iqbal” qəzeti, 3 iyul 1915,№58 * * * Fürsət az, ehtiyac böyük İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur. Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar? Camaatımı kömək etməz, qazı və mollalarımı itaət eləməz, yoxsa hökumətmi qulaq asmaz. Xeyr, xeyr, hamısı olar: təki onlar istəsinlər! Ramazan ayı idi. Göydən rəhmət enir, yerdə nemət yayılırdı. Hər kəsin ürəyi şəfəqlə dolmuşdu. İştə böylə vəqti və şeyxülislam cənabları fürsət və qənimət bildilər. Həm camaatın minnət və şikayətindən qurtulmaq və həm də Allahı razı etmək istədilər. Qazı və mollalara xitabən uzun ayə və hədislərlə dəvətnamələr yazdılar. Builki fitrələrin onda birini də olsa dava yerlərindən gələn yetimləri saxlamaq xərci üçün yığmağı möhkəm fitvalarla əmr elədilər. Dəvətnamələr paylandı. Hər kəs xəbərdar edildi. Ortalığa böyük sevinc düşdü. Camaatın rəisdən narazılığı azalan kimi oldu. Qəzetlərimiz rəislərin bu həmiyyətlərindən uzun-uzun bəhs etdilər. Hətta illərcə uyuşub qalan ruhani idarələrimizin belə hərəkət və cürətlərinə (?) çaşıb qaldılar. Çaşıb qaldılar ki, belə adi dəvətnaməni “tarixi vəsiqə” deyə adlandırdılar. Hətta bu “vəsiqə”ni bizim üçün, bizim istiqbal və nicatımız üçün bir şan hesab edənlər də oldu. Doğrusu, mən bu dəvətnamələrdən o qədər böyük kəramət gözləmirdimsə də, bütün-bütün də ümidsiz deyildim. Yaxşıya yaxşı, pisə pis demək qayidəsincə bir də gözləmədiyim bu hərəkəti təqdir etdim. Günlər keçdi. Fitrə bayramı gəldi. Qazılar, mollalar hümmət qollarını çırmadılar, işə girişdilər, çalışdılar, yığdılar, böyük fəxr ilə Tiflisə göndərdilər. Bu qədər uzun fitvaların, qışqırıqların, çalışmaların nəticəsini hər kəs səbirsizliklə gözləyirdi. Gözləyirdi ki, altı-yeddi milyon camaat can-başnan “birər” qəpik fitrə versə, altı-yeddi min manat edər. Oh, nə gözəl mayə?! Heyhat ki, həqiqət özgə çıxdı. Şeyxülislam və müftinin uzun fitvaları ilə Qafqazda, ən azı iyirmi-otuz min molla vasitəsilə yığılan fitrənin məcmuu dörd-beş mini keçmədi. Qoy Qurban bayramı da gəlsin. Gəlsin onu da görək. Doğrudan yetimlər evlərini idarə edən cəmiyyətlərin işləri çox çətin. Tiflis cəmiyyəti 20 yetimi qəbul etmişdir. İndi 50-dən artıqdır. Fitrə parəsindən iyirmi min manata qədər gözlənirdi. Bunun yarısı olmadı. Halbuki Qarsdan gələn yetimlərin ardı-arası kəsilmir. Hələ sabah daha böyük ehtiyaclar, fəlakətlər qarşısında olmayacağımız nədən məlum? Hazır əlimizdə fürsət var ikən bizə sığınan öz yetimlərimizi aclıqdan qurtarmanın yollarını düşünək! Böyük-kiçik btr çox millətlərin haqq və hürriyyət uğrunda insanlardan milyonlarca qurbanlar verdikləri bir vaxtda biz də kəsib ətini yeyəcəyimiz heyvanların heç olmazsa “dərilərini” fəda edək. Əgər həmiyyətimiz bütün-bütün sönməmiş isə Qurban bayramı yığıncaqlarından faydalanıb dərilərdən özgə sədəqə də toplamaq olar. Şəksiz ki, qazılarımızın, axund və əfəndilərimizin hamısı yaramaz deyillər. İçlərində bu günü deyil, sabahı, gələcəyi düşünən həmiyyətli əfəndilərimiz çoxdur. Qələmlər bu gün lal isələr, əlbəttə, bu zamanın da bir fərdası – aydınlığı var. Fərdanın, gələcəyin intiqamı isə çox şiddətlidir. Ümidliyəm ki, Qurban bayramında həmiyyətli əfəndilər ilə möhtərəm bəy və hacılarımız, çalışqan cavanlarımız birləşib həm qurban diləklərini sədəqə yığmaqla milli və şəri borclarını əda edərlər. Ömər Faiq “Açıq söz”, 2 oktyabr 1915, № 1 * * * Qurban bayramı İstər oda, bütə, istərsə kitaba inananların nəzərində olsun, yaradan, yaşadan, öldürən, özbaşına iş görən, tükənməyən, ölməyən, güclü və böyük bir qüvvə, bir “vücud” təsəvvür olunardı ki, o da “Allah” idi. Allah hər zamanda, hər yerdə və hər qövmdə bir əsas, bir məqsəd və bir fikir üzərinə tapınmış, şəriətlərin hamısında allahlıq sifətləri haman bir rəng və bir çeşid bilinə gəlmişdi. Şəriətlər nəzərində Allahın sifətləri xüsusunda olan ayrılıq nə qədər az idisə, Allahın zatı – özü xüsusunda olan ixtilaf bir o qədər artıqdır. Allahın zatı barəsində olan ixtilaf ta ilk yaradılmışdan bu günədək sürməkdə və bundan sonra da kim bilir daha nə qədər zaman sürəcəkdir. Allahın, qüdsi-idarəsi tərəfindən rəsuli-səfiri-vəkil xidmətilə gələn peyğəmbərlərin gətirdikləri şəriət, yəni qoyduqları ümumi qanunlarında əsas və qərəzləri nə qədər bir idisə, şəksiz ki, özləri, zaman, məmləkət və qövmlərin ehtiyaclarına görə ayrı-ayrı gəlmişlər və o əsas və məqsədləri yenə təqazayə görə təbliğ və təfsir etmişlərdi. Demək, şairin dediyi kimi: hər kəsin məqsədi bir, amma rəvayət müxtəlif. İştə, şəriət saliklərinin arasında olan ədalət, vuruşmalar və ayrılıqlar həp o “rəvayətlər” üzərinə gəlmiş və hamısı da haqq və ədaləti tapmaq, möhkəmlətmək üçün ayrı-ayrı yol, məzhəb tutmuşlardı. Bir zaman vardı ki, insanlar “yuxarı”dan gələn hər cür əmrə haqlı-haqsız baş əyməyi özlərinə borc, həm də qulluq-əbdlik borcu bilirlərdi. Allaha qulluq, peyğəmbərlərə itaət vacibdi. Çünki Allah dünyanın müstəqil sahibi, keyfə-mayəşa rizası və hər qüvvətin güclüsüdür. Peyğəmbərlər də belə güclü bir idarənin səfiri və vəkilidir. Padşahlara, əmirlərə və hakimlərə də bəndəlik etmək, tabe olmaq lazımdır. Çünki onlar da məmləkətlərin müstəqil sahibləri, böyük və güclüsü idilər. Bunların da özlərinə görə qanunları, idarə üsulları vardı. Hər şey onların idi. Biz də onların rəiyyəti, yəni sürüsü, zirdəstanı idik. Onların hər bir buyruğuna boyun əymək, onlar üçün çalışmaq borcumuz idi. Hərçəndi bu itaət, bu borc, bu bəndəlik zaman-zaman dəyişir, hətta bəzi “azğınlar” tərəfindən arabir pozulurdu. Lakin onun təməlindən titrədəcək, sarsıdacaq çəlik qafalar, kəskin dillər və dəmir əllər ancaq gecdən-gec çox uzaqda bəlirən cansız bir işıq kimi xəyal-məyal görünürdü. Deyəsən, əmirlərə, hakimlərə, ağalara olan bəndəlik ilə Allaha və peyğəmbərə olan bəndəlik arasında bir rabitə, bir nisbət vardı: Allaha, peyğəmbərlərə hər surətlə inanıb səcdə edənlər, xidmət sahiblərinə, ağalara daha artıq kor-koruna itaət və qulluq edirlərdi. Hər iki itaət və bəndəlikdə bir düşüncə də, bir qorxu da var idi. Zaman keçdi, dünyamız dayanmayıb hərləndi. Dünya hərlənib əks istiliyini əks xasiyyətini dəyişdikcə sıx-sıx tərpənib oynamağını-çocuqluğunu buraxdıqca, soyuyub rahatlandıqca üstündəki insanlar da əski etiqadlarını, əski düşüncələrini dəyişdirib təzələnməyə, əhllənməyə başladılar. Mənə öylə gəlir ki, xayır, tarix öylə göstərir ki, rəiyyətlərin içində ən əvvəlcə ümumi cərgədən, zamanın bəndəlik sürüsündən ayrılıb tazə fikrə, tazə həyata, tazə aləmə can atan fədailərin ən birinciləri “peyğəmbərlər” olmuşdur. Özgə peyğəmbərlər, özgə dəyişmələr özgə fikirlər o yana dursun, bu qaralamamda bildirmək istədiyim qurban üsulunu, əski bəndəlik, əski şəriət qaydasını dəyişdirən həzrət İbrahim olmuşdur. O həzrət ki, o zaman vavirlərdə hər kəsin “Allah” tanıdığı Günəş, Ay və Yıldız çıxdıqca: xeyr, xeyr, bunlar Allah olmaz, – deyə qışqırırdı. O ancaq haqq yolu axtarırdı. Ümumun etiqadına, millətin əski adətinə toxunur – deyə əsla fikir etməzdi. O həzrət ürəyindəki sağlam imanı ilə hər kəsin tərsinə gedir, böyük cürət ilə ən böyüklərə qarşı durardı. Əqlə uyğun olmayana inanmaz, kor-koruna etiqadı insanlıq şərəfinə əskiklik sayardı. İştə, o idi ki, əski adət, əski fikrə məğlub olaraq oğlu İsmayılı qurbanlığa götürüb kəsəcək vaxt: -Bu nə?! İnsanları boğazlamaq, Allahın rizasını almaq deyil, bəlkə rəhmət və ayinini, Yer üzündəki zinət və bəxşeyşini kəsməkdir, – deyə söylənib düşünməyə başladı. Bu heyndə onun nazik və ülüv ürəyinə “vəhy” gəldi ki: – Ya İbrahim! İsmayılın yerinə qoç kəs! Həzrət İbrahim İsmayılı buraxdı, sürüdən bir qoç tutub kəsdi. Çox ehtimal ki, o zaman kəsilən qurbanlar sadəcə tələf olub gedirdi Zaman keçdi. Həzrət Məhəmməd əliyyün-islam yetişdi. Kəsilib atılan qurbanları nahaq buldu. Həzrət buyurdu ki, kəsilən qurbanın bir azını sahibi dadsın, qalanı möhtaclara paylansın! İştə, qurban kəsib fəqirlərə payladığımız gün bizim üçün bayram oldu. Həm də böyük bayram oldu. Böylə ya dünyada fəqir və möhtacların könüllərini almaq, dərdlərinə qalmaq qədər nə savab və təsəlli ola bilər. Şübhəsiz ki, bu böyük bayramdan qərəz, can tələf edib qan axıtmaq deyil, bəlkə onunla fəqirlərin canlarını diriltmək, qanlarını artırmaqdır. Xoş o günə ki, hamı onun əsil mənasını qana və o gündə hamı bir yerə gələ, hamı bir imanla sevinib gülə. Bəli, o gün bizim üçün əsil bayram olur ki, dava üzündən yurdu yaxılıb ocağı sönən, bir loğma ətməyə möhtac olanlar ilə boyunları bükük bir halda qapılarımıza qədər sürünüb gələn yetimlərimiz də bayram edələr. Nə olar ki, o möminlər kəsdiyi qurbanın ətini, doğrudan möhtaclara “dəri”sini də “yetimlər evi” üçün saxlayıb insanlıq, müsəlmanlıq borcunu yerinə yetirməklə bayram edə. Ümid olunur ki, zəiflərin, əzilənlərin haqqı uğrunda insanlardan qurban verilən böylə bir həngamədə biz də kəsdiyimiz heyvanları zəiflərimizə qurban edək. Ömər Faiq “Açtq söz“ qəzeti, 7 oktyabr 1915, № 5 * * * Milli məsələlərimizin vaxtımı? I Biz elə sanırız ki, hər millətin mətbuatı o millətin ən parlaq güzgüsüdür ki, oraya baxdıqca insan üstündə olan ləkələri, çirkinlikləri -qüsurları qaldırmağa və özünü daha təmiz, daha gözəl etməyə çalışır. Halbuki bizim öz milli güzgümüzə baxdıqca orada bizdən artıq özgələri, özgələrin fikir və işlərini görürüz. O dərəcədə ki, bir avropalı, xeyr, xeyr, bir rus vətəndaşımız istəsə ki, Rusiya türklərinin ictimai-siyasi ehtiyac və əməllərini bilsin mümkün deyildir… Bizi bizim mətbuatla bilmək istəyən vətəndaşlarımız orda bizdən ziyada özlərini, özgələrini görüb şəksiz, təəccüb edəcəkdir. Madam ki, Rusiyada 25-30 milyon türk var, bunların ictimai-siyasi idealları olması da təbiidir. Burasını danmaq deyil, sükutla keçmək belə həm milləti, həm də hökuməti aldatmaqdır. Müdara hər vaxt çirkindir. Bunu istər Hafiz bəyənsin, istərsə də indiki bəzi yazıçılarımız. Bəli, biz Rusiya türklərinin özümüzə görə ictimai-siyasi arzularımız var. Bu arzuları böyük və qəbul olunmayacaq bir şey sanmayınız! Biz artıq bir zad istəmiriz. İstədiyimiz budur ki, bizə də insanlıq hüququ verilsin. Biz də Rusiyanın hüquqlu təbəəsi cərgəsinə keçəlim. Ögey övlad yerində tutulmuyalım. Hökumətin ümumi qanunundan din və millət seçkiliyi olmasın, xüsusiyyəti-milliyyəmizə etina edilsin. Ürəyimizdəkini nə üçün gizlədəlim: hüquqsuzluğumuz üzündən idareyi-ruhaniyyələrimiz milli məktəblərimiz, dilimiz, milli xeyiratımız, vəqflərimiz ağlanacaq bir halətdə olarsa, bu idarələrin, bu əmlələrin fikir və tərbiyəsi altında yaşayan cəmiyyət əcəba, nə halda olar? Təkrar edirəm, ikiüzlülüyə hacət yox: ehtiyacımızı, dərdimizi açıqdan-açığa söylüyəlim. Yaralarımızın üstünü basdırmıyalım. Lazım gəlsə, ta dərinlərinə qədər açıb göstərəlim. Millət ehtiyacının “millət camesi”nin minbərləri olan mətbuat səhifələrində müzakirə edəlim. İstədiklərimizi hökumətə olmasa da, adil hökumətin ədalətli qanununun vazeyi olan mütərəqqi rus sinfinə olsun bildirəlim. Bu yol ilə həm millət öz yarasının qeydinə ən əvvəl özü qalmağa alışar, həm də hökumətin işi – verəcəyi əlacın təsiri qolaylandırılmış olar. Bunun üçün ən əvvəl müdaranı, o yalançı və zərərli politikanı buraxalım. Hökumətimiz osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi olan türklərlə yox. Həm öylə bir təbəə ki, imdi deyil, yüz illərcə öz sədaqətini, öz vəfapərəst adətini sözlə deyil, yeri gələndə qan və qılınc ilə də bildirmiş və bildirməkdədir. Bizim kimi safürəkli bir millətə xəyanət isnad etməyin özü xəyanətdir, cinayətdir. Bu halda milli məsələlərimiz müzakirəsinin vaxtı deyil demək nə deməkdir? Böylə sözlərlə öz-özümüzdən şübhələndiyimizi göstərmiş olmazmıyız? Bu isə qaş qayırarkən göz çıxarmaq deyilmi? Hələ bir surətdə ki, məhəlli idarəmizin başçısı – namestnikimiz “ehtiyaclarınızı bildiriniz” deyir və bunu bizdən istəyir. Daha düşünməyin, müdaranın nə mənası var? Namestnikimizin o tərəqqipərəst arzusundan imdi bir aydan artıqdır ki, keçir. Əcəba, ruhani rəislərimiz nə kimi layihə və qərardad hazırlayırlar? Əcəba, müşavirə məclisini harada quracaqlar? Yoxsa bu fürsət və zamanıdamı itirəcəklər? II Deyirlər, həm də camaat xadimliyi minbərindən deyirlər ki: “Milli məsələlərimizin mətbuat səhifələrində müzakirəyə lüzumu yox. Bizə lazım olan məsələlərə 9-10 il əvvəl Nijni yığıncağında baxılmışdır…” Daha yaxşı ki, millət başçılarımız bizim üçün zəhmət çəkib milli məsələlərimizi hazırlamışlar, bizə gözəl yol açmışlar. Ancaq o zamanın müsaidəsizliyinə görə məsələlərin nələrdən ibarət olduğu mətbuat səhifələrində açıqca müzakirə edilə bilmədi. Camaatımızın, hətta ziyalılarımızın çoxu da yığıncağın qərardadından xəbərsiz qaldı. İmdi isə əvvəlki müsaidəsizlik bir dərəcəyə qədər götürüldü. Hazır namestnikimizin özü bizdən öz ehtiyaclarımızın bildirilməsini istəyir. Buna görə ehtiyaclarımız müzakirəsinin ən yaxşı vaxtı elə bu vaxtdır. Bizim üçün hər cəhətcə ən gözəl fürsətdir. Bizim milli məsələlərimizin nələrdən ibarət olduğunu, nə istədiyimizi bizimlə bərabər bəlkə mütərəqqi rus sinfi də bilmək istiyir. Elə bir vaxtdayız ki, bizim kimi hüquqsuz məzlumlar deyil, ən sahibi-ixtiyar ruslar belə daxili-idareyi daha mətin, daha hürr, daha mütərəqqi bir mərtəbəyə qaldırmaq, bununla hökuməti daha artıq gücləndirmək istəyirlər… İştə böylə bir olmasın gərək. Çünki biz istədiyimiz müzakirə ilə hökumətin ətəyini dartmaq, ümumi işlərə mane olmaq fikrində deyiliz. Biləks, başların qarışıq olduğu bir vaxtda daxili-idarəyə lazım olan rahatlıq vasitələrini həmin müzakirə ilə o qarışıq başlara bildirmək, yardım etmək istəyiriz. Bunda hər iki tərəf üçün xeyir və faydadan başqa bir şey yox. Ehtiyaclarımız, əlbəttə, hökumətin qərarı ilə əmələ gələcəkdir. O halda istədiklərimizi, ehtiyaclarımızı nə üçün açıqca bildirmiyəlim. Hökumət istədiklərimizi qəbul etməyəcəkmiş. Deyəlim ki, etməsin. Heç olmazsa mütərəqqi rus sinfi öz ürəklərində qəbul edərlər ki, dünyada heç bir şey birdən-birə olmaz. Əvvəlcə lazım olan səbəbləri, qafaları hazırlamalıyız, sonra işin hüsulunu gözləməliyiz. İmdiyə qədər mətbuatımızda hansı dərdlərimizi saydıq, hansı yaralarımızı ciddi yolda açdıq? Nə vaxt camaatımızı hazırladıq, nə vaxt “Bu da bizim ümumi fikrimizdir” – dedik. Bizim dərdimizi bilmək istəməsələr belə biz gərək fürsət axtarıb vaxt-vaxt bildirəlim, qulaqları dolduralım. Bir vaxt olar, əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar. Zamanımız özgə zamandır. Bizə ancaq çalışmaq, ən əvvəl öz camaatımızı tutacağımız işdən xəbərdar etmək, onu alışdırmaq lazımdır. Hər millətdə özünün adətinə, aləminə, mühitinə görə birər xasiyyət var. Bilirəm, bizim camaat milli məsələlərimizi, ciddi məqalələri oxuyanda əsnər, yuxusu gələr, özünə ən lazım olan işlərdən qaçar. Hətta çox vaxt olur ki, öz xeyrinə çalışanları boğmaq, öz millət bağına axan su yollarını öz əli ilə kəsmək istər. Amma nerədə bir qoç döyün-dürməsini və ya qəzetdə tazə bir dava xəbərini eşitdimi, yuxuda da olsa qalxar, bütün düşüncəsini ona verər. Neyçün? Çünki öylə alışdırmışlar, öylə də alışmış. Vaxtdır ki, camaatımızı yavaş-yavaş öz dərdlərinə, öz qeydlərinə qalmağa alışdıralım. öz yarasını, öz dərdini özü yaxşı etmək yolunu bilməyinin, yalnız təbibin əlacı ilə eyni ola biləcəyini qandıralım. Camaatımızın fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirəlim. İştə o çevirməyin ən yaxşı vaxtı isə bu vaxtdır. III Bir məmləkətdə, bir yurdda yaşayan müxtəlif millətlər ümumi vətənin xeyrinə əvvəl vaxt daha sağlam bir yol ilə çalışa bilirlər ki, o millətlərin arasında haqq və ixtiyarca təvafüt olmuya, onları bir-birlərindən uzaqlaşdıran səbəblər bulunmaya. Çünki millətlərin arasında ziddlik salıb həm tərəqqi və təməddünə mane və həm də hökumətin qüvvətlənməsinə əngəl olan səbəblərin birincisi “müsavat”sızlıqdır. Vaxta ki, bir torpaq üstündə, bir hava altında qapıqonşu yaşayan iki millətin biri hüquqca üst tutulub, o birisi sıxıldı, o millətin arasında dostluq, yaxınlıq, o məmləkətdə rahatlıq olmaz. Nə təkim böylə də oldu. Qafqazımızın son on il içindəki əsəfli halı bizə o acı həqiqəti öz gözlərimizlə göstərdi, müsavatsızlığın bəlasını çəkdirdi. Həmin bu müsavatsızlıq üzündən zühura gələn dəliliklər, cinayətlər biz Qafqaz millətlərinin üstünə silinməz tarixi ləkələr buraxdı. Bu ləkələrləbərabər, o qəmli illərin ən ağır həqarət zəncirləri isə yalnız bizim boynumuza taxıldı. Ən böyük və nüfuzlu hökumət adamı ağzından məşhur bir məruzədə: “Şükür Allaha, müsəlmanlar avamlıqları bərəkətindən qəflət yuxusunda yatırlar…” məzmunundakı fikir və üsul bizə göstərilən mərhəmətin əsası oldu. Vaxt da keçdi, bizim səmtə varan soyuqlar çəkilən kimi oldu. İmdi Qafqazımızda ədalətli bir idarə qurulacağı nəvədini eşitdik. Umulur ki, ən əvvəl bizə tərəf imdad əli uzadılır. Çünki Qafqazda ən ziyada maarif ehtiyacı, hüquqsuzluq bəlası içində boğulan bizik. Umulur ki, bir əsrə yaxın qonşularımıza verilən haqq və müsaidə “bu gün” olsun bizdən əsirgənməz, bizə çox görünməz. İnsaf edilsin: zamanın böylə bir vaxtda 30-40 milyon biz Rusiya türklərinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir təşkilatımız var? Qonşularımızın Eçmiədzindəki “Akademiya”lar, Tiflisdəki darülmüəlliminləri, geniş ixtiyarı, bol-bol milli məktəbləri qarşısında bizim nəyimiz var? Ürəyində bir millət və tərəqqi məhəbbəti olan bir qafqazlı türk bir yol Tiflisin ən gözəl yerində beş desyatin torpaq yerində şəhərə zinət verən erməni darülmüəlliminin əzəmətli binasını görür, bu yolda buna müqabil Şəki, Şamaxı, Gəncə və qeyri mədrəsələrinin halını bayquş yuvalarına bənzəyən o viranələri görür də sükutmu edir? Eçmiədzindəki “Akademiya”nın yetişdirdiyi işıqlı, bilikli, həmiyyətli erməni ruhaniləri qarşısında bizim Hacı Babaları, Molla Məsumları, Hacı Əfəndiləri görüb odlanmamaq mümkünmü? Bu da rəva bir işdir ki, yan-yana yaşayan iki millətdən birinin sərixtiyarı göylərə çıxsın da, o biri xəcalətindən yerlərə keçsin. Boş lovğalıqdan nə çıxar? Dininiz, Allah üçün dininiz. Milli mədəniyyətimiz adına insanca nəyimiz var? Müfti və şeyx idarələri altındakı məktəblərmi? Kaş heç olmayaydılar! Müfti və şeyxin özlərinin nə nüfuzları, nə ixtiyarları var ki, məktəbləri nə olsun? Halbuki bizim kimi sədaqətli, bizim kimi böyük bir millətin müqəddəratı böylə olmamalıdır. Böylə olmamızda günah yalnız bizimmi? Vaxtdır ki, özümüzü tanıyalım. Vaxtdır ki, həqqi-ədalətsizliyin üzündən millətimiz “varlığının təhlükəyə düşməkdə olduğunu” qanalım! Qanalım da, hazır fürsət ikən bir tərəfdən namestnikimiz fəxamətli veliki knyaz həzrətlərinə, digər tərəfdən də Dumaya müraciət edəlim. Bizə də böyük və çoxluğumuza görə haqq və ixtiyar verilməsini tələb edəlim. IV Bir neçə gün qabaq namestnik dəftərxanasının müdiri Tiflisdəki qəzetə baş mühərrirlərini çağırıb onlarla müsahibədə bulundu. Müsahibdən məqsəd fəxarətli veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin Qafqaz xüsusundakı fikir və arzularını və idarəsindəki məsləki-üsulunun təməlini yada salmaq və anlatmaqdır. Bu anladışa görə namestnikimiz üsuli-idarəsinin əsası “ədalət və müsavat” imiş. Və bu əsas cəhəti ilə hamı millətlərə bir gözlə baxmaq və onların arasında nəinki ziddiyyət, bəlkə dostluq və yaxınlıq vücuda gəlməsini şiddətlə arzu buyururmuş. Doğrusu, bu xəbəri-müjdə müdir cənabları tərəfindən verilməmiş olsaydı belə, bizə bir dərəcə məlum idi, çünki böyük idarə adamına məlum olmalıdır ki, müsavat olmayan yerdə, xüsusilə müxtəlif millətlər arasında, nə dostluq ola bilər, nə də rahatlıq. Doğrudan da, Qafqaza, o millətlər sərgisinin intizamına ən ziyadə lazım olan müsavat, hüquq, həqqi-ixtiyar bərabərliyi ilə bir müsavat ki, dostluq, dinclik, tərəqqi, ittihadi-şövkət və əzəmət, müvəffəqiyyət və qalibiyyətin ən birinci vəsiləsi olmaqla ən son da çarəsidir. Bizə bu ümidi yalnız dəftərxana müdirinin “sözü” deyil, bizzat veliki knyazın özü də göstərir. Şübhə yox ki, öylə böyük zat şeyxülislam cənablarına “ruhani ehtiyaclarınızı bildiriniz” cümləsini “söz olsun” üçün söyləməmişdir. Ruhani ehtiyacımızdan sonra ən böyük ehtiyacımız maarifdə olduğunu bilən veliki knyaz həzrətləri vaxt keçirməkliyin Qafqaz maarifi-müdiri-ümumisinə buyurmuşlar ki, müsəlmanların maarif ehtiyaclarını bilib ərz eləsin. Maarif müdirinin yapacağı da, şəxsiz, tək-tək şəxslərə müraciət edib rəy toplamaq və bu yol ilə ehtiyacımızı yarım-yapalaq durub işə bir tövr əncam verməkdir. Lakin böylə böyük və məsuliyyətli işləri – nə qədər bilikli olsalar da, tək-tək şəxslərin görmələrindən artıq, əlbəttə, müəllimlərdən — mütəxəssislərdən, millət xadimlərindən ibarət bir məclisin görməsi daha ziyada münasib, daha çox xeyirlidir. Burasını bizə, təbii, maarif müdiri, ya qeyri bir məmur öyrətmiyəcəkdir. Bu bizim öz milli vəzifəmizdir. Burasını biz gərək özümüz qanıb veliki knyaz həzrətlərindən xahiş edək. Maarif məsələsi bizim üçün ölüm-dirim məsələsidir. Milli məsələmizin ən münasib və qət olduğu zaman, hali-vəziyyət xüsusilə bu gün başımızda olan bir idarə arzu yalnız arzu deyil, bəlkə tələb belə edir. Həm bir surətdə ki, bəzi ehtiyaclarımız xəyal və təsəvvürlərdə deyil, bu gün “iş” olaraq başlanmaq üzrədir. Daha düşünməyin, ehtiyatın yeri olmasın gərək. Deyiləcək ki, ehtiyac və dərdlərimizi müzakirə edib nəticəsini hökumətə bildirmək böylə bir məclisi kim yığmağa çarə qılacaq? Mən sanıram ki, hər şeydə olduğu kimi, bunun da çarəsi qolay. Ancaq çarəni axtarmaq lazım. İnanmam böylə can alacaq bir çarəni axtaran həmiyyətlərimiz içimizdə əskik olsun. Əl verir ki, iş bilənlərimizdən bir neçəsi bir az vaxtlığa öz xüsusi işlərini buraxıb ürəkdən çalışalar. Mənə öylə gəlir ki, əgər bir neçə həmiyyətlimiz söz bir edib bizim rəsmi milli idarəmiz olan “İdareyi-ruhaniyyələr”ə ciddi yolda müraciət edərlərsə, iş həm rəsmi, həm də öz yolu ilə tezliklə görülür. Doğru, bizim qeyri-rəsmi milli cəmiyyətlərimiz də var. Onlar da bu vəzifəni görə bilərlər. Lakin rəsmi bir milli idarəmizə özümüz də çalışıb “yardım” edərsək, müvəffəqiyyət daha artıq, daha sağlam olur, sanıram. Mənim bu fikrimə etiraz edənlər çoxlu olsa da, mən yenə fikrimdə dururam. Hər kəs bilir ki, biz idareyi ruhaniyyələrə həqarət gözü ilə baxmağa alışmışız. Daha açığı, idareyi-ruhaniyyələrin bacarıqsız, nüfüzsuz əhvalı bizi böylə alışdırmış. Boynuma alıram ki, biz istəsək, o həqarətlə baxdığımız idarələr vasitəsilə xeyli işlər görə biliriz. Çünki o idarələr bizim “ruhani” idarələrimiz olmaqla bərabər, həm də siyasi milli idarəmizdir. Milli məsələlərimizi bir tərəfdən qeyri-rəsmi cəmiyyətlərimiz vasitəsilə Duma vəkillərinə bildirməklə bərabər, o biri tərəfdən də rəsmi idarəmiz vasitəsilə yerli hökumətə, lazım gəlsə, daha da yuxarıya bildirməliyiz. Burası var ki, böylə böyük işləri yalnız imdiki rəisi-ruhaniyyələrdən gözləməməliyiz. Camaat işinə, el xeyrinə ən ziyada camaat xadimləri, el başçıları can yandırmalıdır. Bunlar əgər rəisi-ruhanilərə müraciətlə məsləhət edib yardım eləsələr öylə bilirəm ki, məsləhətləri həm qəbul olunur, həm də müvəffəqiyyət görünür. Ancaq lazımdır ki, fürsət itirmiyələr. İdareyi-ruhanilərimiz vasitəsilə fəxamətli velıki knyaz həzrətlərinə müraciət edib ruhani və maarif ehtiyaclarımızın müzakirəsi üçün lazım gələn məclisə rüsxət alalım. Yoxsa, tək-tək şəxslərin, xüsusilə hökumət məmurlarının rəyi və əlacları bizim yaralarımızı sağaltmaqdan ziyada bərbad eləyəcəyi aşkardır. Ömər Faiq “Açıq söz” qəzeti, 10, 11, 25 noyabr, 6 dekabr 1915, № 31, 32, 44, 54 * * * İşığımız Sönməyəcəkdir Bu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahidlərdir. Belə şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı “Nəyimizin vaxtıdır?” məqalələridir. Üzeyir bəy o uzun məqalələrində düçar olduğumuz dərdləri bir-bir sayır, bugünkü halımızı, yəni hər işdə tənbəlliyimizi, qeydsizliyimizi, həmiyyətsizliyimizi, bacarıqsızlığımızı çox doğru, çox ətraflı olaraq təsvir edir. Hətta naxoşluğumuzun qorxulu olduğunu da göstərir. Lakin çox heyif ki, səbəblərini və əlacını açıq göstərmir. Ümumi bir sözlə: “İçimizi, çölümüzü düzəldək” deyir. Amma nə cür düzəldək? Burasını mühərrir cənabları ya bizdən qısqanmış və ya sonraya buraxmış olmalıdır ki, üstünü açmayır. Açdığı ancaq burasıdır ki, deyir: “İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda “bol-bol” mənfəətlər görməli idilər; bu tərəqqi və təkamül mənbələrindən saçılan işıqların dairəsi hər il getdikcə böyüyüb, cəhalət qaranlığının ən uzaq güşələrini işıqlandırmağa başlamalı idi; halbuki əksini görürük: işıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi aşkardır”. Xeyr, əzizim, xeyr! İşıq dairəmiz sönməyə mail olsa da arxayın olunuz, sönməyəcəkdir. Bəlkə getdikcə böyüyəcək, o qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir. İşığımızın sönəcəyi 1905-ci ilin verdiyi “hüquq” ilə bu on il içində bacarmadığımızla isbat edilmək istənilir. Lakin elə sanıram ki, o “hüquq” ilə bu “on” il içində ancaq bu qədər tərəqqi ola bilər. Çünki tərəqqi və təkamülün bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri siyasidir, bizdə indi-indi vücudlarını hiss etdirməyə başlamışlardır. İslamın verdiyi mənəvi qüvvət, zatən çoxdan zəifləmiş, siyasi qüvvət isə 1905-ci ildə oktyabrın 17-dən… bu halda hansı “mənbələrdən” saçılan işıq ilə bizim cəhalət qaranlığının, hələ uzaq guşələri qalsın, yaxın guşələri işıqlanmalı idi? Təkrar edirəm, tərəqqi və təkamül mütləq iki şərtə bağlıdır: ya dini və ya siyasi təbəddülat. Bu təbəddülat və inqilablar hərçənd məmləkətin mühitinə, millətlərin təbiət və əxlaqlarına görə az-çox müxtəlifdir, amma nəticə cəhətilə hamısı birdir. Doğrudur, bizdə 1905-də siyasi təbəddülat oldu. Lakin bu təbəddülat və inqilab tezdən böyük səmərələr verən təbiətdə deyildi. Bəlkə əsil təbəddülatın başlanğıcı, birinci təkməsi ilə, ikinci və üçüncü təkmələr üçün təbiətən dala və geri getmək lazım idi. Amma bu dala getmələr bütün-bütün dala çəkilib yıxılmaq üçün deyil, biləks qabağa getmək fikri ilə rahatlanıb daha zorlu təkmələr vurmaq üçündü. Bəli, 1905-1906-cı illərin təsiri ilə biz də hamı ilə bərabər “qızışdıq”, bir az çalışdıq. Sonra yavaşladıq, sanki yorğunluğumuzu almaq istədik, aldıq. İndi yenə hamı ilə bərabər biz də qızışmaya başlayırıq, çalışmaya üz qoyuruz. Bu bizim üçün çox əskiklik deyil. Bu, inqilab və təkamülün təbii qanunudur. Hamının başına gələn bizim başımıza da gəlməkdədir. Burasını da boynumuza alalım ki, 1905-ci ildə bizim payımıza düşən iş ancaq inqilabçıları yamsılamaq oldu. Əsil təbəddülata isə biz hələ təzə hazırlaşırız. Umulur ki, ətrafımızda keçən vaqiələr, cahanı titrədən dəhşətli inqilablar bizim bu hazırlaşdırmamızı da tələsdirir. Və bir tərəfdən bu kimi xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı “söndürmək” deyil, daha da artıq parladır. Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərabilər, Cövhərilər, Uluğ bəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün? Hələ əskilərə, uzaqdakı tazələrə də getməliyəm. Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə belə ən cahil və həmiyyətsiz vaxtımızda adi mirzələrdən – Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərdən – Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən -Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov kimi müqtədir texniklər və qeyrilər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı “aşkar” deyilmi? Doğru, bu gün o işıq sönən kimi görünür, lakin əsla sönməz, çünki o işıq özgə işıqdır, çünki özümüz kimi işığımız da qəribə xasiyyətlidir. Görürsən ki, bu işıq əsrlərdən bəri gah ətrafı qaplamış, bir çox yerlərdə hala baqi qalan böyük mədəni əsərlər vücuda gətirmiş, gah azalıb kiçilmiş, həm də o qədər keçilmiş ki, indiki kimi sönəcək zənn edilmiş, lakin sönməmiş. Bir az sonra yenə birdən parlamış, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yenə alçal miş, alçalmağın son dərəcəsinə gəlmiş, hər kəs sönəcək zənn etmiş, lakin sönməmiş. Yenə parlamağa üz qoymuşdur. Madam ki, mədəniyyət aləminin fəxr etdiyi Farabilər və İbn Sinalar parladan əski bir millətin, bu gün milyonlarca nəvələri – torunları var və həm də özlərini aləmə saydıracaq böyük bir kütlə surətində vardırlar, onların işıqları da var olub artacaqdır. Buna isə heç bir şübhə yoxdur. Ömər Faiq “Açıq söz” qəzeti. 20 yanvar 1916, № 90 * * * Diləklərimiz Maarif vəkillərimizin diqqətinə! Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir. Yığıncaqda rəsmi qulluqçulardan başqa Qafqazın hər quberniyasından seçilmiş camaat vəkili də olacaq. Namestnik müavini cənab Orlovun rəyasəti altında olacaq bu yığıncaqda Tiflisdəki “Əli” və “Ömər” məktəblərini böyütmək, dərs proqramını düzəltmək işlərinə baxılacaq, bu böyütmək və proqram işləri isə Qafqaz maarif müdiri cənab Rudolfun tərtib etdiyi layihəyə əsasən müzakirə ediləcəkdir. “Ömər” və “Əli” məktəblərin böyüdüb düzəltmək xüsusi və cüzi olsa da bizim üçün yenə çox əhəmiyyətli və böyük məsələlərdəndir. Bəli, əhəmiyyətlidir, çünki yarımçıq yolda da olsa birinci dəfədir ki, öz ehtiyacımıza, öz idarəmizə – həm də maarif və ruhani idarəmizə özümüzü qarışdırırlar, bizim də düşüncəmizi, diləklərimizi duymaq, eşitmək istəyirlər. Bəli, məsələ böyükdür, çünki düzələcək “Əli” və “Ömər” məktəbləri bundan sonra açacağımız özgə məktəblərə birtəhər örnək olacaq. Bunlardan başqa, bu yarım rəsmi yığıncaq ehtimal ki, bundan sonra qurulacaq milli yığıncaqlarımızın başlanğıcı olacaq. Belə əhəmiyyətli yığıncaqda bulunacaq möhtərəm vəkillərimiz şəkk yox ki hər şeydən qabaq millətimizin faydasını, millətimizin xüsusi ehtiyacını və şəxsiyyətini göz önünə alacaq; ona görə söz söyləyəcək; ona görə söylənən sözlərə razı olacaqdır. Vəkillərimiz əlbət ki oraya getmədən qabaq hazırlanacaqlar. “Ömər” və “Əli” məktəblərinin mövzu və qayəsinə oradan çıxacaqları iş xidmətlərinə görə dərslərin növünü və onların nə yolda oxumalarını özlərincə təsəvvür və tərtib edəcəklərdir. Burada dərslərin nədən ibarət olacağı nə qədər əhəmiyyətli isə bu dərslərin nə dil ilə öyrədiləcəyi ondan daha əhəmiyyətlidir. Rus dili rəsmi dilimiz olmasına görə, nəinki bizim böyük məktəblərimizdə, hətta xırda məktəblərimizdə belə oxunmalıdır. Burasını çoxumuz qəbul edilmiş aşkar bir məsələ kimi bilirik. Lakin bildiyimiz aşkar bir məsələ, bir cəhət var ki, o da rus dilini bilməklik lüzumu nə qədər aşkar isə, milli məktəblərimizdə təlim dilinin öz Azərbaycan türk dilimizlə olması lüzumu da daha artıq aşkar olmalıdır. Budur hörmətli vəkillərimizin diqqət edəcəyi nöqtələrin birincisi! Burdadır, vəkillərimizin göstərəcəkləri hünər! Budur milli diləklərimizin canı! Budur bunu həm maarifə, həm hökumətə isindirəcək, bizi ayağa qaldıracaq vasitələrin ən başlıcası! Ərəb dilinə gəlincə, böyük məktəblərimizdə, mədrəsələrimizdə bunu da öyrənməliyik. Lakin bu dilnə məktəblərimizdə, nə də mədrəsələrimizdə heç bir vaxt təlim dili olmamalıdır. Dini və ona rabitəsi olan qeyri dərsləri belə ərəb dilində oxutmaq, onu bizlər üçün təlim dili yapmaq, beş-altı yüz il geri getmək, göz görə-görə özümüzü, öz dilimizi – vaxtı ilə osmanlılar kimi – öldürmək deməkdir. Ərəb dilinin təlim dili olmasını ən ziyadə iki sinif istəməkdədir. Biri bir rəsmi maarif qulluqçuları, o biri isə bizim ruhani qulluqçularıdır. Birincilərin arzuları qəsdlə, ikinciləri isə qəflətlədir. Bu zamanda dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dili təlim dili eləsin? Bu nə aləmin qəbul etdiyi pedaqojicə (təlim üsulu) məqbul, nə də milli qayəcə məqul. Bu üsuldan, bu əğfadan, intihardan, ölümdən qaçan kimi qaçmalıyız. Təlim dili məsələsindən sonra əhəmiyyətə alınacaq ikinci məsələ: oxunacaq elmlərin nələrdən ibarət olmasındadır. Maarif müdirinin hazırladığı layihəyə görə “Əli” və “Ömər” məktəbləri böyüdülüb bir növ darülmüəllimeynə çevrilir. Lakin layihədə göstərilən elmlər, dərslər darülmüəllimeynə əl verər yolda deyildir. Orada göstərilən elmlərin çoxu müdərris, qazı, ruhani idarələri üzvlərinə və din xadimlərinə məxsus elmlərdir. Halbuki o məktəblərdən məqsəd və qaye “ibtidai” məktəblərə türk dili müəllimləri yetişdirməkdir. Böylə müəllimlərə isə eylə elmlərin heç lüzumu olmasa gərək! Görünür ki, layihədə darülmüəllimeyn dərsləri ilə ruhani məktəblərinin dərsləri bir-birinə qarışdırılmış və bu da şəksiz, üsuli-təlimdən xəbərsiz olan bizim bəzi ruhanilərin göstərməsilə olmuşdur. İştə bu yığıncaqda əhəmiyyətə alınacaq ikinci nöqtə bu səhvi düzəltməkdir. Əhəmiyyətə alınacaq nöqtəmizin üçüncüsündə türkcə bilməyən müsəlman tələbələrin, məsələn, dağıstanlı qardaşlarımızın bu məktəblərdə şəriət dərslərini özgə dil ilə öyrənmələri məsələsidir. Doğrusu, buna heç ağlım irəmir ki, iki-üç yüz Azərbaycan türk tələbələri arasında illərcə bərabər ömür keçirən beş-altı dağıstanh müsəlman qardaşımız şəriət dərsini türkcə öyrənməyib, özgə dili ilə öyrənməyə məcbur ola. Yox, yox! İnsafı kənara qoysaq belə bu üsul təlim üsulu deyil. Bir sinifdə 50-60 tələbənin arasında bulunacaq bir-iki türkcə bilməyən tələbəyə ayrı bir dil öyrətmək, bu bir-iki tələbəyə – daha doğrusu, qəsdlə olan bu çürük fikrə 50-60 tələbəni qurban etmək deməkdir (…) Məktəblərin hüquq, idarə və təşkilat cəhətlərini milli əsas üzərində quracaqlarını vəkillərimizin məlumat, qeyri və həmiyyətlərinə buraxandan sonra budur mənim yada saldığım diləklərin xülasəsi: Təlim dilinin mütləq öz Azərbaycan türkcəmizcə olması. Diləklərimiz üçün “diri” elmlərin təlimi. Türkcə bilməyənlərin milli məktəblərimizdə türkcə öyrənmələri. Ömər Faiq “Açıq söz” qəzeti, 28 mart 1916, № 144 * * * Haşım bəy üçün Qələm yoldaşımız Haşım bəyin qara xəbərini aldığım vaxt başıma qəm buludları çökdü. Çünki onsuz da çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və səbatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu bizim üçün böyük dərd, qəm və qayğıdır. Lakin bu dərd və qayğı bizə yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza səbat və həmiyyətli adamların yalnız yas verib oturtdurmaz, ümid kəsdirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşım bəy də öylə səbatlı vücudların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbaz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır. Doğru, Haşım bəy öldü. Lakin adi və rahat surətlə ölmədi: mətbuat yoluna, millət yoluna fəda oldu. Fədailərin, həm də mətbuat fədailərinin məqamı ilə ucalarda, səniyyi-ərşi-əlalardadır. Qanlı ürək təsiri ilə, göz yaşları ilə yazdığı “kefim gələndə”lər rublu məqalələri yad edildikcə mərhumun məqamı ucalıqlarda qalacaq və bu surətlə daha ülvi bir halda yaşayacaqdır. Ancaq burasına dərdlənirəm ki, Haşım bəy axır vaxtlarda qurbanı olduğu fikirlərin, idealların həqiqət olduğunu görmədən getdi. Lakin mən imanla söz verərəm ki, o ülvi ümidini aşağılarda almadısa da, yuxarılarda duyacaqdır. Ümidvaram ki, Haşım bəyin məqalələrini sevib oxuyanlar mərhumun səbati kimi bu səbatla onun fikirlərinin meydana gəlməsinə çalışmaqla mütəsəlli olurlar. Mən də millətin mərhum qurbanlarının qədrini bildiklərini görməklə təsəlli buluram. Ömər Faiq “Açıq söz” qəzeti, 17 fevral 1916, № II3 * * * Gülsüm (Kiçik hekayə) Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım. Bir az sonra qulağıma dəyən azan səsi xəyalımı dəyişdirdi. Bu gün gəmikləri belə çürüyən anamı, onun hər gün bu vaxtlarda qıldığı namazını, imanına oxşatmağa çalışdığı əməlini, yaşayışını, gözəl əxlaqını düşünməyim çox uzun çəkmədi. Lakin kravatımın yanına asdığım səccadəsi gözümün qabağına dikilib məni daha acı düşüncələrə saldı. Düşündüm: əski qadınların bilik və bacarıqları az idisə, heç olmazsa, sağlam bir imanları, bir fikirləri, bir imana uyğun tərbiyeyi-əxlaqları, çalışqanlıqları, qənaətləri vardı… Lakin indikilərdən nə əski etiqad və iman var, nə də lazımınca tazə mərifət və əxlaq! Böylə gedərsə, halımız nə olacaq?.. Görünür, bu son fikir və düşüncəm çürük və təməlsiz idi ki, vicdan mühakiməsi qarşısında bir az da olsa dayanmadı. Dayanmaq bir yana, hələ bərk də töhmətləndi: Siz özünüz nəsiniz ki… Qadınların mərifətli, əxlaqlı olmalarını istərsiniz, qabaqca siz özünüz mərifətli, əxlaqlı olun! Qadınlar bir millətin ayinəsi isə, kişilər də o ayinəni vücuda gətirən ustalardır. Ustalar ayinələrə nə çeşid abginə vurub meydana gətirirlərsə, ayinlər də o çeşid göstərirlər… Bu açıq həqqə qarşı daha sözüm qalmadı. İstədim bir az yuxuluyum, lakin xəyal qoyarmı? Sübh namazı xeyli keçmişdi, dişarı çıxdım. Ətrafa baxdım. Hər yan qar, hava ayaz, ortalıq sakit, yel yox, oba yatırdı. Sübh namazı qılman evlərin buxarılarından çıxan tüstülər dümdüz havaya qalxırdı. Yer, bu bağrı odlu ana gecəleyn ağ üzünə çəkdiyi qara tülündən aşağıdakı ucunu bütün-bütün qaldırmış, dan yeri işıqlanmışdı. Topraqlı evlərin bacalarında köylülər tək-tək görünürdü. İtlər ot yığınlarının diblərindəki yerlərində büzülüb yatırlardı. Arabir axurlardan eşidilən ma… mö… böyürğüləri ortalığın durğunluğunu bir o qədər pozamıyordu. Buraların canlı saatları olan xoruzlar isə saat doqquzu, onu çalıb susmuşlardı. Dişarıda üşüdüm, evə – ocaq başına qayıtmaq istədim. Uzaqda Dursungil tərəfdə bir çox köylülərin yığışdıqları birdən gözümə sataşdı. Oraya doğru baxarkən ögümdəki yoldan keçən qonşu Həsən dada ilə Gülpərinin ağlaya-ağlaya getdiklərini gördüm. Bunların da Dursungilə doğru getdiklərini görüncə marağım artdı. Mən də gedəyimmi, getmiyəyimmi? – deyə düşüncəyə başladım. Birdən yanımdan Xəzri xala ilə Nunuş nənə də tələsik keçdilər. — Xanım xala, xanım xala! Xeyir ola belə, səhərdən, nə xəbər, — deyə səslədim, lakin eşitməmiş olmalı ki, heç çevrilmədən getdilər. Böylə bir vaxtda köylülərin bir yerə yığışmaları, qadınların böylə erkəndən dişarı çıxmaları səbəbsiz deyildi. Bu qayğılı gecənin bir qara xəbər doğurduğunu sezən kimi oldum; daha yerimdə durmadım. İrəliləməyə başladım. Gördüm, Dursungilin eşikləri adamla dolmuş. Qulağıma çatan ağlama səsləri bir qara xəbərin varlığına daha şəkk qoymadı. Mən yaxlaşdıqca ağlaşmadan qopan acı da ürəyimə yaxlaşır, onsuz da cansız olan dizlərimin gücünü azaldırdı. Artıq ayaqda duramadım. Yolun qırağındakı odunun qarını ayağımla paklayıb oturdum. Bildim ki, bu səhər Dursungilə hər kəsdən qabaq Əzrail soxulmuş, lakin pəncəsini kimin ürəyinə atmış, bilmədim. Bu biləməzlik isə mənim də ürəyimi bir cür əzməyə başladı. İki dəqiqədən artıq oturamadım, qalxdım irəlilədim. Lap yaxınlaşdım. Nədənsə ziyada qapının üstündən havaya qalxan tüstüyə diqqət etdim. Bildim ki, bu içəridəki qadınların vücudlarındakı ocaqlardan – o yanıq cigərlərdən çıxan ahu-zarların eşikdə oturub ağlayan kişilərin ağızlarından püflənən buğlarla qarışıb meydana gəldiyi tüstü sütunudur. Sonra boğuq-boğuq çıxan səslərə qulaq verdim. – Gülsüm can! Gülsüm can! Sən ölməməliydin, Gülsüm can!.. – Fəryadı çoxdan bəri beynimi alt-üst edən qara xəbərin nə olduğunu bildirdi. Gülsüm? Bəli, Gülsüm ölmüş! Gülsümü mən də tanırdım. Çox vaxt bizə gələr, bacımla bağçalara gedərlərdi. Gülsüm ucaboylu, igid yapılı, alagözlü, qobu sarı rəngli, 17-18-ci baharına çatmış sevimli bir qız idi. Gülsümün gözəl üzündən daha gözəl olan insanlığı, mülayim xasiyyəti, dadlı sözü, hünəri piçiş-tikişi, çalışqanlığı idi. Hələ ən artığı türk, müsəlman qızına məxsus olan gözəl əxlaqı idi. Gülsüm sağlam əxlaqı ilə bərabər sağlam da vücudlu idi. Xəstəlik bilməzdi. Doğrusu, Gülsümün belə cavan çağında ölümünə qohumları ilə bərabər mən də yandım. Daha Dursungilin qapısında dayana bilmədim, evə döndüm. Yolda bibim Təravətgilə dəydim. O da məgər oraya getməyə hazırlaşırdı. Bibim məni görən kimi: – Oğul, ordanmı gəlirsən? – deyə ağlayaraq soruşdu. – Bəli! Lakin bu nə cür ölüm, qanmadım. Bibim bir ah çəkib başladı: – Mən də çaşmışam. Heç inanmam ki, Gülsüm ölmüş ola! Canım oğul, daha bu gecə bizimkilərlə bərabər həp Gülsümgildə idik. Gecə vaxta qədər də oturduq. Xəzri xalanın dadlı hekayələrini dinləyib gülürdük. Gülsüm arxada yüksəkdə oturmuşdu. Qabaqda Gülpəri bacı, Həsən dada, sağında Xəzri xala, Nunuş nənə, solunda mən, aramızda da dayısı Bayram dayı ilə kiçik qardaşı Əşrəf bala oturmuşduq… Qabaqca Gülpəri, Həsən dada, sonra da Xəzri xala, Nunuş nənə durub getdilər. Hətta bunlar gedəndə igid yapılı Gülsüm ayaqda dayanıb bunların bir az daha səbir etməyib getmələrinə inciyirdi. Gecəleyn yatanda da lap sağlam yatmışdı. Kim deyərdi ki, bu qız böylə əmədəndən (qəflətən) öz əcəli ilə ölər. Bax, sən bəklə! Gülsüm öz əcəli ilə ölməmişdir. Onu ya pəri çarımış, ya cin vurmuş olmalıdır. Təravət bibi göz yaşlarını qolu ilə silə-silə sözünü yarımçıq kəsdi, başına ehramını (çarşabını) salıb salamatlaşdı. Mən də çıxdım ki, evə gedəm, yolda rast gəldiyim tanışların çoxu Gülsümün ölümünə inanmırdı. Bununla bərabər onun qohumlarına dərin bir dərd, unudulmaz bir acı olduğu sezilirdi. Bir neçə saat sonra minarədən oxunan “səlat” səsləri Gülsümün ölümünü artıq hər kəsə elan edirdi. Of! Bu səslər, “səlat” səsləri deyil, bəlkə Gülsümü tanıyanların ürəyinə saplanmaq üçün havanı yarıb keçən oxların vızıltıları idi. Gülsümün ölümünə sevinənlər də vardı. Hələ köydəki baqqalın sevinci həddəq artıq idi. Səbəb də vardır. Bəlkə də haqlı idi. O, çoxdan bəri Gülsümü istəyirdi. Onun üçün yanıb yaxılırdı. Bir çox pullar, elçilər göndərdi, onu ələ gətirməyə yüz dürlü hiylələr qurdu, bütün ömrünü o uğurda keçirdi. Maldan, candan oldu. Lakin igid yapılı, mələk xasiyyətli, uca ürəkli, comərd təbiətli Gülsüm öylə şeytana, xain, pul bəndəsi bir alçağa heç gedərdimi? Bahar gəldi, vücudları, beyinləri qaraldan ağ qarlar əridi. Qışın sıxıntılı, uzun, qayğılı gecələri azalmağa başladı. Az da olsa ürəklərə şadlıq gəldi. Çiçəklərin açılması, ağacların yaşıllanması, havanın saflığı, ətrafın gözəlliyi uzun müddət dərdlənib şişən başlara özgə bir sərinlik, başqa bir fərəhlik verdi. Of! Təprənən gölgələr — yellər, gələn quşlar bu baharın uğurlu bahar, bu yayın qədəmli, bərəkətli yay olacağını lətif əsmələrlə, can verən nəğmələrlə deyəsən bizi müjdələyir, muştuluq verirlərdi. Bu muştuluqlar (müjdələr) yalnız Gülsümün dərdmənd anasını fərəhləndirmiyordu. Onun üçün həmişəlik qış gəlmişdi. Onu artıq heç bir bahar güldürməz idi. Onun baharı olsa-olsa Gülsümün dirilib də yenidən dünyaya gəlməsi ilə hasil ola bilərdi. Bu isə qeyri-mümkün idi… İkindi çağı idi… İştə bu “qeyri-mümkün’’lüyün verdiyi ağır təsirlə Gülpəri Kürün qırağında oturub məğrib tərəfin al rənglərə boyanmasına tamaşa edirdi. Qabaqca yağış yağdığından hava bir az çisəli idi. Şərq tərəfində birdən gözünə sataşan “Yaşıl qurşaq” havanın açılacağından artıq sanki ürəyinin açılacağını xəbər verdi. Qulağına dəyən səsə diqqət etdi. -Nə? Gülsüm… e… Aman! Bu nə səs… Ha diqqət, bir az daha diqqət… Xeyr, odur, odur… düz eşidirəm, – dedi. Səs getdikcə yaqlaşdı. Gülpəri əllərini də qulaqlarına yardıma verdi, dinlədi: “Bəli, bəli düzdür” – deyə öz-özünə söyləndi, yerindən qalxdı, zavallı böyürərək bağırıyordu: – Gülsüm xortdamış! Ömər Faiq “Açıq söz” qəzeti, 11 may 1916, №l82 * * * Gürcü Politikaçıları Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyətimizdə köklənmiş, möhkəmlənmişdir. Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur. İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün öylə ərimiş dostluq yolu ilə milli mənfəətimizə endirilən baltanın acısı bu gün öylə şiddətlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşikar bizim qabalığımızı, qəvi cahilliyimizi bildirir. Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir “doktor”un hünəri deyil. Bu gün gürcülərin müsəlman gürcülərini islamlıqdan tamamilə uzaqlaşdırmaq, gürcü yerlərindəki türkləri gürcüləşdirmək azarı öylə bir yolda atmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa çarə eləməz. Bu işdə hamımızın, bütün millətin əlbirliyi ilə yardımı, çalışması lazımdır. Çünki bu iş yalnız beş-on gürcü politikaçısının işi olsaydı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilən pulların çoxluğunda, çalışanların sabitəsindən, dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı deyil, bəlkə cəmiyyətlərin çoxu tərəfdarlarının köməkləri ilə görülən böyük fikir və ideyanın nəticəsidir. Gürcülər qəzetləri ilə apaydın çağırırlar ki, müsəlman gürcü mollalarının ürəklərindən türklük duyğusunu, ağızlarından türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymayaq ki, Gürcüstanda türklük nişanəsi qala. Keçəndə Batumdakı gürcü yetimlər yurdundan hekayət edilərdi. Bu şikayətdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsixdə, türk və gürcülər arasındakı yetimlər yurdlarından, Axalkələkdə türk kəndlərində Palavandovların ianə və təşviqi ilə açılan gürcü məktəbindən xəbərləri yox. Uzağa getməyə nə hacət: Bakıda öz yanınızdakı gürcü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxınız! Çoxdan deyil, bir gün bir gürcü keşişi Axalsix müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əskik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə gətirtmək istəyirdi. Danışıq arasında: – Keşiş baba! Məlo, Artvin, Çorux səmtlərində minlərcə insanlar, həm də gürcü aclarından ölürlər. Onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramağınızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanmıram, – dedim. Keşiş baba qəsdimi qanıb güldü. Mən onunla bərabər güldümsə də, onun niyyəti, qanacağı beynimi dəlməyə, ürəyimi didməyə başladı. Bu kimi həqiqətlər çoxdur. Böylə misallar çox söyləmək olar. Fəqət mən indi ancaq millətin qanacaqlılarına, türklük, müsəlmanlıq qeyrəti çəkənlərə, millət möhnətini, hər dürlü hiss və xüsusi mənfəətlərə müraciət edib demək istəyirəm ki, dəxi bəsdir, gürcü politikaçılarının ağzınca rəftarlarına gərək yol vermiyək. Yol vermiyək ki, gürcü müsəlmanlarını islamlıqdan uzaqlaşdıralar. Yol verməyək ki, türk balalarını birər fəndlə yığıb bəsləmək bəhanəsi ilə gürcüləşdirələr. Yol vermiyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr. Yol vermiyək ki, Ərdəhan və başqa yerlərin türk və kürd balaları üçün Axalsixdə və ya özgə yerlərdə yetimlər yurdu açıb və onu da keşişlərin idarəsinə verib balalarımızın dinlərini, millətlərini çevirələr. Sanmayasınız ki, bunun üçün çox şey lazımdır. Xeyr, xeyr, iki zad bəsdir: həmiyyət və kömək. Yada gəlməsin ki, bunun üçün qonşumuz və dostumuz gürcülər ilə pozuşmaq lazım. Niyə bu fikirlərə düşək! Üsulu və yolu ilə öz din və cinsdaşımıza edəcəyimiz yaxşılığa kimin nə deməyə haqqı vardır. Əgər bizim də, Rusiyada otuz milyonluq biz türklərin də milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan “köməkləşmək” xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizibir-iki milyonu, on-on beş doktoru olsaydı, əlbəttə, Ərdəhanlı türk oğlu türk olan Əli oğlu, beş-on manat üçün özlüyünü – familiyasını “Alidze” etməyə məcbur olmazdı. Əgər bizim axundlarımız, əfəndilərimiz hər cümə xütbəsində oxuduqları: “İnnəl-lahə yəmuru bilədli vəl-ihsani lil-yətəmə vəlməstkini’” əmrini, əmri-ilahisini quru ərəbcə olsun deyə boş-boşuna məxrici ilə, təcəvvidi ilə oxumaqla kifayətlənib mənasını, hikmətini və vaxta görə olan ehtiyac və köməkliyi anlatsaydılar, əlbət ki, bu gün yüz illərdə bir düşən bu qədər böyük milli fəlakət və ehtiyac üçün yığılan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı. Əgər bizdə də doğrudan dini-imanı, möminlik əsəri, millət qeyrəti, türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqələri qanılsaydı, əlbət ki, məsələn, Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlılarının, qazılarının hümməti ilə özləri üçün ianə yığdıqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millət qardaşlarını da yaddan çıxarmazlardı. Əgər bizdə də ədalət, düşüncə, insaf olsaydı, “bizim öz fəqirlərimiz varkən uzağa nə hacət” cəfəngi ilə avam fəlsəfəsi ilə bu gün suda boğulan millət balalarını, millət analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtarıb sağ qalan yancanlı biçarələri də yadların pəncəsinə buraxmazdı. Ümid edirəm ki, bu gündən sonra olsun, ayılaq, bugünkü Cahan müharibəsinin “nə üçün” və “nə demək” olduğunu qanaq! İanələrimizi tezliklə kəsməyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq. Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq, balalarımızı dinlərindən, millətlərindən çevirməyə qoymuyaq. Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə imkan vermiyək. Bacılarımızın bir loğma ətmək üçün namuslarını satmağa razı olmuyaq və razı olmuyaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bizə lənət oxuyalar. Dostluq və səmimiyyət qara günlərdə bəlli olar. Bir millətin yaşamağa istedadı fəlakətli günlərində anlaşılar. Bir millətin qələbəsi haldakı çıxışından, tərpənişindən aşkar olar. Bir millətin, xüsusilə məhkum bir millətin, insanca yaşaya bilməsi tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçinə biləcəyi, “köməkləşməsinin” az və çoxluğu ilə ölçülür. Bir millətin bəqası o millətdən olanların öz millətini tanıması ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməsi ilə olar. Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə, mərhəməti ilə, insanlığı ilə qiyas edilir. Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini dilimizin səlamətliyini – quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərək. Ömər Faiq “Açıq söz” qəzeti, 18 yanvar 1917, № 380 * * * Ömər Faiq əfəndinin Ruzadzenin teleqramına cavabı Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir. Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi. Ruxadzenin və onun əli altında olan qulluqçularının xudsəranə hərəkəti camaatı həyəcana saldı. Camaat səbir edə bilməyib Ruxadzenin bu hərəkətinə laqeyd baxmadığından bizim həbsdən azad edilməyimizi tələb etməyə başladı. Mən hal-hazırda onu fikir edirəm ki, Gürcüstan hökuməti Ruxadzenin xəyalatının səmərəsi olan danoslarını nəzəri-diqqətə alıb heç vaxt Axalsix hadisələrinin əsil səbəbini təftiş edir. Mütəəssüf, bu hadisələr münasibətilə hökumət indiyə qədər xəbərsizdir. Ruxadze öz axırıncı məktubunda yazır ki, bizim əlimizə böylə gizlin sənəd keçmişdir. Sənəd budur “Əfəndi qardaşım! Sizə xəbər veririk ki, Qərbi Zaqafqaziya mühavirləri Karsdadırlar. Onlara mehmannəvazlıq göstərin. Onları öz ixtiyarınıza, alın” və qeyri… Möhtərəm qareləri inandırıram ki, bu kağız mənim xüsusi düşmənlərim olan Kobilan bəyləri tərəfindən yazılmışdır. Həmin bəylər inqilabın birinci günlərindən mən kəndlilərin hüququnu müdafiə edib topraq reformasını tətbiq etdiyim zaman dişlərini mənə itiləmişlərdi. Təəssüf ediləcək burasıdır ki, Ruxadze uyezd əhvalını öylə bir hala salmışdır ki, hal-hazırda ətrafında nələr vaqe olduğunu özü bilmir. Ruxadze başa düşmür ki, camaatın nifrətini qazanan və öz keçmiş fəaliyyətləri ilə özlərini ləkələmiş olan adamlar ona yaltaqlıq edib mərhəmətdən məhrum olmamaqdan ötəri qara maska altında özlərini sadiq göstərmək istəyirlər. Mütəəssüf, Gürcüstan hökuməti öz nümayəndəsinin yazdıqlarına inanıb Axalsixdə bir para adamların intriqasını və əhali arasında olan həyəcanın əsil səbəbini vaxtında təftiş etməmişdir. Bundan əlavə, bu cür işlərin kökündən dəf olması üçün vaxtlı-vaxtında tədbirlər görməmişdir. İşi məhəllədə təftiş etməkdən ötrü gec də olsa, bitərəf adamlardan ibarət bir komissiya göndərilməsini xahiş edirik. Axalsix məmurları yanan odu söndürməkdənsə, öz əlləri ilə yanan oda neft tökürlər. Möhtərəm gürcü camaatına müraciət edib onu inandırmaq istəyirəm ki, “Axalsix hadisələri” məhəlli inzibati idarəsinin təxribedici üsulunun nəticəsidir. Bu üsul nəinki əhalini cəlb edir, biləks, özündən uzaqlaşdırır. Hökumət uyezdi idarə edən təcavüzkaranə bir üsula nəhayət verməlidir. Bazzat özümün Gürcüstan demokratik cümhuriyyətində Axalsix və Axalkələk uyezdləri üçün milli muxtariyyət almaqdan başqa özgə bir qəsdim olmuyubdur. Başqa qəzetlərdən də bu yazdığımın dərcini rica edirəm. Ömər Faiq “Azərbaycan” qəzeti, 9 mart 1919, № 109 * * * İşlərimizdə Hərcmərclik Hər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir. Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir. Cahanı nöqteyi-kamala və səadətə daha sürətlə sövq edən “inqilablar” təbiətin sirri-adisindən, cərəyani-bitaətindən ziyada təsirati-fövqəladəsindən, məsai şəkil və əndazəsindəndir. Hər şeyi, hər cərəyani-adisində buraxmaq, bir fəaliyyət, bir təcəddüd göstərməmək hər şeyə, hər zərərə razı olmaq deməkdir. İştə bu həqiqət tam mənası ilə bizim hökumət adamlarımızda və işlərində görünməkdədir. Hər yanda bir tənbəllik, cümləmizdə bir süstlük, həpimizdə bir ümidsizlik, ifrat dərəcədə bir ehtiyatlıq, daha doğrusu, köhnəpərəstlik var. Fəaliyyət, əmniyyət, ümidvarlıq, cürət, ciddiyyət, mətanət, sədaqət, fədailik, yenilik az və ya yox. Kimsənin xatiri qalmasın. Bir qaç fədakar, rəcul hökumət… həpimiz bir çeşit, bir təbiətdə tənbəl və mənfəətpərəstiz. Bu tənbəlliyimiz, bu qeydsizliyimiz hökumətə, yəni millət şərəfinə, hissinə, mənfəətinə maddi və mənəvi böyük zərərlər vurmaqdadır. Mənafeyi-ümumiyyə xidmət etməyə, haqq və camaat rizası üçün çalışmağa alışmamışız. İnanınız, çoxumuzun fikri və xəyalı xüsusi mənfəətdir. Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır. Bütün hərəkətimiz ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir “spekulyasiya”dır, bir xəyanətdir, gediyor. Çox deyil, bir-iki saat ticarət nəzarətində, dəmir yol idarələrində, gömrükxanalarda olunuz. Görünüz burada nə oyunlardır oynuyurlar, nə xəyanətlər ediyorlar. Keçən gün rəsmi bir işim üçün ticarət nəzarətinə getmişdim. Gülməhəmməd adlı biri böylə şikayət ediyordu: bir ay qabaq İrana bir neçə fayton satmaq istədim, lakin heç bir yerdən rüsxətnamə alamadım. Məəttəl qalıb düşünüyordum. Nerdənsə (?) mühəndis Dubrovski rast gəldi, mənə dedi ki, İyirmi min manat ver, sənə rüsxətnamə alım. Mən də 14 min manat verdim. İndi bir ay olur rüsxətnamə alamadı. Doqquz min manatımı geri aldım, beş min manatımı vermiyor. Beş-on dəqiqə sonra Məhəmmədqulu İmamverdiyev adında biri daha gəldi. Bu da şikayət etdi ki, Mircəfər Hüseynzadə məndən iyirmi min manat aldı ki, mənim üçün bir rüsxətnamə düzəltsin. Lakin 10-15 gündür düzəldə bilmir. On beş min manatımı geri aldım, beş min manatımı vermiyor. Hələ gömrükxanamızın işi bir Allaha qalmışdır. Xəzinəyə qulluqçuların xəyanətləri üzündən milyonlarca zərər deyir. Bu heç kəsin kefini pozmayır. Pozmaq deyil, hələ bir az açır da. Məsələn, sizə kiçik bir nümunəsini ərz edim: komissioner və milyoner Cəfər Rəcəbov Yalama və Xaçmaz vağzallarına on milyonlar qiymətində manufaktura və qeyri mal göndərir. Oradan da, təbii, Dağıstana, Denikin səmtinə aşırılır. Tamojnadan rüsxətaaməsiz maldır, qaçırılır. Heç kəs soruşmuyor ki, Yalamaya bu qədər mal nə üçün göndəriliyor. Tamojnanın qəribə hərəkətlərindənmi soruşursunuz. Baş ağrısı olmamaq üçün sizə müxtəsərcə bir-iki misal gətirim: Türkanlı Məşədi Abbasqulu İsmayıl oğlu tamojnadan 78 parça mal aparıyordı. Rüsxətsiz olmaya görə tutuldu. Lakin bir az sonra sahibinə geri verildi. Keçən apreldə paraxodda 40,50 manatlıq gümüş pul tutuldu. Tamojna bunu da nədənsə buraxdı (zəbt №51). Nəriman Əliyev adında biri aprelin axırlarında gecə saat ikidə Hacının fabrikasının yanında İrana göndərmək üzərə paraxoda 437 pud kağız, 425 pud ağ un yüklərkən tutulmuşdu. Tamojna 179750 manat qiymət qoymuşdu. Bu da bir az sonra qaytarılmış (zəbt №74). Yenə apreldə iki böyük karzinkada yüz manatlıq aptek (əczaxana) malı İrana göndərilərkən tutulmuş, bu da sonra buraxılmış (zəbt №76). Mayda Quliyev İrandan 16 vaqon düyü tranzit üsulu ilə gətirib Novorossiyskiyə götürürdü. Quliyev bu düyüləri burada dayandırmayıb düz götürməli idi. Lakin böylə etmədi. Burada günlərcə əylədib, germankada təmizlədib, tranzit nizamını pozdu. O halda bu mallardan gömrük idarəsi gərək yarım milyondan artıq xərc alaydı. Lakin işi hacı-bacı oyununa çevirdilər. Ticarət nəzarətindən malların dəmir yolunda tutulmasına əmr verilmiş ikən boyun qaçırdılar. Nə cürəmi deyirsiniz? Çox asan. Bakı stansiya naçalniki deyir: mən bilməm, dəmir yolu mühafizə naçalniki müavini göndərdi. Müavin deyir stansiya naçalniki göndərdi “Bilməm” deyildi, can da salamat çıxdı. Mallar da həm vaqon yük maşinası ilə yox, birər, ikişər pasajir maşinasına bağlayıb salamata çıxarılmış. Bəlkə soruşursunuz ki. heç axtaran, dalına düşən olmadımı? Yenə bir neçə gün danışıldı, əl-ayaq da tərpəndi, hətta bu xüsusda vaxtilə “Azərbaycan”da yazıldı. İştə bu qədər. Çünki mənfəət xüsusi deyildi, zərər şəxsə deyil, hökumətə idi. Ağstafanın gömrük idarəsini isə heç soruşmayın! Orası, daha doğrusu, bütün gömrük və dəmir yol idarələri Denikin tərəfdarları əlindədir, nə cür kefləri istəyir, elə də edirlər. Kassirlər, naçalniklər bir rüsxətnamə ilə kefləri istədiyi qədər vaqon buraxırlar. Lazım olan vaxtda saxta rüsxətnamə qayırmaqdan da geri durmurlar. Keçən ayda yalnız Ləki, Ucar stansiyalarından onlarla vaqon buğda və arpa qaçırılmışdır. Ləkidən Əsədulla Səfərəliyev, Səttar Rəsulzadə, Ucardan Mehdi Əliyev və yoldaşı bu surətlə bir çox vaqon aşırmışlar. Bu xəyanətləri, təbii, naçalniklərin, kassirlərin əlləri ilə eləmişdirlər. Qulluqçuların çoxu öz kefinə buraxılmışlardır. Bir az əvvəl Ağstafa gömrük qulluqçularından biri gömrük pulunu cibinə doldurub Tiflisə kefə buyurmuş, bir digəri gömrük anbarını özbaşına buraxmış, axtaran yox, soruşan yox. Hələ tranzit oyununu heç soruşmayınız. Ona bir şeytanın əli girər, bir də gömrük qulluqçuları ilə komissionerlərin. Bu tranzit hiyləsi ilə hökumət nə qədər zərərlərə düçar olur bilsəniz, bəlkə bənim “Ümidvar” ləqəbimə də şəkk edərsiniz. Bir çox polisə qulluqçularının (xırdaları ilə işim yoxdur) az vaxtda nə cür kökəldiklərindən bəhsə başlasam günlər, həftələr çəkər. Bu yazdıqlarım isə aşkar görünənlərin yüzdən biridir. İşlərimizdəki hərc-mərcliyi böylə bir qaç sətirlə qurtarıram. Sonra yenə dərdləşəriz. Ümidvar “Azərbaycan” qəzeti, 9 təmmüz (iyun) 1919 №220 * * * Milliləşmək Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz. Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır. Hələ, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millətə hədd-rüşkə çatmamış bir bala nəzərilə baxıb cəmiyyəti-əqvam ailəsinə qəbul edilməməsi, öz müqəddəratının özünə verilmək istənilməsi bizim kimi öz dil və ədəbiyyatını sevməyənlər üçün nə gözəl bir dərsi ibarətdir. Əlifba və ədəbiyyatlarının mövcudiyyəti min il qabaqlara çıxaran və bununla köhnə bir mədəniyyətə sahib olduqlarını iddia edən millətlər boş görüntü üçün deyil, iştə bu gün üçün, bugünkü cəmiyyəti-əqvamın imtahanı üçün hazırlanırlardı. Və bu gün də özünü qanan hər millət səbilikdən qurtulmaq, həddi –rüştə çatmaq və ya onu keçib mərtəbeyi-əhəmiyyətə yetişmək üçün bütün var qüvvələrini milli dil və ədəbiyyatlarının tərəqqisinə sərf etməkdə və bu səyin dərəcəsi nisbətdə istibdad və cəhalətin pəncəyi-zalimindən qurtulub hürriyyət və müsavata nail olmaqdadırlar. Çünki bu gün ən acı təcrübələrdən sonra qəti və müsbət bir həqiqət olaraq qəbul edilmişdir ki, insanları qara cəhalətdən, istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır. Müstəbid hökumətin, keyfi İdarənin, zalimanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerdə istibdad, istibdad olan yerdə ədəbiyyat yaşıyamaz. Bu səbəblə idi ki, müstəbid və zalım padşahlar keyfi idarələrinin bəqayi-davamı üçün ən ziyada müraciət etdikləri tədbir ədəbiyyatı qısmaq, hürr mətbuatı yox etməkdi. Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dürlü qail və keşməkeşlər içərisində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilərlər. Və yenə ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər. İştə bu düşüncələrə görədir ki, bu gün xüsusiyyəti-milliyyənin yeganə şüarı olan “milli dil”in mühafizə və tərəqqisi uğrunda ən ziyadə çalışanlar sosialistlərdir. Bu isə onlar üçün təbii bir qüsur deyil, bəlkə fəzilətdir. Doğrudan da görürüz ki, dil məsələsində ən mütəəsib millətçilik edənlər yarımmədəni hindlilər, əfqanlar, türkmanlar deyil, mədəni ukraynalılar, polyaklar, bolşevik ruslar, sosialist gürcülərdir. Əcəba biz nasıl? Burada türkcəmizin göyçəkliyindən, türk ədəbiyyatı tarixindən bəhs edəcək deyiləm. Ancaq burasını yada salmaq istəyirəm ki, fransız dili Qərbdə nə isə, Yaxın Şərqdə də türk dili odur. Qərbdə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yəni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi qərbində, Krımda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür. Oralarda bir türk bir arpavuza, bir ərəb bir kürdə, bir iranlı bir gürcüyə, bir erməni bir ruma, bir yəhudi bir assura məram anladacağı zaman mütləq türkcə söyləməyə məcburdur. Çünki onların heç biri o birinin dilini bilməz, lakin hər kəs az-çox türkcə bilir. Türk dili oralarda bütün dillərə hakimdir. Türkcənin bu hakimiyyəti qarşısına imdiyə qədər heç bir dil çıxmamışdır. Hərçəndi bir vaxt ərəb və fars dilləri osmanlıların az bir qisminə, onların rəsmi yazılarına hakim olmuşdur. Lakin heç vaxt ümumi xalqa, xalq ədəbiyyatına hakim olmamış və ola bilməz də. Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər? Türkcənin yazı və mətbuat aləmindəki zəifliyinə gəlincə bundan qüsur, bəzilərinin sandığı kimi, türkcənin özündə, onun əskik və qabalığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da türkcəmizə danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əslayaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqbalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömür sürmüşdür. Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayəsində dilimizə danışıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xalqa savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılarını açalım. Hamıya ümumi təlim verəlim, elmin ləzzətini datdıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamilə riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istiyəlim. Yoxsa özgə cür hamısı boş, hamısı qayırma, hamısı küy-kələkdir. Zaman, ehtiyac və həyat bu gün bizdən çox şeylər gözlüyür, daha ciddi, daha xeyirli, daha əqilli, daha elmi yolda çalışmamızı tələb edir. Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq xalqın murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur. Xalqçılar bu vəzifə və şah əsərini isə ancaq milli ədəbiyyat vasitəsi ilə vücuda gətirə bilərlər. Milli ədəbiyyat xalqçıların əlində parlaq bir məşəldir. Ancaq bu məşəl ilə xalq hürriyyətin mənasını düşünər, müsavatın imkanını qanar, ədalətin doğruluğunu görər, istiqlalın qədər və qiymətini bilər. Şu qədər ki, milli ədəbiyyatın parlaq bir məşəl halını alması, ondan layiqilə istifadə etmək üçün o millət, o xalq tərəfindən sevilməsi, ona qiymət verilməsi, ona hörmət edilməsi şərtdir. Xüsusilə buna xalqdan artıq xalqçılar, xalq idarəsi başında əyləşən ağalar riayət etməlidirlər. Görəlim bizim ağalarda, bizim xalqçılarda bu hünər, bu fəzilət varmı? İştə, can alacaq əsil nöqtə! Ömər Faiq “Azərbaycan” qəzeti, 21, 24 təşrini-sani (noyabr) 1919, № 327. 328 * * * Həsən Əminin Şikayəti Bu il mart ayınm ilk günləri idi. Həsən əminin oğlu Azad öküz arabası ilə Xaldandan Yevlaxa kirə gətirmişdi… Azad o gecə Yevlaxda qalsa pristav kazaklarından, yola çıxsa qaçaqlardan qorxurdu. Bu qorxu ilə Azad bir az vaxt fikrə getdi. Axırda yoldaş taparam ümidilə yola çıxdı, üç-dörd saata qədər getdi. Axşamleyin tələsik gəlib ötən bir-iki faytondan özgə bir zada rast gəlmədi. Yarı gecə keçmişdi. Yenə də heç kəs görünmürdü. Azad qəsdlə yavaş-yavaş gedirdi ki, bəlkə daldan bir arabaçı və ya atlı çata, yoldaş ola. Lakin dadına çatan olmadı. Yolun isə ən qorxulu yerinə — iki sırt arasındakı dərəyə yetişmişdi. Araba dolaşıq keçidin tam ortasına çatmışdı ki, birdən eşidilən “Dayan, tərpənmə” səsi Azadı dinməz-söyləməz dayandırdı. Qaçaqlar yavuqlaşıb cibindəki pulunu çıxarırkən Azad təslim olub səsini çıxartmadı. Elə ki, öküzləri arabadan açmağa başladılar, o vaxt Azad ağlayıb-sızlamağa, boyunduruğa sarılıb verməməyə çalışdı. Lakin əllərinə batırılan xəncər yaralarının acısı ilə boyunduruğu buraxmağa məcbur oldu. Qaçaqlar öküzləri açıb bir az uzaqlaşdılar ki, Azad yenə tab gətirə bilməyib dallarınca yüyürdü. Öküzləri çevirmək istədi. Bu səfər isə yaranı əlindən deyil, qarnından aldı və ordaca düşüb qaldı. Səhər olmuş, gün təzəcə çıxmışdı. Yoldan ötən kəndlilər arabanı, yerdəki qan ləkələrini görüb arabaçının başına bir bəla gəldiyini anladılar. Qan izləri ilə bir az irəli gedib Azadı bihuş tapdılar. Azad kəndlilərin səsindən bir az sonra ayıldı və özünü oradan aparmalarını təvəqqe elədi. Azadı tanıyan qonşu kəndlilər onu öz arabalarına qoyub kəndə apardılar. Günorta azanı yeni oxunmuşdu. Azadın arvadı Maral ev işlərini qurtarıb eşikdə oturmuş, qucağındakı körpəsini əmizdirə-əmizdirə, əlindəki corabı toxuya-toxuya ərini gözləyirdi. Yoldan gələn arabaçının təkər səsləri Həsən əmigilin həyətinin qabağında birdən-birə kəsildi. Araba dayandı. Maral öz arabalarını gözlürkən yad kəl arabasını gördü. Haman içəri yüyürüb qonaq gəldiyini qayınatasına xəbər verdi. Həsən əmi cəld çölə çıxdı. Arabada yatan naxoşun öz oğlu Azad olduğunu bilib ağlamağa başladı. Həsən əminin ah və fəryadını eşidən gəlinlə qaynana da həyətə çıxıb gələn qonağın kim olduğunu, kişinin nə üçün ağladığını duymaq istədilər. Arabaya yavuqlaşıb qanlı paltar içində yatan yaralının Azad olduğunu anlayınca ağlayıb saçlarını yolmağa, üzlərini didməyə başladılar. Bunların ürək parçalayan qışqırıqlı ağlayışlarına hamı yavuq qonşular da tökülüb gəldilər. Azadı güc ilə arabadan endirib evə apardılar. Həsən əmi kənddəki qoca dəlləyi çağırtdı ki, Azadın dişarı çıxan bağırsağının qarnına qoysun. Dəllək gəldi və uzun barmaqları ilə bağırsağı yerləşdirməyə çalışdı. Lakin yaralını incidib zarıldatmaqdan özgə bir zada yaramadı. Azad o gecəni od içində keçirdi və bir neçə dəfə özündən gedib ölüm halına düşdü. Azadın bu yanıqlı əhvalı o gecə o kənddə qonaq olan hörmətli bir müəllimin qulağına dəydi. Səhərdən Həsən əmini çağırdıb Ağdaşdan həkim gətirməsini, əks halda oğlunun tələf olmaq ehtimalı olduğunu öz dili ilə başa saldı. Həsən əmi müəllimin nəsihətini tutub həkim gətirdi və oğlunun qarnını tikdirdi. Bir neçə vaxt sonra Azad cana gəlib başına gələn əhvalı tamamilə anlatdı və özünü yaralayıb öküzlərini götürənin qonşu kəndli Qara olduğunu söylədi. Həsən əmi öküzlərin Qarada olduğunu bilən təki haman gedib yüzbaşıya şikayət elədi. Yüzbaşı rəsmi qayda üzrə protokol yazdı və söz verdi ki, bir neçə günə qədər öküzləri tapıb versin. Lakin xeyli vaxt keçdiyi halda nə Qaranı tutan oldu, nə də öküzlər gəldi. Bir gün Həsən əmi xəbər aldı ki, Qara kənddə aşkara gəzir. Gedib pristava şikayət elədi, öküzləri Qaradan alması üçün göz yaşı tökərək yalvardı. Pristav da yüzbaşı təki söz verib arxayın etdi ki, tez bir vaxtda öküzləri tapıb qaytarsın. Həsən əmi beş-on gün daha gözlədi, lakin öküzlərdən yenə heç bir xəbər çıxmadı. Həsən əminin məişəti və yaşayışı isə öküzlərə bağlı olduğundan uzun səbir edə bilmirdi. Tez-tez gedib yüzbaşıya, pristava şikayət edirdi. Bir gün yenə şikayətə getmişdi. Bu səfər gördü ki, divanxanadan bir neçə şəkili gözüyaşlı çıxır. Onlardan düydü ki, Qara yoldaşları ilə bərabər Şəkidən Yevlaxa gedən faytonları soyub iki yüz min manatdan artıq nəqd pul almış. Hətta bir həftə qabaq da Yevlaxın yanındaca iki faytonu birdən əylədib yüz min manatlıq mal aparmış. Bununla bərabər, Qara üstündə silah hər yerdə aşkar gəzirmiş. Ona hər kəs, hətta hamı ağsaqqallar, hamı yüzbaşı və strajniklər də hörmət göstərirlərmiş – deyirlər. İsrağagün də Qara Xaldan strajinikləri ilə bərabər qoç öldürüb kef çəkirmiş. Bu xəbərlər ilə bərabər yüzbaşı ilə pristavın Qara ilə əlbir olduğunu Həsən əmi şəkililərdən gizlicə duydu. Pristavla yüzbaşıdan yarasına dərman ola bilməyəcəyim gec də olsa başa düşdü. Köməyi əvvəl Allah, sonra qubernatordan bilən çəkililərlə bərabər Həsən əmi Gəncəyə qubernatora şikayətə getdi. Gəncədə qubernator qapısına iki-üç gün get-gəldən sonra Həsən əmi qubernatoru görə bildi. Lakin qubernator onu uzun dinləməyib ərizə ilə müraciət etməsini və çölə çıxmasını əmr etdi. Həsən əmi üç yüz manatlıq rusca bir ərizə yazdırıb qubernatora verdi və bir həftə sonra gedib cavabını soruşan vaxt bu işlər üçün Xaldana məxsusi bir müfəttiş göndəriləcəyini bildi. Qubernatorun yolunu öyrətdiyindən ötrü Həsən əmi şəkililərdən çox razı qaldı və öküzlərini Qaradan alacağı ümidi ilə sevinərək qayıtdı. Gəncədən gələli həftə keçmişdi. Bir axşam Həsən əmi duydu ki, umduğu müfəttiş bəy cənabları pristavın divanxanasına gəlmiş, o gecə rahatlanıb səhərdən işlərə baxacaqmış. Həsən əmi tələsik evinə gedib bu şad. xəbərlə külfətini muştuluqladı və səhər tezdən durub divanxana qapısını kəsdirdi, müfəttişi görmək istədi. Lakin müfəttişin pristavla atlara minib ova getdiyini görüncə Həsən əmi yenə qüssəyə düşdü, əllərini qoynuna qoydu. Aradan dörd-beş gün keçdiyi halda müfəttiş bəy ovdan hələ qayıtmamışdı. Pristavın gizli əmri ilə müfəttiş üçün yüzbaşılar vasitəsi ilə kəndlərdən yığılan yağ-pendirlər isə çoxdan tay bağlanıb hazırlanmışdı. Ancaq Həsən əmi bir zad verə bilmədiyindən ötrü strajnıklərin yanında xəcalətli idi. Bir həftə sonra müfəttiş bəy pristav və dörd-beş bəylə bərabər qayıtdı, üç-dörd gün də pristava qonaq oldu. Həsən əmi hər gün divanxana qapısına gedib saatlarca gözlüyür, müfəttişi görmək mümkün olmadığını qanınca məlul-məhzun qayıdırdı. Axırda müfəttiş gedən günü Həsən əmini çağırtdı, qubernatora verdiyi ərizədən ötrü söylətdi, protokol yazdı və gözlə görən şahidlər olmadığından ötrü qanunla bir zad qayıra bilməyəcəyini anlatdı. Həsən əmi artıq hamı ümidlərini kəsdi. Yoxsulluq dərdindən öküzlərini itirməsi üzündən nə qayıracağını şaşırdı. Hələ şikayət etdiyindən ötrü oğlunu öldürüb gəlinini qaçıracağını Qaranın xəbər göndərməsi Həsən əminin lap belini büküb onu ölü halına saldı. Həsən əmi ancaq bununla təsəlli bulurdu ki, bu dərd və qüssədə, bu od və əzabda yanan oralarda tək özü deyildi. Hökumətin zəifli- yindən, polisin, quldurların, qolçomaqların zülmündən cana doymuş yüzlərcə Həsən əmilər həyat sürüklüyürlərdi. Bu il iyun ayının son günləri idi. Azərbaycanda Xalq Şura hökuməti qurulmuşdu. Xalq inqilab komitəsi Qara və yoldaşlarını tutub zəhmətkeş xalqı inqilab məhkəməsinə, hakimiyyəti-mütləqin divani-əzəmətinə göndərirdi. Ümidvar ‘’Zəhmətkeşlərin gözü” jumaiı, 3 iyui 1920, № 1 * * * Kitabxana.az · https://kitabxana.az/authors/nemanzade İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.