Mir Möhsün Nəvvab. Əsərləri Mir Möhsün Nəvvab (1833–1918) == Qoşmalar == Edər Aralıqda itib hökmi-şəriət, Xahişlərin eyləyirlər təriqət, Bidət salıb, oxuyurlar həqiqət, Bu bidəti zərbəft edər, şal edər. Hər həftədə birisi baş qalxızır, «Ənəlhəq»lər deyib bar-bar bağırır. Avamları öz dininə çağırır, «Əlif» qəddin şəriətin dal edər. Bular salır aləmlərə qovğanı, Təşrih edib, dağıdırlar dünyanı. Pəst edərlər şəriəti-ğərranı, Bu əfalı, inanma, dəccal edər. Aləmi-rəbbanı hanı yanına, Gedib qurban edək canı-canına. Fəda olaq əhdinə, peymanına, Bular yəqin dəfi-qilü qal edər. Nəvvab edər bu qövmdən əlhəzər, Bu kəslərin kuyinə etməz güzər, Aləmi-rəbbanını hərdəm gəzər, Tapsa əgər fəda canü mal edər * * * Qaradağ xanına Otuz dəfə dad etmişəm sənə mən Zahidlərə uymagilən ağa, sən. Yüz il eyləş hüzurunda zahidin, Görəcəksən onda derdə dəva sen? Dəva bilsə keçəl başma eylər, Cənabına bulma zəhmət rəva sən. Yüz il sənə vədə verə inanma, Politkadır saf bilginən hava sən. Nəwabdan qəbul qıl nəsihət Ta görəsən dərdlərinə səfa sən. * * * Səthi-cahan gülüstana dönübdür Xələt geyib zümrüddən ağaclar, Ciçəklərdən boynun əyib budaqlar, Şəbnəm düşüb təzələnib yarpaqlar, Səthi-cahan gülüstana dönübdür. Yelpəkləyir badü-bahar üzlərin, Xumarlanıb yumur nərgiz gözlərin, Şəkər kimi şirin edir gözlərin, Səthi-cahan gülüstana dönübdür. * * * Sultan Həmidə Nərədə qalıb həzreti xeyriil bəşər, Hümmətinə şövq ilə etsin nəzər. Ləşkəri yunanı necə tarü-mar Eyledilər esgeri fəthü zəfər. Səngərini, tiqlərini bitamam Topu şerərbar ile zirü-zəbər. Qeleleri xak ilə yeksan qılıb Vəliəhdi eylədilər dəıbədər. Qürur edən ləşkəri ədalərin Ədəm diyanna hamu köçdülər. Aldı səda aləmi əflakidən, Söyledi ol dəmdə qəzavü-qədər.. Sayeyi alisi cähanə müfid Çox yaşasın həzrəti Sultan Həmid. * * * == Qəzəllər == Ey bivəfa, qoyubsan əcəb qalə tək məni Ey bivəfa, qoyubsan əcəb qalə tək məni, Hicran odun əhatə edib halətək məni. Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür, Etdin kəbab atəşi-çüvvalətək məni. Allah rizası etməginən xar eşqdə, Aşiqlər içrə dağlama sən lalətək məni. Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən, Eylə yəqin ki, yandıru səd salətək məni. Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin Divari-qəmdə nəqş olan əşkalətək məni. * * * Hər zaman gul yuzunu murği-ravan eylər yad Hər zaman gul yuzunu murği-ravan eylər yad, Bülbülü bismilu şuridə kimi eylər dad. Sənin eşqində mən, ey şəkkəru şirin hərəkat, Caparam dağı, daşı necə capıbdır Fərhad. Gecələr əşki-qəmə qərq oluram subhə kimi, Subhlər şamə təki eylərəm ahu fəryad. Mən necə şad olub meyli-gulustan edim, Xaneyi-səbrimi hicranın edibdir bərbad. Eşq oduna o zamandan ki, düşübdür Nəvvab, Olmayıb bircə zaman möhnəti-qəmdən azad. * * * Hicrani-yar eylədi halu dilim xərab Hicrani-yar eylədi halu dilim xərab, Suzi-dərunim etdi cahan əhlini kəbab. Könlüm quşunu gör, necə puriztirabdır, Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab? Dərdi-fəraqinlə tökər əşk gözlərim, Mirab nə etdi boylə ki, təqdir edər gulab? Zahid məni o mahivəş eşqində mən edər, Pabənd olur o xalu xətti görsə şeyxu şəab. Et bərkənar zülfünü ol ruyi-mahdan, Ta infəal eyləyə bir goydə afitab. Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə, Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab. Nəvvabi-zarə eşq yolu munhərif olub, Nuri-ruxunlə gostər ona bir rahi-səvab. * * * Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet, Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet. Qoncə tək qan oldu bağrım gülüstani-dəhridə, Gül kimi pəjmurdə oldum, ey xudaya, dadə yet. Bülbüli-şeyda kimi naləm cahanı culğadı, Gül səfasın gorməmiş oldum, ey xuda, fəryadə yet. Badə vəslilə sərşar olmadım sağər kimi, Əşki-xunin ilə doldum, ey xuda dadə yet. Bir guluzlu yar vəslin görmədim Nəvvab tək, Covri-əğyar ilə soldum, ey xuda, fəryadə yet. * * * Qəmi-hicrində bimarəm mən, ey dost Qəmi-hicrində bimarəm mən, ey dost! Zəlilu acizu zarəm mən, ey dost! Gecə-gündüz cəkıb rəncilə zəhmət, Gözümdə uyqu yox, bidarəm, ey dost! Cəhanın əhlinə cox-cox əzizəm, Hüzurunda necun bəs xarəm, ey dost! Sənin eşqində, ey şuxi-dilaram, Fəğanu ahilə xunbarəm, ey dost! Qalıb Mənsur tək dari-sitəmdə, Həyatımdan belə bizarəm, ey dost! Olubdur bülbüli-şuridə Nəvvab, Giriftari-qəmi-didarəm, ey dost! * * * Neyləyim, oldu bahar amma baharım gəlmədi Neyləyim, oldu bahar amma baharım gəlmədi, Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi. Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim? Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi. Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər, Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi? Vədə verdi, sındırıb əhdini, oldu bivəfa, Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi. Bülbüli-şeyda kimi naləm tutubdur aləmi, Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi. Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər, Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi. * * * Zindani-qəmdə oldu gunum qarət ağlaram Zindani-qəmdə oldu günüm qarət ağlaram, Sövdayi eşqində çəkib zillət ağlaram. Zülfün havası ilə olub tirətər günüm, Qalu bəlada hicrin olub qismət, ağlaram. Ahimlə dövri-şəmsü qəmər halə bağlayıb, Bir dəm sənlə eyləmədim söhbət, ağlaram. Bülbül kimi nəvayə gəlib eylərəm fəğan, Hicri-rüxündə oldu kəman qamət, ağlaram. Ahu fəğanım ərşə çıxıb, dilbəra, nedim? Sənsiz məni əhatə edib möhnət, ağlaram. Kuyində sərfəraz olubdur rəqiblər, Edirlər hər zaman mənə min töhmət, ağlaram. Əncümşümar olubdu fəraqində gözlərim, Yadi-vüsalın ilə çəkib həsrət, ağlaram. Nəvvabtək alıbdı əlimdən təvanımı, Bitaqət eyləyibdi məni firqət, ağlaram. * * * == Mürəbbelər == Bir nigarı istərəm aləmlərin əlasıdır Bir nigarı istərəm aləmlərin əlasıdır, Ruzgarın bağı içrə novgüli-rənasıdır, Can ona qiymət degil, qiymətlərin ədnasıdır, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Nazilə nazik baxanda dinü imanı alır, Oəmzəsi ahənrüba tək cismdən canı alır, Qiyməti-ləli-ləbi İranü Turanı alır, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Xalü xəttü tələti firdövsi-əlaya dəgər, Qaməti-şümşadi min-min sərvi-tubaya dəgər, Zülfünün hər tarı yüz Leylavü Əzrayə dəgər, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Zahida, bu biz degil kim, əlli qat başa qoyub, Şiydü salusi ilə biçarə əvamı tovlayub, Ac qurd kimi cəmiən pul, malını soyub, Bəlkə bu sövdeyi-kamili-gülrüxan sövdasıdır. Yox məlaməti-aşiqi-biçarə gər candan keçə. Bir belə canan yolunda xanimandan keçə, Bu degil halva ki, molla dinü imandan keçə, Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Bu degil yaqutü almasü zəbərcəd zivəri, Hər dənizadə alıb zinət, verə duşü bəri, Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri, Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah, Bülbüli-şeyda kimi gər edəsən əfqanü ah, Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. * * * Bir nigari-novbaharın gül camalın istərəm Bir nigari-novbaharın gül camalın istərəm, Lölöyi-tər tək camalı üzrə xalın istərəm, Cuybari-hüsn ara, şəkkər zülalın istərəm, Mey içib məstan gəzən çeşmi-ğəzalin istərəm. Aşiqin tərk eyləyib, amma özü məstan gəzər, Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər, Yadına bilmərrə düşməz, əhdilə peyman gəzər, Bir belə insafsız yarın vüsalın istərəm. Yarını həsrət qoyub aləm ara xar eyləyən, Sındırıb iqrarını firqətdə bimar eyləyən, Şad edən əğyarını hər ləhzə təkrar eyləyən, Gərdəni-mina, qəddi-Tuba misalın istərəm. Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır, Xali-mişkini zənəxdanında ənbərbardır, Ləbləri gül, dişləri həm lölöyi-şəhvardır, Bir belə rəna ğəzalin, xəttü xalın istərəm. Bülbüli-şuridə tək cəh-cəh uran, dad eyləyən, Məst olan, tavus tək məstan geyib, məstan gəzən, Aşiqini görcəgin tərlan kimi gərdən çəkən, Naz edən nazikbədən tuti məqalın istərəm. Baği-gülzar içrə ahu kimi hər yanə baxan, Etinalar eyləyib əğyarə naz ilə axan, Aşiqi-zarın dilini nari-hicranə yaxan, Dərgahi-pakində əğyarın zəvalın istərəm. Əl çəkib Nəvvabdan, yarəb, o yari-bivəfa, Nazilən eylər ona hər ləhzə min cövrü cəfa. Bir deməz biçarə məndən görmədi zövqü səfa, Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm. * * * Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır Bir nigarı istərəm aləmlərin əlasıdır, Rüzgarın bağı icrə növguli-rənasıdır, Can ona qiymət degil, qiymətlərin ədnasıdır, Cünki bu sovdayi-kamili-gulruxan sövdasıdır. Nazilə nazik baxanda dinu imanı alır, Oəmzəsi ahənruba tək cismdən canı alır, Qiyməti-ləli-ləbi İranu Turanı alır, Cünki bu sövdayi-kamili-gülruxan sövdasıdır. Xalu xəttu tələti firdovsi-əlaya dəgər, Qaməti-şumşadi min-min sərvi-tubaya dəgər, Zülfünün hər tarı yuz Leylavu Əzrayə dəgər, Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır. Zahida, bu biz degil kim, əlli qat başa qoyub, Şiydu salusi ilə bicarə əvamı tovlayub, Ac qurd kimi cəmiən pul, malını soyub, Bəlkə bu sovdeyi-kamili-gulruxan sövdasıdır. Yox məlaməti-aşiqi-bicarə gər candan kecə. Bir belə canan yolunda xanimandan kecə, Bu degil halva ki, molla dinu imandan kecə, Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır. Bu degil yaqutu almasu zəbərcəd zivəri, Hər dənizadə alıb zinət, verə duşu bəri, Bu gedil dinaru dirhəm kim, yığa hər sərsəri, Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır. Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah, Bülbüli-şeyda kimi gər edəsən əfqanu ah, Kəbəyi-küyində omrun mayəsin etsin təbah, Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır. * * * == Növhələr == Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir? Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir? Ey camaət təşnəsüz, çün mütəhhər qanıma, Razıyam yüz min bəlalar, gər yetişsə canıma, Ruhumu lahutdə bəzl etmişəm cananıma, Aləmi-ünsürdə bu sevda nədir, səfra nədir? Mən vətəndən ol zaman kim zari-giryan köçmüşəm, Şövq ilə canan yolunda başü candan keçmişəm, Aləmi-mənada mən cami-şəhadət içmişəm, Aləmi-zəhirdə bu mina nədir, səhba nədir? Giryanam eşq atəşinə, şaiqəra Musa kimi, Payi-darə çəksəniz, min kəz əgər İsa kimi, Başımı qət eyləsəz hər dəm əgər Yəhya kimi, Nuş candır, bilmənəm xəncər nədir, əda nədlr? Eylərəm təkrar "Ərni" çünki adətdir mənə, Gər eşitsəm "Ləntərani" çox qənimətdir mənə, Dustdən yüz min bəlalər eyni-ləzzətdir mənə, Bu şəhadət vadisidir, "Lən" nədir, "Ləmma" nədir? Mən gərəkdir kim, bu gün vasil olam cananimə, Min sinanü tiğü xəncər gər yetişsə canimə, Bu mühasinim gərəkdir kim, bata al qanimə, Azimi-dərgəhi-yarəm, bilmənəm dünya nədir? Bu şəhadətdə gərək babamə təqlid eyləyəm, Dəstəmazimi bu gün qan ilə təcdid eyləyəm, Səcdədə məbudimi təhmidü təmcid eyləyəm, Sacidə məscid nədir, məbəd nədir, səhra nədir. Min qəmü möhnət ara saldız bu şahi-bikəsi, Şeşdəri-heyrətara saldız bu şahi-bikəsi, Qərqi-dəryayi-fəna etdiz bu şahi-bikəsi, Dəxi bir biyar üçün bu şurü bu qövğa nədir? Yarü ənsarım gedib biyarü yavər qalmışam, Bu bəla dəştində mən zarü mükəddər qalmışam, Nimi-besməl quş kimi bibalü bipər qalmışam, Gülşənim tarac olub, bülbül nədir, şeyda nədir? Ərğəvan kimi boyanmış Qasimi-gülpeykərim, Sərviqəd qardaşlarım, gülüzlü nazlı Əkbərim, Qönçəvəş pürxun düşüb xakə Əliyyi-Əsğərim, Bilmənəm sünbül nədir, susən nədir, rəna nədir. Ya Hüseyn, ey xaki-payın aləmin başına tac, Ey şəhadətləri verən İslam dininə rəvac, Etgilən Nəvvabi-zarın dərdü zarinə əlac, Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir. * * * Kitabxana.az · https://kitabxana.az/authors/nevvab İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.