Əli Nəzmi. Əsərləri Əli Nəzmi (1878–1946) Ata və oğul O ğ u l – Ay dədə, qoy məktəbə gedim, Məktəbə, orda elm oxum. A t a – Kəs səsini, a naxələf, Pis süd əməncə, bic toxum. O ğ u l – Ay dədə, rəhm qıl mənə, Sən kimi cahil olmuyum. A t a – Adə, çəkil kənarə get, Ay səni qəbrə quyluyum. O ğ u l – Tazə üsul ilə verir Dərsi-ədəb müəlliman. A t a – Öylə yenə müəllimə... Mən səni vermərəm inan. O ğ u l – Versən o məktəbə məni, Səncə, günah olur nədir? A t a – Bəlkə günah olur nədir, Küfr oluram, yerim saqər. O ğ u l – Ay dədə, söyləmə ədəs, Kafir edərmi şəxsi elm? A t a – Ay qoducaq, axund deyir Adəmi azdırır bu elm. O ğ u l – Qorxma, ata, bu məktəbin Nəfi də çoxdu, xərci az, A t a – Vallah, itil, vuracağam Başına bir yekə qapaz. O ğ u l – Ay dədə, elmsiz nasıl Mən bu zəmanda iş görüm? A t a – Ay vələdüzzina, səni Odda, ocaqda piş görüm. O ğ u l – Ay ata, elmü fənnasiz Şəxs qəni olarmı ya? A t a – Pul məgər elm ilə olur? Qurbağa oğlu, qurbağa. O ğ u l – Ay ata, elmsiz... məgər Var ulağ ilə fərqimiz? A t a – Heç bir cəhənnəm olmasın Boylədi səbkü rəngimiz... O ğ u l – Durmaq olurmu boş-bekar? Bəs mənə söylə, neyləyim? A t a – Get mal oğurla, adəm at, Kəsb elə, mən neyləyim? O ğ u l – Müxtəsəri, qoymursan Mən də bu məktəbə gedim? A t a – Bircə baxın, bu naxələf Söylədiyi cəfənglərə. Gör kimə tay edir məni, Bir para lağ səfehlərə. Yox, yox, amandı, qoymaram Bu işə mən heç uymanam. Min demələr də qanmanam, Atəşi “veylə” yanmanam, Molla Qurut deyib mənə, Özgə sözə inanmanam. * * * Atanın oğluna nəsihəti Ey mənim ruhi-rəvanım, ey oğul. Ey mənim cismdə canım, ey oğul. Ey mənim sərvi-rəvanım, ey oğul. Ey mənim tab, təvanım, ey oğul. Ey olan dideyi-binurimə nur, Ey verən bu dili-məhzunə sürur. Ey mənim mayei-izzü şərəfim, Ey həyatım səməri, vey xələfim. Ömrümün gülşəninin sən gülüsən, Dirilik bağımızın bülbülüsən. Sən mənim cigərimin parəsisən, Könlümün dilbəri-mehparəsisən. Ey mənim baisi-hər şeyim, oğul. Qüvveyi-samieyi-guşim, oğul. Oğul, ey baği-həyatımda nəhal, Oğul, ey sahibi-iqbali-cəmal, Eşidib bu sözümü dərguş et, Bədeyi-pəndimi al da, nuş et... Sənə məndən bu vəsiyyətdir, oğul. Qulaq as, yaxşı nəsihətdir, oğul: Olgilən elmə tələbkar, oğlum. Elm oxu, ol belə huşyar, oğlum. Elm, insanlara zinətdir, bil, Elm, nüri-bəşəriyyətdir, bil. Eylə, növrəstə balam, kəsbi-ülum, Adəm ol elmlə, adəm, yavrum. Nuri-nili ilə işıqlanmalıdır. Cəhlü zülmətdən uzaqlanmalıdır. Elmdir baisi-üqba və həyat, Elmdir mənbəyi-feyzi bərəkət, Elmdir kaşifi-əsrari-nihan, Elmdir ruh, bədəndir insan. Elmlə fəxr eyləyir növi-bəşər, Elmdir vasiteyi-muxtariat, Elmlə kəşf edilir ruhi-nicat. Əlqərəz, elmlədir dövri-can, Ey oğul, elmlədir rahəti-can. Kişinin zinətidir elm ilə fən, Olur abad ülum ilə vətən. Elmlə millət olur şən, məsrur, Elmlə kütlə alır qüvvətü zur. Aç qulaq, dinlə bu söhbətlərimi, Saxla yadında vəsiyyətlərimi. Elmsiz qiymətin olmaz, anla, Qüvvətin, qüdrətin olmaz, anla. Yaşamaq istər isən, can oğlum, Elm kəsb eylə firavan, oğlum. Eylə əxlaqını elm ilə qəşəng, Eyləmə kəndini bikar, cəfəng, Elmlər elmi qəbul et, mum ol. Nə ki, bədxülq olaraq, məzlum ol. Atma bu sözləri, canım, pedərim. Söylədim. Anla əzizim, pesərim. * * * Dəyişilir Hər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar, Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar, Rənc, rahət, sülh qovğa, xəndə, giryə, dust, yar, Əyd, matəm, şadi və ğəm, hərb, meydan dəyşilir. Ad, üsul, iş, dəb, məslək, söz, suxəndən dəyşilir, İştə bu iyirminci qərn, əfkar asan dəyşilir, Hər kar asan dəyşilir, Abad, viran dəyşilir. * * * İstixarə Fikir edirik biz də bir iş başlayaq, Eyləyirik istixarə, bəd gəlir. Səbr edirik, bircə saat xoşlayaq, Xoşlayırıq, istixarə bəd gəlir. İstəyirik biz övlad-millətə, Açıb məktəb çataq dadi-immətə. Cəmiyyətlər təşkilinə, himmətə... Qalxışırıq, istixarə bəd gəlir. Cəm oluruq bir məclisə yüz nəfər, İşlədirik neçə batman çay, şəkər, Danışırıq, bitişirik, müxtəsər... Eyləyəndə istixarə bəd gəlir. Sonra biz də eyləyirik məsləhət, Toplaşırıq, həm çay olur, həm də ət. Təsbihə də molla edir məşvərət, Yenə andır istixarə bəd gəlir. Beş ay, üç ay gedib yenə yatırıq, Lakin çaysız, aşsız itib batırıq, Ortalığa təzə bir söz atırıq Ki, etməyin istixarə bəd gəlir. Səbarə* biz bu şuraya cəmləşib, Ən lazımlı məktəb işin səsləşib Düzəldirik zəhmət çəkib əlləşib, Pul deyəndə, istixarə bəd gəlir. Söyləyirik: elm, məktəb, ittihad**, Hey sayırıq cümləsini adbaad, Belə edir neçə məclis iniqad***, Axırında istixarə bəd gəlir. Qeydlər [*] üçüncü dəfə [**] birlik [***] düzəltmək, qurmaq * * * Kişilər Biz almışıq arvad, alaq çəkməyə, Almamışıq zülfə daraq çəkməyə. Biz almışıq: arvad ola cariyə, Almamışıq: xanım olub yariyə. Biz almışıq övrəti iş görməyə, Almamışıq, gündə saçın hörməyə. Biz almışıq qayınana saxlasın, Almamışıq, gecə-gündüz yuxlasın. Biz almışıq övrəti əppək yapa, Almamışıq, düzməyə mıncıq sapa. Biz almışıq saqqala rəng yaxmağa, Almamışıq, qızıl, şəvə taxmağa. Biz almışıq övrəti ev saxlaya, Almamışıq, hey gəzə sarsaqlaya. Biz almışıq yırtıq-yamaq sağlaya, Almamışıq, ağlaşmada ağlaya. Biz almışıq arvadı duz əzməyə, Almamışıq, gündə gedə gəzməyə. Biz almışıq qulluq edə quş kimi, Almamışıq, bannıya bayquş kimi. Biz almışıq övrəti oğlan doğa, Almamışıq, qız doğa bərbadlığa. Biz almışıq, başmaqları cütdəsin, Almamışıq, hey özünü bitdəsin. Biz almışıq, tək oturub gözləsin, Almamışıq, xala-mama cəmləsin. Biz almışıq, nehrəmizi çalxasın, Almamışıq uşaqları qarğasın. Biz almışıq, gül bəzəsin güldana, Almamışıq baldıza donquldana. Biz almışıq övrəti gülsün, desin, Almamışıq, it kimi zingildəsin. Biz almışıq övrəti bozbaş yesin, Almamışıq, gündə qazan aş yesin. Biz almışıq övrəti can-baş desin, Almamışıq, hey bizə külbaş desin. Biz arvad aldıq ki, olaq bir kişi, Almamışıq pis bişirə bişmişi. Biz almışıq övrət, olaq bəxtəvər, Almamışıq gündə çəkək dərdsər. Biz almışıq övrət ola doğrusu, Almamışıq, olsun evin oğrusu... * * * Məktəb uşağı Sübh açılantək oyanır uyğudan, Bir gülü-gülzari-dəbistan çocuq! Qalxır ayağə, yuyunur pak olur, Bülbüli-baği-ədəbistan çocuq! Evdə yatıb qalmayaraq kurtək, Dişrə çıxıb cilvələnir nurtək. Dərs evinə əzm eləyir hurtək, Tərbiyəyə, elmə şitaban çocuq. Məktəbə daxil olur insan kibi, Dərs oxuyur bülbülü-xoşxan kibi, Elmi sevir ruh kibi, can kibi, Fikri gözəl, əqli dürəxşan çocuq! İştə uşaq dərsinə müştaq olur, Şüğlü yazı, mayili-övraq olur, Səyli olduqda yüzü ağ olur, Eyləyir əhbabını xandən çocuq! Cəhd eləyir, etməyərək tənbəli, Elm oxuyub güldürə müstəqbəli, Şəni bəşər elmilədir çün, bəli, Elm oxuyur nitqi dürəfşan çocuq, Meyveyi-baği-ədəbistan çocuq! * * * Məxluqdan xaliqə Bilmirəm mən yeri, dünyanı yaratdın nə üçün? Dağlan, bağı, gülüstanı yaratdın nə üçün? Quş, cücü, yırtıcı heyvanı yaratdın nə üçün? Sənə qurban olum, insanı yaratdın nə üçün? Hələ, xaliq! Bu müsəlmam yaratdın nə üçün? Bir cəhənnəm olacaqdı buna dünyası bunun, İndi ki, bitməyəcəkdi ağısı, yası bunun, Qeyri-qabil olacaqdı, hələ əhyası bunun, Bəs bu məfluc, yanmcanı yaratdm nə üçün? Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün? Keçməyir gün ki, o bir guşədə qan eyləməsin, Hədəf öz gülləsine bir neçə can eyləməsin, Etdiyi cümle ticarətdə ziyan eyləməsin, Bunca qatilləri, qurbanı yaratdın nə üçün? Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün? Olduğun adəm o, bir gımə gətirməz yadxna, Atmaq əl qarət üçün sənəti erkək, qadına, Baxmamış elm, təməddün nədir, əsla dadına, Mötəqid, tabeyi-Quranı yaratdın nə üçün? Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün? Lap kiçikkən alışır əyriliyə, oğnıluğa, Ölsə bir kəlmə belə dil bulamaz doğruluğa, Qeyrəti, ari tamamilə qoyub bir qoluğa! Atmış insanlığı, vicdanı, yaratdın nə üçün? Söylə, xaliq! Bu müsəlmam yaratdın nə üçün? Qafası dopdolu mohum, xurafat bütün, Puç edib əqlini qondarma rəvayət bütün, Bundan adəmmi olar, bir daha, heyhat... bütün, Xaliqim! Molla Süleymanı yaratdın nə üçün? Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün? Asyada Çin belə, Turan belə, Əfğam belə, Türkiyə, Hind, Ərəbistan belə, İranı belə, Xasə Qafqazyası - bu faciə meydam belə, Gəncəni, Bakmı, Salyam yaratdın nə üçün? Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün? * * * Pul Şiri qılan gədüsifət-etdirən onu payimal, Susduran adlı natiqi eylədən ortalıqda lal, Hürr yigitləri qılan qulyarananlara misal, Halii dil əhlini edən həmdəmi-qeyr-əhli-hal, Safdil, ağ yüzlini asi və şərınsarpul! Ah... bu sikkədar, pul hamısı bu zəhrimar pul! * * * Tapmaca Saqqalı uzun, guşi pühən, naqədəhandır, Alnı iki barmaq, gözü dar, boynu gərəndir, Qamətdə uca, əqldə alçaq, döşü gəndir, Yüzyaşlı beli əyri, özü piri-gühəndir. Gamuş nəfəs, gav qədəm, fil bədəndir, Əfali fitən, kari hiyəl, hərfi çərəndir, Rəftarı acı, söhbəti duzsuz, hədərəndir, Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir, Ağzına qapaq xəlqin, ayağına rəsəndir, Yanında iki kəlmə danışmaq qədəğəndir, Hatifl! Bunu bildir mənə, hansı kəsəyəndir? * * * Uşaqlar Uşaqlar istərsə seyri-gülüstan, Nə lazım onlara bağ ilə bostan. Çiçəklik bu dəbistandır, dəbistan! Dəbistan bağında girsin, gül olsun, Özü gül, nəğməsində bülbül olsun. Bu nüzhətgahə gəlsinlər uşaqlar, Tamaşasını görsünlər uşaqlar. Qərənfil, lalə dərsinlər uşaqlar, Alıb ədəb, hübbül-bəşərdən uşaqlar, Məhəbbətli çocuqlar həpsi birdən. Edib gülzari-elmü fənnə pərvaz, Oxu, yazı, ədəb etsinlər ağaz. Oxusunlar həmahəng, həmavaz, Ötüb bülbül misali yerbəyərdən, Məhəbbətli çocuqlar həpsi birdən. Bu gülşəndə bitən sünbül pozulmaz, Bənövşə, yasəmən, güllər də solmaz. Bu gülzarə bərabər gülşən olmaz. Gülitər dərməyə gəlsin səhərdən Məhəbbətli çocuqlar həpsi birdən. Uşaqlar ta yetib həddi-kəmalə, Ala ürfanı ağuşi-vüsalə. Qonub bülbül kimi bir incə dalə, Təğənni eyləyə elmü hünərdən Məhəbbətli çocuqlar həpsi birdən. * * * Yat! Axşam namazını tələsik qıl, yubamna, yat Sol böyriin üstünə uzanıb, qurdalanma, yat! Çoxdur məşəqqətigözü açıqlığın, inan, Açsan gözünii, qəm görəcəksən, oyanma, yat! Yatmaqdadır səadəti-dünya və axirət, Durma ayağa, baxma cahanə, usanma, yat! Üstündən özgələr irəli keçsin, atlayıb, Qoy tapdasınlar, olma miikəddər, utanma, yat! * * * Çalışqan Cəmal On iki yaş bir çocuq, Bənzi qaçıq, rəng uçuq. İncə bacaq, qol, fikar, Sanki üfürsən uçar, Gözlərinin yox fəri, Bircə sümük, bir dəri. Örtünüb az cındıra, Ağ yüzü bənzər qara. Yırtıq ayaqqabları, Örtür ayağın yarı. Hər baxışı biqərar, Bir şey üçün intizar. Halı yaxır insanı. Sağ umuzunda palan, Harda görür bir dükan, Ya ki xrid eyləyən, – Ay gədə, hambal, – deyən Tez yönəlir ol yana, Göz gələrək cövlana, “Ver götürüm, ay ağa, Baxma zəifəm bana. Hər neçə versən də ver, Harda sizin küçədir”. Fəsli-yay idi həman, Söylənir idi əzan. Sısqa, çalışan Cəmal, Arxada bir zor çuval, Şeylər ilə dopdolu, Çox da uzaqdı yolu. Qolda iri zənbili, Qapqara yanmış dili. Yük götürübdü böyük. Baş əyilib, bel bükük. Bərkiməmişdən bədən, Bərk işə girmiş həmən. Evdə qocalmış ana, Çıxmaz idi bir yana. Oğluna tikmiş gözün... Körpə edir sərf əmək, Muzduna alsın yemək, Həm anasın bəsləsin, Həm özü içsin, yesin. Atladı bir qaç yoxuş, Mənzilə çatmaqda tuş. Ancaq o boş bir xəyal, Məqsədə irmək məhal. İsti idi çox həva, Hər dilək olmaz rəva. Batmış idi qan-tərə, Büdrədi bir qaç kərə. Düşmüş idi qüvvədən, Ac qarın, xəstə tən. Çəkdi bir atəşli ah, Etdi həzin bir nigah. Söylədi bir yol –“Ana! Bir də qovuşmam sana”. Get-gedə incəldi səs, Durdu azaldı nəfəs. Döndü kiçik surəti, Bitdi böyük qeyrəti. Aldı qərarın ətəş, Düşdü yerə, etdi qəş. Toxtadı şey sahibi, Oldu onun xaibi. Dürtmələdi, səslədi, Qalx çocuğum, qalx dedi! Bir qədər uğraşdı o, Sonra baxıb şaşdı o. Oldu əlacı hədər, Artdı üzündə kədər. Çünki o olmuşdu fövt, Canını almışdı mövt. Etmiş idi gün qürub, Örtülü idi üyub. Cümlədi qaraldı sular, Gəldi bütün yolçular. Şəhər kənarında bir Külbə var idi həqir. Onda qoca bir qarı, Örtməyə yox paltarı. Pürxəlacan, iztirab, Sinədə, nə dizdə tab. Açmış iki lüt qolun, Oğlunun gözlər yolun. Hər ötəndən sorar, Bəklər idi biqərar. Yoxdu fəqət ehtimal, Gəlməyəcəkdi Camal. * * * Kitabxana.az · https://kitabxana.az/authors/nezmi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1946). Public domain (author died 1946). Original text only.