Mirzə Ələsgər Növrəs. Əsərləri Mirzə Ələsgər Növrəs (1839–1912) == Qəzəllər == Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə, Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə. Yenə ey şuxi-nuşinləb, xəyali-tari-zülfündən, Əcəb olmuş pərişan haləti-sünbül cəmənlərdə. Acılmaz həşrədək, ey qoncələb, yüz min bahar olsa, Görübdür xəndeyi-pünhanini növgül cəmənlərdə. Vüsalə həsrət oldum, mübtəlayi-hicrdir könlüm, Tutam aranı sənsiz, ey gulum, müşkül cəmənlərdə. Fəğanu naleyi-dil munisimizdir, bir tərəhhum qıl, Deyil tənha, əzizim, Növrəsi-bidil cəmənlərdə. * * * Gəl, ey dili-bimarimə olan təbib, ölürəm Gel, ey dili-bimarimə olan təbib, ölürəm, Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm. Cəmalın ayinəsin dutgilən nəfəs sari, Ki, gör nə növ ilə hicrində bişəkib, ölürəm. Xəyali-zulfin ilə cismin-natəvan əriyib, Məriz edibdi məni ceşmi-dilfirib, ölürəm. Bərabərimdə bu halimə bir qiyam eylə, Ki, ruzi-məhşər ola bəlkə ənqərib, ölürəm. Nə qəmkusar, nə yar, nə bir vəfalı nigar, Nə bir ənis, nə munis, nə bir həbib, ölürəm. Bu Növrəsin rəhi-eşqində bilmədin qədrin, Get, indi zovqi-səfa eyləsin rəqib, ölürəm. * * * Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm, Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm, Neçə müddətdi könül bəzmi-səfa təşnəsidir, Zindədil hal bilən əhli-vəfa mürdəsiyəm. Şəhr əhli neçəsi eylədi çox zülm mənə, Qeybətu töhmətin axır belə pəjmurdəsiyəm. Hər dənizadə mənim ustumə qalxızdı ayaq, Deməsəm bir soz ona bəs ki, həya pərdəsiyəm. Növrəsa, rövnəqi-əyyami-cavanlıq getdi, Zövq əhli deyiləm, pirilik əfsurdəsiyəm. * * * Könlüm elə pünhandır, keysulər arasında Könlüm elə pünhandır, keysulər arasında, Şanə gəzibən tapmaz yüz mulər arasında. İstər ki, çəkə Mani tərhini qaşın bilməz, Peyvəstə kəşakəşdir əbrulər arasında. Məstanə xumar gözlər hərdəm mənə al eylər, Qaldım nə yaman yerdə cadulər arasında. Bimar gözüm, cana salmış məni bir halə, Səhrayə düşüb gəzdim bədgulər arasında. Ta mən ki, cüda düşdüm ol yar vüsalindən, Varmı görəsən söhbət bədgulər arasında? Əğyarə vəfa etmək, üşşaqə cəfa, növrəs, Bilməm bu nə adətdir məhrulər arasında. * * * Məni-bimarə müddətdir olub yaği qara gözlər Məni-bimarə müddətdir olub yaği qara gözlər, Könüldə tari-mujganın qalıb baqi, qara gözlər. Töküb peyvəstə qanım mərdumu, dunyayə faş olmuş, Olubdur ogri qaşının qan ortaği, qara gözlər. Dəgil eymən xətasından nəzər ərbabı, ondandır, Olub məkri-fusuni-hiylə yığnağı qara gözlər. Əzizim, məhvəşim, şuxim, nigarım, bəs nədir bais, Qara gundə qoyubdur əhli-uşşaqi qara gözlər?! Nə curm etmiş, nəzərdən saldın axır rüzgar icrə, Dəmadəm Növrəsi-məhzuni-muştaqi, qara gözlər. * * * == «El şairləri»ndən == Dilbər Ey yüzü gül, ləbi qönçə Siyah zülfü rəsən dilbər Hurimisən, pərimisən Mələkmisən, nəsən dilbər Süd tək hər yana axuban Canım odlara yaxuban Rəqib sözünə baxuban İltifatın kəsən dilbər Qaşların yayı qurma Kirpik oxun cana vurma Gəl yarı ey zülfü burma Aşiqindən küsən dilbər Nurs dir qıyma canıma Rəhm ilə gəl əfğanıma Barışalım gəl yanıma Nə mən dinəm nə sən dilbər * * * Mən oldum Çərxin yaman gərdişindən Əcəb sərgərdan mən oldum Məcnun tək səhraya düşdüm Rüsvayi-dövran mən oldum Qəm sipahi dəstə-dəstə Hücum eylər mən şikəstə Qalmışam biçarə xəstə Dərdi-bidərman mən oldum Şam-səhər işim nalə Nagafil gəldim zəvalə Fələk salub bu əhvalə Didəsi giryan mən oldum Pərvanə tək şəmə yandım Şirin canımdan usandım Leylisiz Məcnuna döndüm Dillərdə dastan mən oldum Nursam həsrətim yara Qönçə tək düşdüm kənara Yarı tapşırdım əğyara Bu dərdə pasiban mən oldum * * * == Təxmislər == Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya, Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza. Aşiqəm yuz min bəlayə "əlbəla-ul-livəla", "Qəd ənarəl-eşqə lil uşşaqi-minhacəl huda, Saliki-rahi həqiqət eşqə eylər iqtida". Fükri-zikrim dəmbədəm hərfu kəlami-eşqdir, Eyləyən sərxoş məni hər dəmdə cami-eşqdir, Aşiqi-sadiq cahan icrə imami-eşqdir, "Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir Kim, muşəxxəs olmaz ol vadidə sultandan gəda". Sərxoşam cami-məhəbbətdən, ayə, qovmi-zəlam, Badeyi-eşq aşiqə huşyarlıq eylər həram, Şövqu zövqu eşqi-canan aşiqə olmuş həram, "Eşqdir ol nəşəyi-kamil kim, ondandır mudam, Meydə təşviqi-hərarət, neydə təsiri-səda" Ey deyən hər dəm mənə, sidqi-iradət tərkin et, Eşqə, gəl qoyma qədəm, rahi-səlamət tərkin et, Hər iki dunyadə sən rahi-səadət tərkin et, "Ey ki, əhli-eşqə soylərsən: məlamət tərkin et, Sğylə kim, mümkünmüdür toğyiri-təqdiri-xuda?" Mərhəba kuyi-məhəbbətdə sucudi-aşiqə, Qıl nəzər ruzi-qiyamətdə numudi-aşiqə, Tənə qılma, baş verib cananə cudi-aşiqə, "Eşq kilki cəkdi xət hərfi-vucudi-aşiqə Kim, ola, sabit həqq isbatında nəfyi-maəda". Əlqərəz, mehru vəfadır xəstə dilər mərhəmi, Mən kənar etməm qədəm rahi-məhəbbətdən dəmi, Olmuşam mən sakinani-kuyi-eşqin həmdəmi, "Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmi Aşiqi məşuqdan, məşuqi aşiqdən cuda". Ey könül, rəncu ənasir zövq buldun eşqdən, Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən, Fəxr qıl, Novrəs, bəhasız zövq buldun eşqdən, "Ey Fuzuli, intəhasız zövq buldun eşqdən, Böylədir hər iş ki, həqq adilə qılsan ibtida". * * * Kitabxana.az · https://kitabxana.az/authors/novres İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.