Mirzə Məhəmməd Tağı Qumri. Əsərləri Mirzə Məhəmməd Tağı Qumri (1819–1891) == Qəzəllər == Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi. Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi. Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu, Yəqin abai-ülvi iltifatından əyan keçdi. Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət, Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi. Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani, Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi. Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış, Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi. Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey, Qətari-köç yükləndi sərasər, karivan keçdi. Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman, Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi. Rəcul səyyadi müstəhzər durubdur can sorağında, O vaxt agah olursan kim, çıxıb əldən inan keçdi. Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə, Görürsən bir zaman əldən behişti-cavidan keçdi. Gedər dünyayi-fani, axirət əmrində qıl çarə, Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi. Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan, Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi. * * * Cana, məhəbbət aləmi pürinqilab olur Cana, məhəbbət aləmi pürinqilab olur, Əhli-məhəbbətin işi daim əzab olur. Aramü taqəti kesilir əhli-nəşənin, Bisəbrü bitəhəmmülü büxürdü xab olur. Əncüm sayar sabaha kimi aşiqin gözü, Hicranda hər gecə ona yövmül-hesab olur. Bir tarmuy ilən dağıdır can binasını, Ol kakilin ki riştəsi pürpiçü tab olur. Əhli-günahə nari-cəhənnəm verir əzab, Üşşaqı dilkəbab eləyən ləli-nab olur. Ruxsari-mahtələtə baxmaq deyil rəva, Çox baxsa aftabə əgər göz, xərab olur. Abi-həyat tək görünür vəsli-məhvəşan, Təhqiqi-nəfsül-əmrdə baxsan sərab olur. Vermə könül o taifeyi-bədməzacə kim, Kirdari nazü kəlmeyi-nitqi itab olur. Bir nuş versə qəlbüvə yüz nişi-qəmə urar, Cövrü cəfası aşiqinə bihesab olur. Yoxdu kitabi-məzhəbi kafir gözəllərin, Kafir bulardan əsldə əhli-kitab olur. Aldanma hüsni-surətə, bu xudfüruşlər Surətdə bülbül olsa da, batin qürab olur. Zahirdə Müştəridir, əgər batinən Zühəl, Axır Zühəldən aləm ara ictinab olur. Bu növdür vəfalarının istiqaməti, Guya ki, filməsəl, su üzündə hübab olur. Qətən əqidəsində bu zalimlərin yəqin Aşiqlərə cəfa eləmək çox savab olur. Qumri, bu qövlə mötərif ol, qılma etiraz, Bəsdir dəxi, nə qədər sualü cavab olur?! * * * Çıxmaz başımdan eşq ilə sevdası dilbərin Çıxmaz başımdan eşq ilə sevdası dilbərin, Könlümdə var həmişə təmmənnası dilbərin, Nuş etmişəm şərabi-məhəbbət ələstdə, Getməz ölüncə nəşeyi-səhbasi dilbərin. Vaiz, məlamət etmə məni, həq mənimlədir, Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin. Cənnətdə hər nə vardı, sənin, qoy mənim ola Bir kəlmə söhbəti-fərəhəfzası dilbərin. Yox özgə məşqi vəsli-raxi-yardən səva, Qumri olubdur aşiqi-şeydası dilbərin. * * * Ey dil, vəfası yoxdu dilara gözəllərin Ey dil, vəfası yoxdu dilara gözəllərin, Cövrü cəfası çoxdu bu rəna gözəllərin. Yüz nazü qəmzə ilə can almaqdır adəti, Ahu baxışlı gözləri şəhla gözəllərin. Hər tarı bir kəmənd kimi xəlqi bənd edər, Dami-bəlayə zülfi mütərra gözəllərin. Tavus tək bəzər özünü, xəlqi aldadar, Çün fikrü zikri məkrdi qəta gözəllərin. Bir dəfə güldürər səni, min dəfə ağladar, Şənində gəlməyibdi təvəlla gözəllərin. Çox imtahan elibdi kəma-keyf haqqına, Arifdi çünki, Qumriyi-şeyda gözəllərin. * * * Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı? Bel bağlama cəhanə, vəfayi-cəhan hanı? Hər qərinə dolar, boşalar, karivan keçər, Bu karvansərayə gelən karivan ham? Beş gün qalıb tamam dili-azürdə getdilər, Bir baxgilən o qafilədən bir nişan hanı? Çox gülşəni xərab elədi ruzigardə, Bülbül hanı, o güllər ham, gülüstan hanı? Çox serv baş çəkib fələke baği-ömrdə, Olbaği-ömr noldu, o sərvi-rəvan hanı? Çox nazəninləri fələk ağuşə yar edib, Torpaq içinda onlan yadə salan hanı? Hiç. qoymayıbdı bir daşı daş üstə bu fələk, Viran olmayan de göriim xaniman hanı? Çox evləri dağıtdı bu dövrani-ruzigar, Ali bəa kimi qapısı bağlanan hanı? Çox toylan cehani-fələk yasə döndərib, Qasım tək əllərinə yaxan həna qan hanı? Çox no ərusi çərx eləyibdi qara duvaq, Əmma dimağı qan ile əlvan olan hanı? Damadlər zəmanədə çox namurad olub, Əzası xəncər ile susuz doğranan hanı? Damadi-Kərbəla tek əli dəyməyib ələ, Çöllerdə üç gecə nəşi üryan qalan hanı? Ali Əli müsibətini nəzmə çəkməye Hiç zinəfesdə taqəti-şərhi-bəyan hanı? Ta heşr olunca hər eşidən naləsin deyər, Bəzmi-əzada Qumriyi-şirin zəban hanı? * * * Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin, Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?! Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin, Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?! Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami, Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?! Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq Və lakin müşkül işdir ləzzəti-didardən keçsin. Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən, Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin. Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş, Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin. Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan, Məgər candan keçib ol türreyi-tərrardən keçsin?! * * * Eşitcək bu sözü təbim həzan dilkəbab oldu Eşitcək bu sözü təbim həzan dilkəbab oldu, Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu: Məgər divanədir üşşaq eşqi-yardən keçsin, Həvayi-vəslü sövdayi-rüxi-dildardan keçsin? Rəvadır təşneyi-məhəbbət meyden əl çəksin! Qoyub zövqü səfanı badeyi-gülnardan keçsin?! Olanda fesli-gül, tər qönçenin arayiş əyyamı, Qoyarmı eşq şeyda bülbülü gülzardan keçsin? Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq, Və lakin müşkül işdir ləzzeti-didardən keçsin. Olar keçmək Bədəxşan ləlinin alafi-əlfindən, Çetindir aşiqə Iəli-ləbi-dildardan keçsin. Olub Qumridən ötrii rişteyi-can geysuyi-canan, Məgər candan keçib, ol türreyi-tərrardən keçsin?! * * * == Qəsidələr == Məhbubumun mənimlə məhəbbət binası var Məhbubumun mənimlə məhəbbət binası var, Məlum olur şəfəqqətü mehrü vəfası var. Məşuqdən gərək yetişə aşiqə bəla, Aşiq deyil o kəs ki, bəladən hərası var. Hər nə bəla gələ, edərəm canıma qəbul. Əlbəttə, bu bəlalarımın müddəası var. Canan yolunda hər yara bir güldü aşiqə Gülzari-sinəsin nə əcaib səfası var. Dörd min yarə dəyib, yenə azdı sinəmə, Min dəfə can ilə çəkərəm, hər cəfası var. Qıl bircə qətlga tamaşası, Cəbrail, Bax gör Hüseyn təşnələbin nə əsası var? Qurbangaha Xəlil aparıb bir fəda əgər, Amma Hüseynə bax, necə yetmiş fədası var. Abbasi-namidarımı qurban kəsibdilər, Qolsuz düşüb, qana boyanmış libası var. Toy tutmuşam bu dəştdə şahzadə Qasıma, Yaxmış əlinə qan ilə əlvan hənası var. Səd parə doğranıbdı Əli Əkbərim susuz, Torpaqlar üstə nəşi düşüb, çox yarası var. Mən qoy yanım bu gün qabağında kabab tək, Sal Əkbər üstə sayə, oğulsuz anası var. Bilməm səbəb nədir məni gözdən salıb anam, Meydana Zeynəbim gələ bilməz, həyası var. Durma, özüvü yetir Nəcəfə, söylə, ya Əli, Oğlun Hüseyn ölür, sənə çox-çox duası var. Gəl Kərbəlayə başını al bir diz üstünə, Görsünlər əhli-Kufə Əli tək atası var. Qəm gülşənində Qumriyi-gülzari-xəstənin, Fəryadı-"va Hüseyn" ilə şuri-nəvası var. * * * Üşşaqə məşq, eşqdə tumari-Kərbəla Üşşaqə məşq, eşqdə tumari-Kərbəla, Əhli-məzaqə gərmdi bazari-Kərbəla, Çox zövq ilən səfası, əcəb xoş həvası var, Güllər açıb bahardə gülzari-Kərbəla. İbrətlə hər kim etsə tamaşa yəqin görər, Qılmış əhatə aləmi ənvari-Kərbəla. Hər gülsitanda nəğmeyi-bülbül səbahü şam, Bica əbəs deyil çəkilir cari-Kərbəla. Çeşmi-bəsirət açsa, nümayandı hər kəsə, Amadədir o dəştdə asari-Kərbəla. Nəhri-Fəratın üstə olub qolları qələm, Əbbas, namidari-ələmdari-Kərbəla. Naz ilə qətlgahda yatıb Əkbəri-cəvan, Cismində zəxmi-xəncəri-xunxari-Kərbəla. Damad otağı hicleyi əlvani-növ ərus, Olmuş əcəb səfayi-çəmənzari-Kərbəla. Hülqində Əsğərin yenə qanı kəsilməyib, Çıxmış səmayə ahü şərərbari-Kərbəla. Həsrətilə imdi də baxıri toy otağına, Nakam ölən o Qasımi-sərdari-Kərbəla. Yetmiş səhabə peykəri qan, cismi zəxmdar, Gözəllə təşnələb rəhi-zəvvari-Kərbəla. Başında qırx nəfər qolu bağı əsirlər Ağlar başında möcüzi-gülnari-Kərbəla. Qumri kimi fəğanə gəlib, ya Hüseyn deyər, Guya o çöldə Abidi-bimari-Kərbəla. * * * == Növhələr == Salma gözdən bu zaman, ey şəhi-əbrar məni Salma gözdən bu zaman, ey şəhi-əbrar məni, Qılma ənduhü qəmü dərdə giriftar məni, Eyləyib çərxi-fələk didəsi xünbar məni, Xəstəvü xuncigərü bikəsü biyar məni. Nari-hicrana yanan sinəyi-suzanıma bax, Əşki-xunin tökülən dideyi-giryanıma bax, Möhnətü dərdü ələmdən üzülən canıma bax, Qoyma firqətdə bu növ ilə giriftar məni. Al sınıq könlümü, ey yari-şəhi-mülki-Hicaz, Yandırır qəlbimi, vallahi bu suz ilə güdaz, Nə anam var, nə bacım var eləyim onlara naz, Oldürər axın bu möhnətü ahzar məni. Rəməqim şiddət edəndə kim edər dərmanı, Kim qılar nalə açib türreyi-müşkəfşanı, Əgər ölsəm, məni-zarə kim oxur Quranı, Bir kəsim yoxdu, dəxi etməgilən xar məni. Yoxdu bir kimsə ola kim, məni-biyarə pənah, Həmdəmim guşeyi-qəmxanədə var şöleyi-ah, Haçanacan eyləyim yollara həsrətlə nigah, Vətənimdə elədin həsrəti-didar məni. Bir Əli Əkbər idi dərdimə dərmanü təbib, Qaldı canım bu vilayatdə diləfgarü qərib, Qorxuram həsrət öləm, olmaya didarı nəsib, Salmaya yadına axır o vəfadar məni. Rəhm qıl halıma, ey şiələrin mövlası, Canımı aldı qəmü dərdü ələm sevdası, Qoy yanımda Əli Əkbər ilən Abbası, Vergilən can ilə onlara pərəsdar məni. Gər qəbul eyləyəsən ərzimi, ey ərşü fəraş, Razı olma yana əhvalıma bəm dağ ilə daş, Gəl məni də aparıb qızlaruva qoy qaravaş, Arayıb qoyma özündən belə biyar məni. Canımı mərdüməki-dideyi-xunab edərəm, Göz yaşımla o biyabanları sirab edərəm, Razıyam, hər nə cəfa eyləsələr tab edərəm, Çəksə zəncirə əgər Şümri-sitəmkar məni. Bu fəna dəhrdə çün bikəsü biyarəm mən, Dərdimə yoxdu dəva, aləmara xarəm mən, Bir pərü balı sınan Qumriyi-gülzarəm mən, Görməyin möhnətü hicranə sərdar məni. * * * == Mərsiyə == Mahi-məhərrəm oldu yenə göylər ağladı Mahi-məhərrəm oldu yenə göylər ağladı, Düşdü cahäne qülqülə aləmlər ağladı. Gəldi mehi-müsibetü eyyami-təziyə, Bu matəmezayə görün kimler ağladı. Şahi-rüsül, əmiri-ərəb, xətmi-ənbiya, Əmmaməsin alıb ələ peyğəmbər ağladı. Döndü xəzanə gülşəni Zəhrayi-əthərin, Dəşti-Nəcəfdə sərvəri-din Heydər ağladı. Qətli-Hüseynə eylədi iqdam Şümri-dun, Amma əlində rəhmə gəlib xəncər ağladı. Başın alıb diz üstə kəfensiz verəndə can, Xeyrənnisə başında qara möcər ağladı. öəli-cəfa ilə qolu bağlandı Zeynəbin, Gördü bu halı şurə gəlib ləşkər ağladı. Çəkdi Səkinə ahi-cigər suzi-sinədən, Meydan içində nəşi-Əli Əkbər ağladı. Oldu ərus ləşkəri-küffarə dəstgir, Torpaqlar üstə Qasimi-gülpeykər ağladı. Gülsum olanda zillətilə nəqayə süvar, Əbbasi-namdar vəfapərvər ağladı. Qumri, bu qisseyi-ələməfzanı qıl tamam, Əldə qələm şərarə tutub, dəftər ağladı. * * * Kitabxana.az · https://kitabxana.az/authors/qumri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.