Aşıq Qurbani. Əsərləri Aşıq Qurbani (1477–1550) == Qoşmalar == Açılmış Pərimin bağmda seyran eylədim, Sanasan bağçada güllər açılmış. Çıxardım könüldən dərdi, qubarı, Xoş göftarlı şirin dillər açılmış. Sifətdə Züleyxa - yarı Yusifin, Xubların xubusan eylərəm vəsfin, Boyu uzun, beli incə məhbubun, Buxağmda gözəl xallar açılmış. Hasil oldu Qurbaninin diləyi, Tanımaram nə sultanı, nə bəyi, Mirvari qolbağı, bəyaz biləyi, Dal gərdəndə siyah tellər açılmış. * * * Almağa gəlmişəm Ellər köçdü yaylasına, dayandı, Sizin dağdan qar almağa gəlmişəm. Könül quşu dövr eyləyir bu dağda, Zənbur mənəm, bar almağa gəlmişəm. Sevgilimin qaşı Kəbə küncüdü, Mən öləndə kimlər ona yöncüdü? Ağız süddü, diş dürr, dahan incidi, Sərraf mənəm, zər almağa gəlmişəm. Başına döndüyüm, şahlarm şahı, Səni gördü gözüm, çəkmərəm ahı, Qurbani der: budu sözün kütahı, Müxtəsəri, yar almağa gəlmişəm. * * * Alma Üç ay yay dolanıb payız olanda, Məst olub sığışmır budağa alma. Lalədən, qönçədən artıq deyilsən, Versənə nəfsinə qadağa, alma! Səni yaradıbdı Cəlilü Cabbar, Hüsnün kitabının adı kirdigar, Özü xırdacana, dənəsi gülnar, Narnan düzüləydin otağa, alma! Sən ha Qurbaninin canın üzərsən, Qaş oynadıb, gözlərini süzərsən, Adətindi, əldən-ələ gəzərsən, Yoxdu sana qoruq-qadağa, alma! * * * Ay oğlan Şirin yuxusuna qurban olduğum, Gözlərin aç, mehribanım, ay oğlan! Bu həsrət gözlərim baxsın gözünə, Təzələnsin din-imanım, ay oğlan! Kənardan baxmaqla doya bilmirəm, Üzüm üzün üstə qoya bilmirəm, Xuban yanımdadı, deyə bilmirəm, Aç gözünü, çıxdı canım, ay oğlan! Artırma könlümün dərdü-sərini, Yaxşı var, yaman var, bunda görünü. Başına dolandır məzlum Pərini, Aç gözünü, yox tavanım, ay oğlan! * * * Ayrı Səhər bülbülləri nə fəğan eylər, Düşərsə güzarı çəməndən ayrı. Səhər-səhər qönçəsindən ayrılan, Şəqayiqlər1 gülməz səməndən ayrı. Yanında dayanan yoldaşların var, Sirrini saxlayan sirdaşların var, Sənin elin, günün, qardaşlarm var, Mənim kimsəm yoxdu, yar, səndən ayrı. Dedim, pəri, nə elərsən mehpara, Mənim həsrət gözüm heç uymaz xara, Bir qətrə yaş tökdün, bir də dübara, Əqiqdən, yaqutdan, yəməndən ayrı. Qurbani der: məgər axır zamandı? Sevgi sevgisindən ayrı yamandı, Bağrım dəlik-dəlik, sinəm peykandı, Mənim üzüm gülməz vətəndən ayrı. * * * Bağlasın Yaralandım ürəyimin başmdan, Yara deynən yaralarım bağlasın! Oxlanmışam kirpiyindən, qaşından, Mən ölürəm, onu Allah saxlasm! Naşı təbib dərdə dərman etmədi, Canan gəlib göz önündən ötmədi, Həsrət öldüm, əlim yara yetmədi, Vəzir də mənim tək kamm almasm! Qurbaninin dərdi həddən ziyada, Çağırsam ağamı, yetişər dada, Desələr necoldu, o binəva da: Mən al geydim, o qaralar bağlasm! * * * Bənövşəni Başına döndüyüm ay qəşəng pəri, Adətdi, dərərlər yaz bənövşəni. Ağ nazik əlinlə dər, dəstə bağla, Tər buxaq altında düz bənövşəni. Tanrı səni xoş camala yetirmiş, Səni görən aşiq ağlın itirmiş, Mələklərmi dərmiş, göydən gətirmiş? Heyif ki, dəriblər az bənövşəni. Başına döndüyüm, bağa gəl, bağa, O gözəl hüsnündən bağa nur yağa. Dəstə-dəstə dərib taxar buxağa, Bənövşə qız iylər, qız bənövşəni. Səhər olcaq şeyda bülbül oxuşdu, Hökm olundu, süleymanlar yerişdi, Sərt qış gəldi, gülün vaxtı sovuşdu, Daha iyləmirik biz bənövşəni. Qurbani der: Könlüm bundan sayrıdı, Nə etmişəm yarım məndən ayrıdı?! Ayrılıqmı çəkib boynu əyridi?! Heç yerdə görmədim düz bənövşəni. * * * Bəhanədi bu Dedim: Dilbər, getmə, bir də danışaq, Dedi: Sözüm yoxdu, bəhanədi bu! Dedim: Bir nəzər qıl aşıq halma Dedi: Əcəb dəli-divanədi bu! Dedim: Ey vay, halım yaman olubdu, Dedi: Qəmdən belin kaman olubdu, Dedim: Vallah, sinəm meydan olubdu, Dedi: Mən bilmənəm, xəzanədi bu! Dedim: Qoy gözümə qıvrım tellərin, Dedi: Lazım deyil, vəhşi güllərin, Dedim: Sən bizimsən, biz də ellərin, Dedi: Aldanmaym, biganədi bu! Dedim: Sənə aşiq olan can budu, Dedi: Sənin eşqin axar bu sudu, Dedim: Cavan ömrüm çürüyüb budu, Dedi: Əbəs sözdü, əfsanədi bu! Dedim: Qurbaniyəm yarın adma, Dedi: Elə sənsən düşən yadına, Dedim: Mən ha yandım eşqin oduna, Dedi: Şama yanan pərvanədi bu! * * * Bilmədinmi sən Şəbnişin eyləyib yola düşmüşəm, Yar, mənim gəldiyim bilmədinmi sən? Dərdini çəkməkdən dəli olmuşam, Yar, mənim gəldiyim bilmədinmi sən? Mən qurbanam sənin kimi canana, Olmuşam dərdindən dəli-divana, Dağılsm otağım, ev ilə xana, Yar, mənim gəldiyim bilmədinmi sən? Qurbani deyir ki: sonasan, sona, Bir zaman görməsəm yanaram, yana, Qarabaş göndərdim əhdə, peymana, Yar, mənim gəldiyim bilmədinmi sən? * * * Bir də yaz Gecə-gündüz bulud keçər havalar, Belə getməz, əlbət gəli bir də yaz... Oxuyur bülbüllər muğam, havalar, Sızıldaşır yaram, aman bir də yaz! Bulud olan qalxar havada gəzər, Aşiq olan yarın bağrmı əzər, Qəvvəs2 olan girər dərində gəzər, Bir dərin var, bir dərgə var, bir dayaz! Qurbani güldəstə bağlar oxuna, Sinəm buta, yarım müjgan oxuna, Bir namə yaz hər divanda oxuna, Görən deyə, var əllərin, bir də yaz. * * * Bu Dedim: dilbər, getmə bir dəm danışaq, Dedi: sözün yoxdur, bəhanədir bu! Dedim: bir nəzər qıl aşiq halına, Dedi: əcəb dəli, divanədir bu. Dedim: ey vay, halım yaman olubdur, Dedi: qəmdən belim kaman olubdur, Dedim: vallah sənə meydan olubdur, Dedi: mən bilmənəm xəzanədir bu! Dedim: qoy gözümə qıvrım tellərin, Dedi: lazım deyil vəhşi güllərin, Dedim: sən bizimsən, biz də ellərin, Dedi: çəkin burdan, biganədir bu! Dedim: sənə aşıq olan can budur, Dedi: sənin eşqin axar bir sudur, Dedim: cavan ömrüm çürüyüb gedir, Dedi: əbəs sözdür, əfsanədir bu! Dedim: mən Qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına, Dedim: mən ha yandım eşqin oduna, Dedi: şəmə yanan pərvanədir bu! * * * Bu işə Qadir Allah, səndən budu diləyim, Pənahdarım, imdad eylə bu işə! Səndən başqa yoxdur mənim köməyim, Aman Allah, imdad eylə bu işə! Bismillah elədim, girdim meydana, Ümidim bağladım Şahi-mərdana, Məcnun kimi məni qoyma divana, Aman Allah, imdad eylə bu işə! Qurbani der: əslim qaradağlıdı, Yar üzündən ürək düyün-dağlıdı, Zülm eləyən vəzir, namərd oğludu, Aman Allah, imdad eylə bu işə! * * * Bu qızın Ləblər mirvaridi, incidi dəndan, Al yanağı əlvan lala bu qızın. Gözüm düşcək könlüm pərvaz eyləyər, Zənəxdanda qoşa xala bu qızın. Əlinə götürüb bir dolu badə, Nola məni yetirəydi muradə, Yolunda qoymuşam bədəndən cadə, Gəlmir payəndazı yola bu qızın. Mənim sevdiyimin bir ismi Nigar, Canım fərağında, gözüm intizar. Dirili Qurbani aləm-aşikar İstəyir kuyində qala bu qızın. * * * Çəkibdi Xorasanda qızıl günbəz ağası! Gözüm sənin intizarın çəkibdi. Haq buyurdu, həbib getdi meraca, Ona peşkəş ol Quranı çəkibdi. Haq buyurdu Şiri-əzəm Heydərə, Şəhadət barmağın saldı Xeybərə, Şəmameynən getdi ol Şəhrizərə, Ağam orda boran, qarı çəkibdi. Xoş o kimsəyə ki, yata yuxuda Cəbrail üstünə gətirə nida. Ağam Şahi-Mərdan özü davada Kafər üstə zülfüqarı çəkibdi. Yoxdu bu dünyada belə namidar, Qurbaninin canı yolunda nisar, Ağam Şahi-Mərdan Düldülə süvar, Səməndinə qəm cidarı çəkibdi. * * * Candan eylədi Pəncərədən hayıl-mayıl baxan yar, Baxan dilbər məni candan eylədi. Xun ciyərim eşq oduna yaxan yar, Yaxan dilbər məni candan eylədi. Neynirəm şəkəri, yemirəm qəndi, Ləblərin ver əmim, ürəyim yandı. Yel atdı rübəndi, sinən göründü, Sinən, dilbər, məni candan eylədi. Qorxum yoxdu sultanından, xanından, At oxların peykan olsun canandan. Tifil Qurbaninin axan qanından, – Axan qanlar məni candan eylədi. * * * Canım hey Köç-köç oldu, köçdü ellər, obalar. Bayqudan viranda qalan canım hey! Çaylar coşdu, yollar işləməz oldu, Gəmisi girdabda qalan canım hey! Əzəl başdan söz ustadı gələndə, Qaşı cəllad, gözü yağı gələndə, Hərdəm gözəlimin adı gələndə, Saralıb gül kimi solan canım hey! Qurbaniyəm, fikrim gəzir asmanda, Canan harda olsa, can alar anda, Yəqub kimi qan ağlaram Kənanda, Yusif tək zindanda qalan canım hey! * * * Ellərə doğru Nə ola bir şadlıq xəbəri gələ, Yüklənə barxanam ellərə doğru. Naşı ovçu bərə bəklər, əylənər, Marallar sayrışar yollara doğru. Səhərdən yüklənər nazlımın köçü, Cənnətül məvadır qoynunun içi, Əbrişim telləri, mürəssə saçı, Hərdəm şitab elər bellərə doğru. Sevdiyimin gürcü imiş atası, Əskik olmaz qoç igidin xatası, Qaşın kaman, sinəm onun butası, Qatı yay çəkilir qollara doğru. Tağçalarda qurudular barama, Naşı təbib məlhəm eylər yarama, Dedim pərim, zülflərini darama, Könül gəştə çıxar tellərə doğru. Qurbani der: naləm yandmr daşı, Üstümə gəlməsin təbibi-naşı, Ümmana dönəndə gözümün yaşı, Axanda tökülür sellərə doğru. * * * Eylədi Bir pəri sevmişəm sizin ellərdə, Məni camalına heyran eylədi. Bunca bir gözəli bulmadı könül, Gəzdi bu cahanı seyran eylədi. Əsli şahzadədi, ismidi Pəri, Yolunda qoymuşam can ilə səri, Bir təklif eylədi, getdim içəri, Dindirdikcə könlüm xəndan eylədi. Gümüş piyaləlim, altun ayaqlım, Sürahi gərdənli, qaymaq dodaqlım, O ceyran yerişlim, ayna qabaqlım, Qurbani der: məni candan eylədi. * * * Eylədim Dost yolunda yaxa yırtdım, baş açdım, Gecə-gündüz dadü bidad eylədim. Öz əlimlə yıxdım özüm evimi, Müddəilər evin abad eylədim. Töxmi-həsrət sinəm üstə əkdirdim, Gözümün yaşıyla bəhrə yetirdim, Cəfa çəkdim, dərd xırmanı gətirdim, Onun adın töhmətabad eylədim. Dost yolunda üz qoyuban baş kəsdim, Ağlamaqdan bu didəmdən yaş kəsdim, Şirin üçün Bisitundan daş kəsdim, Münasib adımı Fərhad eylədim. Şahin, şonqar bəy oğlunun qolunda, Seyrəğıblar həm sağında solunda, Qurbani der: bir namərdin yolunda, Cavan ömrüm heyif, bərbad eylədim. * * * Əli Damanda qalmışam, yetiş dadıma, Özünü Xeybərə yetirən Əli! O dəm zülfüqarı çəkən zəbanə, Dinsizləri dinə gətirən Əli! Neçə il zülfüqar nə yerdə qaldı! Neçə min ənbiya səndən dərs aldı!.. Üzündə niqabı bir ərəb gəldi, Özü öz tabutun götürən Əli! Şiə tək eyləmə Əli, Vəliyə, (?) Şahi-vilayətə, nuri-Cəlilə, İşarət eylədi göydəki günə, Günü günortadan qaytaran Əli! Mənim pirim kövsər üstə saqıdı, Möminlərin yeri cənnət bağıdı. Qurbaninin bu gün müşkül çağıdı, Cəmi müşkülləri bitirən Əli! * * * Əsər indi Səhər-səhər bir gözələ uğradım, Ondan dəydi mənə ay əsər indi. Ağlım zail oldu, halım digərcun, Nə ki var əndamım ay əsər indi! Bahar olcaq dağlar aylalalandı, Bulud zülf üzünə ağ lalalandı, Biznən mey içənlər ay lal alandı, Tökülüb sərinə ay əsər indi! Örtübdü başına şal qəza işin, Qoymayun danlaya el qaza işin, Qurbani der: get-gör ol qəza işin, Tərlan avın almış, ayə sar indi! * * * Dəyər sənə Sallana-sallana gedən Salatın, Gəl belə sallanma, göz dəyər sənə, Al-yaşıl geyinib qarşıda durma, Yayın bəd nəzərdən, söz dəyər sənə. Getmə, getmə görüm, kimin yarısan, Hansı bəxtəvərin vəfadarısan? Kölgədə bəslənmiş quzey qarısan, Səhərin yelləri tez dəyər sənə. Qurbani der: heç kəs yarın öyməsin, Düymələ yaxanın çarpaz düyməsin, Dəstələ zülflərin, yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə. * * * Dedilər Yatmışdım, üstümə gəldi ərənlər, Oğlan, nə yatmısan, oyan dedilər. Düldülün sahibi, Qəmbər ağası, Budur, ona Şahi-Mərdan dedilər. Oyandım qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Dindirdilər, haq söylədim sözümü, Hər kəlməmə doxsan bəyan dedilər. Qurbani, batıbsan qəm dəryasına, Ovçunun məskəni dağ arxasına, Bir sığal verdilər gönül pasına, Aşiqi məşuqa qurban dedilər. * * * Dedim bəlidi ............. ............. ............. ............. Oturmuşdum Təktüklünün başında, Ocaq qırağında, pirin tuşunda, Mana badə verdilər səfər ayının beşində, Aldım nuş eylədim, dedim "bəli"di. Şair idim, şairliyimi bilmirdim, Ağlayırdım, göz yaşımı silmirdim, İndiyədək ustadımı bilmirdim, İndi bildim Şahi-Mərdan Əlidi. ............. ............. ............. ............. * * * Deyərsən 1-ci variant Şahi-xuban, mənim ərzi-halımı, Əlbət, əlbət nazlı yara deyərsən! Xəstə düşdüm, qaldım onun kuyində Üzü dönmüş sitəmkara deyərsən! Səni o, görcəyin əlbət, dindiri, Aşiq məşuqunu oda yandırı, Dərdim anbar-anbar, dərmanım Pəri, Mən qalmışam nə avara, deyərsən! Qazanmadıq bu dünyanm malını, Geyinmədik yaşılım, alını, Dirli Qurbaninin ərzi-halını, Yalvara-yalvara yara deyərsən! 2-ci variant Qasid, gedər olsan yarın yanına, Mənim ərzi-halım yara deyərsən. Əgər xəbər alsa yar əhvalımı, Könlüm şikəst, günüm qara deyərsən. Getsən, ölkəsində bir zaman yuban, Görsə, xəbər alar o şirinzəban, Sən olasan səni şahi-Xorasan, Mən qalmışam nə avara, deyərsən. Gedərsən Pərinin xaki-rahına, Könül səcdə qılır həq dərgahına, Qəsrindən çıxanda seyrəngahına Yar yanınnan vara-vara deyərsən. Aralıqdan haq götürsün xayını, Xain olan haqdan almaz payını, Tifil Qurbaninin ərzi-halını Yalvara-yalvara yara deyərsən. * * * Deyibdir Cəbinin təcəlla, cəmalın günəş, Küll şeyün halik – Allah deyibdir. İki qabe–qövsin, qürrətüleynin Bilməzəm qanıma nə susayıbdır! Cəbrayıl ki gəldi ərşi-əladan, Gəldi xəbər gətdi lövhi-ülyadan. Cəmalın şövqinə ta sürəyyadan Ay şəbxun eyləyib, gün ilğayıbdır. Sana dostum dedi rəbbülaləmin, Onun hökmündədir ərş ilən zəmin, Cəbrayıl, Mikayıl, İsrafil, Əmin, Firiştələr qulluğunda nayibdir. Cəmalın şövqindən nəzl oldu ayə, Heç aşiq düşməsin bu təmənnayə, Mələklər çıxanda ol tamaşayə, Dedilər, bu nə nur, nə əcayibdir! Vilayət yiyəsi, ey kərəm kanı, Dünyavü axirət darüləmanı, Qurbani, bəşərsən, həddini tanı, Məlaik üzünə durmaq ayıbdır! * * * Deyiləm İxtiyar sənindi, vəfalı dilbər, Mən sənin xətrinə dəyən deyiləm. Səbəb nədi məndən kənar gəzirsən? Sir sözün yadlara deyən deyiləm. Hər gecə vayğamda1 görürəm səni, Sən allah, sən tanrı, sən də gör məni, Çıxsın ilqarından dönənin canı, Mən ki ilqarımdan dönən deyiləm. Qurbani der: gülü tutasan dəstə, Dəribən verəsən vəfalı dosta, Üzümü qoysam da üzünün üstə, Öpübən dişlərəm, yeyən deyiləm. * * * Dolanım Qarı nənə, sən bir arıx dəvəsən, Qanqal gərək, xırda-xırda gəvə sən. Qız deyilsən cahıl oğlan sevəsən, Qarı nənə, imanuva dolanım! Pambıqdan da ağdı sənin ağ başın, Altmışdan artıqdır, bilginən yaşın, Qalmayıb dəhanda tək bircə dişin, Qarı nənə, dəhanuva dolanım! Qurbani der: Bu sözlərim yazılar, Tezlik ilə sənə qəbir qazılar; Mənim könlüm bir Pərini arzular, Qarı nənə, kamaluva dolanım! * * * Dördünə On altı gözəlin seyrinə varım, Gözüm düşdü gözəllərin dördünə. Altısı bəd xəsyət, dindirmək olmaz, İkisi mehriban, de, bəs dördü nə? Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abü atəş, xakü baddı, dördü nə? Qurbani sözlərin eylədi tamam, Gözümün evini alıbdı duman, Səkkiz şey insana olubdu ənam, Ağıl, mərifət, həvəs, kamal, dördü nə? * * * Dönübdü Hicran gecələri qayğı çəkməkdən, Əlif qəddim əyri yaya dönübdü. Bədəsilin eşidəntək sözlərin, Yəqin etdim, ömrüm zaya dönübdü. Dünyada qalmayıb zərrəcə hörmət, Qardaş qardaşına eylər xəyanət, Gədalar bəy olub, bəylər rəiyyət, Ağ pullar çönüb ribayə dönübdü. Uçuşur dumalar, səkir teyhular, Namərd adam qalibliyin arzular, Bulandı dəryalar, həm daşdı sular, Qaynaqsız bulaqlar çaya dönübdü. Biz də qonaq olduq qarslı Osmana, Yunis tək mat qaldıq bəhrü-ümmana, Qurbani der: dönsün belə zamana, Göydəki ulduzlar Aya dönübdü. * * * Gedirəm Nə müddətdi cəlay-vətən olmuşam, Baş götürüb Gəncə deyib gedirəm. Qəvvas kimi dəryalara dalmışam, Eşqə düşüb onca deyib gedirəm. Sevgili sevgini könülnən tuta, Sidqini bağlaya eynəlyaquta, Şahlar şahı özü veribdi buta, Baş götürüb onca deyib gedirəm. Qurbani tab etsin bu dərdə necə? Qərarım kəsilib gündüz, həm gecə, Bir gözəl sevmişəm hamıdan incə, Baş götürüb İncə deyib gedirəm. * * * Gəncə hey Könül qalxıb Bərdə sarı yeridi, Orda bir ölkə var, adı Gəncə hey!.. Gözəlləri, məhbubları, xubları, Olar batıb malü-mülkə, gencə hey!.. Geymək üçün yaşılı var, alı var, Əmmək üçün ləblərinin balı var, Xublarmm bir özgə cür halı var, Hər yetənə vurmaq olmaz pəncə hey! Qurbani der, vüsalına ermədim, Əl uzadıb qönçə gülün dərmədim, İran gəzdim, Turan gəzdim görmədim, Gözəllikdə, məhbubluqda səncə hey! * * * Gəlin Yolunu salıbsan çeşmə başından, Qorxuram gələsən nəzərə, gəlin! Əgər qəbul etsən bu şirin, canı, Verrəm qurban sən tək gözələ, gəlin! Qızılgülü dəstə tutub dərgilən, Dəribəni pünhan yerdə sərgilən, Ağ üzündən bir cüt busə vergilən, Qəribəm, könlümü təzələ, gəlin! Yazıq Qurbanini dərdli yazgilən, Hər cür cəfasma, cəbrə dözgilən, Öz əlinlə məzarını qazgilən, Qoy məzara, özün dəfn elə, gəlin! * * * Gəlmişəm Başına döndüyüm Gəncənin xanı, Mətləbimdi, pəri üçün gəlmişəm. Buyur cəlladlara töksünlər qanı, Mətləbimdi, pəri üçün gəlmişəm! Böyüklərdən əta, kiçikdən xəta, Mərd igid odu ki, dediyin tuta, Şahlar şahı mənə veribdi buta, Mətləbimdi, pəri üçün gəlmişəm! Heç çıxmadım nazlı yarın köşkünə, Bulanmadım ənbərinə, müşkünə, Tərəhhüm eylə mən qərib miskinə, Mətləbimdi, pəri üçün gəlmişəm! Qurbani der: diriliyəm, mən diri, Yolunda qoymuşam can ilə səri, Axtardığım yardı, şikarım pəri, Mətləbimdi, pəri üçün gəlmişəm! * * * Gəlmişəm Gəncə dağlarından, uzaq ellərdən, Əlbəttə ki, bir murada gəlmişəm. Eşqin sitəmindən, çərxin əlindən, Bir şahım var, ona dada gəlmişəm. Fərağat evimdə otduğum yerdə, Oxuyub elmimə çatdığım yerdə, Bir şirin yuxuda yatdığım yerdə, İçiriblər mana bada1, gəlmişəm. Bülbül idim, ayrı düşdüm gülümdən. Fələk vurdu, cida saldı elimdən, Qurbaniyəm, Qara Vəzir əlindən, Şah oğluna şikayətə gəlmişəm. * * * Gərək Mənlə bəhs eləyib, gözələm deyən, Ağ üzündə tək bir, tək bir xal gərək. O qaymaq dodağın sədəf içində, Əmmək üçün ləblərində bal gərək. Sağrı başmaq geyib, nalçası gümüş, Zər tanalı köynək, həşyəsində quş, Mirvari topuqlu, tutayı naxış, Qırx işkə qız sənə xidmətkar gərək. Naxışkar eyvandır - tamam zərnişan, Ağ üzündə qoşa xallar bir nişan, Ala yazma döşək, xalı Xorasan, Qurban, bu dövlətə bir iqbal gərək. * * * Gətiri Başma döndüyüm vəfalı dilbər, İrəngin dağlardan lala gətiri. Qaşların ləl olsa, yoxdu qiyməti, Gözlərin başma bala1 gətiri. Məclisində şirin-şirin danışı, O tərlan duruşu, qıya baxışı, O sərxoş yerişi, o sallanışı, Kafir olsa, yenə yola gətiri. Mən qurbanam ala gözün məstinə, Nə qıyıbsan şirin canın qəsdinə, Sallana-sallana gəlsən üstünə, Yazıq Qurbanini hala gətiri. * * * Gəzə-gəzə mən Altı yol gəlmişdim, bununla yeddi, Öldüm bu bağçanı gəzə-gəzə mən. Dedim, bir yar sevdim, unudub getdi, Öldüm bu bağçanı gəzə-gəzə mən! Gözüm doymaz sənin kimi canandan, Cananm itirən tez olar candan, İnanmırsan soruş şahi-xubandan, Öldüm bu bağçanı gəzə-gəzə mən! Pəri, sənə qurban dirili Qurban! Yolunda qoyubdu o baş ilə can, Bir əlində fanus1, yanında xuban, Öldüm bu bağçanı gəzə-gəzə mən! * * * Görməsin Xandı gələn, vəzirlər də yanınca, Çək pərdəni, naməhrəmlər görməsin! Kaş öləydim bu günlərə qalmca, Çək pərdəni, naməhrəmlər görməsin! Səs yayılar, sirrimizi bildirər, Dost-düşməni axır bizə güldürər, Müxənnətin sözü adam öldürər, Çək pərdəni, naməhrəmlər görməsin! Qurbani, başına yağar yağış, qar, Ah, necə vətəndən oldum dərbədər, Bu sevdaya düşən çəkər ahü-zar, Çək pərdəni, naməhrəmlər görməsin! * * * Görmüşəm Ay ata, can gedib, qalıbdı nəfəs, Bu nişanda belə yarı görmüşəm. Bunca ki gözəli tapmadı könül, Ah çəkibən intizarı görmüşəm. Gözəllikdə kimsə yoxdu təhrində, Onunçun çəkərəm yarın qəhrin də, Nə İran, nə Turan, Gəncə şəhrində Canlar alan o nigarı görmüşəm. Ay ata, sən məni etmə günahkar, Bəsdi, bunca nə elərsən ahü zar?! Qurbani der: Əldən gedib ixtiyar, Xublar şahı o sərdarı görmüşəm. * * * Göründü Xublar küçəsinə güzar eylədim, Muraz1 bağçasının barı göründü. Əl uzatdım yarın yaxasın açam, Gözümə Gürcüstan narı göründü. Camalın oxşatdım ayinən günə, Gözlərin kafəri gətirər dinə, Sinən bəyaz, dilbər, o yaylaq sinə – Gözümə Savalan qarı göründü. Qaşların qaradı, kipriyin oxdu, Gözlərin taladı, İranı yıxdı, Ay kimi parladı, gün kimi çıxdı, Tifil Qurbaninin yarı göründü. * * * Göndər Namə yazdım, yar yanına yolladım, Darçından, mixəkdən, hil mana göndər. Bahar olsa bağçanızda o güllər, Dərginən bir dəstə gül mana göndər. Yolların rəvandı, azan olmasa, Seyrağıb dağını qazan olmasa, Qələm tutub kağız yazan olmasa, Birləşib şəkərlə dil mana göndər. Qurbani də əsilliyin itirməz, Ağlamaqnan haq diləyin bitirməz, Dərdim çoxdu, nər-mayələr götürməz, Kərgədan olmasa, fil mana göndər. * * * Gül üzə Məni görcək ürbənd çəkdi gül üzə, Dara zülfün, qoy tökülsün gül üzə, Qorxum budu xoryat bağdan gül üzə, Kəsilə güllüyün mədarı, xanım! Çox işlərə o, eyləyər iradə, Fələk qoymaz mən yetişəm muradə, Seyrəqib görməsin heç gün dünyadə, Heç nəcat tapmasın əğyarı, xanım! Maral xanım naqis işlər eyləyər, Xəncər alıb ciyərimi teyləyər, Qurbani bu yarsız bağı neyləyər? Pozular ömrünün pərgarı, xanım! * * * Gürcünün Sallana-sallana üstümə vardı, Sataşdı gözümə xalı gürcünün. Apardı halımı, çəkdi huşumu, Sataşdı gözümə xalı gürcünün. Örtüb al yanağa qırmızı lala, Boy sünbülə bənzər, qaməti dala1. Bu biçarə aşiq qurbanız ola, Üzükdən keçərdi beli gürcünün. Qurbani der sizə: Ay gürcü qızlar, Yerdəki çiçəklər, göydə ulduzlar! Yaralıyam, yaram hey yanar, sızlar, Var olsun dünyada eli gürcünün! * * * Gülərmiş Baxgilən fələyin ruzigarına, Əyyam xoş keçəndə dövran gülərmiş. Bəhrəli çağlarda, məhsul aymda, Bağı bar verəndə bağban gülərmiş. Bir baxtm yatıban bir ucalanda, Tülək-tərlan olub, sar ov çalanda, Məsəldi deyərlər: qurd qocalanda, Tülkü meydan açıb, dovşan gülərmiş. Qurbani, qəmlənmə, kərəm-kanı var, Ədalət hakimin haqq divanı var, Bu çərxi-fələyin nərdibanı var, Yenən ağlayarmış, qalxan gülərmiş. * * * Xoş gəldin Bu gün nə xoş gündü, nə xoş saatdı, Qədəm basdın, Pəri xanım, xoş gəldin. Ləblərin aşiqə abi-həyatdı, Təzələdin ruh-rəvanım, xoş gəldin! Gözlərin nərgizdi, hüsnün mahtaban, Açılıb gül, süsən, sünbül, ərğəvan, Zənbağü yasəmən, bərgi-ireyhan, Fəsli-bahar gülüstanım, xoş gəldin! Şad eylədin Qurbaninin didarın, Həsrətin çəkirdim sən kimi yarın, Saldın güllü bağa cəmi dostların, Gözəllər şahvarı canım, xoş gəldin! * * * İndi Sən tərif etdiyin ol səmənd atın, Kəlləmənqo1 tutub yamandı indi. Nalı, mıxı düşüb, çox pis gündədi, Ayğıran bir ölü siçandı indi. Arıx çıxıb qışdan, ayrılması yox, Noxtalanıb yerə çəkilməsi yox, Çoxdankı ölüdü, dirilməsi yox, Bir dəri, bir sümük, palandı indi. Qarğa, quzğun edib cəmdəyin para, Üç mildən qalıbdı dişlər ağara, Umsuq etdin məni, qoydun avara, Dedim: yəqin bir şir, aslandı indi. Yaş gönün duzlayıb satmışam pula, Əvvəlki qaydada düşmüşəm yola, Dedim ki, dostluqda etibar ola, Qoymusan könlümü bicandı indi. Nə bilim, belə də nəfs olur məgər, Düş yola, gəzginən hər şamü-səhər, Qurbani, sevdiyin atdısa əgər, Söylə, at yerişli qurbandı indi! * * * İstərəm Çoxdu cahan içrə nazənin dilbər, Özümə münasib yarı istərəm. Ola tərlan gözlü, həm yaşda uşaq, Mənə ola etibarı istərəm! Gözəllərin gərək incə belləri, Şəkərdən, nabatdan şirin dilləri, Qoynunda isinə nazik əlləri, Məhəbbətin mənə sarı istərəm! Evlər yıxan ola daneyi-xalı, Bir dəm kəm olmaya məndən xəyalı, Aya, günə bənzər ola camalı, Həm də ola bənzi arı1 istərəm! Ey sevdiyim, gəl kəs bu qalmaqalı, Zail oldu aşığınm kamalı, Vargəl elə düzəltginən sən halı, Qurbani der: şux nigarı istərəm! * * * Handadı İbtida eyləyib girdim meydana, Şagirdlər ustadı görün handadı Pünhani dərdlərim çoxdu canımda Dürrü gövhərlərim hələ kandadı. Nazlı yar əlindən mən sinədağam, Sürəyya tək yatmamışam, oyağam, Şahindən ayığam, qazdan sayığam, Gözlərim gözləyir, sübhü dandadı. Sana qurban olum, ya həzrət Əli, O nə ki buyurub, demişəm «bəli!» Yetim Qurbaninin fikri, xəyalı, Axır ki, mətləbi Pəri xandadı. * * * Kənarında Bu gün bir gözəlin seyrinə vardım, Əlində şanası tel kənarında. Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin, On dörd hörük gördüm bel kənarında. Qapına gəlmişəm, sayılam, sayıl, Haqq verən paylara olmuşam qayıl, Pərimin boynunda heykəl-həmayıl, Ləl bazubənd düzüb qol kənarında. Qurbani der: mənim sözüm düzgündü, Yar əlindən yazıq canım üzgündü, Baxdım, yarın gözü mənə süzgündü, Bir cüt öpüş aldım yol kənarında. * * * Qaldı Sitəmlə ayrıldım ana vətəndən, Yarımın bağbansız bağları qaldı. Alagöz çiçəkli, tər şəmaməli Bostan sinəsinin tağları qaldı. Köç-köç oldu, karvan yola düzüldü, Yarın gözlərindən qan-yaş süzüldü, Aman, dostlar, əlim yardan üzüldü, Düşmənin sinəmdə dağları qaldı. Artıb Qurbaninin dərdi, qübarı, Başının sevdası, dil ahü zarı. Baxmaqdan gözləri vətənə sarı Əridi qarası, ağları qaldı. * * * Qal indi Ayrı düşdüm vətənimdən, elimdən, Başı çənli, qarlı dağlar, qal indi! İçən ölməz dərdə dərman suyundan, Axar sular, tər bulaqlar, qal indi! Bivəfasan, mən görmədim vəfanı, Çox çəkmişəm sənin cövrü cəfanı, Məndən sonra rəqib sürər səfanı, Fərş döşəli ağ otaqlar, qal indi! İlqarsızsan, vəfan yoxdu dünyada, Dostunun sirrini verirsən yada, Şamamanı dərdirirsən xoryada, Səbzə bostan, sarı tağlar, qal indi! Qurbaniyəm, yəqin oldu sözlərim, Eşq əlindən kabab istər gözlərim, Qan tökürsən qürbət eldə, gözlərim, Ağla, canan deyib ağla, qal indi! * * * Qiyamədəndir Gah gedirəm, gah gəlirəm bu dama, Yar, mənim gəldiyim qiyamədəndir. Yolunu gözlərəm sübhdən şama, Yar, mənim gəldiyim qiyamədəndir. Hatəm bağçasında dumandı yolum, Həsrətin çəkməkdən nazildi belim, Bir sərv ağacına söykədim belim, Yar, mənim gəldiyim qiyamədəndir. Qurbani der: Yarım xasə, dil xasə, Səni gördüm, mən də gəldim həvəsə, Üzünü görməsəm, bataram yasə, Yar, mənim gəldiyim qiyamədəndir. * * * Qızların Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaqdan yolu qızların. Sənəyin doldurub qoyanda düzə, Üşüdü barmağı, əli qızların. Gözəllər yığılıb hamısı kəndə, Sənəyin doldurub burdan ötəndə, Şamaxı şəddəli gərdənbənd təndə, Əyrimcədən keçər beli qızların. Qurbani der: bu dərdləri biləsiz, Qohum-qardaş yığılıban gələsiz, Adna axşamında bəlgə qoyasız, Kəsilə qovğası, qalı qızların. * * * Məmələrin …………………………………… …………………………………… …………………………………… …………………………………… Xəbər getsin, şah qoruğun talansın, Xəstə cismim yar başına dolansın. Düymələ köksünü, qoy daldalansın, Qəzəbnakdı, edər qan məmələrin. Məmən qiymətlidi, bazara getməz, Özünə qərradı, şaha baş əyməz. Arası meydandı, baş-başa dəyməz, Baxır bir-birinə yan məmələrin. Söylə görüm nə bağçanın barısan, Almasısan, heyvasısan, narısan. Tifil Qurbaninin nazlı yarısan, Qəndinən yoğrulub bal məmələrin. * * * Məni Başına döndüyüm, ay pirü qoca, Bir pəri salıbdı çöllərə məni, Nə günüm gündüzdü, nə gecəm gecə, Bir pəri salıbdı çöllərə məni. Xəbər alsan, budu sözümün düzü, Sızıldayır yaram, səpmə gəl duzu, Cavad xan bacısı, Ziyad xan qızı, O pəri salıbdı çöllərə məni. Qurbaninin dərdi olub ziyada, Allahı çağırram, yetişər dada, Bir gözəl seçmişəm işıq dünyada, O pəri salıbdı çöllərə məni. * * * Məni candan eylədi Pəncərədən hayıl-mayıl baxan yar, Baxan dilbər məni candan eylədi. Nuru dəydi, canım odlara yaxdı, Yaxan dilbər məni candan eylədi. İnnabı ləbləri yaqut və yəmən, Məst olar, səst olar onlardan əmən Açıldı düymələr görsəndi... Yaxan, dilbər, məni candan eylədi. Qorxum yoxdur sultanından, xanından, At oxların gəlib keçsin canımdan, Ağ əllərə Qurbaninin qanından, Yaxan dilbər məni candan eylədi. * * * Mənim Aləmi-röyada yarımı gördüm, Göründü gözümə haralar mənim! Qara bağrım şan-şan oldu, dəlindi, Baş verdi sinəmdə yaralar mənim! Şeyda olub gülşənimdə ötmədi, Canan gəlib göz önündən getmədi. Ha aradım, əlim yara yetmədi, Günbəgün irəngin saralar mənim! Əvvəl başdan belə yazılıb yazı, Kimlər gedər, dünya, səndən irazı!.. Şahım şəfaətçi, haqq özü qazı, Qurbaniyəm, işim aralar mənim. * * * Mənim Mürşüdüm, kamilim, dinim, imanım, Bir ərzim var qulluğuna, şah, mənim. On bir aydı sər tövlənə bəklərəm, Agah ol dərdimə, qibləgah, mənim. Heç bilmirəm, nə xəyala daldılar, Könlüm evin zülmətlərə saldılar, Döydülər, söydülər, yarım aldılar, Keçmədi əlimə doğru, şah, mənim. Abdal olan dərsin oxur dərindən, Qəvvas olan ləli seçər düründən, Gözü yaşlı keçdim Xudafərindən, İşim oldu qəmü hicran, ah mənim. Ötüşür bülbüllər, budu, gəldi yaz, Qurbaninin canı yolunda niyaz. Sərim sadağadır, üzüm payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim. * * * Məndən Dağlar, sənin ilə həmdəm olmada, Əsirgərsən indi qarı da məndən. Seyraqıbın o tənəli sözləri, Axır ayrı salar yarı da məndən. Bu ilməyin, bu köynəyin, bu ağın, Əzəl başdan bağbanıydım bu bağın, Sinəm üstə çarpaz düyün bu dağın, Bağban əsirgəyər narı da məndən. Bu dünya dediyin bir boş ələkdi, Haqqın min bir adı onda gərəkdi, Qurbani der: bu nə çərxi-fələkdi, Zülümlə ayrarlar yarı da məndən. * * * Möminlərə gərəkli ……………………………… ……………………………… ……………………………… ……………………………… Bir şəhərə vardım, başı mərəkli, Məhşər günü möminlərə gərəkli. Altı guşəlidi, bircə dirəkli, Hayana baxıram, qibləgahı var. Bir şəhərə vardım, uğradım şaha, Ərənlər sərdarı o qibləgaha. Qurbani der: Çünki batdın günaha, Qəzası mümkündü, sərdə gahı var. * * * Namidarıdı 1-ci variant Bir pərzad görmüşəm sizin ellərdə, Çün cismü canımın namidarıdı, Günəş nişanəli, qəmər misallı, O cahan xubinin cilvadarıdı. Dost bilsə yarının gəldiyin, neylər? Yar yolunda qara bağrını teylər. Nəsihət qəmzənə ver ki, qan eylər, Gözəllər şuxinin sitəmkarıdı. Mənim dərsim əlifdədi, beydədi, Bir gözəl sevmişəm, cana faydadı. Desələr, Qurbani, bu nə sevdadı, De ki: bir pərinin yadigarıdı! 2-ci variant Bir gözəl sevmişəm güneylərindən, Hüsnü şol əqlimin namidarıdır. Aydır məşşatəsi, gündür məşəli, Cahan xublarının cilvədarıdır. Bilsə canan gəldiyimi "can" eylər, Canı ələ alıb ərməğan eylər, Nəsihət qəmzənə ver ki, qan eylər, Gözəllər şuxinin sitəmkarıdır. Qurbani der: İki zülfün həyyadır, Quranda müənbər gülhüvəyyadır. Desələr, sərində bu nə sövdadır, Deyin bir pərinin yadigarıdır. * * * Nədəndi Ey nazənin, bu gen, geniş dünyada, Namusu əğyara satmaq nədəndi? Gər adına deyilmişsə şahibaz, Söylə görüm, onu atmaq nədəndi? Eylərəm hər yerdə sənin sorağın, Gündən-günə artar bil, iştiyağım, Öz əlinlə yandırdığın çırağın, Şöləyi-fəraqla yaxmaq nədəndi? Hifz eyləsin Tanrı səni bəladan, Tapsın canın səhhət, ey gül, şəfadan, Hər ikimiz vəslə yetək duadan, Hicranın oduna yanmaq nədəndi? Nə gözəldi sənin şirin sözlərin, Zail etdi məni ala gözlərin, Ey sevdiyim, qaydasıdı qızların, Gahi-gahi bu söz atmaq nədəndi? Sənə əyanmı, ey dilbər, sevdiyim, Qurbanidi, bir şey istər, sevdiyim, Ay üzünü görmək istər sevdiyim, Söylə görüm, bəs bu yaşmaq nədəndi? * * * Nə sinə bağlar Peykər xanım xəlvət etdi otağı, Nə üzün daldalar, nə sinə bağlar Əmim o dilləri, qaymaq dodağı, Nə üzün daldalar, nə sinə bağlar. Zər nimtənə geyib – qolları nazik, Ağ qola yaraşır burma bilərzik. Aldılar yarımı, mən oldum yazıq, Nə üzün daldalar, nə sinə bağlar. Doymaq olmur Qurbaninin sözündən, Əcəb işvəsindən, əcəb nazından, Bir gözəl törəyib ərəb qızından, Nə üzün daldalar, nə sinə bağlar. * * * Ləblərin Ey gözəl, tellərin yıxdı evimi, Bürünmüşdü al duvağa, ləblərin! Rahat qoymur bir dəm xumar gözlərin, Salmış məni daşa, dağa ləblərin! Şeri-gözəl mən söylərəm şanma, Olsun varım qurban sənin canına, Mən yetiməm, bir al məni yanma, Gəlsin onda kef, damağa ləblərin! Şipşirindi dilin, məmən yeməli, Sana Leyli, Əsli, Şirin deməli, Ağ bədəndə incə bel, gül məməli, İşıq alır al yanağa ləblərin! Tər qönçəsən, axır xarın olmasa, Bir laçınsan, sarı sarın olmasa, Mənim kimi can-nisarın olmasa, Düşər ol dəm çox sorağa ləblərin! Olsun fəda mülkü-malm zülfünə, Çəkər məni dərd, xəyalım zülfünə, Heyran oldum mən, a zalım, zülfünə, Qoymur ancaq danışmağa ləblərin! Qurbani der: bəsdi məni puç etdin, Aldın ağlım əldən, dəli, gic etdin, Zəhmətimi, həm səyimi heç etdin, Axır saldı qara dağa, ləblərin! * * * O burca Haqqım əmr eylədi, gəldim dünyaya, Gözüm açdım, mail oldum o burca. Arif oldum, haq kəlamın oxudum, Əlif qəddim dal yazıldı o burca. İsmin xəbər aldım, dedi Vəlidi, Göydə gəzən Cəbraildı, pəridi, Qapıçısı Şahi-Mərdan Əlidi, Məhəmməd meraca gedər o burca. Qurbani der: Arayıban tapmışam, Qırxlar məclisindən bir pay qapmışam, Kəbədisə, mən də birin yapmışam, Min könüldən bir yol gedər o burca. * * * O zalımdadı Hicran sənətkarı, qəm tüccarıyam, Dərdimin dərmanı o zalımdadı. Tərifin eylərəm dəhan içində, Xalların dürrəsi1 camalındadı. Ab-rizvan kimi yar yanına axarsan, Keçən aşiqləri oda yaxarsan, Silkinibən ucalardan baxarsan, Kəklik gülüşlərin xəyalımdadı. Aşiq də məşuqun yandırar yanı? Münəvvər zülflərin boynum urğanı, Qurbani der: Can cananın qurbanı, Canan, ixtiyarım öz əlindədi. * * * Olar inqilab Başına döndüyüm alagöz Pəri, Bundan belə aləm olar inqilab! Bir mərhəmət qılıb, bir ehsan eylə, Sevgilim, üzündən at indi niqab. Bağçamızda bitən narıncı gül bu, Axar gözlərimdən qətrə-qətrə su, Canı yanmış bağban, layiqdimi bu, Necə fərəhlənir gül üstə qürab?! Gözəllər içində sən ki əlasan, Aynalar düzdürdün xəttü xala sən, İstəsən ki, canı məndən alasan, Qurbani də çəkər daim əl-əzab. * * * Olmaz 1-ci variant Ey Salatın, aşiqlərin sərində, Sənin zülfün kimi bişitab olmaz! Camalinə Pəri, müştaq olalı, Bidar olan, gözlərimdə xab olmaz. Misir şəhri derlər, ona varmışam, Yusif, Kənan sevdasma girmişəm, Mən fələk aymı göydə görmüşəm Yerdə sənin kimi mahi-tab olmaz. Qurbani der: budu səndə nəzərim, Mən səni sevmişəm gülüzlü yarım, Ta sən sağ ol, şirindilli nigarım, Mən ölsəm bu aləm, heç xarab olmaz. 2-ci variant Ey şəmi-pərvanə, Salatın pəri, Sənin hüsnün kimi mahtab olmaz. Didarına sənin müştaq olanın Bidar olur, gözlərində xab olmaz. Misir şəhri derlər, ona gəlmişəm, Yusif Kənan sevdasına girmişəm. Mən fələk ayını göydə görmüşəm, Yerdə sənin kimi mahtab olmaz. Ey qaşları kaman, kiprikləri ox, Gözləri hərami, qəmzələri şux, Gözəl adam, səni sevdim dəxi çox, Könül versə hamı, kimsə bab olmaz. Qurbani der: Səndə çoxdur nəzərim, Burqədə yazıla sən mənim yarım, Ta sən sağ ol, tuti dilli nigarım, Mən ölsəm, bu aləm heç xarab olmaz. * * * Olmaz Qəm yemə bu qədər divanə könlüm, Həmişe nızigar belə dar olmaz. On bir ay çəkesən zimistan qehrin, Necə güldür çövresinde xar olmaz?! Hər bir adam öz yerində oturmaz, Əqlin zaye vermez, fəhmin itirməz. İgidlər könlünə şikve getirməz, Necə dağdır quzeyində qar olmaz. Siyah zülfu daraq ilə dara gör, öz könlünü öz derdinə dara gör, Qurbani der: bir neçəsin dəre gör, özgə bağda belə heyva, nar olmaz. Sənsən Qurbaninin gül üzlü yan, Qalsa qurbət eldə artar azarı, Sağ olsun dünyada vəfalı yarı Bir mən ölməyilən dünya tar olmaz. * * * Ondan öldür Başına döndüyüm, xanlarm xanı, Könlümün mətləbin bil, ondan öldür! Sən ol tanrı, mənə qəzəbnak olma, Lütf elə, üzümə gül, ondan öldür! Qəm əhliyəm, dindirməsən dinmərəm, Eşq oduna alışmışam, sönmərəm, Ta ölüncə dediyimdən dönmərəm, Apar yar qoynuna sal, ondan öldür! Qurbaniyəm, eşq əlindən büryanam, Ta ölüncə mən o qıza qurbanam, Qulluğunda gözü bağlı tərlanam, Çalış, şikar bəndin al, ondan öldür! * * * Qal olur Dedim: könül, sevmə xublar xubunu, Onun hər muyunda yüz min qal olur. Nagah səni dərdə giriftar eylər, Qaşı fıtnə, qəmzəsində al olur. Ulu divanlarda çəkilir adım, Ərşə bülənd oldu dadü-fəryadım, Başım üstə qanım içən cəlladım, Sağ əlində əlif qəddim dal olur. Camalı Yusifin-İbn Yaqubun, Aləmə şəms olan hüsnü həbibin, Ala gözlü, şirin sözlü məhbubun, Zənəxdanı dürr şöləli xal olur. Qəmər nə yandırıb, günəş nə yaxar, Könlüm nə titrəşib ümmana axar, Qurbani der: hər kim şaha kəc baxar, Onun kəmalmda tez zaval olur. * * * Oyada məni Xəstə düşüb qürbət eldə yataram, Bir kimsənəm yoxdu oyada məni. O siyah telləri, şirin dilləri, Salıbdı sönməyən, oy, oda məni. Evinin dalında çeşmədə su var, Gözüm gördü, könlüm eylədi qubar, Məndən qeyri bəlkə bir sevgisi var, Ol səbəbdən salmır o yada məni. Sənsən Qurbaninin gül üzlü yarı, Qalsa qürbət eldə artar azarı, Hərdən oğrun baxır o mənə sarı, Baxışı yandırar ay o da məni. * * * Pəri Eşitdim sədanı, gəldim buraya, Dedilər dərs alır Qurana Pəri. Sövdagərlər məta açıb bazarda, Alıcılar gəlir meydana, Pəri. Danış, danış, yar, eşidim dillərin, Görsə fəğan eylər o bülbüllərin, Urumda,1 Qeysərdə yoxdu xalların, Kafər görsə gələr imana, Pəri. Bilmirəm mələksən, mələkzadəsən, Yoxsa ki bəşərsən, bəşərzadəsən, Ver içəyim, yar, əlindən badə sən, Ərəstun içirdi loğmana, Pəri. Qurbaniyəm, yaxşı tanıynan bizi, Sədan alıb Mərənd ilə Təbrizi, Səndən əlavə də sevdim bir qızı, Eşqindən olmuşam divana, Pəri. * * * Pəri Bir almaz göndərdim yara yadigar, Almadı almazı, bağrı daş pəri. Könül tələb elər məndən nəyim var, Od tutub cismimi al-ataş, pəri! Bülbül ayrılığı simətdi gülə, Güləbətin naxış süsən-sünbülə, Altından nimtənə, üstdən silsilə, Sərəndazdan töküb başabaş, pəri! Bir gözəlin ələyindən ələndim, Bəli dedim, bəlasına bələndim, Yön çevirdim, hər bir yana diləndim, Qurbaniylə görüş, halallaş, pəri! * * * Pərim 1-ci variant Özü xoşsifətli, adı xoşnişan, Yeriyir qabaqca Mikayıl, Pərim! Firiştə zülfləri tarimar olmuş, Asılıb gərdəndən həmayıl, Pərim! Qapına gəlmişəm, sayılam, sayıl, Haqq verən paylara mən oldum qayıl, Qızıl qıtmığından tökdür həmayıl, Dünya olsun sana naqail, Pərim! Qurbani qurbandı şahın dərinə, Dərviş bilər, xirqə nədi, dəri nə? Ağam qıya baxdı, atdı dərinə, Yetmiş il bənd etdi Cəbrayıl, Pərim! 2-ci variant Özün şah, aşikar adın həqaiq, Önüncə cilovdar Mikail, Pərim! Dua əfsunudu firiştə zülfün, Cəmi bəlalardan təfail, Pərim! Özün naseh, kəlamındı imamət, Səcdə elər ona gündə təmamət, Əcəb növrəstədi, xub qəddü qamət, Əcəb şəhla, əcəb şəmail, Pərim! O məhrəm sirrinə əyyarlığım yox, İqrarına, bil ki, inkarlığım yox, Mənim səndən qeyri, heç bir yarım yox, Canü baş yoluna ha qail, Pərim! Qurbani qurbandı şahın dərinə, Dərviş bilər xirqə nədi, dəri nə. Ağam qıya baxdı, atdı dərinə, Yetmiş il bənd etdi Cəbrail, Pərim! * * * Pərinə Görüm ömrü uzun olsun Pərimin, Heç dəymədi könlümüzün pərinə. Gözəllikdə bərabəri tapılmaz, Mahruyluqda1 huri nədi, pəri nə? Əvvəlcədən oxuduğum yazardım, Gəzməmişdən qədəmimi azardım, Bir dəryanın kənarmda gəzərdim, Yarın şövqü məni atdı dərinə. Gözəllərdə nazü-qəmzə, şux olu, Seyrağıblar bu aradan yox olu, Qurbani der: gözəl deyən çox olu, Mahın yerdə yetmək olmaz sirinə. * * * Rast gəldim Pərinin bağmda seyran eylədim, Almalı, alçalı yaza rast gəldim. Almasm, heyvasın dərdim, düşürdüm, Könül istədiyi naza rast gəldim. Gözəllər gözəli, gözəllər xası, Silindi, qalmadı könlümün pası, Sinəni bənzətdim şonqor yuvası, Oğlan libasında qıza rast gəldim. Qurbaniyəm, görcək həzər eylədim, Gözəlləri gördüm, nəzər eylədim, Yeddisilə bağda güzar eylədim, Hesabım yanıldı, yüzə rast gəldim. * * * Saqinin Varmı mənim kimi bir qanı dolmuş, Eyşin qurmuş otağında saqinin. Çahar zülfü bir-birinə vurulu Qanlar oynar buxarında saqinin. Ay ilə gün bir-birinə çatılı, Sevdiciyim yağnan bala qatılı, Doğram-doğram olub gözə tutulu, Qara bağrım bıçağmda saqinin. Humay kimi dövr elərəm havada, Babam öldü, yetim qaldım yuvada, Bir əli əllərdə, ağzı duada, Bir əli də ayağında1 saqinin. Qurbani der: bu dərd mənə qalınca, Canım çıxıb yar xətrini alınca, Payız gecələri sabah olunca, Çeşmim yağı çırağmda saqinin. * * * Sayalanıbdır Nəzakət vaxtında, xublar çağında, Gördüm yar yanağı sayalanıbdır. O qara saçların atıb gərdənə, Əbrişim telləri halqalanıbdır. Tərlan gərək cığaları əsdirə, Ahu kimi dağı-daşı səsliyə, Altdan ağ geyinib, üstdən silsilə, Çarğatının ucu sırğalanıbdır. Qurbaniyəm, dərdim etdim hekayət, Dərd əlindən edim kimə şikayət? Bir də etsəm o pərini ziyarət, Bu can yar yolunda cəfalanıbdır. * * * Selləni Gecə-gündüz, vaxtı-bivaxt ağlaram, Çeşmim yaşı Ceyhun olu, selləni. Yaz mövsümü bülbül dil-dil ötəndə, Bağ-bağçalar nərgizləni, gülləni. Qayıtmaq istəməz gözüm gözəldən, Qayğımı artırar dərdim təzəldən, Ellərdə qaydadı rui-əzəldən, Gözəllərin şamaması əlləni. Mərd odu ki, işin tuta mərdilən, Ər istəsən, keç namərddən, ər dilən, Rəmz anlayan, söz düşünən, dərd bilən, Aləmlərdə şöhrətləni, bəlləni. Könlüm tələb edib, axtara yarın, Xalq içrə hifz elər namusun, arın, Yar yarma gündə olsa məqarun, Könülü şən olu, ruhu telləni. Qurbaniyəm, dərd çəkmişəm nahanlar, Xəyalım sevməkdi sən tək cananlar, Yanaşsa üzünə müştaq dəhanlar, Nəfəs dəyər, cığaları yelləni. * * * Sevinsin Ay ariflər, bu dünyanın üzündə Təzəcə açılan güllər sevinsin! Bir əyri çalmalı, xumar gözünün, Zülfünü dağıdan yellər sevinsin! Gəlsin bahar fəsli, açılsın yazlar, Göllərə tökülsün ağ quba qazlar, Bəyzadə oğlanlar, xanzada qızlar, Yar ilə danışan dillər sevinsin! Qurbaniyəm, mən sevərəm Narıncı, Yar-yar deyib oldum axır zarmcı, Almanı, heyvanı, narı, turuncu, Bu dördünü dərən əllər sevinsin! * * * Sənə qurban Dindirirəm niyə dinmirsən, ay qız? Bir zaman lal olur dil, sənə qurban! Gülüb neştər ilə tökdün qanımı, Nazik əllərinlə sil, sənə qurban! Maral gedər otlar dağın içində, Piltə şölə verər yağın içində, Bağbanı dindirdim bağın içində, Açılan lalələr, gül sənə qurban! Yazıq Qurbaniyəm, ay güli-xəndan, Bir cüt ay baş verib çıxıb yaxandan, Bir busə istədim ağ üzdə xaldan, Acıqlandı dedi: al, sənə qurban! * * * Şah Yer, göy yox ikən bir nəzər qıldın, Əritdin gövhəri, dürr eylədin, şah! Yox yerdən aləmi bərqərar etdin, Cəmalın qəndildən nur eylədin, şah! Gətirdin kəlamı cümlə cahanə, Qırxları göstərdin əhli-ürfanə, Peyğəmbər xitabın gətdin dəhanə, Həbibin söhbətin şur eylədin, şah! Dirili Qurbanı götürdün indi, Boynundadır məhəbbətin kəməndi, Dərya üzündə oynadır səməndi, Özün Cəbrailə pər eylədin, şah! * * * Ürəyimdə Bümürvətin, biinsafın balası, Mən səni sevmişəm sağ ürəyimdə. Qıya baxdm, ortalığa qan tökdün, Qara nöqtə qoydun ağ ürəyimdə. Məhəbbət bir dərya keçə bilmirəm, Ayrılıq şərbətin içə bilmirəm, Sirr sözüm yadlara aça bilmirəm, Gedər qiyamətə dağ ürəyimdə. Qurbani çıxmayıb qəm libasından, Göz doymaz gözlərin təmənnasmdan, Cəhənnəm xofundan, eşq havasmdan, Əridi, qalmadı yağ ürəyimdə. * * * Üzüldü Gecə-gündüz intizarın çəkməkdən, Yolun gözləməkdən canım üzüldü! Müşkü ənbər qoxur siyah telindən, Niyə gəlməz o karvanım, üzüldü? Dolanırsan çərxə, bəri baxmazsan, Bülbülüsən, bu gülşənə çıxmazsan, Dindiribən məni yada salmazsan, Bu gərdişdən ol dövranım üzüldü. Qurbani der: Sözüm qaldı dəxi nə, Könül köçbənd olur zənəxdanına, Bunca dad eylədim şahlar şahına, Gül ki, qəmgin bir zəbanım üzüldü. * * * Üzmə sən barı Başına döndüyüm alagöz Pəri! Əlim ətəyindən üzmə sən barı! Görüm ki, olasan imama zəvvar, Əlim ətəyindən üzmə sən barı! ………………………………… ………………………………… ………………………………… ………………………………… Dirili Qurbanı sən də sal yada, Əməyini vermə, amandır, bada! Hər ikimiz gəl şərt qoyaq arada, Əlim ətəyindən üzmə sən barı! * * * Vermərəm səni Başma döndüyüm ay pərizada, Can içində cana vermərəm səni. Neylərəm bostanı, neylərəm bağı, Yüz bağu-bostana vermərəm səni! Dağlarda maralsan, çöllərdə ceyran, Ordubad, Naxçıvan boyuna heyran, Tamaşaya gələr cəmi Gülüstan, Güllü Dağıstana vermərəm səni. Qurbani der: can içində can gələ, Yaş yerinə gözlərimdən qan gələ, Camalm görməyə Süleyman gələ, Taxti-Süleymana vermərəm səni! * * * Ya minəl-əta Bir kimsənə gəldi mənim üstümə, Yazılı şəninə: ya minəl-əta! İmam ola, damad Əhmədi-Mürsəl, Doldurub camini eylədi əta. Tərəhhüm eylədi abi-kövsərdən, Onunçün keçmişəm can ilə sərdən, İstədim mətləbim payi-Qənbərdən, Kəramət eylədi mənə bir buta. Eşq əlindən namus, arım qalmadı, Nə bir səbrim, nə qərarım qalmadı, Qurbaniyəm, ixtiyarım qalmadı, Dönmüşəm kamana, qəddimdi düta. * * * Ya Murtuza Əli Bu gün bir nurani kimsənə gördüm, Görcəyin çağırdım: "Ya Murtuza Əli!" Sidqnən çağırsan, tez yetər dada, Dillərdə söylənir: "Ya Murtuza Əli!" On bir oğlu var idi, bir anası, Nur ilə doluydu onun əzası. Məğribdən Məşriqə gəzir sədası, Dillərdə söylənir: "Ya Murtuza Əli!" Nurani dediyim – nuri mərfətdi, Mədinə dediyim – bizim tərəfdi. Qurbani der: Ağam əsli ərəbdi, Ağalar ağası, ya Murtuza Əli! * * * Yar ………………………………… ………………………………… ………………………………… ………………………………… Bayram olur, xına yaxır dəstinə, Gül göndərir həmdəminə, dostuna... Naşı təbib, gəlmə yaram üstünə, Özü gəlsin – məni dərdə salan yar. Yüz il keçsə, öz yarımdan dönmərəm, İlqar verdim, ilqarımı danmaram. Ləblərindən əmməyincə qanmaram, Eşq əlindən saralıban solan yar! Gəl sana söyləyim pünhan dərdimi... Bağında gülləri saran xardımı? Biz deyən yox, əğyar deyən oldumu, Nurdan badə içib eşqə dalan yar!.. * * * Yaratdı Haq-taala könlündə fikir eylədi, Əzəl başdan bu dünyanı yaratdı. Öz adı bir ikən həzar eylədi, Çəkdi sudan öz eyvanın yaratdı. Haq-taala qoyub ədalət divan, Yoluyla getməyən olar bədgüman, Aləmə çırovqan,1 ulduza düşman Ayı, günü, şiraslanı yaratdı. Qurbani qurbandı haqqın özünə, Gecə-gündüz yuxu getməz gözünə. Pərdəsi çəkilib ərşin üzünə, Göylər bulud, ol dumanı yaratdı. * * * Yeridi Ey ariflər, eynim yaş ilə doldu, Sel-sel oldu, üzüm üstə yeridi. Aləmi-röyada gördüm camalın, Elə bildim mələklərin biridi. Qızıl gülü dəstə-dəstə dərəm mən, Dərib-dərib pünhan yerə sərəm mən, Əhdim budu, bir də yarı görəm mən, Gözüm gözlərinin intizarıdı. Əzəl başdan belə yazıldı yazı, Şirindi söhbəti, şirindi sazı, Gəncə şəhərində Ziyad xan qızı, Qurbanini oda salan Pəridi. * * * Yetişdim Laməkan şəhrindən gəldim cana mən, Canlar əhli bir canana yetişdim. Əldən-ələ, qabdan-qaba süzüldüm, Qətrə idim, bir ümmana yetişdim. Bir gözəlin ələyindən ələndim, Bəli dedim, bəlasma bələndim, Yeri, göyü yaradandan diləndim, Gövhəri axtardım, kana yetişdim. Qurbani der: göz gözlədim, göz aldım, Səmağ oldum, ağılmənddən söz aldım, Düz tərpəndim, mərufumu tez aldım, Ədəb gördüm, yol-ərkana yetişdim. * * * Yetincə İstəyirsən gəlib mənə yetəsən, Ayaq götür ta ki, yara yetincə. Ömrüm bağçasmm gülün dərərlər. Dost bağmdan az kənara yetincə. Hər igidin sığındığı başma. Əl aparmaq olmaz haqqm işinə, Suyu gəlib çatıb novun başma, Həsrət çəkir ta ki pərə yetincə. Qurbani, sözlərin yarasta söylə! Sızıldaşır yaram, yar, asta söylə! Bir ac qarın doydur, yar, az tas eylə, Nagah-nagah könüllərə yetincə. * * * Tapılmaz Deyim bir-bir dərdim sənə yaz, qələm, Bilinməz hesabı, sanı tapılmaz. Bağla dəftər, çox eləmə naz, qələm, Ələ düşməz bu dastanı tapılmaz. Şərik ol dərdimə sən də buy ara, Yüz min olub bu sinəmdə bu yara, Yolçusuyam, yalvarıram bu yara, Şirin dildə bir nöqsanı tapılmaz. Arif özü bilər, mətləbi qanan Yoxdu mənim kimi eşqində yanan, Könlüm istəklisi sən kimi canan, Yüz il gəzsəm bu dünyanı, tapılmaz. Qurbanı olduğum, gəl bir insafa, Nə bilər qədrini, çəkməyən cəfa, Seçər dürr versən xoca sərrafa, Belə əhmər gövhərkanı tapılmaz. Kəsmə nəzərini bu xətti çaldan, Xəstəyəm, ölürəm, düşmüşəm haldan, Baş alıb gedirəm sizin mahaldan, Axtarsan da bu Qurbani tapılmaz. * * * Zülfün Gündüzün mehridi, gecənin mahı, Qüdrət üçün sirri-ilahi zülfün. Ucun tutan gedər həşri-behiştə, Möminlərin püştü, pənahı zülfün. Şəmsi mat eylədi cəmalın şövqi, Səni görcək artdı qəmərin zövqi Göydə mələklərin səndən yox fərqi, Nurdan sənə çəkmiş külahi zülfün. Qurbani der: Gözüm, yuxudan oyan, O min bir adı gəl etgilən bəyan, Sərasər yazılıb ayeyi-Quran, Katiblər şərh edir, ənahi-zülfün. * * * == «El şairləri»ndən == Mənəm Mürşidi-kamilim Şeyx oğlu Şahım, Bir ərzim var qulluğuna şah mənəm. Əziz başın üçün oxu ərzimi, Agah halımdan gah-bəgah mənəm. Dərin-dərin dəryaları boyladı, Xəncər alıb qara bağrım pilədi. Oğlu olmuş vəzir qəza eylədi, Getməz damağımdan dudi-ah mənəm. Şair olan dərsi alır pirindən, Baş açmadım səg rəqibin sirrindən, Qolu bağlı keçdim Xudafərindən, Yüzüm gülməz, heç açılmaz, ah mənəm. (Qurbani) deyir, bahar olur, gəlir yaz, Göllərdə üzüşür ördəklə qaz. Sərim toladır, yüzüm payəndaz, Yoxdur bundan qeyri-əz bir mətah mənəm. * * * == Gəraylılar == Ağacdandır Sazım, gəl mənimlə danış, Sənin əslin ağacdandır. Ağac dedim, bikef oldun, Xurmadakı ağacdandır. Çağırın gəlsin aşiqi, Aləmə salsın işığı, Həsən-Hüseynin beşiyi - O da ki var, ağacdandır. Ey Qurbani, batma yasa, Uzun sözün eylə qısa, Musanın əlində əsa, - O da ki var, ağacdandır. * * * Aldığım Səhərin dan yeli kimi, Əsmə, qadasın aldığım! Mənim səbrü qərarımı, Kəsmə, qadasın aldığım! Bizim bağda gül dərginən, Sıx könlünə, tel hörginən, Ağ üzdən busə verginən, Əsmə, qadasın aldığım! Qurbani aşıiq üzünə, Qurbandı ala gözünə, Baxma yadların sözünə, Küsmə, qadan aldığım! * * * Gedim Canım ana, gözüm ana, Bir dua qıl, mən də gedim. Sənə qurban özüm, ana, Bir dua qıl, mən də gedim. Südün mənə halal elə! Bir xudadan sən də dilə! Mən də gəlim gülə-gülə, Haq deyənə əməl edim. Qurbaniyəm, vara-vara, Qurban olum nazlı yara. Gecə-gündüz yolum ora, Sir sözümü sənə dedim. * * * Gəldim Yar, səni ədalət bildim, Mən qapna dada gəldim. Çox çəfa çəkdim yolunda, Ömür verdim bada, gəldim! Ləbin içib çeşmim qanı, Olmuşam cəllad qurbanı, Qoynundu əttar dükanı, Nə əcəb bu, dada gəldim! Qurbanidi mənim adım, Mövlamdan aldım muradım, Sinəndi çarşım, bazarım, Şəkərə, nabata gəldim! * * * Gülə, gülə Girdim yarın bağçasına, Dedim dərdim gülə, gülə. Məm ona elə müştağam, Necə bülbül gülə, gülə. Naşı bağban, satma gülü, Haramdı axçası, pulu, Küsdürdün şeyda bülbülü, Daha gəlməz gülə, gülə. Qurbaniyəm, erməmişəm, Yar qəsrinə girməmişəm, Belə cəllad görməmişəm, Aldı canım gülə-gülə. * * * Dolana-dolana Alçaq yerdən duman qalxar, Dağı dolana-dolana, Göy üzünü alar bulud, Mahı dolana-dolana. Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər, Bülbül ağlar, qan-yaş tökər, Bağı dolana-dolana. Qurbani murada yetdi, Canan gəldi, burdan ötdü, Nobat gəldi, mana yetdi. Saqi dolana-dolana. * * * Dilbər Durum dolanım başına, Aşiqindən küsən dilbər! Gözlərini dik gözümə, Nə mən dinim, nə sən dilbər! Mina qəddin zəbərcəddi, Nə desən cana minnətdi, El köçüb, otaq xəlvətdi, Gəlsin alam busən, dilbər! İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Gündüz səbri qəralımı, Gecə yuxum kəsən dilbər! Qurbani özünə bəydi, Yar həsrəti qəddim əydi, Nə dedim xətrinə dəydi, Bu mən dilbər, bu sən dilbər! * * * Olmaz Laf eyləmə felli dərviş, Belə kar eyləmək olmaz. Yıxıban könlüm evini Murğuzar eyləmək olmaz. Dərdini de bilənlərə, Dərd başına gələnlərə. Hər üzünə gülənlərə Etibar eyləmək olmaz. Qurbaniyə verdin məzə, Dərdini artırdın yüzə. Dərd biləni dərdbilməzə Giriftar eyləmək olmaz. * * * Pərim gəlsin Nə əcəb sevdaya düşdüm, Deyin bundan Pərim gəlsin! Əcəl şərbətini içdim, Deyin bundan Pərim gəlsin! Dağların başı dumandı, Didəmin yaşı ümmandı, Bu gələn Şahi-xubandı, Deyin bundan Pərim gəlsin! Yolunda qoymuşam canı, Kirpikləri tökər qanı, Bu gələndi Şəhrəbanı, Deyin bundan Pərim gəlsin! Əyninə geyib qırmızı, Yalav1 kimi yanır üzü, Bu gələn vəzirin qızı, Deyin bundan Pərim gəlsin! Mən ağlaram zarı-zarı, Bu zülmü götürməz tarı, Bu gələn Qurbani yarı, Əcəb gəlsin, Pərim gəlsin! * * * Mən Heç gəlmirsən bulaq üstə, Gündə üç yol gəlirəm mən. Üzümə soyuq baxırsan, Ürəyini bilirəm mən. Kaş ki gözəl olmuyaydın, Saralıban solmuyaydın, Mənnən aşna olmuyaydın, Ayrılanda ölürəm mən. Gül dibini xara qoydun, Bülbülü ah-zara qoydun, Qurbanini biçara qoydun, Gedirsən get, gəlirəm mən. * * * Məni Ay ağalar, ay qazılar, Yar yaman aldatdı məni. Əl atdım yarın dəstinə, Yar kənara atdı məni. Tor qurdum çeşmim gölünə, İlişdi sonam telinə, Düşdüm dilbilməz əlinə, Aldı, ucuz satdı məni. Qurbanidi mənim adım, Adəm atadı bünyadım, Şeş atdım, çahar oynadım, Axır fələk uddu məni. * * * Keçdi Dağ döşündə maral gəzər, Tellərini darar gəzər, Yarım məndən kənar gəzər, Qoymun, xanlar, yarım keçdi, Könlü ahü zarım keçdi! Bu dağların başı bütün, Ürəyimin yaşı tütün, ..................... Qoymum, xanlar, yarım keçdi, Gözü intizarım keçdi! Ərisin dağların qarı, Tökülsün çaylara sarı, Bu keçən Qurbanın yarı. Qoymun, xanlar, yarım keçdi, Üzü gülüzarım keçdi! * * * Şad elərlər Sizin yerdə adət bu imiş, Qəmgin könlü şad elərlər. Yeyərlər nanü nəməgi, Bir gündə bərbad elərlər. ................. ................. ................. ................. Bir gör fələyin dövrünü, Mən çəkmişəm çox cövrünü, Yazıq Qurbanın könlünü. Gah qəmgin, gah şad elərlər. * * * Şah Xətai, Şah Xətai Gözəl şahim şeyx oğludu, Şah Xətayi, Şah Xətayi! Şahi-mərdana bağlıdı, Şah Xətayi, Şah Xətayi! Bu dünyada bir haq divan, O dünyada cənnətməkan, Qoy var olsun türki zəban, Şah Xətayi, Şah Xətayi! Qurbani tək qul pənahı, Qibleyi-aləmin mahı, Ol cahanın qibləgahı, Şah Xətayi, Şah Xətayi! * * * Yetirməsin Vəzir, sana qarğayıram, Haqq diləyin yetirməsin! Göydən min bir bəla ensə, Birin səndən ötürməsin! Evində düşəsən naçaq, Sağ gözünə batsın bıçaq, Oğul-uşaq düşsün qaçaq, İstədiyin gətirməsin! Oturubsan ağ otaqda, Qan qusasan laxta-laxta, Səni görüm elən vaxtda Dilin kəlmə gətirməsin! Qurbani qaldı burada, Çağır xudan yetsin dada, Meyidin qalsın arada, El yığılıb götürməsin! * * * Tez-tez Canım təbib, gözüm loğman, Mənim dərdim ara tez-tez. Bu dərd məni çox incidir, Sızıldayır yara tez-tez. Sevdim gözəllər muyunu, Heç kəsə verməz oyunu, Tülək-tərlanın oyunu Qismət etmə sara tez-tez! Qurbani ağlar eldən ötrü, Bülbül ağlar güldən ötrü, Bircə nazik beldən ötrü, Günüm keçdi qara, tez-tez. * * * Var Demirəm qarı kasıbdı, Bir inək, bir danası var. Qabaqda qarpız gizlənər, Dalında topxanası var. Axşam olar, düşər soyuq, Damlara yığılar toyuq, Yumurtası yüzə yovuq, Xeyli dadlı şorbası var. Qurbani yayınmaz sözdən, Geyinib ağ çitdən, bezdən, Çox qorxuram Əsmər qızdan, Əlində bir payası var. * * * == Təcnislər == Yara üz Gözəl adam, gəl Allahı sevərsən, Daldalanma, bir də görgəz yara üz! Astana gör yarın astanasında, Qulluq eylə, xidmət eylə, yara üz! Sağdan vurdu, soldan çıxdı sağa lam, Sağ qoşundu, sol ləşkərdi, sağ ələm, Nagümanam mən bu dərddən sağalam, Təbib birdi, dərd minbirdi, yara yüz! Qurbani der: bura gəldim yar üçün, Kəs ciyərim, doğra bağrım yar üçün, Yar odu ki, yardan sonra yar üçün, Zülf dağıda, yaxa yırta, yara üz! * * * Yar ala məni Dedim, Pərim, yandım eşqin oduna, Demədim, atəşdən yar ala məni. Dedim, şəfa üçün loğmana gəldim, Demədim, oxlayıb yarala məni. Dedim, niyə tərsə döndü baxdı yar? Demədim, çölləri gəzə, bax diyar. Dedim, aşiqinə ola baxdiyar, Demədim ha sata yar ala məni. Dedim, Qurbaniyəm, bir gül istədim, Demədim, buluddan bir gül istədim. Dedim, əllərindən bir gül istədim, Demədim, çatdırsın yar ala məni. * * * Yara yüz Gözəl adam, gəl Allahı sevərsən, Daldalanma, bir də görkəz yara yüz. Yastana gör yarın astanasında, Qulluq eylə, xidmət eylə yara yüz! Sağdan vurdu, soldan çıxdı sağ əlim, Sağ qoşundu, sol ləşkərdi, sağ elim, Nagümanam mən bu dərddən sağalım, Təbib birdi, dərd min birdi, yara yüz. Qurbani der: Munda gəldim yar üçün, Kəs, kəs, kabab doğra bağrım, yar için, Yar odur kim, yardan sonra yar üçün Zülf dağıda, yaxa yırta, yara yüz. * * * Bir də yaz Gecə-gündüz bulud keçir havalar, Belə getməz, əlbət, gəli bir də yaz. Oxuyar bülbüllər muğam, havalar, Sızıldaşır yaram, aman, bir də yaz. Bulud olan qalxar havada gəzər, Aşiq olan yarın bağrını əzər, Qəvvas olan girər dərində üzər, Bir dərin var, bir dərgə var, bir dayaz. Qurbani gül dəstə bağlar oxuna, Sinəm buta yarın müjgan oxuna, Bir namə yaz, hər divanda oxuna, Görən desin, var əllərin, bir də yaz! * * * Bir dala Əlif qəddin, bey qamətin, sey saçın, Necə bənzər hərf içində bir dala! Hər muyuva min gövhərdi tay saçın, Qəvvas olan yek dəryada bir dala! Qəvvas olan dəryalara dalıbdı, Sərraf ləli qiymətində alıbdı. Çün bülbülü ara yerdə görübdü, Zağı görüb, dolanıbdı bir dala. Süsənmisən, sünbülmüsən, yara, sən! Tiği alıb bağrım başın yarasan. Qurbani der: Canı verdin yara sən, Haçaq olur, biz də verək bir dala!? * * * Ay əsər indi Səhər-səhər bir gözələ uğradım, Ondan dəydi mənə ay əsər indi. Ağlım zail oldu, halım digərgün, Nə ki var əndamım ay əsər indi. Bahar olcaq dağlar ay lalələndi! Bulud zülf üzünə ayələləndi, Biznən mey içənlər ayələləndi, Tökülüb sədrüvə ayə, sərindi. Örtübdü başına şal qəza işin, Qoymuyun dannıya el qəza işin. Qurbani der: Get-gör ol qəza işin, Tərlan avın almış, ayə, sar indi? * * * İndi "Ayn" "lam" içində, "sin" arasında, Yar mənə göndərdi bir cəviz indi. Aylar, illər həsrətini çəkdiyim, Lütf eylə ləbimə bircə üz indi. Gözəllər yığılıb qıya baxanda, Zülfü dal gərdəndə qıya baxanda, Nigar pəncərədən qıya baxanda, Ömrümün rişəsin bircə üz indi. Gözəllər oturmuş göz bulağında, Sürmə tək qovruldum göz bulağında, Hicran dəryasında, göz bulağında, Qurbani, çalxanıb bircə üz indi. * * * Xal-xala Yazıcılar yazıları yazanda, Bizim də yazını yazdı xal-xala. Cəfa çəkdim, can çürütdüm, yar sevdim, İnsafdırmı, mən almayam, xalx ala? Göydə bir ulduz var, adı Talıbdı, Sən gözəlin dərdi məni alıbdı. Əlimi sinəndə şahmar çalıbdı, Dərman dedim, buyurdular xalxala. Qurbaniyəm, mən də bir tağ yetirdim, Onun suyun dağdan, daşdan gətirdim. Zəhmət çəkdim, tər şəmamə yetirdim, İnsafdırmı, şəmaməni xal xala? * * * Pərim Bu gün bir gözəlin seyrinə vardım, Tutubdu dəstində ağ lamə, Pərim! Bu gözəllik sana kimdən verildi? Ver əlinlə bir dəm ağ lamə, Pərim! Doldurginən nargiləni, təzələ, Gül irəngim solub döndü xəzələ, Ağ nazik əlinlə qoysan məzarə, Onda da üstümdə ağlamə, Pərim! Qurbani yar deyər oda, atəşə, Oxu vacibəti oda, atəşə, Cəbrail qərq oldu oda, atəşə, Dərs alıb olardan, ağlamə, Pərim! * * * == Divanilər == Ola Fələk, sənlə vuruşmağa bir qabil meydan ola, Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola. Getmiş idim mürşüdimə dərdimə dəva qıla, Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola. * * * Gərək Kufə əhli bihəyalar şərmi, həyanı atdılar, Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar. Qazılara rüşvət verib, şəri batil etdilər, Bu divan ki, divan deyil, ədalət divan gərək. Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər, Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər. Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər, Pirim girib ol niqabə, getməyəydi cavan gərək. Gərək biçarə Qurbani, sən bu cəbrə dözəsən, Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən. Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən, Əslimiz türabdəndir, məskənimiz kan gərək. * * * == Qıfılbəndlər == Kafü lamü kaf Dost bizi buyurdu xidmət-şərifə, Dedik ki, baş üstə, kafü lamü kaf. Fitnə qaşlı, cadu gözlü sevdiyim Çoxların eyləyib heyü lamü kaf. Sidqi dürüst olan yetişər haca, Kimsə də kimsəyə etməz iltica. Məhəmməd ki qədəm basdı meraca, Pişvazinə gəldi mimü lamü kaf. Mehdi görər qoşununun sanını, İnsan üçün qurar haq mizanını. Bir gün alar Qurbaninin canını Bir gözləri cəllad kafü lamü kaf. * * * Dördü nə On altı gözəlin seyrinə vardım, Gözüm düşdü gözəllərin dördünə. Altısı bədxasyət, dindirmək olmaz, İkisi mehriban, de, bəs dördü nə? Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abü atəş, xakü baddı, dördü nə? Qurbani sözlərin eylədi tamam, Gözünün evini alıbdı duman, Səkkiz şey gəlibdi insana ənam, Ağıl, mərfət, həvəs, kamal, dördü nə? * * * Neçədi O kimdi ki, dünyaya gəlməmişdən, Onların şəkili vardı behiştdə? Adəm də eylədi onlara səcdə, Onların hesabın bilsən neçədi? Aduvu qoymusan sən də ustakar, Nə üstündə aləm olub bərqərar? İblis niyə oldu bəlaya düçar, Onun səbəbini bilsən neçədi? O nədi ki, ildırımdan yeyindi? Sənin danışdığın bütün oyundu. Bu meydanda indi sənin toyundu, Abdulla xan göydəni sürüsə necədi? * * * == Qitələr == Aine mast Cəng ba xud, sülh ba düşmən təriqe dine mast, Kafərü mömin həme yekrəng dər aine mast. Əz dəme sərde səbükməğzan zica key mirəvim, Tudeye ğəbra ğubare daməni təmkine mast. Bəhse həftadü do millət həq bovəd dər kişe eşq, Hər ke in fəhmid nure dideye həq bine mast. * * * == Cahannamə == Bəyan eylədi Şükür dərgahına qadir Allahın, Məhəmməd dinini bəyan eylədi. Sidqnən çağırsan, saqiyi-kövsər Hamı dərdlilərə dərman eylədi. Fatimeyi-Zəhra – xatuni-məhşər, Şəfaqət babamız Zübeyni-Zəbər, Abidin, Baqirin, ol imam Cəfər Hər kim inam etdi, səbəb eylədi. Museyi-Kazıma olmuşam mail, Onun hörmətinə şad oldu sail. Qərib ağam verdiyinə mən qail, Eylə ki, ahunu azad eylədi. Yaz ayında lalə bürüyər dağı, Həmişə səbz olsun möminlər bağı. Doqquzuncu imam Məhəmməd Tağı, On iki imam (ağayan [?]) eylədi. Gəl sənə ərz edim yoldan, ərkandan, Qiymətli gövhərlər bilinir kandan. Həsən Əsğəridən, Sahibzamandan Elmi-imaməti təmam eylədi. Söylə, ver cəvabı, sən olma dilgir, Üsuliddin beşdi1, deyim birbəbir. Əvvəli tövhiddi, Allahı bil bir, İkinci bir adil divan eylədi. Bivəfa dünyada ömr gedir bada, Üçüncü nübüvvət düşübdür yada. Yüz iyirmi dörd min peyğəmbərzada Məhəmməd xətmini zəman eylədi. Dərd əlindən saralıban solmuşam, Ah çəkibən dəryalara dalmışam. Dördüncü imamdır, yəqin bilmişəm, On iki imamı ağayan eylədi. Dünyaya gələndə könlüm oldu şad, Hər qonan, hər keçən qurur bir bünyad. Axır aşkar oldu üçüncü miad, Ruzü həştü həftü bəyan eylədi. Ölümü sal yada, qılma imdadı, Firuiddin ondu,2 yoxdu xilafı. Oruc tut, namaz qıl, ver xüms-zəkatı, Həcci-cəhan, nəfsi-iman eylədi. Xuda bilir ömrümün nə bağıdı, Əmr be məruf, nəhy-əz-münkir çağıdı. Təvəlla, təbərra ruh yığnağıdı, Altmış üç məsail sual eylədi. Müqəddimat yeddidi1, yoxdu xilafı, Əvvəli töhrətdi, abü müzafı. Füzüm, yəyum, qüsul - eyni kafı, İzhamı pak, sidqi pünhan eylədi. Havada gəşt eylər Süleyman taxtı, Yeddidi, iras bil, qıvlanın vaxtı. Məhəmmədə gəldi Quranın xətmi, Tövratı Musaya əyan eylədi. Müqarimat səkkizdi, namazdı ehram, Əvvəli qiyamət, qiraət tamam. O rüku, təşəhhüd, sücudü səlam, İsmayıl vacibi qurban eylədi. Sən görgünən bu dünyanın işini, Sevgi irab edir könül quşunu. Vacib bildim şəkkiyyatın beşini, Beş səfi kəlamı bəyan eylədi. Nə mürəkkəb, nə cismi, nə canı var, Heç kimsənə bilmir, nə məkanı var. Nə vəziri, şəriki, həmşanı var, Beyqafıl nurundan bünyad eylədi. O səkkiz cənnətin biri baqidi, Altmış üç məsəlin biri baqidi, Mərifətullahdı, biri saqidi, Altıncı qüsl bizi asan eylədi. Qüsli-meyyit, məsti-meyyit, cənabət, Heyzü nifas, istehazə təmamət, İstehazə, bilin, olub üç babət – Üçdəki vacibi-zənan eylədi. Mütəfəsirə, kəsirə, qəlil, Xudaya, sən bizi eyləmə zəlil! Kəbəni tikdirdi İbrahimxəlil, Qibləni də islam inam eylədi. Qurbani, abidal söyləməz yalan, Həsənə, Hüseynə canımız qurban. Yusifin nəsibi yeddi il zindan, Misirdə bir ali sultan eylədi. * * * == Deyişmələr == Mirzalı xan ilə deyişmə Q u r b a n i Könül qalxdı Bərdə sarı yeridi, Orda bir ölkə var, adı Gəncə hey!.. Gözəlləri, məhbubları, xubları, Xub batıblar mala, mülkə, gəncə hey!.. M i r z a l ı x a n Başına döndüyüm gülüzlü oğul, Dərd çəkməyə heç kim olmaz məncə hey! Gözəl sevib, abdal olub çaşıbsan, Tayın yoxdu soltanca hey, xanca hey! Q u r b a n i Qarıncalar yuvasını qayırdı, Gözəl kəklik balaların doyurdu, Fələk vurdu gözü yaşlı ayırdı, Aram düşüb nazlı yardan gencə1 hey! M i r z a l ı x a n Yatmaq üçün gözlərinin xabı var, Dərd çəkməyə mən yazığın tabı var, Hər adamın tayı-tuşu, babı var, Tutmaq olmaz hər yetənlə pəncə hey! Q u r b a n i Qurbani der: Vüsalına ermədim, Əl uzadıb qönçə gülün dərmədim, İran gəzdim, Turan gəzdim, görmədim, Gözəllikdə, məhbubluqda onca hey! M i r z a l ı x a n Mirzalıyam, əldən getdi varımız, Kimlər çəkər namus ilə arımız? Çünki olduq xeyrə, şərə yarı biz, Gəlsən bölək borcu sənnən təncə hey! * * * Mustafa ilə deyişmə M u s t a f a Cavan oğlan, nə məkandan gəlirsən, Səbəb nədi, de, düşmüsən çölə sən? Gözəl sevib, abdal olub çaşıbsan, Mən baxıram, nabələdsən yola sən. Q u r b a n i Başına döndüyüm ay pirü qoca! Bir pəri salıbdı çöllərə məni. Nə günüm günüzdü, nə gecəm gecə, Bir pəri salıbdı çöllərə məni. M u s t a f a Mal istəsən, dövlətim var, varım var, Namusum var, qeyrətim var, arım var. Oğul olsan, gözüm üstə yerin var, Bir qızım var, ona həmdəm olasan. Q u r b a n i Xəbər alsan, budu sözümün düzü, Sızıldayır yaram, səpmə gəl duzu. Cavad xan bacısı, Ziyad xan qızı, O pəri salıbdı çöllərə məni. M u s t a f a Mustafa, bil, ilqarında bütündü, Yeri, oğul, mənzilinə yet indi. Axtarıb Pərini tapmaq çətindi, Duam budu: sevdiciyini alasan. Q u r b a n i Qurbaninin dərdi olub ziyada, Allahı çağırram, yetişər dada. Bir gözəl sevmişəm fani dünyada, O pəri salıbdı çöllərə məni. * * * Pəri ilə deyişmə P ə r i Dərdin alım, əsmər oğlan, Dur gəl qoynuma, qoynuma! Yazıq canım sana qurban, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Ala gözlü nazlı Pəri! Yox, Pərim, gələ bilmərəm. Sənə qurban canü sərim, Yox, Pərim, gələ bilmərəm! P ə r i Otağına qədəm basdıq, Qəsdim budu qatam dosduq. Salım döşək, qoyum yasdıq, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Nigar pəncərədən baxar, Üzüyün barmağa taxar, Məkr eylər, evimiz yıxar, Yox, Pərim, gələ bilmərəm! P ə r i Mən Pəriyəm, boyum bəstə, Zülfüm dal gərdəndə dəstə. Yerin sallam sinəm üstə, Dur gəl qoynuma, qoynuma! Q u r b a n i Özüm gördüm ərənləri, Mənə badə verənləri. Qurbaninin nadan yarı, Yox, Pərim, gələ bilmərəm! * * * "Qurbani" dastanından qarı ilə qızın deyişməsi Q a r ı Başına döndüyüm gülüzlü cavan, Gəl alma qızımı – sarıdır, sarı! Səndən ötrü bəsləmişəm bu canı, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Meymun nəfəsinə bənzər nəfəsi, Tökülübdü əti, qalıb qəfəsi. Xəstəyə dərmandı qızın məməsi, Gəl alma anamı – qarıdır, qarı! Q a r ı İşvə məndə, qəmzə məndə, naz məndə, Aşıq öldürməyə şirin söz məndə. Öpmək üçün buxaq məndə, üz məndə, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Qarılarda işvə, qəmzə, naz olmaz, Bir gülünən bahar olmaz, yaz olmaz. Günü keçmiş qarı gəlib qız olmaz, Gəl alma anamı – qarıdır, qarı! Q a r ı Məhbanıyam, çox ixtilat qataram, Gecə-gündüz işvə, qəmzə sataram. Yar deyib qoynuma alıb yataram, Gəl alma qızımı – sarıdır, sarı! Q ı z Əsmərəm, özümü sana bildirrəm, Ağladıban göz yaşını sildirrəm. Küsülü olsan da, səni dindirrəm, Gəl alma anamı – qarıdır, qarı! * * * == Dədə Yediyarla deyişmələr == Dədə Yediyarla I deyişmə I deyişmə D ə d ə Y e d i y a r Məndən salam olsun cavan aşığa, Əzəl-əzəl hansı şəhər salındı? De kimə can gəldi, qələm çalındı, Neçə min il dünya ləmyesir qaldı? Q u r b a n i Al cavabın verim, Dədə Yediyar! Əzəl-əzəl Kufə şəhri salındı. Adəmə can gəldi, qələm çalındı, Yetmiş min il dünya ləmyesir qaldı. D ə d ə Y e d i y a r Nədən hasil olub Düldülün səngi? Nəyə bənzər idi onun irəngi? Cənabi əmirin əzəlki cəngi, Əzəl zülfüqarın o kimə çaldı? Q u r b a n i Daşdan hasil olub Düldülün səngi, Göy mahuda bənzər onun irəngi. Cənabi əmirin əzəlki cəngi – Əzəl zülfüqarın Əntərə çaldı. D ə d ə Y e d i y a r Nədən hasil oldu İsrafil suru? Kim camal göstərdi, yandırdı Turu? Hansı peyğəmbərdi alnında nuru, Onu kim görcəyin müsəlman oldu? Q u r b a n i Nurdan hasil oldu İsrafil suru, Haq camal göstərdi, yandırdı Turu. Məhəmməd peyğəmbər – alnında nuru, Xədicə görcəyin müsəlman oldu. D ə d ə Y e d i y a r O kim idi, durdu kimin qəsdində? O kim idi, badə tutdu dəstində? O kim idi, bir kəlmənin üstündə Kimin bığlarını harada yoldu? Q u r b a n i Əzrayıldı, şirin canın qəsdində, Mələklərdi, badə tutdu dəstində. Cənab əmir bir kəlmənin üstündə Müaviyənin bığın Diməşqdə yoldu. * * * Dədə Yediyarla II deyişmə II deyişmə D ə d ə Y e d i y a r Səndən xəbər alım, Aşıq Qurbani, O nədir ki, göydən haça gəlibdi? Neçə min peyğəmbər gəlib dünyaya? Əfzəli, mürsəli necə gəlibdi? Q u r b a n i Al cavabın deyim, Dədə Yediyar! O – qələmdir, göydən haça gəlibdir. Yüz iyirmi dörd min peyğəmbər gəldi, On iki imamdır, vecə gəlibdi. D ə d ə Y e d i y a r O kim idi, onu vursun yol bürkü? Kim idi, qəhrindən atdırdı lökü? Behiştdəki tubb ağacının kökü, Neçə min, neçə min haça gəlibdi? Q u r b a n i Yoldan çıxanları vursun yol bürkü, Peyğəmbər qəhrindən atdırdı lokü. Behiştdəki tubb ağacının kökü, Səksən min, səksən min haça gəlibdi. D ə d ə Y e d i y a r O nədir ki, olmaz onun çarası? O nədir ki, heç tutulmaz yarası? İsmayıla gələn qoçun anası Hansı ayda, gündə qoça gəlibdi? Q u r b a n i O – ölümdü, olmaz onun çarası, O – pis sözdü, heç tutulmaz yarası. İsmayıla gələn qoçun anası Çərşənbə günündə qoça gəlibdi. * * * Dədə Yediyarla III deyişmə III deyişmə D ə d ə Y e d i y a r Məndən salam olsun cavan aşığa! Alnımızda yazı nə irəng idi? Yazdıran kim idi, yazan kim idi, Əlində qələmi nə irəng idi? Q u r b a n i Al cavabın verim, Dədə Yediyar! Alnımızda yazı al irəng idi. Yazdıran Allahdı, yazan ol əmir, Əlində qələmi al irəng idi. D ə d ə Y e d i y a r Nə günü yapıldı Kəbənin daşı? Neçə min il yoldu dünyanın başı? Yer altdakı göy mahinin göz yaşı, Sərində tükləri nə irəng idi? Q u r b a n i Çərşənbə günü yapıldı Kəbənin daşı, Yetmiş min il yoldu dünyanın başı. Yer altdakı göy mahinin göz yaşı, Sərində tükləri ağ irəng idi. D ə d ə Y e d i y a r Ustaddan dərs alan heç olmaz naşı, Əzəlcə meydana kim gəldi qarşı? Ərşdəki xoruzun neçədir yaşı, Sərində cıqqası nə irəng idi? Q u r b a n i Qurbani meydanda heç olmaz naşı, Əmir Əntər gəldi meydana qarşı. Səksən min il idi xoruzun yaşı, Başında cıqqası al irəng idi. * * * Dədə Yediyarla IV deyişmə IV deyişmə D ə d ə Y e d i y a r Rəf-rəf ilə yeddi bürcdən keçərəm, O necə dəryadı – abi-zəmhəri? Xitab olub ərşi, kürşü yerişə, Neçə şeydi bu dünyanın gövhəri? Q u r b a n i Rəf-rəf ilə yeddi bürcdən keçərəm, O, elm dəryasıdı – abi-zəmhəri. Xitab olub ərşi, kürşü yerişə, Dörd kitabdı bu dünyanın gövhəri. D ə d ə Y e d i y a r O nədir ki, heç bulunmaz çarası? O nədir ki, heç sağalmaz yarası? O kim idi, uzaq düşdü arası, Torpağa qarışdı müşkü ənbəri? Q u r b a n i O – ölümdür, heç bulunmaz çarası, O – pis dildir, heç sağalmaz yarası, Şəddad idi, uzaq düşdü arası, Torpağa qarışdı müşkü ənbəri. D ə d ə Y e d i y a r O kim idi, oxur dürrü kəlamı, O kim idi, kimdən gətdi salamı? O kim idi, əvvəl çaldı qələmi? O kim idi, bu dünyanın ləngəri? Q u r b a n i Cənab əmir oxur dürrü kəlamı, Cəbrayıldı, haqdan gətdi salamı, Vəssəlamin əvvəl çaldı qələmi, Məhəmməddi bu dünyanın ləngəri. * * * == Şirvanlı Dostu ilə deyişmələr == Şirvanlı Dostu ilə I deyişmə I deyişmə Ş i r v a n l ı D o s t u Səndən xəbər alım, Aşıq Qurbani, O necə dəryadı – abi-zəmhəri? Xitab oldu, ərşdən, kürşdən yerişdi, O nədir ki, bu dünyanın gövhəri? Q u r b a n i Al cavabın deyim, məndə qalmasın, Elm dəryasıdı – abi-zəmhəri. Xitab oldu, ərşdən, kürşdən yerişdi, Dörd kitabdı bu dünyanın gövhəri. Ş i r v a n l ı D o s t u O nədir ki, olmaz onun çarası, O nədir ki, heç tutulmaz yarası? O kim idi, uzaq düşdü arası, Torpağına qatdılar müşk-ənbəri? Q u r b a n i O – ölümdü, olmaz onun çarası, O – pis sözdü, heç tutulmaz yarası. Şəddad idi, uzaq düşdü arası, Qatdılar torpağına müşk-ənbəri. * * * Şirvanlı Dostu ilə II deyişmə II deyişmə Ş i r v a n l ı D o s t u O nədir ki, alçaqlardan axayır? O nədir ki, yerdən göyə baxayır? O nədir ki, nərdivana qalxayır? O nədir ki, nərdivandan enər, hey!.. Q u r b a n i O – sudur ki, alçaqlardan axayır, O – insandır, yerdən göyə baxayır. Cavanlıqdır, nərdivana qalxayır, Qocalıqdır, nərdivandan enər, hey!.. Ş i r v a n l ı D o s t u O nədir ki, gecə, gecə çox olur? O nədir ki, gün dəyməmiş yox olur? O nədir ki, əl dəyəndə ox olur? O nədir ki, əl dəyməmiş dolar, hey!.. Q u r b a n i O – uruhdu, gecə, gecə çox olur, O – ulduzdu, gün dəyməmiş yox olur, O – kiprikdir, əl dəyəndə ox olur, O – gözdür ki, əl dəyməmiş dolar, hey!.. Ş i r v a n l ı D o s t u Dostu deyər: Kimdir dəstində badə? O kimdir ki, boyun əyməz Quranə? O kim idi, ömrünü verdi badə? O kim idi, harda töylə bular, hey? Q u r b a n i Qurbani der: Əli dəstində badə, O – şeytandı, boyun əyməz Quranə, O – insandır, ömrünü verdi badə, Əzrayıldı, ərşdə töylə bular, hey!.. * * * == Bayatılar == Bayatılar Bu yerlərin aranı, Tutubdu dağ aranı. Pəri üçün Qurbani Gəzər eli-obanı. Əzizim, Diriyə mən, Qurbanam Diriyə mən. Tarmar olsun bu yer, Dönərəm Diriyə mən. Əzizim Diri dağı, Silinsin sinə dağı. Ov üçün yararlıdır Bizim bu Diri dağı. Əzizim Diri dağı, Duman, gəl, bürü dağı. Xudam bir körpü salıb, Arxası Diri dağı. Vurdu bir talxa məni, Şəms etdi xalxa məni, Apar, qəbrim gendə qaz, Göstərmə xalxa məni. Əzizinəm bu dağdan, Quşlar uçar budaqdan. Qurbani köç edibdir, Bu arandan, bu dağdan. Həsrətində yanaram, Axtararam – araram. Pərini tapmasam mən, Diridə soraqlaram. Pərim bağda gül avlar, Sərim bağda gül avlar, Qurbanı vurub təlxələr, Canın alıb zərdablar. Qurbani, çaldı məni, Oda yar saldı məni. Qoymadı murad alam, Təlx ilan çaldı məni. Bağrım başı əğyara, Tən əkübən əğyara. Məhşəridir Qurbanın, Yar qalanda əğyara. * * * == Dastanlar == Qurbani (Diri versiyası) Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy adlı bir bəy olmuş. Bu bəyin çoxlu mal-dövləti olmuş, ancaq züryəti yoxmuş. Fərəməz bəy mal-dövlətinin əksəriyyət hissəsini paylayır yetimyesirə ki, Allah ona bir oğul versin. Bu işdən sonra Allahın ona rəhmi gəlib qurban günündə ona bir oğul verdi. Uşaq qurban günü olduğu üçün adını qoydular Qurbani. Qurbani yeddi yaşından on dörd yaşına kimi molla məktəbində oxuyub. On dörd yaşından sonra isə Fərəməz bəy Qurbanini yanına çağırıb dedi: — Oğul, sən anadan olmamışdan qabaq əhd etmişdim ki, kaş mənim bir oğlum olaydı, onunla birlikdə Diri dağına çıxaydım. Həmin əndim yerinə yetib. Gəl bir Diri dağına ova gedək. Oğul atasının sözünü sındırmayıb, ox, yay götürüb Diri dağına ova getmək istəyəndə onların yanına bir keçəl gəldi, dedi: — Fərəməz bəy, məni də özünüzlə aparın, nə vursanız mən götürüm. Fərəməz bəy və Qurbani keçəlin sözünə baxıb onu özləri ilə apardılar. Onlar ovda bir dağ keçisi vurdular və onu keçəlin kürəyinə şəlləyib yendirdilər Mazannənə deyilən pirə. Axşam düşmüşdü, qaranlıq olduğundan Fərəməz bəy dedi: — Ay uşaqlar, gətirin bu dağ keçisini bu pirdə kabab edək, yeyək və bu pirdə adama bir niyyət tutaq, görək yuxuda kim nə görür. Belə də etdilər. Fərəməz bəy fikrində tutdu ki, "Ey İlahi, yuxudan durandan sonra ciblərimin hamısı pul ilə dolsun!" Qurbani fikrində tutdu ki, "Ey İlahi, yatım və yuxuda mənə bir buta ver! Uzaq yerdə olsun, çox zəhmətlərdən sonra mən mətli muradıma çatım". Keçəl fikrində tutdu ki, "Ey İlahi, yatım, tezdən durub görüm ki, başım tüklənib, bələ qonşumuzdakı Pərvaz qızı mənə verələr". Qurbaninin öz arzusuna görə yuxuda Həzrət Əli ona badə verib dedi: — Qurbani, al bu badəni, gör haranı görürsən? Qurbani badəni əlinə aldı, baxdı və dedi: — Gəncə şəhərini görürəm. orada bir güllü bağça var və güllü bağçanın içində qırx nəfər qız görürəm. O qızların içində bir nəfər qız var, o qədər gözəldir ki, on beş gecəlik ay kimi hər yerə işıq salır. — Ay oğul, o qız Gəncəli Abdulla xanın bacısı qızı Pəri xanımdır. Onu sənə, səni də ona buta verdim. Çox çəkməz ki, sən öz istəyinə çatarsan. Amma çox çətinliklərə düşəcəksən. Qurbani badəni nuş etdi. Badənin zərbindən onun ağlı başından çıxdı. Sabah tezdən Fərəməz bəy yerdən duran kimi əl atdı cibinə, gördü ki, bir şahı pul var idi, o da düşüb itib. Keçəl isə baxdı gördü ki, başında üç tük var o da əlində gəlib. Fərəməz bəy dedi: — Ay keçəl, görək Qurbani nə haldadır. Bunlar Qurbaniyə yaxınlaşanda baxdılar gördülər ki, Qurbaninin huşu özündə deyil. Fərəməz bəy qışqırdı. — Vay, bir oğlum var idi, o da dəli olub. Fərəməz bəy səs-küy salıb bütün ətraf camaatı ora tökdü. Gələn adamların içində iki qarı vardı. Keçmişdə həkim olmadığından xəstə adamların dərdini dünyagörmüş qoca adamlardan soruşurdular. Ona görə də Fərməz bəy üzünü qarılara tutub dedi: — Ay qoca nənələr, deyin görüm, mənim oğlumun dərdi nədir? Qarının biri dedi: — Bu oğlan qudurub. Bu saat durub məni dalayacaq, mən də qudurub sizi dalayacağam. Balta gətirin bunun başını əzək. Bu qarının məsləhətinə heç kim razı olmadı. İkinci qarı isə dedi: — Oğlanın dərdi eşq dərdidi. Onun üzünə su səpin, qoyun ayılsın, özü dərdini desin. Bu zaman Qurbaninin məktəb yoldaşları Diri dağının sərin sularından gətirib onun üzünə səpdilər. Bir azdan sonra Qurbani ayıldı və atasının üzünə baxdı. Atası ondan soruşdu: — Bala, sənə nə olub ki, belə edirsən? Qurbani dedi: — Ata, dilimlə desəm, dilim kabab olar, saz gətirin, dərdimi saz ilə deyim. Ona tez saz gətirib verdilər. Qurbani sazı alıb, belə başladı: Yatmış idim xabi-qəflət içində, Onda gördüm: oyan, oyan dedilər. Oyandım qəflətdən açdım gözümü, Min bir kəlmə mənə bəyan dedilər. Qəflətdən ayıldım, açdım gözümü, Xaki-övliyaya sürtdüm üzümü. Dindirdilər, haqq danışdım sözümü, Al, iç abi-kövsərdən, qan, dedilər. Qurbani der: çıxdım dağ səhrasına, Könlüm qalxdı, düşdü eşq sevdasına. Bir siqnal verdim könlüm pasına, Məğribdən məşriqə bəyan dedilər. Qurbani bu sözləri dedikdən sonra yenə huşdan getdi. Üzünə su səpdilər, yenə də ayıldı. Atası dedi: — Oğul, sən yuxuda kimi görmüsən? Qurbani dedi: Bu gün bir nurani kimsənə gördüm, Görcəyim çağırdı: ya Murtuza Əli! Sitqinən çağırsan tez yetir dada, Dillərdə söylənir, ya Murtuza Əli! Fərəməz bəy dedi: — Ay bala, o hansı Əlidi? Qurbani dedi: On bir oğul var idi, bir anası, Nurula doludu onun əzası. Məğribdən məşriqə gəlir sədası, Dillərdə söylənir: ya Murtuza Əli! Nurani dediyin nuri-mərfətdi, Mədinə dediyin bizim tərəfdi. Qurbani der: ağam əsli ərəbdi, Ağalar ağası ya Murtuza Əli! Fərəməz bəy soruşdu: — Bala, sənə kimi buta veriblər? Aldı Qurbani: Könlüm qalxdı, Bərdə sarı yeridi, Orda bir şəhər var, adı Gəncə hey… Gözəlləri, məhbublar, xubları, Xub batıbdı mala, mülkə, gəncə hey… Tülək tərlan balaların ayırdı, Ayırıban həm çöllərdə doyurdu. Fələk vurdu bizi eldən ayırdı, Biz də düşdük bir digarə, küncə hey… Fərəməz bəy dedi: — Ay oğul, bizim bu yerlərdə hansı bəyin, xanın qızın deyirsən sənə alım, təki sən uzağa getmə. Aldı Qurbani: Qurbani der: vüsalıma varmadım, Əl uzadıb qönçə gülün dərmədim. İran gəzdi, Turan gəzdim, görmədim, Gözəllikdə Pərim təki qönçə hey… Qurbani saz ilə dediyi kimi, söz ilə də deyib atasını başa saldı, onunla halallaşıb, öz sevgilisindən ötəri yola düşdü. Az getdi, çox getdi, Daşkəsən kəndinin yaxınlığında yolun kənarında bir ağacın dibində oturdu. Qurbanini ağacın dibində yuxu tutdu. Qurbani yatdığı zaman bir aşıq gəlib bura çıxdı. Aşıq gördü ki, bir gözəl oğlan burada yatıbdır. Sazı isə əlindən sürüşüb düşüb yerə. Həmin aşıq aldı, görək nə dedi: Xab içində yatan, ey cavan oğlan! Söylə görüm, nə məkandan gəlirsən? Ya hürüsən, ya pərisən, ya qılman, Ya İsasan, həft asmandan gəlirsən? Nə olubdu eşq başından aşıbdı? Nə sevdadı eşq oduna düşübsən. Yoxsa sən də Qasım kimi yanıbsan? İndi keçib başü candan, gəlirsən? Qurbani yuxudan ayılıb aşığa cavab verdi: Aşıq, sorma mənim eşqi-halımı, Baş götürüb, Gəncə deyin gedirəm. Zülmü qurtarmasın görüm zalımın, Baş götürüb onca deyin görürəm. Aşıq Qasım dedi: — Oğlan, bilirəm, sən mən dərdlisən. Söylə görüm haralısan? Aldı Qurbani: Ülkardan da göydə o Mars qəlbidi, İki dünya padişahı bir Əlidi. İsmim Qurbanidi, kəndim Diridi, Qaradağdan Qarabağa gedirəm. Qurbani Qasımla əl tutuşub ayrıldı. Az getdi, çox getdi, Daşkəsən kəndindən keçəndən sonra yolun qırağında bir bostançıya rast gəldi. Qurbani bostançıdan çörək istədi, bostançı dedi: — Otur, bostanı gözlə, gedim evdən sənə çörək gətirim. Qurbani bostanda qalmaqda olsun, bostançı Mahmud qızı Pəri ilə bostana gəldilər. Bu qızın adı Pəri olduğundan Qurbani bunun adına bənd oldu. Pəri Qurbanini nə cürə dilə çəkdisə, az qaldı ki, öz sevgisini yadından çıxartsın. Bir neçə gündən sonra Qurbani yola düşmək istədikdə qız atasına dedi: — Ata, oğlana deynən getməsin, qalsın, məni alsın və sənin maldövlətinə sahib olsun. Mahmudun oğlu yoxmuş. Mahmud dedi: — Qurbani, gəl sən getmə. Mənim qızım Pərini al və mal-dövlətimə sahib ol. Aldı Qurbani: Başına döndüyüm, ay Pərizadə! Can içində cana vermərəm səni. Neynirəm bostanı, neynirəm bağı, Yüz bağa, bostana vermərəm səni. Dağlarda maralsan, düzlərdə ceyran, Ala gözlərinə mən özüm heyran. Ordubad, Naxçıvan, Şamaxı, Şirvan, Güllü Gürcüstana vermərəm səni. Qurbani der: can içindən can gəlir, Gözlərimdən yaş yerinə qan gəlir. Üzünü görməyə Süleyman gəlir, Külli Süleymana vermərəm səni. Qurbani getmək istəyəndə qızı atasına dedi: — Ata, oğlan deyəsən qalmayacaq, o yediyi yemiş-qarpızın haqqını bundan al. Qurbani bunlarla razılaşıb yola düşdü, bir neçə gündən sonra Gəncə şəhərinin yaxınlığına çatdı. Altı nəfər gürcü qızına rast gəldi. Buraların ab-havasını öyrənmək üçün qızlara belə dedi: Sallana-sallana üstümə vardı, Sataşdı gözümə xalı gürcünün. Apardı halımı, çəkdi huşumu, Sataşdı gözümə xalı gürcünün. Örtüb ağ yanağa qırmızı lalə, Boy sünbülə bənzər, qaməti lalə. Bu biçarə aşıq qurbanız ola, Üzükdən keçərdi beli gürcünün. Qızlar Qurbanini çalıb oxuyan görüb, bir nəfər qarıya qonaq verdilər. Qurbani qarının evində yeyib-içəndən sonra qarının öz sarı sifətli qızı ilə davası düşdü. Qız dedi: — Oğlan gərək mənimlə yata. Qarı dedi: — Yox, oğlan gərək mənimlə yatsın. Aldı qarı öz qızını nə cürə pislədi: Başına döndüyüm, ey cavan oğlan, Gəl alma qızımı, sarıdır, sarı. Səndən ötrü bəsləmişəm şirin can, Gəl alma qızımı, sarıdır, sarı. Aldı qız: Başına döndüyüm, gülüzlü oğlan, Gəl alma anamı, qarıdır, qarı. Səndən ötrü bəsləmişəm şirin can, Gəl alma anamı, qarıdır, qarı. Aldı qarı: İşvə məndə, qəmzə məndə, naz məndə, Aşıq öldürməyə gözəl söz məndə. Öpmək məndə, qucmaq məndə, üz məndə, Gəl alma qızımı, sarıdır, sarı. Aldı qız: Matəm yerdə söhbət olmaz, saz olmaz, Bir gülünən bahar olmaz, yaz olmaz. Günü keçmiş qarı gəlib qız olmaz, Gəl alma anamı, qarıdır, qarı. Qurbani bunları aldatdı ki: — Mən gələndə həyətinizdə bir ağ daş görmüşəm. Onu mənə kim tez gətirsə onunla yatacağam. Bu sözü eşidən kimi qarı ilə qızı bir-birinə toxuna-toxuna bayıra çıxdılar. Qurbani isə qapını arxadan bağlayıb, özü tək o gecə orada qaldı, sabah açılan kimi qapını açıb onlardan soruşdu: — Bu şəhərdə sazbənd yoxdumu, mən orada sazımı düzəldəm? Qurbani bilirdi ki, saz qayıranlar aşıqlara yaxın olur və bunun vasitəsilə Pəri xanımın yerini bilmək olar. Bunlar sazbəndin evini göstərdilər. Qurbani ora getdi, sazbənddən soruşdu: Usta, sizin yerdən gözəl qız sevdim, Cəm gözəllər onun səbəbkarıdı. Alma yanaqlıdı, laçın caynaqlı, Şirin can şikarı, şirin sözlüdü. Sazbənd dedi: — Bəlkə, belə gözəl qız səni sevmədi? Aldı Qurbani: Canan bilsə gəldiyimi can eylər, Canımı canına ərmağan eylər. Qəzəbkardı qəmzələri, qan eylər, Mələklər şahidi, sitəmkarıdı. Qurbani belə deyəndə sazbənd dedi: — O gözəlin adı nədi? Aldı Qurbani: Alagözlü Pərim zülfü şeydadır, Quranda oxunan əlif, beydadır. Desələr: Qurbani, bu nə sevdadır, Alagöz Pərimin yadigarıdı. Sazbənd dedi ki: — Oğlan, bəlkə Abdulla xanın bacısı qızı Pəri xanımı deyirsən? Qurbani dedi: — Bəli, onu deyirəm. Sazbənd dedi: — Sən onda gecikmisən. Qızı üç gündən sonra verirlər Qara Vəzirin oğluna. Qurbani soruşdu: — Pəri xanım bu saat harada olar? Sazbənd dedi: — Bir saat bundan qabaq qırx nəfər qızla hamama getdilər. Bu xəbərdən sonra Qurbani getdi, hamamın elə bir yerində gizləndi ki, hamamdan çıxan adam Qurbanini görə bilməzdi, amma Qurbani hər kəs hamamdan çıxsa idi görə bilərdi. Qurbani burda bir az gizləndikdən sonra gördü ki, yuxuda gördüyü qız telin darıya-darıya hamamdan çıxır. Bu zaman Qurbani cuşa gəlib ona belə dedi: Sallana-sallana çıxdı hamamdan, Asta yeri gözəl sənə göz dəyər. Seryağublar tənə-tənə sözləri, Yayın bədnəzərdən sənə göz dəyər. Bu sözü eşitdikdə Pəri xanım başını salıb aşağı tez-tez getməkdə oldu. Bunun zirək getməsinə Qurbani belə dedi: Yavaş get, yavaş get kimin yarısan? Hansı bəxtəvərin xiridarısan? Kölgədə bəslənmiş quzey qarısan, Sabahın yelləri tez dəyər sənə. Pəri xanım bu sözləri eşidib karıxıq girdi kəcavəyə ki, baxsın görək bu sözləri atan kimdi? Bu zaman karıxdığından saçının bir hissəsi qaldı çöldə. Bunu görən Qurbani belə dedi: Qurbani der: heç kəs yarın öyməsin, Açılmasın çarın-çarpaz düyməsin. Dəstələ telini yerə dəyməsin, Yer elə tozlanar, toz dəyər sənə. Qurbani adını eşitcək Pəri xanım tez başını kəcavədən çıxarıb ona sarı baxdı və gördü ki, yuxuda gördüyü oğlan bu sözləri deyir. Pəri xanım düşündü ki, "görən bu Qurbani qorxmur, bu toy qabağı mənə söz atır?" Pəri xanım özlüyündə Qurbanidən küsən kimi oldu. Aldı Qurbani: Durum dolanım başına, Aşığından küsən dilbər! Ləblərini sal ağzıma, Qoy bir alım busan, dilbər! İtirmişəm maralımı, Dərd çəkməyən saralarmı?! Gündüz kəsən qərarımı, Gecə yuxum kəsən dilbər. Qurbaninin fikrinə gəldi ki, bəlkə bu xan nəslindəndi ki, məni eşitmək istəmir. Aldı Qurbani: Qurbani özü də bəydi, Naz-qəmzən canıma dəydi. Nə dedim xətrinə dəydi, Bu mən dilbər, o sən dilbər. Qurbani Pəri xanımla görüşdü. Pəri xanım dedi: — Qurbani, bu şəhərdə mənim adımı çəkmə! Səni öldürərlər. Lakin üç gündən sonra gələrsən darvazanın ağzına, ora saman səpəcəyəm. Pəri xanımla Qurbani ayrıldılar. Qurbani şəhərə gəzərkən Pəri xanımın qardaşı Abdulla xan və Qara Vəzir Qurbaniyə rast gəldilər. Bunlar dedilər ki, bu aşıq təzə aşıqdı, bunu oxudaq, əgər yaxşı oxusa uşaqların toyunu elə bu edər. Onlar Qurbanini çağırdılar yanlarına və ona dedilər ki: — Aşıq, bizim üçün bir az oxu. Qurbani hamamda Pəri xanımla görüşməyini bunlara belə dedi: Bu gün bir gözəlin seyrinə vardım, Əlində şanəsi tel kənarında. Həlqə-həlqə, qıvrım-qıvrım, çinbəçin, On dörd hörük gördüm bel kənarında. Qapıya gəlmişəm, sayılam, sayıl, Haq verən paylara olaram qayıl. Pərimin boynunda heykəl-hamayıl, Ləl bazubənd düzüb qol kənarında. Qurbani der: mənim sözüm düzgündü, Yar əlindən yazıq canım üzgündü. Baxdım yarın gözü mənə süzgündü, Bir cüt öpüş aldım yol kənarında. Bu sözləri eşidən Qara Vəzir xənçəlini çıxarıb Qurbanini öldürmək istədi. Ancaq Abdulla xan işi başa düşüb qoymadı. Onlar Qurbanini götürüb Quru bağa gəldilər. Bu zaman Quru bağda qırx nəfər şagirdi olan Aşıq Heydər Qurbaniyə sual verdi: — Bala, sən də şagird olmağa gəlmisən? Qurbani dedi: — Mən özüm şagird axtarıram, ona dərs deyəm. Bunların sözü bir-birinə xoş gəlmədiyi üçün deyişməyə başladılar. Aşıq Heydər dedi: Səndən xəbər alım, ay bala aşıq, O nədi ki, göydən haça gəlibdi? Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada, Əfzəli içində neçə gəlibdi? Aldı Qurbani: Al cavabın deyim, ey böyük aşıq, O qələmdi, göydən haça gəlibdi. Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada, Əfzəli yeddidi, neçə gəlibdi. Aldı Heydər: O kim idi ərşdə qızdırdı tası, O kimdi Turda qaldı əsası. İsmayıla gələn qoçun anası, Hansı ayda, gündə qoça gəlibdi? Aldı Qurbani: Həzrət Əli ərşdə qızdırdı tası, Musa idi Turda qaldı əsası. İsmayıla gələn qoçun anası, Çərşənbə günündə qoça gəlibdi. Aşıq Heydərin sözü olmadı. Sazın təhvil verdi Qurbaniyə. Abdulla xan Qurbaninin yaxşı aşıq olduğunu görüb ona belə dedi: — Üç gündən sonra mənim bacım Pəri xanımın toyudu, gələrsən ora, toy məclisində oxuyarsan və çoxlu da məmər yığarsan. Hər ikisi razılaşıb ayrıldılar. Qurbani gəldi Pəri xanım olan yerə və üç gün burada Pəri xanımla söhbət elədilər. Üçüncü gün Qurbani Pəri xanıma dedi: — Sənin qardaşın Abdulla xan məni sənin toyunu eləməkçün toy məclisinə çağırıb mən gedirəm ora. Qurbani toy məclisinə getməkdə olsun, Pəri xanım öz qulluqçusu Şah-Xubana dedi: — Get, qardaşım Abdulla xandan icazə al, mən də gedim o məclisdə olan yeni aşığa qulaq asım. Şah-Xuban Abdulla xandan icazə aldıqdan sonra Pəri xanım getdi toy məclisinə. Qurbani Pəri xanım toy məclisinə gircək ona belə dedi: İftidadə qədəm basdı məclisə, Ustadlar ustadı görüm handadı? O qızın dərd-səri çoxdu canımda, Göhərli sözlərim hələ kandadı. Bu vaxt Qara Vəzir Qurbanini öldürmək istədisə də camaat qoymadı. Aldı Qurbani: Həzrət Əli mənə verdi badəni, Canıma saldılar qovğanı, qanı. Qurbaninin fikri, zikri, xəyalı, Deyə bilməm yenə Pəri xandadır. Bu sözləri eşidən kimi Qara Vəzir lap acıqlandı və onu öldürmək istədi. Abdulla xan onu sakitləşdirib Qurbanidən soruşdu: — Qurbani, açıq de görək, bu şəhərə nədən ötrü gəlmisən? Qurbani cavab verdi: — Abdulla xan, and iç ki, nəyə gəldiyimi verəcəksən, deyim. Abdulla xan and içdi ki: — Nədən ötəri gəlmisən verəcəyəm aparasan. Görək Qurbani nədən ötəri gəlib: Başına döndüyüm, ey Abdulla xan! Mətləb budu: Pərim üçün gəlmişəm. Namiyəm, nadanam, həm də cavanam, Mətləb budu: Pərim üçün gəlmişəm. Abdulla xan dedi: — Mənim bacımın bir gizli adı var, onu desən Pərini aparacaqsan. Aldı Qurbani: Əyninə geyibdi püst ilə dəri, Qurbani yolunda qoyub can, səri. Gizlini Nigardı, aşkarı Pəri, Mətləb budu: Pərim üçün gəlmişəm. Bu sözlərə Abdulla xan razı olsa da, Qara Vəzir razı olmadı. Qara Vəzir dedi: — Qurbanini mən özüm imtahana çəkəcəyəm. Məclisdəki adamlar dağılıb evlərinə gedərkən Abdulla xan düşündü ki, Qurbanini kimə qonaq versə Qara Vəzir onu öldürəcək, ona görə də belə fikrə gəldi ki, onu Qara Vəzirin özünə qonaq versin. Qara Vəzir Qurbanini qonaq saxlamaq əvəzinə onu saldı zindana, qapısına da gözətçi qoydu. Pəri xanım Qurbanin vəziyyətini öyrənmək üçün Şah-Xubanı ora göndərdi. Şah-Xuban gəlib gördü ki, Qurbanini salıblar zindana və qapısında da gözətçi qoyublar. Qurbani Şah-Xubandan Pəri xanıma belə bir namə yazdı, göndərdi: Ay Şah-Xuban, mənim ərzi-halımı, Gedər olsan, nazlı yara deyərsən. Xəstə qaldım, yandım onun küyündə, Üzü dönmüş beiqrarə deyərsən. Axıb-axıb dəryalara dolmuşam, Saralıban gül rəngi tək solmuşam Qurbaniyəm, indi dustaq olmuşam, Üzü dönmüş xoş Nigara deyərsən. Məktubu Şah-Xuban gətirib Pəri xanıma verəndə o, məktubu tez açıb oxudu. Pəri xanım Qurbanini qurtarmaq üçün bir neçə havla hazırladı, bu havlaların yarısına behuşedici qatdı və Şah-Xubana verib dedi: — Apar bu behuşdarı olmayan havlaları ver Qurbaniyə, behuşdarı olanları da keşikçilərə. keşikçilər yeyib bihuş olan kimi Qurbanini oradan çıxart, gətir mənim yanıma. Şah-Xuban elə də etdi. Sabah tezdən qara Vəzir baxıb gördü ki, Qurbani zindanda yoxdu. Qara Vəzir tez axtarmağa başladı, axır gəlib onu Pəri xanımın yanında tapdı. Qurbani Qara Vəzirə orada belə dedi: Səni görüm, Qara Vəzir, Haq işini bitirməsin. Göydən min bir bəla gəlsə, Birin səndən ötürməsin. Beş barmağın bıçaq olsun! Gözlərinə sancaq olsun! Balaların qaçaq olsun! Qapında itin hürməsin! Qara Vəzir dedi: — Bunun özünə bax, Pəri xanımla bir yerdə oturmasına bax! Aldı Qurbani: Qurbani də çıxdı taxta, Qan qusasan laxta-laxta. Əzrayıl gələn vaxtda, Üstündə Quran olmasın. Qara Vəzirin acığı tutub şəhər əhalisini ora topladı və başladı Qurbanini imtahan etməyə. Qara Vəzir Qurbaniyə dedi: — Sənin gözlərini bağlayacağam, Pəri xanımı da üç qızla sənin gözünün qabağından keçirdəcəyəm. Əgər onların içində Pəri xanımı tanısan, bil ki, Pəri xanım sənindi. Qurbani razı oldu. Onun gözlərini bağladılar. Qara Vəzir öz qızını, axsaq Şah-Xubanı və Pəri xanımı eyni paltarda Qurbaninin yanına gətirdi. Birinci dəfə öz qızını Qurbaninin gözünün qabağından keçirtdi. Aldı Qurbani: Əyninə geyib qırmızı, O gündən yandırır bizi. Bu gələn Vəzirin qızı, Bundan sonra Pərim gəlsin! Vəzirin qızından sonra axsaq Şah-Xuban gəlib Qurbaniyə yaxınlaşanda belə dedi: Dağlar başı oldu duman, Münkürdən heç getməz güman. Bu gələn şah-Xuban, Qoyun gəlsin, Pərim gəlsin! Axırda Pəri xanım üzünü tutub Qurbaninin yanına gələndə Qurbani dedi: Bir quş gəlir zarı, zarı, Çıxın yollarından barı. Bu gələn Qurbaninin yarı, Qoyun gəlsin, Pərim gəlsin! Belə bir işdən sonra camaat tələb elədi ki, Pəri xanımı versinlər Qurbaniyə. Qurbani Pəri xanımı da götürüb yola düşdü. Bir az vaxtdan sonra Məhəmməd xan gəlib çıxdı Gəncə şəhərinə. Qara Vəzir tez Məhəmməd xanın yanına qaçıb Abdulla xandan şikayət etdi və dedi: — Abdulla xan mənim oğlumun toyunu yarımçıq qoyub nişanlısını verdi başqa yerdən gəlmiş bir oğlana. Məhəmməd xan bir neçə atlı düzəldib Qara Vəzir də içlərində Pəri xanımı qaytarmağa getdilər. Onlar gəlib Qurbangilə çatdılar. Pəri xanımı zorla geri qaytardılar. Qurbani buna dözməyib dedi: Başına döndüyüm, alagöz Pəri, Əlim ətəyindən üzmə sən barı. Görüm ki, olasan imama zavvar, Əlim ətəyindən üzmə sən barı. Dirili Qurbani sən də sal yada, Əməyini vermə, amandır bada. Hər ikimiz gəl şərt qoyaq arada, Əlim ətəyindən üzmə sən barı. Bu sözlərə baxmadılar, Pəri xanımı qaytardılar geri. Qurbani Pəri xanım gözdən itdikdən sonra Allaha belə yalvardı: Qadir Allah, səndən budur diləyim, Aman, Allah, imdad eylə bu işə! Səndən başqa yoxdur mənim köməyim, Aman, Allah, imdad eylə bu işə! Bismillah elədim, girdim meydana, Ümidim bağladım Şahi-Mərdana. Məcnun kimi məni qoyma divana, Aman, Allah, imdad eylə bu işə! Qurbani der: əslim Qaradağlıdı, Yar üzündən ürək düyün-dağlıdı. Zülm eyləyən vəzir namərd oğludu, Aman, Allah, imdad eylə bu işə! Rəvayətə görə, Qurbani burada yatır, bir vədə oyanır, görür ki, Mazannənə pirindədi. Bu işə Qurbani çox təəccüb eləyir, az qalır ki, bağrı çatlasın. Bu zaman onu bir də yuxu aparır. Ona yuxuda deyirlər: "Qurbani, sən gəl Şıx oğlu Şah Abbasın yanına get, vəziyyətini ona söylə. O sənə köməklik edər". Qurbani yuxudan ayılan kimi Xudafərin körpüsündən adlayıb gedir Şıx oğlu Şah Abbasın yanına. Vəziyyətini ona belə deyir: Mürşüdi kamilim, Şıx oğlu Şahım! Bir ərzim var, qulluğuna, şah, mənim. Oxu ərizəmi, bil sən dərdimi, Dərdimdən olgunan bir agah mənim. Şah Abbas deyir: — Ay oğul, sənə hələ cavansan, axı sənin dərdin nə ola bilər? De görüm, sən haralısan? Aldı Qurbani: Bir ah çəkdim, gəldi ahim dərindən, Ağlım, huşum oynar keçər sərimdən. Körpü düşdü, keçdim Xudafərindən, Mürşüdümsən, yetir dərmana məni. Şah Abbas dedi: — Ay bala, sənə kim zülm eyləyib onu mənə de! Aldı Qurbani: Qış gedibsən, yaz ayları gələndə, Dağlar damanından qar istər könül. Hüri, Pəri, mələkləri görəndə, Xəstəyəm, onlardan nar istər könül. Yay olanda gün əritməz qarımı, Mən sənə bağladım ümidvarımı. Əlimdən aldılar Pəri yarımı, Mürşüdümsən, yetir yarıma məni! Qurbani sonra ətraflı başına gələn vəziyyətlərin hamısını Şah Abbasa söylədi. Şah Abbas Məhəmməd xanın və Abdulla xanın üstünə bir məktub yazdı ki, Pəri xanımı tez bir zamanda gətirib Mazannənə pirində versinlər Qurbaniyə. Şah Abbas Qurbaniyə dedi: — Get, Mazannənə pirində öz yarını gözlə. Gətirib onu orada verəcəklər sənə. Qurbani tez yığışıb gəldi Mazannənə pirinə. Bir müddətdən sonra baxıb gördü ki, Soltanlı kəndindən Diri dağına bir dəstə atlı gəlir, Pəri xanım da bunların içindədi. Qurbani bir qənşər yerə çıxıb onları qarşılamaq istədi. Bu zaman Qurbanini ilan vurdu. Qurbani ağır xəstələndi və su içmək istədi. O belə fikirləşdi ki, əgər suya getsə gəlib onu tapmayacaqlar. Qurbani sazını Mazannənə pirində qoydu və sazdan başlayıb daş düzə-düzə suya getdi ki, daşın izi ilə gəlib onu tapsınlar. Pəri xanımı atlılar gətirib Mazannənə pirində qoydular, Qurbaninin sazını orda gördülər, dedilər ki, indi bu saat onun özü də gələcək. Atlılar qayıdıb getdilər Gəncə şəhərinə. Pəri xanım tək Mazannənə pirində Qurbanini gözlədi, gözlədi, gəlmədi. Sonra baxıb gördü ki, sazdan başlayıb daş düzə-düzə gediblər. Pəri xanım bu iz ilə gəlib gördü ki, Qurbani suyun kənarında ölüb. Pəri xanım tez Qurbaninin başını aldı qucağına və başladı ağlamağa. Pəri ağlaya-ağlaya belə dedi: Mən aşiqəm, sal yana, Dara zülfün sal yana! Necəsən bir ah çəkim, Kür quruya, sal yana. Mən aşiq, Gəncəm haray! Tiflisdən gencəm haray! Qurbani öldü, getdi, Mənə bir əncam, haray! Pəri xanım ağladı, ağladı, axırda bağrı çatlayıb öldü. Xalq Mazannənə pirində iki qəbir qazıb, bu sevgililərin hərəsini birində dəfn elədi. * * * == Digər == Müxtəlif şeirlərdən natamam parçalar Bu dünyaya gəldi neçə alişan, Gəl sənə söyləyim nişanbanişan. Tur dağında min bir kəlmə danışan Musanı da Allah özü öldürdü. Bu dünyaya gəldi neçə min canlar... Mən haq aşiqiyəm, haq yola mail, Kitabım Qurandır, olmuşam qail. Ey mənim sultanım, Şah İsmayıl, Dərdimin əlindən fəryadə gəldim. Bir ah çəkdim, ahım getsin havaya, Manşiq olsun həm ulduza, həm Aya, Bir od düşsün yar əyləşən saraya, O da yansın, mənlə bərabər olsun. Bostan əkdim, tər şamama yetirdim, Onun suyun dağdan, daşdan gətirdim. Gözəlimi bu dünyada itirdim, Onu tapan heç rastkar olmasın. Urmunun yolları düzüm-düzümdü, Urmu karvanının yükü üzümdü. Gülsənəmim mənim iki gözümdü, Xəbər verin hardadı yarım gələ. * * * Kitabxana.az · https://kitabxana.az/authors/qurbani İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.