Baba bəy Şakir. Əsərləri Baba bəy Şakir (1772–1844) Qasım bəy Zakirə Zakira, eşitdim təzə bir xəbər Həqiqətdə qoydu məni xeyli mat Zahira ki, seçirlərmiş Qalada Tərəf-tərəf olub bəylər deputat Ol söhbət olub aralarında Kimi dayaz girib, kimi dərində Hər kimin yox imiş ağlı sərində Hərzə-gülük edib, danışıb ifrat Çağırıb ediblər hamıya xəbər Yığılıb bir yerə təmam sərbəsər Kimi hünər deyib, kimi xeyr-şər Aralıqda olub söhbət bi-isbat Görübdürlər söhbət səfməz otağa Yığılıblar ordan gediblər bağa Kimi yuxarı deyib, kimi aşağa Bu mənzildə məncər tapıb ixtilat Sonra baxmayıblar haqqa, insafa Basıbdırlar sözü lafa-gəzafa Taki ərz edəndə işi Qrafa Çıxarıb onları otaqdan soldat Bir parası mümtaz edib Cəmalı Qədimi adamdır hər işdən halı Bir parası deyib yoxdur kamalı Rəhim bəydir edən həll müşkülat Biri deyib var Cəmalın tədbiri Rəhim bəyi görüb şayistə biri Göndərdilər Rəhim bəyi, Nəsiri Get di naçalnikə, etmə ehtiyat Bu əhvalı bilən kimi naçalnik Oturmuş qeyzə gəlib durub dik Deyib vəkillərə: sizin bu iblik Mən bilirəm olacaqdır yenə vinovat Deyirəm sizlərə söz bu dur həmin Yetişməz bir yerə danışsalar min Bundan sonra adam olardan yəqin Daxi istəməzlər mədamül-həyat Bir olmadı çünki sözü onların Batdılar içinə kərənin Hökmü bizə belə idi Sərdarın Göndərək bir adam olmaya bədzat Yığılıban o gün təmam oldu çar Qarabağda olan sahib ixtiyar Qarışıblar bir-birinə nə ki var Guya ki olubdur ruzi-ərəsat Kimisi dəvanı yetirib minə Kimisi qoymayıb bir adam dinə Kimisi deyirmiş qayın atasına Çaşıbdır tədbirin, get evində yat Həyra vurub təmam böyük və kiçik Kimi yalan deyib, kimisi gerçək Naçalnik arada qalmış imiş tək O heys bəhsdə gəlib qubernat Çinovniklər işdən olan tək halı Deyib qubernata təmam əhvalı Sordu kimdir edən bu qalmaqalı Dedilər vardır bir neçə qələt Bəzisi laf urub döyüb döşünə Bəzisi deyir mən getmişəm qoşuna Urus görüb danışırlar başına Dalalarınca deyib mat O sən görən sahib nişan bəylərin Dövləti həddindən aşan bəylərin Gəl indi tədbirləri çaşan bəylərin Əhvalına ağla olmuşlara bat? Gör haraya çəkiblər bu kəşakəşi Qalmayıbdır vilayətdə bir kişi Yetiriblər o gün bir yerə işi Gəlib tamaşaya təmam türk və tat Müxtəsər ki düşüb hər biri cəngə Satıblar kişilər imanı dəngə Oluban müstəğriq əsbabi-cəngə Kimi qılınc çəkib, kimi minib at Hər birindən gəlib bir tövr səda Kimi deyib adam kimdir dünyada Kimi laf urub ki mənəm bəyzadə Olmuşam çinovnik göstərib isbat Yox ehtiyatım nə badiyə nə bəngə Gəl Dağıstanı gətirdim təngə O mənəm ki hər vaxt girəndə cəngə Qorxumdan cəngələ girdi Həmzat Təmam krallarda olmuşam məşhur Qoymanam ki qalsın işimdə qüsur Bir tövr danışır guya ki budur Hakim Qəndəhar, sultan Herat Gör neçə kişilər keçib əməldən Tərəfi-uqbayı salıblar əldən Bu qədər dəvadan, cəng-u cidaldan Heç birinə xeyir olmadı bir manat Olmayıb o vədə neçə kardan Deyə var bu sözdən sizlərə nüqsan İlə danışırlar hərzə və hədyan Guya ki kişilər yeyibdir babat Qubernat gedəndən sonra Şirvana Eyləyib bir para söhbət cana Dağılıban girib hərə bir yana Qaldı müəvvəqdə nizami-umurat Bir din olmayıb bu pis əməldir Eləməyin dövlətinizə zərərdir Cəngəl məkan Zülfəlidən xəbərdir Yekdir Qarabağda kişidən övrət Sən deyirdin bunlar seçilməzlər ağ Bir-birilə hələ uşaq sən uşaq Qarabağ bəyləri olmaz ittifaq Mən demədim sənə kərat-mərat Qoşuluban Arançının gücünə Gərək indən belə gedək biçinə Elə dar işin içinə Təmizlənməz onu şət ilə Fərat Vilayətdə Urus olub ixtiyar Eyləyib bir bina yoxdu görən kar Təmam işlər olub cahilə bazar Heyf bu vilayət, heyhat, heyhat Birisi var min söz danışır cana Özünü bərabər tutmur xana Bir tövr çırmanıb girib meydana Guya qarışmağa gəlibdir Nəbat İş mühəvvəl olub oğul-uşağa Getməsin xəyalın özgə siyağa Uca şanlı bəylər düşüb torpağa Olubdur dənilər ali dərəcat Çünki ələ alıb əqllilərin Təmam içinə kərənin Xəsm olsun canına mərdümazarın Yasin həl əta surəi-bərat Olub kari-aləm bir özgə siyağ Dolanıb qərinə olub baş ayaq Qırqovul pilava eyliyir dimağ O kəslər ki tapmırdı iç alat İndilər görünən bir özgə kardır Hər bəni-adamın bir fikri vardır Hər kim ki muzidir mərdümazardır Görüm puça çıxsın, tapmasın nicat Mülk Qarabağda tapmayıb çörək Gəzincə arada misal dəllək Dəli şeytan deyirsəndə Daşdı tək Bir köçək gəlin tap ərindən boşat Qılıncın dəstəsindən qapıqlan Axtar bir iş özün üçün tapıqlan Qurtzaman tək vilayəti çapıqlan Sənə də ver hər zaman Tiflisə qəzat Mən özüm Övlad Pənah Əliyəm Keçən qəziyyədən yeksər halım Təmam aləm tanır Sarıcalıyam Nə kürdəm, nə ləzgi, nə türkəm, nə tat Gəl Qarabağa olub mehriban Gətirdikcə dövlət eylədi ehsan Bizlərə düşəndə xan və alişan İşıqlı dünyanı eylədi zülmat Uyubdurlar bir yalançı hərzəyə Çalır hər biri dönüb kərzəyə Anın üçün başmaqçıya dərziyə Daxil düşər bəylər əlində sovqat Bir neçə Eyvəliyə olub ixtiyar Onu da xəbərdar edib xəznədar Ol axır dörd bi-məsrəf evim var Onu da söhbətə salıbdır palat Bu əyyamın yoxsulu da bayı da Dəyildir qoyublar bu bir qaidə Belə hədyan sözdən nədir fayda Axır sözdə gərək olsun həsənat Yəqin olsun sənə mən olum nəmək Sərfə sənindir nə lazım demək Bu sözlərin qiyməti dir bir qəpik Məbada durasan alan olsa sat Az qalıbdır çıxsın əflakə nalə Rəiyyətimi düzər bu al-ha ələ Edənlər? Artırıb ilə həvalə Çaparxana qızıl pulu təhmilat Gərək o söhbəti qil-qalı mən Bilməmişdim indi oldum halı mən Yazıban müfəssəl bu əhvalı mən Göndərəm Petrə gedəndə qəzat Yoxdur ərzə yetib eyləyin divan Oğrı vilayəti eylədi viran Çıxıb əldən qalan yekə Lənbəran Çapılıbdır yeksər Hind arxı Biyat Kişilər var idi xan əyyamında Eyləşmişdi hər kəs öz məqamında Beş yüz nəf olurdu hər kəlamında Handa idi anda belə həşərat O cümlədən biri Mulla Kəlbəli Düzbin Xan Məhəmməd hər işdən halı Əfşar Mirzə Təqi, Şeyx Dünyamalı Məsləhət görərdi daimül-övqat Giryədir sənəti daim məhzunun Badiyədir mənzilgahı Məcnunun Belədir adəti bu dəhri-dunun Kimidə toy olur, kimidə xeyirat Çünki tuli-süxən olur dərdisər Hər kim ki oxuyur eyləsin əzbər Ondan ötrü bunu yazdım müxtəsər Sonra məlum olur baqi mühəmmat Şakira, sal əldən bu ixtilatı Cəhazla bəiri yer ilə atı Gəldi əcəl peyki, götür sovqatı Həngami-səfərdir axtarma həyat * * * Gəncüm Ağaya Gəncüm ağa, vilayətin dərdini Əlbəttə get sahibkara ərz elə Biz burda qorxudan deyə bilmirik Sən utanma, aşkara ərz elə Özün Divanbəyi dutduqca dilin Gərəkdir deyəsən dərdini elin Dutalım padşaha çatmır əlin Qubernata ya Sərdara ərz elə Dağıtdı ölkəni qəttaül-təriq Bir ləhzə qovğadan olmuruz fariğ Bir tərəfdən Qanlı, bir yandan sariq Salıbdır bizləri dara ərz elə Qorxudan malımızı güdə bilmirik Ərzimizi sərkəsə edə bilmirik Bu kənddən o kəndə gedə bilmirik Elə kəsilibdir ara ərz elə Qoyublar iş üstə hər əqli kəmdən Təvəqqe eyliyir görən adamdan Qalmışız müstəğriq dəryayi-qəmdən Çıxaran yox bir kənara ərz elə İndi xalq içində əcəb nizam var Hesab tərk olub, aləm aşkar Oğru mal sahibin edər günahkar Yetişəndə Mourovlara ərz elə Soyurlar adamı, yoxdur yasağı Geyinib müstəğriq, minib qısrağı Qapıqın ağzında gün orta çağı Çəkiliblər bir kənara ərz elə Olub düşməni-can həqiqi dostlar Ehtiyatən hərə bir yabu bəslər O sən görən mallı dövlətli kəslər Möhtac olub bir dinara ərz elə Sanmayın bunlar ölkə fikrinə qalır Ancaq Kəbə Kiçim yığır rüşvət alır Gələn tək mahala yetini çalır Dönüblər Mourovlar mara ərz elə Olub iş sahibi hər rixi yava Gədiyə küdiyə verübdür hava Tərk olmaz mə'rəkə, kəsilməz dəva Düşmüşüz yanırız nara ərz elə Qorxuram naçalnik düşə bühtana Çünki xalqi-aləm yetibdir cana Baş götürüb gedək hərə bir yana Qoymasa bu karü bara ərz elə Gəl sənə göstərim yerin işlərin Dərin dəryalardan dərin işlərin Demək olmaz yüzdən birin işlərin Bildiyindən sən bir para ərz elə Nə oğru, nə xain, nə hiyləkarız Ha belə vətənin tərkin eyləriz El-gilə baş götürüb gedəriz Hər birimiz bir diyara ərz elə Qoynunda burnutu əlində çəlik Danışsın mərdanə Kəxa və Məlik Ya bizləri təmam dönsün naçalnik Ya eyləsin dərdə çarə ərz elə Şuşulu yerimi aldı zor ilən Çıxmadı nə qədər ərzə verdim mən Qarabağı necə eyləsin vətən Mənim kimi günü qarə ərz elə Müxtəsər ki çıxıb ölkənin iti Sübhədək qovurub yerlər əti Qarabağın olan malı dövləti Çəkildi Şirvana Çara ərz elə * * * Mürəbbə: Quberniya bina olandan bəri Quberniya bina olandan bəri Oğrunun hər biri bir xanə dönüb Yox yetişib ərzə divan eyləyin Dağılıb vilayət viranə dönüb Mourovlar buyurur oğrunun at Naçalnikdən eləməyin ehtiyat Olmaz Uruslıqda eyləmək isbat Anınçün tülkülər aslana dönüb Daxi bizdə qalmayıbdır daha dənə Gedirik Sərdara, yetişdik cana Olubdur oğrular sahib xanə O ki ev sahibidir mehmana dönüb Var idi on atım, iyirmi malım Qərəz bir tövrlə keçirdi halım Yığıb bir hal ilə apardı zalım Qapımız savrulmuş xərmənə dönüb Bu əsrdə olan sahib ixtiyar Təmam oğurluqda olubdur pərkar Yatmayıb sübhədək dartar nə ki var Qarabağın malı bostana dönüb Qalmışız müəttəl sultanlı xanlı Əgər belə keçsə qalmaz bir canlı Kərin otağında olurdu qanlı İndi bu dağılmış Şirvana dönüb Deyirlər bu saat Qanlı İsmayıl Bir milyon dövlətə olmur qayıl Kəsib Ərikliyi misli-Əzrayıl Bac alır hər gələn karvana dönüb Rəsuldan şərm yox, Allahdan bim Allah rizasına danışmaz heç kim Qarabağ düzəlməz, mənim əzizim Çünki öz əhlimiz şeytana dönüb Əmir Aslan idi ol talançı Gecə gündüz qırta gəzən dilənçi Uzun nəfəs mütəqəllib yalançı İndi aləm Əmir Aslana dönüb O ki Şəhnaz oğlu hamıdan başdı At Rəhimin oğlu ilə yoldaşdı Kələntərli Kökəş Şirvanlı Daşdı Ağa Məhəmməd qardaşı qurbana dönüb Bu dörd-beş dananın əlində zarıq Apardı hər nə var qəttaül-təriq Zülm ifrat mənzil irağ at arıq Qaradağlı bizə Tehrana dönüb Mourovlar oğrunu buyurur gündə Girin busuna gözəlin kində Görün sala bilirsizmi kəməndə Heç deməz it oğlu ceyrana dönüb Bu nə qubernator, bu neçə sərdar Dağılıb vilayət oldu tar-mar Cəldlənibdir rüşvətə Mourovlar Xalqın işi ah ü əfqana dönüb Bundan əqdəm ellər gedərdi dağa Məhəbbət elərdi düşən qonağa Şimdi gedə bilməz evdən iraqa Kişiyə dövləti zindana dönüb Ölkə Əfəndlunun özgədir karı Təmam olarındır ölkənin varı Razıyıq verələr bizə bir xarı? Bir ədna gədası sultana dönüb Qarabağın haramısı yalanı? Üstə düşsən danışmazlar yalanı Şimdi derlər təqlibdə Kolanı Cəmillüyə Kürdüstana dönüb Rzaqulu oğlu Şirvanlu Səfi Nəsibin əlinə verib dəfi Dağıdır əkmişə alır Əşrəfi Hər biri bir tülkü tərlana dönüb İmirlular Sübhanverdi uşağı Bir gecə evində yoxdur yatmağı Kəm olmaz evindən oğru qonağı Hamısı İsmayıla Zamana dönüb Qızıl Hacılular gəzər eşşəklü Altı kəhlən atlu yanı yedəklü Sarbanlu Şatırlu həm Rəcəb bəklü Gəncəlü Sadiqə qurbana dönüb Səsindən köşməz batıb atlunun Kimdir yetə fəryadına kəndlünün Külləhüm Qarabağ Bay Əhmədlünün Əlində bəndeyi-fərmana dönüb Pirimli Həsənlu naib alilər Qozanlu mülkündə olan nə ki var Gəlir hər tərəfdən misal bazar Mal alan mal satan meydana dönüb Şərm-həya qalmayıbdır bizlərdə Oğurluq xudkəşlik olub bipərdə Anınçün düşmüşüz hərə bir dərdə Tapılmıyor çörək dərmana dönüb Deyil burda olan işlərdən agah Belə məlum Ədalətlü Padşah Xalqın fəryadına yetişsin Allah Bu dövran bir özgə dövrana dönüb * * * İmirlu Əmir Aslan haqqında söylədiyi həcv Ağlının qan Cavanşir Əmir Aslan gəlir Mərd ü mərdanə olub azim meydan gəlir Taxmağa şişə sizi etməyə biryan gəlir Məlikülmövt kimi almaq üçün can gəlir Mədən laf ü gəzaf, hərzə və hədyan gəlir Cümlə əsbab zinini satıb Tatə verib Min beş yüz manat edib cümlə qomandatə verib Köpürübdür evdə bir hökm bu bədzatə verib Rəxt ü xabında deyirlər ki satıb atə verib Minib qapı-qapı etməyə cövlan gəlir Ərzə verdi o qədər karı dürüst oldu gənə Aləmin heyvərəsi yanşağı bu hərzə çənə Gündə min yol danışır kimsəni qoymaz ki dinə Həst ü nistin Qalada məsrəf edib qəhbə zənə Vay sizin halınıza olubdur üryan gəlir Gündə yüz dəfə nahaq yerə yalan and içən Əqli kəm yəni qorxaq hər daşın ardınca qaçan Öz halətini qoyub hər gecə bir qapı açan Düşdüyü evi yıxıb hər yediyi qaba… Təxmi-xər, mədəni-şər, madəri-şeytan gəlir Yığılın bu ki gəlir qəsd edəcək cana gedin Dur minin birdə qılın əzm divanxana gedin İş dürüst olmasa ordan hərə bir yana gedin Kimi Tehrana, kimi xaki-Xorasana gedin Orusun dinişki tək alıbdır fərman gəlir Hərzə-külük bulara rəsmdir ol başdan Gündə yüz kərə yalan bara qoyarlar düşdən Bunda yox şərm ü həya çünki çıxıbdır işdən Tarı şahiddir özü kim bu xəta görməşdən Elə bir mən deyiləm aləmə nöqsan gəlir Ey Divanxana bəyi bu xəbərə necə dözüm Çıxmadı gördü gənə belə sitəmkarı gözüm Məni bir it tutacaq vaqiədə gördüm özüm Budur ey arif dana sizə axırkı sözüm …yerindən deməyin bir kəsə ehsan gəlir Ey Kolani yanıram mən sizin əhvalınıza Qəmər əqrəbdə imiş ilan çıxıb falınıza Mindiribdir köpəyi kişgirib dalınıza Qapınızda nə ki var qəsd edəcək malınıza Sökəcək ardınızı sonra sizə dan gəlir Gənə naiblik ona çünki yetişdi hökm Dəxi bundan belə heç kimsəyə olmaz xürrəm Yer ilə göyün arasını tutubdur matəm O basandan bəri bu xalqın arasına qədəm Hər yerə düşsə yeri nalə vü əfqan gəlir Lal olsun söylə Talib kimi zal əhli təmam Qılmasın qal bu gündən belə qal əhli təmam Ağlasın anların əhvalına hal əhli təmam Ruzi-aşurada bu sanki məhal əhli təmam Baş açıq yalın ayaq dideyi-giryan gəlir * * * Ey aləm, Şəki, arif, Qırağ Ey aləm, Şəki, arif, Qırağ Təmam əhli-ərş sakin Bozdağ Müdəbbir köynək bəlcək bəkərd Müdərris qışlaq qara göz zəkərd Əfəndi yeksər qiblə ağdaş Özin fisq əhlinə ilən yoldaş Əqsam bək ağa naib sultan Məlik kədxuda koxa suxəndan Aqil ü cahil ü pir ü cahandid Ustad şagird mürşidü mürid Qulaq asınız, ərz eyləyim bir cavab Şair sözü deyib etməyiniz ictinab Yığılıb bir yerdə olan dəmdə cəm Açıban oxusun anı bir adəm Amma dürüst məsmu’ edəniz siz Allah Elə ki mətləbdən oldunuz agah Hər kimin ki dürüst dərsi var isə Elm həqiqətdən xəbərdar isə Mənim cavabımı o desin fil-hal Bir məqul adamdan eyləsin irsal Əvvəla dünyanı xaliqül-əşya Bir zərrə gövhərdən eylədi peyda Andan xəlq eylədi can ibn cani Anlar ilə şən eylədi dünyanı Uzun müddət dürlü nemət yedilər Aldanıb dünyaya mənim dedilər Təqdir qəzadən dönüb dövranı Tərfətül-eyndə oldular fani Bir avuc topraqdan yarandı Adəm Cənnətül-məvada əziz mükərrəm Fayda verməz sonra olmaq peşiman O uzun əhməqi aldatdı şeytan Əmri-nəhy eyləyib çıxdı cənnətdən Bəla nazil oldu sahibi-izzətdən Bir buğdadan ötrü ağladı yüz il Olanda kəndi dünyadan xəcil Müxtəsər axırda gəldi peyğəmbər Nur ilə aləmi qıldı münəvvər Təmam dərmandənin dərdinə əlac Şayistəyi-minbər layiqi-merac Onun xoşluğuna yarandı əflak Övsafinə gəldi lövlak lövlak Hər kim xəbər alsa andan bir məsəl Ol vaxta qalurdı mat-müəttəl Ta ki yerdən göyə bə izni-cəlil Cavabını götürdü Cəbrail Bunların heç biri mizan qurmadı Allahın sirrinə əl aparmadı Bir fəsad əhlin əhməq camaat Dalına düşüb dersiniz həzrət Verübdürmi Tanrı Quranda xəbər? Gələcək bir həzrət bəd peyğəmbər Əkləşib ağdaşda həzrət Özbək Sirri-xəfiyyatdən danışır tək-tək Yığıbdır üstünə bir neçə süvar Ziyarət Kəbə eyləyə ixtiyar Atlanıb ağdaşdan misali-dilək Düşübdür Qarxuna həzrət Özbək Hacı bəyin şeytan düşüb xahişinə Əshabi-əqrəbasın yığıb başına Təmam yer bə yerdən yəhərlənib at Götürüb dörd qoyun bir parə suqat Rza Qulu bəydən görək nə hasil Hüzuri-həzrətə olanda vasil Atlanıb Qarxundan düşübdür yola Yoldaşları bilir nə mənzil ola Gecə cəzb olub şeyxin sarığı Yerdə bizim gör Məhəmmədin çarığı Bilmənəm gerçəkdir ya inkə hənək Qarxunda cəzb olub bir saxsı sənək Gər belə olsa qabdan qaçaqdan Dürüst müqayyid olun qafil bucaqdan Cəzb olub dağılır hərə bir yana Neçə ki bükənin tutanda dana Şeyxin möcüzatından deyildir uzaq Rişnə… Görməmişdik çünki əsl zatını Cəzb olmaqdan qeyri möcüzatını Möcüzat bilirsə eyləsin isbat Cəzb hərə deyil çəndan möcüzat Dovşan tutmağına olmanıq razı Bizim yerdə tutar dovşanı tazı Bundan əvvəl eşitməmişdik bir kərə Sünnilər yığılıb çəkərlər hərə Övrətlər bacadan … tükürlər … Bir-bir gördükcə etdik imtahan Ataların sözü olmazmış yalan Şirvanda çıxıb bir şeyx sünni Kimi dəli deyir kimisi cinni O da, orda adın qoyub Şeyx Əyyub Qudurub çıxanın ətini yeyib Yığıbdır üstünə bir bölük adəm Səhranın dəlisi təmam əqli kəm Ta axşam olunca olarlar dəli Kiminin dirsəki sıyrılar kiminin əli Yaxa açıq çıxarlar axşam evindən Cütçü cütdən qalar çoban qoyundan Kasıblıqdan qalur fəqir-fuqəra Belə işdən nə qoyarlar dağara Sizə fayiq oli hər kim ki gəli Bilmənəm əhməqsiz ya inkə dəli Burdan gedib Bay Əhmədlu gədəsi Şöhrəti var …… dədəsi O nə yoldan adın qoyubdur həzrət Naib hörməti ilə olub bə'izzət Qurubdur cəhudə mizan tərəzi O köpək oğlunun nədir qərəzi Başına yığıb bir-iki parə tələbi Təmami haramzadə təmami qəlbi Cümədən cüməyə durub gedərlər Əhli-qübur ziyarəti edərlər Biri deyir bu qəbir kiminkidi yarəb Ki verirlər buna bu qədər təb Cəhənnəm odına alışıb yanır Fəqir ölü yiyəsində inanır Düşüb ayağına der ey molla Var isə əlacın eylə sən Allah O da müddət sükut edər ixtiyar Gəlir təkəllümə eylər izhar Dirkit gör xeyrat ehtiyatını Düyüsünü havucunu ətini Bişir gətir tələbələr yesinlər Əllərin götürüb amin desinlər Bular ki yerlər sizin xeyratı Bağışlanar ölünün hər seyyiati İnanıb bu sözə küdən qurmasaq Malının dəlisi bensiz sarsaq Bişirib gətirər yeyib içərlər Ölisinin ruhuna … Mən bunların hansın yazım kağıza Bir söz deyil almaq ola ağıza Anın cənnət cəhənnəmi bildiyin Bəni Koxa göydə namaz qıldığın İstər söz ilə söz fərz sünnəti Bir məqul adamdan çəkənin minnəti Əbdüllah əfəndi açsın oxusun Həll eyləsin müşkülatın çoxusun Əmr ü nəhydən desin söyləsin Qafil olanları huşyar eyləsin Mürşid kamildi mərd aqildi Anı cahil bilən özü cahildi Hər ölkədə şöhrəti var adı var Bizlərində ona çox etiqadı var Mən bilirəm bu sözləri qanmazsınız Səbadan doğruya heç inanmazsınız Əlbəttə ittifaq düşdü bə'di Bu beyti kitaba yazıbdı Sədi Bər tu nikan nəgirəd hər ki binadəş bəd əst Tərbiyət naəhlra çün gərdəkan bər günbəd əst * * * Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parça Bunca kar idi saldın arəyə sağ olma Qoşulub hər dəliyə sən dəxi sərsağ olma Ehtiyat ilə dolan mürşidinə ağ olma Sən də Atanın kimi çox hərzəvü yanşaq olma Ey xətadidə uşaq həcv edəməz pirani Mirzə Adı Gözəl ilə bəlli bundan sabiq Əmir Aslan idi bədkar, lündü fasiq O idi mülk Qarabağda həcvə layiq İndi nahaq yerə bu sürçək ayaq nabalıq Elədi məhz fəramuş Əmir Aslanı Bir din yoxdu vilayətdə ki oğlan sənə nə O Cavanşir ü Cavanşir Əmir Aslan sənə nə Elədi mədh anı ya söylədi hədyan sənə nə Lənət olsun sənə ey şair meykədan sənə nə Ki deyirlər satışır hər yetənə filanı Yetmiş idi mənə çoxdan şüəralıq xəbərin Gözləyirdim ki haçan ta ola zahir əsərin İndi əfsanənin ilə oldu müşəxxəs hünərin Nə təəccüb yeri var bunda ilə təxmi-xərin Olur əlbəttə sənin kimi münasib xanı Eşşəyin kər axurın sim ilə təmir edəsən Qarnını kişmiş ilə şam və səhər sir edəsən Çulunu atlas və ya tərməyi-Kəşmir edəsən Zərri-xalisdən ona noxta vü zəncir edəsən Qədr ü qiymətdə gənə andan olur ərzani Demək olmaz yüzünə çox adamın hər sözini Çoxları pərdə çəkib sirlərin örtər yüzünü Təxm Kibirlü gərəkdir danışa xər sözünü Ağzına alma, gədəsən, zər ü zivər sözünü Düşsə hər yerdə sözü, sal yadına palanı Tə'n müflislik edibsən mənə sən ey əclaf Bu sözü bir də desən mən cırarım ağzınkı saf At ilə eşşək edə bəhs deyil bu insaf Xəri-İsa eyləgər Məkkəyə yüz kərə təvaf Əmr müşküldü tapa mərtəbeyi-insani Nə münasib alasan zat sözün ağzına sən Andan ötrü ki lünd zatınızı çoxdu görən Şərh ü təqrir nə hacət ki qılım bir dəxi mən Siz bizim əsl ilə gəlməzsiniz ey eşşək tən Örmüşüz ruzi-əzəl başınıza noxtanı Görmin kimdir oların sizi fərmanında Düş bər düş sərasər dərü divanında Yüzü qoylu sürünən dəhliz ü eyvanında Zatınız zatımızın ilə gəzib yanında Necə kim it görəcək sahibini şərmani İstəmən birdə bu bədkar ü bəd etvarı görüm Təndxu fahişərü biğəm ü biarı görüm Bihəya bisərüpasaxt dil azarı görüm Nist ü nabud eyləsin tezlik ilə Tarı görüm Zatımız adını hər yerdə deyib loğanı Xəlqi dilgir edəni Haqq özü dilgir eylər Bəzisinə tezlik ilə bəzi sənə dir eylər Bəd dua adəmə axır belə təsir eylər Pənah Allaha, Pənah görəncə təqrir eylər Əliyar oğlu ilə Sarı Səkil madyanı Mən sizə dəyməz idim sən məni məcbur etdin Xaneyi-sohbətimi tazəcə məmur etdin Əmir Aslan idi mənzur anı dur etdin Bilmərəm heç sən ey Xuli nə mənzur etdin Ki bu boş başına açdın bu böyük qovğanı Mən idim həcv qılan illəri bundan əvvəl Yox idi həddi mənimlə tuta bir kimsə cidal Qocalıq imdi salıb gəlişin eyşimə xələl Anlayıblar ki bu işdən usanıb çəkmişəm əl Hər quduz cövlan edər xali görüb meydanı Bir belə şuğlu Xudadan mən özüm istərdim Ta məgər cuşə gələ kürə tək sərdim Şükürlə ki bu dərd oldu dəvayi-dərdim Bir neçə bənd sərasimə yazıb göndərdim Ki əcəl versə əman dalı gələr Tulanı Bilməmişəm bişərəf ustadınkı danmaq olmaz Yüz danışsa sözünün birini qanmaq olmaz Rəsmdir anlara oğraşlıq utanmaq olmaz Dəxi bundan belə əl çəkmək usanmaq olmaz Qıl xəbərdar anı ta ki tanısın Babanı * * * Kitabxana.az · https://kitabxana.az/authors/sakir İctimai mülkiyyət (müəllifin vəfat ili: 1844). Public domain (author died 1844). Original text only.