Kazım ağa Salik. Əsərləri Kazım ağa Salik (1781–1842) == Qoşmalar == Düşmüşəm Ey Leyli, mən səni görəndən bəri Məcnun olub biyabanə düşmüşəm. Ləbi-lolin rəngi getməz fikrimdən, Müxtəsər ki, əcəb qanə düşmüşəm. Mən müştağam onun nazü cəncinə, Tab eylərəm cəfasına, rəncinə, Əl yetirdim yaxasının gəncinə, Gör nə bağə, nə bostanə düşmüşəm. Boyun tənə edər sərvü çinarə, Püstanların dəxi lirauvü narə, Məni bundan kim çıxarır kənarə, Nagah çahi-zənəxdanə düşmüşəm. Nuk-müjganın tökdü əşki-ahını, Zülfun pozdu cəmiyyəti-halımı, Görməmişəm sənin kimi zalımı, Çox davaya, çox divanə düşmüşəm. Salikdir ləqəbim, Kazımdır adım, Bilirsən ki, səndən sənsən muradım. Demə nədir bunca ahü fəryadım, Bir bülbüləm, gülüstanə düşmüşəm. * * * Ey şahin cilvəlim, şunqar şivəlim Ey şahin cilvəlim, şunqar şivəlim, Durna tək tellərin cığalanıbdır. Xəstə könlüm onu görəndən bəri Çıxıb asimana, havalanıbdır. Ey ləbləri nabat, dəhanı püstə, Çəkər pəsrətini bu dili-xəstə, Xal deyil görünən ağ sinən üstə, Bir Quran hərfidir, qaralanıbdır. Demə ki, sevdiyim səni nihandır, Sənə aşiqliyim xəlqə əyandır, Deyibsən: busəmin qiyməti candır, Almaq üçün bir az bahalanıbdır. Çox da məndən kənar gəzmə, ay pəri, Sənsən könlüm zövqi, dilim əzbəri, Guşeyi-kuyini bulandan bəri, Dərdi-bidərmanım dəvalanıbdır. Məclislər zivəri gördüyün Salik, Xaqani, Ənvəri gördüyün Salik, Şairlər sərvəri gördüyün Salik Gəl gör sənsiz necə gədalanıbdır. * * * Ey Tuba, baxışın yıxdı aləmi Ey Tuba, baxışın yıxdı aləmi, Xumar gözün yenə qiyamət eylər, Kəbeyi-kuyini görən kimsənə Haşa ki, qibləyə ziyarət eylər. Qırqı başlı, topğun, tərlan cilvəli, Görməmişəm sən tək nazü qəmzəli, Sərasər yaxası qızıl düyməli, Baxdıqca üzünə fəxarət eylər. Zahid baxsa zülfi-pərişanına, Tərk edər məscidi, gələr yanına, Sidqi-dildən canın qatar canına, Huriyü qılmana məlamət eylər. Hər kimsə ki, sənə baxarsa gendən, Bil ki, öyrənibdir o halı məndən, Özgə təvəqqeyim yox əsla səndən, Xəstə Salik sənə zarafət eylər. * * * Görmənəm Ey ağalar, məni neyçün qınarsız, Nə müddətdir mən o yarı gormənəm. Mən ha qınayardım eşqə düşəni, Daxi eşq əhlini karı görmənəm. Mən gəzdiyim o bir şirin candadır, O da mənim kimi natəvandadır, İtirmişəm heç bilmənəm handadır. Şirin dilli xoşgöftarı görmənəm. Binəva Salikəm bağrımda zədə, Həq bilir ki, gözüm yoxdur kimsədə, Sözü bizimlədir, qəlbi özgədə Ol səbəbdən büqran görmənəm. * * * == Müxəmməslər == Agah et, ey bad, məndən ol vəfalı həmdəmi Agah et, ey bad, məndən ol vəfalı həmdəmi, Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi, Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi, Vəqtdir, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi, Yoxsa bu tufana sənsiz çarəsaz olamaz gəmi. Hanı Rüstəm Zal, yəni pişvayi-pəhləvan? Hanı ol divi-səfidə vurduğu gürzi-giran? Hanı ol Əfrasiyab, İsfəndiyari-qəhrəman? Cümləsin qüllabinə çəkmiş qəzayi-asiman, Leyk qılmış sənglax çərx Rəxşi-Rüstəmi. Aləmi təxsirə salmış fitnəvü ali-fələk, Aləmə məlumdur kim, böylədir hali-fələk, Aqilü nadan olubdur cümlə pamali-fələk, Sərvqədlər qədini əymişdir ol zal fələk, Gör necə zali-fələk təsxirə salmış aləmi. Düşmənidir bu zamanda hər kişi öz canının, Fərqi yoxdur bir-birindən aqilü nadanının, Vay, yüz nıin əlindən ədlsiz dövranının. Dərd üçün heç bir təbibin sudi yox dərmanının, Bu zəmanə zəxminin yox bir müvafiq məlhəmi. Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi, Məlhəmi-vəslət dilər bu tiği-hicran yarəsi, Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi, Olmuşam dəşti-fənadə Arifın avarəsi, Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. * * * Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm, Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm, Lətafət mədənində gövhəri-yektayə həsbəndəm, Səbahət aləmində bir mələksimayə həsbəndəm, Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm. Alıbdır aqlimi məndən, edib Məcnunü divanə, Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə, Tərəhhüm eyləməz zalim məni-bisəbrü səmanə, Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə, Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm. Tərəhhüm et, məni qılma cahan mülkündə avarə, Məni məcnun edən sənsən, kim etsin dərdimə çarə? Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə, Xədəngi-tiri-müjganın edibdir sinəmi yarə, Billuri-safü simin gərdəni-minayə həsbəndəm. Qaşın qövsi-qüzehdir, ya hilali-eydi-əzhadır? Dü zülfün türreyi-Leyla və ya zülfı-çəlipadır? Üzün gündür və ya atəş və ya nuri-təcəlladır? Ləbin yaquti-biqiymət və ya ləli-Mosihadir? Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm. Olubdur mürği-dil məhbus daim zülf damanında, Edər ləlin təmənnasın həmişə şövqi-canında, Əgər küstaxlıq etsəm, zərafatlıq məqamında, Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında, Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm. Sərasər cüstcu etsən, əgər şövq ilə dünyani, Tapılmaz mən kimi aşiq sana, ey Yusifi-sani, Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani, Olur ya mətləbim hasü və ya ömrüm olur fani, Riza ver, ya ki, cəng eylə ki, mən dəvayə həsbəndəm. Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva, Edib əşkim məni aləmdə həm bibakü həm rüsva, Alıbdır dinü imanım, edibdir ömrümü yəğma, Bu yolda Salikəm, billah, vurubdur başıma sövda, Nə bakim var bu aləmdən ki, mən üqbayə həsbəndəm. * * * == Qəzəllər == Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl, Gunə-gunə tər şükufə, laləzarın fikr qıl! Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax, Munca kuhi Bisütuni-bərqərarın fikr qıl! Gah qırağında qərar et, mövc edən dəryanı gör, Gah dərya içrə əyləş, həm kənarın fikr qıl! Əbrü badü bərfü baranın qamusun qıl xəyal, Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl! Gah dərdü qəm verir könlə, gəhi zövqü sünır, Gündə yüz gunə dalanan ruzigarın fikr qıl! Dövlətü mal ilə nadan dəstini qılmış fəraq, Təngdəst etmiş cahanda huşyarın, fikr qıl! Demə kim, quşlar həvadə pər ilə pərvaz edər, Yerdə xoş rəftar edən bipay marın fikr qıl! Kimsə baş açmaz xudanın etdiyi əfaldən, Sirrinə yetməz fərasət ruyi-karın fikr qıl! Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə, Leyk anı bilməyə qəlbinin qubarın fikr qıl! Fikr qılma kim, görüm dünyada ol ayinəni, Hiç kəs görməz bu gün, bəs, razi-yarın fikr qıl! Öylə pünhandir ki, pünhanlıqda olmuşdur əyan, Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl! Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər, Əmrinə eylə itaət, zicrü narın fikr qıl! Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr, Etibar etmə cahana, etibarın fikr qıl! * * * Möhnətindən daima halım pərişandır, fələk Möhnətindən daima halım pərişandır, fələk! Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk! Var isə bir özgə dövramn, onu göstər bizə, Yoxsa ki, yaxşı dolanmaz bu nə dövrandır, fələk? Bu nə sövdadır edirsən, ona kim razı olub? Verdiyin dərdü bəladır, aldığın candır, fələk! Sudi yox, nöqsanı çox, bir bibinadır sərmayəsiz, Gər hesab etsən, ziyadə xəlqə nöqsandır, fələk! Sən dəxi bir etdiyindən etiraz et, etiraz, Cümlə aləm gərdişindon didəgiryandır, fələk! Sən nə afətsən ki, səndən hiç can bulmaz rəha. Ya gəda, dərvişü ya soltanü ya xandır, fələk! Salikəm, əl çəkmişəm mən böylə sövdadən, yəqin Çox çətin sövda edirsən, sanma asandır, fələk! * * * Yenə bır mahlıqa şolə salıb bag içrə Yenə bır mahlıqa şolə salıb bag içrə, Sanki tavusi-çəmən çətr vurub zağ içrə. Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal, Mədəni-zər tapılır, gər arasan, dağ içrə. Zülfu xab görünür ruyi-səmən üzrə nə xoş, Nə əcəb, türfə düşüb rəngi-qarə ağ içrə. Yandı canım, bədən içrə şəbi-hicrində bunun, Necə kim şəm yanar hər gecələr yağ içrə. Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim, Kim qoyar ruzi-bəhadə aruği çağ içrə. * * * Qubadır Kəmali-rifəti-Şirvan mə'lum, Maarif mə'dəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda, Biri Ağabəyü Mirzəbabadır. Biri "Qüdsi" ləqəb Abbasqulu bəy, Diyari-nəzmü şe'rə padşadır. * * * Kitabxana.az · https://kitabxana.az/authors/salik İctimai mülkiyyət (müəllifin vəfat ili: 1842). Public domain (author died 1842). Original text only.