Seyid Əzim Şirvani. Əsərləri Seyid Əzim Şirvani (1835–1888) == Şeirlər == Aləmdə səsim var mənim Əmərəm ləblərini ta nəfəsim var mənim, Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim. Gəldi qanımı töküb yar qurtatsın qəmdən, Şükr lillah ki, könül, dadrəsim var mənim. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan, Qoy nəva ney tək edim ta nəfəsim var mənim. Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir, Bu əcəb təng olan gör qəfəsim var mənim. Bikəsəm aləm ara, dərdü qəmindən özgə, Nə həvadarü nə yavərü nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən, Ey könül, böylə deyil, pişü pəsim var mənim. Karvan getdi, könül, qafil edirsən nalə, Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim. Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim. * * * Bir dostun məktubuna cavab Əssəlam, ey güli-gülzari-vəfa! Əssəlam, ey gühəri-bəhri-əta! Ey salan yadə məni-heyrani, Sənə qurban bu həzinin cani! Hər zaman ki, fələki-şöbədəbaz Vermiş idi mənə min suzü güdaz, Ol güli-gülşənimin hiçrani, Mənə təng etmiş idi dünyani. Həmdəmim naləvü fəryadü fəğan, Göz yaşını seyl tək olmuşdu rəvan. Çox pərişan idi qəmdən halım, Kafər ağlardı görə əhvalım, Xatirim hicrdə məşğuli-xəyal, Gözlərim müntəziri-rahi-vüsal. Nagəhan nameyi-yari-kamil Mənə bir şəxsdən oldu vasil. Öpübən naməni qoydum gözümə, Gəldi can cismimə, taqət dizimə. Vəh, nə məktub Gülüstani-İrəm! Vəh, nə məktub, güli-baği-kərəm! Vəh, nə məktub ki, babi-rəhmət! Səfhəsi səfheyi-baği-cənnət. Sətrlər sanki xiyabani-behişt, Etdi namən məni mehmani-behişt. Nöqtəsi mərdüməki-dideyi-hur, Vəsfini etməyə əqümdə qüsur. Oxudum naməni, oldum ehya, Etdi Nuh oğlunu ehya İsa. Sanki bir pirəhəni-Yusif idi, Çeşmi-Yəqubi münəvvər elədi. Hər səvadın oxudum, can tapdım, Xızr tək çeşmeyi-heyvan tapdım. Barilaha, olasan şad müdam, Məni şad eylədin, ey fəxri-kiram! Eyləyib xürrəmü xəndan məni, Eylədin aləmə sultan məni. Sən görüm aləmə sultan olasan! Təxti-izzətdə Süleyman olasan! Eylədin mən kimi bir murə kərəm, Etməsin lütfünü həq səndən kəm. Var ümidim ki, xudavəndi-qəfur, Edə mən bikəsə vəslin məqdur. Yenə vəslindən ola şad könül, Ola bu qüssədən azad könül. Gələ bu mürdə olan cismimə ruh, Ala saqilər ələ cami-səbuh. Yenə bərpa ola bəzmi-işrət. Can tapa ləli-ləbindən ləzzət. Daim əbr içrə gün olmaz məstur, Çıxıb axırda verər aləmə nur. Bir qərar ilə deyil çərxi-mədar, Gah olur fəsli-xəzan, gah bahar. Yenə gütlər açılır, yaz olur, Yenə bülbül gülə dəmsaz olur. Vəslüvə can yetər inşaallah! Bu bəlalər bitər inşaallah! Ta təsəlli tapa dil hicrin ara, Bir qəzəl tazədən etdim inşa. Var ümidim oxuyub şad olasan, Hicrə səbr etməyə mötad olasan. * * * Bir məktuba cavab Bir vəqti-xocəstə, hiyni-xürrəm- Kim, talib idi könül dəmadəm. Bir qasidi-xoşxəbər, hünərvər, Yəni rəvişi kəmali-şəkkər, Cünbani-səlasili-müvalat, Həm baniyi-xaneyi-məalat, Ramidehi-xatiri-rəmidə, Şadidehi-qəlbi-qəmrəsidə, Məktubi-şərifini gətirdi, Dildən qəmü qüssəmi götürdi. Nə namə ki, məhz ruhə rahət, Sərməşqi-fəsahətü bəlağət! Dil bəzmini eylədi münəvvər, Can bağını qıldı tazavü tər. Bər verdi ümidimiz nihali, Dil mənzili qəmdən oldu xali. Məzmunu çün oldu cümlə məfhum, Rəf oldu könüldə dərdi-məğmum. Təsnimi-həvayi-inbisatı, Açdı dil ara güli-nişatı. Hər nüktə ki, olmuş idi izhar, Dil oldu qamusuna xəbərdar. * * * Bir məktuba cavab Dusti-girami, sənə olsun səlam! Sənsiz olub eyş bizimçim həram. Gül açılıb, mövsümi-gülzardır, Bülbüli-xoşləhcə yenə zardır. Daği-dilin zahir edib lalələr, Sağəri-reyhanə dolub jalələr. Hüdhüd olub qasidi-şəhri-Səba, Müjdə verir aləmə badi-səba. Təxtə çıxıb bağdə sultani-gül, Zahir edib şövkət ilə şan gül. Sərv açıb bağdə xəzra ələm, Lalə olub xosrovi-mülkiƏcəm. Səfheyi-gülzar olubdur səfa, Bülbül oxur nəğməni sübhü məsa. Fərşi-zümürrüd döşənib gülşənə, Çümlə olub bağ müəttər yenə. Aç gözümi, səfheyi-gülzarə gəl, Az bu qədər möhnət ilə zarə gəl! Çək çəmənə Yusifi-dövranı sən. Kövkəbi-rəxşan, məhi-tabanı sən. Bas qədəmin, bağı elə payimal, Qalmaya gülzardə hərgiz cəlal. Seyyid ilən seyri-gülüstan elə, Düşməni-nadan ciyərin qan elə! * * * Bir nəfər dosta Əla, ey sərvəri-niku-xəsail- Ki, səndəndir fəxarət ruzigarə. Əla, ey sərvəri kim, seyti-fəzlin Yetib aləmdə gün tək iştiharə. Keçən gün tifli-çakərzadə ilə- Ki, həq vermiş onu məni dilfikarə, Durub qəm kəsrətindən kuçə içrə, Edirdik əcz ilə hər yan nəzarə, Nümayan oldu nagəh bir cənazə, Aparırlardı dəfn üçün məzarə. Düşüb bir tifl dalınça o nəşin, Edib qəmdən yaxasın parə-parə. Açıb başın, töküb gülrəng yaşın, Gəlib fəryadə manəndi-bəzarə. Deyərdı nalə ilə key, babacan, Aparırlar səni bir bəd diyarə: Lihafın xiştü bəstər qarə torpaq, Olur tömə vücudin murü marə. Nə abü nə qida, nə şəmü şərbət, Misali-bəxti-əhli-şer qarə. Bu halı tifli-çakərzadə görcək, Gəlib fəryadə düşdü ahü zarə- Ki, vaveyla, məgər ağa, bu nəşi Qoyacaqlar bizim evdə məzarə? Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür, Bu gunə sözləri eylə kənarə. Dedi:- Bu vəsflər kim, söylər ol tifl. Bizim ev halətin gətdi şümarə- Ki, nə abü ğiza, nə şəmü şərbət, Çəkibdi fəqr odu onda şərarə. Həqiqət hal, ey fəxri-zəmanə, Bu halətdir nihanü aşikarə. Əgər bundan ziyadə kəşf qılsam, Düşər od xirməni-səbrü qərarə. Ümidi-Seyyid oldur bu məlalə- Ki, etsin himmətin lütf ilə çarə. Behəqqi - Seyyidi -ruzi-qiyamət- Ki, şafedir hami xürdü kibarə. Nə xahiş eyləsən, olsun müyəssər, Yetişsin şövkəti ruzi-şümarə. * * * Hacı və molla əhvalatı Var idi Şahsevəndə bir hacı, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü kusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi. Əzqəza, bir gün öldü Bozlari, Oldu haci onun əzadari. Edibən qüsl, hazır etdi kəfən, İzzət ilə götürdü çox yerdən. Qazıb əhli-qübur içində məzar, Oldu mədfun qəbr-ara Bozlar. Verdi Bozlara yeddi gün heyrat, Istədi həqdən ona həsənat. Hali olmuş bu halə bir molla, Çəkdi fəryad, qıldı vaveyla. Dedi: - Va milləta! Nədir bu xəta, Zaye oldu şəriəti-qərra. Dindən çıxdı bu güruhi-əvam, Bərtərəf oldu hörməti-islam. İt nədir, dəfnü kəfnü qəbristan, Getdi əldən şəriətü Quran. Mindi bi at molla, düşdü yola, Ta gedir məhşər eyləsin bərpa. Çatmamışdı hənuz o hiylətgər, Verdilər haciyə bu halı xəbər- Ki, filan molla qilü qalə gəlir. Dedi: - Yox, özgə bir xəyalə gəlir. Sürüdən tez ayırdı əlli qoyun, Dedi: - Siz bunları yol üstə qoyun. Özü çıxdı onun qabağinə, Mollanın keçdi solü sağinə. Dedi: - Ey naibi-imami-zəman, Sənə olsun atam-anam qurban! Öldü Bozlar, ah, sındı belim, Kaş gözündən bataydı cümlə elim. Necə Bozlar, o çapükü huşyar, Pəncədən şirü yelgədən kaftar. Canavar ondan eylə qorxardı- Ki, sədasın eşitcək ağlardı. Hafizi-xeylü pasibani-rəmə. Gecə-gündüz olan şəbani-rəmə. Sahibi-dövlət ilə malım idi, Baisi-sərvətü cəlalım idi. Çox idi gərdənimdə həqqi mənim, Dedi: - Olsun hərirdən kəfənim. Hər vəsiyyət ki, etdi qıldım əməl, Bir vəsiyyət sizinçün etmiş əzəl. Söyləyib siz cənabə əlli qoyun, Demişəm onları yol üstə qoyun. Qoyun adın eşitdi çün molla, Dedi: - Əhsən bu halə, nami-xuda! İt demə, ol dəxi bizim birimiz, Belə ölmüşlərə fəda dirimiz. Rəhməti-həqqə ol düçar olsun, Səgi-Əshabi-kəhfə yar olsun. Oxuyub sidq ilə ona yasin, Özü də saxladı onun yasin. * * * Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən, Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən. Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi, Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən. Zəbani-türk ilə agah eylər əhli-Qafqazı, Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən. Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı, Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən. Nəsimi sübhtək feyzi olub bu aləmə sari, Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən. Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə, Ki, verdi imperaturi-cahanpərvər ədalətdən. Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami, Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən. Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid, Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən. İlahi padşahi-Rusun eylə dövlətin əfzun, Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən. * * * Həmədan kəndinin hekayəsi Həmədan ölkəsində xud əlan Vardı bir qəryə, xəlqi çox nadan... Bir il ol qövmə rəht olur baran- Ki, qalırlar səfilü sərgərdan. Edir ol qövmi-zar cəmiyyət- Ki, gərək tanrıya verək rüşvət, Ta bizə göydən endirə baran. Bir qədər simü zər qılıb saman, Bağlayıb dəstmalə simü zəri. Kətxuda azim oldu mövlayə, Düşdü biçarə kuhü səhrayə. Gəzdi səhrani zarü sərgərdan, Əldə rüşvət, özü xuda-cuyan. “Rəbbi ərni” deyib gəzirdi rəvan, Nagəhan bir səvarə oldu əyan. Demə kim, bir əmiri-şahsəvar Eyləyibmiş o gündə əzmi-şikar. Əldə şahini-ahənin mixləb, İki tazi yanında tövqi zəhəb. Görcəyin ol əmiri-zişani, Tutdu heyrət o mərdi-nadani. Belə fikr etdi kim, xudadır bu, Dedi kim, dərdimə dəvadır bu. Yürüyüb səcdə qıldı ol kövdən, Dedi: - Ey xaliqi-zəminü zəmən! Məni göndərdi bir bölük füqəra, Ərz edirlər ki, ey şəhi-vala, Bu qədər simü zərdi rüşvətimiz, Yoxdu bundan füzunə qüdrətimiz. Bizə barani-rəhmət eylə əta, Nari-rəht ilə yanmasın füqəra. Ol əlün üstə Cəbrailə qəsəm, Bu iki şux Əzrəailə qəsəm. Bizi rəhmətdən eyləmə növmid, Qifli-məqsudə şəfqətindü kilid. Bildi kim, əqli yoxdu, müxtəsəri, Aldı, etdi qəbul simü zəri. Dedi: - Oldu qəbul rüşvətüvüz, Yaxşı niyyətdü, qorxma, niyyətüvüz. Bu gələn cümə biqüsuru güman Sizə nizal eylərəm baran. Şad olub gəldi ol fəqir, səhər, Verdi bu macəranı xəlqə xəbər. Dedi: - Gördüm xudayi-ərşi-bərin, Əlinin üstə Cəbraili-əmin, İki Əzraili yanında əyan, Tizçəngalü ahənindəndan. Görcəyin səcdə eylədim bünyad, Eylədim rüşvətimi pişnəhad. Gərci bir töhfeyi-mühəqqər idi, Leyk ikram ilə qəbul elədi. Ruzi-cümə o mənbəyi-ehsan Bizlərə vədə eyləyib baran. Əzqəza, ruzi-cümə yağdı yağış, Mürtəfe oldu seyl yeddi qarış. Qəryə heyvanları həlak oldu, Xəlq tufanla zəhrəçak oldu. Dedilər: - Ol xudayi-biminnət Harda görmüşdü min tümən rüşvət? Pulu çox gördü, eylədi ifrat, Deyəsən ki, atıbdı həbbi-nişat. * * * Hikmət İki aqil kəs eyləməz dəvə, Eyləməz bir-birinə büğz əsla. Cəng əgməqlə eyləməz aqil, Əqli başında olsa gər kamil. Onu nadan söysə vəhşətlə, Bu onu ram edər fərasətlə. Dostluq bil ki, tari-mu kimidir, Büğz bir səng, ol səbu kimidir. Gər iki dost olsa sahibdil, Onu hifz eyləmək deyil müşkil. Saxlayar bir tükü iki aqil, Hər ikisi əgər deyillər cahil. Hər ikisi ki, olsa tirəzəmir, Onlara tab eyləməz zəncir. * * * İsgəndər dövründə iki həkim Vardı İsgəndər əsri iki həkim, Mülki-yunanda, vacibüt-təkrim. Onların düşdü çün mübahisəsi- Ki, nədəndir zəmanə hadisəsi? Ol nə bürhan gətirdi hüccət ilə, Bu onu rədd edirdi hikmət ilə. Hər nə mətləb ki, qıldı bü ünvan, Ol gətirdi buna gözəl bürhan. Hərçi ilzamə oldular talib, Birinə olmadı biri qalib. Aqibət şərt qıldı iki təbib, Hərə bir zəhr eyləsin tərtib, O bunun zəhrini içə, bu onun, Ta bu tövdayə kim olur məğbun? Birisi şərbət eylədi tərtib, Zəhr hazır qılıb ikinci təbib. Bir-birə verdilər məhabət ilə, Birisi içdi zəhri cürət ilə, Bilmədi zəhr olduğun anın, Belədir müqtəzası1 dövranın. Etmədi xövf səmmi-nafizdən, Qaldı ol şirdil səhihbədən. Ol biri içdi xövf ilə şərbət, Dari dünyadan eylədi rehlət. Öz işindən onu qiyas etdi, Vəhşətindən zəmanədən getdi. * * * İsgəndərin vəqəsi Nəql edirlər ki, bir gün İsgəndər Eylədi bir xərabə sarı güzər. Gördü nagəh xərabədə bir pir, Arizi rəşki-afitabi-münir. Maili-taəti-xudayi-əlim, Etmədi padşahə bir təzim. Xişmnak oldu padşahi-qəyur, Dedi: - Ey rahi-mərifətdən dur, Nə üçün şahə etmədin təzim? Mənəm İsgəndəri-fələktəkrim. Asiman-qədr şahi-dövranəm, Lütfə dərya, səxavətə kanəm. Mənəm iqlim-girü bac-sitan, Hökmümə tabe oldu cümlə cahan. Dedi: - Ey şah-vacibüt-təkrim, Sənə bir kimsə eyləsin təzim – Ki, ola səndən ehtiyacı onun, Dövlətindən ola rəvacı onun. Qaneəm mən ki, künci-viranə, Sözlərindir yanımda əfsanə. Hirs ilə azdır qulam mənə - Ki, olub indi padşah sənə. Ey olan ol idi qulama qualm, Nə təfaxürdür eylədin elam? Çəkdi ol gün xəcalət İsgəndər, İltimas etdi ol fələkçakər. Dedi: - Eylə məni-həzinə dua – Ki, edə hirsü azı dəf xuda. Seyyida, hirsü azdan həzər et, Gənci-mülki-qənaətə güzər et. Olasan gər Skəndəri-sani, Olacaqsan zəmanədə fani. Nə qalır mülkü malı dünyanın, Nə şükuhü cəlalı dünyanın. * * * İsgəndərin vəqəsi Seyrə çıxmışdı bir gün İsgəndər, Rast bir novcəvanə gəldi səhər. Sərbürəhnə, cünunü divanə, Mənzili bir fəzayi-viranə. Etdi divanəyə o şah xitab, Oldu divanə müstəndi-cəvab. Dedi mən padşahi-dövranəm, Rübi-məskunə, bil ki, sultanəm. Zati-pakımda çün nəcabət var, Məndə dərya kimi səxavət var. Hər nə sən istəsən olur hasil, İstə bir şey ki, ta ola vasil. Dedi divanə: - Ey şəhi-məğrur, Məndən eylə bu dəm məkəsləri dur. Mənə milçəklər eyləyir azar, Məndən olsun buyur, bu ləhzə kənar. Dedi sultan ona ki, divanə, Bir şey istə ki, qadirəm anə. Güldü divanə, söylədi: - Ey şah, Qüdrətin xeyli var imiş kutah. Qüdrətin çünki yoxdu bir məkəsə, Edəcəksən nə lütf hiç kəsə. Mən təki çünki sən də acizsən, Özüvə görmə fəxri çaiz sən. Seyyida, gör ki, sərvəri-mərdan Eyləyib xütbədə bu rəmzi bəyan. Xeyli acizdü bu bəni-adəm, Bir məkəsdən çəkir bəlavü ələm. Məkəsə hökm qılsa ol qəyyum, Fil xortumuna salar xortum. * * * İsgəndərin vəsiyyəti Dəmi-nəzi-rəvanda İsgəndər Eylədi bir vəsiyyət ol sərvər- Ki, anama deyin bu göftari, Xəlqə ehsanım eyləsin cari. Leyk hər kəs çəkibdi dərdü bəla Yeməsin ol təamdən qəta. Çünki saz oldu neməti-əlvan, Qıldı anın vəsiyyətini bəyan- Ki, gərək əkl etsin ol adəm Çəkməyibdir cahanda möhnətü qəm. Mütənəbbih olub kəlamından, Hamı çəkdi əlin təamından. Çünki çəkmişdi hamı möhnətü qəm, Çıxmadı hiç bir nəfər xürrəm. Madəri-əşkbari-İsgəndər Gərci olmuşdu zari-İsgəndər, Bildi ki, mərgə yoxdu bir çarə, Hamının qəlbinə dəyib yarə. Dilbəra, çox da çəkmə möhnətü qəm, Könlüvü eylə qəm günü xürrəm. Gərdişi-çərxi-kəcmədar keçər, Bu qəmü dərdi-ruzgar keçər. * * * Məktublardan sətirlər Günü gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais. Bir bəladır bu dərdi-nadani, Ki onun elm olubdu dərmani. Elmsiz kimsənə hünərsizdir, Elmi-bitərbiyət səmərsizdir. Tərbiyət mayeyi səadətdir. Tərbiyət şəxsə malü dövlətdir. Elmdir baisi-tərəqqiyi-tam, Alimə tay deyil güruhi-əvam. * * * Mir Cəfərə xitab Cəfər, ey ahiyi-biyabanım, Ey biyabani-dildə ceyranım! Ey maralım, gəvəzni-xoşnigəhim, Bürci-dildə cəmalı mehrü nəhim! Belə yazmış bu rəmzi danalər, Əhli-idrakü əhli-mənalər – Ki, cahan içrə var elə işlər Nəzərə ibtidadə xoş görünür. Lakin axır verər nəticə yaman. Buna şahiddir ayeyi-Quran. Elə işlər də vardır, ey sərvər, Sənə zahirdə çox yaman görünər, Leyk axır verər nəticeyi-sud, Olur ol mr sülləmi-məqsud. Huş ilə guş qılsın, ey güli-tər, Bu hekayət sənə kifayət edər. * * * Mir Cəfərə xitab Cəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoşəlhanım! İki yüz yetmiş üçdə, bəd həzar, mötədil fəsl idi, zəmani-bahar. Səni həq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfəraz oldun, Dəxi məndən ki, biniyaz oldun... Demirəm mən gedən təriq ilə get. Sənə bürhan deyil təriqi-pədər, Gör nə yol getdi zadeyi-Azər. Demirəm rus ya müsəlman ol, Hər nə olsan get, əhli-ürfan ol... Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu nəşvü nüma Gərçi viranə oldu zəlzələsən, Çıxmayıb mərifət bu mərhələdən. Vardır hər guşədə yüz əhli-kəmal, Hər biri əhli-elmü sahibi-hal... Xassə kim, padşahi-kişvəri-Rus Edəli təxti-ədlü dad cülüs, Eləyib tərbiyət kəmal əhlin, Gətirib halə bir məhal əhlin. Hər vilayətdə açdı məktəblər, Çatdılar feyzə əhli-mənsəblər. Oxunur onda müxtəlif dillər, Həll olur onda cümlə müşküllər. Ey oğul, bu dəlili-bişəkdir, Adəmi-bisəvad eşşəkdir... Həq buyurmuş ki, ixtilafi-lisan Nemətimdəndir, ey güruhi-cahan! Kim ki, bəs bir dil eyləsə hasil, Oldu bir nemətə o kəs vasil. Cəhd qıl neməti-təmamə yetiş, Elm təhsil qıl, məqamə yetiş Ey oğul, hər lisanə ol rağib, Xassə ol rus elminə talib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur. Çatmayıb şərdən bizə bu xəbər – Ki, ərəbdən siva dil oldu hədər. Nə ərəbdir xuda, nə rum, nə zəng, Nə həbəşdir, nə zəngbarü firəng, Xah boq, xah tanrı, xah xuda Birdi mənada, ey düri-yekta. Ləfz edirsə ifadə mənanı, Sərf edər əhli-mərifət anı. * * * Oğluma Cəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoş elhanım! İki yüz yetmiş üçdə, bəd həzar Mötədil fəsl idi zəmani-bahar, Səni haqq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfraz oldun, Dəxi menden ki, biniyaz oldun. Demirəm mən gedən təriq ilə get, Əqli tut, ol gözəl rəfıq ilə get. Sənə bürhan deyil teriqi-pədər, Gör nə yol getdi zadeyi-Azer. Demirəm, nıs ya müsəlman ol. Hər nə olsan, get əhli-ürfan ol, Demirəm sünni ol və ya şiə Tek hədəf olma tiri-teşniə. Demirəm şeyxi ol və ya babi, Her nə olsan, tək olma qüllabi. Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu neşv-nüma. Lillahül-həmd xütteyi Şirvan Saniyi-İsfəhandır bu zaman. Gərçi virane oldu zəlzələden, Çıxmayıb mərifet bu merhelədən. Vardır hər güşədə yüz əhli-kamal, Hər biri əhli-elm sahibi hal. Xassə kim abü xakinin əsəri, Qabili terbiyət qıhr həcəri. Remzi-hel yestəvi müdəlləl imiş, Bilməyendən bilen kəs əfzəl imiş. Haqq buyurmuş ki, ixtilafi-lisan Nemetimdəndir, ey gümhi-cahan! Kim ki, bes bir dil eyləse hasil, Oldu bir nemətə o kes vasil. Cəhd qıl nemeti-tamama yetiş, Elm tehsil qıl məqamə yetiş. Ey oğul, bir lisanaol rağib, Xassə ol ms elminə talib. Onlara ehtiyacımız çoxdur. Bilməsək dil, əiacımız yoxdur. * * * Öyüd Ey oğul, bil ki, adəmi-bikar, Xüşk olan bir odundu, layiqi-nar. Bunu bizdən deyibdilər əqdəm: Sənəti olmayan deyil adəm. Puç olub getsə dövlətin vayə, Yenə sənətdir əldə sərmayə. Gər ticarətçün olmasa dövlət, Səy qıl, hasil eylə bir sənət. Elmdir əhli-sənətin hünəri, Elmsiz sənətin nədir səməri? Elmsiz sənətin nə miqdarı, “Kari-buzinə nist nəcari” * * * Öyüd Ey oğul, büxldən sən eylə həzər – Ki, bəxilin yeri cəhənizmdir. Gər həlak olsa cümleyi-aləm, Yenə söylər bəxil kim, kəmdir. İstəməz bir kəsi ola xoşbəxt, Öləcək görsə kimsə xürrəmdir. Şəbpərə1 afitabədir düşmən – Ki, ziyasıyla halı dərhəmdir. Seyyida, şəbpərə1 xisal olma – Ki, bu ətvar mərgi-əzəmdir. * * * Qafqaz müsəlmanlarına xitab Əssəlam, ey əhaliyi Qafqaz, Ey rəisani-sahibül-ezaz! Əssəlam, ey güruhi-xeyr-əsər, Millətin qeyrətin çəkən kəslər! …Dadü fəryad, ey güruhi-izam, Oldu zaye bu milləti-islam. Günü-gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais. Bir bəladır bu dərdi-nadani, Ki, onun elm olubdu dərmani. Bu təəccübdür, ey güruhi-bəşər, Bir kişi yatsa, naxoş olsa, əgər, Axtarır bir təbibi-danadil, Ta ki səhhət ola ona hasil. İndi naxoşdu milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər etdilər tərəqqiyi-tam, Qaldı zillətdə firqeyi-islam. Hər vilayətdə var beş-on kəsəbə, Əlli min seyyidü axund, tələbə. Əlli dərviş, əlli mərsiyəxan, Hamının sözləri tamam yalan. Əlli min suxtə, əlli min sail, Əlli min hoqqabazi-naqabil. Hamının fikri xalqı soymaqdır, Quru yerdə bu xalqı qoymaqdır. Xalqa bunlar hamı qurublar dam, Bir bunu anlamır bu qövmi-avam. Bizə qeyrilər eyləyir töhmət, Çün tərəqqi edibdir hər millət. Gərçi var iş qanan kişi tək-tək, Əksəri-xalq avamdır bişək. …Bilmirik biz hədis mənasın, Qanmırıq əhli-şər fitvasın. Bixəbər olmuşuq şəriətdən, Başımız çıxmır elmi-hikmətdən. Kəsb üçün Həzrəti-Rəsulüllah, Dedi: "Əlkasibü həbibüllah". …Ziynəti-şəxs elmi-ürfandır, Elmsiz şəxs misli-heyvandır. …Çünki var idi bizdə nadanlıq, Bizə üz verdi çox pərişanlıq. * * * Şahbaz bəyə Qəsidə Hər aşiqi-sitəmzədə kim, pakbaz olur, Daim zəmanədə işi suzü güdaz olur. Görməz həqiqi aşiq olan vəsli-yarını, Bəzmi-vüsal qisməti-əhli-məcaz olur. Əhli-hünər cahanda oiur çox niyazmənd, Hər kəs ki, bihünərdü o kəs biniyaz olur. Şahi gədayə çərx cdər sahib-irtica, Məhmud könlü bəsteyi-zülfi-Əyaz olur. Ədnayədir nəvazişi bu çərxi-əxzərin, Bilməm sipehri-dun niyə odnanavaz olur?! "Fəali-mayüridi"* salır xaki-zillətə, "Məfüli mən ərad"† dönüb sərfəraz olur. Qəddin xəm eyləyib ona gərdun qılar nəmaz, Hər mərdi-xubtinət kim, binəraaz olıır. Abai-səbədir mənə düşmən, həm ümməhat, Meydani-qəmdə hər gecə bu türkü taz olur. Eylər piyazi çərx əsəl kami-ğeyrdə, Həlva yesəm və leyk mənimçün piyaz olur. Gahi-simaki-rameh olur tirə könlümə, Gahi-simaki-əzəl ona çarəsaz olur. Sibtilərin müxalifı Qibli olur, vəlı Oövmi-Qüreyş xəsmi-rəsuli-Hiçaz olur. Haşa qılır, sobatım alır çərxi-nərdbaz, Məşhıırdir ki, mərdi-ınüqəmmordə baz olur. Seyri-sipehrdən nə horasım, əgor mənə Fəryadrəs zəmanodə ol Şahbaz olur? Ol şahibazi-əsr ki, ədlindən ol şəhin Güncüşk aşiyani həmon çeşmi-baz olur. Ol şahibazi-övci-ədalət ki, dərgohi Lütf ilə əhli-fəqrə şəbü ruz baz olur. Ol sərfərazi-mülki-səxa kim, cənabına Hər kimsə kim, dəxil düşər sərfəraz olur. Seyyid dəxildir senə, ey mənbəyi-əta, Xövf etməsin ki, aləm ara biniyaz olur. Cismi-cahannümadü zəmirin zəmanədə, O1 camdən əyanə golır, hər nəvaz olur. Ey tacidar, haləti-pürixtilahını Gər yekbəyek yazam sənə, qissə diraz olur. "Xeyrül-kəlam qəllə və dəllə"* demiş həkim, Hikmət yanında tul süxən bicəvaz olur. Öz yazdığım kəlam özümə xoş gəlir, vəli Şayəd ki, ğürbeyi-məsoli-şahbaz olur. Mən xuşəçini-xirməni-ehsanınam sənin, Lütf eyləsən, bu il yenə halım təraz olur. Naz eyləsəm, nə eybi var, öz Şahbazıma, Adətdü nazpərvər olan əhli-naz olur. * * * Şeyxül-islam Molla Əhmədə Məsnəvi Şeyxül-islam, ey həya kani- Ki, sənə yoxdu dəhrdə sani. Hikmətin əvvəlinci Loğmani, Ömrün olsutı cahanda tulani! Dövlətü şövkətin tnüdam olsun! İzzətin həm ələddovam olsun! Ey verən şəri-Müstətäyə rəvac, Əhli-islam lütfuvə möhtac. Rəmz "əzbün Fəratü milhi-ücac*", Lütfü qəhrindir, ey nəbimərac. Qəhr kim, lütfiin ilə müzmərdir, Bu cəlal ol cəmalə məzhərdir. Ey riyazi-şəriətin şəcəri, "Güntü kənzün" hədistnin səməri. Qülzümi-vəhdətin səmin gühəri, Rahi-şərin əmirü rahbəri. İlləti-caiyi-cahan sənsən, Baisi-xəlqi kiin -fəkan sənsən. Ey olan əhli-clm mümtazı, Füzəla fövcünün sərəfrazı. Elmin Əllaməyə edər nazi, Fəzlivü görsə fəxr edər Razi. Sənə jagird Əhmədi-Hənbəl. Xadimin Şeyxi-Tusdan əfzəl, Sərvəra, istima qıl halım, Eyləyim ta ki ərz əhvalım. İndi düz qırx iki olub salım, Eləməz bir tərəqqi iqbalım. Günbəgündən zəlilü xar oluram, Möhnətü qüssəyə düçar oluram. Oxudum, elm eylədim hasil, Oldum aləmdə fazilü karnil- Ki, olam bir muradə raən vasil, Məni xar etdi bəxti-naqabil. Elmdən hasilim ziyan oldu, Günü-gündən işim yaman oldu. Məni-divaneyi-zəlumü cəhul, Nəfsi-biçarani edib məşğul. Eylədim kəsb elmi-fıqhü üsul, Olmadı hiç bir murad vüsul. Mənə öz elmim oldu vizrü vəbal, Mənzilim hər məkanda səffi-mal. Eylədim əhli-eimə xidmətlər, Ta ki qıldıın "Mütəwəli" ozbər, Məni incitdi cüdi-"Layəhzər". Müxtəsər, zaye oldu nuri-bəsər. Özgə nəhv ilə sərf oldu zaman, Olmadı Əmrü Zeyddən saman. Ey olan mütki-fəzlə əllamə, Vey olan şeyx əhli-islamə, Sinədə gərm olub bu hongamə, Gor yetə şəfqətinlə əncamə. Faş olur sirri-nəssi "mən əvha", "Və huvəşşcyxü, yühyiü-mövta"*. Seyyida, ol cənabə eylə dua- Ki, duadır təriqeyi-şüəra. Barilaha, bəhəqqi-şiri-xuda, Ona tulani ömr eylə əta! Xatirin şad elə bu dünyadə, Əhməd olsun şəfiin üqbadə. * * * Xeyirsöyləməzin hekayəsi Varı bir xeyirsöyləməz nadan, Dilinə xeyir gəlməyib bir an. Dedi bir şəxs ona kim, ey müztər, Edirəm mən bu gün İraqə səfər, Bir dua eylə, ey əziz, mənə Ki, səlamət gəlim yenə vətənə, Hər nə əynimdə var libasi-səfər, Sənə verrəm, çıxardıban yeksər. Dedi kim, indi ver mənə, heyhat, Eylədin bəlkə qürbət içrə vəfat. * * * Şirvanın təzə bəyləri haqqında Çünki xəllaqi-cahan xilqəti-imkan elədi, Kənzi-məxfidə olan sirri nümayan elədi, Mənbeyi-feyz idi, bu aləmə ehsan elədi, Kimini eylədi heyvan, kimi insan elədi. Ənbiya silkini sərdəftəri-dövran elədi. Əqli sultan yaradıb, qıldı həvasi xüddam, Qəlbi-insanı edib hikmət ilə ruhə məqam, Xilqəti-aləmə çün feyzini göstərdi təmam, Ta qoya aləmə ol qadirü qəyyum nizam, Bəzini xan eləyib, bəzini sultan elədi. Sirri-hikmətdi bu iş kim, hamı kəs xan olmaz, Xar lazımdır ola xar, gülüstan olmaz, Xan xar etmək üçün xaliqə nöqsan olmaz, Hamı kəs bəy ola bilməz, hamı kəs xan olmaz, Hikməti-kamiləsin həq belə şayan elədi. Mülki-Şirvan bu diyarın ki, gülüstanı idi, Mustafa xani-fələkşovkət onun xanı idi. Bu diyar əhli onun tabeyi-farmanı idi, Var idi bir neçə bəylər ki, onun canı idi, Onların hər birinə bir cürə saman elədi. Etdi çün dövləti-Rusiyyə bu mülki təsxir, Səltənət mülkünü ta istədi qılsın təmir. Yaranal Yermolovi-sahibi-əqlü tədbir Şirvanın bəylərini birbəbir etdi təhrir, Hər kəsin layiqi-əhvalını tibyan elədi. Çün bu təhrir zamanından ötüb bir müddət, Bəy olan kimsənələr şəhrdə tapdı şöhrət, Xəlq gördü ki, edir bəylərə dövlət hörmət, Bağladı şövqlə bəy olmağa çoxlar niyyət, Kimi bəy yazdı atasın, kimisi xan elədi. İmperatora bu iş çünki olub kəşfü oyan, Ta ki, təhqiqi-məratib ola verdi fərman. Gəldi Şirvanə Puçin açdı bu əmrə divan, Onun əhdində bu iş tapmadı yeksər saman, Təzədən gəldi, Məlikbəylərov ünvan elədi. İçdilər and çilenlər hamısı Quranə, Ta ki, meyil etməyələr əyrüiyə, böhtanə, Hər kəsin layiqinü şərh edələr mərdanə, Bəylərin bəyliyi ta sabit ola divanə, Xan, kimi bəy eləyib, ya kimi dərban elədi. Saqi, doldur, mənə bir cam, əmiranə gətir, Tövsəni-təbimi bu ərsədə cövlanə gətir, Bimü bak eyləmə, hər bir sözü mərdanə gətir, İndi, ey təb, bəy əhvalını meydanə gətir, De görüm, bəylik işin el necə ünvan elədi? Bəli, ol gün ki, çilenlər seçilib tapdı nizam: Müxtəsər ərz qılım, yaxşı deyil tuli-kəlam. Gördü bəylər neçə yüz ərzə verən var, hamı xam; Dedilər kim, at ölüb, itlərə oldu bayram, Hər biri bir təmən-xam üə cövlan elədi. İki bəy düşmədi rüşvət təməinə əsla, Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa. Qaldığı vurdu işin, gözləmədı şərmü həya, Getdilər xəlqin hamı başına yüz dərdü bəla, Unudub Allahi bunlar hamı tüğyan elədi. Qarasaqqallı Həsən oldu pul almaqda vəkil, Aldı pul, eylədi qismət, hamıya durdu kəfil, Ət bazardan daşınıb mənzilə zənbil-zənbil, Etmədi mədələri yağlı qidanı təhlil, Saldı ishalə çoxun qatı elədi. Çoxusu gəlmiş idi şəhrə bular bisərü pa, Bir də gördük ki, geyib hər biri bir tirmə çuxa. Görcəyin xəlq oları, söylədi, ey bari-xuda. Tülkü quyruğunu harda batırıbdır nohura, Yenə bunlar kimi soydu, kimi üryan elədi? Bəylərin hasil olub dövri-fələkdən tamı, Yedi, yağlandı, qarın saldı qoyun tək hamı, At ölüb, itlərin oldu neçə gün bayramı, Gördü şiybanlı Qasım görmədiyi əyyamı, Getdi on dörd gecə Şiybanda çirağan elədi. Yekə bəylər pul alıb bir neçə alçaq bəydən, Kühən atlar necə ki, arpa qapar eşşəkdən, Tutdular aqibəti qırma, barıtdan, zəngdən, Nüh beyin pul tökülüb üstünə yerdən, göydən, Qocalıq Nuh kimi axırı tufan elədi. Necə insafdı kim, Hacı Həsən bəy bir pir, Deyəsiz bəy deyil, axır ola sizdən dilgir, Bəxş edib siz təki çox bəylərə şali-Kişmir, Tərxanov Knyazovu gördü olub şeyxi-Kəbir, Çox inayətlər edib hər işə tərxan elədi. Bu nə insafdır, ey peyrəviyani-Bərmək, Eylə kəs var ki, çox yaxşıdı ondan eşşək, Onu siz bəy edəsiz, olmaya Mirzə Hacı bəg, Bavücudi ki, çiləndir, özü də çox zirək, Siz edən zülmü nə Süfyanü nə Mərvan elədi. Xud pristatel özü Hacı bəyə verdi bəzək, Dedi hər nal çəkər oğlu nə rəvadır ola bəg? Bəs nədəndir ki, boy oldu, görəsən, zimral Səhək? Aşikar işdi ki, həmməzhəbinə etdi kömək, Batini zahir edib qəsdi-müsəlman elədi. Qaraqaş oğlu ki, heç bəy döyüdü, bəg dedilər, Pul ki, gəldi araya, bardağa səhək dedilər, Kim ki, pul vermədi, — ol yazığı Bərmək dedilər, Müxtəsər, eşşəyə at, ata da eşşək dedilər, Bu eşşəklər yeyibən arpanı tüğyan elədi. Bu çətin məsələ, ey müftiyi-pakizə-xisal, Yazılıb, səndən olur şər təriqilə sual. İndi bu bəylərə arvadı həramdır, ya həlal? Sən əgər doğru deməzsən, qalı boynunda vəbal, Şarii-şər bu hökmü necə tibyan elədi? Gər qubernat ötürə əlli pristav Sibirə, Yenə zənnim bu deyil, bir-birinə iş yetirə, Çünki bədcins əmələ cümlə dönübdür qətirə, Həmzəni saxladı Qurbanbəyov, arvad gətirə, O da Qurbanbəyova canını qurban elədi. Kişinin dövləti-Qarunə çatar imkanı, Mülkü mal ilə müsəxxər eləyib Şirvanı: Bağı, buzxanəsi, karvansarası, dükkanı, Nökəri, faytonu, atı, qoyunu, çobanı, Dövlətü malı onun aləmi heyran elədi. Xud, tutaq ki, demədiz bəy filana, bəhmanə, Gəldi sərdar sabah, düşdü bir iş, Şirvanə. Hansınızda tapılar düşmoyə layiq xanə? Tüpürüm astarı bez yatdığınız yorğanə! Bilmirəm həq sizi bunca necə heyvan elədi. Birisi xan ola gər olmaya evdə nanı, Həsrəti-nan ilə hərdəm çıxa qəmdən canı, Bilmirəm, neyləyir o xanlıği, ya dünyanı, Hər kimin dövləti vardır, odur əsrin xanı, Pul edən hökmü nə xanü nə də sultan elədi. Adı bəy olmaq üçün bəy olumu hər gümrah? Özünü yüz bəzəyə, şir ola bilməz rubah, Nənəş oğlu gətirib bir bəyə Şirvanda pənah – Ki, onu bəy eləsin, bir elə sən tanrı nikah! Eylə kamil kişinin adını nöqsan elədi. Şirvanski yazıb öz adını bir bəyzadə, Ta ki, fəxr eyləyə əslü nəsəbü əcdadə, Çox deyildir bu ona, fikr edəsən mənadə. Biz dedik ki, yazacaqdır adını şahzadə, Yenə insaf eləyib kim, bu yazıq xan elədi. Yüz manatdan yuxarı xərc eləyib Hacı Manaf, Bəylərin xanəsini şamü səhər etdi təvaf, Dedilər bəydi, bunun bəyliyinə yoxdu xilaf, Bir sual etdi pristatel, ey əhli — insaf-Ki, neçün Xan ləqəbin Üryanın üryan elədi? Qarasaqqallı Həsənbəy duruban tez ayağa, Ərz qıldı ki, onu şərh qılım mən, ay ağa, Nə qədər xan tutardı onu kürkə, papağa, Dağıdıb paltarın, üryan gələrdi otağa, Qoydu xan adını Üryan, lotu meydan elədi. Kül sənin başına Şirvan, əcəb oldun nadan – Ki, sənə sahib olur indi gəlib hər … atan, Hanı əyyami-qedimin, hanı ol Mustafa xan – Ki, çıxıb taxtına izzətlə edərdi divan! Çərxi-zən-qəhbə əcəb bizləri suzan elədi. Advoqatlar demə, bu xəlq ilə manəndi-yağı, Başı Fondilki, Haput orta, Ağacan ayağı, Soydular ərzəçinin qalmadı cismində yağı, Yazıq Abdulla bəyin həm uduzuldu boyağı, Həm özün soydu lotu, gör necə üryan elədi… Xəlqlər çox yığılıb söylədilər hədyan söz, Yıxdı Şirvanın evin axın bu böhtan söz. Həqq-nahəq cəm edər hər biri bir dəstan söz, Məsləhətçün oxunan söhbət edər ünvan söz, İnanan kimsə bilir ki, lotu meydan elədi. İy çəkirlər tufa tək ta ki, görüb harda var aş, Kimdə var ağca pilov, hər gecə yağlı bozbaş, Çoxu var ki, götürüb çün özünə böylə maaş, Öz evində yeməyib, and içərəm, bir gecə aş, Qarnın otarmaq üçün nəfsini heyvan elədi. Əhli-divanın işin şərh qılım bir neçə bab, Şərhi itmamə yetişməz yazila ətli kitab; Füqəralər yanıban zülm oduna oldu kəbab, Bir tərəfdən elədi zəlzələ Şirvanı xərab, Bir tərəfdən də, bular aləmi viran elədi. Hələ qoy zəlzələnin söhbəti qalsın baqi, Şərh edim cümlə polisə işini, ey saqi, tökdü bizim başımıza torpağı, Tikdi hakim bizə hər həftədə bir sarsağı, O da gəldi gücünən tabeyi-fərman elədi. Aldılar saqqalını çün ələ bədzat əmələ, Etdi soyğunçuluğu hər biri bir zat əmələ. Hər biri tovladı soymaqlığa bir qat əmələ, Aldılar xəlqdən eşşək əmələ, at əmələ, Necə ki, hər biri bir ayğırı madyan elədi. Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak, Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq, Məsləhətçin eleyibler neçə əşxası qaçaq, Neçə kəs var ki, nahəqdən olubdur dustaq, Kimi öldürdü görək, hansı sinib qan elədi? Etdi Əbdül Əli bəy xatirimi xoş və xüram, Xassə kim, Xan çobanı taifəsi cümlə avam, Biri bilməzdi ki, var məhzəri-divanda məqam Həm şəhərdə, həmi çöldə işinə verdi nizam, Gəzdi hər yan Məlikov, yaxşıca divan elədi. Dağılıb çöllərə açdı hərə bir növ kələk Qırxdı xəlqin başını hər biri misli-dəllək, Sac Lahıcdan qutarıb, qalmadı Salyanda ələk, Cifə cəm etməyə kim, bunlar ilə Şeyxəli bəg, Gəh mürid etdi özün, gahi müsəlman elədi. Sarısaqqallı naçalnik demə, bir qorxaq inək, Çünki çullardı, palanlardı onu hər eşşək, Hərə bir növ onun … vurdu kəpək, Bir neçə müddət ağamız bizim oldu İsa bəg, Bir zaman gəldi bizə hökm o Tərxan elədi. İncinar oldu Qasımbəy, bizə çox verdi əzab, Həqq evin yıxsın onun, etdi bizi xanəxərab, İncınarlıq özü bir elmdi bihəddü hesab. Bu avam oğlu avam harda görüb fəsli-kitab, Haradan gəldi, özün qabili-əyan elədi? Atdı divanını hər müfsidi-bədzat üstə, Mindi gündə atını, çapdı özü tat üstə, Gəzdi hər yanda, beş eşşək yedi bir at üstə, Bir gün az qaldı ki, yüz qan düşə dibdat üstə, Yenə həq lütfünü gör xəlqə njgəhban elədi. Mirovoy sudyada vardır neçə bədzat əmələ, Üz güləş, qəlbi qara, saqqalı manəndi-şələ, Şələ saqqalı qoyub ciyfeyi-dünyayə tələ, Aşina gözlədi bu Seyyidi-sərgəştə hələ, Şərmdən adlarını yazmadı, pünhan elədi. Gərçi it qırdı salıb çoxların etdi ixrac, Leyk bundan belə olmaz qəmi-pünhanə əlac, Özgə növ ilə tapıb şəhrdə bir növ rəvac. Onları həqq özü bir əppəyə etsin möhtac, Necə ki, özləri çox kimsəni binan elədi. Var neçə molla ki, Şirvanə olar tazə gəlib, Qoymağa küfr ilə islamə bir əndazə gəlib, Şərin övraqına bir şəneyi-şirazə gəlib, Şöhrəti-elmi salıb aləmə avazə gəlib, Hər biri rövnəqi-islamı nümayan elədi. Bisəbəb əhli-vəfa naləvü fəryad eləməz, Üqdəsi olmasa, könlündə cərəs dad eləməz, Büğzü var, çərxi-dəni əhli-dili şad eləməz. Yıxmasa yüz evi, bir büqəni abad eləməz, Tikməmiş bir evi, yüz min evi viran elədi. Bu xəyal ilə ki, şayəd ələ bir xeyr düşə, Çapdılar hər tərəfə, baxmadılar yayə, qışə, Sərqətərlər hamını saldı işə, verə dişə, Kürdəmir doşabı, Bakı üzümü düşdü işə, Ozünə hər biri bir növ ilə saman elədi. Hər kəsin olsa başında yekəraq əmmamə, Görünür xəlqdə guya ki, odur allamə, Minbər üstə çıxıban gərm eləyir həngamə, Buınların vəsfini təhrir qıl, ey can, xamə, Ərseyi-fikrdə yüz şövq ilə cövlan elədi. Şeyxül-islam özü nəql etdi bunu çox məzəli, Özgə növ ilə düşübdür bu işin xud əzəli, Bu Şüreyh qazinin oğlu yəqin olmuşdu dəli, Batinən qazilik üçün içi getmişdi, vəli, Təmai-xam onu axırda pərişan elədi. Yaxşı yadımdadı bir vəqt zəmani-mazi, Şeyxül-islam, filani dedi olsun qazi, Zahirən el üzünə olmadı ol kəs razi, İndi də feyz üçün inkar qılır fəyyazi, Gəldi zahir kişini aləmə dastan elədi. Heyf əzl oldu Ağamməd kimi blr nər qazi, Şiədən indi olub Molla Ələsğər qazi, Dün soruşdum ki, məgər böylə olur hər qazi? Dedilər sünnidə vardır hələ bədtər qazi – Ki, müsəlmanlığı öz adına böhtan elədi. * * * == Rəbiül-ətfal == Dibaçə [...] Bəndeyi-bimiqdar, Seyyidi-xaksar ərbabi-fəhm və fərasətə və əshabi-kiyasətə ərz edir ki, bəzi mətalibi-aliyələr ki, idrakı cəmi bəni-növi-bəşərə azımdır, alimiqdar olan müsənniflər bəzi kitablarda əlfazi-qəlizeyi-şədidə ilə bəyan ediblər, ətfali-dəbistanın zehni dər- kindən aciz və qasirdir. Və müşəxxəs və məlumdur ki, bizim diyarın əhli hər nə elm ki, kəsb edərlər – əyyami-tüfuliyyətdə kəsb edərlər. Fəlihaza, bu kitabi-müstətab ki, mərifətnameyi-müxtəsərdir, öz türki lisanımızda aşkar olan əlfaz və əshəl olan ibarətlər ilə səbt və rəbt olundu ki, ali olan mətalibdən tüllabi-dəbistan bəhrəmənd və feyziyab olsunlar. Çünki hicrətin 1294-cü ilinin rəbiül-əvvəl ayında ibtida olundu – “Rəbiül-ətfal” ismi ilə müsəmma qıldım. * * * Başlanğıc Həmdi-bihəd xudayi-sübhanə – Ki, çatıb feyzi kövnü imkanə! “Mübdii kainatü müzhirihu, ** Vəhdəhu lailahə illa hu Kənzi-məxfikən ol ülüvvməkan İstədi zati olmağını əyan. Qıldı məxluq xəlqi-imkani, Ta ola zahir aləmə şani. Küreyi-ərzi eylədi icad, Gəldi ondan əyanə səbü şidad. Oldu əncümlər, ey ülül-əbsar, Didəbanani-nöh kəbudi-həsar. Qəmərü tirə Zöhrə tapdı məhəl. Şəmsü Mərrixü Müştərivü Zühəl Hər birin bir fələkdə qıldı müqim, Ta çata kainatə feyzi-əmim. Fələki-həştüm oldu zati-biruc, Ondadır heyətü sifati-büruc. O fələk mənbəyi-səvabitdir, Hükəmayə mədarı sabitdir. Fələki-nöhhüm ərşi-əzəmdir, Ərşdən fövqü sirri-mübhəmdir. Neçə yüz min həkimi-danişvər Bilməyib ərşdən o yanə xəbər. Hükəmadən olubdu bil axir, ** “La xəlau vəl aməla” sadir, Altı gün müddətində ol dana Eylədi cümlə aləmi peyda. Feyzini qıldı aləmə Qüdrətin zahir oldu asari. Qıldı bihərfü ləfzü sövtü nida, Ta ola cümlə masiva peyda. Kafi-kon nunə olmamış vasil, Oldu bu ərzü asiman hasil. Xəlq edib aləmi məşiyyətlə, Yoğurub xaki dəsti-qüdrətlə. Xakə öz surətin əta qıldı, Onu soltani-masiva qıldı. Ona təlim qıldı əsmanı, Bildi hər ismdən müsəmmanı. Qılmış ikən onu xəlifeyi-ərz, Cənnətin sirrin eylədi ona fərz. Ona qıldı ənis Həvvani, Qıldılar izdivaci-ruhani. Gərçi zahirdə ol bir adəm idi, Leyk batində çox müəzzəm idi. Nuri-paki-Məhəmmədü Heydər Olmuş idi o xakdə müzmər. Zahiri xakü batiniydi nur, Zərrə idi o nurə şöleyi-Tur. Əsl odur, fər Həzrəti-Adəm, Odu Musayədü Məsihadəm. Nuru ol şahi-ənbiyanın əgər Olmasaydı o xakdə müzmər, Səcdə etməzdilər güruhi-mələk Əmrinə tabe olmaz idi fələk. Görsə idi o nuru gər şeytan, Səcdə eylərdi Adəmə hər an. * * * Peyğəmbərin tərifi Dəxi yüz töhfeyi-səlatü səlam, Nə qədər var bu gərdişi-əcram, Olsun ol şəxsə kim, müəyyəddir, Ənbiya sərvəri Məhəmməddir. “Qabəqövseyn” bəzminin şahi, “Fətədəlla” süpehrinin mahi. “Vəzzüha” vəsfi-mahi-rüxsari, Rəmzi-”Vəlleyl” zülfünün tari. Ol ki, nəleyni vermiş ərşə rəvac, Ənbiya cümlə feyzinə möhtac. Zatına yox zəmanə içrə nəzir, Mehdiyü hadiyü bəşirü nəzir – Kim, odur şəmsi-Yəsribü Bətha, Şəbi-dacə cəmalı verdi ziya. Münkəşəf ondan oldu sübhi-əzəl, Münxəsəf ondan oldu Latü Cəsəl. Odur ecazə mənbəyi-mütləq, Barmağından qəmər olub münşəq. Ona Quranı möcüzi-baqi – Ki, qoyub aciz əhli-afaqi. Gərçi ümmidi zahir ol mövla, Leyk oldu müəllimi-əsma. İlləti-mayəkunü məniyi-kün, Mənbəyi-çeşməsari-elmi-lədün. Sirri-tövhidü nəfsi-sərməddir, Əhədü Əhmədü Məhəmməddir. Xassə ol şahə kim, odur canım, Dedi həq Mürtəzadır aslanım. Harda kim, şiri-pürşücaətdir, Özgələr mədhəti nə haçətdir. Mürtəza vəsfinə yazıldı vərəq, ** “Zəhəqəl-batilü və caəl-həqq” Ey xuda, xeyrətün-nisa həqqi, O düri-bəhri-Müstəfa həqqi, Ciyəri-çaki-Müctəbayə qəsəm, Xuni-məzlumi-Kərbəlayə qəsəm. Mənə rahi-hidayət eylə əta, Eylə mədhündə nitqimi guya. Sənə layiq əgərçi yox əməlim, Üzmə damani-Mürtəzadən əlim. Bir də qismət elə ziyarətini, Həm görüm həşrdə şəfaətini. On bir övladına qulaməm mən, Talibi-həzrəti-imaməm mən. Ey xudavəndi-sahibi-qüdrət, Qıl zamani-zühurini qismət. Tez fərəc zahir eylə islamə, Tez yetir işləri sərənçamə. Zülmü cövr ilə kim, dolubdu cahan, Tez elə ədlü qistini ehsan. Gətirib zülmü cövr canə bizi! Varis et ərzü asimanə bizi! * * * Nazimin ifadəsi Ol zamandan ki, etdi həft aba Ümməhat izdivacini peyda, Gəldi ondan vüc udə çox fərzənd. Bəzi biəqlü bəzi danişmənd. Mən dəxi bir yeganə fərzəndəm, Deyiləm naxələf, xirədməndəm. İki yüz əlli birdə bədi-həzar, Əsri-Sultan Məhəmmədi-Qacar, Rumə Əbdülməcid idi sultan, Oldu darül-viladətim Şirvan. Hansı Şirvan, o gülsitani-qədim – ** Konda Şirvanşəhilər oldu müqim. Nə Şəmaxi ki, onda İzzəddin Nəzmdən zahir etdi sehri-mübin. Məsqətür-rəsi-paki-Xaqani, Hünərin Zülfüqari-bürrani. Nə Şəmaxi ki, onda sübhü məsa Verdi rüxsari-şeri-Bədr ziya, Nə Şəmaxi ki, onda təbi-Bahar Etdi yüz min baharlər izhar. Qıldı Rusiyyə çün onu təsxir, Oldu rövnəqdə saniyi-Kəşmir. Olmuş ikən səfadə rəşki-cinan, Tapdı eynül-kəmaldən nöqsan. Etdi Şirvanı payimali-məlal, Rəcfətül-ərzü sədmeyi-zilzal. Xəlqi-Şirvan olub pərakəndə, Hər biri bir qəribə məskəndə. Dağılıb, şəhri qoydular bərbad, Etdilər Badkubəni abad. Qaldı bir parə bisərü saman – Ki, yoxuydu fərarə tabü təvan. İmperaturi-Rusi-valaşan Əhli-Şirvanə qıldı çox ehsan. Qıldı çox xanə xəlq üçün təmir, Leyk təqdirə olmadı tədbir. Əhli-Şirvan hənuz edəllər hesab Küreyi-ərzi qətreyi-simab. Müddəti-ömrdə məni-dilgir Neçə yol xanə etmişəm təmir. Eyləyib axirət evin bərbad, Eylədim xanimanımı abad. Vəzi-həml etdi çün məni madər, Pədərim dari-xüldə etdi səfər. Adımı qoydular çü Seyyid Əzim, Düşdü bəhri-qəmə bu dürri-yetim. Oldum ol gün ki, çardəh salə, Düşmədim fikri-dövlətü malə. Eylədim arifanə kəsbi-ülum, Gah Bəğdad məskənim, gah Rum, Eylədim Misrü Şamdə məva, Gah yerim Yəsrib oldu, gah Bətha. Oxudum nəhvü sərfü fiqhü üsul, Hikmətü heyət eylədim məhsul. Ta ki müstəcmii-ülum oldum, Nəzəri-əhli-əsrə şum oldum. Olmadı çünki məndə malü mənal, Mənə öz elmim oldu vizrü vəbal. Eylədim ta ki hər büsatə güzər, Məni gördükdə xəlq söylədilər: Budu gəldi səfahətin kani, Hacı Seyyid Əzim Şirvani! Küreyi-ərzi fərz edər səyyar, Zəlzələ baisin bilibdi buxar. Söyləyir şəms qütbi-aləmdir, Fələki-nöhhüm ərşi-əzəmdir. Bir görün ki, olubdu bu cahil İnqilabi-ənasirə qail. Söyləyir gah su həvayə dönər, Gah həva su olub səmadən enər. Ab olur atəşü həm atəş ab, ** “İnnə hazəl məqalə şeyün ücab” Allah, Allah, bu küfrü tüğyandır! Demək olmaz ki, bu müsəlmandır! Ey səfihü dəbəngü nahəmvar, Bu xəyalından eylə istiğfar! Bunu təlqin edib sənə şeytan, Şəri-paki-Mühəmmədidən utan. Hükəma qövlünün nədir səməri? Qalmasın fəlsəfilərin əsəri! Var cahanda gözəl hekayətlər, Neçə min nazənin rəvayətlər. Nəzm qıl “Qisseyi-Güləndam”i, Eylə məlum eşqi-Bəhrami. Kərəmin Əsli ilə yaz vəslin, Kəşf qıl Əsli xanımın əslin. De “Koroğlu”, cahanı canə gətir, Qıratın vəsfini bəyanə gətir. Söylə nəqli-Qəribdən hərdəm – Ki, onun yarı idi Şahsənəm. Eşidənlər kəlamın olsun şad, Söyləsinlər ki, mərhəba, ustad! Qala aləmdə yadigar sözün, Ola sövqati-hər diyar sözün. Nə gərəkdir hekayəti-xilqət, Nə gərəkdir bizə o keyfiyyət? Bu nə sözdür ki, xəlqi-kövnü fəsad Nə qərar ilə oldular iyçad?! Nə gərəkdir fəzilət izharı, Həq-təala bilir bu əsrarı. Olmayıbdır əgər sözün kutah, Başla nəqli-Koroğlu, bismillah! * * * Kitabın yazılma səbəbi Bu səbəbdən mən, ey həmidəsiyər, Eylədim nəzm çox hekayətlər. Çünki gördüm hərifi naqabil, Özümü əmdən eylədim çahil. Sənə saz olmasa zəmaneyi-fən, Özüvü saz qıl zəmanəyə sən. Xəlqi gördün olubla divanə, Sən də divanə ol, nə fərzanə. Xoş məsəldir bu kim, palazə bürün, Getsə hər yanə el, o yanə sürün. Xah ruminəjadü xahi Zəng, Xəlq ilə xasiyətdə ol həmrəng. Mərifət şərhin etmə nadanə, Səni eylər hesab divanə. Neçə kim, bu hekayəti-ziba Sənə bu maçəranı eylər əda. * * * Hekayət (var idi bir vəziri-dəryadil) Var idi bir vəziri-dəryadil, Elmi-rəmlü nüçumdə kamil. Bir gün ərz eylədi gəlib şahə – ** Key, çatan hökmü mehr ilə mahə! Tapmışam mən nücum ilə ki, həman Yağacaq üç gün, üç gecə baran. Olacaq sulərə o su məxlut, Hər kəs ondan içə olur məxbut. Götürək abi-safdən neçə xüm, Ta ki bizdən fərasət olmaya güm. İçibən xəlq olanda divanə, Biz qalaq xəlq içində fərzanə. Şah onun gördü rəyini mərbut, Abi-xalisdən etdilər məzbut. Vəqt kim, yağdı ol diyarə mətər, Oldu məxlut sulərə yeksər. Hər kim içdisə, oldu divanə, Qaldı şahü vəzir fərzanə. Gündə divanələr edirdi xüruş, Nə libasü rida, nə fərşü füruş. Sözləri çümlə hərzəvü həzyan, Bəzi üryanü bəzi şeyhəkünan. İt ularsa, bular ulardı təmam, Qarışıb bir-birə xəvasü əvam. Baxdılar, gördülər səğirü kəbir Oxşamaz özlərinə şahü vəzir. Dedilər ol güruhi-əbləhü dəng, Bizə bunlar neçin deyil həmrəng? Bəs vəzir ilə şəh olubla cünun, Səltənətdən edin şəhi birun! Çünki bunlar olubla divanə, Bizə bir şəh gərəkdi fərzanə. Bəs o gün ol güruhi-sərkəşü şum Qıldı darül-imarə üstə hücum. Gördü çün şəh o gün o əhvali, Oldu mənzuri-xəlqdən hali. Dedi kim, ey vəzir, eylə şitab, Abi-məxlutdən gətir bir qab, İçdi ondan o iki fərzanə, Oldular xəlq kimi divanə. Atdılar xəlq tək müəlləqlər, Sanki oynar həvadə ləqləqlər. Yırtdılar camə, çəkdilər əfğan, Oldular hər libasdən üryan. Dedilər ol güruhi-naqabil, İndi şahü vəzir olub aqil. Ey gözüm nuru, böylədir hikmət, Cinsdən cins eyləməz nifrət. Binəva şəxs binəvanı sevər, Necə kim, kah kəhrübanı sevər. Necə alim qaçırsa nadandan, Bil yəqin kim, bu həm qaçar ondan. Yox məzaqi-kəmal cahildə, ** Nolduğun fəhm qılmaz aqildə. Aqil ol şəxsdir ki, leylü nəhar Edə xəlqin məzaqına rəftar. * * * Mircəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım) Çəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoşəlhanım! İki yüz yetmiş üçdə, bəd həzar, Mötədil fəsl idi, zəmani-bahar. Səni həq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfəraz oldun, Dəxi məndən ki, biniyaz oldun, Əql peyğəmbərin qılıb rəhbər, Öyrən adabi-məzhəbi Cəfər! Demirəm mən gedən təriq ilə get, Əqli tut, ol gözəl rəfiq ilə get. Sənə bürhan deyil təriqi-pədər, Gör nə yol getdi zadeyi-Azər. Demirəm rus, ya müsəlman ol, Hər nə olsan get, əhli-ürfan ol. Demirəm sünnü ol və ya şiə, Tək hədəf olma tiri-təşniə. Demirəm şeyxi ol və ya babi, Hər nə olsan tək olma qüllabi. Mən özüm şiəyəm, budur sifətim, Leyk əshabə yox müxalifətim. Gər Əbubəkrlə Ömər, Osman Zülm ediblərsə, həqq edər divan. Oların barəsində etmə güman, Edər imanə suyi-zənn ziyan. Zülm ediblərsə filməsəl şahə, Oları vagüzar et Allahə. Dilüvü saxla lənət etməkdən, Qeyri şəxsə şəmatət etməkdən. Neçə illər Əliyyi-İmranə Əhli-İran deyirdi əfsanə. Sonra nöqsanların bilib naçar, Etdilər cümlə tövbə-istiğfar. Olmaya ruzi-həşr, ey müztər, Ola xəsmin cənab peyğəmbər! İstəyirsən əgər təriqi-nicat, Ali-ətharə söylə sən sələvat! * * * Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu nəşvü nüma. Lilləhül-həmd, xitteyi-Şirvan Saniyi-İsfəhandır əlan. Gərçi viranə oldu zəlzələdən, Çıxmayıb mərifət bu mərhələdən. Vardır hər guşədə yüz əhli-kəmal, Hər biri əhli-elmü sahibi-hal. Xassə kim, abü xakinin əsəri Qabili-tərbiyət qılır həcəri. Xassə kim, padşahi-kişvəri-Rus Edəli təxti-ədlü dadə cülus, Eləyib tərbiyət kəmal əhlin, Gətirib halə hər məhal əhlin. Hər vilayətdə açdı məktəblər, Çatdılar feyzə əhli-mənsəblər. Oxunur onda müxtəlif dillər, Həll olur onda cümlə müşküllər. Ey oğul, bu dəlili-bişəkdir, Adəmi-bisəvad eşşəkdir. ** Rəmzi –”həl yəstəvi” müdəlləl imiş, Bilməyəndən bilən kəs əfzəl imiş. Həq buyurmuş ki, ixtilafi-lisan Nemətimdəndir, ey güruhi-cahan! Kim ki, bəs bir dil eyləsə hasil, Oldu bir nemətə o kəs vasil. Cəhd qıl neməti-təmamə yetiş, Elm təhsil qıl, məqamə yetiş. Ey oğul, hər lisanə ol rağib, Xassə ol rus elminə talib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur. Çatmayıb şərdən bizə bu xəbər – Ki, ərəbdən siva dil oldu hədər. Nə ərəbdir xuda, nə rum, nə zəng, Nə həbəşdir, nə zəngbarü firəng, Xah boq, xah tanrı, xah xuda Birdi mənada, ey düri-yekta. Ləfz edirsə ifadə mənanı, Sərf edər əhli-mərifət anı. * * * Hədis Bir hədisi-səhihdir bu xəbər, Söyləyibdir cənab peyğəmbər – Ki, Süleyman nəbi əleyhisəlam Hər güruhun dilin bilirdi təmam. Ey oğul, bil bu rəmzdən mətləb Deyil əlhəq lisan lisani-ərəb. Həqq özü hər lisanə danadır,, Hər lisan həq yanında zibadır. Var bizim dörd kitabımız, ari, Hər biri bir lisan ilə cari. Biri “Tövrat” idi giranmayə, Gəldi İbri dilində Musayə. Biri “İncil” idi, birisi “Zəbur”, Hər biri bir lisan ilə məşhur. Çün Mühəmməd ərəbdən etdi zühur, Öz lisanında qıldı həq məmur. Türkdən göndərəydi gər ani, Türki dildə olardı “Qurani”. Xassə kim, məzhəbi-imamiyyə, Xah Bağdadü, xah Şamiyyə Cümlə bu etiqadə guyadır – Ki, nəbi hər lisanə danadır. Xah rusi lisanü, xah firəng, Bilir ani imami-bafərhəng. Bir lisani ki, bəs bilirmiş imam Sən də bilsən nə eybi, ey bədnam? * * * Hekayət (Mülki-Şirvanda bir haputlu nam) Mülki-Şirvanda bir haputlu nam Vardı bir qəryə, xəlqi xeyli əvam. Molla Kazım adında bir şair – Ki, haman qəryədən olub zahir, Bu hədisə olubdur ol havi, ** Dedi: – “Əl-öhdətü ələr-ravi” Xilqəti-aləm oldu çünki tamam, Hər güruh etdi bir dilə iqdam. Qaldı yerdə haputlu sərgərdan. Etdilər ərz, key xudayi-cahan, Xah rumivü, xah rusivü zəng, Xah tatarü türkü hindü firəng, Bir zəban hər güruhə etdin əta, Bizə də bir zəban ver, ey mövla! Bu xitab oldu rəbbi-izzətdən – Ki, düşün siz bu gunə niyyətdən. İzzətim həqqi qalmayıb bir dil Ki, onunla sizi edim xoşdil. Hər nə gəlsə, gedin dəhanüvüzə Onu cari edin zəbanüvüzə. * * * Dillərin müxtəlifliyinin səbəbi Cəfər, ey gəştiyi-ümidə nicat! Ey ləbin nəşəbəxşi-abi-həyat! Əhli-tarix edib bu növ bəyan, Nuhdən sonra zümreyi-insan Dəxi tufandan etdilər pərva. Bir uca qəsr yapdılar, ziba – Ki, əgər olsa bir də bir tufan Etməsin əhli-qəsrə hiç ziyan. Bu sifət qəsri bir neçə ustad Ərzi-Babildə qıldılar bünyad. Oldu ol vəqt kim, o qəsr təmam, Münhədim qıldı qadirü əllam. Bir gün ol büqeyi-fələkbünyan Oldu sövti-mühib ilə viran. Vəhşətindən diyari-Babildə Qaldı xəlqin dili təbəlbüldə. Hər güruh etdi bir zəban peyda, Müxtəlif oldu əlsinə yekca. Leyk hər bir lisanı, ey dana, Özünə nisbət eyləyibdi xuda. Bil ki, hər bir lisan xudanındır, Olma biganə, aşinanındır. * * * Mircəfərə xitab (Ey, oğul bil ki, feyzi-rəbbani) Ey oğul, bil ki, feyzi-rəbbani Neçə əqsam edibdi dünyani. Bu qədər bil ki, xəlqi-həft iqlim Rübi-məskunda kim, olubla müqim Lövndə, təbdə deyil yeksan, Müxtəlifdir təbayeyi-insan. Məsələn, mülki-Zəngibarü Həbəş. Harrdır, xəlqi həm olur sərkəş. Təlxgöftar olulla, tündmizac, Qılmağa şərh bu deyil möhtac. Təbdə sərddir çü mülki-şimal,. Xəlqinə tünd olur dəxi əhval. Oların baisi hərarətdir, Bulara vasitə bürudətdir. Etidalə qəribdir İran, Məsələn, İsfəhan, həm Tehran. Bu yerin xəlqi cümlə zirək olur, Xoşzəban, xoşmizacü göyçək olur. Kim ki, bir yerdə etsə nəşvü nüma, Tərbiyət eylər ani abü həva. Necə kim, xaki-xitteyi-Kaşan Yetirir əhlini məxufü cəban. Necə kim, var şüyui Bəğdadın, Əhli tənbəl olur o bərbadın. Necə abü havadə var təsir, Həm səbəbdir bu əmrə nütfəvü şir. Ey xoş ol nütfeyi-bülənd-iqbal Ola bir pak sülbdən inzal, Edə bir bəççədani-paki məqərr, Verə surət ona xudayi-süvər, Onu gərdun dəmi-viladətdə Doğa bir mötədil vilayətdə, Şiri-xalis, səfalı abü həva, Verə ol tifli-pakə nəşvü nüma, Hiç şək yox, o əhli-hal olur, Təbi xoş, sahibi-kəmal olur. Bavücudi ki, yoxdu bunda sözüm, Leyk bu əmrə qailəm mən özüm – Ki, nə qədr olsa şəxs naqabil, Tərbiyətlə yenə olur kamil. Nə o kamil ki, əkməliyyəti var, Cüzünün küllə mədxəliyyəti var. Cəhd qıl bəs sütudə-əxlaq ol, Əhli-zövq ol, məlihi-afaq ol. Xoşzəban ol, oğul, gülər üzlü, Milh göftarlı, şəkər sözlü. Cəhd qıl ta ki ey nəticeyi-nur, Verəsən qəlbi-mömininə sürur. Olma dilbəstə, ol cəbini güşad, Səni gördükdə mömin olsun şad. Olma dünyada qəmtərirü əbus – Ki, görənlər üzün ola məyus. * * * Hədis Bu hədisi cənab peyğəmbər Verdi əshabi-cannisarə xəbər: Kim ki, bir mömini qıla xəndan Olur əhli-behişti-cavidan. Mömini-xas rugüşadə gərək, Sözünün ləzzəti ziyadə gərək. * * * Hekayət (Vardı peyğəmbər əsri bir təlxək) Vardı peyğəmbər əsri bir təlxək, Hər sözü kani-göftguyə nəmək. Gün də bir rəng ilə o fərruxdəm Güldürürdü xəlayiqi hərdəm. Dedi bir gün cənab peyğəmbər: Kim ki, dünyadə olsa löbətgər, Ruzi-məhşər qoyanda mizani, Gətirir məhşərə xuda ani; Boynu nazik çü meyvə saplağı, Başı manəndeyi-Öhöd dağı. Bu sifətdə gəlir o səhrayə, Əhli-məhşər gülər o rüsvayə. Ol oyunbaz şəxs hazir imiş, Süxəni-Müstəfayə nazir imiş. Tez durub ərz qıldı, key mövla, Ey şəhənşahi-aləmi-məna, Sənə qurban olum məni-bikəs! Böyük oynum qalıb qiyamətə bəs. Oldu bu sözlə Müstəfa xəndan, Əfv qıldı onu xudayi-cahan. Mömini vacib oldu güldürmək, Eybi olmaz ki, sözdə olsa nəmək. * * * Hekayət (Dedi bir gün rəsuli-dəryadil) Dedi bir gün rəsuli-dəryadil, Qocalar cənnətə deyil daxil. Cənnət əhli olur təmami cəvan, Qədi-mövzunu rəşki-sərvi-rəvan. Bir qarı övrət eylədi fəryad – Ki, nədir cürmüm, ey fəriştə-nəhad?! Sənə kim, mən gətirmişəm iman, Etiqadımda yox mənim nöqsan. Qaimül-leylü saimüd-dəhrəm, Ay kimi bunda şöhreyi-şəhrəm. Çəkdi fəryad, eylədi nalə, Müstəfa xəndə qıldı bu halə. Dedi peyğəmbəri-sütudə-şiyəm, Bilmədin, ey əcuzə, eyləmə qəm! Qocanı döndərib cavan eylər, Sonra həq daxili-cinan eylər. * * * Peyğəmbərin Əli ilə zarafatı Bir gecə Yəsrib içrə ali-əba Bir təbəqdə yeyirdilər xurma. Nə yedisə rəsuli-aləmiyan, Töxmini birbəbir onun pünhan Qoydu şiri-xuda qabağında, Zikr olundu bu söz dodağında: Ya Əli, zahir oldu indi ki, sən – Xurmanı hamıdan füzun yemisən. Gör, qabağımda töxmi-xurma yox, Var qabağında hamımızdan çox. Dedi Heydər: – Sən, ey səxa kanı, Udmusan töxmi ilə xurmanı. Bu sözə güldü cümlə ali-əba, Mərhəba söylədi rəsuli-xuda. * * * Əlinin əshabələrlə zarafatı Bir zaman Kufədən şəhi-dövran Şamə bir qasid eyləmişdi rəvan. Gəldi ol qasid, ibn-Süfyanə Mətləbin şərh qıldı mərdanə., Qasidin ol əmiri-bipərva Saqqalın pak yoldu, saldı yola. Görcək ol piri sərvəri-mərdan Oldu biixtiyar xəndəkünan. Dedi: – Ey pir, xoşnişan gəldin, Pir getdin, əcəb cavan gəldin! Bu kəramətdü, zadeyi-Süfyan – Ki, səni pir ikən edibdü cavan. * * * Əlinin Ömər və Əbubəkrlə zarafatı Bir gün atlandı Heydərü Səfdər, Sağda Siddiq, sol yanında Ömər. Qaməti-Mürtəza idi kutah, Çün uzun ol iki vəliyullah. Bu sözü Heydərə səmahətlə Dedilər xəndəvü zərafətlə: “Əntə fi beynina kənuni-ləna. ** Qalə in ləm əkun fəəntüm la”? Oldular bu cəvabdən xəndan, Dedilər: – Ya Əli, deyil böhtan; Çünki Əhmədlə nuri-vahidsən, Etdiyin iddəayə şahidsən. Olmasaydın sən, ey sülaleyi-pak, Xəlq olunmazdı ərz ilə əflak. Baisi-cümlə masivasən sən, Şəmsi-həq, nuri-övliyasən sən. Bir günüm sənsiz olmasın, davər, Olmasaydın həlak olurdu Ömər. Ey oğul, bil ki, övliyayi-xuda Eyləyiblər zərafəti-ziba. Hər o söhbət ki, yoxdur onda nəmək, Söyləyənçün vəbaldır bişək. * * * Şahın mülazimi ilə zarafatı Qıldı bir padşah əzmi-şikar, İsti oldu o gün həva büsyar. Cübbəsin padşahü şəhzadə Verdilər çakərə o səhradə. Duşinə almış idi onlari, Olmuş idi onun giran bari. Şah ona söylədi zərafətlə, Türfə eyham ilə, işarətlə, Dedi şəh, eyləyib ona xəndə: Vardu bir eşşəyin yükü səndə. O mülazim qəribə zirək idi, Xeyli hazırcavabü təlxək idi. Dedi: – Şaha, tüküm nə xər tüküdür, Yüküm eşşəklə bir qoduq yüküdür. Oldu xəndan şahi-aləmiyan, Etdi ol xoşzəbanə çox ehsan. * * * Oğluma nəsihət (Ey oğul, şahə eyləmə cürət) Ey oğul, şahə eyləmə cürət, Şah təbinə özgədir halət. Mütələvvin olur təbiəti-şah, Şirlərdir bular, nə kim rubah. Gah mədhindən eyləyir nifrət, Gah düşnaminə verir xələt. Şairü şirü şahdən həzər et! Onların xərgəhinə az güzər et. Bunların hər üçü olur məğrur, Hər üçündə əyandü kibrü qürur. Səni təng etsə guşeyi-vəhdət, Bari həmcinsin ilə qıl ülfət. Mail olma özündən əlayə, Başını salma şurü qovğayə. Bunlar ilə çox eylədim ülfət, Hasilim olmadı becüz zəhmət. * * * Hədis (Olsa mehmanın, ey pəsər, kafər) Olsa mehmanın, ey pəsər, kafər, Ona ikram eylə, cani-pədər. ** “Əkrimüz-zeyfə” macərasın oxu – Ki, bu mənayədir işarə çoxu. * * * Həzrəti-İbrahim əhvalatı Bir sitarəpərəst şəxsi-əlil Əzqəza oldu mehmani-Xəlil. Süfrə hazır qılıb Xəlilullah Dedi ol şəxsi-pirə: Bismillah! Gördü ol şəxs meyl qıldı ğiza, Etmədi zikr nami-bari-xuda. Təngdil oldu bəs cənab Xəlil, Bildi kim, bütpərəstdir o əlil. Oldu ilham: – Key Xəlili-xuda! Bir gecə verdin ol əlilə ğiza, Demədi vəqti-əkl “bismillah”, Oldun ol bütpərəstdən ikrah. Yetmiş ildir ki, çəkməyib namım, Olmayıb qət ondan ənamım. Sübhü şam ol əlilü sərgərdan, Xani-ehsanıma olur mehman. Dari-dünyadə, ey mələkmənzər, Etmərəm qəti-ruziyi-kafər. Leyk üqbadə ol bədəxtərü şum Nemətimdən mənim olur məhrum. * * * Oğluma nəsihət (Cəfər, ey neməti-xudayi-cahan) Cəfər, ey neməti-xudayi-cahan, Olsa bir şəxs əgər sənə mehman, Elə ol şəxsə ehtirami-təmam, Xidmətində dolan bəsani-qulam. Nə ğiza xahiş etsə, övladır, Demə bu ziştdir, o zibadır. [...] Ey oğul, olsa süfrədə nanın, Tikəsin sayma mərdi-mehmanın. * * * Bir ərəbin Müaviyəyə qonaq olması İbn-Süfyanə Şamdə bir şəb Mehman oldu bir fəsih ərəb. Quzu büryani düzdülər xanə, Ol ərəb əkl edirdi şiranə. Quzunun parçalardı əzasın, Sındırıb kəlləsin, qabırqasın. Bunu çün gördü zadeyi-Süfyan, Dedi kim, ey rəşid olan mehman! Bu quzuyla xüsumətin var imiş, Görünür kim, ədavətin var imiş. Səni buynuzlayıb atası bunun, Ya ki bir xişü əqrəbası bunun? Dedi kim, ey xəlifeyi-dövran, Oldu büryanə xatirin büryan? Bəs sənə süd verib anası bunun, Yoxsa yoxdur bir iqtizası bunun? Bu hekayətdən ötdü bir saət, Yenə tapdı Müaviyə fürsət. Dedi: – Löqməndə, ey ərəb, tük var, Eyləmə qəflət, olgilən huşyar. Löqməni saldı, durdu mərdi-ərəb, Sanki divanə oldu, etdi qəzəb. Yeməyib, bəzmdən çıxıb getdi, İbn-Sufyanı şərmsar etdi. * * * Həccacın seyidləri qırması Necə ki, Yusif-ibn Həccacı Nəql edirlər o sahibi-tacı, Böylə mərr etmiş idi ol əbtər – Kim, ola qətl ali-peyğəmbər. Neçə yüz ali-Əhmədi ol ənid Elədi büğzi-batin ilə şəhid. Var idi köşkünün iki babı – Ki, rümuzun bilirdi əshabı. Birisi babi-qətlü biri aman, Pasibanlar bilirdi rəmzi-nihan. Ali-Muxtarı eyləyib ehzar, Məclisə ol pəlidi-hiyləşüar, Göftgudən sora o bədtiynət, Cari eylərdi getməyə rüsxət. Hansının qanını bileydi mübah, Babi-qətli ona görürdü səlah, Çıxcağın babi-qətldən o nəbil, Pasibanlar onu edirdi qətil. Gəldi bir seyyid öz ayağı ilə, Göftku eylədi o yağı ilə. Dedi: – Ey bədxisalü bədkirdar, Düşməni-ali-Əhmədi-Muxtar, Sənə neylibdir ali-peyğəmbər – Ki, bizi qətl edirsən, ey kafər? Düşməni-Mürtəzavü Heydərsən, Sən məgər kim, cühudi-Xeybərsən. Olacaq, ey ləini-bipərva, Ruzi-məhşərdə düşmənin Zəhra. Lənəti-həqqə sən düçar olasan, İki aləmdə xarü zar olasan. Mürşüdün kim, sənin Muaviyədir, Mənzilin ruzi-həşr haviyədir. Ruzi-məhşərdə ol xudayi-qəfur Səni etsin Yezid ilə məhşur. Olmusan düşməni-şəhi-lövlak, Sən kimi yoxdu mürtədi-bibak. Xaneyi-dini etmisən viran, Lənət etsin sənə xudayi-cahan. Qıldın ali-Xəlili sən nabud, Yanacaqsan səqərdə, ey Nəmrud! Hansı kafər deyər sənə islam? Eylədin ali-Müstəfanı təmam. Şümrdən sən bətərsən, ey məlun! Aləmi zülmün eyləyib məhzun. Nə desəm azdır, ey yəhud, sənə! Lən oxur gəbr ilə cəhud sənə. Hansı bir qapıdan olum ixrac. Mənə vazehdir indi, ey Həccac, Dedi Həccac: – Ey bülənd-əxtər, Get səlamət qapıdan eylə güzər. Özüvü qıl uzaq nədamətdən, Çıx kənarə dəri-səlamətdən. O dəm ol seyyidi-niku-kirdar O səlamət qapıdan etdi güzar. Xəlq qaldı bu halətə heyran. Qıldı Həccac onu neçin ehsan. Yalvarıb ağlayanları ol ənid Eyləyirdi görən zamanda şəhid. Ona bu seyyid eylədi nifrin, Dedi yüz föhş, vermədi təmkin. Əvəzi-föhş eylədi ehsan, Çox təəccüblü işdi bu ondan. Bir nəfər bu əcəb işi filhal Qıldı həccacdən bu nəhv sual: – Ey əmiri-cəlili-qəhrşiar, Yoxdu qəlbində rəhmdən asar. Sənə nifrin dedi o bipərva, Nə səbəb eylədin sən onu rəha? Dedi: – Bu işdə bir həqaiq var, Rəmz var, nüktə var, dəqaiq var. Mən necə eyləyim ona azar – Ki, olum dəhrdə xəyanətkar. Məsləhət eylədi mənə, həqqa Mən də qıldım səlahını ifşa Məndə yox rəhm bir müsəlmanə, Baxmaram qeyzü qəhri-sübhanə. Bilmərəm tarı var, peyəmbər var, Leyk xainliyə yoxumdu şiar. Məsləhət eyləsə mənə bir kəs, Etmənəm mən ona xəyanət bəs. Yüz ola düşməni-cəfapişə Etmənəm mən xəyanət əndişə. * * * Həccac ilə dərvişin söhbəti Bir duasi qəbul olan dərviş Saldı Bağdad şəhrinə təşviş. Hər nə hacətçün eyləsəydi dua, O duani qəbul edərdi xuda. Onu həccac eylədi ehzar, Dedi: – Qıl bir duayi-xeyr izhar. Əl götürdi, dedi: Xudavənda, Cismdən canını sən eylə cüda! Dedi Həccac: – Ey məlaikxu, Səni tari, nə bəd duadır bu? Dedi: – Bu bir duayi-əhsəndir, Həm sənə, həm bizə mühəssəndir. Sən ölüb etməsən günahi-ziyad, Sitəmindən cahan olur azad. Nə gərəkdir sənə bu təxtü bu tac – Ki, olub payimal hər möhtac. Mərdümazarlıq yaman işdir, Belə qalmaqdan ölməyin xoşdur. * * * Alimin zalım padşaha cavabı Dedi bir əhli-elmə bir zalim – Key olan şər sirrinə alim! Mənim üçün buyur ibadətdən, Hansı əfzəldi cümlə taətdən? Dedi: – Ey padşahi-zülmşitab, Sənə əfzəldi hər bir işdən xab, Ta yatan vəqt, ey fələkkirdar, Görməyə xəlq bir nəfər azar. Padşalərdə ədl əhsəndir, Fitnənin yatmağı mühəssəndir. * * * Nuşirəvanın ova getməsi Nəql edirlər ki, şahi-Nuşirvan Oldu bir türfə seydgahə rəvan. Tutdular seyd kim, kəbab edələr, Şahi-dövranı kamiyab edələr. Bir qulam oldu rustayə dəvan, Ta gedib duz gətirsin ol əlan. Dedi Nuşirəvan ədalət ilə, Duzu al, ey qulam, qiymət ilə. Töycüyə etməsinlər ani hesab, Dağılıb olmasın bu kənd xərab. Dedilər: – Ey şəhi-sitarə-məhəl, Belə az nəsnədən yetər nə xələl? Dedi: – Bünyadi-zülm dünyadə Az olub, ey güruhi-dilsadə. Sonradan kim ki, gəldi, etdi ziyad, Qıldılar xanimanları bərbad. Yesə bir sib əgər şəhi-baqi, Olu viran rəiyyətin baği. Beş yumurta əgər yesə soltan, Ləşkəri min toyuq edər büryan. Dari-dünyadə qalmaz ol qəddar, Qalır ol şumə lənəti-büsyar. Zülmdən yer üzündə ot bitməz, Zülmü soltan edəndə kim etməz? Padşah etməsə ədalət əgər, Olur əlbəttə dəhr zirü zəbər. * * * Alimlərə hörmət haqqında moizə Cəfər, ey nuri-dideyi-Seyyid, Qönçeyi-novrəsideyi-Seyyid, Üləma həqqini rəayət qıl, Əhli-elmə həmişə hörmət qıl. Demə bu kafər, ol müsəlmandır, Hər kimin elmi var – o, insandır. Elmsiz adəmi xudayi-cəlil. ** Dedi: – “Ən amü bəl əzəllü səbil”, Babamız Adəm ol səfiyullah Elmi-əsmayə oldu çün agah. Ona yeksər məlayik etdi sücud, Səcdəsin fərz eylədi məbud. Elmdən oldu həzrəti-Loğman Hikmət ilə səramədi-dövran. Elm bir nur, cəhl zülmətdir, Cəhl duzəxdir, elm cənnətdir. Üləma olmasa cahanda, yəqin Olacaq paymal şəri-mübin. Üləma varisi-şəriətdir, Füqəra baisi-hidayətdir. Əhli-təfsir açıbla Qurani, Çıxarıblar vüzuha mənani. Kimdi gör, xaşeyi-cənabi-xuda, ** Dedi həq: – “Min ibadihil-üləma” Alimə kim ki, eyləməz hörmət O deyildir peyəmbərə ümmət. Sənə hər kimsə elm edər təlim, Ona vacibdir eyləmək təzim. Harda görsən, ona səlam eylə, Baş əyib qul tək ehtiram eylə. Qeyrini vəsf qılma yanında, Sən dur, ol söyləyən zamanında. İznsiz etmə xidmətində cülus, Olma zəcrindən, ey pəsər, məyus. Adəm ol, incimə qiraətdən, Çubi-molla çıxıbdu cənnətdən. “Gülsitan” içrə bülbüli-Şiraz Farsilə edib bu nəğməni saz: “Padşahi pəsər beməktəb dad, Lövhi-siminş dər kənar nəhad. Bər səri-lövhi-u nəviştə bezər: ** Cövri-ustad beh zimehri-pədər”. Bil ki, ustadın ey rəşid pəsər, Sənə ruhaniyətdə oldu pədər. Pədərin bir mənəm, bir ustadın, Cəhd qıl yaxşı çıxmağa adın. Səy qıl, aqi-valideyn olma, Ziştü mərdudi-xafiqeyn olma. Eylə ustadüvə həmişə dua, Məğfirət qıl tələb xudadən ona. Olma ol tifl kimi sən bədzat – Ki, öz ustadına dilərdi məmat. * * * Məktəbli ilə müəllimin əhvalatı Bir uşaq incimişdi məktəbdən, Dedi: – Ey xaliqi-zəminü zəmən, Bir ölüm ver bizim bu ustadə, Ta olum məktəbindən azadə. Bir doyunca gedim gəzim baği, Həm edim baği seyr, həm daği. Bu duani eşitdi mollası, Dedi: – Oğlum, bunun nə mənası? Mən əgər rehlət etsəm üqbayə, Qoyar atan bir özgə mollayə. Atanın mərgin istə, ey nadan, Qalasan ta yetimü sərgərdan. * * * Bir “qare” ilə şagirdlərin əhvalatı Misrdə bir yeganeyi-dövran Mənə bu macəranı qıldı bəyan. Dedi kim, bizdə var idi bir pir, Sahibi-elmü şeyxi-pakzəmir. Əhli-təcvidü qarei-Quran, Ona “Qürrai-səbə” əbcədxan. Daim ol qarei-kühənsalə Öyrədirdi qiraət ətfalə. Məddü əşbaü ğünnə, səktəvü rövm, Çeşmi-ətfal üçün həram idi növm. Dərsdən qeyri həm o şeyxi-kühən Onlara eyləmişdi kim, qədəğən Göftgu olmasın qiraətsiz, Məddü təcvidsiz, bəlağətsiz. Oldular təngdil hamı ətfal, Həqqi, ətfalə çox girandu bu hal. Bir gün ol şeyx çağ edib qəlyan Çəkdi, ondan ucaldı ərşə duxan. Nagəhan bir şərarə qəlyandan Düşdü əmmaməsinə sol yandan. Etdi bir tifl işarə: – Key ətfal, Hələ bir qədr dinməyin, dərhal Şeyxin əmmaməsi bir az yansın, Qansa da, bari sonradan qansın. Çünki bir qədr yandı əmmamə, Oldu bir tifl gərmi-həngamə, Şeyxə verdi xəbər qiraətlə, Mədd ilə, çox uzun ibarətlə. Dörd əlif qədri çəkdi hər hərfi, Ğünnənin yox hesabü sərhəddi. Taki əvvəl xitabın eylədi “ya”, Rəmazan tək uzandı hərfi-nida. Dedi: – “Ya haci”, “hai” çəkdi təvil, Oldu zahir həzar cərrü səqil. Mübtəda zahir oldu çox, əmma Xəbərə müntəzir qalıb molla. Dedi: – Axır o tifli-əllamə, Şeyxəna, qoyma, yandı əmmamə! Ol zaman kim, o tifl verdi xəbər, Nisfdən yanmış idi balatər. Tünd olub şeyx, etdi qəhrü qəzəb, Dedi: – Ey tifli-bihəyavü ədəb, Sən ki gördün yanırmış əmmamə, Gərm olubdur başımda həngamə, Etmədin hali sürət ilə nədən? Dedi kim, etmisən özün qədəğən. Ey olan lütfü xeyrixah bizə, Bu əməldə nədir günah bizə? Dedi minbəd, ey güruhi-əziz, Göftgu eyləyin qiraətsiz. * * * Şagirdlərin müəllimə kələk gəlmələri Var idi bir müəllimi-dana, Xoşzəban, xoşədavü nüktəsəra. Oxudurdu neçə nəfər ətfal, Məktəbi olmuş idi malamal. Dərsi-ətfalə diqqət eylərdi, Onlara çox siyasət eylərdi. Dərsü təlimü bəhsü məşqü səbəq Tifl üçün napəsənddir əlhəq. Təbi-ətfal ləbə maildir – Ki, hənuz əqli qeyri-kamildir. Oldular dərsü bəhsdən diltəng, Etdilər ustadə hiyləvü rəng. Məktəbə kim ki, gəldi vəqti-səhər, Etdi rüxsari-ustadə nəzər. Dedi: – “Ey ustadi-dövranım, Sənə qurban ola mənim canım! Nə səbəbdən bu gül üzün qaralıb? Gözlərin ağı sərbəsər saralıb? Gözün üstü şişib, olubdu qovuq, Zahirən bu gecə dəyibdi soyuq?” Hər biri gəldi məktəbə bu sifət Mollanın canına salıb vəhşət. Qüvveyi-vahimə ziyad oldu, Mollanın rəngi xövfdən soldu. Var ikən əvvəli səhih bədən, Aqibət naxoş oldu vahimədən. Dedi molla ki, həqqi, ey ətfal. Mən bu gün xeyli olmuşam bihal; Görünür, məndə var əlaməti-təb, Heç söz yox, soyuq dəyibdi bu şəb, Ürəyim eylə qusmağa qalxır, Dəmbədəmdən qulaqlarım salxır. Bəs gedim evdə rəxtxabə girim, Özümü ölməmiş, evə yetirim. Eyləsin övrətim imalə məni, Bəlkə gətsin imalə halə məni. Sizə verdim bu həftəni möhlət, Gər tapam mən bu haldən səhhət, Yenə baş üstə, eylərəm təlim, Qoymaram sizləri bu gunə yetim. Səhhətimçün gedin dua eləyin, Əgər öldüm, məni səna eləyin. Ta ki məktəbdən oldular azad, Etdilər bir-birə mübarəkbad Dedilər cümlə, ey xudayi-ənam, Mollanın ömrünü tez eylə təmam. Binəva molla getdi xanə tərəf, Yolda az qalmış idi ola tələf. Rəxtxabi döşətdi, yatdı hərif, Günbəgündən vücudi oldu zəif. Yenə şagirdlər gəlib hər gün Mollanın könlünə qoyurdu düyün. Hiylə ilə o firqeyi-rubah, Ustadə baxıb çəkərdilər ah. Biri nagəh yalandan ağlardı, Birisi nəşini qucaqlardı. Mollanı tutdu aqibət vəhşət, Dari-dunyadən eylədi rehlət. * * * Oğluma xitab (Ey oğul, alim olsa rəbbani) Ey oğul, alim olsa rəbbani, Sən onun ol dərində dərbani. Mən özüm kim, zəmanə sərvəriyəm, Üləmanın kəminə çakəriyəm. Necə kim, vardı fazili-Şirvan, Ol behinzadeyi-şəhi-dövran, Mənbəyi-elmü helmü nuri-cəli, Mədəni-fəzlü bəzli-Seyyid Əli. Ələmü əfzəli-qəbaildir, Məhbiti-cümleyi-fəzaildir. Yoxdu zatında buyi-rəngü riya, Qeyrlər ləfzdir, budur məna. Leyk bir parə mərdi-hiylətgər, Eyləyir dərs üçün İraqə səfər. Kimisi şəhri-İsfəhanə gedir, Kimisi Yəzdü Bəhbəhanə gedir. Kimisi Kərbəlayə azim olur, Neçə şeylər ona mülazim olur. Oxuyur hər biri beş-altı vərəq, Sonradan saqqala verir rövnəq. Zadəhallah İraqdə tüllab Mütəvü siğədən olur sirab. Hər zaman vaqe olsa üsrü hərəc, ...eyləyir ümidi-fərəc. Qüvveyi-bahi görməsə ifrat, Bir də gördün atıbdı həbbi-nişat. Günüzü siğəni edər əzbər, Gecələr nazəninə həmbəstər. “Nəfərə minküm” ayəsin oxuyur, Çoxusun sinədən yalan toxuyur. Qurtarır puli çün olur məğlub, Vətən əhlinə göndərir məktub – Ki, əya sakinani-əhli-vətən, Çəkmişəm on beş il riyazət mən, Edirəm kəsbi-elm leylü nəhar, Gündüzüm dərsdir, gecəm təkrar. Həmdəmim şəb “Üsuli-Kafi”dir, Sizə ancaq bu elm kafidir. Şöhrətim gün təki cahanı tutub, Rüfətim ərzü asimanı tutub. Elmə əllameyi-zəmanəm mən, Ələmi-xəlqi-kun-fəkanəm mən. Olmuşam elmü fəzldə mümtaz, “Fəxri-Razi” deyil mənə həmraz. Elm ilə hər məkanda adım var, Gözüvüz aydın, ictihadım var. Gəlməyimdə əgərçi var təxir, Edirəm mən risaləmi təhrir. Mənə bir qədr pul edin irsal, Ləşkəri-fəqrə olmuşam pamal. Gecələr şəmə tapmıram bir pul – Ki, yazam şərhi-müşkülati-üsul. Çox gecəm var ki, şamsız yatıram, Çaysız, həm təamsız yatıram. Bu pəyamı eşitcək əhli-vətən, Alışıb, od tutub çi mərdü çi zən. Bir qədər cəm eyləyib zərü sim, Göndərirlər ki, hiç eyləmə bim, Pul gəlir hər qədər ki, sən qalasan, Təki sən sahibictihad olasan. Pul ki çatdı cənab tüllabə, Yenə verdi əzəlki mis qabə. * * * Müctəhidin təhsildən qayıtması Müxtəsər, bir zaman çıxar bu xəbər – Ki, gəlir ol cəhani-fəzlü hünər. Pişvazə çıxar səğirü kəbir, Ucalar ərşə naleyi-təkbir – Ki, bu gün nayibi-imam gəlir, Eyləyib elmini təmam gəlir. Yerbəyerdən o qövmi-niksifat; Üzünü görcəyin çəkər sələvat. Tökülür xəlq sol və sağından, Öpələr ta ki əl-ayağından. Ehtiram ilə şəhrə varid olur, Yeddi gün məclisi dolur, boşalur, Kəsilir hər tərəfdə qurbanlar, Açılır babi-lütfü ehsanlar. Neçə əyyam olur ziyafətlər, Eyləyir əhli-şəhr dəvətlər. Fikr edir kim, o qövmi-fərzanə Müçtəhidçün gərəkdi bir xanə. Bir də gördün ki, eyləyib tədbir, Bir gözəl xanə etdilər təmir. Yenə söylər o qövmi-danişvər, Müctəhidçün gərəkdi bir həmsər. Bir gözəl qız nikah edib anə. Mələki əqd edillə şeytanə. Ta ki məqsuduna yetişdi imam, Məscidə naz ilə edər iqdam. Özünə əvvəl eyləyər zivər, Bir gəlin tək ki axtarır şövhər; Gözünü sürmədən edər məkhul, Bir zaman zinətə olur məşğul. Üzünə eyləyir gülab əfşan, Barmağında nigini-ləlnişan. Başına durdu qoydu əmmamə, Geydi nəleynini o əllamə. Var boğazında səxt təhtülhənək, O qədər bərk çəkib olub döyənək. Çiyninə saldı bir lətif əba, Əlinə aldı bir zərif əsa. Başda əmmamə, saqqalında həna, Barmağında üzük, əlində əsa. Var ayağında cüft nəleyni, Bil ki peyğəmbərin budur qeyni. Sağ-solunda qalıbdı çeşmi müdam – Ki, görək kim verir imamə səlam. Bu gün evdən çıxıb nəmazə gəlir, Sufivü safi pişvazə gəlir. Məscidə naz ilə olur daxil, Girdi mehrabə alimü fazil. Uydular xəlq, imam qıldı nəmaz, Etdi min gunə həqqə razü niyaz. Edibən ta nəmazını itmam, Minbərə vəz üçün edər iqdam. Minbər üstündə ol fələkrüfət, Oxur ahəstə bir uzun xütbət. Xütbədən sonra bir gözəl ayə, Olur ol xoşzəbanə sərmayə. Keyyühənnas, sirrdir bu dəqiq, Hikməti şərə etmişəm tətbiq. Sədrim olmuş vəsi dəryadən, Fəzlim artıqdı Molla Sədradən. Bəhri-elmimdə, ey güruhi-bəşər, Pak olan gövhəri-muradə, yetər. Yazmışam sərbəsər füruati, Açmışam ğamizati-ayati. Köhnə təfsirə vermişəm təğyir, Tazədən yazmışam özüm təfsir. Bir neçə səhv edibdi Beyzavi, Olmuşam cümlə onlara havi. Fəxri-Razi qərini-raz deyil, Yazdığı rəmzlər təraz deyil. Eyləyib səhv sahibi-”Tibyan”, Ruhdən bixəbərdü “Ruhi-bəyan”. Etməyib fəth Molla Fəthullah, Səhvi-vazeh yazıbdır ol gümrah. Gah fələk, gah ərşdən danışır, Bu sifət çox çərən-pərən danışır. Təmtəraqın görür o qövmi-əvam, Söyləyirlər ki, etmiş elmi təmam. Bu filan muctəhiddən əkməldir, Şeyxül-islamdən bu əfzəldir. Leyk bir parə mərdi-danişvər Anlayıbdır ki, kəddə var nə xəbər. Boş dəğar olduğun bilib dərhal, Xövfdən leyk nitqin etmiş lal. Bir deyən yoxdur, ey imami-şərir, Edəcəksən nə vəqtədək təzvir? Tutalım elmə olmusan vasil, Bizə bu elmdən nədir hasil? Hansı nadanı alim etdin sən? Hansı bimarı salim etdin sən? Hansı kuri sən etmisən bina? Hansı əmvatı eylədin ehya? Hanı islam üçün sərəncamın? Yerə girsin o müctəhid namın! Söylədin telqramı elmi-bəlis – Ki, onu ixtira edib iblis. Kari-şeytan dedin dəmir yolunu, Xəlqə etdin həram Dum pulunu. Xaçpərəstlər təmam düşdü qabaq, Tökülüb dalda qaldıq, ay sarsaq! Aldı əhli-kitab dünyanı, Şərh edirsən sən indi Quranı?! Əhli-islam oldu xarü zəlil, Baisi sənsən, ey imami-cəlil! Sən bizi nəfə etmədin vasil, Barı qoy özgə elm edək hasil. Bizi bəsdir bu qədr aldatdın, Dini dinarə hər zaman satdın. Sən bilən elmi bilməyən yoxdur, Səndən ələm uşaqlar çoxdur. * * * Cahil ata ilə alim oğul hekayəsi Bir təvangər əvami-dəryadil Göndərir oğlun elm edə hasil. Hər il irsal edir məsarifini, Ta ki kəsb eyləsin məarifini. On beş il İsfəhanda ol huşyar Eyləyib kəsbi-elm leylü nəhar, Yetirir cümlə elmi itmamə, Fəzli məşhur olur çü Əllamə. Hikmətin əvvəlinci Loğmani, Xassə hikmətdə yox ona sani. Ta ki eylər müraciət vətənə, Bülbülasa gəlir kühən çəmənə. Bir gün ondan edər atası sual – Key gözüm nuru, ey həmidəxisal, Neçə illərdü çəkmişəm zəhmət, Qalmışam gül cəmalüvə həsrət, Sənə göndərmişəm hər il çox pul, Oğul, az qalmışam olam yoxsul, De görüm, mətləbə olaq vasil, Hansı bir elmi etmisən hasil? Dedi: – Ey baisi-həyatım ata, Ey rizası olan nicatım ata. Sən özün bir əvami-ümmisən, Bu sualındı qeyri-müstəhsən. Mən nə dilcən sənə bəyan eləyim, Mən neçə elmimi əyan eləyim? Dedi: – Filcümlə qıl bəyani-ülum, Ta görüm səndə vardı bir məlum? Dedi: – Heyət mən etmişəm hasil, Sənə bundan nə şey olur vasil? Dedi: – Heyət demək nədir yəni, De görüm heyətə nədir məni? Dedi: – Heyət edər bəyani-nücum, Sənə filcümlə eylərəm məlum. Çün olur Şəms daxili-Sərətan, Olur aləmdə fəsli-tabistan. Cədyə daxil olanda mehri-münir Zəmhərir aləmə edər təsir. Bu səyaqı əlində tut bürhan, Bilüsən yay haçanı, qış nə zaman. Dedi: – Ey bikəmal, on beş il Gedibən etmisən bunu hasil? Heyf o zəhmət, mənim o sərmayəm, Sən bilən elmi həm bilir... Sallanır yayda, annaram yaydır, Yığışır qışda, zehli bir yaydır. Şərmnak oldu alimi-dana, O sifət elmdən budur məna. * * * Alimi-biəməl vaqiəsi Bir nəfər mərd getdi təhsilə – Ki, yetirsin ülumi təkmilə. Neçə illər ki, qaldı qürbətdə, Oldu övqatı sərf işrətdə. Nə kitabü nə dərsü nə təkrar, Eyşü işrətdə qaldı leylü nəhar. Elmdən bir şey etməyib hasil, Vətənə gəldi alimi-cahil. O zaman kim, vətəndə qaim idi, Binəva bundan artıq alim idi. Gəlibən xəlq, bədi-həmdü səna Etdilər iltimas, key mövla, Neçə illərdü ey imami-kəbir, Yoluva göz dikib səğiru kəbir, Cəm olubdur bu dəm vəziü şərif, Məscidi-cameə gətir təşrif. Bizə üç gün gərəkdü vəz edəsən, Rəsmü adabi-şəri öyrədəsən. Məhşər əhvalını bəyanə gətir, Qəlblər kim, ölübdü – canə gətir. Gördü kim, izdiham edibdir əvam, Edibən məscidə o dəmdə xuram, Duruban başə qoydu əmmamə, Geydi nəleynini o əllamə. Gəldi məsçiddə oldu pişnəmaz, Etdi bəd əznəmaz razü niyaz. Ərseyi-minbər üstə tutdu qərar, Edər avaz, key ülül-əbsar! Siz bilirsiz əya güruhi-fəqir? Dedilər: – Bilmirik, elə təqrir. Bilməyənçün, dedi, edim nə bəyan? Edibən qəhr, düşdü oldu rəvan. Yenə fərda edər o qövmə xitab – Ki, bilirsiz, əya güruhi-dəvab? Dedilər kim, bəli, əya mövla, Bilirik, ey imami-ərzü səma! Dedi kim, bəs bilirsiz, ey bipir, Dəxi bica nə eyləyim təqrir? Yenə düşdü aşağə minbərdən, Getdi ol naibi-imami-zəmən. Yenə fərda edər o qövmə xitab – Ki, bilirsiz əya güruhi-lübab? Dedilər:–Nisfimiz bilir, əmma Nisfimiz bilmir, ey imami-hüda. Dedi kim, ol bilən güruhi-əlim Eyləsin bilməyənlərə təlim. Dedilər mərhəba bu göftarə! Budu söz, dərdə eylədin çarə. Elmi bir kəlmədə təmam elədin. Çareyi-dərdi-xasü am elədin. Sən təki olsa alimü fazil Bizi hər mətləbə edər vasil. Həq-təala verib kəmal sənə, Aldığın pul ola həlal sənə! * * * Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən) Ey oğul, nifrət eylə vahimədən, Vahimə şumdur, müxərribi-tən. Vahimə olsa şəxsə müstövli, Eylər ani həlak öz hövli. Qüvveyi-vahimə şəyatindir, Vahimə cinniyani-bidindir. Görməyirsən ki, şəxs olanda cünun Vahimə qalib oldu, əql zəbun? Rəftə-rəftə cünunu bədtər olur, Qüvveyi-vahimə müsəvvər olur. Sanki bir şəxs ona olur peyda, Bir-birilə olur bular guya. Leyk zahirdə yoxdu şəxsi-digər, Vahimə eyləyib o şəxsə əsər. Elə hər bir məqamdə cürət, Zəhr içsən hesab qıl şərbət. Xövflə gər səhər yesən gülqənd, Gətirər zəfi-mədə, ey dilbənd. Sənə bu macərani eylər əda, Guş qılsan, hekayəti-hükəma. * * * İskəndər dövründə iki həkim Vardı İskəndər əsri iki həkim, Mülki-Yunanda, vacibüt-təkrim. Onların düşdü çün mübahisəsi – Ki, nədəndir zəmanə hadisəsi? Ol nə bürhan gətirdi hüccət ilə, Bu onu rədd edirdi hikmət ilə. Hər nə mətləb ki, qıldı bu ünvan, Ol gətirdi buna gözəl bürhan. Hərçi ilzamə oldular talib, Birinə olmadı biri qalib. Aqibət şərt qıldı iki təbib, Hərə bir zəhr eyləsin tərtib. O bunun zəhrini içə, bu onun, Ta bu sevdadə kim olur məğbun? Birisi şərbət eylədi tərtib, Zəhr hazır qılıb ikinci təbib. Bir-birə verdilər məhabət ilə, Birisi içdi zəhri cürət ilə, Bilmədi zəhr olduğun anın, Belədir müqtəzası dövranın. Etmədi xövf səmmi-nafizdən, Qaldı ol şirdil səhihbədən. Ol biri içdi xövf ilə şərbət, Dari-dünyadən eylədi rehlət. Öz işindən onu qiyas etdi, Vəhşətindən zəmanədən getdi. * * * Oğluma xitab (Cəfər, ey rahəti-rəvani-pədər) Cəfər, ey rahəti-rəvani-pədər, Güli-xoşətri-gülsitani-pədər. Sədəfi-təbimin səmin gühəri, Vermə bir kimsəyə yaman xəbəri. Bülbül ol, ver bahardən müjdə, Cüğd tək xəlqi etmə pəjmürdə. Farsidə bu fərdi bir dana Eyləyibdir nəsihət ilə əda: “Bülbüla, müjdeyi-bəhar biyar, ** Xəbəri-bəd bebumi-şum güzar”. * * * Xeyir söyləməzin hekayəsi Vardı bir xeyrsöyləməz nadan, Dilinə xeyr gəlməyib bir an. Dedi bir şəxs ona kim, ey müztər, Edirəm mən bu gün İraqə səfər, Bir dua eylə, ey əziz, mənə – Ki, səlamət gəlim yenə vətənə, Hər nə əynimdə var libasi-səfər, Sənə verrəm, çıxardıban yeksər. Dedi kim, indi ver mənə, heyhat, Eylədin bəlkə qürbət içrə vəfat. * * * Toxucunun hekayəsi Var idi İsfəhanda bir nəssac, Toxudu şahə bir gözəl dibac. Doqquz ay çəkdi binəva zəhmət, Verdi dibacə nəqşdən zinət. Yazdı əşar ilə kətibələrin, Nəqşdən zahir etdi sehri-mübin. Baxdı dibacə ta ki şahi-cavan Bir zaman qaldı valehü heyran. “Mərhəba” söylədi səğirü kəbir, Şah dedi: – Ey vəziri-batədbir, Nə üçün yaxşıdır bu, eylə bəyan. Ərz qıldı vəzir, key soltan, Yaxşıdır bu qumaşdən camə, Yaraşar padşahi-islamə. Biri ərz etdi: – Ey şahi-övrəng – Ki, bunun çox olur qəbasi qəşəng. Biri ərz etdi, key şəhi-əşraf, Çox gözəldir ola bu ruyi-lihaf. Əhli-məclis o gün səğirü kəbir, Hərə bir növ, göstərib tədbir, Dedi ol padşahi-niksüxən: – Qoy sual eyləyək həm ustadən. Dedi ustad: – Ey fələktədbir, Çox gözəldir ki, saxlana bu hərir, Çəkələr sən öləndə tabutə, Görünə onda xəlqi-nasutə. Təngdil oldu padşahi-cavan, Qətlinə verdi ol kəsin fərman. * * * Həzrəti-İsanın qissəsi Bir gün, ey ruhi-həzrəti-İsa, Kəlmeyi-həq, o nuri-paki-xuda Bir məkandan rəvan edirdi güzər, Verdilər föhş ona yəhudilər. Bu əziz onlara dua elədi, Qıldı təhsinlər səna elədi. Ərz qıldı ona həvarilər – Key olan cümlə aləmə rəhbər, Nasəza söylədi təmami sana, Sən edərsən bu qövmə xeyrü dua? Dedi: – Xərc eylədi olar varın, Batinin zahir etdi asarın; Mən də xərc eylədim nə varım var, Yox xəzəf, dürri-şahvarım var. * * * Harun və şairlər əhvalatı Gəldi Harun üçün iki şair, Hərə bir fərd eyləyib zahir. Bu idi fərdi-əvvələ məna – Ki, olur yaxşı felə yaxşı cəza. Fərdi-sanidə həm bu idi əyan – Ki, həmişə olur yamanə yaman. Şairi-əvvələ o fəxri-kübar Mərhəmət qıldı min ədəd dinar. Şairi-saniyə həm etdi əta Əvvəlin nisfini, o kani-səxa. Əhli-bəzm oldu bu işə heyran, Dedilər: – Ey xəlifeyi-dövran, Birdi mənadə kim, bu iki kəlam, Bəs nədən oldu müxtəlif ənam? Dedi kim, şəxs olsa xoştinət, Yaxşılıqdan müdam edər söhbət. Var idi tinətində çünki səfa, Yaxşılıq fərdin eylədi o əda. Ol birində yamanlıq oldu nihan, Odu kim, söylədi yamanə yaman. Sifəti-sahibi-kəlamdı söz, Batin asarına təmamdı söz. * * * Səncan şahının yuxusu Yuxuda gördü şahi-Səncani – Ki, tökülmüş təmam dəndani. Bir müəbbirdən etdi ani sual, Dedi: – Ey padşahi-ərşcəlal, Bil ki, dəndandır sənə övlad, Böylə yazmış kitabdə ustad: Öləcəkdir sənin çox övladın. Çıxacaq ərşə ahü fəryadın. Dedi şəh: – Böylədir, deyil böhtan, Qətlinə eylədi onun fərman. Tünd olub padşahi-danişvər, İstədi bir müəbbiri-digər. Bu müəbbirdən etdi hali sual, Dedi: – Ey padşahi-nikufal, Gördüyün xab üçün budur təbir, Həq sənə lütf edibdi ömri-təvil. Çün bu rəmzi eşitdi şahi-cavan, Verdi bu şəxsə xələti-əlvan. Dedilər: – Ey şəhi-zəminü zəmən, Sadir oldu əcibə iş səndən. Hər müəbbir ki, halı etdi bəyan, Söylədin böylədir, deyil böhtan. Birini qanə eylədin qəltan, Birinə xələt eylədin ehsan. Dedi: – Ari, o iki mərdi-dilir Yuxumu yaxşı etdilər təbir. Leyk əvvəlki şəxs idi nadan, Sözü bipərdə qıldı şərhü bəyan. Necə əvvəlki eylədi təbir, Sonrakı eylə qıldı həm təqrir. Sözü lazımdı şəxs eylə desin – Ki, təbiət o sözdən inciməsin. * * * Oğluma nəsihət (Cəfər, ey sibti-Heydəri-Kərrar) Cəfər, ey sibti-Heydəri-Kərrar, Mərdlik şivəsində ol huşyar. Kişilik vardır əgər səndə, Olma eybi-zənanə cuyə[...] Naqisül-əqldir güruhi-nisa Olma naqislər eybinə cuya. Özgələr övrətini eyləmə zəmm, Şişeyi-xəlqə atma səngi-sitəm. Etmə naməhrəmə, yamandı, nəzər, Nəhy edibdir cənab peyğəmbər. Eyləmə özgə övrətin töhmət, Kizbü böhtanə eyləmə adət. Sənə möhtac edibdi övrəti həq, Etmə möhtacüvə qəzəb nahəq. Filməsəl övrətində olsa xəta, Eyləmə xəlq ara onu rüsva. Təbüvə gəlməsə xisalı pəsənd, Rədd qıl, ver təlaqin, ey fərzənd. Pərdəsin açma, zəbt qıl əsrar, Açmasın ta ki pərdəni səttar. Necə kim, bu hekayəti-ziba Sənə bu macəranı eylər əda. * * * Arvadını boşamış kişi hekayəsi Verdi bir şəxs övrətinə təlaq, Vəchin ondan soruşdu bir sarsaq. Dedi ol şəxs: – Ey səfihü dəğa, Eybdir etdiyin sual sana. Belə biqeyrətəm məgər, ey pir, Övrətim eybini qılım təqrir. Çəkdi sail sualdan xiclət, Bu hekayətdən ötdü bir müddət, Getdi bir şəxsi-digərə ol zən, Yenə bu sordu ol rəfiqindən. Dedi: – Ey dust, indi ol övrət Oldu bir şəxsi-digərə qismət. Nə üçün sən təlaqini verdin, Onda aya nə bəd əməl gördün? Dedi kim, ey bəradəri-nadan, Sorduğun eybi-narəvadən utan! O gedib özgəyə olubdur zən, Soruşursan qəribə söz məndən. Mən sənə qeyr söhbətin danışım, Özgənin eybi-övrətin danışım? Sorma, xamuş ol bu söhbətdən, Xövf qıl zilləti-qiyamətdən! * * * Oğluma xitab (Ey oğul, əksəri-zənani-cahan) Ey oğul, əksəri-zənani-cahan Ərinin mərginə olur nigəran. Düşər ol şum bu təmənnayə – Ki, gedə şayəd ondan əlayə. Etsə hər sadəru cəvanə nəzər, Bu mənə kaş ola deyər şövhər! Nə gözəl bığ çəkib binaguşə, Məni hər şəb çəkəydi ağuşə! Odu kim, etdi qadiri-əllam Mərdi-biganəni zənanə həram. Xoş deyil gərçi mərd övrətsiz, Fel yoxdur cahanda hikmətsiz. Leyk lazımdır eyləmək diqqət, Övrət olmaz ricalə hər övrət. Zən gərək xanədani-ismətdən, Əhli-təqvavü əhli-iffətdən. Çox da hüsnü cəmalə etmə nəzər, Səni allatmasın zərü zivər. Bu əməl sünnəti-müəkkəddir, Rövnəqi-dini-paki-Əhməddir. Dedi: – Təzvicə etməyən rəğbət Hiç şək yox, deyil mənə ümmət, Buyurub: – Ümmətim, qılın təzvic, Dini-islamə artırın tərvic. Sizdə təzvicə inqiyad olsun, Həşrdə ümmətim ziyad olsun. Ümmətin çoxluğu baharımdır, Olsa da siqt, iftixarımdır. İzdivac ilədir bəqayi-bəşər, Növi-insani ol ziyad eylər. Çoxdu bu babdə hədisü xəbər, Ey oğul, tapşırıbdu peyğəmbər. İxtiyar eyləsən əgər övrət, Gözümün nuru, eylə çox diqqət. Ta ki baqqal tək o məkkarə Çəkməsin nəşüvü sənin darə. * * * Baqqalın arvadının hekayəsi Çəkdi bir padşahi-xunxarə, Bir nəfər düzdi-müfsidi darə. Əsəsə böylə oldu fərmani – Ki, ola üç gecə nigəhbani. Dardə qalsın ol dənitinət, Özgələr ondan eyləsin ibrət. Apara nəşi gər açıb bir kəs, Çəkilir darə ondan ötrü əsəs. İttifaqən əsəs edər qəflət, Nəşi əyyarlər edər sirqət. Olur agah ta ki mərdi-əsəs, Dağılır cüstü-cu üçün hər kəs. Dolanıb çölləri o şami-siyah, Bir işıqlıq görür əsəs nagah. Yetişib eylədi o dəm diqqət, Gördü qəbr üstə bir gözəl övrət. Dedi: – Ey nazənini-gülrüxsar, Ey şəbi-dacə mehri-pürənvar. Ey ləbin zülmət içrə abi-həyat, Ey sözün rizə-rizə qəndü nəbat. Çox təəccübdü, ey səhi-əndam, Nisfi-şəbdə tülui-mahi-təmam. Sən mələksənmi, ey pərisurət, Ya enib göydən ayeyi-rəhmət? “Leylətül-qədr”dir məgər ki, bu şəb, Yerə göydən nüzul edib kövkəb? Ey qılan tirə tələti mahi, Yoxsa sənsən pərilərin şahi? Bu təəccübdür, ey büti-fərxar, Nisfi-şəb söylə bu məkanda nə var? Açdı göftarə ləb o məhsurət, Nöqtəni qıldı qabili-qismət. Dəhənin açdı ol fəriştənihad, Sözləri yoxdan eylədi icad. Dedi kim, bu məzarıdır ərimin, Ol üzü gül, boyu sənubərimin. Eyləmişdik bu növ ilə peyman – Kim ki, ölsə qabaqca, dalda qalan Etməsin cüfti-axərə rəğbət, Olmasın özgə şövhərə övrət. İndi üç gün deyil ki, bu fazil Rəhməti-iyzədə olub vasil. Mən məzarında şəm yandırıram, Yarımın ruhunu inandırıram. Dedi: – Ey nazənini-hurliqa, Eyni-bidətdir etdiyin sevda! Bu qədər kim, cahanda var övrət, Hansına üz verib bu keyfiyyət? Övrəti fövt olanda, hansı kişi Bir bəyan eylə kim, tutub bu işi? Bu qədər nazəninim, olma əvam, Sən edən əmrə kim edib iqdam? Yoxdu bundan şəriətin xəbəri, Qoy əlindən bu nəxli-bisəməri. Kişi ölsə, ərə gedər övrət, Övrət ölsə, dəxi budur adət. Dedi övrət ki, ey rəşid cavan, Kimdir axır məni-həzini alan? Dedi: – Etsən qəbul, mən allam. Hər gecə qoynuma səni sallam. Dedi: – Mən raziyəm, di bismillah! Durdular olmağa rəvaneyi-rah, Oxusun qazi ta ki əqdi-nikah, Eyləsin onlara bu əmri mübah. Bir qədər getmiş idi ol gümrah, Nagəhan çəkdi ol əsəs bir ah. Düşdü meyyit xəyalına əsəsin, Dedi: – Heyf oldu, məhliqa, həvəsin. Olmuşam şahdən üzü qarə, Çəkəcək şəh səhər məni darə. Dedi: – Aya nədir günah sənə – Ki, qəzəb eyləyibdi şah sənə? Dedi: – Bir düzdü şahi-xunxarə Hökm edib çəkdilər bu gün darə. Dardə üç gecə qalaydı gərək, Mən idim pasiban ona, bişək. Eylədim qəflət, olmadım huşyar, Bu gecə meyyiti oğurladılar. Axtarırdım o meyyiti, ey yar, Sənə oldum bu sərzəmində düçar. Dedi övrət: – Bu işdən eyləmə qəm, Vardır hər zəxmə bir gözəl mərhəm. Gəl çıxardaq bunu məzarından, Apar as, padşah darından. Meyyitin meyyitə var oxşari, Kim bilir böylə nazik əsrari? Dedi: – Bu fikri-bikrə səd əhsən – Ki, qutardın məni bu möhnətdən! Qazdı qəbri, çıxartdı baqqali, Gördü vardır üzündə saqqali. Dedi: – Ey nazənin, düzəlmədi hal, Ol cavan idi, bunda var saqqal. Dedi: – Bu səhldir, tapıb miqraz; Vurdu dibdən, üzari oldu bəyaz. Qırxdı saqqali-meyyiti o zaman, Ölünü qırx yaşında qıldı cavan. Aparıb çəkdi gecə darə əsəs – Ki, günüz fərq etmədi bir kəs. Meyyitin üç günü çün oldu tamam Açdılar, dəfn qıldılar axşam. Aldı ol övrəti-cavanı əsəs, Bu işə vaqif olmadı bir kəs. Neçə illər dolandılar xoşhal, ** Şadman “bilğüdüvvi vəl-asal”. Bir zaman oldu ol əsəs bimar, Mərgdən zahir oldu çox asar. Yığışıb yarü aşinası tamam, Dedilər: – Qıl vəsiyyətin əlam. Dedi ki, mən edən zamanda vəfat, Dəfn edin, verməyin mənə xeyrat. Hər nə məndən ki, qalsa malü mənal, Eylədim varın övrətimə həlal. Tapşırın etməsin behəqqi-xuda, Məni baqqal kimi ol rüsva. Çəkməsin nəşimi mənim darə, Qırxmasın saqqalım bu məkkarə. Dedilər kim, nə dar, nə baqqal? Etdi təqrir onlara əhval. Eylədi şərh macəranı tamam, Qaldı məbhut cümlə xas ilə am. * * * Oğluma xitab (Cəfər, ey sadəlövhü pakzəmir) Cəfər, ey sadəlövhü pakzəmir, Bil ki, vardır zənanda çox təzvir. Sureyi-Yusif içrə məkri-zənan Oxusan, ey oğul, olubdu bəyan. Bil ki, Quranara xudayi-əlim ** Buyurub: “İnnə keydəkünnə əzim”. Məkri-şeytani həq sayıbdu zəif, Məkri-nisvan ilə qılıb təhqiq. Adəmi ol nəimü nemətdən Zən çıxardıbdu baği-cənnətdən. Zən verib Müctəbayə zəhri-cəfa, Mürtəza məkri-zəndən oldu fəna. Çox böyük məkr oldu məkri-zənan, Zənə şagirddü məkrdə şeytan. Məkri-zən çox evi qılıb viran, Məkri-zən çoxları qoyub giryan. * * * Məkri-zənan Var idi bir müsənnifi-adil, Elm dəryasi, mürşüdi-kamil. Söylər idi həmişə ol dana: Naqisül-əqldir güruhi-nisa. Övrətə etibar etməz idi, Hər nə övrət desəydi, bitməz idi. Cəm qılmışdı bir kitabi-rəvan, Adını qoymuş idi “Məkri-zənan”. Bir neçə vəqt gəzdi dünyani, Eylədi cəm məkri-nisvani. Səfəri-axərində ol huşyar Eylədi bir qəbilə içrə güzar. Çıxdı nagəh qabağə bir övrət, Qıldı mehmanə layiqi hörmət. Düşürüb rahət etdi mehmanın, Qıldı asudə fazilin canın. Gördü kim, ol cəmileyi-dövran, O üzü gül, o sərvi-qönçədəhan, Bilir adabü rəsmi-mehmani, Mizəbanlıqda yoxdu nöqsani. Dedi fazil ona ki, ey övrət, Bu qədər eylədin mənə hörmət, Sən bu mehmannəvazlıq karın Kimdən öyrənmisən, qıl izharın. Dedi: – Peyğəmbəri-mükərrəmdən, Xələfi-biqərini-Adəmdən. Müstəfa, ol rəsuli-paksirişt Dedi: – Mehmandır dəlili-behişt. Kim ki, mehmanə eyləsə ikram, O mənimlə edər behiştə xuram. Dəxi bil kim, bu söz mühəqqəqdir, Mərdi-mehman hədiyyeyi-həqdir. Dəxi təqrir edib ki, əhli-siyər Hər kəs öz ruzisin tənavül edər. Bir evə gəlsə bir qonaq əgər, Bil onun ruzisi qabaqca gələr. Çün eşitdi bu sözləri fazil Gördü əqlin o övrətin kamil. O gecə fazili-bülənd cənab Açıb, ahəstədən oxurdu kitab. Sordu övrət ki, bu kitab nədir, Çox baxırsan, bu, ey cənab, nədir? Baxdı fazil o övrətə, güldü, Dedi: – Bu bir kitabi-müşküldü. Məcməyi-hiyleyi-nisadır bu, Etmişəm cəm, ey behişti ru. Bildi kim, cəm edibdi məkri-zənan, Oldu xəndan o sərvi-qönçədəhan. Dedi kim, ey müsənnifi-aqil, Sən əcəb əmrə olmusan şağil. Səni mən eylədim o şəxsə misal – Ki, gedib hazır etdi bir qərbal, Gəlib ölçərdi abi-dəryani, Açmayıb kimsə bu müəmmani. Öhdəsindən bu əmrin, ey dana, Gəlməyib kimsə ta ki var dünya. Bir qədər su tutum, götürdün sən, Su görək əksilir o dəryadən? Harda kim, zahir olsa məkri-zənan, Orda acizdü məkrdən şeytan. Məkri-nisvandə xudayi-əlim Buyurub: – “İnnə keydəkünnə əzim”. Çəkmə zəhmət dəxi bu halət üçün, Ömrüvü sərf elə ibadət üçün. Məkri-nisvanə yoxdu həddü həsar, Bu xəyalından eylə istiğfar. Çün bu təqriri etdi fazil guş Qaldı məbhut sözdən, oldu xəmuş. Xabdən oldu sübh çün bidar, Gəldi ol nazənini-gülrüxsar, Etdi mehmaninə nəvazişlər, Dedi: – Ey fazili-həmidəsiyər! İstəyirsən ki, hiyleyi-zəndən Sənə bir qədr eyləyim rövşən? Edəsən ta yəqin ki, məkri-zənan Bəhrdir, leyk bəhri-bipayan. Edəsən bu kitabüvü dərhəm, Özüvü sanma fazili-ələm. Dedi: – Ey nazənini-gülrüxsar, Bildiyin məkri dur elə izhar. Durdu nagəh əyağə ol övrət, Özünə getdi eylədi zinət. Eylədi zülfi-ənbərin şanə, Kim ki, görsə, olurdu divanə. Gözünə sürmə çəkdi ta ol mah, Fazilin ruzgarın etdi siyah. Oldu pirayədən lətafəti çox, Əyri qaşi kəmanü kipriyi ox. Geydi ol şux cameyi-əlvan, Qıldı tavusi-məst tək cövlan. Fazilə gəldi verdi ta ki səlam, Xalini qıldı danə, zülfünü dam. Qıldı nazü girişmə, ğincü dəlal, Oldu tuti kimi fəsihməqal. Ləbinin dövrə gətdi ta camın, Fazilin aldı səbrü aramın. Dedi fazil ki, ey büti-ziba, Sənə qurban olum məni-şeyda! Hursən, ya mələk və ya ki pəri? Bu lətafətdə görmədim bəşəri. Ola canım nigahına qurban, İki çeşmi-siyahına qurban! Bu nə çeşmi-xumardır, nə nigah? ** “Vəhdəhu la şərikə illəllah”. Ey vüsalın behişt, hicrin nar, ** “Vəqina rəbbəna əzabən-nar”. Gördü övrət ki, şeyxi-əllamə Zülfünü görcəyin düşüb damə, Dedi: – Ey fazili-niku-mənzər, Bu nə sözdür, nə üz veribdi məgər? Sən kimi şəxsi-aqilü dana Özünü eyləməz əbəs rüsva. Sən kimi sahibi-kitab olan – Ki, yazar hər zamanda məkri-zənan Səbr edər, böylə biqərar olmaz, Övrətə çünki etibar olmaz. Dedi: – Ey dilbər, ey fəriştəüzar, Dəxi yox məndə tabü səbrü qərar. Getdi səbrim, dəxi qərarım yox, Aşiqəm, aşiq, ixtiyarım yox! Bu gecə fikrin ilə, ey dildar, Sübhədək gözlərim qalıb bidar. Çarə qıl, getdi ixtiyar əldən, Getdi bu zarü biqərar əldən! Duruban, fazili o gülrüxsar Çəkdi xəlvət otağə, tutdu qərar. Fazilə eylər idi işvəvü naz, Nagəhan eylədi kəniz avaz, Dedi: – Ey xanım, ey fəriştəliqa! Ol xəbərdar kim, gəlir ağa. İztirab ilə durdu ol dilbər, Hər libasın çıxardı çapiktər. Özünü çəkdi bir kənarə o dəm, Gördü bu hali fazili-əkrəm, Dedi: – Ey nazənin, nədir belə hal? ** Kolmusan beylə müztərib-əhval? Dedi: – Üç gündü ki, ərim, ey yar, Gedibən eyləmişdi meyli-şikar. Söyləyir kim, kəniz, gəldi cavan, Bizi bir yerdə görsə, verməz aman. Tökəcəkdir yəqin ki, qanımızı, Dağıdar indi xanimanımızı. Bildi çün halı fazili-dövran, Oluban bərgi-bid tək lərzan. Xövfdən çıxdı eşqi başindən, Dedi: – Bir çarə, neyləyim bəs mən? Dedi: – Sanduqə olgilən daxil, Ta görüm neylirəm mən, ey aqil! Girdi sənduqə fazili-dana, Eylədi qıfl dilbəri-ziba. Şövhərin durdu, etdi istiqbal, Bir-birin görcək oldular xoşhal. Əyləşib oldu həm kişi rahət, Etdi sənduqə təkyə həm övrət. Etdilər növ-növ söhbətlər, İşvələr, nazlar, zərafətlər. Ta ki sənduqi ol pəri-rüxsar Tərpədib, zikr eyləyib əşar; Ey yazan keyd, şeyxi-əllamə, Düşmüsən məkr ilə əcəb damə. Dedi şövhər: – Nə sözdür, ey övrət,. Görürəm səndə çox əcəb halət? Dedi: – Dün gecə bir qərib cəvan Gəlibən nagəhan mənə mehman, Ol ki, məqdur idi evimdə təam, Eylədim ol qərib üçün əncam. Sahibül-elm, mərdi-fazil idi, Yox idi nəqsi, şəxsi-kamil idi. Bir də gördüm ki, bir kitabə baxur, Belə ahəstədən onu oxuyur. Dedim: – Ey şeyx, bu kitab nədir? Etmisən böylə tərki-xab nədir? Dedi: – Bu bir kitabdır ziba, Bunu mən etmişəm özüm inşa. Etmişəm cəm hiyleyi-nisvan, Bu kitabındır adı “Məkri-zənan”. Eylə ki, bu kəlamı etdim guş, Doğrusu, qeyrətim gətirdi cuş. Dedim: – Ey şeyx, hiyleyi-nisvan Bəhrdir, leyk bəhri-bipayan. Qissələrdir bu nəqli-tulü diraz, Yazasan gər yüz il, təmam olmaz. Gəlməsən öhdəsindən ol karın, Çəkməsin rənc çeşmi-bidarın. Mənə etdi təbəssüm ol dana, Məni incitdi doğrusu bu əda. Dedim: – İstərmisən, əya fazil, Sənə bir məkr edim məni-cahil? Görəsən ta ki məkri-nisvani, Biləsən hiç yoxdu payani? Özümə durdum eylədim zivər, Rubəru gəldim otdum, ey şövhər, Məni görcək bu hüsnü tələtlə, Bu nəzakətlə, bu vəcahətlə, Getdi aramü ixtiyarı onun, Qalmadı səbr ilə qərarı onun. Eylədim xəlvətin sərəncamın, Məndən istərdi ta ala kamın. Məndən eylərdi könlünü xürrəm, Sən gəlib eyşin eylədin dərhəm. Təhi-sənduqdən o danişvər Eşidirdi bu sözləri yeksər. Xövfdən qaçdı rəngi-rüxsari, Leyk çıxmırdı naləvü zari. Dedi şövhər: – Bular zərafətdir. Dedi: – Nə, taci-sər, sədaqətdir! Bilmərəm göftüguyi-böhtan mən – Ki, yalançı xudayədir düşmən. Mən sənə hiç bir yalan demişəm? Ya sənə bir zərafət eyləmişəm? Dedi: – Bəs hardadır o bədbünyan – Ki, edim qaninə onu qəltan? Hardadır, söylə, ol nəməkbəhəram – Ki, evimdə gəlib yeyibdi təam, Qəsd edibdir mənim bəs övrətimə, Necə dəyməz bu əmr qeyrətimə? Mən onu öldürəm gərək əlan! Özgə evdə həm olsa bir mehman, Mizəbanə xəyanət eyləməsin, Hiç kəs böylə cürət eyləməsin. Qeyz ilə tutdu çəkdi şəmşirin, Sanki bir şir qırdı zəncirin. Dedi övrət ki, səbr elə, ey yar, Getməyibdir uzağə ol idbar. Sən gələn vəqt çaşdı ol fazil, Onu sənduqə etmişəm daxil. Verdi övrət kilidi kim, əlan Açıban eylə qanına qəltan. Fazilin qorxudan qaçıb qani, Bəlkə beş yol batırdı tumani, İttifaqən kişiylə ol övrət Çəkmiş idi cinaq bir müddət. Nə bu qalib olurdu, nə şövhər, Ona verdi kilidi çün dilbər Dedi: – “Yadımda” eylədin nisyan, Sənə mən qalib olmuşam əlan! Ərinin yadına ki, düşdü cinaq, Atdı əldən kilidi ol sarsaq. Dedi: – Həqqa ki, çoxdu məkri-zənan, Sənə şagird ola gərək şeytan! Qafil idi dəxi ki, ol müztər – Ki, bu məkrində vardı məkri-digər. Dedi ki, ey mühileyi-dövran, Məni yaxşı aparmısan əlan! Dediyin sözlərə inandım mən, Səhvimi gör ki, doğru sandım mən. Eylə bildi cinaq üçün övrət Eyləyibdir bu növ ilə söhbət. Dedi: – Bəs dur, gətir şərabü təam, Əkl edək, ta yataq, keçir axşam. Mahəzər etdi hazır ol dilbər, Yedilər, yatdılar, çün oldu səhər, Şövhəri oldu azimi-həmmam, Açdı sənduqi, verdi şeyxə səlam. Dedi kim, dur əyağə, ey fazil, Özüvü sanma mürşidi-kamil! Demə hərgiz kim, ey həkimi-zaman, Naqisül-əqldir güruhi-zənan! Dəxi get, qıl kitabüvü dərhəm, Qoyma bu vadiyi-bəlayə qədəm. Sən kimi şeyxü mürşidü kamil Özünü damə saldın, ey fazil. Guş edirdin ki, macəranı təmam, Ərimə bir-bir eylədim əlam. Qeyrətindən itirdi tədbirin, Qətlinə çəkdi ta ki şəmşirin. Onu əvvəl necə inandırdım, Soradan başını dolandırdım. Səni gətdim ölüm ayağına ta, Yenə verdim dönüb nicat sana. Övrətin qeyri kəslə olsa işi, Saxlaya bilməz ani hiç kişi. Hər nə ki istəsə edər övrət, Saxlamaq olmaz, ey fələkrüfət. İndi get, tərk elə bu sövdani, Dəxi çəm etmə məkri-nisvani. Bizə şeytan deyil bu işdə hərif Geydi-şeytanı həq buyurdu zəif. İndi dur get, dəxi səlamət ilə, Ömrüvü sərf qıl ibadət ilə. Elə ki, getdi fazili-əkrəm, Nə ki yazmışdı, çəkdi üstə qələm. * * * Bəlx şəhərinin qazısı və dülgər hekayəsi Bir zəni-işvəsəncü mərdfirib Qaziyi-şəhri-Bəlxə oldu nəsib. Sədri-darül-qərari-qazı idi, Qazı ondan ziyadə razı idi. Vardı bir dülgəri-giranmayə, O şəriətpənahə həmsayə. Qazının övrətinə aşiq idi, Rindi-bibak idi, münafiq idi. Nəl tək yandı könlü atəşdə, Ərrə tək qaldı yüz kəşakəşdə. Tişeyi-naxun ilə məxfiyü faş Lövhi-cismin müdam edirdi xəraş. Rəndeyi-ah ilə o qəmdidə Qıldı can rişəsin təraşidə. Təbəri-hicr ona qəza çalmış, Nəxli-ömrün əyaqdən salmış. Tiri-qəmlər ona atardı fələk, Ciyərin çak edərdi iskənə tək. Görməyə çeşmi-yarı leylü nahar, Bədəni gözlər açdı pəncərəvar. Aqibət ahü-naleyi-şəbgir Dili-dildarə eylədi təsir. Yetdi nəccar vəsli-cananə, Mur tək düşdü şəkkəristanə. Dedi nəccarə kim, zəni-qazi Deyiləm bu vüsalə mən razi. Nəqb vur öz evindən, ey müztər, Ta bizim xanədən gətirsin sər. Ta ki ol nəqbdən gəhü bigah Tey qılaq rahi-xeyri, ey dilxah. Oturaq xani-vəslə leylü nəhar, Bu işə vaqif olmasın dəyyar. Getdi nəccar nəqbi qıldı tamam, Üzünə rahi-vəsli açdı müdam, Daim eylərdilər sürurü səfa, Qazının bağladı gözünü qəza. Dedi bir gün ki, övrət: – Ey şeyda, Bir əçəb fikr etmişəm peyda. Get bu gün, ərz qıl ki, ey qazi, Səndən olsun xudayi-həq razi. Bu sözü ta ki eylədin izhar, Ovcuna qoygilən neçə dinar. Degilən, dur gətir bizə təşrif – Ki, mənə üz veribdi bir təklif. Məni qazi sənə nikah eləsin, Bu həram əmri ol mübah eləsin. Simü zər ver ki, qaziyi-məğrur Simü zər görsə, gözləri olu kur. Sanma rüşvətdə simü zərdir əbəs, Sındırır dəstəmazi-şəri hədəs, Çox füsunlar cavan alıb təlim, Qaziyə gəldi eylədi təzim. Gəldi səffün-nəaldə durdu, İnkisar ilə boynunu burdu. Əldə bir neçə dirhəmü dinar, Dedi: – Ey rəhnümayi-xürdü kübar, Zivəri-şərü zinəti-islam, Zübdeyi-xəlqü naşiri-ehkam, Əxzü cərr babi-fəzlüvə dərban, İki quldur ki, tabeül-fərman, Bəndə gəldim hüzuri-valayə, Ehtiyacım düşübdür ağayə. Həqqi-həmsayəlik varımdır əgər, Leyk töhfə gətirmişəm həm zər. Kətxuda olmağım düşübdü səlah, Lazım olmuş bu əmrə əqdi-nikah. Eylə təşrif xanimanımıza, Ver səfa bağü gülsitanımıza. Belə səbz oldu çün riyazi-kəlam, Buyi-xeyr etdi qazi istişmam. Zövq ilə nitqə gəldi şeyxi-kərim, Durdu nəccarə etməyə təzim: Və əleykəssəlam, fəxrəd-din, Ey sənə lütfi-kirdigar müin, Edə əcdaduva xuda rəhmət! Nə gözəl fikrə etmisən niyyət! Kəbeyi-məqsədə səfadü nikah, Sünnəti-şəri-Müstəfadü nikah. İzdivac ilədir bəqayi-bəşər, Bunu təkid edibdi peyğəmbər. Barəkəllah, ey fələkpayə! Ey girami, nəcib həmsayə. Sənə layiq deyil o səffi-nəal, Mərhəba, mərhəba, təal, təal! Əyləşib eylə istirahətlər, Bizə eylə rücu xidmətlər. Canü dil mehr ilə rəhinindir, Qazi bir müxlisi-kəminindir. Dedi könlündə kim, ona nəccar Mənə müxlis deyilsən, ey qəddar. Payi-zər gətdi çün aralığa zur; Atanı qəbrdən çəkib çıxarır. Dedi nəccar: – Əyyühəl-qazi, Səndən olsun görüm xuda razi. Şəfqətin eylədi məni xoşdil, Leyk əyləşməyim olur müşkil. Müntəzirdir o mahi-zöhrəcəbin, Müştərini qıl Afitabə qərin. Əqd qıl Fərqədanə Pərvini, Mehr ilə bağla sən bu kabini – Ki, bu dəm xeyli nik saətdir, Nəzəri-səd üçün işarətdir. Beyti-Əqrəb uzaqdu taledən, Yoxla təslisi bu mətalibdən. Zəhmət olmazsa, dur şitab eylə, Məh gərək bürci-Afitabə gələ. Başına qoydu qazi əmmamə, Əyninə geydi bir gözəl camə. Səbheyi-əxzü cərr götürdü ələ, Gəldi nəccar evinə sürətlə, Vird edərdi bu nüktəni o cənab, ** “İftəhu ya müfəttihül-əbvab”. Qazi çün nazəninə qıldı nəzər, Gördü kim, öz həlalına bənzər. Bir də baxdı o mahə diqqətlə, Dedi könlündə dərdü həsrətlə – Ki, xudaya, iş oldu çox mübhəm, Bir-birə böylə oxşamaz adəm. Qaldı heyrətdə qazi sərgərdan, Dedi nəccar: – Ey ədibi-zaman, Niyə heyrətlə qalmısan dilxun? Gedir əldən bu saəti-məymun. Qazi başın götürdü balayə, Bir də baxdı o mahsimayə. Gördü kim, xeyr, bu öz övrətidir, Nazənini-qəmər-vəcahətidir. Dedi: – Lahövlə, durdu qaziyi-pir, Dedi nəccar: – Ey imami-kəbir, Niyə durdun ayağə sürətlə? Çox baxırsan bu halə heyrətlə. Dedi: – Ey şəxs, nüsxeyi-”Miftah” – Ki, onunla gəlir təmamə nikah, Qalıb evdə, gətirmədim ani, Olmasa, yoxdur əmrin imkani. Səbr qıl, ta onu gedim gətirim, Şahidi-məqsədə səni yetirim. Qazi düşdü yola şitab ilən, Nəqbdən keçdi ondan əqdəm zən. Gəlib öz xəlvətində ol dilbənd Xürreyi-xabi-nazə oldu bülənd. Qazi çün oldu daxili-xanə Gördü kim, xab edibdü cananə. Qaldı heyrətdə qaziyi-gümrah, Dedi kim, lailahə illəllah! Niyə töxmi-məzənnə əkdim mən, Nə üçün bu xəyalı çəkdim mən? Şərmsar oldu qaziyi-huşyar, Öz xətasına qıldı istiğfar. Övrətə rövşən oldu çün halat, Xabdə etdi bir neçə hərəkat. Gərnəşib qafilanə çevrildi, Leyk qazi onu yatan bildi. Dedi övrət ki, ey bənöfşə, mana, Yuxu gəlməz, görüm nədir bu səda? Bu qədər qalü-qil yəni nədir? Dəsti-xər, payi-fil yəni nədir? Xoş qədəm, sərhesab olun möhkəm, Qoymasın xəlvətimə kimsə qədəm. Bu sözü tapşırıb yenə yatdı, Qaziyi-sadəlövhü allatdı. Qazi nəccar evinə aldı qədəm, Keçib əyləşmiş idi zən əqdəm. Yenə çün gördü yar rüxsarın, Qaldı heyrətdə, çaşdı göftarın. Dedi: – Sübhanə rəbbiəl-əla! Malikül-mülk, xaliqül-əşya! Bir əcəb halətə giriftarəm, Bilmirəm, yatmışam, ya bidarəm?! Bir tərəf xar xari-iqdanə, Bir tərəf rəşki-kari-cananə. Şəkkim əfzun olub, yəqinim kəm, Ürəyim qüssədən gətirdi vərəm. Dedi nəccar: – Eyyühəl qazi, Nə qılım kim, edim səni razi? Qalmısan əmrdə düdil nə üçün? Olmusan bu sifət xəcil nə üçün? Bu nə heyrət, bu nə xəcalətdir? Səndə axır bu nə kəsalətdir? Gər fəmən-yəmələ təmənnadır, Simü zər kari-xeyrə peydadır. Məqsədi-qazi əxzü cərridü gər, Bəndəlik eylərəm, bu sim, bu zər. Gördü qazi dübarə sim ilə zər, Əqli imanı kimi etdi səfər. Qazi fikr etdi kim, bu mərdi-fəqir, Neyləyim, etməyibdi bir təqsir. Pul verir bu fəqiri-niknihad, Oxuram əqd, hərçi badabad!. Çəkdi əmri-nikahə bismillah, Arizi-yarə bir də etdi nigah. Gördü çün xali-ləli-canani, Yandı narə sipənd tək cani. Vardı ol hindu ilə sevdası – Ki, edirdi şəkər təmənnası. Ucalıb dudi-qəm nihadından, Çıxdı əmri-nikah yadından. Gördü nəccar çün müsahələsin, Qazinin etdiyi müamələsin, Dedi: – Ey qazi, olmusan məsru, Yoxsa bir feldir bu naməşru? Bu nə heyrətdü, bu nədir təxir? Oldun axırda qaziyi-təsvir. Dedi qazi ki, olma mərdi-ləcuc, Əmri-müşküldü çox bu əmri-füruc. Xazini-gənci-əmri-dinik biz, Şərin ehkamına əminik biz. Bu nə nəccarlıqdır, ey huşyar, Bunda lazımdı diqqəti-büsyar – Ki, sabah ərseyi-qiyamətdə Qalmayaq zillətü xəcalətdə. Sən gərəkdir ki, səbr eyləyəsən, Cəm edim ta ki öz həvasımı mən. Bir qəni dün gecə edibdi vəfat, Qalıb ondan mənali-biğayat. Varisi var əlli yeddi nəfər, Qismət olmaq gərəkdi sim ilə zər. Bəs gərək vazeh olmağa məchul Mən olam zərbi-qismətə məşğul. Bu sözü zikr eyləyib durdu, Mərdi-nəccar boynunu burdu. Qaziyə ərz qıldı kim, aya Niyə durdun ayağə, ey mövla? Dedi: – Məndən olub hədəs hadis, Oldu fövti-vüzuyə ol bais. Gedirəm ta vüzu edim, təcdid, Bivüzu narəvadır ol təvid. Dedi: – Ey qaziyi-bəhanəsəra, Tapılar burda su, behəqqi-xuda. Bu qədər zöhdi-xüşk satma bizə, Kutəh et, bu işi uzatma, bizə. Dedi qazi: – Deyildir ol mərğub, Yəhtəmil ki, bu su ola məğsub. Bunu zikr etdi, durdu oldu rəvan, Nəqbdən keçdi həm o ruhi-rəvan. Bir kitabə özün edib məşğul, Onu gördükdə qazi oldu məlul. Dedi: – Bilməm ki, bu nə halətdir, Mənə bu mayeyi-xəcalətdir. “Tübtü ya zülcəlal vəl ikram ** Min cəmiiz-zünubi vəl-asam”. Qaziyə ərz qıldı ol övrət: Bu nə halətdir, ey qəza-hikmət? Səni kim eyləyibdi divanə, Danışırsan müdam əfsanə?! Səndə vardır nişani-xəbti-dimağ, Səni lazımdır eyləmək bəs dağ. Gedibən qıl ilaci-azarın, Yoxsa müşkül olur sənin karın. Dedi qazi ki, ey xədarətkiş, Var bu gün məndə bir əcəb təşviş. Fikri-vəsvas çıxmayır məndən, Olmuşam xeyli bədgüman səndən. Etmişəm səndən ötrü özgə xəyal, Məni, ey nazəninim, eylə həlal. Gedirəm çünki beyti-nəccarə, Görürəm gül nəsib olub xarə. Səni nəccar evində çün görürəm, Dururam heyrət ilə tez gəlirəm, Görürəm yatmısan otağında, Əql heyrandı bu səyağında. Dedi övrət ki, zişti-əhli-cahan Olur ol kəs ki, ola əhli-güman. Var idi mərdi-qazidə bir sib, Bölübən etdi anı iki nəsib. Nisfini verdi övrətə qazi, Ta özündən edə onu razi. Dedi: – Bir sibdir ki, müxtəsəri, Çoxdu cədvardən bunun əsəri. Qüvveyi-bahi bu ziyad eylər, Bu müfərrih qülubi şad eylər. Sən bu sibi tənavül eylə bu şəb, Eylərik ləzzət ilə eyşü tərəb. Gəldi nəccar evinə qaziyi-pir, Gördü kim, əyləşib o mahi-münir. Nisfi-sib əldə ol turunc-qəbqəb Əyləşibdir başında çadirşəb. Qazinin heyrəti ziyad oldu, Gözü tək könlü qan ilən doldu. Mütəhəyyir qalıb o sahibi-hökm, Yerə çökdü, oturdu sümmün-bükm. Dedi nəccar: – Ey şəriətkiş, Nə səbəb vaqe oldu bu təşviş? Fikrüvü olmadı sənin bilmək, Bunca axır nədir gedib-gəlmək? Mətləbin qeyrdir bu işdə əgər, Dərdsər olmasın əya, sərvər. Get, dəxi çıxma künci-mədrəsədən, Bizi qıldın həlak vəsvəsədən. Sən əgər etməsən bu sövdanı, Gətirim əqdə özgə mollanı. Vəchi-əqdanəmiz kəm isə əgər, Al, qəbul eylə ha, bu simü bu zər. Çünki zər gördü dideyi-qazi, Oldu əqdi-nikah üçün razi. Sanki bir eşşək idi cov gördü, Ya ki məsru mahi-nov gördü. Simü zər alladıb o gümrahi, Çəkdi nagəh “əuzü billahi”. Oldu cari çü ləfzi-”ənkəhtü”; Müttəsil həm kəlami-”zəvvəctü”, Yenə tez baxdı bir o mahə tərəf, Baxcağın tiri-dərdə oldu hədəf. Gördü ol titəni ki, zərgərdən Almış idi o qaziyi-pürfən, Nəsb edib başına o mahliqa, Gözünə tar oldu bu dünya. Yenə biçarə qıldı fəsxi-nikah, Dedi yüz heyrət ilə:Ya fəttah! Yoxdu karımda hiç fəthü zəfər; Dinimi əldən aldı sim ilə zər. Çəkibən binəva ciyərdən ah, Ziri-çeşm ilə bir də qıldı nikah: Dedi: – Sübhanə faliqül-əsbah, Mənə oldu bəla bu əmri-nikah. Dedi nəccar: – Əyyühəl-qazi, Sözlərin cümlə oldu miqrazi. Edəcəksən nə vəqt bəs izhar, Qəti-göftar, ey vərəasar? Baxmağından yəqin olur hasil Olmusan sən bu dilbərə mail. Qəlbini oxşayıb kəmani-nəzər, Əyləşib tiri-arizu ta pər. Xeyli qabil məkandır abadan, Töxm səp, vergilən suyun asan. Qıl təsərrüf, bu qədr eyləmə bim – Ki, həlalındı misli-mali-yetim. Qazi fikr etdi kim, gərək təzvir, Dedi kim, bir əvamdır bu fəqir. Çün işim tapmadı səlah bu gün, Oxuram bir yalan nikah bu gün. Dedi: – Ey zifünuni-nəccari, Siğə əlhal eylərəm cari. Hər nə mən zikr edəm bəvəçhi-həsən” Degilə sən, qəbul etdim mən. “Və nikahən, şələn səməlqatən, ** Məhmələn, adiyən kənəl-hatən”. Çün eşitdi bu sözləri nəccar, Dedi: – Ey rəhnümayi-xürdü kübar, Afərinlər bu siğeyi-pakə, Xeyli müşküldü fəhmi idrakə. Verdiyim pul ola həlal sənə! Nə gözəl həq verib kəmal sənə! Etmisən bu nikahi əzbər sən, Zahirən “Bozmara” kitabindən. Belə zənn eylədin ki, nəccarəm, Elmdən mən dəxi xəbərdarəm. Etmişəm bil ki, mən də elmi təmam, Bilirəm məniyi-rümuzi-kəlam. Nəqli-”Seyfül-müluk”ə danayəm, Qoysam əmmamə, mən də mollayəm. Tanıram rahi-məscidi-came, Deyiləm leyk sən kimi tame – Ki, edəm bənd pənceyi-təqsim, Ta ola payimal mali-yetim. Mənə dərsi-nikahi qıyqaci Verdi təlim Yasəmən baci. Nə nikah idi kim, bu eylə bəyan, Oldu ləfzi-mübarəkindən əyan? Nə ibarətdir, ey ədəb kani – Ki, nə yunanidir, nə süryani? Dedi qazi ki, eyyühən-nəccar, Səndə canım, qəribə daiyə var. Nə bilirsən təriqi-mədlulat? Sənə vazeh deyil ki, məqulat. Mən həmin siğəni həmin tərkib Neçə gündür ki, etmişəm tərtib. Hər kəsin bir təriq olur kari, Budur əqdi-nikahi-nəccari. Siğeyi-xanü siğeyi-üməra Hər biri bir səyağ olur inşa. Sən qulaq as, əzizim, olma füzul, Hər nə ki mən desəm, sən eylə qəbul. Bir qiraətlə çəkdi “bismillah”. Arizi-yarə bir də qıldı nikah. Gördü ol nisfi-sibi əldə, vəli Binəvanın yenə tutuldu dili. Dedi ki, ey nigari-laləqəba, Mənə ol nisfi-sibi eylə əta. Alıb ol nisfi-sibi qazi müft, O biri nisfin eylədi ona cüft. Gördü ol sibdir gedib parə, Nisfini vermiş idi dildarə. Qaldı bu halə haimü heyran, Dedi: – Sübhanə xaliqül-imkan! Bir əcəb dərdə mən giriftarəm, Bilmirəm məstü ya ki huşyarəm? Dedi nəccar: – Ey həmidəsifat, Nədir axır bu növ ilə hərəkat? Niyə cüft eylədin bu almanı, Bizə məlum qıl bu mənanı. Şər nirəngsazlıqdı məgər, Qazilik hoqqabazlıqdı məgər? Dedi qazi: – Tələsmə, ey nəccar, Bu işi eyləməkdə hikmət var. Bunu bil kim, edər bu şəkli-cəmil Ər ilə övrət ülfətin təkmil. Ey əzizim, görüblər əhli-təmiz Bu duanı nikah üçün təcviz. Bu dua nüsxəsi qalıb əmma Evdə, ey mərdi-arifü dana. Səbr elə, ta gedim onu gətirim, Səni vəsli-nigarə tez yetirim. Çünki gəldi evinə zarü məlul, Gördü bir əmrə övrətin məşğul. Dedi övrət ki, ey ədibi-zaman, Halına qalmışam bu gün heyran. Eyləyirsən mənə nigah neçün, Çox çəkirsən ciyərdən ah neçün? Cümlə karın xilafi-adətdir, De görüm səndə bu nə halətdir? Yoxsa ey çeşmeyi-çiraği-ümid, Gətirib çeşmin abi-mirvarid? Yoxsa dərmanə olmusan möhtac, Ey gözüm nuri, bəs tez eylə əlac! Dedi qazi ki, ey büti-Kəşmir, Nə bəladır ki, düşmüşəm məni-pir. Sən ki, bilfel əhli-hikmətsən, Nə olub kim, bu halə düşdüm mən? Dedi:–Bu dərd olur rütubətdən, Mədə içrə olan kəsafətdən. Bir də, hər kəs yedisə vəqti-təam Loğmeyi-şübhənak, ya ki həram, Bu rütubət olur o təğziyədən – Ki, olur kur dideyi-rövşən. Əvvəlin payəsində bu azar Gözdə bir illət eyləyər izhar. İki şəxs, ey fəzailə came, Ona bir şəkldə olur vaqe. Eyləməz bir dəqiqə səbrü qərar, Seyr edər misli-günbədi-dəvvar. Bu əlamətlər ol mərəzdəndir, Bu ədalar xud ol qərəzdəndir. Qazi bir ah çəkdi, ağladı zar, Dedi: – Torpaq başıma, ey yar! Dünən ölmüşdü mərdi-nütfəhəram, Ramazan oğlu Məşhədi Bayram. Qalmış idi evində neçə yeim, Onların malın eylədim təqsim. Yedim ol evdə bir qədər həlva, Yəhtəmil ki, həram imiş o ğiza – Ki, bu vəsvasə mən düçar oldum, Gözümə dərd gəldi, xar oldum. Bəs gedim, müntəzir qalıb nəccar, Oxuyum əqdini onun naçar. Hər nə pul ondan eyləsəm peyda, Gətirim bəs alaq bu dərdə dəva. Beyti-nəccarə qazi oldu rəvan, Yenə gördü oturmuş ol canan. Övrətin qövlünə inanmış idi, Sözünü cümlə doğru sanmış idi. Əyləşib qazi, çəkdi bismillah, Yenə bir yarə məxfi qıldı nikah. Dəxi sövti-qəzəblə, ol dildar, Dedi: – Ölsün əzizin, ey nəccar, Getdi badi-fənayə nam ilə nəng, Kimdü bu mərdi-lutiyi-sərhəng? Üzümə hər zaman baxır qıyqac, Dur, bu evdən bunu elə ixrac! Qaziyi-bülfüzul imiş bu cənab, Lutiyi-sırf imiş bu xanəxərab! Məni bu dami-qəmdən eylə rəha, Qalmadı bəzmi-eyşimizdə səfa. Hey vurub qaziyə o dəm nəccar, Dedi: – Mən oldum ömrdən bizar! Nə qədər, ey zəmanə mümtazi, Edəçəksən bizimlə sən bazi? Getdi əldən dəxi o saəti-xub, Həq səni eyləsin görüm məyub! Dedi qazi ki, hiç eyləmə bak, İki gün xoşdu gərdişi-əflak. Sənə, ey bifərasətü kovdən, Saəti-nikü bəd deyil rövşən. Sən deyilsən sitarədən hali, Kimə sən öyrədirsən əhvali? Sənə nəccarlıq olub pişə, Sənə lazımdır ərrəvü tişə. Nə bilirsən ki, sən nədir təslis, Ya ki tərbi, ey səfihü xəbis. Mənə sən eyləmə bunu təlim, Bilirəm mən, əlimdə var təqvim. Çünki mən olmuşam bu gün möhtac, Məni-kəhhalə müncər olmuş əlac. Gətirib çeşmim abi-mirvarid, Olmamış gözlərim gərəkdü səfid Gedibən mən tapım bu işdə fəlah, Oxuram sonra, qorxma, əqdi-nikah, Ta ki durdu ayağə ol qəddar, Yaxasın tutdular zənü nəccar. Dedilər: – Ey səfihü layələm, Həq-təala edibdir əqlüvü kəm. Olmaya əqdimiz əgər cari, Sənə yox zindəganlıq asari. Gördü qazi özün həlakətdə, Bir zaman qaldı fikrü heyrətdə. Dedi ol qaziyi-qəzavü qədər, Sən bilirsən ki, qalmışam müztər. Əqlimi fikr apardı, huşumu bad, Oxuram əqdi, hərçi badabad! Əlqərəz, çarə tapmayıb qazi, Oldu əqdi-nikah üçün razi. Oxudu siğə, cari etdi nikah, Dedi: – Oldu sizə cima mübah. O zaman var idi belə adət – Ki, öpə qazinin əlin övrət. Gəldi öpsün əlin o zibarəxt, Əlini qazi vurdu burnuna səxt. Qanadı burnu, qan rəvan oldu, Daməni-yar qan ilə doldu. Gəlibən evdə gördü övrətini – Ki, edib parə-parə surətini. Bürüyüb cümleyi-libasını qan, Eyləyir ahü naləvü əfğan. Dəmbədəm başına tökür torpaq,. Dilinin zikri “əttəlaq təlaq”! Belə ərdən gərək olam bizar – Ki, olub aşiqi-zəni-nəccar! Qazi heyran qalıb çəkib ahi, Qüssədən çöhrəsi olub kahi. Yerə düşdü başından əmmamə, Parə qıldı o, qüssədən camə. Dad çəkdi ki, ah, yüz bidad, Qəlbdən qıldı naləvü fəryad. Bangi-qazi yetişdi nəccarə – Ki, çəkir nalələr o biçarə. Qazinin gəldi yanına nəccar, Gördü candan dəxi olub bizar. Yerə düşmüş başındakı dəstar, Yox ayağında kəfş ilə şalvar, Başına qoydu öz əmaməsini, Pak qıldı ridavü caməsini. Dedi: – Aya, nədir bu dadə səbəb, Halətin görsənir nəzərdə əcəb? Bu nə fikrü xəyaldır vəsvas, Tutmusan hansı bir əzizinə yas? Bu işin rəncdir, həmaqətdir, Övrətə baş qoşan kəs övrətdir. Naqisül-əql olur hamı övrət, Eyləsən bəhs, görməsən ləzzət. Eyləmə öz-özün belə rüsva, Bu deyil feli-mazi, ey molla. Övrətin zəmminə xudayi-rəhim ** Buyurub: – “İnnə geydəkün nə əzim”. Oların əsli-zatı kəcdir, kəc, Hər qüsuruna açma göz, qoy keç. İstəsən səndən ola zən razi, Halü müstəqbəlini qıl mazi. Onların hiylələri böyükdür. Fitneyi-aləmə səbəbdir zən, Müxtəsər, əsli-zatı çəpdir zən. Səhldir inciyib xanım səndən, Bir nəsihət edim, eşit məndən. Məhkəmə içrə tütgilən aram, O dilaram ta sənə ola ram. Saralır firqətində gülnari, Ağ üzə əşki-al edər cari. Ta peşiman ola səyağından, Sülh edər şövqi-iştiyağından. Yalvarır, barışır səninlə o şux, Mehri artıq olur sənə söz yox. Yalvarıb sülh edər səninlə müdam, O qəzali-hərəm olur sənə ram. Qaziyə biriya göründü bu pənd, Pəndi-nəccari qıldı xeyli pəsənd. Çəkdi əl etdiyi fəzihətdən, Getdi vəsvası ol nəsihətdən. İstədi övrətə edə tənbeh, Məhkəmə içrə tutdu yer o səfeh. Övrətə müjdə aparıb nəccar Dedi: – Əl məkrdən çək, ey dildar. Qaziyi-əhməqin işi bitdi, Oldu xürrəm, muradına yetdi. Dur ayağə büsatı qıl çidə, Elə bəzmi-nişatı bərçidə. Məhkəmə içrə eylədi mənzil – Ki, fəraqı sənə ola müşkil. O sənəm qıldı çidə bəzmi-sürur, Oldu nəccarə yar, eylədi sur. Düzdülər hər nə var, mayəhtaç, Verdilər mayeyi-cimayə rəvaç. * * * Oğluma nəsihət (Ey oğul, olma çox da sadəzəmir) Ey oğul, olma çox da sadəzəmir, Ta sənə mərdüm eyləyə təzvir. Xəlq olub məkrü hiylədə kamil, Sadəlövh olma sən də, ey qafil. Zirək ol, yaxşıya yaman olma, Xəlqdən çox da bədgüman olma. Hər sözü yoxla, eyləmə bavər, Dari-dünyadə azdı doğru xəbər. Çoxdu dünyadə mərdi-hiyləşüar, Zahiri sadədil, özü əyyar. Məsti-layəqil olma, huşyar ol, Xəlqin övzainə xəbərdar ol. Necə kim, bu hekayəti-ziba Sənə bu macərani eylər əda: * * * Sadəlövh bərməkinin əhvalatı Bir nəfər şəxsi-sadeyi-Bərmək Şəhrdən gəldi aldı bir eşşək. Çəkdi əfsarin, oldu rahə rəvan, İki əyyar nagəh oldu əyan. Birisi tutdu söhbətə ani, Açdı yol üstə nəqli-tulani. Biri eşşəkdən aldı əfsari, Başına ta ki saldı əfsari. Düşdü dalınca anın oldu rəvan, Bu elə bildi kim, gəlir heyvan. Gəldi ol eşşəyi apardı rəvan, Eylədi bir təvilədə pünhan. Bir qədər rah getdi ol sadə, Dalına baxdı bir o əsnadə, Gördü kim, eşşəyi olub insan. Bir zaman qaldı valehü heyran. Düşdü əyyar onun əyağinə, Soluna keçdi, gah sağinə. Ərz qıldı ki, ey fəriştəliqa, Canım olsun qədəmlərüvə fəda! Sən nə xoşyümni-şəxsi-valasən! Xızrsan, yoxsa kim, Məsihasən? Dedi: – Mən əvvəli bir adəm idim, Mən də sən kimi bir mükərrəm idim. Var idi məndə bir himari-xidam, İşlədərdim onu qapımda müdam. Gəlsə sudən, gedərdi tez oduna, Gündə nökərlərim döyüb buduna, Gündə yüz yol vurardılar dəyənək, Sağrısı sərbəsər olub döyənək. Nə tumari, çulu, nə arpası, Görməyib arpa hiç torbası. Gecə gər görsə göydə kahkəşan, Özünə binəva bilərdi saman. Görməyib axurunda hərgiz cov, Dalı yağır, dəxi ayağı cidov. Bəs ki zəhmətlə dərdnak oldu, O himar aqibət həlak oldu. Bu mükafat üçün cahanda xuda Məni etmişdi eşşək, ey ağa. Neçə illərdi kim, bu halətlə Eşşək idim həzar zəhmətlə. Sən ki, oldun mənim xəridarım, Səndən iqbalə döndü idbarım. Sən ki, aldın məni-günəhkari, Əfv edibdir günahımı tari. Yenə lütf etdi surəti-insan, Oldum insan, ey fəriştənişan. Sənə mən indi zərxərid, qulam, Qul desən qul, oğul desən oğulam. Dedi ol sadədil ki, ey heyvan, Çün səni əfv edib xudayi-cahan, Yenə verdi əzəlki surətüvü, Lütf qıldı haman fərasətüvü. Get, səni mən də eylədim azad, Etmə bir eşşəyə dəxi bidad. Aldı əfsarını, rəha qıldı; Ona əyyar çox dua qıldı. Dedi: – Yarəb, əziz hörmətinə, Xəri-ehyasının kəramətinə, Get, görüm həqqi-həzrəti-İsa Səni eşşəksiz etməsin mövla! Ol biri gün ki, sübh oldu əyan, Dolub eşşəklə çarsuyi-cahan. Yenə həngami-sübh ol dehqan Eşşək almağa oldu şəhrə rəvan. Yenə şəhr içrə gördü ol minval, Satır əvvəlki eşşəyi dəllal. Gedib ol eşşəyin qabağinə, Dedi ağzın qoyub qulağinə: Adəm idin dünən ki, sən bişək, Yenə oldun bu gün neçün eşşək? * * * Xoruz və çaqqal hekayəsi Sübh vəqtində bir qoca çaqqal Aclıq etmişdi çox onu bihal. Gördü kim, bir xoruzi-rənginmu Eyləyir bir ağacda “quqqulu-qu”. Sordu çaqqal: – Ey xoruz, nə var? Dedi: – Vəqti-nəmazdır əzkar. Bu minar üstə mən əzan verirəm, Xəlqə sübh olduğun nişan verirəm. Dedi kim, ey xoruzi-xoşavaz, Düş əşağə, qılaq xudayə namaz. Dedi: – Bəs qoy imamız gəlsin, Vacibül-ehtiramımız gəlsin. Dedi: – Kimdir imamın, ey zirək? Dedi: – Kənd içrə zorba, qıllı köpək. Dedi bəs mən gedim bulağə tərəf,. Dəstəmazım mənim olubdu tələf. Köpək adın eşitcəyin çaqqal Xövfdən durmadı, qaçıb filhal. * * * Həmədan kəndinin hekayəsi (Allaha rüşvət) Allaha ruşvət Həmədan ölkəsində xud əlan Vardı bir qəryə, xəlqi çox nadan. Necə var bizdə qəryeyi-Lahic, “La” bemənayi-hiç, “hiç” də hiç. Bir il ol qövmə qəht olur baran – Ki, qalırlar səfilü sərgərdan. Edir ol qövmi-zar cəmiyyət – Ki, gərək tanrıya verək rüşvət, Ta bizə göydən endirə baran. Bir qədər simü zər qılıb saman, Bağlayıb dəstmalə simü zəri, Verdilər kətxudayə simü zəri. Kətxuda azim oldu mövlayə, Düşdü biçarə kuhü səhrayə. Gəzdi səhrani zarü sərgərdan, Əldə rüşvət, özü xuda-cuyan. ** “Rəbbi ərni” deyib gəzirdi rəvan, Nagəhan bir səvarə oldu əyan. Demə kim, bir əmiri-şahsəvar Eyləyibmiş o gündə əzmi-şikar. Əldə şahini-ahənin mixləb, İki tazi yanında tövqi zəhəb. Görcəyin ol əmiri-zişani, Tutdu heyrət o mərdi-nadani. Belə fikr etdi kim, xudadır bu, Dedi kim, dərdimə dəvadır bu. Yüyürüb səcdə qıldı ol kövdən, Dedi: – Ey xaliqi-zəminü zəmən! Məni göndərdi bir bölük füqəra Ərz edirlər ki, ey şəhi-vala, Bu qədər simü zərdi rüşvətimiz, Yoxdu bundan füzunə qüdrətimiz. Bizə barani-rəhmət eylə əta, Nari-qəht ilə yanmasın füqəra. Ol əlün üstə Cəbrəilə qəsəm, Bu iki şux Əzrəilə qəsəm. Bizi rəhmətdən eyləmə növmid, Qifli-məqsudə şəfqətindü kilid. Bildi kim, əqli yoxdu, müxtəsəri, Aldı, etdi qəbul simü zəri. Dedi: – Oldu qəbul rüşvətüvüz, Yaxşı niyyətdü, qorxma, niyyətüvüz. Bu gələn cümə biqüsuru güman Sizə inzal eylərəm baran. Şad olub gəldi ol fəqir, səhər, Verdi bu macəranı xəlqə xəbər. Dedi: – Gördüm xudayi-ərşi-bərin, Əlinin üstə Cəbrəili-əmin, İki Əzraili yanında əyan, Tizçəngalü ahənindəndan. Görcəyin səcdə eylədim bünyad, Eylədim rüşvətimi pişnəhad. Gərçi bir töhfeyi-mühəqqər idi, Leyk ikram ilə qəbul elədi. Ruzi-cümə o mənbəyi-ehsan Bizlərə vədə eyləyib baran. Əzqəza, ruzi-cümə yağdı yağış, Mürtəfe oldu seyl yeddi qarış. Qəryə heyvanları həlak oldu, Xəlq tufanla zəhrəçak oldu. Dedilər: – Ol xudayi-biminnət Harda görmüşdü min tümən rüşvət? Pulu çox gördü, eylədi ifrat, Deyəsən ki, atıbdı həbbi-nişat. * * * Bir axmağın hekayəsi Var idi Baxərəzdə bir əhməq, Vəh, nə əhməq ki, əbləhi-mütləq. Bir zaman Bəlxdən gəlirdi bəri, Yıxılıb ta ki yolda öldü xəri. Çığırıb hərçi eylədi fəryad, Gördü fəryad eyləməz imdad. Növhədən eşşək olmadı zində, Dərisin soydu ol pərakəndə. Pustin saldı duşə, oldu rəvan, Hər kimi yolda gördü ol heyvan Dedi ki, gördüz eşşəyimi gedən? Yetişibdirmi şəhrə indiyəcən? Dedilər: – Xeyr, görmədik eşşək, O deyərdi, yalan deyir bişək. Bir neçə aşinayə oldu düçar – Ki, tanırlardı anı hər necə var, Dedi: – Gördüzmü yolda bir eşşək, Rəngi qarə, uzun qulaqları şək? Cilddən eşşəyim çıxıbdır haman, Məndən əqdəm evə olubdu rəvan. Dedilər: – Bu hekayə böhtandır, Eşşəyin şəhrdə nümayandır. Səndən, ey bülhəvəs, küsübdür eşək, Yetişib şəhrə bil ki, indiyədək. Bilirik, biz küsüb gedib o əlil, Özünü qaziyə salıbdı dəxil. Şəhrə varid olan kimi dərhal, Qaziyə get bəyan elə əhval. Eşşəyinlə səni o əhli-fəlah Sülh edib ta ki eyləsin islah. Varidi-şəhr olub gecə o cənab, Öz evin gəldi qıldı dəqqülbab. Pəsi-dərdən xitab eylədi zən, Dedi: – Ey qapını döyən, kimsən? Dedi: – Ey övrət, Əhmədəm, cüllah, Şövhərin, sahibi-himari-siyah. Fəthi-bab oldu çün ona hasil, Evinə Əhməd olmadı daxil. Dedi övrət ki, gəlsənə, a kişi! Dedi: – Çoxdur hələ kişinin işi. Hələ mən doğrudan ki, gəlməmişəm, Bir xəbərçün bu əzmi eyləmişəm. Dərisindən çıxıb himari-siyah, Yıxılıb yolda verdi can nagah. Leyk yolda neçə rəfiqi-kühən Dedilər: – Eşşəyin küsüb səndən. Gedibən qaziyə düşübdü dəxil – Ki, onu saxlasın yanında bir il. Dedi övrət ki, doğrudur bu xəbər, Bilirəm, çünki ölməyibdir xər. Budur, evdə durubdur əfsarı, Düşmənin öldürə onun tarı. Olma divanə, ölməyib mərkəb, Get elə qazidən himarı tələb. Yanına saldı oğlun ol əbləh, Oldular kam üçün rəvaneyi-rəh. Dedi: – Ey nuri-didə, eyləmə şək, İnşaallah ki, sağdır eşşək. Bəlxdən ta ki gəlmişəm vətənə, Eşşək öldü, deyən yox idi mənə. Etmişəm hər kimi görəndə soraq, Dedilər hamı eşşəyindir sağ. * * * Səfeh qazı Vardı bir qaziyi-bülənd-cənab, Əzqəza bir gecə oxurdu kitab. Gördü qazı yazıbdılar hikmət – Kim, ola kimsədə bu iki sifət: Başı kiçik ola, uzun rişi, Olur əhməq zəmanədə o kişi. Dedi, ey vay kim, bu iki sifət Tapılır məndə, bəs zəhi xiclət! O gecə pərt oldu əhvali, Sübh şagirdin eylədi hali. Dedi şagird: – Ey imami-mübin, Olma bu fikrdən əbəs qəmgin. Lilləhül-həmd kim, kəmalın var, Gözəl adabü yaxşı halın var. Bu deyil şərü fiqh məsələsi, Gəlib əhli-qiyafənin həvəsi, Çox yazıblar bu növ əhvalat, Etibarı nədir onun, heyhat! Dəfeyi-sani, ol rəfi-cənab Oxuyurdu gecə evində kitab. Yenə ol sərgüzəştə oldu düçar. Dedi kim, xeyr, məndə var asar. Etdi şagird vəsfimi zahir, Mənə verdi təsəlliyi-xatir. Məndə əhməqliyin əlaməti var, Bəs gərək çarəsin tapam naçar. Başa əmmaməni böyük qoyaram, Olu başım böyük, tutar aram. Kəsərəm nisfini çü saqqalık, Rəf olur qüssəsi bu əhvalın. Olmasam mən əgər uzunsaqqal, Məni əhməq deməzlər əhli-kəmal. Bir vəcəb tutdu rişin ol mürtaz, Axtarıb evdə tapmadı miqraz. Tutdu rişin çirağa, odlandı, Yandı saqqalı, həm əli yandı. Qoydu əldən təmam saqqalı, Sərbəsər yandı həm rüxi-alı. Həmi yandırdı saqqalın, həm üzün, Alov az qaldı kim, çıxarda gözün. Yerbəyerdən üzü tuluqlandı, Özünün axmaq olduğun qandı. * * * Tacirin axmaqlığı Vardı bir mərdi-sahibi-rövnəq, Tacir idi və leyk çox əhməq. Açmış idi füruş üçün dükkan, Vardı bir cüft onda ənfiyədan – Ki, haman zərflər tiladən idi, Nə tila, zərri-pürbəhadən idi. Bir yəhudi ki, düzd idi, əyyar, Rubəhi-nər misalı hiylətkar. Gəldi dükkan-ara o pürhiylət, Sordu kim, bunlara nədir qiymət? Dedi kim, qiymətin deyim sənə düz, Bu biri yüz manatdır, ol iki yüz. O yəhudi bu qiymətə bitdi, Yüz manatlıq qabı alıb getdi. Keçdi bu qissədən neçə saət, O yəhudi yenə qılıb ricət, İstədi ondan ol qalan qabı. Gör nə təzvir edir o qüllabı? Dedi ki, yüz manat çatıb sənə düz, Bu da öz qabın, oldu bu iki yüz. Çatdı çün iki yüz manat bu dəm, Ol biri qabı bəs dur eylə kərəm. Sandı yoxdur bu əmrdə nöqsan, Verdi ol qabı taciri-nadan. Aldı ondan yəhudi zərfi-zəri, Elə getdi ki, yox hələ xəbəri. * * * Sadəlövh nökər Seyyida, olma əhməq ilə yar, Ta səni əhməq etməsin zinhar. Belə təqrir edibdir əhli-bəyan – Ki, müəssirdir ülfəti-insan. Elə təsdiq kim, bu söz həqdir, Əhməqin yoldaşı həm əhməqdir. Əhməqin yoxdur əql ilə karı, Bilməz əhməq səyaqi-göftarı. Sən deyərsən ki, asimandır bu, O deyər, ari, risimandır bu. Guş qıl kim, bu xoş rəvayətdir, Gərçi bir müxtəsər hekayətdir: Var idi bir əmiri-sahibzər, Muzd ilə saxlamışdı bir çakər. Leyk ol çakər əhməq idi, zəbun, Fəhmdən dur, huşdən məğbun. Dedi bir gün əmir o gümrahə – Ki, filan kimsə gəlsə dərgahə, Məni səndən sual qılsa əgər, Degilən evdə yoxdu, getdi səhər. Başa düşdünmü mən deyən hali, Yaxşı oldunmu bu sözə hali? Dedi: – Düşdüm başa bunu, amma Nə deyim gəlməsə bəs, ey mövla? * * * Oğluma nəsihət (Ey oğul, olma xəlq-ara nəmmam) Ey oğul, olma xəlq-ara nəmmam, Oldu nəmmam kimsə zati həram. Olma nəmmam, ey ətayi-əzim, Dedi nəmmamı həq: “ütillü zənim”. Mərdi-nəmmamə həmnişin olma, Əhli-hal ol, müzəbzəbin olma. Nəhy qılmış cənab peyğəmbər, Dedi: – Bundan ona aparma xəbər. Xəlq edərsə yanında göftari, Qədri-məqdur saxla əsrari. Fitnəyə bais oldu doğru xəbər, Yalan o doğrudan düşər behtər. Kizbü böhtanə eyləmə adət, İftiradən həmişə qıl nifrət. Tabe ol əmrə, əhli-iman ol, Olma şeytani-ins, insan ol! * * * Hekayət (Gördü bir mərd kim, məgər şeytan) Gördü bir mərd kim, məgər şeytan Bir uçuq büqədən baxır pünhan. Uzadır başını, çəkir hər dəm, Dedi: – Ey düşməni-bəni-Adəm, Nəyə məşğulsən, bu yerdə nə var? Dedi: – Ahəstə eylə kim, göftar, Neçə günlərdi çəkmişəm zəhmət, Tapmışam bir kişiylə bir övrət. Etmişəm onları bu gün iğva – Ki, bu viranədə edillə zina. Az qalıb işləri təmam olsun, Dedi: – Bu ad sənə həram olsun! Aduvi qoymusan əbəs şeytan, Tutduğun əmri-şeytənətdən utan! Neçə gün zəhmətindən, ey rüsva, Edəcək axır iki şəxs zina? Nə hünərdir bu, nə rəşadətdir, Sənə bu mayeyi-xəcalətdir. Gör mən indi nə iş təmam edərəm, Sənə şeytanlığı həram edərəm. Dedi: – Get qoççağım, görüm bari. Getdi ol şum bir oba sari. Dedi: – Ey xançobanlı taifəsi, Görməyirsiz gəlir tüfəng səsi? Sizi öldürməyə Bağırbəyli Atlanıb əl-ayağı çirməkli. Onlara çox yaman iş eyləmisiz, Bir dana quyruğu siyirləmisiz. Bunlar amadə oldu etməyə cəng, Kimi xəncər götürdü, kimi tüfəng. Bunları hazır eyləyib yeksər, O biri qövmə getdi verdi xəbər. – Ey Bağırbəyli! Xançobanlı gəlür. Bu yavuq dəmdə qanuvuz tökülür. And içiblər təmam Quranə, Boyasınlar sizi qızıl qanə. Sözümə etməsəz əgər bavər, Göndərin bir nəfər xəbərdən ötər. Həm bular cəngə oldu amadə, Durdular müntəzir o səhradə. Düşdü ol gün arayə çərxəçilər, Aqibət şölə çəkdi atəşi-şər. Çəkdilər tiğ, tökdülər çox qan, Yüz nəfər qanə oldular qəltan. Getdi ol mərd gördü kim, şeytan Hələ viranəyə baxır əlan. Dedi şeytanə: – Uff, ey bədnam! Bir zina olmayıb hənuz təmam? Gör ki, mən tutmuşam nə əfsanə, Boyadım aləmi bu dəm qanə. Dedi şeytan ki, ey səfihü dəğa, Mən gərək bunları edəm iğva, Ta ki gəlsin vücudə, ey bədnam, Sən kimi bir şəriri-nütfəhəram – Ki, belə məsdəri-fəsad olsun, Fitnəəngizü bədnihad olsun. Necə sabiqdə valideynüvü mən Etdim iğva, vücudə gəldin sən. * * * Oğluma nəsihət (Ey oğul, xəlqə söyləmə böhtan) Ey oğul, xəlqə söyləmə böhtan, Yaxşıya yaxşı ol, yamanə yaman. Əsldə yaxşı olsa bir dana, Sən “yamandır” – demək deyil ziba. Tutalım, sən gülü dedin “bədbu”, Xəlq söylər ki, əqlsizdir bu. Sənə bir yaxşı kimsə olsa yaman, Xəlq onu söyləməz yaman, ey can. Yaxşıdır ol ki, əsli, bünyani, Sən “yamandır” – desən nə nöqsani? Sən dedin ki, deyil xəlifə Ömər, Ömərə bu kəlamdən nə zərər? Sən dedin ki, deyil imam Əli, Olmadı zaye ehtirami-Əli. Dedilər Müstəfani sahirdir, Var cünuni, səfihü şairdir. Tapmadı şəni-Müstəfa nöqsan, Yaxşını eyləmək olurmu yaman?! * * * İrəvan taciri Bir nəfər irəvanlı bazərgan, Hacitərxanə pənbə etdi rəvan. Oldu bazari-pənbə xeyli rəvac, Onu həllaclər edib tarac. Birə beş nəf edib o bazərgan, Dedi: – Ey pənbə, ey mətai-giran, Töxmüvi gətdi Həzrəti-Adəm Baği-cənnətdən, ey fəriştəxidəm! Məryəmə səndən oldu pirahən, Zindəyə caməsən, şəhidə kəfən. Ey olan Yusifi-əzizə qəba, Çeşmi-Yəqubə səndən oldu ziya. O biri il yenə o bazərgan İki ol qədr pənbə etdi rəvan. Əzqəza, nırxi-pənbə oldu kəsad, Pənbə eyşin o eylədi bərbad. Getdi xüsranə sudü sərmayə, Düşdü sövdagər özgə sövdayə. Dedi: – Ey pənbeyi-pəlidsəmər, Səndə olsaydı bir şərafət əgər, Səni qoymazdılar ölü... Çulğamazlardı mürdə hacətinə. * * * Oğluma nəsihət (Cəfər, ey xəstə cismimin canı) Cəfər, ey xəstə cismimin cani, Səd ya nəhs olan günü tani. Səd o gündür ki, kam ola hasil, Olasan öz muraduva vasil. Nəhs o gündür ki, qismətin qəmdir, Sənə ol aşiri-məhərrəmdir. Birinə nəhs olan gün, ey dana, Birinə səd olur, deyil bu həba. Belədir karü bari-cümlə cahan, Birinə sud olur, birinə ziyan. Birinə bir zaman olur xürrəm, Birinə ol zaman olur matəm. Kim ki, bir qəmdə əhli-matəmdir, Eydi-novruz ona məhərrəmdir. * * * Misal (Çərşənbə günüydü bir tacir) Çarşənbə günüydü, bir tacir Pul itirmişdi, tapdı bir facir. Dedi tacir ki, nəhs gündür bu. Dedi facir: – Bu gündü ruzi-niku. Nəhslik görmürəm bu gündə hələ, Hər günüm kaş ki olaydı belə! Bəxtimin kövkəbində var rüfət, Əlimə gəldi bir belə dövlət. Bu günü nəhs kim deyib, həzyan? Bu günə canü dil ola qurban. Hiç aləmdə olmayıb belə gün, Həll olub müşkülüm, açıldı düyün. Eydi-novruzdən bu behtərdir – Ki, bu gün mətləbim müyəssərdir. * * * Misal (Bir nəfər əhli-hal edibdi sual) Bir nəfər əhli-hal edibdi sual Mürtəzadən ki, ey sipehri-kəmal, Nədir elmi-nücumdə rəyin, Varmı təsiri Zöhrəvü Ayın? Dedi: – Ol afitabi-çərxi-ülum – Ki, əsərsiz deyil cəhanə nücum, Nəfsiz elm yoxdur aləmdə, Nurdir elm qəlbi-adəmdə. Dedi iyzəd səmani zati-büruc, Bircə kövkəb qılır nüzulu üruc, Şərh edibdir mənazili-qəməri, Vardı bu cümlə kövkəbin əsəri. Ulduza and içibdi bari-xuda, Gör ki, “Vənnəcmdə” nədir məna. * * * Nəsihət (Ey oğul, sanma əhli-elmi zəif) Ey oğul, sanma əhli-elmi zəif, Bil bu elmi-nücumi elmi-şərif. Bunu quran ki, eyləməz inkar, Neçə ayatdən olur izhar. Vardı bir gün ki, ey düri-yekta, Söyləyib nəhs müstəmirr xuda. Nəql edirlər ki, şahi-ərşcənab ** Dedi: – “Külli münəccimün kəzzab”. Bir xəbərdir ki, ey fəqirü zəbun, Sidqü kizbə var ehtimali bunun. Xud tutaq kim, səhihdir bu xəbər, Ona var leyk məniyi-digər. Dürri-təvilə olgilən qəvvas, Çünki hər amə vardı məniyi-xas. Zənndir çünki hökmi-elmi-nücum, Bəs deyildir həqiqəti məlum. Bəzi işdə münəccim etsə xəta, Bu deyildir həqiqət eyb ona. Leyk var bəzi hökmünün əsəri, Mehrü mahın tutulmağı xəbəri, Dəxi bir parə əmrü ehkami, Rastdır yazdığı sərəncami. Var Sədü Ütaridin şərəfi, Bil Hübuti-Zühəldə nəhsü xəfi, Müştəri baisi-səadətdir, Zühəlin hər işi nühusətdir. Hər nə kim, xubü bəd olur hadis, Ona Mərrix olur həmin bais. Müxtəsər, hər nə vardı kövkəblər Vardır hər birində türfə əsər. Hamısı izni-kirdigar ilə Nə ki təsiri-ixtiyar ilə. Bular əsbabi-qüdrəti-həqdir, Şər ilə həm bu söz mühəqqəqdir. Bu şərif elmi Həzrəti-İdris Xəlqə hikmətlə eyləyib tədris. Bil ki, mirasi-ənbiyadır bu, Ey oğul, elmi-övliyadır bu. Necə kim, bu hekayət, ey zifənn, Sənə bu mətləbi edər rövşən. Olma qevli-münəccimə gümrah, Bil ki, kimdir nücumdən agah. Bil ki, sərxeyli-əsfiya kimdir, Vaqifi-sirri-masiva kimdir. * * * Münəccim haqqında hekayə Bir gün oldu səvar şiri-xuda, Bir qəzavətçün ol şəhi-vala. Bir münəccim düçar oldu səhər, Dedi: – Ey şəmsi-çərxi-pürəxtər, Lilləhil-həmd mərdi-danasən, Elm çərxində şəmsi-beyzasən. Qütbsən, ləşkərin kəvakibdir, Xeyli-əncüm sipehrə rakibdir. Sənə əklili-çərx taci-vüqar, Astanündə kəlbi-bəstəcəbar. Sailin kim, cahanda yüz mindir, Həm biri qissətül-məsakindir. Ey olan kainatdən əfzəl, Cümlə ramehləri qılan əzəl. Sən Süleymansən, pəri bu sipah, Nəsri-tairdü hüdhüdün, ey şah. Səndədir zövqi-kövkəbi-Şira – Ki, yetər qətlə səndən ali-zina. Mehrru, müştərisəadətsən, Kövkəbi-çərxi-övci-rüfətsən. Etmisən ey əmiri-cinnü bəşər, Nə yaman nəhs gündə əzmi-səfər? Nəcmi-nəhseyn eyləyibdi qiran, Biri Mərrixdir, biri Keyvan. Dedi Heydər rəsulə, bəs Dəbran Hansı kövkəblə eyləyibdi qiran? Şərh qıl bəs ki, kövkəbi-Şira Hansı mənzildə eyləyib məva? Eylə izhar kim, filan kövkəb Hansı kövkəblə müqtərindi bu şəb? Bu qəbil ol sipehri-fəzlü kəmal Ol münəccimdən etdi xeyli sual. Qaldı heyran münəccimi-dana, Söylədi bilmirəm mən, ey mövla. Sən özün vazei-kəvakibsən, Sahibi-midhətü münaqibsən. Bəs o xurşidi-çərxi-fəthü zəfər Verdi öz fəthini o şəxsə xəbər. Dedi: – Əfvaci-zümreyi-taği – Ki, bizimlə olar olub yaği Mərdümi-Kufədir, xəvaricdir, Xilqəti-zati nari-maricdir. Ədədi onlarındı doqquz min, Cümləsi bədnihaddır, bidin. Onların cümləsi həlak olacaq, Tiği-qəhrimlə sinəçak olacaq. Hər minə bir nəfər olur bizdən. Qaldı ol mərd mat bu sözdən. Necə ki, söyləmişdi şiri-xuda O sifət macəra olub peyda. * * * Münəccimin hekayəsi (Var idi bir münəccimi-əyyam) Var idi bir münəccimi-əyyam, Ona Pərviz edərdi çox ikram. Bir gün ərz etdi: – Key şəhi-dövran, Görmüşəm mən nücum ilən ki, həman Mənə bu həftə bir bəla gələcək, Məni bir şəxsi-şum öldürəcək. Yazığam, ta tökülməsin qanım, Ola lütfün mənim nigəhbanım. Məni bir həftə saxla pünhani, Ta edim dəfi-məkri-üdvani. Şəh onu hifz edibdi yanında, Yatdı, şəh yatdığı məkanında. İttifaqən, gör, ol sütudəsüxən Var idi şahə bir neçə düşmən. Bir gecə ziri-qəsrdən əda Urdular nəqb, etməyib pərva. Səri-nəqb evdən olcağın naşi, Ələ düşdü münəccimin başi. Sandılar kim, budur səri-Pərviz, Etdilər paymali-xəncəri-tiz. Kəsib ol başi etdilər çü fərar, Oldu Pərviz xabdən bidar, Eylədi çox təəssüf ol pirə, Bildi kim, çarə yoxdu təqdirə. * * * Riyakar abid Abidi dəvət etdi bir soltan, Ta ola xani-lütfünə mehman. Dedi abid ki, bir dəva yeyərəm, Özümü mən zəif göstərərəm. Çün görər zəfimi şəhi-dövran Mənə eylər ibadət ilə güman. Deyəcək kəsrəti-ibadətdən, Abid olmuş zəif taətdən. Etiqadi ziyad olur şahın, Rəhməti izdiyad olur şahın. Yedi ol bir dəva ki, qatil idi, Dərzəman abidi həlak etdi. Rəsmi-mərufdir ki, əhli-riya Özünü dəhrdə edər rüsva. * * * Çobanın hekayəsi Yay günü şəhrə gəldi bir çoban, Dəyənək əldə, seyr edib hər yan. Nagahan gördü bir nəfər baqqal, Doldurub buz təbaqə malamal, Səslənir hər zaman ki, “ay yəxəsər!” Bu kəlam eylədi çobanə əsər. Buzu ol ehtiramdə görçək, Yüyürüb vurdu bir neçə dəyənək. Dedi: – Bax, bax, bizi bilir qanmaz! Elə bildi çoban bunu tanımaz. Qışda qırdı qoyun-quzum yeksər, Burada adını qoyub “yəxəsər”. * * * Oğluma nəsihət (Əgər olsaydı əql ilə dövlət) Əgər olsaydı əql ilə dövlət, Olan əqli tapardı bəs izzət. Dövlət olsaydı gər fərasətlə, Niyə nadan olurdu dövlətlə? Bitəmizin əgərçi dövləti var, Qəm yemə, həq yanında hikməti var. Bəxtü dövlət deyil kəmal ilə, Tapmaq olmaz onu xəyal ilə. Belə cari olub qəzavü qədər, Hər kəsin layiqincədir işlər. Bil ki, təqdiri-əmrdir mazi, Ol qəzayi-xudayə sən razi. Dövlət olsaydı halüvə layiq, Etməz idi müzayiqə xaliq. Yoxdu xaliqdə zərrə büxlü həsəd, Bu xəyalı edən olur mürtədd. Sən çalış dövlət etməyə hasil, Gər müqəddər olub, olur vasil. Leyk çox ciddü cəhd bər verməz – Ki, kötüksüz ağac səmər verməz. Çox həris olma, ey məlaik xu, Cəhd yırtar çarıq, məsəldir bu. Danə səp, qıl təvəkkül Allahə, İşüvü qıl mühəvvəl Allahə. Gəlməmiş sən cahanə, ey dana, Ruzüvü qismət eyləyibdi xuda. Həq ki, müftə sənə veribdir can, Diş verən kimsənə verər həm nan. * * * Çoban əhvalatı (Nagahan şəhrə gəldi bir çoban) Nagahan şəhrə gəldi bir çoban, Gəzdi bazari haimü heyran. Gördü bir xoştəranə, beynən-nas Söyləyir: – Əssəbil, ya Abbas! Verdi bir pul, içdi bir kasə, Dedi: – Layiq deyil bu Abbasə. Nagahan gördü ol əcibəsifat Uçadan səslənir biri: – Sələvat! Verdi üç pul, içdi sələbdən, Dedi: – Bu yaxşıdır o məşrəbdən. Şəhrdən çıxdı tışra, oldu rəvan, Gördü şəhrə gedir bir özgə çoban. Necə kim, rəsmi-rəhrəvandı bu hal, Bir-birindən soruşdular əhval. Dedi ol şəhrdən gələn çoban – Ki, məbada səbilə allanasan! Bil ki, Abbasəli deyil bir zad, Yenə səlvatdən gəlir bir dad. * * * Oğluma nəsihət (Ey oğul, bil ki, ola əta kani) Ey oğul, bil ki, ol əta kani Xəlq edib səndən ötrü dünyani. Sənə etmiş müsəxxər əflaki, Başına qoydu taci-lovlaki, Məhü xurşidü çərxü əbr ilə bad Səndən ötrü olubdular icad. Səndən ötrü bular nümayandır, Əmrüvə cümlə bəndəfərmandır. Ey oğul, ərzü asimandü sənin, Əsldə kövn ilə məkandü sənin. Aşinadır bular sənə yeksər, Çeşmi-biganə ilə etmə nəzər. O çoban kimi olma, ey xoşxu, Nagahan tapdı yolda bir güzgu. Əlinə şadiman aldı çoban, Baxıb öz əksin onda gördü əyan. Dedi: – Əfv eylə, ey məlaik xu, Elə bildim ki, səngü gildir bu. Əksini özgə kəs xəyal etdi, Qoyub ayinəni yerə, getdi. Kəndli əhvalatı Şəhrə varid olur bir əhli-dehat, Qalır övzai-xəlqi görcək mat. Görür ol binəva ki, bir baqqal Buzdan eylüb təbaqi malamal. Səslənir hər zaman ki, ay yəxəsər, Saf, dürdanə, ay haray, yəxəsər. Buz qoyubdur kişi qabağında, Yəxəsər yox bunun tabağında. Müttəle olmağa bu əhvalə, Bir manat pul verir o baqqalə – Ki, hanı bəs, gətir mənə “yəxəsər”, Adı var, leyk yox özündən əsər. Bir-iki parça sındırıb baqqal, Dedi: – Qardaş, çağır gələ həmmal. Dedi: – Səndən mən istərəm yəxəsər, Buza pul verməyimdə yoxdur əsər. Dedi baqqal o mərdə: – Key sadə, “Yəxəsər” buz deməkdü mənadə. Bildi məna, oyandı qəflətdən, Qoydu qaçdı pulunu xiclətdən. * * * Münacat Barilaha, behəqqi-həştü çahar, Xabi-qəflətdən et bizi bidar. Bu qədər bilmişəm ki, ey mövla, Birdü mənada müxtəlif əsma. Əhədü Əhmədü Bəşirü Nəzir Bir kəsin adıdır ələttəqdir. Adəmü Nuhü Salehü Musa, Zəkəriyyavü Həzrəti-İsa Hamısı bir vücud sari imiş, Məzhəri-feyzi-külli-bari imiş. Səməda, xaliqa, xudavənda! Ey edən süni-aləmi peyda. Arif etdin bizi bu əsmayə, Elə vasil dəxi müsəmmayə. Ləfzi-hüsnün nə isə mənasi, Əhli-eşqin odur təmənnasi. Arifü kamil etdi nəfyi-sifat, Ta ki zati-həqi edə isbat. Seyyida, faş qılma əsrari, Yoxdu bu gövhərin xəridari. * * * Oğluma müraciət (Cəfəra, bavər eylə kim, Quran) Cəfəra, bavər eylə kim, Quran Vəhydir, nazil eyləyib sübhan. Vardı peyğəmbər əsri çox şüəra, Etdilər çox qəsidələr inşa. Onların mayəsi fəsahət idi, Hamısı mənbəyi-bəlağət idi. Neçə qərra qəsidə mülhəq idi, Xaneyi-Kəbədən müəlləq idi. Yazıb əshablər neçə ayə, Ta ki versin şikəst o inşayə. Asdılar bami-Kəbədən ani, Şairin zahir oldu bütlani. ** Oldu “ya ərzü iblə”i peyda, Ol “qifa nəbkə” vurdu nəbki-qifa. Məhv edib səbeyi-müəlləqəni, Zail etdi çidalü ləqləqəni. İnsü cinn olsa cəm, ey dana, Edə bilməz bir ayəsin inşa. Həq kəlami hara, kəlami-bəşər? Onu inkar edən bəlayə düşər. Xoş deyibdir Nizamiyi-ustad, Həqq onun qəbrini qıla abad! Gəncə yanında qəbri virandır, Günbədi torpaq ilə yeksandır. “Süxən əz aləmi-kəbud aməd, Süxən əz asiman fürud aməd. Gər budi gövhəri vərayi-süxən An fürud amədi becayi-süxən” Bəhri-vəhdətdən ayrılıb ol dürr, İbtidada kəlami-nəfsidür. Lövhdə bir vücuddur kətbi, Cümlə ayati-yabisü rətbi. Ey oğul, həzrəti-rəsulə ani, Gətirib Cəbrəil hər ani. Surə bər surə, ayə bər ayə Nazil olmuş rəsuli-Bəthayə. Həq kəlami, o möhkəmü tənzil – Ki, çəkib müddəti iyirmi üç il[...] Bu sifət cövhəri-nəfis kəlam, Bil, iyirmi üç ildə oldu təmam. Odur isbatə möcüzi-baqi – Ki, qoyub zarü aciz afaqi. Var idi əvvəli pərakəndə, Onu bir növ oxurdu hər bəndə. Bu səbəbdən ki, tapmasın təhrif, Misli-butə nə kim, olubdu xəfif, Onu cəm etdi Həzrəti-Osman, Bu haman cəmdir ki, var əlan. Gərçi mənası qeyri-asandır, Kağızı, xətti, cildi Qurandır. Harda görsən kəlami-sübhani, Öpübən qoy göz üstünə ani. Möcüzi-həqdü batinü zahir, Məss etməz məgər onu tahir? Ey gözüm nuri, ey ətayi-xuda, Vermə təfsirsiz ona məna: ** Çəkibən rəncü zəhməti-bişmər, Onu təfsir edib müfəssirlər. Bilməsən hər birin o ayətdən, Gedibən örgən əhli-xibrətdən. Olma sən ol çoban kimi nadan, Nagəhan yolda tapdı bir Quran, Dedi kim, yaxşı oldu bu halət, Mənə tari yetirdi həmsöhbət. Açdı Qurani-paki ol əhməq, Çevirib eylədi vərəqbəvərəq. Görmüşəm səndə vardı xoş avaz, Bir zaman həm çobanə ol dəmsaz. Gördü kim, xeyr, laldır Quran, Yerə qoydu əlindən ol heyvan. Vurdu Quranə bir neçə dəyənək, Dedi: – Gördü çobanı oldu kənək. Mollanı görsə mırt-mırt danışar, Lal olur bizdə, bildiyin də çaşar [...] * * * Padşahın məclis əhlinə sualı Etdi bir padşah məclisi-xas, Cəm idi bəzmdə əvamü xəvas. Dedi ol padşahi-sahibhal, Övrətindən o kim, deyil xoşhal, Dursun ol kəs ayağə sürətlə! Hamısı durdular icabətlə. Bir nəfər durmayıb ayağə rəvan, Dedi ol padşahi-mülki-cahan: – Durmadın tez ayağə, səd əhsən! Razısan yoxsa övrətindən sən? Dedi: – Heyhat, ey xədivi-cahan, Durmağa yox bədəndə tabü təvan. Deyiləm razi, ey fələk şövkət, Qıçımı sındırıb bu gün övrət [...] * * * Pərvizin əhvalatı Dedi Pərvizə kim, bir əhli-xidəm; Sənə çox oxşayır filan adəm. Başına qoysa tac, vursa kəmər, Ona Pərviz söylər əhli-nəzər. Şəh tələb qıldı ani dərgahə, Gördü kim, həqqi, oxşayır şahə. Dedi ol şəxsə kim, anan gəhü gah Bizə dəllallikdə tapmış rah. Çox süxənsənc şəxs idi o fəta. Yer öpüb, söylədi ki, ey ağa, Basmayıbdır anam hərimə qədəm Hərəmə var imiş atam məhrəm. Hərəmi-şahın abiyarı idi, Gənci-pünhan xəzinədarı idi. Şahə xoş gəldi ol cəvabi-dilir, Verdi ənam, etməyib təzir. * * * Xəsis əhvalatı Bir bəxilə deyib bir əhli-füsun Bir yuxu görmüşəm, de xeyr olsun. Dedi ki, xeyr ola yuxun, de görək. Dedi: – “Gördüm yuxuda sizdə çörək”. Düşübən iztirabə ol sərsaq, Gedib öz övrətinə verdi təlaq. Olmağa qazi əmrdən agah Dedi: – Bu övrətə nə idi günah? Deyib ol şəxs: – Əyyühəl-qazi, Necə bu əmrə mən olum razi? Yuxuda bir kişi görüb çörəyim, Durmur üstümdə indi də ürəyim. Mənə lazımdı bir özüm təki can, Çörəyi eylə saxlaya pünhan, Yuxuda görmək olmaya məqdur, Övrəti-müsrifin cəzası budur. * * * Xorasan xəsisi və qulamı Şaiq, ol hadiyi-bədikəlam, Güli-xoşətri-gülşəni-əyyam, O kühən dürdnuşi-meyxanə, Gəzdirib sözdə böylə peymanə – Ki, Xorasanda var imiş bir pir, Büxldə şəhreyi-səğirü kəbir. İttifaqən, məgər qəzadən o il. O bəxil aldı bir qulami-bəxil. Büxlü ol xacədən ziyadə idi, Əsli büxlü bəxilzadə idi. Bir gecə xacə bang urdu; qulam Dedi: – Ləbbeyk, ey əmiri-hümam. Süfrə aç, hazır eylə mahəzəri, Sonra get bağla, ey qulam, dəri. Dedi: – Ey xacə, sən zəmani-təam Xeyli biehtiyatsən, həm xam, Bəlkə biz süfrə fərş edəndə həman Qapıdan girdi bir nəfər mehman. Deginən, əvvəl eylə bəstə dəri, Sonradan hazır eylə mahəzəri. Bu cavabı ki, xacə eylədi guş, Zövqdən oldu valehu mədhuş. Edibən ol qulamə təhsinlər, Eylə xacə belə qulam istər. Qapısın bağlayar həmişə ləim, Oturar rugüşadə mərdi-kərim. * * * Padşah və bağban Sübh bir padşah oldu səvar, Edibən sürət ilə əzmi-şikar. Şəhrdən çıxdı ol fələkmiqdar, Oldu bir mərdi-bağbanə düçar. Rəm qılıb bağbandan ol heyvan, Yerə atdan yıxıldı şahi-cahan. Şəh qəzəblə çağırdı fərraşın, Dedi: – Al tiği, kəs bunun başın! Ağlayıb söylədi o zarü fəqir: Nədir ey şah, bəndəyə təqsir? Buyurub: – Çünki şum adəmsən, Səni görcək yıxıldım atdan mən. Dedi: – Ey şah, mən dəxi bu səhər Görmədim səndən özgə bircə nəfər. Məni görcək yıxıldı şahi-cahan, Leyk bir üzvü tapmadı nöqsan. Sən nə gör şumsən, özündən utan, Qətlimə qıldın axırı fərman. Görməsəydim əgər bu didarı, Olmaz idim əcəl giriftarı. Xoş gəlib şahə ol zərif kəlam, Ona şəmşirin eylədi ənam. Deyib əhsəntü bu kəlamə ki, sən Gənci-göftari-nəqzə məhrəmsən. Ey zəban, ey kilidi-gənci-süxən, Sən gəhi gənc, gahi əjdərsən. Gah sən zəhrü gah şəkkərsən, Gahi mərhəm, gəhi çü neştərsən. Mənə hər nə bəla olur hadis, Ona sənsən zəmanədə bais. * * * Loğmanın vəqəsi Dörd min il ömr eylədi Loğman, Oldu ol vəqt ömrü kim, payan, Lifi-xurmaydı səqfü bamı onun, Keçib ol evdə sübhü şamı onun. Onda hər dəm ki, yatmağa uzanır, Bədəni nisfdən eşikdə qalır. Mələkül-mövt gəldi verdi salam, Gördü bir evdə eyləyibdi məqam, Əyləşibdir o evdə pirü əlil, Rizq təhsilinə toxur zənbil. Dedi Əzrail: – Ey hünərzadə, Bu qədər etdin ömr dünyadə, Niyə bir xanə etmədin təmir? ** Dedi: – Haza li mən yəmutü kəsir. * * * Nuhun vəqəsi Dörd min ildən yüz əksik oldu ki, Nuh Getdi dünyadən ol cahan-fütuh. Dəmi-mərgində eylədilə sual: – Necə gördün cahani, keyfəl-hal? Dedi: – Gördüm cahani qüllabi, Sanki bir evdü var iki babi. Ta ki oldum bu babdən daxil, Çıxdım ol babdən mən, ey sail. Gedirəm həsrət ilə dünyadən, Olmadım vaqif ol müəmmadən. * * * Hacı və molla əhvalatı (Köpəyə ehsan) Köpəyə ehsan Var idi Şahsevəndə bir haci, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü gusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi. Əzqəza, bir gün öldü Bozlari, Oldu Haci onun əzadari. Edibən qüsl, hazır etdi kəfən, İzzət ilə götürdü çox yerdən. Qazıb əhli-qübur içində məzar, Oldu mədfun qəbr-ara Bozlar. Verdi Bozlara yeddi gün xeyrat, İstədi həqqdən ona həsənat. Hali olmuş bu halə bir molla, Çəkdi fəryad, qıldı vaveyla. Dedi: – Va milləta! Nədir bu xəta, Zaye oldu şəriəti-qərra. Dindən çıxdı bu güruhi-əvam, Bərtərəf oldu hörməti-islam. İt nədir, dəfnü kəfnü qəbristan, Getdi əldən şəriətü Quran. Mindi bir at molla, düşdü yola, Ta gedir məhşər eyləsin bərpa. Çatmamışdı hənuz o hiylətgər, Verdilər Haciyə bu halı xəbər – Ki, filan molla qilü qalə gəlir. Dedi: – Yox, özgə bir xəyalə gəlir. Sürüdən tez ayırdı əlli qoyun, Dedi: – Siz bunları yol üstə qoyun. Özü çıxdı onun qabağinə, Mollanın keçdi solü sağinə. Dedi: – Ey naibi-imami-zəman, Sənə olsun atam-anam qurban! Öldü Bozlar, ah, sındı belim, Kaş gözündən bataydı cümlə elim. Necə Bozlar, o çapükü huşyar, Pəncədən şirü yelgədən kaftar. Canavar ondan eylə qorxardı – Ki, sədasın eşitcək ağlardı. Hafizi-xeylü pasibani-rəmə, Gecə-gündüz olan şəbani-rəmə. Sahibi-dövlət ilə malım idi, Baisi-sərvətü cəlalım idi. Çox idi gərdənimdə həqqi mənim, Dedi: – Olsun hərirdən kəfənim. Hər vəsiyyət ki, etdi qıldım əməl, Bir vəsiyyət sizinçün etmiş əzəl. Söyləyib siz cənabə əlli qoyun, Demişəm onları yol üstə qoyun. Qoyun adın eşitdi çün molla, Dedi: – Əhsən bu halə, nami-xuda! İt demə, ol dəxi bizim birimiz, Belə ölmüşlərə fəda dirimiz. Rəhməti-həqqə ol düçar olsun, Səgi-Əshabi-kəhfə yar olsun! Oxuyub sidq ilə ona yasin, Özü də saxladı onun yasin. * * * Bağdadlının vəqəsi Bir kişi şəkvə qıldı Məmunə – Key çatan hökmi rübi-məskunə, Yüz qızıl, ey şəhi-zəminü zəmən, Vermişəm bir kəsə əmanət mən. İndi getdim tələb qılam dinar, Etdi inkar qıldı həm məni xar. Dedi Məmun: – Yat evində bu şəb, Sübh get qazidən zər eylə tələb. Qorxma, dinarüvü əda eylər, Könlüvün mətləbin rəva eylər. Gər o verməzsə, mən əda edərəm, Mətləbü məqsədin rəva edərəm. Şəh gecə qazini qılıb mehman, Gəldi yüz gunə neməti-əlvan. Gəlibən məclisə o hurnəjad, Dedi ol padşahi-niknəhad – Key, vücudün təfaxüri-islam, Məşriqü məğribə imami-ənam, Ey əmamən misali-qübbeyi-nur, Vey sözün vəhy, bəzmi-xasın Tur. Qaziyi-çərx əmamənə bişək Kəhkəşanın gətirdi təhtül-hənək. Daneyi-səbhən, ey imami-zəmən, Hər biri bir sitareyi-rövşən. Puri-İmran kimi əlündə əsa, ** “Mübtilüs-sehr” əjdəhayi-xuda. Xaki-nəleynin, ey nəbirəftar, Sürmeyi-dideyi-ülül-əbsar. Sən ki hər əmrə eylədin fitva, Qaziyi-çərx həm edər imza. Hökmüvün tabeyi qəzavü qədər, Bəndeyi-dərgəhin çi xüşkü çi tər. Özgə yerlərdə var dəxi qazi, Bir kəs ondan vəli deyil razi. Sən bu gün düşmüsən zəmanədə taq, Əql ilə cüftü şöhreyi-afaq. Nə ki tənha fərasətin vardır, Həm əmanət-dəyanətin vardır. Nə qədər xəlqi eylədim təxmin, Tapmadım bir sənə bərabər əmin. Nayibi-şəri-Müstəfasən sən, Varisi-elmi-övliyasən sən. Bu səbəbdən mən, ey fələk-rüfət, Bu gecə vermişəm sənə zəhmət – Ki, əgər eyləsən qəbul, səhər Sənə yüz kisə göndərim mən zər. Bir özün bildiyin yerə ani Qoyasan qala səndə pünhani. Gərdişi-çərxdə əgər nagah Ali-Abbasın olsa halı təbah, Gedə bu təxtü cahü şövkətimiz, Çıxa əldən bu malü dövlətimiz, Ali-Abbasi et soraq, əgər Tapıla bir fəqirü biyavər, Ver o zərdən ona beqədri-kifaf, Olmasınlar zəmanədə əclaf. Çün bu göftarı qazi eylədi guş, Şövqdən oldu valehü mədhuş. Dedi könlündə kim, bu əhməqdir, Bunun əhməqliyi mühəqqəqdir. Nəqdi allam, onu mən alladaram, Nisyə sözdür, balıq təki udaram. Dedi qazi ki, şahə səd əhsən! Nə gözəl fikri-bikr eyləmisən. Maşaallah bu fikrə, nami-xuda! Sanki nazil olub kəlami-xuda. Belə də fikr olur, belə əncam, Sənə bu qeybdən olub ilham. Şah olan böylə fikri-bikr eylər, Eybi yox, saxlaram, səhər göndər. Durdu qazi şəhi vida etdi, Evinə xeyli şadman getdi. O gecə yatmadı sürurindən”, İncinirdi sitarə nurindən. Hər nəfəs verdi xaliqül-əsbah, Oxuyub sübhədək duayi-”Sabah”, Bəs ki eylərdi sübh üçün təcil, Hər dəqiqə ona gəlirdi bir il. Sübh kim, afitabi-zərrintar, Çıxıban zərrin eylədi izhar, Gəldi qazi oturdu məstanə, Müntəzir çeşmi gənci-pünhanə. Yenə ol şəxs gəldi, verdi səlam Və əleykəssəlam, vəl-ikram. Hara getdin dünən çıxıb, a kişi? Dəxi minbəd tutma böylə işi. Bizdə qaldı dünən əmanətüvüz, Bəlkə vardır o nəqdə hacətüvüz. Ey mübarək, gətir o həmyani, Müntəzir qoyma bu müsəlmani. Gedib ol kisəni gətirdi qulam, Verdi ol şəxsə qaziyi-islam. Qorxdu kim, verməyə o simü zəri, Çatacaqdır xəlifəyə xəbəri. ** Onu bilsə xəlifə ər xain, Ona olmaz bu işdə arxayin. Gözünü dikdi şah dövlətinə, Müntəzir qaldı malü sərvətinə. Şahı ol mərd eyləyib agah – Ki, vüsul oldu qazidən tənxah. Şah göndərdi qaziyə peyğam – Ki, əya qaziyi-rəfi məqam, Ey vücudi cahanda mayeyi-az, Çox ümidiylə çıxdı əldən az. Vədə yüz kisə çün olub təqrir, Çıxdı bir kisə səndən, ey bipir! Sonra min kisə zər gərəkdir düz, Alasan ta çıxa əlindən yüz. Afərin, ey yeganeyi-əxyar, Sən tək olmaq gərək əmanətdar. Bildi öz səhvini o dəm qazi, Verməyib sud kərdeyi-mazi. * * * Mircəfərə xitab (Cəfəra, rahi-batilə getmə) Cəfəra, rahi-batilə getmə, Xişü əqvamə etibar etmə. Buləhəb Əhmədin əmisiydi, Bildin aya nə eylədi, nə dedi? Qıldı azarlər o xanəxərab, Dedi ol şahə sahirü kəzzab. Oldu əhli-cəhim o bimayə, Gəldi şənində bir neçə ayə. Qurusun əlləri Əbu-Ləhəbin! Kəsilir əlləri o biədəbin. Dövlətü kəsbi etmədi çarə, Onu həq daxil eylədi narə. Övrəti gərdənində həbli-məsəd Oldu həmmali-hiyzüm ol mürtəd. Ola bir əqrəba əgər kovdan Bil ki, biganə yaxşıdır ondan. * * * Əzudüddövlənin oğlunun xəstələnməsi Əzudun oğlu oldu çün bimar, Atasından tükəndi səbrü qərar. Dedi bir abidi-fəriştənihad: Quşları eylə bənddən azad, Ta xuda oğluva şəfa versin, Lütf ilə dərdinə dəva versin. Ol xudavəndi-ədlü bəxşişü dad, Etdi bülbülləri o dəm azad. Leyk bir əndəlibi-nəğməsəra Nəğməsindən müzəyyən oldu səra, Qaldı künci-qəfəsdə zarü əsir, Biqərarü həzinü bəs dilgir. Əzudun oğlu ta ki tapdı şəfa, Bilib əhvalı ol güli-rəna. Dedi: – Ey bülbüli-Məsihnəfəsə, Səni sövtün qoyub əsiri-qəfəs. Olmasaydı əgər bu göftarın, Olmaz idi bu gunə azarın. Necə ki, Seyyidi-bədikəlam Dil bəlasın çəkər cahanda müdam. Nitqdəndir bəlalər insanə, Nitq elə hər sözü həkimanə. Demirəm ki, həmişə xamuş ol, Nitq həngamı sahibi-huş ol. Necə kim, Sədi eyləmiş israr; ** “Əvvəl əndişə, vongəhi göftar”. Fikr qılmaq binadü, söz divar: ** “Paybəst amədəst, pəs divar”. * * * Qaz və durna Bir göl içrə üzürdü bir yekə qaz, Özünə fəxr edib uzatdı boğaz. Dedi: – Mən bir əcibə cür quşam, Üç hünər var məndə, xeyli xoşam. Uçaram göydə, həm suda üzərəm, Quru yerdə boyun çəkib gəzərəm. Bəs mənəm quşların şəhənşahi. Durna oldu bu nəqlin agahi. Dedi: – Axmaqlığında yoxdur şəkk, Qamətindir diraz, əql gödək, Göydə tərlan tək uçmağın varmı, Ya maral kimi qaçmağın varmı? Bir balıq tək üzərmisən sudə, Nədi bu göftguyi-bihudə? Qaz utandı o göldə durnadən. Vaqif ol, ey oğul, bu mənadən. Yəni bir elmə daim ol talib, Zifən ol zifünunədir qalib. Kişi bir sənəti bilər xalis, Çoxuna meyl edən qalar naqis. * * * Zənganlının vəqəsi Mərdi-xoşrişi-şəhri-Zəngani, Yuxuda, yatdı, gördü şeytani. Saqqalından tutur deyir, ey dun, Zatı adəmfirib olan məlun! Uzadıbsan firib üçün saqqal, Alladırsan cahanı, ey həyyal! Bir neçə silli vurdu çün təkrar, Yuxudan oldu nagahan bidar. Görüb öz saqqalın əlində tutub, Bir neçə silli öz üzünə vurub. Xəndələr eylədi xəcalətdən, Şərmsar oldu böylə halətdən. * * * Oğluma nəsihət (Vaqif ol, ey nəcibü fərzanə) Vaqif ol, ey nəcibü fərzanə, Lən edirsən həmişə şeytanə. Gərçi şeytanə ləndir şaye, Kimə gör lənətin olur race, Hər işi eylədin özün xəlvət, Bircə şeytanə vermədin fürsət. Sonra şeytanə lənət eylərsən, Maşaallah, qiyamət eylərsən. Dəyməsin göz, qəribə zirəksən, Bu fərasətdə dəhrdə təksən. Bir bəyan eylə ki, haçan şeytan Sənə bir məsiyətdə oldu əyan? Sən ki oldun bu gunə məstü xərab Sənə şeytan nə vəqt verdi şərab? Sənə şeytan haçan olub saqi, Sənə kim verdi bəngü tiryaki? Sənə şeytan nə vəqt, ey dana, Dedi ki, gəl gedək sən eylə zina? Övn edərkən sənə o rəbbi-ğəfur Niyə şeytanə olmusan məcur? Səni həq qıldı faili-muxtar, Hər əməl qılsan, ixtiyarın var. Xeyrü şər rahıdır sənə məlum, Getmə sən rahi-şərrə, ey məxdum. Səni həq şərrə etməyib məcbur, Bu xəyalat əqldəndir dur. Eyləməz cəbr kirdigar sənə, Verməyib sırf ixtiyar sənə. Ol xəbərdar kim, həkimü ğəni Etməyib nəfsə vagüzar səni. Sən rəha eylə cəbrü təfvizi, Eyləmə pak dinə tərizi. Qalma xeyrü şərin gümanında, Seyr qıl xeyrü şər miyanında. İşlədən şərri nəfsi-insandır, Xaliqi-xeyrü şərr yəzdandır. Şərrə bais demə xudanı, utan, Yaxşıdan zahir olmayıbdı yaman. Ol həkimü əlimü danadır, Özü zibavü feli zibadır. * * * Loğmanın vəqəsi (Dedi bir kəs cənabi-Loğmanə) Dedi bir kəs cənabi-Loğmanə: Ey hünərvər, həkimi-fərzanə, Hikməti kimdən iktisab etdin – Ki, belə feyzi-əzəmə yetdin? Dedi ki, hikməti mən, ey sail, Kur olanlardan etmişəm hasil. Bir yeri kur görməsə, möhkəm Qoymaz ol mövzeü məhəllə qədəm. * * * Bir kişinin Məcnuna iradı Dedi Məcnuna bir nəfər cahil: Ey qılan eşqi əqlini zail! O qədər ki, gözəl deyil Leyli – Ki, ona çoxdu könlüvün meyli. Leylinin bir lətafəti yoxdur, Ondan əla gözəl sənəm çoxdur. Çəkdi Məcnun sinədən bir ah, Dedi: – Ey halə olmayan agah, Rüxi-Leylayə, ey niku-mənzər, Çeşmi-Məcnun ilə sən eylə nəzər. Görəsən ta cəmali-Leylanı, Turi-kuyindəki təcəllanı. Olasan məhv ol təcəlladə, Görəsən hüsni-həqqi Leyladə. Gərçi var könlümün ona meyli Əhli-hüsnün o güldü sərxeyli. Mətləbim Leyliyi-həqiqətdir, Məşrəbim şiveyi-məhəbbətdir. Bilsə idin həqiqət, ey cahil, Hiç bilməzdin əqlimi zail. Eşqdir hər nə var aləmdə, Sən də ol eşqə yar aləmdə. Seyyida, eşqə iqtida eylə, Eşqi tut, tərki-masiva eylə. Mətləbin gər nəimi-sərməddir, Sənə məşuqə bil, Mühəmməddir. Afitabi-səma, məhi-Bətha, Şahi-ümmi, müəllimi-əsma. Zübdeyi-cümleyi-bəni-Adəm, Ona olsun səlamlər hər dəm! Canü dildən o şahə ol talib, Eşqi-ali-Mühəmmədə rağib. * * * Sünnü ilə şiə Bir nəfər mərdi-şieyi-xülləs, Şiəlik zati-pakına müxtəs – Ki, aparmışdı dən dəyirmanə, Çatmış idi ulağə mərdanə. Palçığa batdı yolda ol eşşək, Tayları düşdü palçığa bişək. Bir tayın zor ilə çıxartdı özü, Bir tayının qalır dalınca gözü. Nə qədər “ya Əli” deyib çəkdi, Çıxmadı tay, palçığa çökdü. Ta ki bir sünniyi-qəviəza Oldu bu macəra-ara peyda. “Ya Ömər” sövtünü bülənd etdi, Zor edib tayı laydən götdi. Necə gördün, dedi, kişi, Öməri, O imami-hümamü rahbəri? Şiənin oldu rəngi gülnari, Üzünə vurdu qəlbinin nari. Cünbüşə gəldi cisminin qanı, Açıban layə tökdü buğdanı. Dedi: – Olsun mənə həram o çörək – Ki, Ömərdən ola bu çöldə kömək. * * * Xəndəyi gen qazıblar Bir nəfər sünnü ilə bir şiə Hədəf olmuşdu tiri-təşniə. Yol gedirdilər ol iki əhməq, Nagəhan çıxdı bir böyük xəndək. Xandəyin ərzi çox ziyadə idi, Bu iki mərd həm piyadə idi. Dedi sünnü: – De “ya Əli”, tullan, Ta görüm lütf edər şəhi-mərdan? Şiə bir “ya Əli” çəkib o zaman, Xəndəyi keçdi bərq tək pərran. Dedi: – Keç, sən də bəs çağır Öməri, İstə imdadüvə o rahbəri. Sünnü də “ya Ömər” qılıb ünvan, Arxı tullanmaq istədi, o zaman Düşdü ortasına o sünnü rəvan. Sünnüyə şiə oldu tənəzənan. Dedi ki, ey fəqiri-üftadə, Gəlmədi Həzrəti-Ömər dadə? Dedi sünnü: – Deyil müqəssir Ömər, Xəndəyi gen qazıbdı bu kafər. * * * Sünnü, şiə və əliallahi Bir nəfər şiə ilə bir sünni Bir-birindən acıqlı, həm kinni, Bir yol ilə gedirdilər, o zaman Nərdban qoydular yola xəndan. Göftguyə çün etdilər rəğbət, Çəkdi nazik yerə o dəm söhbət. Dedi sünnü ki, bəs Ömər həqdir, Ona töhmət qılan kəs əhməqdir. Odu sərxeyli-əfzəli-əshab, Adili-əsr, zadeyi-Xəttab. Dedi şiə ki, bəd peyğəmbər Hamının əfzəli olub Heydər. Elm şəhri rəsuli-Bəthadır, Babı ol şəhrin səfaradır. Xüləfa tutmayıbdır hörmətini, Qəsb ediblər onun xilafətini. Dedi sünnü ki, olmasaydı Ömər, Aça bilməzdi dini peyğəmbər. Çün Ömər dini-həqqə yar oldu, Dini-islam aşikar oldu. Fatehi-din Ömərdü nuri-cəli, Ola bilməz o şahə misl Əli. Ömərin tayı dəhrdə yoxdur, O əzizin fəziləti çoxdur. Həq Ömərləndü, həm Ömər həqdir, Aləm içrə bu söz mühəqqəqdir. Gərm idi bəhsdə bular, əmma Nagəhan bir nəfər olub peyda. Dedilər, gəl tutaq həkəm bu kəsi, Ta görək kimdi din dadrəsi. Dedilər ey rəşidi-danişvər, Əli əfzəldi, söylə, yoxsa Ömər? Çəkibən ah ol bülənd cənab, Onlara verdi ta bu növ cəvab – Ki, müqəssir Əlidir, ol mövla O yədullahi-xaliqi-əşya Neyçün axır yaratdı kim, Öməri Özünə dəydi aqibət zərəri. Oldu onlara teyyibü tahir, Əliallahi olduğu zahir. * * * Məcnundan sorğu Dedi Məcnuna kim, bir əhli məzaq: Ey olan eşqə cüft, taqəti taq, Bu qədər kim, Müaviyəylə Əli Tökdülər qan, etdilər cədəli, İddəasında kim mühəqqəq idi, Hansı nahəqqü hankısı həq idi? Dedi: – Əlbəttə, həqqdir Leyli – Ki, həqin var Leyliyə meyli. * * * Məcnunun cavabı Dedi Məcnuna bir nəfər huşyar: Leyl əfzəldi, söylə, ya ki nəhar? Dedi: – Məşhurdur bu, ey əhvəl, Leyl olubdur nəhardən əfzəl. Leyldə nami-Leyli oldu əyan, Bu səbəbdən olub əzizi-cahan. Dedi kim, ey əzizlər canı, Etmisən xətm söylə Quranı? Dedi: – “Vəlleyl”də məni-gümnam Etmişəm məktəb içrə xətmi-kəlam. Dedi: – Bir surədə varındı hünər? Dedi: – “Vəlleyl”i etmişəm əzbər. Oldu “Vəlleyl”, ey ədəb kani, Behtəri-surəhayi-Qurani. * * * Yerdəkilərin göyə şikayəti Bir zaman tutdu zülm dünyanı, Ucalır xəlqin ərşə əfğanı. Hərcü mərc oldu dari-mülki-cahan, Dəhrdə qətlü qarət oldu əyan. Yığışıb xəlq etdilər şura, Göyə getsin gərək neçə dana, Eyləsinlər şikayət Allahə, Çarə qılsın bu qövmi-gümrahə. İntixab etdilər neçə zahid, Pakdamanü mürşüdü abid. Çıxıb ərşə şikayət etsinlər, Bir sərəncam alıb qayıtsınlar. On nəfər mərdi-feyzi-əkrəm ilə, Çıxıban ərşə “İsmi-əzəm” ilə, Gördülər ki, xudayi-ərşi-sərir Ağarıb saqqalı, olubdur pir. Edibən təkyə istirahətlə, Uzanıb ərş üstə rahətlə. Etdilər ərz, key xudayi-cahan, Qətlü qarət olub çahanda əyan. Dedilər yoxdu istirahətimiz, Qalmayıb şövkət ilə izzətimiz. İzzətin həqqi eylə bir çarə, Olmuşuq cumləmiz günüqarə. Dedi: – Mən xeyli çəkmişəm zəhmət, Etmişəm sizləri hamı xilqət. Qocalıb indi olmuşam mən pir, Dəxi aləmdə bilmirəm tədbir. Yatmışam burda istirahət ilə Bir neçə vəqtlərdü rahət ilə. Vermişəm bu cahanı İsayə, Oğlum, ol ruhbəxşi-valayə. Gedin, İsayə ərzi-hal qılın, Bu qəmin çarəsin sual qılın. Gəlibən ol güruhi-ruhani, Çərxi-çarümdə tapdı İsani. Etdilər cümlə macəranı bəyan, Dərdi-pünhanə istəyib dərman. Dedi İsa ki, ey güruhi-dəğa, Yoxdu sizlərdə zərrə qədri həya. Gəlmiş idim nicat üçün dəhrə, Kainatə, həyat üçün dəhrə. Gəh məni Misrə qıldız avarə, Gah çəkdiz tutub məni darə. Gözünü qoyduz annəmin giryan, Oldu rüxsarə əşki danəfəşan. Xalam oğlu, o pak Yəhyanı, Öldürüb təştə tökdüz al qanı. Zəkəriyyanı etdiz avarə, Ərrə ilə vücudini parə. Qoymadız beş gün istirahət edək, Rahi-həqqə sizi hidayət edək. Qoymadız həq yetişsin isbatə, Aqibət qaçmışam səmavatə. İstəyirsiz gələm o dünyayə – Ki, düşəm tazədən qəmü vayə? Yaxasız möhnət ilə narə məni, Çəkəsiz ta dübarə darə məni? Bu xəyalatdan düşün, heyhat! Zatüvüz çün mənə olub isbat. Yəni mən bir də xakdanə gələm, Qoyuban göyləri, cahanə gələm? Canuvuz çıxsın, ey üzü qarə, Başuvuzçun gedin qılın çarə. * * * Fəqihin oğluna cavabı Bir fəqihə öz oğlu etdi xitab, Dedi, key fazili-büləndcənab, Bircə vaizlərin sözündən əsər Görmürəm mən özümdə zərrə qədər. Bu səbəbdən ki, görmüşəm səd bar Yoxdu kirdarı tabiqi-göftar. Tərki-dünyanı eyləyir təlim, Özləri cəm eyləyir zərü sim. Əhli-dünyayə virdi lənətdir, Gecə-gündüz xəyalı dövlətdir. Alimin ki, özündə yoxdu hünər, Eyləməz bir kəsə kəlamı əsər. Hər bir alim ki, olsa tənpərvər Ola bilməz o bir kəsə rəhbər. Xəlqə söylər ki, eyləyin ehsan, Özünün nəfsini edər nisyan. İtiribdir özün ki, ol fazil Ola bilməz o rəhbəri-cahil. Verdi alim cəvab, key cahil, Etdiyin bir xəyaldır batil. Gər tələb etsən alimi-məsum, Qalısan feyzi-elmdən məhrum. Baxma alimdə felü kirdarə, Əməl et, olsa nik göftarə. Yaxşı söz kimdən olsa zibadır, Demə bu möminü o tərsadır. * * * Oğluma xitab (Ey oğul, olma talibi-badə) Ey oğul, olma talibi-badə, Getməsin ta ki izzətin badə. Badənin zuri əqli zail edər, Adəmi hər fəsadə mail edər Əqldəndir şərafəti-insan, Olmasa əql, mərd olur nadan. Badə tabı olur şüura hicab, Əqli məstur eyləyib meyi-nab. Veribən simü zər şərab alma, Ey oğul əqlüvə hicab alma. Nəssi-Quran ilə behökmi-qədər Badəni nəhy edibdi peyğəmbər. ** Badə nəhyində gəldi “fəctənibu” Ey oğul, hökmi-kibriyadır bu. Nəcisül-eyndir, nəcasətdir, Mayeyi-nikbətü xəsarətdir. Bil ki, ümmül-fəsaddır badə, Verdi çox xanimanları badə. Bir zaman gərçi mən üzüqarə Var idim badənuşü meyxarə; Mənə mənzil şərabxanə idi, Həmdəmim çəng ilə çəğanə idi; Məclisimdə həmişə hal əhli, Mərifət məcməyi, kəmal əhli; Həmdəmim hər büti-pərivəş idi, Mənə məşrəb şərabi-biğəş idi; Arü namusü qeyrəti atdım, Baş qoyub xüm ayağına yatdım; Gecələr məst, ta səhər bəngi, Həymbüsatım müğənniyü çəngi; Çəkməmiş başıma səhərlər əyağ, Olmaz idim durub yerimdən oyağ; Gərçi elmü fərasətim çox idi, Əhln-fəzl içrə hörmətim yox idi; Məst olub xəlq ilə cidal etdim, Əqlimi cəhlə payimal etdim; Məstlikdən olan zaman huşyar, Gördüm əldən gedibdü qeyrətü ar; İncinib cümlə yarü ənsarım, Qalmayıb kimsənə havadarım; Çıxmışam ta ki məst bazarə, Gəlmişəm rast hər dilazarə; Əli daşlı uşaqlar hər yan Məni-bədməstə oldu səngzənan; Batmışam gül kimi qızıl qanə, Dönmüşəm sərbəsər gülüstanə; Ta ki tovfiq oldu həmrahım, Lütflər eylədi mənə şahım; Ta hidayət çirağı saldı ziya, Qəlbimi rövşən etdi nuri-xuda. Eylədim pak camdən tövbə, Dəxi şürbi-müdamdən tövbə. Xəlqə verdim cəvab tövbə ilə, Şüstüşu etdim abi-tövbə ilə. Tərk qıldım şərab övsafın, Tarü çəngü rübab övsafın; Eylədim mədh şahi-mərdanı, Vəsf qıldım Əliyyi-İmranı; Eylədim zikri-məqtəli-şühəda, Vəsfü övsafi-şahi-Kərbübəla; Özümü ta dəxili-şah etdim, Çareyi-xirməni-günah etdim; Pak oldum cahanda yekbarə, Sanki it düşdü bir nəməkzarə. Barilaha, behəqqi-ali-əba, Əfv qıl cürmümü, bağışla xəta. Sənə bir əbdi-rusiyahəm mən, Bəndeyi-asitani-şahəm mən. Şahım ol Mürtəzadı, nuri-cəli, Heydəri-şirdil, Əliyyü vəli. Barilaha, behəqqi-ali-Bətul Tövbəvü üzrümü sən eylə qəbul. * * * Oğluma nəsihət (Ey oğul, alim olsa xoştinət) Ey oğul, alim olsa xoştinət Mali-dünyayə eyləməz rəğbət. Deyib ol padşahi-ərzü səma Hübbi-dünyadü rəsi-külli-xəta. Çün həlali hesabdır malın, Həm hərami əzabdır malın. Nə gərəkdir sənə bu dövlətü mal Yüküvü yüngül eylə, ey həmmal. Ey oğul, var cahanda çox molla, Güzəranı üçün edər qovğa. Qeyrəti-milləti bəhanə qılar, Gündə xəlq içrə yüz fəsanə qılar. Əhli-dünyayə eyləyər lənət, Özü dünyayə eyləyər rəğbət. Daima əğniyayədir meyli, Əhli-fəzlin olubdu sərxeyli. Füqəranı görəndə nifrət edər, Ona bikarlıqda töhmət edər. Əğniya gəlsə bəzminə, o zaman Güli-həmra kimi olur xəndan. Bir qəni eyləsə əgər üsyan, Saz edər söhbətində yüz bürhan. Filməsəl bir qəni gər içsə şərab, Ona təcviz üçün açar min bab. Görsə kim, bir fəqir edir üsyan, Lən edər ol fəqir üçün hər an. Özünün həddən ötdü üsyanı, Məhv edibdir füsunu şeytanı. Deyəsən ol səfihə, ey xənnas. ** Oxudunmu “ətəmirunən-nas”. Eyləyirsən məzəmməti-hər kəs, Niyə öz nəfsüvü unutdun bəs? Alim öz elminə edəydi əməl, Düşməz idi bu qədr dinə xələl. Rəsmdir alim olsa əhli-fəsad, Aləmi ol fəsad edər bərbad. Uyma mollayə, olma çox da avam, Sanma təhtülhənək, qurubdur dam. Baxma təsbihə, olma divanə, Xam olan quşlara gərək danə. Sanma alnında səcdədəndir əsər, Gecə qoymuş həcamət ol kafər. Xatəmindən demə Süleymandır, Divdir ol ləin, şeytandır. Ah, ah, ey cənab peyğəmbər! Dinüvü zaye etdi bu kafər. Eyləyib şərüvi vəsileyi-nan, Bu şərirü ləinü biiyman! Vəqtdir, eylə çarə islamə, Tazədən sal işi sərəncamə. Cövrü zülm ilə doldu mülki-cahan, Ədlü qist ilə eylə bir saman. Qıl hidayətlə aləmi abad, ** Hanı bəs ol “likulli qövmün had”. * * * Xan və dehqan Bir əkinçi gedirdi məstanə, Yolda ol rast gəldi bir xanə. Xanı görcək yazıq baş endirdi, Gör onu xan nə gunə dindirdi, Dedi: – Ey it, kənarə çıx yoldan! Nə çıxırsan donuz kimi koldan? Gördü bu iltifatı çün xandan, Zövqdən oldu gül kimi xəndan. Evinə daxil oldu xürrəmü şad, Övrəti onda gördü vəcdi-ziyad. Dedi: – Ey qaşı bir hilali-mübin, Xirmənin üstə xuşəçin Pərvin, Məzrəi-imtizacə danəfəşan, Sünbülə şəkli sünbülündən əyan. Nədi bu behcətü sürurə səbəb, Tez bəyan et görüm nədir mətləb? Dedi bəylər yanında xani-kübar Yoldan ikram ilə edirdi güzar. Dayanıb xanə eylədim kürnuş, Məni dindirdi xani-sahibhuş. Dedi: – Bu olmaz ey büləndəxtər, Səni xan dindirə, edim bavər? Nə deyib xan sənə, bəyan eylə, Dürci-ləl aç, gühər fəşan eylə. Atılıb düşdü bir zaman dehqan, Həvəsi sakit oldu, qıldı bəyan. Dedi ki, xan dedi: – Çıx it yoldan! Nə baxırsan donuz kimi koldan? Bizə xan iltifatı peydadır, Bir səadətdü, feyzi-üzmadır. Bizə bu vəch iftixar olsun, Nəsl-binnəsl yadigar olsun. * * * Ayı və siçan hekayəsi Bir ayı yatmış idi rahətlə, Uzanıb xeyli istirahətlə. Bir siçan ayı üstən etdi güzar, Oldu ol ayı xabdən bidar. Əl atıb muşi eylədi nəxcir, Durdu yalvarmağa ona o fəqir. Dedi ki, sən məni gəl eylə rəha, Yer düşər eylərəm əvəz peyda. Ayı güldü, onu rəha qıldı, Siçanın mətləbin rəva qıldı. Bir zaman ovçu qurmuş idi dam, Düşdü dam içrə ol qəvi-əndam. Nə qədər zur qıldı ol məğrur Damı qırmaqlıq olmadı məqdur. Bağırıb naləvü fəğan etdi, Göz yaşın seyl tək rəvan etdi. Ayının naləsin eşitdi siçan, Bildi kim, dami-dərdədir piçan. Gəldi kəsdi dişiylə ol damı, Ayıya eylədi sərəncamı. Dedi ayı ki, qalmadım qəmdə, Yaxşılıq itməz imiş aləmdə. * * * Aslan və qarışqa əhvalatı Yay günü isti idi, bir aslan Bir mağara içində oldu nihan; Ta ki rahət ola hərarətdən, Dincələ zəhmətü mərarətdən. Üstünə bir qarışqa çıxdı rəvan, Gəzibən seyr eylədi hər yan. Diksinib şir durdu vəhşətdən, Tülkü güldü ona o halətdən. Dedi: – Ey canəvərlərin şahı, Ucalan ərşə xeylü xərgahı, Səndə kim, bu hünər, bu qüdrət var, Zati-pakında kim, şücaət var, Mur kim, bir zəif xilqətdir, Bəs nedirsən, bular nə vəhşətdir? Dedi: – Ey tülkü, vəhşətim yoxdur, Murdən hiç zəhmətim yoxdur. Leyk bu ardır mənə peyda – Ki, çıxa padşahın üstə gəda. Seyyida, vermə üz gədalərə sən, Düşmə bu möhnətü bəlalərə sən. Çün güli-gülşəni-vəfasən sən. Niyə hər xarə aşinasən sən? Bülbüli-gülşəni-həqiqətsən, Mu-məcaz ilə qılma ülfət sən. Qəfəsi-cismi sal bu viranə, Eylə pərvaz baği-rizvanə. * * * Abid və quru kəllə Çay kənarında bir nəfər abid Həqqə olmuşdu şövq ilə sacid. Gördü bir kəllə su üzündə əyan, Aparır çay aşağə seyli-rəvan. Durub abid o kəlləyə yetdi, Kəllənin halını sual etdi. O quru kəllə nitqə gəldi rəvan, Dedi: – Ey abidi-fəriştənişan, Şah idim mən cahanda izzət ilə, Ruzgarım keçirdi şövkət ilə. Tac ilə təxtü dövlətim var idi, Gəncü zərrü rəiyyətim var idi. Hər tərəf işlər idi fərmanım, Xoş keçərdi həmişə dövranım. Məclisimdə müdam cami-şərab, Saqivü badə, çəngü tarü rübab. Neçə zərrinkəmər qulamlərim, Hasil idi cahanda kamlərim. Məclisim xüld, badə kövsər idi, Hər murad istəyəm – müyəssər idi. Eylədi dəhr eyşimi bərbad, Mürği-ruhə əcəl olub səyyad, Mənzilim ta ki bir məğak oldu, Bədənim döndü tirə xak oldu. Qəbrimi seyl həm fəna qıldı, Məni bu halə mübtəla qıldı. Seyyida, bir diyardır bu fəna – Ki, bərabərdir onda şahü gəda. Ömrü dünyayə etibar etmə, Özüvü çox da xarü zar etmə. Nəqşi-nikü bəd ilə olma qəmin, Nəqşdən pak olur bu lövhi-mübin. Sənə bəsdir bu əmrdə bürhan: ** Nükteyi-”küllü-mən əleyha fan”. * * * Qarı və oğlu Var idi şəhri-Reydə bir qarı, Duz yerində satardı ol qarı. Ümmi-təlbisü madəri-təzvir, Hiyləsindən dolub bu aləmi-pir. Bir cavan oğlu var idi ziba, Baği-izzətdə bir güli-rəna. Qonşudan bir gün ol rəsidəcavan. Bir yumurta oğurladı pünhan. Sirqətə gərçi ol deyildi həris, Nənəsi eylədi onu təhris. Əvvəl olmuşdu gər nihan oğru, Aqibət oldu bir yaman oğru. Rahzən, düzd, şəbrövü əyyar, Oldu axır həramilər ilə yar. Əhli-divan etdilər tədbir, Ta ki ol novcəvan oldu əsir. Şah hökm etdi ki, çəkin darə! Şahə yalvardı kim, o biçarə İzn ver bir zaman anam gəlsin, Ölürəm, ta ki halımı bilsin. Anasın gördü ol günüqarə, Çəkdi ağuşa, yetdi didarə. Dedi: – Ey madəri-həmidəxisal, Dilüvü lütf eylə, ağzıma sal. Ölürəm çünki iştiyağından, Ta öpüm bir o dil-dodağından. Dilini verdi ağzına madər, Onu üzdü dişiylə ol sərvər. O qarı etdi naləvü fəryad – Key haramzadə, de nədir bu fəsad? Şəh sual etdi surəti-hali, O cavan şahı eylədi hali, Dedi: – Ey şah, ibtidadə əgər Mənə olsaydı bu nəsihətgər, Oğru olmazdım, ey şəhi-vala, Mənə yetməzdi hiç böylə bəla. Bəs anamdır bu möhnətə bais, Bu qəmü dərdü zillətə bais. Bu səbəbdən mən, ey şəhi-dövran, Eylədim ol ləini qəti-lisan. Bir lisan xeyrə olmasa guya, Ona lazım gəlir bu gunə cəza. İlahə xoş gəldi bu lətif kəlam, Eylədi ol cəvanə çox ikram. Oldu qəmdən xilas o biçarə, Ədli-şəh çəkdi qarını darə. * * * Qonağın macərası Bir fəqir oldu bir fəqirə qonaq, Bir evi var idi necə çardaq. Çox zəif idi pərdisi, dirəyi, Qonağın düşdü qorxuya ürəyi. Bərk şaqqıldayırdı damü dirək, Dedi bu ev yəqin uçar bişək. Dedi ev sahibinə ol bidil: – Mənə bir ayrı yerdə ver mənzil. Qorxuram ki, bu ev ola viran, Məni torpaqə eyləyə yeksan. Dedi ev sahibi ki, ey dərviş, Qorxudan olma böylə sən dilriş. Sənə mən eyləyim bunu təsrih, Həqqə bu xanə eyləyir təsbih. Dedi: – Bəs qorxuram olam nabud, Həqqə bu xanə eyləyəndə sücud. * * * Sualın cavabı Ey büti-gülrüxü sənubərqəd, Yarın olsun sənin xudayi-əhəd. Verməsin qəm sənə xudayi-cahan, Olasan şadü xürrəmü xəndan. Dün sual eylədin ki, ey novrəs, Olumu heç dərdsiz bir kəs? Ey rəfiqi-şəfiqi-ruhani, Sənə qurban bu Seyyidin cani! Dərdsiz kimsənə deyil insan, Nə bilir dərdü möhnəti heyvan. Hər kimin fəhmi çoxdu – möhnəti çox, Hər kimin əqli yoxdu – xiffəti yox. Dəhri-dun möhnəti nümayandır, Qönçələr bağrı növbənöv qandır. Gah geyər səbzələr libas əlvan, Gah olur novbahar, gah xəzan. Gah verir səbzəyə baharı bahar, Gahi üryan qılır o zarı bahar. Xah heyvan, cəmadü xah nəbat Hərə bir möhnəti qılır isbat. Yoxdu bir kəs ki, dərdü qəm çəkməz, Hanı ol kimsə kim, ələm çəkməz. Ənbiyalər çəkiblə möhnətü qəm, Birinin könlü olmayıb xürrəm. Hükəmalər olub əsiri-bəla, Filosufani-əsr çəkdi cəfa. Verdilər zəhri-nab Sokratə, Nə cəfalər olubdu Buqratə, Nari-Nəmrudu gördü İbrahim, Zəkəriyya ağacda oldu dünim. Yusifi çərx saldı zindanə, Düşdü dərdü bəlayi-ixvanə. Nə bəlayə düçar olub Əyyub, Nə cəfalər çəkib dili-Yəqub. Çəkdi yüz gunə qəm şəhi-Bətha, Mahi-rəxşan, leylətül-əsra. Bu qəbil, ey nigari-məhpeykər, Övliyalər çəkib bəla yeksər. Sənə zahirdü nəqli-Kərbübəla – Ki, çəkib şahi-Kərbəla nə bəla. O vəsiyyət ki, qıldı İskəndər Sənə eylər kifayət, ey dilbər. * * * İskəndərin vəsiyyəti Dəmi-nəzi-rəvanda İskəndər Eylədi bir vəsiyyət ol sərvər – Ki, anama deyin bu göftari, Xəlqə ehsanım eyləsin cari. Leyk hər kəs çəkibdi dərdü bəla Yeməsin ol təamdən qəta. Çünki saz oldu neməti-əlvan, Qıldı anın vəsiyyətini bəyan – Ki, gərək əkl etsin ol adəm Çəkməyibdir cahanda möhnətü qəm. Mütənəbbih olub kəlamından, Hamı çəkdi əlin təamından. Çünki çəkmişdi hamı möhnətü qəm, Çıxmadı hiç bir nəfər xürrəm. Madəri-əşkbari-İskəndər Gərçi olmuşdu zari-İskəndər, Bildi ki, mərgə yoxdu bir çarə, Hamının qəlbinə dəyib yarə. Dilbəra, çox da çəkmə möhnətü qəm, Könlüvü eylə qəm günü xürrəm. Gərdişi-çərxi-kəcmədar keçər, Bu qəmü dərdi-ruzgar keçər. * * * İskəndərin vəqəsi Seyrə çıxmışdı bir gün İskəndər, Rast bir novcəvanə gəldi səhər. Sərbürəhnə, cünunü divanə, Mənzili bir fəzayi-viranə. Etdi divanəyə o şah xitab, Oldu divanə müstəidi-cəvab. Dedi mən padşahi-dövranəm, Rübi-məskunə, bil ki, sultanəm. Zati-pakımda çün nəcabət var, Məndə dərya kimi səxavət var. Hər nə sən istəsən olur hasil, İstə bir şey ki, ta ola vasil. Dedi divanə: – Ey şəhi-məğrur, Məndən eylə bu dəm məkəsləri dur. Mənə milçəklər eyləyir azar, Məndən olsun buyur, bu ləhzə kənar. Dedi sultan ona ki, divanə, Bir şey istə ki, qadirəm anə. Güldü divanə, söylədi: – Ey şah, Qüdrətin xeyli var imiş kutah. Qüdrətin çünki yoxdu bir məkəsə, Edəcəksən nə lütf hiç kəsə. Mən təki çünki sən də acizsən, Özüvə görmə fəxri caiz sən. Seyyida, gör ki, sərvəri-mərdan Eyləyib xütbədə bu rəmzi bəyan. Xeyli acizdü bu bəni-adəm, Bir məkəsdən çəkir bəlavü ələm. Məkəsə hökm qılsa ol qəyyum, Fil xortumuna salar xortum. * * * Loğmanın satılması Belə derlər ki, Həzrəti-Loğman Həbəş əhliydi, ya ki ol Sudan. Ona dəydi həvadisin xətəri, Satdılar qul kimi o pürhünəri. Yusif-asa o mahi-ürfani Keyd ilə satdı fövci-ixvani. Qul xəyal eylədi ələzzahir, Aldı Loğmanı bir nəfər tacir. Bir siyəhfam idi sitəbri-ləban Leyk təlimbəxşi-biədəban. Fəhmini gördü çünki ağası, Oldu onun yeganə mövlası. İmtəhan ilə bir gün ol mövla Dedi: – Lazımdı bir lətif ğiza – Ki, ola həm lətif, həm şirin, Ta tənavül qılam məni-qəmgin. Etdi Loğman hikmət ilə əməl, Hikmətin kanı ol əmiri-əcəll. Bir quzu zibh eylədi Loğman, Dilini eylədi onun büryan, Hazır etdi hüzuri-mövlayə, Yedi zövq ilə ol fələkpayə. Yenə bir ayrı gündə ol mövla İstədi bir acı, kəsif ğiza. Yenə Loğman gətirdi büryan dil, Açma bu rəmzi, od tutub yan, dil! Leyk sərbəstə qalsa bu məna, Xoş deyil, eyləmək gərək ifşa. Bədgüman oldu sahibi-Loğman, Gördü ziddini bir ğizadə əyan. İki dəfə gətirdi büryan dil, Dedi: – Hikmətdə bu deyil kamil. Bu qulun gərçi çox fərasəti var, Leyk bu işdə səhvü qəfləti var. Səhvkarın özündən etdi sual – Ki, nədir böylə müxtəlif əhval? Bir ğiza mümkün olmayıbdır həmin Həmi acı ola, həmi şirin. Dedi: – Ey bu sual möhtacı, Dildü kim, zəhrdən olur acı. Gah şəkərdən olur bu dil şirin, Qandı mövlası, eylədi təhsin. Qıldı təhsin kəmali-Loğmanə, Fikri-bikrü xəyali-Loğmanə. * * * Oğluma nəsihət (Cəfər, ey sərvi-sərfərazi-pədər) Cəfər, ey sərvi-sərfərazi-pədər, Məhrəmi-sirri-eşqi-razi-pədər. Hər bəla olsa dəhrdə hadis, Bil ki, dildir olan ona bais. Fariğ ol kəsrəti-məşağildən, Sövmi-sümt ilə qövli-batildən. Pakdamansən gər, ey dana, Olur İsayi-halətin guya. Lal ol gərçi əmrə arifsən, Məryəmi-nükteyi-məarifsən. Gərçi ruhül-qüdüsdür ustadın, Hər həvaridən olmaz imdadın. Meyl qılma xəbis dünyayə, Sən üruc et məkani-əlayə. Ruhsən, dəhrdə mücərrəd ol, Sən də sultani-mülki-sərməd ol. Dilüvü saxla kizbü qeybətdən. İstəsən gər nicat möhnətdən. Seyyida, hər bəla ola hadis, Bil ki, dildir ona olan bais. * * * Qarınqulu abid Var idi bir qarınqulu abid, Əhli-təqva, müqəddəsü zahid. Hər gecə nan yeyirdi on batman, Sübhəcən xətm edirdi bir Quran. Onu da sübhədək namaz üstə, Əsl məbuduna niyaz üstə. Bir nəfər şəxs eşitdi ani, dedi: – Nim nan gər yesəydi, yatsa idi, Bu ibadatdən çox əfzəl idi, Hiç şək yox ki, mərdi-əkməl idi. Qarnuvu qıl təamdən xali, Olasan ta ki hikmətə hali. Qıl tənavül təami sən kəm-kəm, İbn-Adəmsən, olma ibn-şikəm. * * * Dilənçi və xəsis Var idi bir bəxili-sahibmal, Bir fəqir gəldi ondan etdi sual, Dedi ki, müstəhəqqəm, ey mövla, Mənə vəchi-kifaf eylə əta. Dedi: – Bir söz deyim, gər etsən əməl Sənə ehsan olur “fəmən-yəməl”. Eyləsən gər mənim sözümü rəva, Edərəm hər nə xahiş etsən əta. Şad olub ol fəqirü bisərü pa, Dedi: – Etdim qəbul, ey ağa, O nə sözdür, onu bəyan eylə, Dürci-ləl aç, gühər fəşan eylə. Sözüvü vəhy tək hesab edərəm, Ta ki təhsilinə şitab edərəm. Dedi: – Ol söz budur, ey əhli-təəb, Hiç bir zad məndən etmə tələb. Bundan özgə muradın, ey sail, Hər nə müşgül ola olur hasil. Seyyida, olma sən vəbali-bəxil, Özünün vizri oldu mali-bəxil. Tutma göz dövlətü mənalından, Yemə loğma bəxil malından. Tələbi-teyyibati-təhsindir, ** “Əl xəbisati lil-xəbisin” dir. * * * Eşşəyini itirmiş kişi Öz ulağın itirdi bir nadan, Qaldı səhrada haimü heyran. Nagəhan gördü ol bir özgə ulağ, Yüklədi öz yükün ona sərsaq. Öz ulağı bilib olurdu rəvan, Ta ki sahibulaq oldu əyan. Yükü açdı ulaqdən dərhal, Ulağın sürdü oldu fariğbal. Bu kişi etdi naləvü fəryad, Elədi çərxi-dun əlindən dad. Çünki öz eşşəyi xəyal etdi, Yaxasın tutdu qilü-qal etdi – Ki, alırsan ulağımı əldən, Vermərəm ta ki düşməsəm dildən. Gəldilər xəlq bu təmaşayə, Güldülər ol səfihü şeydayə. Dedilər: – Qıl bəyan sən, a kişi, Ulağın erkək idi, ya ki dişi? Dedi kim, hiç yoxdu şübhəvü şəkk – Ki, ulağım mənimdü bəs erkək. Dedilər: – Bu ulaq kim, dişidir! Dedi ki, məsk olub, qəza işidir. Bir də siz etməyin bu barədə şəkk, Çox da erkək deyildi ol eşşək. Seyyida, var cahanda çox nadan, Özünü aqil eyləyibdi güman. Biri də onların yəqin sənsən, Yenə sən qanmısan, sənə əhsən! Belə fikr eyləyir ki, hər nadan Özünündür təmam kövnü məkan. Xəlq olub ondan ötrü ərzü səma, Ümməhati-çaharü həft aba. Bilməyir ki, tüfeyli-Əhməddir, Xilqətin baisi Mühəmməddir. Bil ki, olmuşdur, ey güli-Ələvi, Cümlə aləm sənayei-nəbəvi. O şahənşah ki, mehrdir lame, Həqqə məsnudir, bizə sane. İki münşəqq olub o nuri-cəli, Biri Məhmuddür, birisi Əli. * * * Oğrunun vəqəsi Vardı bir düzdi-şəbrəvü əyyar, Eylədi bir oğurluq ol məkkar. Getdi bazara satmağa xəlvət. Bir libası ki, eylədi sirqət. Onu ondan apardı düzdi-digər, Əliboş gəldi acizü müztər. Dedi yoldaşları ki, ey əyyar, Neçəyə satmısan, elə izhar. Dedi: – Ol qiymətə ki, almışdım, Ələ ol növ ilə ki, salmışdım. * * * Xəlifə və Bəhlul Etdi Harun bir gün əzmi-şikar, Gəldi dərya kənarın etdi qərar. Gördü bir əl çıxıbdı dəryadən, Düşdülər heyrətə təmaşadən. Beş ədəd barmaq olmuş onda əyan, Bu müəmmayə qaldılar heyran. Atdılar gərçi xeyli tupü tüfəng Leyk barmaqlar olmadı münfək. Kimsənə bilmədi bu əsrarı, Qaldılar şah-mat elcarı. Dedilər kim, bunu bilər Bəhlul, Bunu eylər tila kimi məhlul. Şah Bəhlulə qasid etdi rəvan, Ta gəlib eyləsin bu rəmzi bəyan. Oldu Bəhlul qarğı atə süvar, Səyrədə-səyrədə gəlib rəhvar. Etdilər ta ki macəranı bəyan, İkİ barmağını bu etdi əyan. Görcək ol əl çəkildi dəryayə, Qaldılar mat bu müəmmayə. Dedi Bəhlulə şəh ki, ey dana, Bu nə işdir, buna nədir məna? Nə əl idi o kim, əyan oldu, Sən ki əl tutdun ol nihan oldu? Bu rümuzun nə idi mənası, Nə idi ol işarə iyması. Dedi Bəhlul: – Ey şəhi-dövran. O ki beş barmaq olmuş idi əyan, O işarə edirdi, ey sərvər, Nə qədər ki, çətin ola işlər, Beş könül olsa cəm, asandır, Cəmlikdən ədu pərişandır. İki barmağımı mən etdim əyan, Eylədim mən ona bu rəmzi bəyan, Yəni ki, bu cahanda iki könül Cəm ola, xeyli əmrdir müşkül. Bildi mənanı, batdı dəryayə. Seyyida, afərin bu inşayə! * * * Musa peyğəmbər və yoxsul Bir zaman Turə Həzrəti-Musa Azim olmuşdu, ol kəlimi-xuda. Nagəhan gördü bir nəfər üryan, Özünü xak-ara qılıbdı nihan. Möhnəti-fəqrə mübtəla idi səxt, Bərgsiz bir xəzanrəsidə dirəxt. Baş götürdü ki, ey kəlimi-xuda, Turdə qıl məni-fəqirə dua. Verə həq mən fəqirə sərmayə, Ta qılam çarə hərrü sərmayə. Atəşi-fəqrə hiç tabım yox, Yanıram narə, xürdü xabım yox. Turdə ta ki Həzrəti-Musa Dövlət üçün o zarə qıldı dua. Həqq ona lütf qıldı sərmayə, Başına saldı feyzi-həq sayə. Gördü bir gün ki, Həzrəti-Musa Xəlq olub cəm, var bir qovğa. Ol süxəndani-iyzədü mütəal Səbəbi-qilü qalı etdi sual. Dedilər ol cəmaət: – Ey Musa, Budur ol tirəbəxtü bisərüpa. Sən dua eylədin tapıb zəfəri, Məst olub öldürübdü bir nəfəri. Yekdilü yekcəhət səğirü kəbir Bir nəfər şəxsi eyləyiblər əsir, İndi biz şərə göstərib ixlas, Tutmuşuq eyləyək o qanə qisas. Şərmnak oldu Həzrəti-Musa, O səbəbdən ki, etmiş idi dua. Qıldı iqrar həqq hikmətinə, Tövbələr etdi öz cəsarətinə. Dedi: – Gümrahlıq edər peyda, Çox kəsə ruzi etsə həqq əta. Atanın gərçi malı var büsyar, Zərər eylər oğuldu gər meydar. Seyyida, mülkü malı bari-xuda Hər kəsə layiqincə etmiş əta. Çün deyilsən qədrdə sən qazi, Hökmi-təqdirə olgilən razi. * * * Süleyman və qarğa Belə nəql etdi raviyani-kəlam – Ki, Süleyman nəbi əleyhi-səlam. Dedi kim, bir kəlağə eylə güzər, Cümlə nəsli-tüyurə eylə nəzər, Hansı ki, hüsndə ola ziba, Götürüb gəl hüzuruma hala. Bişəyə ol kəlağ qıldı güzər, Etdi nəsli-tüyurə cümlə nəzər. Nəzərində göründü pəstü bülənd, Etmədi hiç bir güruhu pəsənd. Öz balasına gəldi qıldı nəzər, Eylədi batini məhəbbət əsər. Dedi ki, cümlədən bu zibadır, Bəs bunu töhfə etmək uladır.. Götürüb düşdü əzmi-cövlanə, Gətirib xidməti-Süleymanə. Çün Suleyman o ziştə qıldı nəzər, Dedi kim, ey kəlaği-bədmənzər, Yoxdu quşlar içində bundan zişt, Çox kərihül-cəmalü şumü dürişt. İnkisar ilə ərz qıldı kəlağ, Dedi ki, hər tərəfə çaldım ayaq, Eylədim cümleyi-tüyurə nəzər, Öz balamdan biri deyil behtər. Bunda şək yoxdur, ey rəsuli-xuda, Hər kəsə öz balasıdır ziba. Seyyida, oğlun olsa kurü keçəl, Görünür hamıdan gözündə gözəl. ** “Küllü-hizbin bima lədeyhi” oxu – Ki, bu mənayədir işarə çoxu. * * * Məmun və kənizi Aldı Məmun bir kənizi-lətif, Bərgi-gül tək lətif-xülqü zərif. Şəbi-xəlvət o sərvi-xoşqamət Durdu Məmundan eylədi nifrət. Xişmnak oldu padşahi-qəyur, Çün özündən görüb kənizi nəfur. Nə qədər bənd oldu miri-əcəll, Padşahə kəniz vermədi əl. Dedi Məmun, key fəriştəcəmal, Xatirində nədəndi rəncü məlal? Ərz qıldı kəniz, key mövla, İstər öldür və ya ki eylə rəha – Ki, gəlir buyi-bəd dəhanından, Qaçıram, vəchi var ki, yanından. O gecə hiç yatmayıb Məmun, Qüssədən oldu sübhədək dilxun. Sübh qıldı təbiblər ehzar, Dərdi-pünhanın eylədi izhar. Qıldılar dəfinə əlaci-niku, Dəhəni oldu gül kimi xoşbu. Dust tutdu kənizi şahi-əcəm, Oldu hər sübhü şam ona həmdəm. Mənə çox dustdur bu siməndam – Ki, mənim eybim eylədi elam. Eybi örtən rəfiq gövdəndir. Onu sən dost sanma, düşməndir. Seyyida, sanma dustdur, zinhar Kim, sənə eybin eyləməz izhar. * * * Gənc sərxoş və abid Bir gecə bir cəvani-məstü xumar Bir nəfər parsayə oldu düçar. Oxuyurdu əlində həm bir saz, Nəğmeyi-Şur edirdi, gah Şəhnaz, Görcəyin parsanı ol sərməst Başını sazı ilə qıldı şikəst. Dinməyib parsa keçib getdi, Gəlibən sübh ona əta etdi. Dedi ki, məst idin gecə, ey oğul, Bir qədər mən sənə gətirdim pul – Ki, sınan sazüvü dürüst eylə, Xoş deyil ki, şikəst ola böylə. Sağalıbdır mənim başımda yara, Sən də qıl sazüvü dürüst-nəva. Çün cavan onda gördü xülqi-həsən Eylədi tövbə öz ədasindən. * * * Sədi və xəsis Sədi, ol köhnə bülbüli-Şiraz Bu sifət eyləyib bu nəqli təraz – Ki, neçə əhli-hal ilə həmdəm Eyləyirdim səyahəti-aləm. Eylər idik həmişə seyrü səfər, Şəhrdən şəhrə mah kimi güzər. Kəsb edirdik təcarübi-büsyar, Bir gün əqsayi-Ruma düşdü güzar. Dedilər var bu mülkdə bir kəs Sahibi-küsfəndü xeyli-fərəs. Var onun dövləti-firavanı, Gecə olmaq gərəkdü mehmanı. Bu gecə ta ki istirahət edək, Sübh olanda yenə səyahət edək. Cümlə bu fikrə tövəman oldu, Kəbeyi-kuyinə rəvan oldu. Görcəyin bizləri o sahibmal Çıxıban tışra, etdi istiqbal. Açdı mehrab tək bizə ağuş, Qıldı xəm qəddin, eylədi kürnuş. Baş əyib eylədik rükuü sücud, Halətindən könül olur xoşnud. Hamının öpdü əl-ayağından, Gəh üzündən, gəhi dodağından. Tutduq ol vəqt kim, hamı aram, Durdu ol eylədi nəmazə qiyam. Sübhi-sadiq olunca ol kəzzab ** Söylədi:–”Ya müfəttihül-əbvab”. Yatmadı sübh olunca mərdi-bəxil, Gah təsbih qıldı, gah təhlil. Qılmadı hiç mahəzər tərtib, O gecə aç qaldı qövmi-qərib. Oldu çün karivani-sübh əyan, Mehr olub xani-sübhə qürseyi-nan, Aşikar oldu çün rəğif şüa, Sufilər mizbanı qıldı vida. Yenə bir-bir öpüb bizi o bəxil Qıldı təzim, eylədi təbcil. Dedi bir sufi: – Ey fələkşövkət, Fövci-dərvişə bu deyil hörmət. Busə təshif ilə sən eylə əta, Busədən acə tuşədir ula. Xidmətimə çevirmə kəfş mana, Başa başmağı vur, zər eylə əta. Nan ilə mehmanı qıl ezaz, Təbli-bihudətək nədir avaz. Hər kəramət ki, var səxavətdir – Ki, səxa əfzəli-ibadətdir. * * * Dəvə və balası Azim olmuşdu karivani-ərəb, Bir şütürbeççə çəkdi rəncü təəb. Çün yoruldu o nazənin-rəftar, Öz anasına eylədi izhar, Dedi: – Ey madəri-qəviəndam, Bir zaman yatgilən, tutaq aram. Bu nə seyrü bu nə səyahətdir, Nə məşəqqət, bu nə mərarətdir? Gəlmisən dağlar üstə cövlanə, Düşmüsən Qeys tək biyabanə. Dedi: – Ey tifli-şirxarə, məgər İxtiyarımladır mənim bu səfər? Olsa idim bir ixtiyar içrə, Çəkməz idim yükü qatar içrə. Sarbanın əlində oldu mahar, Hər tərəf çəksə, eylərəm rəftar. Gərçi məndən tapır bu fel südur, Mənəm aləmdə faili-məcbur. Gedirəm, əldə bir maharım yox, Öz əlimdə bir ixtiyarım yox. Kəştini sanma naxuda aparır, Hər tərəf istəsə, xuda aparır. Seyyida, həqdi faili-mütləq, Etmə ləq-ləq kimi əbəs ləq-ləq. Kimsə olmaz sənə cahanda dayaq, Həq-təaladü qasimi-rəzzaq, Gəlməmiş sən cahanə, ey mədum, Ruziyi-qismətin olub məqsum. Çəkmə ruzidən ötrü zərreyi-qəm, Çatacaqdır sənə nə bişü nə kəm. Leyk təhsilə eylə sən tədbir, Şayəd olsun müvafiqi-tədbir. * * * Bir ərəbin Əlidən sualı Bir ərəb Mürtəzadən etdi sual – Key sipehri-ülumü bəhri-kəmal, Əyləşə bir fəqir xəlvətdə, Gecə-gündüz ola ibadətdə, Xəlqdən qət eyləyə ülfət, Bir kəsə zahir etməyə hacət, Nə onun kəsbi var, nə dükkanı, Bəs nə yerdən gəlir onun nanı? Ona verdi cavab miri-əcəll, Dedi: – Ordan gəlir ki, gəldi əcəl. * * * Oğru və fəqir Tutdu bir düzdi-nabəkarı əsəs, Bağladı bir sütuna möhkəmü bəs. Ol gecə var idi pərişanhal, Sübhədək eyləyirdi fikrü xəyal. Gördü ki, bir fəqir edir nalə, Fəqrdən ol düşüb yaman halə. Dedi oğru ona ki, ey əhməq, Ol xəmuş, eylə şükri-neməti-həq. Fəqr ilə gərçi binəvasən sən, Nə mənim kimi mübtəlasən sən. Möhtəsib çəkməyib sütunə səni, Salmayıb haləti-zəbunə səni. Şükr elə, sən olan zaman bimar, Səndən əhvalı bəd olanlar var. Tapmasan saf, dürdə ol qane – Ki, sənə kimsənə deyil mane. Nə pirincin, əgər nə yağın var, Şükr qıl sağ əlin, ayağın var. Şükrlər qıl xudayi-mənnanə – Ki, səni qərq edibdir ehsanə. * * * Musa və çoban əhvalatı Bir gün olmuşdu Həzrəti-Musa Canibi-Turi-pakə rəhpeyma. Nagəhan gördü bir nəfər çuban Söyləyir: – Ya qəfurü, ya sübhan, Hardasan, ey xudayi-ərzü səma! Sənə qurban qoyun-quzum yekca. Bircə gəl bu həqirü zarə qonaq, Sənə süd-doğrama verim, qursaq. Eyləyim zülfü kakilin şanə. Yamayım çarığın zərifanə, Sirkədən, bitdən eyləyim səni pak, Başuvü qırxmağa olum dəllak. Dedi Musa çobanə, ey əbtər, Bu nə sözlərdü, olmusan kafər. Məgər insandır xudayi-cahan – Ki, gəlib ta ola sənə mehman? Əkldən, şürbdən mübərradır, Zatı məxfi, sifatı peydadır. Sözlərindən sənin cahan titrər, Nöh fələk, ərzü asiman titrər. Ol xamuş, ey şəqavətin kanı, Cismə mənsub qılma sübhanı. O şəbanı Kəlim eylədi lal, Verdi üz ol fəqirə dərdü məlal. Gəldi çün Turə Həzrəti-Musa, Açdı razü niyazə dəsti-dua. Gəldi nagəh xitab Musayə – Key kəlimülləhi-fələkpayə, Fövci-peyğəmbərə deyildi rəva, Sahibindən qulun edəydi cüda. Bəndəmi eylədin cüda məndən, Çox uzaqdır bu macəra səndən. Arif ol, hər lisanə ol dana, Halə bax, qalə baxma, ya Musa! Seyyida, gərçi əbdsən şakir, Hər lisan ilə həqqə ol zakir. Hər lisan həq yanında zibadır, Həqq özü hər lisanə danadır. * * * Hekayət (Yoxdu bir kəsdə ki, sücud ilə cud) Yoxdu bir kəsdə ki, sücud ilə cud, Yaxşıdır ki, ədəm ola o vücud. Şərəfi-mərd cudü taətdir, Mayeyi-fəzl bil itaətdir. Sədi, ol köhnə bülbüli-bustan, Öz kitabında böylə etdi bəyan – Ki, mənə bir cavan düçar oldu, Bir əcəb halət aşikar oldu. O cavan sürət ilə idi rəvan, Bir quzuydu dalınca səxt dəvan. Mən dedim: – Ey rüunətə haris, Rismandır bu halətə bais. Tövqini açdı ol niku adab, Yüyürüb sağü sola qıldı şitab. Bəs olurdu quzu dalınca rəvan, Dedi kim, ey səramədi-dövran, Sanma bu meyli-risiman ilədir, Bəlkə ehsani-bigiran ilədir. Bəs ki məndən görübdü ehsanlar, Lütfü bəxşayişi-firavanlar. Gah cov, gah xəvid, gahi ab, Etmişəm hər zaman onu sirab. Var mənə bəs ki meyli-pünhani, Məndən ayrılsa, san çıxar cani. Seyyida, nəqslər təmam oldu, Vəhşi ehsanı gördü ram oldu. Olma heyvani-bizəbandan kəm, Sənə lütf etdi rəbb lövhü qələm. Səni qıldı zəmanə sultanı, Bəxş edib neməti-firavanı. Sənə qıldı müsəxxər əflakı, Başuva qoydu taci-lövlakı. Çar madərlə qıldı həft pədər, İzdivac oldu üç yeganə pəsər. Oldu ey rəmzi-əlləməl-Quran, Üç məvalidin əşrəfi insan. Səndən ötrü yarandı ərzü səma, ** Şənüvə nazil oldu “Kərrəmna”. Qədrüvü bil ki, gör nə valasən, Əsli-məqsudi-həq-təalasən. * * * Hikmət (İki aqil kəs eyləməz dəva) İki aqil kəs eyləməz dəva, Eyləməz bir-birinə büğz əsla. Çəng əhməqlə eyləməz aqil, Əqli başında olsa gər kamil. Onu nadan söysə vəhşətlə, Bu onu ram edər fərasətlə. Dostluq bil ki, tari-mu kimidir, Büğz bir səng, ol səbu kimidir. Gər iki dost olsa sahibdil, Onu hifz eyləmək deyil müşkil. Saxlayar bir tükü iki aqil, Hər ikisi əgər deyil cahil. hər ikisi ki, olsa tirəzəmir, Onlara tab eyləməz zəncir. * * * İtlə pişiyin söhbəti Bir pişiyə it dedi: – Ey bihəya, Evdə edirsən gecə-gündüz səfa. Süfrə kənarında yeyirsən təam, Kürsülər üstündə tutursan məqam, Eylə yeyirsən gecələr aş sən, Sübh yeyirsən yenə bozbaş sən. Sən nə səbəb böylə əziz olmusan, Kim eləyib hökm təmiz olmusan? Söylə, ağayə nə olub xidmətin, Vacib olubdur bu qədər hörmətin? Eyləyirəm sübhə kimi mən fəğan, Dövlətü malə oluram pasiban. Mən çəkirəm sübh olunca keşik, Hərgiz itə tay deyildir pişik. Çox gecə var ki, yatıram ac mən, Dərd ilə bir löqməyə möhtac mən. Getməyirəm özgə yerə nan üçün, Səbr edirəm möhnəti-pünhan üçün. Gərçi ağa döysə məni, qaçmaram, Hər yetənə dərdi-dilim açmaram. Muşqura hərgah, bularam quyruğu, Ta ki ağanın nə ola buyruğu. Cümlə cahan mərdümü, ey bədəməl, Etdi vəfadə məni zərbül-məsəl. İndi bəyan eylə mənə halını, Ta ki bilim surəti-əhvalını, Gör pişiyi kim, itə verdi cavab, Söylədi: – Həqdir bu itabü xitab. Hər nə dedin həqqdü, yoxdur xilaf, Sözlərüvün biri deyildir kəzaf. Leyk sənə qoy eləyim mən bəyan, Surəti-əhvalını, ey bağrı qan. Halüvə ol indi xəbərdar sən, Bil nə səbəbdən belə murdarsən. Xeyr işə mənnasən, ey bülhəvəs, İstəməsən xeyr apara hiç kəs. Gər gəlibən sail edə nan tələb, Sən eləyirsən ona qəhrü qəzəb. Damənini parə qılırsan onun, Sən gününü qarə qılırsan onun. Versə xanım sailə bir parça nan Qeyzlə canın çıxar, ey bədgüman. Cümlə bu aləm başına dar olur, Rövşən olan dəhr sənə tar olur. Maneyi-xeyr olma dəxi, Seyyida, Qoy qapıdan xeyr aparsın gəda. İt kimi tutma dəxi damanını, Rahət elə əhli-tələb canını. Mane olan xeyr işə bədzatdır, Ayə ilə bicliyi isbatdır. Həqq ona mötəl buyurub, həm zənim, Şahidi-göftar “ütüllün zənim”. Kimsə ki, bir xeyr işə mənna ola, Dəyməz onun varlığı bir pula. Çoxdu hədis ilə bu əmrə dəlil, Abid ola cənnətə getməz bəxil. * * * Qarının pişiyi Bir qarının bir pişiyi var idi, Lağər idi, surəti-divar idi. Çün yox idi qari evində təam, Dərd çəkirdi o pişik sübhü şam. Çünki yox idi o səra içrə nan, Hiç tapılmazdı o evdə siçan, Dolandıra muş ilə ta başını, Tökməyə gözdən yerə qan yaşını. Çıxmış idi damə qəzadən pişik, Ruzi üçün çəkirdi hər yan keşik. Bəlkə düşə bircə qaranquc ələ, Ta yeyibən löqməni canə gələ. Həsrət ilə pişik çəkirdi keşik, Gördü gəlir neçə qəvi, kök pişik. Yalvarıb ərz eylədi ol binəva Ey sizə olsun bu bəlakeş fəda, Siz nə səbəb böylə kökü çağsız, Başdan ayaq quyruqsuz, yağsız, Dişlərivüzdür necə dürri-səmin, Yoxsa yeyirsiz gecə icli-səmin? Mən gecələr tapmayıram bir siçan, Həm yuxuda görməyirəm buyi-nan. Söylədilər: – Biz gedib, ey bədniyət Mətbəxi-xanda yeyirik aşü ət. Bizim ilə gəl gedək ziyafətə, Sən də yeyib aşü pulov gəl ətə. Qarət edək yağlı qovurmaları, Başa çəkək firnivü dolmaları. Qoz ləpəsi, yağlı fisincanı gör, Süfrəyə bax, neməti-əlvanı gör. Vəqtüvə, get ol dəxi amadə sən, Bir kef elə ömrdə dünyadə sən. Gəldi evə, ol gecə yatdı pişik, Sübhün açılmağına çəkdi keşik. Qarı pişik sarıya etdi nigah, Gördü çəkir həsrət ilə dudi-ah. Gördü pişikdə görünür bir xəyal, Qarı bunun vəchini etdi sual. Açdı zəban, dedi pişik: – Ey qarı, Kökdü pişiklər hamısı elcarı, Bircə olan dəhrdə lağər mənəm, Rəgləri bir rişteyi-mistər mənəm. Damə dünən çıxmış idim seyd üçün Müntəzir oldum bu sifət eyd üçün. Düşmədi bir danə qaranquc ələ, Sərçə üçün qurmuş idim bir tələ. Olmadı əsla mənə bir quş şikar, Ta eləyim seyd onu mən aşikar. Həsrət ilə damda çəkirdim keşik, Gördüm o əsnadə neçə kök pişik, Yağ salıb cümlə bağlayıb göbək, Hər biri yağ ilə dolan bəsti tək. Seyqəl olub tükləri şəffaf idi, Ayinə tək çeşmləri saf idi. Hər biri sövlətdə necə nərrəşir, Bığlarının hər birisi bir nəfir. Pəncələri zurdə aslan kimi, Hər biri bir əjdəri-qəzban kimi. Hər birisi rəzm günü bir pələng, Filbədən, bəbrliqa, şircəng. Yalvarıban onları etdim səda, Key sizə olsun dilü canım fəda! Mən də sizin cinsinizəm aşikar, Bəs əlimə düşməyir axır şikar. Bir qarının xanəsidir mənzilim, Olmayır ol xanədə həl müşkülüm. Xaneyi-qaridə tapılmır siçan, Gəlməyir ol evdə mənə buyi-nan. Söylədilər lütf ilə: – Ey binəva, Qarı evində hanı bərgü nəva? Biz gedirik mətbəxi-xanə səhər, Eyləyirik xanə-ara kərrü fər. Aşü plovdan oluruq kamyab, Yağlı fətirlər yeyirik, həm qutab. Sən də bizimlə səhər eylə səfər, Ta olasan biz təki sən bəxtəvər. Fikrim odur mən də olarla səhər. Mətbəxi-xanə eləyim ta güzər. Bəlkə ki, ağzım çata bir ləzzətə, Mən də gələm aşü plovdan ətə. Bircə görüm təmi-fisincan nədir, Mahi nədir, bərreyi-büryan nədir. Qarı pişikdən ki, eşitdi cavab, Açdı nəsihət dilin ol nüktəyab, Söylədi: – Ey munisi-canım pişik, Cismim-ara ruhi-rəvanım pişik, Kim ki, təməkar olur – xar olur, Möhnəti-üzmayə giriftar olur. Künci-qənaətdədi gənci-rəvan, Olgilən öz gəncüvə sən pasiban. Rəsmdi kim, gənc olu viranədə, Dürr səlamətdi bu kaşanədə. Qane olan aləmə sultan olur, Tame olan xak ilə yeksan olur. Eyləmə sən mətbəxi-xanə güzər, Qorxum odur vaqe ola bir xətər. Qarı nə qədr etdi nəsihət ona, Etmədi təsir bu hikmət ona. Yatdı gecə, çıxdı səhər afitab, Xani-fələkdə görünüb ol qutab. Mətbəxi-sübhün dəri oldu fəraz, Eylədi təbbaxi-qəza təbx saz. Yatmamış idi pişiyi qarının, Fikri var idi dili-əfkarının. Gəldi pişiklər, onu etdi səda, Gəldi qulağinə səda aşina. Sıçrayıban çıxdı pişik xanədən, Şəst ilə ol xaneyi-viranədən. Etdi hamı mətbəxi-xanə şitab, Düşdü yola bir neçə tiri-şəhab. Mətbəxi-xanə var idi bir deşik, Girdi deşikdən hamı fövci-pişik. Girdi bacadan içəri elcarı, Mırr ha mırro salıban hər sarı. Çəngələrin açdı hamı qarətə, Düşdü xələl yağə, pənirə, ətə. Karını görmüşdü çü hökmi-qəza, Var idi zahir xələli-ma məza. Gəlmiş idi təngə o mətbəxnəvaz, Etmiş idi saz neçə tir-saz, Mətbəxə ta etsə pişiklər güzər Eyləyələr tir ilə zirü zəbər. Keşikçilər qoydu kəmanə oxu, Pişiklərin qaçdı bacadan çoxu. Tullana bilməz pişiyi qarının, Lağər idi canı o bimarının. Küncə sıxıldı, dedi ki, ey xuda! Olsam əgər bu oxatandan rəha, Tışraya çıxsam dəxi viranədən, Bəsdi mənə mahəzəri-pirəzən. * * * Hikmət (Kurlər hifz edəllə Quranı) Kurlər hifz edəllə Quranı, Leyk bilməzlər onda mənanı. Oxuyur ləfzini ibarətlə, Məddü işba ilə, qiraətlə, Bilməyir hiç əmrü ehkamın, Xaliqin etdiyi sərəncamın. Adını xəlq ara qoyub arif, Sirri-Quranə olmayıb vaqif. Bunu Quranda həq deyibdü: himar ** Məsəl üzrə ki, “yəhmilül-əsfar”. Oxuyur çox kəs ayeyi-Quran – Ki, ona lənət eyləyir fürqan. Bizə lazımdı bəs bilək məna, Ta olaq mərdi-alimü dana. Biz gərək kəşf edək rümuzati, Fəhm edək ğamizati-ayati. Hökmi-həq ləfzdən deyil müştəqq, Hacıleylək də eyləyir ləq-ləq. Ləfzinə qane olma, ey dana, Bizə lazımdı ləfzdən məna. Əcri var, sən oxu ibaratın, Leyk idrak qıl işaratın. Dediyin ləfzə bilgilən məna, Olma nəsnas kimi, ey dana! Bəıd ibaratə olma, ey aqil, Səni mənadan etməsin qafil. Tap səadət müqəddəmatından, Möhkəmatü müşəbbəhatından. Hər quşun vardı bir səyaq səsi, Bülbülün xoş təranədir nəfəsi. Qümriyü əndəlibü səlsəlü sar Kəbkü teyhuvü sərçə, zağü həzar; Cümləsi öz dililə zikr eylər, Xaliqi-kirdigarə şükr eylər. Cüğd hər ləhzə seyləyir həq-həq, İstəyir həq liqasını ləqləq. Hüdhüd eylər hədiyyə sübhanə, Mələxi bəxş edər Süleymanə. Budur, ey xoştəranə, zikri-xürus “Üzkürullah” ey guruhi-nəfus. Dürci-mənadü naleyi-dürrac, Şərhi qamusədir onun möhtac. Faxtə sübhü şam edər: ku, ku, ** “Huvə movcud leysə illa hu”. Tutiyi-xoşsüxəndü ramişgər, Hər zaman məclisə tökər şəkkər. Hindi-mənadə zikr edər tavus, Söyləyər: – Ya qəfurü ya ğüddus! Ucalır hər zamanda naleyi-zağ, Eyləyir yari-binişanı sorağ. Cümlə olmuş həqiqətə şağil, Seyyida, olma zikrdən qafil. * * * Hindli Səlimin hekayəsi Bir nəfər əhli-kənd olan hindu Qonşusundan dilədi tənbaku. Cibinə əl salıb o bahimmət Bir ovuc eylədi ona şəfqət. Tənbəki içrə olmuş idi bərat, Səhv ilə, bir ədəd səfid manat. ** O biri sübh gəldi hindi səlim Sahibinə pulu edə təslim. Dedi ki, səhv olubdur, ey ağa, Sən mənə pulu etməmişdin əta. Dedi ki, tənbəki qılan ehsan Pulu da bəxş edibdi, etmə güman. Bu xitabı o etcəyin təqrir, Əlini qoydu köksünə o fəqir, Dedi: – Bu evdə vardır iki nəfər, Birisi xeyr sahibi, biri şər. Sahibi-xeyr etdi hökmi-qəvim – Ki, pulu sahibinə qıl təslim. Sahibi-şərr söylədi: – Ey yar, Etmə təslim əhlinə zinhar! Bu sənə ruziyi-müqəddərdir, Lütfi-yəzdan sənə müqərrərdir. Aparıb ver şərabə, nuş eylə, Məst olub, kef çəkib, xüruş eylə. Sübhədək qıldılar bu növ kəlam, Qoymadılar məni tutam aram. Qüvveyi-xeyr olub şərə qalib, Rəddinə eylədi məni rağib. Xoşu gəldi bu sözdən, ol ağa O pulu ol fəqirə qıldı əta. Seyyida, doğruluq elə pişə, Doğruya yoxdu bimü əndişə. Könlüvü pak qıl xəyanətdən, İstə rizqin xudayi-qismətdən. * * * Fəqir və zalım Bir fəqirin papağını bir kəs Qapıban qaçdı getdi karına bəs. ** Gəldi o vadiyi-xəmuşanə Eylədi şəkvə həyyi-sübhanə. Dedilər: – Ey fəqiri-dilsadə, Papağın getdi zülm ilə badə, Burda yoxdur əsər külahından, Faidə yoxdu dudi-ahından. Eləmə ahü nalələr, ey zar, Otuma, get papağını axtar. Dedi: – Hər yanə qaçsa ol əbtər, Bilirəm, aqibət buraya gələr. Bil ki, cayi-hesabdır bu məqam, Yetəcək dadə qadiri-əllam. Bil bunu, qəbrdir dəri-məhşər, Yazılıb xubü zişt üçün dəftər. Ruzi-məhşərdü cilvəgahi-cəlal, Kəşf-olur onda nameyi-əmal. Seyyida, qorx feli-münkərdən, Həzər et intiqami-məhşərdən. Özüvə zülmü eyləmə pişə, Elə ruzi-cəzadən əndişə. * * * Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu) Bir nəfər şəxs gördü Məcnunu Ol əsiri-bəlavü dilxunu. Bir qotur it alıb qucağinə, Dəmbədəm baş qoyur ayağinə, Gah öpür ol itin ayağından, Gah öpür şövq ilə dodağından, Deyir: – Ey pasibani-kuyi-həbib, Dərdi-pünhanıma bu gündə təbib. Ey olum bu ayağuva qurban – Ki, dəyib kuyi-yarıma hər an! Ey olum gözlərin nigəhbanı – Ki, görübdür cəmali-Leylanı! Bir nola, ey nəcibi-dövrü zaman, Sövti-çanbəxşüvə olum qurban! Tüklərin misli-udü ənbərdir, Dişlərin iqdi-dürrü gövhərdir. Sən tək ahusu yoxdu rizvanın, Səgi-Əshabi-Kəhf qurbanın. Dedilər: – Ey səfihü layələm, İtə bu qədr yalvarar adəm? Çəkdi Məcnun bir ciyərdən ah, Övci-ərşə uçaldı dudi-siyah. Dedi: – Çox kimsədən bu əladır – Ki, səgi-asitani-Leyladır. Gör ki, bir bu nə etibardədir, Gecələr asitani-yardədir. Belə it mən özüm olaydım kaş, Nəqşimi it çəkəydi ol nəqqaş. Fərqi vardır mənimlə, ey şeyda, Mən buna səg, budur səgi-Leyla. * * * Münəccim əhvalatı (Var idi bir münəccimi-dana) Var idi bir münəccimi-dana, Nəzərində əyan nücumi-səma. Sirri-təsiri-Zöhrəyə vaqif, Əsəri-zu zəvanibə arif. Nəql edirlər ki, ol hünər kanı, Bilir idi hər əmri-pünhanı. Bu münəccim evinə gəldi səhər, Övrətin gördü qeyrə həmbəstər. Çox səqət verdi, söylədi düşnam, Qiylü-qalə yığıldı fövci-ənam. Bildilər xəlq çün bu əhvali, Oldular ta ki haldən hali, Dedilər: – Ey münəccimi-rüsva, Sən ki əsrari-çərxəsən dana, Bəs nədən olmadın işə hali, Bilmədin öz evində əhvali? Öz evindən ki, səndə yoxdu xəbər Dəxi göydən danışma, ey əbtər. Oldu məlum ya ülül-əlbab, ** Rəmzi-”küllü münəccimin kəzzab”. Seyyida, yoxdu etibari-nücum, Bizə əsrari-həq deyil məlum. * * * Oğluma nəsihət (Bilmiş ol, ey nəcib fərzanə) Bilmiş ol, ey nəcib fərzanə, Ulular bəzmidir ədəbxanə. Bilmək adabıdır sənə vacib, Rəsmi-adabə olgilən rağib. Biədəb olsa məclisə daxil, Olu məlum kim, odur cahil. Ədəbin rəsmidir cavabü xitab, Bəlkə rəyi-mətinü qövli-səvab. Hərəkətdən olur ədəb məlum, Qövlü göftardən olur məfhum. Bu rümuzi bilir ülül-əbsar, Fikrsiz aqil eyləməz göftar. Eyləməz, ey yeganeyi-dü səra, Ehtiyat etməmiş əməl dana. Bir sualə olursa ol şaiq, Ver onun sən cavabını layiq. Mətləbindən ziyadə vermə cavab, Xahiş etsə deyil bu nəqsi-xitab. Məclisə daxil olsan, ey dana, Yuxarı başda eyləmə məva. Sahibi-məclis eyləsə ikram, Sənə versə yuxarı başda məqam, Mizəbanın çox eyləsə ilhah, Keç yuxarı, əgər varındı səlah. Gər qolundan tutub edə ikram, Qıl təvazölə sədri-bəzmi məqam. Soluva, sağuva elə kürnuş, Etmə bihudə söhbət ilə xüruş. Sakit ol qeyri eyləsə göftar, Danışan şəxsə eyləmə azar. Özgə kəs gördün eyləyir söhbət, Sakit ol, eyləmə ona diqqət. Diqqət etsən sənə ədavət edər, Cəhldən ol sənə şəmatət edər. Çünki ol kəs ki, başlayıbdı xitab, Özünü aqil eyləyibdi hesab. Seyyida, əql əgər ola mədum, Kimsə öz cəhlin eyləməz məlum. * * * Öyüd Ey oğul, həzrəti-rəsulüllah ** Dedi: – “Əlkasibü həbibullah”. Ənbiyalər həm əhli-sənət idi; Adəmin sənəti ziraət idi. Oldu xəyyat Həzrəti-İdris, Xəlqə ol elmi eylədi tədris. Həzrəti-Nuhdur, oğul, nəccar, Kəşti elmin o eylədi izhar. Dəxi bəzzaz idi Xəlili-xuda, Tikməbənd idi Yunisi-ziba. Sibti-İmran olub Şüeybə çoban, Oldu Davud zərgəri-dövran. İbni-Davud sənəti zənbil, Zəkəriyya kilimbaf idi bil. Həzrətin pişəsi ticarət idi, Dəxi ol şah əhli-sənət idi. Çox zamanlar o sərvəri-kövneyn Öz əliylə tikib, satıb nəleyn. Ey oğul, bil ki, adəmi-bikar Xüşk olan bir odundu, layiqi-nar. Bunu bizdən deyibdilər əqdəm: Sənəti olmayan deyil adəm. Puç olub getsə dövlətin vayə, Yenə sənətdir əldə sərmayə. Gər ticarətçün olmasa dövlət, Səy qıl, hasil eylə bir sənət. Elmdir əhli-sənətin hünəri, Elmsiz sənətin nədir səməri? Elmsiz sənətin nə miqdari; ** “Kari-buzinə nist nəccari. * * * Misir şahzadələri Misr mülkündə var idi peyda İki şəhzadeyi-sütudə əda. Birisi elmə oldu bəs talib, Birisi dövlətə olub rağib. Birinə elmü fəzl olub hasil, O biri dövlətə olub vasil. Birisi əsrə oldu əllamə, Birisi yetdi dövlətü kamə. Biri asudə idi rahət ilə, Birisi var idi məşəqqət ilə. Bir gün ol əhli-sərvətü dövlət Dedi qardaşına tapıb xəlvət; Ey bəradər, bu nə məşəqqətdir, Bu nə elmü bu nə riyazətdir? Sən gedib elm eylədin təhsil, Zahir oldu həzar cərrü səqil. Nədir axır bu elmdən məqsud? Atəşi-fəqrdən çəkirsən dud. Olmuşam gör nə dövlətə vasil, Elmdən səndə yoxdu bir hasil. Açdı dürci-dəhanın ol fazil, Bəhri-zəxxarü alimi-kamil. Dedi kim, ey bəradəri-əhməq, Mənə vacibdi şükri-neməti-həq. Ənbiya irsinə mənəm varis, Məndən afaqə elm olur hadis. Mülki-Fironə sən də varissən, Qəmü azari-xəlqə baissən. Mən ki bir payimal olan murəm, Şükrlər kim, nə nişi-zənburəm. * * * Hammalın vəqəsi Bir səbət şişə bir nəfər həmmal Aparırdı dalında malamal. Nagəhan rast gəldi bir əşşar. Bir dəmiri əlində əsbsüvar. Səbətə vurdu mili ol sərməst, Şişənin əksərini qıldı şikəst. Dedi ondan: – Nədir bu, ey həmmal? Dedi ki, vurmamış gərəkdi sual. Bir də vursan, dedi, deyil bir şey, Hər nə var idi, oldu cümləsi teyy. * * * Padşah və ədib Var idi bir ədibi-danişmənd, Bəhri-elmü kəmalü mədəni-pənd. Eyləyib elmü fəzl icadın, Elmə təhris edərdi övladın. Ona şah oğlun eylədi təslim, Ta ona elmü fəzl edə təlim. Dedi kim, ey ədibi-fərzanə, Sənə təslimdir bu dürdanə. Necə ki, oğluva edirsən cəhd, Ona da eylə elmi-hikməti əhd. Ta ədib etdi hökmi-şahı qəbul, Oldu, insanı gör, zəlumü cəhul. Neçə il çəkdi zəhmət ol dana, Olmadı bir fərasəti peyda. Leyk övladi-bakəmali-ədib Hər biri fəzldən apardı nəsib. Şah bir gün ədibə qıldı xitab, Eylədi qeyz ilə itabə şitab – Key müəllim, bu nə xəyanətdir? Bu nə ixlasü nə iradətdir? Əhdüvə hiç səndə yoxdu vəfa, ** “Fə iza xaləfəl-kərimü cəfa”. Ərz qıldı ədib, key sultan, Tərbiyətdir zəmanədə yeksan. Müxtəlifdir və leyk istedad – Ki, müqəssir deyil yəqin ustad. Daş-ara simü zərdü kər müzmər, Leyk hər daşda yoxdu sim ilə zər. Oldu dəhrə Süheyl nurəfşan, Müxtəlif zahir oldu bəs əlvan. Cümlə əlvan Süheyldəndir əgər, Verdi hər cüzi-ərzə rəngi-digər. Aldı hər çiz feyzi-mövlasın, Eylədi zahir öz təqazasın. Agəh ol kim, bir əmrdir müşkül – Ki, verə şurəzarlər sünbül. Seyyida, çəkmə zəhməti-bica, Hər şey öz batinin edər peyda. * * * Loğmanın vəqəsi (Belə təqrir ediblər əhli-bəyan) Belə təqrir ediblər əhli-bəyan, Həbəş əhliydi Həzrəti-Loğman. Surəti sanki bir tutulmuş mah, Ləb sitəbr idi, rənki-ruyi siyah. Dedilər: – Ey güli-riyazi-ədəb, Sənə nə hüsn əta edibdir rəbb? Dedi: – Pərvərdigari-ərzü səma Hüsni-batin mənə edibdir əta. Hüsni-zahir əgərçi əhsəndir, Leyk ondan ədəb mühəssəndir. Hüsndür gərçi bir ətiyyeyi-rəbb, Leyk ondan gözəldir hüsni-ədəb. * * * Şah və dehqan (Bir şahənşahi-asimandərbar) Bir şahənşahi-asimandərbar Etdi fəsli-şitadə əzmi-şikar. Gecə düşdü uzaq imarətdən, Ehtiyat eylədi mərarətdən. Gördülər var xaneyi-dehqan, Meyl qıldı o xanəyə soltan. Dedilər: – Ey şəhi-büləndəxtər, Beyti-dehqanı şah edərmi məqərr? Şahsən, qeyrə iltica etmə, Mənzilin xaneyi-gəda etmə. Burda xeymə quraq, yaxaq atəş, Dəfi-sərma qılar meyi-biğəş. Qurdular xeymə, tutdular aram, Mərdi-dehqanə oldu hal elam. Bir qədər mahəzər qılıb saman, Gətirib ərz qıldı: – Key sultan. Gər olaydın bu bikəsə mehman, Şənüvə yetməz idi bir nöqsan. Qoymadılar bu qövmi-danişmənd, Qədri-dehqan ola cahanda bülənd. Gəldi çün padşahə xoş bu kəlam, Köçdü, anın evində qıldı məqam. Sübh çün yetdi növbəti-nehzət, Verdi dehqanə nemətü xələt. Qıldı dehqan müşayiət şahi, Dedi: – Ey bürci-izzətin mahi, Qədri-sultanə yetmədi nöqsan, Oldu gər bir əkinçiyə mehman. Leyk dehqanın oldu qədri bülənd, İltifat etdi şahi-dövlətmənd. Yetdi dehqan bu feyzi-üzmayə – Ki, hüma saldı başına sayə Bir daşı rəşki-ləli-nab etdin, Zərrəni misli-afitab etdin. * * * İskəndərin vəqəsi (Nəql edirlər ki, bir gün İskəndər) Nəql edirlər ki, bir gün İskəndər Eylədi bir xərabə sarı güzər. Gördü nagəh xərabədə bir pir, Arizi rəşki-afitabi-münir. Maili-taəti-xudayi-əlim, Etmədi padşahə bir təzim. Xişmnak oldu padşahi-qəyur, Dedi: – Ey rahi-mərifətdən dur, Nə üçün şahə etmədin təzim? Mənəm İskəndəri-fələktəkrim. Asiman-qədr şahi-dövranəm, Lütfə dərya, səxavətə kanəm. Mənəm iqlim-kirü bac-sitan, Hökmümə tabe oldu cümlə cahan. Dedi: – Ey şah-vacibüt-təkrim, Sənə bir kimsə eyləsin təzim – Ki, ola səndən ehtiyacı onun, Dövlətindən ola rəvacı onun. Qaneəm mən ki, künci-viranə, Sözlərindir yanımda əfsanə. Ki, olub indi padşah sənə. Ey olan ol iki qulama qulam, Nə təfaxürdür eylədin elam? Çəkdi ol gün xəcalət İskəndər, İltimas etdi ol fələkçakər, Dedi: – Eylə məni-həzinə dua – Ki, edə hirsü azı dəf xuda. Seyyida, hirsü azdan həzər et, Gənci-mülki-qənaətə güzər et. Olasan gər İskəndəri-sani, Olacaqsan zəmanədə fani. Nə qalır mülkü malı dünyanın, Nə şükuhü cəlalı dünyanın. * * * Molla və çoban əhvalatı Bir çoban rast gəldi mollayə, Görcəyin düşdü özgə sövdayə. Kəsdi ol mollanın qabağını, Qovzadı şəst ilə çomağını, Dedi: – Ey mövtü mərk əsbabı, Əhli-təzvirü mərdi-qullabi, Dəli şeytan deyir ki, bir dəyənək Mollanın zolla başına, zirək! Dedi molla ki, ey çobani-dəğəl, Dəli şeytan sözünə etmə əməl. Adəmi ol çıxartdı cənnətdən, Qıldı məhrum nazü nemətdən. Əhli-təzvirdir o şumü ləin, ** Həq buyurdu: – “Ləküm ədüvvi mübinə”. Tul qəflətdən ictinab eylə, Əqlə gəl, taət et, səvab eylə! Dedi: – Şeytan yenə deyir ki, mana Eylə mollayə iki quzu əta. Çün eşitdi quzu adın molla Dedi: – Əhsən bu qövlə, namxuda! Gah bir bax sözünə şeytanın, Ta ki rahət ola dilü canın. Seyyida, gərçi sən də mollasən, Özüvü etmə böylə rüsva sən. Olma təmma, get qənaət qıl, Nəfsi-şeytanüvü məlamət qıl. İmtahanxanədir sərayi-sipənc, Bu tilismatda nihandır gənc. * * * Hatəmin macərası Səxavət nəzminin şirin zəbanı, Fəsahət mülkünün xoş tərcümanı, Bu növ ilə sözü çəkmiş bəyanə – Ki, bir il qəhtlik düşdü cahanə, Qəzadən bir gecə ol Hatəmi-Tey Yeməkçün axtarıb tapmadı bir şey. Özü, oğlu, qızı, həm övrəti ac, Haman şəb qaldılar Allahə möhtac. Uşaqlarçun dedi Hatəm fəsanə, Ol əfsanə olub xabə bəhanə. Gedib xabə şərifü həm vəzii Qalıb bidar özü, ancaq zəcii. Bu oldu ol gecə məqsudi-Hatəm Yatırsın övrətin əfsanədən həm. Olub bərxurd övrət ol hesabə, Özünü qoydu əmdən nuşi-xabə. Neçə dəfə çağırdı Hatəm anı, Sədası yox, sağın çıxmışdı canı. Çü qadir olmadı övrət cəvabə, Sağında Hatəm ol həm getdi xabə – Ki, nagəh xeymə dalından bir övrət Dedi: – Ey Hatəm, ey şahi-səxavət, Uşaqlarım qalıbdır bu gecə ac, Olub bir löqməyə məcmui möhtac. Bu aclıqdan yetibdir canə afət, Kərəm qıl, ey şəhi-mülki-səxavət. Dedi Hatəm: – Get, ey miskinü dilgir, Gətir ətfalüvü, ta eyləyim sir. Bu rəmzi madiyə çün qıldı isğa, Təbəssüm eylədi, key mərdi-dana, Əgər bir löqməyə vardır gümanın, Neçün ac yatdı əhli-xanimanın? Tutum ki, gətdi ətfalın ol övrət, Hanı sir etməyə xanəndə nemət? Əgər var idi bir nemət xəyalın, Neçün əfsanədən yatdı əyalın? Durub Hatəm yerindən ol bəlakeş Yığıb hiyzüm, mühəyya qıldı atəş. Atın zibh eylədi, tez qıldı büryan,. Qəbail xeylinə həm qıldı ehsan. Dedi: – Düşmə, ey övrət, iztirabə, Durub mehmanım ol sən də kəbabə. Oyat ətfalüvü, ehsanə gəlsin, Yeyib yeksər kəbabı, canə gəlsin. Xəbərdar etməyə xəlqi o xanə, Özü Hatəm gəzirdi xanə-xanə. Gəlib sir etdi həm övrət əyalın, Yedi, doldurdu ətdən dəstmalın. Qəbail xeyli yeksər oldular şad, Dedilər: – Xaneyi-ehsanın abad! Tox oldu, ac qarınlar cümlə doldu, At öldü, itlərin bayramı oldu. Bu fikr ilə ki, nemət olmasın kəm, O ətdən dadmadı, ac qaldı Hatəm. Əgər var səndə həm, Seyyid, bu himmət At öldür, ad çıxar, göstər səxavət. Səxavətdir sifatullahi-əhsən, Səxavətdən olursan bəhrəvər sən. Səxavət bir diyari-xoşfəzadır, Onun şahı Əliyyül-Mürtəzadır. Bu üzdəndir buyurdu şahi-əkrəm: Səxavət əhli görməzlər cəhənnəm. Qərəz ki, zümreyi-mərdanə zinət Səxavətdir, səxavətdir, səxavət! * * * Mircəfərə xitab (Cəfər, ey ahuyi-biyabanım) Cəfər, ey ahuyi-biyabanım, Ey biyabani-dildə ceyranım! Ey maralım, gəvəzni-xoşnigəhim, Bürci-dildə cəmalı mehrü məhim! Belə yazmış bu rəmzi danalər, Əhli-idrakü əhli-mənalər – Ki, cahan içrə var elə işlər Nəzərə ibtidadə xoş görünər. Lakin axır verər nəticə yaman. Buna şahiddir ayeyi-Quran. Elə işlər də vardır, ey sərvər, Sənə zahirdə çox yaman görünər, Leyk axır verər nəticeyi-sud, Olur ol əmr sülləmi-məqsud. Huş ilə guş qılsan, ey güli-tər, Bu hekayət sənə kifayət edər: * * * Hekayət (Var idi bir maral çox ətşan) Var idi bir maral çox ətşan, Gəldi bir çeşmə üstə ol heyvan. Bu təmənna ilə ki, su içsin, Su içib, çeşməsardən keçsin. Çün nəzər qıldı suyə ol heyvan, Baxıb öz əksin onda gördü əyan. Gördü nazik ayağın, ol dilxun, Tutulub könlü, oldu çox məhzun, Gördü buynuzların fəxamətlə, Xatiri şad olub, fəxarətlə – Ki, bu əsnadə bir neçə səyyad Düşdülər ol maral qəsdinə şad. Binəva görcək onları qaçdı, Leyk təqrir öz torun açdı. Qovdu səyyadlar onu çox tul, Olmadı leyk bir murad hüsul. Oldular ol şikardən məyus, Etdilər çox təəssüfü əfsus. Gəldi nagəh qabağə bir bişə, Çox qalın bişə idi, pür rişə. Ovçulardan o gün qutarmağa can Girdi ol bişə içrə ol heyvan. İlişib buynuzu budaqlarə, Olmadı bəs nicatına çarə. Tutdular ovçular o heyvanı, Düşdü dami-həlakətə canı. Dedi ol binəvayi-xatirdağ: Ey həqarətlə baxdığım əl-ayağ! Sən məni xoş nicatə çatdırdın, Ölmüş idim, həyata çatdırdın. Ey fəxarətlə baxdığım buynuz, Övci-çərxə buraxdığım buynuz, Saldın axır məni həlakətə sən, Vərteyi-möhnətü məlalətə sən. “Hüvə xeyrün ləküm”dən etmə hiras, ** “Hüvə kərhün ləkum”dən eylə qiyas. * * * Ənvərinin şairliyi Nəqldir, Ənvəri əvaili-hal Oldu əhli-nücum, o çərxi-kəmal. Ruzgarı keçirdi zillətlə, Fəqrü faq ilə, min küdurətlə. Əzqəza gördü ol sipehri-vəqar Bir nəfər tövsənə olubdu süvar. Sağü soldan qulamlər mövfur, “Tərriqu” söyləyib edərlər übur. Sordu: – Kimdir bu şəxsi-valaşan? Dedilər: – Şairi-bədi bəyan. Daim eylər mədayihi-Səncər, Ona ikram edər şəhi-kişvər. Ənvəri vaqif olcağın halə Baxdı halına, çəkdi bir nalə. Dedi: – Va qeyrəta! Bəs elmi-nücum Olub aləmdə şerdən məzmum. Bəs mənə vacib oldu şair olam, Fənni-əşarü nəzmə mahir olam. O gecə yatmadı o bipərva, Bir gözəl nəzm eylədi inşa. Səncərin mədh qıldı asarın, Dedi bu mətlə ilə əşarın: “Gər dilü dəst bəhrü kan başəd, ** Dilü dəsti-xudayəgan başəd”. Gedibən şahə eylədi təqrir, Çox pəsənd etdi şahi-ərş-sərir. Şahdən tapdı malü dövlətü cah, Axır oldu nədimi-məclisi-şah. Çün var idi nücumdən xəbəri, Şahə təqrir edərdi hər əsəri. * * * Siçan və balası (Təmsil) Təmsil Bir ədəd bikəmal bəççeyi-muş – Ki, hənuz olmamışdı sahibhuş, Görməmişdi ziyayi-dünyanı, Eyşü zövqü səfayi-dünyanı, Bir zaman bixəbər anasından Çıxdı tışqarı öz yuvasından. Seyr edərdi o kuhü səhranı, Hər tərəf eyləyib tamaşanı, Ta ki oldu o xürdsalə əyan Bir xürus ilə bir pişik o zaman. Pişiyi gördü oxşayır özünə, Xoş göründü pişik onun gözünə. İstədi eyləsin ona ülfət, Leyk qıldı xürusdən vəhşət. Qaçıban girdi öz yuvasına, Macəranı dedi anasına, Key olan rahəti-rəvanım ana, Ey təni-zarıma təvanım ana, Çıxmış idim bu gün səyahətə mən, Leyk oldum düçar möhnətə mən. Rast gəldim mən iki heyvanə, Üz verib qəm məni-pərişanə. Biri qayətdə xoşnüma idi, Sanki məhbubi-dilrüba idi. Bığlarında həcaməti var idi, Biz tək əslü nəcabəti var idi. Eylədim ülfətinə çox rəğbət, Leyk yarından eylədim vəhşət. Ku-kələk açdı hərzəvü pürmu, Hər zaman eyləyirdi quqqulu-qu. Gah qanadlarını döyürdü yerə, Xişm edəndə dönürdü şiri-nərə. Vardı başında şöleyi-atəş, Ürəyim ondan eyləyirdi ğəşş. Dedim: – Ey Tarı, ver qanad mənə, Ver bu bədbəxtdən nicat mənə. Qaçıb ol xəsmdən məni-qafil Şükr oldum yuvamıza daxil. Olmasaydı əgər o pür pərü bal, Mənə hasil olurdu yarə vüsal. Dedi: – Ey novrəsideyi-madər, Rahətü nuri-dideyi-madər, Vəhşətin biməqamü bicadır, Ol xürusi ki, rəğbət-əfzadır – Ki, onun yoxdu bir ziyanı bizə, Bəlkə var rahəti-rəvanı bizə. Sübh vəqtində tez durub bannar, Annıyanlar işarəsin annar. Sənə amma o xoş gələn heyvan Düşməni-muşdir mühili-zaman. Ey bala, ondan ehtiraz eylə, O mühil ilə ülfət az eylə. Cəfər, ey sərvi-bustani-pədər, Güli-xoşətri-gülsitani-pədər, Var elə şey ki, xoşnümadı sənə, Leyk batində bir bəladı sənə. Var elə şey ki, xoş gəlir gözüvə, Leyk anın ziyanı var özüvə. Neçə kim, “Dastani-bəççeyi-muş”. Oxusan eyləyər səni mədhuş. * * * Oğluma nəsihət (Cəfər, ey nuri-dideyi-Seyyid) Cəfər, ey nuri-dideyi-Seyyid, Qönçeyi-novrəsideyi-Seyyid! İttifaq eylə dust ilə hər an, İttifaq ilə əmr olur asan. Dəhrdə etmə iftiraqə həvəs, İttifaq ilə kəslər olmuş kəs. Vardır, ey baği-ömrümün şəcəri, İttifaq etməyin gözəl səməri. İttifaq eyləyəndə beş barmaq Xeyli asandı bir şeyi tutmaq. Yoxdur, ey sərvərim, tək əldə səda, İttifaq ilədir sürurü səfa. Edəsən guş gər bu timsali, Səni filcümlə eyləyər hali: * * * Aslan və iki öküz Bir çəragah içində iki öküz Otlayırlardı şad gecə-gündüz. Nagah onlara bir qəvi aslan Eylədi həmlə səxt seyhə-günan. Çün öküzlər görüb o əhvali, Oldular fikri-xəsmdən hali. Verdilər dal-dala o heyvanlar, Qıldı buynuzlarıyla cövlanlar. İttifaq eyləyib diliranə, Durdu onlar müqabil aslanə. Gördü aslan çü surəti-karı, Bildi ki, həmləsi deyil karı. Görüb aslan ki yox işində zəfər, Oldu rubəh misalı hiylətgər. Hiylə fikriylə ol qəvi-sövlət Öküzün eylədi birin dəvət. Dedi: – Ey gavi-xoşələf, hərgah Olasan ol rəfiqdən ikrah, Sənə minbəd etmərəm azar, Olusan hər çəməndə bərxürdar. Sənə verrəm hamı ələfzarı, Görməsən bir dirəndə azarı. Olusan daima pənahımda, Dərgəhi-ərşi-iştibahımda. O qədər vəsf edib özün satdı, Axır ol binəvanı allatdı. Onları bir-birindən etdi cüda, Oldu aslanə müddəa peyda. Onların parə qıldı əzasın. Ey gözüm nuru, anla mənasın: Əgər olsaydı ittifaqləri, Gavlər görməz idi bu xətəri. Xah rus əhli olsa, xah firəng Vətən əhlilə olgilən yekrəng. İttihad eylə, ittifaq eylə, Üzüvü hər məkanda ağ eylə. * * * Təmsil Bir dəvə bir uzunqulaq ilə Yol gedirlərdi çox dəmağ ilə. Çatdılar bir çayın qırağına, Dəydi bu eşşəyin dəmağına. Dəvənin çünki su belindən idi, Çağırıb ol uzunqulağı, dedi: – Qorxma, gəl sən də, ey rəvani-tənim, Su belimdən deyil yuxarı mənim. Verdi eşşək cavab kim, ey yar, Sözlərin doğrudur, yox eybü əvar. O belindən sənin olan ənhar, Daxil olsam mənim başımdan aşar. * * * Korun hekayəsi Bir nəfər kur şəxsə bir bina Tənə ilə dedi ki, ey əma, Xəlqi-aləm hekayət eylərlər, Bu sifət bir rəvayət eylərlər: Hər kimi kur eyləsə yəzdan Əvəzində edər ona ehsan. Sənə ehsan nə eyləyib davər? Dedi kor: – Ey əziz əhli-nəzər, Bunu ehsan edib mənə tari Görməyim sən kimi dilazari. * * * Hekayət (Omiros adlı bir həkimi-zaman) Omiros adlı bir həkimi-zaman Ərzi-Yunanda olmuş idi əyan. O həkimü ədibü şair idi, Şer fənnində xeyli mahir idi. Bir nəfər mərd söylədi anə – Key hünərvər, həkimi-fərzanə. Deyiləm gərçi mədhə mən layiq, Həcvüvə lakin olmuşam şaiq. Bir neçə beyt həcv qıl məzkur, Ta olum cümlə aləmə məşhur. Etmədi ol sözü həkim qəbul. O təmənnadə şəxs oldu məlul. Dedi bəs, ey ədibi-mülki-cahan, Deyərəm xəlqə kim, həkimi-zaman Bim edir məndən ol bədikəlam, Eyləməz həcvə xövfdən iqdam. Gör lətifə həkimi-fərzanə Nə cavab eylədi həkimanə: Dedi ki, bəs desən ki, şiri-jəyan Qorxudan vurmadı itə dəndan, Hiç kəs səndən eyləməz bavər, Şir fəzlin bilirlər əhli-hünər. Dedi ol şəxs: – Eyyühəl-fazil, Oldu səd şükr, mətləbim hasil. Sağ ol, ey filosofi-danişvər, Mənə bu həcv xud kifayət edər. * * * Hekayət (Bir uşağın atası qürbətdən) Bir uşağın atası qürbətdən Gəldi, şad oldu tifl behcətdən. Kim ki, ol qapıdan edərdi güzər Ona söylərdi tifl, key sərvər, Müjdəganlıq gərəkdi simü zərim – Ki, səfərdən bu gün gəlib pədərim. Dedi bir şəxs ona ki, ey fərzənd, Bu xəbər hamıya olurmu pəsənd? Ananın çün gəlib səfərdən əri, Gedibən madərindən istə zəri. * * * Zərifə Evdə bir şəxs itirdi bir suzən, Çıxıban axtarırdı bərzəndən. Bildi bir şəxs çün bu əhvali, Dedi: – Ey əqlü fəhmdən xali, Evdə suzən itirmisən əlan, Kuçədən axtarırsan, ey nadan. Dedi: – Var bunda nükteyi-barik, Kuçə rövşəndir axır, ev tarik. * * * Hekayət (Bir fəqirin işi düşüb ləngə) Bir fəqirin işi düşüb ləngə, Gəlmiş idi zəmanədən təngə. Dedi bir şəxs ona ki pünhani, Var bu şəhr içrə bir səxa kani. Bağlayıbdır səxavət ilə kəmər, Bəzlü bəxşişdi şüğlü şamü səhər. Bilsə əhvalüvü o kani-səxa, Sənə bişübhə nemət eylər əta. Dedi: – Kimdir o, bilmirəm haşa, Dedi: – Ollam dəlili-xeyr sana. O fəqirin alıb əlin əlinə, Bəs gətirdi o şəxs mənzilinə. Girdi çün mənzilə o dil-məyus, Gördü bir şəxs qəmtərirü əbus. Dodağın sallayıb, töküb qaşın, Zilləyibdir ayağına başın. Çıxdı dərhal bəzmdən o fəqir, Hacətin hiç etmədi təqrir. Dedi ki, etmədin neçin izhar Dərdüvü, ey fəqiri-dil-əfkar? Dedi: – Göz dikmərəm ətasına, Bəxş qıldım onu liqasına. Dərdüvü söyləmə türüşruyə, Hər yetən qəmtərirü bədxuyə. Olusan tənəsilə fərsudə, Sudə əlması eyləyər sudə. İstə ruyi-güşadədən hacət, Ta üzündən yetə sənə rahət. Seyyida, tut qənaəti məhü sal, Nari-duzəxdi həqqi zilli-süal. * * * Bəd səsli müəzzin Bir müəzzin fəzayi-səhradə Uca sövt ilə gəldi fəryadə. Sövti-məkruh ilə verirdi əzan, Yüyürüb hər tərəf olurdu rəvan. Durub öz sövtinə asırdı qulaq, Eşidə ta ki sövtin ol sərsaq. Bir nəfər şəxs gördü bu hali, İstədi haldən ola hali, Dedi: – Ey xoştəraneyi-dövran, Bülbülü qümri tək edən əlhan, Bir bəyan eylə bu nə halətdir, Mənə kəşf eylə, bu nə hikmətdir? Niyə bu dəştdə verirsən əzan, Nə olursan o yan, bu yanə rəvan? Dedi ki, xəlq edir mənə ezaz, Məndə derlər ki, var gözəl avaz. Qaçıram bərk azan verib hər yan, Ta uzaqdan görüm sədamı əyan. Ta bilim məndə varmı xoş avaz, Ləhni-Davudə eyləyim mən naz. Seyyida, böylədir həqiqəti-kar, Özünə xoş gəlir sədayi-himar. Özüvü xoştəranə etmə hesab, Etməsin xəndə ta ülül-əlbab. * * * Eşşək və arılar Bir neçə kəndi gördü bir eşşək, Arılar onda işləyir bişək. Gördü bir xaneyi-müqəddəs var, Beyti-şeşguşə içrə çox kəs var. Padşahın hüzuruna getdi, Şahi-yəsubdən sual etdi. Dedi: – Bu kənddə nədir məqsud Saz olur gündə nayü bərbətü ud? Sizə hasil nədir bu qovğadən? Vaqif eylə məni bu mənadən. Dedi: – Biz səbzəyə olub çirə, Edərik cəm kəndiyə şirə. Dedi eşşək ki, yəni şirə nədir? Olmusuz səbzi üzrə “çirə” nədir? Bir qədər bal dadızdılar eşəgə, Yedi eşşək çü balı, düşdü şəkə. Düşdü bir fikrə eşşəgi-nadan Ta gedib otlasın o da qalqan, Gəlibən çəksin arı tək şirə, Könlünü verdi fikrü tədbirə. Yedi qalğanı, gəldi saldı peyin – Ki, iyindən tutuldu başü beyin. İylədi, daddı, gördü bal deyil, Yediyi balə bu misal deyil. Kəndiyə gəldi vurdu bir şıllaq, Arıları dağıtdı ol sərsaq. Gördü bir ayrı arı bu halı, Arılardan soruşdu əhvalı, Dedi: – Kəşf eylə, nə bəladır bu, Nə müsibət, nə macəradır bu? Dedi bir arı arıya: – Ari, Biz bu yolda itirmişik ari. Eşşəyə bal dadızmışıq qafil, Olmuşuq fəzlü əqldən cahil. Bu qəmü dərdə mübtəla olduq, Sahibi-möhnətü bəla olduq. Eşşəyə bəs dadızsa hər kəs bal, Dağılır xanəsi onun bu misal. Seyyida, elmi açma nadanə – Ki, duşərsən cahanda nöqsanə. Çəkmə kalayi-şeri bazarə, Gövhəri ərz elə xəridarə. Nə bilir dürr qədrini əllaf, Yoxdu bazari-dəhrdə sərraf. * * * Soltanla qul əhvalatı Bir qulami-əcəmlə bir soltan Gəştiyə oldular süvar haman. Görməmişdi qulam dəryanı, Titrədi, etdi ahü əfğanı. Nə qədər verdilər ona təskin, Olmadı çarə, etdi ahü ənin. Oldu soltanın işrəti dərhəm, Xatiri-padşahə yetdi ələm. Var idi kəşti içrə türfə həkim, Dedi: – Ey sərvəri-fələk təzim, Verəsən izn, ey sitarə-cüyuş, Edərəm bu qulamı mən xamuş. Dedi soltan ki, eyni-minnətdir, Qayəti-lütfdür, kəramətdir. Bəs buyurdu həkimi-pürmayə Atdılar ol qulamı dəryayə. Bir neçə qutə vurdu sudə qulam, Gəldi kəşti tərəf o siməndam. Tutdu sükkani-kəştini möhkəm, Ta çıxıb kəşti üzrə qoydu qədəm. Tapdı aram ol mələkmənzər, Gördü ol padşahi-gərdunfər Dedi kim, ey güzini-əhli-ədəb, Bunun aramına nə oldu səbəb? Dedi: – Bu görməmişdi dəryanı, Eyləyirdi bu ahü əfğanı. Elə kim, gördü qərq möhnətini, Gəştinin indi bildi qiymətini. Afiyət qədrini bilir o cavan, Kim, ola bir bəladə əşkfəşan. * * * Həmədan hakimi Gəldi bir hakimi-ülüvv-məkan, Həmədan ölkəsində oldu əyan – Ki, eşitmişdi ol büləndməkan Bir nəfər şəxsi sahibi-ehsan – Kim, o şəxsin gözəl səxavəti var, Süfrəsi, lütfü, bəzli-dövləti var Sahibi-bəzlü cuddir ənam, Füqərayə müdam edir ikram. Geydi bir köhnə sovb ol sərvər, O səxinin yanına gəldi, məgər, O səxi etmədi ona ikram, Görmədi bəzlü cudü süfrə, təam. Gəldi hakim evində tutdu qərar, Görmədi onda lütfdən asar. Sübh geydi libasi-zərtarı, Caməsin etdi rəngi-gülnari. Görcək ol şəxs eylədi pişvaz, Əlini tutdu, qıldı çox ezaz. Xoş səfa eylədi, dua qıldı, Mədhlər söylədi, səna qıldı. Dedi: – Qurban sənə bu ev, bu eşik, Mən gərəkdir çəkəm qapında keşik. Etdi amadə neməti-əlvan, Kəbkü teyhuvü bərreyi-büryan. Gördü hakim çün ol sərəncamı O ziyafətləri, o ikramı, Gətirib löqmə-löqmə peyvəstə Düzdü əlvan libasının üstə. Dedi ev sahibi: – Nə halətdir, Tutduğun iş xilafi-adətdir. Dedi ki, mən dünən də gəlmiş idim, Səni mən cud əhli bilmiş idim. Görmədim səndə cuddan asar, İndi gördün libasımı zərtar. Sən mənimçün ziyafət etməmisən, Yox, bu paltarə hörmət eyləmisən. Bəs yesin bu qidaları bu libas, Həqq olan sözdən eyləmə vəsvas. * * * Siçan və pişik (Var idi bir şəhrdə bir bəd pişik) Var idi bir şəhrdə bir bəd pişik – Kim, yox idi bir belə mürtəd pişik. Muşlərə zülmün edib aşikar, Gün də edərdi neçə muşi şikar. Gəlmiş idi təngə siçanlar hamı, Eylədilər dəfi-qəmə əncamı. Cəm oluban eylədilər məşvərət, Gördülər axır bu işi məsləhət – Kim, tapalar bir cərəsi-pürsəda, Eyləyələr çareyi-dərdü bəla. Bağlayalar zəngi pişik boynuna, Zəng eləyə gürbə gələndə səda. Gürbə gələn vəqt siçan tutmağa, Zəngin ola ta ki səsi bərməla. Qaçıb girə hərə öz yuvasına, Düşməyələr ta pişik bəlasına. Cümlə bu tədbirə dedi: – Mərhəba! Tapdıla bir zəngi-qəvi, pürsəda, Ərz elədi ta o zaman bir siçan: Ey sizə qurban ola bu natəvan! Etdiyiniz yaxşı sərəncamdır, Kim deyəcək püxtə deyil, xamdır? Kimdir o sizdən ki, doya canına, Qoya qədəm ol pişiyin yanına?! Kimdə o cürət olu, kimdir o kəs, Ta pişiyin boynuna assın cərəs? Qaldı o dəm matü məəttəl hamı, Bilmədilər dəfi-qəmə əncamı. Eyləmə, Seyyid, bu sifət fikri-xam, Olma siçanlar kimi sən də əvam. Fikrə düşüb etmə xəyali-məhal, Etmə qəvi-çəng ilə fikri-cidal. * * * Öyüd Ey oğul, olma hiç gidyə-tələb – Ki, gədalarda yoxdu şərmü ədəb. Rəsmdir kim, gəda olur kahil, Kahili küfr söyləyib aqil. Mərdi-kahildə kim görüb qeyrət, Abi-rudən düşər o bədtinət. Eyləməz taəti-xudayi-cəlil, Olu bietibar, xarü zəlil. Olma dun-təb olan xəsisə cəlis – Ki, xəsisin olur cəlisi xəsis. Eyləmə hər gəda ilə ülfət, Şəxsi-təmadən elə nifrət. Ey oğul, tutma nanəcib ilə xu, Türkdə bir gözəl məsəldir bu: At yanında ki, bağladın yabu, Rəngi bir olmasa, olur həmxu. Fürsdə bir səramədi-dövran Bu sözü beylə eyləyibdü bəyan: “Xupəzir əst təbi-insani, ** Babədan kəm nişin ki, bəd mani”. Ey oğul, bu hekayəti-ziba Sənə bu macəranı eylər əda: * * * Dilənçi və tacir Nəql edirlər ki, şəhri-Nişabur Əhdi-sabiqdə oldu çox məmur. Bir zaman karivansəradə məgər, Söhbət eylərdi neçə sevdagər. Gəldi bir düxtəri-fəriştəcəmal Açdı dəsti-niyaz, etdi süal. Gördülər bir behişti simadır, Sandılar yer üzündə huradır. Dedilər: – Heyf kim, bu rəşki-qəmər Seyr edib hər tərəf süal eylər. Yox idi bir dürüst pirəhəni, Görünürdü təmam gül bədəni. Hərə bir qədr etdilər ehsan, Alıb ol düxtər oldu rahə rəvan. Var idi bir cavan sövdagər, Tiri-eşq etdi onu zirü zəbər. Durdu, pünhan dalınca oldu rəvan, Çatdı, ərz etdi, key fəriştənişan! Səndə kim, vardır bu vəchi-həsən, Nə üçün bəs gədalıq eylərsən? İxtiyar eylə bir nəfər şövhər, Bu gədalıqdan əl çək, ey gövhər. Dedi ki, binəvaları kim alır, Kim bizim tək fəqiri yadə salır? Dedi: – Ey rahəti-dili-zarım, Olaram mən sənin xəridarın. Məndə çox mali-binəhayət var, Sənə qurbandı hər nə dövlət var. Dedi: – Mən bir qızam, yox əldə sərim, Gəl gedək, bəlkə razıdır pədərim. Pədərim versə, canə minnətdir, Xəlqə adət, bizə nə bidətdir. Dedi bəs, ey nigar, bismillah, Oldular şadman rəvaneyi-rah. Etdi səvdagəri o qız hali, Dedi kim, bu imarəti-ali Xanəmizdir, sən et təvəqqüfi-dər, Mən gedim eyləyim atama xəbər. Leyk bil, ey cəvani-şuxü zərif, Hər nə qılsa atam sənə təklif, Sən gərəkdir qəbul eyləyəsən, Gər mənim ittisalım istərsən. Daxil oldu evə o rəşki-qəmər, Çıxdı bir afitabdən ənvər. Geyinibdir libasi-fəğfuri, Baği-cənnətdə yox belə huri. Eşqi-sövdagər eylədi tüğyan. Dedi: – Bismilləh, ey rəşid cavan. Çün evə daxil oldu sövdagər, Gördü bir şəxs piri-xoşmənzər, Verdi ikram ilə o pirə səlam Və əleykəssəlam, vəl-ikram! Səni xoş gördük, ey cəhani-sürur! Eylədin xanimanımız məmur. Bu imarət, bu mülk, bu xanə Pişkeşdir əziz mehmanə. Gördü sövdagər ol fəsih-məqal Tutini vəqti-nitq eylər lal. Evinə baxdı gördü çox əsbab, Fərşi-çinivü qaliyi-siqlab. Fərş olundu büsati-şahanə, Etdilər iltifat mehmanə. Düzdülər xanə neməti-əlvan, Kəbkü teyhuvü bərreyi-büryan. Gəldi həm növ-növ şərbətlər, Şəmlər asimanə şölə çəkər. Ələ aldı kənizlər dəfü çəng, Zöhrənin çəngi oldu rəşk ilə çəng. Söhbəti-yarü nəğmeyi-dilkəş Cani-sövdagərə salıb atəş. Ələ aldı qavalı ol düxtər, Başladı nəğməni o rəşki-qəmər. Oxudu çəmxəm ilə bir Şüştər, Dili-sövdagərə vurub niştər. Oldu tavus tək durub rəqqas, Döndü bir cənnətə o məclisi-xas Qaldı heyran bu halə sövdagər, Dedi: – Ey piri-övliyamənzər, Mənə bu müşkül əmri eylə bəyan, Qalmışam matü valehü heyran. Səndə kim, var bu qədər dövlət Dəxi sailliyə nədir hacət? Xassə bu düxtəri-fəriştə cəmal Heyfdir kim, bu gün edirdi süal. Dedi pir: – Ey cəvani-xoşmənzər, Guş qıl, ta verim bu halı xəbər. Bil ki, Abbasi-dustdur adım, Bu gədalıq mənimdir içadım. Sənətimdir gədalıq ehyana, Verələr dövləti-cahanı mana, Əlimi çəkmərəm bu sənətdən, Yaxşıdır bu cəmii hirfətdən. Bu qədər kim, görürsən əsbabı Hər qizanın nə növdür qabı, Bunların mayəsi gədalıqdır, Nə gədalıq ki, padşalıqdır. Gər gədalıqdan olmaya bir şey – Ki, qoyum anı süfrə yanına hey, O gecə yatmağa yuxum gəlməz, Ürəyim sübh olunca dincəlməz. Gün də bu düxtəri-fəriştəüzar Kəsmişəm ki, gətirsin üç dinar, Gətirir övrətim dəxi o qədər. Bizə sənət budur, eşitdin əgər. Hünəri-düxtəri bu gün bari Görmüsən, gör sabah məni-zari. Bil ki, aləmdə çox hünərlər var, Baği-dünyadə çox səmərlər var. O gecə işrət etdilər yeksər, Ta ki oldu qərib vəqti-səhər, Dedi: – Dur, dəstəmazə oldu əzan, Ol filan məscidə nəmazə rəvan. Gör gəlib mən nə iş təmam edərəm, Necə mən aləmi soyub gedərəm. Oldu məsciddə müntəzir o cavan, Nagəhan gördü kim, gəlir piran. Gəldi, məsciddə pir qıldı nəmaz, Dərgəhi-həqqə qıldı razü niyaz. Durdu nagah ayağə şeyxi-kəbir, Ucadan çəkdi naleyi-təkbir: Keyyühənnas, ey güruhi-bəşər! Bir fəqirəm əlilü çox müztər, Neçə baş binəva əyalım var, İki-üç tifli-xürdəsalım var. Həq bilir, iki gündü kim, acıq, Yeddimiz bir rəğifə möhtacıq. Gərçi ruzirəsandu rəbbi-ənam, Etmişəm mən ona təvəkküli-tam. Leyk aləmdir, aləmi-əsbab, Böylədir rəsm, ey ülül-əlbab. Əhli-məscid görüb fəsahətini, Etdilər cümlə guş söhbətini. Dedi ol pir: – Ey güruhi-bəşər – Ki, gəlirdim nəmazə mən bu səhər, Tapmışam yolda bir mətai-giran, İki xalxali-zərri-danənişan. Tapmağımdan çox eylədim vəsvas – Ki, qalır gərdənimdə həqqün-nas. İstədim kim, atıb namazə gələm, Yenə qorxdum ki, şüğli-zimmə olam. Sər-bemöhr ol mətai mən naçar Məscidə gətdim, ey ülül-əbsar! Bir əminə edin onu təslim, Rəsmini qazi eyləsin təlim. Hər zaman çıxsa sahibi-xalxal, Çatar öz sahibinə mali-həlal. Ruzi möhtacı bir fəqirəm mən, Möhnəti-fəqrə dəstgirəm mən. Etdi xalxalı onlara təslim, Aldı, mehr eylədi o qövmi-səlim. Dedilər: – Mərhəba bu dindarə! Etmədi meyl bunca dinarə. Yerbəyerdən durub o gün hüzzar Verdilər pirə dirhəmü dinar. Oldu hasil o pirə sim ilə zər, Qaldı məbhut mərdi-sövdagər. Gəlibən evdə tutdular aram, Dedi sövdagərə o şeyxi-hümam: Ol ki xalxalı etdim onlara bənd, Qızımın malıdır o, ey fərzənd. Gəl sabah məscidə tamaşayə, Gör hünər övrətimdə yüz payə. Yenə fərş oldu süfreyi-yəğma, Yenə əvvəlki məclis oldu bina. Gördü sövdagər, ol qəmərsayə, Eyləyibdir özünə pirayə. Gəldi yüz işvə ilə ol xudkam, Etdi sövdagərin sağında məqam. Qıldılar əkl, içdilər şərbət, Etdilər ol gün, ol gecə işrət. Çünki sübh oldu, şeyxi-nüktəsəra Dedi: – Dur, ey cavani-xoşsima. Getdilər məscidə zamani-namaz, Hərə bir yanda qıldı razü niyaz. Məscidə ta ki, varid oldu imam, Xəlq etdi namaz üçün iqdam. Məscidə girdi bir nəfər övrət, Çəkdi fəryad, saldı çox vəhşət. Dedi: – Fəryad, ey müsəlmanlar! Olmuşam bir yaman bəlayə düçar. Zəni-məşşatəyəm, əlilü fəqir, Xəlqə pirayə eylərəm məni-pir. Qızını qonşumuz verirdi ərə, Mənə yalvardılar beş-altı kərə, Bir neçə parçacıq qızıl gətirim, Qızı zinətlə məqsədə yetirim. Mənə dövlətlilər edər hörmət, Etibar əhliyəm, dəxi izzət. Bir neçə qitə lazimati-tila Almışam ariyət məni-rüsva. Dəri-məsciddən, ey güruhi-mələk, Mən dünən gecə ötmüşəm yügürək, İki xalxali-zər düşüb məndən, Bais oldur ki, eylərəm şivən. Sahibi heç inanmayır sözümə, Bəs ölüm fərz olub mənim özümə. Dedi qaziki, ey əfifeyi-zar, Qorxma, anı tapıbdı bir dindar. Xeyli mali-həlal imiş ol mal, De görək vəznidir neçə misqal? Neçə qaş-daşı var o xalxalın, De nişanın, apar həlal malın. Dedi: – Bir cüft zərrdən xalxal, Qaş-daşı əlli, vəzni yüz misqal. Qırx daşı ləldir, onu yaqut. Qaldılar xəlq valehü məbhut. Dedilər: – Afərin bu mali-həlal Şükrlillah ki, olmadı pamal! Gətirib ol mətai qövmi-səlim Etdilər ol əcuzuyə təslnm. Yenə ol övrət eylədi fəryad, Dedi kim, eyləyin mənə imdad. İtirəndən bəri o xalxali Mahəzərdən qalıb evim xali. Qalıb evdə uşaqlarım möhtac İki gündür susuzdular, həm aç. Həm əlim boşdu, həm üzüm qarə, Edin Allah rizasına çarə. Durdular xəlq etdilər ehsan, Çıxdı övrət evinə oldu rəvan. Dedi pir: – Ey cəvani-nakamil, Gəl gedək, oldu məqsədim hasil. Getdilər evdə tutdular aram, Dedi pir: – Ey cəvani-nikəncam, Bu hünərlər ki, oldu məlumun, Bilirəm mətləbini məxdumun. Bizdə həftad növ var hünər, Hər biri bir xəraci-Misrə dəyər. Qızımın istəsən mübaşirətin, Eylərəm mən bunun müxafirətin. Səndən artıq deyil qızım, ey can, Leyk mən böylə etmişəm peyman – Ki, gərək bir kəsə verəm anı, Bu gədalıqdan ola samanı. İstəyirsən ki, yarın olsun yar, Get, gədalıqdan eylə kəsbi-mədar. Dedi: – Ey şeyx, məndə çox mal var, Əhli-malə həramdır bu süal. Tacirəm, məndə var çox dövlət, Dövlətim həm sənindi, biminnət. Dedi pir: – Ey cəvani-müstəhsən, Sən gərəkdir bu fənni öyrənəsən. Xahiş etsən vüsali-cananı, Bu gədalıqdan eylə dərmanı. Dedi: – Məşhur tacirəm məni-zar, Tanıyırlar məni hamı tüccar. Necə şərm etməyim məni-cahil – Ki, gedim xəlq-ara olum sail? Mənə mane olur həyavü ədəb, Filhəqiqə bir əmrdir bu əçəb. Dedi şeyx: – Ey cəvani-xam süxən, Sən bu karı hənuz görməmisən. Sözlərin həqqdir, hicabın var, Sənə bu əmr çox gəlir düşvar. Leyk bu əmri, ey cəvani-səlim, Sənə çox səhl eylərəm təlim. Ənqərib eylərəm səni irşad, Olusan sən özün bu işdən şad, Neçə gün qal evimdə, mehman ol, Ruzü şəb həmcəlisi-canan ol. Sonra karvansərayə eylə güzər, Açıban hücrəni otur müztər. Elə ki, yarü aşina gəldi, Cümlə yarani-basəfa gəldi, Özüvü göstər onlara qəmgin, Zarü pəjmürdə, biqərarü həzin. Dəmbədəm durma, çək ciyərdən ah, Ah çək, asimana eylə nigah. Səndə zahir olanda bu əhval, Halını sərbəsər edəllə sual, Degilən, sormayın mənim halım, Olsa yegdir xəfadə əhvalım. Nə deyim, gər desəm, zəban titrər, Qüssədən ərzü asiman titrər. Dilə gəlsə bu razi-pünhanım, Qorxuram od tutub yana canım. Ey cavan, damı danədən eyrən, Karı bu karxanədən öyrən. Saxla yadında bu lətifəni sən, Çox zamanlar bu rəmzi işlədəsən. Bir əcəb daru etmişəm peyda, Yengüvü tər qılıb səpərsən ona, Gözüvə sürtəsən əgər ani, San gözündən açıbla dəryani. Sənə mən bir qədər verim əlhal, Vəqti-hacətdə eylə istemal. Ağlayarsan çəkəndə darunu, Gətirər mövcə rudi-Ceyhunu. Sənə eylər rəfiqlər israr, Bir qədər ağla, söylə, ey tüccar, Nə yaman yerdə oldu gün axşam, Kaş ömrüm bu gün olaydı tamam. Neçə illərdi kim, müzarəbdən Çəkirəm həddsiz zərərlər mən. Bu ticarətdə düşmüşəm vayə, Çıxıb əldən təmam sərmayə. Zahirən el gözündə tacir idim, Sillə ilə mən üz qızardır idim. Açılıb indi pərdeyi-karım, Bir ədəd nanə yoxdu dinarım, Sümüyə lap bu gün dayandı pıçaq, Durmayır qeyzdən başımda papaq. Rədd qıldım xəlayiqin malın, Sizə təqrir eylədim halın. Neçə gündür ki, mən özüm acəm, Bu gecə nani-xüşkə möhtacəm. Gözüvə yengüvü çəkib ağla, Elə ağla ki, aləmi dağla. Çün görərlər səni bu növ ilə zar, Hiç şək yox ki, cəm olar dinar. Hərə bir ciz edər sənə şəfqət, Yenə bir qədr cəm olur dövlət. Çün eşitdi bu halı sövdagər, Qutəvər, oldu bəhri-fikrə məgər. Dedi şeyx: – Ey cəvani-sadəzəmir, Sənə püskəndə etmişəm təqrir. İstəyirsən vüsali-yarı əgər, Yoxdu bu əmrə çareyi-digər. Aşiq idi çün ol zəlumü cəhul, Naəlac eyləyib o əmri qəbul. Gəldi çün karivansərayə tərəf, Gördü tüccarlər durub səf-səf. Dedilər: – hardasan, nədir halın, Şərh qıl sərgüzəştü əhvalın. Dedi: – Var idi bir rəfiqi-qədim, Məni mehman eylədi o kərim. Necəsiz, sizlərə nə növdü hal? – Lilləhül-həmd, yaxşıdır əhval. Oldu mane o növcəvanə həya, Şeyx təlimin açmadı əsla. Ol gecə yarü aşinalər ilə Yedilər, içdilər, keçindi belə. Gecə öz hücrəsində yatdı cavan. Sübh sənduqunu açıb hər yan, Yüz qızıl pul götürdü, qıldı xuram, Gəlib Abbas-şeyxə verdi salam. Dedi: – Oldun muradına vasil, Yüz qızıl nəqd eylədim hasil. Əlinə şeyx çün pulu aldı, San ilan çaldı, tez yerə saldı. Dedi: – Ey novcəvani-xamxəyal, Bunda bir həbbə yoxdu puli-süal. Məndə vardır bu sirrin ecazi, Şeyx Abbasə xoş deyil bazi. Yetmiş ildir ki, mən bu növ ilə nan – Yemişəm, ey zəmiri sadə cavan! Yemərəm xəm sənin firibindən, Get, özün küsdün öz nəsibindən! Bilmədin ləzzəti-gədalığı sən, Tapmadın böylə padşalığı sən. Yoxladım, yoxdu səndə hiç hünər, Qızıma ol kişi olur şövhər – Ki, gədalıq onun şüarı ola, Gidyə bəhsində iştiharı ola. Yeri, get, ey cavan, şitab eylə, Dəvəni görməmiş hesab eylə. Get nəsibin ola bu rənci-səqər, Görəsən rəncü möhnəti-bifər. Mənəm Abbasi-dust, mərdi-gəda, Cümlə heyrandı halıma üqəla. Məndən öyrəndilər gədalığı xəlq, Nə gədalıq ki, padşalığı xəlq. Çatmayıb gərdimə mənim bir kəs, Sən məni alladırsan, ey nakəs! Anladı rəmzi-şeyxi həm düxtər, Durdu yanından ol mələkmənzər. Keçmədi çün qəbulə gətdiyi zər, Urdu bəs dəstüpaçə sövdagər. Dedi: – Ey şeyxi-mürşüdü kamil, İndi qıllam muradını hasil. Aqibət getdi taciri-əhvəl, Eylədi göftguyi-şeyxə əməl. Nə ki, təlim eyləmişdi ona Cümləsin gəldi eylədi bərpa. Olmaq üçün muradına vasil, Gidyədən simuzər qılıb hasil, Gətirib şeyxə eylədi təslim, Duruban şeyxə eylədi təzim. Baxdı simasına dedi: – Səddəq! Tapdı səndən sərayımız rövnəq. Üzdə sailliyin hüveydadır, Bu o tacirliyindən əladır. Sən ki bu əmrə eylədin iqdam, Tərkinə yoxdu dəxi bir əncam. Get, həlalındı düxtərim, dərhal Həm sənindir bu mülkü dövlətü mal. Vəsli-yarından oldu çün şadan, Getdi malın gətirdi bazərgan. Hər nə var xak-ara nihan elədi, Yemədi, mali-digəran elədi. Büxlü imsakdən, ləamətdən Döndü halı, dolandı tinətdən. Eylə qıldı gədalığa adət, Şeyx Abbasə vermədi fürsət. Daim əfsus edərdi kim, bica Çəkmişəm xeyli zəhməti-dərya. * * * Zahidi-müstəcabüddəvə (Mənzum nağıl) Mənzum nağıl Bir nəfər zahidi-xocəstəliqa – Kim, ona müstəcab olurdu dua, Zahir oldu Ədən diyarında, Məskən etmişdi kuhsarında. Nanı kəşkinəvü libası xəşən, Əl götürmüşdü mülki-dünyadən. Hər bəla gəlsə eyləmişdi qəbul, Olmuş idi ibadətə məşğul. Əzqəza bir kəlaği-bimiqdar Bir ədəd muş eyləmişdi şikar. Zahidin çün keçirdi üstündən, Çıxdı nagəh siçanı dəstindən. Zahidin daməvinə düşdü siçan, Dedi: – Tapdın nicat, ey heyvan. Əlini çəkdi dalına zahid, Siçanın yandı halına zahid. Dedi: – Oldun xilas düşməndən, Mənə gəldin dəxil oldun sən. Səni hifz eyləmək bəlalərdən Mənə vacibdir, ey zəifbədən. Onu zahid götürdü bəs əlinə, Gəldi öz etikaf-xanəsinə.. Dedi düşməndü bu fəqirə pişik, Çəkmək olmaz buna müdam keşik, Elə hifz eyləmək gərək anı – Ki, pişik tutmasın o heyvanı. Bir mürid ərz qıldı: – Key mövla, Bir dua eylə ta ki bari-xuda Eyləsin bu siçanı bir düxtər, Dedi zahid: – Əcəb dedin, mən əgər Bir dua eyləsəm, dönüb bu siçan Olacaq düxtəri-fəriştənişan. Çünki yoxdur mənim də övladım, Olur övladım ol pərizadım. Bu təmənnayə zahid etdi dua, Müstəcab eylədi duanı xuda. O siçan döndü oldu bir düxtər, Hüsni-surətdə rəşki-şəmsü qəmər. Özünə zahid eylədi övlad, Etdi təyin bir nəfər ustad. Ona adabi-şəri öyrətdi, Ta ki həddi-büluğə qız yetdi. Dedi zahid ki, ey qızım, əlhal Görünür səndə həddi-rüştü kəmal. Vəqtdir kim, çəkilsin, ey qəmnak, Rişteyi-izdivacə gövhəri-pak. Razı olsan bu kari-xeyrə əgər, Cümleyi-kainatə eylə nəzər. Eyləsən hər kimi qəbulü pəsənd, O sənə şövhər olsun, ey fərzənd. Dedi düxtər ki, ey pədər, əlan Çün qılırsan bu növ ilə fərman Mənə insandan olmasın şövhər, Məni bir şəxsə ver bacarsan əgər – Ki, onunçun ola məqami-rəfi, Görünə onda iqtidari-bədi. Rüfətü qüdrətü təvanadə Olmaya misli dari-dünyadə. Dedi zahid: – Bu vəsflər əlhəq, Tapılır afitabdə mütləq. Səni lazımdır afitabə verim, Səbr qıl, sübh açılsın, ani görüm. Dedi qız: – Ari, ey niku-üslub, Çünki ol bir kəsə deyil məğlub. Ver məni afitabi-tabanə, Əqdimi qıl mənim o zişanə. Ta ki fərmani-faliqül-əsbah Yetişib leyli-müzlim, oldu sabah, Şərqdən afitab oldu əyan, Ona əhvalı zahid etdi bəyan. Dedi: – Ey afitabi-aləmtab, Guş qıl ərzim, ey bülənd cənab, Bir qızım var sipehri-behcətdə,. Tən edər ayə hüsni-surətdə. Eyləyib şövhər ixtiyar səni, Çün görüb sahib-iqtidar səni. Övci-rüfətdə, sən təvanadə Görməyib kimsə dari-dünyadə. Oldu çün afitabə söz rövşən, Dedi: – Ey şeyxi-pakdamən, sən Lilləhül-həmd, mərdi-danasən, Cümlə zərrati-kövnə binasən. Məndə hərgah olaydı tabü təvan, Məni etməzdi bir bulud pünhan, Mənə peyvəstə əbr olur qalib, Yaxşıdır əbr ola ona sahib. Qızına zahidi-ülüvv-məkan Gəldi, bu macəranı qıldı bəyan. Dedi qız: – Doğru söyləyib o cənab, Məni bəs əbrə vermək oldu səvab. Əbrə çün macəranı qıldı bəyan, Əbr olub tirə-rəngü qətrə-fəşan, Dedi: – Ey piri-mənbəyi-ehsan, Məndən artıqdı qüvveyi-baran. Onu sən əqd eylə baranə, Ta onu saxlasın lətifanə. Döndü baranə pir etdi xitab, Dedi: – Ey tər-mizacü tünd-şitab, Ey edən hər büsatı lütf ilə təyy, ** “Və minəl-mai küllü şeyin həyy”. Ey edən külli aləmi mövcud Eyləyən gah nüzulü gah süud. Mayeyi-kainatü əsli-həyat, Sifətin həq buyurdu: – Əzbi-fürat. Ey olan aləmə fərü ovni, Ey qılan qərq ali-Fironi. Bir qızım var kəmali-lütfdə ab, Arizi afitabi-aləmtab. İstərəm eyləyim sənə təzvic, Ta verim şəri-ənvərə tərvic. Dedi baran ki, ey səfa kani, Sən mənə bağlama bu böhtani. Məndən artıqdı xak qüvvətdə, Deyiləm mən o şənü şövkətdə. Qızını xakə izdivac eylə, Eşq bazarını rəvac eylə. Xakə etdi xitab abidi-zar, Dedi: – Ey çərx tək olan dəvvar, Dolanan dövri-afitabı müdam, Eyləyən dövrünü bir ildə təmam, Ey qılan dörd təriq ilə hərəkət, Yetişir səndən aləmə bərəkət. Xilqəti-aləmə bəhin-mayə, Sənə xurşidi-həq salıb sayə. Səndən oldu çü xilqəti-Adəm, Tapdı Adəmlə zib bu aləm. Künhüvü bilsə idi divi-ləin, ** Deməz idi “xələqtəhu, min tin”. Əgər olsaydı ərəfü əqəl, Narı bilməzdi xakdən əfzəl. Nəzər etdim, bu, dari-dünyadə Yoxdu bir kimsə sən tavanadə. Bir qızım var bəsani-hurü pəri, Hüsnü məbhut edibdir hər bəşəri. Belə gördüm bu gün səvabu səlah, Sənə mən eyləyim o mahı nikah. Dedi xak: – Ey nəticeyi-əflak, Lilləhül-həmd, səndə var idrak, Məndə gər olsa tabü qüdrət bəs, Olmaram payimali-hər nakəs. Hanı ey intixabi-ruzi-ələst, Çar cövhərdə bir mənim tək pəst? Bir cəmadəm ki, iqtidarım yox, Əldə bir cüzi ixtiyarım yox. Məndən əfzəldü rütbə ilə nəbat, Fəzli olmuş nümüvv ilə isbat. Qızını əqd elə nəbatə yetir, Fəzlini cümlə kainatə yetir. Dolanıb gəldi abidi-heyran; Macəranı nəbatə qıldı bəyan. Dedi: – Ey sufiyi-hərimi-səfa, Sufiyi-saf kimi səbzqəba, Ey olan zibi-gülşəni-cənnət, Qədəmi-Xızr ilə tapan xüzrət, Hər bahar eyləyən büruzü zühur, Mayeyi-ibtihacü əsli-sürur. Nəkhətin mislü-ənbəri-buya, Səbzeyi-xətti-yar tək ziba. Bir qızım var, yanağı laleyi-al, Əqd edim mən sənə, nikah elə, al. Çün eşitdi bu macəranı nəbat, Dedi: – Ey zahidi-fəriştəsifat, Olmuşam ərzəli-xəlayiq mən, Deyiləm izdivacə layiq mən. Ayaq altında payimal oluram, İldə beş gün şüküftəhal oluram. Ömrümün yox davamü payanı, Sən deyən əmrə məndə güc hanı? İstəsən ki, qızın ola xürrəm, Qoyuna eylə əqdini möhkəm. Get, o şuxü qoç ilə yar eylə, Könlünü rəşki-novbahar eylə, Dögümi bu fəziləti-zahir Məni ruzi qılıb ona qadir? Odu bir nuri-pakü fərxəndə, Həq nəbati ona qılıb bəndə. Yaradıb xoş onu xudayi-cahan, Aləm ondan olubdur abadan. Abidə gəldi xoş kəlami-nəbat, Qıldı qəlbində niyyəti-həsənat. Qoyunun yanına rəvan oldu, Qəlbi surü sürur ilə doldu. Bir çəməndə yetişdi həzrətinə, Vasil oldu səfayi-cənnətinə. Dedi: – Ey zibi-aləmi-imkan, Səndə zahirdü sənəti-yəzdan. Olmasaydın fədayi-İsmail, Oğlunun başını kəsərdi Xəlil. Hər cəvareh ki, səndə vardır əyan, Olmaz əsla sifatı şərhü bəyan. Xurişü puşişü bəni-Adəm, Səniləndir, bilir hamı aləm. Bərəkət səndədir həqiqətlə, Bilmişəm mən bu rəmzi röyətlə. Səndən az nəsli yoxdu bir heyvan, Həm sənin kimi yox tələf olunan. Nə qədər əksilirsən aləm-ara, Bərəkət həq sənə verir amma. Hamının ehtiyacı səndən var, Nəslin əksildikcə yüz artar. Mədhini eyləyib rəsuli-ənam, Nursən, vəssəlam, vəl-ikram! İstəyir könlüm, ey xocəstəsifət – Ki, edim mən səninlə bir vəslət. Bir qızım var yeganeyi-dövran, Hüsnü abid-firibü sinni cavan. Yetişib rüşt həddinə o pəri, Vacib olmuş ona ki, olsun əri. Baxıram kainatə mən yeksər – Ki, tapım anə yaraşan şövhər. Səni gördüm bu vəslətə məqbul, Şövq ilə eylə bu məramı qəbul. Qızımı algilən, məni qıl şad, Könlümü eylə qüssədən azad. Eşidib bu xitabı çünki qənəm, Belə verdi onun cavabın o dəm: – Ey vücudu səadəti-mütləq, Doğru sözdür buyurduğun əlhəq, Heyf mən binəvavü biarəm, Daima qüssədən diləfkarəm. Düşmənim çoxdu, cümləsi bibak, Hamısı bimürüvvətü çalak. Baxgilən bir o gürgi-məkkarə, Olub ondan işıq günüm qarə. Sürüdə olmasa o sarı köpək, Mənə müşküldü otlamaq, gəzmək. Bir tərəf qurd edibdi könlümü qan, Bir tərəfdən də xud bəni-insan. Əllərinə düşəm, yeyir ətimi, Artırıbdır bu qüsrə möhnətimi. İstəsən ta ki bərmurad olasan, Ola hər müşkül işlərin asan, Məndən əfzəldi qüvvədə qəssab, Qızını ver ona, odur sənə bab. Qızını mən əgər alam, ey pir, Yenə qəssab eyləyər təzvir, Kəsibən başımı, ətimi satar, Qızını dul qoyar, o bədətvar. Söylə qəssabə bu hekayəti sən, Ona bu macəranı qıl rövşən, Necə fərmayişi-peyəmbərdir, Layiqi-paki-şəri-ənvərdir; Siğeyi-əqdin eyləsin cari, Qalmasın dildə üqdə asari. Zahid oldu bu haldən hali, Oldu xoş hali, xürrəm əhvali. Gəldi, qəssabə verdi türfə səlam, Ona qəssab eylədi ikram, Dedi: – Ey zahidi-mələkətvar, Mənə nisbət nə qulluğun sölə var? Söylədi zahid: – Ey vəfa kani, Bir qızım var ki, bu cahan cani. Gözləri məst, qəmzəsi cadu, Zülfü tərsadü, xalıdır hindu. Can alır, can verir kaman qaşı, Bədr tək on beşə yetib yaşı. Ona vacib olub ərə getmək, Sənə də fərzdir ki, evlənmək. Al nikah ilə ol məhi-tamı, Özüvə cənnət eylə əyyamı. Dedi qəssab: – Ey həmidəşiar, Mənim evlənməyimdü çox düşvar. Deyiləm layiqi-təəhhül mən, Sən gərəkdir məni bağışləyəsən. Məndən əfzəldi farə bu karə – Ki, qoyubdur məni o avarə. Məni bir möhnətə edibdi düçar – Ki, yemək-içməyimdü səmmül-far. Məndə qoymur yağ ilə piy daim, Nə tərazu-bağım qalır qaim. Ona mən tapmıram dəxi çarə, Könlümü möhnəti qılıb parə. Məndən artıqdı zurü qüvvətdə, O qoyubdur məni xəsarətdə. Qızını ver ona elə kürəkən, Ona xoşdur ki, ər ola kəsəgən, Sözü qıldı təmam çün qəssab, Gördü zahid ki, düz gəlib bu hesab Cins öz cinsinə olur vasil, Hissə qıldı bu qissədən hasil. Bu sözə çoxdu hüccəti-qate – Ki, olur şey əslinə race. Cins cinsin həmişə cəzb eylər, Yoxdu bu işdə söhbəti-digər. Öyüd Qitə Ey oğul, büxldən sən eylə həzər – Ki, bəxilin yeri cəhənnəmdir. Gər həlak olsa cümleyi-aləm, Yenə söylər bəxil kim, kəmdir. İstəməz bir kəsi ola xoşbəxt, Öləcək görsə kimsə xürrəmdir. Şəbpərə afitabədir düşmən – Ki, ziyasıyla halı dərhəmdir. Seyyida, şəbpərə xisal olma – Ki, bu ətvar mərgi-əzəmdir. * * * Siçan və pişik dastanı Həmd ola ol xaliqə sübhü məsa – Kim, yetirib feyzi cahanə səfa! Cümleyi-məxluqə verib canlər, Hazır edib neməti-əlvanlər. Hər nə həvadə o ki, pərvaz edər, Pər açıban qüdrətin ibraz edər, İki qanad ilə uçan teyrlər, Yerdə gəzən dabbələr, qeyrilər, İki ayağ, ya ki, ola dörd ayağ, Badeyi-qüdrətdən içibdir əyağ. Cümlə üməmdir olar “əmsalikum”, Bəs oların qövlü “kəəqvalikum”. Şirə verib sövlət ilə heybəti, Filə verib qüdrət ilə qüvvəti. Qılsa əgər murə icazət əyan, Etsə əgər peşşəyə hökmün rəvan, Qalib olur şirə bu sövlətdə mur, Filə o qüvvətdə edər peşşə zur. Şirə şücaətdədi naib pişik, Çəkdi siçan dəfinə daim keşik. Muşə təvəkkün yetirir xakdən, Xali deyil gürbəsi idrakdən. Hər nə ki var qüdrəti asarıdır, Feyzinin afaq nəmudarıdır. Zakiridir tayiri-cəvvis-səma, Şakiridir sayiri-təhtəs-səra. Mən də onun vəhdətinə qailəm, Xirməni-ehsanına bir sailəm. Etmərəm inkar məhi-ənvəri, On iki rəxşəndə olan əxtəri. Alinə, əshabına olsun salam! ** “Qəllə və dəllə hüvə xeyrül-kəlam”. Var ümidim ki, xudayi-əhəd Eyləməyə aqibəti-karı bəd. Bari-xudaya, əhəda, sərməda Həqqi-rəsulil-ərəbi Əhməda! Sən ki özün vaqifi-əhvalsən, Etmə öləndə dilimi lal sən. Nəzi-rəvan vəqti dilim, ey xuda, Kəlmeyi-tövhidüvü etsin əda. * * * Dastanın yazılma səbəbi Dün birinə nəql elədim, ey filan, İstəyirəm nəzm ola bir dastan Gürbə ilə muş hekayətlərin, Cəngü cədəl, məkrü ədavətlərin, Ta ki uşaqlar ola rağib ona, Təbi-səlimi ola cazib ona. Tənə üzündən mənə verdi cavab, Söylədi: – Key şairi-valanisab, Yoxsa nəhayətdi kəlamın sənin, Badəsi yox, xalidi camın sənin. Türfə qəzəllər tapıb inşa elə, Vəsfi-qəzalani-dilara elə. Nərgisi-şəhlaləri, tövsif qıl, Zülfi-mütərraləri tərif qıl. Söylə nədir qaideyi-məsnəvi, Bəsdi bizə maideyi-Movləvi. Gər hünərin var, qəzəldən danış, Yarə nəzər eylə, gözəldən danış. Gürbə nədir, muş nədir, ay kişi? Şair olanın nədir onda işi! Gördüm onu annamayıb mətləbi, Özgə məzaq ilədi çün məşrəbi. Əcz ilə ərz eylədim, ey sərfəraz, Etmə mənə tənə zəbanın diraz. Şair olan kəsdə hər əhval olur, Bostan ara dəymiş olur, kal olur. Dürr olan yerdə olur həm sədəf, Kaseyi-fəğfur olur, həm xəzəf. Gülşən ara gül də olur, xar olur, Nur olur, aləm ara nar olur. Yaxşı içində nola olsa yaman, Gənc olan yerdə olur həm ilan. Dəkkeyi-əttarədi şair hesab, Xarü xəsək, həm olu ətrü gülab. Etmə mənə eyb bu əhvalı sən, Əhlimizin danişinə halisən. Yüz çəkəsən riştəyə dürrü gühər, Yoxdu xəridar ona bir nəfər. Gövhərə var idi xəridar əgər, İçdi Füzuli niyə xuni-ciyər. Bəng nədir, badəni nəzm eylədi, Buzeyi-dilsadəni nəzm eylədi. Şairi-Bəğdad, o şirinxitab, Zahid ilə rində yazıb bir kitab. Şerdə lazımdır ola təyyibat, Şerdü, mahım, bu deyil möcüzat. Sehri-həlalımdı bu sözlər mənim, Feyzi-kəmalımdı bu sözlər mənim. Var ümidim ürəfa etsə guş, Zeyli-kərəmlə olalar eybpuş. Bihünər əşxas olur eybcu, Eyb eləməz kim ki, ola nikxu. Çeşmi-bədəndişi görüm kur ola! Şəbpərə tək gözləri binur ola! İstəməz aləmdə ola afitab, Gecə sevər, gündüzü görməz səvab. Bir hünərin gər ola, həftad eyb, Dust görər ol hünəri, yoxdu reyb. Eyb bilər fəzlini əhli-qərəz, Çünki onun var ürəyində mərəz. Zati-xəbisiyə təqaza budur, Hikməti-xəllaqdə məna budur. * * * Həzrəti-İsanın hekayəsi Həzrəti-İsa ilə beş-on nəfər Bir günü bir yerdən edirdi güzər. Gördülə bir qurd düşən it düşüb, Cümlə qotur əndamı yeksər şişib. Buyi-üfunət verir ol meyyitə, Söylədilər: – Bircə baxın bu itə! Biri dedi: – Qurd düşüb əndamına, Biri “qotur” dedi onun namına. Biri dedi, gör ki, nə bəd buyi var! Zərdabı var, zəhr kimi suyi var. Hər biri bir növ olub eybcu. Söylədi ruhulləhi-pakizəxu: Vəh, nə gözəl, dür kimi dəndanı var, Dürci-sədəfdə düri-qəltanı var. Dür var idi onda, edibdir zühur, Çıxdı qoturdan dəxi ləfzi-qotur. Hər nə ola kuzə ara əndərun, Vəqti-tərəşşühdə çıxar ol birun. Həzrəti-İsadə var idi gühər, Sahilə dür verdi o dərya-əsər. Gərçi sənin də hünərin vardır, Gör gülünü, baxma ona xardır. Olma ol əşxas kimi eybcu, Həzrəti-İsa kimi ol nikxu. Açma bu misgər dükanın, Seyyida, Başla sözü, eylədi hatif nida. * * * Dastanın başlanğıcı Nəql eləyim gəl sənə bir dastan, Farsi ilə nəzm eləyib bastan. Türki ilə mən onu təhrir edim, Könlüvü şad et, sənə təqrir edim. Bircə qulaq ver belə dəvayə sən, Eylə nəzər şurişü qövğayə sən. Bil ki, nə sultan, nə xanın cəngidir, Bir pişik ilə siçanın cəngidir. * * * Pişiyin tərifi Bircə pişik var idi Kirmandə, Sövləti yox bəbrdə, əslandə. Gözləri sarıydı, necə kəhrüba, Yelgəsi şirü özü bir əjdəha. Gərdəni ağ, boynu misali-qutan, Bir nəfəsə sərçəni yüz min tutam. Dırnağı Əzrailə çəngal idi, Bığları bir burğuya timsal idi. Ağzı yekə, quyruğu misli-ilan, Əfi kimi xişm ilə adəm çalan, Tülkü kimi başdan ayağ hiləgar, Sanki tükündən tökülür zəhri-mar. Sinəsi qaqum kimi çox ağ idi, Qövsi-qüzeh kimi qaşı tağ idi. Dişlərinin hər biri bir niştər, Xəncəri-fulad kimi tiztər. Qarnı yekə, təbl kimi pürsəda, Xitteyi-Kirmanda necə kətxuda. Evdə gəlinlərlə yatardı müdam, Gündüz ağalarla yeyərdi təam. Yayda yük üstü ona yaylaq idi, Kürsülər altı ona qışlaq idi. Bir bu sifət gürbə ki vəsf eylədim, Vəsfini nəzm ilə sənə söylədim, Girdi şərabxanəyə bir gün pişik, Ta ki siçan tutmağa çəkdi keşik. Pusqu üçün girdi küpün dalına, Çəkdi əlin bığına, saqqalına. Qurd kimi yatdı, maraq eylədi, Hər tərəfə baxdı, soraq eylədi. Oldu qəzadan bu qəziyyə əyan, Çıxdı küpün üstünə ta bir siçan. Saldı başın, xümmdən içdi şərab Məst oluban etdi itabü xitab, Söylədi kim, hanı o məlun pişik, Çəkdi siçan tutmağa daim keşik? Bircə nolaydı gələ meydanıma, Ta ki düşəydi gözü cövlanıma! Gürzi-giran ilə əzəydim başın, Ta axıda qanlı gözündən yaşın. Cəng günü Rüstəmi-dastan mənəm, Qüvvət ilə Samü Nəriman mənəm. Puri-Pəşəng ilə ki çəng eylərəm, Ərseyi-cəngi ona təng eylərəm. Şəstimə tab eyləməz Əfrasiyab, Kimdi pişik ki ola itcə hesab?! Hər nə ki hədyan danışırdı siçan Cümləsini bildi pişik bigüman. Tiz elədi şəst ilə dəndanını, Sıçrayıban tutdu giribanını, Qaynağına vurdu o bədəxtəri, Həncərinə qoydu onun xəncəri. Ağladı, yalvardı o dəmdə siçan, Ərz elədi, key şəhi-mülki-cahan Hər nə dedim əfv elə ki, məst idim Bir... idi, ağzıma gəldi yedim. Şahi-cahansan, sənə mən nökərəm Bəndeyi-xarəm, sənə xidmətkərəm Bir də görünsə bu sifət bir əda Üzr yoxundur, mənə eylə cəza. Rəsmdi kim, eyləsə bir qul xəta, Əfv xətasın edər axır ağa. Dedi pişik: – Vermə mənim dalıma Çünki bələdsən mənim əhvalıma Çəngəlimə indi giriftarsən, Ta ki edirsən belə rəftar sən. Rəhm eləyib gər qoyam əldən sən! Sən gedibən dalda söyərsən məni Onda deyərlər hamı əhməq mənə, Əql verib, fəhm verib həq mənə. Düşmüş ələ sən kimi ziba şikar Bəxt kömək oldu mənə aşikar. Kəbk nədir, ya nədi ceyran əti? Yoxdu siçan tək oların ləzzəti. İndi səni eyləyərəm parə mən, Dəfüvə saz eyləmişəm çarə mən Ol siçana çəngini vurdu pişik, Eylədi əndamını dəlmə-deşik. * * * Pişiyin hiyləgərliklə tövbəsi Çünki siçanı yedi ol hiyləgər, Tövbə üçün məscidə etdi güzər. Abid olub aldı ələ dəstəmaz, Ta eləyə xaliqə razü niyaz. Aldı ələ səbheyi-səddanəni, Tutdu rəhi-abidi-fərzanəni, Söylədi: – xaliqi-ərzü səma, Çoxdu günahım, onu əfv et mana Qan eləyib qapuva gəldim dəxil, Əfv elə təqsirimi sən, ya cəlil! Tövbələr olsun sənə, ey girdigar Qılma məni ruzi-cəza şərmsar! Bir siçan öldürmüşəm, ey padşah, İstəyirəm tövbeyi-üzri-günah! Feyzi əmimin mənə olsun kömək, Paylayaram mən iki batman çörək. Gərçi acımdan çıxa canım mənim, Ərşə çıxa ahü fəğanım mənim, Tövbələr olsun, yemərəm mən siçan! Ömr elərəm xəstəciyər, bağrıqan. Həm bu sifət tövbə edib ağladı, Lalə kimi sinəsini dağladı. Şüğlü onun naləvü fəryad idi, Tülkü kimi hiylədə ustad idi. * * * Siçanların işdən xəbər tutmaları Gördü bu keyfiyyəti ta bir siçan, Oldu siçan fövcünə müjdərəsan. Söylədi ki, müjdələr olsun sizə, Bəxt olub, şükr ki, yavər bizə. İndi pişik tazə müsəlman olub, Eylədiyi zülmə peşiman olub. Qüsl eləyib tazə, alıb dəstəmaz, Abid olub xaliqə eylər niyaz. Əhd eləyib tutmaya hərgiz siçan, Gərçi acından verə dilxəstə can. Məscidə, mehrabə gətirmiş pənah, Eylədiyi zülmə olub üzrxah. Gündüz oruc, gecə ibadət qılır, Xaliqə sidq ilə itaət qılır. Səbheyi-səddanə götürmüş ələ, Məscidə övradı salıb qülqülə. Rahi-ibadətdədi çapük qədəm, Yetməz onun gərdinə şeyxül-hərəm. * * * Siçanların pişiyə hədiyyə aparmaları Çünki siçanlar bu sözü etdi guş, Getdi fərəhdən hamıdan əqlü huş. Söylədilər bəs ona ənam edək, Töhfeyi-layiq ona ikram edək. Yeddi siçan eylədilər intixab, Hər biri bir xosrovi-malikriqab. Gər biri bir taifəyə kətxuda, Hər biri bir kəşti üçün naxuda. Hər birisi başə alıb bir təbəq, Gün kimi hər yanə salırdı şəfəq. Pişkəşü töhfeyi-əlvanlər, Tazə fətir, yağlı olan nanlər. Bərreyi-büryanü pənirü kəbab, Firnivü dolmavü ciyər, həm şərab. Misli-qulamani-dəri-padşah, Mədhkünan, nüktəsəra, üzrxah, Məscidə gəldi, hamısı çəkdi səf, Gördü bunu abidi-sahibşərəf. Eylədilər cümlə səlamü səna, Söylədilər əcz ilə: – Ey parisa, Gərçi bular türfə bəzaət deyil Pişkəşi-layiqi-həzrət deyil, Sən kərəmi-lütf ilə eylə qəbul. Rədd eləmə bizləri xatir-məlul. Çünki pişik gördü bu keyfiyyəti, Nazü nəimi, o gözəl neməti, Söylədi, key bəxti-qəra muşlər, Ey qəmi-dünyayə olan tuşlər, Guşeyi-taətdi məqamım mənim, Günci-qənaətdi məqamım mənim; Surəti-halımı o xaliq bilir, Hər gecə göydən mənə ruzi gəlir. Yoxdu sizin nanuvuza hacətim, Həqq özü amadə edib qismətim. Çox gecələr qalmış idim ac mən, Sübhə kimi löqməyə möhtac mən. Səbr elədim aclığa, axır xuda Qıldı mənə rizqi-firavan əta. Künci-ibadət nə gözəl cay imiş, Tərki-cahan dövləti-dünya imiş. Ol ki görə ruziyi-həq ləzzətin, Neyləyir axır o siçanın ətin?! Siz gedin, asudə olun sübhü şam, Güşti-siçan gürbəyə olmuş həram. Siz dəxi anbarləri sökməyin, Salim olun, ruzi qəmin çəkməyin. Mən tək edin taəti-həqqə qiyam, Göndəri xaliq sizə göydən təam. İndi gəlin, cümlə öpün əllərim, Ey çəməni-nazdə sünbüllərim. Çün bu nəsihətləri guş etdilər, Xövfə düşüb cuşü xüruş etdilər. Bid kimi cümləsi lərzan olub, Hər biri bir surəti-bican olub, Gəldilər öpsünlər onun dəstini, Açdı siçanlara pişik şəstini. Beş siçanı eylədi zalım şikar, Zülmü cəfa oldu yenə aşikar. Hər əlinə iki siçan mübtəla, Bir siçanı ağzına aldı həla. İki siçan qaçdı, qutardı başın, Seyl kimi cari edib göz yaşın. * * * Pişiyin hiyləsindən siçanların xəbər tutmaları Muşlərə oldu əyan macəra, Eylədilər təziyə bəzmin bina. Beş siçanın ağladılar halına, Növhə edib surəti-əhvalına. Camə geyib cümləsi qətran kimi, Zahir edib göz yaşı tufan kimi, Hər biri torpaq sovurub başına, Ağladı hər bir bacı qardaşına. Açdı ağız oxşadı hər bir ana, “Vay, qəribim!” deyib etdi nəva. “Vay, verən canını çəngaldə! Halı olan çox yaman əhvaldə”. “Kəndi deşən, vay, dilavər siçan! Buğda yeyən, vay, hünərvər siçan!” Söylədilər: – Cəm olun, ey muşlər, Getdi dəxi taqət ilə huşlər! Zülmün əyan etdi bu zalım bizə, Halı yaman etdi bu zalım bizə. Xitteyi-Kirmanə edək irtihal, Sərvəri-muşanə edək ərzi-hal. Söyləyək ey sərvəri-kərdunsərir, Zülmün əyan etdi bizə bu şərir. Bu pişiyin zülmünə yox tabımız, Oldu tələf bir neçə əhbabımız. Zülmü cəfasını əyan eyləyib, Məscid ara bir neçə qan eyləyib. Başına əmmamə qoyur, abidəm, Tərki-cahan eyləmişəm, zahidəm. Biz də inandıq onun ətvarına, Tövbəsinə, virdinə, əzkarına; Getdik ona töhfeyi-əlvan ilə, Neməti-üzmayi-firavan ilə; Məscid ara bir neçə qan eylədi, Zülmünü zahir, nə nihan eylədi. Səbheyi-səddanəsi bir dam imiş, Məzhəbi yox, xarici-islam imiş. Hiylə imiş cümlə namazı onun, Xüdə imiş razü niyazı ovun. * * * Siçanların padşaha şikayətləri Naləkünan düşdü yola muşlər, Seyhəzənan cümlə o mədhuşlər. Qəti-mənazil eləyib bafəğan, Teyyi-mərahil eləyib xunçəkan. Gördulər Kirmanda siçan şahını, Tövf eləyib əcz ilə dərgahını, Eylədilər ərz ki, ey padşah, Şahi-cahan, sərvəri-aləmpənah! Dad əlindən pişiyin, dad, dad, Görməmişik biz bu sifət bədnihad! Var bizim ölkədə bir bəd pişik, Düşməz ələ bir belə mürtəd pişik. Gahi yəhud, gah müsəlman olur, Gah dönüb abidi-dövran olur. Bundan əzəl ki, nə müsəlman idi, Bir siçana qaneyi-dövran idi. İndi bu ildən ki, müsəlman olub, Rəğbəti çox, hirsi firavan olub. İndi tutur bir nəfəsə beş siçan, Görmüş idik biz belə möhnət haçan? Qapuva gəldik bizə imdad elə, Qəmli olan könlümüzü şad elə. Eylə bizi çəngi-pişikdən xilas, Çakəri-məhzik sənə, bir əbdi-xas. Dərgəhi-iclalə gətirdik pənah, Eylə əlac, ey şəhi-əncüm sipah! * * * Şahın cavabı Sərvəri-muşan eşidib bu sözü, Tünd qızardı acığından gözü, Söylədi: – Siz səbr eləyin bir zaman, Mən edərəm cəm sipahi-giran; Cəm edərəm ləşkəri-cərrarımı, Təblü ələm, yavərü sərdarımı. Bir neçə gün siz mənə mehman olun, Töməçeşi-neməti-əlvan olun. Aşü plovdan götürün kamlər, Eyş qılın, nuş eləyin camlər; Bərreyi-büryanü şərabü kəbab, Nöqlü məzə, firniyü dolma, qutab. Onlara lakin yemək idi həram, Nalə edərlərdi fəğan sübhü şam. Dərd ilə bir həftə fəğan etdilər, Gözlərini əşk-fəşan etdilər. Oxudular fatihə əmvat üçün, Neçə qazan asdıla xeyrat üçün. Qoydu olar xonçaya həlvaləri, Paylamağa cövzü münəqqaləri. Gəldilə qəbr üstünə əfğan ilə, Başı açıq, dideyi-giryan ilə. Ağladılar bir neçə gün dərd ilə, Oxşadılar mürdələri fərd ilə. * * * Siçan şahının qoşun toplaması Şahi-siçan hökm elədi ləşkərə, Zəhr ilə su verdi hamı xəncərə. Verdi siçan şahı o gün buyruğu, Nizələri guşü qılıc quyruğu. Tupü tüfəng ilə o fövci-dilir Cəng günü hər biri bir nərrəşir. Cümlə pişik cənginə oldu rəvan, Seyhəkünan, nərəzənan, xunçəkan. Üç yüz otuz min, hamısı muş idi, Şahi-siçan rindi-qədəhnuş idi. Şəh dedi: – Ey tazə cavanlar, gərək Ol pişiyə elçi əzəl göndərək. Zirəkü kamil və süxəndan ola, Elçi gərək əqəli-dövran ola. Var idi bir aqilü zirək vəzir, Fəhmü fərasətdə qəvi, binəzir. Qoydu göz üstə əlini ol siçan, Söylədi: – Ey sərvəri-mülki-cahan, Əmrüvə bir bəndeyi-fərman mənəm,. Vadiyi-eşqində verən can mənəm. Dürci-dəhan aç, bizə göftar elə, Ol ləbi-şirini şəkərbar elə. Hər nə isə hökmün, əya sərfəraz, Mən yetirim ol pişiyə biniyaz. Şah vəzirə dedi: – Ey binəzir, Səhl deyildir belə əmri-xətir. Get pişiyə faş elə peyğamımı, Eylə bəyan cümlə sərəncamımı. Ləşkərimin kəsrətini ver xəbər, Cümlə zirehpuşdur, əldə təbər. Azim olub cəngə neçə pəhlivan, Əldə hamı xəncərü gürzi-giran. Yaxşısı oldur ki, gələ xidmətə, Ta ki itaət edə bu dövlətə. Yoxsa onu dəhrdə xar eylərəm, Çeşminə dünyaları tar eylərəm. Eyləməsə pəndimi hərgah qəbul, Çəngimə gəlsin mənim ol bülfüzul. * * * Vəzirin elçiliyi Sözlərini şahın eşitcək vəzir Düşdü yola getməyə ol binəzir, Sibqət edib badi-səbayə dəvan, Rahi-biyaban ilə oldu rəvan. Teyyi-mərahil eləyib zud-zud, Xitteyi-Kirmanə çü etdi vürud. Gördü o təxt üstdə pişik şahını, Barikəhü xeylini, xərkahını. Qasidi-bidil şəhə etdi sücud, Mədhu səna eylədi vəsfü dürud. Ərz elədi, key şəhi-gərdunəsas, Görməyəsən dəhrdə hərgiz həras. Şahi-siçandan sənə bir qasidəm, Sanma ki, mən şövkətüvə hasidəm. Şah deyir ki, gələsən xidmətə, Olmayasan yaği bizim dövlətə. Şah olan kəsdə ədalət gərək, Hali-rəiyyətdə rəfahət gərək. Qurd qoyunla gərək etsin çəra, Layiqi-şənin deyi bu macəra – Kim, neçə bir muşi həlak etmisən, Sinəmizi dərd ilə çak etmisən. Eyləməsən gərçi itaət bizə, Eyləyərik zəcrü siyasət sizə. Razı deyilsən çü bu sövdayə sən, Hazır ol indi dəxi dəvayə sən. Ləşkəri-cərrar gəlir üstüvə, Firqeyi-xunxar gəlir üstüvə. Olma sözümdən, kərəm et, bidəmağ, ** Yoxdu rəsulun işi “illəl bəlağ”. * * * Pişik şahının cavabı Güldü, dedi qasidə kim, ol filan ... yeyibən, batil edibdir güman! Kimdi siçan şahı, o ağzı düşük? Min siçana bəsdi bizim bir pişik. Kimdi siçan kim, çıxa meydanıma, Tab eləyə çəngəli-bürranıma? Get degilən cənginə amadəyəm, Sanmaya kim, acizü üftadəyəm. Gər çıxa can peykəri-üryandan, Çıxmaram əlbəttə bu Kirmandan. Öpdü yeri, oldu o qasid rəvan, Etdi pişik cəm sipahi-giran. * * * Pişiyin qoşun toplaması Yazdı Xorasanə ki, gəlsin sipah, Ərbədəcu səfşikənü rəzmxah. Gəldi qoşun cövşənü xiftan ilə, Gürzi-giran, xəncəri-bürran ilə. Düşdü yola ləşkəri-cərrarlər, Səf dağıdan firqeyi-xunxarlər. İki qoşun saz oluban çəkdi səf, Zöhrə çalıb çəng, fələk vurdu dəf. İki qoşun oldu o gün rubəru, Xəsmfikən, qəlbşikən, kinəcu. İki tərəfdən ucalıb banki-kus, Hər iki şəh təxtinə etdi cülus. Saldı siçan ərsəyə bir pəhlivan, Oldu rəcəzxan o şirinzəban. Söylədi kim, farisi-meydan mənəm, Buğda yeyən, dağıdan ənban mənəm. Neçə çuvalları mən etdim deşik, Kimdi mənə tay ola itü pişik? Kəştiyi-Nuh üzrə ki, divi-ləin Çəkdi donuz dalına nagah əlin, Asqırıban xuk, mən oldum əyan, Kəştiyi-Nuhə elədim çox ziyan. Kimdi bu meydanda mənə tay ola, Hansı ləindir üzümə lay ola? Fövci-pişikdə var idi bir cavan, Adı onun Sarı Pişik, xoşzəban. Gördü siçanın bu qədər lafını, Gəldi dolandı onun ətrafını. Qarğı atı, qamçısı bir tirə tar, Taxta qılınc əldə, vəli abdar. Söylədi: – Ey donquza övlad olan, Hərzə danışma, bu ədadən utan! Kəştiyi-Nuh üzrə ki oldun əyan, Sən gəmini deşdin, edirdin ziyan, Çəkdi əlin şirə çü Nuh ol zaman, Asqırıban şir, mən oldum əyan. Sən donuzun burnuna mənsubsən, ... yeyən oğlu, özü məyubsən! Bil çataram şirə nəcabətdə mən, Müştəhirəm zurü şücaətdə mən. Həmleyi-əvvəldə siçanı o pak Tiğ çalıb, eylədi xarü həlak. Gəldi, mübariz tələb etdi yenə, Söylədi ki, kimdi bərabər mənə? Ta eləyim qanına qəltan onu, Xakə qılım dəhrdə yeksan onu. * * * Orduların qarşılaşması Gördü onun zurin o qevmi-zəif, Bildi yekayekdə deyillər hərif. Eylədilər onlara birdən hücum, Oldula məxlut cəhulü zəlum. Qoydu qılıc bir-birinə ol sipah, Gərd qopub, tirə olub ruyi-mah. Baş tökülüb xakə çu bərgi-xəzan. Hər tərəfə su kimi qanlar rəvan, Bir-birinə atdıla tirü xədəng, Qan tökülüb xakə, olub lalərəng. Püştə əyan oldu o gün güştədən, Bəxti-bədü taleyi-bərgəştədən. Sındı, o gün qaçdı siçan ləşgəri, Yarələnib əksəri durdu geri. Çünki gecə oldu, hamı etdi xab, Sübh tülu etdi yenə afitab. İki qoşun oldu mühəyya yenə, Şölə çəkib atəşi-dəva yenə. Bir-birinə dəydi yəminü yəsar, Meymənəvü meysərədə girü dar. Ox atılıb hər tərəfə qıchaqıc, Mərd ilə namərdə qılıcbaqılıc. Vurdu pişik qəlbi-sipahə özün, Ləşkəri-muşun o çıxartdı gözün. Şahi-siçan eylədi fəryadlər, Yəni, cavanlar, edin imdadlər! Qeyrətü himmət günüdür muşlər! Əhdü mürüvvət günüdür muşlər! Bu pişiyin atını bir neyləyin, Xakə yıxın, ömrünü teyy eyləyin. Çəkdi qılıc qeyrət edib bir siçan, Yetdi pişik şahına ol pəhlivan. Çaldı qılıc, şahın atın peylədi, Yağlı siçan türfə hünər eylədi. Şəh yıxılıb, qaşdı pişiklər hamı, Oldu siçanların o gün bayramı. Bağladılar qollarını təng onun, Eylədilər qətlinə ahəng onun. Ərşə çıxıb sövti-dəfü kərrənay, Etdilər urray, haray, ay haray! Oldu pişik şahı bizə dəstgir, Şiri-jəyanı elədik biz əsir. * * * Siçan şahının pişiyi edam etdirməsi Təxtə çıxıb qırmızıdon padşah, Günbədi-əflakə ucaltdı külah. Gəldi qabağə qolu bağlı pişik, Könlü sınıq, sinəsi dağlı pişik. Etdi ona şah itabü xitab, Söylədi key müfsidü aləmxərab! Neyləmiş idi sənə ol muşlər, Bəxti qəra fövci-siyəhpuşlər? Onları, zalım, elədin sən həlak, Zərrə qədər səndə məgər yoxdu bak?! Bilməz idin zalım olan xar olur, Keyfəri-əmalə giriftar olur! Bəs deyil idi sitəmi-masələf, Həm bu qədər ləşkəri etdin tələf?! Hiylə üçün gah qılırsan namaz, Gah alırsan əlüvə dəstəmaz. Zahid olub səbhə alırsan ələ, Ta qurasan muşlər üçün tələ. Gah qoyursan başuva əfsəri. Gah çəkirsən bizə bu ləşkəri. Bais olursan bu qədər qanə sən, Asi olursan niyə sübhanə sən? Çəkməsəm aləmdə səni darə mən, Asi olum qadiri-qəhharə mən! Eyləyim ol gunə səyasət sana, Ta ki siçanlar deyələr, “mərhəba!” Hökm elədi, dar ağacı qurdular, Boynunu zalım pişiyin burdular. Saldı boğazına siçanlar tənab, Vəhşət edib, qıldı pişik iztirab. Oldu o əsnadə bir atlı əyan, Qıldı təvəqqe ki, əya hökmran! Eyləmişəm dəhrdə xidmət sənə, Gəl bunu öldürmə, bağışla mənə. Bir də əgər etsə pişik bir günah. Öldür onu, ey şəhi-aləmpənah! Şah dedi: – Zalıma rəhm eyləmək. Öylədi ki, zülm işə etmək kömək. Qurda tərəhhüm əkər etsə çoban, Zülm qoyunlarə edib bigüman. Gər pişiyə rəhm eləsə bir nəfər, Zülm siçanlara edib müxtəsər. Çünki Hüreyrə pişiyin adıdır, Zişt olan yad onun yadıdır. Kim ki, Hüreyrə ola kəzzab olur, Gərçi özü zübdeyi-əshab olur. “Qibbənü hübbən” sözünü get oxu, Rəddinədir onda işarə çoxu. Anla hədisin dəxi mənasını, Həzrəti-peyğəmbərin imasını. Yəni ki çox gəlmə mənim yanıma Vermə xələl məclisi-əvanıma. Şahi-siçan etmədi ondan qəbul, Getdi o kəs xəstəvü zarü məlul. Söylədi cəlladə ki, çək darə sən, Qalma təfəkkürdə, dil avarə sən! Dardə əndamını siz oxlayın, Bir keçən əhvalüvüzi yoxlayın. Başüvüzə nə gətirib bu pişik, Çəkdi siçan tutmağa daim keşik. Heç kəsin olmadı bir cürəti, Ta pişiyə eyləyə bu zilləti. * * * Siçan padşahının pişiyin qətlinə qəsdi və pişiyi dardan qurtarması..232 Hekayət Çəkdi qılıc ta ki özü padşa, Ta eləyə başını təndən cüda, Gördü pişik muşlərin şahını, Bildi onun kineyi-dilxahını. Şir kimi çökdü dizi üstünə, Verdi təkan şəst ilə öz dəstinə. Qırdı ipi, sıçradı əjdər kimi, Həmlə edib muşə qəzənfər kimi. Çox siçanı eylədi zalım həlak, Oldu siçanlar hamısı sinəçak. Həmlə edib Rüstəmi-dəstan kimi, Qeyzə gəlib Samü Nəriman kimi. Gördü siçan şahı ki dolmuş əsas, Canı həlak olmağın etdi qiyas. Gürzü giran əldə yetişdi pişik, Girməyə tapmadı siçan bir deşik. Gürzü çalıb, əzdi onun başını, Təpdi yerə qövmünü, qardaşını. Qaçdı siçanlar, yerə oldu nihan, Qaldı yer üstündə pişik hökmran. Kəsdi, siçanlar yolunu bağladı, “Mo-mo” edib bığlarını yağladı. Bais odur ki, pişik oldu əziz, Xanım ona hörmət edər, həm kəniz. Nə əkini vardı, nə dükkanı var, Hər gecə-gün hazır olan nanı var Aşü plov, dolma yeyər hər gecə, Sərçə tutar, hindən aparar cücə. Sən də pişik olsa idin, Seyyida, Çəkməz idin ruzi üçün bir bəla. * * * Hekayət Nuşirəvan əsrində bir nəfər zalım bir zəifə bir qapaz vurmuşdu. Nuşirəvan qapaz vuran şəxsin qətlinə hökm elədi. Həlak elədilər. Xəvaslardan birisi dedi ki, təəccüb elədim padşahın ədalətindən ki, bu az olan təqsirdən ötrü bir adamı həlak elədi. Nuşirəvan buyurdu ki, qələt elədin. Mən adamı öldürməmişəm, bəlkə bir it və qurdu öldürdüm, ilanı, əqrəbi həlak elədim. Hekayət İskəndəri-Rumi öz sirlərindən bir sirr bir şəxsə demişdi. Tapşır- mışdı ki, heç bir kəsə deməsin. Qəzadan ittifaq, ol sirrin faş olmağı İskəndərə məlum oldu. Həkim Bəlinasdan sual etdi ki, əgər bir kim- sənə padşahın sirrini faş eləyə – onun cəzası nədir? Həkim dedi ki, ey padşah, əgər sahibi-sirr istəsə ki, sirri faş olmasın, gərək ol sirri heç bir kəsə deməsin. Bir sirri ki, öz sahibi saxlaya bilmə- yib, bir sair şəxsə deyibdir və ondan haman sirr çıxıbdır, məzurdur. İskəndərə həkimin hikmətamiz olan göftarı pəsəndidə gəldi. * * * Nuşirəvan və qarı hekayəsi Ol vaxt ki, eyvani-Nuşirəvan tamam oldu, hükəmalara buyurdu ki, mənim bu şahanə olan imarətimə diqqət gözüylə baxın. Əgər bir ye- rində bir eybi və nöqsanı var isə, mənə xəbər verin. Hükəmalar baxdılar. Ərz elədilər ki, Taqi-Kəsranın heç bir nöqsanı yoxdur. Ancaq bu ali olan imarətin bir küncündə bir ev var ki, ol evdən çıxan tüstü bu ziba olan imarətin divarın qaraldır. Əgər ol evi oradan dağıtsalar, çox yaxşı olar. Nuşirəvan dedi ki, ol ev bir qarı övrətindir. Ol vaxt ki, mən bu ima- rətin binasın qoydum, memarlar dedilər ki, bu qarının evi bizim evimi- zə xələl yetirir. Gərək bu ev buradan dağıla, tainki təmiratımıza nöqsan olmaya. Mən bu qarının yanına adam göndərdim ki, evin satsın, ona ziyadə pul verərəm, ya gəlsin evindən əla evlər verim. Qarı mənə xəbər gön- dərdi ki, çünki mən bu evdə doğub törəmişəm və bu evə öyrəşmişəm, ünsiyyət tutmuşam, hamı aləmi padşahın mülkü görüb mən şad olu- ram. Amma padşahın gözü yoxdur ki, bu mühəqqər olan evi mənim [üçün çox görür]. Bu sözdən çox geri getdim. Ta ol vaxt bu eyvan tamam oldu, hər gün onun bacasından tüstü qalxdı, bu divarları qaraladı. Ona peyğam göndərdim ki, hər gün bu tüstünü nə üçün eləyirsən? Cavab verdi ki, özüm üçün yeməyə şey bişirirəm. Heç dinmədim. Gecə bir məcməyi plov mürği-büryan ilə onun üçün göndərdim. Dedim ki, ey ana, hər gecə bir xonça qiza, növbənöv xüruşlarla səninçün göndərərəm, sən dəxi bu dar olan evində od yandır- ma ki, onun dudindən eyvanın divarı qaralır. Cavab göndərdi ki, aləmdə bu qədər aclar və fəqirlər ola-ola ki, ürəkləri büryan və gözləri giryan olalar, mən insafmıdır ki, hər gecə mürği-büryan və neməti-əlvan yeyim?! Allah-taaladan qorxuram. Yetmiş ildir ki, mən nani-cəvinə və kəşkineyi-həlal yeyirəm, indi mürği- suzineyi-həram yeyim?! Mənim bu evimi, bir qərar qoy ki, sənin eyva- nının zinətidir. Çün sənin amillərin görsələr ki, sən mənim əlimdən bu mühəqqər olan evi aldın, təsərrüf əlini rəiyyətin malına uzadarlar və bir də bu ki, sənin eyvanın çox qalmaz, axır fəna olar. Amma mənim evimin hekayəti müddətlər səfəhati-övraqi-ruzgardə mərqum və məstur olur. Bunu ki, eşitdim, onun həmsayəliyinə razı oldum. Və belə rəvayət edirlər ki, o qarının bir arıq inəyi var idi. Hər sabah evindən səhraya çıxarırdı, axşamlar evinə gətirirdi. Sabah- axşam o inək padşahın evinin qabağında döşənmiş olan mərmər daş- ları peyinli ayaqları ilə basıb gedib gəlirdi. Padşahın nökərlərindən biri dedi ki, ey qoca övrət, bu hərəkəti eləmə ki, padşahın namusunu şikəst qılırsan və əsasi-heybəti-səltənəti xarab eləyirsən. Qarı cavab verdi ki, padşahın namusu zülmdən şikəst olar, nə ədldən və soltanın binayi-əsasi-heybəti-cəhldən xarab olar, nə əqldən. Mən bu əməli ki, eləyirəm – padşahın niknamlığından ötrü eləyirəm və onun aqibət nikfərcamlığın istəyirəm. Əlhəq ki, ol pirəzən yaxşı deyibdir. Min ildən ziyadədir ki, ke- çibdir, hələ də “hekayəti-xaneyi-pirəzən və eyvani-Nuşirəvan” kitablarda məsturdur, dillərdə məzkur. * * * Nuşirəvan və iki bayquş Nuşirəvan əcəm padşahlarındandır və Kəsra dəxi onun bir adıdır. Belə rəvayət edirlər ki, Nuşirəvan əvaili-səltənətində çox zalım idi. Zülm əlini xəlayiqə açmışdı. Bir gün şikara çıxmışdı. Gördü ki, bir xərabənin divarında iki bayquş bir-birinə səda edirlər. Nuşirəvan öz vəziri həkim Büzürgmehrdən soruşdu ki, ey həkim, görəsən bu bay- quşlar nə danışırlar? Həkimi-danişmənd forsəti-kəlamı qənimət bilib, lətifə üzündən ərz elədi ki, ey padşahi-aləm, bu bayquş o bayquşa deyir ki, qızını mənim oğluma ver. O deyir ki, əgər mənim qızımın sədaqından ötrü yüz xərabə versən müzayiqə yoxdur. O bayquş bunun cavabında deyir ki, qorxma, əgər Nuşirəvan bir neçə il də padşah olsa, mən sənə yüz min xərabə verrəm. Gər məlik in əst dər in ruzigar ** Mən beto viranə dəhəm səd hezar Nuşirəvan həkimin lətifəsindən sonra mütənəbbeh olub, qanuni- ədalətə mübaşir oldu. * * * Soltan Mahmudun bağı Soltan Mahmud Qəznəvi bir qitə bağ saldırmışdı ki, rövzeyi- rizvan kimi dilgüşa, firdövsi-bərin kim behcətəfza idi. Bir gün öz atası Nasirəddini-Səbüktəkini o bağa dəvət elədi. Ənva və əqsam əkl və şürbdən sonra atasından soruşdu ki, ey pədəri-mehriban, səfheyi- aləmdə bundan dilgüşa bağ olurmu? Nasirəddövlə dedi ki, ey oğul, bu bir bağdır nəhayətdə ziba və qayətdə dilgüşa. Amma ərkani-dövlət və mülazimani-həzrətdən hər bir kəs xahiş qılsa, bu bağın mislin tərtib edə bilər. Padşahlar gərək bir elə bağ salsınlar ki, sairlər onun mislin əmələ gətirməkdən aciz qalsınlar və onun meyvələri heç bostanda əmələ gəlməsin. Soltan ərz elədi ki, o hansı bağdır? Cavab verdi ki, o bağ baği-tərbiyət və nihali-mədələtdir ki, hükəma və şüəralardan abad ola. Ta o bağdan bir səmərə hasil ola ki, sərd və gərm, zimistan və tabistandan məsnun və məhfuz ola. Bu kəlam Soltan Mahmuda pəsəndidə gəldi. * * * Hekayət Bir şəxs Nuşirəvani-adilə müjdə gətirdi ki, Allah-taala sənin filan düşmənüvü götürdü (yəni düşmənin öldü). Nuşirəvan dedi ki, heç eşitdin ki, məni qoyacaq? Bu hekayətin faydası budur ki, düşmənin mərginə şad olma, çünki sənin də dünyada həyatın həmişəlik deyildir. * * * Hekayət (Nuşirəvan və şikar) Nuşirəvan və şikar Şeyx Sədi “Gülüstan” kitabında nağıl edib ki, Nuşirəvani-adil üçün bir şikargahda bir seyd kabab edirlər. Kababa səpməyə duz yox idi. Bir qulam kəndə yüyürtdülər ki, duz gətirsin. Nuşirəvan qula dedi ki, duzu qiymət ilə al ki, ta töycü olmasın və kənd dağılmasın. Dedilər ki, bu az duzdan nə xələl olacaq ki, kənd dağıla? Nuşirəvan dedi ki, zülmün binası əvvəldən az olubdur. Hər kəs ki, gəldi – bir qədər artırdı, ta bu mərtəbəyə çatdı. * * * Nuşirəvan və qonaqpərvər kişi hekayəsi Belə nağıl edirlər ki, Nuşirəvan əvaili-səltənətində eyşü işrətə məşğul olub, rəiyyətpərvərlik zövqündən qafil idi. Onun həmsayəli- yində bir şəxs var idi. Kərəmü səxavətdə məşhur idi və mehmana müraat etməkdə, ehsan-əltafda məzkur idi. Nuşirəvan onu imtahan etmək üçün bəzirgan libası geyib onun evinə getdi. Ev sahibi onu tanımadı; amma necə ki onun öz adəti idi, onu mehman edib, ziyafəti-təmam və mahəzəri-malakəlam tərtib etdi. Bir otaqda nişimən etmişdilər ki, onun ğürfələri o kişinin öz bağına açılmışdı. Lətif olan meyvələr rəsidə olmuşdu. Nuşirəvan məclis tamam olandan sonra ki, durub gedəcəkdi, dedi ki, ey xaceyi-mehman-nəvaz, mən bir sövdagərəm, sənin səxavət və cavanmərdligüvün avazəsin məsmu etmişdim, ondan ötrü sənə zəhmət verdim. Yüz guş etdiyimdən əlasanmış. İndi xudahafiz və xaneyi-ehsanın abad, gedirəm. Buyur ki, sabah səninçün karvansaradan nə irsal edim? Dedi: – Ey əziz olan mehman, dövlətindən cəmi əsbabi-mayəhtac mühəyyadır. Əgər sənin üçün məqdur olsa, mənə bir qədər təzə əngur göndərəsən. Nuşirəvan dedi ki, sənin bağında üzüm çoxdur, nə səbəbə yemirsən? Dedi ki, ey bəzirgan, bizim padşahımız bir zalım və qafil olan padşahdır, rəiyyət qəminə qalmaz. Xalqın əngur bağları yetişibdir, hələ bir kəs yəqin eləməyibdir ki, padşahın “üşr malın” aparsınlar. Hərçənd ki, sairlər mülahizə etməyib əngur tənavül edirlər, amma mən məhruməm. Ol cəhətdən ki, padşahın haqqı bu bağda var, hənuz məndən “üşr malın” almayıblar. Əgər bəndə verməmiş əngur yesəm, padşaha xəyanət eləmiş ollam. Mənim məzhəbimdə xəyanət və bidə- yanətlik haramdır. Hələ ki taklərdə qora əmələ gəlir, bağın qapısın bağlayıb möhr elərəm, qoymaram ki, heç afəridə bağa daxil olsun ki, bir gilə üzüm yesin. Ta vəqta ki, padşahın əmələcatı öz üşr məxsus- ların aparırlar, ol vaxt mən əlimi üzümə uzadıram. Nuşirəvan bu hekayəni guş etdi, hay-hay ilə ağladı. Dedi ki, ol padşahi-zalım və qafil mənəm. Sənin dəyanətin məni xabi-qəflətdən bidar etdi. * * * Nuşirəvanın vəzirləri hekayəsi Güruhi-hükəma bir məsləhət xüsusunda Kəsranın məclisində göftgu edirlərdi. Və hər biri bir tədbir deyirdi. Büzürgmehr xamuş idi. Ondan sual elədilər ki, sən niyə xamuşsan? Dedi ki, həkimlər, təbiblər misalındadır; təbib dərman verməz məgər naxoşa. Çün görürəm ki, hamı rəyi-siyasət ilə göftgu edirlər, mənim üçün ziyadə göftgu etmək füzulluqdur. * * * Nuşirəvanın sualı Bir dəfə məclisdə Nuşirəvan Büzürgmehrdən sual elədi ki, ey həkimi-rövşənrəy, dünyada nə şey yaxşıdır? Həkim dedi ki, ölmək. Yenə sual elədi ki, dəxi nə yaxşıdır? Dedi ki, övrət. Üçüncü dəfə sual elədi ki, dəxi nə yaxşıdır? Dedi ki, ehtiyac. Nuşirəvan qəzəbnak oldu. Dedi ki, nə səbəbə, həkimi-danişmənd? Dedi ki, ey padşah, əgər mövt olmasaydı, validi-macidin vəfat etməz idi, sənin kimi ədalətli olan padşah sahibi-ixtiyar olmazdı. Və əgər övrət olmasaydı, sənin kimi soltani-sahibvüqar və mədələtşüar dünyaya gəlməzdi. Və əgər ehtiyac olmasaydı, bizim kimi həkimlər sənə xidmət etməzlərdi. Bəs mövt, övrət, ehtiyac – hər üçü neməti- üzmadır. Nuşirəvana həkimin bəyanatı nəhayət xoş gəldi və ənam əta qıldı. * * * Hörmüz ibn Nuşirəvan Hörmüz tacidara dedilər ki, atanın vəzirlərindən nə xəta gördün ki, cümləsin zindana saldın? Hörmüz buyurdu ki, bir xəta görmədim. Ancaq gördüm ki, mənim xövf və hərasım onlara müstövli olubdur və mənim sözümə bilmərrə etimad və etibarları yoxdur. Qorxdum ki, öz canlarının xövfündən mənim həlakıma qəsd edələr. Bəs həkimlərin qövlü ilə rəftar elədim ki, buyurublar: “Qorx o kimsənədən ki, həmişə səndən qorxur; əgərçi davada yüz ondan artıq olsan da. İlan çobanın ayağından o səbəb çalar ki, qorxur ki, çoban onun başını daş ilə əzə”. Görməmisən ki, ol vaxt ki, pişik pələngin əlində aciz qalır, öz qorxusundan pələngin gözlərin çəngalı ilə çıxardır? Və illa pələngin zoruna pişiyin zoru çatmaz. * * * İskəndər və vəziri Zülqərneyn bir gün sübhdən axşama kimi məclisi hökumətdə əyləşdi, heç bir kimsə onun hüzuruna rəfi-hacət üçün gəlmədi. Öz nayibinə dedi ki, mənim bu günüm ömrdən hesab deyil. Nayib ərz elədi ki, ey padşahi-aləmpənah, bir gün ki söhbətdə fərağət keçə, səlamət və kəramətdə axşama gələ, əmrlər öz kamınca, xatirin fərağət, xəzan məmur və sipah məsur, – əgər padşah bu günü ömrdən hesab etməyə, bəs hansı gün ömrdən hesab olur?! Zülqərneyn buyurdu ki, bir gün ki padşahdan bir istirahət bir məz- luma yetməyə və bir məhrumun hacəti rəva olmaya – o günü necə ömrdən hesab etmək olar?! * * * Çin padşahının İskəndərdən sualı Çin padşahı İskəndərdən sual elədi ki, padşahlığın ləzzətin nə şeydə gördün? İskəndər cavab verdi ki, üç şeydə: birinci – düşmənlərə qalib olmaqda; ikinci – dostları sərbülənd etməkdə; üçüncü – möhtacların hacətlərin rəva qılmaqda. Bunlardan qeyri ləzzətin etibarı yoxdur. * * * Padşahın həkimdən sualı Padşahlardan birisi bir həkimdən sual elədi ki, tədbir əfzəldir, ya şücaət? Həkim cavab verdi ki, şücaət şəmşir məsabəsindədir, tədbir əl misalındadır ki, əl qılınca iş buyurur və qılıncsız əl ilə iş görmək olur. Amma əl olmasa qılınc biməsrəfdir. * * * Nuşirəvan və Büzürgmehr Nuşirəvan Büzürgmehrdən soruşdu ki, şücaət nə şeydir? Həkim dedi ki, şücaət qəlbin qüvvətidir. Nuşirəvan dedi ki, nə üçün demədin ki, əlin qüvvətidir? Həkim dedi ki, əgər qəlbdə qüvvət olmasa, əldə qüvvət qalmaz. * * * Qazi hekayəsi Bir axmaq qazinin yanına gəlib sual elədi ki, oruc tutan şəxsə nə vaxt oruc açmaq gərək? Qazi cavab verdi ki, nə vaxt ki, gün batar. Dedi ki, bəlkə gün gecə yarısına kimi batmadı? Bu hekayətdən sailin həmaqəti sabitdir. * * * Dərviş və qəni hekayəsi Bir dərviş bir dövlətlinin yanına gəlib dedi ki, hər ikimizin atamız Adəm və anamız Həvvadır. Bəs mən sənə qardaşam. Sənin bu qədər malın var, istəyirəm ki, mənim qardaşlıq payımı verəsən. Xacə quluna buyurdu ki, gətir bu qardaşıma bir füls (yəni qara pul) ver. Dərviş dedi ki, ey xacə, niyə qismətdə insaf eləmədin? Dedi: – Xamuş ol ki, əgər sair qardaşlarımız bizim təqsimimizdən xəbərdar olub gəlsələr, sənə bir füls də vüsul olmaz. * * * Oğru hekayəsi Bir oğru bir şəxsin libasını oğurladı. Aparıb bazarda bir dəllala verdi ki, satsın. İttifaqən o libası ondan dəxi oğurladılar. Oğru əliboş yoldaş- larının yanına gəldi. Ondan soruşdular ki, libası neçəyə satdın? Dedi ki, o qiymətə ki, almışdım. Yəni məndən dəxi oğurladılar. * * * Çəpgöz hekayəsi Bir əhvəldən (yəni çəp) bir nəfər şəxs soruşdu ki, bu söz doğrudur ki, deyirlər çəplər biri iki görür? Dedi ki, bu söz məhz yalandır. Əgər bu söz doğru olsaydı, siz ki, iki nəfərsiz, gərək mən sizi dörd görəydim. Bavücudi ki, sual verən bir nəfər idi. * * * Korun hekayəsi Bir şəxs bir kora dedi ki, mən belə eşitmişəm ki, Allah-taala hər kəsi kor eləsə, əvəzində ona bir yaxşı şey əta elər. Aya, sənə nə mər- həmət edibdir? Kor cavab verdi ki, Allah-taala mənə bunu əta edibdir: sənin kimi qəlbi qəsavətli, dilşikən və dilazar olan şəxsin nəhs üzünü görmürəm. Sail sualından şərmsar oldu. Korun hekayəsi Bir nəfər əma şəbi-yeldadə səbusun abi-zülal ilə malamal edib, əlinə bir ədəd çıraq götürüb gedirdi. Bir şəxs ona tənə dilin açıb dedi ki, ey kuri-madər-zad, səninçün ki, leylü nəhar bərabərdir, bu çırağ nə lazımdır? Dedi: – Bu çırağı əlimə özümdən ötrü götürməmişəm. Bəlkə bu mənaya rövşən etmişəm ki, sənin kimi-batini kor olanlar mənə toxun- masın və sovçam sınmasın. * * * Müəzzin hekayəsi Bir nəfər bədsövt olan müəzzin bir çöldə əzan verirdi və hər yana yüyürüb öz sövtünə qulaq asırdı. Ondan bu əcibə olan haləti görüb, soruşdular: – Bu nə halətdir? Dedi ki, xalq mənə deyir ki, sənin sövtün uzaqdan çox yaxşı gəlir. İndi bu çöldə əzan verib, hər tərəfə yüyürüb qulaq asıram ki, görüm xalq danışan sözlər doğrudur, yainki yalandır? * * * Yalançı peyğəmbər Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəm- bərlik iddəası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki, həqq-təala sənə nübüvvət əta qılıbdır. Dedi: – Bəli. Padşah dedi ki, peyğəmbərlər qeybdən xəbər verirlərdi, sən necəsən? Dedi ki, mən də qeybdən xəbər bilirəm. Padşah dedi ki, de görüm, bu halda mənim qəlbimdən nə xütur eləyir? Dedi ki, ey padşah, bu halda sən fikr edirsən ki, guya mən yalançı peyğəmbərəm. Səhvinə istiğfar elə. Padşah xəndan oldu və onun təqsirindən keçib, ənam və xələt verdi. * * * Dəllək və xacə Bir dəllək bir xacənin başın təraş qılırdı. Dəlləyin əli titrəyib bir cüzi onun başından məcruh elədi. Xacə fəryad elədi: – Ey usta, başımı kəsdin! Dəllək dedi ki, sakit ol, kəsik başdan səs çıxmaz. * * * Padşah və zərif Bir zərifdən bir günah sadir olmuşdu. Padşah hökm elədi ki, onun burnunu deşib, bir ip taxıb küçə və bazarı dolandırsınlar. Zərif ərz elədi ki, ey padşah, mənim burnumun iki deşiyi var, üçüncü deşik mənə lazım deyil. Padşah güldü və onun təqsirindən keçdi. * * * Ərəb və naqə Bir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzun qabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma süvar olduğun saymadı. Dedi ki, bəs dəvənin birin itirmişəm. Aşağı düşüb hər tərəfi axtardı. Bir əsər görməyib müraciət qıldı gördü ki, dəvəsi ondur. Yenə süvar oldu. Bir qədər yol gedəndən sonra dəvə- lərin saydı, yenə gördü ki, doqquzdur. Yenə aşağı düşüb hər tərəfi axtar- dı. Bir əsər mövcud olmadı. Məavidət qıldı, gördü ki, dəvə yenə ondur. Dedi ki, bəs mən süvar olanda dəvənin biri nabud olur; yaxşı budur ki, piyada yol gedim, ta ki dəvə itməsin. * * * Kar və məriz Bir nəfər kar olan şəxs bir mərizin əyadətinə gəldi. Soruşdu: – Necəsən? Məriz dedi ki, ölürəm. Kar elə bildi ki, deyir, yaxşıyam. Dedi ki, əlhəmdüllah. Və yenə soruşdu ki, qiza nə yeyirsən? Dedi ki, zəhrimar. Kar dedi ki, nuşi-can olsun! Soruşdu: – Təbibin kimdir? Dedi ki, əzrail. Elə bildi ki, deyir filan təbib. Dedi ki, qədəmi düşərli olsun! Bu məsəl ondan qaldı ki, “karın könlündəki”. * * * Dərviş və zərif Bir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünə çox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağın gücündən səs eləyirdi. Zərif dedi ki, ey dərviş, məni bir özgə evə apar. Qorxuram ki, bu ev uça. Dərviş dedi ki, qorxma, bu səda ki dirəklərdən gəlir “külli şeyün ** səbbəhə bihəmdihi” mövcibi ilə Allah-taalaya zikr eləyirlər. Zərif dedi ki, qorxuram ki, zikrdən sonra səcdə eləyələr. * * * İflasa uğramış tacir Bir nəfər tacir bildir bərşikəst olmuşdu, biri bu il. Bildir şikəst olan tacir bu il şikəst olana rast gəlib soruşdu ki, keyfin necədir? Dedi ki, bildir səninki kimi. Dedi ki, məgər bildir mənimki necə idi? Dedi: – Bu il mənim keyfim kimi. * * * İskəndər və dəli İskəndər Zülqərneyn bir divanəyə dedi ki, məndən bir şey istə. Divanə dedi ki, səndən təvəqqə eləyirəm ki, bu milçəklərə hökm elə ki, məndən uzaq olsunlar. Dəxi mənə azar və əziyyət verməsinlər. Soltan dedi ki, ey divanə, məndən bir şey təmənna qıl ki, mənim təhti-fərmanımda olsun. Divanə dedi ki, zəif olan məxluqa ki, sənin təsəllütün yoxdur, bəs səndə nə var ki, mən səndən xahiş qılam?! * * * Padşah və vəzir Bir dəfə bir padşah vəzirlərindən birinə dedi ki, ey vəzir, görəsən dünyada bir elə yer olurmu ki, orada milçək olmaya? Vəzir dedi ki, ey padşah, adam olan yerdə milçək olur. Bir gün padşah haman vəzirlə bir şəhərdən bəid olan səhraya şikara getmişdi. Padşah vəzirlə bir guşeyi-pünhanə çəkilib, vəzirə dedi ki, ey vəzir, xilafi-təqrir, bu sərzəmində ki, bir adam yoxdur, bəs bu milçəklər nədir? Vəziri-dilir dedi ki, ey sahibsərir, mən demişəm ki, adam olan yerdə milçək olur. Əgər sən özüvü adam hesab eləmirsən, mən ki əlhəm- düllah, özümü adam hesab eləyirəm. * * * Padşah və şair Bir gün bir padşah bir şairdən rəncidə olub, qətlinə hökm elədi. Buyurdu ki, cəllad gəlsin! Şair padşahın mülazimlərinə dedi ki, siz hələ cəllad gəlincə, mənim başıma qapaz və üzümə sillə vurun. Padşaha bu söz xoş gəlib, onun qətlindən keçdi. * * * Tülkü və çaqqal Rubah bir şəğal ilə bir biyabanda gedirdilər Qəzadan ittifaq bunların yolları qurdların qəbristanına düşdü. Rubah şəğalə dedi ki, əl götür, ğafirül-xətiat dərgahına ki, bu mər- humlar üçün bir xeyir-dua eləyib, tələbi-məğfirət qılaq. Şəğal rubaha dedi ki, bu dirrəndələr ilə sənin nə aşinalığın var imiş? Rubah dedi ki, sənin səmi-humayunuva vasil olmayıbdır ki, bunlar bizim abavü əcdadımızın rəiyyət və zəhmətkeşləri olublar? Şəğal dedi ki, haşa və kəlla, mən bu mənaya vaqif deyiləm. Amma ziyadə arzu edərəm ki, kaş bu sibailərin biri zində və hazır olaydı, sən bu məquləni onun hüzurunda təqrir edəydin. * * * Avropalı və tamahkar Firəngistanın əyanlarından bir mütəməvvil olan şəxs bir qitə dilgüşa olan bağ saldırmışdı. Haman busitansəranın tağında yazdırmışdı ki, bu bağ mutəəlliqdir ol mərdi-mücərrədə ki, dünyada heç bir şeyə tamah və ehtiyacı olmaya. Bir gün bir tamahkar olan dövlətli bağ sahibinin hüzuruna hazır olub, nəxli-təmənnadan bu günə səməri-murad xahiş qıldı ki, bən- dənin cəmi dünyadan bir zada tamahım və ehtiyacım yoxdur. Bəs bu bağı mənə mərhəmət qıl. Sahibi-bağ dedi ki, əgər səndə tamah və ehtiyac olmasaydı, bağı məndən xahiş qılmazdın. Hüzurundan ixrac elədi. * * * İskəndər ibn Filippin hekayəsi Bir gün İskəndər ibn Filipp ki, padşahi-Rum idi, ətrafında məcmə olan əşxasa dedi ki, mən ömrümdə heç bir saili feyzi-nəvalımdan məhrum etməmişəm. Hər nə, ki məndən xahiş qılıblar-əta etmişəm. Bu göftarı guş edən bir şəxs ərz elədi ki, ey padşah, mənim üç dirhəm borcum var. İltimas edirəm ki, onu əda buyurasan. İskəndər dedi ki, padşahlardan bu gunə həqir şey təvəqqe etmək biədəblikdir. Ol şəxs dedi ki, ey məlik, bəs mənə bir məmləkət bəxş qıl. İskəndər dedi ki, əvvəlki sualın mənim şənimə layiq deyil idi, ikinci sual sənin. * * * Müsafir və xəsis Bir şəxs səfərə gedirdi. Onun bir nəfər bəxil olan dostu var idi. Bir gün bəxil olan dostuna dedi ki, səfərə gedirəm, əngüştərini (yəni üzüyünü) mənə ver ki, hər vaxt barmağımda görsəm, yadıma düşəsən. Bəxil dedi ki, nə vaxt ki, istərsən mən yaduva düşəm – boş qalan barmaquva bax, məni yaduva sal. Degilən ki, filan vaxtda filan dostum- dan yadigarlıq üçün bir üzük istədim, amma mənə vermədi. * * * Sail və Loğman Bir şəxs Loğmandan sual elədi: – Hikməti kimdən öyrəndin? Dedi ki, nabinalardan. Çünki korlar bir yeri görməsələr (yəni ** yoxlamasalar) qədəm qoymazlar. “Qəddi-mil-xürucə qəbləl vüluc”. * * * Sail və həkim Bir həkimdən sual etdilər ki, sənin qardaşın nə haldadır? Dedi ki, vəfat elədi. Dedilər ki, vəfatının səbəbi nə idi? ** Cavab verdi ki, “qayətül-həyati mövtün və qayətül-mövti fövtün” * * * Harun və Bəhlul Harun-ər-Rəşid Bəhluldan sual elədi ki, mənə bir nəsihət elə, ta ona əməl edib rastkar olum. Bəhlul dedi ki, ey xəlifə, dünyadan bir şey özünlə apara bilməz- sən, məgər səvab və iqba. İndi ixtiyarın var. * * * Əflatun Bir şəxs Əflatun-həkimdən sual elədi ki, çox illər cəhazda dərya səfəri qıldın. Dəryada nə əcayib gördün? Dedi ki, hamıdan əcəb budur ki, dəryadan səlamət sahilə vüsul etdim. * * * Qəzvinli Bir nəfər qəzvinlinin bir eşşəyi itmişdi. Sorağ edib car çağırırdı və dəmbədəm Allah-taalaya şükr edirdi. Bir şəxs ona dedi ki, ey sadədil, eşşəyin itibdir, car çəkirsən, çox əla; amma şükr etməyin vəchi nədir? Dedi ki, şükr ondan ötrü eləyirəm ki, nə əcəb ki, eşşək itəndə süvar deyildim. Yoxsa ki bu gün beş gün idi ki, özüm də itmişdim. * * * Sahib-mənsəb Bir nəfər şəxs mənsəbi-vəzarətə nail oldu. Onun bir nəfər qədimi dostu var idi. Mübarəkbad üçün onun hüzuruna gəldi. Sahib-mənsəb ondan sual elədi ki, sən kimsən və nə üçün təşrif gətirmisən? Onun dostu şərməndə oldu. Dedi ki, məni tanımırsan? Mən sənin filan dostunam, əyadət üçün sənin yanına gəlmişəm. Çünki belə eşitdim ki, sən mənsəbə çatandan sonra kor olmusan. Fərd Mirati-dövlətin bu da bir sirri-mübhəmi: Məsnəddə aşinaları biganə göstərir. * * * Şair və dövlətli Bir miskin şair bir təvangərin yanına gəldi. Elə yovuq oturdu ki, şair ilə təvangər arasında bir vəcəb (qarış) yer qaldı. Təvangər bu səbəb- dən bərhəm oldu, qaş-qabağını töküb, üzün turşudub şairə dedi ki, sənlə eşşək arasında nə qədər yer var? Şair dedi ki, ey xacə, bir vəcəb. Təvangər şərmnak oldu. * * * Nəqqaş Bir nəfər nəqqaş bir şəhərə getdi. Orada nəqqaşlıqdan əl çəkib, təbabət ağaz qıldı. Bir müddətdən sonra onun vətənindən bir şəxs o şəhərə gəldi. Onuyla mülaqat ittifaqı düşdü. Ondan sual elədi ki, hala nə sənətə məşğulsan? Dedi ki, təbabət eləyirəm. Dedi ki, nə səbəbə, elmi-nəqqaşi ki bütün ülumun əfzəlidir, ondan əl çəkib, təbabət sənətinə mübaşir oldun? Cavab verdi ki, ey rəfiqi-şəfiq, elmi-nəqqaşda hər bir şəkil ki, dərü divara nəqş eləsəm, qüsuru cümləyə məlumdur. Amma bu sənəti- tibbdə nə xəta eləsəm, torpaq onu məstur qılır. * * * Şeyx Əttar Şeyx Əttar Çingiz xanın qələbəsində əsir olmuşdu. Bir nəfər moğal istədi ki, onu öldürsün. Bir ayrı moğal dedi ki, öldürmə, bunu mənə sat sənə min qızıl verim. Şeyx Əttar dedi ki, satma, bundan artığa dəgərəm. Bir ayrı moğal dedi ki öldürmə, bunu mənə sat, bir torba sənə saman verrəm. Şeyx dedi: – İndi sat ki, bundan artığa dəgmərəm. Moğal qəzəbnak olub Şeyx Əttarı şəhid qıldı. * * * Hekayət Bir vaxt əkabirdən birisi bir günahkarın xüsusunda xəlifeyi-Bağdad Əbu-Mənsura şəfaət elədi. Mənsur dedi ki, bu şəxsin çox böyük gü- nahı var. Ol şəxs dedi ki, mən dəxi təvəqqe eləyirəm ki, bu böyük olan günahdan keçəsən və illa, günahi-səğirdən şəfaətsiz də keçmək olur. Xəlifə onu bağışladı. Hekayət Bir padşah özünün xas olan mülazimlərinin birisinə xəlvətdə dedi ki, sənə bir sirr verim, gərəkdir heç bir kəsə deməyəsən. Mülazim əhd elədi ki, demənəm. Padşah dedi ki, mən öz qardaşımdan bədzənn olmuşam: qorxuram ki, məni öldürə. Sən gərək həmişə məni müha- fizət edəsən. Və əgər ondan bir hərəkət bilsən, fürsət verməyib onu öldürəsən. Padşahın mülazimi bu sirri onun qardaşına dedi. Şahın qardaşı mülazimdən çox rizaməndlik elədi. Qəzadan ənqərib vaxtda padşah vəfat elədi. Padşahın qardaşı təxti- səltənətdə əyləşdi. Filhal ki, səltənətə çatdı, qardaşının haman müla- zimin tələb qılıb, hökm elədi ki, başın kəsələr. Dedi: – Ey padşah, mənim günahım nədir? Dedi: – Sənin günahın odur ki, qardaşının xələt və ənamından bəhrəvər ola-ola, sən ki onun sirrin saxlamadın, mənim sənə heç etima- dım yoxdur. Hekayət Bir gün bir xacə öz qulamı ilə səyahəti-bustanə getmişdi. Xacə bağdan bir xiyar dərdi, öz qulamına verdi. Qəzara haman xiyar nəhayət acıydı. Qulam o xiyarı şirin-şirin yedi. Xacə bir löqmə və xiyardan qulamın əlindən alıb öz ağzına qoydu. Gördü ki, zəhri-həlahildən bir nişanədir. Dedi ki, ey qulam, bu acılıqda xiyarı belə şirin-şirin nə üçün yeyirdin? Qulam ərz elədi ki, ey xacə, mən bəndə sənin mübarək olan əlindən çox şirin olan şərbətlər içmişəm. İnsafım rəva vermədi bir təlx olan xiyarı ki sənin əlindəndir, acıdır, deyib yerə atam. Xacə qulamın ədayi-şükr-nemətin görüb ol qulamı azad elədi. Hekayət Harun-ər-Rəşidin bağbanı bir gün bostandan xəlifə xidmətinə üç ədəd xiyar nubar gətirdi. Bağban xəlifənin məclisində ayaq üstə durmuşdu, ənam təmənnası var idi. Xəlifə bıçağıyla xiyarları bir-bir kəsib qabıqlı- qabıqlı hər üçün yedi. Qurtarandan sonra bağbana ənam verib yola saldı. Nədimlərindən bir nəfər ərz elədi ki, bu gün xəlifədən qəribə əhval müşahidə olundu: üç nubar olan xiyardan bir dilim bir kimsəyə vermədi. Bunda nə hikmət var idi? Harun dedi ki, əvvəlinci xiyarı kəsib bir parça ağzıma qoydum, gördüm ki, zəhri-qatildən bir əlamətdir. O səbəbdən onu özüm yedim, qorxdum sizə ondan təarüf edim, siz bitəəmmül deyəsiz ki, nə acı xiyardır, biçarə bağban ki, ənam fikrilə nubar gətiribdir, xəcalət çəkə. Fikr elə- dim ki, ikinci xiyari kəsərəm, əgər şirin çıxsa, onu sizə təqsim elərəm. Ol dəxi acı çıxdı. Üçüncü xiyar olardan bədtər çıxdı. O səbəbdən sizə vermədim. Və illa, mən elə qarınqulu deyiləm. Hekayət Səhl ibn-Fəzl öz vəzirlik zamanında dostlarından bir nəfərə dedi ki, xalqın tərəddüdündən təngə gəlmişəm və adamların şikayətindən məlul olmuşam. Ol dostu ona dedi ki, ey Səhl, izzət balışın dalından və [başının altından] götür, vəzirlikdən əl çək, mənə ver; dəxi heç kəs sənin yanuva gəlməz və zəhmət verməz. Hekayət Bir hakim qulluqdan məzul olmuşdu, cəzə-fəzə qılıb ağlayırdı. Bir şəxs ona dedi ki, heyf ki, bir sən kimi hakim xidmətdən məzul olsun. Hakimi-məzul dedi ki, belə təsəvvür eləmə ki, mən məzul olduğum səbəbdən ağlayıram. Lavəlla, indi peşiman olmuşam ki, sahibixtiyar olan vaxtda hər kəsə ki yaxşılıq elədim, niyə ziyadə eləmədim və niyə bir kəsə yamanlıq elədim? Hekayət Bir padşahi-dərvişdust bir nəfər abidin ziyarətinə getdi. Ərz elədi ki, ey şeyx, mən istəyirəm ki, həccə gedim, amma ümənayi-dövlət və cəmi rəiyyətlərim razı olmurlar ki, vilayət bisahib qalsın. Mən belə eşitdim ki, sən iyirmi dəfə Məkkeyi-müəzzəməyə müşərrəf olmusan. Nə olur ki, bir həccinin savabın mənə satasan ki, mənə itaət hasil olsun, sənə dövlət. Abid dedi ki, ey məlik, doğrudur ki, mən iyirmi beş dəfə həccə müşərrəf olmuşam. Çünki mən əvamünnas kimi şöhrət üçün və fəxr üçün getməmişəm. Mən hər dəfədə payi-piyadə getmişəm və hər bir məkanda, mənzillərdə ibadətlər eləmişəm, bəlkə Allah-taala mənim hər bir qədəmimə bir həcc və bir ömrə savabın yazıbdır. Mən bu həcclərimin cümləsini sənə sataram. Bismillah! Padşah dedi ki, ey şeyx, mənim cümlə xəzanə və mülk və əmlakım ona baha deyildir, necə almaq olur”? Padşah soruşdu ki, nə təriq ilə? Abid dedi ki, ey padşah, sən bir məzlumun ədalətlə dadına yet- diyin savabı mənə ver, mən cəmi həcclərimin savabın sənə verim. Bəs bu hekayətdən məlum olur ki, bir məzlumun dadına yetmək yüz min həccdən əfzəldir. Hekayət Abdulla Tahir bir gün öz oğluna dedi ki, ey nuri-dideyi-kirami, aya dövlət bizim xanədanda nə vaxta kimi qalacaq? Oğlu cavab verdi ki, madam ki, büsati-ədlü dad və fərşi-insafü mürüvvət bu eyvana döşənəcəkdir. Zira ki, binayi-səltənət rişteyi- ədalətlə mənsub və mərbutdur. Hekayət Bir gün bir nəfər şəxs hakimlərdən birinə öz dərdin şikayət elədi. Ol hakim ona qulaq asmadı. Üçüncü dəfə ərz elədi, hakim qəzəbnak olub itabla ona dedi ki, get, nə vaxta kimi dərdi-sər verəcəksən? Ol şəxs dedi ki, ey hakim, sənin başın dura-dura bəs dərdi-sərimi kimə verim? Ol hakimə bu sözün lətifəsi xoş Gəlib, onun hacətin rəva elədi. Hekayət Bir gün bir padşah sübh tezdən şəhərdən çıxıb, şikara gedərkən bir nəfər bağban onun qabağına gəldi. Çiynində bel var idi. Padşahın atı ondan hürküb padşahı yıxdı. Padşah onun qətlinə hökm elədi və dedi ki, sən nə şum adam imişsən ki, mən sənə rast gəldim, atdan yıxıldım? Ol bağban dedi ki, ey padşah, gör sən necə şumsan ki, mən sabah- sabah sənə rast gəldim, ölümə getdim. Padşahın bu sözdən xoşu gəlib onun qətlindən keçdi. Hekayət Çün Hatəmi-Tai vəfat elədi, onu dəfn elədilər. Qəzara Hatəmin qəbri bir məhəldə vaqe olmuşdu ki, seldən qəbrə xələl yetişirdi. Hatəmin oğlu Ədi nam Hatəmin qəbrin açdı ki, onun nəşin seldən salamat olan məkana nəql eləsin. Gördülər Hatəmin tamam əzası tökülüb, vəlakin iki əlləri salamat qalıbdır. Xəlayiq bu hala təəccüb elədilər. Bir piri- kühənsali-cahandidə o camaatın arasında var idi. Dedi ki, təəccüb eləməyin ki, o bu əllərlə çox möhtaclara ehsanlar edibdir. Hekayət Günahkarlardan bir nəfər bir padşahi-ərəbin xidmətinə gəldi. O, padşahların əqrəbasından çox adamlar öldürmüşdü. Padşah ona dedi: – Bu qədər günahın ola-ola, sən nə cürətlə mənim hüzuruma gəldin? Dedi ki, ey məlik, hərçənd mənim günahım böyükdür, amma bilirəm ki, sənin rəhmin mənim günahımdan böyükdür. Padşaha onun sözü xoş gəlib onun günahlarından keçdi və vüzə- ralardan birisi ərz elədi ki, ey məlik, onun bu qədər günahı ola-ola, sən onun bir sözünə aldanıb ondan əl çəkdin. Padşahi-ərəb dedi ki, belə deyil. Mən fikr elədim ki, əgər ondan intiqam alsam, mənim nəfsim şad olacaq; əgər əfv eləsəm, onun könlü şad olacaq və mən savaba vasil olacağam. Əfvdə bir ləzzət vardır ki, intiqamda yoxdur. Hekayət Həmişə Məmun xəlifə deyərdi ki, əgər xəlayiq bilsələr ki, mənim üçün əfvdə nə ləzət var, əlbəttə mənim dərgahıma günah töhfəsindən qeyri özgə töhfə gətirməzdilər. Hekayət İskəndər Ərəstudan soruşdu ki, filan günahkarın barəsində nə cəza gərəkdir? Həkim cavab verdi ki, ey padşah, əgər günah olmasaydı, əfv sifəti ki fəzilətlərin əfzəlidir, bir kimsənədən zahir olmazdı. Bəs günah əfvin ayinəsidir və günahkar o sifəti-alinin zühuruna səbəbdir. İskəndər dedi ki, əfv etmək nə vaxtda yaxşıdır? Həkim dedi ki, zəmani-qüdrətdə. Hekayət Bir padşah bir düşmənə zəfər tapdı, onu əsir elədi. Ona itabla xitab elədi ki, özüvü necə görürsən? Cavab verdi ki, Allah-taala bir şeyi dost tutur ki, o əfvdir və sən bir şeyi dost tutursan ki, o zəfərdir. Çün allah-taala sənin xahişini əmələ gətirdi, sən də Allah-taalanın xahişin əmələ gətir. Padşahın bu sözdən xoşu gəldi, onu əfv elədi. Hekayət Soltan Səncərin müqərrəblərindən biri bir günah [iş] tutmuşdu. Soltan xəvaslarının biri ilə ol günahkara cəza vermək barəsində məş- vərət və məsləhət qıldı. Ol şəxs dedi ki, əgər mən padşah olsaydım, onu öldürərdim. Soltan dedi: – İndi ki, sən padşah deyilsən, gərək mənim kirdarım sənin xilafuva olsun, mən onu əfv elədim. Əgərçi günah ondan yaman görünürdü, amma əfv eləmək məndən yaxşı görünür. Fərd Bəndələrdən nə qədər sadir ola cürmi-əzim, Leyk əfv eyləmək ol cürmü dəxi əzəmdir. Hekayət Harun-ər-Rəşid ki, xəlifeyi-Bağdad idi, onun əsrində bir nəfər ərabi ki, səhralarda, şurəzar olan yerlərdə nəşv-nüma tapmışdı, müddəti- ömründə bir saf olan şirin su görməmişdi. Bir gün azuqə təhsili üçün vətəndən çıxıb bir özgə diyara mütəvəcceh olmuşdu. Bir pakizə olan yerdə yağışdan cəm olmuş bir göl gördü. Bir qədər o saf sudan içdi, gördü ki, çox şirin sudur. Öz-özünə dedi ki, yəqin bu su cənnətdən bu yerə tökülübdür. Dedi: – Əcəb oldu, bu sudan töhfə apararam xəlifeyi- Bağdada, ənam və caiz allam. Belə su xəlifə görməyibdir. Bəs ərabi o sudan tuluğun doldurub Bağdada rəvan oldu. Qəzara, iki ağac yol Bağdada qalmış, xəlifə xəvasları ilə şikara gedirkən ərabiyə rast gəldi. Ərabi xəlifənin cəlalından bildi ki, xəlifədir. Yol kənarında durub xəlifəyə dua dilin açdı. Xəlifə ondan soruşdu ki, ya əxəl-ərəb, hansı qəbilədənsən? Cavab verdi ki, filan qəbilədən. Dedi hara gedirsən? Dedi ki, sənin xidmətüvə cənnət suyu gətirmişəm. Xəlifə qulama dedi ki, bir cam o sudan doldurub mənə ver. Çün xəlifə bir cürə o sudan içdi, gördü ki, göl suyudur, ərabinin tuluğunda qalıb dəxi ziyadə təəffün edibdir. Camı qulama verdi, bu- yurdu ki, bu su heyfdir, tök camdakı suyu tuluğa və bu tuluğu ərabidən alıb göndər Bağdada və tapşır ki, bu sudan bir kimsənə içməsin, tələf olmasın. Bəs üzün tutub ərabiyə dedi ki, məndən nə xahiş qılırsan? Ərabi dedi ki, “xəlifətül-müslümin haza maül cənnəti”, səninçün cənnət suyu gətirmişəm, gərək mənə yüz qızıl pul verəsən. Xəlifə yüz qızıl pul ona verdi. Ərabi şadman dərhal qəbiləsinə şitab qıldı. Əyan həzrətdən sual etdilər ki, ya xəlifə, bunda nə hikmət vardı ki, cənnət suyundan bizə bir qətrə vermədin? Onu saxlamaqda mübaliğeyi- ziyadə buyurdun? Bağdada göndərdin və ərabiyə ənam edib ələl-icalə müraciətinə təkid elədin? Xəlifə cavab verdi ki, bu ərabi ki, filan qəbilədə olur, ol sərzəmin bir şurəzar olan kəsif yerdir. Bu ərəb müddəti-ömründə bir saf və şirin və cari olan su görməyibdir, biyabanda yağışdan cəm olan suyu görüb, cənnət suyu hesab edib, mənim üçün ənam ümidi ilə töhfə gətiribdir. Mən içdim, gördüm ki, çox mütəəffin, nagüvara sudur. Sizə ki, ondan bir şürbə vermədim, qorxdum ki, içə bilməyib bir söz deyəsiz, ərabi- nin damağına dəyə və o ki tapşırdım ki, heç bir kəs bu suya dəyməsin, bu fikirlə onu dedim ki, ərabi xatircəm olsun ki, ol su nəhayətdə mənə xoş gəlibdir və ol ki ərabiyə ənam edib öz qəbiləsinə müraciətinə israr elədim, ondan ötrü idi ki, ərabi, məlum olur ki, Bağdadda cari olan nəhri-əzim Dəcləni görməyibdir, ta Bağdada gedib Dəcləni görüb xəcil olmasın. Hekayət Soltan Məlik şah Səlcuqi bir gün İsfahan şəhərinin Zindərud çayının kənarında şikara məşğul idi. Onun mülazimlərindən biri bir mərğzarda bir kök inək gördü. Tutub ol inəyi zibh elədi. Ətindən kabab bişirdi, yedi. İnək sahibi bir nəfər əcuzə övrət idi. Məlik şahın şikardan qayıdan vaxtında Zindərudun körpüsünün üstündə atının cilovundan tutdu. Haman qulam gəlib əlindəki taziyanə ilə ol övrəti vurdu ki, ey biədəb, əldən qoy! Padşah bildi ki, ona zülm olubdur. Qulamı mən elədi. Ol övrət dedi ki, ey pəsəri-Arslan, əgər mənim dadıma bu Zindərud çayının körpüsündə yetməsən, puli-siratda damənüvü tuta- cağam. İndi hansın qəbul eləyirsən? Soltan bu sözün məhabətindən piyada oldu, dedi ki, ey ana, o kör- püdə cavab verməyə taqətim yoxdur, kim sənə zülm edibdir, bəyan elə? Övrət dedi: – Ey məlik, həmin qulam ki, mənim başıma taziyanə vurdu, bu gün mənim bir rəs inəyimi zibh edib, kabab edibdir. Mən bir dul övrətəm, dörd baş yetim ol inəklə məişət qılırdıq. Məlik şah buyurdu qulami-nafərmanı qətlə yetirdilər və özünün məxsusi olan vəchi-həlalından iyirmi rəs inək ol pirəzəni-məzluma əta elədilər. Pirəzən şad olub rəvan oldu və Soltan Məlik şah öz dadxahlığına səcdeyi-şükranələr qıldı. * * * Balaca qarışqa və təpə ...Hükəmayi-hind öz kitablarında mərqum ediblər ki, bir murçə bir təllin torpağını bir sair yerə nəql etməyə kəməri-himmət bağlamışdı. Bir quş gördü ki, bir zəif olan şey süruri-təmam və vəcdi-malakəlam ilə dəstü pa çalıb bir təllin torpağını daşımağa səy və təlaş qılır. Dedi ki, zəif və nəhif əcibə olan, əmri-məhalə mürtəkib olmusan. Bu nə işdir ki, mübaşir olursan? Murçə dilə gəlib dedi ki, mənim bir nəfər məşuqəm var, o mənə deyibdir ki, əgər mənim vüsalıma talibsən və dövləti-didarıma rağib- sən, gərəkdir ki, bu təllin türabını filan yerə nəql edəsən. İndi mən səy edirəm şərti əmələ gətirəm. Quş ona dedi ki, ey biçarə, bu arzu ki, sənin könlündədir, qüdrə- tindən çox bəiddir. Qolunda o tavana yoxdur ki, gümanın əmələ gələ. Murçə ümidini itirmədi. Dedi ki, mən öz səyimi elərəm, əgər muradım hasil olmasa da, dost hüzurunda üzrüm qəbuldur. Bəs hər işdə səy eləmək lazımdır. * * * Lətifə Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa, ayağa dursun. Hamı qalxdılar ayağa durdular, məgər şəxsi ki, qalxmadı. Xan dedi: – Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın? O cavab verdi ki, yox, sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım. * * * Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkə- mədən soruşdu ki, ey şəxs, Allah neçədir? Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, Allah beşdir. Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, necə Allah beşdir? Tərəkəmə ərz elədi ki, Allah sənin nazirüvə bəla versin, mən ona deyəcəkdim, o, beş barmağın yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, Allah ondur. * * * Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, to- yuğun harası yeməlidir və çox ləzzətlidir? Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir. Xan ona xələt verdi. Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, gomuş ətinin harası ləzzətlidir və yeməlidir? Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisin ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, xan, gomuş ətinin hər yerindən ləzzətli gönüdür. Xan ona qəzəb edib, məclisdən ixrac elədi. * * * Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəb- ristana adam göndərdilər ki, qəbir qazsın. Gurkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət ver- sinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər. Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam bu gecə yatsın, sabah meyiti dəfn edərik. Qəzara, bir nəfər çoban qəbristan kənarında qoyunların otladırdı, çobana on manat pul verib razı elədilər ki, çoban bu gecə haman qəbrin içində uzanıb yatsın. Çoban o gecə qəbirdə yatmışdı. Yanında bir böyük dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on manatı yesin getsin? Bu gecə-birimiz Münkər və birimiz Nəkir surə- tində gedib çobandan on manatı allıq. Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əski və neftlə lopa qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən ** xəbəri var idi. Gəldilər çobana dedilər ki, “mən rəbbükə”? Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə on manat pul veriblər ki, mən bu gecəlik bu qəbirdə yatam. Hələ ölən sabah gələcək, gedin sabah gəlin. Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər: “mən rəbbükə?” Çoban çox yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular. Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu, dərhal məğzi-səri tökülüb, həlak oldu. O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova saldı şəhərə. Meyit olan evin yanında bir xaraba hamam var idi, lotu qaçıb gizləndi ol xaraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat, bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman çobandır ki, on manat alıb qəbirdə yatmışdı. Dedilər ki, ey çoban, nə var? Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbristana gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm, meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-atəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyə- nək vurmuşam, beyni dağılıb, ölübdür. Amma Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən salamat olarlar. Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə yola saldılar. Sabah qəbristana gələndə gördülər bir nəfər lotunun kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşın dəxi bildilər ki, kim imiş və nə üçün qəbristana gediblərmiş, – hamıya məlum oldu. * * * Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu bu- xarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm. Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. İki-üç saatdan sonra Talıb xan xabi- qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulumu. Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur; çünki ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı. * * * Nadirələr Cühanın bir vaxt eşşəyi itmişdi. Fəryad eləyirdi ki, hər kəs mənim eşşəyimi tapsa, iki eşşək ona müjdəganlıq verərəm. Dedilər ki, bir itmiş eşşəkdən ötrü necə iki eşşək müjdəganlıq vermək olar? Dedi ki, bilmirsiz ki, itmiş eşşəyi tapmaqda nə ləzzət var. * * * Cühanın bir vaxt eşşəyi itmişdi. And içdi ki, əgər onu tapsa, bir dinara satsın. Vəqta ki, eşşəyi tapdı, pişiyi götürüb onunla bir ipə bağ- ladı, apardı bazara ki, satsın. Dedi ki, kimdir bu eşşəyi alsın bir dinara, pişiyi alsın yüz dinara? Vəlakin ikisini də bir yerdə satacağam, bir- birindən ayırmanam. * * * Cüha bir vaxt səfərə gedirdi. İki qılıncı və iki nizəsi var idi. Bir piyada ona rast gəldi. Cühanı soydu, üryan elədi. Cüha üryan və nalan şəhərə gəldi. Macəranı bəyan elədi. Dedilər ki, səndə qılınc və nizə ola-ola, bir piyada bir dəyənəklə necə səni soydu? Dedi: – O səbəbə ki, bir əlimdə qılınc var idi, bir əlimdə nizə tutmuşdum. Fürsət vermədi ki, nizəni ona həvalə eləyim, məni soydu. Amma elə ki, o məni soyub getdi. Bir ağac ki, ondan aralandım – onu çox söymüşəm. * * * Cüha əksər övqat təhsili-məişət dalınca getməzdi. Bir gün övrəti ona dedi ki, hərgah bundan sonra hər gün sübh evdən dışarı çıxmasan, axşama kimi iyirmi quruş pul gətirməsən, səni evə qoymayacağam. Bu şərtlə onu evdən çıxartdı. Cüha o gün axşamacan gəzdi, dolandı, əlinə bir şey gəlmədi. Şəhərin kənarında bir xaraba var idi, özünü ona yetirdi. Bir guşədə məxfi oldu, qərar tutdu, dəryayi-fikrə qutəvər oldu. Bu əsnadə gördü ki, bir dərviş həmin xarabaya daxil oldu, bir tərəfdə əyləşdi. Bir az vaxtdan sonra dərviş dağarını çıxartdı. Bir çıraq yandırdı və dağardan bir qədər mum çıxartdı. O mumdan bir şəkil tərtib elədi, qabağına qoydu, dedi ki, bu Adəmdir. Ona xitab elədi ki, ey Adəm, xudavəndi- əhədiyyət səni yaratdı və cənnətdə sənə mənzil verdi, ənvaü əqsam sənə nemətlər verdi. Buğdanı yeməkdən səni nəhy elədi. Müxalifət elədin, buğdanı yedin. Səni behiştdən çıxarıb dünyaya saldılar və biz də sənin sülbündən vücuda gəldik. Nə qədər ki, sağıq, gərək ələd- dəvam təhsili-məaş üçün məşəqqətlər çəkək; elə ki, vəfat elədik, öz üsyanımızın babətindən əzabda olaq. Bəs dərviş əsanı götürüb, onu əsa ilə döydü və sındırdı. Yenə mumdan bir surət tərtib elədi. Onun adını Həvva qoydu, dedi ki, ya Həvva, nə səbəb sən nəimi-behiştdən göz yumdun və Adəmi buğda yeməyə təhris və tərğib elədin, ta ki buğdanı yedi? Onu da əsa ilə sındırdı. Və yenə bir surət tərtib elədi, onun adını şeytan qoydu, dedi ki, ey məlun, sən məlaikeyi-müqərrəb cümlə- sindən idin. Öz həddindən təcavüz elədin və Adəmə səcdə eləmədin, ta ki səni əsfəlüs-safilinə atdılar. Dübarə həvvaya vəsvəsə verdin, onu buğdanı yeməyə vadar elədin və onun övladından dəxi əl çəkmirsən, həmişə onları yoldan çıxardırsan, iğva edirsən. Bəs əsanı onun başına vurdu, onu da sındırdı. Və habelə, mumdan yenə surətlər tərtib elədi, hər birinin adını [bir] peyğəmbər qoydu və övliya qoydu, hər birinə bir təqsir qərar verdi, onları da sındırdı. Tainki növbəti-axırda bir surət tərtib elədi, onun adını rəbbi-əla qoydu. Bir neçə təqsirlər dəxi ona sabit elədi, itab və xitab qıldı. Çün istədi əsanı onun başına endirsin, Cüha yerindən qalxdı, dedi ki, ey dərviş, bir saat səbr elə ki, mən iyirmi quruşumu ondan alım. Əgər Allahı da öldürsən, gərək mənim iyirmi quruşumu özün verəsən. Ondan ötrü ki, əgər pulu almamış evə getsəm, övrət məni evə qoymayacaq. Dərviş Cühanın sövtündən vəhşət edib, qorxudan hər nə ki varı idi, xarabada qoyub qaçdı. Cüha yerindən qalxıb, dərvişin şeylərini götürüb evə gəldi. O cümlədən yüz qızıl pul o şeylərin içində var idi. Qapını döydü, övrəti qapının dalına gəldi, dedi ki, hərgah iyirmi quruşu gətirmisən, qapını açacağam və illa yox. Cüha dedi ki, qapını aç. İyirmi quruşun əvəzində yüz qızıl gətirmişəm. Övrət qapını açdı, gördü ki, doğru deyir. Ondan əhval-pürsan oldu ki, necə oldu ki, bu qızılları ələ gətirdin? Dedi ki, o səbəb ki, Allahı ölümdən qurtardım, bu neməti mənə qismət elədi. Və keyfiyyəti bəyan elədi. * * * [Bir gün Cühaya] dedilər ki, heç şer inşa edə bilirsən? Dedi ki, bu fənndə mənim mislü manəndim yoxdur. Bir şer oxudu, misrai-əvvəlinin qafiyəsi zai-banöqtə idi və ikinci qafiyəsi zai-möhmələ. Əvvəli məzmum, axırı məksur. Dedilər ki, bu nə gunə şerdir? Dedi ki, bunun zərəri yoxdur, zai-möcəməni dəxi zai-möhmələ kimi oxuyun. Dedilər ki, qafiyənin biri məzmumdur, biri məksur. Dedi ki, qəribə eşşək adamlarsız! Mən deyirəm ki, nükteyi- zahirdən göz yumun, siz indi erab dalınca gəzirsiniz. * * * Bir gün iki axmaq yol ilə gedirlərdi. Biri dedi ki, Allah-taala mənə bir sürü qoyun verəydi, min rəs olaydı. Birisi dedi ki, Allah-taala mənə bir sürü qurd verəydi, min baş olaydı, ta ki sənin qoyunlarını yeyəydilər. Ol qoyun istəyən qəzəbnak oldu, onu söydü və davaya, başladılar. Nagah Cüha onlara rast gəldi. Davanın səbəbini xəbər aldı. Hekayəti bəyan elədilər. İttifaqən Cühanın əlində bir bəsti bal var idi. Bəstini sərazir elədi, balı yerə tökdü. Dedi ki, mənim qanım bu bal kimi tökül- sün ki, cəmi dünyada sizdən axmaq adam yoxdur. * * * Bir vaxt Cüha bir məscidin minarəsində əzan verirdi. Özünün kərih olan sövtündən xoşu gəlirdi. Tez minarədən düşüb, minarəyə baxırdı. Yenə çıxıb əzanın dalını deyirdi, yenə düşüb qulaq verirdi. Ona dedilər: – Niyə belə eləyirsən? Dedi ki, istəyirəm biləm ki, sövtüm uzaqdan neçədir, yavuqdan ki, çox yaxşıdır. Və bir də görüm ki, harayacan səsim gedir. * * * Bir gün [Cüha] bir evə gəldi ki, təzə çörək və aş bişirmişdilər. Hər qədər ki, oturdu, onunçün təam və xörək gətirmədilər. Ayağa durdu, təzimi-təmam ila evin o tərəfinə, bu tərəfinə yüyürdü. Dedilər bu nə əməldir? Dedi ki, bu ev Kəbənin evinə oxşayır. Mənə vacibdir ki, onun ətrafını təvaf eləyim. Ondan sonra durdu, evin dörd bir tərəfini dolandı və məsahət elədi, yəni ölçdü. Dedilər ki, niyə ölçürsən? Dedi ki, bir ev ki, təamsız ola, onu təmir eləmək asandır. İstəyirəm ki, bu evin tul və ərzini bilim və bu andazədə özümdən ötrü bir ev təmir eləyim. * * * Bir vaxt [Cüha] bir neçə rəfiq ilə şikara getmişdi. Bir qurd onlara rast gəldi. Qurdu şikar təsəvvür elədilər. İstədilər ki, onu tutsunlar. Qurd qaçıb, bir daşın altına girmişdi. Cühanın yoldaşı başın daşın altına apardı ki, qurdu çəkib çıxartsın. Qurd onun başını bədənindən qopardı. Cüha gördü ki, yoldaşı başın çıxartmır. Baxdı yoldaşını başsız gördü. Fikrə piçidə oldu ki, aya, mənim yoldaşımın başı əvvəldən var idi, ya yox? Ondan sonra yoldaşlarına dedi ki, səbr eləyin ta ki mən şə- hərə gedim, onun əyalından xəbər alım ki, bu kişinin başı var idi, ya yox? Bəs şikardan gəldi yoldaşının evinin qapısına. Övrətindən xəbər aldı ki, sənin ərivün evdən çıxanda başı var idi, ya yox idi? * * * [Cüha] bir vaxt iddəayi-nübüvvət elədi. Dedilər ki, sənin möcü- zatın nədir? Dedi ki, hər ağacı ki, çağırsam gəlir. Dedilər ki, filan ağacı çağır, görək gəlirmi? Hər nə qədər ki, onu çağırdı, ağac əsla hərəkət eləmədi. Bəs özü ağacın yanına gəldi, dedi ki, ənbiya və övliyada kibr olmaz. Əgər o bizim yanımıza gəlməsə biz onun yanına gedərik. * * * Yenə bir vaxt Cüha iddəayi-vilayət elədi. Dedilər ki, nə kəramətlə iddəayi-vilayət edirsən? Dedi ki, o səbəbə ki, mən bilərəm, hər nə adamların xəyalından xütur eləsə, xəbər verərəm. Dedilər ki, əgər bildin ki, bizim xəyalımızdan nə keçir? Dedi ki, hamuvuz xəyal edirsiz ki, xudaya, görəsən Cüha öz iddəasın- da sadiqdir, ya kazibdir? * * * [Cüha] bir vaxt bir övrət aldı. Övrəti üç aydan sonra doğdu. Övrət- lər istədilər ki, ona ad qoysunlar. Cüha dedi ki, bunun adını mən özüm qoydum “Qasidi-tizqədəm”. Dedilər, ki, nə səbəbə ona belə ad qoydun? Dedi ki, bu tifil doqquz aylıq yolu üç ayda gəlibdir, teyyi-mənazil və qəti-mərahil qılıbdır. Buna görə layiqdir ki, ona bu ad qoyulsun. * * * [Cüha] bir vaxt bir yük buğda dəyirmana aparırdı. Yolda dedi ki, əgər bu buğdalar hamısı tila olsaydı, nə yaxşı olardı! Nagah buğdanın çuvalları deşildi, o buğdalar yerə dağıldı. Dedi ki, xudavənda, buğdaları ki, tila eləmədin – heç. Dəxi nə üçün yerə dağıtdın? Sənə nə yamanlıq eləmişəm? * * * Deyirlər ki, bir gün Cüha yol gedirdi, yorulmuşdu. Dedi ki, xuda- vənda, bir mərkəb mənim üçün yetir ki, süvar olum, dəxi piyada yol getməyə taqətim qalmadı. Nagah bir piyadeyi-digər yorulub yolda qalmışdı, Cühanı tutub dalına süvar oldu. Cüha nəhayətdə xişmgin olub, dedi ki, xudavənda, altmış ildir ki, Allahlıq eləyirsən, hələ də sözü annamırsan? Mən məgər belə demişdim? * * * [Cüha] bir vaxt bir neçə toyuq alıb, yağda toyuqları büryan elədi, bir qaba qoydu, ağzını örtdü, getdi ki, rəfiqlərin yeməyə gətirsin. Övrəti o bişmiş toyuqları götürüb bir neçə vəhşi göyərçinlər o qaba qoyub, ağzın örtdü. Elə ki Cüha qonaqları evə gətirib oturtdu, getdi ki, müsəmma olan toyuqları gətirsin, qabın ki sərpuşun götürdü, quşlar hamısı birdən uçdular, getdilər. Cüha mat və məəttəl qaldı, dedi ki, xudavənda, bərfərz ki, sən bu quşlara tərəhhüm elədin, zində ğıldın. Qüdrətindən uzaq deyildir, indi mənə de görüm ki, yağın pulunu və özgə məxarici kimdən alım, qonaqlarım nə yesin? * * * == Təmsillər == Siçan və balası Bir ədəd bikəmal bəççeyi-muş – Ki, hənuz olmamışdı sahibhuş, Görməmişdi ziyayi-dünyanı, Eyşü zövqü səfayi-dünyanı, Bir zaman bixəbər anasından, Çıxdı dışarı öz yuvasından. Seyr edərdi o kühu səhranı, Hər tərəf eyləyib tamaşanı. Ta ki oldu o xürdsalə əyan, Bir xürus ilə bir pişik o zaman. Pişiyi gördü oxşayır özünə, Xoş göründü pişik onun gözünə. İstədi eyləsin ona ülfət, Leyk qıldı xürusdən vəhşət. Qaçıban girdi öz yuvasına, Macəranı dedi anasına, Key olan rahəti-rəvanım ana, Ey təni-zarıma təvanım ana, Çıxmış idim bu gün səyahətə mən, Leyk oldum düçar möhnətə mən. Rast gəldim mən iki heyvanə, Üz verib qəm məni-pərişanə. Biri qayətdə xoşnüma idi, Sanki məhbubi-dilrüba idi. Bığlarında həcaməti var idi, Biz tək əslü nəcabəti var idi. Eylədim ülfətinə çox rəğbət, Leyk yarından eylədim vəhşət. Ku-kələk açdı hərzəvü pürmu, Hər zaman eyləyirdi quqqulu-qu. Gah qanadlarını döyürdü yerə, Xişm edəndə dönürdü şiri-nərə. Vardı başında şöleyi-atəş, Ürəyim ondan eyləyirdi ğəşş. Dedim: - Ey tarı, ver qanad mənə, Ver bu bədbəxtdən nicat mənə. Qaçıb ol xəsmdən məni-qafil Şükr oldum yuvamıza daxil. Olmasaydı əgər o pür pərü bal, Mənə hasil olurdu yarə vüsal. Dedi: - Ey novrəsideyi-madər, Rahətü nuri-dideyi-madər, Vəhşətin biməqamü bicadır, Ol xürusi ki, rəğbət-əfzadır – Ki, onun yoxdu bir ziyanı bizə, Bəlkə var rahəti-rəvanı bizə. Sübh vəqtində tez durub bannar, Annıyanlar işarəsin annar, Sənə amma o xoş gələn heyvan Düşməni-muşdir mühili-zaman. Ey bala, ondan ehtiraz eylə, O mühil ilə ülfət az eylə. Cəfər, ey sərvi-bustani-pədər, Güli-xoşətri-gülsitani-pədər, Var elə şey ki, xoşnümadı sənə, Leyk batində bir bəladı sənə. Var elə şey ki, xoş gəlir gözüvə, Leyk anın ziyanı var özüvə. Necə kim, “Dastani-bəççeyi-muş”. Oxusan eyləyər səni mədhuş. * * * == Qəzəllər == Gecə gördüm səni, ey afəti-dövran, yuxuda Gecə gördüm səni, ey afəti-dövran, yuxuda – Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda. Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım, Etibar olmaz əgərçi görələr qan yuxuda. Zahirən abi-bəqayə yetəcək xəstə könül Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda. Nola ləlin görübən zövq ilə xəndan olsam, Rəsmdir şad olu hər kim ola giryan yuxuda. Var ümidim ola cəmiyyəti-vəslin məqdur Ki, qara zülfüvi göz gördü pərişan yuxuda. Gecə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn. Kaş olaydım, dolanıb başuva, qurban yuxuda. Seyyidi-zar görüb vəslüvi bidar olmuş, Bir gədadır ki, görüb özünü sultan yuxuda. * * * Olmasaydı qəmi-eşqin dili-viranımda Olmasaydı qəmi-eşqin dili-viranımda, Saxlamazdım onu bu izzət ilə yanımda. O qara xalı mənə versələr qanın içərəm, Nə üçün mənzil edib arizi-cananımda. Tutanı müshəfi-rüxsarüvi ol kafər xət, Görünür gör nə xələllər mənim iymanımda. Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb, Bu nə rəftardır ol sərvi-xuramanımda? Düşəni xublərin könlümə fikri, Seyyid, Əlli Yusif tapılır külbeyi-əhzanımda. * * * Xoşa ol aşiqə kim məclisində yarı ola Xoşa ol aşiqə kim məclisində yarı ola, Visali-yardə fərxəndə ruzigarı ola. Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey, Nə kəsri məclisi-meydən, nə intizarı ola. Şərabə olmasa da gərçi nəqd simü zəri, Şərabxanədə bari bir etibarı ola. Bu gunə qoymaz idim, zülfüvə əsir olsun, Əgər əlimdə dili-zarın ixtiyarı ola. İlahi, bülbülə olsun həmişə gül həmdəm! Müdam o xəstədilin gülşəni, baharı ola. Mənim tək olmaya məhrum gülüzarından, Nə qüssədən ürəgi qan, nə xar xarı ola. Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül, Yanında sən kimi bir yari-gülüzarı ola. * * * Can nə lazımdır, əgər mənzuri-canan olmasa Can nə lazımdır, əgər mənzuri-canan olmasa, Bəsdi cananın xəyalı, qəm degil, can olmasa. Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə, Meyli-üsyan etməz idi kimsə şeytan olmasa. Ey könül, daim elə şeytani-insidən həzər, Küfrdə Fironi gör, qalmazdı Haman olmasa. Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə, Gər səbadən türreyi-tarın pərişan olmasa. Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir, Qəm degil aləmdə bundan qeyri quran olmasa. Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin, Hər əməl etsən qəbul olmaz gər iyman olmasa. * * * Güzərin düşsə dəri-dilbərə, ey badi-səba Güzərin düşsə dəri-dilbərə, ey badi-səba, Yetir ərzim o güli-əhmərə, ey badi-səba! Güli-cəfər kimi rəngim saralıb firqətdən, De bu halı o güli-cəfərə, ey badi səba! Təlxkam olduğumu zəhri-qəmi-hicrindən, Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba! Tabdən saldı kətan tək bu dili-bitabı, Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?! Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim, Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba! Bu qara gün ki, mənim başıma hicrində gəlib, Həq nəsib eyləməsin kafərə, ey badi-səba! Lalə tək daği-dili-sineyi-suzanımı gör, Ver xəbər sünbülü susənbərə, ey badi-səba! Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak, Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba! * * * İkram edər o gül mənə əğyar yanında İkram edər o gül mənə əğyar yanında, Ta etsin özün sevgili hər xar yanında. Məqsud bu kim, mən olam azürdə, rəqibi Əgləşdirə ol yari-dilazar, yanında. Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux, Güldü, dedi: gül daim olur xar yanında. Şadəm ki, gözün fikridi peyvəstə könüldə, Xoşdur ki, təbibi ola bimar yanında. Hər xar nə versin ərəqi-ruyüvə qiymət Kim, qədri gülabın olur əttar yanında. Haşa ki, güli-tər ola rüxsarüvə nisbət, Gül xarə dönər ol rüxi-gülnar yanında. Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid, Dəfn eylədin ol sahibi-zünnar yanında. * * * Gül qönçəlikdə gərçi olur xarə aşina Gül qönçəlikdə gərçi olur xarə aşina, Açsa niqabını olur əğyarə aşina. Biganələrlə çünki olur aşina, könül, Kaş olmayaydım ol güli-bixarə aşina. Guya başında bir güli-alın həvası var, Bülbül səbəbsiz olmadı gülzarə aşina. Tökdü, dağıtdı arizə zülfi-siyahını, Etdi zəmanədə günümü qarə aşina. Gördüm rəqibə mail olan iltifatını, Sandım rəqib kim, olacaq yarə aşina. Cənnət həramım olsun əgər şəkvə eyləsəm, Öz xahişimlə yaxsa məni narə aşina. Lakin rəqib pəndin alıb, Seyyida, mənim Etdi dili-həzinimi sədparə aşina. * * * Nə qədər gər ola bu çərxi-cəfacudə bəla Nə qədər gər ola bu çərxi-cəfacudə bəla, Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla. Nə bəlalər gətirir başıma çeşmin, ya rəb, Nə qədər var imiş ol nərgisi-cadudə bəla. Xətü xalü səri-zülfündən olub qan könlüm, Kim görübdür bu qədər ləşkəri-hindudə bəla. Mərdümi-didələrim rəncədi əşk içrə müdam, Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla. Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, var Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla. Tapacaqdır məni hər yerdə kim, olsam guya, Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla. Görməmək yarı bəla, görməgi qeyr ilə bəla, Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla! * * * Vermənəm könlümü bir dilbərə bundan sonra Vermənəm könlümü bir dilbərə bundan sonra, Olmanam aşiq o siminbərə bundan sonra. Aldı iymanımı əldən, məni bidin elədi, Aşina olmanam ol kafərə bundan sonra. Oxşayır mahi-fələk çünki üzari-yarə, Baxmanam mən bu məhi-ənvərə bundan sonra. Badənin ləli-ləbi-dilbərə çün nisbəti var, Tökmənəm badəni mən sağərə bundan sonra. Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm, Kimsə rəğbət eləməz ənbərə bundan sonra. Dəxi ol sərvqədin kuyinə cənnət deyibən Gəzmənəm küçələri heyvərə bundan sonra. Etmənəm zülfüvün ovsafını, şair deməsin O pəri Seyyidi-qəmpərvərə bundan sonra. * * * Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Ki, həram etdi bu can cövhərini Şahi-Ərəb. Məstlikdir səbəbi-hürməti gər səhbanın, Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb. Var ümidim ki, nəsibi ola abi-kövsər, Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb. Meyvəsi oxşamasaydı ləbinə dildarın, Bağban əkməz idi bağdə bir nəxli-rütəb. Ürəgim qan, sirişkim meyi-gülgunə dönər, Ləbi-innabinə hərdəm ki, dəgə mai-ənəb. Udü səndəl nə gərək, nəkhəti-zülfün xoşdur, Gülrüxüm mən degiləm dəhrdə həmmali-hətəb. Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin, Bülbüli-məstdə olsaydı əgər rəsmi-ədəb. * * * Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb, Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb? Vaiza, meykəşlərə daim qəzəbdir adətin, Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb. Eşqdə bidərdlər eylər təəccüb halıma, Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb. Gözlərin, ey səngdil, sındırdı könlüm şişəsin, Məstlər bəzmində olmazmış müraati-ədəb. Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət, Kamə yetdi bitəəb-əğyar, mən çəkdim təəb. Gahü gər dil istəyir busə üzündən, vəchi var, Öz fəqirindir ki, quti-layəmut eylər tələb. Mütriba, ləhni-hicaz ilə sürudun saz qıl, Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb. * * * Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb! Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb! Görüb rüxsarını təslim edim bu canımı, ya rəb! Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban, Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb! Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı, Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb! Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım, Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb! Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan, Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb! Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər, Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb! Tutub xət ruyin, oldu fitneyi-dövri-qəmər peyda, Xətadən hifz qıl bu Seyyidi-nalanımı, ya rəb! * * * Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb, Qönçələr qan oldular ləli-dürəfşanın görüb. Yusifə zindan təmənna oldu mehrindən sənin, Aləmi-zərratdə çahi-zənəxdanın görüb. Bağban hər gündə bir sərvin qopardır bağdən, Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb. Guylər tək əşki-gülgunum olur hər yan rəvan, Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb. Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb. Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi, Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb. Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən Seyyidi-xunincigər çaki-giribanın görüb. * * * Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib, Alıbdı səbrü qərarimi aşikarə, gedib. Gedib şikarə bu gün ol qəzali-mişkinmu, Aparmayıb itini bilmirəm nə karə gedib. Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay, Bu gün o mah ki, bu şəhrdən kənarə gedib. O şəh fərağı mənə rüx veribdi mat oldum, Vəziri-əql düşüb dərdə, ol səvarə gedib. Bu gün mənim gözümə afitab tar gəlir, O zülfi qarə günümü edibdi qarə, gedib. Gedib o qaşı kaman qeyrilə şikarə bu gün, Xədəngi-hicri vurub xatirimə yarə, gedib. Olubdu qaib o mahın behişt rüxsarı, Salıbdı Seyyidini aşikarə narə, gedib. * * * Bu naməni ki, yari-dilaram göndərib Bu naməni ki, yari-dilaram göndərib, Canə sürur, könlümə aram göndərib. Kafurə sehr ilə eləyib müşkdən rəqəm, Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib. Bu namə ilə canə verib sərfərazlıq, Nakamü zar könlümə bir kam göndərib. Öz aşiqi-şikəstədilü biqərarına, Ol namə ilə bir neçə peyğam göndərib. Bilmiş günüm fəraqı ilə qarə olduğun, Dərdü qəmü fəraqə sərəncam göndərib. Etmiş visalə Seyyidi-zarın ümidvar, Öz mübtəlası könlünə aram göndərib. * * * Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb, Qülğülə, hüsnü onun, aləmi-imkanə salıb. Qızarıb arizi-ali güli-tər tək meydən, Açıban ruyini eşq əhlini yüz qanə salıb. Kimdi bu arizi xurşidi-dirəxşan ki, bu gün Xunlər ləli-ləbi kuhi-Bədəxşanə salıb. Bu əzizə neçə Yusiflər olub zarü əsir, Hansının könlünü ol çahi-zənəxdanə salıb? Dövri-ruyini tutub ləşkəri-xətti-siyəhi, Mürlər rəxnə, məgər, mülki-Süleymanə salıb! Buna Mahmud deyim, bilməyirəm ya ki, Əyaz Cəzbeyi-eşqini bu xatiri-sultanə salıb. Görməmiş Seyyidi-sərgəştə o şəmi-hüsnü, Bu əcəbdir ki, özün atəşi-suzanə salıb. * * * Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib, Ləbini mürdeyi-sədsalə görüb canə gəlib. Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə, Salmağa tazədən ol müğbəçə samanə gəlib. Meydə yox ləli-ləbində olan asari-səfa, Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib. Vərəqi-arizi-alın görüb ol lalə rüxün, Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. Demərəm adını mən, bax səri-hər beytə bu gün, Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib. * * * Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut. Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut. Tutma əldə zahidin təsbihini, peymanə tut. Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut. Xublər zülfində görsən bu pərişan könlümü, Boynu bağlanmış onu, zəncirə bir divanə tut. Ol məhi-namehriban istər ki, zülfün darasın, Sən götür ayinə ey gün, ey qəmər, sən şanə tut. Can verib cananə, yan şəmi-rüxündən dilbərin, Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut. Xublər eşqində gör imdi mənim rüsvalığım, Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut. Girmə sən məscidlərə namərd zahidlər kimi, Seyyida, meyxanədə peymanəni mərdanə tut. * * * Könül olubdu fərağında biqərar, ey dust Könül olubdu fərağında biqərar, ey dust, Neçin məni elədin zarü dilfikar, ey dust! Ümid əlim üzülüb daməni-visalından, Sənə bu növ degildim ümidvar, ey dust! Binayi-taqətimi seyli-ğəm xərab etdi, Bu qədr gözlərimi etmə əşkbar, ey dust! Visaldə neçə gün xoş keçirdi əyyamım, Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust! Nə sən fəraqə səbəb olmusan, nə mən bais, Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust! Səni vəfalı bilib eşqinə könül verdim, Pəriliqalərə olmazmış etibar, ey dust! Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa, Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust! Səni qəsəm verirəm ol kərimi-zişənə, Bəyan qıl mənə könlündə hər nə var, ey dust! Fəda olum sənə, Seyyid sənin qulamındır, Bu qədr zillətə etmə onu düçar, ey dust! * * * Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et, Ol kuydə can nəqdini cananə nisar et. Mahi-rüxi-canan xət ilə oldu siyəhgun, Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et. Peymanəni sındırmaya ta səngi-həvadis, Mey şişələrin dövrənə, ey dust, həsar et. Cəhd et olasan vəsvəseyi-əqldən azad, Məcnun kimi seyr etməgə səhrayə güzar et. Məsciddə həsiri eləmə aləti-təzvir, Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. Mənzurun əgər aləm ara kəsbi-ziyadır, Bir mahrüxün tut ətəgin, busi-kənar et. Ey Seyyid, əgər həşt-behişt isə muradın Aləmdə, yeri, peyrəviyi-həştü çəhar et. * * * Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst, Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst. Sünbüli-zülfün o gül etsə şikəstə üzünə, Qalmaz əhli-vərəin din ilə iymanı dürüst. Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə, Qalmadı bağdə bir qönçə giribanı dürüst. Qönçənin könlü bütün, leyk yox əhdində vəfa, Bülbülün qəlbi sınıq, etdigi əlhanı dürüst. Dura bilməz üzüvə mah müqabil bir gün, Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst. Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim, Elə bir yanı şikəstə olu, bir yanı dürüst. Demə, Seyyid, ki şikəst eylədi peymanını yar, Hiç bir yar olurmu ola peymanı dürüst?! * * * Yar eyləsə üşşaqi-diləfkarə ədavət Yar eyləsə üşşaqi-diləfkarə ədavət, Mümkün degil aşiq eləsin yarə ədavət. Gər qanımı içsə mənim ol dilbəri-xunxar, Mən kafir olum, etsəm o xunxarə ədavət. Xar etmə məni hicrin ilə, ey güli-bixar, Gülşəndə hacan gül eləyib xarə ədavət?! Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə, Səlman eləməz Əhmədi-Muxtarə ədavət. Bir kərrə ədavət eləsəm mən sənə, ey gül, Yüz kərrə edim Heydəri-Kərrarə ədavət. Bülbül gülə eylər gilə, ey novgüli-rəna, Hərgiz eləməz gülşənü gülzarə ədavət. Yandırdı gecə şəmi-şəbistan pərü balın, Pərvanə haçan etmiş idi narə ədavət? Könlümə dolub mehrin, ədavət yeri yoxdur, Tək sən eləmə Seyyidi-biyarə ədavət. * * * Əğyarı ki, gördüm eləyir yarə məhəbbət Əğyarı ki, gördüm eləyir yarə məhəbbət, Minbəd gərək mən edim əğyarə məhəbbət. Gər yar üçün əğyarı tutum dust, nə eybi, Gül xatirinə eyləmişəm xarə məhəbbət. Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdən Daim qılıram rişteyi-zünnarə məhəbbət. Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi, Adətdi ki, pərvanə edər narə məhəbbət. Qurbandı dilü can səgi-kuyinə o mahın, Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət. Xət gəldi ruxi-yarə, füzun oldu məlalım, Axır günümü eylədi gör qarə, məhəbbət. Seyyid, o siyəh zülf mənim oldu tənabım, Mənsur kimi çəkdi məni darə məhəbbət. * * * Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət, Verəcək qalibi-biruhumuza can xəlvət. Mərdümi-didə xəyal ilə həmağuş olmuş, Sanki Bülqeysə edib sərh Süleyman xəlvət. Sinəmin dağlərin mən necə pinhan qılım, Olumu, padşəhim, hiç çırağan xəlvət. Xət gəlibmiş demə rüxsarına ol sim-tənin, Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət? Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxi Ola bilməz bu sifət hiç biyaban xəlvət. Çıxdı pirahəni-çakilə gülüstandan gül, San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət. Gah peyğami-cəfa, gah bəlayi-hicran, Seyyidə yar qılır gündə bir ehsan xəlvət. * * * Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et, Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et. Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi, Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et. Təəllüq aləmindən əl götür, təcrid qıl hasil, Məsiha tək məqamın xaneyi-xurşidi-rəxşan et. Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən, Pərişanlıq binasın eylə viran, fikri-saman et. Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid, Vəli sən canuvi şövq ilə İsmailə qurban et. * * * Eylədi vəsf könül arizi-cananı qələt Eylədi vəsf könül arizi-cananı qələt, Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt. Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin, Etdi hər fəsldə dil seyr bu bustanı qələt. Səfheyi-arizinə katibi-qüdrət o gülün, Biməqam etdi rəqəm ol xəti-reyhanı qələt. Sandılar kim düri-dəndanına həmtay olur, Saldılar məğlətəyə gövhəri-qəltanı qələt. Bağdə açdı yüzündən o güli-tazə niqab, Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt. Qaşların “nuni-qələm”, zülfünü “Vəlleyl” dedim, Dedilər kim, oxudun ayeyi-quranı qələt. “Qab-qovseyn” oxudum əbruyi-yarı, Seyyid, Vay o gündən ki, müfəssir verə mənanı qələt. * * * Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət, Ruzgarım eylədi ol zülflər tək qarə xət. Atəşin rüxsarə xəttin gəldi könlüm almağa, Rəsmdir əhli-əzaim kim, salırlar narə xət. Gülsitani-kuyi-dilbər vəsfinin inşasına, Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət. Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr, Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət. Əşki-gülgundur midadım, xameyi-müjgan ilə Yazdım, ey gül, şami-hicrində dərü divarə xət. Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgər Hüsn sultanı yazıbdır qətl üçün sərdarə xət. Qarə olsun ruzigarı xətti-yarın mən kimi, Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət. * * * Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt, Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt. Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim, Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt. Handa görmüş, ya eşitmiş bağbani-ruzigar, Kakilin gər sünbülü reyhan güman eylər, qələt. Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan, El səni gər Yusifi-Kənan güman eylər, qələt. Hər mərəzdə var təbibin şöhrəti, amma əgər Dərdi-eşqi qabili-dərman güman eylər, qələt. Talibi-dünya olan dünyadə qalmaz müttəsil, Aləmi gər mülki-cavidan güman eylər, qələt. Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə, Seyyidi gər qabili-ürfan güman eylər, qələt. * * * Münqəlib oldu həvadislə məni-zarə mizac Münqəlib oldu həvadislə məni-zarə mizac, Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac! Rövşən et xanəmizi bir gecə təşrifinlə, Ey cəmalı fələki-hüsnə siraci-vəhhac. Abi-Kövsər ləbi-şirininə nisbət, guya Biridir əzbi-Fəratü biridir milhi-Ücac. Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin? Etməsin tarı sənə kafəri, ya rəb, möhtac! Şəm pərvanəni yandırmaz idi, amma sən Yandırıb aşiqi, etdin bunu aləmdə rəvac. Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün, Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac. Daneyi-gəndümi-xalinə təmə eyləmə kim, Seyyida, cənnəti-kuyindən edərlər ixrac. * * * Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç, Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan, Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç. Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir, Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç. Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan, Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç. Həsiri aləti-təzvir edib əgləşmə məsciddə, Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç. Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil, Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç. Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət, Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç. * * * Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh, Ətrindən olmasa güli-rənadə, yox fərəh. Eylə mərizi-eşqə ləbin çarə, ey həkim, Məcuni-ləli-nabi-müsəffadə yox fərəh! Derlərdi zəfəranı müfərreh, nədəndi bəs, Rəngim saraldı, yarə bu mənadə yox fərəh! Busə nə qədr çox ola xoş, laəqəl iki, Məşhurdur ki, buseyi-tənhadə yox fərəh. Meydən murad buseyi-sağərdir, ey könül, Məşrutu olmayan meyi-səhbadə yox fərəh. Meracın ilə oldu fərəhnak ərşiyan, Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh. Nadan tapar həmişə fərəh vəsli-yardən, Seyyid, cahanda xatiri-danadə yox fərəh. * * * Dedilər xəlq ki, var badeyi-həmradə fərəh Dedilər xəlq ki, var badeyi-həmradə fərəh, Yarsız görmədim ol cami-qəməfzadə fərəh. Yarsız neyləyirəm seyri-gülü gülzarı, Olmasa yar, olumu cənnəti-məvadə fərəh? Şəbi-meraci-visalın məni zar etdi rəqib, Görmədim, seyr elədim çərxi-müəlladə fərəh. Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim, Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh. Dağım olduqca füzun şad olur aşüftə könül, Tifl üçün eyddə var ziynəti-kaladə fərəh. Yarımın adını bildikdə fərəh hasil olur, Onu təshif eləsən var bu müəmmadə fərəh. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini, Çünki beş günlük olur bülbüli-şeydadə fərəh. * * * Ol lalərüxün işvəvü nazı çox imiş, çox Ol lalərüxün işvəvü nazı çox imiş, çox, Üşşaqə onun suzü güdazı çox imiş, çox. Mehrabi-dü əbrudə könül xeyli zamandır Qalmış, bilirəm, razü niyazı çox imiş, çox. Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə, Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox. Müddətdi ki, qıllam qədəmin daşına səcdə, Eşqin bu məqam içrə nəmazı çox imiş, çox. Mən az bilirdim mənə ənamını yarın, Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox. Bu səltənəti-eşqdə Məhmud tapılmaz, Hər guşədə afaqın Əyazı çox imiş, çox. Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin, Seyyid, aradım eşqi-məcazi çox imiş, çox. * * * Zahida, ol sənəmin zülfi-çəlipasına bax Zahida, ol sənəmin zülfi-çəlipasına bax, Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax. Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır, Tutduğu felini gör, verdigi mənasına bax. Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin, İrsinə dik gözüvü, külçəvü həlvasına bax. İstəyir cənnəti zahid bu qədər hiylə ilə, Əbləhin fikrini gör, dildə təmənnasına bax. Dili-divanə sevən can tək o zülfi-siyəhi, Başının şurini gör, eşqdə sövdasına bax. Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz, Neyləyirsən əməlin, dildə təmənnasına bax. * * * Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Meydani-məhəbbət tərəfə bir güzərin yox. Mehrabdə əgləş ki, cigərdar degilsən, Bu nari-qəmə yanmağa əsla cigərin yox. Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən, Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox. Sən eylə pəri, hur xəyalilə ibadət, Bəzmində ələnnəqd büti-simbərin yox. Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür, Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox. Nə vəslü nə ağuşü nə bir busü kənarın, Ey nəxli-məlahət, bizə əsla səmərin yox. Ey dil, elədin cənnəti-kuyini təmənna, Uçmağa hanı, heyf, sənin balü pərin yox. Bəsdir sənə rüxsari-zərü əşk çü simin, Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox. * * * Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox, Nöqsanı var ki, eşqinin əsla kəmalı yox. Yüz xətt ilə küsuf edə xurşidi-tələtin, Mehrin dilimdə zərrə qədər bir zəvalı yox. Ey bəxtimin sitarəsi, xətt içrə ruyüvi Gər ay tutuldu dersə görənlər, vəbalı yox. Yüz vədeyi-visal eləsin ol pəricəmal, Hərgiz gəlib görünməsinin ehtimalı yox. Seyyid, qayıt, bu mərhələdən kəs ayağını, Axır bu rahi-meykədənin bir məalı yox. * * * Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox, Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox. Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə, Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox. Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu, Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox. Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə, Edib çaki-giriban ölməzəm mən, hiç arım yox. Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım, Bətər ondan bu kim, meyxanələrdə etibarım yox. Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz, Mənim baği-behiştim yardır, cənnətdə karım yox. Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid, Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox. * * * Mən tək bahardə hər o şəxsin ki, yarı yox Mən tək bahardə hər o şəxsin ki, yarı yox, Bir bülbüli-fələkzədədir kim, baharı yox. Ol kəs ki, yarını görə əğyarə yar olub, Öldürməsə əgər özünü, hiç arı yox. Çox kimsənin əgərçi kəsibdir qərarını, Əmma mənim təki o gülün biqərarı yox. Bənzər o nəxlə kim, ola bisayəvü səmər, Hər dilbərin ki, aşiqə busü kənarı yox. Seyyid, hanı şərabın, ötür fəsli-novbahar, Bir də baharə çıxmağının etibarı yox. * * * Dolanım başuva, ey nazlıca yarım, bəri bax Dolanım başuva, ey nazlıca yarım, bəri bax, İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. İşvə ağaz qılıb səbrimi tarac eləmə, Getdi dildən dəxi aramü qərarım, bəri bax. Xəm yemiş qamətim əbrulərivün qurbanı, Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax. Bu cəfadidə dil ol kakili-mişkinə fəda, Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax. Can nisar etməgə amadədi Seyyid, gözəlim, Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax! * * * Eşqdir eyləyən aləmdə bəlalər iycad Eşqdir eyləyən aləmdə bəlalər iycad, Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad. Eşqdir mürşidi-kamil, ona afaq mürid, Eşqə şagird cahan əhli, o kamil ustad. Eşqdir aləm ara darə çəkən Mənsuri, Eşqdir Qeysi qılan Leyli qəmindən naşad. Dağdə surəti-Şirinini nəqş eylər ikən, Başına vurdu külüngün niyə axır, Fərhad? Seyyida, eşq sözün söyləmə nafəhmlərə, Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad. * * * Ta şanə olub ülfəti-zülfündən olam şad Ta şanə olub ülfəti-zülfündən olam şad, Şadəm ki, dönəm xakə, qubarım ola şimşad. Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux, Gül tək açılır xatiri, halımdan olur şad. Mərgim mənim asandı, vəli müşkil odur kim, Məndən sora eylər kimə cövr ol büti-naşad. Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət, Məcnunu mənəm məst qılan, eyləyən irşad. Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin, Dağlarda külung çalmaz idi başına Fərhad. Saqi, elə məxmurü xərab et məni meydən Kim, olmaya məqdur dəxi eyləmək abad. Seyyid, yetişib aləmə fəryadü fəğanım, Fəryad ki, təsir eləməz ol gülə fəryad! * * * Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd, Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd. Olmuşam eylə nəhif ol nuşləb eşqində kim, Zəfdən çıxmaz nəfəs, ney tək kəsilsəm bənd-bənd, Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim, Yüz desin, fəhm eyləməz, bidərdə dərdin dərdmənd. Atəşin rüxsarın üzrə xali-hindulərmidir, Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?! Giryeyi-biixtiyarım təlx edib ovqatımı, Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd. Cam tutdum kim, tutub piri-müğanın pəndini, Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd? Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibət Kim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd. * * * Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz; Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz. Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdə O əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz. Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil, Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz. Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi, Və illa zövqi-xatir badəvü peymanədən gəlməz. Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən, Nə mane var dəxi, ol şuxi-bipərva nədən gəlməz? Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə, Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz. Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz. * * * Yarım kimi bir sərvqədü gülbədən olmaz. Yarım kimi bir sərvqədü gülbədən olmaz. Rüxsarına bənzər o gülün nəstərən olmaz. Məcruh olur, ey gül, bədənin sayeyi-güldən, Qurbanın olum mən, belə nazik bədən olmaz. Dəryadə dişin tək düri-şəhvar tapılmaz, Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz. Eylər hükəma nükteyi-mövhumu müşəxxəs, Sirri-dəhənin nöqtəsin amma bilən olmaz. Hər adı Məhəmməd ola bilməz şəhi-Bətha, Hər aşiqi-dilxəstə Üveysi-Qərən olmaz. Dəfn eyləyin üryan məni kuyində o mahın, Şər ilə müşəxxəsdi, şəhidə kəfən olmaz. Heyvandı ki, yox başının əfsarı, həqiqət, Hər kimsənə kim aşiqi-vəchi-həsən olmaz. Ol Yusifi-gülçöhrə qəmindən sənə, Seyyid, Şirvan niyə hər ləhzədə beytül-həzən olmaz? * * * Qurtardı nisfi-şamdə, saqi, şərabımız Qurtardı nisfi-şamdə, saqi, şərabımız, Etdi qürub, heyf, bizim afitabımız. Baxma kitabi-hikmətə, mey tök kitabiyə, Çoxdan itibdi, ey ləbi meygun, kitabımız. Derlər behişt əhlinə cənnətdə yox əzab, Bəs kuyi-yardə niyə-artdı əzabımız? Ağzın açıb xitabıma verməz cavab o gül, Pinhan nə söyləyim ki, verildi cavabımız. Zahid sözilə eyləmədik bir səvabə meyl, Bəsdir cəza günündə bizə bu səvabımız. Bülbül pərində başını gizlətdi şərmdən, Əskik degil o qönçeyi-tərdən hicabımız. Seyyid, həmişə talibi-meyxanəyik məgər Bu xakdən siriştə olubdur türabımız?! * * * Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz, Dili-sədpareyi-aşiqdə cərahət qalmaz. Zövq verməz dəxi eşq əhlinə şirin dəhənin, Təlx olur sözlərin, asari-məlahət qalmaz. Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət, Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz. Xət basar arizüvi hüsnüvü eylər bərhəm, Dəxi ol nəqşi-dilaradə təravət qalmaz. Ləblərin möciz ilə mürdələr etməz ehya, Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz. Gözlərin yadı ilə sinədə asayiş yox, İki bimar olan xanədə rahət qalmaz. Ləbi-yar ilə mükərrər ola gər qafiyələr, Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz. * * * Novbahar əyyamıdır, mən zar qaldım yarsız Novbahar əyyamıdır, mən zar qaldım yarsız, Hiç bülbül olmasın bu fəsldə gülzarsız. Ol güli-alə dedim bir yanıma gəl birəqib, Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız. Getsə şami-tirə rövşən sübh olur, lakin mənim Ruzgarım tar olur ol türreyi-tərrarsız. Çox edən bimarə xidmət, aqibət bimar olur, Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. Seyrdə əğyarə bax, ol mahə oldu müştəri, Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız. Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən, Ey könül, olmaz dəhani-yar hiç əsrarsız. Zülfünü daim basar bağrına çeşmi, vəchi var, Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız. * * * Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz, Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab, Məndədir bir gül fərağından qəmi-aləm hənuz. Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak, Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz. Afitabım, ləlini bir gecə görmüş xabdə, Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz. Mehri ol mahın siriştə oldu ol gün könlümə Kim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz. Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba, Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz. Görmüşəm xab içrə bir müddətdi qaşın tağını, Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz. Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida, Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz. * * * Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz, Etibarı yox onun, ağı qəradən seçməz. Nə hünərdir ki, tanır xublər içrə səni dil Hansı bir kəsdir o kim, şahı gədadən seçməz Ey ləbin aşiqə külqənd, gözün bimarı Mövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz. Bəski dil aşiqi-göftari-şəkərbarındır, İstəyir nitqüvi, düşnamı duadən seçməz. Dili divanəni zəncirə çəkərsən yeri var, Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz. Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa, Mərveyi-kuyüvi hüccac Səfadən seçməz. Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa, Tifldir yar, hələ zülmu vəfadən seçməz. * * * Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz, Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz. Nola keçməz yüzündən ol nigari-azərinin dil. Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz. Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən, Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz. Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir, Vəlakin cami-mey tərkin qılan, huşyardən keçməz. Şərabi-“əlbəlaü lilvila” ən məst olan aşiq Keçər Mənsur tək candan, bəlayi-dardən keçməz. Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir, Pərəstarı olan kəs xatiri-bimardən keçməz. O tari-zülfə, Seyyid, qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz. * * * Tiğ etsə xətin pak sənə bir zərər olmaz Tiğ etsə xətin pak sənə bir zərər olmaz, Ayinədə seyqəl ola hərgiz kədər olmaz. Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani, Bu hüsnü lətafətdə desinlər bəşər olmaz. Ağuşə çəkib arizi-zibanı şəbü ruz, Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. Sorma bu gecə silsileyi-zülfi-siyahın Tulani olan qissədi, bu müxtəsər olmaz. Yoxdan açıb ağzın verir axırda cavabım, Pinhani olan nalələrim biəsər olmaz. Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim, Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz. At qəmzən oxun Seyyidə, ey qaşı hilalım, Ruintənə yüz ox atasan kargər olmaz. * * * Aləmi-eşq içrə cananın sevən can istəməz Aləmi-eşq içrə cananın sevən can istəməz, Bak edən canü dilindən vəsli-canan istəməz. Zülməti-zülfündə dil xurşidə etməz iltifat, Maili-ləlin olan kəs abi-heyvan istəməz. Mülki-dünya aqibət bərbad olur, ey huşyar! Murcə əqli olan mülki-Süleyman istəməz. Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan, Xardən eylər həzər, seyri-gülüstan istəməz. Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri, Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz. İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri, Eşqdə kamil olan, ol mahə nöqsan istəməz. Sinədən peykanların çəkmə, dili etmə xərab, Padşahi-adil öz mülkünü viran istəməz. Ey təbib, əl çək əlacımdan, məni incitmə çox, Aşiqi-sadiq olan dərdinə dərman istəməz. Bəs nədən rüxsarına zülfün pərişan etdi yar, Gər bu qarəgünləri zarü pərişan istəməz. Seyyida, sən eylə daim şahi-mərdan vəsfini, Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz. * * * Hansı bar aşiqə kim, sən kimi canan olmaz Hansı bar aşiqə kim, sən kimi canan olmaz, Bu müşəxxəsdi ki, cismində onun can olmaz. Hansı bir şəhrdə kim, sən kimi qarətgər ola, Şahidəm, şəhrdə billah ki, iyman olmaz. Nə qədər küfri-səri-zülfüvə dinin verməz, Zahidi-tirənişin hiç müsəlman olmaz. Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin, Yox davamı, gülə səbt ayeyi-quran olmaz. Səni görsəm özüm ilə, həsədimdən ölərəm, Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz. Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib Tarı şahiddi ki, beylə quru böhtan olmaz. Səfheyi-xatirə nəqş oldu cəmalın əksi, Şükrlillah, mənimçün dəxi hicran olmaz. Verdi Seyyid o bütün zülfi-pərişanına dil, Cəmdir xatiri, minbəd pərişan olmaz. * * * Ey Xızır, zülməti-zülfü sənə asan olmaz Ey Xızır, zülməti-zülfü sənə asan olmaz, Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz. Hüsnə mövquf degil, yar gərək hal əhli, Çox olur yar, vəli yari-zəbandan olmaz. Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf, Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz. Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin, Afitabım, ləbüvi ləl desəm qan olmaz. Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs, Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz. Zahida, etmə mənim könlümə iyman təlqin, Kafəri-eşqdi bu, hiç müsəlman olmaz. Sənə hədsiz olur, ey şux, mənim tək aşiq, Mənə bu aləm ara sən kimi canan olmaz. Zülməti-şəbdən usandım, ey əlin qurbanı, Sinəni açmayasan, sübh nümayan olmaz. Hüsn sultanı sənin kimi tapılmaz hərgiz, Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz. * * * Aləmə fitnə salan mədəni-şərdir vaiz Aləmə fitnə salan mədəni-şərdir vaiz, Haşəlillah demənəm mən ki, bəşərdir vaiz. Anası daməni-mehrabə atıb qundağın, Eyləmə cəhl ki, məchul-pədərdir vaiz. Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin, Sifətindən deyəsən əhli səqərdir vaiz. “Rətbü Yabisdən” açıb bab, salıb məbhəsələr, Quru sözdən nə bitər, mədəni-şərdir vaiz. Özü layəqilü sərməsti-meyi-qəflətdir, Söyləyir badəni kim, əqlə zərərdir, vaiz. Yox yəqin olmayan işdən sözünü nəql eylər, Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz. * * * Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz, Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz. Ey ləli şəkər, çox yemişəm Misr nəbatı, Hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz. Qəddindi sənin sərvi-xuraman, zəqənin sib, Amma nə deyim, sərvdə hərgiz səmər olmaz. Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət! Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz. Müjgan oxun atsan əgər, ey qaşı kamanım, Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz. Saradır adın, ikki saçın ənbəri-sara, Saçın kimi aləmdə sənin müşki-tər olmaz. Saçında əyandir mənə tulani bəlalər, Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz. Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş, Əşari-lətifin kimi dürrü gühər olmaz. * * * Hanı bir cövhər ola badeyi-səhbadən əvəz? Hanı bir cövhər ola badeyi-səhbadən əvəz? Mürdələr zində qılan kimdi Məsihadən əvəz? Gər mürəkkəb edəsən aləmin əczalarını, Ola bilməz meyi-gülfami-müsəffadən əvəz. Xublərdən necə sənsiz eləyim könlümü şad, Aləmi-surəti kim eylədi mənadən əvəz. Görəsən zati-həq isbatına, ey İbrahim, Məhü xurşid olumi sağərü minadən əvəz? Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül, Olumi zağü zəğən bülbüli-şeydadən əvəz?! Hər məkanda eləyib çünki təcəlla rüxi-yar, Eybi yox məscid əgər olsa kəlisadən əvəz. Seyyida, etmə rəha piri-müğan. damənini, Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz. * * * Halımı bil, ey səba, etməgə cananə ərz. Halımı bil, ey səba, etməgə cananə ərz. Bülbüli-bidil qəmin eylə gülüstanə ərz. Zülfü-xəyalı məni qıldı pərişan, səba, Eylə bu əhvalı ol zülfi-pərişanə ərz. Şanəyə ərz etmişəm çaki-dərunum, vəli Eyləyə bilməz gedib kakilüvə şanə ərz. Cənnəti-kuyində bir adəm idim mən, vəli, İndi görüb zillətim, qıl o pəri şanə ərz. Bijəni-könlüm qalıb çahi-bəladə əsir, Eylə bu halı səba, Rüstəmi-dəstanə ərz. Qoy məni ərz eyləyim ol gülümə halımı, Etsə gəda, eybi yox, halını sultanə ərz. Kimsənədən olmadı dərdinə, Seyyid, əlac, Eyləmə hər nakəsə haluvi əfsanə ərz. * * * Gəldi bahar, gəlmədi ol gülüzarımız Gəldi bahar, gəlmədi ol gülüzarımız, Ya rəb, görüm xəzanə dönə novbaharımız. Saldı arayə təfriqə gülçini-ruzigar, Ol gül yanında qalmadı bir etibarımız. Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan, Ey sərv, laləzarə dönübdür kənarımız. Zənnim budur ki, həşrdə şahini sındıra, Səncidə olsa əcri-şəbi-intizarımız. Biz bir qətar naqələrik dəşti-eşqdə, Lakin düşübdü nakəs əlinə məharımız. Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar, Eylə bilillər əldə qalıb ixtiyarımız. Gördü o tari-türreyi-pürpiçü pürxəmi, Seyyid, kəməndə düşdü dili-biqərarımız. * * * Baği-aləmdə mənə bir güli-rənadı qərəz Baği-aləmdə mənə bir güli-rənadı qərəz, Bir qədi sərv, üzü laleyi-həmradı qərəz. Əhədü Əhmədü Məhmudü Əbülqasimdən, Zahirən ismdi, amma ki, müsəmmadı qərəz. Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz, Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz. Surəti-zahirə hərçənd ki, var rəğbətimiz, Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz. Bülbül istər gülü, pərvanə sevər şəmi, vəli Bizə nə şəm, nə ey dil, güli-rənadı qərəz. Xəlqi-insanda nə surət, nə həyula, Seyyid, Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz. * * * İstərəm bir gülü nə bağü nə bostan gülüdür İstərəm bir gülü nə bağü nə bostan gülüdür, Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür. Eşqimi eyləmə nisbət özüvə, ey bülbül, O sənin istədigin fəsli-gülüstan gülüdür. Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül, Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür. Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur, Sanma kim, bu güli-xoşrayihə Səlyan gülüdür. Ey xuda, kim çəkər axırda gülabın bu gülün, Dərdi-sər dəfinə aləmdə bu, dərman gülüdür. Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir, Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür. Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun, Rüxi-zibayi-dilarası bunun can gülüdür. Sələvat eylə görüb surəti-pakın, Seyyid, Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür. * * * Bu günkü bəzmdə cami-şərabımız yoxdur Bu günkü bəzmdə cami-şərabımız yoxdur, Qara olub günümüz, afitabımız yoxdur. Hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizim Cəmali-yardən özgə kitabımız yoxdur. Əcəbmi nameyi-əmalımız qalırsa səfid Ki, səbt olunmalı cürmü səvabımız yoxdur Həmişə şer deyib, mey içib, cavan sevərik, Ziyadə felə bizim irtikabımız yoxdur. Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq, Təğəyyür eyləmənik inqilabımız yoxdur. Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid, Sualə layiq olan bir cavabımız yoxdur. * * * Məni gədalığa ol yari-pürsitiz istər Məni gədalığa ol yari-pürsitiz istər, Həzar şükr ki, yarım məni əziz istər. Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə, Müşəxxəs oldu ki, aləmdə rəstəxiz istər. Tökər sirişk gözüm, su verir o, müjganə Ki, qətli-am üçün ol tiği-tündü tiz istər. Səba dəgib dağıdır tellərin üzə hərdəm, Məgər o, tari-səri-zülfü müşkbiz istər? Dedim: bu qədr məni, ey həbibi, ağlatma, Dedi ki, aşiqini yar əşkriz istər. Üz ilə zülfüvü dərk etmədim lətafətdən, Seçə qəradən ağı qüvveyi-təmiz istər. Nə əldə nəqdi-dilü can, nə dinü iymanım, Bütani-simbədən Seyyid, əldə çiz istər. * * * Hər aşiqin ki, sən kimi bir gülyanağı var Hər aşiqin ki, sən kimi bir gülyanağı var, Lalə kimi, əyandı ki, köksündə dağı var. Könlümü tazə dağlərin rövşən eyləmiş, Şami-qəmində, şükr, onun şəbçirağı var. Sünbül özünü zülfüvə oxşatdı bir gecə, Gördü xətadır, indi pərişan dəmağı var. Ta qoymaya dodağını dilbər dodağıma, Mən bavər etmənəm ki, o mahın dodağı var. Ta xari-möhnətin dili-pürxunə sancılıb, Ey gülüzar, lalə gülün gül fərağı var. Seyyid yetirdi axır özün xüm ayağına, Başında şuri-nəşəsi, əldə əyağı var. * * * Sövdalərə düşdüm, dedim: allah kərimdir Sövdalərə düşdüm, dedim: allah kərimdir, Gər yandım, alışdım, dedim: allah kərimdir. Bənd oldu könül tari-səri-zülfi-nigarə, Bu damə ilişdim, dedim: allah kərimdir. Yandırdı məni şəşəeyi-nuri-cəmalı, Bu narə alışdım, dedim: allah kərimdir. Gəh yaxdı məni hicri-rüxi, gah visalı, Odlarə tutuşdum, dedim: allah kərimdir. Xam idi könül düşdü qəmi-buteyi-eşqə, Ol butədə bişdim, dedim: allah kərimdir. Seyyid, dolanıb gün təki məcmui-cahanı Dəryaları aşdım, dedim: allah kərimdir. * * * Üzün hədisini dün söylədim bir ayə qədər Üzün hədisini dün söylədim bir ayə qədər, Görək ki, şərhini vaiz bilir bir ayə qədər? Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm, Əgər yüz il yügürə Mərvdən Səfayə qədər. Dedim: visalın üçün çox dualar eyləmişəm, Dedi: çatıbdı sənə etdigin duayə qədər. Dünənki gün də gün idi, bu gün də bir gündür, Vəli təfavütü var ərzdən səmayə qədər. Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu, Fəda olum sənə, ölməzmi bu cəfayə qədər? * * * Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır, Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır. Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb, Tez tapar rəxnə, bəli, bir yer ki, su oynağıdır. Ləşkəri-qəm könlümün mülkini viran eylədi, Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır. Vaiza, təqrir qılma çox da ruzi-həşrdən, Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır. Hər yetən şuxi-cəfapişə mənə, eylər sitəm, Bu bəla çəkmiş vücudum xublər tapdağıdır. Lalələr kim, baş verib xaki-məzarımdan çıxar, Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır. Lütf edib bir gün nolur sorsan pərişan halımı, Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır. * * * O qəragöz ki, mənim eşqdə sultanımdır O qəragöz ki, mənim eşqdə sultanımdır, Xaki-payı gözümə köhli-Sifahanımdır. Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun, Məni Məcnun edən ol zülfi-pərişanımdır. Sanma kim, arizi-alın xət ilə oldu siyah, Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır. Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən, Eylə bildim ki, oxu qaldı, çıxan canımdır. Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun, Gər desəm mah üzün, eşqdə nöqsanımdır. Xızr ol səbzxətin təng dəhanın görcək, Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır. Seyyid, ol şəm qəmindən gecələr sübhə kimi Yanan əhvalıma kim, bu dili-suzanımdır. * * * Ey gül, nə rəvadır səni meyxarə desinlər Ey gül, nə rəvadır səni meyxarə desinlər, Bədnam desinlər səni, avarə desinlər. Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani, Kim, pirəhəni-ismətüvi parə desinlər. Xurşidi-mey ardınca səni hər gecə ta sübh, Ey mah, nə layiqdi ki, səyyarə desinlər. Hər qəlbi qara nakəs ilə eyləmə ülfət, Heyfa, səni aləmdə üzüqarə desinlər. Seyyid təki etmə həvəsi-badeyi-gülgun, Qorxum budur, ey məh, səni meyxarə desinlər. * * * Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir? Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir? Gülzari-çəmən sövti-həzarı nə gərəkdir? Aşüftə könül tari-səri-zülfüvü istər, Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir? Ətri-sərn-zülfün mənə mətlubdur, ey gül, Əttarların müşki-tətarı nə gərəkdir? Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah, Zahirdə olan busü kənarı nə gərəkdir? Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol, Xəlqin sənə bu eybü əvarı nə gərəkdir? Bibadeyi-gülgun bizi məst eylədi, saqi, Minbəd meyin rəncü xumarı nə gərəkdir? Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə gərəkdir? * * * Fərhad mənəm kim, belə şirinsüxənim var Fərhad mənəm kim, belə şirinsüxənim var, Bir arizi gülgun, ləbi şəkkər-şikənim var. Yox məmləkəti-Reydə şəhi-Nasiridinin, Bu gövhəri-nayab ki, Şirvanda mənim var. Bəhreynə dönüb yar qəmindən iki çeşmim, Qanlı sədəf içrə necə dürri-Ədənim var. Ol zülfi-siyah oldu mənim Darsəlamım, Şam içrə, şərif ölkədə ziba vətənim var. Bəsdir, mənə xaki-qədəmi, xirqeyi-çakım, Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var, Batin üzümün şahididir hüsni-kəlamım, Əlminnətü-lilləh belə vəchi-həsənim var. Seyyid, nə gərəkdir mənə ol ləli-Bədəxşan, Yüz lələ dəgən tazə əqiqi-Yəmənim var. * * * Könül təpidələnir, yoxsa nazlı yar gəlir Könül təpidələnir, yoxsa nazlı yar gəlir, Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir? Səba gətirdi genə müjdeyi-gülüstanı, Şükufələr açılır, fəsli-novbahar gəlir. Zibəs ki, müntəzirəm, hər ayaq sədasından Təsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir. Əyağı al ələ, saqi, mənə peyapey ver, Amandı, qoyma, mənim başıma xumar gəlir. Şərari-tiğ ilə yandır məni, əgər məndən, Həbibim, ayineyi-könlüvə qübar gəlir. Məgər ki, rəhküzəri-yardə açıb zülfün, Məşamə ləxləxeyi-nafeyi-tatar gəlir. Zibəs ki, arizüvün həsrətin çəkər Seyyid, Açılsa yuz güli-tər gözlərinə xar gəlir. * * * Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: divanə olan şəxsə gərəkdir zəncir. Dedim: ol türreyi-pürçində nədir rüxsarın? Dedi: bu surəti Çin içrə qılıblar təsvir. Dedim: ol arizi-zibadə nədir xətti-siyah? Dedi kim, müshəfi-rüxsarıma düşmüş təfsir. Bu ümid ilə ki, qanımı tökər qəmzən oxu, Ey gözün sədqəsi, əmdən qılıram yüz təqsir. Xameyi-Seyyid əgər kim, ola yüz muyşikaf, Sifəti-muy-miyanın edə bilməz təhrir. * * * Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər, Kim inanır bu sözə, göz görə böhtan dedilər. Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin, Həqqini bilmədilər, hərfi-pərişan dedilər. Gördülər qan içici gözlərini əhli-nəzər, Bu sitəmgərləri axırda tutar qan, dedilər. Gətdilər duzəx odun aşiq uçün dünyayə, O cigərsuz odun adını hicran dedilər. Hicr dərdinə dəva sordum ətibbalərdən, Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər. * * * Ənbər saçılır, qafileyi-ud gəlibdir Ənbər saçılır, qafileyi-ud gəlibdir, Guya ki, genə çəngü dəfü ud gəlibdir. Xurşid genə tale olub bürci-həməldən, Beytüş-şərəfə əxtəri-məsud gəlibdir. Əyyami-bahar oldu, açıldı gülü lalə, Dünyayə məgər cənnəti-mövud gəlibdir? Bütxaneyi-Şirvanə genə bir büti-ziba, Ya surəti-insanə o məbud gəlibdir. Ol qaşı hilalım yetişib həddi-kəmalə, Bildirki ziyanın eləyib sud, gəlibdir. Seyyid, gəlib ol gövhəri-nayab səfərdən, Gövhər saçılır, lölöi-mənzud gəlibdir. * * * Şükr eylə, könül, söhbəti-cananə yolun var Şükr eylə, könül, söhbəti-cananə yolun var, Ey tutiyi-şeyda, şəkəristanə yolun var. Məhrum degilsən hələ kuyindən o şuxun, Ey bülbüli-şuridə, gülüstanə yolun var. Ey səbzeyi-xət, sən ki ləbi-yarə yetişdin, Bir Xızrsan, ol çeşmeyi-heyvanə yolun var. Ey şanə, bu könlüm kimi sədçak neçinsən, Ol silsileyi-zülfi-pərişanə yolun var? Bu bisərü padən niyə bidadüvi kəsdin, Ey şux, sənin kim, belə ehsanə yolun var?! Bu ülfəti-zahirdən əgər mən olursan, Qurbanın olum, ülfəti-pinhanə yolun var Seyyid, dəxi bu tale əlindən nə şikayət, Ey mur, sənin bəzmi-Süleymanə yolun var. * * * Ol iki zülfdə rüxsareyi-canan görünür Ol iki zülfdə rüxsareyi-canan görünür, Genə xurşid bu gün daxili-Mizan görünür. Düşməyən eşqə nə bilsin ki, nədir müşkülümüz, Ari, qəm çəkməyənə qəm yükü asan görünür. Sənsiz, ey gül, gözümə mövsimi-hicranında Gər gülüstanə baxam xari-müğilan görünür. Dəhənin bir səri-mudur, buna söz yox, amma Bir müəmmadı ki, yüz nükteyi-pinhan görünür. Görünür zülfün arasında məhi-rüxsarın, Şükr-lilləh ki, genə küfrdə iyman görünür. Necə mən badə içim ləli-ləbindən ayrı, Sənsiz, ey gül, meyi-gülgun gözümə qan görünür. Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah, Əcəba, bir mələkə yar iki şeytan görünür. Dəhənin sirrini sordum – dedi, yoxdan nə deyim, Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. * * * Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır, Salan bu rəngə məni çeşmi-xunfəşanımdır. Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb, Nəvayi-mürği-çəmən baisi-fəğanımdır. Əlimdə badeyi-gülgun, yanımda yarım yox, Bahar fəslidir, əmma mənim xəzanımdır. Görüb üzarını zülfi-kəcində ol şuxün, Dedim: bu gün qəmər Əqrəbdədir, qiranımdır. Dedim: cahanda nədir bunca qilü-qalə səbəb, Dedi: arayə düşən məbhəsi-miyanımdır. Diyari-yarə bu gün etmişəm səfər əzmin, Bu tazə şeirlər əhbabə ərməğanımdır. Mənəm o tairi-qüds-aşiyanə kim, Seyyid, Behişti-Ədn mənim köhnə aşiyanımdır. * * * Hər dəm ki, meydən ol büti-tənnaz məst olur Hər dəm ki, meydən ol büti-tənnaz məst olur, Dərdi-təğafül ilə könüllər şikəst olur. Gər mey bu isə, saqisi ol qarə gözlü yar, Zahid satıb əmaməsini, meypərəst olur. Aşiq degil əgər üzüvə gün, nədəndi bəs, Hər gün düşüb ayağuvun altında pəst olur? Bu qarə zülfü kakili-mişkin ki, səndə var, Gər Cəbrəil görsə onu paybəst olur. Seyyid kimi cahanda ayılmaz xumardən, Hər kim ki, məsti-badeyi-cami-ələst olur. * * * Demək hali-dili-zarı o gülrüxsarə müşküldür Demək hali-dili-zarı o gülrüxsarə müşküldür, Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür. Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani, Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür. Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid, Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür. Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə, Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür. Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol, Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür. Rəqiba, şöleyi-nari-fərağından hərasım yox, Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür. Qəmi-dildarı pinhan saxla dildə candan, ey Seyyid Ki, məhrəm eyləmək biganəni əsrarə müşküldür. * * * Göstərir məscidi zahid ki, bu iyman yoludur Göstərir məscidi zahid ki, bu iyman yoludur, Bunu da bil ki, könül, meykədə ürfan yoludur. Kəbəyə əhli-həqin batini-dildəndi yolu, Qeyri yol getsən əgər, quli-biyaban yoludur. Qorxuram getməyəsən Kəbəyə, ey ərabi! Getdigin rah müxalifdi, bu şeytan yoludur. Tut könül, ali-Əli damənini, eyləmə qəm, Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur. Demə meyxanə yolun rahi-zəlalət, vaiz! Oğlun ölsün, bir ayıl, bu Şəhi-mərdan yoludur. Kuyi-cananə yetişməksə muradın, Seyyid, Tərki-can eyləmək ol mənzilin asan yoludur. * * * Gərçi dil seydinə, ey gül, xət ilə xalın var Gərçi dil seydinə, ey gül, xət ilə xalın var, Leyk ondan bu gözəldir ki, gözəl halın var. Genə kimlər ürəgin qan edəcəksən, ey məh, Bu rüxi-al ilə çıxmaqda bu gün alın var. Çox baxırsan dəhəni-yarə, könül, yoxsa genə Məbhəsi-nükteyi-mövhumdə əşkalın var. Zahida, sən ki, bilirsən özüvü hal əhli, Bir öz əhvalüvi bilməzsən, əcəb halın var. Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad, Uçmağa cənnəti-kuyinə məgər balın var? Açıram müshəfi, yüz dəfə, “əlif-lam” gəlir, Qamətü zülfdə, ey dil, nə gözəl falın var. Seyyid, ol hurvəşin vəslin edərsən xahiş, Olmağa cənnətə şayistə nə əmalın var? * * * Qətlimə meyl əgər ol dilbəri-növşad eylər Qətlimə meyl əgər ol dilbəri-növşad eylər, Qəm əlindən qutarır, könlümü həm şad eylər. Neçə illərdi qılıb silsileyi-zülfə əsir, Nə məni öldürür ol sərv, nə azad eylər. Gər o Şirin ləbi-ləlini şəkərbar etsə, Gətirir şurə, cahan əhlini Fərhad eylər. Mələkülmovt əgər qəmzənə şagird olsa, Az zamanda onu can almağa ustad eylər. Afərin navəki-xunrizüvə kim, sinəmdən Çəkməgə cani-həzini, mənə imdad eylər. Ta ki, zülmün eşidib etməyələr meyl sənə, Sitəmindən, görə hər kimsəni dil, dad eylər. Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi, Səni mey şürbünə ey müğbeçə, mötad eylər. Seyyida, yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər. * * * Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var, Zülfi-siyahı tək o gülün piçü tabı var. Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət, Amma rümuzi-nazə hələ yüz kitabı var. Gəldi xəti əgərçi üzə xari-xüşk tək, Gülbərgi-tərdi ləli, hələ abü tabı var. Bu şərmdən ki, dil – üzün ayinədir – demiş, Simab kimi lərzə edər, iztirabı var. Yadi-ləbi-nigarım ilə vurduğuna laf Oldu həram badə, dilin ictinabı var. Rəncidə eyləyib gülü bülbül fəğan ilə, Başın çəkib qanadına, güldən hicabı var. Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü, Gül açılıbdı, getmək üçün çox şitabı var. Hərdəm ölür görəndə rəqib ilə yarını, Öldürsə Seyyidi o şahə çox səvabı var. * * * Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir, Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir. Ey mövci-əşk axma, dəxi tutma yolların, Bir rəhgüzar ver, o büti-simbər gəlir. Gəh yad zülfün eyləyirəm, gah kakilin, Bir fikri etməmiş, dilə fikri-digər gəlir. Kəsmə ümid vəsldən əyyami-hicrdə, Ey dil, bu şam kim gedər, axır səhər gəlir. Gər müjdeyi-visalı gələ, yoxdu faidə, Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir. Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar, Bais nədir ki, biri-birindən bətər gəlir? Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri, Güldü ki, könlü məndədir anın, gedər, gəlir. * * * Əhli-eşqin, zahida, cismindəki can özgədir Əhli-eşqin, zahida, cismindəki can özgədir, Aləmi-mənadə, bil, can özgə, canan özgədir. Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə, Lakin, ey şeyda könül, yari-zəbandan özgədir. Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan, Mülki-iyman özgədir, bu kafəristan özgədir. Ey ləbi-dildardən qafil olan Xızri-fəqir, Ləli-dildar özgədir, ol abi-heyvan özgədir. Ey könül köhli-Sifahan sanma xaki-payını, Tutiya bir özgə şey, köhli-Sifahan özgədir. Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa, Bilməyir ləli-ləbində şəkkəristan özgədir. Seyyida, xubani-Xülləxdən nədir övsaflər, Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir. * * * Əgərçi həşrdə peyda o sərvqamət olur Əgərçi həşrdə peyda o sərvqamət olur, Fəzayi-məhşər ara özgə bir qiyamət olur. Könüldə zəxmimi qanlı sirişkim etdi əyan, Dənizdə qan balığın zəxminə əlamət olur. Əgər o mahı Züleyxa görə bu surət ilə, Həvayi-Yusif ona mayeyi-nədamət olur. Məgər qiyamə gəlibdir qiyaməti-kübra, Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur. Qədinlə fitneyi-axırzaman olur peyda, Bu fitnədən özünü saxlayan səlamət olur. Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım, Kəmali-lütfdür ol, qayəti-kəramət olur. Qədin xəyalını hər vəqt kim salır yadə, Mizaci-Seyyidi-dilxunə istiqamət olur. * * * Çeşmində qəzəb yoxsa dili-zarım üçündür? Çeşmində qəzəb yoxsa dili-zarım üçündür? Qəhri o təbibin dili-bimarım üçündür? Şadəm ki, salır qeyr məni yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür. Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar, Tərki-vətən etdimsə əgər, yarım üçündür. Hər gecə fəğanım yetişir gögdə hilalə, Bu nalələr ol əxtəri-səyyarım üçündür. Sən də gedibən ağla öz əhvaluva, Seyyid, Fəryadü fəğanım mənim öz yarım üçündür. * * * Ol üzü xurşid kim aşiqlərin cananıdır Ol üzü xurşid kim aşiqlərin cananıdır, Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır. Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil, Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır. Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim, Aşkarə dil alan ol xəndeyi-pinhanıdır. Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac, Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır. Nami-məşuqi nə hacət zahir etmək, ey könül, El bilir, aləm bilir gülrüxlərin sultanıdır. Sinədə peykanuva qıldım cigər qanın qida, Canə minnətdir ki, bu cananımın mehmanıdır. Namə gəldi yardən, istər cəsəddən canımı, Böylə sandım ki, həqin gögdən gələn fərmanıdır. Olma yarın, Seyyida, cövrü cəfasından məlul, Aşiqə cövrü cəfası dilbərin ehsanıdır. * * * Bülbülün hali-dilin novgüli-gülzar bilir Bülbülün hali-dilin novgüli-gülzar bilir, Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir. Aşiqi-kamil olan dərdini yarə nə desin, O ki dərd əhlin edib dərdə giriftar, bilir. Razıyam ki, yana pərvanə kimi balü pərim, Gər məni yanmağa ol şəm səzavar bilir. Nə şikayət eləyim dərdi-dilimdən yarə, Bilmişəm ki, dili-zarımda nə kim var bilir. Şakirəm yanmağa, yox cürət edəm şikvə, əgər Ol dilaram mənim cənnətimi nar bilir. Görürəm ol gözü badam, o ləli şəkkər, Eyləsə xahiş, əlaci-dili-bimar bilir. Xunfəsa fövcünə göstərmə kəlamın, Seyyid, Genə gül qədrini bu dəhrdə əttar bilir. * * * Hanı o mah ilə mən işrət etdigim gecələr Hanı o mah ilə mən işrət etdigim gecələr, Tülui-sübhə kimi söhbət etdigim gecələr. Gedəndə yar, durub naz ilə kənarından Alıb ələ ətəgin, minnət etdigim gecələr. Düşəndə xatirimə göglərə çıxar ahım, O mahparə ilə xəlvət etdigim gecələr. Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb, Təvafi-kuyi üçün niyyət etdigim gecələr. Gəlib nihani dəri-yarə, üz qoyub xakə, Qübarın öpməgə ol cürət etdigim gecələr. Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd, O sərvqamət ilə ülfət etdigim gecələr. Deyəndə yar mənə dərd, mən deyərdim can, Məzaqə təlx sözün şərbət etdigim gecələr. Mükərrər eyləyib ol acı sözlərin, Seyyid, Özüm-özümə dönüb ləzzət etdigim gecələr. * * * Hərçənd xubrudə bu adətdi, naz olur Hərçənd xubrudə bu adətdi, naz olur, Sən tək, vəleyk, naz qılan yar az olur. Ol sərvi sərfəraz elədim əşkim ilə mən, Əğyar, sayəsində vəli sərfəraz olur. Adət budur ki, dəhrdə görməz visali-yar. Hər aşiqi ki, pakinəzər, pakbaz olur, Görməz həqiqi aşiq olan vəsli-yarını, Bəzmi-visal qisməti-əhli-məcaz olur. Könlü gərəkdi qönçə kimi qan ola müdam, Kim ki, dəhani-yarı sorub, əhli-raz olur. Fəqrü fənayə talib olan dövlət istəməz, Bu kimiyanı hasil edən biniyaz olur. Qoymaz kəbutəri-dili-üşşaqdə qərar, Hər yerdə kim, gözün kimi bir şahbaz olur. Xurşid edər tülu, yetər şəb nihayətə, Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur. Seyyid, şikayət eyləmə hicrani-yardən, Bir gün olur ki, lütfi-xuda çarəsaz olur. * * * Bu pir könül tazə bir əhli-nəzər istər Bu pir könül tazə bir əhli-nəzər istər, Əvvəlki keçibdir, bunu ondan bətər istər. Göz yaşımı dil culərə döndərdi qəmindən, Məlum olur nəxli-muradə səmər istər. Ləli-ləbini istəsə dil, həqqi var, ey gül, Bimar gözüm qüvvət üçün gülşəkər istər. Peykanlarını xahiş edər dil iki yandan, Uçmağa səri-kuyüvə bir balü pər istər. Başdan keçibən eşqdə cövlan gərək olsun Meydani-məhəbbətdi bu, ey dil, cigər istər. Bimar gözün istəsə qoy qanımı içsin, Qurbandır ona, canımı məndən əgər istər. Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd, Ey xaliqi-bimisl, səni hər bəşər istər. * * * Hanı o mahə həmağuş olduğum gecələr Hanı o mahə həmağuş olduğum gecələr, Şərabi-vəsl ilə mədhuş olduğum gecələr. Siyah zülfü töküb üstümə yatan dəmlər, Bəsani-Kəbə siyəhpuş olduğum gecələr. Zaman-zaman oxuyub yar ilə duayi-qədəh, O lalərüxlə qədəhnuş olduğum gecələr. Düşəndə yadə, düşər şölələr dilü canə, O nari-eşqlə pürcuş olduğum gecələr. Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə, Atıb sədaları, xamuş olduğum gecələr. Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid, O sövtə başdan ayaq guş olduğum gecələr. * * * Alan qərarımı ol kakili-mütərradır Alan qərarımı ol kakili-mütərradır, Başımda, bilməyirəm hiç, bu nə sövdadır? Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah, Dedi ki, sureyi “Vəşşəms” üçün bu mənadır. Caharmixi-təbiətdən əl çəkən arif, Çıxar səmayə ki, həmxaneyi-Məsihadır. Buraqi-himmət ilə qıl üruc ərşi-həqə, O quş ki, çərxi-çaharüm məqami-İsadır. Görən xudayi-əhəd nurini bu kəsrət ara. Deməz ki, hiç bu məsciddir, ol kəlisadır. Təcəlliyat özünün, göz onun, cəmal özünün, Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır. Rümuzi-şeirdən aləmdə yox mənim xəbərim, Zəbani-Seyyidi-şirinsüxənlə guyadır. * * * Yadə saldıqda səni, dideyi-xunbar ağlar Yadə saldıqda səni, dideyi-xunbar ağlar, Yar hicrin çəkən, əlbəttə ki, naçar ağlar, Bülbüli-bidil əlindən üzülüb daməni-gül, Gecələr sübhə kimi nalə çəkib, zar ağlar. Şad ikən vəslin ilə könlümə qəm çəkdi hücum, Oldu min gunə genə dərdə giriftar, ağlar. Tabi-təb, zülməti-şəb, möhnəti-qürbət, qəmi-yar; Eyləməz tab bu möhnətlərə bimar ağlar. Bəs ki, şəb ta bəsəhər ağlamaq adətdi mənə, Həmdəm olmuş mənə yeksər dərü divar ağlar. Mən ki, hicr atəşinə yandı vücudum, billah, Mənim əhvalıma duzəxdə yanar nar, ağlar. O qədər ağladı Seyyid qəmi-hicran ilə Ki, onun halına bu çərxi-sitəmkar ağlar. * * * Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür, Ayineyi-dildə kədərü qəm nə üçündür? Batdın genə bəxtim kimi bilməm nə qərayə, Qurban sənə, bu şiveyi-matəm nə üçündür? Təcridi-lətafətlə sən İsayi-zamansan, İsayə, nigarım, qəmi-Məryəm nə üçündür? Dünyayə gələn getmək üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm nə üçündür? Seyyid, əgər ol şəmə sənin yanmadı könlün, Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür? * * * Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər, Salır bir fitnə, canım, qorxuram axırda qan eylər. Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan, Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər. Edərlər xubrulər qəsdi-can könlüm fəğanından, Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər. Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindir O bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər. Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən, Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər. Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid, Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər. * * * Kim ki, Seyyid, özünə bir gözəli yar bilir Kim ki, Seyyid, özünə bir gözəli yar bilir, Nə qədər cövr eləsə canə səzavar bilir. Nə qədər cövrü sitəmdən edə məşuqu günah, Genə aşiq özün eşqində günəhkar bilir. Belədir qaidə gülzari-cahan içrə ki, gül Bülbülü tərk qılıb, həmdəmini xar bilir. Kimini Turi-təcəlladə yaxar bərqi-cəmal, Kimini izzət ilə qabili-didar bilir. Özüvü dilbərə laqeyd gərək göstərəsən, Zülm bünyad edib ol vəqt ki, naçar bilir. * * * Sanma qəm dəfini dildən meyi-gülgun eylər Sanma qəm dəfini dildən meyi-gülgun eylər, Olsa hər kimsədə qəm mey dəxi əfzun eylər. Etmişəm təcrübə kim, eşq ilə bimar olanın Nə əlacın xümü sağər, nə Fəlatun eylər. İctinab eyləmə meydən, bu o cövhərdir kim, Əşəsi Hatəm edər, müflisi Qarun eylər. Ol ki, bir şişə şərabı ala dünyanı verib, Etiqadım budur ol kəs genə məğbun eylər. Seyyida, söhbəti-zöhhadə həvəs eyləmə kim, Təbi əfsürdə qılar, xatiri məhzun eylər. * * * Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur, Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur. Hər mahi-sim-saqə ki, mən müştəri olam, Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur. Yüz dəfə lütf ilə eləsə vədeyi-visal, Qismət mənə haman ələmi-intizar olur. Bunca cəfaların görüb ol binəva könül, Ol bivəfayə, gör, genə ümmidvar olur. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah, Bir gün olur ki, kamincə ruzigar olur. * * * Kimin ki, sən kimi bir yari-sərvqaməti var Kimin ki, sən kimi bir yari-sərvqaməti var, Qədin fədası olum, gündə yüz qiyaməti var. O vəqtdən ki, salıb başımı bəlayə könül, Qılır ki, şükr, onun haləti-səlaməti var. Təvəhhüm etmə ki, tiğindən etiraz edirəm, Tökərsə qanımı, ey şux, canə minnəti var. Zamani-hicrdə gah ağlayıb, gəhi gülürəm, Bu eşq aləminin özgə növ haləti var. Dəvam qılmadı bir tişəyə səri-Fərhad, Onun təriqi-bəladə mənə nə nisbəti var? Zəbani-hal qılır halımı özü təqrir, Dilim kəsilsə, bəyanə bunun nə hacəti var? Həmişə kəsrəti-qəm kəsrət içrədir, Seyyid, Xoş ol ki, aləm ara kəsrət içrə vəhdəti var. * * * Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər, Can çıxaydı cismdən əhvalə canan bixəbər. Yandırır balü pərin pərvanə şəmə hər gecə, Suzişi-pinhandan ol şəmi-şəbistan bixəbər. Vaqif olsaydım qoyarmıydım çıxa xət ruyüvə, Tutdu bu gülzarı ol xari-müğilan bixəbər. Qafil oldun, ey münəccim, açmadın təqvimdə, Gərdi-xət qondu, tutuldu mahi-taban bixəbər. Olma qafil haləti-üşşaqdən, ey murxət, Hiç hali-murdən olmaz Süleyman bixəbər. Göz önün barmaqlarımla tutmuşam şamü səhər, Qorxuram nagəh ola aləmdə tufan bixəbər. Kamran idim visali-yardə Seyyid kimi, Saldı şövkətdən məni axırda hicran bixəbər. * * * Sinədən guşuma fəryadi-dili-zar gəlir Sinədən guşuma fəryadi-dili-zar gəlir, Dərdi artıbdı, genə naleyi-bimar gəlir. Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm, Şad-mərg etməgə öz aşiqini yar gəlir. Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh, Sənə asan isə bu iş, mənə düşvar gəlir. Hansı bir üzvüvi tərifə edərsəm iqdam, Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir. Əsəri-badəni gör kim, yıxılıb məst oluram, Nə zaman fikrimə ol gözləri xummar gəlir. Dil gəlir busə üçün dövri-xətində dərinə, Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir. Ölməgim xoşdu rəqib ilə səni görməkdən, Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir. Seyyida, tari-səri-zülfü gözümdən getdi, Masiva, tarı bilir kim, gözümə tar gəlir. * * * Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır, Bir kəbutər qəsdinə, guya iki səyyaddır. Öldürür, gahi dirildir aşiqi qəmzən oxu, Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır. Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır, Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır. Başın üçün, kəsmə məndən ey büti-bidadgər Cövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır. Ey məhi-namehriban, etməm təmənna vəslüvi, Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır. Qıldı hicran qəsdi-can, cananə bilməz halımı, Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır. Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda, Həmdəmim əfğan, ənisim naləvü fəryaddır. * * * Afitabi-zərfəşan, ya badeyi-yaqutdur Afitabi-zərfəşan, ya badeyi-yaqutdur, Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur. Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat, Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur. İki zülfün sərnigun çahi-zənəxdanə düşüb, Çahi-Babildə məgər Harut ilə Marutdur. Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab, Hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur. Badeyi-gülfam ilə aludə olmuş caməsi, Ya damıb pirahəni-dildarə qarə tutdur. Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə, Ey gözüm nuru, bular Harut ilə Marutdur?! Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida, Heyf kim, indi məqamın aləmi-nasutdur. * * * Eşq əhli ki, xali-ləbi-cananı öpərlər Eşq əhli ki, xali-ləbi-cananı öpərlər, Ol Kəbə ara vermək üçün canı, öpərlər. Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım, Bu sünnəti-məşhurdu, Quranı öpərlər. Ətşan cigərim yarələri, bərqüvi görcək Bağrına basıb navəki-peykanı öpərlər. Sağərləri sındırmağımın vəchi budur kim, Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər. Mən ağlayıram, yatmaya ta mərdümi-aləm, Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər. Ətfali-dəbistan güli-ruyin həvəsindən, Hərdəm açıb övraqi-”Gülüstan”ı öpərlər. Qəmzən oxu kuyün daşına qanımı töksə, Əfvaci-məlaik gəlib ol qanı öpərlər. Seyyid, məni uyquyə verib fikrü xəyalım, Ləli-ləbüvi hər gecə pinhanı öpərlər. * * * Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər, Ləkkədar olsa əgər əlmas qiymətdən düşər. Laleyi-ruyin edər çün daği-pinhan aşikar, Sünbüli-geysulərin tabü təravətdən düşər. Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin, Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər. Xət gələndə, xəlq ara məşuq olur bietibar, Filhəqiqət, hakimi-məzul hörmətdən düşər. Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl, Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Gül giribançak olur, sərv istiqamətdən düşər. Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət, Günbəgündən sineyi-aşiq hərarətdən düşər. * * * Ey gül, sənə hali-dili-şeydanı deməzlər Ey gül, sənə hali-dili-şeydanı deməzlər, Hali-dili-zari-məni-rüsvanı deməzlər. Gördüm o siyəh türrəni rüxsaruva düşmüş, Yandım oda, bu atəşi-suzanı deməzlər. Xəttin bilirik müshəfi-hüsnündə, nə məna, Ləfzi oxudurlar bizə, mənanı deməzlər. Sirri-dəhəni-yarı, könül, axtar, özün tap, Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. Ləlin qəmi öldürdü məni, kimsə inanmaz, Can qatili aləmdə Məsihanı deməzlər. Bimar məni etdi gözün, ikki dodağın Dərdimi bilirlər, mənə dərmanı deməzlər. Qafildi gər ol şəm qəmindən, nə məzəmmət, Seyyid, ona suzi-dili-şeydanı deməzlər. * * * Aşiq əgərçi yarı görüb könlü şad olur Aşiq əgərçi yarı görüb könlü şad olur, Amma ki, çərx cövrü ilə namurad olur. Mane olullar aşiqə kim, mehri az ola, Qafil ki, mən olsa məhəbbət ziyad olur. Şiddət edincə mən olur suzi-dil füzun, Dəryadə mövcə bais olan tünd bad olur. Zail olurmu pənd ilə aşiqdən eşqi-yar, Damən çalanda şöleyi-nar izdiyad olur. Bazari-hüsnə aşiqi-miskindi müştəri, Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur. Məşhur qıldı eşqi-Züleyxa o Yusifi, Aşiqdə hüsn şöhrətinə ictihad olur. Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad, Ta kim, zəmanə var, sənə eşq ilə ad olur. * * * Yüz sərvi-xuraman ola, könlüm səni istər Yüz sərvi-xuraman ola, könlüm səni istər, Yüz baği-gülüstan ola, könlüm səni istər. Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara, Yüz min məhi-taban ola, könlüm səni istər. Bu zülməti-zülfündə ləbin abi-bəqamız, Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər. Ey xublərin şahı, könüldür sənə talib, Aləm hamı xuban ola, könlüm səni istər. Ey dust, bizə huriyi-qılman nə gərəkdir, Yüz huriyi-qılman ola, könlüm səni istər. Seyyid degiləm bənd olam hər bir güli-alə, Yüz qönçeyi-xəndan ola, könlüm səni istər. * * * Ləbini açsa o gül məhfilə şəkkər tökülür Ləbini açsa o gül məhfilə şəkkər tökülür, Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür. Nəkhəti-ənbəri-sara bürüyər afaqı, Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür. Surətin əksi əgər düşsə, sənin, ayinəyə, Həşrədək ayinədən laleyi-əhmər tökülür. Eyləsəm arizi-zibasına bir oğru nigah, Qəmzəsindən o bütün üstümə xəncər tökülür. Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab, Məstü məxmur gözündən meyi-Xüllər tökülür. Vermisən dil gecə sən hansı ləbi-mərcanə, Seyyida, şeri-tərindən dürü gövhər tökülür. * * * Qönçənin bağrını əzzəldə fələk qan eylər Qönçənin bağrını əzzəldə fələk qan eylər, Sonra könlünü açıb dəhrdə xəndan eylər. Səltənət təxtinə bir payədi zindan, ey dil, Yusifi izzət üçün sakini-zindan eylər. Çəkməsə rənc kişi gəncə olurmu vasil, Rəsmdir, rənc çəkən karını asan eylər. Səbri-Əyyub gərək aşiqi-dilsuxtədə, Aqibət lütfi-xuda dərdinə dərman eylər. Olmasa kar pərişan, ona saman olmaz, Hər pərişanlığa tanrı özü saman eylər. Bir düşəydi əlimə vəsl, deyəydim bir-bir Bu cəfalər ki, mənə möhnəti-hicran eylər. Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhəd Səni izzətlə dəri-dövlətə dərban eylər. * * * Dersən mənə kim, huriyi-qılman olacaqdır Dersən mənə kim, huriyi-qılman olacaqdır, Qismət sənə ol Kövsəri-rizvan olacaqdır. Bəsdir mənə bu saqi ilə badeyi-gülgun, Mənzilgəhimiz səhni-gülüstan olacaqdır. Dünyada gərək yari-pərivəş, meyi-biğəş, Üqbayə baxan kimsə pəşiman olacaqdır. Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən, Nəqdini verən nisyəyə nadan olacaqdır. Saqi mənə qılmandı, şərabım meyi-Kövsər, Vaiz cigəri həsrət ilə qan olacaqdır. Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar, Ömrün gedəcək, dəhr özü viran olacaqdır, Seyyid degiləm nisyə sözə bavər edəm mən, Nəqdi-hunərim camə girovgan olacaqdır. * * * Dünyadə eşq qədrini huşyar olan bilir Dünyadə eşq qədrini huşyar olan bilir, Azadəlik səfasını bidar olan bilir. Xurşid qədrini nə bilir huşi kurlər. Bu feyzi-nuri sahibi-əbsar olan bilir. Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin, Əlbəttə, qədri-zərri xəridar olan bilir. Qal əhli bilməsə dəhənin sirrin, eybi yox, Sərbəstə sirri məhrəmi-əsrar olan bilir. Aşiq çəkən qara günü əyyami-hicrdə, Sevdayi-zülfün ilə günü tar olan bilir. Çeşmindən özgə hali-dilim kimsə bilməyir, Bimarlər bəlasını bimar olan bilir. Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin, Dərdi-fəraqi-yarə giriftar olan bilir. * * * Çün xakə təcəlla elədi xaliqi-cəbbar Çün xakə təcəlla elədi xaliqi-cəbbar, Öz surətini xaki-siyəhdən edib izhar. Çün oldu bəşər əhsəni-təqvimdə təxmir, Bu xak təcəllayi-həqə oldu səzavar. İstərdi mələk, adəmi kim, tapmıya xilqət, Hüsni-bəşəri gör ki, mələk oldu giriftar. Harut ilə Maruta edim mən nə məzəmmət, Cibrili-əmin düşsə bu sevdayə, olur xar. Nə çarə edim eşqimə bəs mən evi viran, Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar. Yüz göz görürəm ki, hamısı sehrdi, cadu, Bimar qılıbdır məni bir gözləri bimar. Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi, Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar. Gər etməz idin arizi-dilbərdə təcəlla, Seyyid bu qədər olmaz idi yarə tələbkar. * * * Dəllak pəsər kayineyi-əhli-nəzərdir. Dəllak pəsər kayineyi-əhli-nəzərdir. Bir surəti-bimisldi, bir şəkli-digərdir. Əbruləri bir tiğdi, müjganları nəştər, Rəgdən açılan nəştərinə xuni-cigərdir. Cam ilə hicab oldu onun tiğinə başım, Başıma bəla oldu mənim də, bu nə sərdir. Bir əldə tutub tiğini, bir əldə tutub səng, Dəvayə gəlirsə ona canım nə sipərdir. Əl vursa əgər çərxə, çıxar göglərə ahım, Ey çərxi-cəfakar, sənə cayi-həzərdir. Miqrazi-cəfa ilə əgər rişteyi-ömrüm Qət eyləsə billəh deməzəm kim, nə xətərdir. Şanə kimi sədçak idi könlüm bu həsəddən Kim, şanəkəşi-türreyi-hər şöbədəgərdir. Ey gül, nə rəvadır dura hər xarə müqabil Ruyin ki, gülüstani-səfadə güli-tərdir. Ey kaş, olaydım qayış ol muymiyanə, Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir. Tas öpdü əlin, bağrını su eylədi Seyyid, Gözdən tökülən əşk degil, xuni-cigərdir. * * * Qadan alım, ay qara göz, sənə bu əda neçindir Qadan alım, ay qara göz, sənə bu əda neçindir, Nə üzüqaralıq etdim, mənə bu iza neçindir? Sənə al don yaraşır, niyə geymisən qəra sən, Məgər aşiqin ölübdür, sənə bu əza neçindir? Yanağındı lalə nisbət, dodağın əqiq manənd, Bədənin səfidi-safi, bəs adın qara neçindir? Mənə ad Qara gərəkdir ki, mənim günümdü qarə, Bu ad ay vəfalı dilbər, de görüm sana neçindir? Sənə aşiq olsa hər kəs, olu qarəbəxt billah, Yox isə bu ad səninçün sənəma, şəha, neçindir? Dili zəxmdar Seyyid yetə gər o qarə zülfə, Dəxi qarə lazım olmaz, ona bəs dəva neçindir? * * * Qəbr evinə o ki, bir şişə meyi-nab aparır Qəbr evinə o ki, bir şişə meyi-nab aparır, Atəşi-düzəxi söndürməgə seylab aparır. Abidin səhvini eyb etmə, qaşın şövqü ilə O qədər fikr qılır, əqlini mehrab aparır. Güzərim kuyüvə düşcək ayağım toprağını Tutiya etmək üçün çeşminə, əshab aparır. Şəbi-hicran müjələr tutmasa çeşmim önünü, Giryədən sübhə kimi aləmi seylab aparır. Şərhi-zülfün gecələr Seyyidi qoymuş bidar, Gərçi əfsanə uzandıqca gözü xab aparır. * * * Hüsndə Yusifə düşməz edə canan ilə bəhs Hüsndə Yusifə düşməz edə canan ilə bəhs, Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə, Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. Dəhənin nöqtə bilib əhli-dəqayiq o məhin, Bunda söz çox, nə edim bir neçə nadan ilə bəhs. Payi-cananə fəda qılmaq üçün vəsl günü, Sibqət etməkdə edər xəstə könül can ilə bəhs. Sünbülün halı pərişan görünür, yoxsa edib Ol üzü qarə bu geysuyi-pərişan ilə bəhs. Hüccəti-qatei yox, qönçə, vəli, ağzın açıb, Bilməm eylər dəhəni-yarə nə bürhan ilə bəhs. Şeri-möcüz əsəri-Seyyid ilə bəhs qılan, Elədir kim, eləyə ayeyi-quran ilə bəhs. * * * Görək meydən nə fitnə oldu hadis Görək meydən nə fitnə oldu hadis Ki, zahid söylədi ümmülxəbais?! Kəmali-cəhli gör kim, söyləmişlər: Olur mey fitneyi-ürfanə bais. Şəfaətdən olum üqbadə məhrum, Əgər bunlarsa elmi-şərə varis. Ərəqlə badədir ol iki cövhər Ki, yoxdur onlara dünyadə salis. Biçərsən məzrəi-üxradə, zahid, Nə töxmə olmusan əvvəldə haris. Fəsad əhli qoyub adın müfəssir, İnad əhli özün söylər mühəddis. Dəhən şövqilə, gər, yox etdi varın, Olur hər nüktəyə Seyyid mübahis. * * * Könlümün zövqinə bir qönçədəhəndir bais Könlümün zövqinə bir qönçədəhəndir bais, Ləzzəti-ruhuma ol təlxsüxəndir bais. Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül, Bülbülün naləsinə yadi-çəməndir bais. Simgun seyli-sirişkim ki, gözümdən saçılır, Bir büti-ləli-ləbü simbədəndir bais. Dil ki, zülfündə qara gün çəkibən səbr eylər, Onda mu qədri olan hübbi-vətəndir bais. Ney təki dil ki, nəvalər yetirir üşşaqə, Bir Hüseyni-nəsəbü vəchi-həsəndir bais. Dil ki, nadidə olub aşiqi-didar sənə, Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais. Ləbi-şirinini vəsf et o gülün kim, Seyyid, Şuri-əşarüvə aləmdə bu fəndir bais. * * * Eylər şərab ləli-ləbinlə müdam bəhs Eylər şərab ləli-ləbinlə müdam bəhs, Gün tək bu rövşən oldu ki, eylər həram bəhs. Napüxtədir deyən tənüvə simi-xamdır, Sərraflər yanında nə lazım bu xam bəhs. Əhli-kəlamə sirri-kəlamın açılmadı, Bir nüktə üstə etdilə malakəlam bəhs. Hərdəm qılıb vücudi-ədəmdən hekayələr, Rəmzi-dəhanın ilə edər xasü am bəhs. Zülfü rüxün hekayəti yetməz nəhayətə, Gər etsələr səfidü siyəh sübhü şam bəhs. Mən kuyi-yari, zahid, əgər Kəbədir dedim, Fərz olmadı ki, sən edəsən biməqam bəhs. Seyyid, o məhdən ötrü çox etmə mübahisə, Naqis qalır zəmanədə, olmaz təmam bəhs. * * * Dil etsə nolar sineyi-sədçakə təşəbbüs Dil etsə nolar sineyi-sədçakə təşəbbüs, Suyə batan eylər xəsü xaşakə təşəbbüs. Təngə gəlib ahi-cigərim atəşi-dildən, Dud ilə çıxıb eyləyir əflakə təşəbbüs. Dil əksi-rüxün atəş ilə xakdə görmüş, Gahi eləyir atəşə, gəh xakə təşəbbüs. Şayəd ki, edə dərk səni qüvveyi-idrak, Sultani-xəyalım edib idrakə təşəbbüs. Çəng ur o kəsə, ricsdən etmiş onu həq pak, Pakizə olan gövhər edər pakə təşəbbüs. Fitraki-nigarımda mənim seyd olan ahu – Bu bismili-dil eylər o fitrakə təşəbbüs. Seyyid gözüvün bəs ki, görüb cövrü cəfasın, Bundan eləyib qəmzeyi-bibakə təşəbbüs. * * * Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs, Məxfi qalsın söz, nihani canə eylərsən həvəs. Gəh sözün meyxanədir, gahi xəyalın saqidir, Cənnət istərsən, yəqin qılmanə eylərsən həvəs. Yox işin sirri-dəhani-yari sormaqdan siva, Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs. Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi, Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həvəs. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını, Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs. Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəm Sən neçün bu mənzili-viranə eylərsən həvəs? Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən, Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. * * * Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs, Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. Aşiq azadə gərəkdir ki, dönər zindanə Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs. Ağladı bülbül əgər mən kimi hicran gecəsi, Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs? Əndəlib-çəmənü güldə olan zati-şərif, Nə əcəbdir dəgə gər cümleyi-dünyayə qəfəs. Seyyida, aləmi-surət əgər olsaydı fəna, Ləfzlər olmaz idi dəhrdə mənayə qəfəs. * * * Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş. Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş. Bağışla, bilmədim biganələrlə aşinasənmiş. Səni ayineyi-məqsud sandım rubəru durdum, Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş. Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş. Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən, Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş. Kimin zülfünə bənd oldunsa, Seyyid,bivəfa çıxdı, Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş. * * * Fəqrü fənanı bilməz idim kimiya imiş Fəqrü fənanı bilməz idim kimiya imiş, Səngi-sitəm şikəstə dilə mumiya imiş. Mülki-fənavü fəqrdə sultan imiş fəqir, Övci-səriri-izzdə sultan gəda imiş. Mən zəhr bildigim məni-miskinə nuş imiş, Biganə sandığım mənə xüd aşina imiş. Ta sayə saldı başıma, yetdim səadətə, Mən cüğdə nisbət eylədigim quş, hüma imiş. Çin söz budur ki, nafeyi-Çindən ziyadədir, Müşki-Xəta o zülfə demək bir xəta imiş. Könlüm olurdu rəşklə sədçak şanədən, Kəc getmişəm ki, zülfüvə məhrəm səba imiş. Seyyid düşəndə möhnətə “Nadi-Əli” oxur, Müşkülgüşa cahanda şəhi-Lafəta imiş. * * * Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış, Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış. Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil, Sanırsan şahbazi-ahəninmixləb şikar almış. Birisi almağa canım götürmüş xəncəri-bürran, Birisi tökməgə qanimi tiği-abdar almış. Biri zahir nigah ilə alıbdır canımı pinhan, Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış. Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb, Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış. Xüsusən ol nigari-sərvqamət, yari-məhsima Ki, tabi-türrəsindən rəngü bu müşki-tatar almış. Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxün Sanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış. * * * Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş, Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş. O dəhən fikri ilə cümlə yox oldu varım, Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş. Hər gələn adəm edər canü könüldən təsdiq, Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm, Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş. Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam, Üzüvi sureyi-quran dedilər, gerçək imiş. Yerü göy, ərşü mələk nurüvə eylər səcdə, Səni kim, aləmə sultan dedilər, gerçək imiş. Sənəma, səndə təcəlla eləyib həzrəti-həq, Surətin surəti-rəhman dedilər, gerçək imiş. Hüsnüvə aşiq olan oldu mələkdən əla, Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş. Seyyidin-zahir olub şeri-şəkərbarından Ləbi-ləlin şəkəristan dedilər, gerçək imiş. * * * Alışdım odlara, aldım dili-divanədən atəş Alışdım odlara, aldım dili-divanədən atəş, Düşübdür aləmi-imkanə bu kaşanədən atəş. Dedim: xəttin dişərdi, könlümü ver, ey məhi-taban, Dedi: axşam vermək xoş degildir xanədən atəş. Əgər dil yanmasaydı yaxmaz idi qəlbi-cananı, Əcəb halətdi kim, şəmə düşüb pərvanədən atəş. O xali-filfilin, ey gülbədən, yandırdı üşşaqı, Düşübdür xirməni-əhli-dilə bir danədən atəş. Şitadır, saqiya, məclis ara qəlbi-şita xoşdur, Büsatı gərm qıl, göstər bizə peymanədən atəş. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə – Ki, heç əskik degil bu guşeyi-viranədən atəş. Müradın xatiri-cananı yandırmaqsa fəryad et – Ki, Seyyid, xali olmaz süfreyi-məstanədən atəş. * * * Etdigim nalələr olmazdı bu sevdadə tələf Etdigim nalələr olmazdı bu sevdadə tələf, Sinəm olsaydı gər ol navəki-müjganə hədəf. Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin, Düzülüb gözlərivün dövrünə müjgan səf-səf. Yazdı “Vəlleyli iza” səfheyi-rüxsarüvə xət, O bəyazə bu səvad ilə füzun oldu şərəf. Almamış abi-dü çeşm ilə vüzu aşiqi-zar, Baxa bilməz üzüvə, ey üzü rəşki-müshəf! Dürri-əşkimə nola yar xəridar olsa Ki, bu dürdanəyə bəhreyni-dü çeşmimdi sədəf. Rədə lazımdı Rübab, etmə müğənni, dəfə zur Ki, könüldən qəmimi dəf eləməz nəğmeyi-dəf. Çəkdilər Yusifi-mənanı genə bazarə, Seyyida, saxlama canı, nə gərəkdir bu xəzəf. * * * İsm özü bir ismdir, amma müsəmma müxtəlif İsm özü bir ismdir, amma müsəmma müxtəlif, Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif. İxtilafi-rəy ilə hər kimsə bir məna verib, Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. Aləmi-pirü cavan oldu müqəyyəd rəng ilə, Ol səbəbdəndir olub, ey dust, əsma müxtəlif. Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr, Oldular ol qətrələrdən dürri-lala müxtəlif. Vəhdətə eylə nəzər kim, çizi-vahiddir haman, Gərçi surətdə olub Fironü Musa müxtəlif. Nur – eyni-nardır, həm nar – eyni-nurdur, Duzəxü cənnət olub surətdə, cana, müxtəlif. Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül, Seyyida, hərgiz degil aləmdə əşya müxtəlif. * * * Bir mahı sevib, çərxə təmənnadən usandıq Bir mahı sevib, çərxə təmənnadən usandıq, Bu düşməni-kəcbinə müdaradən usandıq. Ol lalərüx olmaz bizə nə dust, nə düşmən, Əğyar ilə bihudə bu qovğadən usandıq. Bülbül, sənin olsun dəxi gülzari-məhəbbət, Bu bağdə biz ol güli-rənadən usandıq. Divanə olub daməni-səhralərə düşdük, Biz silsileyi-zülfi-çəlipadən usandıq. Başdan yerə qoyduq həvəsi-badeyi-nabı, Atdıq ayağ əldən, meyi-səhbadən usandıq. Biz qisseyi-Şirin ilə Fərhadı unutduq, Əfsaneyi-Məcnun ilə Leyladən usandıq. Əl çək, dedik, ol mahdən, əl çəkmədi Seyyid, Biz əl çəkib, ol aşiqi-rüsvadən usandıq. * * * Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq, Yox olubdur varımız, dərdə giriftar olmuşuq. Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib, Həsrəti-çeşminlə ol gündən ki, bimar olmuşuq. Var idik ol ləhzə kim, yox idi ərzü asiman, Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq? Çəkdilər bazarə ol gün kim, əmanət gövhərin, Canü dildən əl çəkib bizlər xəridar olmuşuq. Bizdə istehqaq yox, bu nə kərəmdir bilmirəm, Xilqəti-icadə biz hardan səzavar olmuşuq? Yoxdur, ey arami-can, sənsiz vücudə bir əsər, Fel özün, fail özün, biz nə günəhkar olmuşuq? İçmişik xümxaneyi-əhbəbtü camından şərab, Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq. * * * Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq, Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. Diyari-hicrdə seylabi-dərdü qəm hücumundan, Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq. Eşitmək gündə yüz min sərzənişlər dustü düşməndən, Nəzərlərdən düşüb göz yaşı tək bietibar olmaq. İraqdan yarını görcək əsib könlü, qaçıb rəngi, Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq. Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrövdən, Dolanıb başına şayəsteyi-busü kənar olmaq. Hücumi-şövqdən zülfü kimi öpmək yanağından, Gəhi dişlib ləbindən, gəh ləbi tək zəxmdar olmaq. Vüfuri-şövqdən əzbəs qılıb bu növ çox işlər, Ədəb nagah olub qalib o işdən şərmsar olmaq. Dönüb öz üzqəralıq üzrün etmək ol siyəhmudən, Günahın keçmək üçün ilticası səd həzar olmaq. Yetib Seyyid kimi vəslə, genə əğyar zülmündən Düşüb dərdü-fəraqə vəslinə ümmidvar olmaq. * * * Ey sariban, qətarımızı kuyi-yarə çək Ey sariban, qətarımızı kuyi-yarə çək, Rəhm et, bu dağidarləri laləzarə çək. Ey badi-şürtə, lütfü mürüvvət zamanıdır, Bu bəhrdən səfinəmizi bir kənarə çək. Ey naxuda, xudayə qəsəm, bu səfinəni, Yarım olan diyarı soruş, kuyi-yarə çək. Ol Xızri-xət gedib Xəzərilər diyarına, Xızri-rəh ol, bizi dəxi sən ol diyarə çək. Ey çərx, edib o mah ilə rövşən məqamımız, Beytüşşərəf həvaləsinə bir sitarə çək. Əğyar ilə şərab içib ol sərvi-lalərüx, Az dağ tazədən bu dili-dağdarə çək. Seyyid, qübari-məqdəmi ol sərvqamətin, Bir tutiyadı, dideyi-ümmidvarə çək. * * * Gərəkdi kim, sala hal əhlini bəlayə fələk Gərəkdi kim, sala hal əhlini bəlayə fələk, Verir həzar bəla mərdi-mübtəlayə fələk. Əgər ki, bir-birinə mehriban ola iki kəs, Salar bəlavü qəmü firqəti arayə fələk. Həmişə gərdişi kam əhlini edər nakam, Nə şahə kam verib, nə kəmin gədayə fələk. Gərəkdi Yusifi Yəqubdən cüda qılsın, Diyari-Misrdə satsın kəmi-bəhayə fələk. Həsədlə aşiqi məşuqdən cüda eylər, Keçirdi başını eşq əhlinin cidayə fələk. Gülü əlindən alıb biqərar şüğl və leyk Gətirdi bülbüli-şeyda kimi nəvayə fələk. Fələk cəfası bu gündə degil sənə, Seyyid, Əzəldə adət edib cövr ilə cəfayə fələk. * * * Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik, Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik. İbtilayi-fəqrdən yüz zövqü ləzzət görmüşük, Biz bu aləmdə səfanı şahdən kəm çəkmərik. Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Minnəti-Cəmşidü fikri-sağəri-Cəm çəkmərik. Gər nihali-arizumuz rişəsindən xüşk ola, Minnəti-baranü feyzi-çeşmi-pürnəm çəkmərik. Yansa dil, xak olsa tən, ey şəm suzi-eşqdən, Dudumuz çıxmaz bizim, ahi-dəmadəm çəkmərik. Gəndümi-xalın görüb cənnətdən əl çəkməz o kim, Biz onun adını bu aləmdə adəm çəkmərik. Üz əgər verməz bizə, bir vəchi vardır, ol pəri, Seyyida, biz sən kimi rüxsari-dərhəm çəkmərik. * * * Yüz feyzin olsa xəlqə əgər afitab tək Yüz feyzin olsa xəlqə əgər afitab tək, Dövran salar ayağa səni mahtab tək. Bilməz rümuzi-söhbəti-həmraz dərdini, Nadanə əhli-dil açıla gər kitab tək. Olma məlali-xaxiri-ərbabi-mərifət, Hər vardığın büsatə səfa ver şərab tək, Yox eybi kimsədən sənin ehsan qəbuluvun, Ehsan edərsən aldığuvu gər səhab tək. Məmlüvv ikən həvayi-məhəbbətlə sinəmiz, Seyli-həvadis ilə yıxıldıq hübab tək. Ol afitabrüxlə keçən günlərim mənim, İndi gəlir xəyalıma hicrində xab tək. Başın yetər səmayə şərafətlə, Seyyida, Eşqilə payimal ola bilsən türab tək. * * * Bir zaman biz dəxi ol mah ilə həmxanə idik Bir zaman biz dəxi ol mah ilə həmxanə idik, Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik. Şuri-mey başda, əyağ əldə, səbu zanudə, Məclisi-eyşdə həmkaseyi-cananə idik. Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz, Həlqeyi-silsileyi-zülfdə divanə idik. Hüsnünə məzhər idik ol büti-siminbədənin, Üzünə ayinə, geysulərinə şanə idik. Uzadıb başımızı xümdən içərdik meyi-nab, Məst meyxanədə, biminnəti-peymanə idik. İndi bir qeyri sayaq ilə ötürsən bizdən, Biz məgər kim, sənə, ey gül, belə biganə idik? Ol büti-leylivəşin aşiqi-məcnunu olub, Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik. * * * Can tazələnir ləli-dürəfşanını görcək Can tazələnir ləli-dürəfşanını görcək, Dil xürrəm olur sərvi-xuramanını görcək. Dağlarə çıxıb saldı başın sünbül aşağə, Ol lalərüxün zülfi-pərişanını görcək. Püstə dəhəni açıla qaldı həsədindən, Ol sərvqədin qönçeyi-xəndanını görcək. Yəqub neçin ölmədi, bilməm, fərəhindən, Can nəqdi olan Yusifi-Kənanını görcək? Cananı görən ləhzədə can düşdü ayağə, Yalvardı gəda əcz ilə sultanını görcək. Bu xaki-siyəhdən başımız çərxə ucaldı, Ol mahrüxün gündə bir ehsanını görcək. Seyyid, elə bildim ki, bəqa suyunu içdim, Ol səbz-xətin qətlimə fərmanını görcək. * * * Yarımı yar eylədin əğyarə, ey fələk Yarımı yar eylədin əğyarə, ey fələk, Etdin gülü nəsib genə xarə, ey fələk. Saldın şüai-mehrüvi rüxsari-yarıma, Etdin zəmanədə günümü qarə, ey fələk. Hər nisfi-şəbdə səndə degildir sitarələr? Açdın o mahə dideyi-nəzzarə, ey fələk. Saldın səfər havasına yari-əzizimi, Etdin o mahi-sabiti səyyarə, ey fələk. Yaxdın fəraqi-yar ilə könlümü, həqqi var Ahım şərarı yaxsa səni narə, ey fələk. Bidərdlərdə dərd görüb çarə eylədin, Yoxdur bu dərdi-hicrə məgər çarə, ey fələk? Seyyid şikayət eyləsə səndən əcəb degil, Yarımı yar eylədin əğyarə, ey fələk. * * * Şadəm ki, könlüm oldu ol zülfü xalə mail Şadəm ki, könlüm oldu ol zülfü xalə mail – Kim, qarəbəxtlikçün candan olubdu qabil. Ey xoş o gün ki, tiğin çak eyləyə vücudum – Kim, çöhreyi-visalə, oldur aradə hail. Əzbəs ki, tutmuşam xu hicrinlə, ey cəfacu, Olmaz dili-həzinim hərgiz visalə mail. Rəmzi-dəhanın, ey gül, əhli-dəqayiq içrə, Nə sirrdir ki, salmış yüz bəhsü yüz məsail. Oldu qübari-rahım mərdüm gözünə sürmə, Ta kuyin itlərindən kəsb eylədim fəzail. Ağzın məbahisində nəfyi-vücud edənlər, Göftarə gəl ki, görsün isbatına dəlail. Qıldı əsiri-qürbət bu Seyyidi-həzini, Bir sərvi-mahpeykər, bir şuxi-xoşşəmail. * * * Çü məndən oldu o məhbubi-dilrüba qafil Çü məndən oldu o məhbubi-dilrüba qafil, Yəqinim oldu olur bəndədən xuda qafil. Olurmu qabili-təmir bir vilayət kim, Ola rəiyyəti halında padişa qafil. Adın fədası olum, hiç gör rəvadırmı Ki, ümmətindən ola xətmi-Ənbiya qafil. Sənin təki büti-birəhmə olmaz idim əsir, Kəməndi-zülfüvə saldı məni qəza qafil. Təğafül adəti-xubandır, incimə, Seyyid, Qəmindən olsa əgər yari-bivəfa qafil. * * * Sərv hərçənd rüunətdə qədin tayı degil Sərv hərçənd rüunətdə qədin tayı degil, Bu qədər var, sənin kimi o hərcayi degil. Eyləyən sineyi-çaki hədəfi-tiri-bəla, Kiprigin oxları, yainki qaşın yayı degil? Görüb əbrusunu şəmşirə baxırsan əgri, Zahida, başın üçün bu ramazan ayı degil. Kimdi bəs sineyi-suzandə fəryadə gələn, Dil gedib zülfi ilə, bu dili-şeydayi degil. Vayımı yar eşidib, vay könül, söylədi kim, Seyyidim çoxdan ölübdür, bu onun vayı degil. Badeyi-sağərimi alma əlimdən, ey şeyx, Qismətimdir bu mənim, bu atovun payı degil. Sinədə yarələrim saydı, dedi: “min” – cərrah, Səhv edib bu, hələ mindən birinin sayı degil. Demə, zahid nəzər etməz görə gər ol ayı, Seyyid, getmə kəc, axır bu qədər ayı degil. * * * Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül, Qarə oldu yar əlindən ruzigarın, ey könül. Yüz cəfa gördün, vəli, bir gəz şikayət etmədin, Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül. Nə ümid ilə, genə dilbər sənə vermiş firib Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül. Yoxsa əğyar ilə görmüşsən genə məhparəni? Bənzəməz hərgünkünə bu ahü zarın, ey könül. Gər o ahugöz düşə aləmdə bir gün damüvə, San qəzali-çərx olur yerdə şikarın, ey könül. Aldı əqlü huşüvi şövqi-dəhanı dilbərin, Getdi əldən yox yerə məcmu varın, ey könül. Xublər zülfinə qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim, ixtiyarın, ey könül. Ol pəridən çək dedim əl, pəndimi guş etmədin, Nalədir Seyyid kimi indi mədarın, ey könül. * * * Vaizi-şəhr özü iqrarına etsəydi əməl Vaizi-şəhr özü iqrarına etsəydi əməl, Düşməz idi bu qədər din ilə dünyayə xələl. Qovli-zahidlə əməl etməmişəm, həşr günü Var ümidim ki, mənə dadrəs olsun bu əməl. Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk, Kafərəm çəksə əgər badeyi-gülfamdən əl. Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir, İmtahan etmək üçün bircə də meyxanəyə gəl. Xum ayağına qoyub başuvi, al dəstüvə cam, Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl. Şövqdən köhli-Sifahan kimi dürtər gözünə, Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl. * * * Vəsli-yar ilə yetişdi hamı bayramə, könül Vəsli-yar ilə yetişdi hamı bayramə, könül, Yetmədin dövləti-didar ilə sən kamə, könül. Daneyi-əşk töküb etmə təmənnayi-visal, Gəlməz ol mürği-hümapişə bizim damə, könül. Xəlqə eyd oldu, vəli, mahi-məhərrəmdi mənə Ki, fəraq ilə günüm döndü bu gün şamə, könül. Göz qərasın həll edib xameyi-müjgan ilə, Yeri vardır yazasan dilbərə bir namə, könül. Ruzi-eyd oldu, mənim yari-güləndamım yox, Nə həvəs eyləyim ol badeyi-gülfamə, könül. Yetmək olmaz bu gün ol dilbəri-siminbədənə, Düşmə bica yerə sən bu təməi-xamə, könül. Seyyida, ol məhi-bimehr fərağında bu gün Nə edər badəyə rəğbət, nə baxar camə könül. * * * Mənə hicrində o növ ilə degil surəti-hal Mənə hicrində o növ ilə degil surəti-hal Ki, sual etsən ola qüvveyi-təqrirə məcal. Gər ölən vəqt sənin adını zikr eyləməsəm, Gəlməsin kəlmeyi-tovhida dilim, ey güli-al! Nəfəsim qətdir, ayineyi-rüxsarüvi tut, Ta müşəxxəs ola, ey gül, sənə keyfiyyəti-hal. Ey deyən, bal deməklə ağız olmaz şirin; Niyə bəs zikri-ləbiylə mənə var ləzzəti-bal. Sənəma, xali-tərindirmi zənəxdanında, Ya, durubdur tərəfi-çeşmeyi-Zəmzəmdə Bilal? Bilməz ol tifl hələ şiveyi-məşuqəligi, Şiri-madər təki qanını bilir, leyk, həlal. Katibi-sün çəkər tərhi-qaşın peyvəstə, Ya hər ay başı düşər çərxə qaşından bu misal? Seyyida, çəkmə əbəs bari-əmanət qəmini, Çək əyağ, iç meyi-gülfamı, degilsən həmmal. * * * Gülşənlər içrə gər açıla səd həzar gül Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül. Sənsiz, təsəvvür etmə, gedim seyri-bağə mən, Səhni-çəməndə gər açıla hər bahar gül. Döndərdi bülbülün ürəgin qanə, aqibət Öz tutduğu işindən olub şərmsar gül. Gər kəsməsəydi bülbüli-zarın qərarını, Olmazdı aqibət özü həm biqərar gül. Aşiq çəkərdi gülşənə müjgan ilə həsar, Gər göstərəydi bülbülə bir etibar gül. Gör zülm payəsin ki, şəhi-müstəqil ikən, Təxtindən oldu beş gün içində kənar gül. Bir gülüzar toprağıdır kim, nümüvv edər Hər xakdən ki, çöhrə qılır aşkar gül. Zülfü rüxün xəyalı ilə zövqlər edər, Həmdəm olubdu Seyyidə leylü nahar gül. * * * Nə bu gün bağdə yarım, nə meyim var mənim Nə bu gün bağdə yarım, nə meyim var mənim, Seyri-gülzardə bihudə nəyim var mənim? Sizi tari yetirin piri-xərabətə məni Ki, bu gün saqi əlindən gileyim var mənim. Mənə məcuni-meyi-ləli dəvadır, saqi, Ki qəmi-hicr ilə cismimdə keyim var mənim. Can sənin, cism sənin, əmr sənin, fel sənin, Cümlə sənsən, bu arada nə şeyim var mənim? Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm dəxi məsciddə nəyim var mənim? * * * Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam, Hər sözdə bir dilim tutulub, natəvan olam. Ta sənsiz özgələr üzünü görməsin gözüm, Gözlərdən istərəm dəhənin tək nihan olam. Guya qəfəsdə bülbül olur zağə həmnəfəs – Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam. Bir zəxm urub ötüşmə səni tari, ey sənəm, Qorxum budur bu zərbət ilə nimcan olam. Ya rəb, nəsib qıl mənə Seyyid tək ol günü – Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam. * * * Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim, Nə vəslə dəstrəs, nə fərağında taqətim. Çox həsrətəm dübarə görüm bir cəmalüvi, Vahəsrəta, könüldə qala gər bu həsrətim. Yetməz əlim nə çarə düşəm xaki-payüvə, Bir-bir deyim sənə ələmü dərdü mehnətim. Eşqin məriziyəm, məni eylər bu qəm həlak, Darüşşəfayi-vəslüvə var indi hacətim. Əzbəs ki, vəsl təşnəsiyəm, çeşmeyi-bəqa Şəhdi-zülalın olmasa etməz kifayətim. Bilməm nədir fəqih deyən məhşəri-əzim, Hər gün ki, görməsəm üzün, oldur qiyamətim. Duzəx səninlə xüldi-bərindən ziyadədir, Sənsiz behişt içində olur çox üqubətim. Qurbanın eylə, qoy dolanım başuva məni, Bundan ziyadə hicrüvə yox istiqamətim. Bir qəmzə ilə Seyyidi qıl şöhrəti-cahan, Yetsin səmayə ta əsəri-cahü rüfətim. * * * Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim. Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim. Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim. Həsrəti-silsileyi-zülfi-pərişanın ilə Piçü xəmlər çəkib, ey şux, pərişan gəldim. Sanma kim, əbri-siyəhdən tökülürdü baran, Mən idim, ey güli-rəna, gözü giryan gəldim. Nə üçün verməmişəm vəsl günü canı sənə, Gərçi gəldim, bu xəyal ilə pəşiman gəldim. Yoxdu bir kimsə ki, qəmdə edə halımı sual, Məni-bidil ki, belə bisərü saman gəldim. Muri-avarə idim, daməni-səhranı gəzib, Bildim Aqabəgi aləmdə Süleyman, gəldim. Şükr, Seyyid, gedirəm kami-dil ilə bu səfər, Gərçi bu dərgəhə hər sal firavan gəldim. * * * Məni hər kim edib ol mahliqadən məhrum Məni hər kim edib ol mahliqadən məhrum, Görüm olsun onu əltafi-xudadən məhrum. Qönçeyi-dil nə vəsaitlə güşayiş tapsın, Gülşəni-eyşim olub badi-səbadən məhrum. Qoydu suzan, edib ol saiqeyi-hüsnü cəmal Nəxli-ümmidimizi nəşvü nəmadən məhrum. Tutmayan aləm ara piri-müğan damənini, Vadiyi-qəmdə qalır rahnümadən məhrum. Sındı səndən, dəxi dil naləvü fəryad etməz, Çini olmazmı şikəst, olsa sədadən məhrum? Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün, Məni qaytarma, Xəlilim, bu Minadən məhrum. Qədrini bilməsən ol Kəbeyi-hüsnün, Seyyid, Eyləsin həq səni aləmdə səfadən məhrum. * * * Girib həmmam ara dildarı gördüm Girib həmmam ara dildarı gördüm, Təcəlladən əyan didarı gördüm. Bədən su içrə, baş sudən kənarə, Su içrə şölə çəkmiş narı gördüm. Dağıtdı kakilini şanə hər yan, Pərişan nafei-tatarı gördüm. Nəhan oldu pəri tək xəlvətində, O xəlvətdə olan əsrarı gördüm. Gözüm düşdü o badami-düməğzə, Dolu badamdən anbarı gördüm. Sulandı şərbəti-şəkkərdən ağzım, Bürəhnə çün süreyni-yarı gördüm. O zülfü, Seyyida, qıldı həmayil, Sənin boynunda mən zünnarı gördüm. * * * Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm, Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm. Qoy rəqib etsin mənə əfzun cəfa kim, hər zaman Bir şikayətçün gedib yar ilə göftar eylərəm. Padşahım, sən məni tək qıl qəbuli-xidmətin, Mən gədayi-kuyin olmaqdan məgər ar eylərəm? Qeyr ilə görmək düşər yadimə, ölləm rəşkdən, Hər zaman kim, kuyi-yarə əzmi-didar eylərəm. Sordum əsrari-dəhanın dün o şəkkərləb dedi: Seyyida, aləmdə mən yoxdan sözü var eylərəm. * * * Aşiqəm, aşiqəm nigarə qəsəm Aşiqəm, aşiqəm nigarə qəsəm, O siyəhçeşmi-pürxumarə qəsəm. Ruzgarım qaraldı zülfün tək, O səri-zülfi-müşkbarə qəsəm. Eşqüvə, ey nigar, məcburəm, O gedən əldən ixtiyarə qəsəm. Çəkmərəm hiç damənindən əl Verməsən kam, kirdgarə qəsəm. Ağlaram ol qədər ki, qərq olusan, Lücceyi-çeşmi-əşkbarə qəsəm. Mənə təlx etdi ömrü hicranın, Ləzzəti-zövqi-vəsli-yarə qəsəm. Qaşın, ey zülfü qarə, qətlim edər, O ikibaşlı Zülfüqarə qəsəm. And içib Seyyid aşiqin oldu, Müshəfi-hüsnüvə dübarə, qəsəm. * * * Ta o mahın xətü xalinə nigah eyləmişəm Ta o mahın xətü xalinə nigah eyləmişəm, Günümü eşqlə aləmdə siyah eyləmişəm. Lərzə eylər bədənim kureyi-simab kimi Ki, baxıb ayineyi-hüsnünə ah eyləmişəm. Göz yaşilə ləbi-dildardən aldım busə, Su qatıb badeyi-gülfamə günah eyləmişəm. Çox da nadan degiləm, anlamayım xeyrü şərim, Meyə sərf etməyən ovqatı təbah eyləmişəm. Neylərəm ayü günü, tək meyim olsun, ərəqim Ki, bunu mehri-dirəxşan, onu mah eyləmişəm. Öpmüşəm gün kimi mən xaki-dəri-dildarı, Hər zaman kim, tələbi-rüfətü cah eyləmişəm. Aləmin dərdü qəmindən xəbərim yox, Seyyid, Mən ki, meyxanəni illərdi pənah eyləmişəm. * * * Dedim ki, yarə qəmi-hicr dasitanı yazım Dedim ki, yarə qəmi-hicr dasitanı yazım, Məlalü dərdi-dili-zarü natəvanı yazım. O şahbazi-büləndaşiyanə bir dil ilə, Bu hali-bismili-viranəaşiyanı yazım. Gözüm qarasını həll eləyib midad içrə Bu intizari-dilü çeşmi-xunfəşanı yazım. Yazım o səngdilə şərhi-firqətin, yoxsa Zəmanə dərdimi, ya qüsseyi-cahanı yazım. Nə firqətin, nə zəmanə qəmin, nə qüssəsini, Nələr ki, başıma hicrində gəldi anı yazım? Fəraqi-ləli-ləbində o sərvi-lalərüxün, Qəmində gözdən axan qətrə-qətrə qanı yazım. Zibəs təpidələnir mübtəla könül, qoymaz Ki, ol pərivəşə mən hali-cismü canı yazım. Məbadə can çıxa, Seyyid, gedə bu namə ilə, Gərək bu naməni candan ona nihani yazım. * * * Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim, Əhli-eşqi səri-kuyində fəda görmüş idim. Kəbeyi-kuyin idi səcdəgəhi-əhli-səfa, Taqi-əbrulərüvi qiblənüma görmüş idim. Kimə sən qəhr ilə düşnam verəydin, ey şux, Əvəzində sənə mən xeyr-dua görmüş idim. Manim ol hüsni-cahansuz ki, məşuqumdur, Səndən, ey dilbəri-xurşidliqa, görmüş idim. Çini-zülfündə ki, bənd idi dili-pürxunum, Nəkhət ilə onu mən müşki-Xəta görmüş idim. Məzhər olmadı yüzün pərtövi-şəmsi-əzələ, Mən səni məzhəri-ənvari-xuda görmüş idim. Hüsni-yari-əzəl olmuşdu çü səndən zahir, Seyyidin eşqini ol hüsnə rəva görmuş idim. * * * Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm, Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm. Qayəti-rəşkim təmaşa qıl ki, qanımdan keçib, Qeyri qanın tökməgə ol şuxi mötad eylərəm. Sən, könül, fürsət tapıb ol yarə qurban kim, sənə Gər əlimdən gəlsə, billah mən də imdad eylərəm. Mətləbim bir gecə əfğanım yetirməkdir sənə, Bunca kim, ey mah, cövründən sənin dad eylərəm. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib, Şami-hicran könlümü bu növ ilə şad eylərəm. Seyyidi-bəxti-qəranı gər “Bilalımdır” desən, Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm. * * * Şəbi-hicran o qədər naləvü əfğan etdim Şəbi-hicran o qədər naləvü əfğan etdim, Ta ki, çeşmi-fələki halıma giryan etdim. Görcək ol surəti-zibanı özümdən gedibən, Surəti-halıma surət kimi heyran etdim. Bu təmənnadə idim kim, ola can qurbanın, Şükr lillah ki, axır sənə qurban etdim. Eylədim dərdü qəmi-hicrə ölümdən çarə, Gör nə asan bu qədər müşgülə dərman etdim. Ta dedim aşiqinəm qəhr ilə tökdün qanım, Aşiq oldum sənə, ey mah, məgər qan etdim?! Oldu qətlimdə pəşiman, pəşimanəm kim, Nalə ilə özüm ol mahı pəşiman etdim. O qədər ağladım ol mah qəmindən, Seyyid, Aqibət Nuh kimi aləmə tufan etdim. * * * Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm, Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm. Gəh gözün yadilə könlüm dərd ilə bimardır, Gəh ləbi-ləlin xəyalindən dolu qandır gözüm. Gəh gözüm əhvalına könlüm qılır fəryadlər, Gah könlüm dərdinə suz ilə giryandır gözüm. Dövri-çeşmi-əşkbarımda səfi-müjkan degil, Ol pərinin oxlarından dolu peykandır gözüm. Yardən ayrıldı, bilməz şami-hicran halını, Seyyidi-biçarə əhvalinə heyrandır gözüm. * * * Siyah zülfün olub ruyüvə niqab dedim Siyah zülfün olub ruyüvə niqab dedim, Bu gün genə tutulub, ey məh, afitab dedim. Dəhani-yar ki, bir nöqtədir, nədir sirri, Vücuda gəldi, bu yox vəsfi bir kitab dedim. O xətti-ruyinə zülfi əlaqəsi gətirib, Həbəş sipahına rəhbər olub qürab dedim. Dedim şərab ləbi-ləlüvi, zəhi-xiclət, Nə məstlikdi bu kim, mən şərabə ab dedim. Rəvadi qan ola dil, ey cəmalı xurşidim, Ləbi-lətifüvi nisbətdə ləli-nab dedim. O ruhi-əzəmi kəmtər cəmada bənzətdim, Məsihə töhməti mən xanimanxərab dedim. Həvəslə şərh elədim arizin gülüstanın, Behişti-həşt-dəri xəlqə bab-bab dedim. Xəyali-vəslin ilə pür görüb dili-zarı, Dolub həvayi-məhəbbətlə bir hübab dedim. Rəqibi yar ilə görməkdən ölməgim xoşdur, Amandı qanımı tök, eylə bir səvab, dedim. Ləb üstə xalını gördüm o növsərin, Seyyid, Qonubdu şəkkərə bir bəxtəvər zubab, dedim. * * * Neçə rədifi-qəzəl etdim intixab, dedim Neçə rədifi-qəzəl etdim intixab, dedim, Nəzireyi-şüərayi-fələkcənab dedim. Olar ki, hər biri bir afitab-rəxşandır, Bu zərrə ta ola xurşidə intisab, dedim. Nəzireyi-qəzəli-Cürmiyə edib iqdam, Həzar cürmü qüsur ilə bir cəvab dedim. Hicab eyləmədim göfteyi-Sürəyyadən, Cəvab ol əxtəri-tabanə bihicab dedim. Müniri nəyyiri-əzəmdi çərxi-nəzm üzrə, Nə eybi, gər onu nisbətdə afitab dedim. Cigərdə daği-nihan bir cavab Dilxunə, Xəcalət atəşinə dil olub kəbab, dedim. Könüldə var nihan iştiyaq Müştaqə, Olur ki, bir gün ola vəslə fəthi-bab, dedim. Ümid var ki, edə əfv cürmümü Cürmi, Xətalərimi bilib, Seyyida, cəvab dedim. * * * Əl çatsa fəda canımı cananə edərdim Əl çatsa fəda canımı cananə edərdim, Şəmi-rüxünə könlümü pərvanə edərdim. Ey zahidi-bizövq bu məscid ki, sənin var, Olsaydı mənim, mən onu meyxanə edərdim. Minbər əvəzi onda qoyardım xümi-badə, Vəqf ol xüm üçün bir neçə peymanə edərdim. Bir tarə düzərdim neçə yüz daneyi-əngur, Anı əvəzi-səbheyi-səddanə edərdim. Meydən ötürü əkmək üçün tak yerində, Hər yerdə ki, var mədrəsə viranə edərdim. Düşsəydi nəhani əlimə bəççeyi-zahid, Heç onda bilirsənmi ki, aya, nə edərdim. Seyyid tək edib vəsf pərilər xətü xalın, Bu vəzlə aləmləri divanə edərdim. * * * Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim, Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim. Dolsa aləm xublərdən istəməm, zira ki, sən Xublərdən, sevdigim, ziba nigarımsan mənim. Gah alırsan canımı, gahi verirsən can mənə, Sən məgər kim, ey büti-tənnaz, tarımsan mənim. Gəlmə nəşim üstə versəm həsrətindən can əgər, Qeyrilər ta olmasın agəh ki, yarımsan mənim. Başımın tacı qübari-məqdəmindir, ey sənəm, Sən səriri-izzət üzrə tacdarımsan mənim. Seyyidi-sərgəştə tək miskin gədayəm, leyk sən, Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim. * * * Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim, Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim. Pəşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər, Bahari-ömrdə mey ülfətindən ictinab etdim. Meyi-nab ilə abad eylədim, səd şükr, can mülkün, Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim. Ləbin şövqilə, ey məh, asitanın daşların hər gün Töküb xunabə gözdən hər birin bir ləli-nab etdim. Şəhid oldun könül, axırda ol xunxar tiğindən, Bihəmdilləh ki, Seyyid tək səni həm kamyab etdim. * * * Əgərçi sənsiz olur əhli-eşqə badə həram Əgərçi sənsiz olur əhli-eşqə badə həram, Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam. Həmişə dildə ləbin şövqidir, gözün fikri Ki, rindi-meykəşə lazımdı şəkkərü badam. Səfayi-kuyüvə ehram bağlayan aşiq, Yeri var etməsə, ey şux, Kəbə içrə məqam. Hədisi-rövzə bəyan eyləyirsən, ey vaiz, Cəmali-yarıma bir bax, sözün miyani-kəlam. Özünü bir gecə oxşatdı arizi-yarə, Bu vəchdəndi ki, nöqsanə düşdü mahi-təmam. Görüb üzarını zülfi-siyəh civarında, Dedim səvadi-İrəmdir, bu ol həvaliyi-Şam. Yetişdi cənnəti-kuyinə axır ol hurün, Qutardı Seyyid özün, vəssəlam, vəl-ikram! * * * Ey gül, sənə əvvəldə xəridar mən oldum Ey gül, sənə əvvəldə xəridar mən oldum, Axır nəzərində hamıdan xar mən oldum. Aldım səni can nəqdinə, ey Yusifi-sani, Eşqində Züleyxayi-diləfkar mən oldum. Eşqim məni əngüştnüma qıldı cahanə, Ey qaşı hilalım, sənə ta yar mən oldum. Verdim, sənəma, ayineyi-hüsnüvə seyqəl, Aləmdə sənə rövnəqi-bazar mən oldum. Bir Kəbə idin, hiç ziyarət edənin yox, Gəldim, dolanıb başuva zəvvar mən oldum. Sinayi-səri-kuyüvə gəldim “ərini” gu, Ey nuri-xuda, talibi-didar mən oldum. Hər bülhəvəsə indi nəsib oldu visalın, Seyyid kimi hicranə giriftar mən oldum. * * * Saqi, mey ver, genə bir tazə günah istəyirəm. Saqi, mey ver, genə bir tazə günah istəyirəm. Qara göz, nameyi-əmalı siyah istəyirəm. Nədi xətdən bu hicabın, götür ol bürqəni kim, Etməgə nameyi-əmalı təbah, istəyirəm. Bikəsü dərbədərəm püştü pənahım yoxdur, Özümə lütfi-xudavəndi pənah istəyirəm. Asitanən itinə istəyirəm həmdəm olam, Maşallah, nə gözəl rütbəvü cah istəyirəm! Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim, Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm. Mehrim artar sənə rüxsarüvə gəldikcə xətin, Daim ol bağdə mən mehrü giyah istəyirəm. Çağırın Qeys ilə Fərhadı yığılsın başıma, Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm. * * * Bağ içrə gəlib yarımı əğyar ilə gördüm Bağ içrə gəlib yarımı əğyar ilə gördüm, Qan oldu könül kim, o gülü xar ilə gördüm. Eşq içrə mənə rövnəqi-bazar pozuldu, Ol Yusifi bir qeyr xəridar ilə gördüm. Viranə könül bir dəxi abad ola bilməz, Kim, gənci-nihanımı bu gün mar ilə gördüm. Peykanlarına eylədi könlümü nişanə, Əltafını, əlhəq, bu dili-zar ilə gördüm. Ol mahə qərin olmuş idi guşənişinlər, Sabitləri ol kövkəbi-səyyar ilə gördüm. Ey kaş olaydı bu təmaşadə gözüm kur, Biganələri gülşən ara yar ilə gördüm. Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid, Ol novgülü bir özgə xəridar ilə gördüm. * * * Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm, Eydi-vüsalın istərəm, meyli-cəmalə düşmüşəm. Kövkəbi-bəxtimin kəsib rahını nəhs yulduzu, Ey məhi-bədr, qıl nəzər, gör nə vəbalə düşmüşəm. Gəlmədi aftabımız, keçdi nahar nisfdən, Gör ki mən, ey fələk, bu gün bir nə zəvalə düşmüşəm. Dün demişəm dəhanüvi nöqtə, vəleyk, yox yerə Nüktəşünaslər ara qilü məqalə düşmüşəm. Dün olub özgə nəhv ilə ömr zəmani-mazidə, Halıma indi hali ol, bil ki, nə halə düşmüşəm. Aşiq olub dəhanüvə həlqeyi-”mim”ə dönmüşəm, Zülfüvə iştiyaq ilə surəti-”dal”ə düşmüşəm. Sirri-dəhani-yarı mən istəyirəm, şüur yox, Sandım ədəm vücud olur, fikri-məhalə düşmüşəm. Can verib almaq istərəm busə dəhani-yardən, Bu yoxü vardən keçib, gör nə xəyalə düşmüşəm. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm, Nöqteyi-əvvələm, vəli, növbədə dalə düşmüşəm. * * * Bir Leyli sevib eşqdə sövdalərə düşdüm. Bir Leyli sevib eşqdə sövdalərə düşdüm. Məcnunə dönüb daməni-səhralərə düşdüm. Sövdayi-səri-zülfdə sərmayəmi verdim, Sud eyləmədim, gör necə sövdalərə düşdüm. Bir tifli-səğir aldı mənim əqlimi əldən, Ey pir könül, gör qəmi-kübralərə düşdüm. Hər canibə bax, bir büti-hərcayi görərsən, Hər yerdə əcəb töhməti-bicalərə düşdüm. Sənani olub, bir büti-tərsa tələbində Hərdəm həvəsi-deyrü kəlisalərə düşdüm. Şayəd gətirəm damənə ol dürri-yətimi, Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm. Ta ki, bir əlin öpmək üçün piri-müğanın Saqinin əyağından öpüb palərə düşdüm. Əksi-rüxüvü sağəri-səbhadə görən dəm, Bitab oluban özgə təmənnalərə düşdüm. Bildi məni nadan, elədi pənd xəlayiq, Səd şükr ki, Seyyid, dili-danalərə düşdüm. * * * Vəslində idim möhnəti-hicranı bilirdim Vəslində idim möhnəti-hicranı bilirdim, Cənnətdə ikən atəşi-niyranı bilirdim. Qafil o səri-zülfüvə dil vermədim, ey gül, Əlbəttə ki, bu hali-pərişanı bilirdim. Hərçənd ki, bimar gözün xəstəsi oldum, Mən olmayacaq dərdimə dərmanı bilirdim. Vəslində əgərçi neçə gün şad idim, ey məh, Mən kineyi-bu gərdişi-dövranı bilirdim. Ol gün ki, qədəm şövq ilə bu gülşənə qoydum, Mən sərzənişi-xari-müğilanı bilirdim. Müşgüldü dəxi aqibəti-kar ola məhmud, Ağazdə bu möhnəti-payanı bilirdim. Ol gün ki, dilə düşdü sənin şövqi-dəhanın, Mən onda olan nükteyi-pinhanı bilirdim. Zülfün anıban sureyi-”Vəlleyl” oxuyurdum, Mən hər gecə bu məniyi-quranı bilirdim. Yadə salıban ruyüvi “Vəşşəms” oxurdum, Keyfiyyəti-xurşidi-dirəxşanı bilirdim. Mən bilməz idim sureyi-ixlasdan özgə, Tövhidi-xudavənddə mənanı bilirdim. Seyyid, bu qəzəl mətləin etdikdə sən inşa, Zimnində olan rəmzi, müəmmanı bilirdim. * * * Ta kuyi-yardə özümə mənzil etmişəm Ta kuyi-yardə özümə mənzil etmişəm, Asan ikən özüm işimi müşkül etmişəm. Bir qətrə qan oğurlamışam tiği-yardən, Sinəmdə vermişəm yer, adın mən dil etmişəm. Verdim qəmində xirməni-ömrümü badə mən, Pərvanə tək o xalını mən hasil etmişəm. Dün gecə şürbi-badəni mən tövbə eylədim, Saqi, bağışla, səndən işi qafil etmişəm. Zülfi-siyahi-yar xəyalilə, zahida, Təsbih qəsdinə özümü mail etmişəm. Sərməstlikdə söyləmişəm mey həramdır, Hökmi-xətadı bu, əməli-batil etmişəm. Seyyid, cahanda kəsrəq ilə yox rücumuz Kim, bəhri-vəhdətə özümü vasil etmişəm. * * * Ey könül, sərvi-səməndə sən idin, ya mən idim? Ey könül, sərvi-səməndə sən idin, ya mən idim? Yar ilə seyri-çəməndə sən idin, ya mən idim? Cilveyi-nazdə ol şahsüvarı görcək, Yıxılan payi-səməndə sən idin, ya mən idim? Zülfi-tarini qılan boynuva zənciri-cünun, Olmayan tarıya bəndə sən idin, ya mən idim? Gəh sənə yümni-yəmin var idi, gəh yüsri-yəsar. Ləli zövqilə Yəməndə sən idin, ya mən idim? Hüsni-rüxsarına kam ilə qılan nəzzarə, Dövləti-vəchi-həsəndə sən idin, ya mən idim? Zülməti-xətlə görən tirə üzari-mahın, Yüz qəra günlə vətəndə sən idin, ya mən idim? Seyyida, şeri-gühərbar edərdin xahiş, Talibi-dürr Ədəndə sən idin, ya mən idim? * * * Səndən ötrü neçə müddətdi məlamət çəkirəm Səndən ötrü neçə müddətdi məlamət çəkirəm, Tiflsən, sən nə bilirsən ki, nə möhnət çəkirəm. Çərxi-dəvvar ilə yerdən gögə vardır fərqim, O çəkə bilmədi, mən bari-əmanət çəkirəm. İstəməzsən, dedim, ey mah, qübari-qədəmin? Dedi: rövşəndi bu, yerdən gögə minnət çəkirəm. Pərdeyi çeşmimə mümkündü çəkəm surətüvi, Mərdümi-didə rüxün görməgə qeyrət çəkirəm. Etdi ayineyi-rüxsarüvi axır tirə, Çəkdigim ahlərə indi xəcalət çəkirəm. Yar olub özgələrə yar, çəkir zövqü səfa, Düşmüşəm mən quru böhtanlara töhmət çəkirəm. Dedilər öldürəcək yar səni, ey Seyyid, Tanrı şahiddi ki, bu xeyr işə həsrət çəkirəm. * * * Əsiri-dərdü qəmi-hicri-canşikar oldum Əsiri-dərdü qəmi-hicri-canşikar oldum, Nədən ki, qorxur idim mən ona düçar oldum. O gülüzardən axır məni ayırdı fələk, Baharım oldu xəzan, mübtəlayi-xar oldum. Olubdu təhti-fələk təng beytül-əhzanım, Fəraqi-Yusif ilə xakü xaksar oldum. Dönüb kənarələrim rudi-Nilə əşkimdən, O vəqtdən ki, mən ol mahdən kənar oldum. Ayırdı Yusifi məndən bəradərani-qəyur, Bəlayi-hicrdə mən zarü biqərar oldum. Nə cürm etmiş idim, ey xudayi-pakü əhəd, Yanıb fəraq oduna mən əsiri-nar oldum. Yeriydi yaxsa məni çərx narə, ey Seyyid, Ki, bivəfalərə mən çün ümidvar oldum. * * * Alanda dəstinə ol şuxi-gülüzar qələm Alanda dəstinə ol şuxi-gülüzar qələm, Əlindən olmağını istəməz kənar qələm. Qələm özü-Xütən ahusudur və yainkim, Həvayi-zülfü ilə oldu müşkbar qələm. Öpərdim əllərini ol qələmqaşın mən də, Məni edəydi əgər xəlq kirdgar qələm. Dəhanı ilə qələm başın etdn pak o gül, Yetişdi çeşmeyi-heyvanə Xızrvar qələm. İki dil açdı ki, vəsf eyləsin o gülbədəni Fəzilətü hünərin etdi aşkar qələm. Kəsəydi başımı tiği-cəfa ilə hər dəm, Xəyal edəydi məni kaş ol nigar, qələm. Qaşını çəkməgə əsbab olmasa, Seyyid, Əzəldə etməz idi xəlq kirdgar qələm. * * * Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm, Salmanam gövhəri xak içrə, nihan eyləmənəm. Bilmənəm sud özümə çarsuyi-aləmdə, Hansı bir sudi ki, eşqində ziya eyləmənəm. Ləbi-ləlinlə ki, bir sirri-nihanım var idi, Gedərəm xakə mən ol sirri bəyan eyləmənəm. Qanımı tökdü ləbin, dişlədim axdı qanı, Elə bildin, sənəma, qanıma qan eyləmənəm. Qorxuram yatmayalar itləri fəryadımdan, Gecələr mən dəxi ol kudə fəğan eyləmənəm. Sirri var, annamışam, yoxdu dəhanından əsər, Mən yəqin əhliyəm, əlbəttə, güman eyləmənəm. Hansı bir fəsldi kim, ey güli-rəna, sən üçün Gözümü əbr kimi əşkfəşan eyləmənəm. Hansı bir sərvdi kim, qamətüvün yadı ilə Qoparıb əşkim ilə, suya rəvan eyləmənəm. Seyyida, bəsdi dilə eşqi-xudavəndi-əhəd, Meyli-xubani-dilazari-cahan eyləmənəm. * * * Özümlə olsa idi, mən cahanə gəlməz idim Özümlə olsa idi, mən cahanə gəlməz idim, Gətirdilər məni, amma mən anə gəlməz idim. Bu dami-eşqə məni saldı daneyi-xalın, Firib verməsə idi o danə, gəlməz idim. Görünməsəydi əgər hər məkanda nuri-rüxün, Fəzayi-qüdsü qoyub, bu məkanə gəlməz idim. Dəhani-yardən olsaydı bir əsər zahir, Yəqini tərk qılıb, mən gümana gəlməz idim. Qədimi eylər idim dərd ilə qəmində kəman, Xədəngi-çeşmüvə, bilsəm, nişanə gəlməz idim. Bəhanə ilə yetərmiş vüsalə aşiqlər, Və gər biləydim onu, bibəhanə gəlməz idim. Olaydı zatım əzəldən əgər zəri-xalis, Yanıb bu butə ara imtahanə gəlməz idim. Bu zövqdən eləmə, bağban, məni məyus, Gülüm olaydı əgər, gülsitanə gəlməz idim. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid, Ümidi-mərhəm ilə mən fəğanə gəlməz idim. * * * Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum, İçib vəhdət şərabından belə məxmurü məst oldum. Zibəs ki, yağdı daşlar başıma bu çərxi-minadən, Dürüst ikən pozuldum, sağəri-mey tək şikəst oldum. Təcəllayi-cəmalın məscidü meyxanədə gördüm, Gəhi məsciddə abid, deyrdə gəh bütpərəst oldum. Əyağ aldım ələ, başıma çəkdim naz ilə sağər, Ayağın sədqəsi, saqi, ki mən bipavü dəst oldum. Nişimən etmiş ikən qafi-üzlət üzrə ənqa tək, Həvayi-daneyi-xalınla damə paybəst oldum. Ədəm məmurəsində rahət ikən eyni-vəhdətlə, Düşüb eyni-zəvalə aləmi-kəsrətdə həst oldum. Ziyai-şəms tək düşdüm o kuyi-dilbərə, Seyyid, Yetişdim rütbeyi-ülyayə, fikr etmə ki, pəst oldum. * * * Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim, Vəsli-meracı ilə ərşi-müəlladə idim. Yuxu əhvalı gəlir indi mənə şami-visal, Haləti-ləfzədə, ya bu gecə röyadə idim. Ləbi-camə yetişirdi, ləbi-ləli o gülün, Mən ləbi-camı öpüb özgə təmənnadə idim. Sağərim cami-qəvarir, şərabım kövsər, Həmdəmim hur, özüm cənnəti-məvadə idim. Yar açmışdı lətafətlə bu şəb sinəsini, Qərqi-nur olmuş idim, sineyi-Sinadə idim. Nəqşdən pey aparırdım bu gecə nəqqaşə, Seyri-qüdrət eləyib özgə tamaşadə idim. Həlqeyi-zülfdə rüxsari-münirin görübən, Naziri-mahi-münəvvər şəbi-yeldadə idim. Dəhənin açmağa ol yar qılırdım tədbir, Sübh olunca həvəsi-kəşfi-müəmmadə idim. Çox baxırdım dəhəni yarə, nihani, hərdəm, Çareyi-fikri-dili-Seyyidi-dildadə idim. * * * Gördüm ki, gəlir təngə nigarım, səfər etdim Gördüm ki, gəlir təngə nigarım, səfər etdim, Sevdalərə saldım başımı, tərki-sər etdim. Asudə ola bir neçə gün nazlı nigarım, Əlmas basıb bağrıma vəzi-nəzər etdim. Avarə düşüb cənnəti-kuyindən o hurün, Öz mənzilimi göz görə nari-səqər etdim. Çox müşkül idi keçməgim ol cənnəti-kudən, Canımı tutub gör dişə, ey dil, cigər etdim. Ta olmaya qeyrin gözünə sürmeyi-rövşən, Xaki-səri-kuyinə töküb əşk, tər etdim. Çox gecələri zəmzəmeyi-yar ilə, ey dil, Guşi-fələki-şöbədəpərdazı kər etdim. İncitdi fəğanım gecələr əhli-diyarı, Ta bir neçə gün əzmi-diyari-digər etdim. Verdim dilü can nəqdini, aldım qəmi-eşqi, Fikr etmə bu sevdadə ki, Seyyid, zərər etdim. * * * Ey nuri-səmavatü zəmin, gərçi nihansan Ey nuri-səmavatü zəmin, gərçi nihansan, Amma nəzəri – arifü danadə əyansan. Batin gözünün yox səni görməkdə qüsuri, Zahir gözü görməz səni, əlbəttə, nihansan. Zatın eləyib cümleyi-əşyadə təcəlla, Musa közünə turi-həqiqətdə əyansan. Bir Adəmü İsadə degil nəfxeyi-ruhun, Aləm hamı qalibdi, sən ol qalibə cansan. Kəssən nəzəri-feyzüvi bir ləhzə cahandan, Nabud olur aləm, sən ona ruhi-rəvansan. Gəh badi-səba tək verisən gülşənə rövnəq, * * * Gəh soldurusan gülləri, sən badi-xəzansan. Gəh soldurusan gülləri, sən badi-xəzansan. Sən qaimi-bizzatsən, aləm hamı bilğeyr, Xəllaqi-səmavatü zəmin, kövnü məkansan. Minbir adının hər biri bir aşiqə munis, Tapmaz səni bir kəs, genə binamü nişansan. Ey Seyyidi-pir, eylə meyi-vəhdətə rəğbət, İstərsən əgər olmağa həmvarə cavan, sən? * * * Əyan gözlə baxan şəxsə nihansan Əyan gözlə baxan şəxsə nihansan, Nihan gözlə baxan zatə əyansan. Desəm pinhansən, hər yan əyansan, Desəm ki, mən əyansən, yox nihansan. Münəvvər etmisən cümlə cahanı, Məgər sən afitabi-asimansan? Özün həm rahsən, həm rahzənsən, Özün həm düzdsən, həm pasibansan. Adındır zərrü nafe, ey nigarım, Gəhi üşşaqə sudü gəh ziyansan. Səninləndir xəzanım, həm baharım, Vəli sən nə baharü nə xəzansan. Yelə verdin şəmimi-tari-zülfün, Nəsimi eylədin ənbərfəşan sən. Sən oldun Seyyidin lütfündə zahir, Əyan oldun ki, sən gənci-nihansan. * * * Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin, Söyləsin bülbül üçün bağü gülüstan xəbərin. Ey səba, ey sənə bu ruhi-rəvanım qurban, Qümriyi-zarə gətir sərvi-xuraman xəbərin. Zülməti-qəmdə Skəndər kimi qaldım heyran, Yetir ey Xızr, mənə çeşmeyi-heyvan xəbərin. Ey kəbutər, aparıb nameyi-dərdi-dilimi, Həm məni-zarə gətir ol məhi-taban xəbərin. Hanı bir qasidi-Fərrüxsiyərü İsadəm – Ki, yetirsin təni-biruhumuza can xəbərin. Cani-şirin mənə təlx oldu qəmi-hicrandan, Vermədi kimsənə ol xosrovi-xuban xəbərin. Seyyida, canımı nəzr etmişəm ol qasidə kim, Verə mən aşiqi-dilxəstəyə canan xəbərin. * * * Dözməyib hicrə, könül, hər gecə fəryad etdin Dözməyib hicrə, könül, hər gecə fəryad etdin, Axır ol mahı mənim qətlimə cəllad etdin. Zülfi-müşkininə dil verdin, o, qanın tökdü, Bu xəta düşdü özündən, mənə isnad etdin. İltifat eylədin əvvəl mənə şirin-şirin, Axır eşqində məni aləmə Fərhad etdin. Yox idi aşiqi-şeyda ürəgin qan etmək, Bunu da xublar arasında sən iycad etdin. Seyyidi-süxtəni atəşi-naz ilə yaxıb, Şəmi pərvanəni yandırmağa mötad etdin. * * * Neyləyim, məclis ara olsa da əğyar, olsun Neyləyim, məclis ara olsa da əğyar, olsun, Tək o güldən mənə bir fürsəti-didar olsun. Qayəti-şövqimi gör yarə ki, həngami-vida Rəşkdən mən deyə bilməm ki, xuda yar olsun. Hanı, ey ruhi-rəvan, qeyrəti-məşuqəligin, Qoyma kim, qeyr məni-zarə xəridar olsun. Bir əyağ ilə mənim könlümü aldın ələ sən, Görüm, ey saqiyi-gülçöhrə, əlin var olsun! Taki, sərməstdir eşq əhlinə lütf eylər yar, Saqiya, qoyma o bimehri ki, huşyar olsun. Ürəgim qanə dönüb, qüvvəti-təqririm yox, Yoxdur əhvalıma bir kəs ki, xəbərdar olsun. Bunca kim silsileyi-zulfüvü istər, Seyyid, Görüm ol damdə bundan da giriftar olsun. * * * Vaiz bu qədər zəmmini etməzdi şərabın Vaiz bu qədər zəmmini etməzdi şərabın, Bir bilsə idi ləzzətini badeyi-nabın. Meyxarələrin halına dəxl eyləməsəydin Zahid, səni cənnətlik edərdi bu səvabın. Şərbət içibən bəzmdə şirinlik olur kam, Vəsl aləmidir aqibəti bu şəkərabın. Ey cam, gəlir nəkhəti-cənnət nəfəsindən, Adəm gətirib yer üzünə, yoxsa, türabın. Ol-mah bizə vədeyi-təşrif edib axır, Ey didə, gəlir əvvəli-şəbdən niyə xabın? Hüsnün olub ol səbzeyi-xətdən dəxi ziba, Ey mahi-pəriçöhrə, nədəndir bu hicabın? Gər piri-müğan tutsa əlimdən, nola, zahid, Bir çakəri-dirinidi Seyyid o cənabın. * * * Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin, Axır ol zülfü mənim boynuma zəncir etdin. Ey könül, mən ki görüb yarı ayaqdan düşdüm, De görüm öz qəmini sən necə təqrir etdin? Arizi-yarımı, ey sanei-afaq, məgər Qərü ənbiqi-məhü mehr ilə təqtir etdin? Eylədin vədə ki, vəslin günü qanım tökəsən, Ey olum vədənə qurban, niyə təxir etdin? Baisi-nar dedin mehri-rüxin, ey vaiz, Gör behişt ayəsini sən nəyə təfsir etdin? Verdi dil ol sənəmin küfr səri-zülfündən, Zahida, sən niyə ancaq məni təkfir etdin? Səni ol gözləri xunxar salıbdır gözdən, Genə, ey Seyyidi-biçarə, nə təqsir etdin? * * * Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin, Zalım, nə oldu eylədi təxir, gözlərin? Məst idi, aldı xameyi-müjganı dəstinə, Fitvayi-qətlim eylədi təhrir, gözlərin. Seydi-hərəm həramdır, ey qibleyi-Səfa, Ahu şikarın etdi genə şir gözlərin. Qaşınla qətlim etməgə peyvəst oldular Əgrilər ilə eylədi tədbir, gözlərin. Zalım, diyari-eşqə Hülakuyi-tazasən, Olmaz bu qanlar içmək ilə sir gözlərin. Geysulər içrə etdi kəmin türki-məst tək, Şəbxunlar etdi könlümə şəbgir gözlərin. Etdin kəməndi-zülfüvü pürtab, ey pəri, Seyyid tək eylədi məni nəxcir gözlərin. * * * Ya rəb, kim olur ərzimi cananə yetirsin Ya rəb, kim olur ərzimi cananə yetirsin, Dərdi-dilim ol xosrovi-xubanə yetirsin. Xurşidə desin, zərreyi-sərgəştə məlalın, Pərvanə sözün şəmi şəbistanə yetirsin. Cəmiyyəti-dil kəsrəti-qəmdəndi pərişan, Bu halı o geysuyi-pərişanə yetirsin, Bu mürği-giriftari-qəfəs surəti-halın, Ol qönçeyi-novxizi-gülüstanə yetirsin. Məndən yetirib ol şəhə əcz ilə dualər; Xaki-qədəmin dideyi-giryanə yetirsin. Hər şamü səhər, virdi budur Seyyidi-zarın, Allah səni bir də bu Şirvanə yetirsin. * * * Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun, Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun. İlahi, qanə dönsün qeyr yadın eyləsə könlüm, Gözüm çıxsın, baxa sənsiz, əgər qilmanü hur olsun. Gözün yadilə könlümdə, əcəb yox, olmasa işrət, Nə mümkündür, gözüm, bimar olan evdə sürur olsun? Qüruri-hüsn edib, ey mişkxət, məndən kənar olma, Nədir nöqsan Süleymanə əgər həmbəzm mur olsun. Olub binur hicri-arizində dideyi-Seyyid, Üzündən dur olan gözdə nə mümkündür ki, nur olsun! * * * Cismdən can almağa gər olsa fərmanın sənin Cismdən can almağa gər olsa fərmanın sənin, Canə minnətdir olam, ey dust, qurbanın sənin. Gər tökərsən, ey Xəlilim, qanımı, qəm etmərəm, Qəm odur kim, gər bata ol qanə damanın sənin. Gəlmişəm can verməgə, ey şəh, Minayi-kuyüvə, Qanımı tök camə kim, olsun bu ehsanın sənin. Bir gülüstandır səri-kuyin açılmış gülləri, Qan ilə gülrəng olub gülbərgi-xəndanın sənin. Kəsrət içrə tapmışam mən dürri-kənzi-vəhdəti, Olmuşam hərçənd zülfün tək pərişanın sənin. Nəfydən isbatə gəl, ey dil, ki xakə nəss edə Qətrə-qətrə hərfi-”illəllah” al qanın sənin. Seyyida, gər canuvi cananə etməzsən fəda, Razı olmaz eşqdə səndən o cananın sənin. * * * O gün olsun ki, genə məclisə dilbər gəlsin O gün olsun ki, genə məclisə dilbər gəlsin Çıxıban bürcdən ol mahi-münəvvər gəlsin. Genə saqilər ələ badeyi-gülgun alsın, Bəzmə mina düzülüb, gərdişə sağər gəlsin. Bəzmi-işrətdə əgər yar ola, bir haləti var, Məst olub rəqs eləsin, haləti-digər gəlsin. Nuşbada!–ləb açıb badəni şirin etsin, Təlx mey zaiqeyi-canıma şəkkər gəlsin. Səhldir kim, edəsən qanımı su kimi rəvan, Tək sənin qaşlaruvun tiğinə cövhər gəlsin. Ey məni ol məhi-xurşidliqadən ayıran, Görüm aləmdə günün şamə bərabər gəlsin. Gərçi hicranda, könül, bəd keçinir əhvalın, Şükr qıl, olmaya bundan dəxi bədtər, gəlsin. Tövbə etdin meyi-gülfamdən, ey Seyyidi-zar, Hələ səbr eylə ki, fəsli-güli-əhmər gəlsin. * * * Kim ki, istər özünü sərvəri-əyyam eləsin Kim ki, istər özünü sərvəri-əyyam eləsin, Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin. Abi-Kövsərdə mənim hər nə nəsibim varsa, Döndərib rəbbim onu badeyi-gülfam eləsin. Yar gəldi, hamı öz dərdinə məşğul oldu, Qalmadı kimsə ki, əhvalıma əncam eləsin. Sən nə kutahsən, ey şami-visali-dilbər, Həq mənim ömrümü kəssin, sənə ənam eləsin. Zülfü xəttin gətirir arizinə cananın, Kafər istər əcəba, kafəri islam eləsin? Olsa nakamlığım gər o pərinin kamı, Dili-divanəmi həq dəhrdə nakam eləsin. Seyyid ol zülfü rüxündən ki, hekayət söylər, İstəyir kim, günün ol vəch ilə axşam eləsin. * * * Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun, Təki bəzmimdə mənim bir büti-tənnaz olsun. Xəlq hərçənd deyir bir gül ilə yaz olmaz, Çağırın ol gülü kim, məclisimiz yaz olsun. Tayiri-könlümü seyd etdi qəzali-çeşmin, Bavərim yox bu cahanda belə şahbaz olsun. Öldür, ey qaşı kəman, aşiqi min zillət ilə, Ta güruhi-şühəda içrə sərəfraz olsun. Müstəcab oldu duamız ki, nigarım gəldi, Dəri-meyxanə gərəkdir bu zaman baz olsun. Demənəm badə ilə et məni sirab, xuda, Bari, çox olmasa da qismətimiz az olsun. Seyyida, çəkmənəm ol dövri-müxalif qəmini, Təki ol dilbəri-xoşləhcə mənə saz olsun. * * * Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin, Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin. Bağə girdin ol üzari-aldən açdın niqab, Qönçənin bağrın həsəddən dəmbədəm qan eylədin. Ərzi-rüxsar eylədin gülşəndə, ey gül bülbülə, Bülbülü gülzari-eşqində pəşiman eylədin. Boynuma saldın o müşkin zülfüvün zünnarını, Ey büti-tərsa, məni eşqində Sənan eylədin. Oldu hər bir zərrədən eşqin təcəllası əyan, Aləmi Musa tək, ey xurşid, heyran eylədin. Kənzi-məxfidən əyan oldu düri-şəhvarlər, Qətrəni, ey bəhri-ehsan, dürri-qəltan eylədin. Gah işvə, gah qəmzə, gah xişmü, gah naz, Seyyidə hər gündə bir növ ilə ehsan eylədin. * * * İstərsən əgər, ey dili-şeyda, fərəh olsun İstərsən əgər, ey dili-şeyda, fərəh olsun, İç dilbər ilə sağəri-səhba, fərəh olsun. Öp ləli-ləbi-dilbəri, iç badeyi-gülgun, Məcuni-müfərrehdi, sənə ta fərəh olsun. Sərbəstə müəmmadı sor ol qönçə dəhanı, Şayəd ki, açılsın bu müəmma, fərəh olsun. İç badə ki, olsun iki əmrin biri hasil, Ya qüssə gətirsin sənə mey, ya fərəh olsun. Mövquf isə qəlbin fərəhi qətlimə, billah, Öldür məni, ey dilbəri-ziba, fərəh olsun. Giryan səni gördükdə olur gül kimi xəndan, Tək ol gülə, ey Seyyidi-rüsva, fərəh olsun. * * * Ey həmnişin ki, sən mənə qəmxar olmusan Ey həmnişin ki, sən mənə qəmxar olmusan, Zənnim budur rəqibi-məni-zar olmusan. Hər günkü pəndüvə bu nəsihətlər oxşamaz, Qafil, bu damə sən də giriftar olmusan? Müddətdi bəzmi-qeyr olub ol mah mənzili, Ey asiman, nədən belə bikar olmusan. Səndən sivayə cövr eləməz yar, ey könül, Netdin ki, sən bu lütfə səzavar olmusan. Bülbül kimi fəğanə gəlib ağla Seyyida, Ol gül yanında böylə ki, sən xar olmusan. * * * Ey dil, həzar şükr xəbər gəldi yardən Ey dil, həzar şükr xəbər gəldi yardən, Olduq xilas dərdü qəmi-intizardən. Fəsli-xəzan qəmin çəkən avarə bülbülə, Verdi səba xəbər o güli-novbahardən. Ey məqdəmin fədası, bəlalər çəkir başım, Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən. Et şadlıq gözüm yaşı, ol gülrüxüm gəlir, Xarü xəsi götür, kərəm et, rəhgüzardən. Aləmdə bir gün olmadı ki, vəsli-yar ilə Bir kami-dil alam fələki-kəcmədardən. Bilməm nə eyləyib ona eşq əhli kim, müdam, Bu çərxi-kinəvər ayırır yarı yardən. Qoy, dönməsə müradımca çərx dönməsin, Minnət çəkən kişi degiləm ruzgardən. Şükri-xuda ki, vadeyi-vəslində ol məhin, Şərməndə olmadım dili-ümmidvardən. Getdi o gün ki, Seyyid, oxurdun bu misrəi: “Vahəsrəta, üzüldü əlim ol nigardən”. * * * Dilbəstə olmasaydım əgər zülfi-yarə mən Dilbəstə olmasaydım əgər zülfi-yarə mən, Çox da bu gunə olmaz idim bəxtiqarə mən. Ağazi-ülfətimdə görən lütfü yardən, İndi rəqib ilə görürəm aşkarə mən. İstər cüda həmişə o məhparədən məni, Bilməm nə etmişəm fələki-kəcmədarə mən. Əğyarə iltica edirəm indi hicrdə, Qaldım qəmində gör nə yaman ruzgarə mən. Ey dərdü qəm, qoyun məni bir öz qərarimə, Bir çarə eyləyim bu dili-biqərarə mən. Ol lələrüx fəraqı ilə əşki-aldən Döndərmişəm cahanı bu gün laləzarə mən. Gördüm ki, ülfətimdən edər ar dilbərim, Çəkdim özümü, Seyyid, o güldən kənarə mən. * * * Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən, Məhəbbətində sənin talibi-bəlayəm mən. O vəqtdən ki, hamı masivanı tərk etdim, Yəqinim oldu ki, sultani-masivayəm mən. Mənimlə zində olub tapdı Xızr ömri-əbəd, Bu dari-zülmət ara çeşmeyi-bəqayəm mən. O qüvvəyəm ki, yədi-həqlə gəlmişəm felə, Təsəvvür eyləmə kim, bir dəxi fənayəm mən. Nə şöləyəm ki, çəkəm asimanə gərdəni-kibr, Bəsani-sayəyəm, üftadə xaki-payəm mən. Məni çəkər gözünə harda görsə əhli-nəzər, Siyahbəxtəm əgər, mili-tutiyayəm mən. * * * Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən, Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. Yığılmışdı o bəzmi-canfəzayə hurü qılmanlar, Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən. Xədəngi-qəmzəsindən, onların tiri-nigarından Özüm tək əhli-bəzmi sərbəsər üftadə gördüm mən. Yıxıldım, huşdən getdim, tutuldu nitq, Musa tək Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm mən. Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum, Məhəmməd nurunu çün ol büti-zibadə gördüm mən. O bəzmi bir də, Seyyid, görmək olmaz, ağlaram hər gün, Ki guya ol büsatı dün gecə röyadə gördüm mən. * * * Ancaq o məhin zülfü nə iyman alır əldən Ancaq o məhin zülfü nə iyman alır əldən, Ahu baxışı, qarə gözü can alır əldən. Rüxsarın üzə tazə gələn səbzeyi-xəttin, Bir murdi kim, mülki-Süleyman alır əldən. Zülfün götürüb əl, üzün iymanə edər qəsd, Kafər alanı indi müsəlman alır əldən. Sərgəştə edər könlümü ol kakili-dərhəm, Cəmiyyətim ol zülfü-pərişan alır əldən. Yüz saxlayasan nəqdi-dilü canüvi, Seyyid, Bir vəchlə ol novgüli-xəndan alır əldən. * * * Dün eşitdim bir siyəhzülfə giriftar olmusan Dün eşitdim bir siyəhzülfə giriftar olmusan, Ey mələksurət, mənim tək aşiqi-zar olmusan. Vermisən bir səngdil dildarə nazik könlüvü, Sən məgər könlündən, ey məhparə, bizar olmusan? Çəkmisən canan cəfasın, görmüsən hicran qəmin, Şükr-lillah, halıma, ey gül, xəbərdar olmusan. Görmüsən ayineyi-vəchində əksi-surətin, Taqətü huşün gedib, bir nəqşi-divar olmusan. Şövqi-ləlindən onun, ey xosrovi-şirinzəban, Seyyidi-şirin-süxən tək sahibəşar olmusan. * * * Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün, Gör doyunca rüxi-canpərvərini, barı bu gün. Qoyma getsin çıxıb, ey dil, o məhi-bimehri, Sabit et yalvarıb ol əxtəri-səyyarı bu gün. Bu gecə mənzil elə xanəmi, ey mahliqa, Salma nöqsana bizi, getmə, səni tarı, bu gün. Ayü gün, sabitü səyyarə təmaşayə çıxıb, Müştəridən o məhin gərmdi bazarı bu gün. Genə dünyalərə sığmaz, nə olubdur, Seyyid, Xoş baxıbdır üzünə yoxsa genə yarı bu gün. * * * İstədim çarə xətin bu dili-sədparə üçün İstədim çarə xətin bu dili-sədparə üçün, Dedi mərhəm kim edib müşki, görək, yarə üçün? Qasid, ol mahi-təmamım şəbi-hicran qəminə Nə sərəncam eləyirdi bu günüqarə üçün? Həzrəti-Nuhi-Nəci nəxleyi-Tubanı kəsib, Sənə, ey tifl, gərəkdir yona kəhvarə üçün. Tövbə verdi mənə meydən qəsəm ilə vaiz, Payladım badə alıb mən dəxi kəffarə üçün. Səni gördükdə səri-rahdə, həqdən Seyyid Yüz göz istər, gözəlim, hüsnüvə nəzzarə üçün. * * * Mən eylə bilirdim ki, mənə yar olacaqsan Mən eylə bilirdim ki, mənə yar olacaqsan, Aləmdə mənə yari-vəfadar olacaqsan. Man eylə xəyal etmiş idim ey güli-rəna, Sərbəstə olan qəmlərə qəmxar olacaqsan. Əvvəl eləyib mehrü məhəbbət mənə, axır Məndən, nə bilim ki, belə bizar olacaqsan. Rövşən elədim şəmi-cəmalın, nə bilim ki, Əğyarə-gedib şəmi-şəbi-tar olacaqsan. Dil verməz idim mən sənə, ey yari-dilazar, Bilsəydim əgər beylə dilazar olacaqsan. Sərməst meyi-hüsnü səfasən hələ, ey gül, Ol vəqt ki, hüsnün gedə huşyar olacaqsan. Məğrursən, ey gül, xəbərin yoxdur özündən, Əyyami-xəzan gəlsə xəbərdar olacaqsan. Bir vəqt olacaqdır ki, sən, ey Yusifi-sani, Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan Xar eylədi ol gül səni əğyar yanında, Seyyid, hələ bundan dəxi sən xar olacaqsan. * * * Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün, Görmək istərsəm, gözüm çıxsın əgər dünya yüzün. Eşqdə Sənan olub, zünnarə etməzmi həvəs Görsə zahid gər sənin tək bir büti-tərsa yüzün. Xalü xattin əksi çeşmimdə cəmalın şövqdən Xeyli-hindudur ki, Rum üçün tutub dərya yüzün. Dağə çaldı cani-şirinin qurtardı Kuhkən, Şuri-əşkim seyli ta gördü tutub səhra yüzün. Nuru batsın çeşmimin görmək təmənna eyləsəm Mahi-rüxsarın qoyub mehri-cahanara yüzün. Üz sürürlər bunca kim, üşşaq xaki-payüvə, Üz çəkib, ey mahi-rüx, göstərmə istiğna yüzün. Nuru artıb çeşmimin başım fələklərdən keçər, Bir də görsəm, Seyyid, ol mahi-mələksima yüzün. * * * Sən mənim, ey ləbi canbəxş ki, cananımsan Sən mənim, ey ləbi canbəxş ki, cananımsan, Sənə qurban nə deyim canı ki, sən canımsan. Neylirəm sərvi, uzun söz nə gərəkdir, ey gül, Rast oldur ki, özün sərvi-xuramanımsan. Neylirəm sərvi, gülü gülşəni, ey laləüzar, Sən mənim sərvü gülü sünbülü reyhanımsan. Mən sənin murinəm, ey səbz-xətü müşkinmu, Sən mənim təxti-hökumətdə Süleymanımsan. Yoxü-varımdı fəda, ey dəhəni-yar, sənə Ki, mənim dəhrdə sən munisi-pinhanımsan. Kakilin ayəti-”Vəlleyl”di, “Vəşşəms” yüzün, Sən mənim məktəbi-üşşaqdə Quranımsan. Dün dedin kim, mənə, ey şah, gədadır Seyyid, Elə bildim ki, dedin aləmə sultanımsan. * * * Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən, Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən. Zəncirdə bir kimsənə can vermədi mən tək, Ol silsileyi-zülfə giriftar ölürəm mən, Məst olmadığım dəm yox idi dəhrdə bir gün, Səd heyf, ölən vəqtdə huşyar ölürəm mən. Qorxum budu görsəm səni ləzzət tapa çeşmim, Şadəm ki, belə həsrəti-didar ölürəm mən. Devrimi tutub qüssəvü qəm, möhnəti-aləm, Sanma ki, belə bikəsü biyar ölürəm mən. Yox taqətim əğyar ilə görmək səni, ey şux, Ölməkdə bu gün bir qərəzim var, ölürəm mən. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari, Səd heyf, səd əfsus, günəhkar ölürəm mən. * * * Şəm kim, rovşən olub yanmağa pərvanə üçün Şəm kim, rovşən olub yanmağa pərvanə üçün, Yanmağından dəxi pərvanəyə pərva nə üçün? Verməyim xalüvə ey gül, niyə mən dünyanı, Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün. Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda, Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün? Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda, Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün. Piri-meyxanə Əlidir, odur ənvari-cəli, Aşinanı tanı, seyr eyləmə biganə üçün. Olmasaydı gili-Adəmdə cəmalından əsər, Qabil olmazdı onun tinəti peymanə üçün. Seyyida, eyləmə övsafi-Əlidən qeyri, Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün. * * * Xət gəlib müshəfi-rüxsarına mənası üçün Xət gəlib müshəfi-rüxsarına mənası üçün, Ayeyi-Nurə düşüb şərh təcəllası üçün. Rəşk edir bir-birinə mərdüməki didələrim Nöqteyi-xalının, ey şux, təmaşası üçün. Eşqinə düşdü Məsiha çü bu ziba sənəmin, Çarmixə çəkilib zülfi-çəlipası üçün. Xahiş etdi dəhənin sirrini çoxlar, əmma Oldu mədum bu bir nöqtə müəmması üçün. Zahida, dinüvi sən verdin əbəs şeytanə, Şeyx Sənan verib öz dilbəri-tərsası üçün. Verdi can könlümü zülfi-siyəhinə o məhin, Çarə bildi onu rəfi-qəmi-sövdası üçün. Mari-Zöhhak idi geysusi, Firidun xətti, Bu Firidun gəlir dəfinə dəvası üçün. Seyyidin var idi bir cüzi olan iymanı, Eylədi nəzr onu da şəhr kəlisası üçün. * * * Rüxsarın açıb bülbülü şeyda elədin sən Rüxsarın açıb bülbülü şeyda elədin sən, Bülbül nəzərində gülü rüsva elədin sən. Ağuşun üçün bəs ki, qolum açıla qaldı, Kafər, məni bir şəkli-çəlipa elədin sən. Bürqə götürüb ol ərəqaludə yüzündən, Gün üzrə əyan iqdi-Sürəyya elədin sən. Nitqə gəlib etdin bu dili-mürdəni ehya, Zahir genə ecazi-Məsiha elədin sən. Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh, Xurşidə hicabın şəbi-yəlda elədin sən. Yerdən gögə var Yusif ilə fərq səninçün, Çox Yusifi eşqində Züleyxa elədin sən. Hicri-rüxi-alında iki çeşmimi, ey gül, Xunab ila meydən dolu mina elədin sən. Qəddini “əlif”, zülfi-siyahini dedin “lam”, Seyyid, bu əlif-lamı nə məna elədin sən? * * * Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən, Ümidi-vəsli ilə bu diyarə gəldim mən. Visalı döndü mənə oldu axırı hicran, Yəqin ki, çeşmi-bədi-ruzigarə gəldim mən. Nəkarəyəm, nəçiyəm, badə ilə sadəm yox, Özüm də bilməyirəm kim, nə karə gəldim mən. Nə ahü zar idi bu, bir gülün fərağında, Əlindən, ey dili-xungəştə, zarə gəldim mən. Sizi tarı mənə bu dəmləri verin fürsət, Şikayətə bu dəri-şəhryarə gəldim mən. Münəccim etdi nəzər bəxtimin sitarəsinə, Onun təsəvvürünə bəxtiqarə gəldim mən. Yetişdi qətrələr ol bəhri-vəhdətə, Seyyid, O bəhrdə dür idim, gör, kənarə gəldim mən. * * * Ey ləli-ləbin şireyi-şəkkər təki şirin Ey ləli-ləbin şireyi-şəkkər təki şirin, Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin. Yüz şəkkərü şirini ola Xosrovun, olmaz Hərgiz ləbi-Şirin ilə Şəkkər təki şirin. Vəsf eyləməyin, çox yemişəm Misr nəbatın, Əsla ola bilməz ləbi-dilbər təki şirin. Nəxli-əsəlin rəşk ilə təlx oldu məzaqi Kim, şirəsi olmaz o ləbi-tər təki şirin. Badam mizacın hükəma təlx deyiblər, Mən görməmişəm hiç o gözlər təki şirin. Seyyid, sanə düşnam desə yar, nə eybi, Acı sözüdür könlümə şəkkər təki şirin. * * * Mən öldüm, üstümə dildar gəlsin Mən öldüm, üstümə dildar gəlsin, Açıb başın o sünbültar gəlsin. Açıb nitq, eyləsin yoxdan təkəllüm, Tənimdə bir nəfəs ta var gəlsin. Əgərçi ixtiyarı birlə gəlməz, Edin ol sərkəşi naçar, gəlsin. Qılın əhvalımı cananə rövşən, Bu zülmatə o məhrüxsar gəlsin. Ki şayəd rəf edə dərdi-sərimi, Əyağ əldə, meyi-sərşar gəlsin. Dəhanimə nəfəs təşxisi üçün Tutub ayineyi-didar, gəlsin. Cənazəm üstünə gəlsin imamım, Namazə Cəfəri-Təyyar gəlsin. Bu təmiri-dil oldu xakə yeksan, Deyin təmirə ol memar gəlsin. Əgərçi, bilmişəm gəlməz o gülrüx, Yanır narə, deyin, bu xar gəlsin. Nolur, bari-xuda, bu xanəgahə Çıxıb ol şahidi-bazar gəlsin. Görər əğyar ilə yarını ölməz, İlahi, Seyyidə bir ar gəlsin. * * * İstərəm görmək səni bir şəxsə imkan olmasın İstərəm görmək səni bir şəxsə imkan olmasın, Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın. Düşməyə ta ki, yer üzrə sayeyi-nəxli-qədin, Gecələr şəmü günüzlər mehr rəxşan olmasın. İstərəm bir xasi-xəlvət yar ilə aləmdə kim, Vaqifi ol xəlvətin ta ki dilü can olmasın. Canü dil biganədir bəzmi-visali-yardə, Aşinanın bəzminə biganə mehman olmasın. Xarlər hərdəm görür, ey gülbədən, rüxsarüvi, Rəşkdən qönçə kimi könlüm necə qan olmasın? İstərəm canım alıb, boynuma salsın zülfünü, Ya rəb, ol gülrüx bu sövdadən pəşiman olmasın. Ol büti-tərsadə hər kim görsə nuri-vəhdəti, Hiç mümkündürmü o eşq ilə Sənan olmasın? Zülfü rüxsarı xəyalı ruzü şəb bəsdir ona, Aşiqin könlündə fikri-küfrü iyman olmasın. Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi, Kəsrət ilə aşiqin halı pərişan olmasın. Ey xudavəndi-əhəd, öz birligin həqqi, mənim Xatirim, Seyyid kimi qəmdən hərasan olmasın. * * * Bəs ki, verir cəfaləri hərdəm səfa mənə Bəs ki, verir cəfaləri hərdəm səfa mənə, Şadəm ki, daim eylər o gülrüx cəfa mənə. Bəs ki, cəfalər ilə könül adət eyləyib, İndi gəlir cəfa, əgər etsə vəfa mənə. Ol aşina ki, qət elədi məndən ülfətin, Biganə tənə eylədi, həm aşina mənə. Derlər ki, vəsli-yardə bir özgə hal var, Bircə nəsib edəydi o hali xuda mənə. Ətşani-cami-vəslinəm, ey Xızrxət, əgər İçsəm, ilahi, zəhr ola abi-bəqa mən. Sultani-vadiyi-ələməm, dərdü qəm sipah, Eşq içrə gör cəlalımı, qıl mərhəba mənə. Gəh cövrü, gəh xətavü, gəh azarü, gah xişm, Seyyid, o şux hərdəm edər bir əta mənə. * * * Meyxanə tərəf saqi, amandır, güzər eylə Meyxanə tərəf saqi, amandır, güzər eylə, Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə. Hərçənd ki, mən tanımıram başla ayağım, Sən doldur əyağı, məni bundan bətər eylə. Sərməst ölürəm, get məni dəfn etməgə, saqi, Rindani-xərabatə bu işdən xəbər eylə. Yandın necə sən indi, könül, nari-fəraqə, Yüz dəfə dedim eşqdən, axır, həzər eylə. Ey dil, əgər ol qəmzeyi-xunxarı sevirsən, Can cövşənini tiri-bəlayə sipər eylə. Sədparə könül, xövf eləmə tiri-bəladən, Mərdanə bu meydanə qədəm qoy, cigər eylə. Ey nalələrim, gəldi odur qətlim üçün yar, Kim dedi sənə get dili-yarə əsər eylə. Ol zülfi-siyəhdən bu şəbi-vəsldə, Seyyid, Tulani şikayətlərüvi müxtəsər eylə. * * * Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə, Verdi öz surətini nəqşdə nəqqaş sənə. Sənsən ol padşəhi-məsnədi-izzət kim, olub Rüsüli-sabiqə, yol açmağa fərraş sənə. Səcdeyi-Adəmə zahirdə olundu təklif, Endirib aləmi-batində mələk baş sənə. Xilqəti-xüşkü tərə oldu vücudun bais, Bəndə-fərmandı bu gün hər quru, hər yaş sənə. Səngrizə dil açıb oldu güvahi-halın, Nərm olunsa nə əcəb hər cigəri daş sənə. Şəbi-meracdə getdin, sənəma, bir yol kim, Cəbrəil olmadı getməkligə yoldaş sənə. Ərzi-halımdı sənə suzi-dili-zarımdan Gözlərimdən tökülüb qanlı axan yaş sənə. Seyyid ol gül ki, olub zairi-xaki-hərəmin, Canını bəzl qılaydı o gün, ey kaş, sənə. * * * Vaiz, demə kim, zail edər əqli piyalə Vaiz, demə kim, zail edər əqli piyalə, Billah ki, piyalə gətirir mərdi kəmalə. Sən özgə günah eyləmə, iç badeyi-gülgun, Ondan nə günah olsa, mənə eylə həvalə. Mən müctəhidi-əsr, cahan əhli müqəllid, Təcviz-meyi-nabə yazıldı bu risalə. Xətdirmi tutan dövri-rüxi-dilbəri, ya kim, Müşk ilə çəkildi genə ay dövrünə halə. Nazikdi gül, əmma hanı güldə bu lətafət, Ey “səlli əla ali-Məhəmməd” bu cəmalə. Əhd eyləmişəm, könlümü zülfündən alan gün, Qurban eləyim guşeyi-çeşmindəki xalə. Seyyid, dəhəni-yardən etmə bu qədər bəhs, Yoxdan nə danışmaq, nə düşürsən belə qalə. * * * Mənə mehman idi ol sərvi-xuraman bu gecə Mənə mehman idi ol sərvi-xuraman bu gecə, Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə. Həmdəmim hur idi, camımda şərabım Kövsər, Mənzil olmuşdu mənə rövzeyi-rizvan bu gecə. Zülməti-zülfdə gördüm dəhəni-yarı genə, Xızra əl vermiş idi çeşmeyi-heyvan bu gecə. Nisfi-şəbdə mənə həmbəzm idi ol qaşı hilal, Bəzmdə durmuş idi san məhi-taban bu gecə. Dəhəni-yar xəyalilə yox idi varım, Var idi bəzmdə çox nükteyi-pinhan bu gecə. Ləhni-Davudi ilə könlümü aldı ol şux, İltifat etmiş idi murə Süleyman bu gecə. O meyin qətrəsi yüz ləli-Bədəxşanə dəgər Ki, dəgərdi ona hərdəm ləbi-canan bu gecə. Seyyid, ol Kəbeyi-hüsn ilə ki, oldum həmdəm, Kaş olaydım, dolanıb başına, qurban bu gecə. * * * Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə, Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə. Degiləm, iki gözüm olsa da, mən xatircəm, Ey gözüm nuri, gözümdən belə pinhan gəzmə. Xatəmi-ləlüvə ta yetməyə Əhrimən əli, Ey pəri, yarın əgər olsa Süleyman, gəzmə. Çıxma yarım, gecələr tışra sən əğyar ilə, Qorxuram hüsnüvə, ey məh, yetə nöqsan, gəzmə. Danışırlar hamı, el ağzını tutmaq olmaz, Ey güli-qönçədəhən, xar ilə hər yan gəzmə. Faş olan nüktədi qeyr ilə dəhanın sirri, Sanma ol nüktə səri-mu qala pinhan, gəzmə. Getmə cəmiyyəti-əğyarə sən, ey zülfi siyah, Seyyidi-zarı edib halı pərişan, gəzmə. * * * Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə, Gör ki, təsiri-nəfəs qıldı vəfadən tövbə. Zülfi-müşkinüvə kim, nafeyi-Çin söyləmişəm Tövbə, ey gözləri ahu, bu xətadən tövbə. Buriya üzrə oturma, bu riyadən bir usan, Oğlun ölsün, elə zahid, bu riyadən tövbə. Təngdil etmiş imiş Xızrı qəmi-tənhayi, Dün gecə gördüm edib abi-bəqadən tövbə. Yox imiş xəlvəti-yarə yolu, getdim gördüm, Eylədim həmdəmiyi-badi-səbadən tövbə. Şürbi-mey, tövbə, müqəffa görünüb bir-birinə, Qorxma, mey iç, elə mən kimi qəfadən tövbə. Hər işindən eləyə tövbə, yəqindir, Seyyid Çəkməz əl badədən, etməz bu ədadən tövbə. * * * Ey badi-səba, kuyi-həbibə güzər eylə Ey badi-səba, kuyi-həbibə güzər eylə, Hali-dili-zarimi o şahə xəbər eylə. Qürbətdə pərişanlığımı zülfü qəmindən, Tul eyləmə, ol sərvqədə müxtəsər eylə. Axır məni-zarı dəri-dilbərdən ayırdın, Ey çərxi-cəfacu, məni az dərbədər eylə. Ahi-səhərim qübbeyi-əflakə ucaldı, Bu navəki-xunrizdən, ey gül, həzər eylə. Əgləşməyə ta xaki-rəhi dideyi-qeyrə, Ey göz, tökübən əşk qübarını tər eylə. Bəsdir mənə bu təlxiyi-hicran, ləbindən Get özgələrin kamını sən pürşəkər eylə. Səbr eylə dedin, vəslə əlac olmadı, Seyyid, Rəf etməyə bu firqəti fikri-digər eylə. * * * İstəyir şəhrdən ol dilbəri-məhparə gedə İstəyir şəhrdən ol dilbəri-məhparə gedə, Günümü hicrdə zülfü tək edib qarə gedə. Bu xəbərdən ki, gedib yar, ürəgim getdi mənim, Ah o gündən ki, müqabildən o məhparə gedə. O kaman qaş nola kim, tiri-nigahilə məni Bir səvab eyləyibən öldürə, qurtarə, gedə. Axıb ey qanlı yaşım, yolları məsdud eylə, Qoyma kim, bir tərəf ol dilbəri-xunxarə gedə. Qorx o gündən ki, o məhparə fərağında, fələk, Badə ahımla mənim sabitü səyyarə gedə. Çəkə zənciri-səri-zülfə dili-şeydanı, Qıla bu Seyyidi-divanəyə bir çarə, gedə. * * * Nolaydı bəzmimə ol gülüzar bir də gələ Nolaydı bəzmimə ol gülüzar bir də gələ, Şükufələr açılıb, novbahar bir də gələ. İyadət etdi, məni-nimcan şəfa tapdı, Nola iyadətimə ol nigar bir də gələ. Xədəngü tiğü sinanü kəmənd ilə ol şux, Əlində qətlim üçün hər çəhar bir də gələ. İçə şərabı o ruhi-rəvan, ola məxmur, O məst gözlərə tazə xumar bir də gələ. Nola bahar gəlib açılaydı bağdə gül, Bu bağə bülbüli-biixtiyar bir də gələ. Nihani qəmzələri canım aşikar aldı, Nolur o gənci-nihan aşikar bir də gələ. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid, Bu arxa su gəlib, ümmid var bir də gələ. * * * Cəfadı karı deyib ol nigarı qoyma gedə Cəfadı karı deyib ol nigarı qoyma gedə, Əlindən ol sənəmi-gülüzarı qoyma gedə. Nə etibar ki, səyyadə bir də ram olsun, Çəkib kəməndüvə sal ol şikarı, qoyma gedə. Əgərçi yar deyir qoy gedim, genə gəlləm, Yalandı, yox sözünün etibarı, qoyma gedə. Dedi fəqih mənə, getmə yar kuyinə, Dedim bacarsan əgər ixtiyari qoyma gedə. Yapış o türrəyə kim, tarı rişteyi-candır, Könül, bu gün səni tarı, o tarı qoyma gedə. Gedər bahar hamı; yarü sağərin, ey dil, Ayıl, bu qəflət ilə novbaharı qoyma gedə. Dəhanı sirrini məxfi dedim sənə, Seyyid, Dəxi budur sözümün aşikarı, qoyma gedə. * * * Dün dolandım başına, söylədi pərvanədi bu Dün dolandım başına, söylədi pərvanədi bu, Zülfün aldım əlimə, güldü ki, divanədi bu. Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil, Birisi dami-bəladır, birisi danədi bu. Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur, Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu. Sanma məscid kimi, bisidqü iradət gəlmə, Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu. Bu degil pərdeyi-Üşşaqü Nəhavəndü Hicaz, Qülğülə ərşə salan nəreyi-məstanədi bu. Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunu Ələ al sağəri-mey, məşrəbi-mərdanədi bu. Seyyida, çək gözə eyvani-tila sürməsini. Can yetib kamına kim, mənzili-cananədi bu. * * * Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi, Həqq onu şad edə kim, aləmi dilşad etdi. Seyli-qəm etmiş ikən aləmi-imkanı xərab, Rəhmət ol şəxsə ki, meyxanəni abad etdi. Bəndeyi-piri-müğanəm ki, inayətlər edib, Özlügümdən məni bir cam ilə azad etdi. Zahida, düxtəri-rəz ümmi-fəsad isə əgər, Nəxli-ənguri neçin həqq özü icad etdi? Hamı məscid tərəfə getsə əgər, ey Seyyid, Bəs neçin piri-müğan meykədə bünyad etdi. * * * Yüzdən çəkəndə naz ilə, mahım, niqabını Yüzdən çəkəndə naz ilə, mahım, niqabını, Torpaqlara fələk salır öz afitabını. Bilməm ki, nəşəsin nə bilir, həq deyən, meyin, Zahid ki, dadmayıbdı məhəbbət şərabını. Göz kim, bu qədr giryələr eylər, vüzu qılıb İstər kəfi-nigarə cəmalın kitabını. Ol qədr şərm var o büti-novrəsimdə kim, Yüz məst ola, şərab götürməz hicabını. Saymaq sitarə yadi-qədinlə şəbi-fəraq, Könlümdən etdi məhv qiyamət hesabını. Məlumdür ki, hicrin olur axırı vüsal, Amma könül gərək gətirə hicr tabını. Ahuyi-Çin üzündə görüb tari-zülfüvü, Etdi fərar, atdı çölə müşki-nabını. Vaiz, şəbi fəraqda gör halımı, sora Təqrir eylə xəlqə cəhənnəm əzabını. Canım fəda o qatilə, Seyyid, ki əcrdə Yazmış mələk, həzar şəhidin səvabını. * * * Ta düşdü dillərə qəmi-eşqin hekayəti Ta düşdü dillərə qəmi-eşqin hekayəti, Divanəlikdə tutdu sözüm hər vilayəti. Düşdüm o növ dillərə divanəlikdə kim, Mənsux olundu dəhrdə Məcnun rəvayəti. Eşq əvvəlində sərkəş olur ta zəbun edə, Səbr et ki, vəsli-yardır anın nihayəti. Çoxdan məni edərdi zəbun qüssə, saqiya, Gər olmasaydı piri-müğanın inayəti. Məndən ziyadə şəkvə edər ol dəxi mənə, Səndən kimə edərsəm, a zalım, şikayəti. Bica üzün qaralmadı xətti-siyahdən, Üşşaq ahının budur, ey sərv, ayəti. Zülfündə gizlənib üzüvə yetdi, aqibət Küfr içrə tapdı Seyyid o nuri-hidayəti. * * * Xoş ol zaman ki, qapında gədalığım var idi Xoş ol zaman ki, qapında gədalığım var idi, Bu etibar ilə bir padşalığım var idi. Mükəddər etdi qübari-həvadis ilə fələk, Şərabi-nab kimi dilgüşalığım var idi. Şikəsti-sərsəri-yəs oldu, ey xoş ol gün kim, Səfineyi-əmələ naxudalığım var idi. Nə çevrəmə dolanırsan bu gün mənim, ey bəxt, Haçan səninlə mənim aşinalığım var idi. Riyanı tərk elədim, cam tutdum, ey zahid, Mənim də el gözünə parsalığım var idi. İmamə müqtədiyəm, ey xoş ol zamanlar kim, Şərabxarlərə pişvalığım var idi. O zülfi-qarə qılıb bəxtimi, məgər Seyyid, Mənim əzəldə bu bəxti-qəralığım var idi? * * * Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi, Təni-zarımda təvan, cismdə canım yox idi. Ölməyib hicrdə kim vəslinə yetdim, ey məh, Səxtcan olduğuma böylə gümanım yox idi. Olmasa kimsə qəmimdən mənim agəh deyibən, Gərçi dərdim çox idi, ahü fəğanım yox idi. Ta səhər zülfi-siyahü dəhənin yadı ilə, Yox idi şəb ki, mənim suzi-nihanım yox idi. Kakilin şövqi ilə Seyyidi-sərgəştə kimi, Dolanırdım, o səri-kudə məkanım yox idi. * * * Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki, Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki. Olmayaydım ol pəri eşqində rüsvayi-cahan, Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki. Göstərib əvvəl vəfa, axır olurlar bivəfa, Olmayaydı xubrulərdə bu adət kaş ki. Ya verəydi həq sənə bir rəhm, ey bidadgər, Ya olaydı məndə bu hicranə taqət kaş ki. İnciyib ahü fəğanımdan, kəm etdin cövrünü, Etməyəydim cövrü zülmündən şikayət kaş ki. Seyyida, yarı görüncə vəsldə əğyar ilə, Xud qalaydım hicrdə didarə həsrət kaş ki. * * * Genə bir namə ilə yadə salıb yar məni Genə bir namə ilə yadə salıb yar məni, Bəxt handan bu işə gördü səzavar məni. Məni ol mahliqa yadına salmaz, bilirəm, Gündə bir müjdə ilə alladır əğyar məni. Şəbi-hicran məni, ey mah, təmam etmiş idi, Saxlayıb zində belə vədeyi-didar məni. Fərəhimdən ölərəm gər səni birdən görsəm, Gəlməgindən irəli eylə xəbərdar məni. Dürri-göftari-dəhanınla edibdir xoşhal, Ey ləbin sədqəsi, yoxdan eləyən var məni. Bülbüli-gülşəni-qüds idim, əzizi-dü cahan, Bir gül eşqində fələk eylədi gör xar məni. Seyyid, əmmaməmi al başdan əyaği-meyə ver, Sərgiranəm tut əlim, eylə səbükbar mani. * * * Rəhm etmədi əhvalıma yarım, belə keçdi Rəhm etmədi əhvalıma yarım, belə keçdi, Bir baxmadı ol nazlı nigarım, belə keçdi. Həngami-bahar oldu, işim beylə xəzandır, Ya rəb, necolur, çünki baharım belə keçdi. Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm, Ol zülfü rüx eşqində mədarım belə keçdi. Saldım özümü payi-səməndinə o şahın, Lütf etmədi ol şahsüvarım, belə keçdi. Yar özgələrin məclisinin oldu çırağı, Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi. Seyyid, o qara gözlü mənim kəsdi qərarım, Səhrayi-məhəbbətdə qərarım belə keçdi. * * * Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi, Zövqi-didar ilə könlümdə qərarım var idi. Getdi ol günlər ki, zülfü arizindən ol məhin, Sünbülüm, müşküm, gülüm, bağım, baharım var idi. Rəşk edib dövri-fələk məndən ayırdı aqibət, Dərdü qəm dəfinə kim, bir qəmküsarım var idi. Barilaha, bir də mən görrəm ola ol günləri Kim, visali-yardə xoş ruzigarım var idi. Seyyida, bir də görüb ölsəm əgər, olmaz qəmim, Ol zamani kim, vüsali-gülüzarım var idi. * * * Eylədi axır fələk ol gülüzarımdan məni Eylədi axır fələk ol gülüzarımdan məni, Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni. Naqeyi-sərgəştə tək səhra dolansam, ney əcəb Kim, fələk bidad ilə üzmüş qatarımdan məni. Hicrdən rəngim saraldı, şükr kim, sərrafi-eşq, İndi tanır bu zəri-kamil-əyarımdan məni. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil, Bari gəh-gəh sor dili-biixtiyarımdan məni. Şəhri-Tiflisin çəlipa bağlayan tərsaləri, Qorxuram kim, ayıra axırda tarımdan məni. Seyyida, mən ol məhəbbət əhliyəm afaqdə – Kim, tanır əhli-nəzər xaki-məzarımdan məni. * * * Zahidin gər güzəri bir düşə meyxanə sarı Zahidin gər güzəri bir düşə meyxanə sarı, Kafərəm gər dönə ol məscidi-viranə sarı. Dustlər, eyləmişəm badeyi-nab ilə vüzu, Döndərin bəs dəxi səccadəmi bütxanə sarı. Zahida, sən məni meyxarə bilirsən, yoxsa O nə baxmaqdı həqarətlə bu divanə sarı? Eyləməzdim bu qədər badeyi-gülgunə həvəs, Saqinin əksi-rüxü düşməsə peymanə sarı. Bəççeyi-badəfüruşun ki, görə rüxsarın, Bir də divanədi Seyyid baxa Quranə sarı?! * * * Dünən gecə mənə həmbəzm bir səmənbər idi Dünən gecə mənə həmbəzm bir səmənbər idi, Məhi-cəmalı ilə gözlərim münəvvər idi. Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa, Bir əldə türreyi-dilbər, bir əldə sağər idi. Gecəm o hur cəmalilə ruz tək rovşən, Yerim behişti-bərin, badəm abi-Kövsər idi. Nə xahiş eyləsəm ol bəzm ara olub hasil, Nə arizu eləsəm yardən müyəssər idi. O gunə çox gecələr görmüşəm behiştasa, – Və leyk, ol gecə həm, bir behişti-digər idi. Xuda keçən gecəni ömrümə hesab eləsin – Ki, hər dəqiqəsi yüz min günə bərabər idi. O qədr axtarasan, ey şəhi-diyari-vəfa Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi. * * * Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni, Yoxdur ol mah, aparma bu tamaşayə məni. Oldum aşüftə pərilər səri-geysusundan, Nə deyim Adəmə kim, gətdi bu dünyayə məni. Əksi-rüxsarüvi dil camdə görcək, ey gül, Saldı yüz rəng ilə bir özgə təmənnayə məni. Olmasaydı o xətin, Qaziyi-Beyzavi gəlib, Sakit etməzdi əgər şərh edə mənayə, məni. Sayeyi-sərvi-qədin ta ki, gedibdir sərdən, İncidir gülşən ara güldən olan sayə məni. Kakilin şövqü ilə qarəyə batdım elə kim, Oxşadır əhli-nəzər Kəbeyi-ülyayə məni. Ülfətimdən bu qədər etməz idi ar ol gül, Oxşadıbdır, bilirəm, Seyyidi-rüsvayə məni. * * * Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri, Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri. Ayeyi-vəsssyf qaşındır bu yüzdən dəhr ara, Sabit eylər xəlqə həqqən Zülfüqari-Heydəri. Bu pərirulərdir aləmdə müsəxxər nəlinə, Mur xəttim, ləblərindir ol Cəmin əngüştəri. Şurə saldı püsteyi-xəndanın əhli-aləmi, Ey şəkərləb, qamətin göstərdi şuri-məhşəri. Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Çərxi-minanın əgər xurşiddən var sağəri. Arizin cövhərdir, ol cövhər yanında gün ərəz, Hanı Əflatun ki, fərq etsin ərəzdən cövhəri. Yusifim, gəl eyləmə munca cəfalər Seyyidə, Etmə rəncidə özündən xatiri-peyğəmbəri. * * * Badi-səba şüküftə edər gərçi gülləri Badi-səba şüküftə edər gərçi gülləri, Həmmam camədən çıxarır bu gözəlləri. Ey futə, vermərəm səni zahid əbasına, Şamü səhər qucursan elə incə belləri. Aşiq yanında zərrdən artıqdı qiymətin, Ey tas, ta ki, dəgdi sənə yarın əlləri. Ey xəlvəti fəda sənə, kəhli -təcərrüdün Var səndə ruhə feyz verən çox əməlləri. Bir guşəni behiştə sənin vermərəm ki, var Səndə bu şuxi-huriliqalər məhəlləri. Həmmam daşı olsa idin Seyyida, əgər, Sən də qucaqlar idin o ziba. …… * * * Axiri-dəhr nə mümkündü fənadən qeyri Axiri-dəhr nə mümkündü fənadən qeyri, Kimsə baqi degil aləmdə xudadən qeyri. Aləmi-faniyə əl vurma ki, yoxdur səməri, Eyləmə hiç tələb mülki-bəqadən qeyri. Bivəfa mahlərə vermə könül, xar olusan, Görməsən dərdü qəmü cövrü cəfadən qeyri. Ləbi-şəkkərşikənindən sənə düşnam verir, Gərçi sən eyləməsən xeyr-duadən qeyri. Tapmasan kimsənə ki, dərdi-dil izhar edəsən, Həmdəm olmaz qəmüvə badi-səbadən qeyri. Hər nə zülm eyləsə dildar gərək səbr edəsən, Yoxdu bu babdə bir çara rizadən qeyri. Aşiq ol pərtövi-rüxsareyi-şəmsi-əzələ, Ta ki sən görməyəsən nurü ziyadən qeyri. Ol xudavəndi-əhəd eşqinə candan rağib, Yoxdu bu Kəbədə çün zövqü səfadən qeyri. Mümkünün var ki, yolu mümkünə aşiq olsun, Pəs tələb eyləməsən mehrü vəfadən qeyri. Surəti-vacibi mümkündə təmənna eləsən, O da mümkün ki, degil Şiri-xudadən qeyri. Çəng vur ürvəti-vüsqayi-vəliyyüllahə, Görməsəm ruzi-cəza lütfü ətadən qeyri. Mümkünün vacibə yoxdur yolu, ey Seyyidi-zar, Görmədim səndə bir asar xətadən qeyri. * * * Ey ruyin asimanın xürşidi-nuri-tabi Ey ruyin asimanın xürşidi-nuri-tabi, Bərgi-ləbi lətifin gülqənd afitabi, Xət gəldi, yarı qıldı şərməndə əhli-dildən, Ol müşkmu qəzalın oldu füzun hicabi. Şövqi-cəmalın, ey gül, yaşımı tökdü gözdən, Ol güldən eylədim mən təqtir bu gülabi. Təshif ilə ləbindən bir busə istər aşiq, Miskinə sədqə vermək əfzun edər səvabi. Açmış zəbani-halın isbatı-zati-həqqə, Hər bərgi-susən olmuş bir mərifət kitabi. Derlər əzab olmaz cənnətdə, bu əbəsdir, Kuyində dil o hurün daim çəkər əzabi. * * * Derlər ki, xəlq üç yüz ili Adəm ağladı Derlər ki, xəlq üç yüz ili Adəm ağladı, İnsaf etməyib babamız, çox kəm ağladı. Olsa həyatım ağlar idim ruzi-həşrə tək, Üç yüz ilin nə behcəti kim, Adəm ağladı? Mən ağlayanda Kövsərə yüz verdi yüz məlal, Kəbə geyib libasi-qəra, Zəmzəm ağladı. Gəh övcü gəh həzizdə gördü fəğanımı, Mütrüb nə vəqt eylədi zilü bəm, ağladı. Düşdüm cüda çü cənnəti-kuyindən ol məhin, Halimə oldu cinnü pəri həmdəm, ağladı. Göz yaşı ilə xürrəm o sərvi edib könül, Bir ləhzə görmədi özünü xürrəm, ağladı. Gördü gözüm ki, yarı gəlir ağlayanda mən, Seyyid kimi sirişk töküb peyhəm ağladı. * * * Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı, Olurdu nəqdi-can ilə cahan əhli xəridarı. O mahi-zərfüruşun qalmışam didarına həsrət, Hücumi-müştəridən gərmdir əzbəs ki, bazarı. Gəlir ol Yusifin bazarına zali-fələk hər gün, Gecə ta sübh kövkəblərdən eylər cəm dinarı. Əyari-nəqdi-eşqi, ey könül, sərraf olandan sor, Büruz eylər məhəkdə simi-nabın qədrü miqdarı. Nə bilsin bibəsərlər qiymətin əşari-canbəxşin, Apar sərrafə göstər, Seyyida, bu dürri-şəhvarı. * * * Dün qismət oldu çeşmimə xalın nəzarəsi Dün qismət oldu çeşmimə xalın nəzarəsi, Sandım yanıbdı çərxdə bəxtim sitarəsi. Yüz gün salır arayə fələk səngi-təfriqə, Saz olsa bir gün aşiqü məşuqun arəsi. Məndən ayırdı çərx o qaşı hilalımı, Yandırsa çərxi, var yeri, ahım şərarəsi. Dün gecə xəttü xalüvə baxdım o qədr kim, Ey zülfi-qarə, gözlərimin getdi qarəsi. Getmək qaşın xəyalı könüldən məhaldır, Məhşər ola sağalmaz o şəmşir yarəsi. Bimari-eşqə vermə davalər əbəs, təbib, Ölməkdən özgə yoxdu onun hiç çarəsi. Ol qaşı yayın oxlarını çəkmə sinədən, Çəksən salır cahanə xələl qan fəvarəsi. Ağzın xəyali etdi vücudum ədəm, mənim Yox özgə bir qəmim, bu sözün aşkarəsi! Bir zəxmi-cansitanla məni eylədi həlak, Can verdi, Seyyida, genə zəxmi-dübarəsi. * * * Yanımda eyləməyin eyb o mahi-tabanı Yanımda eyləməyin eyb o mahi-tabanı, Könül sevən gözəlin olmaz eybü nöqsanı. O zülfə dil verəni xatirim olubdur cəm, Məlamət eyləməyin çox da mən pərişanı. Üzari-yarım ara fövci-xətdi, ya bilməm, Sipahi-Rus tutub mülki-ali-Osmanı?! Sipahi-hərbi-Qaradağ edibdi Ruma hücum, Və ya ki, ləşkəri-xət tutdu ruyi-cananı. Hübablərmidi mövci-sirişkim içrə və ya Qara dənizdə vaporlar açıbdı yelkanı. Xədəngi-yarə gözüm xuni-dildən etdi qiza Ki, şahsevən tutar, ari, əziz mehmanı, Bu mülkün işrətini, Seyyida, qənimət bil Ki, tapmasan dəxi cənnətdə zövği-Şirvanı. * * * Tökülür gözlərimin, xəttini görcək, yaşi Tökülür gözlərimin, xəttini görcək, yaşi, Çox təəccübdü bulud səbzədən olmuş naşi. Yeni ay çəkdimi çərx üzrə fələk nəqqaşi, Ya salıb əks o məhi-çardəsalın qaşi? Sayeyi-nəxli-qədin sərvə düşəndən, ey gül, Ucalıbdır fələkə fəxr ilə sərvin başi. Qoydu tənha məni bu badiyeyi-möhnətdə, Yoxdu Məcnunda vəfa, gözləmədi yoldaşi. Gecə-gündüz ki, özü məsti-riyadır zahid, Badədən bəs nə üçün mən qılır ovbaşi? Kəbədə olsa da zahid ki, təvaf etməzdi, Səngi-meyxanədən olsaydı əgər bir daşi. Nəçidir şerdə Bixud sənə həmta olsun, Seyyida, püxtə ilən tən gələ bilməz naşi. * * * Ta könül seydinə səyyad o gözü qaş oldu Ta könül seydinə səyyad o gözü qaş oldu, Aləmə razi-nihanım dağılıb faş oldu. Zülfi-tərrarın olub gözlərinə yar, axır Bu qara oğru həramilərə yoldaş oldu. Nə bəlalər gətirir başıma bu dideyi-tər, Bu nə tufan, bu nə girdab, bu nə yaş oldu? Ey xoşa nəqşinə ol aşiqi-həqbinin kim, Nəqşdən pey aparıb aşiqi-nəqqaş oldu. Eşikin daşına ta dəgdi rəqibin qədəmi, Evim ol ləhzə yıxıldı, başıma daş oldu. Sədəfi-sinəm ara bəslədigim gövhəri-nab, Heyf taraca gedib qisməti-ovbaş oldu. Dün şümar eylədik aləmdəki divanələri, Axirül-əmr bu Seyyid hamıdan baş oldu. * * * Ta niqab arizinə zülfi-dütadən saldı Ta niqab arizinə zülfi-dütadən saldı, Məni ol mahliqa şurü həvadən saldı. Saldı könlümdən o gül özgə sənəmlər şövqin, Bütləri nayibi-həq beyti-xudadən saldı. Xəti-müşkini gəlib tutdu rüxi-cananı, Şamilər məmləkəti-Rumi səfadən saldı. Sübh sərməst çıxıb ta elədi rəfi-niqab, Arizi-beyzeyi-beyzanı ziyadən saldı. Neynəvadə məni bir şux ərəb qıldı əsir, Bu sınıq könlümü ney kimi nəvadən saldı. Eşq ilə salmış idi aləmə Məcnun səda, Onu divanəligim indi sədadən saldı. Seyyid, ol gülbədəni bəs ki vəfasız gördüm, Məni novmid edib, ümmidi-rəcadən saldı. * * * Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı, Alıb piyalə ələ yar meygüsarım olaydı. İçəydi badeyi-gülgun o gül piyalə-piyalə, Açaydı arizi güllər, cahan baharım olaydı. Fəzayi-bağü gülüstanə meyl etməz idim, mən, Əgərçi, şəhrdə bir yari-gülüzarım olaydı. Nişimən etməz idim mən diyari-qürbəti, ey dil, Rəqibi yar ilə görməkdə gər qərarım olaydı. O şuxün eşqinə məhcur xəlq edib məni xaliq, Riza olurdum əgər əldə ixtiyarım olaydı. Rəqib vurmaz idi xari-qüssədən mənə yarə, O gülüzar yanında gər etibarım olaydı. Bu gunə olmaz idi bivəfa o gül mənə, Seyyid, Əgər mənim də vəfasızlığa şüarım olaydı. * * * Sanma güldür gətirən səhni-gülüstanə məni Sanma güldür gətirən səhni-gülüstanə məni, Gülə sənsiz nəzər etsəm gətirər canə məni. Eylə billəm ki, mənə mənzil olur nari-səqər, Çəkələr sənsiz əgər rövzeyi-rizvanə məni. Zülfü xəttin həvəsi, ey güli-rəna, qoymaz Bağda mail olum sünbülü reyhanə məni. Dili-zarımda olan atəşi-eşqin axır Eylədi şəmi-rüxi-alüvə pərvanə məni. Qələt etdim ki, dedim müshəf o vəchi-həsənə, Tövbələr ver, qoy öpüm, tapşır o quranə məni. Muri-sərgəştəyəm ol Xızr-xətimdən ayrı, Sizi tari, yetirin mülki-Süleymanə məni. Seyyida, silsileyi-zülfünə oldum mail, Nə bilim kim, edəcəkmiş belə divanə məni. * * * Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu, Saqi, hanı xurşidi-mey, axır səhər oldu. Əğyar ilə ol qönçədəhən içdi meyi-nab, Ərbabi-vəfa həsrət ilə xuncigər oldu. Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux: Hay-hay! Bu da gəldi bizə bir dərdi-sər oldu. Verdim könül ümmid ilə bir özgə nigarə, Bədbəxtligim gör ki, bu ondan bətər oldu. Hər nəxli-təmənnayə ki, yaşımla su verdim, Əğyarə salıb sayə, mənə bisəmər oldu. Dildən keçib, əhvalı bilən yari-zəbandan, Mən ərzi-dil etdim ona, qəsdi-digər oldu. Sancıldı təni-zarıma gər oxları, Seyyid, Uçmağa səri-kuyinə bir balü pər oldu. * * * Ey könül, ol gül üçün naləvü zar etmə dəxi Ey könül, ol gül üçün naləvü zar etmə dəxi, Özüvü dideyi-əğyardə xar etmə dəxi. Həsrətindən bu qədər qanə ki, döndün bəsdir, Həvəsi-buseyi-ləli-ləbi-yar etmə dəxi. Bəsdir oldun bu qədər bəsteyi-zənciri-cünun, Həvəsi-silsileyi-zülfi-nigar etmə dəxi. Ömr payanə yetib, muyi-siyəh oldu səfid, Arizuyi-həvəsi-busü kənar etmə dəxi. Ziri-bari-qəmi-hər simbər olduq bəsdir, Bivəfalər qəmini bizlərə bar etmə dəxi. Öldürürlər, könül, ol kudən edər kim ki, güzər, Gər güzarın düşə, ol kuyə güzar etmə dəxi. Seyyida, əlbiseyi-əqldən oldun ari, Təni-hər aqilü fərzanədən ar etmə dəxi. * * * Hər aşiqi-dilsuxtə bir meyldə qaldı Hər aşiqi-dilsuxtə bir meyldə qaldı, Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı. Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum, Mən xətmi-kəlam etdim, o “Vəlleyl”də qaldı. Sandım ki, tutan damənini vəslə yetər, mən Tutdum ətəgin eylə, əlim zeyldə qaldı. Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi, Hicrində qalan çahə düşüb Veyldə qaldı. Tufanə verib mərdümi-çeşmim bu cahanı, Viranə könül kəşməkeşi-seyldə qaldı, Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım, Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı. * * * Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dağıdan gül üzünə zülfi-mütərra kim idi? Mən ki, bihuş düşüb, görcək özümdən getdim, Siz ki, huşyardız, ol afəti-dünya kim idi? Nə könül qoydu, nə can məndə, nə səbrü, nə qərar, Etdi qarət məni, ol şahidi-yəğma kim idi? Ol üzü cənnəti mən bilməsəm adəm degiləm, Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi? Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik, O bizə saqi olan yari-dilara kim idi? Doldu ənvari-məhəbbətlə genə sinə bu gün, Göstərən vadiyi-Sinadə təcəlla kim idi? Bu nə bəhcət, nə səfadır, nə sürurü, nə bəha, Sizi tari, o nigari-fərəhəfza kim idi? Kimdi bu məclisi-ürfanı bu şurə gətirən, Dövri-sağərlə verən badeyi-səhba kim idi? Gəldi göftarə ləbi, aləmi ehya elədi, Bu necə ruh idi, aya bu Məsiha kim idi? Çeşmi-Qibti nə bilir xilqəti-Harun sirrin, Nə bilir dəhrdə Firon ki, Musa kim idi? Olmasan badiyeyi-eşqdə Məcnun əgər, Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi? Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif, Bilisən onda ki sən, Adəmü Həvva kim idi. Həq zühurunda hələ yolda qalıb iki gözüm, Bəs o həq məzhəri ayineyi-ülya kim idi? Qürrətül-eynüvə ömründə degilsən vaqif, Görə bilməz ki, cəmali-həqə bina kim idi. Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil, Gör kimə tabe olursan, sizə mövla kim idi? Neçə gün aləmi-nasutə gəlib oldu müqim, Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi? * * * Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi. Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi. Ələ al sən əyaği-badəni eylə kərəm, saqi. Nə oldu böylə kim, indi zəlili-ruzigar oldum, Məni piri-müğan saxlardı daim möhtərəm, saqi. Bilurin sağəri ləbriz qıl xurşidi-səhbadən – Ki, bizdən razı olsun xatiri-Cəmşid-Cəm, saqi. Xəyali-taqi-əbruyi-kəci-mehrab-mislinlə, Əlif tək qamətim keysulərin tək oldu xəm, saqi. Dəhani-yar fikrilə yox oldu cümleyi-varım, Vücudum oldu, gör bir nöqtə eşqində ədəm, saqi. Behişti verdi Adəm danəyə, mən daneyi-xalə, Olum qoy xaluva qurban özüm mən, həm dədəm, saqi. Tutulmuş qönçə tək hicrində qəmdən xatiri-Seyyid, Səri-minanı aç, xatirdən eylə dəfi-qəm, saqi. * * * Alıb qərarımı, gəl biqərar qoyma məni Alıb qərarımı, gəl biqərar qoyma məni, Şikəstə xatirü biqəmküsar qoyma məni. Alıbdı yaği gözün ixtiyarımı əldən, Fəda olum, belə biixtiyar qoyma məni. Əgərki öldürəsən intizardən xoşdur, Amandı, qanımı tök, intizar qoyma məni. Fəraqəti-dilü can məstlikdədir, saqi, Gözün fədası olum, huşiyar qoyma məni. Durubdu qətlimə cəlladi-çərx bipərva, Amandı, saqi, gözündən kənar qoyma məni. Gədayi-kuyinəm, ey şəhsüvari-ərseyi-hüsn, Bu zillət ilə sən, ey tacdar, qoyma məni. Əgərçi Seyyidəm, amma sənə qulaməm mən, Bu dərdü qüssədə, ey şəhsüvar, qoyma məni. * * * Ta məndən iraq ol büti-gülpirəhən oldu Ta məndən iraq ol büti-gülpirəhən oldu, Hər camə ki geydim, mənə qəmdən kəfən oldu. Sən beylə degildin mənə, ey ruhi-rəvanım, Məlum olur kim, səni bir ögrədən oldu. Rəhbər dedigim oldu mənə rahzən axır, Yusif görünən yar mənə Əhrimən oldu. Bəhreynə dönüb mövci-bəladən iki çeşmim, Hər qətrə ki, düşdü yerə dürri-Ədən oldu. Dil eylədi axır səri-zülfündə nişimən, İymanə gəlib maili-hübbi-vətən oldu. Nisfi-rüxünü xətti-siyəh tutdu o mahın, Gəldi Həmələ mehr, şəbü ruz tən oldu. Ol Yusifi-gümgəştə fərağında bu Seyyid, Yəqubə dönüb sakini-beytül-həzən oldu. * * * Xalü xətin olub dili-viranə oğrusu Xalü xətin olub dili-viranə oğrusu, Oldu iki qaraçı bu bir xanə oğrusu. Şəmi-cəmalə yandı könül, öpdü ləlüvi, Məqsuduna yetişdi bu pərvanə oğrusu. Məşşatə pak edər ərəqi-ruyi-yarımı, Lazımdı qəti-yəd ola dürdanə oğrusu. Ol gecədən ki, şanə dəgib tari-zülfünə, Sədçak könlümüzdür olan şanə oğrusu. Ləli-ləbin xəyalına düşmüş dili-həzin, Bu düzd olub xəzaneyi-şahanə oğrusu. Dil basdı bağrına bu gecə zülfi-pürxəmi, Zənciri-əqlin oldu bu divanə oğrusu. Xali-xəyali xali edib bəs ki, əqldən, Xirmən gəzib bu Seyyid, olub danə oğrusu. * * * Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu, Oldu, bu sərrafı gör, bir ləli-sirab oğrusu. Bağbandır baği-rüxsarında zülfün, ey pəri, Dil dilər ləli-ləbin, bu tifl innab oğrusu. Ta səhər çeşmin xəyalilə könül bidardır, Oldu ol sahir bizim bimardən xab oğrusu. Aldı pinhani dəhanın hər nə kim, var idi yox, Açmaq olmaz sirrini, müşküldü əhbab oğrusu. Xət gəlib rüxsarüvə, aldı əlimdən könlümü, Bu siyəh əyyarı gör kim, oldu məhtab oğrusu. Fal açıb rüxsarüvə zülfün qaraçilər kimi, Qarət etdi könlümü dəhrin bu qüllab oğrusu. Qaşları taqində xalı aldı könlüm, Seyyida, Oldu hər bir oğrudan bədtər bu mehrab oğrusu. * * * Dil aşiq olub zülfüvə sevdalərə düşdü Dil aşiq olub zülfüvə sevdalərə düşdü, Məcnun kimi zəncir ilə səhralərə düşdü. Ta camə üzün əksi düşüb, ey ləbi meygun, Çox xam-təmə qeyr təmənnalərə düşdü. Sirri-dəhənin söylədilər rəmz ilə mərdüm, Bu mübhəm olan nöqtə müəmmalərə düşdü. Zülfün elədi xatiri-üşşaqı nişimən, Ol şəkli-çəlipa bu kəlisalərə düşdü. Ta qətreyi-neysan ola dəndanüvə nisbət, Əl əbrdən üzdü, dili-dəryalərə düşdü. Gəh sərzənişi-xəlq, gəhi kineyi-gərdun, Eşqində başım, gör ki, nə qovğalərə düşdü. Yandırdı məni şəşəeyi-nuri-cəmalın, Musa kimi Seyyid bu təcəllalərə düşdü. * * * Bağdən fəsli-bahar ol güli-rəna getdi Bağdən fəsli-bahar ol güli-rəna getdi, Bağlər düşdü səfadən ki, təmaşa getdi. Nə əcəb gər axa Zəmzəm kimi əşki-çeşmim, Nəzərimdən mənim ol Kəbeyi-ülya getdi. Getdi ta silsileyi-zülfi əlimdən o məhin, Qurtarıb ömr, başımdan dəxi sövda getdi. Dəxi sən, ey dili-bimar, dəvasız qaldın, İndi ol mərgüvə amadə, Məsiha getdi. Etmədi aqibəti-karüvi Məhmudi-xuda, Ol Əyazi-dilü can, şivədə Leyla getdi. Dedi minbəd sənə atəşi-duzəxdi məqam, O üzü baği-cinan, qaməti Tuba getdi. Seyyida, getdi o kim, gəlmiş idi Şirvanə, Qaldı surət kimi bu şəhr, o məna getdi. * * * Ey rövzeyi-behişt cəmalın nişanəsi Ey rövzeyi-behişt cəmalın nişanəsi, Kövsər o ləli-şəhd-misalın nişanəsi. Duzəx nümuneyi-ələmi-dərdi-firqətin, Cənnət nəimi-baği-visalın nişanəsi. Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə, Gül olmasaydı arizi-alın nişanəsi. Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf, Gər olmasaydı üzdəki xalın nişanəsi. Mehrabə Seyyid etməz idi, baş əgib, namaz, Tağında olmasaydı hilalın nişanəsi. * * * Xət gəldi rüxi-yarə füzun oldu səvadı Xət gəldi rüxi-yarə füzun oldu səvadı, Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı. Ol gül məni, gör, eylədi məşhuri-qəbayil, Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı. Ey bari-xuda, hasil elə yar muradın, Gər qətlim isə dəhrdə mətlubü muradı. Vaiz eləyir mənfəəti-badəni inkar, Meyxarələrə gör ki, nə əfzundu inadı. Zahid işi zahirdə əbadır və duadır, Məlun kişidir, hiyləvü təzvir nihadı. Bu əsrdə yox gövhəri-ürfanə xəridar, Ey bari-xuda, lütflə rəf et bu kəsadı. Ey kaş, qoyaydın itinin adını Seyyid, Gəh-gah dəgəydi ləbi-şirinüvə adı. * * * Derdim ki, könül zirü zəbər olmasın, oldu Derdim ki, könül zirü zəbər olmasın, oldu, Həmvarə gözüm əşklə tər olmasın, oldu. Derdim ki, xətin tutmaya dövri-məhi-ruyin, Bu fitnə əyan dövri-qəmər olmasın, oldu. Ömrüm tükənib, oldu nihayət şəbi-vəslin, Etdim ki dualar, bu səhər olmasın, oldu. Baği-dili-şeydadə olan nəxli-məhəbbət, Derdim belə bibərgü səmər olmasın, oldu. Çəkdim o qədər ah ki, ol sərv cəmalı Sərkəşlər üçün məddi-nəzər olmasın, oldu. Rəşk öldürəcəkdi məni, ol muy-miyanın Ortayə gəlib zibi-kəmər olmasın, oldu. Seyyid, dilüvi lal eləsin qadiri-sübhan, Derdim ki, dili-yarə kədər olmasın, oldu. * * * Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu, Dedim bir cürə ondan, aləmə qanım səbil oldu. Dəhanından səri-mu qədri söz izhar qılmışdım, Düşüb söz aləmə varü yox üstə qalü-qil oldu. Desəm peyğəmbəri-əsrəm, degildir küfr, zira kim, Pəyamım vəhyi-münzəl, qasidim bir Cəbrəil oldu. Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh, Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu. Ayırdı ol əzizi nagəh ixvanın cəfasından, O Yusif firqətindən hər gözüm bir rudi-Nil oldu. Çü gördü qəmzeyi-fəttanını, xovfindən Əzrail, Kəməndi-zülfüvə saldı özün, miskin dəxil oldu. Zərurətlə çü gəldi aləmi-nasutə ol gülrux, Əzizi-aləm ikən Seyyidin xarü zəlil oldu. * * * Bir də bəzmimdə mənim ol büti-novşad olumu? Bir də bəzmimdə mənim ol büti-novşad olumu? Görəsən qəmli könül bir də dönüb şad olumu? Ol qədi sərvi-rəvan başə salarmı sayə, Dili-qəmpərvərimiz qüssədən azad olumu? Özün insaf qıl, ey padişəhi-kişvəri-hüsn, Səni əğyar ilə gördükdə könül şad olumu? Zülfi-müşkinini eylərmi genə canə kəmənd? Genə dil seydinə ahu gözü səyyad olumu? Cövri-yar oldu füzun, saqi, gözün qurbanı, Rahət üçün mənə mey ta xəti-bəğdad olumu? Özün insaf elə, ey ləbləri şəhdü şəkkər, Ləbi-şirinüvə bir mən təki Fərhad olumu? Almadı tərbiyətin piri-muğanın Seyyid, Cövhəri naqis olan qabili-irşad olumu? * * * Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni, Topraqdən götürmüsən, ey dilrüba, məni. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümid, Bundan sora çevir başuva, qıl fəda məni. Hər yerdə kim, olam sənin, ey şəh, qulamınam, Yazmış sənə qulam əzəldən qəza məni. Hər gün sənin hüzuruva mən gəlmək istərəm, Bu əmrdən mümanəət eylər həya məni. Cami-mey ilə həmdü səna söhbətin yazıb, Guya təsəvvür etmisən əhli-riya məni. Xaki-dərindən olduğuma neçə gün cüda, Ey dust, gərçi yazmış idin bəd əda məni. Rahi-məhəbbətində sənin olmamış şahid, Səndən, ilahi, eyləməsi həq cüda məni. Düşnam olsa da, mənə şirindi sözlərin, Seyyid kimi hesab eləmə bivəfa məni. * * * Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü, Kurdir hüsnün şüasından Sürəyyanın gözü. Zahidi-kəcbin nə bilsin arizin əsrarını, Feyz aparmaz gül tamaşasından əmanın gözü. Dil edər naqus tək fəryad dərdi-hicrdən, Sən ki, çıxdın dışraya, çıxdı kəlisanın gözü. Canuva canlar fəda kim, sənsən ey tərsa-beçə Məryəmin canı, Məsihin ruhu, İsanın gözü. Bəs ki etmiş ruzü şəb, ey tifl, fikri-qamətin, Görməyir bir hərf əlifdən qeyri mollanın gözü. Ənbəri-sarayə meyl etməzdi, ey ahunigah, Zülfi-müşkinin əgər görsəydi Saranın gözü. Seyyida, müşkül qalır ol mahi-nurəfşan tək – Kim, qalıbdır ol hilaləbrudə dünyanın gözü. * * * Bir könül ki, ola ol mahliqadən xali Bir könül ki, ola ol mahliqadən xali, Bu yəqinimdir olur nuri-xudadən xali. Düşəni könlümə rüxsari-münirin mehri, Bu siyəh xanə degil hiç ziyadən xali. Nafeyi-Çin demişəm zülfi-əbirəfşanın, Bilmişəm kim, degiləm səhvü xətadən xali. Dili-pürxunə dəgəndən bəri tiri-sitəmin, Dil degil hiç bu ehsanə duadən xali. Necə izhar eləyim dərdi-nihanım o gülə, Ki degil, yanı onun badi-səbadən xali. Xalı bir nöqtədir, amma ki, edib yüz dili seyd, Hiç bir nöqtə degil əmri-qəzadən xali. Seyyida, sən kimi aşiq degil ol zülfə əgər, Niyə ayrılmayır ol zülfi-dütadən xali. * * * Əlminnətü-lillah, qəmə qəmxar tapıldı Əlminnətü-lillah, qəmə qəmxar tapıldı, Qəm çəkməyə bir yari-həvadar tapıldı. Səd şükr ələ gəldi şəriki-qəmü möhnət, Aləmdə mənə yari-mədədkar tapıldı. Maildi məgər çərxi-cəfakar vəfayə – Kim, bir bu sifət yari-vəfadar tapıldı? Düşmüşdü mətai-hünərü fəzl kəsadə, Şad ol ki, könül, rövnəqi-bazar tapıldı. Qalmışdı tərazuyi-gözümdə düri-əşkim, Yüz şükr ki, bu dürrə xəridar tapıldı. Asandır o qəm ki, ola qəmxarı cahanda, Şadəm ki, əlaci-qəmi-düşvar tapıldı. Seyyid, o səri-kuy iti oldu sənə həmdəm, Avazüvə avaz verən yar tapıldı. * * * Budur o fitnə ki, siz eylədiz fəsanə məni Budur o fitnə ki, siz eylədiz fəsanə məni, Məhəbbətində şəhir eylədiz cahanə məni. Budur o kiprigi ox, dilbəri-kəmanəbru – Ki, tiri-tənəyə siz eylədiz nişanə məni. Bu ol bahari-dilaradı kim, həvası ilə Bahari-ömrüm ara döndərib xəzanə məni. Xəzanələr verib aldım bu dürri-seyranı, Yetirdi gənci-xudavəndə ol xəzanə məni. Nə xəndə, giryeyi-bifeyzdir işim şəbü ruz, Əgərçi döndərib eşqində zəfəranə məni. Fərat aşdı başımdan və leyk mən təşnə, Yaxıbdır odlara, ey vay, aşiqanə məni. Əzizi-aləm ikən dilfikar Seyyid tək Edibdi xar belə gərdişi-zəmanə məni. * * * Qurban olum o gözlərə kim, gördü yarımı Qurban olum o gözlərə kim, gördü yarımı, Yarım görən göz, əlbət alır ixtiyarımı. Qoy bir öpüm o gözləri kim, yarımı görüb, Qurban edim o gözlərə mən hər nə varımı. Nərgiz gözü qalır açıla görsə bağdə, Çeşmi-xumarü sərv-qədü gülüzarımı. Mərdümlük olmadı mənə çün çeşmi-yardən, Kəsdim gözümdən axırı öz etibarımı. Bimarı olmuşam mən o badami gözlərin, İnnab gözlərim eləsin fikri-karımı. Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar, Damani-yarimə yetirə ta qübarımı. Seyyid, o gün olurmu genə səhni-bağdə Xürrəm görüm şüküftə güli-novbaharımı? * * * Rüxsarı gərçi çahdə pür abü tab idi Rüxsarı gərçi çahdə pür abü tab idi, Guya ki, bürci-Dəlvdə bir afitab idi. Olmaz bahar mövsimi gün Dəlvdən əyan, Amma o şəms Dəlvdə şeyün-ücab idi. Görmüşdü Xızr abi-bəqanı o çahdə Pəs gözlərində çeşmeyi-heyvan sərab idi? Ol Dəlvi-asiman idi, Yusif bir afitab, Sanma ki, həbli-müşki-siyəhdən tənab idi. Atəş büruzə gəldi o çah içrə abdən, Mənzuri-karvan o zaman gərçi ab idi. Qəvvas olub Bəşir o dəryayi-çahdə, Hasil o bəhrdən ona bir dürri-nab idi. Əyyami-vəsl getdi əlindən bu Seyyidin, Guya ki, bəzmi-vəsl xəyal idi, xab idi. * * * Aşüftəligim zülfi-siyəhtarı bilirmi? Aşüftəligim zülfi-siyəhtarı bilirmi? Ya rəb, görəsən dərdi-dilim tari bilirmi? Bilməz, bilirəm yar mənim suzi-nihanım, Tufanə dönən göz yaşımı, bari, bilirmi? Girəm bu gecə qaldı gözüm yolda, nə nəfi, Ol mah özü etdigi iqrarı bilirmi? Girəm ki, dögər başını səccadəyə zahid, Tərsadə olan məniyi-zünnarı bilirmi? Vaiz ki, deyir mey içənə əhli-cəhənnəm, Bir məğfirəti-qadiri-qəffarı bilirmi? Abid ki, edir cənnət ilə Kövsərə rəğbət, Meyxanə ilə badeyi-gülnarı bilirmi? Seyyid ki, bilir öz-özünü mərifət əhli, Bircə soruşun, feyzi-dəhü çarı bilirmi? * * * Ey əndəlib, rövnəqi-gülzar qalmadı Ey əndəlib, rövnəqi-gülzar qalmadı, Gül qarət oldu, xarə dəxi yar qalmadı. Əğyardən həmişə edərdin şikayəti, Səd şükr kim, zəmanədə əğyar qalmadı. “Nətvis-Süha” büruzə gəlibdir əyan bu gün, Dövrü qutardı, günbədi-dəvvar qalmadı. Gün çıxdı, məhv oldu cahandan sitarələr, Cüz nuri-şəms, şöleyi-ənvar, qalmadı. Üzlər təvəccöh eylədi şəmsi-həqiqətə, İqbalə döndü, kimsədə idbar qalmadı. Ənhari-kəsrət oldu rəvan bəhri-vəhdətə, Qeyr əz xudayi-vahidü qəhhar qalmadı. Bütlərdən oldu beyti-xuda pak, ey könül, Yarımdan özgə xanədə dəyyar qalmadı. Seyyid, mətai-şerini bazarə çəkmə sən, Sərraf getdi, zərrə xəridar qalmadı. * * * Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı, Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı. Çağırdı bəzmi-işrətdən rəqib, ol mehriban getdi, Səbu zanudə, mey minadə, əldə sağərim qaldı. Gedib Fərhadü Məcnun, dəhrdən, mən qalmışam tənha, Nə bir həmdəm, nə bir munis, nə yarü yavərim qaldı. Vücudimi fələk, ari, qılıb nəqşi-əvarizdən, Bu aləmdə mənim zati olan öz cövhərim qaldı. Diriğa, dərd kim, gəldi əcəl, mən getdim aləmdən, Rəqibi-bülhəvəslərlə o mahi-ənvərim qaldı. Cigər pərkaləsindən vermədin tabutuma zinət, Təmamə yetmədi getdim, cahanda zivərim qaldı. Bihəmdilləh ki, qaldı yadigar əşari-canbəxşim. Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı. * * * Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi, Qalmışam viranələr küncündə mən bayqu kimi. Zikr edərsəm gecələr ağzım sulanı zövqdən, Bir süreyni var o şuxun balişi-pərqu kimi. Dürri-dəndanı qəmindən qətrə-qətrə göz yaşım Tiri-müjganı tutulmuş rişteyi-lölu kimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban, İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. Sərvə derlər meyvə verməz, bəs nədir, ey sərvqəd, Pirəhəndən baş verib püstanların limu kimi? Gözlərin ahuya bənzətdim, xəta etdim, o şux Aqibət məndən rəmidə oldu bir ahu kimi. Yarələnmiş mixləbi-şəhbazi-çeşmindən məgər, Nalə eylər ruzü şəb miskin könül yahu kimi. Ruyi-atəşnakın üstə zülfün oynar dəmbədəm, Löbət izhar eylər atəşbaz olan hindu kimi. Sünbüli-zülfünlə ta ki, mərhəm etdim zəxmimə, Bu verir hər gecə zəxmim bir güli-şəbbu kimi. Seyyida, kilki-Müsəvvirdir əsayi-Musəvi, Sən ona hərgiz nəzirə söyləmə cadu kimi. * * * Gər vəsli-yar olmaz, mən neylirəm baharı Gər vəsli-yar olmaz, mən neylirəm baharı, Yüz min bahar olsa olmaz könül qərarı. Gülzarə gül gəlincə tək bəzmə yar gəlsin, Hərçənd yoxdu yarın bir gülcə etibarı. Sünbül xəcalətindən başın aşağə salmış, Yarımda gördü yoxsa, ol zülfi-müşkbarı. Udi-Qumarə bənzər, yarın şəmimi-zülfü, Bir tarı bəst edibdir yüz nafeyi-tatarı. Ey dil, əlim üzüldü ol zülfi-tardən kim, Tari nəsib qılsın bir də görüm o tarı. Bir sərv həsrətindən hər su rəvandır əşkim, Bir cuyə etmə nisbət bu çeşmi-əşkbarı. Gül-gül olub sirişkim, gülzar olub kənarım, Mən neyləyim baharı, ya bağü laləzarı? Dəfn eyləyin bu nəşim yollar kənarı üzrə, Şayəd ki, qəbrim üstə yarın düşə güzarı. Saqi, əlin fədası, dur bir əyağ doldur – Kim, Seyyidin bu şəbdən başında var xumarı. * * * İntizarım həddən ötdü, gülüzarım gəlmədi İntizarım həddən ötdü, gülüzarım gəlmədi, Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi. İntizar ilə gözüm yollarda qaldı, ey xuda, Ol gözüm nuri, üzü xurşidvarım gəlmədi. Rişteyi-ömrüm yanar suz ilə nari-firqətə, Ey könül, od tut ki, şəmi-şami-tarım gəlmədi. Eylədin axır məni, ey çərx, Yusifdən cüda, Misri-könlüm təxtinə ol tacidarım gəlmədi. Guy tək qaldı bu meydan içrə sərgərdan başım, Əldə çovkən, ərsəyə ol şəhsüvarım, gəlmədi. Vermədi badi-səba müjdə qübari-məqdəmin, Seyyida, dərmani-çeşmi-əşkbarım gəlmədi. * * * Eşq əhli oldu hər biri bir canə müştəri Eşq əhli oldu hər biri bir canə müştəri, Pərvanə oldu şəmi-şəbistanə müştəri. Eşq aləmində himməti-mərdanə göstərib, Bir qarı oldu Yusifi-Kənanə müştəri. Varın verən, deyəllər, utanmaz, məsəldi bu, Can nəqdi əldə oldum o cananə müştəri. Rüxsari-yarı iqdi-ərəq cilvəgah edib, Pərvin olubdu mehri-dirəxşanə müştəri. Lazım dəgil pədər sənə, ey mehriban pəsər, Dürri-yətimə çox olu mərdanə müştəri. Ahım şərarı Müştəriyi-çərxi yandırar, Ol aşinayə gər ola, biganə müştəri. Vəsfi-ləbi-nigarı qılıb əşki-al ilə Seyyid olubdu ləli-Bədəxşanə müştəri. * * * Öldürür gərçi, könül, həsrəti-pabus səni Öldürür gərçi, könül, həsrəti-pabus səni, Var ümidim ki, fələk etməyə məyus səni. Zahidin etmə nəzər cameyi-pəşminəsinə, Könül, aldatmasın ol xirqeyi-salus səni. Bu dili-şişəmisalında nədir rişteyi-can, Yeri vardır desələr şöleyi-fanus səni. Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq, Əsəri-ahım edibdir belə mənkus səni? Vəsldə göz yumuban arizi-yarə baxıram, Edərəm hicrə, könül, vəsldə pabus səni. Görmədim bir dil açan yer dəri-dildar kimi, Ey səba, kim elədim hər yerə casus səni. Bu qədər hicrdə əfsus çəkərsən Seyyid, Öldürür axırı, əfsus, bu əfsus səni! * * * Neylərəm gülşəni kim, ol güli-əhmər getdi Neylərəm gülşəni kim, ol güli-əhmər getdi, Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi. Ahü nalə dəmidir eylə fəğan, ey bülbül, Qaldı yüz xar bu gülşəndə, güli-tər getdi. Getdi ol cövhəri-can, qaçdı mənim rəngi-rüxüm, Bu ərəz oldu tələf, ah, o cövhər getdi. Düşəcəkdir dəxi minbəd işim nöqsanə, Tutulub, məndən o məhparə mükəddər getdi. Qərq edib əşk məni, atəşi-rüxsarüvi aç, Sən qurban olub, əldən bu səməndər getdi. Yengi ay tək görünürdü qaşı, zülf aldı onu, Ah! Əbr altına ol mahi-münəvvər getdi. Ta ki, öpdüm ləbi-canpərvərin ol hurvəşin, Xatirimdən həvəsi-çeşmeyi-Kövsər getdi. Getdi ol yasəməni zülf, salıb yasə məni, Yasimə bais olub, ah, o səmənbər getdi. Getdi Seyyid dolana kuyin o xalı həcərin, Heyf kim, Kəbə təvafinə o kafər getdi. * * * Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi, Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi. Könül xəlvətsərayi-vəsldə sərdar ikən, birdəm Qılıb ol məh bizi hicrində zarü mübtəla getdi. Gözümdən xaki-payın aldı seyli-əşk tufanı, Əcəbmi kur ola çeşmim ki, ondan tutiya getdi. Nola çıxsa fəğanım çərxə hər bir üstüxanımdan – Ki, bu üzvi-şikəstimdən bu gün ol mumiya getdi. Xəyali-zülfü xalü arizindən ol güləndəmın, O qədri ağladım, axırda çeşmimdən qəra getdi. Qaraldı ruzgarım, Seyyida, hicrində ol mahın Ki, guya səfheyi-afaqdən nuri-xuda getdi. * * * Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari, Yaratmışdır səni öz surətində həzrəti-bari. Əgərçi sən büti-Çinü Xətasən, ey sənəm, əmma Səni zikr etməyən kəs, etməyib tovhidə iqrari. Adın qurbanı, ta yetdim sənə, tovhidə yetdim mən, Atıb təsbihi əldən, tərk qıldım tari-zünnari. Xudanın “qülhüvəllahü əhəd”dən mətləbi sənsən, Sənin tovhidüvə əmr eyləyib ixlasdə tari. Şəmimi-ətri-zülfi-Müşkbarın iştiyaqından Atıbdır təblədən əttar dışra müşki-Tatari. Soruşdum aduvi, ey sərvqamət, bilmədi zahid, Müşəxxəs oldu kim, yoxdur onun tovhidə iqrari. Təcəllayi-xudavəndi əhəd yarında peydadır, Hanı Musa ki, Seyyid, fərq qılsın nurdən nari. * * * Cəfa oxunu atır qeyrə ol yeganə, haray! Cəfa oxunu atır qeyrə ol yeganə, haray! Xədəngi-qəmzəsinə olmadım nişanə, haray! Əgər ki, güldə vəfa görsə idi bülbüli-zar, Bu qədr suz ilə etməzdi yanə-yanə haray. Görə harayımı şayəd o şəh, sora halım, Harayımı özümə eylərəm bəhanə, haray! Tənim hilal kimi günbəgün zəif oldu, Yetişmədi əlim ol mahi-dilsitanə, haray! Hanı o qaşı kəmanım ki, yetsin imdadə, Rəqib qoydu oxun çilleyi-kamanə, haray! Mərizi-dideyi-yarəm hanı o İsa-dəm, Ucaldı naləvü fəryadım asimanə, haray! Könül binasını yıxdı sirişki-çeşmi-tərim, Qəmində seyli-fənayə gedir bu xanə, haray! Piyadə dəştdə ol şahdən cüda düşdüm, Yetir bu bikəsi, ey Xızr, karvanə, haray! Xəyali-zülfü rüxi-ol pərilə leylü nahar, Cünun təki mənə adət olub fəsanə, haray! Təğafül ilə bu gün ötdü yar Seyyiddən, Yəqin rəqib salıb yarı bəd gümanə, haray! * * * Çıxmaz dili-zarımdan o rüxsar xəyalı Çıxmaz dili-zarımdan o rüxsar xəyalı, Bülbüldə əcəbmi ola gülzar xəyalı? İstər könül ol arizi-gülgunu ərəqnak, Gül görsə, gülabə olur əttar xəyalı. Şövqi-dəhənü fikri-rüxündə sənin, ey gül, Mən eyləmərəm hiç yoxü var xəyalı. Peyvəstə namaz üstə düşür yadıma zülfün, Üz Kəbədədir, qəlbdə zünnar xəyalı. Hər kimsənə bir şey gətirir fikrü xəyalə, Məcmudən əfzəldi mənə yar xəyalı. Cənnət nə gərəkdir mənə gər olmasa röyət, Xoşhal qılıbdır məni didar xəyalı. Bu xəstə könül ərşi-xudavəndi-əhəddir, Gəlməz dili-məhzunuma əğyar xəyalı. İstər tuta dil türreyi-pürpiçini, ey mah, Əfsungərə adətdir olur mar xəyalı. Seyyid verər öz canını rəşkü həsədindən, Gəlsə dili-pürxununa dildar xəyalı. * * * Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu, Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu. Dildar tutub ruzə, zəf oldu ona qalib, San yengi çıxan aydır, çərx üzrə əyan oldu. Qaçmış o güli-alın ləli-ləbinin qanı, Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu. Aşüftə olub kakil əbruyi-kəcin tutdu, Mah idi bu eyd üçün əbr içrə nihan oldu. Açıldı dəri-məscid, cəm oldu riya əhli, Bağlandı səri-mina, qəmdən xəfəqan oldu. Niyyət gecəsi verdim iymanı, şərab aldım, Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu? Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim, Sərməstligim, saqi, məşhuri-cahan oldu. * * * Dilü can valehi-hər gülrüxi-cananə idi Dilü can valehi-hər gülrüxi-cananə idi, Gərçi cananələrin qəsdi dilü canə idi. Könlümə düşmüş idi, bir neçə bütlər həvəsi, Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. Suzişi-nari-cəfadən eləməzdi pərva, Harda bir şəm görə dövrünə pərvanə idi. Dili-şeyda səri-geysulərə olmuşdu əsir, Bağlanıb silsileyi-eşqdə divanə idi. Harda bir rişteyi-zülf olsa, olurdu mənə dam, Kimdə bir daneyi-xal olsa mənə danə idi. Hər büti-gülrüxi-peymanşikənin eşqi mənə, Əhdü peymanımızın şahidi peymanə idi. Göftguyi-ləbi-şirinü şəkərdən qeyri, Hər nə kim söhbət ola Seyyidə əfsanə idi. * * * Təsəvvür eyləmə kim, məst edibdi badə məni Təsəvvür eyləmə kim, məst edibdi badə məni, Gözündü məst qılan badədən ziyadə məni. O tari-türrələrin eylə boynuma zəncir, Cünuna var həvəsim, qoyma biqəladə məni. Ümid var ki, tutam bir tərəfdə damənini, Sovursalar kül edib firqətində badə məni. Mənəm ki, aləm ara şəhsüvari-izzət idim, Bu ərsəgahdə mat etdi bir piyadə məni. Yavuqdu kim, bu fərəhdən öləm, eşitdim çün Şəhid qılmağa yar eyləyib iradə məni. Muradım ol məh əlində şəhid olmaqdır, Nolur yetirsə fələk rəhm edib muradə məni. Cəmali nəqşini sinəmdə səbt edib, Seyyid, Salıbdı rəngə bu gün ol nigari-sadə məni. * * * Ey dil, genə ol şöbədəgər yadıma düşdü Ey dil, genə ol şöbədəgər yadıma düşdü, Piranəsər ol sadə pəsər yadıma düşdü. Gördüm gülü, oldu üzünə həsrətim əfzun, Baxdım aya ol rəşki-qəmər yadıma düşdü. Heyrətdə idim bunca nədir gözdən axan qan, Ol qanə dönəm xəstə cigər yadıma düşdü. Vəslində keçən günləri kim, gəldi xəyalə, Daxi deyə bilməm ki, nələr yadıma düşdü. Kim getdi, dedim, nəkhəti-zülfün mənə yarın, Nagəh o zaman badi-səhər yadıma düşdü. Bir kimsə dedim varmı ki, rüxsaruvi öpsün, Ari, o qara zülfün öpər, yadıma düşdü. Olmuş kimə məqdur dedim vəsli-miyanı, Seyyid, gəlibən fikri-kəmər yadıma düşdü. * * * Zülf arasında könül arizi-dilbər tapdı Zülf arasında könül arizi-dilbər tapdı, Bu qaranlıq gecədə mahi-münəvvər tapdı. Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb, Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı. Tapdı ol dürri-giranmayəni axırda rəqib, Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı. Tiğ pak etdi xəti arizi-ziybasından, Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı. Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah, Özünə aləm ara yar ilə yavər tapdı. Aldı divanə könül daməni-Məcnunu ələ, Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı. Seyyida, mövsümi-güldür, hamı dilşad oldu, Bir məni piri-müğan zarü mükəddər tapdı. * * * Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni, Gizlədir indi, nigarım, qeyrilər məndən səni. Qoy xədəngi-möhnətin rövzənlər açsın sinədən, Dil görə, ey mahrüx, şayəd bu rövzəndən səni. Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Fərq qılmaz bağban, ey sərv, gülşəndən səni. Gərçi, nöh əflaki-kəcrov səxtdir, ey tiri-ah, Qorxma, pərran eylərəm suz ilə cövşəndən səni. Sən dua eylə yetim, ey can, bu gün çananıma, Hiç qəm çəkmə qutarram məhbəsi-təndən səni. Mən hara, həngameyi-vəslin hara, ey şəmi-hüsn, Od tutub pərvanə tək yannam görəm gendən səni. Seyyida, hər kimsənə bir mətləb istər dəhrdən, Mətləbim yox qeyrdən, mən istərəm səndən səni. * * * Hər dəmdə qıllam ney tək nəvani Hər dəmdə qıllam ney tək nəvani, Saldın nəzərdən mən binəvanı. Siccinə düşdüm hicri-rüxündən, “Tərif məkanı, ya mən yərani”. Yandın bu narə, xak oldun, ey dil, Tök ab gözdən, tərk et həvani. Qönçə dəhanın əsrarın açma, Sən məhrəm etmə badi-səbani. Ol çini-zülfə gər nisbət etsəm, Billah xətadır müşki-Xətani. Kakil qəmindən var sərneviştim, Döndərmək olmaz başdan qəzani. Arif gözündə vəhdətdi kəsrət, Kəsrətdə seyr et zati-xudani. Zahirdə kəsrət, batində vəhdət, Vəhdət gözüylə gör masivani. Dəryadi qətrə, dəryayə düşsə, Düş bəhri-eşqə eylə şitani. Gər zati-həqqi bulmaq dilərsən, Əğyarı tərk et, tap Mürtəzani. Aləmdə yoxdur bir ondan özgə, Əhvəl degilsən bir görsən ani. Zati-Məhəmməd zati-Əlidir, İki bədəndə bir bil o cani. Sirri-dəhanın faş etmə Seyyid, Nadana açma razi-nihani. * * * Qəmindən qönçə tək dil qanə döndü Qəmindən qönçə tək dil qanə döndü, İşim bülbül kimi əfğanə döndü. Yaman göz yaxşı dəgdi vəsli-yarə, Visalım möhnəti-hicranə döndü. Pərişan, tirəbəxt, aşuftəhaləm, Günüm ol zülfi-müşkəfşanə döndü. Kənarımdan çün ol dürr oldu qaib, Gözüm yaşı axıb Ümmanə döndü. Həzər qıl macərayi-çeşmi-tərdən, Sirişkim bəhri-bipayanə döndü. O dürri-gənci-hüsnün firqətindən, Könül bir mənzili-viranə döndü. Dəxi səngi-cəfadən xali olmaz, Du çeşmim kəffeyi-mizanə döndü. Rəqibi-bülhəvəs məqsudə yetdi, Dili-Seyyid cəfadən qanə döndü. * * * Bir bilmədim axır niyə bu qaş gözə gəldi Bir bilmədim axır niyə bu qaş gözə gəldi, Çıxsın gözü, əğyar gözündən gözə gəldi, Derlərdi vücudi-dəhəni-yar ədəmdir, Ol nöqteyi-sərbəst açıldı, sözə gəldi. Tiğ etdi xətin pak üzündən o nigarın, Əlminnətü-lillah, gecəmiz gündüzə gəldi. Dil ruzi-ələst etdi qəbuli-qəmi-eşqin, Nasutə qədəm qoydu, bəlayə dözə gəldi. Tar eyləyən ol ayinəni dudi-dilimdir, Sən böylə xəyal etmə ki, xəttin üzə gəldi. Tufani-sirişkim çəkilib ruyi-zəmindən, Gördükdə onu Kuhkən indi düzə gəldi. Gördü ölürəm həsrəti-çeşmindən o şuxun, Sormağa qəmim, çeşmi-xumarım sözə gəldi. Bir söz, yüzə gəlməz sənə ol şahidi-məqsud, Seyyid, tutalım sali-həyatın yüzə gəldi. * * * Aldım ələ peymanə, təvəkkültü əlallah! Aldım ələ peymanə, təvəkkültü ələllah! Oldum genə rindanə, təvəkkültü ələllah! Düşdüm həvəsi-silsiləyi-zülfi-nigarə, Oldum genə divanə, təvəkkültü ələllah! Ol həlgəyi-zülfündə görüb gəndümi xalın, Aldatdı məni danə, təvəkkültü ələllah! Qorxum budu cəm’iyyətimiz ola pərişan, Yar aldı ələ şanə, təvəkkültü ələllah! Mən aşiqi-divanə, uşaqlar əli daşlı, Çıxdım yenə meydanə, təvəkkültü əlallah! Zünnar salıb boynuma zülfi-siyəhindən, Döndüm genə Sən’anə, təvəkkültü ələllah! Seyyid məni tərdəməni vəslində bilibdir, Düşdüm quruu böhtanə, təvəkkültü ələllah! * * * Əmərəm ləblərini ta nəfəsim var mənim Əmərəm ləblərini ta nəfəsim var mənim, Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim. Gəldi qanımı töküb yar qurtarsın qəmdən, Şükr lillah ki, könül, dadrəsim var mənim. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan, Qoy nəva neytək edim ta nəfəsim var mənim. Mürği-baği-mələkutəm qəfəsi-çərxe əsir, Bu əcəb təng olan gör qəfəsim var mənim. Bikəsəm aləm əra, dərdü qəmindən özgə, Nə həvadarü nə yavərü nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən, Ey könül, böylə deyil, pişü pəsim var mənim. Karivan getdi, könül, qafil edirsən nalə, Dəmbədəm naləvü bəngi-cərəsim var mənim. Mövti-cismanım ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim. * * * Kim ki, eylərsə libasini mübəddəl kəfənə Kim ki, eylərsə libasini mübəddəl kəfənə, Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə. Vətənə, ey Vətən övladi, himayət günüdür, Toplaşun düşməni dəf etməyə hər əncümənə. Salınız nərəvü təkbir ilə dünyayaə şərər, Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə. Çalınız səngdil ədu başına xəncəri-tiz, Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə. Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün, Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə. Kişiyə cəng günü vahimə şayəstə degil, Kişinin qani gərək rəng verə pirahənə. Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur, Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə. Bağiban ol, Vətənin bağinə dirlik suyu ver, Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə. Qəflət uyğusuna getməklə xəta etmə, sakın, Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə. Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim, Vermə, Allahımızın eşqinə, zağü zəğənə. Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini, Misli-Yaqub düşər axıri beyt ül-həzənə. Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni, Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə. * * * == Müxəmməslər == Qəm eyləmərəm çərx ala simu zəri məndən Qəm eyləmərəm çərx ala simu zəri məndən, Tək eyləməsin dur meyi-əhməri məndən, Can cövhəridir, almayın ol cövhəri məndən, Ey saqi, diriğ etməgilən sağəri məndən, Bir cam ilə rəf eylə bu dərdi-səri məndən. Zahid, tutalım həşr günü duzəxiyəm mən, Hardan gəlibən sən, görək, oldun belə eymən, Sən qullar ilə rəbbin ədasın nə bilirsən, Bakim nə mənim duzəxin atəşgədəsindən, Almazsa əgər lücceyi-çeşmi-təri məndən. Kimdir o ki, hiç olmaya aləmdə günahi, Var bu qapının mən kimi çox ruy-siyahi, Hərçənd ki, çox eyləmişəm feli-mənahi, Mən anladığım əfv isə, əfv eylər ilahi, Sorma günəhim qeyrdən, al dəftəri məndən. Yüz hiylə ilə məkr edib əğyari-cəfakar, Məndən o gülü eylədilər axırı bizar, İndi kimə dərdim deyim, aləmdə kimim var? Olsun görəyim, möhnəti-hicranə giriftar Rəncidə edən ol büti-məhpeykəri məndən. * * * Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir, Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir, Məni rüsvayi-aləm eyləyən ol zülfi-pürxəmdir, Verib taracə eşqin əqlimi, məşhuri-aləmdir, Dili-zarım əsiri-dərdi-eşqü möhnətü qəmdir. Məni şad eyləməz, ey gül, baharü bustan sənsiz, Həram olsun mənə, ey dilrüba, eyşi-cahan sənsiz, Məhü xurşidə baxsam bir dəm olmam şadman sənsiz, Cəhənnəm məskənim olsun, behiştə gər rəvan sənsiz, Dönər hicrinlə könlüm qanə guya kim, cəhənnəmdir. Məhi-gərdun deyil mehri-üzarın kimi rəxşəndə, Həqiqət, arizindəndir məhü xurşid şərməndə, Müəvvər arizində ol ərəqdirmi nümayəndə Və ya olmuş məh üzrə xuşeyi-Pərvin pərakəndə, Düşüb bərgi-gül üzrə yoxsa öylə iqdi-şəbnəmdir? Müsəlsəl sünbülün kim, candadır yüz piçü tab ondan, Hifazi-mahidir kim, münkəsifdir afitab ondan, Məgər azərdi hicranın, olur aşiq kəbab ondan, Visalın kimyadır kim, dil olmaz kamiyab ondan, Dəhanın qönçeyi-sirab, ləlin sirri-mübhəmdir. Mükəddərxatir olma çox da qəmdən, binəva Seyyid, Hərimi-vəsldən məhrum olan, ey mübtəla Seyyid, Mürüvvət qıl, nigarım, bunca çəksinmi bəla Seyyid, Verib yəğmayə əqlü huşunu bəxti qəra Seyyid, Dönüb Məcnunə eşqindən, cigərxun, didə pürnəmdir. * * * Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm. Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm. Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm, Tükəndi dərdi-eşqin, məndən oldu qət şivən həm, Həm oldum mən məlalü qüssədən asudədil, sən həm. Xəyali-nərgisi-didar ilə bimardır könlüm, Düşübdür atəşi-eşqə sərapa nardır könlüm, Qədü rüxsarın hicranilə gərçi zardır könlüm Ki, şad etməz onu nəzzareyi-şimşadü gülşən həm. Gülüstani-cəmalından düşübdür ta cüda könlüm, Çəkər hər ləhzə bülbül tək nəva, bu binəva könlüm, Durubdur öylə çün künci-qəfəsdə mübtəla könlüm Ki, etməz arizuyi-aşiyanü meyli-gülşən həm. Qılıbdır rüzgarım qarə zülfi-ənbərəfşanın, Edibdir könlümü məcruh zəxmi-tiri-müjganın, Salıbdır Seyyidi bir halə kim, əyyami-hicranın, Görüb əhvalın, ey birəhm, ağlar dustü düşmən həm. * * * Füzulini təxmis Qədəhlərdə hübab-asa könül düşmüş həvalərdən, Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən, Qutarmaz, olmayınca məst, eşq əhli bəlalərdən, “Kərəm qıl, kəsmə saqi, iltifatın binəvalərdən, Əlindən gəldigi xeyri diriğ etmə gədalardən”. Dəri-dilbərdə hasildirmi əhli-eşqin amali Və ya dəsti-fələkdən mən tək olmuş qüssə pamali, Məni, hal əhlisən, bir hal ilə qıl haldən hali, “Səba, kuyində dildarın nədir üftadələr halı, Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən”. Şikəstə kaseyi-çini misali, bir sədamız yox, Sınıq ney tək həvadən düşmüşük, bir dəm nəvamız yox, Səba, ol gül bədəndən nameyi-rahətfəzamız yox, “Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən”. Tənuri-çeşmimə gərdun qılıb tufan təlqini, Sirişki-çeşmi-xunbarımdan almış səbrü təmkini, O sərvin təlx badaminə verdim cani-şirini, “Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, Mənə artırma zəhmət, göz yaşarar tutiyalərdən”. Qəsəm piri-müğanə, parisalər peyrəvi olmam, Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam, Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam, “Girib məscidlərə gər müqtədalər peyrəvi olmam, Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən”. Müqimi-Kəbə Sənanın görəydi yari-tərsasın, Salardı boynuna zənciri-giysuyi-çəlipasın, Köz aç, ey bibəsər, hər yerdə gör həqqin təcəllasın, “Demə zahid ki, tərk et simbər bütlər təmaşasın. Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən”. Visali-xirmənindən etmədim bir xuşə də hasil, Visalə yetməgim düşvar, hicrə dözməgim müşkil, Nə öldüm qurtarım kim, mən nə oldum vəslinə vasil, “Fələkdir mehri zail, yar qafil, ömr müstəcil, Nədir tədbir bilməm, canə yetdim bivəfalərdən”. Qoyub hüsnün təmaşasını hərgiz meyli-mah etmən, Bu yüzdən nameyi-əmalımı hərgiz siyah etmən, Nə gündür kim, qübari-asitanən səcdəgah etmən, “Vücudum ney kimi surax-surax olsa ah etmən, Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən”. Deməm ki, lütfüvü çox, ya ki, cövrü zülmü az eylə, Açıb zülfi-siyahın Seyyidin ömrün diraz eylə, Həqiqət xahiş etsən, məşqini eşqi-məcaz eylə, “Füzuli, nazəninlər görsən izhari-niyaz eylə, Tərəhhüm umsa eyb olmaz gədalər padşalərdən”. * * * Məgər bənəfşə müəttər qılıb gülüstani Məgər bənəfşə müəttər qılıb gülüstani, Nəsim cünbüşü təprətdi şaxi-reyhani, Şəmimi-müşk tutub səfheyi-biyabani, Və ya dağıtdı səba tari-zülfi-canani – Ki, tutdu ətri sərasər təmam dünyanı. Səhabdən yüzünü afitab edib izhar, Təcəlli eylədi ya şaxi-Turdən ənvar Və ya cahanə gəlib huriyani-gülrüxsar Və ya ki zülf arasından göründü çöhreyi-yar, Firuği-tələti etdi cahanı nurani. Göründü aləmə yoxsa əlaməti-məhşər Və ya qiyaməti-üzmadən oldu yoxsa xəbər, Bəlayi-nagəh edibdir nüzul xəlqə məgər Və ya xuramə gəlib sərvi-qaməti-dilbər – Ki, iztirabə düşüb xəlq olubdur heyrani. Məgər müsəxxər olub əhli-küfrə qibleyi-din, Olubdu küfrə mübəddəl büsati-ruyi-zəmin Və ya sipahi-xəvaric olubla Kəbənişin Və ya ki qəmzeyi-dilbər çəkibdi xəncəri-kin – Ki, getdi xəlqin əlindən əsasi-iymani. Cahanda abi-bəqadən məgər göründü nişan Və ya dübarə Məsih ibn-Məryəm oldu əyan, Yetişdi hökmi-bəqa, yoxsa hökmi-biimkan Və ya açıldı təkəllüm ilə ləbi-canan, Yetirdi firqeyi-əmvatə müjdeyi-cani. Olubdu mülki-cahan qistü ədldən məmur, Dönübdü sahəti-xüldi-bərinə vadiyi-Tur, Yaxıbdı çoxları Musa kimi təcəlliyi-nur, Məgər ki, hüccəti-əsr eyləyibdi əsrə zühur, Cahanə şamil olub feyzi-zati-rəbbani. Amandı çək əlüvi, Seyyida, müəmmadən, Cahanı şübhəyə salma işarə, iymadən, Götür niqab rüxi-şahidi-dilaradən, Göründü nuri-bəha kuhi-Turi-Sinadən, Cahanə etdi təcəlla cəmali-sübhani. * * * Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə, Günün oldisə gər hicran əlindən qarə, səbr eylə, Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə, Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə, Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə. Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri, Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri, İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri, Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri, Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə. Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı – Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı, Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı, O hansı dərddir kim, olmasın aləmdə dərmanı, Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə. Vuran Mənsurluq lafın qəmi-darından incinməz, Özün pərvanə tək şəmə vuran narından incinməz. O şirin ləlin, aşiq, təlx göftarından incinməz. Gülüstani-cahanda gül sevən, xarından incinməz, Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə. Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləm – Ki, mülki-hüsn içində, tacidarım, şahsən sən həm, Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm, Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm, Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə. Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər, Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər, Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər, Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam elyər, Əgər Seyyid kimi könlün ola sədparə, səbr eylə. * * * Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar, Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar, Nədir ol xüşk olan çubdə bu nalöyi-zar– Ki, sədasından onun qarət olur səbrü qərar, Açma sən pərdəni, hər pərdədə var yüz əsrar. Qoymaz ol tarı müğənni niyə ağuşindən, Düşməz ol xanəbərəndazlərin duşindən, Huş ilə guş edə hər kimsə, gedər huşindən, Pənbeyi-qəfləti çək sən dəxi can guşindən, Ta ki, əsrari-nihanə olasan bərxurdar. Ləhni-Davudi ilə könlüvü qıl xürrəm sən, Ərş baminə, gözüm, nəğməni tut sülləm sən. Olma qal əhli, qıl əmdən özüvi əbkəm sən, Kəsb elə elmü ədəb feyzin əgər adəmsən, Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar. Tut bərabər dəmi-İsayə müğənni dəmini, Qılıb ehya özüvi, seyr elə ruh aləmini. Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini, Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini, Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar. Musiqi məclisinin əhli gərək əhli-bəsər, Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər, Kim ki zövq əhli-degil, ani hesab eylə həcər, Ləhni-Davud eləməz növi-cəmadatə əsər, Məni ərbabı edər guş süxən, ey huşyar. Fəhm qıl, gör ki, nədir çənkü dəfü bərbətü ud, Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud, Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud, Ud hər ləhzə gəlib şurə deyər: ya məbud, Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar. Zahida, tarıya bax, məclisi-ürfandır bu, Tarı əsbabi-mənahi demə, böhtandır bu, Meyi gör, saqiyə bax, Kövsərü qilmandır bu, Cümləsi pərtövi-rüxsareyi-sübhandır bu, Meydə həq nurunu gör, səhvinə qıl istiğfar. Ey könül, məhrəmi-raz eyləmə biganələri, Vermə naəhl əlinə bu dolu peymanələri, Çək rümuzat ilə zülfi-süxənə şanələri, Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri Eyləsin məclisi-şəhvari-Kərim bəgdə nisar. * * * Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var, Gülbədən, qönçədəhən, sadəvü məhruləri var, Bu Xəta mulküdü, həryanda çox ahuləri var, Yüz ləbi şəhdü-fəkər, zülfi səmənbuləri var, Yüz qədi sərvi-səhi, gözləri caduləri var. Hər nə bu şəhrdə kim var isə çox məhrulər, Hər biri bir kəsə bir növ ilə dilculuq edər, Hər zaman aşiqə yüz lütf ilə meyl eylərlər Bu mələkruyü mələkxuyü mələksimalər, Yaxşı xasiyyəti, çox yaxşı gözəl xuləri var. Xameyi-sün verib gör necə rövnəq bulara, Yaraşır şiveyi-məhbubluq ancaq bulara, Dəstrəs əhli-Şamaxı olub əlhəq bulara, Belə nemətləri kim, qismət edib həq bulara, Bilmirəm mən buların daxı nə qayğuləri var. Bunların cümləsinin şiveyi-rəftarı gözəl, Xülqü xoş, xuyi pəsəndidə, hər ətvarı gözəl, Çeşmi-xummarı gözəl, türreyi-tərrarı gözəl, Güli-rüxsarı gözəl, ləli-şəkərbarı gözəl, Hamısından bu gözəl kim, yumuşaq suləri var. Çoxdu bu şəhrdə gərçi sənəmi-laləüzar, Buların leyk, bir ayinəbədən sərvəri var, Ədədi-ismidir əbcədlə “sədü bistü çəhar”. Müjəsi navəki-dilduzdü, çeşmi xunxar, Həbbəza, yayi-müqəvvəs kimi əbruləri var. Ah, kim, Seyyid onun eşqi ilə zar oldu, Dami-geysusuna pabəndü giriftar oldu, O Əyaz idi ki, Məhmudə gedib yar oldu, Genə bu dürri-yətimə o xəridar oldu – Kim, onun həm belə yüz Yusifi-xoşxuləri var. * * * == Müsəddəslər == Xoş ol zaman ki, yar mənə həmzəban idi Xoş ol zaman ki, yar mənə həmzəban idi, Bəzmim cəmali-yar ilə rəşki-cinan idi, Sultan idim ki, hər yana hökmüm rəvan idi, Dövlət qulam idi mənə, bəxtim cəvan idi, Cani-həzinə həmdəmü arami-can idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Xurşidgun şərablə dolmuşdu camımız, Ol mah ilə keçirdi bizim sübhü şamımız, Dövri-fələkdə hasil olurdu məramımız, Xaki-dərindən özgə yox idi məqamımız, Bülbüllərə o sahəti-qüds aşiyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Hicrin əgərçi görmüş idim mübtəlalərin, Dildən-dilə eşitmiş idim macəralərin, Bunca təsəvvür eyləməz idim bəlalərin. Can çəkiş idi möhnəti-hicran cəfalərin, Xəlvətsərayi-vəsldə dil kamran idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Könlüm o mahdən açılırdı kərəm görüb, Mehrin ziyadə, cövrü cəfasını kəm görüb. Ol gül mənə açıldığını dəmbədəm görüb, Bəzmi-visaldə özünü möhtərəm görüb, Rəşk ilə qönçə tək dili-bədxah qan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Ol gül mənimlə həmdəm idi hər bahardə, Gəh daməni-çəməndə, gəhi laləzardə, Bülbül təki işim yox idi ahü zardə, Seyyid ki, məskən etmiş idi kuyi-yardə, Ezaz ilə bir Adəmi-cənnətməkan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. * * * == Növhələr == Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz, Tabutü hənutum götürüb dəfn edən olmaz. Qəssalimə mən ölsəm əgər kim xəbər eylər? Quran kim oxur, qəbrimin üstə güzər eylər? Axır ki, yetiməm, mənə bu, çox əsər eylər, Qardaşım ölüb, başımın üstün kəsən olmaz. Bu Şamda heç mən kimi bir ac yatan var? Xak üstə qaranlıqda quru yerdə qalan var? Sən Şümrə de açsın qolumu, məndə nə can var? Hər növ əsir olsa, qolunda rəsən olmaz. Bundan sonra hər qədr ki, dünyadəyəm, əmmə, Hicrin oduna yanmağa amadəyəm, əmmə, Hərçənd yetiməm, yenə şahzadəyəm, əmmə, Şahzadə balasına xərabə vətən olmaz. Bu Şümr qoyanda məni qardaşıma həsrət, Röyada dəxi olmamışam ləhzeyi rahət. Kül başıma olsun, mənə dünyadə nə ləzzət, Qardaş deyən vəqtdə bir can deyən olmaz. Zülm ilə edən vaxtda bizi məclisə azim, Bağlandı qolum, olmadı bir Əkbərə nazim. Zəncir məni-bikəsə, qardaş nə lazım? Hicrində mənimtək belə zillətçəkən olmaz. Gördü bu gözüm Əkbəri bihayilü pərdə, Kəsdilə başın, saldıla cismin quru yerdə. Cəllad soyan vaxtda deyirdi ki, bəşərdə Mən görməmişəm, bir belə siminbədən olmaz. Gördüm ki, nə növilə Yezidi-səği-məlun, Etdi babamın ləli-ləbin çub ilə pürxun. Döndərdi, mənim göz yaşımı eylədi Ceyhun, Urduqca deyirdi belə şəkkərşikən olmaz. Çün gördü mühasini olub qanına qəltan, Öz cahi-cəlalını qılıb xalqa nümayan, Tən ilə deyirdi ki, oyan, şahi-şəhidan, Bu rəngdə billah, əqiqi-Yəmən olmaz. Hərçənd daşıb, Seyyidi-biçarə, günahın, Təsir eləyib cümlə hamı xəlq üçün ahın, Xof eyləmə, məhşər günü axırda pənahın Bir kimsənə qeyr əz şəhi-gülgünkəfən olmaz. * * * Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür, Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür. Ey süpehri-şərəf üzrə məhi-tabanım oğul, Zülməti-hicrivə qoydun məni cananım oğul, Ey xəti Xızr, ləbi çeşmeyi-heyvanım oğul, Ləbi-ləlində sənin nitqi-Məsiha görünür. Ey oğul, qaldı qara günlərə biçarə ərus, Gülü əldən gedibən, yalvaracaq xarə ərus, Al duvağın götürüb, başə salıb qarə ərus, Bülbülün solsa gülü, başəna sevda görünür. Kakilin həbli-mətinimdi, üzün ayeyi-nur, Qaf məsturi-cəbinimdi, kitabi məstur. Şəşəati-ruxi-pakin eləyib dəhrə zühur, Kərbəla Tura dönüb, nuri-təcəlla görünür. Oxşayırsan, ey oğul, gərçi məhi-ənvərə sən, Al ələ tiği-hilalın, ur özün ləşkərə sən, Çün gərək canını qurban verəsən Əkbərə sən, Əkbərin qətlinə bu qövm mühəyya görünür. Sənə qurban olum, ey novgüli-gülzari-Həsən, Səni qurban verirəm şövqlə ol sərvərə mən. Leyli öz Əkbərinin gərdəninə saldı kəfən, Çeşminə indi nə dünyavü nə üqba görünür. Cəddimə verdi xəbər həq, Zəkəriyya xəbərim, Teşt içində kəsilən başı o Yəhya xəbərin. Bil bu ayatıt, oğul, rəmz ilə ima xəbərin, Zahiri təşnə Hüseyn, batini Yəhya görünür. "Kafiha"da var, oğul, bir neçə məxfi məna, "Kafi'dir Kərbübəla,"ha"yı həlaki-şühəda, "Ya" yəqin eşqdi bu təşnələbi-Kərbübəla, "Sat"i səbr olmasa, ey təşnə, nə məna görünür? Seyyida, riştəyə çəkdin yenə yüz dürri-Ədən, Sənə məhşərdə şəfaət eləsin ibn Həsən. Mərhəbalar sənə, ey şairi-ecazsüxən, Səndə feyzi-nəzəri-həzrəti-mövla görünür. * * * Şadəm ki, İlahi, tökülə qanı Hüseynin Şadəm ki, İlahi, tökülə qanı Hüseynin, Ta razı ola eşqdə cananı Hüseynin. Ey Xızr, yanıb möhnətimə çeşmini tər qıl, Bu Kərbübəla dəştinə bir ləhzə güzər qıl, Ey Nuh, bu əhvala edib növhə nəzər qıl, Gör mövcə gəlib qan ilə tufanı Hüseynin. Şadəm ki, Əli Əkbər olub qanına qəltan Məcruh eləyib hülqi-Əli Əsğəri peykan, Qasim toyunu yas elədi leşkəri-üdvan, Şadəm ki, pozuldu sərü samanı Hüseynin. Doğrandı bu gün Övni-Əli, Fəzl ilə Cəfər, Qəltan olub al qanına Abbasi-dilavər, Qasim boyanıb qanına, həm Əkbərü Əsğər, Məqbul ola, ey dost, bu qurbanı Hüseynin. Gərçi tutulub iki gözüm qan ilə şadəm, Cismim ki, dolub navəki-peykan ilə şadəm, Qalsam neçə gün pekəri-üryan ilə şadəm, Qurban sənə olsun təni-üryanı Hüseynin. Əhd etmiş idim rahi-məhəbbətdə verəm sər, Ətşam başımı zibh eləyə Şimri-sitəmkər, Bu teşnə Hüseynin başı, bu Şimr, bu xəncər, İndi nədi, Ya Rəb, dəxi fərmanı Hüseynin. Fazil gətirib rəsmi əzani bu diyarə, Çünki bu müsibətdə dəyib qəlbinə yarə, Məşhərdə, Xudaya, kərəm et Seyyidi-zarə, Sidq ilə olub çünki əzaxanı Hüseynin. * * * == Rübailər == Ey qüdrətin asarı sənin ərzü səma Ey qüdrətin asarı sənin ərzü səma, Ey əmri qılan kövnü məkanı peyda. Vəchindən əgər almasa nurin, xürşid – Bir zərrə qədər cahanə verməzdi ziya. * * * Ey hüsnü olan zibi-cəmali-Əzra Ey hüsnü olan zibi-cəmali-Əzra, Ey Vamiqi eyləyən o yüzdən rüsva, Öz pərtövi-hüsnünü salıb Leylayə Məcnunu sən eylədin qəmindən şeyda. * * * Seyyid, qəmü möhnətlə pərişan olma Seyyid, qəmü möhnətlə pərişan olma, Qönçə kimi qəmdən cigəri qan olma, Gər olsa şikəst üzv-üzvün qəmdən, Minnətkeşi-mumyayi-nadan olma! * * * Hərgiz yox imiş təbi-Şüaidə şüa Hərgiz yox imiş təbi-Şüaidə şüa, Bihudə qılır şeir məzaqində niza, Nəzmindən onun yaxşıdı bir dəstə kəvər, Nəsrindən onun yaxşıdı bir kol nəna. * * * Məhşərdə xələl yetməsə idrakımıza Məhşərdə xələl yetməsə idrakımıza, Gəlməz ələmi-həşr bizim bakımıza, Miras atamızdan bizə qalmış cənnət, Kimdir bizi qoymayan öz əmlakımıza?! * * * Əngurdə mey şirəsi, ey əhli-səfa! Əngurdə mey şirəsi, ey əhli-səfa! Yerlə gög arasında qılıb nəşvü nüma; Ondan ötəri xuni-kəbutər dedilər – Kim, bir neçə gün qaldı müəlləq be həva. * * * Ey rədi qılan rübab eşqində kəbab Ey rədi qılan rübab eşqində kəbab, Qanunə üsul ilə yetirdin mizrab. Ta gül yüzə tar zülfüvi saz etdin, Çəng oldu bu yüzdən neçə yüz xanəxərab. * * * Sən qeyr büsatında ki, içdin meyi-nab. Sən qeyr büsatında ki, içdin meyi-nab. Qan oldu cigər, gəldi gözümdən xunab. Seylabi-sirişk oldu cahanə cari, Ol seyldə yıxdım evimi misli-hübab. * * * Düşdü əlimə bir gecə bir şişə şərab Düşdü əlimə bir gecə bir şişə şərab, Gətdim evə sübh içim məni-xanəxərab, Gün etdi tülu, sübh durdum, gördüm Təshiflə çərx edib şərabimi sərab. * * * Qoymuşdum evə bir gecə bir şişə şərab Qoymuşdum evə bir gecə bir şişə şərab, Yatdım ki, durub sübh olam ondan sirab, Ta sübh o gecə yuxumda gördüm xurşid, Təbir elə, ey şeyx, mübarəkdi bu xab? * * * Sərməst namazə gəlməsəydi əshab Sərməst namazə gəlməsəydi əshab, Heç ayə gəlib həram olmazdı şərab. Olsun bu günəh boynuna əshablərin, Qaldıq belə bidəmağ, bibadeyi-nab. * * * Bir gün Ömərin bir oğlu içmişdi şərab Bir gün Ömərin bir oğlu içmişdi şərab, Ol qədr onu döydü ki, öldü o cənab. Dün şəb yuxuda gördüm onu cənnətdə, Bir tac başında, əldə cami-meyi-nab. * * * Həngami-tərəb, ey büti-simin-ğəbğəb Həngami-tərəb, ey büti-simin-ğəbğəb, Gər ləlüvi dişlədim qılıb tərki-ədəb, Can ağzıma gəldi həsrətindən o ləbin, Tut, qan elədim, əfv elə sən, qılma qəzəb. * * * Ey xali-rüxi-cəmii-kişvər Bağdad Ey xali-rüxi-cəmii-kişvər Bağdad, Ey torpağı müşkü suyu Kövsər Bağdad. Xakində olan dəfni-imami-əzəm, Ey rövzeyi-rizvanə bərabər Bağdad! * * * Şəhri-Qarabağə Şişə qoymuşlar ad Şəhri-Qarabağə Şişə qoymuşlar ad, Bu şəhr pərilərdən olubdur abad. Təsxiri-pəri şişədə qılmaq xoşdur, Əmma bu pərirulər əlindən fəryad! * * * Çün sübhi-əzəl eylədim iqrar sənə Çün sübhi-əzəl eylədim iqrar sənə, Ta şami-əbəd mənəm tələbkar sənə. Çoxdur günəhim, bir gözəl əmalım yox, Məlumdu məndəki yoxü var sənə. * * * Ta mənzil olub məscidü meyxanə sənə Ta mənzil olub məscidü meyxanə sənə, Aşiqdi hamı aqilü divanə sənə. Sən bir güli-tər, cümlə xəlayiq bülbül, Sən şəmsən, aləm hamı pərvanə sənə. * * * Səbr eylə könul dərdü qəmi-pinhanə Səbr eylə könul dərdü qəmi-pinhanə, Faş eyləmə əhvalını hər nadanə. Ol kəs ki, səni dərdə salıb aləmdə, Bir gün yetirər dərdini ol dərmanə. * * * Çox lütflər etdi genə cananə mənə Çox lütflər etdi genə cananə mənə, Verdi öz əlilə dolu peymanə mənə. Sandım ki, açıldı dəri-cənnət üzümə, Ol dəm ki, açıldı dəri-meyxanə mənə. * * * Söz yox ki, şəkərdəndi ləbi-yar ləziz Söz yox ki, şəkərdəndi ləbi-yar ləziz, Nə Misrdə bir belə şəkər var, ləziz. Ol xosrovi-gülgunrüxü şirindəhənin, Acı sözüdür mənə şəkərvar ləziz. * * * Göndərməsə gər ol ləbi şəkkər kağız Göndərməsə gər ol ləbi şəkkər kağız, Mən göndərərəm anə mükərrər kağız. Şəhbazıma eylədim rəvanə səni mən, Pərvazə kəbutər kimi aç pər, kağız! * * * Getdin, dili-zardən xəyalın getməz Getdin, dili-zardən xəyalın getməz, Bu ayinədən nəqşi-cəmalın getməz, Hicrin məni xak qılsa, ol xakimdən Əlbəttə ki, həsrəti-visalın getməz. * * * Gər bülbüli-zari eşqi-gül zar etməz Gər bülbüli-zari eşqi-gül zar etməz, Hərgiz həvəsi-gülşənü gülzar etməz. Gülzardə bülbülə tikəndir azar, Öz aşiqi-zarına gül azar etməz. * * * Ey dil, nə gərəkdir mənə bu can sənsiz Ey dil, nə gərəkdir mənə bu can sənsiz, Məcmuiyi-aləm ola viran sənsiz. Dünyada qalınca zində bir an sənsiz, Ey kaş, olam xak ilə yeksan sənsiz. * * * Gördüm səni, ey gül, ixtiyarım getdi Gördüm səni, ey gül, ixtiyarım getdi, Tarac oluban səbrü qərarım getdi. Nə səbrü, nə aramü, nə taqət qaldı, Eşqində sənin hər nə ki varım, getdi. * * * Ey bəstə qılan çahi-zənəxdanə məni Ey bəstə qılan çahi-zənəxdanə məni, Məğlul eləyən zülfi-pərişanə məni. Məndən təki ol xatirin olsun xoşnud, Şadəm ki, salır fələk bu zindanə məni. * * * Meyxanə tərəf amandı, var, ey saqi Meyxanə tərəf amandı, var, ey saqi, Gör xümdə əgər şərab var, ey saqi! Qəmdən saralan çöhrəmi gülgun etsin, Ləli-meyi-nabi-xoşgüvar, ey saqi! * * * Getdim, aradım Kəbeyi-ülyadə səni Getdim, aradım Kəbeyi-ülyadə səni, Zahid dedi: görmək olur üqbadə səni. Açıldı gözüm, hər yerə baxdım sənsən, Görmək olumuş eylə bu dünyadə səni. * * * Bu Gəncədə bir gənci-nihanım qaldı Bu Gəncədə bir gənci-nihanım qaldı, Bir simbədən, qönçədəhanım qaldı. Tanrı bili kim, tari-səri-zülfündə Guya üzülüb rişteyi-canım qaldı. * * * Var Ərdəbilin xeyli gözəl torpağı Var Ərdəbilin xeyli gözəl torpağı, Tər yoncası, göy səbzəsi, xürrəm bağı. Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm, Bali-Səbəlan ilə gomuş qaymağı. * * * Zahid arayır məscidi-əqsadə səni Zahid arayır məscidi-əqsadə səni, Rahib diləyir künci-kəlisadə səni, Billəh ki, cahan əhlinə sənsən məqsud, Hər kimsənə bir növ salır yadə səni. * * * Xeyli uludur Dəməşq həmmamləri Xeyli uludur Dəməşq həmmamləri, Şirin suludur Dəməşq həmmamləri, Külxənlərə daldan atılır gündə kötük, Daldan doludur Dəməşq həmmamləri. * * * Saqi, oxudum nəqli-Əbu-Qəbşanı Saqi, oxudum nəqli-Əbu-Qəbşanı, Taifdə Qusəylə etdigi sövdanı. Bir xiki-şərabə satdı Beytullahı, Bir camə nolur mən də verəm iymanı. * * * Söz yox ki, Gülüstani-İrəmdir Qudyal Söz yox ki, Gülüstani-İrəmdir Qudyal, Ahuləri ram olan hərəmdir Qudyal. Kimin... var bunlara manənd olsun, Başdan ayağa əhli-kərəmdir Qudyal. * * * Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl, Ahuyi-tilanı sirqəd etdi o dəğəl, Amma aparıb satıb, pulun aldı şərab, Bəh, bəh! Nə gözəl işdi, nə fərxəndə əməl! * * * Xaki-Nəcəfi-Əşrəfə oldum vasil Xaki-Nəcəfi-Əşrəfə oldum vasil, Səd şükr xudayə, feyz aldım kamil, Sərsəbz olub məzrəeyi-amalım, Xirmən-xirmən səadət etdim hasil. * * * Tiflisdə bir sərvqədü siməndam Tiflisdə bir sərvqədü siməndam, Mehmanım olub bir gecə içdi neçə cam, Sordum ləbini güldü, dedi: ey Seyyid, Şər ilə məgər degil sizə badə həram? * * * Bir gecə çəkib başıma meydən neçə cam Bir gecə çəkib başıma meydən neçə cam, Sərməst elədim künci-kəlisadə məqam, Gördüm bu qəribə halı, sübhanallah, Təsbih qılır həqqə cəmii əsnam. * * * Əngur genə bağdə göstərdi şikəm Əngur genə bağdə göstərdi şikəm, İsayə məgər hamilə oldu Məryəm?! Hərçənd ki, mey düxtəri-rəzdir, amma, Bir qızdı ki, yüz oğlana verməz adəm. * * * “Məndən yetirin Əhmədi-Muxtarə səlam “Məndən yetirin Əhmədi-Muxtarə səlam, İkram ilə ərz edin ki, ey fəxri-ənam. Şərində neçin həlaldır turş ayran, Oldu nə üçün badeyi-gülfam həram? * * * Şərayi-Yəmanidi şərabi-gülfam Şərayi-Yəmanidi şərabi-gülfam, Kim məğribi-xumdəndi tülui hər şam; Çün xasiyyətində vardı təsiri-Süheyl, Övladi-zinanı yetirir qətlə təmam. * * * Bir ay rəməzan oruc tutub hər axşam Bir ay rəməzan oruc tutub hər axşam, İftarımı eylədim şərabi-gülfam, İndi nədir, ey şeyx, şəriət hökmü, Kəffarə verim, oruc tutum, ya itam? * * * Qumri, sənə xeyli vəqt həsrət çəkdim Qumri, sənə xeyli vəqt həsrət çəkdim, Əşarına yerdən gögə minnət çəkdim. Ta çap olunub kitabın oldu zahir, Öz tutduğum əfalə xəcalət çəkdim. * * * Min üç yüz idi, əlliyə yetdi yaşım Min üç yüz idi, əlliyə yetdi yaşım, Kafur kimi qəmdən ağardı başım. Həm qüvvəti-masikə olub səxt zəif, Burnum suyuna qarışdı həm göz yaşım. * * * Cənnət kimidir havası Gürcüstanın Cənnət kimidir havası Gürcüstanın, Var Kəbə kimi səfası Gürcüstanın: Göyçəkləri xoşkəlam, aşiqlərə ram, Vacibdi bizə duası Gürcüstanın. * * * Hər şəhrdən əfzundu səfası Misrin Hər şəhrdən əfzundu səfası Misrin, Təxmir olub işrətlə binası Misrin. Firon tək iddiayə düşsəm nə əcəb, Çox zövqlidir abü həvası Misrin. * * * Şirvanda əgər bir gözələ yar olasan Şirvanda əgər bir gözələ yar olasan, Lazımdı ki, yüz dərdə giriftar olasan, Əldən gedəcək malü mənalın axır, Vacibdi ki, biqeyrətü biar olasan. * * * Ey şəhri-Mədinə, kimyadır xakın Ey şəhri-Mədinə, kimyadır xakın, Sərmənzilisən padşəhi-lövlakın. Aquşə çəkib leylətül-əsra mahın, Gətdin yerə gögdən gününü əflakın. * * * Ta gül üzüvə gəldi xəti-reyhanın Ta gül üzüvə gəldi xəti-reyhanın, Ol qıldı şikəstə rövnəqin bostanın, Ey kaş ki, çıxmayaydı ta şami-əbəd Nəsx eylədi islamı çıxan fərmanın. * * * Ey Şeyx Nizami, ey nizamı dağılan Ey Şeyx Nizami, ey nizamı dağılan, Ey Gəncədə izzü ehtişamı dağılan, Olmuşmu səninlə mən kimi aləmdə Beyti, evi, məktəbi, kəlamı dağılan? * * * Dünya üzü sərbəsər əgər hur olsun Dünya üzü sərbəsər əgər hur olsun, Girməz gözümə yüz gözü məxmur olsun. Ey Zöhrəcəbin, mah rüxündən ayrı Xurşidə əgər baxsa gözüm, kur olsun. * * * Var aləm ara şöhrəti İslambulun Var aləm ara şöhrəti İslambulun, Həddəndi füzun dövləti İslambulun, Başdan ayağa gözəllərin yığnağı, Maskov ola bilməz... İslambulun. * * * Dərbənd həsarı Səddi-İskəndərdir Dərbənd həsarı Səddi-İskəndərdir, Hər bir daşı mərmərdən onun behtərdir. Məscidləri xoşnüma, imami fazil, Əmma ki, gələn nəmazə çox kəmtərdir. * * * Dərbənddə Şüai, Qümri oldu şair Dərbənddə Şüai, Qümri oldu şair, Qümrinin olub indi kitabı zahir, Zahir ki, Şüainin kitabı indi Olsaydı əgər o da olurdu zahir. * * * Aləmdə hanı o kimsə kim, xürrəmdir Aləmdə hanı o kimsə kim, xürrəmdir, Gər Xosrovü Cəmşid və gər kim, Cəmdir; “Çün tinəti-adəmdi müxəmmər qəmdən Adəm degil aləmdə o kim biqəmdir”. * * * Şəhri-Qutais mədəni-hurü pəridir Şəhri-Qutais mədəni-hurü pəridir, Hər bir gözəli yer üzünün zivəridir. Tək cibdə pulun, mənzilin olsun xali, Üşşaqə olar özləri çox müştəridir. * * * Hər kimsə ki, seyri-xaki-Bağdad eylər Hər kimsə ki, seyri-xaki-Bağdad eylər, Sanmın ki, o qəmgin ürəgin şad eylər, Qəbrin görəni nəvadə məzlumlərin Ta var nəfəsi ney kimi fəryad eylər. * * * Şirvan ki, səfadə min Sifahanə dəgər Şirvan ki, səfadə min Sifahanə dəgər, Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər. Şirvanda olan handa bir əskik gözəlin, Bir qəmzəsi yüz huriyü qılmanə dəgər. * * * Verdim könül ol şuxi-dilazarə əbəs Verdim könül ol şuxi-dilazarə əbəs, Qıldım özümü yovunca hər xarə əbəs. Görsəm gözümə batar tikan tək hər gül, Ey dust, məni aparma gülzarə əbəs. * * * Hər dilşüdə bir meyldə qaldı naqis Hər dilşüdə bir meyldə qaldı naqis, Məcnun Həvəsi-Leylidə qaldı, naqis, Mən məktəbi-qəmdə xətmi-Quran etdim, Ol keçmədi “Vəlleyl”də qaldı naqis. * * * Gər oldu mənim canıma canan varis Gər oldu mənim canıma canan varis, Zahid, ola iymanuva şeytan varis, Cananım əcəbmi canə gər varis ola, Davudə degil məgər Süleyman varis? * * * Ol zülfdən olmaz dili-bimar xilas Ol zülfdən olmaz dili-bimar xilas, Zəncirdən olmaz bu giriftar xilas, Üşşaq nola qutarmasa hicrandan, Duzəxdən olurmu hiç küffar xilas. * * * Etdim ona hər dəqiqə yüz min ixlas Etdim ona hər dəqiqə yüz min ixlas, Bir şişeyi-meyi-lütfü mənə olmadı xas. Saət-saət rəqibə oldu həmdəm, Əqrəbzədə kimi könlüm oldu rəqqas. * * * Kəsdim o ləbi-ləlfəşandan rəğbət Kəsdim o ləbi-ləlfəşandan rəğbət, Ol sərvi-qədü qönçə-dəhandan rəğbət. Ağzın məni təngə gətdi, ondan keçdim, Təng olsa kəsərmi kişi candan rəğbət? * * * Ey badi-səba, kuyinə yarın güzər et Ey badi-səba, kuyinə yarın güzər et, Bir qeyr kəs olmasın yanında, nəzər et, Can verməgimi həsrəti-ləlindən onun Cananıma təqrib ilə söz sal, xəbər et. * * * Ey qanə dönən rəşki-ləbindən yaqut Ey qanə dönən rəşki-ləbindən yaqut, Öldür məni, ver ləli-ləbindən ya, qut. Rüxsarüvə yazdı xəti-reyhanı qəza, Bir beylə şikəstə-xət yazarmı Yaqut? * * * Qurbanın olum, ey büti-şirinhərəkat Qurbanın olum, ey büti-şirinhərəkat, Hər acı sözündür mənə bir qəndü nəbat, Yoxlardın əzəldən məni şirin-şirin, İndi niyə oldum sənə mən beylə boyat? * * * Ey Xızrxət, ey şahi-rəfiüddərəcat Ey Xızrxət, ey şahi-rəfiüddərəcat, Ey zülməti-xətt içrə ləbin abi-həyat. Üşşaqə yaman gündə dedin əl tutaram, Can versəm olurmu sənə dərdim isbat! * * * Öpdüm ləbini dedim ki, şəkkərdir bu Öpdüm ləbini dedim ki, şəkkərdir bu, Yox, şireyi-şəkkər nədi, behtərdir bu, Bir də gəl öpüm, – dedim, o gül güldü, dedi: – Təkrar qəbih olur mükərrərdir bu. * * * Nəfti-siyəhə mədənü kandır Baki Nəfti-siyəhə mədənü kandır Baki, Bəhri-Xəzər ətrafına yandır Baki, Əhli qocalar, həddi-büluğ olmazlar, Təkmilə yetişməyən cavandır Baki. * * * Ta mənzilimiz bir neçə gün Şam oldu Ta mənzilimiz bir neçə gün Şam oldu, Həmdəm mənə bir şuxi-meyaşam oldu. Baxdım o qədər zülfünə, rüxsarində Gördüm ki, qürub edib gün, axşam oldu. * * * Təbrizdə təbdən cigərim qan oldu Təbrizdə təbdən cigərim qan oldu, Yandı bədənim atəşi-suzan oldu, Təblərzəyə düşdüm, nə təbib etdi əlac, Nə kimsənədən dərdimə dərman oldu. * * * Dərda ki, fəraq ilə cigər qan oldu Dərda ki, fəraq ilə cigər qan oldu, Əyyami-visal döndü hicran oldu. Bir də görəsən olurmu cəmiyyətimiz? Ərbabi-Səfa bu gün pərişan oldu. * * * Yarım gedibən özgələrə yar oldu Yarım gedibən özgələrə yar oldu, Sədparə könül hicrə giriftar oldu, Yüz gəz görüb ol gülün vəfasızlığını Nə qeyrətə gəldi, nə ona ar oldu. * * * Gəldim, gördüm ki, bağdə yarım yox Gəldim, gördüm ki, bağdə yarım yox, Getdim, bildim ki, onda dildarım yox, Öldüm, demədim sirri-dəhanın o gülün, Var yar, vəli, məhrəmi-əsrarım yox. * * * Mehrabdə səcdə etdin adət, ey şeyx Mehrabdə səcdə etdin adət, ey şeyx, İzhar elədin sidqü iradət, ey şeyx, Səcdəgəhim ayineyi-arizdi mənim, Sən daş arasında qıl ibadət, ey şeyx. * * * Ey Yusifi-Misrdən cəmalın əmləh Ey Yusifi-Misrdən cəmalın əmləh, Nəsrin hamı şeri-şüəradən əfsəh. Çox badələr içdim övliya dəstindən, Bu dövreyi-axırda əsər qıldı qədəh. * * * Başdan ayağa eylədim afaqə nigah Başdan ayağa eylədim afaqə nigah, Hər bir yeri gəzdim elədim mənzilgah, Başıaçığın gözəllərindən nə deyim, “La hövlə və la qüvvətə illa billah!” * * * Sondu mənə piri-meykədə cami-səbuh Sondu mənə piri-meykədə cami-səbuh, Vəh, vəh, nə səbuh, feyzi-dil, rahəti-ruh. Oldum içibən qərqi-bəladən eymən, Tufani-qəmin dəfinə bir kəştiyi-Nuh. * * * Həngami-hilali-eyd, ol məh nagah Həngami-hilali-eyd, ol məh nagah, Bam üstə çıxıb edərdi hər yanə nigah. Düşdü fələkə əksi-hilaləbrusu, Çox kimsə görüb verdi yeni ayə güvah. * * * Ey Gəncəni abad qılan Məscidi-Şah Ey Gəncəni abad qılan Məscidi-Şah, Meydanüvə hər gün gətirir ərş pənah, Səy ilə qovaqları ucaltdın ərşə, Məhbubəmin etdin niyə qəddin kutah. * * * Ey möcüzi-ənfasına şagird Məsih Ey möcüzi-ənfasına şagird Məsih, Hər nükteyi-movhumu ləbin qıldı sərih, Gəlmişdi Məsih dəhrə səndən əqdəm, Ta eyləyə həngami-qüdumin tovzih. * * * Verdi mənə ol yari-vəfadar qədəh Verdi mənə ol yari-vəfadar qədəh, Sərməst idim, etdi məni huşyar qədəh, Guya ki, şərabi-nabımız Kövsər idi, Verdi mənə ol Heydəri-Kərrar qədəh. * * * Ey aşiqi-zar, vəsli-canandan keç Ey aşiqi-zar, vəsli-canandan keç, Canandır əgər murad, gəl candan keç. At səbheyi-səddanəni, bağla zünnar, Get Zənd ilə Pazənd oxu, Qurandan keç. * * * Ey feyzüvə məcmueyi-aləm möhtac Ey feyzüvə məcmueyi-aləm möhtac, Bu ərzü səmavü ərşi-əzəm möhtac, Fərzəndsən Adəmə, vəli xilqətdə Əltafüvədir həzrəti-Adəm möhtac. * * * Ey kəbeyi-vəslüvə məlaik hüccac Ey kəbeyi-vəslüvə məlaik hüccac, Kuyündə mənə xari-müğilan möhtac, Etdim Nəcəf içrə mərqədi-paküvi tövf, Kəşf oldu bu əbdi-zarə sirri-merac. * * * Gəl, qılma təbiba, mənə əfsanə əlac! Gəl, qılma təbiba, mənə əfsanə əlac! Olmaz bilirəm xəsteyi-hicranə əlac. Şəmə dolanıb yaxdı özün pərvanə, Eşq atəşinə eylədi mərdanə əlac. * * * Əl tutmadı bir kimsə dəmi-üsrü hərəc Əl tutmadı bir kimsə dəmi-üsrü hərəc, Nə ali-bəni-Əsəd, nə qövmi-Xəzrəc. Saqi, nə ərəb dadə yetirmiş, nə əcəm, Etmək genə meydən olur ümmidi-fərəc. * * * Gər etsə təbib dərdi-pinhanə əlac Gər etsə təbib dərdi-pinhanə əlac, Hər dəmdə gözümdən tökülən qanə əlac, Əmma budu zənnim ki, dirilsə Loğman, Hərgiz edə bilməz qəmi-hicranə əlac. * * * Eylər mənə xəndə yar giryan görgəc Eylər mənə xəndə yar giryan görgəc, Mən şad oluram ol gülü xəndan görgəc, Cəmiyyəti-dil olur pərişan hərdəm, Zülfi-kəcini üzdə pərişan görgəc. * * * Şirvan gözəli bir xoş əda bilməz imiş Şirvan gözəli bir xoş əda bilməz imiş, Peyvəstə cəfa qılır, vəfa bilməz imiş, Kəbə kimi xoşcəmal zibaləri var, Amma ki, bu var, zövqü səfa bilməz imiş. * * * == Həcvlər == Ey olan hadiyi-ərbabi-zələalət Hadi Ey olan hadiyi-ərbabi-zələalət Hadi, Ey Müzəllini edən həqqə hidayət Hadi, Eylədin sən ki, bu mehdiliyə adət, Hadi, Elə bəs aləmə təbliği-risalət, Hadi! Leyk peyğəmbər olan həcv eləməz ümmətini, Kişi lazımdı çəkə ümmətinin qeyrətini, Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini, Sənə bu həcv nə fərz idi, nə sünnət, Hadi! "Əhsənül-Qaidə"nin sahibi, yaxud özü bəg, Yazmış idi: nə rəva xəlq olur ağköynək? Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək, Nə üçün eylədin izhari-ədavət, Hadi?! İnşaallah saba-birgün yetişir mahi-əza, Gey kəfən, yar başını, tök yaşını, bağla qara, Səni meydanda görən kimsə desin: namxuda Eləyibdir yenə aləmdə qiyamət Hadi. Əlini tutmadı bir kimsə ki, qardaş, sənin, Can sənin, cism sənin, tiğ sənin, baş sənin, Cəm ola baxmağına sünni, qızılbaş sənin, Baxıban onlara sən eylə fəxarət, Hadi! Kim deyər ağlama sən Kərbübəla sərvərinə, Canımız cümlə fəda olsun onun Əkbərinə. Ağladı ərzü səma təşnə ölən Əsğərinə, Onu inkar edənin zatına lənət, Hadi! Leyk siz bir para bidətlər edibsiz icad, Qoymusuz adını siz təziyə, ey əhli-fəsad! Sizə bu təziyədən özgə həvəslərdi murad, Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! Bu deyilmi qərəzin başını sən çapmaqdan, Yəni ki, canımı cananə edərdim qurban, Malını bəs nə üçün eyləməyirsən ehsan, Quru baş çapmağa sən etmisən adət, Hadi! Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza, Sənə nifrin edəcək padşahi-Kərbübəla, Bədənin zəhmətinə şərdə yoxdur fitva, Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi? Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq, Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq! Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq? Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi! Bu hədisi nə zaman zikr qılıb peyğəmbər-- Ki, olur rus diliylə oxuyan kəs kafər? Allah, allah, bu nə böhtandır, ey hiylətgər, İxtilafati-lisandır bizə nemət, Hadi! Kim ki, bir dil bilə bir nemətə ol vasildir, Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir, Leyk aləmdə hər ol kimsə ki, naqabildir, Edəcək qeyr lisanı o, məzəmmət, Hadi! Biz də müddət "Zərəbə Zeyd" kitabın oxuduq, Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq, Barı biz taifə əzzəldə yenə bir…………, Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi! Tut, Həsən bəy, bizə təlim eləyir dərsi-zəlal, Götürüb boynuna ol kafər olub vizrü vəbal, Niyə təlimə siz ətfal qılırsız irsal, Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi? Oxudur cümlə uşaqlarını xanü bəyiniz, Neməti-rus ilə pərvərdə olub cəmdəyiniz, Bilməyən rus dilini bəlkə ola tək-təkiniz, Sizdədir hamıdan artıq ona rəğbət, Hadi! Mərhəba mülki-Qarabağ əzadarları, Tarı əfzun eləsin siz təki dindarları, Seyyida, bəsdi, əgər görsə bu əşarları, Çəkəcək tutduğu kirdarə xəcalət Hadi! * * * Şamaxının təzə bəylərini həcv Niqtə gəl bülbüli-təbim ki, əcəb halətdir, Qıl təkəllüm ki, çəkim nəzmə düri-qəltani. Tazə işlər görünür sahəti-Şirvan içrə, Özgə ayinü rəvişdə görürəm dövrani. Xəlqi bidin eləyib gör necə bəylik həvəsi, Tərk edib axirəti, cümlə tutub dünyani. Cümlə biqeyrətü bihümmət olub xəlqi-cahan. Cümləsi cifə üçün badə verib iymani. Cəm olur on iki adəm ki, filani bəydir, And içirlər qoyuban ortalığa Qurani. Biri bəy olmaq üçün on ikisı kafər olur, Tutar axır olan həm qəzəbi-rəbbani. Bunların başçısı məlum çopur Əhməd bəydir, Nəsli-insanda əcəbdir görürəm şeytani. Ələ düşməz belə mərdudi-əzazilsurət, Zahir eylər bu köpək aləm-ara Mərvani. O qədər var təməi, molladan artıq həqqa, And içər ovcuna bassan bir uduş həlvani. Atası Sadiq, özü bəs nə üçün kazibdir, Bilir anası ki, hardandı munun nöqsani. Birisi Kəblə Hüseyn bəy Nəzər oğlu xudkeş, Ona Hacı Kamal oğlu ola bilməz sani. Doğrudur, Hac Kamal oğlunda da var bir belə iş, Vəli məşhur deyil aləm ara dastani. Çünki təlimini bu qardaşı Sadiqdən alıb, Hər nə iş tutsa, otağında tutar pünhani. Birisi ol Hacı Əhməddi ki, var sahibi-riş, Yaxşı eşşəkdi, vəli yoxdu onun palani. Hər zaman istəsələr şahid onun bəyliyinə, Gətirər ortalığa kövrük ilə sindani. Yəni rəhmətlik atam da mənim ahəngər idi, Kəsib eşşək nalı çox Mustafa xan dövrani. Hər uzun saqqal əgər lazımədir bəy olsun, Bəs neçün bəy eləmir Mahmud ağa Kuzmani? Barilaha, bu kvartalnini çox görmə bizə, Əhli-dərdin o kərəmpişədi çox dərmani. Hamıdan yaxşı budur Hacı Manaf da boy olub, Gör mən indi edərəm gorbagor ol uryanı. İddəası budu xanzadeyi-əslü nəsəbəm – Ki, tərəqqi eləyib hiç bəyənməz xani. Biri qardaşı Məmiş, əl çəkib ondan şeytan, Bəyliyin şövqi ilə çıxdı onun həm cani. Var imiş bəyliyinə əldə şəhadətnamə - Ki, veribdir mənə şəh xalisə ol Zəngani. Birisi Haci Kazımdır, özü çuban oğlu, Tanımaz düzmü o dörd min qoyunun çubani? Vardı bir validəsi, adı onun Kövsər idi. Əhli-Qələbazar üçün bişirərdi nani. Birisi Hacı Türab oğlu Qurutdi Məmməd, O, neçün bəydü, görək, kim bəy edibdir ani? Hansı dəvadə görək tiğ çəkib, baş kəsdi? Hansı rəzm içrə alıbdır alinə qalxani? Ay uşaqlar, mənə izhar eləyin, yoxsa budur, Fəth edən Ağqoşanı, Darğuni, Dağıstani? Bir yetim tifl idi açıq, başı keçəl, Küçələrdə dolanırdı, yox idi tumani. Nənəsi saxlar idi bir sürü Təbriz toyuğu, Döşəyi yırtıq həsir…. güvəc qazqani. Hacsəməd oğlu Qədir həm döşədir küçələri, Əliqəribdir, o da boynundan asar xaltani. Atası çün eşidib oğlunun bəy olduğunu, Qəbr içində fərəhindən piləyir zurnani. Biri lahic Hacı Qasımdı ki, dağlar ayısı, Bilmirəm bəyliyi neylir bu çölün heyvani?! İnciyibdir, belə məlum, duz əkməklikdən, Girdmanə buraxım mən bu köpək toplani. İki dibdat, müəyyən ki, olar da bəy olub, Oların vəsfi gərəkdir oluna tulani. Biri nəvvadeyi-dəllək Səfər, adı Soltan, Bəli, əlhəq odu əsli-nəsəbin soltani. Pul yeməkdən ötəri ta ki olubdur dibdat, Çevirir, axşamacan fikr qılır, çortkani. Edib ülgüc-bülövün babasının dəstaviz - Ki, mənəm fəxri-cahan, mən təki bəyzadə hani? Əcəb övlad qoyub getdi, o dəllak Səfər, …quyusuna salım mən belə başqırxani! Biri Abbas, özü xənnas, deyir mən də bəyəm, Bilmirəm kim boy edibdir bu çolaq qarğani? İstəyir bir qıç ilən gör bu da bəylik eləsin, Kül sənin başuva Şirvan, əcəb oldun fani! Mən eşitdim ki, Abbasın babası çərçi imiş, Gətirirmiş bazara satmaq üçün çolpani; Ağsu şəhrində cuhud kimi qabağında eşək, Doldurub suzənü qeytan ilə ol torbani. Min manatdan yuxarı xərc elədi həm Ağa bəy, Dedi ya çin gəli, ya xaç, ya əmim ehsani. Bəyliyə şövq eləyir həm Aşur oğlu Ağa bəy, Heç utanmır ki, atası çağırır "tehrani"* Getdi həccə atası ta oluma hacı xitab, Kim ona hacı desə, bil ki, deyir böhtani. Biz də bir neçə nəfər əzmimizi cəzm etdik, Səbt edək möhrümüzü, bəy eləyək Xancani. Bir də ol ali nəsəb, cümlə cahan içrə nəcib, Səbzəmeydani Məşo oğlunu — Ağ Qurbani. Bəy olan kimsənənin xalisəvü kəndi gərək, Bəy nədir kəsdirə karvansaralar dalani? İki kəs var ki, bəli, onlara bəylik yaraşar, Sahibi cudü səxa, rəhmü mürüvvət kani. Var bu bəylər kimi çox alinəsəblər, oların, Sidqü ixlas ilə dərgəhlərinin dərbani. Biridir Hacı Ağa bəy, biri Ağa Rza bəy, Onların yavəri olsun kərəmi-rəbbani. Seyyida, sən bu iki sərvən-alınəsəbın, Mədhü övsaflərin gün kimi qıl nurani. Aldanma, yalandır süxəni-mərsiyəxanə, Cənnətlə sizə versə bəşarət, köpək oğlu! Cənnət harada, siz hara tövlə döyü cənnət, Eşşək balası, dağ ayısı, it köpək oğlu! Çün hər bir əməl niyyətə mövquf olubdur, Siz eyləmisiz bicliyə niyyət, köpək oğlu! Səd heyf ki, Qudyaldan ağa eylədi rehlət, Qaldı sizə meydani-rəşadət, köpək oğlu! Əmir Həsən ağa edə gər dəxli-təərrüf, Olmazdı dəxi sizdə cəsarət, köpək oğlu! Bisahib olub dəşt, donuz təllə çıxıbdır, Tülkü bəy olubdur, dərə xəlvət, köpək oğlu! Tutduz bir əməl ki, elədiz milləti rüsva, Yandırdı məni nari-xəcalət, köpək oğlu! Bu fel ki, var sizdə şəhənşahi-rüsuldan, Tutmun dəxi ümmidi-şəfaət, köpək oğlu! Bir təziyəvüz var idi övladi-rəsulə, Ancaq bu idi əcri-risalət, köpək oğlu! Verdiz ona indi ki, aləmdə xələl siz, Bir gözləmədiz əcrü qərabət, köpək oğlu! Cəddim tüpürür görsə sizi ruzi-cəzadə, Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu! Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər – Göylərdə mələklər hamı lənət, köpək oğlu! Hərçənd başın Şüınri-şəqi kəsdi İmamın, Ağladı yenə, eylədi riqqət, kopək oğlu! Siz ağlamasız, öldürüsüz yeddi imamı, Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu! Gər daşdı desəm qəlbüvüzi səxt əcəbdir, Yox daşü dəmirdə bu qəsavət, köpək oğlu! Vardır elə daş ki, yarılıb xövfi-xudadən, Cari olub ənhari-lətafət, köpək oğlu! Vardır elə daş yumbalanıb xişyəti-həqdən, Yox qəhri-xudadən ona taqət, köpək oğlu! Quranda sizin qəlbüvüzi zikr qılıb həq, Get, eylə "əlif-lami" qiraət, köpək oğlu! Sizdəndir uzaq dəhrdə əlbəttə pəyəmbər, Nazil sizə olmuşdu bəraət, köpək oğlu! Seyyid cühəla fövcinə bu sözləri yazdı, Ta eyləyəsiz haldən ibrət, köpək oğlu! Minbəd dəxi tutmayın ol növ ilə işlər – Kim düşmən edə tənü şəmatat, köpək oğlu! Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm, Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu! * * * -Şaxsey * * * == Qoşabeytlər == Ağladırsan sevinir kim, məni-sərgərdanı Ağladırsan sevinir kim, məni-sərgərdanı, İnciməzsənmi mənim naləvü fəryadımdan? Əzbərim mimi-Məhəmməddi, şüarım sələvat, Neyləyim mən, belə dərs almışam ustadımdan. * * * Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar, Tərki-vətən etdimsə əgər, yarım üçündür. Şadəm ki, məni qeyr salır yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür. * * * İçdim ki, badə dəf edə dərdü məlalımı İçdim ki, badə dəf edə dərdü məlalımı, Etdi fəraği-yardə aşuftə halımı. Cəmşid camının nə çəkim minnətini mən, Verməm onun o camına sınmış sifalımı. * * * Əgər bir busə alsam ləli-yari nuşxəndimdən Əgər bir busə alsam ləli-yari nuşxəndimdən, Qəmim yoxdur əgər ney tək kəsilsəm bənd-bəndimdən, Mənə ləli-ləbi-dildarımı öpmək mübah olmuş, Bu əmrə almışam fitvayi-kamil öz əfəndimdən. * * * Bir çarə eyləyin bu gecə yarə getməsin Bir çarə eyləyin bu gecə yarə getməsin, Sübh olmayınca bir də o məhparə getməsin. Cəm eyləsin visalına ol məhliqa bizi, Hicrində qoymasın belə avarə, getməsin. * * * Vaiz, demə kim, zail edər əqli piyalə Vaiz, demə kim, zail edər əqli piyalə, Badə gətirər mərdümi-huşyarı kəmalə. Sən özgə günah eyləmə iç badeyi-gülfam, Ondan nə günah olsa mənə eylə həvalə. * * * Nə qəm, əgər çıxa canım qəmi-fəraqınla Nə qəm, əgər çıxa canım qəmi-fəraqınla, Əgər məzarımı bassan gəlib ayağınla. Cahanda hiç cavan həsrət ölməsin, yarəb, Bu həsrət ilə ki, mən öldüm iştiyaqınla. * * * Yarəb, gətirdi təngə bu dərdü bəla məni Yarəb, gətirdi təngə bu dərdü bəla məni, Etdi qəza həzar qəmə mübtəla məni. Ya al bu canı cismi-nəzarımdan, ey xuda, Ya ol məhi-münir ilə qıl aşina məni. * * * Zülm etmə deməm mən sənə ey dilbəri-novşad Zülm etmə deməm mən sənə ey dilbəri-novşad, Bir üzri-sitəmlə nola qılsan məni dilşad, Bədbəxtligim gör ki, məni yar yanında Düşnam ilə də olsa tapılmaz eyləyən yad. * * * Nə məhrulər cəfasın çəkməyə tabü təvanım var Nə məhrulər cəfasın çəkməyə tabü təvanım var, Nə məhrulərdən ayrı natəvan cism içrə canım var. Əgər ki, əndəlibin var gülü, pərvanənin şəmi, Mənim də bir gül üzlü, şəm surət dilsitanım var. * * * Görcək ayinə rüxün ah eləmək müşküldür Görcək ayinə rüxün ah eləmək müşküldür, Dərd əlindən səni agah eləmək müşküldür. Aləmi-misri-məhəbbətdə könül təxtində Hər gədanı götürüb şah eləmək müşküldür. * * * Eşq oduna yanmağı pərvanədən ögrəndim Eşq oduna yanmağı pərvanədən ögrəndim, Zəncirə tutulmağı divanədən ögrəndim. Zülfün telini gəzmək, gördüm ki, deyil mümkün, Bu sinəmi çak etdim, tər şanədən ögrəndim. * * * Görsəydim əgər yarımı billəm nə deyərdim Görsəydim əgər yarımı billəm nə deyərdim, Tapsaydım o dildarımı billəm nə deyərdim, Gördükdə o şirindəhənin arizi-alın, Dil çaşmasa göftarımı billəm nə deyərdim. * * * Qılıb hər tarına bir binəvanı mübtəla zülfün Qılıb hər tarına bir binəvanı mübtəla zülfün, Olubdur əhli-eşqə, ey sitəmgər, min bəla zülfün, Edibdir əhli-eşqin tabü səbrü huşini qarət, O ala gözlərin, ol ağ buxağın, ol qəra zülfün. * * * Ey gülşəni-behişt cəmalın nişanəsi Ey gülşəni-behişt cəmalın nişanəsi, Kövsər o ləli-şəhdmisalın nişanəsi, Mehrabə Seyyid etməz idi baş əgib niyaz, Tağında olmasaydı hilalın nişanəsi. * * * Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasından Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasından, Ziyalansın, gəl, ey məh, xaki-payın tutiyasından, Külahından çıxartdım kakilin yalvarə-yalvarə, İlanı, ari, şirin dil çıxardar öz yuvasından. * * * Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu, Tutiyi-can ləli-şəkkərbarın eylər arizu, Naməvü qasid pəyamilə xoş olmaz xatirim, Öz ləbindən ləhceyi-göftarın eylər arizu. * * * Hakim ki, tazə varid ola bir vilayətə Hakim ki, tazə varid ola bir vilayətə, Adətdi dadrəs olur əhli-şikayətə. Var əhli-eşqin, ey güli-tər, yüz şikayəti, Səndən dönübdü hər biri bir gəz inayətə. * * * Dedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanı Dedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanı, Dedi: bir bülbülə vermək olurmu bir gülüstanı, Budur zənnim ki, bir kəs məsiyət etməzdi dünyadə, Əvəz etsəydilər gər ruzi-həşrə şami-hicranı. * * * Əqlimi əlimdən nə gülü yasəmən aldı Əqlimi əlimdən nə gülü yasəmən aldı, Nə sünbülü reyhan, nə bağü çəmən aldı. Davud məgər zində olub dəhrdə, Seyyid, Arami-dilim sövti-Məhəmməd Həsən aldı. * * * == Təkbeytlər == Qaşında zəxm görüb ey büti-hilal-əbru Qaşında zəxm görüb ey büti-hilal-əbru, Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu. * * * Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsən Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsən, Etməz əbnayi-zaman tək səni layəqil məst. * * * Demə fəraq odunun duzəxə şəbahəti var Demə fəraq odunun duzəxə şəbahəti var, Behiştə duzəxin, ey bixirəd, nə nisbəti var?! * * * Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün Yeri vardır yazıla səfheyi-əflak üzrə. * * * Hər günüm hicrində, şahim, bir qiyamət etmisən Hər günüm hicrində, şahim, bir qiyamət etmisən, Bir bilirsənmi nələr ey sərvqamət etmisən?! * * * Mən səni əğyarə mail sevməzəm mən edəli Mən səni əğyarə mail sevməzəm mən edəli, Düşmənimdir ol ki, könlü hüsnüvə mail degil. * * * Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar, Ol etdigi qəzəbləri həm eyni-naz imiş. * * * Olmazam vəsl ilə asudə ki, həngami-vüsal Olmazam vəsl ilə asudə ki, həngami-vüsal Rəşk qıllam ona kim, həsrəti-didar çəkər. * * * Xublər könlümü istəllə ki, səndən alalar Xublər könlümü istəllə ki, səndən alalar, Ey pəri, qoyma ki, özgə məni təsxir etsin. * * * Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid, Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından. * * * Vədeyi-didarı fərdayi-qiyamət söylədin Vədeyi-didarı fərdayi-qiyamət söylədin, Səxt dilşadəm ki, hərgiz ol günün fərdası yox. * * * Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi, Bu dərd o dərd degil kim, dəvapəzir olsun. * * * Bir gecə hicran cəzasıyçün əgər məhşər günü Bir gecə hicran cəzasıyçün əgər məhşər günü Almaram ərz etsələr yüz hurü qılmani mənə. * * * Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır – Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin. * * * Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər, Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin. * * * Bunca daş atma fələk, Seyyidi-divanəyə kim Bunca daş atma fələk, Seyyidi-divanəyə kim, Atsa bir daş eləyər şişəni sədparə sənin. * * * Yar hər namə ki, hər aşiqi-biyarə yazar Yar hər namə ki, hər aşiqi-biyarə yazar, Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar. * * * Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım, Gəldi kim, ondan sual eylərdim əhvalın sənin. * * * Ta giriftarınam, eşqin məni dilşad etmiş Ta giriftarınam, eşqin məni dilşad etmiş, Rəhmət ol şəxsə ki, əvvəl bunu bünyad etmiş. * * * Cəmali-Yusifə Yəqub meylindən əyandır kim Cəmali-Yusifə Yəqub meylindən əyandır kim, Kişi öz oğluna aşiq olarmış, yar olmazmış. * * * Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə Açarlar tutmağa, əl hər tərəfdən xəlq damanın. * * * Nə yaxşı vəsldə namehriban idin mənə kim Nə yaxşı vəsldə namehriban idin mənə kim, Zamani-hicrdə çox etmədi kəbab məni. * * * İstəsən ey mələkül-movt ki, canım alasan. İstəsən ey mələkül-movt ki, canım alasan. Get, mənə surəti-yarımda nümayan ol, gəl. * * * Həmdəmi-yar əgər fəriştə ola Həmdəmi-yar əgər fəriştə ola, Aşiqi-zarı bədgüman eylər. * * * Əgər vüsalüvi həq xəlqə qismət etsəydi Əgər vüsalüvi həq xəlqə qismət etsəydi, Ümid kimsənə tutmazdı baği-rizvanə. * * * Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı, Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?! * * * Seyyid o növ vermədi can dərdi-yardən Seyyid o növ vermədi can dərdi-yardən – Kim, düşməni eşitcək onu şadman ola. * * * Hər yerdə töksə qanım ol şuxi-sərvqamət Hər yerdə töksə qanım ol şuxi-sərvqamət, Qan cuş edər o yerdən ta daməni-qiyamət. * * * Qasid məni bəhanə qılıb getdi kuyüvə Qasid məni bəhanə qılıb getdi kuyüvə, Ol kudə bu bəhanə ilə mənzil eylədi. * * * Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə Bir qeyri qasid eyləyirəm ərzi-hal üçün. * * * Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan, Nəmək həqqin fəramuş eyləyənlər kamyab olmaz. * * * Qamətü qaşından olmuş əzbərim nun-əlqələm Qamətü qaşından olmuş əzbərim nun-əlqələm, Məktəbi-eşq içrə mən tifli-səbəqxanın sənin. * * * Səni hüsn ilə binəzir görüb Səni hüsn ilə binəzir görüb, “Vəhdə hu la şərikə-la” dedilər. * * * O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim Ki, şayəd vaqif olsun əşki-çeşmim macərasından. * * * …Dilərdi tüstüdən olmaq kənarə …Dilərdi tüstüdən olmaq kənarə, Bətər ondan bu iş kim, düşdü narə. * * * Abbasını rədd edən sipahi Abbasını rədd edən sipahi, Yox eybi, çıxartsın altı şahi * * * Alimin kuşüvə al göftarın Alimin kuşüvə al göftarın, Sorma xasiyyət ilə ətvarın. * * * Bu səffədə piri tulla gürgə Bu səffədə piri tulla gürgə, Damə atılır kühən süpürgə. * * * Eşidib ölməgüvi şəhrdən öldüm, getdim Eşidib ölməgüvi şəhrdən öldüm, getdim, Eylə, ey mah, məni tərki-səfərdən ehya. * * * Yad ol günlər ki, bavər eyləməzdim, ey könül Yad ol günlər ki, bavər eyləməzdim, ey könül, Gər şikayət eyləsəydi kimsə hicri-yardən. * * * Eşitdim ta qiyamət qamətindən bir əlamətdir Eşitdim ta qiyamət qamətindən bir əlamətdir, Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir. * * * Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab, Gər bu məzlumə o şuxi-səngdil qatil degil? * * * Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu, Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm. * * * Qeyrlər meyl etməgindən yarə bihal olmuşam Qeyrlər meyl etməgindən yarə bihal olmuşam, Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə. * * * Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan, Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan. * * * Fariqimdən degiləm şad, vəli əğyarın Fariqimdən degiləm şad, vəli əğyarın Bağrı qan olmaq üçün gül təki xəndan oluram. * * * Ölmə eşəgim, sabah olur yaz Ölmə eşəgim, sabah olur yaz, Yonca bitibən işin olur saz. * * * Bir yaxşı üçün yaman sevərlər Bir yaxşı üçün yaman sevərlər, Gül xatirinə tikan sevərlər. * * * Ləbbəstədir əhli-hal ağzı Ləbbəstədir əhli-hal ağzı, El ağzı, demək, çuval ağzı. * * * Yağmurdən eyləyən fərarı Yağmurdən eyləyən fərarı, Axır doluya düşər güzarı. * * * Yat rahətilə, tut öz sayağın Yat rahətilə, tut öz sayağın, Yorqanuva düz uzat ayağın. * * * Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz, Haçan mən xatiri-dildarə düşdum kim, cəfa qılsın? * * * Təəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə Təəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə, Məgər ol vəqt hicranın yox imiş beylə təsiri? * * * Yüz mama olsa, ey güruhi-bəşər Yüz mama olsa, ey güruhi-bəşər, Bu məsəldir ki, güc doğanə düşər. * * * Bəli, hər bir kəsin var bir səyağı Bəli, hər bir kəsin var bir səyağı, Böyük başın böyükdür ağrımağı. * * * Ey əzizim, hesab yox yaşda Ey əzizim, hesab yox yaşda, Bu müşəxxəsdi əql olur başda. * * * Sazı səksəndə ögrənən idbar Sazı səksəndə ögrənən idbar, Bir də anı qiyamət olsa çalar. * * * Can kuyi-nigarə oldu azim Can kuyi-nigarə oldu azim, Şəhri görənə bələd nə lazim. * * * == Qitələr == İntiqam ilə könül gərçi olur şad, vəli İntiqam ilə könül gərçi olur şad, vəli Dəmi-qüdrətdə füzundur fərəhü zövqü səfa. Hər cəfa eyliyənə qəsdi-mükafat etsən, Bəs gərək ömrü giranmayə ola sərfi-cəfa. * * * Dedilər dün o şəkərləb mənə düşnam verib Dedilər dün o şəkərləb mənə düşnam verib, Məndə ol bəxtü səadət hanı, böhtandır bu. Sipəhi-xətt gəlir arizüvə fövcbəfövc, Rum mülkündə olan leşkəri-sultandır bu. Seyyida, yox dedi dərman qəmi-hicranə təbib, Çox qələt eylədi ol, gör necə dərmandır bu?! * * * Könül tapmazdı yol ləli-ləbindən kamə yetməkçün Könül tapmazdı yol ləli-ləbindən kamə yetməkçün, Bihəmdilləh ki, gəldi səbz xəttin Xızri-rah oldu. O zalım bir günah axtardı ki, Seyyid, tökə qanım, Günahım olmamaq axırda qətlimçün günah oldu. * * * Var neçə şair ki, rəsmi-şeri məndən ögrənib Var neçə şair ki, rəsmi-şeri məndən ögrənib, Onların ustadiyəm, aləm bilir, bilittifaq. Mən atalıq etmişəm, onlar mənə övladdır, Bəzi onlardan olurlar indi gər ustadə ağ, İddia eylər ki, şairlikdə səndən mahirəm, Banəmək əşarıma aləm çəkirlər iştiyaq. Mən də inkar etmirəm, əmma ki, vardır bir məsəl: “Şux qoduq şıllaq atar, düşmüş anasından qabaq”. * * * Rəsmü rəhi-əşarı, təlim tapıb məndən Rəsmü rəhi-əşarı, təlim tapıb məndən, İndi özünü Bixud ustad sanır əmda. Bir ayda tamam olmaz tək bir qəzəli hərgiz, Bir fərdi bu gün yazsa, bir fərdi yazar fərda. Əfsus o gündən kim, it sahibinə hürsün, İt olsa quduz yoxdur dərmanı onun, dərda! Ey Bixudi-kəmhimmət, bu misrəi vird eylə: “Mən əlləməni hərfən, qəd səyyərəni əbda”. * * * Bixudi-zahirpərəst zahirimə bənd olub Bixudi-zahirpərəst zahirimə bənd olub, Çıxmadı başı onun, heyf içimdən mənim; Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli, Tifli-ibarət əmər şir keçimdən mənim. Laş verib bəslədim hər küçüyü dəhrdə, Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim. * * * Biz iki şairik, fələk, axır Biz iki şairik, fələk, axır Bizi hər xasiyətdə tovəm qıl. Ya məni eşşək eylə Bixud tək, Ya onu mən kimi bir adəm qıl. * * * Saqi, hanı xurşid-mey axır ki, sabah Saqi, hanı xurşid-mey axır ki, sabah Bisağəri-mey əhli-vəfa xuncigər oldu. Verdim könül ümmid ilə bir özgə nigarə, Bədbəxtligim gör ki, bu ondan bətər oldu. Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux: – Hay, hay, bu da gəldi bizə bir dərdi-sər oldu. Əğyar nə bilsin ki, nədir surəti-halım, Xud mən bilirəm ki, mənə axır nələr oldu. * * * Qardə gər acından olsa həlak Qardə gər acından olsa həlak, Yeməz it artığın zəmanədə şir. Lacivərdi tiladı divarə, Gər müxənnəs geyə libasi-hərir. Gər Firidunə çatsa dövlətdə, Bihünər kimsədir cihanda fəqir. Yemə namərd löqməsin Seyyid, Sifəti etməsin sənə təsir. Şahidi-razdən götür bürqə, Qoy səni xəlq eyləsin təkfir. * * * Visali-yari-gülrüxsar axır döndü hicranə Visali-yari-gülrüxsar axır döndü hicranə, Məqamım rovzeyi-rizvan ikən axırda nar oldu. Məgər əbri-bahari mən kimi bir güldən ayrılmış Ki, rəngi tirə olduvü çeşmi əşkbar oldu. Fəraqi-yari-gülrüxsardən incinmə, ey Seyyid, Kimin-yarı yanında qaldı, kimlər kamkar oldu. * * * Fövti-şəhi-hüsn üçün tutmuş ikən xət əza Fövti-şəhi-hüsn üçün tutmuş ikən xət əza Həftədə bir yol o məh leyk qəradən çıxar. Bilsə ləbi-ləlinin sirrini faş etdigim, Könlü dəxi qönçə tək badi-səbadən çıxar. * * * == Tərkibbəndlər == Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi, Zövqi-didarilə könlümdə qərarım var idi, Bir üzarı mah, zülfü müşkbarım var idi, Ləbləri şəkkər, üzü gül tacdarım var idi, Bir cəmalı rəşki-bağü gülüzarım var idi, Sünbülüm, sərvim, gülüm, bağım, baharım var idi, Bir pəri peykər, mələk rüxsar yarım var idi, Kim hərimi-vəslinə busü kənarım var idi, Yar vəslindən, qərəz, xoş ruzgarım var idi, Eyləməzdim meyli-gül, ol gülüzarım var idi. Rəşk edib dövri-zəmanə saldı firqət, aqibət, Qoydu ol mahə məni-nalani həsrət, aqibət. Ey düri-yekta ki, yoxdur aləm içrə qiymətin, Dilrübalıqda tutub cümlə cahanı şöhrətin, Gərçi mən çəkdim rəhi-eşqində rəncü zəhmətin, Verdi hər gün yüz mənə yüz min bəlavü möhnətin, Oldu, ey gül, həm sənin hər xarə meylü ülfətin, Özgələr bəzmin münəvvər qıldı mahi-tələtin, Əlqərəz kim, oldu qismət qeyrə xani-vəslətin, Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin, Ah, yüz min ah, əgər könlümdə qalsa həsrətin, Qət edər sərrişteyi-ömrümü tiği-firqətin. Billah örtülməz məzarım ahü zarımdan mənim, Baş çəkər topraqdən əflakə suzü şivənim. Bəs ki, hər şəb firqətindən eylərəm çox ahü zar, Halıma ağlar dərü divar, yeksər biqərar, Zəf olub qalib, məni dün xab alıb biixtiyar, Xab tutcaq çeşmimi, gördüm səni, ey gülüzar, Eylə bildim ki, degildir xab, sandım aşkar, Yalvarıb öpdüm əlin, düşdüm ayağə xaksar, Eylədim hicran əlindən çox şikayət bişümar, Kim, visalından məni dur etdi devri-ruzigar, Eylər idin Seyyidi həm vəslinə ümmidvar, Nagəh oldum xabdən bidar, gördüm yoxdu yar. Qüssədən ta sübh olunca zarü bidar ağladım, Oldu cari gözlərimdən əşki-gülnar, ağladım. * * * İnsanın xilqəti, həqiqi və məcazi eşq haqqında Ümməhatə oluban səbeyi-rəxşan şövhər, Çəkdilər rənclər iycadım üçün həft pədər. Həft aba mənə izhar elədi tərbiyətin, Etdi tövlid məni ta ki, bu əsfəl madər. Dörd ana yeddi atadan üç oğul oldu əyan, Oldu bu üç oğulun əfzəli ənvai-bəşər, Əql istərdi mənə tərbiyət etsin, nagəh Eşq peyda oluban qıldı məni zirü zəbər. Saldı sövdayə məni rişteyi-kakil həvəsi, Qıldı aşüftəvü dərhəm məni zülfi-dilbər. İstər idim günü-gündən ola canım niku, Elədi eşq mənim canımı bəddən bədtər. Müxtəsər, aşiq olan olmaz imiş dəhrdə şad, Bir zaman olmaz imiş dərdü bəladən azad. Ey xoş ol dəm ki, mənim eşq ilə karım yox idi, Bimi-əğyar, könüldə qəmi-yarım yox idi. Gəlməmişdim hələ mən kətmi-ədəmdən birun, Vadiyi-eşqi-bəlaxizə güzarım yox idi. Eşqü aşiqlik işin bilməz idim aləm ara, Dili-bidərddə ənduhü qübarım yox idi. Xar-xarım yox idi bu güli-rənalər üçün, Fikri-novruz, qəmi-fəsli-baharım yox idi. Nəzərimdə yox idi cilveyi-hüsni-məhbub, Zərrəcə ayineyi-dildə qübarım yox idi. Qəflət etmişdi məni dami-bəladən fariğ – Ki, hərimi-hərəmi-qeyddə barım yox idi. Rəşk asayişimə çərxi-cəfakar etdi, Dərd üçün ta ki, ədəmdən məni izhar etdi. Cani-aşüftə əsir oldu dili-şeydayə, Səri-sərgəştə giriftar qəmi-dünyayə, Daneyi-xalı görüb mürği-könül bənd oldu, Dami-giysuyi-büti-lalərüxi-zibayə. Oldu atəşgədeyi-qüssə dili-suzanım, Saldı kakil həvəsi başımı bir sövdayə. Şahidi-fitrəti-əsliyyəm açıb pərdəsini Rüxi-zibasını göstərdi məni-rüsvayə. Dilü canü tənə yalvardım, olar etmədi guş, Bir zaman etmədilər rəhm məni-şeydayə. Dilü canü tən olub maili-dünyayi-dəni. Saldılar aqibət aləmdə məni qovğayə. Gördülər acizəm, onlar məni bəs xar etdi, Hər üçü silsileyi-zəbtə giriftar etdi. İqtidayi-tənü canü dili-şeyda etdim. Özümü aşiq olub maili-dünya etdim. Dilü canü tənimə vermək üçün rahətlər, Rənclər çəkdimü əsbab mühəyya etdim. Mülki-aləmdə pərişanlığa əsbab oldu Mən ki, cəmiyyət üçün hər nə təmənna etdim. Aləmi-qüdsdə bir aqilü fərzanə ikən, Özümü aləmi-nasutdə rüsva etdim. Rahət idim, rəhi-təşvişü bəlanı tutdum, Əcəb asudə idim dəğdəğə peyda etdim. Hiç sövdə girəhi açmadı əhvalımdan, Aciz oldum dəxi tərki-hamı sövda etdim. Eşq peyda oluban tutdu mənim damənimi, Yaxdı qeyrət oduna bu dilü canü tənimi. Bir gülün eşqinə ta etdi giriftar məni, Saldı nagəh oda yandırdı əcəb nar məni. Gah göstərdi qədin, göglərə çıxdı ahım, Gah göstərdi gözün, eylədi bimar məni. Gecələr həsrəti-mahi-rüxi-zibası ilə, Dərd ilə sübhə kimi eylədi bidar məni. Gəh giriftar elədi könlümü tari-kakil, Gəh əsir eylədi ol türreyi-tərrar məni. Qətrə-qətrə cigərim qanı gözümdən gəlibən, Etdi rüsvayi-cahan dideyi-xunbar məni. Ah, ol simtənü sərvqədü laləüzar, Eylədi baği-məhəbbətdə belə xar məni. Ah kim, xatiri dilşad olur azarımdan, Bir xəbər tutmadı əhvali-dili-zarımdam. Ta giriftar degildim bu ədası yox idi. Dəmbədəm aşiqi-miskinə cəfası yox idi. Nərgisi-məsti mənə eylər idi mərdümlük, O qara gözlərinin bunca bəlası yox idi. Yad eylərdi məni, halımı eylərdi sual, Bu cəfası, bu ədası, bu həvası yox idi. Almamışdı rəvişi-cövrü cəfanı təlim, Cövr üçün xatirinin hiç rizası yox idi. Xütən ahusu kimi çeşmi olurdu mənə ram, Çini-giysulərinin səhvü xətası yox idi. Kəbeyi-kuyi mənim olmuş idi səcdəgəhim, Yarsız məclisimin zövqü səfası yox idi. Lütfünün eyni-sitəm olduğunu bilməz idim, Qəsdinin möhnətü qəm olduğunu bilməz idim. Ta ki seyd etdi məni, ruyini pinhan elədi, Bağrımı qönçə kimi möhnət ilə qan elədi. Məndən ülfət kəsibən baxdı rəqibin sözünə, Tiği-bidad çəkib qəsdi-dilü can elədi. Bir nigah ilə mən oldum gözünün bimarı, Məni dərd ilə qoyub özgəyə dərman elədi. Nə deyim mən ki, nələr qıldı mənə hicranı, Demək olmaz o cəfa kim, mənə hicran elədi. Könül ümmidi-vəfa ilə əsir olmuş idi, Cövr ilə xaneyi-ümmidimi viran elədi. Nə fəraqinə olur səbr, nə vəsli məqdur, Neyləyim, çarə nədir kim, məni heyran elədi. Dün gecə təngə gəlib yar ilə göftar etdim, Ta ki fürsət tapıban dərdi-dil izhar etdim. Dedim, ey canü könül xəsteyi-azari-qəmin, Xəm qılıb qamətimi bari-bəlavü sitəmin. Yoxdu bir dəm ki, sitəm görməyə səndən könlüm, Çəkirəm aləm ara mən sitəmi-dəmbədəmin. Netmişəm mən sənə, ey şah, müqəssirlər tək, Bağlayıb gərdənimi türreyi-pürpiçü xəmin. Nəzəri-mərhəmətin var idi əzzəldə mənə, Sürmə idi gözümə şövq ilə xaki-qədəmin. Nə günah etmişəm, ey sərvi-riyazi-cənnət – Ki, başımdan gedib ol sayeyi-lütfü kərəmin. Bundan artıq mənə sən etmə dəxi cövrü cəfa, Qalmayıb dildə dəxi taqəti-bari-ələmin. Dedi: sən talibi-iksirsən, ey bisərü pa, Kim görübdür, görəsən sən də pərilərdə vəfa. Hər kimi biz ki, məhəbbətdə giriftar edərik, Bağlarıq zülfə, günün möhnət ilə tar edərik. Nərgisi-məstimizə kimsə ki, olsa aşiq, Vermərik şərbəti-vəsli, onu bimar edərik. Güli-rüxsarımıza kimsə ki, olsa talib, Açmarıq üz ona, əlbəttə onu xar edərik. Görməz aləmdə bizim pərtövi-rüxsarımızı, Biz üzü şəmi-şəbi-məclisi-əğyar edərik. Allıq əldən bizə aşiq olanın iymanın, Bağlayıb zülfümüzü boynuna zünnar edərik. Alarıq könlünü baziçeyi-eşq ilə onun, Tutuban istəsə bizdən onu, inkar edərik. Müxtəsər, aşiq olan dəhrdə yetməz kamə, Bəs gərək səbr eləyə dərdü qəmi-əyyamə. Dedim: ey ruhi-rəvan, eyləmə bunca məni zar, Xoş degildir bu qədər kim, edəsən cövr şüar. Gözümün mərdümünü eyləmə xunabəyə qərq, Nə rəvadır olasan mərdümi-mərdümazar. Nəxli-cövr əkmə ki, verməz səməri-xub sənə, Rəhm qıl ta ki, cahanda olasan bərxurdar. Düri-guş eyləmə əğyari-müxalif sözünü, Eyləmə ülfəti-yarani-müvafiqdən ar. Bu qədər, mahrüxüm, hüsnüvə olma qürrə, Tez yetər hüsnüvə aləmdə zəvali-şəbi-tar. Xət gəlib ayineyi-hüsnüvü eylər tirə, Surətin məhv olu, qalmaz bu səfadən asar. Tapar afaqdə təğyir güli-rüxsarın, Atəşin dud qılar, sərd olur bazarın. Həvəsi-türreyi-tərrarüvi etməz bir kəs, Meyli-nəzzareyi-rüxsarüvi etməz bir kəs. Kami-üşşaqə ləbindən tökəsən şəkkər əgər, Həvəsi-ləli-şəkərbarüvi etməz bir kəs. Qapuvi səcdəgəh etməz dəxi ərbabi-nəzər, Tövf, Kəbə kimi divarüvi etməz bir kəs. Kəbk tək naz ilə hərçənd xüram eyləyəsən, Arizu şiveyi-rəftarüvi etməz bir kəs. Hər kəsin yanına getsən, çəki səndən üzünü – Ki, tələb nərgisi-bimarüvi etməz bir kəs. Bir kəsi görməsən aşüftə, pərişanxatir, Arizü zülfi-siyəhtarüvi etməz bir kəs. O sifət olma o gündə ki, xəcalət çəkəsən, Eşidib tənələri bari-məlalət çəkəsən. Etmədi pəndlərim ol büti-səngindilə kar, Qılmadı rəhm mənə, eylədi azarı şüar. Etmədi tərki-cəfa, gözləmədi rahi-vəfa, Eylədi bu dili pürxunuma hərdəm azar. Heyrəti-zülfü rüxilə o büti-kafərkiş Ağladıb dideyi-pürxunumu hər leylü nəhar. Cigərim daş degildi o büti-kafər tək, Etmədim tab cəfayə, səfər etdim naçar. Rənc ilə bir neçə il möhnəti-qürbət çəkdim, Könlümü qan elədi həsrəti-didari-nigar. Etdi hər xarə özün ol güli-rəna həmdəm, Qıldı hər xarı sərəfraz, məni eylədi xar. Yadə düşdükcə o gül eylər idim əfqanı, Gözlərimdən tökülürdü cigərimin qanı. Mülki-qürbətdə mənə olmadı bir rah güşad, Bəlkə yadilə qəmi-eşq dəxi oldu ziyad, Ağlayırdım, aparırdı məni seyli-möhnət, Ah edərdim dağıda xirməni-aramımı bad. Gərçi çıxmazdı o gülçöhrə mənim yadımdan, Gördüm ol səngdil etməz məni peyğam ilə yad. Genə bisəbrlik aramımı aldı əldən, Arizuyi-vətəni eylədi qəlbi-naşad. Bağladım rəxti-səfər ta ki, yetişdim vətənə, Görüb əhbabları, qüssədən oldum azad. Çün yetişdim vətənə əzmi-təmaşa qıldım O güli-alə ki, etmişdi mənə çox bidad. Gördüm ol səbzeyi-biganə gülüstanı tutub, Xətti-reyhanı gəlib səfheyi-quranı tutub. Səbzələr pərdeyi-hüsni-güli-rüxsarı olub, Xarlər rahzəni-səfheyi-gülzarı olub, Tərk edib talib olanlar Ərəfati-kuyin, Dəxi mətruk o gülün Kəbeyi-didarı olub. Tərk edib aşiq olanlar həvəsi-didarın, Özü aşiqlərin, ol şux, tələbkarı olub. Müntəzirlər hamı ondan eləyib qəti-nəzər, Mötəqidlər hamısı münkiri-ətvarı olub. Dəxi sərməst degil badeyi-qəflətdən o gül, Ayılıb, huşə gəlib, dərd xəbərdarı olub. Bir gəda tək ki, özün xabdə sultan görmüş, Göz açıb vaqiənin, heyf ki, bidarı olub. Atəşi-həsrət onun könlünə çəkmiş yüz dağ, Dağılıb rövnəqi-cəmiyyəti, aşüftə dimağ. Suzişi-daği-dilim oldu çü ol xətdən kəm, Bitəkəllüf xəti daği-dilə oldu mərhəm. Əndək-əndək azalıb sinədə suzi-eşqim, Rəftə-rəftə dili-qəmpərvərim oldu xürrəm. Gərçi ol şiftəhal oldu pərişanxatir, Leyk canım olub asudə, dil oldu biğəm. Dil ki, məhrum idi eyşü tərəbi-aləmdən, Ta hərimi-hərəmi-işrətə oldu məhrəm. Canü tən olmuş idi zövqi-cahandan qafil, Tazədən oldula məşğuli-səfayi-aləm. Ələmi-işrətini könlüm ucaltdı fələkə, Yetdi əflakə başım, rəf olub dərdü ələm. Çünki biğəm özümü, ol gülü qəmgin gördüm, Etmədim səbr, gedib yanına halın sordum. Dedim: ol səndə olan şiveyi-rəftar hanı, Ləbi-şirin hanı, ol ləzzəti-göftar hanı? Salikani-rəhi-sövdaların aya nə olub, Eşqbazani-diləfkarü giriftar hanı? Bənddə yoxdu əsirani-diləfkarlərin, Paybəndani-səri-türreyi-tərrar hanı? Ləblərindən niyə sərməst degil zövq əhli, Meyi-keyfiyyəti-ol ləli-şəkərbar hanı? Dedi: Seyyid, nə vurarsan mənə hərdəm tənə, De görüm, səndə olan dideyi-xunbar hanı? Naxüni-qəmlə nədən eyləməsən sinə xəraş, Dili-sövdazədəvü sineyi-əfkar hanı? Surəti-faniyə sən könlünü vermə, zinhar, Gər bəqa talibisən məniyə ol bərxurdar. Etdi ol gül məni bu badeyi-göftar ilə məst, Sındırıb bütlərimi çəkdim əlayiqdən dəst. Kəbeyi-könlümü etdim dəxi bütlərdən pak, Yədi-qüdrətlə edib Lat ilə Üzzanı şikəst. Keçibən eşqi-məcazini həqiqət tapdım, Üzülüb zindeyi-cavid ilə oldu peyvəst. Var ümidim ki, məni salmaz ayaqə gərdun, Verdi məşuqi-əzəl çünki mənim dəstimə dəst. Can məşaminə gəlib eşqi-həqiqət buyi, Ta dilü canım olub talibi-peymani-ələst. Dilə nəqş eylədim ol xaliqi-davər eşqin – Ki, məni dəhrdə nabud ikən, ol eylədi həst. Üzvi-üzvümdən olur aləmə sadir bu səda: “La şərikə ləhü fil-mülki və rəbbi əhəda”. * * * == Müstəzadlar == Ey arizi əhli-nəzərə Kəbeyi-ülya Ey arizi əhli-nəzərə Kəbeyi-ülya, Kəbə sənə şeyda. Kuyündü Mina aşiqə, yox-yox, dəxi əla, Qurban sənə dünya! Nazik bədənim, mahvəşim, bu nə səfərdir, Həngami-xətərdir. Hala ki, edib mehr Əsəd bürcünü məva, Var şidəti-gərma. Gün qarşısına çıxma ki, niylufəri-tərsən, Əfsürdələnərsən. Sərçeşmeyi-çeşmimdə gərəkdir sənə sükna, Ey gözləri şəhla. Ta yetməyə nazik tənüvə tabi-hərarət, Ey mahi-məlahət. Hər ləhzə günə pərdə çəkir göydə Məsiha, Ey şahidi-rəna. Ol bərgi-səmən tək ayağın qoyma rikabə, Salma məni tabə. Qurbanın olum, payi-lətifin çəgər iyza, Ey laleyi-həmra. Nazik bədənin qərq eləmə aləti-cəngə, Əl vurma tüfəngə. Çiynində tüfəng bağı əgər zəxm edə peyda, Ölləm məni-rüsva. Xəncər nə rəvadır, gözəlim, muy miyanə, Salma məni qanə. Şaxi-qətəri çəkmə gəl ağuşuva, yara, Ey yari-dilara. Gər qeyr eləyə Beyti-xudavəndi ziyarət, Həm eyləyə ricət. Pişvazə nə lazım çıxasan, ey büti-ziyba, Vey şahidi-yəğma. Ey gül, sən özün Kəbeyi-ərbabi-səfasən, Həm nuri-xudasən. Xali-siyahindir Həcərül-əsvədə həmta, Ey mayeyi-sövda. * * * “Beytüssəfayə” Şirvanə səni eylərəm, ey namə, rəvanə, Dön abi-rəvanə. Çək şölə, tutub bəzmi-əhibbadə zəbanə, Gəldikdə zəbanə. Ol məclisə kim, ruhül-əmin almasa rüsxət, Yox girməyə fürsət. Torpağə düşüb əczlə üz qoy o məkanə, Tap anə bəhanə. Zuinin ayağından öpüb kəsbi-ziya qıl, İzhari-səna qıl. Əhvalımı çək Bixudə rəmz ilə bəyanə, Şərh eylə əfsanə. Ol vəqt ki, halım elədin Qafilə izhar, Bir gizli sözüm var; Əhbabda məhrəm odu bu sirri-nihanə, Kəşf etmişəm anə. Ol kakili-müşkinə elə ərzü səlamım, Çək əcz ilə namım. Sərbəstə deyim, yəni filan ibni-filanə, Ol cani-cahanə. Ol qaşı kəman, kiprigi ox yarımı görsən, Dildarımı görsən, Təqriblə söz aç, məni ol qaşı kəmanə Ver böylə nişanə: Kim, sən büti-Leylayə giriftar olan aşiq, Bimar olan aşiq, Məcnunə dönüb, aləm ara oldu fəsanə, Məğlubi-zəmanə. Şəmə dolanır yad edib ol arizi-alı; Parvanə misalı. İstər səni, hər ləhzə, gəzər xanəbəxanə, Ey dürri-yeganə. Ey dustlər, ol şux ilə içdikdə şərabı, Cami-meyi-nabı, Bir yadə salırsız məni-avarəni, ya nə? Qaldım yana-yanə. Siz rahət ilə ləzzət edin beyti-Səfadə, Seyyid bu bəladə. Döndü cigərim firqətinizdən dəxi qanə, Yox təndə təvanə. * * * Dünyadə cəfasız bizə bir yar tapılmaz Dünyadə cəfasız bizə bir yar tapılmaz, Dildar tapılmaz. Məşhur məsəldir; güli-bixar tapılmaz, Gülzar tapılmaz. Sünbül nəçidir kim, ola ol zülfə bərabər, Ey laleyi-əhmər, Zülfün kimi bir nafeyi-tatar tapılmaz, Bir tar tapılmaz. Qəddin kimi var bağdə çox sərvü sənubər, Şimşad ilə ər-ər, Onlarda vəli səndəki rəftar tapılmaz, Ətvar tapılmaz. Bu rənci-xumar eylədi dilxun məni, saqi, Yoxmu meyi-baqi, Camında məgər badeyi-gülnar tapılmaz, Asar tapılmaz. Biz gövhəri-pürqiyməti-gəncineyi-canıq, Bir gənci-nihanıq. Qaldıq, bizə dünyadə xəridar tapılmaz, Bazar tapılmaz. Əsrari-xudadən dilü canımdı ləbaləb, Divani-mürəttəb, Şərh etməgə bir məhrəmi-əsrar tapılmaz, Dəyyar tapılmaz. Sövdayi-qəmi-zülfdə artırdı fəğanın, Tərk eylədi canın, Seyyid kimi bir şairi-biar tapılmaz, Bikar tapılmaz. * * * “Beytüssəfayə” Ey dustlər, ol sərvi-xuraman sizin olsun, Canan sizin olsun. Seyri-güli-gülzarü gülüstan sizin olsun, Reyhan sizin olsun. Biz atəşi-hicran ilə duzəxlərə yandıq, Sövdayə boyandıq. Vəsl aləmi ol rovzeyi-rizvan sizin olsun, Qılman sizin olsun. Biz cəm ikən ol silsilədən təfriqə düşdük, Bu danə ilişdük, Sərhəlqeyi-geysuyi-pərişan sizin olsun, Saman sizin olsun. Zülfü həvəsindən bizə Şam oldu nişimən, Etdik onu məskən. Ol arizi xürşid ilə Şirvan sizin olsun, Dövran sizin olsun. Ol murxətin qaldı könül vəslinə həsrət, Yoxdur mənə fürsət. Gülzari-Səba, mülki-Süleyman sizin olsun, Fərman sizin olsun. Ey zahiri ixvani-Səfa, gürgədalər, Biəhdü vəfalər. Yəqub mən oldum, məhi-Kənan sizin olsun, Ol can sizin olsun. Seyyid təki siz olmayın əlbəttə vəfasız, Bişərmü həyasız, Can ol qaragöz dilbərimin, can sizin olsun, Canan sizin olsun. * * * Kitabxana.az · https://kitabxana.az/authors/seyid-ezim İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.