Süruri. Əsərləri Süruri (?–1520) Ta müənbər kakilin xurşidə salmışdır kəmənd Bağlamışdır boynumu zənciri-zülfün bənd-bənd Qəddi-dilcuyin nəhalın gördü çün gülzardə Durdu ayağ üstünə təzim edüb sərvi-bülənd Ənbər-əfşan zülfünə irmək dilər cana könül Allah-Allah, nə uzaq sevdayə düşmüş dərdmənd Nasiha! pənd etməgil mehrindən ol məhparənin Şöylə dolmuşdur könül kim, qalmamışdır cayi-pənd Ey Süruri xətti-sevdasından anın baş çəkən Parələnsin tiği-möhnətlə qələm tək bənd-bənd * * * Kitabxana.az · https://kitabxana.az/authors/sururi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1520). Public domain (author died 1520). Original text only.