Molla Pənah Vaqif. Əsərləri Molla Pənah Vaqif (1717–1797) == Qəzəllər == Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər tək Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək, Olub risva ağızdan-ağıza düşdük süxənlər tək. Nolurdu kim, olaydım qasidin qoynundakı kağız Ki, mən də Qələyə bir yol gedəydim bu gedənlər tək. Gül əndamlar səfayi-söhbətin yad eylərik hərdəm, Batar əzamıza ta sübhədək tüklər tikənlər tək. Kərəm qılmış, bizə ol lalərüx bir namə göndərmiş, Açıb onu tamaşa eylərik bərgi-səmənlər tək. Nə xoş nəqqaşımış bu naməni (yarəb), yazan katib, Hünər izhar edib, surətdə möcüz göstərənlər tək. Səfərdə yar yanından gələn kağızları bir-bir, Öpər Vaqif, basar bağrına hərdəm gülbədənlər tək. * * * Hər səhər bad əsər, arızı-cananə dəyər Hər səhər bad əsər, arizi-cananə dəyər, Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. Olmasa qabil əgər dəhr cəfa verməz ona, Tə’m biləzzət olanda necə dəndanə dəyər. Şəm gər yansa savadi-şəb üçün heyf olmaz, Şö’ləsi çünki onun arizi-cananə dəyər. Söhbəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər. Sən ki, bir mərdin ucundan nə bəla çəkdin isə, Vəsli-didari onun rəhməti-qüfranə dəyər. Mən ki, meydani-bəla içrə sərim top edərəm, Ta düşər əldən-ələ axırı çövkanə dəyər. O nə qəmdir oda bir mərdin ucunda yanasan, Verəsən canını bir canə ki, min canə dəyər. Canımı atəşi-qürbətdə belə yandırıram, Necə şəm’ə dolanıb hər gecə pərvanə dəyər. ``Nə qədər olsa qoca gərçi Vidadi xəstə Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər * * * Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər, Gah zindanə, gəhi çahi-zənəxdanə düşər. Afəti-dəhr deyər ol kəsə kim, kamildir, Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər. Mərd igidlər özünə məhbəsi meydan bilir, Sanma kim, nakəsü namərd bu meydanə düşər. Eybdən saf çıxar, pakü mübərra görünür, Hər tila kim, küreyi-atəşi-suzanə düşər. Piçü tabə düşənin işi, bəli, üzdə olur, Zülf bu vəchlə rüxsareyi-tabanə düşər. Hər yaman yer ki, olur — yaxşıların mənzilidir, Ləl daş içrə, xəzinə dəxi viranə düşər. Şəmi-qəm şadlıq əyyamına xoş ziyvərdir, Necə kim, xali-siyəh arizi-cananə düşər. Ey Vidadi, qəmi-zindanə giriftar olmaq, Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər. Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər. * * * Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm, Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım, Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin, Daş bağırlı saqiyi-sahib-cəfədan küsmüşəm. Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara, Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm. Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil, Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm. * * * Təzkireyi-Nəvvab Qarabağ içrə bir şair kəlimüllahi-Musadır, Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır. Qələm qədrin əsayi-əjdaha peykərçə bilməkdə, Bəni-israilə ali-cavanşir, yəni həmtadır. Dili rövşən gərək şadan içində sərf edən ömrün, Çırağın səltənət gahi səvadi-şami-yeldadır. Ümidim vardır kim, bu qəra gün getməyə başə, Dönər bir özgə rəng ilə, bu axır çərxi-xizradır. Məkan tutdisə Vaqif, yox əcəb bu Şişədaşında. Məkanı lə li-gülrəngin miyani-səngi-xaradır. * * * Təzkireyi-Nəvvab Hər səhər bad əsər ki, arizi-cananə dəyər, Toxunar sərvə gəhi, gah gülüstanə dəyər. Olmasa qabil əgər, dəhr cəfa verməz ələ, Təm biləzzət olanda necə dəndanə dəyər. Şəm gər yansa səvadi-şəb üçün, heyf olmaz, Şöləsi çünki onun arizi-cananə dəyər. Ülfəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, mərd ətəgi dövləti-xaqanə dəyər. Mən ki meydani-bəla içrə sərim top edərəm, Ta düşə əldən-ələ, axiri çövkanə dəyər. Nə qədər olsa qoca, gərçi Vidadi xəstə, Genə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər. * * * Düşərmi? Salmaq nəzərindən məni cananə düşərmi? Tərk eyləmək öz qulunu sultanə düşərmi? Kakil nə rəvadır ki, könüldən edə qeybət, Şanə gileyi-zülfi-pərişanə düşərmi? Qəmzən, ləbini dişləməmiş, qanımı tökdü, Qan eyləməyən kimsənə heç qanə düşərmi? Dil çahi-zənəxdanə düşüb zülfün ucundan, Əlbəttə, xətasız kişi zindanə düşərmi? Ol sərvi-xuramanə ki, gəzmək olub adət, Bir yol yolu gör kim, bizim eyvanə düşərmi? Olmasa əgər Vaqifə bir sədri-səmənbar. Top eyləyibən başını meydanə düşərmi? * * * Hər kimin cananı kim, bir əhli-ürfan olmaya Hər kimin cananı kim, bir əhli-ürfan olmaya, Şahi-aləm olsa, onda rahəti-can olmaya. Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər, Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya. Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün, Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya. Afəti-badi-fənadən dağıla, bərbad ola, Ol bina ki, onda bir zülfi pərişan olmaya. Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə, Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya? Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl, Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya. * * * Riyayü kibrü kizbü büxl olur nayab igitlərdə Riyayü kibrü kizbü büxl olur nayab igitlərdə, Təvazödür səfavü sidqilə əsbab igitlərdə. Özün kişi deyən kimsə sədaqət sənətin işlər, Nədən kim, olmayıbdır hiç kəs kəzzab, igitlərdə. Hücumi-ləşkəri-təklifi-yarani-Vəfadarə, Misali-səddi-Iskəndər gərəkdir tab igitlərdə. İgitlik iddiasın edənə layiq deyil yalan, Vəfasızlıq nisalərdə, deyildir bab igitlərdə. Əliyyəlmürtəzadən istə, Vaqif, hər nə istərsən, Onu qılmış kərəmli həzrəti-vəhhab igitlərdə. * * * Vidadidən gələn kağız məni fərxəndəhal etdi Vidadidən gələn kağız məni fərxəndəhal etdi, Bu halı gördü qəm filhal məndən intiqal etdi. Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə, Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi. Ziyayi-şəms tək yetdi, məni bədr eylədi, hala Əgərçi qəddimi devrani-filmazi hilal etdi. Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır, Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi. Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın, Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi. * * * Saçına uymuş xəyalım çünki ənbərbu kimi Saçına uymuş xəyalım çünki ənbərbu kimi, Ol səbəbdən incəlib qəddim olubdur mu kimi. Ola ki, timsalıma bir baxa şəhla gözlülər, Ey müsəvvir, çək mənim təsvirimi əbru kimi. Handa kim, bir gərdəni-siminü gül əndam ola, Bilmənəm kim, nə edim, məndən qaçarlar qu kimi. Öz xoşumla mən əsiri-qəmzə olmazdım, vəli Sehrə saldı ol xumar gözlər məni cadu kimi. Vaqifəm, yoxdur mənə çahi-zənəxdandan nicat, Göstərir əhvalımı aydın üzün güzgu kimi. * * * Ey güli-xəndan, fəraqından sənin qan ağlaram Ey güli-xəndan, fəraqından sənin qan ağlaram, Eylərəm şamü səhər çaki giriban ağlaram. Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm, Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram. Gəl kim, ey lalə zənəxdanın, kəbab etdi məni, Od düşübdür cismimə, hərdəm yanar can, ağlaram. Yadıma hər bir düşəndə ol siyah kirpiklərin, Sanasan ki, sancılar bağrıma peykan, ağlaram. Yaxşı həmdəm olmasa şad olmaq olmaz, Vaqifa, Ağlaram ta ömrüm olduqca firavan, ağlaram. * * * == Müstəzadlar == Bəzənibdir Yarım nə gözəl geyinib, əlvan bəzənibdir, Balapuşi-yaşil, Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir, Xurşidə müqabil. Sübhi duruban cilvə verir iki yanağə, Dünyaya salır nur, Bir hüsni-bədi-tələti-taban bəzənibdir, Xoş rövnəqi kamil. Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə, Can almağa durmuş, Hər qəmzəsi bir afəti-dövran bəzənibdir, Bir qəmzəsi qatil. Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir, Hərdəm gəlir ondan, Səndəl qoxulu zülfü pərişan bəzənibdir, Qarətgəri-kamil. Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət, Ərər xəcil oldu, Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir, Aləm ona mail. Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi, Gedəydi bu zülmət, Məcmueyi-xubana şəhənşah gələydi, Edəydi ədalət. Hicran, mənə sən çox elədin zülmü sitəmlər, Səndən edərəm mən, Fəryadıma ol xosrovi-dərgah gələydi, Gör kim, nə şikayət. Biləydi ki, Fərhad kimi təlxməzacəm, Bir dadə yetəydi. Ol ağzı şəkər, sözü şirin xah gələydi, Edəydi inayət. Vaqif, gecələr eyləmək olmaz qəmə dərman Gər olmasa həmdəm, Allahdan olub lütf o həmrah gələydi, Qıl gündə mübahət. * * * Bir nimtənə kim, ta ola zərbəftü nikutər Bir nimtənə kim, ta ola zərbəftü nikutər, Diba ona möhtac, Mətnində tamam rabitə mövzunu sərasər, Tək haşiyə qıyqac; Üstündə onun aşiqü məşuq müsəvvər, Dil şövqünə minhac; Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər, Nəzzarəsi bəhhac; Tiri-nəzəri-əhli-təmaşayə müqərrər, Hər butəsi amac; Içində onun şölə verə tələti-dilbər, Ta bəndeyi-vəhhac; Görən deyə bu mahdır, ol çərxi-pürəxtər, Ya bəhri-pürəmvac; Kəbə evinin örtüyünə duta bərabər, Simasını hüccac; Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər, Bizdən qəmi ixrac; Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər, Könlü edə tarac. Şənü əşrəfi xələti-şahanədən artıq, Pirayeyi-şövkət; Fərrü fərəhi zibi ərusanədən artıq, Sər dəftəri-ziynət; Tənü tərəbi nəşəyi-peymanədən artıq, Zövqi-meyi-cənnət; Zər düymə giribanına dürdanədən artıq, Mənzum ola, əlbət; Əqli gedə, sərxoş divanədən artıq, Onu geyən övrət, Dönə ərinin başına pərvanədən artıq, İşlər tapa surət; Zülfə bu dönüm sarmaşa əl şanədən artıq, Candan çıxa həsrət; Oxuna bucaqlarda kütubxanədən artıq, Ehkami-şəriət; Tərifi düşə dillərə əfsanədən artıq, Ta ruzi-qiyamət; Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər, Cümləsinə sərtac. Ol vaxt ki, şod hazirü mövcudü mühəyya, Inrəxti-dilaviz, Bayəd ki, fürüstadə şəvəd zud bəinca Əz peyk səbükxiz, Əz bəhri-hüsuləş binişin, fikri bifərma Gu çareyi-təcviz, Nəleyn-bə papuş ze-ahən bəkəf əmma Dərgir əsa niz, Ziri-qədəm əfkən həmə məxluq sərapa Ba nikü bəd amiz, Mipors zi-hər millətü hər cins, xüsusa Əz mərdümi-Təbriz, Rov zəhməti, imruz bikəş əz peyi-fərda Ey puri-dilaviz! Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əsla Bi pərdəvü pəhriz, Tən deh bəqəza baş peyapey peyi-sevda Məngəh bə digər niz, Ta anki bizayi pesəri ey Əbu-Cəfər Çün düxtəri-sərrac. Zahir ki, mənə tənü təərrüz yetən eylər, Yəni ki, flani, Imdən geri arayişi-əsbabi-zən eylər Tevri-Sefəhani, Bu bidəti nə ləzgi və nə şahsevən eylər Nə kürdi-Kolani, Derlərdi ki, külfətlərinə pirəhən eylər Kirbasü kətani, O böylə deyildi görəsən ki, nədən eylər, Kim azdırıb ani; Seyrani gülüstanə məgər ki, gələn eylər Təğyir həvanı, Özün ki, qocalmış kimi xoy dəyşirən eylər Oğlani-zəmanı, Rişxənd edibən daxi neçün çöp dərən eylər Hatəm xan ağanı, Neylim, tuturam mən qələt anı deyən eylər Fərmani-xudanı, Böylə buyurubdur ər edə övrətə zivər Ol xaliqi-əzvac. Vaqif ər olan övrətə heyran necə olmaz, Çağ etsə damağın? Heyran ki, olur bəndeyi-fərman necə olmaz? Sözün sölə sağın. Sevməzmi, nə sözdür, dili suzan necə olmaz Pərvanə çirağın? Dönməzmi hübabə, evi viran necə olmaz, Yıxmazmı otağın? Həmdəmsiz igid çaki-giriban necə olmaz, Açmaz yaxa bağın? Al qana boyar, qərqeyi-tufan necə olmaz, Göz qarasın, ağın? Qönçə dəhənin görməsə, giryan necə olmaz, Xəndan dodağın? Ol xanəxərabın ciyəri qan necə olmaz, Boş görsə qucağın? Peşkəş belə yoldaşına baş, can necə olmaz? Onun ki, ayağın Götürmüş ola çiyninə peyğəmbəri-sərvər Ol sahibi-merac. * * * Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq Sən qönçə kimi hər bir edən demdə yaşınmaq, Artar bizə yüz mertebo odlanna yanmaq. Mən aşiqəm, ey gül səne, olmaz bunu danmaq, ölən günedek eyleməzəm səndən usanmaq, Daxi nə yaşınmaq, nə bürünmek, nə utanmaq? Bəsdir bu dayanmaq! Allaha şükür, lale yanağında eyib yox, Dişində, dəhanində, dodağmda eyib yox… Bir zorreco zülfündə, buxağında eyib yox, Qaşında, gözündə, qabağında eyib yox, Daxi ne yaşınmaq, ne bürünmək, ne utanmaq? Bəsdir bu dayanmaq! Men ha sənin ol məh üzünü görmüşəm yüz yol, Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol, Həm yoldaşını, həm özünü görmüşem yüz yol, Şəkker kimi şirin sözünü görmüşəm yüz yol, Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! Mən xud deyilən bədnəzər, ey gözləri şehla, Məndən üzünü yaşınsan sən elə bica. Qoysan, eləyim üzünə doyunca tamaşa, Öldürdün axır, məndə ki* can qalmadı əsla, Dəxi ne yaşınmaq, nə burünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! Qeyridən əgər ki, edəsən sən bu hicabı, Billəm ki, sözündür vəli məqbulu hesabı, Yoxsa, məni görcək, üzünə çəkmə niqabı, Gel, tanrı üçün, Vaqifə çox vermə ezabı, Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! * * * Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi, Gedəydi bu zülmət, Məcmueyi-xubana şəhənşah gələydi, Edəydi ədalət. Hicran, mənə sən çox elədin zülmü sitəmlər, Səndən edərəm mən, Fəryadıma ol xosrovi-dərgah gələydi, Gör kim, nə şikayət. Biləydi ki, Fərhad kimi təlxməzacəm, Bir dadə yetəydi. Ol ağzı şəkər, sözü şirin xah gələydi, Edəydi inayət. Vaqif, gecələr eyləmək olmaz qəmə dərman Gər olmasa həmdəm, Allahdan olub lütf o həmrah gələydi, Qıl gündə mübahət. * * * Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə, Nə türfə cavansan! Ağzın kimi yox qönçə, yanağın kimi lalə, Gülzari-cinansan! Görsə üzünü məh yetər, əlbəttə, zəvalə, Xurşidi-cahansan! Heç bəndə sənə olmaya, yarəb ki, həvalə, Sən afəti-cansan! Söz yox ki, bu zənəxdanəvü ruxə, xətü xalə, Xubluqda əyansan! Dibaçeyi-lövhi-qələmə katibi-qüdrət Yazmış səni əvvəl. Heç adəmə üz verməmiş əsla belə surət, Pürzinətü seyğəl, Zülfün sözü hər nüsxədədir, ey pəri tələt, Bir şərhi-mütəvvəl. Göydə yetirir müttəsil ayə, günə, xiclət, Hüsnündəki məşəl. Müjganın urar tənə oxun göydə hilalə, Xub qaşı kamansan! Rəftari-qədin eylədi sayə kimi pamal Şümşadı çəməndə. Qan ağladır ol qönçeyi-xəndani məhü sal, Ləlindəki xəndə. Sultani-cahan sərvərisən – sahibi-iqbal, Aləm sənə bəndə, Göftarın edər tutiyi-şəkkərşikəni lal, Hər nitqə gələndə. Sən Xosrov olubsan, vəli, hər şəhd məqalə Şirini-zəmansan! Sənsən, sənəma, cümleyi-xubanə şəhənşah, Yox sən kimi dilbər. Bərqi-üfüqündən ki, üzün bir çıxa nagah, Xurşidə bərabər, Salır özünü ziri-niqabə şəfəqü məh, Manəndeyi-əxtər. Insan ola bilməz bu sifət pak, münəzzəh, Cəm olsa sərasər, Sən cinsi-mələksən yetişibsən bu kəmalə, Ya ruhi-rəvansan? İsna əşərə çakəri-kəmtər ola Vaqif, Sərdaridir əla, Xaki-dəri-evladi-peyəmbər ola Vaqif, Neylər dəxi dünya? Ol gündə ki, həngameyi-məhşər ola Vaqif, Tut daməni-mövla, Fəryadrəsin Heydəri-səfdər ola, Vaqif, Xof eyləmə əsla! Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə, Tövfiq bularsan. * * * == Qoşmalar == Ağ gəlin Dərdin məni heyvalara döndərdi, Ey saçları siyah, üzü ağ gəlin! Ta ki, gördüm cəmalının şöləsin, Əridi bağrımda tamam yağ, gəlin! Sənin həsrətini vilayət çəkər, Qəmzən yayı dəyər, məlalət çəkər, Cəmalından mələk xəcalət çəkər, Hüsnün eylər aya, günə lağ, gəlin! Nə olur, üzündən niqab alasan, Bir ləhzə halıma nəzər salasan, Səhərdən açılmış təzə lalasan, Sənin seyrangahın olur dağ, gəlin! Qəddin tək nə ər-ər, nə şümşad olur, Onu görcək, qəmdən can azad olur, Mənim könlüm sənin ilən şad olur, Sən eylərsən damağımı çağ, gəlin! Bəlalərdən səni saxlasın xuda, Sən tək gözəl eldən olmasın cüda, Xəstə Vaqif ölsə, başına fəda, Təki olsun sənin canın sağ, gəlin! * * * Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi -Vaqif** Ey Vidadi, sənin bu puç dünyada Nə dərdin var ki, zar-zar ağlarsan? Ağlamalı günün axirətdədir, Hələ indi səndə nə var, ağlarsan? -Vidadi** Vaqif, nə çox yan baş-ayaq atarsan, Mənə dersən: nə bu qədər ağlarsan? Sənin də başında məhəbbət beyni- Əgər olsa, eylər əsər, ağlarsan! -Vaqif** Ta cəsədin cüda olmayıb candan, Bil özünü artıq sultandan, xandan, Habelə ayrılıq nədir ki, ondan Bu qədər çəkibən azar, ağlarsan? -Vidadi** Ağlamaq ki, vardır, məhəbbətdəndir, Şikəstəxatirlik mərhəmətdəndir, Əsil bunlar cümlə mürüvvətdəndir, Olsa ürəyində, betər ağlarsan! -Vaqif** Say qənimət diriliyin dəmini, Keçən həmdəmlərin çəkmə qəmini, Ağlın olsun, sil gözünün nəmini, Dəxi geri gəlməz onlar ağlarsan! -Vidadi** Oxumadın "fəlyəzhəku" ayətin, Çəkməyibsən yarü həmdəm firqətin, Bilsən əgər ağlamağın ləzzətin, Ta gedincə nuri-bəsər ağlarsan -Vaqif** Kimdi indi bu dövrdə ol adəəm, Pərisi yanından heç olmaya kəm. Qaralırsan bulut kimi dəmadəm, Ağ yağış tək yaşın yağar, ağlarsan. -Vidadi** Billəm çox uşaqsan, ürəyin toxdur, Ləhvü ləəb ilə həvəsin çoxdur, Qocalıq əsəri könlündə yoxdur, Hələ sonra əqlin kəsər, ağlarsan! -Vaqif** Toy-bayramdır bu dünyanın əzabi, Əqli olan ona gətirər tabi, Sən təki oğlana deyil hesabi, Hər şeydən eləyib qubar ağlarsan! -Vidadi** Oğlan, sən uşaqsan, cavansan hələ, Yenicə cisminə düşüb vəlvələ, Təzə dəyənəyi alıbsan ələ, Qaim tut ki, nagah düşər, ağlarsan. -Vaqif** Kəndini əlindən aldıran fələk. İnəklərə buzov saldıran fələk, Yarü yoldaşını öldürən fələk, Məgər səni belə qoyar, ağlarsan? -Vidadi** Neylərsən söyləmiş buzov-inəyi, Bizimlə eyləmiş belə hənəyi, Həzrətqulu bəyin ağ dəyənəyi- Alıbsan əlinə məgər, ağlarsan! -Vaqif** Bidəmağ olmaqdan nə düşər ələ, Şükr elə Allaha, gəz gülə-gülə! Uşaq ha deyilsən, tez-tez habelə- Könlünün şişəsi sınar, ağlarsan. -Vidadi** Uzaqdan bax, yaxşı fəhm et satirə, Bu iş baxmaz heç könülə, xatirə, İstər yüz il bu yollarda qatirə, Bir gün yanar canü cigər ağlarsan! -Vaqif** Keçən işdən mərd igidlər pozulmaz, Atalar deyibdir: "Tökülən dolmaz". Qatıq üçün qışda ağlamaq olmaz, İnşaallah, gələr bahar, ağlarsan! -Vidadi** Dövlətindən yetdik nanü nəməyə, Düşdük indi cadü qatıq yeməyə, Söz ki, çoxdur, yeri yoxdur deməyə, Əgər bilsən, ey bixəbər, ağlarsan. -Vaqif** İç qatığı, ye darının cadını, . . . . . . . . . . . . . . İstəmə dövranın dadlı zadını, Sənə olur o zəhirmar, ağlarsan! -Vidadi** Ey mənə göstərən qatığı, cadı, Onu yeyən tapar külli muradı, Dünyanın sənə də ləzzəti, dadı- Bir gün olur axır zəhər, ağlarsan! -Vaqif** Nə qədər dirisən, ölü deyilsən, Qocalıban yaylar kimi əyilsən, Padşahsan, əgər özünü bilsən, Neçün olub candan bizar, ağlarsan! -Vidadi** Elə ki, taxıldı burnuna çeşmək, Qocalıq əl verib, dəxi nə şişmək! Uşaqlar içində düşər gülüşmək, Sənin də acığın tutar, ağlarsan! -Vaqif** Yalqız çox qocalan bayatı sevər, Gah öyünər, tək-tək özündən deyər, Sən də yetişibsən o həddə məgər, Beyninə bayatı uyar, ağlarsan? -Vidadi** Külli Qarabağın abi-həyatı, Nərmü nazik bayatıdır, bayatı, Oxunur məclisdə xoş kəlimatı, Ox kimi bağrını dələr, ağlarsan! -Vaqif** Müxəmməs deməyin seyrəklənibdir, Bayatıda zehnin zirəklənibdir, Qocalıbsan, qəlbin köyrəklənibdir, İşdən-gücdən olub bikar ağlarsan. -Vidadi** Gəl danışma müxəmməsdən, qəzəldən, Şeri-həqiqətdən, mədhi-gözəldən, Sənin ki, halını billəm əzəldən, Elə deyib canan, dilbər ağlarsan. -Vaqif** Yetmişdə ki, belə nəm gələ gözə, Kəsməyə arasın, baxmaya sözə, O zaman ki, yaşın yetişər yüzə, Gör ki, onda nə bişümar ağlarsan. -Vidadi** Sarı Çobanoğlu gəlsin yanına, Axund deyib canın qatsın canına, Onun şövkətinə, sənin şanına, O, yaxşı müxəmməs düzər, ağlarsan. -Vaqif** Çökər bir gün qabağına Əzrayıl, Deyər: ey kor bəndə, qəflətdən ayıl! Görərsən bir əcəb şəklü şəmayıl, Ürəyinə qanlar damar, ağlarsan. -Vidadi** Əzrayıl ki, çəngəl çalar canına, Çevrilib baxarsan hər bir yanına, Ol zamanda sənin o əfğanına, Nə bir gəlin, nə qız yetər, ağlarsan! -Vaqif** Onun ki, çəngəli əzayə düşər, Çaxnaşar cəsədin, lərzayə düşər, Tamam sümüklərin vay-vayə düşər, Diriykən dərini soyar, ağlarsan. -Vidadi** Axirət sözünü salma yadına, Mütləq dürüst deyil etiqadına, Məhşər günü kimsə yetməz dadına, Fəryadın fələyə çıxar, ağlarsan. -Vaqif** Yanarsan, tənindən çıxar tütünün, Tutuşar boğazın, kəsilər ünün, Hələ vardır bundan betər pis günün, Üqbayə edəndə səfər ağlarsan, -Vidadi** Mömin olub qəlbin olsaydı səlim, Bilərdin xudanın oldurun kərim, Sənə kərəm eylər əzizü həkim, Nə çəkərsən xövfü xətər, ağlarsan! -Vaqif** Çün gedərsən o qaranlıq dar yerə, Qonşu olmaz, çağıranda səs verə, Bir kimsə tapılmaz qapından girə, Görərsən dörd tərəf divar, ağlarsan. -Vidadi** Möminəm, zikrimdir daim ilahi, Uzaqdır könlümdən külli mənahi, Əfv olur möminin cümlə günahi, Sənin də könlündən keçər ağlarsan. -Vidadi** Vaqif, nə çox yan, baş-ayaq atarsan, Mənə dersən, nə bu qədər ağlarsan? Sənin də başında məhəbbət beyni Əgər olsa, eylər əsər, ağlarsan! -Vaqif** Ta cəsədin cüda olmayıb candan, Bil özünü artıq sultandan, xandan, Qəriblik, ayrılıq nədir ki, ondan Bu qədər çəkibən azar, ağlarsan? -Vidadi** Ağlamaq ki, vardır, məhəbbətdəndir, Şikəstəxatirlik mərhəmətdəndir, Əsil bunlar cümlə mürüvvətdəndir, Olsa ürəyində, betər, ağlarsan! -Vaqif** Say qənimət diriliyin dəmini, Keçən həmdəmlərin çəkmə qəmini, Əqlin olsun, sil gözünün nəmini, Dəxi geri gəlməz onlar ağlarsan! -Vidadi** Ağlamaq möminin əlamətidir, Nəbinin dininin xoş adətidir, Əgər bilsən, həqqin kəramətidir, Ta gedincə, nuri-bəsər ağlarsan! -Vaqif** Əlindən kəndini aldıran fələk, Inəklərə buzov saldıran fələk, Yarü yoldaşını öldürən fələk Məgər səni beylə qoyar, ağlarsan? -Vidadi** Neylərsən söyləmiş buzov-inəyi, Bizimlə eyləmiş belə hənəyi, Həzrətqulu bəyin ağ dəyənəyi – Alıbsan əlinə, məgər, ağlarsan? -Vaqif** Kimdir indi bu dövrdə ol adəm, Pərisi yanından heç olmaya kəm, Qaralırsan bulut kimi dəmadəm, Ağ yağış tək yaşın yağar, ağlarsan. -Vidadi** Billəm çox uşaqsan ürəyin toxdur, Ləhvü ləəb ilə həvəsin çoxdur, Qocalıq əsəri könlündə yoxdur, Hələ sonra əqlin kəsər, ağlarsan! -Vaqif** Toy-bayramdır bu dünyanın əzabı Əqli olan ona gətirər tabı, Sənin tək oğlana deyil hesabı, Hər şeydən eyləyib qubar ağlarsan! -Vidadi** Oğlan, sən uşaqsan, cavansan hələ, Yenicə cisminə düşüb vəlvələ, Təzəcə dəyənək alıbsan ələ, Qaim tut ki, nagah düşər, ağlarsan. -Vaqif** Bidəmaq olmaqdan nə düşər ələ, Şükr eylə Allaha, gəz gülə-gülə! Uşaq ha deyilsən tez-tez habelə Könlünün şişəsi sınar, ağlarsan! -Vidadi** Uzaqdan bax, yaxşı fəhm et satirə, Bu iş baxmaz heç könülə, xatirə, Istər yüz il bu yollara qat zirə, Bir gün yanar canü ciyər, ağlarsan! -Vaqif** Keçən işdən mərd igidlər pozulmaz, Atalar deyibdir: "Tökülən dolmaz". Qatıq üçün qışda ağlamaq olmaz, İnşaallah, gələr bahar, ağlarsan! -Vidadi** Dövlətindən yetdik nanü nəməyə, Düşdük indi cadü qatıq yeməyə, Söz ki çoxdur, yeri yoxdur deməyə, Əgər bilsən, ey bixəbər, ağlarsan! -Vaqif** İç qatığı, ye darının cadını, . . . . . . . ……… Neylərsən dünyanın dadlı zadını, Sənə olur o zəhrimar, ağlarsan! -Vidadi** Ey mənə göstərən qatığı, cadı, Onu yeyən tapar külli muradı, Dünyanın sənə də ləzzəti, dadı, Bir gün olar axır zəhər, ağlarsan! -Vaqif** Necə ki, dirisən, ölü deyilsən, Qocalıban yaylar kimi əyilsən, Padişahsan əgər özünü bilsən, Neçin olub candan bezar, ağlarsan! -Vidadi** Elə ki, taxıldı burnuna çeşmək, Qocalıq əl verib, dəxi nə şişmək… Uşaqlar içinə düşər gülüşmək, Sənin də acığın tutar, ağlarsan! -Vaqif** Yavuz çox qocalan bayatı sevər, Gah öyünər, tək-tək özündən deyər, Sən də yetişibsən o həddə məgər, Beyninə bayatı uyar, ağlarsan? -Vidadi** Külli Qarabağın abi-həyatı, Nərmi-nazik bayatıdır, bayatı, Oxunur məclisdə xoş kəlimatı, Ox kimi bağrını dələr, ağlarsan! -Vaqif** Müxəmməs deməyin seyrəklənibdir, Bayatıda zehnin zirəklənibdir, Qocalıbsan qəlbin köyrəklənibdir, İşdən-gücdən olub bekar ağlarsan. -Vidadi** Gəl danışma müxəmməsdən, qəzəldən, Şeri-həqiqətdən, mədhi-gözəldən, Sənin ki, halını billəm əzəldən, Elə deyib canan, dilbər, ağlarsan. -Vaqif** Yetmişdə ki, belə nəm gələ gözə, Kəsməyə arasın, baxmaya sözə, Ol zaman ki, yaşın yetişər yüzə Gəl gör, onda nə bişümar ağlarsan. -Vidadi** Sarı çoban oğlu gəlsin yanına Axund deyə canın qatsın canına, Xanın şövkətinə, sənin şanına, O yaxşı müxəmməs düzər, ağlarsan. -Vaqif** Nədəndir bənizin heç olmur duru, Savılıb bostanın olubdur quru, O zaman ki, sənə . . . . . Gözlərin çanaqdan çıxar, ağlarsan. -Vidadi** Dərdlərinə dərman olmaz heç kəsin, Əbubəkrə hərgiz yetişməz səsin, Mitilin altında qalır nəfəsin, Mürği-ruhin göyə uçar ağlarsan. -Vaqif** Bir gün çökər qabağına Əzrayıl, Deyər, ey kor bəndə, qəflətdən ayıl, Görərsən bir qərib şəklü şəmayil, Ürəyinə qanlar damar, ağlarsan. -Vidadi** Əzrayıl ki, çəngəl sala canına, Çevrilib baxarsan hər bir yanına, O zamanda sənin ah-əfğanına, Nə bir gəlin, nə qız yetər, ağlarsan! -Vaqif** Onun çəngəli ki, əzayə düşər, Çaxnaşar cəsədin lərzayə düşər, Tamam sümüklərin vay-vayə düşər, Dirikən dərini soyar, ağlarsan. -Vidadi** Axirət sözünü salma yadına, Dürüst deyil, mütləq, etiqadına, Məhşər günü kimsə yetməz dadına, Fəryadın fələyə çıxar, ağlarsan. -Vaqif** Yanarsan, təpədən çıxar tütünün, Tutuşar boğazın, kəsilər ünün, Hələ vardır bundan betər pis günün, Üqbayə edəndə səfər ağlarsan. -Vidadi** Mömin olub qəlbin olsaydı səlim, Bilərdin xudanın olduğun kərim, Sənə kərəm eylər əzizü həkim, Nə çəkərsən xovfü xətər, ağlarsan. -Vaqif** Çün gedərsən o qaranlıq dar yerə, Qonşu olmaz, çağıranda səs verə, Bir kimsə tapılmaz qapından girə, Görərsən dörd tərəf divar, ağlarsan. -Vidadi** Möminəm, zikrimdir daim ilahi, Uzaqdır könlümdən külli mənahi, Əfv olur möminin cümlə günahi, Sənin də könlündən keçər, ağlarsan. -Vaqif** Zahir olur iki şəxsi-qəzəbnak, Əllərində şeşpər, çapikü çalak. Onları görəndə zəhrin olur çak, Qutun qurur, nitqin batar, ağlarsan. -Vidadi** Münkir sözü, sual sözü, sin sözü, Söz bir gərək, nə danışmaq min sözü. Dünya, axirətdən belə din sözü, Əlin yoxdur, bəs müxtəsər, ağlarsan. -Vaqif** Bu yanından çıxar o zalım şeytan, Su göstərər, səndən ta ala iman, Nə Ömər tapılar, onda nə Osman, Hər biri bir yanda batar, ağlarsan. -Vidadi** Məzarın, məhşərin həqdir cəhəti, Məhrum qalmaz Məhəmmədin ümməti, Sən ki, tərk edibsən tamam sünnəti, Çox çəkərsən qəzəb, qəhər, ağlarsan. -Vaqif** Çünki işin çəp düşübdür əzəldən, Fayda olmaz işlədiyin əməldən, Mələk verər dəftərini sol əldən, Günahını bir-bir sayar, ağlarsan. -Vidadi** Mələklər ki, gələr sahib izzətdən, Ayıra mömini asi millətdən, Görər ki, deyilsən əhli-sünnətdən, Səni yolum-yolum yolar, ağlarsan. -Vaqif** O gündə ki, qaçar pədərdən püsər, Gövdənə çulğaşar, ilan sərbəsər, Su verməz içəsən saqiyi-kövsər, Kəbab təki bağrın yanar, ağlarsan. -Vidadi** Əvvəl Bubəkrdir peyğəmbərə yar, Ömərdir islamı eyləyən izhar, Osmani-Zinnureyn, Heydəri-kərrar, Olarlar saqiyi-kövsər, ağlarsan. -Vaqif** Çün töhmət edibsən o həştü çara, Əlin necə yetər sənin onlara, Qapılarda dolanarsan avara, Gör başına gələr nələr, ağlarsan. -Vidadi** Əbubəkr, Ömər, Osmanü Əli, Cümlə həştü çahar imami-vəli, Neymanü şafei, Malik, Həmbəli, Onları cəmiən əzər, ağlarsan. -Vaqif** Ol zaman ki, qaynar kəllədə beyin, İmam əzəm danar sözün, hər şeyin, Heç üzə mən baxa bilmənəm deyin, Səni görcək gözün yumar, ağlarsan. -Vidadi** Allahın ki, heç çəkməzsən minnətin, Tərk edibsən peyğəmbərin sünnətin, Nə görərsən məsumların hörmətin, Əgər ağlamazsan, əgər ağlarsan. -Vaqif** Həştü çahar çün halını duyarlar, Sanma səni öz halına qoyarlar, Əvvəl onlar səni diri soyarlar, Sümüyünü ta gömərlər, ağlarsan. -Vidadi** O zaman ki, məşhər xalqı durarlar, Divan olub sorğu-sual sorarlar, Əgər səni bu məzhəbdə görərlər, Yerbəyer budayıb əzər, ağlarsan. -Vaqif** Demə ki, dadıma yetər Maliki, Dərdə düşər səndən betər Maliki, Qaçar ilim-ilim itər Maliki, Yaşınıb bir yerdə yatar, ağlarsan. -Vidadi** Həşrədək qalarsan ahü-zar ilən, Həsrətilən, çox-çox intizar ilən, Kələz ilən, əqrəb ilən, mar ilən, Ağzınadək qəbrin dolar, ağlarsan. -Vaqif** Çox kimsələr qıl körpüdən asılar, Həmbəlinin qaraulu basılar, Qorxusundan bir bucağa qısılar, Dinə bilməz mat-mat baxar, ağlarsan. -Vidadi** Həsən Kaşinin ta başın kəsərlər, Kəsib onu cəhənnəmdən asarlar, Qızdırıb-qızdırıb oda basarlar, Onu görüb əqlin çaşar, ağlarsan. -Vaqif** Şafeinin olmaz o qədər suçu, Əvvəldən axıra ayrıdır köçü, Gələr fəriştələr amma bu üçü Tutar bir-birinə çaxar, ağlarsan. -Vidadi** Şafeini imamlardan ayırma, Əmmə xanı görüb riya qayırma, Bu sözləri ləzgi içrə buyurma, Səni qalmıqlara satar, ağlarsan. -Vaqif** Qəbirdən ki, çıxıb gedərsən Şama, O günlərin dönər toya, bayrama, Əlin yetməz peyğəmbərə, imama, Qiyamət başına qopar, ağlarsan. -Vidadi** Qapılarda çox toxuna-toxuna, Ömərdən, Osmandan, gəzmə saxına, Olarsız ki, heç qoymazlar yaxına, Döyə-döyə öldürərlər, ağlarsan. -Vaqif** Əqlin olsun, on iki imama inan, Fayda verməz sonra olmaq peşiman, Yəqin bil ki, qurulacaqdır mizan, Əməlin qarşında durar, ağlarsan. -Vidadi** İmamlar ha deyil sənin yoldaşın, Olsaydı gözündə olardı yaşın, Sən əqldə vardır neçə qardaşın, Olur olsun, sən müqərrər ağlarsan. -Vaqif** Vəqtkən dəli olma, gəl eşit məndən, Gəzmə yalvar-yapış onlara gendən, Amma qorxun olsun Əbülhəsəndən, Səni əzim-əzim əzər, ağlarsan. -Vidadi** Qulluq etməyibsən Əbülhəsənə, Gələ o günündə yar ola sənə, Yetişməz dadına heç bir kimsənə, Qalarsan nailac, naçar, ağlarsan. -Vaqif** Axır sənin necə haldır bu halın, Hansı mətləbdədir fikrü xəyalın? Vədə günü atın, qoyunun, malın, Əgər doğmaz, əgər doğar ağlarsan. -Vidadi** Çün sevməzsən atı, qoyunu, malı, Eşitməzsən, hərgiz bu qalmağalı, Bəs nədir yığıbsan neçə əyalı, Doğmaz şad olarsan, doğar, ağlarsan. -Vaqif** Heç axtarma şahi-Heydər Əlini, İmamü hümami, tamam vəlini, Yığ başına təpik atan dəlini, Olar ki, bir-birin qırar, ağlarsan. -Vidadi** Tanırsan Şəmkirli dəli qazını, Həsəni-Kaşini, Nəsir Tusini, Tərki-sünnət olan tamam asini, Görərsən duzəxə girər, ağlarsan. -Vaqif** İmam ki, iraqdır etiqadından, Tamam bildiklərin çıxar yadından, O zaman çəkilər ah nihadından, Fəryadın fələyə çıxar, ağlarsan. -Vidadi** Olan peyğəmbərin doğru rahında, Xuda saxlar onu öz pənahında, Səni hər kim görər həq dərgahında, Qatar qabağına qovar, ağlarsan. -Vaqif** Başına cəm olub, əqlin yığılmaz, O səbəbdən dərdin, qəmin dağılmaz, Sənin malın buzov salıb, sağılmaz, Hər kəs inəyini sağar, ağlarsan. -Vidadi** Şeytan ki, dünyada aldadır kimi, Xoş gəlir o kəsə dünyanın dəmi. Çox yığma başına hurü sənəmi, Qafil, özgələrə gedər, ağlarsan. -Vaqif** Cəhənnəmə getsin gedən həmdəmlər, Olar üçün çəkmə sən bunca qəmlər, Keçən günləri ki, indi bu dəmlər, Dəli könül əbəs anar, ağlarsan. -Vidadi** Göz neçün ağlayıb tökməsin nəmi, Heyvan ha deyil ki, çəkməyə qəmi, Əqlin olsa, anıb yarı, həmdəmi, Leylü nahar, şamü səhər, ağlarsan. -Vaqif** Həqqi-peyğəmbərə, o çariyarə, Tamam imamlara həştü çaharə, Uymasan, yanarsan duzəxdə narə, Kimsə olmaz sənə yavər, ağlarsan. -Vidadi** Nahaq yerə əhli-həqqə dəyənlər, Peyğəmbərin doğru yolun əyənlər, Azğın-azğın çariyarə söyənlər, Çaqqal tək duzəxdə ular, ağlarsan. -Vaqif** Nə yaradır ürəyinin yarası, Bu vaxtadək olmayıbdır çarası? Uzun illər kəsilməyib arası, Şamü səhər, leylü nahar ağlarsan? -Vidadi** Bir göz ki, ağlamaz, həm tökməz yaşı, Əlbəttə, xalidir beyini, başı, Olmasa, yad eylər yarü yoldaşı, Hərdəm ki, yadına düşər, ağlarsan. -Vaqif** O qədər dolandın sağdan və soldan, Dövləti, xanı da çıxardın yoldan, Qoymadın ki, verə parçadan, puldan, Səni xələt əhli tutar, ağlarsan. -Vidadi** Çox bulanma bu dünyanın qanına, Vəfa yoxdur sultanına, xanına, Danasını bir gün qoymaz yanına, Bizim inək kimi təpər, ağlarsan. -Vaqif** Dünya işində ki, qoçaqsan, qoçaq, Ölüdən qıvraqsan, diridən qaçaq, Bir gün sağ olursan, yeddi gün naçaq, Övrətlər bağrını üzər, ağlarsan. -Vidadi** Səni qamışlıqda yaşıran fələk, Əqlini başından çaşıran fələk, Meyxanədən tez-tez düşürən fələk, Belə qoymaz bir gün sürər, ağlarsan. -Vaqif** Öləndən sonra o güruhi-nacı, Məzarına salmaz sayə qıyqacı, Özündən irəli çürük ağacı Ağzının üstündən çəkər, ağlarsan. -Vidadi** Allah rəbbindir Məhəmməd Şəfi, Külli halə oldur əlimü səmi, Deyilmi yəğfiruzzünubi cəmi, O gündə gözlərin görər, ağlarsan. -Vaqif** Minərsən qatırı, sürə bilməzsən, Yolun altın, üstün görə bilməzsən, Xan gələr, yerindən dura bilməzsən, Qələbəyi qolundan tutar, ağlarsan. -Vidadi** Ağqız oğlu Piri dünya qardaşın, Hatəm xan ağadır sində yoldaşın, Sarı çoban oğlu gözəl dindaşın, Nə çəkərsən sən dərdü sər, ağlarsan. -Vaqif** Soruşarlar səndən neçə xəbəri, Üstünə çəkərlər tiğü təbəri, Söylərsən sözünü dəli, sərsəri, Hər biri bir yandan budar, ağlarsan. -Vidadi** Olunandan sonra sorğu-sualın, Yenə ağlamaqdan olmaz məcalın, Savılmaz başından bu qalmağalın, Hər ləhzədə həzar-həzar, ağlarsan. -Vaqif** Münkir-nəkir necə olsa ötüşər, Sor ki, sonra işin hara yetişər, Divar gələr bir-birinə bitişər, Səni oyum-oyum oyar, ağlarsan. -Vidadi** Oxuram, gər cürmim var isə əzim, İnnəlləhə hüvvət təvvabür-rəhim, Həqqin olduğuna qəniyü-kərim, Əzəl etməyibsən bavər, ağlarsan. -Vaqif** Qıl körpüdən ta ki, sürçər ayağın, Cəhənnəm xovfindən yarılır yağın, Qorxma, yenə Əli olar dayağın, Əgər anıb həştü çahar ağlarsan. -Vidadi** Şiə xalqı tamam dolar duzəxə, Qalarlar duzəxdə od yaxa-yaxa, Mahaldır ki, biri duzəxdən çıxa, Cümlə olar zirü zəbər, ağlarsan. -Vaqif** Vaqif, gərçi əzabı var dünyanın, Sən neçün xovfini çəkərsən, anın, Tutubsan ətəyin Şahi-mərdanın, O gülər – gülərsən, ağlar – ağlarsan. -Vidadi** Əhli-sünnət vəl-cəmaət peyvəstə, Gedərlər cənnətə dəstəbədəstə, O gündə şad olar Vidadi xəstə, Səni yanlış görüb gülər, ağlarsan. * * * Sərasər bir yerə yığılsa xublar Sərasər bir yerə yığılsa xublar, Sənin bir muyinə tay ola bilməz. Günəş təki şölə verər camalın, Belə gözəllikdə ay ola bilməz. Heç gözəli sən tək şux görməmişəm, Nə fayda, hüsnünü çox görməmişəm. Uzun kirpiyin tək ox görməmişəm, Qaşların tərzində yay ola bilməz. Həsrətindən bağrım qan ilən dolub, Heyva təki rəngim saralıb-solub, Bu xubluq ki, həqdən bəxş olub, Heç kimsəyə belə pay ola bilməz. Qəddin şahbaz, ağ bədənin səmən tək. Yanağın lalədən ziyada göyçək. Ustad səni çəkib manəndi-mələk, Bundan artıq həqqü say ola bilməz. Vaqifəm, mən sənə heyran olmuşam, Qaşların yayına qurban olmuşam, Dərdindən didəsi giryan olmuşam, Qanlı yaşım kimi çay ola bilməz * * * Ağlayır Qasid, tezcə yardan gətir bir xəbər, Ol gülü-xəndanım neçün ağlayır? Zalımın torundan çıxmış kənara, Xub tülək tərlanım neçün ağlayır? Bənövşə ətr alır zülfü muyundan, Baxan doymaz qamətindən, boyundan, İnsaf deyil, qurban deyəm qoyundan, Ona qurban canım, neçün ağlayır? Vaqif, çoxdur dərdin, mən də bilərəm, Bir gün görməyəndə yəqin ölərəm, Ağlasan ağlaram, gülsən gülərəm, Xəstəyəm, dərmanım neçün ağlayır? * * * Ayrıldıq Xeyli vaxtdır ayrılmışıq yar ilən, Gördük, amma tanışmadıq, ayrıldıq. Qaldı canda gizli-gizli dərdimiz, Bircə kəlmə danışmadıq, ayrıldıq. Qərib-qərib durduq biganələr tək, Soyuq-soyuq baxdıq divanələr tək. Dönmədik başına pərvanələr tək, Eşq oduna yanışmadıq, ayrıldıq. Yarım saat bir arada qalmadıq, Eşq atəşin canımıza salmadıq, Yalvarıban yarın könlün almadıq, Elə getdi, barışmadıq, ayrıldıq. O zaman ki, aşnalığı tərk etdik, Cüda düşdük, xeyli ciyər bərkitdik. Aralıqdan könül quşun ürkütdük, Bir-birilə qonuşmadıq, ayrıldıq. Vaqif sevdi bir iqrarsız bivəfa, Bada getdi tamam çəkdiyi cəfa, Görüşübən eyləmədik xoş səfa, Qucaqlaşıb sarışmadıq, ayrıldıq. * * * Aşiqəm Bir əndamı nəsrin, dodağı qönçə, Bir qaməti gülbün yara aşiqəm. Olsa yüz üzü gül, girməz eynimə, Mən ancaq bir gülüzara aşiqəm. Gecələr sübhədək eylərəm nalə, Hərgiz düşməz könlüm özgə xəyalə. Bir gərdəni mina, ağzı piyalə, Bir ləhcəsi şirinkara aşiqəm. Bir buxağı turunc, sinəsi meydan, Bir sözü cəvahir, mirvari dəndan, Bir maral baxışlı, kirpiyi peykan, Bir qaşlan zülfüqara aşiqəm. Bir güləndə ləblərindən bal axan, Bir bəzənib sərxoş tovus tək çıxan, Bir niqab altından pünhani baxan, Bir əcayib xoşgöftara aşiqəm. Vaqifəm, bədəndən canım dağılır, Məcnun kimi xanimamım dağılır, Görməyəndə din-imamım dağılır, Gecə-gündüz mən didara aşiqəm. * * * Badi-səba, bir xəbər ver könlümə Badi-səba, bir xəbər ver könlümə, Ol güli-xəndanım neçün gəlmədi? Xəyalım şəhrini qoydu viranə, Sərvərim, sultanım neçün gəlmədi? Sərxoş yerişinə qurban olduğum, Görməyəndə dəli-devran olduğum. Mina gərdəninə heyran olduğum, Sərvi-xuramanım neçün gəlmədi? Qaşı kaman, kirpikləri qəməlim, Ağzı şəkkər, dodaqları yeməlim, Əlvan kəlağaylı, bəyaz məməlim, Sinəsi meydanım neçün gəlmədi? Mehrabü mənbərim, Kəbeyi-ülyam, Əqlim, huşum, canım, həm dinim, dünyam, Elim, günüm, obam, Misrü Züleyxam, Yusifi-Kənanım neçün gəlmədi? Nəsrin binaguşlum, bənəfşə muylum, Pərilər tələtlim, məlaik xoylum, Büllur lətafətlim, sənubər boylum, Huriyü qılmanım neçün gəlmədi? Ağzı xeyir sözlüm, dili diləklim, Tər qollum, ağ əllim, gümüş biləklim, Qarıçqay cilvəlim, tavus bəzəklim, Libası əlvanım neçün gəlmədi? Vaqif, ilə döndü bir saətimiz, Nə səbrimiz qaldı, nə taqətimiz. Bu gündən belədir qiyamətimiz; Gəlmədi cananım, neçün gəlmədi? * * * Bax Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax! Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax! Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmü adil padişahi-qadirü qəhharə bax! Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq, Gecəki iqbalı gör,gündüzdəki idbarə bax! Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur, Payimal oldu təpiklərdə səri-sərdarə bax! Mən fəqirə əmr qılmışdı siyasət etməyə, Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax! Qurtaran əndişədən ahəngəri-biçarəni, Şah üçün ol midbəri təbdil olan mismarə bax! İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda, Ta həyatın var ikən nə şahə,nə xunxarə bax! Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, Nə qıza,nə oğula,nə dustə,nə də yarə bax! Vaqifa,göz yum cahanın baxma xubü ziştinə, Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax! * * * Bayram oldu Bayram oldu, heç bilmirəm neyləyim… Bizim evdə dolu çuval da yoxdur. Dügüylə yağ hamı çoxdan tükənmiş Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə. Xalq batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə evdə bir sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. * * * Bəri bax Ala gözlü, sərvi boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax. Gecə-gündüz fikrim-zikrim, əzbərim, Üzüldü taqətim, aman, bəri bax! Kim dözər mənim tək belə firqətə, Rəncü-məşəqqətə, bari-möhnətə? Haçandır düşmüşəm tari-zülmətə, Çəkilsin üstümdən duman, bəri bax! Payibəndəm qəmi-eşqə giriftar, Hicran həsrətindən can oldu bimar. Razi-dilim edə bilməm aşikar, Çəkərəm dərdini pünhan, bəri bax! Günbəgün könlümün artır qubarı Pərişandır, tapmaz o qəm küsarı. Ölsün, itkin olsun belə əğyarı, Gəzməsin arada yaman, bəri bax! Çox çəkər hicrini Vaqifi-xəstə, Leylü-nahar, şamü-səhər peyvəstə, Ey yanağı lalə, ləbləri püstə, Ağzı nabat, şəkkər zəban, bəri bax! * * * Bir-birinə həmdəm iki növcavan Bir-birinə həmdəm iki növcavan, Biri güldür, biri gülgəz yanaqlı, Biri tər sinəli, ayna endamlı, Biri när məməli, nəsrin buxaqlı. Biri laçın gözlü, tərlan qəmzəli Biri qırğı başlı, sona cilvəli, Biri şokker sözlü, şirin kəlməli, Biri qənd ağızlı, qaymaq dodaqlı. Biri sərasər ağ, həm siyah telli, Biri buğdayıdır, amma şəkilli, Biri xoş qılıq, mələk misilli, Biri sərv boylu, şümşad budaqlı. Biri bəstə boylu, nannc örtüklü, Biri şux baxışlı, xəricərkirpikli, Biri dar gərdənli, süzgün sümüklü, Biri uzun qaşlı, həıri gen qabaqlı. Axır cana yetirərsiz Vaqifi, Ağlayıban götürərsiz Vaqifi, Bir gün olur, itirərsiz Vaqifi, O qədər gəzərsiz əli çıraqlı. * * * Cəmalın gözümdən nihan olalı Cəmalın gözümdən nihan olalı, İstərəm baxmayım dünyayə, Pəri! Xəyal eylədikcə o sərv qəddin, Dönər qanlı yaşım dəryayə, Pəri! Olsalar yüz mələk, yüz huri qılman, Yüz mina gərdənli, zülfü pərişan, Yüz lalə yanaqlı, ləbləri mərcan, Könül dönməz səndən kimsəyə, Pəri! Sən gedəli, mən ziyadə ağlaram, Vermişəm ömrümü bada, ağlaram, Hər düşəndə qəddin yada, ağlaram, Ünüm çıxar ərşi-əlayə, Pəri! Səndən ayrı bağrım kababa dönmüş, Yıxılmış dil şəhri xəraba dönmüş, Firqətin damu tək əzaba dönmüş, Didarın cənnətül-məvayə, Pəri! Bir görəydim sənin gül cəmalını, Cadu gözlərini, yay hilalını, Müənbər saçını, hindu xalını, Yetərdi hər dərdim dəvayə, Pəri! Peyvəstə qurulsun qaşın kamanı, Oxların sinəmdən keçsin nihanı, Gül bədənin heç görməsin yamanı, Lütf eylə Vaqifi-şeydayə, Pəri! * * * Deyiləm Bahənə tutuban, bizdən gen gəzmə, Sirr sözün yadlara deyən deyiləm, Könül rəva görməz səni yad görə, Səni özgəsinə qıyan deyiləm. Arzum budur gözüm tikəm gözünə, Danışasan qulaq asam sözünə, Ta ölüncə baxım günəş üzünə, Arzum canda qalıb doyan deyiləm. Vaqif deyir, doymaz sevən sevəndən Ta ölüncə əl götürmənəm səndən, Əbəs-əbəs neçün qaçırsan məndən, Mən ki, zalım, adam yeyən deyiləm?!. * * * Durnalar Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! Sizə müştaq durur Bağdad elləri, Gözləyə-gözləyə qalıb yolları, Asta qanad çalın, qafil telləri Heyifdir, salarsız düzə, durnalar! Xeyli vaxtdır yarın fərağındayam, Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün, gözə, durnalar! Mən sevmişəm ala gözün sürməsin, Bədnəzər kəsibən, ziyan verməsin, Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Nazənin-nazənin edərsiz avaz, Ruhlar tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz Hərdən sizin ilə gəzə, durnalar! * * * Dodaqlarından Mənim yarım sığallanıb gələndə, Sanasan qan süzür dodaqlarından. Şölə verir zənəxdanın çevrəsi, Nur tökülür göyçək yanaqlarından. Gərdən çəkib, tənə qılar qulara, Həsrətindən bağrım dönər sulara, Pərilər evladı derlər bulara, Bular da gözəldir ocaqlarından. Ağ sinən gözəldir, gərdən gözəldir, Sərasər əndamın birdən gözəldir, Sərv qəddin sənubərdən gözəldir, Qolların, topuğun, buxaqlarından. Dəhanın sədəfdir, dişlərin inci, Sən məni eylədin ellər gülüncü, Libasın əlvandır, çarqat narıncı, Saçaqlar yaraşır qıraqlarından. Vaqifin dərdini biləydi yarı, Dərdinə bir dərman qılaydı yarı, Qədəm basıb müdam gələydi yarı, Öpəydim əlindən, ayaqlarından. * * * Ey huri liqalım, mələk simalım Ey huri liqalım, mələk simalım, Gözəllikdə olmaz kimsə sən kimi! Al yanağın həlqə-həlqə yanında Bənəfşə zülflərin – yasəmən kimi. Gərdənində tellər nə gözəl teldi, Onların məskəni o nazik beldi, Nə səngi-mərmərdi, nə bərgi-güldi, Bu ağ əndam kimi, bu bədən kimi. Qamətin tək heç bir qamət biçilməz Dodaqların tər qönçədən seçilməz, Bülbül cəh-cəh vurub güllər açılmaz, Belə şirin-şirin sən gülən kimi. Nə xoş sitəmkarsan zalimü xunxar, Onun üçün səndən çox gileyim var, Bilmənəm ki, sənə nə demiş əğyar, Xəyalındır məndən genə gen kimi. Vaqifi möhnətü fərağa salma, Əğyarın sözünü qulağa salma, Məni öz dərindən qırağa salma, Heç aşiq tapılmaz sənə mən kimi * * * Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, Bir zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək – Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayınanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir. * * * Evində Duruban eşqilə güzar eylədim, Bir pərinin oldum mehman evində. Zərrəcə görmədim hörmət, izzətin, Qaldım elə, peşman-peşman evində. Ta ki, məni gördü ol qəlbi qara, Çəkdi yaşmağını o gül rüxsara, Döndərdi üzünü, tutdu divara, Sanasan ki, yoxdur insan evində. Dodağı şəkərdir, göftan şərbət, Nə fayda, eyləməz şirin məhəbbət. Məxlesi ki, yoxdur onda bir ləzzət, Boldur elə acı qəlyan evində. Keçmə o dilbərin sən otağından, Tər bənövşə qoxar hər bucağından. Sanki bir guşədir cənnət bağıdan, Açılıbdır güli-əlvan evində. Vaqif, bir kimsə ki, bizdən yaşına, Yəqin bil ki, bizlən olmaz aşina. Gəldiyimiz heç gəlmədi xoşuna, Tapdım mən halım ürfan evində. * * * Eyləyəm Harda gördüm bir şux, kaman qaşlını, İstərəm canımı qurban eyləyəm. Tutam zülfün ucun, dönəm başına, Bağrımı oduna büryan eyləyəm. Mən bilirəm qədrin sərxoş cavanın, Həlqə-həlqə zülfün, tər zənəxdanın. Bu gül əndamlının sərvi - rəvanın, Durum yerişinə seyran eyləyəm. Mən onun dərdinə oldum mübtəla, Şəmi xiyalıma o verir ziya, Xublardan ki, mənə gəlsə hər bəla, İstəməm ona mən dərman eyləyəm. Xublara vermişəm din-imanımı, Şövkətü-şanımı, adü-sanımı, Cəllad tək gözləri alsa canımı, Namərdəm mən əgər aman eyləyəm. Vaqifə rəhm eylə bari, ilahi, Agah et dərdimdən ol üzü mahi, Qədəm basıb bizə gəlsin nagahi, Bir gecə mən onu mehman eylərəm. * * * Təzkireyi-Nəvvab Ey Vidadi, yenə xan qulluğunda, Qaim olub, nə qiyamət eylərsən? Yaman gözdən Allah özü saxlasın, İxlas ilə, kişi, xidmət eylərsən. Bizim hərəmlərdir Quran oxuyan, Üstündən, başından ənbər qoxuyan, Olar deyil ölkən,* çatı toxuyan, Kimin işin kimə nisbət eylərsən? Belə dursan o qapıda qışü yaz, Yetişərsən bir çörəyə sərəfraz, Doğru budur, bundan əyilsən bir az, Yəqin bil ki, çox xəyanət eylərsən. Sizdə ki, bir övrət qurar bir palaz, Boşalıb olanda ərişi nasaz, Çağırıb çaxdırır hər yerinə paz, Bunu ona bir mərifət eylərsən. Xoş halına sənin, uzun dırnaqlı, Baldırı çirməkli, yalın ayaqlı, Yorğanı, yastığı tozlu-torpaqlı, Həmdəm ilə hər dəm söhbət eylərsən. Bumun silə-silə qatığı çalar, Axşamadək eyməsini it yalar, Altına yıxılcağ çır-çır çığırar, Eşqin yatar, qət’i-şəhvət eylərsən. Bit öldürüb, gedər xəmir yoğurur, Mamaçılıq eylər, uşaq doğurur, Söz xəbər alanda bar-bar bağırır, Qulaqların batar, heybət eylərsən. Axşam-sabah durar əlində çatı, Buzov bağlar, gəlib tumarlar atı, Palçığa bulanar suru-sufatı, Öylə zada sən də ülfət eylərsən. Əllərin, yüzlərin yuduqları yox, Yaşlarında doğru dedikləri yox, Hazır çobandırlar, düdükləri yox, Onlar ilə hər dəm söhbət eylərsən. Belə olur tərakəmə oymağı, Övrət bilməz kişisindən doymağı, Özgəyə yedirir yağı, qavmağı, Qatığına sən qinaət eylərsən. Günün qulağı ta oradan batar, Mitilin bürünüb çaşta tək yatar, Ev zadını tamam özgəyə satar, Əgər yanın bir dəm xəlvət eylərsən. * * * Əfəndi Siyah telli bir sənəmin ucundan Badə getdi din-imanlar, əfəndi! Ol oda ki, mən düşmüşəm yanıram, Düşməsin heç müsəlmanlar, əfəndi! Könül deyil sən gördüyün havada, Dərdim olur gündən-günə ziyada, Hər zaman düşəndə ləbləri yada Tökülür gözümdən qanlar, əfəndi! Bilməm nə nəhs gündə çıxdım bu dağa, Bir lalə üzündən düşdüm irağa, Yana-yana qaldım belə fərağa, Bərbad olsun ol zamanlar, əfəndi! Mənim meylim yoxdur sultandan, xandan, Yarımın arzusun saxlaram candan. Xalq da bilir, mənim könlümdür andan Olsa yüz min növcavanlar, əfəndi! Molla odur hər nə görsə kitabda, Onu şərh eyləyə haqda-hesabda, Vaqif deyir sənə, mənə bu babda, Hələ azdır bu divanlar, əfəndi! * * * Gəlin Xumar gözlərini sevəndən bəri, Dəxi özgəsinə uymanam, gəlin! Xoryat ilə belə can-can olmusan, Məgər ki, mən onu duymanam, gəlin! Cefridar sürməni çəkibdir gözə, Havalanıb dəxi endirməz bizə, Mən ha billəm, qanın qaynar tüksüzə, Mən tutduğum eldən qoymanam, gəlin! Başına döndüyüm, suları yolu, Gedəndə boş gedər, gələndə dolu. Məmələrin üstdən çatının zolu, — Sən qıysan, mən sənə qıymanam, gəlin! Başına döndüyüm, telli, toqqalı, Qaşları canımı haq-nahaq alı, Ağarıbdır, qırxmaq olmaz saqqalı Vallah, üzün üstə qoymanam, gəlin! Taxtına çıxmanam, taxtın ucadır, Qoynuna girmənəm, yarı gecədir, Deməginən Molla Pənah qocadır Səni tamam yesəm doymanam, gəlin! * * * Gərək Bulud zülflü, ay qabaqlı gözəlin, Duruban başma dolanmaq gərək. Bir evdə ki, belə gözəl olmaya, O ev bərbad olub talanmaq gərək. Əndamı ağ gərək, sinəsi mərmər, Siyah zülfu qamətinə bərabər, Qoynu içi guya müşklə ənbər, Basdığı torpağı yalanmaq gərək. Sərxoş durub saraymdan baxanda, Ağ gərdənə həmayillər taxanda, Gözə sürmə, qaşa vəsmə yaxanda Canım eşq oduna qalanmaq gərək. Çıxa sarayından canlar alan tək, Xişmə gələ cəh-cəh qəhri olan tək, Şahmar zülfü dal gərdəndə ilan tək, Hərdəm təıpənəndə bulanmaq gərək. Vaqif, sənin işin müdam ah olsun, Səg rəqibin ömrü qoy kütah olsun. Həmdəmsiz kimsənə əgər şah olsun, Gədadır o kimsə, dilənmək gərək. * * * Həsrətindəyəm Çox zamandır, yarın həsrətindəyəm, Gələydi, bir onu barı görəydim, Bülbül tək fəryadım çıxdı fələkə, Cənnət iyli gülüzarı görəydim. Basaydı üzümə gül ayağını, Öpəydim üzünü, həm dodağını, Gah açaydım ağ sinənin bağını, Qoynundakı qoşa narı görəydim. Gah alaydım gərdənini qucağa, Gah üzüm sürtəydim zülfə, buxağa, Gah da oturaydım qabaq-qabağa, Danışaydı, xoş göftarı görəydim. Bilirmola bağrımdakı yaranı, Necə yaxmış mən tək günü qaranı, Yar məndən kəsməzdi belə aranı, Bu qoymayan kimdir, barı, görəydim. Vaqifəm, hicrandır mənim məhşərim, Gecə-gündüz canan olmuş əzbərim, Kərəm eyləyibən gəlsə dilbərim, Kəsilirmi ahu zarı görəydim? * * * Görməmişəm Sənin təki siyah telli, gül üzlü, Bu cümlə cahanda mən görməmişəm. Ağzı nazik, qaşı uzun, qəddi düz, Bir belə sinəsi gen görməmişəm. Bir mah üzlü sevdim keçən sənədə, Xırda xallar zənəxdanda, çənədə, Vilayəti gəzdim, heç kimsənədə Bir belə şövkətü şan görməmişəm. Gözəllər içində türfə, ali şan, Deyib, gülüb şirin-şirin danışan, Çox görmüşəm siyah zülfü pərişan, Amma ki, qəddinə tən görməmişəm. Sədəf dəhanında dişlərin düri, Dəyər bu dünyaya onun hər biri. Ya mələksən, ya hurisən, ya pəri, İnsanda sən təki can görməmişəm. Xəncər kirpiyindən saçılır qanlar, Sənə qurban yüz min qaşı kamanlar, Durub sallananda üzülür canlar, Vaqif deyər belə xan görməmişəm. * * * Gözəlin Özgə ilə hərgiz olmaya işi, Qafiyə qəzəldən həm cıxa başı, Bulaqtək qaynaya həm gözu, qaşı Artıq ola həm kəmalı gözəlin. * * * Hayıf ki, yoxdur! Kür qırağının əcəb səyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın Bir gözəl obası, hayıf ki, yoxdur! Elə gözəllər var bunun içində, Ələ düşməz hərgiz Çinü-Maçində. Söyləgən, oynağan, dürüst biçimdə Bəzəyi, libası, hayıf ki, yoxdur. Ucu əşrəfili, bulut kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı əlvan, qəsabə qıyğac, Altından cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün burulması, hayıf ki, yoxdur! Ayna tutub hərdəm camal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Vaqif haqdan dilər lütfü kərəmlər, Belə yerdə qalan, vallah, vərəmlər. Yenə yada düşdü bizim sənəmlər. Getməyin binası, hayıf ki, yoxdur! * * * Qabağında O şux qəmzələrin, xəncər kirpiyin Gundə olur yuz min qan qabağında, Xumar-xumar baxan ala gozlərin Gərəkdir verəsən can qabağında. Qaşın qabağında sığallı bircək, Sayə salmış uzə şolə mubarək, Amma iki dəstə tər bənovşə tək Qoymuş al yanağın yan qabağında. Zulfundən qoxuşar gulu reyhanlar, Qurban hər muyinə yuz min cavanlar, Pişvazına gəlir huri qılmanlar, Məlayik durmuşlar san qabağında. Vaqif qurban zənəxdanın cahinə, Şirin guluşunə, xoş nikahinə, Qul olasan belə xublar şahinə, Durasan hər axşam, dan qabağında. * * * Qurban olduğum Sallana-sallana dövlətxanadan, Bir çıxa boyinə qurban olduğum. Göydə mələk, yerdə insan gözəli Sənsən, xoş xoyinə qurban olduğum. Hüsnün kitabını bülbüllər oxur, Yay qaşın bağrıma xədəngin toxur, Həlqə birçəyindən yasəmən qoxur, Bənəfşə muyinə qurban olduğum. Ləblərin şirindir şərbətdən artıq, Üzünü görməkdir dövlətdən artıq, Eşiyindir sənin cənnətdən artıq, Kəbeyi-kuyinə qurban olduğum. * * * Vaxtı deyil Bir fitnə fellinin, üzü xallının, Bir şirin dillinin qurbanıyam mən. Bir qənd məqallının, ləb zülallının, Bir ağzı ballının qurbanıyam mən. Bir süsən muylunun, səmən boylunun, Fəriştə xoylunun, mələk soylunun, Bir cənnət kuylunun, tuba boylunun, Bir şümşad qollunun qurbanıyam mən. Bir gözü şərlinin, cəng nəzərlinin, Zülfü ənbərlinin, müşk tərlinin, Bir səmənbərlinin, zər kəmərlinin, Bir incə bellinin qurbanıyam mən. Bir çox ülfətlinin, məhəbbətlinin, Bir mərhəmətlinin, şəfəqqətlinin, Bir pəri tellinin, gün tələtlinin, Bir məhcəmallının qurbanıyam mən. * * * Məhəmməd Bir cavan tazədən gəlib ərsəyə, Əcayib oğlandır, adı Məhəmməd. Zahirən özü tək pak imiş əsli, Ola bilməz heç övladı-Məhəmməd. Yeni gəlib xətti tər bənövşə tək, Qaşı, gözü gözəl, surəti göyçək. Danəndə, fəhmdə, qabil və zirək, Sahibkamal, söz ustadı Məhəmməd. Məhşər hekayəti müşkül hekayət, Ya həzrəti rəsul, eylə inayət Vaqifəm, qulami şahi vilayət, Elə mənə bir imdadı, Məhəmməd. * * * Mənim sevdiyim Zulflərin sunbuldur, yanağın lalə, Baxışı tə’n edir vəhşi qəzalə, Gözləri məstanə, ağzı piyalə, Gərdəni minadır mənim sevdiyim. Boyu yaraşıqlı sərvi xuraman, Əndamıdır ağ gul, sinəsi meydan Kələğayı gulgəz, libası əlvan, Bir guli-rə’nadır mənim sevdiyim. * * * Neyləmişəm məndən üz döndəribsən Neyləmişəm, məndən üz döndəribsən? Allahı sevirsən, bir gəz bəri bax! Aç üstün qabağın zər qəsabənin, Zülfün təxtəsini görkəz, bəri bax! Ey gözləri cəllad, kirpiyi almas, Gör nə derəm, bir sözümə qulaq as! Axır sənə mən eylərəm iltimas, Burayatək naz istəməz, bəri bax! Söylə görüm, nə demişəm sənə mən, Bidəmağ olubsan əbəs yerə sən? Bu qədər incitməz sevəni sevən, Dostluq yolu belə olmaz, bəri bax! Mən sənin vəsfini, ey mahi-kərəm, Hafizdən, Camidən artıq söylərəm, Haqq bilir ki, səni necə istərəm, Ay bivəfa, qədirbilməz, bəri bax! Bu necə adətdir, necə ərkandır, Deməzsən filanı bizə mehmandır, Vaqif öz qulundur, sənə qurbandır, Öldürsən də, vallah, dinməz, bəri bax! * * * Ola Xublar arığından yarımaq olmaz, İyidin həmdəmi gərək çağ ola. Bəstə boylu gərək, mina gərdənli, Zülfü siyah, var əndamı ağ ola. Döşün açıb əl dəyəndə yaxaya, Ağ gülün bağrına peykan toxuya. Bədənindən müşki ənbər qoxuya, Zülyü gərdənində bir qucaq ola. Bir mayabud gərək, baldırı yoğun, Sərasər ət basa dizin, topuğun. Əl vuranda dura buğumbabuğum, Titrəyə, quyruqdan çox yumşaq ola. Hayası üzündə, əqli başında, Öldürə Vaqivi gözü-qaşında. Ya on üç, ya on dörd, on beş yaşında, Nə ondan böyükrək, nə uşaq ola… * * * Olur Hər yeten gözələ gözəl demenəm, Gözətdə bir qeyri əlamət olur: Zülf bir yana düşər, gərdən bir yana, Özün bilməz, bir özgə babət olur. Oynayanda pərvaz edər nimtənə, Zülf dağılar, üzde dönər xərmənə, Sərəndazın ucu düşər gərdənə, Açılsa bel-buxun, qiyamət otur. Müjgan oxun atar, yay qaşın çəkər, Dələr bağnm başm, ürəyim sökər, Sözü duzlu olur, dodağı şəkər, Hekayəti şirin hekayət olur. Gerdəninə müşkin tellər düzülür, Hər qıya baxanda canlar üzülür, Sürmələnmiş siyah gözlər süzülür, Otunıb durmağı qiyamət olur. Gözəl olan belə alişan gəzər, Niqab çəkər, zülfü pərişan gəzer, Sehər seyrə çıxar, gülüşan gəzər, Sevməyində tamam hərarət olur. Vaqif qurban olsun qoşa tağına, Zülfii üz yanında, üzü ağma, Belə gözəl düşə ay qabağına, Tamaşa eyləyən bitaqət olur. * * * Oynasın Başına döndüyüm, toy adamları, Siz də deyin toya gələn oynasın. Adını demirəm eldən ayıbdır, Filankəsin qızı, filan oynasın. Nə müddətdi ona güvənən bizik, Həsrətin çəkməkdən canımız üzük, Hər əlinə alıb bir danə üzük, Üzüyü dəstinə alan oynasın. Bir tuba boyludur, boyu növrəstə, Həsrətin çəkməkdən olmuşam xəstə, İşarət eylərəm anlayan dosta, Dostunun qədrini bilən oynasın. Mən Molla Vaqifəm, eylərəm əfğan, Gözlərim də yaş yerinə tökər qan, Uzun boylu, yeniyetmə, novcavan, Məni bu dərdlərə salan oynasın. * * * Öpəydim Əldə ayna, gözə sürmə çəkəndə Ala gözün bulağından öpəydim Zənəxdanın çevrəsindən, xalından Qələm qaşın qabağından öpəydim Zülf ilən bəzənib gələndə üzün Yenə can almağa qəsd edir gözün Vəsfi-zəbanından çıxanda sözün Dilin, dişin, dodağından öpəydim Alaydım yaşmağın, açıb kəmərin Çıxarıb əynindən zərbafın, zərin İyləyb-iyləyib zülfi-ənbərin Üzdən sonra buxağından öpəydim Vaqifin bağrını döndərib közə Yar odur yarının gövrünə dözə Yarım sallanıban gələndə bizə Düşübən əl-ayağından öpəydim. * * * Pəri Boyun sürahidir, bədənin büllur, Gərdənin çəkilmiş minadan, Pəri! Sən ha bir sonasan, cüda düşübsən Bir bölük yaşılbaş sonadan, Pəri! İxtilatın şirin, sözün məzəli, Şəkər gülüşündən canlar təzəli, Ellər yaraşığı, ölkə gözəli, Nə gözəl doğubsan anadan, Pəri! Üz yanında tökülübdür tel nazik, Sinə meydan, zülf pərişan, bel nazik, Ağız nazik, dodaq nazik, dil nazik, Ağ əllərin əlvan hənadan, Pəri! Ovçusu olmuşam sən tək maralın, Xəyalımdan çıxmaz hərgiz xəyalın, Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri! Günəş təki hər çıxanda səhərdən Alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən, Əskik olmayasan sənadan, Pəri! * * * Sevdiyim Yenə məni yanar-yanar odlara, Dağılmış ayrılıq saldı, sevdiyim! Mən ha getdim möhnət ilə, dərd ilə, Can sənin yanında qaldı, sevdiyim! Siyah zülfün buxaq altda qayrılır, Ala gözlər can almağa sayrılır, Canandan ayrılan candan ayrılır, Xalq içində bir misaldı, sevgilim! Sərv qəddin sənubərə tən deyil, Tamam sənin təkin gülbədən deyil, Dəxi əzəlki tək sən görən deyil, İndi halı yaman haldı, sevdiyim! Qaşların qurulu yay tək çəkilir, Kirpiklərin dəyir, ciyər sökülür, Danışanda qəndü şəkkər tökülür, Dilin, dodaqların baldı, sevdiyim! Ol Xədicə haqqı, Səkinə haqqı, Xeyrənnisə haqqı, Əminə haqqı, Kəbə, Məkkə haqqı, Mədinə haqqı, Dərdin bu Vaqifi aldı, sevdiyim! * * * Sevdiyim, ləblərin yaquta bənzər Sevdiyim, ləblərin yaquta bənzər, Sərasər dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. Nədəndir sözümə cavab verməmək? Həm camal gizləyib, üz göstərməmək. Gecələr gözlərim xabı görməmək, Ol siyah nərgisi-məstanədəndir. Mən ha səni nuri-ilahi sannam, Camalının şöləsinə dolannam, Atəşinə mərdü mərdanə yannam, Bu xasiyyət mənə pərvanədəndir. Bir namə yazmışam can üzə-üzə, Badi-səba, apar sən o gül üzə, Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən: — Sizin divanədəndir. Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir. Müştaqdır üzünə gözü Vaqifin, Yolunda payəndaz üzü Vaqifin, Sənsən fikri, zikri, sözü Vaqifin, Qeyri söz yanında əfsanədəndir. * * * Sevmişəm Uzun ağ, dəyirmi, gözun məstana, Baxışın bağrımı dondərdi qana. Ağzın sədəf, dişlərindir durdana Əcayib cəvahir lə’li sevmişəm. Halqalanır zulfun buxaq yanında, Yay qaşların ucu qulaq dalında, Zənəxdan icində yanaq yanında Qara telli bir xətalı sevmişəm. * * * Səhər-səhər həsrət ilən gəzirdim Səhər-səhər həsrət ilən gəzirdim, Cüt qoşa nar gördüm iki sinədə. Birisi qız idi, birisi gəlin, Can qurban eylərəm ikisinə də. Gəlin bulaqda əl-üzünu yuyur, Qız deyin gəl gedək, həriflər duyur, Belə gözəl sevən əldənmi qoyur, Can qurban eylərəm ikisinə də. Gəlnin dodağıdır Təbrizin məti, Əlli-altmış tümən qızın qiyməti, Belə gözəl sevən neylər cənnəti, Can qurban eylərəm ikisinə də. Gəlinin yaxası polad iynəli, Qızın yaxasıdır çarpaz düyməli. İkisi də bir-birindən öyməli, Can qurban eylərəm ikisinə də. Kababım olaydı, közüm olaydı, Yar yanında ötkün sözüm olaydı, Vaqif deyir: iki gözüm olaydı, Baxaydım bunların ikisinə də. * * * Sənə Oturuşun gözəl, duruşun gözəl, Sallanışın gözəl, yerişin gözəl, Xoyun, xulqun gözəl, hər işin gözəl, Bəxş olub bu xubluq xudadan sənə. * * * Şamama Bir sənəmin sinəsinə muştağam, Cox cəkirəm ahu zarı, şamama! Mən ha qaldım həsrət, əlim yetişməz, Sən get, gör cananı barı, şamama. Mətləbidir bir novrəstə – konlumun, Olmadı dərmanı xəstə konlumun, Onun ucun bu şikəstə konlumun Nə səbri var, nə qərarı, şamama! Yaxa acıb ta ki, sinə gostərdin, Sərasər bağrımı qana dondərdin, Mənim dərdimdəndir sənin də dərdin, Rəngindir nə yavuz sarı, şamama! Mənim yarım bir əcaib dilbərdir, Uzu təzə guldur, zulfu ənbərdir, Sanasan ki, iki qəndu şəkərdir Qoynundakı qoşa narı, şamama! Qurbanam Vaqifin bu xaməsinə Ki, yazar dərdini dost naməsinə, Yetə bilməz yarın şamaməsinə, Olsa bu dunyanın varı şamama! * * * Şamama Can verib yüz minnət ilə almışam, Göndərirəm səni yarə, şamama! Tazə tağdan üzülübsən, oxşarsan Yarın qoynundakı narə, şamama. Cismin nə nazikdir, gül bədən kimi, Bir xoş qoxun gəlir, yasəmən kimi, Nədən saralıbsan sən də mən kimi, Nədir dərdin, ey biçarə şamama? Haqdır, səndə vardır xeyli nəzakət, Yarın şamaması bir qeyri babət; Qorxuram çəkəsən külli xəcalət Dursan onla bərabərə, şamama . Yarın şamaməsi oxşar şəkərə, Heyran olur mələk, əgər göstərə, Yaraşıqdır ağ sinəsi mərmərə, Qılıb cox ciyərlər parə, şamama. Giribandan nagah olandı aşkar, Dağılır ağılın, huşum – hər nə var, Xəstə Vaqif tifil kimi qan ağlar, Neçün qılmazsan bir çarə, şamama? * * * Vaxtı deyil Getdim ala gözlü yarla danışam, Dedi oğlan, dur get, söz vaxtı deyil. Arif çoxdur, etmək olmaz işarət, Oynatma qaşını, göz vaxtı deyil. Cadu qəmzələrin mənlən yağıdır, Bad əsir, zülfünü üzdən dağıdır, Bundan sonra öpüb, qucmaq çağıdır, İxtilat keçibdir, söz vaxtı deyil. Vaqif deyir, yalvar yara, könlün al, Bir busə diləyib, boynuna qol sal, Ara xəlvət ikən, etmə qilü qal, Tez ol, çıxdı canım, naz vaxtı deyil. * * * Vaqifin Ey Məkkəni, Mədinəni yaradan, Bir fikir çək əhvalına Vaqifin. Ol qaşı qibləyə üz sürtmək istər, Mədəd eylə iqbalına Vaqifin. Gözündən irağa düşübdür yarı, Kəsilib könlünün səbrü-qərarı. Üz çevirmiş yenə Mədinə sarı, Nə düşübdür xəyalına Vaqifin. Mənim yarım deyil ol Kəbədən kəm, Xal həcərül-əsvəd, dəhanı zəm-zəm, Bir zaman olsaydım onunla həmdəm, Xət çəkilər vəbalına Vaqifin. Sərxoş durub mina boylu sağıdan, Yaralıdır qəmzəsi ol yağıdan. Zülfü ənbər – ağlı başdan dağıdın; Nə sözü var kamalına Vaqifin. Yüz zülfü pərişan, hindu xal olsa, Yüz şəkər göftarlı, ləbi bal olsa, Yüz şirindil, ənbərbu maral olsa Yetə bilməz maralına Vaqifin. * * * Vidadi ilə müşahirə Vaqif, nə tez sənəmlərdən əl çəkdin, Birin bir inəyə qiymət eylərsən, Hələ sonra keçiyə də enərsən, Alsa müştəriyə minnət eylərsən. Demədimmi alma ağ dəyənəyi, Danadan, buzovdan etmə hənəyi, İndi nə çox istəyibsən inəyi, Hələ sonra daha şiddət eylərsən. Dovtələb olubsan, gedibsən xandan, Ölüncə çıxmanam ta gülüstandan, İnşaallah çalışsan, habelə candan, Hər nə desən bir aqibət eylərsən. Bir igidsən, işlərində daim ol, Demənəm ki, qəflət eylə, naim ol, Xan buyuran qulluqlarda qaim ol, Gör düşmənə nə həqarət eylərsən. Əgər Allah xana verə nüsrətlər, Zaye olmaz heç çəkdiyin zəhmətlər, Başa gəlir eylədiyin niyyətlər, Gər sidq ilə nəngü qeyrət eylərsən. Quşçu Namazəli yeyib-yatmasın, Daim sözün məsləhətə qatmasın, Çox da özün hər meydana atmasın, Qafil o igidi xiffət eylərsən. Bizim Abdullahın vardır qədəmi, Onun da ha imdi gəlibdir dəmi, Yenə qoymaz o Gəncədə adəmi, Əgər ki, sən bir işarət eylərsən. Baqqal ilən Əli müştağındadır, Molla Səfərəli fərağındadır, Xeyrin olsun hər kəs yığnağındadır, Onlar ilən zövqü işrət eylərsən. Biz də təşrif buyurmuşduq bağacan, Eşitdik gəldiyin Nəsib ağadan. Mən ha bilməz idim ta bu çağacan, İndi bildim hünər, cürət eylərsən. * * * Yoxdur Kür qırağının əcəb seyrangahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıfki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın Bir gözəl obası, hayıf ki, yoxdur! Çoxdur ağ bədənli, büllur buxaqlı, Lalə zənaxdanlı, qönçə dodaqlı. Amma şirin dilli, açıq qabaqlı, Könül aşinası, hayıf ki, yoxdur! Havasından torpağımın, yerinin, Dadızmaz dəhanın, ləbi-şirinin, Pəri çoxdur, nə fayda heç birinin Adamlıq ədası, hayıf ki, yoxdur! Ucu eşrəfili, bulut kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı əlvan, qəsabe qıyqac, Altında cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün bunılması, hayıf ki, yoxdur! Laçın təki başda ala tomağa, Yaşmağı tutmağa dişə, dodağa, Cəllad kimi durub qabaq-qabağa Baxıb can alması, hayıf ki, yoxdur! Çünki yorğunuyam mən bu yolların, Bilirəm tərzini hər üsulların, Gümüş biləklərin, bəyaz (ağ)qolların, Sarı kəhrəbası, hayıf ki, yoxdur! Ayna tutub hərdən camal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Vaqif haqdan dilər lütfii kərəmlər, Belə yerdə qalan, vallah vərəmlər. Yenə yada düşər bizim sənəmlər, Getməyin binası, hayıf ki, yoxdur! * * * Zülfün Gərdənində, qamətində ayıb yox, Amma nə gözəldir pərişan zülfün! Ətrindən dinlənir sərasər ərvah, Ya müşki-ənbərdir, ya reyhan zülfün. Gülab səpilibən dəyəndə şana, Qoxusu çulğaşır cümlə cahana, Döndəribdir məni Şeyx Sənana, Nə din qoyub məndə, nə iman züfün. Ağ əlin ki, dəyər o müşki-naba, Bənzər bulut içrə girən məhtaba. Həlqələnir, dönür ucu qüllaba, Asar gündə min-min dilü can zülfün. Yastılanıb ay qabağın yanında, Başı çıxır tər buxağın yanında, Siyah xalın, al yanağın yanında Əskik olmaz hərgiz, hər zaman zülfün. Vaqifəm, olmuşam zülfə giriftar, Könlüm viran, halım xarab, günüm zar, Bir nəzər qıl mənə, ey çeşmi-xumar, Eyləyibdir məni sərgərdan zülfün. * * * Gözlərin cəlladdır Gözlərin cəlladdır, baxışın yağı, Qanlı qəmzən kimi olmaz bəla, qız. Nazlı-nazlı danışıban güləndə, Dönürsən şəkərə, qəndə, bala qız. Ləblərin süsəndən, güldən əladır, Seyr ilə gülşəndən, güldən əladır, Tamam ağ bədənin güldən əladır, Qamətindir sənubərdən bala, qız. Ömrünə çox dua-səna demişəm, Suçumu, dərdimi sana demişəm. Mən canımı qurban sana demişəm, O zaman ki, oldu qalü bəla, qız. Qamətin, gərdənin, boyun gözəldir, Müşkin, irəyhanın, buyun gözəldir, Səni sevən deyir bu ən gözəldir, Hərgiz olmaz bu dünyada belə qız. Vaqifəm, düz danış, əyilmə məndən, Aparma əqlimi, əkilmə məndən, Ağlaram ki, əmim, əyil məməndən, Məni sinən beşiyində bələ, qız. * * * Hər gedən gəlmiş,mənim ol qəmküsarim, Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş, Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş. Getmiş idi ixtiyarım biləsincə yarımın, Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın, Üstümə ol tuti dilli şux nigarım gəlməmiş. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb, Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır, Kimdir ona can verən, fərmani-yarım gəlməmiş? * * * == Müəşşərlər == Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad! Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad! Yetməyib məqsudə, getdin belə novcavan, Cavad! Qaldı İbrahim xan, qan-yaş töküb giryan, Cavad! Səndən ötrü, xan Cavad, Sərdar Cavad, sultan Cavad! Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Ey əziza, bir cavan idin əcəb bəxşi-xuda, İzzü rüfət sahibi, bir xoşnüma, xəndan liqa, Gəlməmişdir sən kimi pakizə tinət mütləqa, Oldu heyfa dərdi-bidərman, bu dəhri-bivəfa, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Neylədi, ey vay, sənə dövrani-kəc, bədruzigar, Getdi gül rəngin solub, nazik vücudin xarü zar, Gəldi bəxtin qarə, oldu taci-təxtin tarümar Neçə gözlər qaldı həsrət, neçə canlar intizar, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Firqətindən xan baban qəddi bükülmüş dal olub, Baş açıq, üz-sinə məcruh validən bədhal olub, Fərş edib torpağa üz həmşirələr pamal olub, Gündə bir məhşər qopar, gəl, gör necə əhval olub, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Od düşüb, köşkü saraylar guyiya tağlar yanar, Səs verir səngü şəcərlər, od tutub dağlar yanar, Yasa girmiş səbzələr, geymiş qara bağlar, yanar, Cümleyi-xəlqi-cahan qan yaş töküb ağlar, yanar, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Dəmbədəm ağlar görənlər xəttü xalın yad edib, Şövkətü şanın anıb, o qəddi-dalın yad edib, Xoş deyib-danışmağın, əqlü kamalın yad edib, Yandırır odlara cismin, gül camalın yad edib, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Bu müsibətdə Qarabağa düşübdür va səsi, Dərdi-bidərmanü dağü suzi-bipərva səsi, Kim, çıxar ərşi-bərinə ruzü şəb nala səsi, Şəhrü səhradən kəsilməz ahü vaveyla səsi, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Düşdü çün qürbət diyarə mənzilin, oldu uzaq, Günbəgün artar ciyərdə atəşi-ahi-fəraq, İstəyənlər eyləsin pəs halını kimdən soraq? Atəşi-həsrət vücudin eylədikcə dağ-dağ, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Ey dü çeşmi-validə, ey qürrətül-eyni-pədər! Ey süruri-sinə, ey ruhi-rəvan, nuri-bəsər! Qaldı həsrət, göz üzün görməz, könül bilməz xəbər, Yana-yana ta əbəd büryan olub yanar ciyər, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! * * * Ey rəngi-rüxi-alına heyran gülü lalə Ey rəngi-rüxi-alına heyran gülü lalə, Can qurban ola sən kimi bir qaşi hilalə, Vəh, cilvəyi-eşqin yetişibdir nə kəmalə, Təhsin gətirər göydə məlaik bu cəmalə, Seyr eləmişəm çox sənəmi-hurimisalə, Amma, nə deyim, olmamışam bəndə həvalə Bir sən kimi şəkkər dəhənü tuti məqalə, Ta aşiq olubdur könül ol arizi-alə, Həm silsileyi-kakilə, həm daneyi-xalə, Daim çəkərəm sübhə təkin hər gecə nalə. Səndən ki, cüda nuş edərəm sağəri-gülnar, Tünd olma, dönüm gözlərinə, özgə səbəb var, Ərz eyləyim, ol türreyi-ənbər güli-rüxsar Qılmış məni bir müşkül olan dərdə giriftar, Amma yanaram atəşə pərvanə kimi zar, Yəni ki, olalı sənə mən aşiqi-didar, Hərgiz deyil əhvalıma bir kimsə xəbərdar, Naçar edərəm dərdi-dilim saqiyə izhar, Ləlin ki, düşər yadıma, ey gözləri xummar, Bu zövqlə gahi içərəm neçə piyalə. Minavü sürahində ki, vardır bu lətafət, Gör çəkməyələr qamətü gərdən sənə nisbət, Hərgiz mən edərdimmi dəxi onlara ülfət, Hicrində yetər canıma çox möhnətü külfət, Istərsə mənə gündə çəkib tiği-siyasət Öldürmək üçün üz qoya qatil kimi firqət, Şirin dəhənin ta ola bir dəm bizə qismət, Sabir oluram var nə qədər canda səlamət, Sənsiz, nə rəvadır, mən edəm eyşlə işrət, Bəsdir mənə şövqüm ki, olur cami-visalə. Oxşar, deyirəm, ləblərinə badeyi-gülgun, Onunçün olur hər dəm ona rəğbətim əfzun, Məzur tut, oldum belə şuridə cigərxun, Çox olmuşam aşüftə, pərişan, dilü məhzun, Zira ki, sənin daneyi-xalindəki əfsun Dil mürğünü etmiş girehi-zülfünə məftun, Cəm olsa əgər bir yerə Loğmanü Fəlatun, Yox çarə dəxi badədən özgə mənə əknun, Hicran günü dil xəstə olan dəmdə bu məcun Bir vasitədir dəfi-qəmü dərdü məlalə. Vaqif kimi kim, dəm vuraram zülfi-siyadən, Əzamə düşər lərzə sərasər bu nəvadən, Tənbur sifət cuş edərəm zərdi-həvadən, Indi məni hər kəs görər olsa rüfəqadən Bir tarə bərabər tutar ol cəngi dütadən, Qanun belədir firqeyi-üşşaqə binadən, Sən cahilsən, yox hələ elmin bu ədadən, Yoxdur xəbərin, hiç deməzsən, füqəradən; Bir kərrə düşəndə xəbər al badi-səbadən, Saçın həvəsi gör ki, məni saldı nə halə? * * * Ey büti-tutizəban, gəl ki, məqalın istərəm Ey büti-tutizəban, gəl ki, məqalın istərəm, Təşneyi-didarinəm, abi-zülalın istərəm. Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm, Üz bəyazında sənin öz xəttü xalın istərəm, Mətləi-vəchində əbruyi-hilalın istərəm, Sayeyi-sərvi-qədi-tuba misalın istərəm, Dəmbədəm zövqi-tamaşayi-camalın istərəm, Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm, Qalmışam hicrində, gülzari-visalın istərəm, Ey büti-tutizəban, gəl ki, məqalın istərəm! Güllər açılmış, bu gün eyşü nişatın vəqtidir, Guşeyi-gülzardə fərşi-büsatın vəqtidir, Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir, Bəzmi-eydi-vəslə tərtibi-nişatın vəqtidir, Inqizayi-fəsli-güldən ehtiyatın vəqtidir, Illəti-eşqə ilaci-buqratın vəqtidir, Rövzeyi-rizvan üçün seyri-siratın vəqtidir, Aşiqü məşuq ara xoş inbisatın vəqtidir, Hər zaman şirin-şirin ixtilatın vəqtidir, Ey büti-tutizəban gəl ki, məqalın istərəm! Rahi eşqində sənin mən canü sərdən keçmişəm, Parə-parə qılmışam könlü, ciyərdən keçmişəm. Yanmışam pərvanələr tək, balü pərdən keçmişəm, Hər səmənsa türrədən, hər simbərdən keçmişəm, Dilbəri-qönçədəhən, nərgisnəzərdən keçmişəm, Lalədən əl çəkmişəm, gülbərgi-tərdən keçmişəm, Tərk edib dəhrin səfasın xeyrü şərdən keçmişəm, Dişləri çün məxzəni-dürrü gühərdən keçmişəm, Kövsəri unutmuşam, şəhdü şəkərdən keçmişəm, Təşneyi-didarinəm, abi-zülalın istərəm! Mən sənin bir aşiqi-biixtiyarın olmuşam, Bidilü-bicanü bisəbrü qərarın olmuşam, Şanəvəş müştaqi-zülfi-tabidarın olmuşam, Incəlib saətbəsaət tarü marın olmuşam, Uzun illər payibəndi-rəhgüzarın olmuşam, Valehi-xali-zənəxdanü üzarın olmuşam, Bir onalmaz dərdiməndi-intizarın olmuşam, Şux nikahından düşüb şirin şikarın olmuşam, Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm! Çünki müştaq olmuşam sən sərvi-siməndamə mən, Eylərəm müjganımı xun ilə zərrin xamə mən, Yazaram hər gün sənə mehri-vəfadən namə mən, Çox dedim, həmrəng olum ol arizi-gülfamə mən, Qoymaz amma çərxi-gərdün tez yetəm bu kamə mən, Yox əcəb, desəm siyəh ru gərdişi-əyyamə mən, Düşmüşəm sərhəlqeyi-zülfün ucundan damə mən, Nə şərabi-ləligunə mayiləm, nə camə mən, Tikmişəm göz ruzi-vəslindən gələn bayramə mən, Mətləi-vəchində əbruyi-hilalın istərəm! Ta gəlir gəh-gəh mənə badi-səbadən kağızın, Canımı mədhuş edər ənbər həvadən kağızın, Bərgi-gül tək düşməz ol ətri-fəzadən kağızın, Sanki bir əttardir gəlmiş Xətadən kağızın, Dəm vurar Isa kimi ömri-bəqadən kağızın, Bir əcəb sərməşqdir mehri-vəfadən kağızın, Işləsin qasid, kəsilməsin aradən kağızın, Kəm deyildir lövhi-tumari-qəzadən kağızın, Alsa min zinət əgər müşkin qəradən kağızın, Üz bəyazında sənin öz xəttü xalın istərəm! Göstəribdir, bilməzəm, ləlin nə ləzzət könlümə, Dönə-dönə onu fikr etməkdir adət könlümə, Ondan özgə gəlməyib şirin hekayət könlümə, Firqətindən qalmayıbdır səbrü taqət kölümə, Qamətindən ayrı zahirdir qiyamət könlümə, Vədeyi-vəslin ha versin istiqamət könlümə, Sən özün ta etməyincə bir inayət könlümə, Çox yetər əğyaridən cövrü ihanət könlümə, Sayeyi-sərvi-qədi-tuba misalın istərəm! Çün müradi-xatirimdir ləli-ləbdən sudi-eşq, Eylərəm hərdəm qara bağrımı xunaludi-eşq, Ərşə başımdan çıxar tük başına min dudi-eşq, Hər rəkimdir abi-sevdadən dolu bir rudi-eşq, Zahidi-bibak tək mən olmazam mərdudi-eşq, Haliya mülki-məlahətdə mənəm Məhmudi-eşq, Var ümidim ki, olam mən müqtədai-cudi-eşq, Həq, mənə etmiş müsəlləm çünki hər mövcudi-eşq Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq, Qalmışam hicrində gülzari-visalın istərəm! * * * == Təcnislər == Alı sən Gözəl boylu, gözəl xoylu, gözəl yar, Nə gözəlsən, geyinibsən alı sən. Gözəl gözün hərdən qıya baxanda, Gözəl canı gözəl təndən alısan. Gözəl qamət, gözəl gərdən, gözəl üz, Gözəl olmaz sən tək, olsa gözəl yüz, Gözəl canı munca yetər, gözəl, üz, Gözəl deyil, etmə, gözəl, alı sən. Gözəl durub, gözəl gəzib, gözəl bax, Gözəl kəlbəm, sal boynuma gözəl bağ. Gözəl seyrü kəşt eyləyib gözəl bağ, Gözəl, dər budaqdan gözəl alı sən. Gözəl saqi, gözəl tutub, gözəl kəs, Gözəl doğra kəbab bağrım, gözəl kəs, Gözəl canan, gözəl adam, gözəl kəs, Bir gözəl kimsənin gözəl alısən. Gözəl qapındadır, gözəl hey dərin, Gözəl sev demişəm gözəl hey, dərin, Gözəl, Vaqif qulun, gözəl Heydərin, Gözəl, yetiş dadə, gözəl Alı sən. * * * Aya qılasan Ey günəş cəmallım, sən nə gözəlsən, İstərsən ki, tənə aya qılasan. Ahu gözlüm, hər bir qiya baxanda, Bir örkü salırsan, ay aqiləsən. Şanə salır hərdən zülf əra zini, Demək istər məgər zülfə razini, Çəkdirə-çəkdirə zülf ərazini, Döndəribsən məni, aya, qila sən. Çəkilir sürmələr, qaralı gözlər, Alır məndən səbri qaralı gözlər, Yoluna baxmaqdan qaralı gözlər, Gəl indi bir quru ayaq ilə sən. Qəmzən qılınc çəkib budar da məni, Başın üçün, qoyma bu darda məni, Yetir mətlubuma bu dərdə məni, Bir busə ləbindən aya qılasən. Xoş keçir bizimlə sən həm dəmisən, Eylə bu dərdimə sən həmdəmi sən, Şikəstə Vaqifin sən həmdəmisən, Danışma, sevdiyim, a yağilə sən. * * * Ayağa məni Dilbər, həsrətindən xəstə düşmüşəm, Hicran qoymaz duram ayağa məni. Çulqala zülfünə, basdır dərində, Qoyma ki, bükələr ayağa məni. * * * Bu daqal Gözdə cadugərlik, xalda fitnəlik, Canım üzdü, zülfi-ənbər bu daqal, Zənəxdanın şeyda gördü könlümü, Tutdu möhkəm, eyləyibən bu da qal Bilməzəm ki, nədir günahım mənim, Durubdur qəsdimə cəlladın sənin. Nə bəyaz gərdəndi, nə sayə sinə, Tər saxla dəyməsin nəs ayə sinə, Sığındım qüdrətin nə sayəsinə, Kərəm eylə, gəl canımdan budəğ al Şahım, qibləgahım, pənahım mənim, Bəsdir mənə munca bidadın sənin. Sənubər qamətin demə lalədir, Dişin gördü döndü, demə lalədir, Açılsın bənəfşə, demə lalədir, Qanlı sirişkimdən olmuş budaq al Gülüstana çəkər həm ahım mənim, Dilər anda qəddi-şimşadın sənin. Görmədim qəmzən tək sərasər bədən, Səg rəqibi öldür sərasər bədən, Gül bərginə bənzər sərasər bədən, Nə gözəl lalərəng olmuş budaq al Qan edibsən məgər, ey mahım mənim, Olubdur eşq ara cəhadın sənin. Ver muradın bu Vaqifin, ya sənəm, Ya canım al qıl dərdə əm, ya sənəm Qədəm basıb bir gəl bizə, ya sənəm, Mehmanımsan qəm ləşkərim buda qal Ta göyə yetişsin kulahım mənim, Yayılsın aləmə həm adın sənin. * * * Canan dağına Səhər-səhər əsən qiblə yelləri, Heç yolun düşdümü canan dağına? Ağ sinədən söylə, tər şamamədən, Görüm, əl dəymişmi canan tağına? Həsrətindən bağrım gül, şanə bənzər, Mənə Vərqa, sənə Gülşa nə bənzər? Yarın qoynu içi gülşənə bənzər, İstər pərvaz edə canan dağına. Götür günəş camalından ol ağ yar, Sən bəri bax, qoy söylənsin ol əğyar, Rəqib ölsün, biz ikimiz olaq yar, Nə var ondan qeyri canan dağına. O cavanın ömrü nurdur, yaşı nur, Səg rəqibin tök gözündən yaşü nur, Məni görcək bilməm nöşün yaşınır, Salır camalını canan dağına. Vaqifəm, könlümü dağın eylərəm, Yardan ayrı xoş gün daxı neylərəm, Sinəmdə mən özgə dağı neylərəm, Qoymuşam canımı canan dağına. * * * Ozər babısan Ey dəhanı şəkər, ləbləri qəndab, Tən edər ləzzətdə ozər babısan! Camalına kimsə olmaz bərabər, Xəttü xal kanısan, ozər babısan. Eşqim olmuş mənim bir belə dərya, Rəqibin gözünə bir belə dərya, Tufan oldu doldu bir belə dərya, Gözümdən ki, tökdün o zərb abı sən. Vəchindəki bənzər ay olar zayə, Verdilər ömrümü ay olar zayə, Salır qəmzən məni ay o lərzayə, Üz sinəm üzərə o zər babısan. Çağır Şahi-mərdan o heylər səni Əm dostun ləbindən hey elər səni. Görüm, rəqib, vursun həyələr səni, Çünki sən yamansan öz ərbabı sən. Vaqif der, şanə çək zülfə, əlayıq, Sərxoşunam, olmamışam əlayıq, Çün bərabər qamətinə əlayıq, Geyib sallan başdan o zərbabı sən. * * * == Müxəmməslər == Aldı canım naz ilə ol gözləri şəhla pəri Aldı canım naz ilə ol gözləri şəhla pəri, Ləbləri püstə, yanağı laleyi-həmra pəri, Cismi gül, başdan ayağa qaməti rəna pəri, Sərvdən yeyrək, sənubərdən dəxi bala pəri, Yavru laçın gözlü, topğun sinəli sona pəri. Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni, Qara zülfü müşkü ənbər, ağ bədən gül xərməni. Saçları reyhan qoxulu, qoynu cənnət gülşəni, Ləbləri kövsər məkanı, ağzı şəkkər mədəni, Sözü şirin, özü amma xosrovü əla pəri. Al geyib əlvan ləçək örtər, gülabəfşan çıxar, Sanasan, bürci-fələkdən bir mahi-taban çıxar, Seyrinə aləm sərasər hər tərəf, hər yan çıxar, Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar, Göz ucuyla hər kimə eylər nihan ima pəri! Ey mənim mahım, sənə bu şəhr, bu ellər fəda! Basdığın torpağa hərdəm, lalələr, güllər fəda! Saçının hər muyinə yüz saçı sünbüllər fəda! Ləhceyi-göftarına gülşəndə bülbüllər fəda! Qaşının bir tağinə qurban iki dünya, pəri. Vaqifəm, canım sənə hərdəm fədalər eylərəm, Ah çəkib hicrində qarğu tək sədalər eylərəm, Dərgahində kəlbinə çox ilticalər eylərəm, Gecə-gündüz ömrünə xeyrü düalər eylərəm, Saxlasın dəhrin bəlasından səni mövla, pəri! * * * Bir gözəl qamətli yari-lalərəngi sevmişəm Bir gözəl qamətli yari-lalərəngi sevmişəm, Yarə istiğnası şirin şuxü şəngi sevmişəm, Qaşı yay, kirpikləri türfə xədəngi sevmişəm, Ox atıb qanlar tökən türkanə cəngi sevmişəm, Halə rəhmi gəlməyən bir bağrısəngi sevmişəm. Naz ilə sərxoş gedəndə ol gözəllər sərvəri, İki yandan mövc edir zərrin kəlağey ucləri, Bir mələkdir, sanasan, uçmağa açmış şəhpəri, Rövzeyi-kuyi Mədinə, qaşı Kəbə minbəri, Arizi üzrə Həcər tərhində bəngi sevmişəm. Bad əsib üzdən niqabı açılanda gah-gah, Şöləsindən gün olur göydə xəcil, şərməndə mah, Gərdəni, qəddi tamam göyçək, rüxü süni-ilah, Sərbəsər əndamı ağ, qaşı, gözü, saçı siyah, Al hənadan lalərəng gülgunə çəngi sevmişəm. Hər zaman kim, ol sənəm gedir qabağımdan mənim, Başadək bir od düşər, yanar ayağımdan mənim, Göy dəyir bir-birinə ahi-fəğanımdan mənim, Kəsmə mina qülqülün, saqi, qulağımdan mənim, Xəndeyi-cananə bənzər mən bu həngi sevmişəm. Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır, Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır. Gözlərindən ələman kim, canımın cəlladıdır. Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır, Deməyin, Sənan kimi azıb firəngi sevmişəm. * * * Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi? Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi? Cigər pürkaləsindən navüki-müjgan keçsinmi? Fələk səqfindən ahü naləvü əfğan keçsinmi? Dəlib peyvəstə bağrım başını peykan keçsinmi? Həmişə sinə büryandır, könül viran, keçsinmi? Mənə bir şəfqətin var, günüm ya zar olsunmu? Əvvəlkindən betər, yoxsa, dili-bimar olsunmu? Sinəmdə yerbəyerdən yarələr xunbar olsunmu? Gecələr gözlərim ta sübhətən bidar olsunmu? Səhər axşamatək möhnətdə bağrım qan keçsinmi? Ucundan, ey güli-rəna ömrüm badə getsinmi? Axıb bu qanlı yaşım, sel olub bərbadə getsinmi? Mənə bu çəkdiyin dağlarilə dünyadə getsinmi? Gəlirsənmi, könül yoxsa əlindən dadə getsinmi? Pərişanlıqda halım, ey şəhi-xuban getsinmi? Bu zülmü tərk edib rəhm etməyi adət edərsənmi? Mən öldüm həsrətindən sən də bir mürvət edərsənmi? Ləbindən busə bir yol almağa rüsxət edərsənmi? Mənimlə yar olub, mehr eyləyib ülfət edərsənmi? Dəlib peyvəstə bağrım başını peykan keçsinmi? Vücudim xahi-rahində qübari-payə dönsünmü? Saralıb həsrətindən surəti-heyvayə dönsünmü? Fərağindən işim hər ləhzə ahü vayə dönsünmü? Çəkib qaşin qəmin Vaqif, əyilib yayə dönsünmü? Kəbab olmuş cigər çün təşneyi-suzan keçsinmi? * * * Ey səba Ey səba, yarə de kim, avarə gördüm Vaqifi, Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi, Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi, Aqibət salmış özün odlarə gördüm vaqifi, Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi. Bir yanar atəş salıb pərvanə tək əzainə, Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə, Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə, Baş qoyub eylə sənin ol zülfünün sevdasinə, Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi. Qaməti-mövzun ilə bir sərvi-gülşənsən gözəl! İki dünyanın səfavü zövqünə tənsən, gözəl! İtməyə gözdən, könüldən ayrısan, gensən gözəl! Fikri, zikri, dediyi, danışdığı sənsən, gözəl. Mayil olmaz hər yetən köftarə, gördüm Vaqifi. Qaşlarından ayrı ol mehrabı görməz gözləri, Eyləməz şəmsə nəzər, məhtabi görməz gözləri. Arizin istər, güli-sirabi görməz gözləri, Ağlar eylə gecə-gündüz, xabı görməz gözləri, Yandırıbdır canını odlarə, gördüm Vaqifi! Söylə kim, başın üçün, bir lütf qıl, ey gülüzar! Sallanıb sərvi-rəvan tək bu yana eylə güvar, Gecə-gündüz dərdü qəm etmiş məni candan bezar, Görməyə didarını hərdəm çəkər çox intizar, Gözlərin dikmiş baxar yollara gördüm Vaqifi * * * Görmədim Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim Aşinalar ixtilatında sədaqət görmədim, Biətü iqrarü imanü dəyanət görmədim, Bivəfadan lacərəm təhsili-hacət görmədim Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmu dərdü fəraq, Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan səvayı bir hekayət görmədim Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl, Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl, Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl, Müqtədilərdə itaət, müqtədalərdə əməl, Bəndələrdə simu bəylərdə ədalət görmədim. Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman, Hansı qəmli könlü kim, sən edər olsan şadiman, O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman, Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman, Bulmadım bir dost ki, ondan bir ədavət görmədim. Alimü cahil, müridü mürşidü şagirdü pir, Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir, Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir, Şeyxlər şəyyad, abidlər abusən qəmtərir, Hiç kəsdə həqqə layiq bir ibadət görmədim. Hər kişi hər şey ki, sevdi, onu behtər istədi, Kimi təxti, kimi taci, kimi əfsər istədi. Padşahlar dəmbədəm təsxiri-kişvər istədi, Eşqə həm çox kimsə düşdü vəsli–dilbər istədi, Heç birində aqibət, bir zövqü rahət görmədim. Mən özüm çox kuzəkarı kimyagər eylədim, Sikkələndirdim qübari-tirəni zər eylədim, Qara daşı döndərib yaquti-əhmər eylədim, Daneyi xərmöhrəni dürrə bərabər eylədim, Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim. Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını, Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını, Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını, Dönə-dönə imtahan etdim fələk dövranını, Onda mən bərəkslikdən özgə adət görmədim. Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar, Zərrəcə etməz ədayi-şükri-nemət aşikar, Qalmayıbdır qeyrəti şərmü həya, namusu ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim. Müxtəsər kim, belə dünyadən gərək etmək həzər, Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər, Alilər xaki-məzəllətdə, dənilər mötəbər, Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər, İşlənən işlərdə ehkamü ləyaqət görmədim. Dövlətü iqbalü malın axırın gördüm tamam, Həşmətü cahü cəlalın axırın gördüm tamam, Zülfü ruyü xəttü xalın axırın gördüm tamam, Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, Başədək bir hüsnü-surət, qəddü qamət görmədim. Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur, Getdi din əldən, bu gündən böylə sən eylə zühur, Qoyma kim, şeytani-məlun eyləyə imanə zur, Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur Kim, şəriət məşəlində istiqamət görmədim. Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, Etmədim, səd heyf kim, bir mahi ruxsarə nikah, Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim. * * * Təzkireyi-Nəvvab Naz ilə ta ol büti-tərsa kəlisadən çıxar, Sərxoşü xəndan bipərva kəlisadən çıxar, Şahdır, guya geyib diba, kəlisadən çıxar, Açıban təl’ət günəşasa kəlisadən çıxar, Şölə salmış aləmə ta kim, kəlisadən çıxar. Ləhzə-ləhzə eylədikçə mahruxsarı zühur, Ləm’ə-ləm’ə ziri-bürqdən düşər dünyayə nur, Ani bir kərrə görən dindən olur, əlbəttə, dur, Necə kim, cənnət sarayından çıxar qilmanü hur, 0 şəkil bu düxtəri-tərsa kəbsadən çıxar. Şanəvəş seyqəl verib zülfı-bənəfşə nisbətə, Pərdə mütləq tutmuyub simavü sədrü surətə, Qıl tamaşa gərdənə, seyr elə qəddü qamətə, Qaşü göz, qəmzə, məazallah, dönübdür afətə, Etməyə din mülkünü yəğma kəbsadən çıxar. Gül kimi nərmilə nazik pirəhəııdə ağ bədən, Bilmənəm ya şölədir, ya xərməni-bərqi-səmən. Dişləri qəltan sədəf, çün ağzıdır lə’li-Yəmən, Ağ qabağda bir gəz anın taği-əbrusin görən, Meyli-məscid eyləməz haşa, kəbsadən çıxar. Vaqifəm, ta ki, sataşdı gözüm onun qaşına, İstədi mehrabü minbərdən xəyalım daşma, Şimdi bildim ki, nə gəlmiş Şeyx Sən’an başına, Ya budur ki, Tiflisi ğərq eylərəm göz yaşma, Ol sənəm vəsli mənimçün, ya kəbsadən çıxar. * * * Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng, Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng. Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng, Canıma atəş salıb yaxdı sərasər bir tüfəng, Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng. Qıvrılır könlüm tüfəngdən dəm vuranda, mar tək, Od çıxar ağzımdan ol çaxmaği-atəşbar tək, Gülleyi-əşki atar çeşmim şərarı nar tək, Müşki barut ətrilə həm türreyi-tərrar tək, Etmədi dimağimi mütləq müəttər bir tüfəng. Bu Qarabağ içrə çox çıxdım tələb meydanına, Müşkül oldu çünki yol bulmaq onun imkanına, Eylədim bu müşkülü izhar Şirvan xanına, Göstərib lütfü kərəm mən bəndeyi-fərmanına, Etdi vədə ol şəhinşahi-dilavər bir tüfəng. Bavər etdim vədəyə, gəldim ki, mən ol həm gələ, Gəlmədi, amma gözüm yollarda qalıbdır hələ. Nalişimdən hər zaman düşdü zəmanə zəlzələ, Derlər ol bəylərbəyi həm axtarır düşməz ələ, Qəhdə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng? Hər kim istər kim, vücudi mərəkə ara gərək, Kəndi zatından silahü əsləhə əla gərək, Gülləsilə xuni-əda tökməyə sevda gərək, Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək, Vaqifa, yoxsa deyil, məqbulumuz hər bir tüfəng. * * * Ey pərisima, sənin didarının müştaqiyəm Ey pərisima, sənin didarının müştaqiyəm, Zülfü ənbər buylu, gül rüxsarının müştaqiyəm, Gərdənində asılan şahmarının müştaqiyəm, Şux qəmzə, nərgisi-xumarının müştaqiyəm, Şol sənubər qəddü xoşrəftarının müştaqiyəm. Qaşların tağın qoyub, qeyri hilalə baxmaram, Arizindən göz kəsib, ol vərdi-alə baxmaram, Xeyli heyranam sənə, özgə cəmalə baxmaram, Tutinin ağzındakı şəkkər məqalə baxmaram, Mən sənin şirin-şirin göftarının müştaqiyəm. Hər yetən naməhrəmi özünə məhrəm eyləmə, Yar, mənə qan ağladıb, əğyarı xürrəm eyləmə, Özünü söz bilməyən nafəhmə həmdəm eyləmə, Zülm qıl, canımdan ol azarını kəm eyləmə, Şadiman eylər məni, azarının müştaqiyəm. Olmasa bir ləhzə gər qəddin nəzərgahım mənim, Asimani-niligunu titrədər ahım mənim, Mən sənin bir çakərin, sənsən gözəl şahım mənim, Könlümü zülmatə salmış hicrin, ey mahım mənim. Gəl ki, şimdi ruyi-pürənvarının müştaqiyəm. Vaqifi öldürdü ol məhrulərin pərvizəsi, Bağrıma müjganının sancıldı tirü nizəsi, Zəxmi-sinəmdən töküldü üstüxanım rizəsi, Ey Qarabağın yeni açmış güli-pakizəsi, Xəstəyəm, qoynundakı ol narının müştaqiyəm! * * * Sənin, ey şux məlaikzadə, qurbanın olum Sənin, ey şux məlaikzada, qurbanın olum, Gəlmişəm dərgahına mən dada, qurbanın olum, Nə olur, bir yetsən fəryada, qurbanın olum, Məni gözdən salıb uyma yada, qurbanın olum, Belə iş yaxşı deyil, heç ada, qurbanın olum! Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm, Deyə bilməm sənə, amma elə gizlu çəkirəm, Neyləyim, çox görürəm zülmünü, qorxu çəkirəm, Dolanıb mən qapına, busəyə arzu çəkirəm, Sən özün bir yetəsən fəryada, qurbanın olum! Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin, Tazə gül xərmənidir başdan-ayağa bədənin, Lal edər tutiləri ləhceyi-şirin süxənin, Gülşənin rövnəqisən, zinətü bağü çəmənin, Boyun oxşar sənin ol şümşada, qurbanın olum! Xəstənəm, çox dilərəm, yanıma bir dəm gələsən, Çəkibən xəncəri, bağrım başını bir dələsən, Baxıban bəndə çəkən cövrü cəfanı biləsən, Bəlkə, bir rəhmə gəlib dərdimə çarə qıləsən, Getməyə ah ilə ömrüm bada, qurbanın olum! * * * Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən, Çox lütfü kərəm, cudü ətalər gətiribsən, Xurşid kimi nurü ziyalar gətiribsən, Bu şəhrə ki, təşrifi-bəqalər gətiribsən, Sən xoş gəlibsən və səfalər gətiribsən. Ey zati-şərifində olan cilveyi-təhsin, Hicrin bizi etmişdi belə xəstəvü qəmgin, Nə dərdinə həd var idi, nə cövrünə təxmin. Biz müntəziri-rahin idik, gözümüz aydın, Xaki-qədəmində tutiyalər gətiribsən! Ey sahibi-təzim, sərü can sənə peşkəş! Dürdaneyi-çeşmi-gövhərəfşan sənə peşkəş! Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş! Məcmueyi-mülki-dili-nalan sənə peşkəş! Xoş mədilətü üqdəgüşalər gətiribsən! Ey nüsxeyi-fərrux, rəqəmi-münşii-qüdrət, Əbruyi-lətifin xəti-mənşuri-səadət, Sərlövhi-rüxün məsdəri-dibaçeyi-fitrət, Məzmuni-vücudun, bəli, imdadi-inayət, Müxlislərə ehsanü səxalər gətiribsən! Ey cani-müəlla, məhəli-sərvəri-Vaqif, Fəğfurü Fridunu Cəmü qeysəri-Vaqif. Əflaki-səadətdə səid, əkbəri-Vaqif, Didarinə müştaq idi çeşmi-təri-Vaqif, Əlminnətülillah ki, cilalər gətiribsən. * * * Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin! Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin! Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin! Səvadi-Misir xalın Yusifi-Kənanı, xoş gəldin! Gözüm, könlüm, əzizim, qəlbimin xaqanı, xoş gəldin! Münəvvər eylədin bu dideyi-giryanı, xoş gəldin! Səni badi-səbamı, eylədi agah halımdan? Eşitdin yoxsa bir səs naleyi-bietidalımdan? Nə müddətdir xəyalın çıxmamışdır xud xəyalımdan, Fəğanım guşinə yetdi, xəbər verdi məlalımdan, Kim ərz etdi, gətirdin dərdimə dərmanı, xoş gəldin? Şəha, lütfün füzun olsun ki, əltafi-ziyad etdin, Bu gün müştaqi-didarın olanı bərmürad etdin, Əzəldən ha unutmuşdun, nə yaxşı sonra yad etdin, Qədəm basdın səadətlə, bizi əlhəqq şad etdin. Şərəfli bürci-iqbalın məhi-tabanı, xoş gəldin! Ləbi-abi-həyatın Vaqifə canpərvər istərdim, Skəndərdən də yüz qatla zülalın behtər istərdim, Nə zövqi-cənnətül-məva, nə abi-kövsər istərdim, Məqalından mükərrər tutilər tək şəkkər istərdim, Gözüm üstə qədəm basdın, məlahət kanı, xoş gəldin! * * * Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin! Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin! Payinə peşkəş ola baş ilə can, xoş gəldin! Bas gözüm üstə qədəm, sərvi-rəvan, xoş gəldin! Sənə müştaqdı dil, qönçədəhan, xoş gəldin! Gəl-gəl, ey qumri səda, tutizəban, xoş gəldin! Həqdən istərdim əya yarü vəfadar səni, Xoş yetirdi mənə ol qadirü qəffar səni, Qoymanam getməyə kim, ta nəfəsim var, səni, Görmədi yolda, nə yaxşı, rəqib, əğyar səni, Belə bivaxtəvü pünhanü nihan, xoş gəldin! Surətin kilki qəzanın xəti-mənquşəsidir, Ömrü cavid qılan ləli-ləbin tuşəsidir, Zülfünün badi-səba aşiqi-mədhuşəsidir, Bəndə xanə sənin öz mətbəxinin guşəsidir, Əfvi-təqsir buyur şahi-cahan, xoş gəldin! Nə zaman ki, deyəsən ey güli-xəndan, gedərəm, Bil ki, mən həm düşübən dalına giryan gedərəm, Yəni zülfün kimi çox halı pərişan gedərəm, Öz ayağınla gəlibsən, sənə qurban, gedərəm, Ey qara kirpiyi ox, qaşı kaman, xoş gəldin! Çün gəlibsən, kərəm et, sən dəxi bizdən getmə! Görməsəm gər səni bir dəm, ölərəm mən, getmə! Dolanım başına, Allahı sevərsən, getmə! Gedər olsan yenə gəl, bizdən elə gen getmə! Qoyma gəl Vaqifi çox da nigəran, xoş gəldin! * * * Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir, Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir, Xaki-qədəmi dideyi-tərdən gedəcəkdir, Ey heyf səadət ki, bu yerdən gedəcəkdir, Təşrifi onun yəni şəhərdən gedəcəkdir. Məndə nəzəri var idi bu türfə cəvanın, Didarinə çox müştaq idim mən dəxi anın, Sinəm hədəfiydi müjeyi-xunfəşanın, Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın, Peykanı çıxıb zəxmi-ciyərdən gedəcəkdir. Oldur mənim arami-dilim, yarü nigarım, Onsuz ola bilməz fərəhim, səbrü qərarım, Türfə sənəmü sərvi-qədim, lalə üzarım, Nola gələ bir də mənim ol şahsüvarım, Hala ki, səlamət bu səfərdən gedəcəkdir. Saqi, nə durubsan, sölə, dövran yola düşsün, Çalsın dəfü ney, naləvü əfğan yola düşsün. Olsun bu vilayət hamı viran, yola düşsün, Bu gecə gərəkdir irəli can yola düşsün, Fərda ki, sürahi qədü gərdən gedəcəkdir. Yarın sənə iqrari gər iqrar isə, Vaqif, Hər dərdi dilindən ki, xəbərdar isə, Vaqif, Tərk eyləmə, hərçənd sitəmkar isə, Vaqif, Çək başına, bir fikrin əgər var isə, Vaqif, Ol sərvi-qədin sayəsi sərdən gedəcəkdir! * * * Dərdin öldürdü məni, ey növcəvanım, gələ gör Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör, Həsrətindən oda yandı din, imanım, gələ gör, Yoluna baxa-baxa üzüldü canım, gələ gör, Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör, Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör! Səndən ayrı kəsilib səbrü qərarım gecələr, Yuxu gəlməz gözümə, artır azarım gecələr, Asimanə dayanır naləvü zarım gecələr, Sübhəcən qan ağlaram, ey gülüzarım, gecələr, Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör! Müştaqam qamətinə, gərdəninə, qollarına, Qaşına, qabağına, ağ üzünə, xallarına, Zülfünə, buxağına, yanağına, əllərinə, Ey gözəllər sərvəri, qurban olum yollarına, Həsrətinlə oda yandı din-imanım, gələ gör! Mən səni görməkdən ötrü bari bir gəz, ey sənəm, Canımın hövlündən, aya, neyləyim heç bilmənəm, Dərdim artıb az qalıbdır ki, o Isayə dönəm, İstərəm gündə kəlisa qapısında əylənəm, Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör! Könlümü tutmuş sərasər dərdü möhnətlər mənim, Hər işim Məcnun kimi olmuş hekayətlər mənim, Ara yerdə başıma qopmuş qiyamətlər mənim, Könlümün gülzarına dəymiş çox afətlər mənim, Yoluna baxa-baxa üzüldü canım, gələ gör! Vaqifə hicrin sənin çox zülmü bidad eylədi, Olmadı dərmanı bunca dadü fəryad eylədi, Bu qəziyə cümleyi-düşmənləri şad eylədi, Aqibət eşqin məni, ey şux, Fərhad eylədi, Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör! * * * Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat! Olsun belə canım sənə qurban, qaraçarqat! Sənsən nə gözəl gözləri məstan qaraçarqat! Dərdindən olubdur ciyərim qan, qaraçarqat! Dönüm başına zülfü pərişan, qaraçarqat! Məclisdə sənəmlər başıdır, şahi-hümayun, Gərdən çəkibən oturu mina kimi movzun, Nimtənəsi nilufəri, pirahəni gülgun, Buxağı, zənəxdanı, qabağı dolu altun, Qılmış özünü cümlə zərəfşan qaraçarqat. Gör necə gülab ilə qılıb zülfünü nürnəm, Durub dönəsən başına şanə kimi hər dəm, Didarı mübarək, qaşıdır qibleyi-aləm, Dünyada axır, mən dəxi çox görmüşəm adəm, Bir türfə mələkdir, deyil insan qaraçarqat. Cəm etsən əgər yanına xubani-cahanı, Bir zərrəcə sevməm dəxi qeyrini, səvanı, Sən saxla pənahında, xudaya, bu cavanı, Yolunda payəndaz edərəm baş ilə canı, Olsaydı bizə bir gecə mehman qaraçarqat. Şahbaz oturub, sayə salıb əncümən üstə, Salmış iki yandan ləçəyi gül bədən üstə. Bir lalədir ol san açılıbdır çəmən üstə, Qönçə kimi yaşmağı çəkibdir dəhən üstə, Vaqifdən edir üzünü pünhan qaraçarqat. * * * Valinin çeşmi çırağı, vəh nə türfə can imiş Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş, Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş, Düşməni pamal edən sərdari-valaşan imiş, Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş, Saxlasın Allah pənahında, əcəb oğlan imiş. Heç yoxdur nisbəti, özgə diyarın xanına, Bir cavandır kim, yaraşır padşahlıq şanına. Dəyməsin afət yeli, yarəb, güli-xəndanına, Sərbəsər aləm gərəkdir baş əyə fərmanına, Taqi-əbruyi-lətifi qibleyi-iman imiş. Xoş tamaşa eylədim, gördüm tamam ətvarını, Çox bəyəndim özünü, həm ləhceyi-göftarını, Maşaallah, zahir etmiş ululuq asarını, Belə sandım kim, mələkdir əvvəla didarını, Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş. Sayır oğlundan xanın gər olmadıq biz ruşinas, Manei yox, onları həm eylədik bundan qiyas, Bu ocaq böylə ocaqdır, eyləmiş nur iqtibas, Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas, Valinin ocağı böylə gün kimi taban imiş. * * * Qış günü çünki dönər şol cənnətül-məvayə kürk Qış günü çünki dönər şol cənnətül-məvayə kürk, Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk, Görünür ədna əgərçi himməti-valayə kürk, Eylə ki, püşak olur fəsli-şita əzayə kürk, Tən edər yüz faxiri-məlbuseyi-dibayə kürk! Kürk olan yerdə cahanın rəxti-əlvanı nədir? Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir? Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir? Gərmü nərm adamların qucağı, ya yanı nədir? Rövzeyi-rizvanda bənzər hülleyi-hurayə kürk! Gün bu gündən belə istər hiç təfvir etməsin, Badü bərfin istəsə təbdilü təğyir etməsin, Yazadək kimsə mənə otaq təmir etməsin, Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin, Oldu bir cövşən xədəngi-şiddəti-sərmayə kürk. Pusitini-bərrə ki, büzğalə vəxti filməsəl, Eydi növruzi əyan etməkdədir bürci-Həməl, Dəxi sən lazım deyilsən, ey bahari-xoş əməl, İstəməm şimdən geri xahi gəlmə, xahi gəl, Artırıbdır yəni asayiş qədi-balayə kürk. Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə, Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə. Xaneyi-ehsanı abadan ki, verdi can sənə, Tutma kəm, kim çox kərəmdir həm əzimü şan sənə, Fəxr qıl kim, padişahlardan gəlir paşayə kürk. * * * Verdi ağa mənə bir çuxa ki, min donə dəyər. Verdi ağa mənə bir çuxa ki, min donə dəyər, Qeysəri-Rum geyən rəxti-humayinə dəyər, Filməsəl, xələti-xaqani-Fridunə dəyər, Yaxası yaxa dolu lölöi məknunə dəyər, Müxtəsər hər ətəyi bir ətək altunə dəyər. Çuxa çox görmüşəm, amma ki, bu babət, nə deyim, Kimsədə görməmişəm – qabili-qamət nə deyim, Eləyibdir kişi bu işdə qiyamət nə deyim, Göstərib dərzi bir əcazü kəramət, nə deyim Ki, tamam kari-Ərəstuyü Fəlatunə dəyər. Cənnət əsbabına, zahid, bu qədər müştərisən, Az danış, başım aparma, kişi, sən sərsərisən, Kor deyilsən, hələ bir sil gözünü, bax bəri sən, Sündüsi-xüzrilə tut bu çuxeyi-əxməri sən, Gör bunun hansı biri qiyməti-əfzunə dəyər. Belə kim, bu çuxadır zivəri-fərxəndəliqa, Görməyib kimsə dəxi səlli-əla-ali-əba, Versin Allah bunu bəxş eyləyənə ömri-bəqa, Ləffü nəşrində mürəttəb fərəhü zibü-səfa, Pəri-tovusda olan adəti-qanunə dəyər. Gər mənə başdan ayağa verələr hülleyi-hur, İç üzü gün kimi zər katibi, içi səmmur, Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur, Əl verib könlümə indi o qədər zövqü sürur, Cami-Cəmdə içilən badeyi-gülgunə dəyər. Var imiş məndə əcəb taleyi-xoş, bəxti-niku, Bəxşi-ərzani olub eylə ki, gəldi mənə bu, Bundan iraq ola, yarəb, nəzəri-çeşmi-ədu, Hər geyib durmağı bir dilbərilə rübəru, Baği-cənnətdə olan tubiyi-mövzunə dəyər. * * * Vəh, bu bağın nə əcəb sərvi dilaraları var Vəh, bu bağın nə əcəb sərvi dilaraları var Hər tərəf tazə açılmış güli-rənaları var, Qönçeyi-nərgisi-tər laleyi-həmraları var, Yəni Tiflisin əcəb dilbəri-zibaları var, Ey könül, seyr elə kim, türfə tamaşaları var. Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, Yığılıbdır ona cəmiyyəti huri pərinin, Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin, Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin Məhi-tabanə bərabər sərü simaları var. Ol qədərdir büti-nazikbədənü incəmiyan, Eyləmək olmaz onun sanını məlumi əyan, Hər biri nazü nəzakət ilə min afəti-can, Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan, Məst tavus kimi gərdəni – minaları var. Üzləri pərtövi-mehri-cahanara kimidir, Səfheyi-sinələri simi-müsəffa kimidir, Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir, Əlləri möcüzeyi-həzrəti-Musa kimidir, Dilrübalıqda əcayib yədi-beyzaları var. Ala gözlər süzülüb nərgisi-sirabə dönüb, Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb, Qönçə tək ləblərinin rəngi meyi-nabə dönüb, Tökülüb gərdənə tellər ucu qüllabə dönüb, Sona cıqqası kimi zülfi-mütərraları var. Nə qədər varisə buxaqü zənəxdanü yanaq, Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ, Bir-birindən götürüb şöləsini misli-çirağ, Görməyib kimsə belə qaşü gözü dişü dodaq, Özgə babət sifətü surətü əzaları var. * * * Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş, Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş, Mələkdir övci-əladə, sanarsan, pər çəkib durmuş, Sənubər tək əcəb tərzilə qəddü sər çəkib durmuş, Cəbinində kəman əbrulərin xoştər çəkib durmuş. Zənəxdan çevrəsində zülfi-müşkəfşanmıdır, yarəb? Gülün yanında yoxsa dəsteyi-reyhanmıdır, yarəb? Bu nazik ləli-ləb ol qönçeyi-xəndanmıdır, yarəb? Sədəf ağzındakı dürdaneyi-dəndanmıdır, yarəb? Və ya sərraf nəzmə bir neçə gövhər çəkib durmuş. Nihan bir göz ucuylə eylədi nagah, nigah, çeşmi, Məni öldürməyə onun edər sabit günəş çeşmi, Belə pürnazü qəmzə ola bilməz padişəh çeşmi, Zərəfşan tirü müjgan içrə ol şuxin siyəh çeşmi Sanasan, rəhmsiz cəlladdır xəncər çəkib durmuş. Rüxi izhar qılmışdır hərarət, nəm gəlir ondan, Məgər gül bərgidir kim, üqdeyi-şəbnəm gəlir ondan, Məsiha nitqidir, dil dağına məhrəm gəlir ondan, Nəsimi-canfəza hər ləhzəvü hərdəm gəlir ondan, Müsəlsəl türreyi-tərrarinə ənbər çəkib durmuş. Şirin sözlü cavanın getsə hüsnü, ləzzəti getməz, Şəkər nisbət durur hərçənd qədrü qiyməti getməz, Kəsilməz zövqi, xatirdən səfavü ülfəti getməz, Bu hurü tələtin Vaqif əlindən şövkəti getməz, Mələklər səf dərində ta dəmi-məhşər, çəkib durmuş. * * * Tuba boylum, qamətindi sərvü ərərdən gözəl Tuba boylum, qamətindi sərvü-ərərdən gözəl, Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl, Dişlərin dür, ləblərin yaquti-əhmərdən gözəl, Hər sözün bir kəlməsi yüz qəndü şəkkərdən gözəl, Müxtəsər şəhdi-dəhanın abi-kövsərdən gözəl. Şanə kim, zülfü bölür, zahir olur göyçək qabaq, Bərq vurub oynar bulutlardan çıxan gün tək qabaq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . Vəsməli qaşlar çatılmış taqi-minbərdən gözəl. Ala gözlər nərgisi-məstanə tək şəhlalənir, Elə ki, süzgünlənir, yüz mərtəbə zibalənir, Görsə bu şux xəttini, billah mələk şeydalənir. Şol siyah kirpiklərin qan tökməyə sevdalənir, Zərnişan peykandan artıq, dəşnə xəncərdən gözəl. Şöleyi-şəmsi-cəmalından münəvvərdir didəm, Bəndivanın olmuşam, haşa, yanından mən gedəm, Tutiyadır gözlərə – hər torpağa bassan qədəm, Bir əcayib bu gəlir saçından, ey gül, dəmbədəm, Məst edir dimağımı reyhanü-ənbərdən gözəl. Vaqifəm, bir aşiqi-kamil – yox əsla kəmliyim, Hər zaman yarin xəyalilə olur xürrəmliyim, Hiç tutmaz eşqdə nadan ilə həmdəmliyim, Bəlkə, zahid, səndən artıqdır mənim adəmliyim, Sevdiyimdir huridən əla, mələklərdən gözəl. * * * Nə xoşdur baş qoymaq bir güləndamın qucağında Nə xoşdur baş qoymaq bir güləndamın qucağında, Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında, Durub ondan, tutub nazik əlin gəzmək otağında, Qucub-qucub oturmaq gah solunda, gah sağında, Sinəsində sinə, boynunda qol, dodaq dodağında. Üzündən, eyləyib küstahlıq, dəstari-zər açmaq, Yenindən düymə, ondan sonra belindən kəmər açmaq, Çəkib yaşmağın ağzından rəvan, ləlü gövhər açmaq, Çıxarıb cümlə əsvabın, vücudun sərbəsər açmaq, Həmin bir incisin qoymaq qara zülfün qırağında. Uzun saçın qucaqlayıb, töküb qəddi-büləndindən, Töküb misli-bənəfşə iyləmək hər bir kəməndindən Yaxasın çak edib, köksün çıxarıb bağü bəndindən, Əmib doyunca şirin ağ məmənin şəhdi-qəndindən, Qoyub bir ləhzə baş, yatmaq giribanın bucağında. Səmən cismə sarılmaq, eyləmək bir qədr rahətlər, Aralıqda olub bir-birinə lütfü inayətlər, Yuxudan tez durub sərf eyləyib dürlü zərafətlər, Yuyub əl, oturubən dizbədiz etmək hekayətlər, Demək bir-birinə başdan keçən halı fərağında. Edib bir müxtəsər söhbət, xəbərdar olmamış əğyar, Yenidən and içib, şərt eyləyib, əhdü, iman, iqrar, Alıb bir bu üzündən, o üzündən buseyi-təkrar, O zülfi-yasəməndən həsrət ilə ayrılıb naçar, Gənə Vaqif kimi bir dəxi olmaq iştiyaqında. * * * Gədə, mən qurban olum qaşları kaman bacına Gədə, mən qurban olum qaşları kaman bacına, Belə bir şux baxan kirpiyi peykan bacına, Məməsi misli-şəkər, gözləri ceyran bacına, Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına, Məst damənkəşü xəndanü xuraman bacına. Maşallah ki, əcəb hüsnü cəmal sahibidir, Qəbqəbü zülfü zənəxdan, xətü xal sahibidir, Özü bir afəti-can, qəmzəsi qal sahibidir, Gün kimi neməti-xubluqda kamal sahibidir, Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına? Görmüşəm gözlərini – nərgisi-məstanə kimi, Gecə-gündüz gəzərəm çölləri divanə kimi, Ələ düşsə, dönərəm başına pərvanə kimi, Parə-parə ciyərim eyləmişəm şanə kimi, İstərəm sarmaşam ol zülfü pərişan bacına. İltimas et ki, ona bəsdir, a zalim, bu qədər, Bir əzizəm, məni incitməsin, Allahı sevər, Qorxuram ahə düşə; eyləsin, əlbəttə, həzər, Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər, Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına. Gedibən əqlü huşum, namusü arım kəsilib, Olmuşam maili-mey rahi-güzarım kəsilib, Xubların rövzeyi-kuyində mədarım kəsilib, Vaqifəm, onun üçün səbrü qərarım kəsilib, Olmuşam, ərz eləyim, valehü heyran bacına. * * * Bilmənəm məndən neçün ol sevgili canan küsüb Bilmənəm məndən neçün ol sevgili canan küsüb, Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb, Ağladır qanlar mənə, rüxsarəsi xəndan küsüb, Qara günlərdə qoyub məni, məhi-taban küsüb, Könlümün şəhrin sərasər eyləyib viran, küsüb. Bağrımı vermiş kəsər kirpiklərin əlmasına, Ağlamaqdan gözlərim dönmüş iki qan tasına, Gecə-gündüz düşmüşəm dərdü qəmin dəryasına, Rəhm qılmaz, ah kim, öz aşiqi-şeydasına, Dərdi öldürdü məni, bir eyləməz dərman, küsüb. Eylə ki, görər məni, yaylıq çəkər rüxsarinə, Bir zaman qoymaz tamaşa eyləyim didarinə, Danışar qeyrilə, baxmaz mən qədimi-yarinə, Nə demiş məndən rəqib ol xubların sərdarinə? Gəlmişəm ərzə, nəhayət, eyləməz divan, küsüb. Bu qədər kim, söylərəm, tutmaz mənə qulağını, Yoluna üz qoymuşam, basmaz gözəl ayağını, Neylərəm canımın olmaq dəxi sağ qalmağını, Döndərib üzün, yığıbdır qaşını, qabağını, Ey könül, gəl olalım bu dilbərə qurban, keüsüb. Danışıb gülməz üzünə ol pərivəş Vaqifin, Sındırıb könlün, yaxıb canın müşəvvəş Vaqifin Ol səbəbdən canına düşmüş bir atəş Vaqifin, Cürmü təqsiri nədir, yarəb bəlakeş Vavqifin, Söylərəm munca, eşitməz dad, əlaman küsüb. * * * Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah, Şərm edər onun üzündən mahi-ənvər hər sabah, Zülfi-şəbrəngi tökər qəddə bərabər hər sabah, Müşkbudən aləmi eylər müəttər hər sabah, Sübhi-sadiq tək açar sədrin müqərrər hər sabah. Xabdən açar gözün ta nərgisi-fəttan kimi, Əl çəkər, müjganın eylər tiri-xunəfşan kimi, Tərh edər üz yanına geysuləri reyhan kimi, Qəddinə yaşıl geyər ol qönçeyi-xəndan kimi, Başa üstündən çalar dəstari-əhmər hər sabah. Bir mina gərdən, səfid əndam, fərbeh sim-saq, Lalə rux, mərmər sinə, nərmin bədən, şirin buxaq. Tubi qamət, mahi-tələt, xoş əlamət, ay qabaq, Oldu məsciddən haman dəm əhli-qiblə ittifaq, Qaşıdır onun məgər mehrabü mənbər hər sabah. Əylənər narın, danışar naz ilə, narin gülər, Tərzi-göftarinə eylər tutilər təhsin, gülər, Qaş gülər, həm göz gülər, ariz dəxi rəngin gülər, Dünyada çoxdur gülən, amma bu çox şirin gülər, Böylə də insan olur, ağzında şəkkər hər sabah. Bilmişəm kuyin gözəl firdovsü gülşəndən onun, Ta ölüncə oxların qoymam çıxa təndən onun, Gəzdiyi yeri sevər gözüm elə gendən onun, Vaqifəm, heç kimsə kəsməz zikrini məndən onun, Eylərəm sidq ilə adın dildə əzbər hər sabah. * * * Neylərəm, belə munun mən... iqbal içinə Neylərəm, belə munun mən... iqbal içinə, Handa üz tutdum isə, düşdüm elə qal içinə, Gündə yüz gəz düşə aşüftəlik əhval içinə, Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə, Hər sənəm görsə deyə kim... çal içinə. Etməyə bir sənəmin kim, səni heç könlü qəbul, Sən ona istər isən eyləyəsən canını qul, Canına rəhm eləməz, yanasan oda yüz yol, Saqqalı ağ olanın qiymətidir bir qara pul, Gərçi girsən bəzənib gündə yaşıl, al içinə. Kim ki, birçəklərini sünbülə timsal salır, Xubların başına qovğa gətirir, qal salır. Dami-təsxirə pəriruləri filhal salır, Abirudən kişini dünyada saqqal salır, Salma saqqalını əndamə onun sal içinə. Sahibi-saqqal əgər yüz ola sahir sözlü, Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu, Ram olub baxmaz ona hiç bir ahu gözlü, Nola saqqala yavuq gəlməsə bir gül üzlü, Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə. Demə, Vaqif ki, flan kimsənə çox zirəkdir, Ya flan şeir deyir, yazısı həm göyçəkdir, Ya flan kəndxudanın simü zəri lək-ləkdir, Xubların sevdicəyi sadəvü top birçəkdir, ... onlar xəttü şerü kəmalü mal içinə. * * * Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə, Kuyin çəməni tənə vurar xüldi-bərinə. Sünbül onu görcək özünü saldı qəminə, Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə. Olmaz belə qamət, belə gərdən, belə sinə. Xoşdur gül üzərində tamaşası bu zülfün, Hifzində, görüm, saxlaya mövlası bu zülfün, Düşdü xütən əmlakına qovğası bu zülfün, Ta düşdü mənim başimə sevdası bu zülfün, Zəncirilə divanələri çəkdi səfinə. Zülfün qoxusu, çox dilərəm, canimə gəlməz, Rəhmi məgər əhvali-pərişanimə gəlməz, Bir gecə qulaq asmağa əfğanimə gəlməz, Bilməm nə olub, sevgili yar yanimə gəlməz, Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə? Bilməm, nə demiş dilbərə ədna genə məndən, Kəsmiş nəzəri, ahü vaveyla, genə məndən, Ün yetməz onun səminə əsla genə məndən, Döndərdi üzün ol güli-rəna genə məndən, Eyb olmaya söysəm belə iqbalın içinə. İyman gətirib çün hərəm olmağına Vaqif, Sürtər üzünü bu qapı torpağına Vaqif, Gah zülfün öpər, gah düşər ayağına Vaqif, Hərdəm baş əyər qaşlarının tağinə Vaqif, Sənsən mənə həm qibləvü həm Məkkə. * * * Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz, Can riştəsi geysuyi-sitəmkərdən üzülməz, Məddi-nəzərim qəddi-sənubərdən üzülməz, Dil şovqi-tamaşayi-səmənbərdən üzülməz, Xunin cigərim kirpiyi-xəncərdən üzülməz. Rahində sənin dil nə qədər ki, düşə şərrə, Tiğin ilə doğranə əgər bir neçə kərrə, Torpağımı yellər dağıda bəhrlə bərrə, Cümlə bədənim ruyi zəmində ola zərrə, Könlüm o ruxi-mehrü münəvvərdən üzülməz. Yüz baği-İrəm gər ola, yüz rövzeyi-gülşən, Yüz xüldi-bərin, mənzili-əlavü müzəyyən, Heç vəchlə sizdən üzümü döndərə bilməm, Əvvəlü axır bil eşiyindir mənə məskən, Ölsəm də, ayağım mənim ol dərdən üzülməz. Nöqsan ki, ucundan çəkəm, ey qaşı hilalım, Eylə sanıram, artar o gün fəzlü kəmalım, İstər mənə mehr eyləmə heç, al elə, zalım, Sənsən gecə-gündüz həmişə fikrü xəyalım, Dilimdə adın hər zaman əzbərdən üzülməz. Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə, Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. Ahim tütünü gör necədir etiraz eylə, Öz Vaqifini lütf edibən sərəfraz eylə, * * * Dilbər, nə deyim, sən kimi canan ələ düşməz Dilbər, nə deyim, sən kimi canan ələ düşməz, Zülfün kimi heç zülfi-pərişan ələ düşməz. Ləlin kimi bir ləli-Bədəxşan ələ düşməz, Bir yerdə belə hakimi-Loğman ələ düşməz, Biçarələrin dərdinə dərman ələ düşməz. Bir eylə nəzər ləşkəri-müjgan ələminə, Gör necə keçib hökmü onun ruyi-zəminə. Təbriz, Şəki, Gəncəvü, Kabil şəhərinə, İran ilə Turan, Hələbü, Məkkə, Mədinə, Bunlarda belə sən ciləyin can ələ düşməz. Mən aşiq idim, şövqi onun var idi məndə, Öz aşiqinin gərdənini saldı kəməndə, Kişmir, Xəta, Misr, Buxaravü Xütəndə, Movsul şəhəri, Çin ilə Maçinü Yəməndə, Gərçi gəzələr Rum, Ərəbistan, ələ düşməz. Əlqissə ki, yüz kafər ola, yüz də müsəlman Tövrat ilə Incil, Zəbur, ayəti-Quran, Tiflis, Irəvan, Şamü Cəbəl, cümlə Trabzan, Dərbənd, Quba, Bakı, Şamaxilə Sifahan, Yüz seyr oluna külli-Dağıstan ələ düşməz. Nə mazi, müzaredə nəvəxanü xoşəlhan, Nə Məğribü Məşriqdə əcayib belə insan, Fihinnə vəmin heysü hüvə leysə kamakan, Bilsə qədirin Vaqifin, eylər ona ehsan, Əz ruzi-əzəl mən kimi ətşan ələ düşməz. * * * Ah... bir sərxoş nigarın dağı öldürdü məni Ah... bir sərxoş nigarın dağı öldürdü məni, Günbəgündən hüsnünün rövnaqi öldürdü məni, Ağ biləklərdə qızıl qolbağı öldürdü məni, Eylədi şəhla gözün müştağı, öldürdü məni, Hamıdan əla ki, qaşın tağı öldürdü məni. Nə əcəb təsvir olur ağ əllərə əlvan həna, Məxmuri gözlər piyalə, gərdəni misli mina, Al sərəndazla qəsabə, üstə türfə ağ cuna, Qol gümüş bazbəndli, beldə kəmər – üstü mina, Məclis içrə bu nişanda saqi öldürdü məni. Al yanaqların, sanasan ki, qızıl gül xərməni, Tər zənəxdaninə baxdıqca cünun eylər məni, Məst çeşminə əcayib rəng tutmuş sürməni, Qurşayıb ol ağü nazik əllər ilə tirməni, İki yandan ucların salmağı öldürdü məni. Sallanıb yüz naz ilə hərdən çıxanda xanədən, Hər tərəf baxsa, qırar həm dost, həm biganədən, Əqlü huş ikrah olub getdi məni-divanədən, Qara gözlər süzülüb sərməst olub peymanədən, Ahu tək hərdəm dönüb baxmağı öldürdü məni. Vaqifəm, qıldım bu şuxun hüsnünü fikrü xəyal, Günbəgün incəlibən oldu tənim muyə misal, Axırı verdi məni bərbadə bu qaşı hilal, Qəbrimin daşına yazsın bu sözü əhli-kamal, Dilbərin məndən uzaq olmağı öldürdü məni. * * * Ah kim, bir yarın istiğnası öldürdü məni Ah kim, bir yarın istiğnası öldürdü məni, Nazilən sərxoş xumar baxması öldürdü məni, Cilveyi-rəngi-rüxün həmrası öldürdü məni, Ol siyah kirpiklərin əlması öldürdü məni, Hamıdan artıq saçın sevdası öldürdü məni. Mən ha əvvəldən deyildim böylə biidrakü huş, Eyləyən kimdir, bilirsənmi, məni bu dərdə tuş, Ol güli-narıncı məcərdir, o sərvi-səbzpuş, Qaş ilə göz arasında badə verdim canı, xoş, Bilmədim bu iki şuxun hansı öldürdü məni? Haqq bilir, olsa əgər dünya sərasər düşmənim, Mütləqa gərdi-təərrüz tuta bilməz, damənim, Ancaq eşqin atəşidir yandıran canü tənim, Ey müsəlmanlar, deyildir hiç kəs qanlım mənim, Xublar şəhbazının sonası öldürdü məni. Zülfünə qeyrilərin iman verərdim mən məgər, Dəysə min şəmşir, qətrə qan verərdim mən məgər, Öz xoşumla əqlimə nöqsan verərdim mən məgər, Hər yetən cəllada asan can verərdim mən məgər, Onun iki nərgisi-şəhlası öldürdü məni. Köçdü, heyf oldu, gözəl, Vaqif dəxi düşməz ələ, Bir siyah kirpik ucundan bağrımı dələ-dələ Həşrədək hərgiz məzarımdan kəsilməz vəlvələ, Qəbrimin daşinə yazın, oxuya hər kəs gülə, Bilə kim, yarın iraq olması öldürdü məni. * * * == Deyişmələr == Tüfəng -Molla Pənah Vaqif** Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək, Od çıxır ağzından ol dud ilə çaxmaq bar tək. Gülləsi əşkim əsər çeşmim şərari nar tək, Müşk, barut ətrilə həm türreyi-tərrar tək, Etmədi mütləq dimağımı müəttər bir tüfəng. -Hüseyn xan Müştaq** Sən Qarabağ içrə qurmusan tələb meydnını, Tutmusan dildə olan bədü vəfa mizanını, Görməyibsən əsri-ehsanın məgər cövlanını, Bir tüfəngin bu qədər sən çəkmisən hicranını Eylədim təslimi-Rafe çeşmi pa bərsər tüfəng. * * * Kitabxana.az · https://kitabxana.az/authors/vaqif İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.