Mirzə Şəfi Vazeh. Əsərləri Mirzə Şəfi Vazeh (1794–1852) == Şeirlər == Beytlər Min ev yıxıb tikirsiniz bir boş minarə Ərşə çıxıb qonaq gedin pərvərdigarə. Hicran qəminin badeyi-gülgündür əlacı, Vazeh, danışırlar bunu meyxanələr içrə. * * * Bizə həmsöhbət olan özgə kitab almaz ələ Bizə həmsöhbət olan özgə kitab almaz ələ, Sən də zahidliyin ol dəftərini tulla selə. Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz, Məni dildarımın eşqi beləcə saldı çölə. O zamandan ki, mənim qəlbimə yol tapdı o yar, Unuda bilməyirəm mən onu bir an da belə. Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür, Bəlkə aşiqdir o da sirrini faş etməz hələ? İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir, Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə. Yardan versə xəbər Vazehə o badı-səhər, Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə. * * * Xoş olsun ol könül, eşqə məkandır Xoş olsun ol könül, eşqə məkandır, Var olsun ol fikir, eşqə həyandır. Susuz çeşməyə bənzər ol ürək kim, Nə eşqin dərdini, nə qəm duyandır. Bax, öyrən gör necə pərvanə, bülbül Olublar eşq şeydası zamandır. Məhəbbət əhlinə bu kafidir kim, Öz eşqiylə o, rüsvayi-cahandır. Məhəbbət mürği cövlan etsə harda, O eşq ovlar, xəbərdar ol, amandır. İki dünyanı verrəm sən baxanda, Mənə eşqin bu sövdası əyandır. Necə, Vazeh, əsiri olmayım mən Bu eşqin qarşısında Qaf yalandır. * * * Nə qədər kim, fələyin sabitü səyyarəsi var Nə qədər kim, fələyin sabitü səyyarəsi var, Ol qədər sinədə qəmzən oxunun yarəsi var. Deyil əflakdə kövkəb görünən çərxi-bülənd Oluban didə, sərapa sənə nəzzarəsi var. Ruzigari qara, daim gecəsi tar keçir, Hər kimin eşqdə bir yari-sitəmkarəsi var. Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan? Könlümün dideyi-giryan kimi fəvvarəsi var! Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli, Zahirən lalə otağında qonaq-qarəsi var. * * * == Müxəmməslər == Süsəni Ey nəzakət çəməni içrə xuraman Süsəni, Xublıq kişvərinin təxtinə sultan Süsəni, Sədəgin yayı qaşın sədəqəsi qurban Süsəni, Bir baxışla yaraşur kim, ala qüz can Süsəni, Belə getsə, tez olur dillərə dastan, Süsəni. Hərəkatü rəvişin qıldı səhi sərvini pəst, Sünbülə türreyi-zülfün şikəni verdi şikəst, Laləni dağda salıb ruyin, edib badəpərəst, Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst, Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni. Ey mələk, əbr yüzün gündümü, ya bədritamam? Kim ki, ruyindən olur məst, ona badə həram, Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam, Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram, Bilələr ki, nədir küfr ilə iman, Süsəni. Bu qəddü qamətinə ətləsü xara yaraşur, Qaşların guşəsinə qətlimə eyma yaraşur, Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur, Səni hər kim ki, sevər, başına sevda yaraşur, Ola səgəştəvü divanəvü heyran, Süsəni. Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər, Sərv rəftara gəlür, qılsa qədin bağə güzər, Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər, Küfri-eşqin yetişib bir yerə kim, ey kafər, Desələr Vazehə böhtandı müsəlman, Süsəni! * * * == Məsnəvilər == Məktubun intizarında Məhəbbət bağının sərvi-rəvanı, Məlahət bağının tazə fidanı, Ucaboylular içrə fəxri-dövran, Şikəstə qəlblərə munisü dərman, Zamanın ən seçilmiş nocəvani, Gözəllərin gözəli, mehribani, Şəfəqdə, mehridə göylərdə bir ay, Vəfadə, əhdidə yoxdur sənə tay. Xoşəndamsan, xoşiqbal, xoşəməlsən, Zəmanə görməmiş nazlı gözəlsən. İlahi, sən uzaq et bədnəzərdən, Yanında bədnəzər düşsün kəsərdən, Səni Allah görüm ki, hifz qılsın, Könül aynan həmişə aydın olsun, Kamınca gərdişə gəlsin bu dövran, Sənə sağlıq dilər qəlb ol xudadan. Deyirəm, dost ayağına dəyən daş, Ona yox, sinəmə dəysin mənim kaş, Əbədi ömür qıl sən bu cahanda, Həyatım olmasın sənsiz bir an da. O tazə qönçətək ətrin var olsun. Başında daima sövdalar olsun. Məhəbbət şərtinin itmamı yetdi, Bizim ərzi-halın əyyamı çatdı. Bizə qafil olubsan, bu nədəndir? Cövrə mayil olubsan, bu nədəndir? Fərağında gözüm qanla dolubdur. Biri Qülzüm, biri Ceyhun olubdur. Bütün kirpiklərin xəncərsayağı, Tökər qəlbim qanın üzüm aşağı. Dövrəm Dəclə olub gözüm yaşından, Oturmuş qan içində min-min insan. Ürək göylər kimi əfğana gəlcək, Gözümdən yaş axar gürşad yağıştək. Mənim göz yaşlarım, himmət edin siz, Yarın məskəninə axıb gedin siz. Ayağına düşüb nazlı nigarın Yetirin ərzini bu biqərarın. Ürəyim parçalanmış qəm əlindən, Məgər zülfü əsir sübhün yelindən? Hardan bir qafilə gəlsə, qərarsız Sürünnəm mən, sürünnəm ixtiyarsız. Bu xəstə qəlbimin ahi, nəvası Olar ol qafilənin zəng sədası. Arayar, varmı yarın bir nişanı, Arayar ol yeniyetmə cəvanı. Nə ümmid, nə cavab tapmaz sualı, Suallar dəf qılmaz bu məlalı. Niyə didəm dolar həsrət yaşıyla? İlahi, kimsəni salma bu hala! Haray, ey çərx, əlindən, nə edərsən?! Bu könlümü hər an dərdlə didərsən. Mənə min dərdi verdin, yoxdu dərman; Bir anlıq vəsl üçün bu qədri hicran? Neçə min sinəyə dağlar çəkibsən, Usanmazsan məgər bu cövridən sən? Nə olardı, məhəbbət olmayaydı! Olurdu kaş bu möhnət olmayaydı! Üzünü görməyə yox əldə imkan, Nə də gül dərmədim vəslin bağından. Nə bir kəs var ki, həməsrarım olsun, Nə bir kəs var mənim qəmxarım olsun. Kimə deyim ilahi, vəsfi-halım? Kimə deyim bu dərdim, bu məlalım? Bu əsrara ilahi, kimdi mərhəm? De kimdə var bu qədri dərdilə qəm Ki, ona söyləyim dərdimi bir dəm? Alım ondan bu dərdə bəlkə məlhəm. Ey ənbər qoxulu sübhün küləyi, Xəbər gətir, sevindir bu ürəyi. Sən ey, aşiqlərin dərdinə məhrəm, Möhnətkeş insana ən yaxşı həmdəm, Tutulsa qönçətək bir qəlb kədərdən, Sən onu gül kimi xəndan edərsən. Nə olar ki, olub məhrəmi-əsrar Bizim də dərdimizdən ol xəbərdar. Danışım mən yarımın firqətindən, Xəbər verim cəfavü-möhnətindən. Mənim bu halıma rəhm eyləyib sən, Tükənməz dərdimə imdad edəsən. Gedib sən yanına ol zülmkarın Yetir peymanını aşiqi-zarın. Onun vüsalına yetən zamanda Tələsmə halımı şərhü-boyanda. Amandır, xatirinə dəymə birdən, Bəlkə də rəmzi var, gizlində səndən. Əvvəlcə başına dolan onun sən, Mənim əvəzimdə öp gözlərindən. Yetir bu ərzimi qəlb ovlayana, Kədərli qəlblərə məlhəm qoyana. Dəmadəm, ləhzə-ləhzə, sən müdam de, Ona məndən dua söylə, salam de. Əgər lütf eyləyib halım sorarsa, Bu idbar olmuş iqbalım sorarsa, Nə gecəm var, nə də bir gündüzüm var, Nə bir iş görməyə yox məndə kirdar. Qərarım ol şəkər göftarım idi, Mədarım ol gözəl rəftarım idi. O sözlərdən ürəkdən dərd qalmış, O rəftardan məni tufanlar almış, Ürəkdə qəm, bu canımda soyuq tər, Həyat bağçamda da əsir küləklər. Haray, mənim bahar fəslim nə soldu? Həyat çeşməm daha görünməz oldu. İnan, sənsiz elə yannam, yaxıllam, Mənimtək görməmiş təşnə bu əyyam. Əgər sevdan başımda qalsa böylə, Ümidim yoxdu vəslə heç səninlə. Dönüb bəxtim, gecəm bil, gündüz olmaz Səhər doğsa qəmimdən heç nə qalmaz. Kimin xoş bəxti var gülsün, sevinsin Ona tale yar olmuş, qoy öyünsün. Qarabəxtin halın hardan bilər o? Sitəmdən, hicrdən bilməz xəbər o. Günəş cəmallıda rəhm olsa hərgah Günəşə həsrətlə mən çəkmərəm ah. Axı, səndən uzaqdı bu kədər-qəm, Ürək darda, ciyər qan, gözlərim nəm. Könül doymuş inan ki, qəm-kədərdən, Qaçaram vəhşitək, cinsi-bəşərdən. Elə bil Məcnunam sevdayi-Leyli, Ürəkdə səhrayə artırdı meyli. Göründü bir qasid, yox-yox o candı, Bu xəstə qəlbimə ruhi-rəvandı. Məni şad eylədi, o verdi namə, Nə namə, ətridə misli - şəmamə. Dolunca dağu-səhra mişk ilə mən – Dedim ahu göbəyi gəldi Çindən. Başımdan əqlimi aldı bir anda, Dəyişdi halimi bu xəstə canda. Açarkən naməni getdi kədər, qəm, Kəramət qapısı açıldı ol dəm. Bu namə dilrüba, o yardan idi, O munis sevgilim dildardan idi. Gah öpdüm, gah da qəlbim üstə qoydum, Mənə sevinc gətirmişiydi, duydum. Fəqət birdən halım oldu pərişan, O xəttə baxmağım deyildi asan. Təəccüb eyləyirdim iqbalımdan, Mənə namə gəlib mişkin xalımdan. Baxanda naməyə halım duruldu, Ürək də namənin ətriylə doldu. İlahi, bu necə xoş saət idi? Bu ki, bir əvəzsiz səadət idi. Məgər bu dövranın rəyi dolandı, Yatan bəxtim məgər, birdən oyandı? Nə oldu cövr - çərx, ol zülmü-dövran? O zülmündən məgər oldu peşiman? Oxudum naməsin gülüzlü yarın İşindən hali oldum ol nigarın. O namə çox şəfəqqətlə yazılmış, Necə lütfü-məhəbbətlə yazılmış. Yazıb: "Ey hicranın bəndində dustaq, Hicrana səbr ilə dözərlər ancaq. Qoy, üzün dönməsin cövri-fəraqdan, Hicrimdə əl üzmə sən iştiyaqdan. Hələ əskilməmiş mehrin yanımda, Sevdan başımdadır, zövqün canımda. Səni unutmaram, fikrim bu olmuş, Nə vaxt ollam o yarımla həmağuş. Bütün eşq əhlinə bu bir məramdır, Naümmidlik məşuqlara həramdır..." Gəl ey saqi, gətir bir cami-gülgün, Ürəkdə pas tutan dərdimi silsin. Şükur olsun ki, bəxtim də yar oldu, Nə xoş əyyam, nə xoş ruzigar oldu! Gəl ey Vazeh, məcazi-eşqidən sən Həqiqət tap, onunla yüksələrsən. * * * == Müşairələr == Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsi -Vazeh:* Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə, Musiyi-İnranə guya, Tur şəklin göstərir. -Naci:* Tigin almış dəstinə, ol çeşmi-cəlladın sənin, Canə qəsd etmək dilər, məxmur şəklin göstərir. Cismi-zarımdan çıxar hicrin əlindən nalələr, Böylə bir təndir tənim, tənbur şəklin göstərir. Xətti-rüxsarın edib tarac hüsnün mülkünü, Bir xərabə şəhr içində mur şəklin göstərir. -Naseh:* Güz sirisgi mərduməknin nöqtəsin bərbad edib, Aqibət bir gün olur kim, kur şəklin göstərir. Tilbə könlüm tillər ilə asılıb, tildir səbəb, Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir. Kəhrəba dik rəngi-zərdim sanmağay bihudə kim, Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir. Dinu dil nəqdini isar etsə Naseh, tang imas, Bir mühəqqər töhfə ilə mur şəklin göstərir. * * * == Farsca şeirlər == Qəzəl: Ey ke həmhücreyi-mayi ای که همحجرهٔ مایی ورق زهد بشوی وی که ثابت‌قدمی غیر ره عشق مپوی از من غمزده جز عشق رخ یار مپرس با من دل‌شده جز صحبت دلدار مگوی تا از آن دم که حریم دل من خلوت اوست فاش بینم رخ او گر نگرم بر همه سوی چرخ سرگشته نه آنست منقش بنجوم بلکه اندر طلبش مانده فرو غرقه بخوی روز گلگشت بهار است و تماشا و طرب خیز تا خیمه بزن با می و نی بر لب جوی واضح از خاک سر آرد به نسیم در دوست کشتهٔ عشق بلی زنده توان گشت به بوی * * * Qəzəl: Hər zəman kan qəd-o bala هر زمان کان قد و بالا ز نظر میگذرد وه چها بر دل و بر دیدهٔ تر میگذرد منعم ای شیخ ز نظاره مکن کز رخ دوست تو چه دانی که چه بر اهل بصر میگذرد ای که بر من گذری محو کنی از خویشم همچو خورشید که بر دور قمر میگذرد تو که چندین بکشی دامن از افتادهٔ عشق دست کوتاه منت کی بکمر میگذرد گفتهٔ واضح از آن رو همه شیرین آمد بزبانش سخن از لعل و شکر میگذرد * * * Qitə: Şahidi-xərgəhnişin شاهد خرگه‌نشین زلف ز رخ کرد باز نور حقیقت پدید از ظلمات مجاز دیده بدیدار دوست دست در آغوش یار عشق از آن سو نیاز حسن از آن سوی ناز صدر حریم قبول در خور هر خام نیست پس بنشین شمع‌وار سر بکش از سوز و ساز تربت محمود را روز جزا این نداست حاجت فردوس نیست کشتهٔ تیغ ایاز * * * == Məktublar == Məktub: Məhi-nousəfərəm میرزا شفیع مرحوم را معشوقه بود در تفلیس مدتی با او در عشق بازی می‌بودند آخرالامر او را از اهل دهات بر تواد زاده دادند بعد از او هم مراسله‌جات درمیانه می‌بود از پی او نوشته است مه نوسفرم رفتی ز نظر دیده ز دل اشک روان کرد رسمیست پی نوسفران آب فشان کرد واللیل اذا یغشی هلاک عاشق شب فراقست والنهار اذا تجلی سرمایهٔ عمر روز وصال هجران گیجه‌سین محنتنی گر گوره کافر شک یوخدی که انکار ایلمز روز قیامت گر زاهد خودبین بیله ذوقینی وصالنك جنت طلبندن نه بولور غیر ندامت وداع دوستان رسمیست قدیم و اطوار یاران خلقیست کریم پس از چه جهت آن مبدل بلاف شد و این متغیر بخلاف ای شهرهٔ شهر از چه شدی شهر بشهری کالبدر اذا سرت فصرت کهلال دور از تو اگر دیده چنین خون جگر ریخت ما تنظر قد وجهک الا بخیال کدام خاک راه بتقبیل کرد لعل سمندت سر بچرخ برینست و کدامین سرمنزل ز نسیم طرهٔ مشکینت رشک صحرای چین در خانهٔ زین جلوه‌کنان عربده‌جویان هر جا که بدین شکل و شمایل بخرامی از رشک شود چرخ برین حلقه بگوشت ور عجز نهد ره بجبین داغ غلامی بو مثل غلطدر که دیرلر گوزدن گیدر گوگلدن گیدر مادام که گوزده ایدیك گوزده ایدیك شمدی که گوزدن گیتدنك گوگلده‌سن گوز آغلار کیم سنی گورمز گوگل خود سندن آیرلمز مگر جسم لطیفنك نازنینم سربسر جاندر هر جا که اشراقات قلبیست چه دعا چه سلام وانجا که برید محبتست چه قاصد چه پیام صدر حرم وصل ترا راه صبا کو یارای گذشتن نکند پیک خیالم ترکیب وجودیم اقتضای وصال مهرگله‌در وعدم امکانیم غلبهٔ فراق قهریگله بنی عشقنك اودینه یاندردك چونکه گوردك یانارام یان دوردك بازآ بازآ که بی تو دیده را نوری نیست و دل را سروری نه چارهٔ خنده نه مجال گفتار نه زهرهٔ نشست نه یارای رفتار نه قدرت صبر نه قوت آه جان در کف چشم بر راه بازآ بازآ خورشید طلعت بنما پرده از جمال بگشا مجلس حریفان بیارا چه جای قطعن ایدیهن دست از ترنج عجب نیست نشناختن بریدن در تار هر کمندت صد سر بریده داری * * * Kitabxana.az · https://kitabxana.az/authors/vazeh İctimai mülkiyyət (müəllifin vəfat ili: 1852). Public domain (author died 1852). Original text only.