Xəstə Hasan. Əsərləri Xəstə Hasan (1799–1859) == Qoşmalar == Ağı gözlər Bəyzadələr məclisinə gələndə, Ağlı kamil olan a yağı gözlər. Ustadından nəsihət alan kimsələr, Ağlı kamil olan a yağı gözlər. Dəli könül, öz yerində paşasan, Qanlı fələk, kimi qoydun yaşasın? Ay anlamaz, niyə çıxdın başa sən? Ağlı kamil olan a yağı gözlər. Xəstə Hasan dəryalara dalanda, Şirin canı eşq oduna salanda, Ömür keçib vədə tamam olanda, Bu yazıq canım ay ağı gözlər. * * * Dadıma mənim Çox şükürlər olsun şahlar şahma, Yetişdi bu halda dadıma mənim. Göndərdi, üstümə gəldi ərənlər, Bir sevgi saldılar yadıma mənim. Torpaq verdi mənə, bir gözəl yeyim, Yoxdu simli sazım, mən sizə deyim, Əynimə geydirdi qəm paltar — geyim, ‘‘Xəstən’’i artırdı adıma mənim. Pirlər məndən qat-qat dəri soydular, Söylətdilər, söhbətimdən doydular, Mənim adım Xəstə Hasan qoydular, Dedim, Haqq yetişsin dadıma mənim. * * * Əfəndim Mən Xəstəyəm, bağda bostan əkərəm, Dırqınada bir gözələ nökərəm, İndi cani-dildən nara çəkərəm, Tamam çarşı-bazar yanar, əfəndim. * * * Gözəllər Gözəllərin dərgahına uğradım, Birər-birər bəri varın, gözəllər. Bəriyə varanda can təzələnər Haqq yetirib bu güzarı, gözəllər. Kiminiz xınalar əzmişsiz üzə, Kiminiz şəkərlər qatmışsız sözə, Üz tutub nəzərlər çevirin bizə, Sevindirin dostu-yarı, gözəllər. Xəstə Həsən deyər, dürdü sözümüz, Gözəllərdə qaldı iki gözümüz, Baxa-baxa bir aşığa yüzünüz, Yetirtməyin zəhrimarı, gözəllər. * * * Qızların Fəsli bahar, yaz ayları gələndə, Açılar qoynunda gülü qızlarm. Tumurcuq-tumurcuq tər buxağından, Axar bbbrindsn balı qızların. Hürülərin, pərilərin eşisiz, Bu qərib könlümün qəm yoldaşısız, Əlli qızın, yüz gəlinin başısız, Qucmağa yaraşır beli qızların. Xəstə Hasan, öldüyümü bilsələr, Səlib verib səlatımı qırsalar, Məzarımı yol üstündə qursalar, Gələndə uğrasın yolu qızların. * * * Maşallah Təzədən bir gözəl çıxdı aləmə, Yanağı gül, buxaq lala,maşallah! Onun gözəlliyin aldım qələmə, Bədr sifət, ay camala maşallah! İsmin Mələkdir, yoxsa Salatın, Xətəmin zərnişan, sırması altun, Qaldır, niqabını aç,Güləbatın, Dal gərdəndə sarı telə,maşallah! Xəstə pir əlindən içibdi bada, Gözəllər yolunda gedərəm bada, Daha tərif olmaz bundan ziyada, İndi baxdı gülə-gülə,maşallah. * * * Mənim Xəstə Hasan, qəmli-qəmli söylərəm, Qara xəncər vurub bağrım teylərəm, Səksən üçdə ömrü tamam eylərəm, Sayılmaz tarixi qədərim mənim. * * * Mənim Ey ağalar, sizi tərif eyləyim, Nədəndi çəkilməz bu nazım mənim? Təmizdi əlfamız, pakdı sözümüz, Hayıf ki, görməyir bu gözüm mənim. Dəryada işləməz yelkənsiz gəmi, Ürəkdə olmasın dərd ilə qəmi, Ulu məclislərdə yapaydım dəmi, Əlimdə olaydı bu sazım mənim. Mən Xəstəyəm, oxuyardım, yazardım, Qəvvas olub dəryalarda üzərdim, Çarx misallı bu dünyanı gəzərdim, Neyləyim, tutmayır bu dizim mənim! * * * Muyların Mənim sonam cilvə verib özünə, Darayıb, gərdənə tökər muyların. Görən həsrət, görməyənnər qiyamət, Bu qədər sitəmə yetər muyların. Şan verib şanədən, cığalı başdan, Yan verib yanınnan, tökülüb döşdən, Müjgan kirpiklərin o qələm qaşdan, Enər dal gərdənə yatar muyların. Xəstənin sevdiyi növbahar fbsli, Binadan gözəldi onnarın nəsli, Necə yaxdı xan Kərəmi xan Əsli, Məni də yandırar betər muyların. * * * Olar Xəstə Hasan xonçaların xonçası, Könül evi övliyalar baxçası, Bu gün əziz gündü, bayram gecəsi, Bəylər sitəminnən qul azad olar. * * * Oynamasın Geyinib-kecinib toya gedənlər, Amanat, amanat qız oynamasın. Cavandı oynamaq ona xoş gedər, Yüngüllük eyləyib tez oynamasın. Yad-yağılar əyri-üyrü baxarlar, Ağ əllərə əlvan həna yaxarlar, Töhmət edər, başımıza qaxarlar, Kəlağay altından göz oynamasın. Xəstə Hasan deyər: alagöz yarım, Sənə qurban olsun dövlətim, varım. Demirəm oynamasın, oynasın yarım, Ədalı-işvəli naz, oynamasın. * * * Pərişan Çıxdım bu dağlan seyran eylədim, Gördüm yar gəzdiyi yerlər pərişan. Durdum, öz-özümə fikir eylədim, Bir mən deyiləm də, aləm pərişan. Ahü-zar çəkərəm, Bursalı dağlar, Yarından ayrılan of çəkər ağlar. Saralmış tənəklər, virandı bağlar Bülbülün qonduğu dallar pərişan. Xasta Hasan der, öldüyümü duysalar, Yığılsalar, bir araya gelsələr, Məzarımı yol üstündə qursalar, Bəlkə-bəlkə yolu düşə qızların. * * * == Gəraylılar == Dırqınada Erməniyə yol açıldı, Yuva saldı Dırqınada. Yerli getdi, yersiz qaldı, Əcəb haldı Dırqınada. Adına deyillər Tigrən, Üzündəki ətdən igrən, Əlindəki dəmir dirgən, Çalhaçaldı Dırqınada. Çayırları düz gördülər, Özlərini yüz gördülər, Xəstəni yalqız gördülər, Qalmaqaldı Dırqınada. * * * == Divanilər == Bax Bizi yoxdan var eləyən ol şahi-dildara bax, Abı,ataş,xaki, baddan xəlq olunan insana bax, İnsan üçün layiq bildi cənnəti rizvanını, Onun qəsdi-qərəzi olan ol məlun şeytana bax. Haqq-taladan nida gəldi "İncil" endi İsaya, "Zabur" Davuda verildi, "Abu Tövrat" Musaya. Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilsəyə, Məhəmmədin hümmətinə oxunan Qurana bax. Hasan deyər, qiyamətdə suru çalan kim oldu? Əzrayıl ki, can alandı, onun canın kim aldı? Gələndə ölüm bazarı, tarixlər tamam oldu, Xudam qismət eləsə, beş əşrə Qurana bax. * * * Bir Abı çeşmin göllərdə sona da bir, qaz da bir, Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir. Vaqif hər dərddən qanandır, o gövhərin qiyməti yox, Qul Qarani qərəz eylər, Aşıq Ömər sözdə bir. Qurbani haqq aşığıdır, daim haqdan sökər, Dəstinə alıf qələmi xəttinə bir xaz çəkər, Çöllü İsmayıl baş tacıdı, candan qəsəvət tökər, Kərəm ki yandı atəşə, od da birdi, köz də bir. Molla Xalis dəlalətdən içdi eşq badəsini, Güftadiyə vermişdilər ondan ziyadəsini, Ürfani haqq aşığıdı, görmüşüh ədasını, Usta Polad kamil usta, Dəli Temo sazda bir. İçmədim aşq badəsini, həm oxuyam, həm yazam, Böylə getməz bu ülüzgar, əlbət gəlir bir ayam, İli min iki yüz on dörd, hesabı yox ki, sayam, Çox aşıqlar gəldi keçdi, Xəstə Hasan yüzdə bir. * * * Birdi, bir Bizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir, Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir. Bir qətrədən xəlq eləyib on səkkiz min aləmi, Canh-cansız hər nə varsa, küllü cahan birdi,bir. Bir budaqda beş alma var, birisi şikəstədi, Otuz hacı, yeddi dərviş, birisi güldəstədi. Üç yüz altmış beş rüzgarı on iki bürc üstədi, Gecə-gündüz gərdiş eylər, mahitaban birdi bir. Xəstə Hasan sözlərini yəqin alıb,verəcək, Bizi yoxdan var eləyən qılı qıldan seçəcək. Məğribdən məşriqə, hamı o divana köçəcək, Padişahlar padşahı hökmü-sultan birdi,bir * * * Gedər Ayaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər, Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər. Aşnanın tərğini qılıb, meylini vermə yada, Yad gəlib aşna olunca, aşna yar əldən gedər. Gecə-gündüz gün dolanar, gərdiş eylər ayınan, Ağ üzündə qoşa xallar düzülübdü sayınan. Məğrurlanma dəli könül, hər gədaynan, Bir gün olar, dövran dönər,dövlət-var əldən gedər. İstə səni istəyəni, keçmə ondan heç necə, Nazlı yar qəzəbə gəlib, ələ gəlməz heç necə. Xəstə deyər, saxla məni, Haqq qonağı bir gecə, Ay dolanıb illər keçər, ixtiyar əldən gedər. * * * Kimdə var Ey fələk sənin əlindən bu sitarə kimdə var, Mənim təki sinə dağlı, bəxti qarə kim də var. İki səhvər, bir Məhəmməd Mustafanın eşqinə, Durum dolanım başına, dərdə çarə kimdə var. Hər kimsənin bir dərdi var, mənimki də beĢ betər, Birisi sinəmdə sızlar, birisi yanar, tütər. Hər tərəfdən vədələnmiş – biri min olmuş yatar, Təbib görməz, məlhəm sevməz, belə yarə kimdə var. Gəl biçarə Xəstə Hasan, danışma namərdinən, Çalışginən dost olasan bir əhli comərdinən, Çox aşıqlar gəldi-getdi, yandı Kərəm dərdinnən, İnnən belə belə atəş, belə nara kimdə var. * * * Mən Səyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən, Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən. Çəkərəm gül minnətini bir qönçə gül eşqinə, Səhra gəzdim, dağ dolandım, sığınnam Sübhana mən. Üç ay yazdı, üç ay yaydı, üç ay payız, üç ay qış, Olmuşam leyli-nahar intizarı,sırxapiş. Əl götür fbli-fəsaddan, axirət üçün bir çalış, Ay ağalar, bənzərəm bu dünyada mehmana mən. Xəstə Hasan elə cövrə,söylə, necə dayansın, Böylə dönsün çərxi-gərdiş, dövran belə dolansın. İsrafil surunu çalsın, cəmü məxluq oyansın, Uyaram o məxluqata, gələrəm nizama mən. * * * Məndədi Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi, Yüz açar olsa açılmaz, bağlı dükan məndədi, Könül istər sevgisini, düşmüşəm ahu-zara, Ustadımdan öyüd aldım, ədəb-ərkan məndədi. Bir zamanlar çöx geyindim bəylərin xalatını, İxtiyar çağımda yenə mindim eşqin atını, Gizli mətahımı açsam kim bilir qıymatını, İnci mərcan, yaqut, zümrüd, gövhəri kan məndədi. Xəstə Hasan, al sazını, çağır qardaş gəl deyi, Süsən sünbül, mor bənövşə, bülbül ötür gül deyi, Çox aşıqlar gördüm satar qarğayı bülbül deyi, Şirlü şahin, bəhri laçın, tülək tərlan, məndədi. * * * Su ver Sallanıban bağdan gələn ay maralım, bir su ver. Malım-mülküm sənin olsun, küllü varım, bir su ver. Vücudumu atəş aldı,dumanım ərşə çıxar, Qurudu dilim-dodağım, dil fəraqım, bir su ver. Gözəllər xətri əzizdir, bir-birindən seçmərəm, Versələr də dünya malın, sevdiyimdən keçmərəm. Yad əlindən abi-həyat olursa da, içmərəm, Özün doldur, öz əlinlə ey məlalım, bir su ver. “Xəstə Həsən gəldi” deyə çağırarlar adımı, Eşq ucundan yandı cismim, eşidin fəryadımı. Neyləyirəm dünya malın, almasam muradımı? Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver. * * * Üstündədir Bu dünya belə qurulmuş, dövlət-var üstündədir, Ərül-qərül mal qazanır, tarımar üstündədir. Adəm ata, Həvva ana atdılar ol cənnətə, Qorxuram ki, aldanalar, şeytan şər üstündədir. Bir anadan törəmişik, başqa-başqa dilimiz, Yarın haqqın divanında həp bir olur halımız. Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz. Üstü körpü, altı qazan, o da nar üstündədir. Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət, Yatanda eylə salavat, qalxanda et vəsiyyət. Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət, Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir. * * * == Müxəmməslər == Allahın aslanına Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca. Gecə-gündüz könlüm istər, dilim eylər iltica. Qapında bir ac doydurasan, elə bir getdin Haca, Cəbrayıl ki, vəhy gətirdi, “ay Rəsul, gəl sən Mehraca” Xətəbin nişan verdi, Allahın aslanına. Cimcimədən yol eyləyib, Qəhqaha kəmənd atan, Məhəmməd Əli Mürsəlin Abu Talıbdır atan, Gecə-gündüz cəng eyləyib qolunda qana batan, Sayılı borşdan qurtarıb, başın nəffara satan, Yoxdur ki, sənin kimi ər, ərənnər meydanında. Aşıq oldum, dünya gəzdim, doymadım dünyadan hələ. Onun tər camalına cənnətdən alma gələ. Almanın çarpa qılasan, əlində üzüm qala, Bü dünya belə yaranıb, çoxların yola sala, Gəl ey Xəstə Hasan, üz vurmaginan, çıx sofu damanına. * * * Əyri Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri. Tut yükünü, al bacını, qurma mənnən bazar əyri. Ovçusan ovun gözlə, qoymaginan təzər əyri. O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. Hər kimin dövləti çoxsa, bu dünya mənəm deyər, Hər kimin dövləti azsa, çörəyini yavan yeyər, Hər kimin dövləti yoxsa, ah-zar edər, ömür kecər, O səvəfdən yaş gözündə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. Gecələri çox uzundur: yata bilməm, yerim dardır. Dönərəm o yan, bu yana, heç bilmirəm nə xəyaldır. Mənə derlər Xəstə Hasan, sevdigin sox zülümkardır. O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. * * * == Təcnislər == Bax birisinə Əvvəl dörd kitabdan, hər bir hesabdan, Siftə qələm çalmış Hax birisinə. Kəbeyi-şərifdə, Sami mehrabda, Oxuyur katiblər: bax,birisinə. Əzizim, Həbibim "Ya Rəsul’’, — dedi, Əyyub dərdə düşdü, "yara sil",一 dedi. Axdı qanlı hicran,"yarasil",一 dedi, Niyə nəhlət endi,bax,birisinə. Xasta Hasan deyər: bir budaq üstə, Bayqunun məskəni bir budaq üstə. İki alma bitmiş bir budaq üstə, Biri şöylə verdi, bax birisinə. * * * Bir günəş Yetişdi hesablar, doldu mətləbə, Şükür, üstümüzə çaldı bir günəş. Çılpaqdı cəsədim, zəifdi atım, Genə derlər min, dağları bir gün aş. Nə oğuldu, nə uşaqdı, nə bala, Nə xatadı, nə qəzadı, nə bəla. Könlüm yoxdu nə şəkərə, nə bala, İsidərlər, içirərlər bir gün aş. Baxdı siyah taleyim də oldu gün, Açammazlar bağladığım ol dügün, Eşitsələr Xəstə Həsən öldügün, Çağırarlar, gəl məzarı bir gün eş. * * * Gözəl Ömrü bada verdin, günü talana, İndi sən ömrümün ayağı,gözəl. Sənnən qeyri mənim yeyib-içdiyim, Tamam mənə oldu ay ağı,gözəl. Get bazara, gəl qəbrini qazana, İyid odur, malı özü qazana. Qurtarıbdı, su tökginən qazana, Otur, biç kəfbnim, o ağı,gözəl. Xasta Hasan deyər: xasta sinnidi, Gey-qurşan əyninə, xasta sinnidi. Ölüm Haqdan gələr, xasta sinnidi, Gəl, kəsmə üstündən ayağı,gözəl. * * * == Cığalı təcnislər == Bir-bir çək Məni bir salatın dəvət elədi, Dedi: oğlan, al badanı bir-bir çək Aşıq bir-bir çək, Bir-bir doldur, bir-bir cək. At zülfün, kəmənd elə Sal boynuma bir birçək. Dişləmişəm, ləblərini incidif, İncidifsə dişlərimi bir-bir çək. Sin səhərdən oxun atdın bir yerə, Qalxdı göyə, gəldi endə bir yerə. Mən aşiq bir yerə, Dara zülfün bir yerə, Dəstələyim telini, Düzüm çin-çin bir yerə. Hər ikimiz dərdi qoyax bir yerə, İnanmasan inci gətir bir-bir çək. Sonam, səni görməyəli yay indi, Ya büyündü, ya sabahdı, ya indi. Mən aşiq yay indi, Ya bir azdan, ya indi, Hilal qaşın təhrindən, Usta quruf yay indi. Bu Xəstənin dilədiyi ya indi Bir yanaxdı, bir buxaxdı, bir birçək. * * * Qara hey Mən deyirəm, bu dünya da beş gündü, Mən bilirəm beşini də qara,hey! Mən aşığam, qara hey, Oxu dərsin qara,hey. Seyrağubu görmüşəm, Qamətini qara,hey. Sağlıq xəbərimi yara versələr, Dost sevinər, düşmən geyər qara,hey. Xəstə düşdüm, döşək ilə dər saldım, Cəfa çəkdim, dünya üçün dər saldım. Eyləmi, dərs aldım, Eşiyinə dər saldım. Eşitdim seyrağub gəlir, Onun üçün dərs aldım. Ağlı kamil bir ustaddan dərs aldım, Oxumuşam əlif,əbcət,qara,hey. Bayqu məskən salıb, yara deməzlər, Leylidən Məcnundur yara,deməzlər. Aşıq, yara deməzlər, Sirri yara deməzlər. Sizlərdə necə qaydadır, Dərdə çara deməzlər. Xəstənin öldüyün yara deməzlər, Baxarsan ki, məzarımdı qara,hey! * * * Kitabxana.az · https://kitabxana.az/authors/xeste-hasan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.