Yəhya bəy Dilqəm. Əsərləri Yəhya bəy Dilqəm (1830–1865) == Gəraylılar == Gördüm Gəncənin Şəmkir elində, Bu gün bir novcavan gördüm. Gözləri canlar alandı, Qaşlarını kaman gördüm. Duruşu gəldi xoşuma, Yem verdi könlüm quşuma, Sevdası doldu başıma, Oldu halım yaman gördüm. Göldə üzən gözəl sona, Nə girirsən donnan-dona, Neçə molla, alim ona, Verdi əldən iman gördüm. Gözüm düşdü o dilbərə, Baxmadı mənə bir kərə, Elə bil ki, göydən yerə, Yeni huri, qılman gördüm. Dilqəmi saydı bir gəda, Rubənd açdı mələkzada, Müxtəsər, şəbi-yəldada Mən onu mahtaban gördüm. * * * == Qoşmalar == Ağlaram Seyri-gülüstanda, Kür kənarında, Bu gün bir həsrətkeş qalıb ağlaram. Ayrılıq cövrünün, dost fərağının, Sevdası başıma gəlib ağlaram. Yadıma düşübdü şux mələkzada, Görən o da məni salırmı yada, Mənim cismim səməndərdən ziyada, Hicran atəşinə dolub ağlaram. Laçm qanadlıdan, tərlan tavardan, O hüsnü-Yusifdən, mehri-rüxsardan, Züleyxa camallı, məhcəbin yardan, Fələk məni cida salıb ağlaram. Qəddi sənubərdi, üzarı bir gün, Sevdim camalmı, oldum didərgin. Leylisiz Dilqəməm, mən oldum Məcnun, Səhralar məskənim olub ağlaram. * * * Azalarmola Ay ağalar, bəylər, duran qazılar, Bu dərdlər sinəmdən azalarmola? Bu gizlin sirrimi aşkar eyləsəm, Dillərə düşübən söz olarmı ola? Yar odu ki, öz yarını qandıra, Uçan könül şikarına mindirə, Bir çıraq ki, haqqm özü yandıra, Seyrağıb dəyməkdə qaralarmola? Əriyibən torpaqlara qatılsam, Həna olub əllərinə yaxılsam, Qul oluban bazarında satılsam, Məni qulluğuna yar alaramola? Dilqəmi öldürər bu dərd nə isə, Loğman təbib gər yarımı görüsə, Zimistan könlümə yar əli dəysə, Üröyşən tapıban yaz olarmola? * * * Bir namə yazaram Bir namə yazaram canan elinə Əhvalım canana yetişərmola? Fələk məni tərki-vətən eylədi Nazlı yar əhvalım soruşarmola? Əzəldən müştaqəm tuti dillərə, Müsəlsəl saçlara, siyah tellərə, Axdı eynim yaşı, döndü sellərə Yar içən sulara qarışarmola? O qızılgülləri dərməyən Dilqəm, Dərib, pünhan yerə sərməyən Dilqəm, Bu dünyada yarın görməyən Dilqəm, Ya Rəbb, o dünyada görüşərmola... * * * Dağlar Zinəti nərgizdən, tər bənövşədən, Al-yaşıl geyinib şad olan dağlar. Ruhu təzələyir gülab suları, Dəhanları şirin dad olan dağlar. Qərənfil, şəqayiq, lalə tazə tər, Baharın gülləri onu al bəzər, Qara gəlsin süsən, sünbül sərbəsər, Bülbülü güllərdən yad olan dağlar. Qızılcadı soyuq bulaq yaylağı, Bərələri şahin-şahbaz oylağı, Ab-həyati kövsər, gözəllər sağı, Canlara mötədil bad olan dağlar. Bir yanda yaylardı Keçili, Dəllər, Bir yanda yurd salır o ağır ellər, Açılıb nəstərən, qırmızı güllər, Laləzar türfəli ad olan dağlar. * * * Düşmüşəm Arif olan, diqqət elə, fəhm elə, Bir gözəl əlindən belə düşmüşəm. Ağlaram, tökərəm didəmdən yaşı, İndi də mən əldən-ələ düşmüşəm. Adını deməyə mən eylərəm ar, Üstümü kəsibdi bir bimürvət yar, Quşların tərlanı, xublara zəvvar, Səyyad olub çöldən-çölə düşmüşəm. Mən Dilqəməm, yandım, yandım, kül oldum, Danışdım, danışdım, mötədil oldum, Gülşənlər içində mən bülbül oldum, Danışıqda dildən-dilə düşmüşəm. * * * Düşübdü Şəmsəddin elində, Tovuz çayında, Gözüm bu gün bir dildara düşübdü. İki çeşmi cadu, canım afəti, Elə bir mehri rüxsara düşübdü. Yüz nazü-qəmzəynən qəddi payinə, Müjganından bir çox çəkdi yayinə, Döşəndim, fərş oldum xaki-payinə, Onda gördüm can nisara düşübdü. Gülüstani-Rəmdən gəlmiş ol pəri, Ayla gün hüsnünə olub müştəri, Yenicə dolanır şahmar zülfləri, Mürcümlənib bir kənara düşübdü. Niqab açdı, nəzər saldı hər yana, Hüsnünün şəminə oldum pərvana, Gülzarın gülü, bağü-bostana, Nə çəmənə, nə gülzara düşübdü. Ceyranlar gəzərdi çöl bərəsində, Sona məskənində, göl bərəsində, Əfşan olan zülfün tel bərəsində, Laçın könlüm xub şikara düşübdü. Dünyada xoş olur vüsali-həmdəm, Fərağında nalə çəkdim dəmadəm, Vadiyi-heyrətdə Qeys olur Dilğəm, Leylisindən çün avara düşübdü. * * * Gəlmədi Laçm bərəsində, Kür kənarında, Getdi telli sonam gölə, gəlmədi. İstədim ki, onun tərifin yazam, Sığışıb qələmə, dilə gəlmədi. Can verdim cananm yolunda durdum, O dağı, düyünü sinəmə vurdum. Bir tərlanm bərəsində tor qurdum, Dedim bəlkə tora gələ, gəlmədi. Belə gözəl olmaz xüldi-bərində, Ağıllı, kamallı, huşu sərində. Məcnun kimi durdum vədə yerində, Leyli kimi getdi çölə, gəlmədi. Yenə yada düşdü o səlmi-nazım, Şəninə qafiyə, qəzəllər yazım, Havalı ceyranım, şahım, şahbazım, Qırdı şikar bəndin, ələ gəlmədi. Dilqəm ayrı düşdü qönçə dəhandan, Ətri-bənövşədən, gülü-reyhandan, Cənnəti-rizvandan, huri-qılmandan, Əfzəl olan bu müşkülə gəlmədi. * * * Gəlmədi Vədə oldu xilaf, illər dolandı, Qıza nə üz verdi, nazlım gəlmədi. Bir neçə qasiddən, badi-səbadən, Ərzə qulluğuna yazdım gəlmədi. Əzəldən o, şirin-şirin danışdı, İndi üzü döndü, cismim alışdı, Pərivəş cilvəli, laçın baxışlı, Yüz naz ilə xumar gözlüm gəlmədi. Bizdən yad olmuşdu peymanələr tək, İndi üzü döndü biganələr tək, Leylisiz Məcnunəm divanələr tək, Düşdüm səhralərə gəzdim gəlmədi. Bir vədə edərdi mənlə aşnalıq, Bilməm nədən gördü o bivəfalıq, Əğyar aralığa salıb cidalıq, Kəmlütf oldu, şirin sözlüm gəlmədi. Gözüm qaldı onun hindu xalında, Hilal qaşlarında, mah camalmda, Onun təki bivəfanm yolunda, Dilqəməm, canımı üzdüm gəlmədi. * * * Gəlsin Başına döndüyüm qasid xoş qədəm, Ərzimi get söylə canana, gəlsin. Gecə-gündüz şama pərvanə kimi, Oduna alışıb yanana gəlsin. Dilim tutmur yara dərdimi yazam, Cəlallı canandan artıbdı cəzam, Saranı Mahmuda verən Mimizam, Mənim işim səndən imkana gəlsin. Görmədim bir belə ləbi piyala, Buxağı bönövşə, yanağı lala, Cəlallı canana gələn bir bəla, Uzaq olsun ondan, bu cana gəlsin. Hər kəs yarı mənə inayət eylər, Elə bil Kəbəni ziyarət eylər, Qafil gedən qasid xəyanət eylər, Yar özü ilqara, imana gəlsin. Dilqəmə lütf eylə kərəmin kanı, Növrəstə nobarı, o novcavanı, Ya kəs başım, ya da yetir cananı, Mənim mürği-cismim dərmana gəlsin. * * * Gəzən yerləri Səkənəm qürbətdi, ismim filankəs, Bü gün gördüm canan gəzən yerləri. Halım pərişandı, könlümdü şikəst, Yenə gəldi mənə eşqin əsəri. Bir yerdə olmasa güllə gülüstan, Fəğan eylər ordan bülbül hər zaman, Behiştdə olmasa huriyi-qılman, Ləziz olmaz onun abi-kövsəri. Bildir bu yer idi cənnəti-ələm, Bu il firəvandı möhnət ilə qəm, Həqir oldu Dilqəm, görmədi həmdəm, Ziba sənəm burdan gedəndən bəri. * * * Görmüşəm Belin nazik, qəddin suca, üzün gül, Məlahəti sən cananda görmüşəm. Gülüstani-Rəmdə tək şahipərdə Nə mələkdə, nə insanda görmüşəm. Müjganındı peykan, qaşmdı kaman, Gözlərin cadudu, ey afəti-can, Sən hüsndə, vəcahətdə novcavan, Nə uqbada, nə cahanda görmüşəm. Az bilmirsən camalının qədrini, Görsə hilal elər aym bədrini, Necə deyim, o zülfünün ətrini, Nə bənövşə, nə reyhanda görmüşəm. Hüsnün zinət verir xüldi-bərinə, Pişivazə gəlir gözəllər yenə, Zülfünün ətrini müşk ənbərinə, Nə limuda, nə fincanda görmüşəm. Dilqəm görsə ləbin, olmaz əfsana, Ləbin nisbət şəhdə2, abi-heyvana, Aqil alim görsə olar divana, O xal ki, var zənəxdanda görmüşəm. * * * Havalanıbdı Laçın bərəsindən, şikar evindən, Bir tülək tərlanım havalanıbdı. İstədim ki, səyyad olam yetirəm, Əldən-ələ düşüb banalanıbdı. Firəng şüşəsindən ağdı qolları, Göyün ulduzuna bənzər xalları, Ağ üzündə müsəlsəldi telləri, Çalıbdı çalmanı, sonalanıbdı. Canan vəsfi mən Dilqəmin dilində, Eyib yoxdu nazlı yarın telində, Dostu Dilbər Ocaqlının elində, Ağ nazik əlləri hanalanıbdı. * * * Məni Leyli camalını görəndə dilbər, Eylədi Məcnun tək divanə məni. Eşqin zəncirini açma boynumdan, Bağışla o əhdi-peymana məni. Gördüm camalmı oldum qələndər, Laçm tək qiya bax, üz bəri döndər, Yanaram oduna misli-səməndər, Görsə qanlar ağlar pərvanə məni. Qaşların aşiqə nəzakət eylər, Gözlərin can alar, qiyamət eylər, Zülflərin sailə hidayət eylər, Gözlərin gətirər imanə məni. Kuyində, Dilqəməm, tərsa dağında, Bülbül fəğan eylər gül budağında, Könül quşu yar, camalın bağmda, Döndərdin o Şeyxi-Sənanə məni. * * * Niyə gəlmədi Başına döndüyüm, ay Əziz əmi, Getdi, bəs alşanım niyə gəlmədi? Züleyxa camallı, qəddi minalı, Şövkətli sultanım niyə gəlmədi? Oldum yar yanında mən baxtı qara, Gedən yox, gələn yox, kəsildi ara, Sinəmə vurubdu peykanlı yara, Töküldü al qanım, niyə gəlmədi? Tutub zülflərini üzünə pərdə, Apardı ağlımı, qoymadı sərdə, Biçarə Dilqəmi salıbdı dərdə, Həkimü loğmanım niyə gəlmədi? * * * Özgəsinə Uçdu meylim quşu qondu, yar, sənə, Mən necə dil verim bir özgəsinə?! Səndən qeyrisini könlum istəməz. Mən necə yol verim bir özgəsinə?! Bağban olan gedir bara yalvarır, Yoxsul olan gedir vara yalvarır, Yarı olan gedir yara yalvarir, Mən necə yalvarım bir özgəsinə?! Əzəldən Dilqəmə yar olan sənsən, Gözəllər içində var olan sənsən, Əzrayıl donunda can alan sənsən, Mən necə can verim bir özgəsinə?! Götürdü göy at məni, Saxladı Sayat məni, Baş qoyub dizin üstə, Çox yatsam, oyat məni. * * * Varmola Gecə-gündüz qaldım zülmət içində, Mən kimi zülmətdə qalan varmola? Əvvəldən can deyib, can eşidənlər, Heç bircə yanıma gələn varmola? Hayıf oldu əlim əldən üzüldü, Mənim üçün bircə saat yüz ildi, Bağlar xəzəl oldu, güllər pozuldu, Mən kimi gülşəni solan varmola? Biçarə Dilqəməm, sorram gələndən, Ağladandan, göz yaşımı siləndən, İstəkli dostlardan, qədir biləndən, Yarəb, ola yada salan varmola? * * * Yadıma düşdü Dilbər ehtiramla, mərhəmət ilə, Yanıma gəldiyi yadıma düşdü. Bir şirin söz ilə, qaşü-göz ilə, Dərdimi bildiyi yadıma düşdü. Əndəlib gülündən, kəmər belindən, Ülfət qıl qulundan, danış dilindən, Zülfündən,telindən, nazik əlindən, Göz yaşım sildiyi yadıma düşdü. Dilqəm tərlanısan, uyma sar ilə, Qızıl gül bülbülə uymaz xar ilə, Bir şirin dil ilə, xoş rəftar ilə, Ucadan güldüyü yadıma düşdü. * * * Yetişirmola Ərizə yazaram səba yellənnən, Ərizəm canana yetişirmola? Fələk məni tərki-vətən eylədi, Nazlı yar əhvalım soruşurmola? Əzəldən aşığam tuti dillərə, Müsəlsəl saçlara, siyah tellərə, Axdı eynim yaşı, döndü sellərə, Yar içən sulara qarışırmola? O qızıl gülləri dərməyən Dilqəm, Dərib pünhan yerə sərməyən Dilqəm, Bu dünyada yarı görməyən Dilqəm, Yarəb, o dünyada görüşürmola? * * * == Deyişmələr == Nə dedi Dilqəm Qasidi-bizəval, ərzi-halımı, Cəlallı canana dedin, nə dedi? Mahi-cəbin telli, zülfü-müsəlsəl, Qaşları kamana dedin, nə dedi? Qasid Ərzini söylədim mələkmənzərə, Danışmasın böylə əfsanə dedi. Olmaz məndən ona yari-vəfadar, Dolansa yüz çərxi-zamana dedi. Dilqəm Əzəldən aşığam mən o dilbərə, Qəddi sənubərə, sədri mərmərə, Sinəsi billura, ətri ənbərə, Ləli bədəxşana dedin, nə dedi? Qasid Məni gətirməsin heç vaxt dilinə, Qövsi-qüzeh mən sonanın telinə, Onun kimi naşı sərraf əlinə, Düşməz mənim kimi dürdanə dedi. Dilqəm Yar yad oldu məndən biganələr tək, Düşmüşəm çöllərə divanələr tək, Dolannam şamına pərvanələr tək, Yanaram mərdana, dedin, nə dedi? Qasid Belə cavab verdi o mələkzada, Əfsanə ömrünü verməsin bada, Əbəs yandırmasın balların oda, Nə olar şam dada pərvanə dedi. Dilqəm Mənə həyat verir dostun vüsalı, Üzündə yandırır həbəşi xalı, İskəndər məsnədli, Hatəm səxalı, Adil Nuşrəvana dedin, nə dedi? Qasid Buyurdu sərdara, neçə sərhəngə, Əmir-üməraya, pişvazi-cəngə, Qul adma satm Hində, Firəngə, Ya atm dəryayi-ümmana dedi. Dilqəm Zülfü mürcümlənib, yenib buxağa, Hüsnü zinət verir qəsrə, otağa, Calallı canana, o şəbçirağa, Dilqəmi-xaqana dedin, nə dedi? Qasid Buyurdu mahala, neçə diyara, Qohum-qardaşmı çəkdirin dara, Özü qolubağlı, cismi sədpara, Dilğəmi gətirin zindana dedi. * * * == Bayatılar == Bayatılar Götürdü göy at məni, Saxladı Sayat məni, Baş qoyub dizin üstə, Çox yatsam, oyat məni. * * * Kitabxana.az · https://kitabxana.az/authors/yehya-bey-dilqem İctimai mülkiyyət (müəllifin vəfat ili: 1865). Public domain (author died 1865). Original text only.