Zikri Ərdəbili. Əsərləri Zikri Ərdəbili (1790–?) Cadu gözünə rahibü tərsa nə münasib Cadu gözünə rahibü tərsa nə münasib? Əyri qaşına taği-kəlisa nə münasib? Derlər mənə Məcnun, sənə Leyla eşidənlər, Məcnun mənə nisbət, sənə Leyla nə münasib? Can istərisən, eylə bir iyma, verim, amma Göytar olan heynidə iyma nə münasib? Ey simbədən, könlümü nərm eyləmisən sən, Ayineyi-büllurinə ara nə münasib? Dəndarıma gər iqdi-sürəyya dedim, amma Lölölərə ol iqdi-sürəyya nə münasib? Qoy başına bir mən dolanım, çünki olubdur – Şəm atəşinə yanınağa pərvanə münasib. Xof etməgilən, Zikri, o xublar qəzəbindən, Sərbadiyeyi-eşqdə pərva nə münasib? * * * Dövri-rüxsarına geysuyi-pərişan düzülüb Dövri-rüxsarına geysuyi-pərişan düzülüb, Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?! Əsmə, ey badi-səba, pozma nizami-zülfün, Ki, nizamilən ona çox dili-viran düzülüb. Necə tərsabeçədir bu ki, qiyam eyləyibən, Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb. Gül üzündə görübən daneyi-dürri-ərəqi, Belə sandım ki, gül övrağına mərcan düzülüb. Şərbəti-ləlini bimar könüllər istər, Bir içim sudan ötrü, gör necə ətşan düzülüb. Ey kamanqaş, bu qədər atma xədəngi-müjgan, Ehtiyat eylə ki, amacına çox can düzülüb. Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri, Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb. * * * Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz! Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz! Bir gözün şəhlası yüz min səfheyi-Tövratdan, Bir qaşın əbrusu min-min mülki-İrandan ləziz! Gül üzün görmək mənə gülbərgi-həmradan əcib, O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz! Zahida, etmə mənə tənə bilibsən, bilmişəm, Canı sən canandan, cananı mən candan ləziz! Abi-heyvan ləblərin şəbdin içibdir, ey sənəm, An üçün bir ab yoxdur, abi-heyvandan ləziz! Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin, Onu bundan bisəfa buldu, bunu ondan ləziz! Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl, Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz! * * * Ey səba, bu ərzimi ərz etgilən cananıma Ey səba, bu ərzimi ərz etgilən cananıma, Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma. Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda, Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma. Bilməzəm hərdəm neçin qanım tökər canan yerə, Hiç rəhm etməz mənim bu dideyi-giryanıma. Ahu tək hər yana nıəstanə dolandırma gözün, Az qalıbdır gözlərin rəxnə sala imanıma. Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim, Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma. Canımı canan alıb, naseh, məni mən eyləmə, Bilmirəm bir can nədir ki, qıymayım cananıma?! Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək – Qoydun həsrət sən məni ol gözləri məstanıma! * * * Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb, Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb! Meyü meyxaneyi-eşqin yolun bildirmə əğyarə, Bəlalı aşiqə içdir bəla peymanəsin, yarəb. Çəkib şanə dağıtdı zülfünü məşşateyi-naşi, Pərişan könlümü sındırdı, smdır şanəsin, yarəb! Rəqibim kakilündən könlümü istər rəha qılsın, O kim istər yıxa bu xanəni, yıx xanəsin, yarəb! Həqiqət atəşindən suznak eylə səməndər tək, Ki nari-şəmə yandırma könül viranəsin, yarəb! Xəyali-xalın ilə düşdü dami-zülfünə könlüm, Bu nabina quşün sən damdə ver danəsin, yarəb! Vüsali-yarə yetdi Zikri, amma hiç kəs bilməz, Nə növ ilə əda qılsın bunun şükranəsin, yarəb? * * * Məni bir qaşı kəman oxladı müjganı ilə Məni bir qaşı kəman oxladı müjganı ilə, Atdı bir ox ki yarar könlümü peykanı ilə. O kamanqaş gözəl atdıqca xədəngi-müjəsin, Doldu peymaneyi-çeşmim ciyərim qanı ilə. Bağlayıb boynuna zahid xəmi-zülfün tuqun, Gör necə küfr təriqin tutub iymanı ilə. Könlümüz cəm idi, nagah əsib badi-səba, Qıldı pəjmürdə yenə zülfi-pərişanı ilə. Xublar içrə vəcahətli idi Yusif əzəl, Deyin o əzzələ qarşı dura, bu sani ilə. Aşiqin cismini duzəx odu yandırmaz, elə - Ki, elə yandırır od məhvəşi hicranı ilə. Zikrinin naleyi-əfqanı yetişdi fələyə, Yandırar əncüməni-əncümü əfqanı ilə. * * * Badi-Səba, tərəhhüm elə binavalərə Badi səba,tərəhhüm elə binavalərə, Arzum yetir vətəndə olan aşinələrə. Ey dost, tərkim eləmə,tərk etmərəm səni, Qiymətli Dürrsən,sata bilməm kədalərə. Çay nəqdi nimxəddə ərzandı bilmişəm, Layiq nədir bu xəndeyi-döndanümalərə. Zahid, uduzma əqlini cənnət havasına, Hüri-behişt oxşamaz hüriliqalərə. Qəm çəkmə,sevdiyim,sənə qəm çəkmək heyfdir. Qəm yaxşıdır mənin kimi bəxti qarələrə. Bidərdlərdən umma dəva dərdə ,ey könül, Dərd əhli dərdinin yetirərlər dəvalərə. * * * Göndərib lütflə, ey dil, mənə dilbər kağız Göndərib lütflə,ey dil,mənə dilbər kağız, Könlümün zülmətini eyləyib ənvər kağız. Şükri-lillah məni-bicarəyə lütfiylə yazıb, Sitəmanidən usanıb,şuxi-sitəmkər kağız. Gər,yazam yar cəfavu qəmin itmam olmaz, Filməsəl,ruyi-zəmin olsa sərasər kağız. Düşsə gər aşiqi məşuq cahanda hicrə, Bir-Birindən olan ,ey şux,çox istər kağız. Yetməsə gər əlin oldaməninə cananın, Ey könül, Vallahi cananıma göndər kağız! Eşq tökdükcə,dəmadəm qaralar nuri-qələm, Ah çəkdikcə dəyib bir-birə,titrər kağız. Müjdə,Ey Zikriyi-biçarəbu avarə,sənə, Lütf üzüylə yazıb ol qaməti-ər'ər kağız. * * * Kül yarpağı, o ləli-dirəxşanə oxşamaz Kül yarpağı, o ləli-dirəxşanə oxşamaz, Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz. Vardır əgərçi sərvdə azadəlik,bəli, Etsən xüram , o sərvi-xüramanə oxşamaz. Gər sünblünü də var isə tabu təravəti, Ol piçu tab zülfi-parişanə oxşamaz. Gül yarpağı lətifdir, amma ki ,vəsfdə, Gülbərk tək camalına ,cananə oxşamaz. Nərgiz bəşərdə belə bəcavət görməyib, Billah pəridi bu gözəl,insanə oxşamaz. Bu candı bu lətafət ilə, ya bədəndi bu? Verməz münasibət bədənə,canə oxşamaz. Sordum ləbin həlavətini Xızırdan,dedi: Kövsər bulağı çeşmeyi-heyvanə oxşamaz. Yusif əgər o hüsri-vəcahətə Misirdən- Gəlsə,yəqin ki , bu gözəl insanə oxşamaz. Bu Ərdəbil mülkidir,Zikri , gözəllərin- Olmaz şəbini hüriyi qılmanə oxşamaz. * * * Kitabxana.az · https://kitabxana.az/authors/zikri-erdebili İctimai mülkiyyət. Public domain. Original text only.