Təcnislər Ağ Aşıq Allahverdi (1754–1860) Bu gün seyraqubdan bir söz eşitdim, Bu dostundan deyil, ayə məndədi. Dedim: Nədir sədrin üstə bəslənən? Dedi: Tifil ikən ayə məndədi. Sevdiciyim təzə geymiş buxara, İnsafdımı, bülbül baxa bu xara. Keşt eylədim Bəsrə, Bağdad, Buxara, İndi də gəlmişəm ay Yaməndədi. Allahverdi pirdən içdi nə cami. Nə axunddu, nə molladı, nə cami, Nə Firdovsi, nə Hafizi, nə Cami, Təcnis, sinədəftər, ayə məndədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ag-asiq-allahverdi-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1860). Public domain (author died 1860). Original text only.