Təsniflər Ağ Aşıq Allahverdi (1754–1860) Qulac saçlı, Qələm qaşlı, Ağzın açdı, Gövhər saçdı Süsənbərim. Şəhla gözü, Gözəl üzü, Şirin sözü, İlqar düzü Süsənbərim. Yaşıl başlı, Çatma qaşlı, Şux baxışlı, Yaraşıqlı Süsənbərim. Şirin avaz, Kirpik almaz, Aşıq sınmaz, Yardan dönməz Süsənbərim. Kəklik səkər, Boynun bükər, Ovçun çökər, Qanın tökər Süsənbərim. Sən əzəlsən, Dil məzəsən, Çox gözəlsən, Birdənəsən Süsənbərim. Bulaq başı, Gözüm yaşı, Var təlaşı, Qəlb sirdaşı Süsənbərim, Telli sazım, Xoş avazım, Bahar yazım, Sən murazım Süsənbərim. Sən halalsan, Bir cəlalsan, Mənə yarsan, Bizəvarsan Süsənbərim. Aşıq Ağdı, Toy talağdı, Xoş soraqdı Gözəl çağdı Süsənbərim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ag-asiq-allahverdi-tesnifler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1860). Public domain (author died 1860). Original text only.