Şeirlər Ağa Baqir Şirvani (XVIII əsr) Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssər Əlminnətü lillah ki, murad oldu müyəssər Bəzm içrə mənə uğradı rəna iki dilbər Biri günəş idi, birisi mahi-münəvvər Tutmuşdu qərar ikisi bir bürcdə bərabər Düşmüş iki bərqin şəfəqi məclisə yeksər Hüsn içrə mələkdirmi deyim ya pəri peykər Yox-yox, qələt etdim, daxi əla, daxi behtər Saqi, məni öldürdü bu eşq ilə bu sevda Doldur içəlim badeyi-gülrəngi-müsəffa Əlhəq ki, ziba yaradıb Qadiri-yekta Mehtab cəmalində qaralmış yədi-beyza Eylər nə gözəl şəşəeyi-hüsni-təcəlla Ta var cahan, çeşmi-cahan görməyib əsla Bir bürcdə bir mah ola, bir xurşidü xavər Saqi, tut əlim, bəsdi, məni salma ayağa Yandımsa əgər munca yetər nari-firaqə Pərvanə sifət çox da təni yaxma çırağa Və nami-xuda silsileyi-nəzm və nəsağə Bu bəzmdə iç, zövq verər nəşeyi-damağa Bax qönçələbə, ağ buxağa, al yanağa Mən eylər idim canımı bunlara sadağa Can nəqdi əgər olsa idi əldə müyəssər Ta vaqifi-hal oldu dil əsrari-nihanə Odlara düşən şəm kimi çəkdi zəbanə Can çıxmağa qəsd eylədi, gəldi daxi canə Yüz fikrə batıb əql gənə getdi gümanə Leyla ilə Şirinmi gənə gəldi cahanə Bənzər bunların süzməyi bir sərvi-çəmanə Bir qeyri gözəllərdə tapılmaz bu nişanə Qaş yay ola, yüz ay ola, rux laleyi-əhmər Əlhəmd sənə kim, mənə, ey Qadiri-Sübhan Qıldın nəzəri-mərhəmət, pakini ehsan Olduqda dünən mən bu iki mahvəşə mehman Gördüm döşənib bağ ü çəmən, səhni-gülüstan Açmış iki gül qönçəsi tazə-tərü xəndan Həm naz ü nəzakətli, həmi afəti-dövran Həm işvəli, həm qəmzəli, hər sərvəri-xuban Bir gərdəni mina, qolu şümşad, qədi ərər Cəm olsa əgər bir yerə məhbubeyi-aləm Olmaz o qəzalan vəcahətdə bu çəm-xəm Heyrətdə qalar növi-mələk, firqeyi-Adəm Bəh-bəh, necə ləhcə, necə şivə, necə görkəm Mən bunlara müştaqidim əz ruzi-müqəddəm Haşa ola Baqir daxi bir özgəyə həmdəm Şirin dəhən ü tuti məqal ü dili zəmzəm Qəbqəbləri güldür, yüzü nəsrin, səmənbər * * * Bahariyyə Bir belə mövsümdə bahar çağda Heyf deyil baş qala təpraqda Aç gözünü bir nəzər afaqda Gör ki, nə var qüdrəti-rəzzaqda Ərşi-bərin çərxi-müəllaqda Fərşi-zəmin gör necə nuraqda Qönçə dəhan açıbdı hər bağda Bülbül gülə qarşı danışmaqda Solda qərənfil, yasəmən sağda Sünbül çəmində şəqayiq dağda Bir belə mövsümdə bahar çağda Qalmıya həsrət dili-uşşaqda Keçir günün eyş ilə işrətdə sən Zövq ü səfa ilə bu vəhdətdə sən Nə qədər ki bu ömr dövlətdə sən Çərxə vəfa bağlama, əlbəttə sən Seyran ilə bağı-nəzakətdə sən Barvər ol nəxli-şərafətdə sən Təlx etmə ovqatını möhnətdə sən Eylə məqam ovci-səadətdə sən Uyma könül bu xabi-qəfləttə sən Aç gözünü bir nəzər afaqda Fələk qurub mizan xoş tərazu Sabit ü seyyarəyə eylər rücu Mərrix olub Ütarid təndxu Şəms ü qəmər Müştəriyə ruberu Zöhrə baxıb aləmə dağıtdı mu Əncümən nə fələk eylər qülu Yəni şükür, nə yaxşı həvəsdi bu Belə zaman həmişə olmaz vüqu Elə gözüm hər tərəfə cüstücu Gör ki, nə var qüdrəti-rəzzaqda Hamal, Sovr, Cövza, bürci-Sərətan Sünbülə, Əsəd, daxi Qövsi-kəman Əqrəb, Cədyi, Dəlv, Hut ü Mizan Həft təbəq, on iki bürci-asiman Nəzzarəyə dur ü bədr, kərrubiyan Müqərrəbani-İzədi-Müstəan Xuldi-bərin, ravzeyi-bağı-cinan Bu fəsilə cümlə olur şadman Cəmi-mələk, pəri, həm huriyan Ərşi-bərin çərxi-müəllaqda Xurşidi-aləm alıb üzdən niqab Nəşəsindən çərxə düşüb aftab Qövsi-qüzəh, ləm'ə, tiri-şihab Göydən yerə endiribdir iztirab Munca təmaşalara uymuş hübab Məşuqədən aşiq olub kamyab Jalə saçıb, səbzəyə dürri-xoşab Səmən, süsən bir-birə eylər xitab Qızıl güldən əndəlib istər gülab Fərşi-zəmin gör necə nuraqda Gəl tutalım daməni-səhra, könül Eyləyəlim tərfə təmaşa, könül Vermə ömrü qarətə bica, könül Aldanma Əfridona əsla, könül Qalmaz belə həmişə dünya, könül Şam tutub badeyi-səhba, könül Yoxdu məgər sərində sevda, könül Bir qeyri vəsl ilə təmənna, könül Qan ağlama əndəlib asa, könül Qönçə dəhan açıbdı hər bağda Qönçə açıb nərgis ilə ərğəvan Şəb, şəqayiq, bənəfşə və nəstərən Tuba xələt geyibdi sərvi-rəvan Bərgi-şəcərlərdən olub kamran Lalə çəkib köksünə dağı-nihan Qönçə kimi bağrını eylərdi qan Kəklik niçün dağlara salmış məkan Tuti edər qumriyə şərh ü bəyan Bülbül gələ qarşı danışmaqda Xaki-zəmin batıb müşk ü ənbərə Nəsim tez ətr apardı hər yerə Xoş bəşarət yetişdi bülbüllərə Açılmaq əyyamı gəlib güllərə Sarmaşıbdı gül, səba gül məxmərə Çəmində oxşar səbzələr ləşkərə Oxşar çəmən çətri-sər əskərə Cığəsini süsən urubdu sərə Sərv həmrah olubdu nilufərə Solda qərənfil, yasəmən saqda Bülbül qurub gülşənə bir təmtəraq Fəğan edər güldən ötrü əl-firaq Dolanmasın qönçə kənarinə zağ Görsə qovar bağban, eylər yasaq Sərasər əlvan bəzənib cümlə dağ Xeyli təhəssürdə qalıb əl-firaq Hər çiçək əlində tutub bir çıraq Məşuqə görməyə çəkər iştiyaq Gör necə bitab düşüb sinə dağ Sünbül çəmində şəqayiq dağda Tərfə verib gülşənə encam gül Eyş ü tərəb ilə dolub cam gül Bərq verir çöhreyi-gülfam gül Əndəlibə bəxş eliyib kam gül Sanki qurub əndələrə dam gül Tutubdu hər guşədə aram gül Yəni edib təşrifi-əqdam gül Şükufəyə yetişdi peyğam gül Müxtəsər, Baqir, gələ ayam gül Qalmıya həsrət dili-uşşaqda * * * Gül Çün olur fəsli-bahar, eylər özün izhar gül Əndəlib məstü xabından qılar bidar gül Bülbüli-şuridəyə ta göstərər didar gül Pəs açar ləfzi-fəsahət hüdhüdə təkrar gül Sər-hesab olcaq görür həmsöhbətin çün xar gül Nalə-əfğan ilə şəksiz olur bimar gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül Ey təbiba, söyləmə, bu dərdin olmaz mərhəmi Atəşi dilsuz olan daim çəkər rənc ü qəmi Çürüdür çaki-giribanı dəmadəm göz nəmi Döndürər qəddin kamana qövsi-ebrui-xəmi Bir yanə dost möhnətində, bir yanə el məzləmi Filməsəl hər qönçə ki bir zağ tutmuş həmdəmi Eyləməzmi bu xətadən, yarəb, istiğfar gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül Varsa gər mülki-cahanda şux ü şəng ü nuşxənd Şivəyi-rəftari xoş, sərv xirami dilpəsənd Kakili eşq əhlinə zünnar ola, zülfü kəmənd Sürsə bu sərmənzilin başına hər aqil səmənd Hisbətən lillah durur, billah sözüm, ey müstəmənd Qədrini məşuqənin bil eyləyər aşiq bülənd Olmasaydı bülbül, aya, kim deyərdi: var gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül Ruzi-eyd olduqda bir gün bağdan etdin güzar Bu səda guşə yetüb can həzin oldu nizar Döşənib xak əhlinin oldu təni fərşi-qübar Dideyi-qəm həsrətilə qoydu çeşmim intizar Bir tərəfdən şux gülrüxsarlar tutmuş qərar Bir tərəfdən çətr vurmuş tazə açmış tar gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül Saqiya, mey ver ki, oldu içməyə camında gül Gərdişin güldür, dolan, dövr ilə əyyamında gül Bir gül şüvidə, gəl, eyş etməyə kamında gül Həm üzün gül, həm sözün gül, həm gözəl namində gül Yanağın güldür, sərasər ləli gül, famında gül Qamətin güldür, qədin gül, cümlə əndamında gül Eyləmiş rüxsarı alın məhfili gülzar gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül Mütribi-xoşxan oxur, almış əlinə tar-çəng Bəzm ara tutmuş qədəh saqi, müzülf, şux ü şəng Bir-bir ilən bəhs edər biryan, tihu, turəng Hər çiçək qurmuş gülüstan içrə dam, tərfə rəng Baqirəm, güllər açılmış gülşən içrə rəngbərəng Ah, neyləyim, yox içində mən deyən sərdar gül Dəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül * * * Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəl Yetdik cahanda cana yetişməz əcəl-məcəl Ey kaş ola bu dirilikə ölmək bədəl-mədəl Yox məndə tab, həvsələ, təmkin, səbr-məbr Əvzai-ruzigar qəbih ü çəpəl-məpəl Əzbəs yetər xəyalımə bihudə fikr ü məkr Qorxum budur, əqidəmə yetsin xələl-mələl Aləmdə hər bəxil olubdur qəni-məni Xəlq içrə sərbülənd olubdur kəçəl-məçəl Mün'im bir təam ləziz ü pilov-milov Dərviş doğ-xüşk ü fətir ü bəsəl-məsəl Təğyir olub fətavayi-əhkami-şər'-mər' Molla fəqih elmə etməz əməl-məməl Minbər ki, anda xütbə deyib paklar-maklar Mütriblər indi anda oxurlar qəzəl-məzəl Əhli-dəhat kəlb ü hemar ü öküz-möküz Əhli-bilad müfsid qəlb ü dəğəl-məğəl Çıxmaq gərək dəhat, bilad-məladdan Yekdir gənə bu mərhələlərdən cəbəl-məbəl Yarəb, bu ixtilaf nədir xəlq-məlqdə Guya müşiyyətin belə etmiş əzəl-məzəl Baqir, bu növ kim eylədin xəlqi hicv-micv Guya cahanda yoxdu sənin tək gözəl-mözəl * * * Yavaş-yavaş Bağlandı guş sovt ü sədadan yavaş-yavaş Göz xirələndi, düşdü ziyadan yavaş-yavaş Süst oldu üstüxani-zənəxdan zə'fdən Dəndan qaldı əkli-qidadan yavaş-yavaş Diz qüvvəti kəsildi, ikini üç eyləmək Yəni əl ilə tutmaq əsadan yavaş-yavaş Mülki-bədəndə səf çəkib əmrazi-mühlikə Bir-bir gəlib zühura xəfadan yavaş-yavaş Banu zəbandəraz olub, bən oldu təndxu Qovğa bülənd oldu səradan yavaş-yavaş Bir evdə çox otursa qonaq olmaz izzəti Köçmək gərək bu dari-fənadan yavaş-yavaş Bəd həmnişin söhbəti ömrü təbah edər Həm az dərər təriqi-hüdadan yavaş-yavaş Ömrüm keçib ərazilü ədnayi-xəlqlə Məhrum xidməti-füzəladan yavaş-yavaş Hər kim təqərrüb istəsə hakim qapusuna Dur oldu bargahi-xudadan yavaş-yavaş Dünyadan ötri dinini bərbad eylədi Bədnam oldu, düşdü həyadan yavaş-yavaş Axır nəfəsdə Baqirə, yarəb, himayət et Qurtar təərrüzi-süfəhadan yavaş-yavaş * * * Muxəmməs (Nəsimiyə nəzirə) Sənə ey sərvi-səmənbər dedilər gerçəkmiş Ləbinə qəndi-mükərrər dedilər gerçəkmiş Üzünə mahi-münəvvər dedilər gerçəkmiş Qamət ü qədinə ərər dedilər gerçəkmiş Arizin bərgi-güli-tər dedilər gerçəkmiş Sən mənim qəddimi xəm, ey qədi mövzun, eylədin Layiqin durmu mənə hər cövr ki əfzun eylədin Yoxsa zülm eyləməyin aşiqə qanun eylədin Məsnədi-hüsnə özün şahi-Hümayun eylədin Cəmi-xuban sənə çakər dedilər gerçəkmiş * * * Kitabxana.az · https://kitabxana.az/collections/aga-baqir-sirvani-seirler İctimai mülkiyyət. Public domain. Original text only.