Qəzəllər Ağa Hacı Molla Tağızadə (1830–1892) Ey dil, həzar şükr, xəbər gəldi yardən Ey dil, həzar şükr, xəbər gəldi yardən, Şükr et, qutardın axırı bu intizardən. Ey göz, kənarə qoy dəxi qan ağlamağını, Oldun xilas sən də dəxi ahü zardən. Dərdi-xəzan hicrini çəkmişdim, aqibət, Verdi səba xəbər o güli-novbahardən. Ey məqdəmin fədası, bəlalar çəkən başım, Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən. Eşqində qoydular mənə Məcnunluq adını, Düşdüm bu xəlqi-aləm ara etibardən. Səd şükr kim, yetişdi sənə vədeyi-vüsal, Bixud, şikayət etmə dəxi ruzigardən. * * * Ey dil, barı meyxanə sarı bir güzər eylə Ey dil, barı meyxanə sarı bir güzər eylə Gör məstlərin haləti-vəcdin, nəzər eylə. Gər istəyəsən dəhrdə sahibnəzər olmaq, Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə. Bir gül məni cövr ilə şəhid eylədi axir, Bülbüllərə, ey badi-səba, get xəbər eylə. Yan atəşi-hicranə, könül, çək bu bəlanı, Bu eşqdən axir demədimmi həzər eylə? Təsir eləməz ol büti-səngindilə naləm, Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə. Ahım küləyi yıxmadi bünyadını hicrin, Ey seyli-sirişkim, sən özün bir hünər eylə. Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin, Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə. * * * Ey qoyan könlümə qan, oldumu hüsnün fani Ey qoyan könlümə qan, oldumu hüsnün fani, Tapdımı xarü xəsi-xüşk o tər bostani? Aldımı badi-xəzan, eylədimi əfsürdə Baği-hüsnündə gülü sünbülü həm reyhani? Varmı yadında gədalər kimi boynu burulu Qabağında sənə əcz eylər idim pünhani? Həsrətində ləbinin əşk əvəzi didəmdən Qətrə-qətrə saçılırdı cigərimin qani. Arizu eylər idim hər çi təkəllüm edəsən, Ta edim canımı şirin ləbin[in] qurbani. İndi, səd şükr, o gül bərginə bənzər dodağın Olub əfsürdə, solub rəngi, qaçıbdır qani. Şükrililləh ki, mənim surətə düşdün axır, Yetdi tez başə o naz eylədiyin dövrani. O gözəllik ki, həmişə ona fəxr eylər idin, Al ələ ayinə, bax gör o gözəllik hani? Bəsdi, Bixud ki, camal əhlinə adətdir bu, Bivəfa olmasa, olmaz işinin samani. * * * Cövr ilə tökdü qanımı, fəryad, gözlərin Cövr ilə tökdü qanımı, fəryad, gözlərin, Öldürdü aqibət məni cəllad gözlərin. Hər yanda bir ümid evi tikdimsə səbrdən, Yıxdı, dağıtdı, eylədi bərbad gözlərin. Min can alır baxanda bir oğrun nigah ilə, Kimdən alıb bu dərsi o ustad gözlərin. Qalmaz Xitadə, Çində ahu, edər şikar, Bir guşə ilə baxsa o səyyad gözlərin. Etməz əsər səna dili-biçarə naləsi, Qan içməyə olub dəxi mötad gözlərin. Zülfün kəməndinə dili-miskin əsir olub, Rəhm eləyib nola edə azad gözlərin. Eylə şəhid Bixudi tiri-nigah ilən, Xunrizlikdə ta ki, qoya ad gözlərin. * * * Çəkmə, ey dust, məni məscidi-viranə sarı Çəkmə, ey dust, məni məscidi-viranə san, Genə çəksən də məni, çək barı meyxanə sarı, Ələ əbnayi-zəman səngi-məlamət götürüb, Gör nə şövq ilə baxırlar məni-divanə san! Vaizin pəndi ki, hərgiz mənə təsir etməz, Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı. Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun, Min kitab oxuna, baxmaz dəxi Quranə san. Səbhə göstərmə mənə, zahid, əmaməndən utan, Mürği-zirək ki, görə dami, dönər danə sarı? Mən ki divaneyi-eşqəm, mənə çox söylməyin, "Hu" deyib, baş qoyaram kuhü biyabanə sarı. Eşq ara bülbüli-pabəstə idi Bixudi-zar, Bağban açdı pərin, atdı gülüstanə sarı. * * * Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə, Təqafül etmə, baxar kəc bu ruzigar sənə. Könül, vüsalına xürsəndsən bu gün yarın, Fəğan o gündən ola ayrılıq düçar sənə. Gedə əlindən o məhparə, ayrıla səndən, Verə zəmanə yenə dərdi-bişümar sənə. Fələk, məramım ilə gərçi varsa dövranın, Nə sud, yoxdu səbatın, nə etibar sənə. Könül, o mahruxun zülfün eyləmə məskən, Məhaldır o pərişan ara qərar sənə. Edib o şux səni məst bir nigah ilə, Saqın, bu nəşə verir aqibət xumar sənə. Fəraq dərdi ilə vəslində xövfi-hicran var, Düş öl qurtar dəxi, Bixud, budur mədar sənə. * * * Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz, Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz. Cahanı dust tutduqca edər düşmənçilik peyda, Bu düşmən kamdən, ey nəfs, hasil hiç kam olmaz. Cahan məmurəsində künci-üzlət ixtiyar eylə, Qənaət əhlinə, ey dil, belə rahət məqam olmaz. Ayaqdan düşməmiş səy eylə əldən vermə mey camin, Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz. Nə təşviş eyləyirsən cam əlində ruzi-məhşərdən, Əgər piri-muğan vermişsə, qorxma, heç həram olmaz. Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm, Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz. Bürünmə xirqeyi-salusə, Bixud, tənədən qorxub, Bu, meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz. * * * Şəmaxi şəhri yeksər oldu viran Şəmaxi şəhri yeksər oldu viran, Edər hər guşədə bayquşlar əfqan. Buxurati-zəmin etdi tənəvvüc, Şikaf etdikdə yerlər tapdı nöqsan. Görən ol halı eylərdi təsəvvür, Qiyamət qopdu, dünya oldu payan. Düşüb ənvayi-məxluq iztirabə, Təmamən xəlq olub “van-nəfs”guyan. “Tərənnasə sukarən” ayəsinə Nəticə oldu ol saət nümayan. Münəccim ki, sölərdi ərzi-sakin, Xilafinə yetib ol gündə bürhan. Xəyal eylərdi ol halı görən kəs- Ki, bu tariki-mərkəz oldu pərran. Təzəlzül düşdü şəhrə, uçdu evlər, Nə məscid qaldı, nə bazarü dükkan. O eyvanlar ki, baş çəkmişdi çərxə, Dağıldı, oldu torpaq ilə yeksan. O əsnadə qəribi-yüz nəfər kəs, Qalıb daş içrə, cümlə oldu bican. Dağıldı Bixudin qəsri, otaği, Yetiş fəryadinə ya Həyyü Sübhan! * * * Təngə gəldim, saqiya, bu məscidi-viranədən Təngə gəldim, saqiya, bu məscidi-viranədən, Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən. Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq, Olmuşam indi xəcil bu tutduğum əfsanədən. Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan, İmdi oldu aşikara sən verən peymanədən. Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm, Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən. Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir, Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən. Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl Söhbəti-əğyari, qəti-ülfət et biganədən. Mən ki namü nəngdən keçdim yolunda saqinin, Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən? * * * Zahid ki, məscid içrə öziçün məkan tutub Zahid ki, məscid içrə öziçün məkan tutub, Bayquşdu kim, xərabə ara aşiyan tutub. Nadanlığın görün ki, könüldə o bişüur Yüz min qüsur ilə yenə qəsri-cinan tutub. Kövsərsə mətləbin, olasan kur, zahida, Görmürsən əldə saqi meyi-ərğəvan tutub?! Naməhrəm olduğiçün özün novərusi-mey Səndən çəkib kənara, cəmalın nihan tutub. Yox badədə nəsibinü kövsərdə qismətin, Bədbəxtlik basıb səni, zahid, ziyan tutub. Fitva verir ki, sağəri-səhbanı sındırın, Ey rindlər, görün, bu xətəkarı qan tutub. Bixud, yəqin kəlamını dərk eyləməz avam, Saxla nihan ki, aləmi zənnü güman tutub. * * * Kitabxana.az · https://kitabxana.az/collections/aga-haci-molla-tagizade-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1892). Public domain (author died 1892). Original text only.