Şeirlər Ağa Məsih Şirvani (?–1766) Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla, Üşşaqa təmaşayi-cəmalın fərəhəfza, Mənidə rümuzi-dəhənin elmi müəmma, Sən kimi tapılmaz büti-zibə sənəm əsla, Hər zib sənə sünü-xuda belə mühəyya, Daxi nə bəzənmək Məşatə nə lazım sənə, ey afəti-dövran, Kim ayinəni eyləyə sən hüsnünə heyran, Nazik üzünə qazə nigah etsə düşər qan, Qoysun gözünə sürməsini əhli-Sifahan, Çeşmi-siyahın kim alar hər işvədə yüz can Daxi nə bəzənmək Bəzm içrə yüzündən götürən dəmdə niqabın, Qanını ləbin şüşəyə tutdu mu nabın, Başına hava gəldi qədəhlərdə hübabın, Bitab düşüb saqi nə mümkün verə tabın, Yıxdın evini mən kimi yüz xanəxərabın Daxi nə bəzənmək Basanda qədəm naz ilə seyr etməyə bağa, Ruyin gülü səhraya qovub lalənı dağa, Gər bərgi-hinna düşsə əcəb yox əl-ayağa, Şayəstə deyil ağ vərəq al yanağa, Gündüz günə bənzər gecə mehtab çırağa Daxi nə bəzənmək Ey qaməti sərv ləbi qönçə ruxi lalə, Göz mərdəməyi məhv üzündə xətü xalə, Zülfi-siyahın mah üzün dövrinə halə, Peyvəstə qaşın tə'nə vurar göydə hilalə, Kim görsə, deyir səlli-əla belə cəmalə Daxi nə bəzənmək Nöqtəndə Məsiha dilər asari-məqalat, Ol Xızr kimi ab dəlilə rahi-zülmat, Səndən aparır feyzi-bədən mürdeyi-mirat, Heyhat bu növ ilə nəzirin ola heyhat, Mehtab kimi aləmə məqbulluğun isbat, Daxi nə bəzənmək * * * Tərcibənd: Ey tərfə nigari mah-ruxsar Ey tərfə nigari, mah-ruxsar, Ey hur-ləqa, fəriştəkirdar, Bu hüsnilə olmuşkən izhar, Oldun mən dilşikəstəyə yar, Bilmən necə hiylə qıldı əğyar, Sonra səni məndən etdi bizar, Bəs indi sözüm budur ki təkrar, Bir ad ilə et məni günahkar, Xalq eyləsə tə'nə, eyləmə ar, Qanımı halal qıldım, ey yar, Al dəstinə tiğ, durma zinhar, Öldür məni, olsun əllərin var Ey hüsnü cəmali mahpara, Əhvalıma qılmasan nəzarə, Yar oldu rəqib, sən nigarə, Oldun mənə yağı vara-vara, Salsan məni ah pürşərarə, Yox bəndə rizadan özgə çarə, Rəhm etsən əgər mən əfkarə, Salmaz məni bu ruzigarə, Xəlvət üzünü çəkib kənarə, Bir könlünə eylə istixarə, Təqsirimi söylə aşikarə, Öldür məni, olsun əllərin var Ey rəngi-üzarı şölə-nur, Qılmana misal nisbəti hur, Bir şux ki oldu hüsnə məğrur, Çox olmaz anın ədası mənzur, Gəl sən dəxi qılma fitnə vü şur, Etmə özünü bu tora məşhur, Ta vəsldən eylədin məni dur, Ancaq ki budur dilimdə məzkur, Əftadeyi-eşqə eyləmə zor, Qoyma məni dərd evində rəncur, Xublərdə əgər bu isə dəstur, Öldür məni, olsun əllərin var Ey şah, qapında bir gədayəm, Yad etmə məni ki aşinayəm, Küyündə əgərçə xakpayəm, Bil qədrimi eyni-kimyayəm, Əfsürdeyi-dərdi-bidəvayəm, Sərgəştəyi-vadi-bəlayəm, Hər çənd ki eşqə mübtəlayəm, Əhvali-şikəstə binəvayəm, Sirrini desəm üzü qarayam, Başilə ayağına fədayəm, Bu məsləhətə ki mən razıyam, Öldür məni, olsun əllərin var Ey qətlimə eyləyən iradət, Məqsudunə yetkən səlamət, Açılsa əgər bu bab rəhmət, Kim hasil olur mənə bəşarət, Qalmaz mən namurad, rahət, Daxi haçan eylərəm şikayət, Səndən bunu istərəm nəhayət, İqrarına olma bidiyanət, Can məndə səninkidir əmanət, Al sonra ki çəkməyəm xəcalət, Düşməz ələ daxi belə fürsət, Öldür məni, olsun əllərin var Ey gül, desələr Məsihə qafil, Bir ürək ki nigarə oldu mail, Təhqiq ilə kim dolansa yüz il, Səndən dəxi qeyrə verməzəm dil, Ərzim bu ki eyləmə təğafül, Bir qövrə yetiş günahımı bil, Cəm et neçə əhli-hal, aqil, Onlardan həqiqət ilə hasil, Kim şərə həmin budur müqabil, Mən həm olurum bu əmrə qayil, Gördün neçə şahid oldu adil, Öldür məni, olsun əllərin var * * * Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldür Könül ixlas tutmaq bivəfa cananə müşküldür, Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür Yaman gün düşmənindir, yaxşı gündə yar həmdərdin, Yemək namərdlə nani-nəmək mərdanə müşküldür Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın, Hisaru sədd çəkmək bəhri-bipayanə müşküldür Nidim bərbad olur, yoxdur dağılmış könlümün yarı, Ki şahı olmayan mülkün qala viranə müşküldür Yanarsan eşq oduna şəm tək, rövşən deyil sirrin, Məsiha, qeyrilə xasiyyəti-pərvanə müşküldür * * * Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərək İki aləmdə gözəl bəhsin qılan hala gərək, Hər xərabat-muğanat içrə biparva gərək, Arif sahibnəzər gəzmiş ola dünya gərək, Nazəninlər bəzmini seyr eyləmiş bina gərək, İntixab içrə bu nisbət şux bihəmta gərək Ola şək olmıya zati-əbu cəddinə, Deməyə bir kimsə hərfi-namünasib rədinə, Yetmiş on dörd gecəlik ay tək büluğ həddinə, Çun şəbi-yəlda qara saçı bərabər qədinə, Həm mübarək başı misli qübbeyi-minə gərək Yüzü gird ü bərgi-gül təki yanağı al ü tər, Burnu zənbəq qönçəsi manənd, küçük ətirvər, Həm zənəxdanları çahi-Yusif əhli-nəzər, Ləbləri həmvar nazik ləl ü dürdən bəhrəvər, Ağzı eyni-pisteyi-xəndan kimi guya gərək Dişləri incuyi-qəltan, bəlkə dürri-bimisal, Gah-gah etsə təkəllüm tökülə şəhdi-zülal, Dili şirin sözü şəkər səvti yekraq xoşməqal, Eyləyən dəmdə təkəllümlər qıla tutini lal, Ləhcəyi-güftarəsində əndəlib asa gərək Qırmızısı qırmızı, qarası qara, ağı ağ, Həm zəqən tərkibli pakizə məşrəb, xoş buxaq, Gərdəni əndək uzun yəni çəkənlərdən iraq, Mütəsil bir köynək ət, nə çox arıq nə xeyli çağ, Alçaq olmaq pək deyil, qədri boyu bala gərək Həlqeyi-çeşmi müdəvvər, ucları əndək dəraz, Almış ola hər qiyə baxmaqda min təlim ü naz, Səfheyi-ruxsarəsində xali-hindu hiləbaz, Xoş həya, ismət nişan ü müdrik ü fəhmidə-raz, Aqil ü agah ü hal ü hər işi əla gərək Alnı altından sərəndazi urə bu növ bərq, Etməyə sübhün tülu'undan anı bir kimsə fərq, Əhli-dil mürği-səhər tək eyləyə gördükdə zərq, Sünbüli-sevdayi-zülfi bəhri-sevdasinə qərq, Misli zəncir cünunluqda ola rüsva gərək Nəstərən gül tək qulağı rövnəqi-fəsli-bahar, Misli-şəbnəm tər yanağında çu dürri-şahvar, Çatma qaşı yaya nisbət qəsdi-can etmək mədar, Qəmzələr xunriz qatil, nawək peykan süvar, Sürməli göz məst saqi tək qədəh peyma gərək Sinəsi gən, təxteyi-qaqum kimi nərm ü səfid, Nan şəkər kimi pistan tuşə rahi-ümid, Sərvqəd, şümşad qol, bel incə, qurşaq napədid, Əl yədi-beyza və barmaqlar hilali-nov-rəsid, Hər olan dırnaqları əncüm sifət bir ca gərək Həm şikəm pəri-quy balış, düymə tək üstündə naf, Bədnəzər gözünə nisbət olunmuş ilə saf, Bitdi iş nazik yerə yoxdur təriqi-ixtilaf, Adı gizli iki badam müqəşşər bixilaf, Bir qızıl gül qönçəsi tək ardə peyda gərək Qalçası bişək sütuni-xeyməyi-dilbər məqam, Üsxuvanı ət içində xurd pünhan bittamam, Həm ayaqları miyanə hasil əqdamında kam, Söylədin varın, Məsiha, müxtəsər ilə kəlam, Tapmayan bu tövr göyçək etməyə də'va gərək * * * Qəzəl: Köksümdə könül işrəti peykanın üçündür Köksümdə könül işrəti peykanın üçündür, Cismimdə bu can ülfəti qurbanın üçündür Şirin hərəkat ilə çıxıb cilvə qılmıncə, Hey hey nə gözlər gözü heyranın üçündür Yarpaq kimi gər olmuş isəm yollərə yeksan, Qurbanın ölüm tutmağa damanın üçündür Mən' eyləmə pərvanə kimi başına dönsəm, Binalığım təl'əti-rəxşanın üçündür Boynumda qolum minnəti kim qamətim əydi, Peyvəstə dutub qarşu sənaxanın üçündür Təşrifi-həyati-əbədi hər kimə yetməz, Bu xil'ət ana yetdi ki fərmanın üçündür Kimdir diləməz mərhəmi-lütfün ki Məsihi, Çərx üzrə dəxi xəstə o dərmanın üçündür * * * Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanın Eşitdin etdiyini Şahsevən Əhməd xanın, Xahişi-zülmünü ol zalimi-biimanın, Yoxmuş zərrəcə şanında mürüvvət anın, Qıldığı aləmə cövr ü sitəmin dünyanın, Nə qədər olsa olur baisi-naheq qanın Qanda idi ona ol dəmdə belə rütbeyi-xub, Rüşdilər verdi, bəsi eylədi Nadir mənsub, Döndü ondan, yazıb ətrafə xiyanət məktub, Qıldı iqbal bədi ləşkər sayı məğlub, Qaçdı dağın Qumuqun, bəkləndi Dağıstanın Anda həm durmadı ol başı qara nəkbəti-şum, Oldu əndişeyi-naheqlər ilə azim Rum, Qıldı Xunkara bilavasitə ərzin məlum, Bəxşişi-bihəd anın ismünə oldu mərsum, Şahdan açıldı qapusı kərəm ü ehsanın Və dəxi Malini Xunkarın alıb etdi firar, Bilmədi qədri-nəmək, tutmadı ol pərdə qərar, Təzədən qıldı yenə sövi Dağıstanə güzar, Verdi yağmaya olan malını, oldu nə ki var, Özünün bəxti-güdazinə salıb talanın Qıldı Sərxayın evin sövmə misli dərviş, Ta ki dövran-i fələkdən neçə vaqe ola iş, Haqq gətirdi nəzərə olmaq Nadir şahı piş, Kim cülus eylədi Adil şah olub xeyr əndiş, Mülk ü təxtini təsərrüf qılıbın İranın Sərxay oğluna töküb xəlvəti yüz tərhi-xəyal, Yetirəm Şaha özüm, ver mənə bir vaxt məcal, Bu hökumət mənə mənsub olur əvvəlki misal, Alaram bəyliyi Şirvan ilə bihəd sənə mal, Bəlkə sərkarlığın külli Azərbaycanın Ki Qumuqdan enib öz məqsədinə getdi rəvan, Oldu illər yığıb sakin ölkeyi-Muğan, Qıldı Sərdara hər ənva ilə yüz qulluq əyan, Eylədi hasil özün hakimi-mülki-Şirvan, Oldu ixlas ilə Bəylər bəyi Əmir Aslanın Çıxdı avazə ki Təbrizə gəlir Adil şah, Əmir Aslana buyurmuşdur əfvaci-sipah, Aqsu qalasını tərk edib ol ruyi-siyah, Ki Muğana keçib oldu qamu işdən agah, Yazdı Adil şaha: əmr et nə isə fərmanın İbrahim şah, Əmir Aslan gətirib ikisi zor, Dəstgir eyləyibin etdilər Adil şahı kor, Aldılar əldə olan mal ü bisatın məqdur, Oldu mərcu bu iki sinəyə həm əsbabi-umur, Görəlim daxi nə dərkərdişi bu dövranın Bir tərəfdən bu olub yağı Əmir Aslana, Verdi ol ölkələri çapqına və talana, Tab qılmadı döyüş, mənzili Saruxana, Qırılıb sındı və qaçdı Talış və Gilana, Girdi Cəngəldə kəsib yollarını hər yanın İbrahim şah ki öldürdü Əmir Aslanı, Qıldı tabe özünə məmləkəti-İranı, Tapdı fürsət bu varıb, eylədi pabus anı, Ona həm rahi-xiyanət tapubın pünhanı, Qaçdı eldən elə keçdi qolunu Salyanın Şirvanın tirağınə gəldi o xain bir çaq, Var idi xəlqin arasında küdurətlə nifaq, Cümləsi olmuş idi bir-birinin üzünə aq, Yeri xali görübən bəkləndi koh ü yeylaq, Bir başı basdı elin çöllərini Şirvanın Hacı xan eylədi hər çənd fəğan və fəryad, Mayeyi-fitnədir kim bu haramzadə fəsad, Rəf'i lazımdır ola olmadan aşub ziyad, Əkrəmüz-zeyf hədisini qılıb bəzisi yad, Dedilər hər nə isə hörməti var mehmanın Qıldı Sərkar Səfər Əli bəy ülfətlər ona, O ki var lazımə səy ilə xidmətlər ona, Yemək-içməyi verməkdə məhəbbətlər ona, Onların qəsdinə tapıldı xiyanətlər ona, Ki uzatdı olara tə'nə dilin ölkənin Qıldı bir qədər süluk, oldu aradə var-gəl, Olmadı ol ayaqda qoyan əl üstünə əl, Zahirən azmış idi ol qanı dolmuşda əməl, Deyilür aləmara, tərfə məsəldir bu məsəl, Yaxşılıq başı götürməz bu yaman insanın Bir olub Şahsevən Əhməd xan hər baisi-şər, Salyan və Bakı, Muğan, külli Qumuqnu yeksər, Qalanın üst yanın bağladı Qasım sənkər, Ona asanlıq ilə şəhr mütii olmasa gər, Qırar xalqın dağıdıb varını xanimanın Hər ikisi ucda urub qalaya xəlvət çapavul, Hacı xan ilə çıxır bir neçə bəyzadə və qul, Ki olur hasili mərdanə döyüşlər sağ-sol, Yetişir qətlə, başarmaz qayıdır xar və məlul, Bu gün olmadı, deyir, fikrin edək fərdanın Bu imiş məqsədi: hər iş ona dilxah olsun, Badkubə, Qubba, Qumuq, İlisu, ona agah olsun, Ki bu Şirvan yıxılıb hər dəm və dəstgah olsun, Xalqı ram eyləyibin cıqqa vurub şah olsun, Sonra qəsdinə dura ol İbrahim Mirzanın Şirvanın xalqına bunlar əsər etdi qayət, Xan və Divan bəyi, Sultan, Vəkil etdi qeyrət, Yazdılar namələr ətrafə gələ hər millət, Nə bizə ki yetişir cümləmizə bu xiffət, Dəfini olmaq edər belə qəm ü tuğyanın Gəldi Hacı Çələbi xan, Cavanşir dəxi zud, Ərəş, Ağdaş, Qubba, Xançobanı, Sədazud, Lahıc, Hövz, Qasalı, bölükat an çəkə bud, Daxili qala yanında olan illər mövcud, Şeyx Məziddən aşağı basdı üzün səhranın Rəcəbin on doqquzu şənbə günü oldu pəriş, Ki bular sənkərin ətrafın alıb ta görə iş, Gəldi Əhməd aşağa qoşunu ilə pəs ü piş, Zahirən kim o pəlidin əcəli yetmiş imiş, Vurdu yol, gəldi qılıncına Şahi-mərdanın Qalanın gündoğanında qurulub meydanlar, Müjdeyi-cəngə nisar oldu olacaq canlar, Laləzar eylədi Aqsu çölünü al qanlar, Kimidən nifrət edir kimə dönür dövranlar, Bəxti nadidə qalur bəzi dili viranın Öydü kim özünü bibak misali-Rüstəm, Yeddi səkkiz top edib yerbəyer açdırdı ələm, Badkubə qoşunu Mirzə Məhəmməd xan həm, Pişi-cəng eylədi Məhəmməd Rza xanı ol dəm, Dəstəsi birlə alıb durdu o kənin meydanın Durdu üç topla bərabərdə sipahi-Şirvan, Qarşıda zənbürək və top, ələm feyz nişan, Biri Hacı Çələbi Həmzeyi-dövran-cahan, Biri Naib Pənah xan və biri Məhəmməd Əli xan, Birisi daxi Hacı xan, əzimüşşanın Buyuran tək Hacı xan çərxəçilər etdi savaş, Dəstəyi Xançobani ol cəng etdi təlaş, Ki Məhəmməd Rza xan gəldi basıb bağrına daş, Və biri Ağa Rza bəy, Ağa Kişi eylədi baş, Gəldi Əhməd xan və yazıq, dedi qardaş canın Yer-be-yer eylədilər Ağa Rza üstə hücum, Oldu aradə kilər toz arasında məʼdum, Fil sərxoş kimi hər yana dolayıb xortum, Tökdülər nizə qılınc hər tərəfindən məlum, Necə başına döyər dəmirçi ol sindanın Bir yanından dəpərdib Əbdürrəhman Sultan at, Bəlkə Sərkar Murad xan bəy və bəzi güzat, Dəstə Xançobani müttəfiq etdi hərəkat, Ki biyaq eylədi şinləmək bu ki Haqq verdi nicat, Yarə Əhməd xan alıb döndü cəlavi anın Çünki Qurban bəy və Bəybaşı ilə çənd nəfər, Aldı sənkər önünü saxlamaq üçün bisər, Daxi Cəfər bəy və Zahid bəy və pansadbaşılar, Hər biri mə'rəkədə yüz bilə meydanlara ər, Özgədir cür'əti illa o Məlik Ağanın Topçubaşı Əli bəy tizrev və tund süvar, Ba Məhəmməd Rza bəy, mir axurbaşı ki var, Həm Hüseyn Əli bəy və kamil cəng ilə mədar, Ki bular düşmənini gah yolar şahin var, Yarıb bağrını qanın axıdar ə'danın Daxi Hacı Çələbi oğlu həm Ağa Kişi bəy, Xalqıda ordusuda bir-birindən yekrək, Ara qarışdığı dəm çərxəçi yetdi kömək, Ki nə mümkündür onun döyüşünü dildə demək, Yoxdurur nami-xuda tayı o bihəmtanın Tanrı Verdi bəy və Yaqub bəylə etdi ittifaq, Qoymadılar olara tuş gələn düşməni sağ, Möhtəsib Talib Ağa çərxəçi qarışdığı çağ, Atı oynadığı çağ özünü qurtardı biyaq, Sağ çıxmağı anın lütfü idi Mövlanın Əli Sultan Məlikzadə ölkeyi-Ərəş, Gün doğandan bir yerdi, deyəsən, şəhrə günəş, Cəm Ağdaş salıb vur-ha-vur kəş-ha-kəş, Xaçmaz və Büm qılıb düşməni qərqi-atəş, Dud tutdu üzünü mehri-cahanaranın Neçə Dərbənd ikidi adları ismi Şamxal, Şah pabusuna getmək idi təmhidi-xəyal, Afərin onlara, Şahın çörəyi ola halal, Bir tərəfdən həm onlar vermədi ə'daya məcal, Çaşdırıb səhm və sədasından oxu peykanın Hacı xan taleinə lütfullah ola mədəd, Bağladı aləmara yəni İskəndər kimi sədd, Dəpərən tək eylədi kəlləsini topun rəd, Şahsevən sındı və üz qaçmağa tutdu bihəd, Kəsdi sənkər yolunu, bəndi Anam oğlanın Vari əskər yeridi bayraq açıb rəngarəng, Düşmənə ruzi-təəddi eylədi ərsəni təng, Vardı namərd qaçaq, mərd qılıb qeyrət və nəng, Badkubə qoşunu Xanı ilə haləti-cəng, Düzmədi kəlləsinə Səfər Əli Sultanın Mənzili-hərbdə Əhməd xan alıb üç yarə, Özü vurulub bəni düşdü qoşun avarə, Aparan meyitini gördü ki yoxdur çarə, Buraxıb bir dərəyə rast gəlib bunlara, Kəsdilər qarəcə başın o həsud ə'danın Şahsevən verdi nəhiq ata ki çıxsın tələdən, Bəlkə başın alıvın qurtula bu məşğələdən, Qıla pünhan əsirdən daxi yükdən şələdən, Arxadan endi qoşun, saxladı mal ü kələdən, Aldı qarşısını qaytardı elin obanın Qapıçı Əhməd bəy eylədi bir tərəfə ada, Aldı Məhəmməd Rza xanın olan əsbabını ta, Yetdi Əyvəz bəyə ol cəngdə bir özgə hava, Ki bunlar yenə yetişdi qamu nami-xuda, Olacaq yaveri Kazım bəy və biparvanın Mərkə ta dəpişürdü kəsr sidqilə namərdi yola, Bu məsəldir boşalar bəli ki hər kasə dola, Gedə baş ölkələrə həm cəsəd atıla kola, Belə olmaqdan o kafir necə həzz etdi ola, Ki onun həşri ilə həşri qoya tərsanın Taleyi-şumdur anın ki belə işləri var, Şəhr Dərbənddə çıxmaq yeddi yüz göz izhar, Qətl ölkeyi-Muğan, cəsrdə həm kəllə minar, Aqsu Allah dadı təhlükə Sam nigar, Saruxan eyləyə fərqin o qədər nöqsanın Ağzı çaxırlı həmişə özü məst ü məxmur, Mail bidət işi aləmara fisq ü fücur, İsmət rahi-ədəb şərm ü həyadan daxi dur, Eyni mader bixəta nütfeyi-haram və mənfur, Oğlu necə olur belə ata ananın Ki bu çox fəthdir bilsün aqil bunu kim, Şahsevən birlə Muğan on iki bəy, il ü həşəm, Ləşkəri pil tənan səhmdən eylərdi dəjəm, Kimi qərq oldu Kürə kimisi də çaylara həm, Kimi azuqə olub nəhəngənə dəryanın Bu imiş məqsədi alsun ələ Dağıstanı, Qolunun zərbi ilə tabe edə Şirvanı, Özü səhrada gərə zəbt qıla ölkəni, Fəsli-xırmanda belə tab edə buğdanı, Qalmadı hörməti bir arpaca bu Boğdanın Ol igidlər ki qamu tiğzən və sahib şəst, Qoydu əl dəstə şəmşiri ilə dəst-bədəst, Necə kim Əhməd xanın eylədilər adın pəst, Ki bular verdilər ol Rüstəmi-dövranə şikəst, Acizəm etməyə tə'rifini bu dastanın Ey Məsih, eylədi Haqq mərhəmət ilə nəzər, Ki bu xeyriyyət ilə xar və zəlil oldu əşər, Kimə isə belə dövlət olacaq idi məgər, Dəm və saət gecə-gündüz daxi hər şam-səhər, Necə şükr etməyəlim qüdrətinə yəzdanın * * * Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır, Qərinə özgədir, onlar keçən dövranda qalmışdır, Nəməkdə qədr qiymət, nə kəramət nanda qalmışdır, Nə asari-şəfa bimar üçün dərmanda qalmışdır, Bəla çəkməklikə nə tab ü taqət canda qalmışdır Həvalı kimsələr bəhri-haramə misli yelkəndir, Nə yan olsa çəkər məllah nəfsin, kəştisi təndir, Dolanur dövri-zülmə, sahili-insafdan gəndir, Nə fərq edən halalı dari-dünyada müəyyəndir, Nə xofi-axirət xalq içrə bir insanda qalmışdır Dutan məlum yox şər'i-Rəsulu əmri-ilahi, Rəiyyətlər qılurlar dəstgah beş gündə bir şahi, Cəlidir şivəyi-ləfzi bu rəmzin yoxdur agahi, Sədaq oxu kimi təbilər dutmuş nəzərgahi, Olar kim doğrudur əyri qılınc tək yanda qalmışdır Olubdur qəlbi xain, Haqq bilür, bir saf tinət yox, Düşəndə satmayan dinarə dinin hiç millət yox, İnas əhlində bir zərrə hicabi-şərm ü ismət yox, Zükur əqsamının təbində əsla əhd ü beyət yox, Nə tövr adəmiyyət yolda, nə ərkanda qalmışdır Məsiha, kəs təəllüq bu cahandan kim xəsarət var, Nə təsiri-dua zahir ərənlərdə nə himmət var, Nə alimlərdə şəriət nə xanlarda ədalət var, Nə bir doğru sözü xalqın nə bir kəsdə diyanət var, Həqiqət aşinada, nə vəfa yaranda qalmışdır * * * Tövbənamə Sənə zahirdir, ey Hayy, xəbirü dana, Olsa hər mazi və müstəqbil və məxfi peyda, Qul şahından eyləyən cürmü yaşırmaq nə rəva, Əfv qıl, eyləmişəm çox qələt və səhvü xəta, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Qoymaz öz halıma şeytan, qəvi nəfsi-şum, Ki dutam zümreyi-təqvidə ibadətə nəzum, Feli-bəd birlə təmam etdiyim işlər məlum, Mən biçarəni etmə kərəmindən məhrum, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Olmuşam mail həm söhbət ü bəzmi-badə, Daima həmnəfəsim mütrib ü saz ü sadə, Axirət layiqi iş tutmamışam dünyada, Bu iki misrəi rəhmət söyləyin ustadə, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Vay, torpaq mənim başıma, küllər gözümə, Bilirəm mən nə cəfa eyləmişəm öz-özümə, Köksümə həsrət ilə dögərəm gah dizimə, Var ümidim açasan tövbə qapısın üzümə, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Vay ol gündə yaxamdan ki dutə dəsti-əcəl, Ola nazil məlikülmövtü bə təqdiri-əzəl, Qəbzi-ruh eyləyə şiddət ilə varıb çəkə əl, Xəcilim etməməkdən sənə şayistə əməl, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Can gedə, düşə cəsəd, həm qala az u çox mal, Çəkə varis hərə bir yanə, qala məndə vəbal, Qoyalar qəbrdə, Münkər və Nəkir edə sual, Fayda verməz və əlqissə peşimanlıq ol hal, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Gəzmişəm şam-səhər cəhl-xiyanət bilə mən, Etmişəm sərf təmam ömrü bu halət bilə mən, Durub əkl eyləməmişəm şivəyi-taət bilə mən, Necə varım sənə bu nəhv xəcalət bilə mən, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Suri ol dəmdə ki əmrinlə çala İsrafil, Dağılan ruh edə hər biri öz əzasına meyl, Kim gürühi dutə hər kəs bilə bir tövr sibil, Bir hidayət mən zarə o zaman eylə dəlil, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Fövc-fövc onda gedər Şama ki əhli-ərsat, Cümlə boynunda kəfən gələ də göz məxluqat, İstidən cuşda bin olmaz ayaqda hərəkat, Dilərəm əcz ilə səndən mədəd ol vəqtə nicat, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Sən olub qazi, şəfaətçi Nəbiyyi-Mədəni, Pay mizanda hazır ola əla və dəni, Baxıbın nameyi-əmalə xəfif etmə məni, Üzrməndəm, bilirəm, məlcəyi-ümid səni, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Ola divan bölünə cümlə günahilə səvab, Sorula hər nə sirat üzrə olan şeyx və şəbab, Keçə mömin, qala asi, qıla Malik əzab, Edə bilmən ələmi-dozaxə bu vəchilə tab, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə Tutma mənzur əgər tutmuş isəm kari-zişt, Ənbiya həşri ilə həşrimi eylə ağüşt, Cənnətilər ki həman fəsl olur azimi-kişt, Məsihə mərhəmətin ilə nəsib eylə behişt, Tövbə, yarəb, xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə * * * Kitabxana.az · https://kitabxana.az/collections/aga-mesih-sirvani-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1766). Public domain (author died 1766). Original text only.