Əsərlər Ağababa Zühuri (1848–1910) Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz, Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz. Muradım can fəda qılmaqdı yetcək vəsli-cananə, Əgər hasil ola, eşq aləmində böylə kam olmaz. Səfayi-vəslə yetdin, eyləyib çox səylər, ey dil, Bəyan et birbəbir hicran qəmin, böylə məqam olmaz. Vüsali-yarə yetdin, bir əyağ tut, badə qıl hazir, Dur, ey saqi, başınçun böylə dəm hərgiz müdam olmaz. Bu bəzmi-vəsl cənnət, saqisi qılmani-tubaqəd, Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz. Gözün mən etməyə mülki-ruxindən ləşkəri-xətti Edib müjganların səf-səf ki, dəva binizam olmaz. Gədalıq rəsmini tut kim, dəri-cananə yetməkçün, Zühuri, nəng qılma, aşiq üçün nəngü nam olmaz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agababa-zuhuri-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1910). Public domain (author died 1910). Original text only.