Şeirlər Ağabəyim ağa (1782–1832) "Vətən bağı" al-əlvandır "Vətən bağı" al-əlvandır, Yox içində xarı bülbül. Bu nə əzablı dövrandır, Köksün altı, sarı bülbül?! Səhərin gülşən çağında, Nə gəzirsən bağı, bülbül?! Oxudun, ağlım apardın, Oldun mənə yağı, bülbül! Bülbül, sən nala çəkərsən, Göz yaşın gilə tökərsən, On bir ay cəfa çəkərsən, Bir ayı da zarı, bülbül! Bülbül, geyibsən al yaşıl, Qolların boynumdan aşır. Ağlamaq mənə yaraşır, Qoy ağlayım, barı, bülbül! Bülbül səni kim uçurtdu, Kim daldan dala qaçırtdı, Kim sənə badə içirtdi, Kimlər oldu sarı, bülbül?! * * * Bayatılar Mən aşiqəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ. * * * Əfsus ki, yarım gecə gəldi, gecə getdi Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmirəm ömrüm necə gəldi, necə getdi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agabeyim-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1832). Public domain (author died 1832). Original text only.