Şeirlər Ağadadaş Müniri (1863–1940) Əslimiz Əslimiz olmuş əhli-Hövsandan, Gəmi zəhmətkeşi olubdur atam. Alıb illik maaş üç donluq, Güzəran etmişik onunla müdam. Qərqi-Bəhri-Xəzər olub atamız, İxtisarən məni oxutdu anam. Yeddi illik yetim onbeşətək Eylədim sevdiyim ülumi tamam. Anam oldu məhəlləyə dərzi, Özüm oldum cocuqlara rəssam. * * * Qələmim Qələmim seyr edib qəzali-qəzəl, Qurmamış bir fəzadə bir sənə dam. Munis oldu mənə əruzü-heca, Yazdığım nəzm olarla tapdı, nizam. Bir işıqlıq göründü tamında Xətm olundu “Müniri” ilə kəlam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agadadas-muniri-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1940). Public domain (author died 1940). Original text only.