Qəzəllər Ağadadaş Sürəyya (1850–1900) Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm, Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm. Meyi-gülfamı gətir, saqi, peya-pey bəzmə, Gər həram olsa da mən anı həlal eyləmişəm. Şəm tək hər gecə əbruyi-kəcin fikri ilə, Əridib cismini, ey mah, hilal eyləmişəm. Zövqi-ləlinlə girib gülşənə bəs ki, ey gül, Eşqdə bülbüli-şuridəni lal eyləmişəm. Ey Sürəyya, düşəni eşqinə ol mahvəşin, Mərifət artinban, kəsbi-kamal eyləmişəm. * * * Can ilən canan, deyillər, can təmənnasındadır Can ilən canan, deyillər, can təmənnasındadır, Baş verrəm, bilsəm ər, canan təmənnasındadır. Əşkriz olmaqlığından anlaşır şəb ta səhər, Nuh tək göz mərdümi tufan təmənnasındadır. Sorsan ər: Sormaqda əsrari-dəhanımdan murad? Aşiqin bir nükteyi-pünhan təmənnasındadır. Bir pərivəş zülfünə meyl eylədi dil tazədən, Yusifi-dil, mən bilən, zindan təmənnasındadır. Nari-hicran dəfinə meyli-mey etdi dil yenə, Qanə dönmüş, qanə-qanə qan təmənnasındadır. Bir riyayi taət ilən zahidi-xudbini gör, Oğlu ölmüş rövzeyi-rizvan təmənnasındadır. Ey Sürəyya, mürği-dil meyli-ləbi-yar eyləmiş, Sanma bica, qönçeyi-xəndan təmənnasmdadır. * * * Etdi dollak yüzün dün xəti-tərdən xali Etdi dollak yüzün dün xəti-tərdən xali, Oldu ayinəyi-dü jəngi-kədərdən xali. Şəmi qəddim, şəbi-hicran başıma yağdırır od, Görəni sinəm evin ahi-səhərdən xali. Sübhdən şamə kimi od vurub odlar məni yar, Olanı naləyi-şəbgir əsərdən xali. Tutcağın xət yüzünü ayinəyi-hiss oldu, Nəzəri-mərhəməti-əhli nəzərdən xali. Xaltək dövri-ləbində məkəs etməz məskən, Olsa təngi-dəhənin abi-şəkərdən xali. Tutsa idin əgər, ey əşk, o sərvin ətəyin, Nəxli-ümmidimiz ofmazdı səmərdən xali. Ey Sürəyya, qovulur it kimi hər bir yerdən, Bu bir əyyamdir, hər icib ola zərdən xali. * * * Feraqı qismət edib çərxi-kəcmdar mənə Feraqı qismət edib çərxi-kəcmdar mənə, Məhaldır ola mümkün vüsali-yar mənə. Behiştə eyləmərəm meyl kuhi-yan qoyub, Cəza günündə əgər qalsa ixtiyar mənə. Xəyali-zülfü rüxünlə gecə sabahə kimin Həramdır yuxu, ey yari-qəmküsar, mənə. Əgər bu halətilən ölsəm asitanında, Qazıb o yari-cəfapişə çün məzar mənə. Yetir özün mənə, ey yari-qəmküsar, ölürəm, Sabaha çıxmağa çün yoxdur etibar mənə. Üzari-yan tutub qoymayıb nəzarə yeri, Yüzü qaralıq edib zülfi-mişkbar mənə, Xəyali-çərxdə bac istərəm Sürəyyadan, Məsihvar əgər olsa bəxt yar mənə. * * * Könül, cahanda qəmi-hicri-yarə səbr eylə Könül, cahanda qəmi-hicri-yarə səbr eylə, Nə qədr vursa sənə yar yarə, səbr eylə. Vüsali-yarə ki, yoxdur yolun, fəğan etmə, Kənardan clə, cy dil, nəzarə, səbr eylə. Mərizi-eşq oluban umma qeyridən dərman, Ölümdən özgə buna yoxdu çara, səbr eylə. Əli ürəkdə, gözü yaşlı gəzmə kuyində, Özünü çək oradan bir kənarə, səbr eylə. Vüsali-yarə, könül, məhrəm istəsən olasan, Cəfayə tab, qəmi-ruzigarə səbr eylə. Şikayət eyləmə çərxi-dəni əlindən heç, Özün edibsən özün bəxtiqarə, səbr eylə. Əgər xət aşiqisən, ey xəmidəqədd, səni, Batırsa nəli-səməndər qübarə, səbr eylə. Bu qədr etmə, Sürəyya, fəğanü naləvü ah, Yetərsən axırı bir gün nigarə, səbr eylə. * * * Qoymadi rahət olum bir dəm dili-şeyda məni Qoymadi rahət olum bir dəm dili-şeyda məni, Eytədi axir fəzayä-eşqdə rüsva məni. Tazədən bir Leylivəş zülfünə bənd etdim könül, Aqibət Məcnuni-dəşt etdi əcəb sevda məni. Qaşlarm tağın qoyub mehrabı tutdum qibləgah, Məsti-layəqəl edib bəs ol gözü şəhla məni. Qətlimi gah qaşın istər qıla, gahi gözlərin, Vadiyi-eşq içrə görmüşlər məgər tənha məni? Ey Sürəyya, atəşin rüxsar ilən gördükdə xalq Yazdılar pərvanədən yanmaqda bipərva məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agadadas-sureyya-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1900). Public domain (author died 1900). Original text only.