Deyişmələr Aşıq Alı (1801–1911) Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (1) Aşıq Əsmər: Kəndini laf edib, “aşığam” demə, Çox sən kimisinə al eylərəm mən. Zülümnən çəkdirrəm mən səni dara, O əlif qəddini dal eylərəm mən. Aşıq Alı: Bəyənmirsən mənim kimi aşığı, Bağlayıb dilini lal eylərəm mən. Səni sallam bir tükənməz odlara, Yandırıb ataşa kül eylərəm mən. Aşıq Əsmər: Mənnən sənə öyüd: can vermə yada, Çəkdiyin əməklər tez gedər bada, On səkkiz şəyirdim - hamı şahzada, Səni də onlara qul eylərəm mən. Aşıq Alı: Yaxşı-yaman hər nə desən qanıram, Eşqin ataşına mən də yanıram. Mən məhək daşıyam, qəlpi tanıram, Səni üç qəpiklik pul eylərəm mən. Aşıq Əsmər: Mən Əsmərəm, nahax gəlməz dilimə, Çarə yoxdu haxdan gələn ölümə, Səni minnəm ulusuma, elimə, Arpa-samanını bol eylərəm mən. Aşıq Alı: Aşıq Alı deyər: təvəkküləm pirimə, Sığınmışam ol Kərrari-Kərimə, Küçükləmiş qancıq kimi hürümə, Axşam-sabah sənə yal eylərəm mən. * * * Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (2) Aşıq Əsmər: Arifi-xoşkəlam, tutiyi-imran, Gəl al məni, mən də sənnən varalım. Kimdi bu dünyanın axırın görən, Gəl al məni, mən də sənnən varalım. Aşıq Alı: Sənəmlər sənəmi, gözəllər xası, Necə deyim, sən də mənnən varalı?! Ayıfdı, aləmə düşməsin səsin, Necə deyim, sən də mənnən varalı?! Aşıq Əsmər: Gövhər gəlib dür mədənin pozubdu, Yaxşını gətirib pisə yozubdu, Bəlkə yazan məni sənə yazıbdı, Gəl al məni, mən də sənnən varalım. Aşıq Alı: Bir xalın bəzirgan, bir xalın hacı, Bir xalın qiymətdə Urum xəracı, O dünya, bu dünya - sən mənə bacı, Necə deyim, sən də mənnən varalı?! Aşıq Əsmər: Əsmərəm, səniynən olaydım sirdaş, Ağlaram, didəmnən gedər qannı yaş, Sən ki, bacı dedin, ol mənə qardaş, Bir-birini axtaralım, soralım. Aşıq Alı: Alı deyir: nə xəyala dolmuşuq, Heyva kimi saralmışıq, solmuşuq, İlqar verib bacı-qardaş olmuşuq, Sən bacımsan, bu ilqarda duralım. * * * Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi Gedər oldum, yar-yoldaşım sağ olsun, Bol olsun çörəyi, aşı dünyanın. Bundan sonra dərdləriniz durulsun, Sürmələnsin gözü, qaşı dünyanın. Ərənlər qoyduğu yolları seçdim, Dolduruban, eşqin badəsin içdim. Bir belə sövdayçın sərimnən keçdim, Ləli-gövhər olsun daşı dünyanın. Bağla bostan olsun çöllər, səhralar, Bal ilə yağ olsun, yeddi dəryalar. Meyvə versin bütün bağlar, ovalar, İstərəm yaz olsun qışı dünyanın. Dərdli Kərəm deyər dünya fanidi, Neçələrin üzü üstə sürüdü. Kimsə bilməz nə zamandan bəridi, Heç hesaba gəlməz yaşı dünyanın. Ustatlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun. Arifi-müəzzəm, ey nuri-eynim, Mənim kimi ömrü bad olan varmı? Qohumdan, qardaşdan, dostdan, aşnadan Xəyalı dolanıb, yad olan varmı? Hər kəs özü mətləbini qanmayan, Dünya cifəsinə səhl sönməyən, Fələk əli dəyib, çərxi dönməyən, Ləzzəti dəhanda dad olan varmı? Dağlar qan ağlayır, düşüb borana, Daha bundan sonra çətin yarana, Göyçə qana batsın, qaldı virana, Daha Ələsgər tək ad olan varmı? Mənim üçün nə ata, var, nə ana, Arif görək bu mətləbi tez qana. Minə qəm atina çıxaq cahana, Görək bu dünyada şad olan varmı? Günbəgündən bağlayıram qəm, vərəm, Könül sakit olub, heç tapmır aram, Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm, Abdulla tək cismi od alan varmı? Ustatlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdin ömrü püç olsun. Açma mətahını naşı tüccara, Qiymətini bilib, xiridar olmaz. Bədöyün qocası olsa da arıq, Sürsən mənzil kəsər, kəmhünər olmaz. Qaşın fırqətindən dağlar qərəli, Üç hərifdir yerin, göyün qərəli. Misə qalay vursən axır qaralı, Nə lələ bənzəməz, nə gövhər olmaz. Hüseynəm, sinəmdə haqqın baratı, Yaxşı iyidin var sözü, söhbəti. İyidin olmasa binadan zati, Tanınıb, heç yerdə aşikar olmaz. Sizə kimdən söylüyüm, haradan söylüyüm, Göyçə mahalının keçən günlərinnən, keçmiş dövranından, adları dillər əzvəri olan ustad aşıxların kamalından, Göyçə mahalının adlı-sanlı aşıxları Dədə Alıynan, Dədə Ələsgərin qavaxlaşmasından. Bəli, mənim əzizlərim, tarixə yaxşı-yaxşı baxsaq, görərik ki, Göyçə mahalı bizim ulu babamız oğuz tayfalarının doğma vətənidi. Göyçənin adı çəkiləndə saz, söz, ustad aşıxları yada düşür. Dədə Qorqud döyründən saza, sözə olan məhəbbət bu mahalda yaşayanların, cavanından tutmuş qocalarına qədər hamısının qanına, iliyinə hopuf. Ulularımız yaxşı deyif: "Göyçədə yeni doğulmuş uşax, beşikdə ağlayanda qoşma, təcnis üstündə ağlayır, səsi də saz havasına köklənmiş olur". Saza, sözə olan bu məhəbbət Göyçə mahalında neçə-neçə ustad aşıxların yaranmasına səvəf oluf. Belə ustad aşıxlardan indi qulluğunuzda ərz edəcəyim Aşıx Alıynan Aşıx Ələsgərdi. Aşıx Alı döyrünün tanınmış ustad aşığı olan Ağ Aşıxdan dərs alıf, yüksək kamala çatmışdı. Dədə Alı addı-sannı sənətkar olannan sonra, bir çox şəyirdlər yetişdirmişdi. O cümlədən adını fəxrlə çəkdiyimiz Dədə Ələsgər də Dədə Alının istəkli şəyirdlərindən biri olmuş, onun sayəsində yüksək kamala çatmışdı. Ancaq onu da deyək ki, ustaddan öyrənən şəyirdin də görək öz qabında bir şeyi olsun. Yoxsa bir ustanın noxudnan divar suvamağına oxşayar. Ustanın divara vurduğu noxudlar dığırlanıb yerə töküldüyü kimi, fərsiz şəyird də ustadın qiymətli sözlərini bir qulağından alıf, o biri qulağından çölə buraxıf, küləyəcə verəcək. Xoşbaxtlıqdan Ələsgər belə şəyirdlərdən döyüldü. Aşıx Alı şəyirdlərinin hamısından daha çox Ələsgərin xətirini istəyər, onun kəskin hafizəsinə heyran qalıf, şəyirdinnən fəxr edərdi. O, Ələsgərin gələcəyinə böyük ümüd gözüynən baxırdı. Ələsgər də ustadına doğma oğul kimi yanaşar, onun hörmətini həmişə əziz tutardı. Bəli, əzizlərim, artıq Ələsgər də püxtələşmiş, eldə, obada ad-san qazanmış aşıxlardan saydırdı. İcazə verin, söhbətimizi burada yığcamlaşdırıf, əsas mətləbə keçək. Çox haxlı və maraxlı bir suval ortalığa çıxır ki, axı nejə olur ki, belə istəkli ustadla şəyird arasında inciklik, zidiyyət düşüf, biri-birinə meydan açıf, deyişməli olmuşlar? Əvvəla, onu deyək ki, mərdimazarın öyü yıxılsın, bu mərdiməzarlar, xayınlar, xəbislər olmasa, dünyada yaşamağa nə var ki, mərdiməzarlar nə ölüf, nə də öləcək, onlar hər döyranda oluf, yaralı çivan kimi həmişə xalqa əziyyət verif, indi də verirlər. Əhvalat belə oluf: "Göyçə mahalının Çaxırlı kəndində Böyükağa addı, sözü keçən, varlı adam oğluna toy eliyəsi olur. Qohumlarınnan bir nəfəri Aşıq Alının dalınca Qızılvəng kəndinə göndərir, tapşırır ki, gedif Aşıq Alıya deyərsən ki, Böyükağa bazar günü oğluna toy eliyəsidi, durmasın, tez bir bizə gəlsin. Bəli, mənim əzizlərim, Böyükağanın göndərdiyi qasid ağanın sifarişini Aşıx Alıya çatdırır. Aşıx Alı çıxılmaz vəziyyətə düşür, özü də Böyükağanı yaxşı tanıyırdı. Bilirdi ki, o çox çətin, inad adamdı. Aşıx Alı dedi ki, ay oğul, kəndimizdə bir nəfər kasıb adam oğluna toy eleyir. Özü də keçən həftədən mən ona söz vermişəm. Ələsgəri də Qazağa toya aparıflar, burada olsaydı onu göndərərdim. Ağaya deynən təvəqqe edirəm, mənnən inciməsin, söz verdiyim adamı naumud qoyuf ora gələ bilmənəm, özgə aşıx tafsın. Qasid Aşıx Alının cavabını Böyükağaya çatdıranda, elə bil Böyükağanı zəhərli bir kürzə ilanı çalır. Hirsindən cin atına minən Böyükağa Aşıx Alını söyüb yamanladı da, ürəyində dedi ki, yaxşı, Aşıx Alı, sən sən ol, mən də mən olum. Bu hayıfı səndə qoysam, onda başımdakı bu qiymətli papax gərək mənə haram ola. Əziz dinləyicilər, aradan bir müddət keçəndən sonra Çaxırlı kəndində dəli Şirin aldı bir nəfər kasıb adam oğluna toy eliyəsi olur. Dəli Şirin özünü Aşıq Alının yanına çatdırır, şirin dilini işə salıb, onu oğlunun toyuna çağırır. Xoşbaxtlıqdan Aşıx Alı da heç kəsə söz verməyibmi?. Dəli Şirinə deyir ki, arxayın get, gəlib oğlunun toyunu ürəyin istəyən kimi keçirəcəm. Dəli Şirin şad-xürrəm kəndə qayıdır. Onu da deyim ki, Dəli Şirin Böyükağanın Aşıx Alıdan möhkəm incik düsdüyünü bilirdi, elə ona görə də Aşıx Alının yanına naumud gəlmişdi. İndi bu kasıb öz işinin düzəldiyini görəndə az qaldı ki, qanadlanıf uça. Kənddə Böyükağa eşitdi ki, Dəli Şirinin oğlunun toyunu Aşıx Alı eliyəjək, elə bil bədəninə qor doldu. Öz-özünə dedi ki, bir bu ləvənd oğlunun işinə bax. Qohumlarını evinə yığıb dedi ki, bilir-siniz ki, Aşıx Alı mənim oğlumun toyunu keçirmədi, Dəli Şirinin oğlunun toyunu keçirməyə gedir. Biz onu bu məclisdə pisikdirməliyik. Bəziləri, insafən, dedi ki, ay Böyükağa, sənin adın-sanın var, ayıf döyülmü elə bir ustad aşığı pisikdirirsən? Bir də ki, axı onu kim pisikdirə bilər? Böyükağa dediyindən dönmədi ki, dönmədi. Dedi ki, Aşıx Ələsgər Qazaxdan gəlif, Aşıx Alının toyda olduğunu ona demək lazım döyül, onu lapdan Alının üstünə gətirmək lazımdır. Alıya da xəlvətcə deyək ki, Aşıq Ələsgər səni yaman hədələyir, deyir ki, iki qoçun başı bir qazanda qaynamaz, mən ustamla qavaxlaşıb, deyişəcəm, Allah ya ona verər, ya da mənə, qoy ilana öz balası qənim olsun, deyiblər. Onu bağlayıf pisikdirə bilsə, ancaq Aşıq Ələsgər pisikdirə bilər. Bəziləri dedi ki, qoy elə də olsun, biz bunları bir sınaxdan çıxaraq, Allah hansına verər, verər. Bəli, müxənnətə, söz qəhət ha döyül. Böyükağanın adamları hər tərəfdən Aşıx Alıya çatdırdılar ki, ay Aşıx Alı, sənin çörəyinin duzu yoxmuş, indi öz yetirmən sənə qənim kəsilmək isdəyir. Ələsgər səni yaman yanıyır. Hər yerdə deyir ki, gərək ustamla deyişəm, Allah ya ona verər, ya da mənə. Aşıx Alı bu sözlərə gah inandı, gah da inanmadı, öz-özünə fikirləşdi ki, axı mən yaxşılıqdan başqa Ələsgərə nə pislik eləmişəm ki, o, məni belə hədələyir. Bir də fikirləşdi ki, əşşi, insan çiy süd əməndir. "Xamır yeyənin fağırı olmur, deyiflər", bəlkə də onu öyrədif, yoldan çıxarıflar. Bəli, mənim əzizlərim, Aşıx Ələsgəri da aldadıf, həmin məclisə gətirdilər, Aşıx Ələsgər saz qoltuğunda məclisə girəndə artıq, məclisin şirin yeriydi, öz ustadının məclisdə olduğunu görəndə utanıb dayandı, axı ona demişdilər ki, bu toyda sənnən başqa aşıx olmayacax. Getsə, bu o, deməkdir ki, deyişməliyik, Aşıx Ələsgər aldandığına görə çox pərt olmuşdu. Aşıx Alı da çox çətin adam idi, Aşıx Ələsgəri görəndə deyilənlərə tamam inandı, üzünü Ələsgərə tutub dedi ki, oğul, nə fikirlə gəlifsən, xoş gəlif, safa gətirifsən, deyişmək isdəyirsən, açıq danış, daha orda-burda məni niyə hədələyirsən, a bala? İndi çıxart sazını, bu sən, bu da mən. Aşıq Ələsgər and-aman elədi ki, ustad, mən Sizin bu məclisdə olmağınızı bilməmişəm, bilsəm Sizin icazəniz olmasa, heç gələrəmmi? Bir də, o nə sözdü, nə hədə-qorxu, nə deyişmə, bu nə olan sözdü, ustad? Axı mənim Sizə ata qədər hörmətim var. Aşıx Alı dedi ki, Ələsgər, mənə dil tökmək lazım döyül, mən sənnən əl çəkəsi döyüləm. Bu məclisdə bu gün söz-söhbətə son qoymalıyıx. Ələsgər ustadınnan qavaxlaşmaq istəmirdi. Oydu ki, sazını köynəkdən çıxartmadı. Bu Böyükağanın adamları tələb etdi ki, Aşıx Ələsgər, sən qorxursan? Sən ustanın sözünü yerə salma, sazını köynəkdən çıxart. Ələsgər getmək istəyəndə Aşıq Alı dedi, Ələsgər, bir divani deyəcəm, ona qulax as. Aldı Aşıx Alı: Məhəmmədə xaliq özü, Göndərdi Qur'anı mərd. Altı min altı yüz altmış ayə, Yüz on dörd surəni mərd. İlahidən nazil oldu, Göydən endi dörd kitab. O, Qur'ana baş əyənlər, Tez tapır imanı mərd. Beş kəlməyə aşiq olan, Sinəsi dəftər gərək, Haqq-taalanın min bir adı, Dillərdə əzbər gərək, Bu aləmə zülm eyləyən, Olmaya rəhbər gərək. Açıb cənnət qapısını, Göstərdi rizvanı mərd. Gəl, biçarə Aşıx Alı, Xəbərdar ol dünyada. Uca könül, alçax saxla, Havalanma dünyada, Haqqın min bir adını gəl, Gündə üç yol sal yada. Vaqif ol, haqqın yolunda, Gəl eylə tobanı mərd. Aşıx Ələsgər arif adam idi, başa düşdü ki, ustadı hansı simə toxunur. O, istədi gedə, Aşıx Alı onun qabağını saxladı. Bütün məclis tələb etdi ki, bir cavab ver. Məcburi Ələsgər sazını köynəkdən çıxardı. Dedi ki, ustad, mən Sizin bu məclisinizə pis niyyətlə gəlməmişəm. Mənim Sizə böyük bir ustad kimi hörmətim var. Onda icazə ver, bir cığalı təcnislə Sizə öz fikrimi bildirim. Aldı Aşıq Ələsgər öz ustadına necə məsləhət vermək istiyir, tərəfindən ərz edək, Siz də xoşbəxt olun. Aldı Aşıx Ələsgər: Arif olan bir od düşüb canıma, Əridib döndərir a yağa məni. Aşıq deyər, ay ağa, Yetiş dada, ay ağa, İllər xəstəsi canım, Yar gəldi, qalx ayağa, Ağa olan, qulun salmaz nəzərdən, Salma nəzərindən, ay ağa, məni. Kamil ovçu, ovun görcək, sin, ayə. Oxu dərsin əzəl başdan "sin", ayə. Aşıq deyər sin ayə, Tər damlaya sin ayə. Xəstənin gözü düşmüş, Yetgin nar, tər sinəyə. Ömür azaldı, vədə yetdi sin ayə, Bir gün də bükərlər, ay ağa məni. Mənim yarım yaşıl geyib inci, dür, Gümüş kəmər incə beli incidir. Aşıq deyər incidir, İnci, mərcan, inci dür, Yaman övlad, pis qonşu Qohum-qardaş incidir. Xəstə düşdüm, bu dərd məni incidir, Tut dəstimdən, qaldır ayağa məni. Ələsgərəm, dada gəldi, budu yar, Bayquşların məskənidi, bu diyar. Aşıq deyər budu, yar, Gül bəsləyən, bu diyar. Canım sadağa verrəm, Qəbuldursa, budu, yar. Al xancalı, bağrım başın buda, yar. El içində salma ayağa məni. Aşıx Ələsgər sözünü tamam edəndən sonra, sazını köynəyə qoymaq istəyəndə, Aşıx Alı dedi ki, Ələsgər, mənim sözüm sözdü, biz bu gün hesabı çürütməliyik. Özü də qıfılbənd, tapmaca kimi şeydi, biz məclisdə bədahətən söz demək bacarığını yoxlamalıyıq. İndi mən hansı vəzndə, hansı rədifdə oxuyuramsa, sən də həmin vəzndə, həmin rədifdə cavab verməlisən, razısanmı? Ələsgər cavab verdi, yox, ustad, mən qavaxlaşmaq istəmirəm. Böyükağanın adamları hər iki aşığı daha da qızışdırmağa çalışdılar. Böyükağa dedi ki, aşıq Ələsgər, ə, yumurta ha döyülsən, sınasan, niyə qorxursan? Bir özünü sına görək. Aşıq Alı sazı zilə çəkib, Ələsgəri həvəsə gətirməyə can atırdı. Aldı aşıq Alı görək şəyirdi Ələsgərə cığalı təcnislə öz fikrini necə bildirir, tərəfindən ərz edək, Siz də şad olun. Aldı Aşıx Alı: Kişi odu, öz dostuna dost ola, Düşməniylə düşmən ola başa-baş. Aşıq deyər başa-baş, Oxu dərsin başa-baş. Bəd əsildən qaç qurtar, Ayaq götür başa-baş. Can deyənə, can deyərəm mərdana, Baş qıyana, baş qıyaram baş-başa. Hamı heyrətlə göz dikib, Ələsgərdən cavab gözləyirdi. Naəlac qalan Ələsgər sazın zilini zil, bəmini bəm eliyərək meydana girdi. İndi görək ayaqlı, cığalı təcnisdə, eyni rədifdə ustadına necə cavab verir, tərəfindən ərz edək, Siz də xoşbəxt olun. Aldı Aşıx Ələsgər: A bimürvət, həsrətini çəkməkdən, İllərə tən xəstə düşdüm başa-baş. Mən aşığam başa-baş, Oxu dərsin başa-baş. Eşqindən səməndərəm, Oda yandım başa-baş. Can deyənə can deyinən mərdanə, Baş qoyanın qoy yolunda başa-baş. Məclisi daha da qızışdırmaq üçün əl çalıb Ələsgəri coşdurmaq istəyirdilər. Aldı Aşıx Alı: Fələyin kəməndi möhkəm qalandı, Bimürvətsən, dost, ürəyin qalandı. Mən aşığam qala-qala, Yapışıb qala-qala. Cavan ömrüm çürüdü, Qürbətdə qala-qala. Suleyman mülkündə kimlər qalandı, İllərə tən üzü gülsün başa-baş. Məclis get-gedə şirinləşir, canlanırdı. İki nəhəng sənətkar üz-üzə gəlmişdi, kimin məğlub olmagı kimin qalib gəlməsi səbirsizliklə gözlənirdi. Aldı Aşıx Ələsgər: Səndən ayrı mən geymənəm, al, inci, Geyinibsən, yar, qəddinə al inci. Mən aşığam al, inci, Gey qəddinə al, inci. Dosta xəyanət olmaz, Qurma mənə, al, inci. Bir canım var alacaqsan, al İnci Qoy kəsilsin qilü-qalın başa-baş. Aldı Aşıx Alı: Aşıx Alı hazır dərdə davadı, Bir dərdim var, hazır dərdə davadı. Mən aşıx dava gəzər, Dərdlilər dava gəzər. Əsil olan nan verər, Bedəsil dava gəzər. Davaçısan bu meydanda davadı, İrəli gəl, kəllə vuraq başa-baş. Aşıx Ələsgər başa düşdü ki, ustadı dediyindən əl çəkən döyül. Öz-özünə fikirləşdi ki, bəlkə onu yolundan azdıran var. Hər halda o, mənim hörmətli ustadımdı, ona qarşı yumuşaxlıx lazımdı. Aldı Aşıx Ələsgər: Ələsgərəm, dərdim budu, ay ağa, Çeşmim yaşı leysan kimi a yağa. Mən aşığam, ay ağa, Piltə yanar a yağa. Mərd sözün üzə söylər, Heç yapışmaz ayağa. Gah bas olan, gah da düşər ayağa, Kimsə varmaz bu fələknən başa-baş. Böyükaga ayağa qalxıb gülə-gülə dedi ki, doğrudan da Ələsgərsən ki, Ələsgərsən, gərək ustadından geri qalmayasan. Hər ikinizə afərin. Alı dedi ki, oğul, Ələsgər, sözümüz sözdü, halal olsun, yaxşı gəlirsən, indi səni dini təriqətnən də yoxlayacam. Həmin söz rədifinə özünü hazırla. Böyükağanın adamları da xısın-xısın danışırdılar ki, Alı da Alıdı, ha, yaman qeyizlənif, deyəsən Ələsgəri çətinə salacax. Aldı Aşıx Alı: Məhəmməd Mehraca qədəm basanda, Səsləndi guşələri, gəldi qıjhaqıj. Cəbrayıl vah gəldi, ərşi-əladan, Açıldı şahpəri, gəldi qıjhaqıj. Aşıx Alı da, bütün məclis əhli də belə fikirləşirdilər ki, Ələsgər cavab deyə bilməyəjək. Aldı Aşıx Ələsgər: Əli Düldülünü gətirdi ərşdən, Əlində Zülfüqar gəldi qıjhaqıj. Tifil ikən qılınc çaldı Əntərə, Endirdi zərbəsin, böldü qıjhaqıj. Hər tərəfdən yaşa, Ələsgər yaşa! Aşıx Alı kimi nəhəng ustadın qabağında belə dayandığına görə, Göyçə mahalının o çörəyi, suyu sənə halal olsun! Aldı Aşıx Alı: Ağam Zülfüqarı çəkdi qınından, Zülfüqar, boyandı kafir qanından. Kafir heç dönmədi öz ilqarından, Əlində şəmşiri gəldi qıjhaqıj. Aldı Aşıx Ələsgər: Məhəmməd tacını verdi Əliyə Şahid olub getdi, ərşi-əlayə. Şükür olsun dedi haqqı-mövlayə, Ərşi-səmavatdan güldü qıjhaqıj. Aşıx Alı Ələsgərin qabiliyyətinə əvvəlcədən də bələd idi, ancax indi birə on qat onun gözündə ucaldı, ürəyində ona afərin dedi. Aldı Aşıx Alı: Aşıx Alı deyər zəhərlə bişdi, Kəsilib qismətim, qürbətə keçdi. O, məhşərin günü yadıma düşdü, Didəmin selləri gətdi qıjhaqıj. Böyükağa xısın-xısın gülərək dedi ki, ayə, deyəsən ustad yavaş-yavaş yumşalır, qorxusundan kövrəlib. Bərkdən qışqırdı ki, başına dönüm Ələsgər, möhkəm dur! Aldı Aşıx Ələsgər: Ələsgər badəni əlindən içdi, Əlinin yolunda canından keçdi. Axtarıb ummanı, lələni seçdi, Dayazdan, dərindən bildi qıjhaqıj. Hamıda böyük maraq, böyük heyrət var idi. Elə bil ki, iki böyük nəhəng qaya baş-başa gəlmişdi. Bu qayalardan biri uçub dağılmalı idi.Camahat hər iki aşığı dönə-dönə alqışladı. İndi görək Dədə Alı öz şəyirdini hansı rədifdə söz demək imtahanına çəkir tərəfindən ərz edək, siz də şad-xürrəm olun. Aldı Aşıx Alı: O, xabi-qəflətdə, şirin yuxuda Bir pir gördüm, din islamın içində. Bir qətrə nur gördüm əyləşmiş alim, Bir sin arasında, damın içində. Aldı Aşıx Ələsgər: On səkkiz min aləm, yetmiş iki dil, Ülfət qalır bir bazarın içində. Kimi atlas geyir, tirmə qurşayır, Kimi üryan gəzir qarın içində. Aldı Aşıx Alı: Eşidən alimlər, mömün olanlar, Bizə bəxş elədi ol pərvərdigar. Tanıyan islama mümkir olanlar, Qapısız, bacasız damın içində. Aldı Aşıx Ələsgər: Qəfilsən, işindən tapmayıbsan baş, Üz döndərər səndən qohum, yar, yoldaş. Torpaq soyuq, bədən üryan, kəfən yaş, Tək qalarsan dar məzarın içində. Böyükağanın adamları pıçıldaşdılar ki, əyə, deyəsən Ələsgər üstələyir, amma bu bəndi yaman dedi ha! Onlar məclisi daha da qızışdırmaq üçün əl çalır, hər iki aşığı alqışlayırdılar. Aldı Aşıx Alı: Bir divan əyləşib, adil, ədalət, Oxunur şabaxda dəlili-əyyət. Məhəmməd şəninə verir səlavət, Gəzir bağı gülüstanın içində. Aldı Aşıx Ələsgər: Mən demək nə lazım, özün bilirsən, Bir gün yaranıbsan, bir gün ölirsən. Arsız, qəmsiz nə gününə gülürsən? Yandırırlar səni narın içində. Böyükağa bərkdən güldü, dedi ki, sən öləsən, bu bəndə lap kökündən vurdu. Əyər bu məclisdə Aşıx Ələsgər üstələsə atamın goru haqqı ona bir at bağışlayacam. Aldı Aşıx Alı: Bir neçə təxt qoyub, nuri-Münəvvər, Hər yana düzülüb yüz on dörd nəfər. Hərəsində səksən, səkkiz piltə var, Şölə verir ol məqamın içində. Məclisində, yaşa, Aşıx Alı, yaşa! Böyükağa dedi ki, ay ustad, deyəsən şəyirdini çətinə salıf, darıxmağa çalışırsan, ha? Aşıx Alı gülə-gülə dedi ki, mən onu yaxşı tanıyıram, onun hünərinə, qeyrətinə bələdəm. O, darıxan oğul döyül. Amma eşit, Ələsgər, sözümüz sözdü - ya sən, ya mən. Ustad-şəyird bir sınaxdan çıxmalıyıq. Yoxsa, sən deyən kimi "iki qoçun başı bir qazanda qaynamaz". Aldı Aşıx Ələsgər: Ələsgər söyləsin sən mətləbi qan, Belə qərar qoyub qadiri-sübhan. Unutma ilqarı, itirmə iman, İman durur düz ilqarın içində. Aldı Aşıx Alı: Çağır Şahi-Mərdan, denən, ya Əli, Museyi-Kazımı, bir də Cəfəri. Saxlar Alı kimi zəlil müstəri, Qoymaz qala o zindanın içində. Böyükağa dedi ki, Aşıx Alı, hər ikiniz sağ olun, sizin hər ikiniz böyük sənətkarsınız. Siz Aşıx Ələsgəri çox bərkə-boşa çəkdiniz. O da sağ olsun ki, öz sənətkarlığını sübuta yetirdi, həm də sizi kimi ustad aşıxnan ayaxlaşa bildi. İndi də bütün məclis əhli sizdən xahiş eləyir ki, izin verəsiniz bu dəfə Aşıx Ələşgər qavağa düşsün. Sizin qoyduğunuz şərtə görə məclis dava etsin. Allah hansınıza verər, verər. Ələsgər razı olmasa da, Aşıx Alı əl çəkmədi, dedi ki, oxu görüm nə üstündə oxuyursan? Aldı Aşıx Ələsgər: Gözəllər sultanı, mələklər şahı, Şahmarzülfün nə tökmüsən dal-dala? Boyun sərf üstündə bənzər budağa, Mürğü-ruhum uçar, qonar dal-dala. Məclisdə Böyükağa və onun yaxın adamlarınnan savayı, heç kəs nə Aşıx Alının, nə də Aşıx Ələsgərin pisikməsini istəmirdi. Aldı Aşıx Alı: Şahmar zülfün çin-çin edib hörəndə, Görən deyir qoy tökülsün dal-dala. Bu dünyada şir də yalqız qalmasın, Qardaş gərək qoşa dursun dal-dala. Hər tərəfdən afərin sədası eşidilir, maraq daha da artırdı. Aldı Aşıx Ələsgər: Geydim qəm libasın yasın içində, Gələcək nəkreyin ya sin içində. Doxsan min kəlmədə yasin içində, Neçə yerdə mütəsildi dal-dala? Məclis əhli də gördü ki, Ələsgər ustadını möhkəm silkələdi. Aşıx Alı da yaman qeyzlənmişdi. Aldı Aşıx Alı: Muxənnət heç baxmaz dala, qabağa, Hərcayinı məclisindən qov, ağa! Yaxşı köhlən cəhd eləyər qabağa, Yaxşı igid fikir verər dal-dala. Aldı Aşıx Ələsgər: Dərs alanlar zikr eləyir, hər ayə, Bayram ayı demək olmaz hər aya. Şahlar-şahı özün yetiş haraya, Mən yalqızam, düşmən verib dal-dala. Böyükağa dedi ki, Ələsgər, sən niyə tək olursan, kim sənə düşmən ola bilər? Ayə, sən öz bacarığını, ustadına sübut eləməlisən, vəssalam. Aldı Aşıx Alı: Xudam səni tək yaradıb, təkbətək, Gecə-gündüz zikr edirəm, təkbətək. Aşıq Alı, çək döşünə təkbətək, Müxənnətdən çək ətəyin dal-dala. Aldı Aşıx Ələsgər: Bil, ehtiyac deyil, sənə mal indi, Geyibsən qəddinə, sənəm, al indi. Can alansan, canım, Sənəm, al indi, Əzrayılın cəngəlindən daldala. Aşıx Alı gördü ki, Ələsgər sözü yekunlaşdırdı, təxəllüsünü bənddə demədi. Dedi ki, ay oğul, mən sözü yekunlasdırdım axı. Ələsgər cavab verdi ki, ustad, mənim məqsədim məclisin sonuna qədər "dal-dala" rədifi üstündə oxumaqdır. Aşıx Alı dedi ki, ay oğul, mən elə belə də bilirdim, daha mən pəs. Aşıx Alı sazını ona tərəf uzadanda Ələsgər gülə-gülə dedi ki, ustad, onda icazə ver sözümü yekunlaşdırım. Aldı Aşıx Ələsgər: Ələsgərəm, əldən getdi buta, yar, Huşum çaşıb ağlım olub bu tahar. Sinəm qoydum müjganına buta, yar, Əsirgəmə, at oxların dal-dala! Hamı Aşıx Ələsgəri alqışladı. Böyükağanın sevinci yerə-göyə sıgışmırdı, ona görə ki, artıx o məqsədinə çatmışdı. Aşıx Alı dedi ki, oğul, mən sənin qüdrətinə, dərin zəkana bələd idim, belə də olmalıydı. Mən məğlub olsam da, icazə ver, bir təcnis deyim, sən o rədifdə təcnis desən də olar, deməsən də. Ələsgərin özü də bikef olmuşdu, dedi ki, buyur, ustad. Aldı Aşıx Alı: Xəndan, xəbisdən sevinclik yağmaz, Hirsindən çəkilər ay damar-damar. Qəza kəməndinə salsa yaxşını, Qanı cövlan edər, ay damar-damar. Ələsgər gördü ki, ustadı çox pərişan oluf, odur ki, onun ürəyini ələ almağa çalışdı. Aldı Aşıx Ələsgər: Başına döndüyüm, xaliqdi sübhan, Haçan qüdrətindən yağ damar-damar? Bir şəyird ki, ustadına kəm baxa, Onun gözlərinə ağ damar-damar. Hamı Ələsgərin ustadına olan bu məhəbbətini alqışladı. Aşıx Alının üzü güldü. Aldı Aşıx Alı: Məhəbbət eşqindən kənar olmuşam, Daldalanıb nədən geri qalmışam? Payız xəzəli tək indi solmuşam, Saralmış yarpaqlar, ay damar-damar. Aldı Aşıx Ələsgər: Sən aşıx elmindən halısan, halı, Sözü çox uzatsan, uzanar dalı. Mən də sevməz idim, qovğanı, qalı, Sağlam canım nədən, bax damar-damar? Aldı Aşıx Alı: Alı deyir dünyam oldu dar indi, Daha qalmayıbdı etibar indi. Məğlub olub, eyləyərəm ar indi, Sellənib gözümdən yaş damar-damar. Aşıx Alının bu etirafı, pərişanlığı Böyükağadan savayı, bütün məclis əhlini, ələlxüsus Aşıx Ələsgəri bərk kədərləndirdi. İndi görək aşıq Ələsgər öz istəkli ustadının könlünü necə alır, tərəfindən ərz eliyək, sizin də damağınız çağ olsun. Aldı Aşıx Ələsgər: Ələsgərəm, kamil ustad dərindi, Bir bağrım var, barı, onu dər indi. Çox ömrün var, bağlanmayıb, dər indi, Kükrə şimşək kimi, çax damar-damar. Aşıx Ələsgər ustadı Aşıx Alının üzündən öpdü, onu bağrına basıf dedi ki, ustad, inanın ki, Sizin bu toyda olduğunuzu mən bilmirdim. İndi başa düşdüm ki, məni aldadıf, Sizinən qavaxlaşdırmağa gətiriflərmiş. Məni də Siz məcbur etdiniz. Ustad, məni bağışla. Aşıx Alı da Ələsgərin alnınnan öpüb, onu bağışladı, şəyirdinə uğurlar dilədi. Amma sonralar arayıb, axtarıb, öyrəndi ki, bu qurğunu quran Böyükağa imiş. * * * Aşıq Sona ilə deyişmə Aşıq Sona Mən bir sular sonasıyam, Meylim göllərə-göllərə. Tut qolumdan, apar məni Sizin ellərə-ellərə. Aşıq Alı Badi-səba, ərzim budu: Dəymə tellərə-tellərə. Seyrəqubu zəlil olub, Düşsün əllərə-əllərə. Aşıq Sona Qıyma nadana tuş olam, Qanadı sınmış quş olam, Sığal çəkəsən, xoş olam - İpək tellərə-tellərə. Aşıq Alı Qarşıdakı sarı laçın, Fələk qoymur qəddim açım. Gəl, səni götürüm, qaçım Bizim ellərə-ellərə. Aşıq Sona Sona bəhrə-barın olar – Cavanlıqda yarın olar, Qocalıqda qarın olar, Salma çöllərə-çöllərə. Aşıq Alı Alı deyər, bir gül əkdim, Gülün çox cəfasın çəkdim - İllərinən gözüm dikdim Sizin yollara-yollara. * * * Meydana gəl Aşıq Yığbal Kəndinə aşığam deyən, Aşıqsan, meydana gəl. Namərd girməz meydanıma, Mərd ol, mərdanə gəl. İgid olan kəndisini, Öyməyi layiq deyil, Al əlinə çunqurunu, Bu cəngi-dövrana gəl. Aşıq Alı Mən dəryayam, sən adasan, Axır sən ümmana gəl. Mən danışım, sən qulaq ver, Mərifət qanana gəl. Sən satansan, mən alanam, Açginən dükanmı, Malmı nadana satma, Matahm alana gəl. Aşıq Yığbal Ey arif, paşam yanında, Sənə söylərəm mədhi. Mərifəti, təriqəti, Anla, qan həqiqəti. İsəvisən İncili sev, Musəvisən Tövratı. Məhəmmədin hümmətisən, Boyun qoy, Qurana gəl. Aşıq Alı İsəviyəm, Musəviyəm, Hər nəyəm öz yolumda. Həqiqətdən xəbər verrəm, Mərifət kamalında. İndi paşa qulluğunda, Sədrəzəm yanında, Haqqınan divan kəssinlər, Ədalət divana gəl. Aşıq Yığbal Mən Yığbala bir salam ver, Soruşum halm görüm. Həqiqət haqq aşığısan, Söylə kamalm görüm. İncil, Zəbur, Tövrat, Quran, Göstər kitabm görüm. Dostum, əgər bütpərəstsən, Bu nari pirana gəl. Aşıq Alı Adımdı Aşıq Alı, Fərzü sünnət qılıram, “Əlif” Allahm adıdı, “Tey” təbarək, qəni Allah, Ona səcdə qılıram. Xilqətim Adəm atadı, Sən xaki-yeksana gəl. * * * Verə Aşıq Alı: Bir mər də qo naq gə lən də gü ləgü lə nan ve rə, Na mərd bir meh man gö rən də, gö rər sən ki, yan ve rə. Ha nı Ha təm ki mi Ha təm, süf rə aça ad ala, Ha nı loğ man ki mi loğ man, xəs tə lə rə can ve rə. Aşıq İqbal: Eldə us tad öl mə yib ki, ye tə nə döv ran ve rə, Qə rib get sə qür bət elə, mə ri fə ti san ve rə. Yo lun azan xə rac ve rər, mərd mey da nı su la maz, Öz xo şu na ver mə sə də, zü lüm nən da nan ve rə. Aşıq Alı: Bir kim sə dən xa liq ala, gün düz ona ge cə dir, Bir kim sə yə qar ğış ke çə ça lış dı ğı be cə dir. Bir kə sə ki, al qış ke çə, onun haq qı uca dır, Bir kə sə ki, xa liq ve rə, gö rər sən hər yan ve rə. Aşıq İqbal: Bir kəs ki, elin ata, həs rət qa lar ca ma la, Bir kəs ər kan bil mə yə, ça ta bil məz ka ma la. Bir kəs ki, gəc rəf tar ola, dər di sa tıb qəm ala, Bir kəs ki, həd din aşa qə za tu ta, qan ve rə. Aşıq Alı: Da vud ki mi nə bi ha nı, qəm lə ri dəm ey lə yə, Həm zə ki mi igid ha nı, rə qi bi rəm ey lə yə. Sü ley man tək Sü ley man yox, alə mi car ey lə yə, Ki şi gə rək el yo lun da ca nı nı qur ban ve rə. Aşıq İqbal: Bir kəs hax dan əl üz mə yə, aqi bət də şad ola, Bir kəs qa ça na ir za ya, sə a dət də yar ola. Bir kəs qa ça gəc bəh rə yə, xa nə si bər bad ola, Bir kəs Qa sım qis min də sə, ru zi sin asan ve rə. Aşıq Alı: Gəl bi ça rə Aşıq Alı sı ğın haq qın adı na, Əta ey lə na ma zı nı, xa li qi sal ya dı na. Har da da ra dü şər ol san ye ti şər im da dı na, Mət lə bi ni Qu lu Qən bər, o Şa hiMərdan ve rə. Aşıq İqbal: Bir kəs ki, özün şah bi lə, haqq da gör sün əmə li, Bir kəs el də məğ rur ola, tez də uça tə mə li. Əsla kü tah ol maz sö zün, xey li var dı de mə li, O haqq ki, İqbal dos tu du, dər si ni ni han ve rə. * * * Uludu Aşıq İqbal O nədi ki, otuzunda cavandı? On beşində çox böyükdü, uludu? O nədi ki, dili iki, sirri bir, Hansı dərya hər dəryadan doludu? Aşıq Alı O aydı ki, otuzunda cavandı, On beşində ululardan uludu. O qələmdi, dili iki, sirri bir, Elm dəryası hər dəryadan doludu. Aşıq İqbal O nədi ki, üç ay dağlar bürünür? O nədi ki, əl dəyməmiş hörünür? O nədi ki, əmanətnən verilir? O nədi ki, o da onun gülüdü? Aşıq Alı O qardı ki, üç ay dağlar bürünür, O könüldü, əl dəyməmiş hörünür. O uruhdu, əmanətnən verilir, İlqar, iman diriliyin gülüdür. Aşıq İqbal O nədi ki, haqq yanında nahaqdı? O nədi ki, yerə-göyə dayaqdı? O kimdi ki, yatmayıbdı, oyaqdı? Aşıq İqbal hər elmdən halıdı. Aşıq Alı O böhtandı, haqq yanında nahaqdı, Haqq nəzəri yerə, göyə dayaqdı. Haqq özüdü, yatmayıbdı, oyaqdı, Bu sözləri açan Aşıq Alıdı. * * * Çəkməyə AŞIQ ALI Bir gözəllə əhdi peyman edəndə, Gərək yarın sən gidağa çəkməyə. Mərd özündən görər, namərd özgədən, Dar məqamda dost qabağa çəkməyə. AŞIQ HÜMBƏT Gözəl qüdrətindən yarana gözəl, Sürmə alıb gözə, qaşa çəkməyə. Saxta boya təqrir tapar rəngindən, Sərraf gərək ləli daşa çəkməyə. AŞIQ ALI Dostdan giley dönər dastan, nağıla, Gələr bir gün gəlməyən iş ağıla. Ünsiyyət olmasa xanə dağıla. Zənən sola, əri sağa çəkməyə. AŞIQ HÜMBƏT Verməyin yaxşını yada hayıfdı, Yamanı vermə ki, o da ayıfdı. Ağıldan kəm, bədnam səda yayıfdı, Ağlı olan naqis başa çəkməyə. AŞIQ ALI Alı, rast olanda yaman yamana, El gələr əlindən aha, amana. Qəhr eyləyər cümləsinə zamana, Münsif gərək sər qırağa çəkməyə. AŞIQ HÜMBƏT Hümbət, yalan əməllərin nəsidi, Əsl zənən odsuz xanə isidi. Ünsiyyətsiz yaranmışın pisidi, El görməyə, nə də haşa çəkməyə. * * * Yazdım AŞIQ ALI Min rəhmət söylərəm kamil ustada, Ərz etdi dərsimi düzünə yazdım. Köçməsin ünvansız türfə gözəllər, Vəsfini mehparə üzünə yazdım. AŞIQ HÜMBƏT Mə nim də us ta da min rəh mə tim var, Be lə eşit mi şəm, be lə də yaz dım, Ömür bo yu gö zəl düş mür di lim dən, Gö rən də bir qa ra te lə də yaz dım. AŞIQ ALI Kökü safsa, bəhrə verər əsl dən, Bir şeyxi xürrəməm pakı nəsildən. Zaman keçər, xəta umma əsildən, Təmənnasız nəğmə yüzünə yazdım. AŞIQ HÜMBƏT Usta da ağ olan üz dən qa ra dı, Ellər özü el əh li ni ara dı. Aşıq odu el işi nə ya ra dı, Elə eşit miş dim, elə də yaz dım. AŞIQ ALI Əhval tutdu Alı asman zəmindən, Kanar qaçdım xilqət əqli kəmindən. Məğrurlar dönəndə mətləb cəmindən, Yüz cavab hər kəlmə sözünə yazdım. AŞIQ HÜMBƏT Mən Hüm bə təm, qəm li aşıq ya ran dım, El ara sı döv ran edəm, var an dım. Nə əf sa nə, nə də ar sız do lan dım, Eldə gör dü yü mü elə də yaz dım. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.