Dodaqdəyməz cığalı təcnislər Aşıq Alı (1801–1911) Nə yaxşı yara Dəsti-canan sayalıdı əzəldən, Yaranda yaranı nə yaxşı yara. Aşıq nə ya yaxşı yara, Dedin nə yaxşı yara. Yarının qal qeydinə, İşinə yaxşı yara. Talesizin rast gələni hardadı, Nə yaxşı canana, nə yaxşı yara. Yar eytacı ay nazənin, yaradı, Can eytacı canda dəhşət yaradı. Aşiqsənsə, yaradı, Yarın dərdə yaradı. Xaliq anın içində Neçə xilqət yaradı. Sızlar yara ərz edəndə yar adı, Yar, dəydi sinədə nə yaxşı yara. Yad nəzər eyləyər yara daldadan, Naqis xəncər atar yara daldadan. Aşiq yara daldadan, Ayar yara dal dadan. Dayan dəhan-dəhana, Denən yara daldadan. İstəyirsən, şərrat yarat daldadan, Alı erkən yetdi nə yaxşı yara. * * * Yar asa səni Yaxşi aşiq, çalış yaxşı yara yet, Sağaldar, cəsədin yarasa, səni. Aşiq, yar asa səni, Saysa yar “a”sa səni. Kaş nazənin, xanəndə Sana yarasa səni. Lisanı şirinsə gərdişi sərin, Yaxşıdı şəstindən yar asa səni. Ərşdən gərdəninə qəddarə salsa, Qəhrə qərq eyləyər qədd dara salsa. Aşiqsən dara salsa, Yar səni dara salsa. Dərdə salsa, yar salsın, Nə glər dara salsa. Haqq işin alyanan qəddara salsa, Qailsən sər yana yarasa səni. Yar desə sən aya, aya sən yarı, Cananlar içində aya sən yarı. Aşiqsənsə, sən yarı, Əsil aqil san yarı. Sinnin çatdı əlliyə, Gərdişində sən yarı. Alı, al dəstinə ay asan yarı Şad eylər dərdinə yarasa səni. * * * Yara yar Qəddah qəhr eyləsə, dərdi sər artar, Sədasından həsrət qalar yara yar. Aşiq sənsən yara yar, Dərd səddini yar, a yar. Tənha qalan haraylar, Dada yetiş, yar, a yar. Hədyan ərz eyləsə nadan lisanı, Sadiq qalar sənə aqil yar ayar. Dərdikeş qayəsi dərdə sarıdı, Əyirdi dərdləri dərdə sarıdı. Aşiq dərdə sarıdı, Dərd əsiri sarıdı. Qəsrin şahə layiqdi, Nədən rəngi sarıdı? Canansız xanələr dərd əsarıdı, Əhli-hallar yar dərdinə yarayar. Qəhrin sədasına tərsalar ağlar, Can naçar qalanda, tər salar ağlar. Aşiq tər salar, ağlar, Dərdli tər salar ağlar. Haqqınan aralı kəs, Dərsin tərs alar, ağlar. Alı yaddan çara tərs alar, ağlar, Yar yaranda, sayalanar yara, yar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-dodaqdeymez-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.