Dodaqdəyməz qoşmalar Aşıq Alı (1801–1911) Ay eylər qıj-qıj Yağar leysan, dağlar qarı əridər, Sel gələr dərədən ay eylər qıj-qıj. Çaylar axar sellər, selə qarışar, Səslənər, çağlayar ay eylər qıj-qıj. Leylinin sinəsi ha qaşa dəyər, Aşığın sinəsi ataşa dəyər, Daşar sellər, sular ha daşa dəyər, Qayalar dil açar ay eylər qıj-qıj. Alı deyər sel gətirər lil qalar, Axar Araz, dalğalanar, lil qalar, Yel əsəndə dəryalarda dalğalar Çalxanar, qaynayar, ay eylər qıj-qıj. * * * Ay ilə-ilə Səhər çağı səyyad gəzər səhrada, İllər ayrısıdır, nazlı yar gələ. Qəza-qədərindən, ay yazıq ana, Qalarsan intizar ay ilə-ilə. Yetişcəyin nazlı yarın yanına, İstəyər ki, qanın qatsın qanına, Naşı səyyad gəlsə tərlan yanına, Tez çaşar xəyalı ay ilə-ilə. Aşıq Alı, dastan eylə dilində, Həyatında, sənətində əlində. Qəza gəlsə səni alsa əlində Dil aşkar eyləyər ay ilə-ilə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-dodaqdeymez-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.